Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-19/2024 25.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərçüməçi X5 iştirakları ilə 23 mart 1991-ci ildə Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, qoşqulu nəqliyyat vasitəsi sürücüsü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının Hatay şəhəri, Konteyner şəhərciyində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 6.643 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib bir qismini istifadə etdikdən sonra qalanını 1 bükümdə siqaret qutusuna yerləşdirərək üzərində saxlamaqla daşıyaraq 05 yanvar 2024cü il tarixdə, saat 16 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gəlib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 31ANY92/31ET863 qeydiyyat nişanlı "Mersedes- Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əynində olan gödəkçənin sağ cibində olan siqaret qutusundan 1 ədəd üzəri qara rəngli lentlə sarınmış sellofan bükümdə təmiz çəkisi 6.643 qram olan külli miqdarda ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Mersindən yük yükləyib Bəzirgana gəlmiş, orada yükü boşaldarkən fəhlələrdən biri yanına gəlmiş, fəhlə ondan “maddə lazımdır?”- deyə soruşmuş, həmin adama 200 türk lirəsi ödəyərək psixotrop maddə almış və həmin maddəni siqaret qutusunun içərisində gizlətmiş, lakin aldığı psixotrop maddənin növünü bilməmişdir. Daha sonra Poldəştdən Şahtaxtı gömrüyünə gəlmiş, gömrük əməkdaşları sandıqları, maşının içərisini yoxlamışlar, X-RAY yoxlanışından sonra üzərindən maddə aşkar etmişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, Türkiyə Respublikasında zəlzələ baş verəndən bəri psixotrop maddə istifadə etmiş, İrandan ilk dəfə maddə almış, psixotrop maddəni təxminən həftədə bir dəfə istifadə etmiş, hər zaman eyni növ psixotrop maddədən istifadə etmiş, maddəni özü istifadə etmək üçün almışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə kollegiyasından cəza təyin edərkən yaxın zamanda Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ zamanı anasını və digər qohumlarını itirdiyini nəzərə almaqlarını xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yanvar ayının 5-i təxminən saat 17:00-18:00 radələrində Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə Şahtaxtı gömrüyü ərazisinə daxil olmuş, kənardan apardığı müşahidə nəticəsində, şəxsin zahiri görkəmi, hərəkətləri ilkin şübhələr yaratmış, daha sonra vətəndaşla şifahi söhbət etmiş, söhbət zamanı suallarına qeyri-səmimi cavablar verdiyinə görə şübhələri daha da artmış, əsaslı şübhələr yarandıqdan sonra vətəndaşı müvafiq otaqda şəxsi yoxlamaya dəvət etmişdir. Gömrük əməkdaşı Şahid2 video çəkiliş aparması üçün dəvət etmiş, Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla qadağan olunan hər hansı predmetin olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona –“heç bir şey yoxdur” deyə söyləmişdir. Onlar şəxsə hüquq və vəzifələrini türk dilində olan tərcüməsini təqdim etsələr də, o Azərbaycan dilində olan danışıqları başa düşmüşdür. Şəxsi yoxlama apararkən əynindəki gödəkcənin sağ cibində olan siqaret qutusunu içərisindən bükülü halda ağ kristal formada metamfetaminə bənzər kütlə aşkar etmiş, lakin nəqliyyat vasitəsindən qanunla qadağan olunan nə isə aşkar etməmişdir. Daha sonra müvafiq qaydada protokol tərtib etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən Baş İdarənin Əməliyyat Şöbəsinin əməkdaşı Şahid1 ona yaxınlaşaraq Türkiyə Respublikasına məxsus yük nəqliyyat vasitəsinin sürücüsü Ahmet Şimşeyin hərəkətlərinin onun şübhəsini çəkdiyini bildirmiş, şəxsi yoxlama aparacağını, ondan da video çəkiliş aparmağını istəmişdir. Şəxsi yoxlama aparmadan öncə Şahid1 Təqsirləndirilən şəxs - üzərinizdə qadağan olunmuş, gömrüyə bəyan ediləcək hər hansı əşya, predmet var mı?”- deyə soruşmuş, o isə - “heç nə olmadığını”- söyləmişdir. Ahmet Şimşeyin gödəkçəsinin sağ cibindəki siqaret qutusunun içərisindən kristal formada maddə çıxmış, maddənin çıxdığı siqaret qutusunun içərisində əlavə olaraq siqaret də olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 28 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd balaca kağız zərfdə təqdim olunmuş, üzəri qara rəngli yapışqan lentlə sarınmış şəffaf sellofan bükümdə təmiz çəkisi – 6.613 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına” daxildir ( İ siyahı, İİ bənd, sıra №27) Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2024-cü il tarixli, 3 nömrəli ekspert arayışına əsasən metamfetaminin təmiz çəkisi 6.643 qram olmuşdur. Aşkar olunaraq götürülmüş təmiz çəkisi 6.643 qram olan metamfetamin psixotrop maddənin 0,03 qramı, ilkin tədqiqat zamanı, 0,03 qramı isə kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 6.583 qramdır. Naxçıvan Muxtar Respublikası X2: - 15 yanvar 2024-cü il tarixli, 10 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Metamfetamin” narkomaniyası aşkar olundu. Məcburi müalicəyə ehtiyacı vardır. - 14 fevral 2024-cü il tarixli, 49 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkələri hadisənin törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 05 yanvar 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Ahmet Şimşeyin idarə etdiyi 31ANY92/31ET863 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətinə bəyan olunmayan və qanunla qadağan edilmiş heç bir predmet aşkar edilməmişdir. Daha sonra nəqliyyat vasitəsinin gizli saxlanc yerlərinə ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, lakin rentgen yoxlaması zamanı da heç nə aşkar edilməmişdir. - 05 yanvar 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Ahmet Şimşeyin əyninə geyindiyi boz rəngli gödəkcənin sağ cibində olan siqaret qutusunun içindən şəffaf sellofana bükülmüş, ağ rəngli, kristal halında, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 7,074 qram olan psixotrop maddəyə bənzər kütlə aşkar edildi. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən xarici vətəndaşa məxsus U28073524 nömrəli pasport, 1 ədəd Samsung A72” markalı, İMEİ1: **********93937/01; İMEİ2: **********93937/01nömrəli mobil telefon götürülmüşdür. - 07 dekabr 2023-cü il tarixli yük nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. - 20 fevral 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “SAMSUNG GALAXY A72” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat əldə edilməmişdir. - 24 fevral 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntü 5 dəqiqə 45 saniyədir. X6 üzərində aparılmış şəxsi yoxlama video çəkilişlə gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələrinin izah olunduğu bildirilməklə başlayır. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur, Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirib, əyninə geydiyi gödəkçənin sol yan cibindən 1 qutu siqaretlə alışqanı, sağ yan cibindən 1 qutu siqareti, sol döş cibindən kağız parçasını və şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonunu çıxarıb masanın üzərinə qoyaraq, üzərində başqa bir əşya olmadığını bildirir. Gömrük əməkdaşı tərəfindən Ahmet Şimşeyin üzərində yoxlama aparılsa da üzərindən hər hansı bir əşya aşkar olunmur. Sonra Gömrük əməkdaşı tərəfindən Ahmet Şimşeyin təqdim etdiyi əşyalara baxış keçirilməsinə başlanılır, baxış zamanı Ahmet Şimşeyin sol cibindən çıxararaq təqdim etdiyi siqaret qutusunda yalnız siqaretlərin olduğu müəyyən edilsə də, onun sağ cibindən çıxararaq təqdim etdiyi siqaret qutusuna baxıldıqda qutunun içərisindən 1 ədəd büküm aşkarlanır, gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə metamfetamin maddəsi olduğunu, özünün istifadə etdiyini və İrandan 200 türk lirəsinə aldığını deyir. Həmin büküm gömrük əməkdaşı tərəfindən açılaraq içərisində metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğu müəyyən edilir və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7.73 qram olduğu müəyyən edilir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində axtarış aparılan şəxs özüdür, şəxsi yoxlama zamanı üzərindən aşkar olunmuş metamfetamin psixotrop maddə ona məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heç nə bildirmirlər. - 12 yanvar 2024-cü il tarixli yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikası vətəndaşı Ahmet Şimşeyin idarə etdiyi 31ANY92/31ET863 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi sahibi “KOÇAK KARDEŞLER hayvancılık tarım urunleri uluslararası taşımacılık” beynəlxalq nəqliyyat şirkəti Koçak Yasin direktorluğu tərəfindən 17 aprel 2020-ci il tarixində verilmiş etibarnamə əsasında Türkiyə Respublikası vətəndaşı X7 nəqliyyat vasitəsi texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verildi. 09 fevral 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrinvə ya onların prekursorlarının, güclütəsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdardaəldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun -1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitə metamfetamini İran İslam Respublikasının Bəzirgan şəhərindən yükü boşaldarkən fəhlədən 200 türk lirəsinə aldığını, özünün istifadə etdiyini, həmin maddəni siqaret qutusunun içərisində gizlətdiyini, Şahtaxtı gömrük postunda üzərində hər hansı qadağan olunan predmetin olub-olmadığını soruşarkən üzərində qadağan ounmuş hər hansı predmetin olmadığını gömrük əməkdaşlarına bildirmişdir. Şahid ifadələrindən də sübuta yetirilir ki, Təqsirləndirilən şəxs zahiri görkəmi, hərəkətləri ilkin şübhələr yaratmış, verilən suallara qeyri-səmimi cavablar vermiş, şəxsi axtarış zamanı onun üzərindən ağ kristal formada metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Ahmet Şimşeyin törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, 3 az yaşlı uşağının olmasını, Türkiyə Respublikasının Hatay şəhərində baş vermiş zəlzələ zamanı anasını və digər qohumlarını itirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-2/2024 nömrəli, 07 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 05 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 05 yanvar 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 6,583 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “SAMSUNG A72” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 28073524 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlama aparılmasına dair 01(bir) ədəd DVD, yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 6,583 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “SAMSUNG A72” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 28073524 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlama aparılmasına dair 01 (bir) ədəd DVD, yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. İbrahimov İlham