Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-18/2025 09.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:50 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1968-ci ildə Naxçıvan şəhərində doğulmuş, evli, 1 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə güclü təsir edən maddəni əldə edib qanunsuz olaraq külli miqdarda satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə həkim tərəfindən yazılan resept əsasında Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən Ümid 44 adlı aptekdən 03 blisterdə 30 ədəd qabapentin güclü təsir edən maddələri alarkən tanışı Şahid1 ona verdiyi 20 manatı pulu əczaçıya vermiş, əczaçı 03 blisterdə 30 ədəd qabapentin güclü təsir edən maddənin qarşılığında 20 manatdan 17 manat 50 qəpik çıxmış, qalan 2 manat 50 qəpik pulu qaytarmış, Təqsirləndirilən şəxs aldığı 03 blisterdə 30 ədəd qabapentin güclü təsir edən maddəni və qazanc olaraq əldə etdiyi 2 manat 50 qəpik pulu götürmüş, əvvəlcədən razılaşdıqları kimi aptekdən çıxaraq yolun kənarında onu gözləyən Şahid2 idarə etdiyi RAVON NEXİA R3 SX minik markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomobillə minmiş, avtomobilin içərisində aldığı 02 blisterdə 20 ədəd qabapentin güclü təsir edən maddəni qanunsuz olaraq 20 manat qarşılığında istifadə etməsi üçün Şahid1 satmış, qalan bir blisterdə 10 ədəd qabapentin güclü təsir edən maddəni isə üzərində saxlamış, həmin avtomobillə Naxçıvan şəhəri, Əlincə məhəlləsinə avtomobil bazarının yaxınlığına gedəndən sonra Naxçıvan MR DİN-nin CAİ-nin və Babək RPİ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 01 noyabr 2024-cü il tarixdə, saat 15:05 dəqiqədə saxlanılarkən Şahid1 üzərindən 20 manat qarşılığında satdığı üzərində “Gabagamma 300 mg” yazıları olan 02 ədəd konvalyutda, ümumilikdə 17 ədəd təsiredici maddəsinin miqdarı – 5,1 qram olan qabapentin güclü təsir edən maddə, öz üzərindən “Gabagamma 300 mg” yazıları olan 01 ədəd konvalyutda, ümumilikdə 10 ədəd təsiredici maddəsinin miqdarı – 3 qram olan qabapentin güclü təsir edən maddə və sübut əhəmiyyətli qazanc olaraq əldə etdiyi 2 manat 50 qəpik nağd pul prosessual qaydada götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2- 3 ildir ki, qabapentin dərmanından istifadə etmişdir. Sabir həkimin reseptə 1 aylıq bir kurs müalicə üçün 60 dənə qabapentin yazdığını, hər gün səhər-axşam istifadə etdiyini, dərman bitdikdən sonra yenidən həkimə gedib yenidən müayinə olunduğunu, həkimin sistemə baxıb əgər yazılan kursu istifadə edib bitirirsə yenisini yazdığını söyləmişdir. Qabapentinin güclü ağrıkəsici olduğunu, həkim müayinəsindən sonra resept yazılarsa həmin resept əsasında o dərmanı almağın mümkün olacağını bildirmişdir. Aptekdən o dərmanı alanda satıcılar neçə dənə aldığını qeyd etmişlər. Məsələn, həkim 20 ədəd yazıbsa o, 10-nun alıbsa aptekdə qeyd edirlər ki, reseptdə yazılan dərmandan neçəsini alıb neçəsi qalmışdır. Həmin reseptə psixotrop tərkibli dərmanlarda olduğu kimi möhür vurulduğunu, reseptə xəstənin adının qeyd edildiyini, psixotrop tərkibli dərmanların Naxçıvanda 3 aptekdə satıldığını, həmin aptekin işçilərinində onu tanıdıqlarını, Raminin onun reseptiylə dərman ala bilməyəcəyini, aptekin işçilərinin tanımadaqları xəstə olduqda ondan şəxsiyyət vəsiqəsi istədiklərini söyləmişdir. Bu dərmanı alıb başqa birinə verməyin cinayət olduğunu bilmişdir. Qabapentin dərmanı bir müddət istifadə etdikdən sonra təsirini itirdiyini, ağrıları olmuyan şəxslərin narkotik bağlılığı olduğu üçün bu dərmandan istifadə etdiklərini bildirmişdir. Yaşadığı binada Raminlə qonşu olduqlarını, indi Raminin həmin binada yaşamadığını, onun 57 -yə köçdüyünü söyləmişdir. Hadisədən qabaq Ramin ilə görüşməmiş, Raminin valideynləri Bakıda yaşadığı üçün çox vaxt Bakıda olmuşdur. Raminlə dərmanı almamışdan 1 gün əvvəl görüşmüş, Təbriz otelinin qarşısındakı çayxanada olan zaman Ramin ona zəng etmiş, Ramin həbsdən təzə çıxdığı üçün onun telefon zəngini açmaq istəməmişdir. Ramin narkotiklə tutulduğu üçün onunla görüşmək istəməmiş, Raminin zəngini açmasa da, Əli ilə Ramin birbaşa onun oturduğu çayxanaya gəlmişlər. Ramin ondan – “Mən sənə zəng edirəm niyə açmırsan?” – deyə soruşmuş, oda çayxanadakı səs-küydən zəngi eşitmədiyini söyləmişdir. Onlar çayxanada oturub söhbət etmişlər. Ramin ona – “Mənim də belimdə ağrılarım var, köməklik