Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-19/2023 03.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1985-ci ildə Şərur rayonu, Püsyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayonu, Püsyan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, əvvəllər Türkiyə Respublikasında yaşadığı müddətdə həmkəndlisi X13 ilə mobil telefonunun alınıb başqa şəxsə verilməsi ilə bağlı aralarında yaranmış mübahisədən sonra X.Şıxəliyevi öldürməklə ondan qisas almaq qərarına gəlmiş, lakin həmin cinayəti törətdikdən sonra həbs olunacağını və həbsdə olduğu müddətdə anasının maddi cəhətdən əziyyət çəkəcəyini düşünərək özünün əlilliyə görə pensiyaya çıxıb pensiya kartını anasına verəcəyi günədək bu cinayət əməlini törətməyi təxirə salmış, bir müddət sonra G.X20 Respublikası Şərur rayonunun Püsyan kəndinə qayıtmış və xx.xx.2023-cü il tarixdə həmkəndlisi Şahid6 ilə birlikdə Şahid6 idarə etdiyi **-BJ-*** dövlət qeydiyyat nişanlı «Mersedes Benz» markalı avtomobillə “Kapital Bank”ın Şərur Rayon Filialına gələrək pensiya kartını almış, həmkəndlisi Şahid6 ilə birlikdə avtomobillə Kəngərli rayonu ərazisində yerləşən kafelərin birinə gedərək spirtli içki qəbul edib Püsyan kəndinə qayıtmış, saat 18:45-də Püsyan kənd mərkəzində yerləşən çayxanada X.Şıxəliyevin həmkəndliləri Şahid2, Vəzir Tağıyev və Hicran Mehdiyevlə birlikdə “Okey” adlanan stolüstü oyun oynadıqlarını görüb onu öldürmək barədə əvvəlcədən planlaşdırıldığı cinayətkar niyyətini həmin vaxt həyata keçirmək barədə qəti qərara gəlmiş, bu məqsədinə nail olmaq üçün həmin çayxanada əlavə olaraq spirtli içki qəbul etdikdən sonra əvvəlcədən üzərində gəzdirdiyi bıçağı sağ əlində tutaraq X.Şıxəliyevin oturduğu masaya yaxınlaşarkən bunu görən Şahid1 hadisənin qarşısını almaq məqsədilə Təqsirləndirilən şəxs saxlamağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs vurduğu bıçaq zərbəsi V.Tağıyevin sağ bilək nahiyəsinə dəyərək ona ehtiyatsızlıqdan yüngül bədən xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs X.Şıxəliyevdən qisas almaq məqsədilə nalayiq söyüşlər söyərək sonuncunun oturduğu stula təpiklə vuraraq onu yerə yıxmış, həmin vaxt onu qəsdən həyatdan məhrum etmək niyyəti ilə üzərinə gedərək əlindəki bıçaqla əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunları arzu edərək yerə yıxılmış X.Şıxəliyevin sol sifət nahiyəsinə bıçaqla bir zərbə vuraraq ona kəsilmiş yara, daha sonra döş qəfəsinin ön sol yuxarı hissəsinə qəsdən 2 bıçaq zərbəsi vuraraq ona döş qəfəsinin sol ön səthində orta körpücük xətti üzrə İX, X qabırğa arası nahiyyədə olan yüngül bədən xəsarətləri yetirmiş, daha sonra döş qəfəsinin sol ön səthində ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar arası nahiyədə olan döş boşluğuna nüfuz edən ürəyi zədələyən yara ağır bədən xəsarəti yetirməklə onu qəsdən həyatdan məhrum etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Türkiyə Respublikasının İstanbul şəhərində olarkən X7 işlədiyi "İkitelli" adlanan yerə getmiş və orada olarkən talışlarla mübahisəsi düşmüşdür. Mübahisə zamanı Xəlil onun telefonunu alıb talışlara verdiyi üçün Xəlillə aralarında narazılıq yaranmışdır. Bu hadisədən 2 ay sonra kəndə qayıtmış və həmin məsələyə görə Xəlillə mübahisələri kənddə davam etmişdir. Hadisə günü “Kapital Bank”dan əlilliyə görə pensiya kartını almağa getmiş, kartı aldıqdan sonra Adəmlə Kəngərli rayonundakı yeməkxanada yemək yeyib spirtli içki qəbul etmiş, içki içdikdən sonra kəndə qayıtmışdır. Yaşadığı evə gedib Türkiyədən aldığı bıçağı götürüb çayxanaya getmiş, çayxanaya apardığı bıçaqla Xəlil Şıxəliyevi öldürmək niyyəti olmamış, onu qorxutmaq istəmişdir. Çayxanada olduğu müddətdə bir neçə bakal pivə içmişdir. Orada nərd oynayarkən Şıxəliyev ona tərs-tərs baxdığına görə onun əyləşdiyi stula təpiklə vurmuş, bu zaman Şıxəliyev onun üzərinə gəldiyi üçün onu bıçaqlamışdır. Xəlil Şıxəliyevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Həmin hadisədən sonra evə gedib paltarlarını dəyişmiş, evdən çıxıb bibisigilə getmiş, oradan polislər gəlib onu aparmış və o, Xəlilin vəfat etdiyini polislərdən öyrənmişdir. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində bildirdi ki, X18 dayısıdır. Şıxəliyevi özü böyütmüş, Təqsirləndirilən şəxsla aralarında olan mübahisədən xəbəri olmamışdır. O, təqsirləndirilən şəxsin qohumları tərəfindən onlara heç bir yardımın edilmədiyini, barışıq əldə etmədiklərini söyləmiş və məhkəmədən Nəcəfova ən ağır cəzanın verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o Püsyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə işləyir. Mərhum Şıxəliyev və təqsirləndirilən şəxs Nəcəfov uzun müddət Türkiyə Respublikasında yaşamışlar. Hadisədən bir müddət əvvəl may ayının 3-də işdən çıxarkən idarənin qabağında marketə girmiş, marketdən çıxanda Şıxəliyevlə Nəcəfovun mübahisə etdiklərini görmüş, mübahisənin səbəbinin isə onlar Türkiyədə olarkən Xəlilin Gündüzün telefonunu alıb kiməsə verməsi olduğunu öyrənmiş, hər ikisinə hirslənmiş, bu zaman Gündüz Xəlilin telefonunu aldığından telefonu Gündüzdən alıb Xəlilə qaytarmışdır. Hadisə baş verən gün iclasdan gəlib idarəyə qalxmış, idarədə olarkən çöldən çığırtı səsi gəldiyini eşitmiş, hamının çayxanadan çölə qaçdığını görmüş, hadisə yerinə yaxınlaşanda Gündüzün Xəlili bıçaqladığını öyrənmiş, Şahid1 də qolundan xəsarət aldığını görmüşdür. O, hadisə yerində olarkən Gündüz orada olmamış, mərhum Şıxəliyev isə çayxananın qarşısında olan dirəyə söykənmiş, daha sonra əlini dirəkdən çəkib yerə çökmüşdür. Şıxəliyevin yanına ilk çatan o və Şahid14 olmuş, ona tibbi yardım etmək istəyəndə Xəlil vəfat etdiyindən artıq gec olmuş, onlar bu barədə polisə məlumat vermişdirlər. Həmçinin hadisədən 3 gün sonra təqsirləndirilən şəxsin anası mərhum Xəlilin ailəsi ilə barışmaq üçün danışmaq istədiyini ona bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü çayxanada 4 nəfər eyni stolda masaüstü oyun oynayarkən Gündüz içəri girmiş, Xəlilə söyüş söymüş, əlində açıq vəziyyətdə olan bıçaqla Xəlilin üzərinə gəlmiş, onu vurmaq istəyəndə Gündüzə müdaxilə etdiyi üçün qolundan yaralanmışdır. Daha X30 oturduğu stulu təpiklə vurmuş, Xəlilin yerə yıxılmasını görmüş, qolu yaralandığından çayxanadan çıxmış və hadisənin geri qalanını görməmişdir. O, yüngül xəsarət almış və təqsirləndirilən şəxsdən şikayəti olmamışdır. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o kənddə taksi fəaliyyəti ilə məşğuldur. Hadisə günü Gündüz onun maşına əyləşmiş, onu və maşınında olan digər şəxsləri Şərur rayonuna aparmışdır. Gündüz pensiya kartını almaq üçün “Kapital Bank”a getmək istəmiş, onu “Kapital Bank”a aparmış, kartı götürdükdən sonra təxminən saat 11-in yarısında kəndə gəlmiş, maşında olan digər şəxslər maşından endikdən sonra Gündüz ona 6 manat pul verərək “Kabab yemək istəyirəm. Məni Qıvrağa apar” demişdir. Onu Qıvraq qəsəbəsinə aparmış, özü isə maşını yudurtmağa getmişdir. Daha sonra Gündüzü oradan götürüb kəndə aparmış, özü isə rayona qayıtmış, axşam saatlarında kəndə geri qayıdanda cinayət hadisəsini öyrənmiş, Gündüzlə Xəlil arasındakı mübahisədən xəbəri olmamışdır. Həmçinin o, ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Qıvraqda olarkən spirtli içki qəbul etmiş, və onda bıçaq görməmişdir. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, hadisə günü kənddə olmamışdır. Hadisədən sonra kəndə qayıdanda insanların toplaşdığını görmüş, nə olduğunu soruşduqda isə Gündüzün Xəlili bıçaqladığını öyrənmişdir. Daha sonra evdən ona zəng gəlmiş, Gündüzün onun oğlunun velosipedini götürdüyünü öyrənmiş, özü isə bununla bağlı polisə məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o hadisə günü Xəlil, Hicran, Vəzirlə birlikdə masaüstü oyun oynadıqları zaman Gündüz onların yanına gəlib söyüş söyərək Xəlilin oturduğu stula təpiklə vurmuş və Xəlil yerə yıxılmış, Vəzir Gündüzü tutmaq istəyərkən Gündüzün əlindəki bıçaq Vəzirin qolunu kəsmişdir. Xəlil yerdə olarkən Gündüzün qolundan tutmuş, Xəlil yerdən qalxmaq istəyəndə Gündüz əlindəki bıçaqla onun qarın nahiyəsindən 2-3 dəfə bıçaqla vurmuş, çayxananı işlədən Dəmirəl Gündüzün əlindən bıçağı almışdır. Daha sonra hamı qorxub çölə qaçmış, özü də motosikletinə minib evə getmişdir. Şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, hadisə günü kənddə açılan yeni çayxanada müəllimlərlə çay içməyə getmişdir. Çay içdikləri zaman səs eşitmiş, Xəlilin yerə yıxıldığını görmüş, Xəlil yerdən qalxan zaman Gündüzün əli ona tərəf getmiş, onlar əlbəyaxa olmuş, bir-birlərini yumruqla vurmuşdurlar. Əlbəyaxa olduqları zaman Vəzir araya girmiş, qolu yaralanmış, lakin nə ilə vurulduğunu görməmişdir. Ondan sonra çölə çıxmış, çayxananın qarşısına çıxdıqdan 3-4 dəqiqə sonra Xəlil də çölə çıxıb dəmirdən tutmuş, sonra da aşaraq yerə yıxılmışdır. Çayxananın iki qapısı olduğundan Gündüz də digər qapıdan çölə çıxmışdır. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, o, hadisə baş verən zaman çayxanada mərhum Xəlillə arxa-arxaya oturmuşlar. Hadisənin necə baş verməsindən xəbəri olmamış, Vəzirin qolunu tutduğunu görmüş və onun “Gündüz damarımı kəsdin” deməsini eşitmişdir. Gündüzlə Xəlil yumruqlaşmış, o, Dəmirəl və Azər onları aralaşdırmağa çalışmış, hadisə zamanı Gündüzün əlində bıçağı görməmiş, çölə çıxmış, sonra Xəlili yerdə uzanmış vəziyyətdə gördükdə kömək etmək üçün ona yaxınlaşmış, həmin an Gündüzün Xəlili bıçaqladığını öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o hadisə baş verən çayxananı işlədir. Hadisə olan günü çayxananı Azər və Dəmirələ tapşırıb yasa getmiş, çayxanaya qayıtdıqdan sonra Vəzirin biləyinin qanlı olduğunu görmüş, Vəzirdən nə olduğunu soruşduqda o “Vurdular məni” demişdir. Çayxanaya girdikdə artıq Gündüzün Xəlili bıçaqladığını görmüş, Dəmirəlin köməyi ilə bıçağı Gündüzün əlindən almış, həmin bıçağın çayxanada olan bıçaqlar arasında olmamışdır. Hadisədən sonra Xəlil çayxanadan çölə çıxmış, o Xəlildən nə olduğunu soruşduqda, Xəlil ona Gündüzün onun sifətini kəsdiyini demiş, Xəlilin ürək nahiyəsindən xəsarət aldığını görmüş, çöldə olarkən İlkin və Dadaş Xəlilə tibbi yardım göstərmiş, daha sonra Vəziri xəstəxanaya göndərmiş, Xəlili xəstəxanaya aparmaq istəsələr də, onun öldüyünü görmüşdür. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, mağaza işlədir. Hadisə günü Ravil çayxananı ona tapşırıb yasa getmişdir. Ravil yasdan gəldikdən sonra çayxananı ona təhvil verib arxada siqaret çəkdiyi zaman içəridən səs eşitmiş, səsə görə içəri girmiş, içəri girəndə Gündüzlə Xəlili yerdə görmüşdür. Gündüzün əlində bıçaq olmuş, Ravil Gündüzün əlindən bıçağı almağa çalışsa da, ala bilməmiş, ondan sonra onun köməkliyi ilə bıçağı Gündüzün əlindən almışlar. Sonra Xəlilin sifətinin kəsildiyini görmüş, onun əlini sol tərəfinə qoyduğunu və oradan qan axdığını, Xəlilin qabaq qapıdan, Gündüzün isə arxa qapıdan çölə çıxdıqlarını görmüşdür. Xəlil çölə çıxaraq dirəkdən tutmuş və orada yıxılmış, yıxıldıqdan sonra yola qaçaraq sürücülərə “Xəlili xəstəxanaya aparaq” demiş, ancaq heç kim yaxına gəlməmiş, Vəzirin qolu bıçaqlandığından onu maşınla xəstəxanaya aparmışlar. O, kəndin icra nümayəndəsi Elşən müəllim gələn zaman onun maşınının qabağını kəsərək “Xəlili xəstəxanaya aparaq” demiş, daha sonra polislər hadisə yerinə gəlmiş və artıq gec olduğunu, Xəlilin öldüyünü öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, çayxanada çay içdikləri zaman Gündüz oraya gəlmişdir. Gündüz Xəlilin stoluna yaxınlaşmış, onun əlində heç nə görməmiş, Gündüz Xəlilə, Xəlil də Gündüzə yumruq vurmuş, başqa nəsə görməmişdir. Sonra mərhum Xəlil ayağa qalxmış, qalxanda onun sinəsində qan görmüş, ondan sonra hər kəs çölə qaçmış, o da çölə çıxmış, çöldə Vəzirin qolunu tutduğunu görmüş, ondan nə olduğunu soruşduqda qolunun yaralandığını öyrənmiş, daha sonra mərhum Xəlil çölə çıxaraq dirəyin yanında durmuş və yerə yıxılaraq orada rəhmətə getmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, hadisə günü atası ilə birlikdə dükana girdiyi zaman Gündüz də oraya gəlmişdir. Orada Gündüz ona toxunmuş, həmin zaman Gündüz içkili olmuş, Gündüzə “Yavaş ol” dediyinə görə onunla mübahisə etmiş, sonra atası onu oradan uzaqlaşdırmış və evə getmişlər. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, hadisə günü maşını çayxananın qabağında saxlayıb Yaşarın dükanına girmişdir. Dükanda olan zaman Ələkbər, Ələkbərin oğlu Ramil, Yaşar və Yaşarın oğlu Damət də orada olmuş, sonra Gündüz dükana girmiş, Ramilin qoluna toxunmuş, Ramil Gündüzə “Yavaş ol bir az” demiş, onların arasında biraz mübahisə yaranmış, daha sonra çölə çıxmışlar. Çölə çıxdıqdan sonra Gündüz evə getmiş, Ramili də atası aparmış, özü də maşınındakı yükü aparıb boşaltdıqdan sonra çayxanaya kofe içməyə getmiş, kofeni götürüb çölə çıxdığı zaman Gündüz çayxanaya gəlmişdir. Gündüzlə salamlaşdığı zaman içkili olduğunu görmüş, qayınatasını götürüb çayxanadan çıxmış, maşınının yanına çatdıqda Vəzirin qolunu tutaraq “Ay ana, öldüm, ay ana, öldüm” dediyini eşitmiş, qandan qorxduğu üçün yaxın getməmiş, qayınatasını maşına mindirib evə aparmışdır. Daha sonra hadisə yerinə qayıtmış, Xəlili yerdə uzanıqlı vəziyyətdə görmüş və Gündüzün Xəlili bıçaqladığını öyrənmişdir. Şahid qismində dindirilmiş Mehdiyev Hicran Cəbrayıl oğlu ifadəsində göstərdi ki, işdən çıxdıqdan sonra çayxanada çöldə sinif yoldaşları ilə oturmuş, onlar getdikdən sonra çayxananın içərisinə keçmişdir. Xəlil, Vəzir, Ramil bir stolda oyun oynadıqları zaman o da “Okey” oynamaq üçün gedib onların yanında oturmuşdur. Oyun oynadıqları zaman Gündüz ora gəlmiş, Xəlilə bıçaq atdığı zaman bıçaq Vəzirin qolunu yaralamışdır. X30 oturduğu stula təpik vurmuş, Xəlil yerə yıxılmış, Gündüz Xəlilin ürək nahiyəsinə bıçaq atmış, Gündüzün Xəlili bıçaqla vurmasını gördükdən sonra çölə qaçmış və içəridə nə olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hadisə vaxtı çayxanada “Okey” oynamış, mərhum Xəlilin stoluna yaxın stolda oturmuşdur. Birdən söyüş eşitmiş, başını qaldırdıb kimə söyüş söyüldüyünü öyrənmək istəyəndə Gündüzün Xəlilin stuluna təpik vurduğunu görmüş, Xəlil aşıb yerə yıxılmış, ondan sonra Gündüzlə Xəlil dava etmiş, həmin an Vəzir qolunu tutub qışqıraraq “Bıçaq qoluma girib” dediyini eşitmişdir. Xəlilin Gündüzü yerdə yumruqladığını görmüş, bu zaman Xəlilin qolu boşalıb yerə düşmüş, Dəmirəl və Ravil Gündüzün əlindən bıçağı almışdır. Sonra Xəlil çölə çıxmış, arxasınca da o, çölə çıxmış, Xəlil dirəyə dayanmış, daha sonra yerə yıxılmışdır. O, Xəlilin yanına yaxınlaşmış, ondan nə olduğunu soruşduqda ona üzünün kəsildiyini demiş, maykasını çıxarıb qan dayansın deyə üzünə basmış, Xəlilin koftasının nəm olduğunu görüb koftasını qaldırmış, sol sinə nahiyəsində kəsilmiş yara görmüş, daha sonra polislər gəlmiş, polislər gəldikdən sonra oradan aralanmış və sonradan Xəlilin vəfat etdiyini öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. Onu daha əvvəl heç yerdə görməmiş, hadisə vaxtı Naxçıvanda olmadığından bu barədə xəbəri olmamışdır. Türkiyədə yaşadıqları müddət ərzində oğlu ona Gündüzlə aralarında olan hər hansı problem barədə deməmişdir. X26 dostluğu olmamış, Xəlilin öz qardaşına dediyinə görə 2 il bundan əvvəl Gündüz telefon oğurladığı üçün Şərur rayonu, Dərəkənd uşaqları onu döyüb başına silah dayamış, Xəlil isə Gündüzü onların əlindən almışdır. Həmçinin Xəlil hadisədən 2 ay əvvəl qardaşı ilə telefonda danışarkən ona voleybol oynayanda Gündüzlə aralarında mübahisə olması barədə də demişdir. O, Türkiyədə olarkən Xəlil dayılarını, xalalarını görmək üçün Naxçıvana gəlmiş, oradan Bakıya getmiş, 1 il ərzində orada qalıb işləmişdir. O, burada olarkən anası və qardaşı ilə telefonla əlaqə saxlamış, qardaşına şəhidin anım günündə yenə Gündüzlə mübahisə etdiklərini, Gündüzün onun telefonunu götürüb vermədiyini, sonradan Elşən müəllimin telefonu alıb ona qaytarmasını söyləmişdir. X23 ən ağır cəzanın verilməsini istəmişdir. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, hadisə günü çöldə çayçının arxa hissəsində oturub dostları ilə pivə içən zaman Gündüz onların yanına gəlmiş, 2-3 dəqiqə oturmuş, daha sonra durub getmişdir. Gündüz oraya gələrkən onun əlində bıçaq görməmiş, ancaq göy rəngli “tapicka” olmuşdur. O, bir qədər sonra səs-küy eşidib çayxanaya daxil olduqda Gündüzlə qarşılaşmış, ondan nə olduğunu soruşmuş, Gündüz ona pıçıltı ilə nəsə dəsə də, eşitməmiş, bu zaman Ravil və Dəmirəli də orada görmüş, Xəlil isə ayaqüstə olmuşdur. Çayxanada səssizlik olmuş, özü də içkili olduğundan orada olan digər şəxsləri xatırlamamış, ikinci dəfə Gündüzdən nə olduğunu soruşduqda İlkinə çölə çıxmasını demişdir. O, çöldə olarkən Xəlilin yerə yıxıldığını, Dadaşın ona köməklik etdiyini, ona yaxınlaşdıqda üzünün kəsildiyini görmüşdür. Sonra Xəlilin üzərində olan koftanı açıb baxdıqda sinə nahiyəsində iki bıçaq zərbəsi görmüş və ona köməklik etmişdir. Gündüzü çölə Ravil çıxarmış bu zaman onun əlində bıçaq olmamışdır. Həmçinin o, Xəlillə Gündüzün mübahisə etməsini eşitmədiyini, hadisənin necə baş verdiyini görmədiyini söyləmişdir. Şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi kəndlisi kimi tanımış, onunla Türkiyədə bir neçə dəfə görüşüb söhbətləşmiş, Xəlillə isə Türkiyədə olarkən eyni məhəllədə yaşadıqları üçün hər gün görümüş, münasibətləri yaxşı olmuşdur. Gündüzlə Xəlilin aralarında olan mübahisələr barədə xəbəri olmamış, sadəcə Gündüz onun atası Məhərrəm Mehdiyevə Bakıdan oğurladığı telefonunu saxlaması üçün vermiş, o bu barədə sonradan eşitmiş, atasına “hər gətirib nəsə saxla deyəndən niyə nəsə alırsan?” demiş, sonradan isə bildiyinə görə Gündüz gəlib telefonu götürmüşdür. X1 öldüyündən bu hadisə barədə şahidlik edə bilməmiş, Şahid21 isə atasından eşitdiklərini söyləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: - Şahid3 ifadəsində hadisədən təxmini 2-3 gün qabaq Püsyan kənd mərkəzində olan çayçıya ofisant kimi işə başladığını, 31 may 2023-cü il tarixdə işdə olarkən saat təxmini 13-14 radələrində Xəlil Şıxəliyev çayçıya gələrək Vəzir, Ramiq və Hicranın oturduğu masaya oturaraq onlarla “Okey” adlı oyun oynamağa başladığını, Xəlil ona pivə gətirməsini tapşırdığını, onun pivə içə-içə oyun oynadığını, saat 16-17 radələrində Təqsirləndirilən şəxsda çayçıya gəldiyini, onun çayçıya daxil olaraq ona pivə süzməyini tapşırıb, çayçının həyətindəki masalardan birində oturduğunu, təxmini 6-7 bakal pivə içdiyini, onun pivə içən zaman ətrafda oturan şəxslərə də öz hesabına pivə aldığını, saat təqribiən 18 radələrində çayçıda oturanlara pivə süzüb çayçının həyətinə çıxarkən Təqsirləndirilən şəxs içəri girərək Xəlil Şıxəliyevin oturduğu masaya tərəf gedib masaya təpik vurduğunu, Gündüzün Xəlilə var-yox söyüşü söydüyünü, özünün bu zaman pivələri stollara aparmaq üçün çölə çıxdığını, içəridən “bıçaq var” deyərək hamının çölə çıxmağa başladığını, bu zaman özünün içəriyə girən zaman Gündüzün əlindəki bıçağı Xəlilə vurmaq istəyərkən Vəzir Tağıyevin buna mane olması zamanı bıçağın Vəzirin əlinə keçdiyini gördüyünü, Gündüzün Xəlilin döş nahiyyəsindən bir neçə bıçaq zərəbəsi vurduğunu, bundan sonra Xəlilin Gündüzü tutaraq