Məhkəmə qərarları › İş №1(109)-18/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-18/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-18/2024 28.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Zərərçəkmiş şəxs18 Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1972-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, müvəqqəti işsiz, məhkum olunmamış, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, Şərur rayonu, Zeyvə kənd sakini Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 2022-ci il ilin iyun ayından 07 iyul 2023-cü il tarixədək vahid qəsdlə Şərur şəhərində olan bazarda və Şərur rayonu, Zeyvə kəndi ərazisində ümumilikdə 57.677 manat 50 qəpik pulunu alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Sədərək rayonu, Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edib 15000 (on beş min) manatını türk lirəsi ilə və 10.000 ABŞ dollarını Azərbaycan manatına mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin mart ayından 25 may 2023-cü il tarixədək Şərur şəhərində olan bazarda ümumilikdə 32.000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Arbatan kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib pulunu 7.800 manatı türk lirəsinə mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin may ayında Şərur şəhərində olan bazarda 7.800 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib 26.000 ABŞ dollarını dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 15 aprel 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək 44.200 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Alışar kənd sakini Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edib oğlu X19 Respublikasından ona göndərdiyi 211.365 türk lirəsini və 2.000 ABŞ dollarını yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 07 iyun 2023-cü il tarixdə 19.442 manat 60 qəpik pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib 19.500 ABŞ dollarını dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 04 aprel 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək Şərur şəhərində olan bazarda və Şərur rayonu, Çomaxtur kənd ərazisində 33.150 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çəmənli kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib 200.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 10 aprel 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 17.660 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib tanışı Əli adlı şəxsə verməsi üçün Türkiyə Respublikasından ona göndərdiyi 19.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 15 may 2023-cü il tarixdə 1.683 manat 40 qəpik pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib pulunu yaxın müddətdə ABŞ dollarına mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 02 iyun 2023-cü il tarixdə Şərur rayonu, Şəhriyar kənd ərazisində 17.000 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Məmmədsabir kənd sakini Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib pulunu Şərur şəhər ərazisində ABŞ dollarına mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyun ayında Şərur şəhərində olan bazarda 5.100 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Zeyvə kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 32.000 ABŞ dolları pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə dair yalan vəd verib aldadaraq 16 iyul 2023-cü il tarixdə Şərur şəhərində 54.400 manat pulunu alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib 7.800 ABŞ dolları pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 16 iyul 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 13.260 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib pulunu Şərur şəhər ərazisində ABŞ dollarına mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayında Şərur şəhərində olan bazarda 3.380 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib 3.900 avro pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayında Şərur şəhərində olan bazarda 3.900 avro alıb ələ keçirərək 7.386 manat 60 qəpik pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Alışar kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Bakı şəhərində yaşayan oğlu X9 pul göndərməsinə köməklik etməsinə dair yalan vəd verib aldadaraq 31 iyul 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 10.000 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Məmmədsabir kənd sakini Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edib oğlu Həsrəddin Mehdiyevin ona göndərdiyi 38.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının sonlarında 2.397 manat 80 qəpik pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edib 700 ABŞ dolları pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının sonlarında Şərur şəhərində olan bazarda 1.190 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib 10.450 ABŞ dolları pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə dair yalan vəd verib aldadaraq 25 aprel 2023-cü il tarixdə Şərur rayonu, Xələc kənd ərazisində 17.765 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Türkiyə Respublikasından avadanlıq gətirəcəyinə dair yalan vəd verib aldadaraq 15 avqust 2023-cü il tarixdə 6.200 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib Türkiyə Respublikasından ona göndərilən pulu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 iyul 2023-cü il tarixdə 18.700 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib Şərur şəhər ərazisində 3.600 ABŞ dollarını manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü il may ayının ortalarında 6.120 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxmini 10 il bazarda VÖEN və lisenziya əsasında valyuta dəyişməklə və pul göndərişlərini həyata keçirməklə məğul olmuşdur. Hadisədən təxminən iki il əvvəlki müddətə qədər xeyli pulu olmuşdur. Bu səbəbdən tanıdığı bəzi insanlar ondan sui-istifadə etmiş, iş üzrə zərərçəkmiş kimi tanınmış 4 nəfər - Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 ona zor tətbiq edərək xeyli pulunu almışlar. O, soyadını dəqiq xatırlamadığı Həsən adlı şəxsin mağazasının olduğunu, alver məqsədilə və mağazaya mal sifariş etdiyi zamanlarda ondan davamlı olaraq pul aldığını, yeni mağaza almaq üçün ondan 15.000 manat istədiyini, 2-3 gündən sonra o pulu ona verdiyini, qarşılığında Həsən ona 11.000 ABŞ dolları verəcəyini, onun isə 3.700 manatı Həsənə qaytaracağını söyləmiş, lakin Həsən bu pulu ona qaytarmamışdır. O, ifadəsinin davamında bildirmişdir ki, Zərərçəkmiş şəxs3 borcu yoxdur. Tam əksinə Zərərçəkmiş şəxs3 ona borcludur. Zərərçəkmiş şəxs3 zor tətbiq edərək və onu qısnayaraq hər həftə ondan 3.000 manat pul almışdır. Ümumilikdə, Zərərçəkmiş şəxs3 ondan 80.000-100.000 manat aralığında pul almışdır. Şərur rayon prokurorunun sürücüsünün ona 12.000 manat pul borcu olduğu üçün o, sürücü barədə dəfələrlə Şərur rayon prokuroruna şikayət etmiş, lakin şikayəti nəticəsiz qalmışdır. Şikayət etdiyi üçün sürücü onu tutduracağını bildirmiş və bu məsələyə görə Zərərçəkmiş şəxs3 ilə olan pul məsələsi ilə bağlı Şərur Rayon Prokurorluğuna və polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs4 ona zor tətbiq edən 4 nəfərdən biridir. Ondan pul almamış, əksinə Zərərçəkmiş şəxs4 ondan pul almış, onun hansı formada pul almağının, ona ünvanladığı nalayiq ifadələrin səsyazısı da olmuş, onun kartına da pul atmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 yalan danışdığını, Zərərçəkmiş şəxs4 “Hərbi prokurorluğa get, oğlumu saxlamaq üçün 20.000 (iyirmi min) manat almışam” – deyə söyləmədiyini, bəzi şəxslərə sələm verdiyi üçün Hərbi Prokurorluğa müraciət etdiyini, oğlunu işə düzəltmək üçün heç kimə pul vermədiyini, o, Hərbi Prokurorluğa müraciət edən zaman artıq onun barəsində zərərçəkmiş şəxslər tərəfindən şikayət olunduğunu bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs18dən 5.100 manat pul almış və həmin pulu qaytardığı üçün Zərərçəkmiş şəxs18 şikayətini geri götürmüşdür. X2 adlı şəxsi tanımır. Zərərçəkmiş Zərərçəkmiş şəxs5 10.000 manat pul almış, həmin pulun 8000 manatını ödəmiş, ona 2.000 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs5 qalan borca görə ondan şikayət etmiş, daha sonra 2.000 manat pulu da Zərərçəkmiş şəxs5 qaytarmışdır. O, Zərərçəkmiş şəxs9 7.800 ABŞ dolları pulu sələmə götürmüşdür. Həmin pulun 6.100 manatını qaytarmış, qalan məbləği də imkan daxilində ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmkəndlisi olduğunu, ondan sələmə 3.380 manat pul aldığını, yarısını qaytardığını və qalan məbləği də qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs21 ona Türkiyə Respublikasından pul göndərəcəklərini bildirmiş və ona bir miqdarda pul lazım olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs21 pulu gəldiyində aldığı borcu qaytaracağını söyləmişdir. O, Fikrətə 2.600 manat pul vermiş və Fikrət götürdüyü pulu ona qaytarmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs11 sələmə 2.000 manat pul almış və həmin pulu Rövşənə artıqlaması ilə qaytarmışdır. O, ifadəsinin davamında zərərçəkmiş Zərərçəkmiş şəxs8 yuxarıda qeyd etdiyi, ona zor tətbiq edərək pul almış 4 nəfərdən biri olduğunu, onu soyuq silahla hədələyərək qorxudub pulunu aldığını, bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazdığını, amma cavab almadığını söyləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona 7.800 avro pul vermişdir. Həmin pulu manata çevirməsini və özündə saxlayıb aylıq sələm verməsini bildirmişdir. Həmin pulun yarısını Zərərçəkmiş şəxs1 ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs10 tanımır. Zərərçəkmiş Zərərçəkmiş şəxs13 da yuxarıda sözügedən, ona zor tətbiq edərək pul tələb edən 4 nəfərdən biri olmuşdur. Zərərçəkmiş şəxs13 pul dəyişəcəyi üçün onu evlərinə dəvət etmiş və günortadan sonra öz avtomobili ilə onun yanına getmişdir. Onlar avtomobildə söhbət edən zaman Zərərçəkmiş şəxs13 Türkiyə Respublikasında adam öldürüb gəldiyini söylədiyində, o, bu məsələnin ona nə aidiyyəti olduğunu soruşmuş və daha sonra Zərərçəkmiş şəxs13 avtomobildən düşürüb oradan uzaqlaşmışdır. 2 gün sonra Zərərçəkmiş şəxs13 bazarda səs-küy yaratmaq istəmiş, onu öldürməklə hədələmiş və o, qorxduğu üçün Zərərçəkmiş şəxs13 500 manat pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs13 həmin ayın sonunda ondan 2.000 manat pul almışdır. O, ifadəsinin davamında bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs12 Şərur bazarında alverlə məşğul olmuşdur. Pul dəyişməklə bağlı zərurət olduğunda bir-birlərinə müraciət etmişlər. Hazırda ona 600 manat borcu vardır. Zərərçəkmiş şəxs12 ona 10.000 ABŞ dolları pul verməsi, onun Zərərçəkmiş şəxs12 6.000 ABŞ dolları və 200 manat pul qaytarması barədə Zərərçəkmiş şəxs12 dedikləri yalandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs16 olan borcunu ödədiyindən Zərərçəkmiş şəxs16 şikayət ərizəsini geri götürmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs20 pul almadığını, 2 il bundan əvvəl aralarında alışverişlə bağlı münasibətin olduğunu, bundan başqa onunla heç bir ünsiyyətinin olmadığını söyləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs17 700 ABŞ dolları pul almış, daha sonra həmin məbləği ona qaytarmışdır. Zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs15 1.750 ABŞ dolları pul almış, onu da artıqlaması ilə qaytarmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs7 tanımır. Zərərçəkmiş Zərərçəkmiş şəxs14 isə borca pul almamışdır. O, ifadəsinin davamında zərərçəkmiş şəxslərdən pulları sələmə götürdüyünü, tutulduğu günədək aylıq qazancının 1000-5000 manat aralığında dəyişdiyini, bəzən isə heç olmadığını, 21 nəfər zərərçəkmiş şəxsə, ümumilikdə, cəmi nə qədər borcunun olduğunu dəqiq bilmədiyini, borcunun yuxarıda qeyd etdiklərindən ibarət olduğunu, yaranmış vəziyyətdən çıxmaq üçün şəxsi avtomobilini satdığını, 30.000 manat kredit götürdüyünü, evini girov qoyduğunu, qızıllarını satdığını, özünün də 528.000 manat alacağının olduğunu, zərərçəkmişlərə borcunu ödəməyə hazır olduğunu, zərərçəkmişlərdən aldığı 376.512 manat puldan 92.000 manat pulu qaytarması barədə yazılanların həqiqətə uyğun olmadığını, bu qədər borcunun olmasını qəti şəkildə inkar etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun zamandır tanıyır. Təqsirləndirilən şəxs 30 ildir ki, dollar alqı-satqısı ilə məşğuldur. Bakı, İstanbul, Naxçıvan şəhərlərinə – hər yerə pul göndərməklə məşğul olub. Bundan başqa xərçəng alveri ilə də məşğul olmuşdur. O, aeroport yolunda ev tutmuş və Bakı şəhərinə xərçəng aparıb satmaqla məşğul olmuşdur. 1 manat dəyərində xərçəngi 5 manata satmışdır. Təqsirləndirilən şəxs qardaşı qədər güvəndiyi üçün 2022-ci ildə ona 10.000 manat pul vermiş, pulu ABŞ dollarına çevirməsini istəmişdir. O, pulu verdikdən sonra Təqsirləndirilən şəxs dollar istəmiş, Təqsirləndirilən şəxs ona “Hüseyn pul gəlmir, 1-2 saata kimi gələrsən, dollarını verərəm” – deyə cavab vermiş, 2 saatdan sonra onun yanına getdiyində pulun sabah gələcəyini söyləmişdir. Ertəsi gün yenidən F.Məmədovun yanına getmiş, Təqsirləndirilən şəxs onun kostyumunun cibinə 300 manat pul qoymuş, ona “can ciyər, pulu pul gətirir, sənin evində qalması ilə mənim evimdə qalmasının fərqi yoxdur” – deyə, söyləmiş, bundan sonra hər ayın 10-u ona 300 manat pul vermişdir. Təxminən 6 ay keçdikdən sonra o, Təqsirləndirilən şəxs 20.000 manat pul verərək, cəmi 30.000 manat pulu ABŞ dollarına çevirməsini istəmiş, Təqsirləndirilən şəxs da öz növbəsində heç bir problem olmadığını söyləyərək pulu almış və 2 saat sonra gəlib götürməsini bildirmişdir. 2 saat sonra Təqsirləndirilən şəxs yanına getdiyində yenə də əvvəlki qaydada Təqsirləndirilən şəxs ona pulun gəlmədiyini, bir gün sonra gəlib götürməsini demiş, ertəsi gün getdikdə isə cibinə 900 manat pul qoyaraq eyni ifadələri söyləmiş və hər ayın 10-u ona 900 manat pul vermişdir. Daha sonra o, həmkəndlisi Zamiq adlı şəxsdən 8.000 manat qarşılığında 55.500 türk lirəsi almış, Təqsirləndirilən şəxs “14.7-ə lirə almışam, qiymət düşür” – söyləmiş, Təqsirləndirilən şəxs ondan “mənə neçəyə verərsən” – deyə, soruşduqda o, “sənə 12.7-ə verərəm” – söyləmiş və türk lirəsinə çevirməsi üçün ona 12.700 manat pul vermişdir. Ertəsi gün Təqsirləndirilən şəxs ona lirənin endiyini söyləmiş, o, isə əlində olan 55.500 türk lirəsini də manata çevirmək üçün ona verməyi təklif etmiş, Təqsirləndirilən şəxs da bununla razılaşmış, onların arasındakı pul haqq-hesabı 50.000 manat dəyərində olmuş, bu qaydada Təqsirləndirilən şəxs hər ayın 10-u ona 2.000 manat pul vermişdir. İyun ayının 7-si, o, balıqda olan zaman Təqsirləndirilən şəxs “mən balıqdayam, uşaqlar qayınanamgildədir, get 10 min manat götür, 50 min də əvvəl vermişəm, 60 mini bütöv dollara çevir” – söyləmiş, Təqsirləndirilən şəxs razılaşaraq onun dediyi yerə getmiş, oğlu Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulları verərərkən qazanc məqsədi güddüyünü, onları sələmə vermədiyini bildirmişdir. Həmin ayın 10-u Təqsirləndirilən şəxs zəng edərək bazarı başqa adama satdıqlarını, ona pul lazım olduğunu söyləmiş və ondan 60.000 manat pulunu qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs ondan bir az gözləməsini istəmiş, 3 gün sonra yenidən pulu istədikdə onu gözlətmiş, o, evlərinə gələcəyini söylədikdə Təqsirləndirilən şəxs etiraz etmiş və onlar Çomaxtur yolunun yanında görüşərək birlikdə notariusa gəlmişlər. Lakin prosedurlara uyğun olaraq Təqsirləndirilən şəxs pul verməsi ilə bağlı məlumatları rəsmiləşdirə bilməmişlər. 3-5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona Bakı şəhərinə gedəcəyini, Fazil müəllimin qudasından 250.000 manat alacağının olduğunu, 300.000 manat pulun da Türkiyə Respublikasından göndəriləcəyini, ümumilikdə 500.000 manat alacağının olduğunu söyləmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Bakı şəhərindən qayıtmış, onunla görüşmüş, Təqsirləndirilən şəxs yenə də onun pulunu qaytaracağını vəd etmiş, lakin qaytarmamış, bundan sonra o, DTX-ya, Prokurorluğa şikayətlər etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs ona zəng edərək “Hüseyn, sənə Hərbi Porkurorluqdan zəng edəcəklər. Gedib izahat verərsən ki, mən səndən 20 min manat borc almışam” – deyə, söyləmiş, o, prokurorluğun inzibati binasına getmiş, izahatında Təqsirləndirilən şəxs ona 20.000 yox, 60.000 manat borclu olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs4 ifadəsinin davamında Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona vurduğu maddi ziyana görə 60.000 manat, mənəvi ziyana görə isə əlavə 15000 manat pul tələb etmişdir. O, söylədikləri ilə bağlı sübutunun olduğunu, Təqsirləndirilən şəxs pul verən zaman Şərur rayonunun bazarındakı kamerada görüntülərin olduğunu, bundan başqa Zeyvə kəndinin və Şərur rayonunun məscidinin kamerasında da pul verməsi ilə bağlı görüntülərinin olduğunu söyləmişdir. O, həmçinin Təqsirləndirilən şəxs onun haqqında qanunsuz işlərlə məşğul olması barədə yalan söylədiyini, özünün vətən uğrunda canından keçdiyini, heç kimin onun haqqında mənfi rəy verəcəyini düşünmədiyini söyləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaxından tanımamış, qonşusu Xəlil adlı şəxsin vasitəçiliyi ilə Təqsirləndirilən şəxs manat verərək ondan dollar almışdır. Sonuncu dəfə dollar almaq üçün ona 5.100 manat pul vermiş, 10 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona 3.000 manat pul qaytarmış, 2-3 ay sonra o, qalan pulu istəmiş, Təqsirləndirilən şəxs hər dəfə “verəcəyəm, sabah gəl, o biri gün gəl” – deyə cavab vermiş, ona 1.200 ABŞ dolları borcu qalmışdır. O, həmçinin ifadəsində təqsirləndirilən şəxsin “2.000 manat pulu qaytarmışam, bununla bağlı Hüseynin özünün də imzalı ərizəsi var” – deyə, söylədiyi fikirlərin yalan olduğunu, Təqsirləndirilən şəxs oğlu Farizin onun yanına gələrək “atam xəstəxanaya getməlidir, ölür, qol çəkib icazə verməlisiniz” – deyə, söyləyərək dediyi sənədə imza etdirdiyini, imzanın özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onların arasında pul alış-verişi olmuş, ehtiyac olduqda bir-birlərindən pul almışlar. O, Dubay şəhərindən telefon gətirib satmaqla məşğul olmuş, Təqsirləndirilən şəxs ona “pulun evdə qalmağındansa, mənə ver, Dubaya getməmişdən bir həftə - 5 gün qabaq mənə de, sənin pulunu verim, lirə enib, pulunu hazırlayım, götür” – deyə, söyləmiş, o, əvvəlcə istəməmiş, daha sonra Təqsirləndirilən şəxs onu razı salmışdır. Təqsirləndirilən şəxs pul məsələsinin necə olacağını soruşmuş, Təqsirləndirilən şəxs ona ikisinin də qazanacağını, ayın sonunda haqq-hesab edəcəklərini, qazancdan hər ay 3000-5000 manat aralığında pul verəcəyini, onun pulu ilə edilən alış-verişin dəqiq qeydiyyatını aparacağını söyləmişdir. 2023-cü ilin iyun ayında Şərur rayonunda yerləşən Kapital Bankın inzibati binasının arxasında “Kia” markalı avtomobildə 32.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Ayın sonunda zəng edərək pulu niyə vermədiyi soruşduqda Təqsirləndirilən şəxs pulun Türkiyə Respublikasından 2-3 günə gələcəyini söyləmişdir. Daha sonra yenidən dəfələrlə zəng etməsinə baxmayaraq Təqsirləndirilən şəxs zənglərə cavab verməmişdir. Bir müddət sonra Fuad Bakı şəhərinə getdiyini, pulu ona çatdıracaqlarını söyləmiş, lakin pulu çatdıran olmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, onun evinə getdiyində qapıya qıfıl vurulduğunu görmüşdür. Təqsirləndirilən şəxs Bakı şəhərindən gəldikdən sonra onun evinə getmiş, Təqsirləndirilən şəxs ona 2 ay vaxt verməsini istəmiş, pulunu qaytaracağını söyləmişdir. İstintaq dövründə o, Təqsirləndirilən şəxs danışıqlarının səsyazısını müstəntiqə təqdim etmişdir. İstintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs ondan borcu az yazdırmasını, işin böyüməməsini xahiş etsə də, bununla razılaşmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhərində olarkən dəfələrlə Şərur Rayon Polis İdarəsində izahat vermiş, Fuadın Moskva şəhərinə gedəcəyini bildirdikdən sonra Təqsirləndirilən şəxs ölkədən çıxışına qadağa qoyulmuşdur. O, ifadəsinin sonunda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, pulun hissə-hissə də olsa, ona qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, oğlu mütəmadi olaraq İstanbul şəhərindən ona pul göndərmiş, o da pulu Şərurda almışdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs onları tanımış, oğlunun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs evlərinə gələrək onlara “pulu ver, özüm dövr elətdirim, nə vaxt lazım olsa verəcəyəm” – deyə, söyləmişdir. O, bildirmişdir ki, aprel ayının 25-də Təqsirləndirilən şəxs avtomobildə onun oğlundan 8.700 ABŞ dolları pul almış, oğlu pulu verən zaman o da görmüşdür. Daha sonra o, qızı ilə birlikdə Türkiyə Respublikasından qayıdan zaman Təqsirləndirilən şəxs evlərinə gələrək yenidən pul istəmiş və 1.450 ABŞ dolları pulu ona vermişdir. Ümümilikdə, Təqsirləndirilən şəxs ondan 10.150 ABŞ dolları pul almış, bu zaman onun həyat yoldaşı da orada olmuş, onlara nə vaxt lazım olarsa pulu qaytaracağını söyləmişdir. Həyat yoldaşını müayinə üçün İstanbul şəhərinə apardıqları zaman Təqsirləndirilən şəxs pulu istədiklərini, lakin pulu gətirmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs ona hər dəfə 500 manat olmaqla iki dəfə, cəmi 1000 manat pul qaytardığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və qalan pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır. Avtomobil almaq üçün Bakı şəhərinə gedərkən cibində 11.000 türk lirəsi olmuşdur. Bakı şəhərinə getməmişdən əvvəl Təqsirləndirilən şəxs yanına getmiş, Təqsirləndirilən şəxs ondan nə vaxt gedəcəyini soruşmuş, o isə cavabında cümə günü gedəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs ona 1 manatın 8 türk lirəsinə bərabər olduğunu, onun pulunu 1 manata 8.2 türk lirəsi hesabı ilə verəcəyini söyləmiş və cümə günü pulu ona vermişdir. Daha sonra o, Bakı şəhərinə gedib-gəlmiş, oradan oğluna almaq üçün ev tapmış, oğluna bunun üçün pul göndərməsini söyləmişdir. Oğlunda 21.400 manat pul olmuşdur. Pulu Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün Təqsirləndirilən şəxs köməklik etməsini istəmiş, Təqsirləndirilən şəxs ona “mənim orada adamım var, perovod edərik, mən burada sənə verərəm” – deyə, söyləmiş, daha sonra oğlu 211.365 türk lirəsi və 2.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs dediyi Türkiyə Respublikasında olan adamı - Valeh adlı şəxsə vermişdir. Təqsirləndirilən şəxs ona zəng edərək pulun çatdığını söyləmiş və o, Təqsirləndirilən şəxs yanına getmişdir. Ondan pulun məbləğini hesablayıb söyləməsini istədiyində, Təqsirləndirilən şəxs ona 21.400 manat olduğunu söyləmişdir. O, pulu istəyən zaman Təqsirləndirilən şəxs ona bir gün sonra gəlməsini söyləmişdir. Növbəti gün pulunu istədikdə yenə də təxirə salmış, daha sonra Bakı şəhərinə getmişdir. O, polisə şikayət etmiş, Təqsirləndirilən şəxs oğlu ona 300 manat pul verərək ondan şikayətini geri çəkməsini istəmiş, o, bununla razılaşmamış, daha sonra Təqsirləndirilən şəxs oğlu onu evlərinə çağırdıqda o, pulu alacağını zənn etsə də, oğlu ona 200 manat pul vermiş, o, bunu polisə zəng edərək söyləmiş, daha sonra Təqsirləndirilən şəxs ona Hümbət adlı şəxsdən 240.000 manat, Şahin adlı şəxsdən 18.000 manat alacağının olduğunu, 5-10 günə pulu qaytaracağını söyləmiş, lakin qaytarmamışdır. O, polis vasitəsilə pulunun 1.050 manatını aldığını, qalan məbləğin qaytarılmadığını, dediklərinə dair əlində sübut qismində səsyazısı olduğunu, həmin səsyazısında Təqsirləndirilən şəxs “pulun 10.000 manatını gətirmişəm, 11.365 manatını da sonra verəcəyəm” – deyə, söylədiyini bildirmişdir. İfadəsinin davamında zərərçəkmiş Zərərçəkmiş şəxs21 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və qalan pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Onlar 2023-cü ildə Şərur bazarında qarşılaşıb görüşmüşlər. Təqsirləndirilən şəxs onun əlində müəyyən miqdar pul olduğunu bildiyini və həmin pulu dövr etdirib birlikdə qazanc əldə edəcəklərini söyləmiş, o da Təqsirləndirilən şəxs inandığı və etibar etdiyi üçün bu təkliflə razılaşmışdır. Həmin vaxt siqaret alveri ilə məşğul olmuşdur. 10.000 manat pul verəcəyi təqdirdə qazancının nə qədər olacağını Fikrətdən soruşmuş, Təqsirləndirilən şəxs hər ay 400-500 manat pul verəcəyini söyləmişdir. O, birinci dəfə 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs 16.500 ABŞ dolları pul vermiş, Təqsirləndirilən şəxs isə öz növbəsində qazanc olaraq hər ay 600 ABŞ dolları olmaqla 3 ay ərzində, ümumilikdə, 1.800 ABŞ dolları pul vermişdir. Bir müddət sonra Şərur bazarında olarkən Təqsirləndirilən şəxsla görüşdüyündə Fikrət Türkiyə Respublikasından pul gələcəyini, 6.000-7.000 ABŞ dolları pul lazım olduğunu, 1 həftəyə qaytaracağını söyləmiş, o isə 3.000 ABŞ dolları pulu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona daha artıq pul lazım olduğunu dediyində oğlunun xəstəliyi ilə əlaqədar saxladığı 1.000 manat pulu olmuş, lakin həmin pulu vermək istəməmişdir. Təqsirləndirilən şəxs ondan həmin 1.000 manat pulu da verməsini istəmiş, bir gün sonra qaytaracağını söyləmişdir. Həmin pullar qardaşının evində olduğu üçün Təqsirləndirilən şəxs avtomobili ilə qardaşının evinə gedərək oradan pulu götürmüş, ümumilikdə, 3.000 ABŞ dolları və 1.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, ertəsi gün pulu almaq üçün Təqsirləndirilən şəxs yanına getsə də, aşura günü olduğundan bazar işləmədiyi üçün sonrakı gün yenidən oraya getmişdir. Təqsirləndirilən şəxs pulunu istəyən zaman birazdan pulu verəcəyini söylədikdə o, heç olmasa 1.000 manat pulunu geri qaytarmasını istəmiş və 1000 manatı Təqsirləndirilən şəxs aldıqdan sonra oradan getmişdir. 