et, məndə qabapentin dərmanından alım istifadə edim, ağrılarım kəssin” – demiş, pulu olmadığını bildirib onun təklifini rədd edəndə Ramin –“Mən sənə pul verərəm sən dərmanı alarsan”- deyə söyləmişdir. Noyabr ayının 1-i Raminlə görüşmüş, dərmanı almaq üçün Ramindən 20 manat pul alıb, “Ümid” aptekə getmişdir. Qabapentin dərmanına görə aptekdəki satıcaya 20 manat pul vermiş, oda 2 manat 50 qəpik pul qaytarmışdır. O, həmin vaxt mikrorayonda binalara verilən istiliyin qazanxanasında işləmişdir. Ona görə də aptekdən çıxdıqdan sonra maşına minərək işə getmişdir. Əli avtomobili sürmüş, Ramin də qabaqda onun yanında oturmuş, o isə Əlinin arxasında əyləşmişdir. Aptekdən 30 dənə dərman almış, listin birində 14 dənə dərman olmuş, reseptinin vaxtı bitdiyi üçün aldığı dərmanlardan 1 list özünə götürmüş, qalan digər listləri Ramin və Əlinin götürməkləri üçün avtomobildə əl əyləcinin yanına qoymuşdur. Onlar da həmin yerdən dərman listlərini götürmüşlər. Mikrorayonda 9 mərtəbəli binanın yanına çatdıqda polis əməkdaşları onları saxlayıb, videoçəkiliş vasitəsilə şəxsi yoxlanış aparmışlar. Polis əməkdaşları yoxlanış zamanı onun cibindən 1 list və aptekçinin qaytardığı 2 manat 50 qəpik pul, Əlidən 1 list, Ramindən də qabapentin dərmanını aşkar etmişlər. Yolda polis əməkdaşları saxladığı üçün həmin pulu Raminin özünə qaytarmağa imkanı olmamışdır. Polis əməkdaşları şəxsi yoxlanış etdikdən sonra onları Daxili İşlər Nazirliyinə aparıb orada izahatlarını almışlar, daha sonra isə Naxçıvan Şəhər Polis Şöbəsinə aparmışlar. Narkotikdən istifadə etdiyi üçün tutulmuş və bu cinayətə görə məhkumluğu olmuş, lakin cəzasını çəkdikdən sonra bir daha narkotikdən istifadə etməmiş, ancaq ağrıları olduğu üçün dərman istifadə etmişdir. Belində olan kəskin ağrılara görə elə vaxt olur ki, ayaq üstə durub yeriyə bilmədiyini, ağır xəstəliyi olduğu üçün ikinci qrup əlil olduğunu, bu cinayət hadisəsini də imkansızlıqdan törətdiyini, törətdiyi əməldən peşman olduğunu məhkəmə kollegiyasına bildirmişdir. Onda 3 dənə - Hepatit C, Hepatit B, birdə anonim virus olmuş, məhkəmə təqdim etmək üçün xəstəxanaya arayış almağa getmiş, həmin vaxt müayinə olunmuş, baş həkim ona zəng edib –“Vəziyyətinin çox pisdir. Təcili Bakıya gedib qan analizi verməlisən ki, virusun yükü müəyyən edilsin və bizdə ona görə sənə müalicə yazaq” – demişdir. Burda həmin analizlərin olmadığını, göndərişlə Bakıdakı mərkəzə yollayacaqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Babək rayon Polis İdarəsinə psixotrop tərkibli dərmanların satışı barədə məlumat daxil olmuş, həmin məlumat əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə Naxçıvan şəhərində əməliyyat tədbiri keçirmişlər. Təqsirləndirilən şəxs “Ümid” aptekindən çıxıb, avtomobilə əyləşmiş, həmin avtomobildə Təqsirləndirilən şəxs əlavə sürücü və Ramin adında şəxs olmuş, Təqsirləndirilən şəxs aptekdən aldığı dərmanı Ramin adında şəxsə satmışdır. Daha sonra Məqsədi izləyib ikinci mikrorayon 9 mərtəbəli binanın yanında avtomobildən düşərkən saxlamışlar, Məqsədin üzərinə və avtomobilinə 3 əməkdaşla birlikdə baxış keçirmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman onlara qarşı heç bir əks təsir göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərindən baxış zamanı qabapentin dərmanı və 2 manat 50 qəpik pul aşkar olunmuşdur. Aktlaşdırmada şəxsən özü iştirak etmiş, qablaşdırıb ərazi üzrə Naxçıvan şəhər Polis İdarəsinə təhvil vermişlər. Avtomobildə olan sürücü və Ramini tanımamışlar, onları da ayrı -ayrılıqda yoxlamışlar, sürücü və Ramindən dərman aşkar olunmağı, reseptin təqsirləndirilən şəxsin üzərində olub-olmamağını və ümumilikdə nə qədər dərman aşkar etdiklərini üzərindən çox vaxt keçdiyi üçün xatırlamadığını demişdir. Təqsirləndirilən şəxs onlara – “Dərmandan bel və ayaq ağrılarıma görə istifadə edirəm”-demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, noyabr ayının 1-i vətəndaş Təqsirləndirilən şəxs səhhətində olan problemlərə görə əlində olan resept əsasında özünə aldığı narkotik tərkibli dərman preparatlarını digər vətəndaşlarda satması barədə məlumat daxil olmuş, həmin məlumatı Babək rayon Polis İdarəsinin rəisinə məruzə etdikdən sonra əməliyyat tədbiri keçirmişlər. Əməliyyat tədbiri zamanı Naxçıvan şəhər Ümit aptekdən çıxan vətəndaş Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən olunub izlənməyə