yumruqla vurmağa başladığını, bu zaman Gündüzün əli ilə başını tutaraq yumruqlardan yayındığını, həmin zaman onun müdiri Şahid4 onları araladığını, Ravilin Gündüzün əlindən bıçağı mağazanı işlədən Dəmirəlin köməyi ilə aldığını, Gündüzün həmin vaxt çayxananın arxa qapısından çıxaraq getdiyini, özünün isə Xəlili tutaraq çölə çıxardan zaman onun zəif səslə özünün çıxacağını bildirdiyini, onun qapının ağzından 2-3 addım qabağa addımladıqdan sonra yerə yıxıldığını, onun ətrafdakılarla onun yarasına müdaxilə etmək istəyərkən dünyasını dəyişdiyini gördüyünü, daha sonra polisin ora gəldiyini, Xəlil Şıxəliyev ilə Təqsirləndirilən şəxs münasibətlərinin pis olduğunu, Xəlil ilə Gündüzün əvvəl Türkiyədə yaşadıqları zaman ikisinin bir-biri ilə ədavətinin olduğunu, onlar arasındakı ədavətin səbəbini bilmədiyini, hətta hadisə olmamışdan 1 ay qabaq onların kəndin voleybol stadionunda əlbəyaxa olduqlarını, 1 ay əvvəl voleybol meydançasının yanında Təqsirləndirilən şəxsla X.Şıxəliyevin mübahisə edən zaman özünün orada olduğunu, onların voleybol oynamaq üstə mübahisə etdiyini Gündüzün əlindəki "Prestij" Naxçıvan pivəsini Xəlilə tulladığını və orada olan uşaqların onları araladığını, həmin mübahisə zamanı Gündüzün əlində bıçaq görmədiyini, Təqsirləndirilən şəxs Xəlil Şıxəliyevi öldürdüyü və Vəzir Tağıyevə xəsarət yetirdiyi bıçağın qatlanan, tutacaq yerinin qəhvəyi rəngdə, kəsici hissəsi isə gümüşü rəngdə olmaqla uzunluğunun isə təxmini 14-15 sm olduğunu, Şahid4 Təqsirləndirilən şəxs əlindən bıçağı mağazanı işlədən Dəmirəlin köməyi ilə aldıqdan sonra əlləri və üst-başı qan olduğu üçün çayçıdakı krantın altında yuduqdan sonra Xəlilin bıçaqlandığı yerə qoyduğunu, Şahid4 Təqsirləndirilən şəxs əlindən bıçağı aldıqdan sonra əlinin qan olduğundan, buna görə də əlini yuyarkən bıçağı da yuduğunu, Təqsirləndirilən şəxs çayçıya gələn zaman onun hərəkətlərində sərxoşluq hiss olunduğunu bildirmişdir. - Şahid19 ifadəsində 1983 cü ildə X14 ilə ailə həyatı qurduğunu, həmin nikahdan Arzu, Gündüz adında oğlanlarının və Günay adında bir qız övladının dünyaya gəldiyini, yoldaşı Nəcəfin 2022-ci ildə rəhmətə getdiyini, Arzu və Gündüzün uzun illərdir ki, Türkiyə Respublikasında qalaraq işlədiklərini, əri rəhmətə getdikdən sonra Gündüzün 2022-ci ilin yay aylarından Türkiyədən qayıdaraq onun yanında qaldığını, Gündüzün kəndə qayıtdıqdan sonra əlilliyi almaq üçün sənədlərini hazırladığını, günün çox hissəsini evdə keçirdiyini, Gündüzün 31 may 2023-cü il tarixdə saat 07:30 radələridə evdən çıxaraq Şərur rayonuna əlilik pensiya kartını almaq üçün evdən çıxdığını, həmin günün saat təxmini 20:00-da evdə olarkən həyətin darvazasının döyüldüyünü eşitdiyini, Gündüz olduğunu təxmin edib həyətə çıxaraq qapının açıq olduğunu dediyini, bir daha qapının döyüldüyünü, gedib qapını açanda Gündüzün sərxoş halda üzü gözü qan içində gördüyünü, onu görən kimi ağlayıb və ondan nə olduğunu soruşduğunu, Gündüzün də ondan nasosu taxmasını istədiyini, nasosu taxarkən Gündüzün nasosdan gələn su ilə həyətdəki krantda üz-gözünü yuduğunu, o üzünü yuyarkən ağlayaraq ona nə olduğunu soruşduğunu, Gündüznün isə heç nə deməyərək ondan köynək gətirməsini istədiyini, özünün də ona evdən köynək gətirib verdiyini, onun köynəyini geyərək həyətin qabaq qapısından çıxıb getdiyini, Gündüz getdikdən sonra polislərin onlara gəlib Gündüzü soruşduqlarını, onlara Gündüzün indi evdən çıxdığını bildirib nə baş verdiyini soruşduğunu, onların Gündüzün adam vurduğunu deyib getdiklərini, sonra qapı ağzı qonşuları Leylanın ona Gündüzün Zöhrabın nəvəsi Xəlili öldürdüyünü dediklərini bildirmişdir. - Şahid10 ifadəsində Şərur rayon Püsyan kəndində anadan olmaqla Türkiyə Respublikasının İstanbul şəhərində anası Şahid9 ilə yaşadığını, X7 onun balaca qardaşı olduğunu, 1998-ci ildən atası ilə anasının rəsmi olaraq ayrıldığını, dayısı S.Əliyevin, xalaları E.Əliyevanın və X.Abbasovanın onları saxladığını, 2011-ci ildə anası ilə qardaşı Xəlili Türkiyə Respublikasında yaşamağa apardığını, hazırda orada yaşadığını, qardaşı X.Şıxəliyevin iki dəfə ailə qurduğunu, birinci nikahının qeyri rəsmi olub Ömər adlı oğlan övladının olduğunu, ikinci nikahının isə Afət Hüseynova ilə rəsmi olduğunu, Xəlilin Türkiyədə olarkən Gündüzlə həmkəndli kimi çox yaxın olduqlarını, Gündüzün bir dəfə qardaşına zəng vuraraq köməyinə ehtiyacının olduğunu bildirdiyini, Xəlilin onun yanına getdikdə Dərəkənd uşaqlarının onu təhdid etdiyini, səbəbi isə Gündüzün onların evlərindən telefonla pullarını oğurlaması olduğunu, Xəlilin ora gedərək Gündüzə kəfil durub Gündüzün oğurladığı telefon və pulların harada olmasını ondan örgənmiş, o isə həmkəndliləri Məhərrəmə verdiyini dedikdən sonra qardaşı Xəlilin həmin pulları və telefonu Məhərrəmdən alaraq Dərkəndlilərə təhvil verib Gündüzü onların əlindən aldığını, Gündüzlə qardaşı Xəlilin ona dediklərini, 2022-ci ilin aprel ayında qardaşının Türkiyədən Naxçıvana gəldiyini, bir ay burada qaldıqdan sonra onun Bakı şəhərində işləməyə getdiyini, 6 ay orada işlədikdən sonra təxminən 2023-cü ilin fevral ayında onun evlərini düzəltdirmək üçün Püsyan kəndinə gəldiyini, kənddə dayısı X10 və xalaları Abbasova Xanım, Əliyeva Esmira ilə birlikdə yaşadığını, hər gün onunla telefon əlaqəsi saxladıqlarını, Xəlilin ölümündən təxminən 10 gün əvvəl Gündüzün onun qarşısını kənd mərkəzində yerləşən voleybol meydançasında kəsərək Xəlilə nəlayiq ifadələr işlətdiyini və onu öldürməklə hədələyib "bir gün səni vuracam" dediyini səbəb isə Türkiyədə olarkən Dərəkəndlilərin ona baxmağa məcbur olduqlarını, pulu və telefonu Məhərrəmdən alaraq Xəlilin onlara verməsinin səhv hərəkət olduğunu qardaşı Xəlillə telefonla danışarkən ona bildirdiyini, özünün də Xəlilə "Gündüz sağlam adam deyil həm çəkir həm də içir ehtiyatlı ol" dediyini, 31 may 2023-cü il tarixdə saat 19:30 da qohumları Hacıyev Hasibin ona zəng vuraraq qardaşı Xəlilin ölüm xəbərini verdiyini, dərhal anasını götürüb yola çıxdıqlarını, 01 iyun 2023-cü il tarixdə saat 04:00 da kəndlərinə gəldiklərini, orada Xəlilin bıçaqlanaraq öldürüldüyünü eşitdiyini, qardaşı Xəlili dostu Gündüz adlı şəxs Püsyan kənd mərkəzində yerləşən çayxanada bıçaqla vurub öldürdüyünü, Gündüz tanıdığını, Gündüzə Türkiyədə qardaşının böyrəyi olmadığından xəstə olduğu üçün ona hər cür köməklik göstərdiyini, 31 may 2023-cü il tarixdə Gündüzün