3-4 gün keçdikdən sonra həmkəndlisindən Təqsirləndirilən şəxs camaatın pulunu alıb Bakı şəhərinə qaçdığı barədə məlumat almış, Təqsirləndirilən şəxs zəng edərək məsələ barədə soruşduqda Təqsirləndirilən şəxs deyilənlərin yalan olduğunu, pul məsələsi ilə bağlı Bakı şəhərinə getdiyini və geri qayıdacağını söyləmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra geri qayıtmış, Şərur şəhərindəki bazarda fəaliyyətinə davam etmişdir. O, daha sonra 2-3 dəfə Təqsirləndirilən şəxs evinə getmiş, oğlunun sağalması üçün o pullara ehtiyacının olduğunu söyləmiş, Təqsirləndirilən şəxs isə bu gün-sabah verəcəyəm deyərək yalan vədlər verərərk pulunu qaytarmamışdır. O, daha sonra Şərur bazarına gəldiyi zaman Təqsirləndirilən şəxs pul dəyişdiyini gördüyündə qəzəblənib ona hücum etmiş, həmin vaxt ətrafdakı insanlar onları ayırmışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları onları Şərur rayon Polis İdarəsinə aparmış, o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, Fuadın ona 19.500 ABŞ dolları borcu olduğunu, lakin pulu vermədiyini bildirmişdir. 2023-cü ilin oktyabr ayında, şikayətinə baxılan zaman oğlunun xəstəliyi ilə əlaqədar onu Türkiyə Respublikasının Ərzurum şəhərinə aparmalı olduğundan Təqsirləndirilən şəxs 1.500 ABŞ dolları pulunu qaytarmasını istəmiş, lakin o, buna imkanının olmadığını bildirərək Şərur Rayon Polis İdarəsində akt əsasında ona 700 ABŞ dolları pul qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ona 18.800 ABŞ dolları pul borcu vardır. İfadəsinin davamında zərərçəkmiş Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, onun ailəsi Türkiyə Respublikasında yaşayır. Təqsirləndirilən şəxs 10-15 il olar ki, tanıyır. Türkiyə Respublikasından Təqsirləndirilən şəxs həmkəndlisi Qafur adlı şəxsin vasitəsilə ailəsinə məxsus 19.000 türk lirəsi (1.273 manat) pulu göndərmiş və o, Təqsirləndirilən şəxs həmin pulu Naxçıvan şəhərindəki taxta-şalban satılan mağazaya çatdırmasını zəng edərək xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin pulu Qafur adlı şəxsin atasının evindən götürsə də, mağazaya verməmişdir. Təxminən 1-2 ay keçdikdən sonra Türkiyə Respublikasından Şərura qayıtmışdır. Təqsirləndirilən şəxs güvəndiyi üçün bu müddətdə pulun mağazaya çatdırıb-çatdırmaması ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs zəng etdiyində Fuad pulu aldığını, lakin mağazaya çatdırmadığını söyləmişdir. Pulu mağazaya çatdırmasını istədiyində Təqsirləndirilən şəxs ona ”bu gün verəcəyəm, sabah verəcəyəm” – deyə, cavab verərək onu aldatmışdır. Bu barədə Təqsirləndirilən şəxsla danışığını əks etdirən səsyazısı da vardır. İfadəsinin davamında Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs şikayətçi olduğunu və pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, 5 il ərzində ailəsi ilə birlikdə İstanbul şəhərində yaşamış və orada işləmişdir. Təqsirləndirilən şəxs yaxşı tanıyır və onunla qonşu kəndlərdə yaşayırlar. İstanbul şəhərindən müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs dəyişməsi üçün pul göndərmişdir. O, 5 ildən sonra kəndə qayıtmış, yoldaşı ilə birlikdə pul dəyişmək üçün Təqsirləndirilən şəxs yanına getmişdir. Ona 200.000 türk lirəsi pul vermiş, Təqsirləndirilən şəxs isə qarşılığında ona 2.000 manat pul qaytarmış və günortadan sonra pulun qalanını verəcəyini söyləmişdir. Günortadan sonra zəng etdiyində Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. O, ertəsi gün Təqsirləndirilən şəxs yanına gedərək pulu istəmiş, o, and-aman edərək pulu qaytaracağına söz vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə getməsi barədə məlumat almış, yenidən Təqsirləndirilən şəxs zəng etmiş və Təqsirləndirilən şəxs ona “heç kimə demə, Bakıdan gələn kimi sənin pulunu çatdıracağam” – deyə, cavab vermiş, lakin Bakı şəhərindən gəldikdən sonra tutulmuş və onun pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 6.000 manat pul almasının yalan olduğunu, Təqsirləndirilən şəxs ona cəmi 2.000 manat pul verdiyini, ondan şikayətçi olduğunu, onun tutulmasını istəmədiyini, tələbinin Təqsirləndirilən şəxs ona borclu olduğu 14.000 manat pulun qaytarılmasından ibarət olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, əvvəlcə Rusiya Federasiyasında yaşamış, daha sonra Azərbaycan Respublikasına gələrək burada heyvandarlıqla məşğul olmuşdur. O, heyvanlarını satdıqdan sonra əlində 10.000 manata yaxın pul olmuşdur. O, həmkəndlisinə zəng vuraraq görüşmüş, aralarında türk lirəsinin dəyərinin düşdüyünü, daha sonra qalxacağı təqdirdə qazanc götürə biləcəkləri haqda danışmışlar. Həmkəndlisi İsmayıl 6.000 manat, özü isə 9.000 manat pul götürərək Şərur bazarına, Təqsirləndirilən şəxs yanına getmişlər. Təqsirləndirilən şəxs 2007-ci ildən tanıyır. Görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs 1 manatın 15 türk lirəsi dəyərində olduğunu söyləmiş və 1 manatı 14.5 türk lirəsi dəyərində hesablamaqla ona 200.000 türk lirəsi verməsi üçün 6.000 manatı İsmayılın, 9.000 manatı isə özünün olmaqla, ümumilikdə, 15.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən bir həftə sonra türk lirəsinin dəyərinin düşməsi ilə bağlı məlumat aldığında Təqsirləndirilən şəxs yanına gələrək “ Niyə mənə xəbər etmirsən ki? 6.000 manat pul itirdim. Türk lirəsi 9-a düşdü” – deyə söyləmiş, Təqsirləndirilən şəxs isə öz növbəsində ona ”narahat olma, qoy pul məndə qalsın. O pulu dövr etdirim. Sezondur, işim də yaxşı gedir, pulun qazancından da sənə verim. Sənin də, mənim də işim düzəlsin” – deyə, cavab vermişdir. O, pulun hamısının ona aid olmadığı üçün İsmayılla danışacağını, daha sonra ona xəbər edəcəyini söyləmişdir. O, İsmayılla danışmış, onlar razılaşmış və özünün və İsmayılın pulunu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona danışdıqları kimi qazancdan 3 dəfə 300 manat, 2 dəfə 360 manat, 2 dəfə 400 manat , 1 dəfə 470 manat, ondan sonra 2 və ya 3 dəfə 600- 650 manat olmaqla, ümumilikdə, 8-9 dəfə pul vermişdir. Təxminən 4-5 ay sonra Təqsirləndirilən şəxs yanına gedərək 10.000 ABŞ dolları pul lazım olduğunu, onu manata çevirərək Bakı şəhərindəki yeznəsinə göndərməli olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs ona heç bir problem olmadığını söyləmiş, o, manata çevirməsi üçün 10.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermiş və Təqsirləndirilən şəxs pulu bir gün sonra verəcəyini söyləmişdir. Ertəsi gün yanına getdiyində Təqsirləndirilən şəxs ona “qoy bu pul da qalsın” – demiş, o isə yeznəsi ilə danışmış və yeznəsi Təqsirləndirilən şəxs yox, onu tanıdığını, Təqsirləndirilən şəxs verəcəyi qazancın 50 manatını da onun xərcləməsini söyləyərək razılaşmışdır. 10.000 ABŞ dollar pulu aldıqdan sonra Təqsirləndirilən şəxs hər ay ona 650-670 manat məbləğində qazanc verməyə başlamışdır. Daha sonra o, şüşə işinə keçdiyi üçün Təqsirləndirilən şəxs pulunu istədiyində Təqsirləndirilən şəxs ona “Sabah, o biri gün verəcəyəm”– deyərək, onu aldatmış, o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin üzünü çıxararaq üzərində ondan aldığı pulun məbləğini qeyd etməsini və onun istədiyi təqdirdə pulu qaytaracağını öhdəlik götürərək notariusda təsdiqlətməsini istəmiş, lakin Təqsirləndirilən şəxs bundan boyun qaçırmışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs pulunu istəmiş, ona zəng etmiş, Təqsirləndirilən şəxs ona “narahat olma qardaş, gəlirəm verəm, başıma iş gəlib, 350.000 manat perovod etmişəm. Mənim pulumu qaytarmayıblar” – deyə söyləmiş, daha sonra Təqsirləndirilən şəxs oğlu telefonda onunla danışmış, 350.000 manat alacaqlarının olduğunu, bunun üçün Prezident Aparatına getdiklərini söyləmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərindən qayıtdıqdan sonra onlar Şərur bazarında rastlaşmış, Təqsirləndirilən şəxs yenə də ona pulunu qaytaracağını söyləmiş, o isə qazancı istəmədiyini, sadəcə 3-4 ay işləyərək onun pulunu tam ödəməsini, pulun təkcə ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra onlar arasında üzləşmə istintaq hərəkəti aparılan zaman o, Təqsirləndirilən şəxs “mən sənin tutulmağını istəmirəm, pulumu tələb edirəm” – demiş, rəsmi qaydada borcunu etiraf edəcəyi və müəyyən müddət ərzində ödəyəcəyi ilə bağlı öhdəlik götürdüyü təqdirdə ondan şikayətçi olmayacağını söyləmişdir. O, ifadəsinin davamında Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları və 15.000 manatının istər manat, istərsə də türk lirəsi şəklində qaytarılmasını tələb etdiyini, ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. Onlar bir-birlərindən pul alıb vermiş, həmçinin onun