alınmış, vətəndaş avtomobilə əyləşib Naxçıvan şəhəri, ikinci mikrorayonda “Yataş”ın binası adlanan yerə getmiş, Təqsirləndirilən şəxs həmin yerdə saxlamışlar. Vətəndaşı yoxlayan zaman onun üzərindən 2 manat 50 qəpik pul, resept və qabapentin dərman vasitəsini aşkar etmişlər, daha sonra avtomobilə baxış keçirmişlər, oradan da qabapentin dərman vasitəsi tapmışlar. Təqsirləndirilən şəxs dərmanı nə üçün istifadə etdiyini soruşduqda belində olan ağrılara görə istifadə etdiyini bildirmişdir. Vətəndaş şəhər qeydiyyatında olduğu üçün onu Naxçıvan şəhər Polis İdarəsinə təhvil vermişlər. Digər vətəndaş Raminin üzərindən isə qabapentin dərmanı və 80 qəpik pul çıxmışdır. Əməliyyat tədbirini Daxili İşlər Nazirliyinin əməkdaşı Şahid4 ilə birlikdə keçirmiş, həmin dərman preparatını və 2 manat 50 qəpik pulu zərflərə qoyub, möhürləyib qablaşdırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin birinci dəfə idi ki, ondan dərman aldığını, resept əsasında həmin şəxsə 40 ədəd qabapentin dərmanı satdığını, şəxs dərmanı aldığı günün səhərisi Babək rayon Polis İdarəsinin əməkdaşların gəlib aptekin kameralarına baxış keçirdiyini söyləmişdir. Onlar yazılan reseptə əsasən dərmanı verdiklərini, neçə ədəd satmışlarsa reseptdə qeyd etdiklərini, bu hadisədən əvvəl reseptin xəstənin özünə qaytarıldığını, indi isə xəstənin şəxsiyyət vəsiqəsinin üzünü aldıqlarını və reseptin özünü götürüb üzünü isə xəstəyə qaytardıqlarını demişdir. Hal-hazırda onlar bu dərmanların satışını sistemə qeyd etdikləri üçün DİN və Səhiyyə Nazirliyin qüar kodla izələdiklərini bildirmişdir. O, hansı dərmanların psixotrop tərkibli olduğunu bildiyini, kitaba işlənən psixotrop tərkibli dərmanların təkcə Ümid 44 aptekində yox, eyni zamanda mərkəzi aptektdə və birinci aptekdə satıldığını bildirmişdir. Güclü ağrıkəsici olduğu üçün qabapentin dərmanından ən çox sinir xəstəlikləri və belində ağrı olanlar xəstələrin istifadə etdiyini demişdir. Qabapentin dərmanının 1 ədədinin 0.43 qəpik olduğunu, səhv xatırlamırsa təqsirləndirlən şəxsə 40 dənə dərman satdığını, təqsirləndirilən şəxsin ona 20 manat pul verdiyini, dərmanların pulunun 17 manat 20 qəpik tutduğunu, həmin pulu çıxdıqdan sonra Məqsədə qalan pulu qaytardığını söyləmişdir. Qabapentinin başqa adınında qabaqamma olduğunu, dərmanın üzərinə qabaqamma yazıldığını, nevropatoloqların bu dərmanı sinir və bel ağrılarına görə yazdığını, bu dərmanın reseptsiz satılmadığını, eşitdiyinə görə qabapentini narkamanların ağrı kəsici kimi istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəhər sakini kimi əvvəldən tanıdığını, onun yanına müayinəyə gəldiyini, belində olan yırtıqa görə nevropatik ağrıları olduğunu, ondan əvvəl də başqa nevropatoloqlara müayinəyə getdiyini, hətta bunun sistemdə də göründüyünü söyləmişdir. O, hər hansı xəstənin xahişi ilə bu dərmanı yazmadığını, xəstəni kompüter tomoqrafiyasına uyğun olaraq müayinə edib əgər həqiqətən xəstədə güclü ağrılar varsa bu dərmanı yazdığını demişdir. O, axırıncı dəfə Məqsədi müayinə edəndə kompüter tomoqrafiyasının verdiyi nəticəyə əsasən güclü ağrı septomonlarına görə resept yazmış, yazdığı reseptdəki dərman qabapentin olmuşdur. Bel yırtığının ölçüsü əhəmiyyət daşımadığını, elə xəstələri olur ki, 3 mm yırtığı olsa da, 10 mm yırtığı olan xəstədən daha çox ağrıdığını bildirmişdir. Xəstəyə yazdığı qabapentin dərmanın istifadəsinin ağrının müddətinə görə dəyişdiyini, Məqsədin reseptə yazılan dərmanları təxminən 2-3 ay istifadə edə biləcəyini, dərmanlardan istifadə etdikcə tədiricən dozası artırıldığını, minimum 300 mm qramdan başlayıb 1600 mm qrama qədər artırıldığını bildirmişdir. Qabapentin dərmanının dünya üzrə güclü ağrı kəsici dərmanı kimi istifadə edildiyini, qabapentin dərmanın narkotik tərkibli dərman olmadığını, sadəcə olaraq istifadə edən şəxsə görə fərqli təsir etdiyini, uzun müddət istifadə etdikdən sonra aslılıq yaratdığını, narkotikdən istifadə edənlərin niyə bu dərmandan istifadə etdiklərini bilmədiyini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla Telestudiyanın yanındakı binada yaşayan zaman qonşu olmuş, oradan tanımışdır. Məqsədin xəstə olduğunu və dərman istifadə etdiyini bildiyini, o sexdə olanda Məqsəd ona zəng edib –“Dərman almalıyam, amma pulum çatmır”-deyə söyləmiş, o da – “Əməliyyat olunmuşam, ağrılarım olur. Sən istifadə etdiyin dərmanların