qardaşını Xəlili bıçaqla vurub öldürməsinin səbəbi onların Türkiyədə olarkən qardaşının telefon və pulları geri qaytarması olduğunu, Xəlilin heç kimlə ədavəti və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs bir il əvvəl Türkiyə Respublikasında olarkən Xəlillə aralarında yaranmış mübahisə səbəbindən Xəlili vuracağını bildirməsi barədə qardaşı Xəlilin ona danışdığını, lakin Gündüzün qardaşını öldürəcəyinə inanmadığını, çünki Gündüzün onların hər ikisinin pulu ilə Türkiyədə yaşadığını, həmişə ona əl tutduqlarını, Gündüzün Xəlili təxminən hadisə olmamışdan 10 gün qabaq voleybol meydançasında onu bıçaqla vuracağı barədə hədələməsini kəndliləri Elşən müəllimin təsdiqləyə biləcəyini, belə ki, həmin vaxtı onlar dalaşmaq istəyəndə Elşən müəllimin onları ayırdığını, həmin vaxtı Elşən müəllimin qardaşına "Gündüzə baş qoşma, onun ağlı huşu yerində deyil" dediyini, Xəlili oradan uzaqlaşdırdığını, qardaşı Xəlilin Türkiyədən qayıtdıqdan sonra kənddə yaşadığı müddətdə başında qarmarit xəstəliyi olduğu üçün burada müalicə aldığını, ona görə də heç bir işdə işləmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ən ağır şəkildə onun barəsində qanuni tədbir görülməsini xahiş etdiyni bildirmişdir. - Şahid17 ifadəsində göstərmişdi ki, Şərur Rayon Püsyan kəndində anadan olmaqla, həmin kənddə yaşayır. 9 yaşı var. 31 may 2023-cü il tarixdə yaşadığı Püsyan kəndində, saat 19:00-da məhlədə uşaqlarla futbol oynayarkən velosipedini yolun kənarına qoymuşdur. Bu zaman Gündüz gəlib onun velosipedini götürmüş, minib gedərkən Fəqan ona “atam icazə vermir “demiş, o isə “narahat olma gətirəcəm, atana da özüm deyəcəm” deyərək sürüb getmişdir. Səhəri gün atası əmisi Zamin ilə birlikdə gedib velosipedi gətirmişlər. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6: - 06 iyun 2023-cü il tarixli, 569 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin) rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində zədə və zədə izləri aşkar edilmədi. - 06 iyun2023-cü il tarixli, 570 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin) rəyindən görünür ki, vətəndaş Şahid1 bədən səthi üzərində aşkar edilmiş xəsarət: sağ qolunda yara deşici-kəsici alət təsirindən əmələ gəlmişdir. Eləcə də ekspertizaya təqdim edilmiş bıçaq təsirindən də törənməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. - 22 iyun 2023-cü il tarixli, 36 nömrəli tibbi ekspertizasının (meyitin ekspertizası) rəyindən görünür ki, mərhum X7 bədən səthi üzərində aşkar olunmuş xəsarətlər: sol sifət nahiyəsində bir ədəd kəsilmiş yara deşici-kəsici alət təsirindən törənmişdir, eləcə də ekspertizaya təqdim olunmuş bıçaq təsirindən də törənməsi inkar olunmur, qeyd edilən xəsarət həyatidir, ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sol ön səthində orta körpücük xətti üzərində İX-X qabırğaarası nahiyədə olan yara deşici-kəsici alət təsirindən törənmişdir, eləcə də ekspertizaya təqdim olunmuş bıçaq təsirindən də törənməsi inkar olunmur, qeyd edilən xəsarət həyatidir, ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Döş qəfəsinin sol ön səthində ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğalararası nahiyədə olan yara döş boşluğuna nüfuz edərək ürəyin əzələ qatını zədələyərək çoxlu qanitirmə ilə mərhumun ölümünə səbəb olmuşdur. Qeyd olunan xəsarət həyatidir, deşici-kəsici alət təsirindən törənmişdir, eləcə də ekspertizaya təqdim edilmiş bıçaq təsirindən də törənməsi inkar olunmur, ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir. Ölümün müddəti meyitin müayinəsindən 4-5 saat əvvələ uyğun gəlir. Meyitin bədən səthində olan xəsarətlərin yerləşmə xüsusiyyətlərinə əsasən xəsarətlər yetirilərkən zərərçəkənin ayaq üstə olması güman olunur. Meyitin bədən səthində olan xəsarətlər onun əynində olmuş paltarlardakı kəsiklərlə üst-üstə düşür. Bədən səthi üzərində aşkar olunmuş xəsarətlər bir alət (deşici-kəsici) təsirindən törənmişdilər. Mərhum X.Şıxəliyevin meyitindən götürülmüş qanda 1,164 promil etil spirt aşkar olunmuşdur. Bu miqdarda etil sərxoşluq dərəcəsinə uyğun gəlmir. - 23 iyun 2023-cü il tarixli, 08 nömrəli Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X6 məhkəmə-bioloji ekspertizasının (maddi sübutların ekspertizası) rəyindən görünür ki, hadisə yerindən götürülmüş “Okey” stolüstü oyun taxtası və 3 ədəd daşın üzərində qan vardır. Bu qan insan qanıdır və mərhum X.Şıxəliyevə məxsusdur. Hadisə yerindən götürülmüş bıçağın üzərində qan vardır. Bu qan insan qanıdır və mərhum X.Şıxəliyevə aiddir. Hadisə yerindən götürülmüş DNT çubuqlarında qan vardır. Bu qan insan qanıdır və mərhum X.Şıxəliyevə aiddir. Mərhum X.Şıxəliyevin üzərindən götürülmüş paltarlarda qan vardır. Bu qan insan qanıdır və mərhum X.Şıxəliyevə məxsusdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan və anası tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd göy rəngli yarımqol köynəkdə qan vardır. Bu qan insan qanıdır və mərhum X.Şıxəliyevə məxsusdur, yəni Aβ(İİ) qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 iyul 2023-cü il tarixli, 665 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş mərhum X.Şıxəliyevə məxsus qara rəngli ön hissəsi zəncirbəndli idman köynəyinin, qara rəngli üzərində pələng başı şəkli olan qısaqol köynəyin və ağ rəngli qolsuz maykanın səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri aiddir. Tədqiqata təqdim edilmiş mərhum X.Şıxəliyevə məxsus qara rəngli cins şalvarın, qara rəngli bel kəmərinin və Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli qısaqol köynəyin, qara rəngli cins şalvarın, 1 cüt qara rəngli ayaqqabının və 1 cüt qara rəngli corabın səthində heç bir trasoloji zədə aşkar edilmədi. - 26 iyul 2023-cü il tarixli, 663 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tədqiqata təqdim edilmiş tədqiqat obyekti 1 ədəd bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi. Bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmadı. - 26 iyul 2023-cü il tarixli, 664 nömrəli məhkəmə-ballistik (soyuq silahların kriminalsitik tədqiqi) ekspertizasının rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranılması, dərinin soyulması və s.) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan onun təyinatını dəyişəcək hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd digər bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan onun təyinatını dəyişəcək hər hansı əlavə və dəyişiklik edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y. Budaqov adına X4: - 03 avqust 2023-cü il tarixli, 211 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır, hal-hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. - 03 avqust 2023-cü il, 212 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyi və alkoqolizm aşkar olunmur. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. 14 avqust 2023-cü il tarixli, 778 nöməli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı bir ekstremal dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 31 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş sxem və fotoşəkillərdən məlum olur ki, hadisənin baş verdiyi yer Şərur rayonunun Püsyan kənd mərkəzində yerləşən X11 məxsus olan çayxanadır. Çayxananın ön giriş hissəsindən içəri daxil olduqda mərkəzdə 40x40 sm ölçüdə beton sütun, sütunun ətrafında 5 ədəd masa, masaların yanında stullar, həmin masaların üzərində “Okey” adlı oyun taxtası və daşları vardır. Beton sütunla sol yan pəncərənin ortasında olan masanın üzərində və yerdə qanabənzər ləkələr, masanın ətrafında pivə bakalının qırıqları, “Okey” oyununun daşları və taxtası, bəzilərinin üzərində qanabənzər ləkələr vardır. Çayxananın mərkəzində olan beton sütundan 1,15 sm məsafədə çayxananın ön pəncərəsinə tərəf beton döşəmənin üzərində cinayətin aləti ehtimal olunan bıçaq və həmin bıçaqdan sol divar istiqamətində beton döşəmənin üzərində aşmış vəziyyətdə olan stulun altında mərhum X.Şıxəliyevə məxsus olduğu ehtimal olunan “Oppo” markalı mobil telefon vardır. Çayxananın qarşısında çardax hissəsinə daxil olduqda sol tərəfdə dəmir dirəyin yanında başı pəncərəyə, ayaqları isə dirəyə tərəf üzərində ağ-qırmızı naxışları olan yun materialdan üzərinə örtük örtülmüş Xəlil Şıxəliyevin meyiti vardır. Meyit arxası üstə uzanıqlı vəziyyətdədir. Meyitin üzərindəki örtüyü götürdükdə meyitin əynində “Adidas” sözləri yazılmış qara rəngli idman köynəyi, həmin idman köynəyi seplə bağlıdır, köynəyin sol yatağında qoltuqaltı tikilişdə 12 sm sağa, 2 sm ölçüdə kəsik, həmin kəsikdən 10 sm aşağıda 1,5 sm ölçüdə kəsik, idman köynəyinin üzərində qanabənzər ləkələr vardır. İdman köynəyinin altında qara rəngli üzərində pələng başı şəkli olan qısaqol köynək köynəyin üzərində sol yaxalıq hissəsində boyun tikilişindən 26 sm aşağı qoltuqaltı tikilişdən 8 sm sağa 1,5 sm ölçüdə kəsik, həmin kəsikdən 6 sm aşağı 1,5 sm ölçüdə kəsik, və həmin köynəyin üzərində qanabənzər ləkələr vardır. Qara rəngli üzərində pələng başı şəkli olan qısaqol köynəyin altında ağ rəngli mayka, maykanın ön və arxa hissəsi qanabənzər ləkələr bulaşmışdır, maykanın sol boyun tikilişindən ön yaxalıq hissəsində 17 sm aşağı 2 ədəd ölçüləri 1,5 sm olan kəsik vardır. Meyitin əynində qara rəngli cins şalvar vardır. Həmçinin meyitin olduğu yerdə və altında qanabənzər gölməçə vardır. Hadisə yerinə baxış zamanı meyitin yanındakı qanabənzər gölməçədən götürülmüş 1 ədəd nümunə, çayxananın önündəki qanabənzər damcılardan götürülmüş 1 ədəd nümunə, hadisənin baş verdiyi X.Şıxəliyevin oturduğu masanın üzərindəki qanabənzər damcılardan götürülmüş 1 ədəd nümunə, X.Şıxəliyevin oturduğu masanın altındakı döşəmədəki qanabənzər damcılardan götürülmüş 1 ədəd nümunə, üzərində qanabənzər damcılar olan “Okey” stolüstü oyununun 1 ədəd taxtası, üzərində qanabənzər damcılar olan “Okey” stolüstü oyununun 3 ədəd daşları, hadisə yerindərn götürülmüş ümumi uzubluğu 16 sm, tiyəsinin uzunluğu 7 sm, sapının uzunluğu 9 sm olan qəhvəyi rəngli qatlanan bıçaq, “Oppo” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. 31 may 2023-cü il tarixli, 183 nömrəli Naxçıvan Muxtar Respublikası X4 sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs 2 promil alkoqol qəbulu faktı müəyyən edilmişdir. 31 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, təhriş masası üzərində düzgün bədən quruluşlu kişi meyiti uzadılmışdır. Əynində ağ rəngli hərflərlə “Adidas” sözləri yazılmış qara rəngli idman köynəyi (qabağı seplə bağlıdır), idman gödəkçəsinin sol yatağında qoltuqaltı tikilişdə 12 sm sağa 2 sm ölçüdə kəsik, həmin kəsikdən 10 sm aşağıda sol ətəklikdən 20 sm yuxarı 1,5 sm ölçüdə kəsik vardır. Gödəkçənin üzərində qanabənzər ləkələr vardır. Qara rəngli üzərində pələng başı şəkli olan qısaqol kofta, sol yaxalıq hissəsində boyun tikilişindən 26 sm aşağı qoltuqaltı tikilişindən 8 sm sağa 1,5 sm ölçüdə kəsik vardır. Həmin kəsikdən 6 sm aşağı, 1,5 sm ölçüdə kəsik vardır. Həmin koftanın üzərində qanabənzər ləkələr vardır. Qara rəngli pələng başı şəkli olan qısaqol köynəyin altında ağ rəngli mayka, maykanın ön və arxa hissəsinə qanabənzər ləkələr bulaşmışdır. Maykanın sol və ön yaxalıq hissəsində boyun tikilişindən 17 sm aşağı 2 ədəd ölçüləri 1,5 sm olan (cəmi 2 ədəd) cırılma vardır. Qara rəngli şalvar, şalvarın sağ yan cibində 1 ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində 1 ədəd 50 manat, 1 ədəd 10 manat olmaqla cəmi 60 manat, üzərində **********502116 kodlu, 06/27 tarixli 863 ciff kodlu yazıları olan “Leo” adlı bankomat kartı, 1 ədəd AA4062622 seriyalı, 5GK1ZR2 fin kodlu şəxsiyyət vəsiqəsi, 1 ədəd üzərində “Bakı Kart” sözləri yazılmış metro kartı vardır. Meyit kişi cinsi olub boyunun uzunluğu 172 sm-dir, saçları qara rəngdə olub gicgah nahiyəsi qırxılmışdır, təpə və alın nahiyələri 2-3 sm uzunluqdadır, qara rəngli saqqalı və qara bığları vardır, kəllə sümükləri əlləmədə tamdır, gözləri örtülüdür, sol sifət nahiyəsində boylama istiqamətində 6x0,8 sm ölçüdə bucaqları iti kənarları hamar kəsilmiş yara, döş qəfəsinin sol nisbətən çəp istiqamətdə 1,5X0,8 sm ölçüdə yara, döş qəfəsinin sol ön səthində ön qoltuqaltı xətti üzrə 5-6 qabırğalar arası nahiyədə boylama istiqamətində pazvari formada 1,5x0,7 sm ölçüdə kənarları hamar 1 bucağı iti, digər bucağı küt yara vardır. Baxış zamanı yuxarıda sadalanan əşyalar, həmçinin meyitin əl-barmaq izləri qablaşdırılaraq götürülmüşdür. 31 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, 1 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd içərisində “Kapital Bank”a məxsus 4 ədəd bankomat kartı, 1 ədəd metro kartı, 1 ədəd telefon kartı olan pul kisəsi, 1 ədəd qara rəngli dəstəyi olan mətbəx bıçağı, 1 ədəd Təqsirləndirilən şəxs məxsus ümumvətəndaş pasportu, Təqsirləndirilən şəxs tutularkən üzərində olan 1 ədəd qara rəngli cins şalvar, 1 cüt qara rəngli ayaqqabı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra üzərindəki köynəyi evdə olduğundan hal-hazırda üzərində olan köynəyi götürməyə ehtiyac olmamışdır. 