atası da Təqsirləndirilən şəxsla pul alveri etmişdir. O, 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs Şərur bazarında manatla dəyişməsi üçün 7.800 ABŞ dolları pul vermiş, Təqsirləndirilən şəxs ona 2 gün gözləməsini, Türkiyə Respublikasından pul gələcəyini, onun pulunu 1 manata 1.71 ABŞ dolları hesabı ilə qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. O, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə getdiyini öyrənmiş, ondan şikayətçi olmuş və 7.800 ABŞ dolları pulunu tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla həmkəndlidir, onun və atasının Təqsirləndirilən şəxsla əvvəllər də pul alveri olmuşdur. O, sonuncu dəfə Təqsirləndirilən şəxs ABŞ dollarına çevirməsi üçün 3.380 manat pul vermiş, Təqsirləndirilən şəxs ona “Aşura gününə görə işləmirik, sabah gəlib pulunu götürərsən” – deyə, söyləmiş, lakin o, dediyi vaxt getdiyində Təqsirləndirilən şəxs ona “gözlə, pulunu gətirəcəyəm” – deyərək onu aldatmışdır. Bir gün sonra Təqsirləndirilən şəxs axşamüstü ona zəng edərək sabah gəlib pulu götürməsini söyləmiş, ertəsi gün getdiyində pulunu başqasına satdığını, qaytaracağını bildirərək ona 30 manat pul vermişdir. O, etiraz edərək pulunu tam şəkildə istəmiş, Təqsirləndirilən şəxs ona “buralarda ol, verəcəyəm” – desə də, pulunu qaytarmamışdır. Sonra yenidən Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs ona Bakı şəhərində olduğunu, qayıdanda pulunu verəcəyini söyləmiş, 3 gün keçdikdən sonra o, Şərur Rayon Polis İdarəsinə gedərək Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. O, həmçinin, məhkəmədə Təqsirləndirilən şəxs şikayətçi olduğunu, 3.350 manat pulunun qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən pul verməmiş, Türkiyə Respublikasında işləyən oğlu dəfələrlə oradan Təqsirləndirilən şəxs vasitəçiliyi ilə pul göndərmiş, o pulu gedib Təqsirləndirilən şəxs götürmüşdür. Sonuncu dəfə oğlu 2470 manat pul göndərmiş, bu zaman Təqsirləndirilən şəxs Bakı şəhərində olmuş, oradan hissə-hissə olmaqla pulun tamamını onlara vermişdir. O, məhkəmədə Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayan oğluna çatdırması üçün Təqsirləndirilən şəxs 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona pulu 1 saata götürə biləcəyini söyləmiş, lakin 3 gün keçsə də pulu verməmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində olan zaman onun oğlunun kartına 1.000-1.500 manat pul göndərmiş, təxminən 20-25 gün ərzində 8.000 manat pulu ona ödəmiş, qalan 2.000 manat pulu da Təqsirləndirilən şəxs yaxınları ödəmişdir. O, məhkəmədə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, 25 il ərzində Təqsirləndirilən şəxsla yoldaşlıq etmişdir. O, 2023-cü ilin may ayında Şahid3 yanında Təqsirləndirilən şəxs 7.800 manat pul vermiş, Təqsirləndirilən şəxs pulun təxminən 1.500 manatını geri qaytarmış, ona 6.300 manat pul borcu qalmışdır. O, pulu istədikdə Təqsirləndirilən şəxs ona 1-2 saat sonra gəlməsini, 2-3 gündən sonra gəlməsini söyləyərək onu aldatmışdır. İfadəsinin davamında zərərçəkmiş Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, onun 700 ABŞ dolları pulu olmuş, manata çevirməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin gün pulu ondan alsa da üzərində pulu olmadığını söyləmişdir. 2-3 gün pulunu ala bilməmiş, daha sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə getdiyini eşitmişdir. Bakı şəhərindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs tutulduğunu eşitmiş və ondan şikayətçi olmuşdur. Təxminən bir ay əvvəl Təqsirləndirilən şəxs oğlu onun pulunu qaytarmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ona “pulun varsa mənə ver, sən də xeyir götür, mən də götürüm” – deyə, söyləmiş, o da öz növbəsində 6.000 ABŞ dolları pulu Fuada vermişdir. Təqsirləndirilən şəxs qazanc kimi müəyyən aralıqlarla ona 200-300 manat pul vermişdir. Təqsirləndirilən şəxs daha sonra eyni qaydada qazanc məqsədilə ondan 10.000 ABŞ dolları pul verməsini istəmiş və o həmin məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs bu pulun qarşılığında qazanc olaraq ona 1.500 ABŞ dolları pul vermişdir. O, Təqsirləndirilən şəxs ona qazanc kimi verdiyi 2.800 ABŞ dolları pulu Fuada qaytararaq qızına toy edəcəyi üçün ona verdiyi pulları bütöv şəkildə geri istəmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, avqust ayında Bakı şəhərinə getdiyi üçün pulu verə bilməmiş, həmin müddətdə o polisə gedərək şikayətçi olmuş, sonra Təqsirləndirilən şəxs oğlu onun 26.000 ABŞ dolları pulunun tamamını qaytarmışdır. O, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ildir tanıyır. Fuadla birlikdə bazarda işləmiş, əvəllər ondan bir neçə dəfə pul almiş və qaytarmışdır. 2023-cü ilin iyun ayının 2-si Təqsirləndirilən şəxs Azərbaycan manatını ABŞ dollarına dəyişə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs da cavabında mümkün olduğunu söyləmişdir. Günorta saat 16 radələrində Təqsirləndirilən şəxs öz avtomobilində onların məhəlləsinə gəlmiş və küçədə dayanaraq qardaşı ilə söhbət etmişdir. Evdən çıxaraq onların yanına getmiş və Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək avtomobildə Təqsirləndirilən şəxs 17.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt ona ABŞ dolları gətirə bilmədiyini, bir gün sonra Daşarx kəndinin yanacaqdoldurma məntəqəsindən pulu götürüb ona verəcəyini söyləmişdir. Bir həftə müddət keçsə də, Təqsirləndirilən şəxs pulu verməmiş və bu səbəbdən Təqsirləndirilən şəxsla görüşdüyündə əsəbi halda pulunu verməsini tələb etdiyində, Təqsirləndirilən şəxs ona “səs-küy salma, indi əlimdə pul yoxdur, qabaqdan Qurban bayramı gəlir. İşlərim yaxşı gedir, qazanıram, sənin əlin xeyirlidir” – deyə, söyləmiş və stolun üstünə 200 manat pul qoyaraq bunun borca aidiyyəti olmadığını, ona qazanc kimi verdiyini, Qurban bayramından sonra pulunu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs, ümumilikdə, ona 600 manat pul qaytarmış, ona 16.400 manat borcu qalmışdır. Bir müddət sonra o, Təqsirləndirilən şəxs Bakı şəhərinə getdiyini eşitmiş və polisə gedərək ondan şikayətçi olmuşdur. O, həmçinin məhkəmədə Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini, borcunun 50%-ni qaytaracağı təqdirdə şikayətini geri götürəcəyini, hal-hazırda ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun oğlu Bakı şəhərində yaşayır. Oğlu ona zəng edərək Təqsirləndirilən şəxs Naxçıvan şəhərində olub-olmamasını soruşmuş, onun kartına tibbi aparat gətirilməsi üçün 6.200 manat pul köçürdüyünü, lakin Təqsirləndirilən şəxs pulu göndərmədiyini atasına bildirmişdir. O, həmin vaxt rayonda olmuş, Təqsirləndirilən şəxs Bakı şəhərinə getməsi ilə əlaqədar məlumat almış və bunu oğluna söyləmiş, oğlu isə Bakı şəhərində Təqsirləndirilən şəxs tapmış və 10 gün ərzində pulunun 4.000 manatını Təqsirləndirilən şəxs almış, lakin 2.200 manat pulunu ala bilməmişdir. Oğlu Bakı şəhərində yaşadığı üçün o, məhkəmədə şikayətçi olmuş və 2.200 manat pulun qaytarılmasını tələb etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Şərur bazarında ticarətlə məşğuldur və türk vətəndaşı ilə şərikdir. Təxminən 2023-cü ilin iyun ayında şəriyi ona Şərur rayonunda tikilən Yaşıl bazar adlı yerdən mağaza götürməyi təklif etmiş, o, əlində pulu olmadığını söylədiyində şəriyi İstanbul şəhərindən ona pul göndərəcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yanına gəlmiş, Türkiyə Respublikasından 11.000 ABŞ dolları pul gələcəyini söyləmiş, pulu Naxçıvan şəhərinə gətirmək üçün Təqsirləndirilən şəxs kömək istəmişlər. Təqsirləndirilən şəxs razılaşmış, onlara pul köçürülməsi üçün türk vətəndaşına məxsus bank hesabı vermiş, həmin hesaba şəriyi 11.000 ABŞ dolları pul köçürmüş, o, köçürmə əməliyyatının qəbzini də Təqsirləndirilən şəxs göndərmiş, bundan başqa əlində pulun çatması ilə bağlı səsyazısının da olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bir gün sonra pulu ona verəcəyini söyləmiş, 15-20 gün keçməsinə baxmayaraq pulu verməmiş, bir ay sonra ondan ayrı-ayrı vaxtlarda 7.000 manat, 5.000 manat və 3.000 manat olmaqla 3 dəfə pul almışdır. Ümumilikdə, onda olan pulun 15.000 manatını almış, 3.800 manat pul isə Təqsirləndirilən şəxs qalmışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və 3.800 manat pulunun qaytarılmasının tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o bazarda alver etməklə məşğuldur və Təqsirləndirilən şəxs oradan tanıyır. O, qardaşının onkoloji xəstə olduğunu, kənddə heyvanları otara bilmədikləri üçün 3.600 ABŞ dolları qarşılığında satdıqlarını, atasının həmin pulları manata çevirməsi