mənə xeyri olarsa məndə istifadə edim” –demişdir. Məqsəd ona həm belindəki yırtığa, həm də ciyərində olan ağrılara görə dərmandan istifadə etdiyini bildirmişdir. Naxçıvana təzə gəldiyi üçün hansı həkimin yanına getmək lazım olduğunu bilməmiş, Məqsəddən hansı həkimin yanına getdiyini soruşmamış, o, həkiminin yazdığı iynə-dərmandan istifadə etsə də, qabapentin dərmanın ağrılarına daha çox təsir edəcəyini demişdir. Resepti olmadığı üçün qabapentin dərmanını ala bilməcəyini, qabapentin dərmanın güclü təsir edən olduğunu və reseptsiz əldə etməyin qanunla qadağan edildiyini bildiyini söyləmişdir. Əlini taksi sürücüsü kimi tanıdığını, Naxçıvana 20 gün olar gəldiyini, Əli ilə bundan əvvəl Naxçıvana gələndə tanış olduğunu, Əli ilə birlikdə hər hansı narkotik tərkibli olan dərman istifadə etmədiyini, bu hadisədən əvvəl Əli ilə dərman haqqında söhbəti olmadığını demişdir. Bakıda olanda da Əli taksi sürmüş, onun orada narkotik vasitədən istifadə etdiyini bilsə də, Naxçıvanda istifadə etdiyini bilməmişdir. Əliyə məxsus avtomobillə dönərxananın yanına gedib Məqsədlə görüşmüşlər. Taksi sürücüsü Əliyə əvvəlcədən dərman götürməyə getdiyini açıqca demiş, Əli də ondan – “Məndə götürə bilərəm?” – deyə soruşmuş, Məqsədin dərman almağa pulu olmadığını bildirmişdir. Məqsədin özündə səhv xatırlamırsa pul olmamış, özünün isə 5 manat siqaret pulu olmuş, onda olan 5 manatı avtomobildə olarkən Məqsədə vermiş, 15 manatı isə Əli aptekin qabağında Məqsədə verib su almağa getmişdir. Məqsəd Donpionerlə üzbəüz aptekdən dərmanı almışdır. Məqsəd mikrorayonda binalara verilən istiliyin qazanxanasında işlədiyi üçün mikrorayona işə gedəcəyini demiş, onlar Əlinin avtomobilə mikrorayona getmişlər, mikrorayona çatıb avtomobildən düşəndə polis əməkdaşları onları qeyri-qanuni dərman istifadə etdikləri üçün saxlamışlar. 1 billistırda 10 ədəd dərman olmuş, səhv xatırlamıramsa Məqsəd 2-3 billistır almış, Əli də o dərmandan götürmüşdür. O, avtomobildə olarkən ağrılarının kəsməsi üçün 2 dənəsini götürüb istifadə etmişdir. Qabapentin dərmanının narkotik kimi təsir etmədiyini, sadəcə ağrılarını keçirdiyini, o dərmandan istifadə edəndə də içki kimi təsir göstərdiyini, narkotik istifadə edənlərin ağrıları olduğuna görə qabapentin dərmanını istifadə etdiklərini bildiyini söyləmişdir. Onun əvvəllər narkotik istifadə etdiyi üçün məhkumluğu olmuş, 2 ildən artıqdır ki, narkotikdən istifadə etməmiş, narkomaniyadan müalicə almışdır. Təqsirləndirilən şəxs əvvəl heç kimdən dərman almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: X9 ifadəsində göstərdi ki, Culfa rayuonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayır, onlara Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «Təqsirləndirilən şəxs» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Naxçıvan şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, Babək RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X7 və Babək RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərində narkotik vasitələrin və psixotrop maddələri əldə edib istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs Naxçıvan şəhəri ərazisində Şahid2 idarə etdiyi “Ravon Nexia R3 SX” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılmış, avtomobildə olan sərnişin Şahid1 üzərindən 17 ədəd kapsulda (qabapentin) güclü təsiredən maddə və Təqsirləndirilən şəxs üzərindən 10 ədəd kapsulda (qabapentin) güclü təsir edən maddənin aşkar edilərək götürülmüş, daha sonra həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş və yoxlama zamanı video çəkiliş aparıldığını bildirmişdir. Şahid2 ifadəsində göstərdi ki, Şahid2 özünün mülküyyətində olan “Rav 10” markalı **-HA-*** qeydiyyat nişanlı avtomobili idarə etdiyini və həmin avtomobillə taksi işlədiyini, 31 oktyabr 2024-cü il tarixdə Şahid1 ona zəng edərək Təbriz Hotelin qarşısında yerləşən çay evində çay içməyə dəvət etdiyini, Raminin işlədiyi Əliabad qəsəbəsindəki mebel sexinə gedərək Ramini götürüb çayxanaya getdiyini, çayxanada Məqsəd adlı şəxlə görüşdüyünü, Məqsəd adlı şəxsi ilk dəfə görürdüyünü, çay içə-içə söhbət etməyə başladıqlarını, bu vaxt Raminin Məqsəddən dərman olub-olmadığını soruşduğunu, Məqsəd isə sabah zəng vurarsan deyərəm dediyini, sabası gün Raminin məonanə yenidən zəng edərək onu sexdən götürməyini xahiş etdiyini, Ramini götürdükdən sonra onunla birlikdə “Uşaq şəhərciyi”-nin yanına getdiklərini, Məqsədində orda olduğunu, Raminin yerə düçərək Məqsədə 20 azn pul verdiyini, pulu götürdükdən sonra Məqsədin “Ümüd 44” adlı aptekə gedərək təxminən 5 dəqiqə sonra geri qayıtdığını, Məqsədin avtomobilə əyləşərək onun yanında 2 list qabapentin dərmanını Raminə verdiyini və 1 list dərmanı isə özünün götürdüyünü, Məqsədin onu mikrorayona aparmağını istədiyini, Mikrorayonda maşın bazarının yaxınlığında avtomobildə olanda bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşının onlara yaxınlaşdığını, video çəkilişlə Məqsədin üstündən çıxan Qabapentini, baralqini və 2,50 manat pulu prosessual qaydada götürdüklərini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 1336 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində “17 ədəd Qabapentin 10 ədəd baralqin İştirak etdilər...” yazıları, ad, soyad və imzalar (4 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi möhür əksi ilə 04 yerdən nişanlanmış kağız parçası yapışdırılmış şərti olaraq tərəfimizdən 1 nömrəsi ilə nömrələnmiş 01 ədəd kağız zərfin içərisindəki üzərində “Gabaqamma 300 mg” yazıları olan 02 ədəd konvalyutda ümumillikdə 17 ədəd dərman preparatları (təsir edici maddəsinin miqdarı-5,1 qram) qabapentin dərman həbləridir. Qabapentin dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Üzərində “Baralsin Plus” yazıları olan 01 ədəd konvalyutda 10 ədəd dərman prepartatlarının tərkibində narkotik vasitələrin, psixotrop maddələrin güclü təsir edən və zəhərli maddələrin izləri aşkar edilmədi. - Üzərində “10 ədəd Qabapentin 4 ədəd Baralqin...” yazıları, ad, soyad və imzalar (5 imza) olan və üzərində “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN NAXÇİVAN ŞƏHƏR POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” mətni olan dairəvi möhür əksi ilə 04 yerdən nişanlanmış kağız parçası yapışdırılmış şərti olaraq tərəfimizdən 2 nömrəsi ilə nömrələnmiş 01 ədəd kağız zərfin içərisindəki üzərində “Gabagamma 300 mg” yazıları olan 01 ədəd konvalyutda 10 ədəd dərman preparatları (təsir edici maddəsinin miqdarı-3 qram) qabapentin dərman həbləridir. Qabapentin dərman həbləri Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Üzərində “Baralsin Plus” yazıları olan 01 ədəd konvalyutda 04 ədəd dərman prepartatlarının tərkibində narkotik vasitələrin, psixotrop maddələrin güclü təsir edən və zəhərli maddələrin izləri aşkar edilmədi. Naxçıvan Muxtar Respublikası X1: - 06 yanvar 2025-ci il tarixli, 2 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində patologiya olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb – biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - 06 yanvar 2025-ci il tarixli, 3 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fiziki və psixi asılılıq olmadan narkotik maddə qəbulu inkar edilmir. - 25 dekabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs “Gabagamma 300 mg” yazıları olan 02 ədəd konvalyutda ümumilikdə 17 ədəd təsiredici maddəsinin miqdarı -5,1 qram olan qabapenten güclü təsir edən maddə, öz üzərindən “Gabagamma 300 mg” yazıları olan 01 ədəd konvalyutda ümumilikdə 10 ədəd təsiredici maddəsinin miqdarı -3 qram olan qabapenten güclü təsir edən maddə və Təqsirləndirilən şəxs qazanc olaraq əldə etdiyi 2 manat 50 qəpik nağd pul cinayətin predmeti olduğundan240930053 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınıb və ekspertiza tədqiqatına sərf olunandan sonra qalıq qalan 25 həb Qabapentin güclü təsir edən maddə, 2 manat 50 qəpik nağd pul Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılır. Həmçinin qalıq qalan 12 həb “Baralsin Plus” adlı dərman güclü təsir edən və zəhərli maddələri siyahısına daxil edilmədiyindən iş üzrə Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 01 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol cibindən 1 blisterdə olmaqla ümumilikdə 10 ədəd kapsul şəkilində olmaqla gabapentin güclü təsiredici maddəsi və 1 blisterdə olmaqla ümumilikdə 4 ədəd “baralgin” dərman preparatı və Şahid1 sol cibində 2 blisterdə ümumilikdə 17 ədəd kapsul şəklində olmaqla gabapentingüclü təsiredici maddəsi və 1 blisterdə olmaqla ümumilikdə 10 ədəd “baralgin” dərman preparatı təqdim etdi. Bundan başqa ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1997-ci il təvəllüdlü, Şahid2 üzərində və avtomobilində qanunla qadağan edilmiş əşya predmet