01 iyun 2023-cü il tarixli götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs cinayət törədərkən üzərində olduğu göy rəngli, üzərində qanabənzər ləkələr olan, boyun nahiyəsinin etiketində “KİĞİLİHOME” yazısı olan köynək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ipdən asılmış vəziyyətdə müəyyən edilərək götürülmüşdür. 01 iyun 2023-cü il təqdim olumuş əşyaların qəbul edilməsi və baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şahid1 Şərur rayonu, Püsyan kəndində yerləşən çayxanada Təqsirləndirilən şəxs X.Şıxəliyevi bıçaqla öldürərkən özünün əynində olan 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd ağ rəngli üzərində göy və qırmızı rəngdə damaları olan pambıq materialdan saruçkanı könüllü təqdim etmiş, həmin paltarların üzərində qanabənzər ləkələr və hər hansı zədə izləri müşahidə olunmamış və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 01 iyun 2023-cü il tarixli kamera görüntülərinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 31 may 2023-cü il tarixdə “CAM 02” müşahidə kamerasına keçirilən baxışda həmin müşahidə kamerasının istiqaməti çayxananın arxa giriş qapısına və çayxananın bar hissəsinə tərəf olduğu müəyyən edilmişdir. Müşahidə kamerası Şahid4 31 may 2023-cü il tarixdə “CAM 02” müşahidə kamerasında saat 22:34:47 saniyədə Təqsirləndirilən şəxs çayxananın arxa qapısından içəri daxil olduğunu, 22:34:57 saniyədə X8, X17, Mehdiyev Hicran Cəbi oğlunun, Şahid2 çayxananın arxa qapısına tərəf qaçdıqlarını, 22:35:02 saniyədə Şahid1 qolunu tutaraq göründüyünü, 22:35:04 saniyədə Dəmiral Ağazadənin arxa qapıdan içəri daxil olduğunu, 22:35:04 saniyədə Şahid2 hadisəni müşahidə etmək üçün çayxananın arxa qapısından içəri daxil olduğunu, 22:35:07 saniyədə X12 çayxananın arxa qapısından qaçaraq içəri daxil olduğunu, 22:35:09 saniyədə Şahid14 Sərvər oğlunun qaçaraq arxa qapıdan içəri daxil olduğunu, 22:35:25 saniyədə Şahid4 hadisənin törədildiyi bıçağın sağ əlində olmaqla çayxananın bar istiqamətində getdiyini, 22:35:27 saniyədə Şahid2 hadisəni müşahidə etdikdən sonra çayxananın arxa qapısından çıxdığını, 22:35:47 saniyədə Təqsirləndirilən şəxs və Şahid14 çayxanadan çıxdıqlarını qeyd etmişdir. 01 iyun 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, hadisə Şərur rayonu, Püsyan kəndində yerləşən Şahid4 məxsus çayxanada baş vermişdir. 20 iyun 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, mərhum X.Şıxəliyevə məxsus telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “Oppo” markalı olub ekranında şəffaf rəngdə qoruyucu və yaşıl rəngli üzlük olduğu, telefon qoruyucusunun aşağı hissədən müxtəlif yerlərdən çatladığı, telefonun bağlı vəziyyətdə olduğu, sağ düymədən açdıqda telefonun ekranında “telefon yeniden başlatıldığında parol gerekir” sözünün yazıldığı, telefona daxil olmaq üçün 6 rəqəmli şifrə tələb olunduğu, telefonun şifrəsinə daxil olmağın mümkünsüzlüyü müəyyən edilmişdir. 03 iyul 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun “Samsung A2” markalı olub üzərində şəffaf rəngdə qoruyucusu olduğu, telefonun bağlı vəziyyətdə olduğu, telefonun sağ düyməsindən açdıqda ekranda “kilit açma deseni çiz” sözü yazıldığını və simvol yaratmaq üçün 6 ədəd nöqtə olduğu, telefonun kodu olduğundan telefonun menyusuna daxil olmağın mümkünsüzlüyü müəyyən edilmişdir. 26 iyul 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkildən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən bıçağın tanınması aparılmış, Təqsirləndirilən şəxs təqdim edilmiş eyni növdən və nömrələnmiş vəziyyətdə olan əşyaları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin vaxt istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. 27 iyul 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkildən məlum olur ki, Şahid4 tərəfindən bıçağın tanınması aparılmış, Şahid4 təqdim edilmiş eyni növdən və nömrələnmiş vəziyyətdə olan əşyaları nəzərdən keçirib 3 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin vaxt istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. 17 iyul 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnaməyə 21 iyul 2023-cü il tarixdə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. Şərur Rayon Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Şərur Rayon Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli xasiyyətnaməyə görə mərhum X15 müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs X9 öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilir. Belə ki, o, Türkiyə Respublikasında yaşadıqları müddətdə Xəlil Şıxəliyevlə aralarında yaranmış mübahisəni unutmamış, X.Şıxəliyevi öldürmək qərarına gəlmişdir. Türkiyə Respublikasından Şərur rayonu, Püsyan kəndinə qayıtdıqdan sonra özünəməxsus pensiya kartını alıb dolanışıq üçün anasına verəcəyini bildirməklə məqam gözləmiş, pensiya kartını aldıqdan sonra Püsyan kəndində yerləşən çayxanaya gedərək orada spirtli içki qəbul etmiş, Xəlil Şıxəliyevin çayxanada olduğunu bilərək və niyyətini həyata keçirmək üçün çayxanaya daxil olub Xəlil Şıxəliyevin əyləşdiyi stula təpiklə zərbə vuraraq onu yerə yıxmış, əvvəlcədən əlində açıq vəziyyətdə tutduğu bıçaqla onun sol sifət nahiyəsinə, döş qəfəsinə zərbələr endirmiş, hadisənin qarşısını almaq istəyən şəxslərə məhəl qoymayaraq cinayətkar hərəkətlərini davam etdirməklə X.Şıxəliyevə ağır bədən xəsarətləri yetirərək onu qəsdən öldürmüşdür. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, baxış, götürmə protokolları eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə, habelə təqsirləndirilən şəxsin ifadəsi ilə tam sübuta yetirilir. Həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmədə Təqsirləndirilən şəxs Türkiyədən aldığı bıçaqla çayxanaya gedərək Xəlili qorxutmaq istədiyini, onu öldürmək niyyətində olmadığını deməsi inandırıcı deyil və özünümüdafiə xarakteri daşımaqla məsuliyyətinin yüngülləşdirməsinə dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən iş üzrə digər sübutlarla tam təsdiq olunduğundan təqsirləndirilən şəxsin ifadəsini eyni zamanda, CPM- in 144 - 146-cı maddələrinə əsasən şərh olunan ifadələr, protokollar və ekspertiza rəyləriniini irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmədə təqsirləndirlən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmir. Beləliklə, məhkəmə CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-birilə müqayisə edərək mənbəyinin mötəbərliyini müəyyənləşdirdiyi sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin törədilməsi cinayət işi üzrə olan sübutların məcmusu həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin əməli ibtidai istinaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs CMin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasıına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, etdiyi əməldən səmimi peşmanlığını və İİİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 31 may 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Ümumi uzunluğu 16 sm, tiyəsinin uzunluğu 9 sm, sapının uzunluğu 7 sm olan qəhvəyi rəngli qatlanan 1 (bir) ədəd bıçaq, çayxananın önündəki qanabənzər damcılardan, meyitin yanındakı qanabənzər gölməçədən, mərhum X.Şıxəliyevin oturduğu masanın üzərindəki qanabənzər damcılardan və həmin masanın altındakı döşəmədəki qanabənzər damcılardan götürülmüş 4 (dörd) ədəd nümunə məhv edilməlidir. - Üzərində qanabənzər damcılar olan 1 (bir) ədəd “Okey“ stolüstü oyun taxtası və 3 (üç) ədəd “Okey” stolüstü oyun daşları Şərur rayonu, Püsyan kəndində yerləşən çayxananın sahibi Şahid4 qaytarılmalıdır. X18 hadisə zamanı əynində olmuş paltarları - 1 (bir) ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan idman köynəyi, 1 (bir) ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli üzərində pələng başı şəkli olan qısaqol kofta, 1 (bir) ədəd ön və arxa hissəsində qanabənzər ləkələr olan ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli şalvar və şalvarın üzərində 1 (bir) ədəd qara rəngli kəmər, həmçinin X7 üzərindən götürülmüş şalvarının sağ yan cibində 1 (bir) ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində 1 (bir) ədəd 50 manat 1 (bir) ədəd 10 manat cəmi 60 manat, üzərində **********502116 kodlu, 06/27 tarixli 863 ciff kodlu yazıları olan “Leo” adlı bankomat kartı, 1 (bir) ədəd üzərində “Bakı kart” sözləri yazılmış metro kartı və “Oppo” markalı qara rəngli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X16 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən cinayəti törədərkən üzərində olan paltarlar - qara rəngli JEANS sözləri yazılmış 1 (bir) ədəd qara rəngli cins şalvar və qara rəngli 1 (bir) cüt ayaqqabı, əlavə olaraq üzərində 01 (bir) ədəd pul kisəsi içərisində 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********828058 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********683384 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********707867 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********072674 nömrəli plastik kart, 01 (bir) ədəd metro kartı, 01 (bir) ədəd telefon kartı, 01 ədəd "SAMSUNG" markalı mobil telefon, Təqsirləndirilən şəxs anası Şahid19 axtarış və götürmə zamanı könüllü təqdim etdiyi, oğluna məxsus, cinayət törədərkən onun əynində olan, etiketində KİĞİLİHOME sözləri yazılmış, “S” ölçülü, qolsuz tünd göy rəngli köynək , 1 (bir) ədəd qara rəngli dəstəyi olan mətbəx bıçağı təqsirləndirilən şəxsin anası Şahid19 qaytarılmalıdır. - Şahid1 hadisə zamanı əynində olan 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli üzərində göy və qırmızı rəngdə damaları olan pambıq materialdan saruçka Şahid1 qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus C 03189313 nömrəli ümumvətəndaş pasportu və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Ümumi uzunluğu 16 sm, tiyəsinin uzunluğu 9 sm, sapının uzunluğu 7 sm olan qəhvəyi rəngli qatlanan 1 (bir) ədəd bıçaq, çayxananın önündəki qanabənzər damcılardan, meyitin yanındakı qanabənzər gölməçədən, mərhum X.Şıxəliyevin oturduğu masanın üzərindəki qanabənzər damcılardan və həmin masanın altındakı döşəmədəki qanabənzər damcılardan götürülmüş 4 (dörd) ədəd nümunə məhv edilsin. - Üzərində qanabənzər damcılar olan 1 (bir) ədəd “Okey“ stolüstü oyun taxtası və 3 (üç) ədəd “Okey” stolüstü oyun daşları Şərur rayonu, Püsyan kəndində yerləşən çayxananın sahibi Şahid4 qaytarılsın. X18 hadisə zamanı əynində olmuş paltarları - 1 (bir) ədəd qara rəngli üzərində qanaqənzər ləkələr olan idman köynəyi, 1 (bir) ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli üzərində pələng başı şəkli olan qısaqol kofta, 1 (bir) ədəd ön və arxa hissəsində qanabənzər ləkələr olan ağ rəngli mayka, 1 (bir) ədəd qara rəngli şalvar və şalvarın üzərində 1 (bir) ədəd qara rəngli kəmər, həmçinin X7 üzərindən götürülmüş şalvarının sağ yan cibində 1 (bir) ədəd qara rəngli pul kisəsi, pul kisəsinin içərisində 1 (bir) ədəd 50 manat 1 (bir) ədəd 10 manat cəmi 60 manat, üzərində **********502116 kodlu, 06/27 tarixli 863 ciff kodlu yazıları olan “Leo” adlı bankomat kartı, 1 (bir) ədəd üzərində “Bakı kart” sözləri yazılmış metro kartı və “Oppo” markalı qara rəngli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X16 qaytarılsın. - Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən cinayəti törədərkən üzərində olan paltarlar - qara rəngli JEANS sözləri yazılmış 1 (bir) ədəd qara rəngli cins şalvar və qara rəngli 1 (bir) cüt ayaqqabı, əlavə olaraq üzərində 01 (bir) ədəd pul kisəsi içərisində 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********828058 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********683384 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********707867 nömrəli plastik kart, 01 (bir) ədəd "Kapital Bank”a məxsus **********072674 nömrəli plastik kart, 01 (bir) ədəd metro kartı, 01 (bir) ədəd telefon kartı, 01 ədəd "SAMSUNG" markalı mobil telefon, Təqsirləndirilən şəxs anası Şahid19 axtarış və götürmə zamanı könüllü təqdim etdiyi, oğluna məxsus, cinayət törədərkən onun əynində olan, etiketində KİĞİLİHOME sözləri yazılmış, “S” ölçülü, qolsuz tünd göy rəngli köynək , 1 (bir) ədəd qara rəngli dəstəyi olan mətbəx bıçağı təqsirləndirilən şəxsin anası Şahid19 qaytarılsın. - Şahid1 hadisə zamanı əynində olan 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli üzərində göy və qırmızı rəngdə damaları olan pambıq materialdan saruçka Şahid1 qaytarılsın. Təqsirləndirilən şəxs məxsus C 03189313 nömrəli ümumvətəndaş pasportu və AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. İlham İbrahimov