üçün ona verdiyini bildirmişdir. Bunun üçün Təqsirləndirilən şəxs yanına getmiş, Təqsirləndirilən şəxs ona 1 ABŞ dollarının 1.69 manat olduğunu, ona 1.71 hesabı ilə verəcəyini, amma pulu sabah götürə biləcəyini ona söyləmişdir. O, bununla razılaşmış, 3.600 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Ertəsi gün pulu almaq üçün Təqsirləndirilən şəxs yanına getmiş, o, pulu ala bilmədiyini, ertəsi gün qaytara biləcəyini söyləmiş və ona 50 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs pulunun bu cür verilməsini istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs ona hər gün 50 manat verəcəyini, o, qardaşının xəstə olduğunu, onu Ərzurum şəhərinə aparacaqlarını söyləmiş, Təqsirləndirilən şəxs isə 3-4 gün ərzində pulunu verəcəyini bildirmişdir. Daha sonra o, pulunu istədikdə Təqsirləndirilən şəxs ona yenidən 50 manat pul vermiş, o, anasının da xəstə olduğunu, pul lazım olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 2.556 manat pul vermiş, 3.000 manat borcu qalmışdır. Onun atası da zəng edərək Təqsirləndirilən şəxs pulu istəmiş, Təqsirləndirilən şəxs ona Şərur bazarı yandığı üçün vəziyyətinin pis olduğunu, tezliklə pulu qaytaracağını söyləmiş, lakin qaytarmamışdır. O, məhkəmədə Təqsirləndirilən şəxs qazanc kimi ona verdiyi 1.000 manat pulu borcdan sildiyini, lakin 2.000 manat pulunun qaytarılmasını tələb etdiyini, həmin borcdan 1.000 manat qaytarılacağı təqdirdə belə şikayətini geri götürəcəyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Şərur rayonundakı ticarət mərkəzində Təqsirləndirilən şəxs manata çevirməsi üçün 3.900 euro pul vermiş, Təqsirləndirilən şəxs ona 167 manat pul verərək 1-2 saat sonra gəlməsini söyləmişdir. Pulu götürmək üçün getdiyində Fuad yerində olmamışdır. Ertəsi gün yenidən pulunu götürməyə getdiyində Təqsirləndirilən şəxs ondan 1 həftə vaxt istəmiş, 1 həftə sonra 600 manat pul qaytararaq pulunu tam qaytarması üçün yenidən 1 həftə vaxt istəmişdir. 1 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə getmiş, oradan qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxs evinə getmiş, Təqsirləndirilən şəxs ona pulun yarısını ayın 20-nə qədər, yarısını da ondan sonra verəcəyini söləmişdir. O, bununla razılaşmış, lakin Təqsirləndirilən şəxs pulu verə bilməmişdir. O, ifadəsinin davamında Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ondan 6.400 manat pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, əvəllər Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs11la birlikdə Türkiyə Respublikasına getmək üçün Təqsirləndirilən şəxs ümumilikdə, 17.000 manat pul verərək ondan türk lirəsi almışlar. İşləri alınmadığı üçün onlar geri gəlmiş və o, həmin türk lirəsini Təqsirləndirilən şəxs verərək manat almaq iştəmişlər. Təqsirləndirilən şəxs onun pulunu qaytarsa da, Zərərçəkmiş şəxs11 ona verdiyi pulunu qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 anası – Ələkli kəndindən olan Mahirə adlı qadın İstanbul şəhərində ona 19.000 türk lirəsi verərək dükana borcunun olduğunu və pulu oraya verməsini söyləmişdir. O, Mahirəni tanımadığını, övladları ilə İstanbul şəhərində birlikdə işlədiyi üçün pulu çatdırmağı öhdəsinə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs onun yanına gələrək pulun ona çatacağını söylədiyində pulu ona verməmişdir. Təqsirləndirilən şəxs onu telefonda həmin qadınla danışdırdıqdan sonra qadın ondan pulu Təqsirləndirilən şəxs verməsini istəmiş və o, pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, günorta evdə olan zaman atası Zərərçəkmiş şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs gələcəyini, ona evdə olan 55.000 türk lirəsi pulu verməsini söyləmişdir. Təqsirləndirilən şəxs şəxsi avtomobili ilə məscidin yanına gəlmiş, o, avtomobildə pulu sayıb Təqsirləndirilən şəxs vermiş, bu vaxt yanlarında heç kim olmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs atası ilə əvəllər haqq-hesabının olub-olmamasını, onun atasına nə qədər borclu olmasını bilmədiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında olan zaman atası Zərərçəkmiş şəxs21 ona zəng edərək, Təqsirləndirilən şəxsla danışdığını və pulu ona göndərməsini söyləmişdir. Atası Təqsirləndirilən şəxs telefon nömrəsini ona göndərmiş və o, telefonda Təqsirləndirilən şəxsla danışmışdır. Təqsirləndirilən şəxs ona Valeh adlı şəxsin nömrəsini vermiş və pulu Valehə verməsini, Valehin ona çatdıracağını bildirmişdir. O, Valehin evinə gedərək ona 211.365 türk lirəsi və 2.000 ABŞ dolları pul vermiş, o da, sayaraq pulları götürmüşdür. Daha sonra o, Təqsirləndirilən şəxs zəng edərək pulları Valehə verdiyini, sabah ona çatdıracağını söyləmişdir. Ertəsi gün Valeh ona zəng edərək pulu Təqsirləndirilən şəxs göndərdiyini, pulun onun əlinə çatdığını söyləmişdir. O, atasına pulun Təqsirləndirilən şəxs çatması ilə bağlı məlumat vermiş, Təqsirləndirilən şəxs atasına zəng edərək pulun onda olduğunu, 3-4 günə verəcəyini söyləmiş, lakin pulu qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: - X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında qohumu Zərərçəkmiş şəxs20 ona zəng vuraraq onu Şərur şəhərinə aparmağını istəmiş, “Mercedes” markalı avtomobili ilə gedərək Turanı götürmüş, ondan nə üçün Şərur şəhərinə getdiyini soruşmuş, Turan ona 9.000 manat pulunun olduğunu və lirənin kursunun qalxacağı üçün lirəyə çevirməyə getdiyini bildirmişdir. O, xəstə bibisinin təqaüdünü ona kəfən pulu kimi yığdığını söyləmiş, həmin pula münasibətdə Pənaha “bəlkə, mən də pulumu lirəyə çevirim” - deyə, sual vermiş, Turan ona “dəyiş, lirənin dəyəri qalxacaq” sözlərini demişdir. O, evə gedərək 6.000 manat pulu götürüb Turana vermiş, Turan pulun hamısını bir yerdə dəyişəcəyini bildirmişdir. Onlar daha sonra Şərur şəhərində yerləşən ticarət mərkəzinə gəlib orada pul xırdalayan Fuad adlı şəxslə görüşmüş, Turan ona 15.000 manat pulunun olduğunu bildirərək ondan lirəyə çevirməsini istəmiş, Fuad onunla razılaşmış və 1 həftə sonra pulunu verəcəyini demişdir. Onlar evə qayıtmış, o, bir həftə sonra Pənaha zəng vuraraq pulu alıb-almadığını soruşmuş, Pənah Fuadın pulu vermədiyini bildirmiş, bundan sonra Pənah ona Fuadın pulu özündə saxlayaraq dövriyyəyə buraxıb hər ay qazanc verəcəyini bildirmişdir. O, Pənaha “Fuad bizi aldadır, get pulumuzu al” - demiş, Pənah isə “sən narahat olma, məcbur belə etməliyik, lirə dəyərdən düşüb, ziyana getmişik” – demişdir. O, Pənaha “pulunu Təqsirləndirilən şəxs alacağam” - demiş, Pənah onunla razılaşmış, bir müddət sonra bibisi vəfat etmiş, Pənahdan pulunu istəmiş, Pənah ona 3.000 manat pul vermişdir. Pənahın hal-hazırda ona 3.000 manat borcu olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Təqsirləndirilən şəxs ona borcu olmadığını, pulunu Zərərçəkmiş şəxs20 alacağını söyləmişdi. - Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər onunla ədavəti olmayıb. O, qohumuna Türkiyə Respublikasından nəfəs aparatı almaq üçün Təqsirləndirilən şəxsla danışmış, Təqsirləndirilən şəxs onunla razılaşmış və kart hesabını ona demiş, Təqsirləndirilən şəxs 4169 7388 4069 5377 nömrəli kart hesabına 6.200 manat pul göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldadaraq pulu Türkiyə Respublikasına göndərməmiş, bir müddət sonra ondan hissə-hissə 4.000 manat pulunu ala bilmiş, həmin pul ailəsinə məxsus olmuş, hal-hazırda Təqsirləndirilən şəxs onlara 2.200 manat borcu qalmışdır. İş üzrə atası Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmasına etirazı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 16 yanvar 2024-cü il tarixli, 14 nömrəli Azərbaycan Respublikası Naxçıvan X10 Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş ambulator məcburi narkoloji tibbi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. - 16 yanvar 2024-cü il tarixli, 15 nömrəli Azərbaycan Respublikası Naxçıvan X10 Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində xəstəlik halı olmamış, cinayət əməli törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmiş, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs halhazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlətin tətbiqinə zərurət yoxdur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasının 22 fevral 2024-cü il tarixli 3/295 nömrəli məktubuna Naxçıvan Respublika Xəstəxanası Publik hüquqi şəxsi Ürək Mərkəzinin 23 fevral 2024-cü il tarixdə verdiyi cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə mərkəzə daxil olmuş, kardioloji müayinədən keçmiş, xəstənin əsas diaqnozu “Ürək çatmamazlığı”, ağırlaşma diaqnozu “Ağciyər ödemi”aşkar edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 21 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 3.700 avro pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 21 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs2 Sadıq oğlu Təqsirləndirilən şəxs 3.380 manat pulu Şərur rayonu, Çərçiboğan kəndində yerləşən Zərərçəkmiş şəxs2 Sadıq oğluna məxsus fərdi yaşayış evinin qarşısında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 21 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 32.000 ABŞ dolları pulu Şərur şəhərində yerləşən “Kapital” bankın Şərur rayon filialının inzibati binasının arxasında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 22 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 10.000, 20.000 , 12.700 manat pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində, 55.000 türk lirəsi pulu oğlu Şahid4 vasitəsilə Şərur rayonu, Zeyvə kəndində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin həyətyanı sahəsində, 10.000 manat pulu Şahlar Qabilovun vasitəsilə Şərur rayonu, Zeyvə kəndində yerləşən Zərərçəkmiş şəxs4 qayınanası X7 məxsus evin həyətyanı sahəsində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 22 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs 10.000 manat pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 25 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 10.000, 6.000, 10.000 ABŞ dolları pulu Şərur rayonu, Yengicə kəndində yerləşən X11 məxsus mağazanın qarşısında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 27 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs 700 ABŞ dolları pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 03 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs 5.100 manat pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 11 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 16.500 və 3.000 ABŞ dolları pulu Şərur rayonu, Çomaxtur kəndində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin qarşısında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 14 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs 7.800 ABŞ dolları pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 16 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə 19.000 türk lirəsi pulu Şərur rayonu, Çərçiboğan kənd sakini Şahid2 məxsus evin qarşısında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 17 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs 7.800 manat pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 18 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs 17.000 manat pulu Şərur rayonu, Şəhriyar kəndində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinin qarşısında vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 19 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs 200.000 türk lirəsi pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 25 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs 3.600 ABŞ dolları pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 26 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs15 Təqsirləndirilən şəxs 10.450 ABŞ dolları pulu Şərur rayonu, Xələc kəndində yerləşən Zərərçəkmiş şəxs15 məxsus evin həyətyanı sahəsində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 27 dekabr 2023-cü il tarixli səs yazılarının köçürüldüyü CD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, həmin səs yazısı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 telefon danışığı zamanı qeydə alınmış və Təqsirləndirilən şəxs Rafiq Hüseynovdan 32.000 ABŞ dolları pul alması və həmin pulu qaytarmaması təsdiqini tapmışdır. - 30 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış havanın işıqlı vaxtı, təbii işıqlandırma şəraitində keçirilmiş və Zərərçəkmiş şəxs20 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda 15.000 manat və 10.000 manat pulu Şərur şəhərində yerləşən ticarət mərkəzində vermiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. - 02 dekabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnaməyə 05 dekabr 2023-cü il tarixdə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Şərur Rayon Çərçiboğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Alışar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs21 müsbət xarakterizə olunmuşlar. - Şərur Rayon Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs12 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Çəmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs13 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs16 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs19 müsbət xarakterizə olunmuşdur. - Sədərək Rayon Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs20 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Çərçiboğan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs2 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, X16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 müsbət xarakterizə olunmuşlar. - Şərur Rayon Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs14 müsbət xarakterizə olunmuşlar. - Şərur Rayon Məmmədsabir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs18 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Arbatan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs11 müsbət xarakterizə olunmuşdur. - Şərur Rayon Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 müsbət xarakterizə olunmuşlar. - Şərur Rayon Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs10 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmişdir. Belə ki, o, Şərur rayonu, Zeyvə kənd sakini Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 2022-ci il ilin iyun ayından 07 iyul 2023-cü il tarixədək vahid qəsdlə Şərur şəhərində olan bazarda və Şərur rayonu, Zeyvə kənd ərazisində ümumilikdə 57.677 manat 50 qəpik pulunu alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Sədərək rayonu, Dəmirçi kənd sakini Zərərçəkmiş şəxs20 etibarından sui-istifadə edib 15.000 manatını türk lirəsi ilə və 10.000 ABŞ dollarını Azərbaycan manatına mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023cü ilin mart ayından 25 may 2023-cü il tarixədək Şərur şəhərində olan bazarda ümumilikdə 32.000 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Arbatan kənd sakini Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib pulunu 7.800 manatı türk lirəsinə mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin may ayında Şərur şəhərində olan bazarda 7.800 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Muğanlı kənd sakini Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib 26.000 ABŞ dollarını dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 15 aprel 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək 44.200 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Alışar kənd sakini Zərərçəkmiş şəxs21 etibarından sui-istifadə edib oğlu X19 Respublikasından ona göndərdiyi 211.365 türk lirəsini və 2.000 ABŞ dollarını yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 07 iyun 2023-cü il tarixdə 19.442 manat 60 qəpik pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib 19.500 ABŞ dollarını dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə və istədiyi vaxt pulunu geri qaytaracağına dair yalan vəd verib aldadaraq 04 aprel 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək Şərur şəhərində olan bazarda və Şərur rayonu, Çomaxtur kənd ərazisində 33.150 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çəmənli kənd sakini Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib 200.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 10 aprel 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 17.660 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xanlıqlar kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib tanışı Əli adlı şəxsə verməsi üçün Türkiyə Respublikasından ona göndərdiyi 19.