olmadığını bildirdi. Ə. Əliyevin üzərinə və **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilində baxış keçirilən zaman qanunla qadağan edilmiş əşya predmet aşkar olunmadı. Üzərindən güclü təsir edici maddə aşkar olunan şəxslərə həmin vasitələri haradan əldə etməsi barədə sual verilən zaman Şahid1, Təqsirləndirilən şəxs 20 manat pul verdiyini sonuncu isə həmin 20 (iyirmi) manatla aptekdən 17.50 (on yeddi manat əlli qəpik) dəyərində 3 (üç) blisterde olmaqla ümumilikdə 30 (otuz) ədəd gabapentingüclü təsiredici maddəsini aldığını 2 blisterdə 20 (iyirmi) olmaqla Şahid1 verdiyini bildirmiş, 10 (on) ədədini özünə saxladığını bildirmiş, qalan 2 manat 50 qəpik (iki manat əlli qəpik) pulun isə cibində olduğunu bildirdi. - 10 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd Redmi A3 markalı 23129RN51X model mobil telefona baxış keçirilməyə başlanıldı. Baxış zamanı Təqsirləndirilən şəxs telefonunun ekran kilidi fiqur formalı olub, 7,4,5,8 xətt çəkdikdə telefonun kodu açılır. Həmin telefonun İMEİ 1-**********53882, İMEİ 2- **********53890 olduğu müəyyən edildi. Telefonun hesablar bölməsində mailto:meqsedismayilov709@gmail.comElektron ünvan hesab olduğu müəyyən edildi. Telefonun menyusuna daxil olanda WhatsApp, tiktok, instagram, ABBmobil, SİMA, və s. telefona məxsus proqramlar var. Telefonun üstündə ***-***-**-**, ***-***-**-** mobil nömrələri var. Telefonun mesaj bölməsinə daxil olduqda və zənglər bölməsinə baxdıqda iş üçün əhəmiyyətli hal müəyyən edilmədi. Telefon zənglər bölməsində olan telefon danışıqlarının ekran şəkilləri çəkilib protokola əlavə edildi. Telefona baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, Qabapenten dərmanı ilə bağlı Raminlə danışırdım, Raminin adını telefonun kontaktımda qeyd etməmişdim, ***-***- **-** mobil nömrəsi ilə əlaqə saxlayırdım və özümə məxsus ***-***-**-** mobil nömrəsi ilə ona zəng vururdum. Taksi sürücüsü Əlini tanımırdım. Onun telefon nömrəsi məndə yox idi. 01 noyabr 2024-cü il tarixdə Raminlə danışdım və o da mənə 20 manat pul verdi. Mən də aptekdən qabapentin dərmanı aldım və aptekdən çıxıb 2 list 20 ədəd qabapentin dərmanını Raminə verdim. 1 listini isə özümə götürdüm. Aptekdə qaytarılan 2,50 manat pul da üstümdə idi. - 11 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən “İnfinix HOT 30 İ markalı mobil telefon duos (iki kartlı) İMEİ nömrələri: (sim 1) – **********04267 (sim 2) – **********04275 olan, arxa və yan tərəfləri tünd göy rəngli, saz və işlək vəziyyətdədir. Telefonun ön hissəsi ekrandan ibarətdir. Mobil telefonun arxa aşağı hissəsində “İNFİNX” marka adı qeyd olunub. Həmin mobil telefondan gedən və gələn zənglər siyahısında, mobil telefonun proqramlar menyusunda olan “mesajlar” adlı proqramda istintaq üçün əhəmiyyətli telefon zəngləri mesaj və səs yazısı aşkar edilmədi. - 30 noyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə, saat 12:14radələrində Təqsirləndirilən şəxs Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən Ümüd 44 aptekə daxil olaraq pul qabından çıxartdığı resepti və 20 manat pulu satıcıya uzadır və dərmanları aldıqdan sonra satıcının geri verdiyi 2,5 azn pulu götürərək saat 12:16-da aptekdən geri çıxır. - Cinayət işinin materiallarında olan 01 noyabr 2024-cü il tarixli Naxçıvan MR xəstəxanasının nevropatoloqu Sabir həkimin yazdığı reseptdən məlum olur ki, “qabapentin 0,3 N90 ...Dş 1 X 2 dəfə -50” yazılmışdır. - 07 yanvar 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 318.1, 66.3, 93.2.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə, 96830 nömrəli cinayət işi üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 may 2008-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1, 326.2, 177.2.1, 177.2.2, 66.3cü maddələri nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə, 19922 nömrəli cinayət işi üzrə xx.xx.2010-cu il tarixdə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İstismar idarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 057888 nömrəli vəsiqədən görünür ki, təqsirləndirilən şəxs xəstəliyə görə İİ (ikinci) qrup əlildir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi arayışlar: - 01 nömrəli, 07 mart 2025-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həqiqətən Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində 2010-cu il tarixdə laborator müayinə zamanı HİV virusu aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda dayanır. - 122 nömrəli, 08 aprel 2025-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il saat 11:32-dən, xx.xx.2025-ci il saat 15:00-dək “Naxçıvan Muxtar Respublikası X5” publik hüquqi şəxsin Böyüklər şöbəsində “Sidik yollarının infeksiyası(N39.0)” diaqnozu ilə stasionar müalicə almışdır. - 04 nömrəli, 08 aprel 2025-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həqiqətən Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində 2010-cu il tarixdə laborator müayinədən keçmiş, HİV virusu aşkar edilmiş və qeydiyyata alınmışdır. Yanaşı olaraq xəstədə Hepatit C virusu da aşkar edilmişdir. Xəstəliyin ağırlaşması nəticəsində son 1 ay ərzində 10 kq çəki itirmişdir. Vəziyyəti ilə əlaqədar xəstə Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinə təkrar müayinəyə göndərilməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 01 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 03 noyabr 2024-cü il tarixli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan şəxsi yoxlanış aparılması ilə bağlı olan 01(bir) ədəd DVD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlər Şahid1, Şahid3, Şahid7 ifadələri ilə, maddi sübutlarla, 02 oktyabr 2024-cü il tarixli, 1336 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə, video görüntülərlə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs aptekdən aldığı reseptlə satılan 3 konvalyut qabapentin dərmanını tanışı Raminə satması Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin tərkibini yaradır. Belə ki, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edənvə ya zəhərlimaddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin tərkibini təşkil edir. Azərbaycan Respublikasının “Güclü təsir edən maddələr və onların küllivə xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-ci il tarixli Qanununa əsasən Qabapentin 5 qramdan (İ siyahı) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan Qabapentin məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ümumilikdə 17 ədəd təsiredici maddəsinin miqdarı – 5,1 qram olan qabapentin güclü təsir edən maddə, öz üzərindən “Gabagamma 300 mg” yazıları olan 01 ədəd konvalyutda, ümumilikdə 10 ədəd təsiredici maddəsinin miqdarı – 3 qram olan qabapentin güclü təsir edən maddə külli miqdar kimi qiymətləndirilir. Belə ki, hadisənin günündən 1 gün əvvəl Təqsirləndirilən şəxs tanışı Şahid1la çayxanada görüşmüş, taksi sürücüsü Şahid2 həmin vaxt yanlarında olmuşdur. Ramin Məqsədə -“Mənim də belimdə ağrılarım var, köməklik et, məndə qabapentin dərmanından alım istifadə edim, ağrılarım kəssin” – demiş, Məqsəd isə pulu olmadığını bildirmiş, Ramin –“Mən sənə pul verərəm sən dərmanı alarsan”- deyə söyləmişdir. Noyabr ayının 1-i X10 şəhərciyi tərəfdə görüşmüş, dərmanı almaq üçün Ramindən 20 manat pul alıb, “Ümid” aptekə getmişdir. Sabir həkimin yazdığı resepti aptekdəki satıcaya göstərərək 20 manat pul verib 3 list dərman almış, satıcıda ona 2 manat 50 qəpik pul qaytarmışdır. Məqsəd həmin vaxt mikrorayonda binalara verilən istiliyin qazanxanasında işləmişdir. Ona görə də aptekdən çıxdıqdan sonra maşına minərək işə getmişdir. Əli avtomobili sürmüş, Ramin də qabaqda Əlinin yanında oturmuş, o isə Əlinin arxasında əyləşmişdir. Aptekdən 30 dənə dərman almış, listin birində 10 ədəd dərman olmuş, aldığı dərmanlardan 1 konvalyutunu özünə götürmüş, qalan digər listləri Ramin və Əlinin götürməkləri üçün avtomobildə əl əyləcinin yanına qoymuşdur. Onlar da həmin yerdən dərman listlərini götürmüşlər. Mikrorayonda 9 mərtəbəli binanın yanına çatdıqda polis əməkdaşları onları saxlayıb, videoçəkiliş vasitəsilə şəxsi yoxlanış aparmışlar. Polis əməkdaşları yoxlanış zamanı Məqsədin cibindən 1 konvalyutunu qabapentin dərmanı və aptekçinin qaytardığı 2 manat 50 qəpik pulu, Ramindən də qabapentin dərmanını aşkar etmişlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə çıxışları mərhələsində təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alan dövlət ittihamçısı Təqsirləndirilən şəxs törətdiyi əməldə dərmanın çəkisinin 5.1 qram olduğunu, müdafiəçinin təqdim etdiyi arayışlara əsasən HİV virus daşıyıcısı olduğunu, 1 ay ərzində 10 kilo itirdiyini, şəxsin vəziyyətinin nə qədər ciddi olduğunu, həmin dərmanların kütləvi şəkildə yayılmasında hərəkətləri olmadığını qiymətləndirib Səhiyyə Nazirliyinin qərarında göstərildiyi kimi ağır xəstələrin cəza çəkmədən də azad edilə biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məhkəmə qarşısında təklif etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olmasını, sonuncu məhkəmə iclasından sonra Məqsədin səhhətində ağırlaşma olduğu üçün 5 aprel 2025-ci il tarixindən Naxçıvan MR X3 yerləşdirilməsini, 8 aprel tarixinədək orada müalicə almasını və orda olduğu müddətdə xəstəliyi ağırlaşdığı üçün kəskin çəki itirməsini, Təqsirləndirilən şəxs QİÇS və Hepatit C viruslarının daşıyıcısı olmasını, vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə olunması üçün Bakı şəhərində yerləşən Respublikada yeganə laboratoriya mərkəzi olan QİÇS-lə mübarizə mərkəzinə göndərilib müayinədən keçməli olmasını nəzərə alıb Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməsini, təyin olunacaq cəzanın və sınaq müddətinin aşağı həddinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cəza çəkilməsinə mane olan ağır xəstəliklərin siyahısı müəyyən edilmişdir. Həmin siyahının 14-cu bəndində cəza çəkən şəxslər AİDS (QİÇS yəni, qazanılmış ümumi çatışmazlıq sendromu) xəstəliyin ağırlaşdırıcı hallarında cəza çəkməkdən azad edilə bilər. Müdafiəçi təqdim etdiyi arayışlardan məlum olur ki, 2010-cu il tarixdə Təqsirləndirilən şəxs HİV virusu aşkar edilmiş, xx.xx.2025-ci il saat 11:32-dən, xx.xx.2025-ci il saat 15:00-dək “Naxçıvan Muxtar Respublikası X5” publik hüquqi şəxsin Böyüklər şöbəsində “Sidik yollarının infeksiyası(N39.0)” diaqnozu ilə stasionar müalicə almışdır. 04 nömrəli, 08 aprel tarixli arayışdan məlum olur ki, stasionar müalicə aldığı dövrdə 1 ay ərzində 10 kilo çəki itirmiş, HİV virusundan əlavə Hepatit C virusuda onda aşkarlanmışdır. Vəziyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs təkrar müayinəyə edilməli, lakin həmin analizlər Naxçıvan xəstəxanasında olmadığı üçün Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinə göndərilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları, müdafiəçinin və dövlət ittihamçısının təklifini nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, barəsində verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunmasını, İİ qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. 03 noyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. 06 yanvar 2025-ci il tarixli, 3 saylı narkoloji rəydən göürünür ki, Təqsirləndirilən şəxs məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasənşəxsincinayət yolu ilə əldə etdiyipul vəsaitləri və ya digərəmlak, habelə həminpul vəsaitləri və ya digərəmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olanpul vəsaitləri və ya digərəmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olduğundan təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməlidir. Cinayət yolu ilə əldə edilmiş maddi sübut kimi götürülüb cinayət işinin materiallarına əlavə edilmiş ümumillikdə 2 manat 50 qəpik pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 39-cu bəndində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Cinayət prosesinin məhkəməyədək icraat mərhələsində isə müvafiq əsaslar olduğu halda, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, eləcə də güclü təsir edən maddələrin məhkəmə qərarı əsasında məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi CPM-in 131-1-ci maddəsinə və Lİİ fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli, 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 25 həb qabapentin tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qaytarılmalıdır. - Cinayət yolu ilə əldə edilmiş maddi sübut kimi götürülüb cinayət işinin materiallarına əlavə edilmiş ümumillikdə 2 manat 50 qəpik pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülməlidir. Cinayət işinin materialların köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti başa çatanadək təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazırliyinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Cinayət yolu ilə əldə edilmiş maddi sübut kimi götürülüb cinayət işinin materiallarına əlavə edilmiş ümumilikdə 2 manat 50 qəpik pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 25 həb qabapentin tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qaytarılsın. Cinayət işinin materialların köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Faiq Heydərov