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 15 may 2023-cü il tarixdə 1.683 manat 40 qəpik pulunu ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Şəhriyar kənd sakini Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib pulunu yaxın müddətdə ABŞ dollarına mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 02 iyun 2023-cü il tarixdə Şərur rayonu, Şəhriyar kənd ərazisində 17.000 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Məmmədsabir kənd sakini Zərərçəkmiş şəxs18 etibarından sui-istifadə edib pulunu Şərur şəhər ərazisində ABŞ dollarına mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyun ayında Şərur şəhərində olan bazarda 5.100 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Zeyvə kənd sakini Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib 32.000 ABŞ dolları pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə dair yalan vəd verib aldadaraq 16 iyul 2023-cü il tarixdə Şərur şəhərində 54.400 manat pulunu alıb ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib 7.800 ABŞ dolları pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 16 iyul 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 13.260 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Çərçiboğan kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib pulunu Şərur şəhər ərazisində ABŞ dollarına mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayında Şərur şəhərində olan bazarda 3.380 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib 3.900 avro pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayında Şərur şəhərində olan bazarda 3.900 avro alıb ələ keçirərək 7.386 manat 60 qəpik pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Alışar kənd sakini Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Bakı şəhərində yaşayan oğlu X9 pul göndərməsinə köməklik etməsinə dair yalan vəd verib aldadaraq 31 iyul 2023-cü il tarixdə Şərur şəhərində olan bazarda 10.000 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Məmmədsabir kənd sakini Zərərçəkmiş şəxs19 etibarından sui-istifadə edib oğlu Həsrəddin Mehdiyevin ona göndərdiyi 38.000 türk lirəsini yaxın müddətdə manatla mübadilə edib qaytaracağına dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının sonlarında 2.397 manat 80 qəpik pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs17 etibarından sui-istifadə edib 700 ABŞ dolları pulunu manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının sonlarında Şərur şəhərində olan bazarda 1.190 manat pulunu alıb ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib 10.450 ABŞ dolları pulunu dövriyyəyə buraxaraq hər ay əldə etdiyi qazancın bir hissəsini ona verəcəyinə dair yalan vəd verib aldadaraq 25 aprel 2023-cü il tarixdə Şərur rayonu, Xələc kənd ərazisində 17.765 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Türkiyə Respublikasından avadanlıq gətirəcəyinə dair yalan vəd verib aldadaraq 15 avqust 2023-cü il tarixdə 6.200 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Xələc kənd sakini Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib Türkiyə Respublikasından ona göndərilən pulu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 iyul 2023-cü il tarixdə 18.700 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o Şərur rayonu, Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib Şərur şəhər ərazisində 3.600 ABŞ dollarını manata mübadilə edəcəyinə dair yalan vəd verib aldadaraq 2023-cü il may ayının ortalarında 6.120 manat pulunu alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsas tutmuşdur. Məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə dələduzluq cinayətinin törədilməsi üsulu və vasitəsi barədə plan qurmuş və həmin plana əsasən “qurban” seçdiyi şəxslərin etibarını qazanmaq məqsədilə onlardan aldığı pulların müqabilində gəlir əldə edəcəklərinə inandıraraq şirnikləndirib bu hesaba onların xeyli və külli miqdarda əmlakını (pulunu) ələ keçirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsində zərərçəkmişlər X13, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs7 tanımadığını, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 ona qarşı zor işlədərək və hədə qorxu gələrək ondan pul aldıqlarını, Zərərçəkmiş şəxs21 və Zərərçəkmiş şəxs12 ona borclu olduğunu, Zərərçəkmiş şəxs20əli oğlundan və Zərərçəkmiş şəxs14 pul almadığını söyləməsinə məhkəmə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Həmçinin, onun bu ifadəsi zərərçəkmiş şəxslərin ifadələri ilə təkzib olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirini təkzib edən hal məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 yanvar 2021-ci il tarixli qərarına görə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur”. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə yönəlmiş əməlləri də vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir əməl digərləri ilə faktiki əlaqədə deyil. 10 iyul 1997-ci il tarixdə qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən “vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır”. Göstərilən maddənin tələbləri baxımından “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının - 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 2-ci bəndinə görə dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. 4-cü bəndinə müvafiq olaraq dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. 8-ci bəndində qeyd olunur ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. 31-ci bəndinə uyğun olaraq ... vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs bilavasitə təqsirlidir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi vardır. Ona düzgün olaraq həmin maddə ilə ittiham verilmişdir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs “Ürək çatmamazlığı” və “Ağciyər ödemi” xəstəliklərindən əziyyət çəkməsini, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs5 olan borcun tamamilə ödənilməsini, həmin şəxslərin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətlərinin və tələblərinin olmamasını yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər... üçün azadlıqdan məhrumetmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-21/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 20 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA******* nömrəli şəxsiyyət vasiqəsi və P1811356 nömrəli pasport cəzanı icra edən orqana göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantının və cinayət işinin materiallarının köçürüldüyü 5 (beş) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat miqdarında pul köçürülməlidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs4 müxtəlif vaxtlarda bir neçə dəfəyə təqsirləndirilən şəxsə 60.000 manat pul verdiyini və qazanc məqsədilə, ümumilikdə, 17.000 manatın təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını təsdiqləmişdir. O, həmin 17.000 manat pulun əldə olunmuş qazancdan verildiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa ibtidai istintaq zamanı verilmiş ittihamda Zərərçəkmiş şəxs4 57.677 manat 50 qəpik maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı o, həmin məbləğin 60.000 manat olduğunu göstərir. Bu isə təqsirləndirilən şəxsə verilmiş ittihama münasibətdə onun vəziyyətini ağırlaşdırdığı üçün qəbul edilə bilməz. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs4 mənəvi ziyana görə də ona kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və 15.000 manat pul ödənilməsini tələb etmişdir. Məhkəmə mənəvi ziyanla bağlı məsələyə baxaraq belə nəticəyə gəlir ki, bu tələb əsassız olduğundan təmin edilə bilməz. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 mənəvi ziyana görə kompensasiya tələb edərkən təqsirləndirilən şəxs tərəfindən ona qarşı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən hansı hərəkətin olmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin mənəvi ziyanla bağlı təqsirləndirilən şəxsin maddi vəziyyətinin pis olmasını da nəzərə alır. Odur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 57.677 manat 50 qəpik maddi ziyandan ona qaytarılmış 17.000 manat çıxılmaqla 40.677 manat 50 qəpik məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən vurulmuş mənəvi ziyana görə kompensasiya tələbi rədd edilməlidir. Zərərçəkmişlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs14 mülki iddia qaldırmaq hüquqları izah olunmalıdır. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4, 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 40.677 manat 50 qəpik məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs4 xeyrinə tutulsun. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mənəvi ziyana görə kompensasiya tələbi rədd edilsin. Zərərçəkmişlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs14 mülki iddia qaldırmaq hüquqları izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA******* nömrəli şəxsiyyət vasiqəsi və P1811356 nömrəli pasport cəzanı icra edən orqana göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantının və cinayət işinin materiallarının köçürüldüyü 5 (beş) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zərərçəkmiş şəxs18 Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar