Məhkəmə qərarları › İş №1(109)-19/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-19/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-19/2025 07.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 14:50 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (yetkinlik yaşına çatmayan), zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs (yetkinlik yaşına çatmayan) iştirakları ilə xx xxxxxx 2008-ci ildə Babək rayonu, Məmmədrza Dizə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Babək rayonu Məmmədrza Dizə kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, əvvəllər məhkum olunmamış, Babək rayonu, Məmmədrza Dizə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində aralarında yaranmış mübahisə zəminində məktəbdə olan xidməti otaqdan götürdüyü və əlində olan bıçaq ilə həmkəndlisi və sinif yoldaşı olan Zərərçəkmiş şəxs bədən nahiyəsinə iki dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası” və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “onurğanın beyin funksiyasının fəsadlaşması və onurğanın boyun şöbəsinin İİ-İİİ fəqərəarası sahədə zədələnməsi ilə müşayiət olunan onurğanın boyun şöbəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Sərxanı 2014-cü ildə birinci sinfə başlayandan tanımış, balaca vaxtlarından zəif olmuş, məktəbdə uşaqlar onu həmişə döyüb, alçaltmışlar, ona görə çox vaxt savaşmadan qaçmışdır. Zərərçəkmiş şəxs uşaqları göndərmiş, uşaqlar onu çağırmışlar. Onlar 6-ci sinifdə oxuyanda Sərxan Fiziki-Kimya təmayülü liseyə daxil olduğu üçün ora getmiş, 10 – cu sinifədək onla görüşməmişlər, Sərxan 10-cu sinifdə təkrar kəndə qayıdıb onunla bərabər oxumuş, bu müddət ərzində yenə onunla Sərxan arasında mübahisələr başlamış, 11-ci sinifdə oxuyanda məktəblər açılmamışdan 1 ay əvvəl aralarında mübahisə olmuş, Məmmədrza Dizə kəndində Sərxanla savaşmışlar, Sərxan onun gözündən vurub göyərtmişdir. Bu mübahisələri isə telefonuna qoyduğu durum üstündə baş vermişdir. Sərxan bu duruma rəy yazmış, oda – “Qoyduğum hər duruma sən rəy bildirmək məcburiyyətində deyilsən” – demiş, Sərxan da – “Mən sənin kimilərə cavab bildirmək məcburiyyətindəyəm” – deyə cavab vermişdir. Onlar “İstedad” kurslarına getmişlər. Sərxan kursda o qədər uşaq içində sənin gözündən kim vurub? soruşub belə sözlərlə onu alçaltmağa çalışmışdır. O da gözünün elə olmasını heç kim görməsin deyə eynək taxmış, biri soruşanda da arı vurub ona görə də gözüm şişib demişdir. Kiminsə onu döyməyini deməyini qüruruna sığışdırmamışdır. 30 oktyabr tarixində məktəbdə Zərərçəkmiş şəxsla Ceyhun Məhərrəmov savaşmış, Ceyhun Sərxanın gözünü göyərtmişdir. Sərxan məktəbə gələndə onun anası Şahid4 bunu görüb sənində gözünü göyərdən tapılarmış demiş, Sunay Həsənovda anasının dediyi sözü eşidib, Sərxana – “Həyat xala, sənin arxanca belə sözlər deyib” – deyə söyləmişdir. O, azərbaycan dili dərsində olarkən sinifdə həmin vaxt Ceyhun olmuş, Ceyhunun üstü-başının torpaq olduğunu görüb nə olduğunu soruşmuş, o da yıxıldığını bildirmişdir. Ceyhunla Sərxanın savaşmaqlarından xəbəri olmamışdır. Daha sonra Şahid7 gəlib onu sinifdən çağırmış, müəllimə icazə verin, çıxım qapının qarşısında söz desin sinifə qayıdacam demiş, sinifdən çıxandan sonra Şahid7 Sərxangil şahmat otağında səni çağırılar deyə bildirmiş, niyə çağırdıqları barədə ona heç nə söyləməmiş, o şahmat otağına gedəndən sonra Hüseyn də öz sinfinə qayıtmışdır. Sinifdən çıxıb şahmat otağına getmiş, onun arxasınca da sinif yoldaşı Şahid6 girmişdir. Sərxanın gözünün şişdiyini görüb gözünə nə olduğunu soruşmuş, oda –“Sənə heç bir dəxli yoxdur”- demiş, bundan sonra ona ağır söyüşlər söyməyə, təhqir etməyə başlamış, niyə belə etdiyini soruşanda get anandan soruş, o sənə nə olduğunu dəyəcək söyləmişdir. Sərxan şahmat otağında artıq- əskik danışmağa başlamış, həmin vaxt onların yanında sinif yoldaşlarından Şahid6, Şahid8 və Sunay Həsənov olmuş, onlar kənarda durub heç nəyə müdaxilə etməmişlər. Sinifdən çıxıb 1-ci mərtəbəyə getmiş, anasından -Sən Sərxan nə demisən o elə qızışıb, özündən çıxıb” –deyə soruşmuş, anası da Sərxanın özünə heç nə demədiyini, arxasınca bunun da gözünü göyərdən tapılarmış dediyini bildirmişdir. Anası Həyat sən qarışma, heç nə etmə qoy nə deyillər desinlər desə də həmin vaxt çox əsəbləşmişdir. Arada təsərrüfat müdiri stolları düzəldəndə qeydiyyat otağından nə isə gətirmək üçün onları ora göndərmiş, həmin şkafda qayçı və avtyorka olmuş, hadisə günü onun məqsədi sırf bıçaq götürmək olmamış, şkafda başqa nə olsaydı götürəcəkmiş, daha öncə qeydiyyat otağında qayçı aftıyorka(burğac) gördüyü üçün bıçağında olacağını düşünmüş, bıçağı ora kimin qoyduğunu bilməmiş, bıçağı qeydiyyat otağındakı şkafın alt sürməsindən götürəndə orada heç kim olmamış, həmin sürmədə əlavə olaraq bir də sellefon olmuşdur. Əsəbi olduğu üçün ürəyi tez -tez döyünmüş, bədəni əsmiş, hər hansı bir şeylə vurmağı düşünmüş, həmin an əlinə bıçaq keçdiyi üçün onunla vurmuşdur. Sərxanın yuxarı da söyüş söyməyi, sonra isə aşağıda anasının üstünə yeriməyi onu qıcıqlandırmış, buna görə də bir dəfə vurum qorxsun, bir daha mənimlə icəşməsin deyə düşünmüşdür. Qeydiyyat otağından bıçaq götürmüş, biləyində paltarının altında gizlətmiş, şahmat otağına qayıdaraq Sərxana – “Səndə mənim gözümü göyərtmişdin, nə olacaq anam elə deyib-deyib da” – deyəndə Sərxan da “Siz qələt edirsiniz! heç biriniz mənə heç nə deyə bilmərsiniz! əsəbləşsəm nə Ramini nədə ki, Həyatı əlimdən ala biləmərsiz” –deyə cavab vermişdir. Sərxan bu sözləri dedikdən sonra o daha çox əsəbləşmiş, Sərxan -“Çıx sinifdən gözüm səni görməsin” – demiş, “Nəhlət şeytana” deyərək sinifdən çıxmışdır. Sərxan həmin vaxt partada oturmuş, qarşısında da kitab olmuşdur. Koridorda Şahid6la bir az söhbət etmiş, onunla söhbət etdikdən sonra əsəbləri soyumuş, bıçağı əlində saxlamamaq üçün aparıb yerinə qoymağı düşünmüşdür. Hüseynlə söhbət edəndə ona bıçaq götürməyi və ya Sərxanı vuracağı barədə heç nə deməmiş, Hüseyn əsəbi olduğunu görəndə - “Boş ver düzələcək” – deyə söyləmişdir. Elə bu zaman Sunayın, Tolqanın və Sərxanın birinci mərtəbəyə endiklərini görmüş, oda 1–ci mərtəbəyə enmiş, Sərxanın anasının üstünə yeridiyini və ona – “Siz, mənə heç nə deyə bilmərsiniz, mən qoçuyam!” – dediyini eşidib əlindəki bıçağı çıxarmış, Sərxan qarşısından keçəndə birinci zərbəni kürək hissəsindən vurmuş, birinci zərbəni vuranda heç nə olmadığı üçün bıçağın batmadığını düşünüb təkrar ikinci dəfə boyun hissəsindən bıçaqlamışdır. Sərxanı bıçaqla vurduqdan sonra ona tərəf dönmək istəmiş, amma o, yerə yıxılmışdır. Qanı görəndən sonra bıçağı yerə atmış, vurmağı özü dayandırmış, məqsədi bir dəfə vurmaq olsa da, birincini vuranda heç nə olmadığı üçün bıçağın batmadığını düşünüb ona görə ikinci dəfə yenə vurmuşdur. Bıçağı yerə özünün atdığını, yoxsa Sultan onun əlindən vurduğu üçünmü yerə düşdüyü dəqiq xatırlamamış, bıçaq yerə düşəndən sonra yenidən onu axtarmamışdır. Sərxanı vurduqdan sonra bıçağı yerə atıb xadiməçilərin otağına qaçmışdır. Hadisədən sonra Sərxanın yanına getməmiş, amma valideynləri maraqlanmış, atası yanına gedib, müalicəsinə köməklik etmiş, dərmanlara çəkəcəkləri xərcləri qarşılaşmışlar. Sərxanı vuran zaman orada anası Şahid4, məktəbin təsərrüfat müdiri Şahid1, katibə işləyən Şahid3, birdə girişdə sol tərəfdə müəllim Şahid2 olmuş, onlar məktəbdə pilləkənın qarşısında dayanmışlar. Hadisə günü məktəbə gələn zaman əvvəldən Sərxanı vuracağını planlamamış, Sərxanla savaşsa idi, onu bilək gücü ilə döyə bilməyəcəyini, sadəcə onunla bir daha icəşməsin deyə bıçaqla qorxutmaq istəmişdir. Əvvəllər söysə də onu alçatmamış, ona görə də çox reaksiya verməmiş, bu dəfə uşaqların yanında açıq - aydın ona söyüşlər və nalayiq sözlər işlətdiyi üçün əsəbləşmiş, həm də 1-ci mərtəbə də anasının üstünə yerimiş, Sərxan anasına qarşı söyüş söyməsə də anası ilə kobud danışmış, bunu ona desə problem etməyəcəyini, anasına qarşı bu cür hərəkət etməyi onu özündən çıxarmışdır. Sərxanla xırda şeylərin üstündə də həftədə 2-3 dəfə savaşmış, hətta ondan bir dəfə ağardıcı istəyəndə vermədiyi üçün də mübahisələri olmuşdur. Mübahisələri ilk başladan Zərərçəkmiş şəxs olmuş, Zərərçəkmiş şəxs və Sunay Həsənov onu özlərinə tabe etməyə çalışmışlar. Sərxanla Sunay onun kişiliyini alçaltmış, onu döymək istəmişlər, ancaq ona – “Get filan şeyi gətir”- deyə iş tapşırmışlar. İndiyə kimi Sərxanla çox savaşmış, həmişə şillə təpiklə yox, sözlü mübahisələri olmuş, bir dəfə uşaqlar onu tutub yerə yıxmışlar, Sərxan da sinəsinin üstündə oturub –“Birdə belə eləmə” -deyə onu hədələmişdir. Uşaqların onu döyməyini valideynlərinə demiş, anası zəng edəndə onların valideynləri günahın uşaqlarında olmadığını, yaxşı edib döydüklərini demişlər. Sərxan onun gözünü göyərəndən də atasına demiş, atası da – “Babası var, ortada ayıbdır, qohumuq” – deyə heç nə etməmişdir. Təkə-tək savaşmamışlar, onlar həmişə bir yerdə onu döymüşlər. Sərxanla savaşanda həmişə tək olduğunu, amma Sərxanın heç vaxt tək olmadığını, yanında kiminsə olduğunu, kəndə Sərxanı görəndə yolunu dəyişdiyini, onunla aralarında küsülük olmayanda görüşdüklərini bildirmişdir. Tək Sərxan üçün deməmiş, indiyə kimi kimləsə savaşsa həmişə döyülən tərəf o olmuşdur. Sərxanın digər sinif yoldaşları ilə nə üstündə savaşmağını bilməmiş, Əlövsət onların sinif yoldaşı olmuş, Sərxanın məktəbə gəlməmişdən əvvəl onunla da savaşmış,Ceyhunla Əbülfəz onların məktəbinə kənar kənddən gəlmişlər. Onlara qarışmadıqlarını, amma Sərxanın onlarla da sözlü mübahisələri olduğunu bildirmişdir. Sərxanla onun 1–ci sinifdən savaşmaqlarını hər kəs bilmiş, amma onları yığıb bir yerdə söhbət etməmişlər. Məktəbin psixoloqu Şövkət Məmmədovanın arada bir uşaqları yığıb söhbət etdiyini, Sərxanla o, savaşanda direktorun bir dəfə otağına çağırıb onları tənbeh etdiyini söyləmişdir. Hər gün dərsə getdiyini, hazırlıq olan günləri iki saat tez buraxdıqlarını, həmin günlər evə gedib, yemək yeyib məktəbə qayıtdığını, qiymətlərinin normal olduğunu, Sərxanın daha yaxşı oxuduğunu, sinif yoldaşlarından Şahid6 qonşusu olduğunu, onunla münasibətinin yaxşı olduğunu, birdə Şahid8 ilə münasibəti olduğunu, Sərxanla da uzaq qohum olduqlarını bildirmişdir. Bu hadisədən sonra məktəbə getmədiyini demişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, balaca vaxtlarda savaşıb barışmış, deyib- gülmüş, hətta bir yerdə gəzintilərə də getmişlər. 6-ci sinifdə oxuyarkən 400 bal topladığı üçün “Fiziki-Kimya” təmayüllü liseyə daxil olmuş, orada oxuyan müddətdə Amillə heç bir problemi olmamışdır. Lakin 10-cu sinifdə maddiyyat baxımından təhsilini liseydə davam etdirə bilmədiyindən 10 –cu sinfi öz məktəbində oxumağa başlamışdır. Məmmədrza Dizə kənd orta məktəbində oxuyarkən Amillə aralarında ciddi problem olmamış, ara-bir savaşıb, barışmış, şiddətli dava olmamış, savaşsalarda, barışmışlar. Sonuncu dəfə isə 11ci sinifdə dərslər başlamamışdan əvvəl avqust ayı söyüş söydüyü üçün Amillə savaşmış, savaşan vaxt Aminin gücü ona çatmamış, o da Aminin gözünü göyərtmişdir. O, Amin camaat içində söyüş söydüyünü, danışığını bacarmadığını, onunla tay-tuşu kimi danışdığını, aralarında zarafatın olmadığını, onla o qədər də yaxın olmadığını bildirərək, Amilə siqareti atdığı və söyüş söymədiyi zaman onu yaxın dostu Sunayla aralarına alacağını və bir fırlanacaqlarını demiş, Sunayla isə kruq qurmadıqlarını sadəcə birlikdə gəzdiklərini bildirmişdir. Avqust ayında Aminin ona söyüş söydüyü üçün savaşdığını anasına demiş, Amilin anası onun anasına zəng edəndə anası Amilin anasına günahın onun oğlunda olduğunu, buna görə də öz oğlu ilə danışmağını yada ki, şikayət etməsini söyləmişdir. Savaşandan sonra Aminlə sentyabrda kursda olan vaxt barışmışlar, hətta sonuncu dəfə savaşdıqdan sonra birlikdə gedib vinetka şəkli çəkdirmiş, görüşmüş, bir-birlərinə daraqlarını vermişlər, lakin hər dəfə Amin anasının ona Sərxangilə qoşulmamağını, onların pis uşaq olduqlarını dediyini söyləmiş, hətta əlavə olaraq anası evdə mübahisə edərkən Aminə “gücün mənə yox Sərxana çatsın” dediyini eşitmiş, məhz buna görə də onların arasını vuran da, bu hadisənin törətməsinin səbəbi də Aminin anası olmuş və onu bıçaqlamağını da elə Həyatın istədiyini düşünmüş, çünki anası məktəb başlayandan onunla icəşmişdir. Bundan sonra sentyabrda dərslər açıldıqdan bəri Amilin anası Şahid4 onunla icəşərək, söz atmışdır. Qohumu Şahid2 da həmin məktəbdə uşaq birliyinin rəhbəri işlədiyindən həmişə Həyata uşaqla işinin olmamasını demiş, Amilin anası isə bu xınanın o xınadan olmadığını söyləmişdir. Hadisə günü digər sinif yoldaşı telefonuna şəkil atdığı üçün savaşmış, həmin uşaq onu döymüş, məktəbə gələndə Amilin anasının da “bu uşağında gözünü göyərdən olarmış”- deyə söylədiyini eşitmiş, lakin ona fikir verməmişdir. Yanındakı uşaq Sunay bu sözü eşidərək Amilin anasına onun nə işinə qaldığını soruşmuş, sonra özü isə Şahid4 “sən niyə mənimlə icəşirsən? mən sənə nə etmişəm! gözümü göyərdəndi oğlun gəlib göyərdərdi!”-demişdir. Bundan sonra Ceyhunla o direktorun otağına getmiş, direktor onlarla söhbət etmiş, sonra sinifə qalxaraq şahmat otağına gedib orada dərslərini hazırlamaq üçün müəllimdən icazə almış, Amilə isə icazəni o yox, başqa şey üçün Sunay Şahid7 göndərərək aldırmış, lakin müəllimə Aminə icazə vermədiyi üçün, Amin dərsdən öz başına çıxmışdır. Sunay həmin vaxt onun yanında olmuş, Amin isə şahmat otağına gəlmişdir. Orada Aminə söyüş söyməmiş, təhqir etməmiş, sinəsindən itələyərək sadəcə “anana de özünə görə olsun” demişdir. Söhbət etdikdən sonra Amilə onu görəndə əsəbləşdiyini, hövsələsinin olmadığını, dərs hazırladığını, buna görə də sinifdən çıxmasını istəmişdir. Daha sonra dərsini internetdən yazmaq üçün Süsən müəllimənin otağına enmiş, sonra direktorun otağına getmiş, oradan çıxanda isə Aminin anasını görmüşdür. Həyata nə onla nə də oğlu ilə işi olmadığını, onlarında onunla işləri olmamasını bildirmişdir. Həyat isə “işin olsa nə edə bilərsən?” deyə cavab vermiş, o isə “sizdə mənə heç nə edə bilmərsiz!.” – deyə qarşılıq vermiş, bu sözləri deyəndən sonra məktəbdə katibə işləyən bibisi Şahid3 onun qolundan tutub apararkən arxadan Amil onun boynumdan bıçaqla vurmuşdur. Həmin vaxt arxadan vurulduğu üçün bıçağı və bıçaq vurulan anı görməmiş, əlləri yığışmış, hissiyyatı itmiş, nə ilə vurduğunu bilməmiş, belindən dəyən bıçaq zərbəsini belə hiss etməmişdir. Ona ilk yardımı Süsən müəllim etmiş, qanını durdurmaq üçün yaylığın açaraq yarasına basdırmış, bu zaman Aminin anası kömək etməmiş, sadəcə başının üstündə durmuşdur. Hadisə günü Amin ona yaxınlaşanda onun əlində heç nə görməmişdir. Hadisə vaxtı orada ondan əlavə Amin, Şahid2, Şahid3, Şahid1 da olmuşdur. Hadisədən sonra indiyə kimi Aminin valideynləri müalicə üçün səy göstərmiş, lakin demək olar ki, maddi baxımıdan son 2 aydır heç biri maraqlanmamışdır. Aminin atası onları İranlı həkimlə tanış etmiş, amma sonra, əgər şikayət etsələr onda həkimdə olmayacağını bildirmişlər və həkimlə əlaqələri kəsilmişdir. Hal-hazırda müalicəni həkim Türkan İsmayılovanın apardığını, həkimlər müalicənin harada dayanacağını bilmədiklərini, tam sağalıb-sağalmayacağını deyə bilmədiklərini söyləmişdir. Hal-hazırda bıçağın izlərinin qaldığını, birinci zərbəni boynundan, ikinci dəfə isə kürəyindən onurğaya yaxın yerdən aldığını söyləmişdir. Hadisə baş verdiyi üçün özündə də günah görmüş, sakit dura biləcəyi halda özünə sığışdırmadığı üçün sakit dayanmamış, özünün də səhvlikləri olmuşdur. Çünki o həm hadisə zamanı ölə biləcəyini, həm də sınaq imtahanında iştirak edə bilmədiyini bildirmişdir. Son olaraq barışığın mümkün olmadığını, şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini, onun atasının işləmədiyi və bir inəkləri olduğu üçün onu sata bilmədiklərini, dövlətdən müavinət almadığını, maddi imkanları olmadığı üçün də müalicəsini davam etdirə bilmədiyini, bu səbəbdən də onların müalicəsini davam etirilməsi üçün köməklik olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, hadisə günü qonşu kənd olan Kültəpədə işləmiş, qardaşı ona zəng edərək Amin Sərxanı bıçaqlayıb demişdir. Kültəpədən kəndə gələndə polislərin və tibb işçilərinin orada olduğunu görmüş, onlarla bərabər xəstəxanaya getmiş, Sərxan xəstəxanadan çıxan gününə qədər orada olmuş, bütün xərclərini qarşılamışdır. Axırıncı resept fevral ayı yazılmış, atası ilə birlikdə gedib 200 manatlıq dərman alıb vermiş, sonuncu dəfə isə martın əvvəli onlarda olmuşdur. Fevralın əvvəlində 5 aylıq dərman yazılmış, ona nə deyiblərsə almışdır. İşi ilə əlaqədar gələ bilməmiş, ona görə sonuncu yazılan dərmanları ala bilməmişdir. Mövsümü işdə işlədiyini, aylıq gəlirinin 159 manat olduğunu, arvadının 370 manat pul aldığını, zərərçəkmiş şəxsə etdiklərini qohum qardaşdan borc alaraq etdiyini bildirmişdir. Başlarda söhbətdə şikayət olmamış, atası Türkiyədən gələndə -“Oğlum ölməsin, bir qolu işləməsə də qəbulumdur” – demiş, son 1 ayda nə oldusa indi şikayət etdiklərini söyləmişdir. Onlar barışıq ilə əlaqədar ağsaqqalarla qapılarına gedib görüşmüşlər, amma əlavə təkliflər etməmişlər. Şikayət etməyin haqları olduğunu, özləri də onun fəhlə işlədiyini, qazancının nə olduğunu bilmişlər. Hal-hazırda 15 000 (on beş min) manat borcu olmuş, bundan sonra nə edəcəyi barədə heç bir fikri olmamışdır. Elə bir vəziyyətdədir ki, necə kömək edəcəyini bilmir, bu barədə hər hansı bir təklifi yoxdur. O, növbəli işdə olduğu üçün arada gedə bilməmiş, Sərxanın müalicəsi üçün Türkiyədən, Bakıdan həkim gətirmiş, Bakıdan, İrandan professorla əlaqə saxlamışdır. İranlı həkimi özünün tapdığını, onla vatsap vasitəsi ilə əlaqə qurub görüntülü danışaraq o tokları hara qoyacaqlarını göstərmiş, 5 gün keçəndən sonra yenidən bu proseslər getmişdir. O, İranlı həkimi şəxsi olaraq tanımamış, qohumlarının uşağını müalicə etmiş, onunla qohumumun hesabına tanışçılığı olmuşdur. Qohumunun özü uşağını həkimin göstərişi ilə müalicə etdiyinə görə bunu öyrənmişdir. Qohumu vatsap vasitəsi ilə iranlı həkimlə görüntülü danışmış, həkim ona tokun hara neçə dəqiqə dayanacağını demiş, həkiminin göstərişinə əsasən oda dəyişmişdir. Dünən axşam iranlı həkim 10 günlük ara verək bədən dincəlsin demişdir. Onların dediyi kimi həkimlə əlaqəni kəsmək söhbəti olmamış, qazanxanada smendə işdə olmuş, ora gedən qohumunundan soruşanda İranlı həkimin bir az ara verək dediyini söyləmişdir. Oğlunun təhsil aldığı məktəbə getməmiş, müəllimlərdən maraqlanmasa da evdə gündəlik qiymətlərinə baxmış, axırıncı dəfə savaşmaqlarından xəbərim olmuşdur. Məktəbdən kənarda savaşmışlar, oğlunun gözü göyərmişdir. Evdə Amindən niyə savaşdıqlarını soruşmuş, oda söyüş üstündə savaşdıqlarını demişdir. Günahın 10 faizi uşaqdadırsa, 90 faizin valideynlərdə olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, uşağını 5-ci sinifdən hazırlıqlara yollamış, hər dəfə gedib məktəbi ilə maraqlanmışdır. Axırıncı dəfə gözü göyərən vaxtı savaşmaqlarını eşitmiş, digərləri barədə xəbəri olmamış, savaşmaqların biləndə uşağına əsəbləşmiş, oda bir daha savaşmayacaq deyə söz vermişdir. Uşağı tənbeh etmiş, hətta sonra barışmışlar, gedib bir yerdə çay içib, venetka şəkili çəkdirmişlər. Münasibətləri pis olmamış, onlarda belə olacağını gözləməmişlər. Ağsaqqallar onlara üzr istəməyə yox, hədə qorxuya gəlmiş, onlar kənddə filankəs şikayət etdi, sonra peşman oldu, siz şikayət etmiş nə əldə edəsiniz? - demişlər. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin dediyi kimi 15 000 min manat köməklik etməmişlər. Onda olan reseptlərdə nə qədər xərclədikləri bilinir. Türkiyədən, Bakıdan həkimləri onlar gətirtmiş, fevral, mart ayı üçün heç nə istəməmişlər. Son 2 ay xaric onlar nə istəmişlərsə, qarşı tərəf almışdır. Fevral ayı yeni resept yazılsa da, uşaq – “ata şikayətçi olacam” – dediyi üçün heç nə istəməmişlər. Təqsirləndirilən şəxs tutulmağını istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hər iki şagird məktəbdə müsbət xarakteriza olunmuş, davamiyyətləri yaxşı olmuş, hər gün dərsə gəlmiş və pis cəhədləri olmamış, hətta hər ikisinin ailəsi bir- biri ilə mehriban olmuşdur. İşlədiyi məktəbə ilk dəfə belə bir hadisə olmuş, orada işlədiyi 18-19 il ərzində Sərxanla Aminin məktəbdə əlbəyaxa olub savaşmaqlarını görməmiş, amma bir dəfə dalaşdıqlarını eşitmişdir. Sərxanla Amin ilk dəfə savaşdıqdan sonra hər ikisi ilə söhbət edərək məsləhət vermiş, o mübahisədən sonra heç nə olmamış, hər gün onunla birlikdə dərsə gəldikləri üçün bir-birləri ilə mehriban davrandıqlarını görmüşdür. Hadisə 30 oktyabr tarixində ikinci dərs vaxtı təxminən saat 10-a qalmış baş vermiş, özü isə işə 15 dəqiqə yubanmış, Aminlə bərabər məktəbə gəlmişlər. Hadisə baş verən vaxt o, məktəbdə uşaq birliyinin rəhbəri işlədiyi üçün koridorları gəzərək uşaqlara nəzarət etdiyini, dərs vaxtı şagirdilər sinifdə olduğu zaman Sərxanın tualetdən gəldiyini, Həyatın isə qazanxananı sildiyini görmüşdür. Təxminən həmin gün hadisədən öncə Sərxanın başqa bir uşaqla davası olmuş, Həyat da Sərxana “sənində gözünü qaraldarmışlar”- deyə söyləmiş, bu sözdən isə Sərxanın acığı tutmuşdur. Sərxan Həyata yaxınlaşaraq ona “mənim işimə niyə qarışırsan, mən sənə nə etmişəm, mənim işimə qarışmayın” demiş, lakin yüksəkdən mübahisə etməmiş, həmin vaxt təsərrüfat müdiri Sultan da orada olmuşdur. Həyat, Sərxan və o pilləkənın ayağında söhbət etmiş, sonra Sərxanın bibisi Xalidə yanlarına gəlmiş, Amin də yuxarıdan pilləkənlərdən astaca aşağı enmişdir. Amin yanlarına gələrək təxminən 10-15 saniyə sakit durmuş və qəfildən arxası Aminə tərəf duran Sərxana bıçaqla boynundan və kürəyindən iki zərbə vurmuşdur. Amin Sərxanı vuran zaman həyəcanlandığı üçün Aminin bıçağı haradan çıxardığını görməmiş, Amin ikinci dəfə vuranda əlini ataraq onu durdurmaq istəmiş, amma özünü itirərək, tuta bilməmişdir. Beləliklə Sərxanı iki dəfə vuraraq ətrafa qan sıçramış, Sərxan yerə yıxıldıqdan sonra da Amini görməmiş və otaqlardan birinə girdiyini təxmin etmişdir. Aminin üçüncü dəfə Sərxanı vurmaq istəyib-istəməməyini bilməmiş, təsərrüfat müdiri Sultan isə Aminin əlini tutub buraraq bıçağı qazanxananın qapısının qarşısında yerə salmış, Sultan Amini tutan vaxt Amin çox peşman olduğu üçün heç bir aqresiya göstərməmiş, onu saxlayan kimi sakitcə dayanmış və sakitləşdirməyə ehtiyac olmamışdır. Daha sonra tez X15ı çağırmaqlarını istəmiş, sonra Süsən müəllimə gələrək Sərxanın qanını saxlamaq üçün köməklik etmiş, ardınca da tib bacısı Sevinc gəlmişdir. Sərxan Amini vurduqdan sonra Amin tərəfdən Sərxana hər hansı zor tədbiq edəcək heç kim olmamışdır. Hadisə baş verdiyi vaxt həyəcanlanaraq qulaqları tutulduğu üçün kimin nə dediyini eşitməmiş, Aminin anası Həyat da orada olmuş, ağlamaqdan başqa da, əllərindən heç nə gəlməmişdir. Amin Sərxanı bıçaqladıqdan sonra Xalidə Həyata “ Həyat arxayınladın!” demiş, bu sözdən sonra Sərxanın öldüyünü təxmin etmiş, Həyatın isə Xalidəyə nə dediyini eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iş vaxtının saat 9:00-da başladığını, oturduğu otağın direktor otağının qarşısında olduğunu, qapısının həmişə açıq olduğunu, kilidli olmadığını bildirmişdir. Davamiyyət kitabı da orada olmuş, müəllimlər sinif zəngini o otaqdan vurmuşlar. Hadisə günü işə getmiş, otağına girmək istəyəndə Sərxanla Ceyhunun direktorun otağından çıxmış, Sərxanın üst-başının torpaq olduğunu görəndə “sənə nə olub?” deyə soruşmuş, oda savaşdıqlarını bildirmiş, mübahisələrinin səbəbini ona deməmişdir. Onun üstünü təmizləyəndən sonra Sərxan getmiş, daha sonra tənəffüs vaxtı Sərxan yanına gəlib – “Bibi Həyat xalaya de, mənimlə icəşməsin, mənimlə işi olmasın” –demiş, Həyat gəlib davamiyyət kitabına qol çəkəndə ona – “Sənin uşaqla nə işin var, onla niyə içəşirsən ?”-deyə soruşmuş, Həyatda ona –“Yayda mənim uşağımın gözünü göyərtmişdi, indidə bunun gözünü göyərdiblər qoy anası görsün uşağının gözünü göyərtmək necə hiss oduğunu” – deyə cavab vermişdir. Onların uşaq olduğunu, boş verməyini tənbeh etmişdir. Həmin vaxt otaqda yazı yazmış, əlindəki atmaq üçün otaqdan çıxmış, Sərxanın anası ona zəng edib “Eşitmişəm, Sərxanla Ceyhun savaşıb” –demiş, Sərxana icazə alıb evə yollamağını istəmiş, Sərxana bunu deyəndə anası ilə danışdığını, testini yazandan sonra evə gedəcəyini bildirmişdir. Sərxan pilləkəni qalxanda Aminlə Həyatın ayaqqabı yerində ana-bala danışdıqlarını görmüş, amma nə danışdıqlarını eşitməmişdir. Onlar məktəbin qapısının yanında durmuşlar. Uşaq birliyinin rəhbəri də orda olmuş, həmin vaxt Sultanla Həyatda qazanxananın otağında çıxmışlar. Sərxan biologiya otağından çıxıb yanlarına gəlmiş və Həyata –“Həyat xala sən niyə mənim arxamca danışırsan ? niyə mənimlə icəşirsən?”- demiş, Həyat İsmayılov da – “Deyirəm sənin də gözünü göyərdən olarmış” –deyə cavab vermişdir. Sərxanda –“Sən mənə o sözü deyə bilmərsən!” –demiş, səsləri bir az yüksəlmiş, məktəbdə səs-küy olmasın deyə Sərxanın qolundan tutub kənara çəkmək istəmişdir. Aminin pilləkənın 3-cü pilləsində Sərxanın birinci dəfə boynundan, ikinci dəfədə kürəyindən vurduğunu görmüş, bu vaxt Sultan Aminin biləyindən tutub bıçağı yerə salmış, daha sonra Sultan bıçağı ayağı ilə qazanxananın qarşısına itələmiş, Sərxanda vurulan kimi yerə yıxılmış, gözləri göyə doğru bərəlmişdir. Sonra sək-küyə oda özünü itirmiş, balaca qardaşına zəng edib “tez gəl, Sərxanı bıçaqlayıblar” demişdir. Əvvəl polislər, daha sonra isə X15 gəlmişdir. Orda qapı əlcəyi var idi biz Bu hadisədən 3 gün əvvəl təsərrüfat müdiri Sultan ilə o şkafı çəkib təmizləmişlər. Orada qapı əlcəyi olmuşdur. Saat 9:00 -da işə gəlmiş, həmin vaxt orada bıçaq olmamış, xadimələrin işə ondan məndən əvvəl gəldiklərini, ola bilər ki, onların qoyduğunu söyləmişdir. O, bıçaq istifadə etmədiyini, Aminin cinayəti törətdiyi bıçağının anası Həyatın işlətdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 5-6 ay bundan əvvəl evdə olanda oğlu Amin gözü qaralmış vəziyyətdə evə gəlmiş, ondan gözünə nə olduğunu soruşduqda isə gözündən arı vurduğunu demişdir. Amin üç gün həmin hadisəni gizlətmiş və evdə heç nə deməmiş, atası isə Amini başqasının vurduğundan şübhələnmiş, hadisənin arı vurmağına oxşamadığını təxmin etmişdir. Bir daha Amindən onu kimin vurduğunu soruşduqda yenə heç nə deməmiş, buna görə də qızlardan bir-bir zəng vuraraq soruşmuş, sonra Sərxanın anası Səfraya zəng vurmuş və Aminin gözünün şişib, qaraldığını bildirərək Sərxanın sinif yoldaşı olduğu üçün nə isə bilib-bilmədiyini soruşmuşdur. Təxminən 5 dəqiqə keçdikdən sonra Səfra geri zəng vuraraq Amini Sərxanın vurduğunu söyləmişdir. Səbəbini soruşduqda isə X13 söydüyü üçün vurduğunu demiş, o isə “Səfra bunlara hirslən, belə olmaz, bunların axırı bu gedişlə pisə gedir”- deyə söyləmiş, Səfra isə uşağının arxasında olduğunu və Amin söyüş söyməsəydi Sərxanın da vurmayacağını, buna görə də Sərxanın yaxşı etdiyini demişdir. O isə, oranın balaca bir kənd olduğunu, bu söhbətin axırının pis olacağı üçün bəlkə uşaqlar atalarından qorxar deyə Elşənlə Ramin danışmaqlarını istəmişdir. Səfra isə uşağına güvəndiyini və uşağının yalan danışmayacağını demişdir. Daha sonra o Əri Raminə onları polisə vermələrini istəmiş, lakin Ramin isə onların uşaq olduğunu, buna görə də uşaqların üstündə zəng edib nə isə deməyə ehtiyac olmadığını sabah barışacaqları üçün ayıb olacağını söyləmişdir. Məktəbdə xadimə işlədiyi üçün səhər saat 8:00-da məktəbə gəlmiş, məktəbi silibsüpürərək qapının qarşısında durmuşdur. Saat 8:00- da Ceyhun məktəbə gələrək ikinci mərtəbəyə çıxmış, onun arxasınca da Sərxan gəlmiş, daha sonra Sərxan Ceyhunu qarşısına salaraq məktəbin arxasına aparmışdır. Onunla birlikdə başqa bir xadimə məktəbin qarşısında, bir xadimə də məktəbin arxasında olmuşdur. Məktəbin arxasındakı xadimə əsə-əsə gəlmiş, ondan nə olduğunu soruşduqda isə Ceyhunla Sərxanın savaşdığını, onları güclə ayırdığını bildirmişdir. Daha sonra direktor Vüqar müəllim Sərxanı otağına çağırmış, o da üz-gözü şiş vəziyyətdə gəlmişdir. Ceyhun məktəbə gəldikdən sonra isə ondan niyə savaşdıqlarını soruşmuş, o isə bu məktəbdə oxuduğu 2 il ərzində heç kimlə savaşmadığını, amma Sərxanın başqa sözlər işlədərək adamı onu vurmağa məcbur etdiyini demiş, daha sonra “Məndə məcbur qaldım, tutdum boynunda 3 dəfə başını çırpdım bardura, qoy getsin ölsün, məni onu vurmağıma məcbur edir”- deyə əlavə etmişdir. Həmin vaxt Ceyhunun da üz-gözü cırılaraq qan içində qalmış və üzünü Sərxanın cırdığını demişdir. O isə koridorda üzünü pəncərəyə tərəf tutaraq “Allahın işinə bax 2 ay bundan əvvəl uşağı elə vurmuşdu ki gözü çıxırdı, indidə bunu gözünü vurublar elə olub” -deyə söyləmiş, həmin vaxt da koridorda Sərxanın sinif yoldaşı Sunay gəzdiyi üçün bunu eşitmiş və arxadan onun üstünə sıçrayaraq “sən kimsən mənim qardaşım haqqında o sözləri işlədirsən?” demiş, daha sonra Hüseyni göndərərək oğlunu çağırmış, Amin də ona görə dərsdən çıxmışdır. Sərxan da onun elə dediyini öyrənmiş və Aminin yanına gedərək “anana de, mənim haqqımda artıq əskik danışmasın” - deyə söyləmiş, lakin Sərxanla Aminin yuxarıda başqa nə danışdıqlarını və nə söyüşlər söydüklərini eşitməmişdir. Sərxanla Amin yuxarıda danışdıqdan sonra Amin gələrək anasından Sərxana nə dediyini soruşmuş, Sərxanın ona görə qızışıb, əsəbləşdiyini bildirmişdir. O isə elə söz dediyini, amma deməməsi lazım olduğunu, Amindən isə Sərxanla heç bir işi olmamasını istəmişdir. Həmin vaxt qıraqdan Aminlə danışdığını görərək Amini onun qızışdırdığını düşünmüşlər, lakin o hər dəfə Aminə heç kimlə işi olmamasını tənbehləmiş, Amin də yuxarı getmiş, lakin Aminin qolunda bıçaq olduğunu bilməmişdir. Daha sonra Sərxan pilləkənın yanında onunla üz-üz dayanmış və təhqir edici ifadələr işlətmədən yüksək səslə “sən kimsən mənim haqqımda söz danışırsan”-deyə soruşmuş, o isə heç nə danışmadığını bildirmiş, bu zaman Sərxan onu vurmaq yox, söz soruşmaq məqsədi ilə onun üstünə yetirmək istəmiş, Tünzalə, Xalidə və Sultan da bunu görərək Sərxanı ondan aralamışlar. Həmin vaxt Amin də bıçağı aparıb yerinə qoymaq üçün pilləkənlərdən enərkən aralarında 3-4 pilləkən məsafə olduğundan bu hadisənin şahidi olmuş və gələrək Sərxanı iki dəfə vurmuşdur. Amin vurandan sonra Sərxan yerə yıxılmış və qan çıxmış, bu vaxt Sultan Aminin qolundan tutub bıçağı əlindən almış, daha sonra Amin gedib kənarda özünü döymüş, harasından vurduğunu bilsəydi əgər boynundan vurmayacağını söyləmişdir. Sərxan yerə yıxılan zaman onun 5 yaşlı uşağı yanında olduğundan hadisəni gördüyünü və qorxduğu üçün onu çölə çıxarmış, buna görə Sərxana kömək edə bilməmiş, lakin sonra gəlib Sərxanın yanında oturmuşdur. Həmin vaxt Sərxanın bibisi Xalidə ona barmaq silkələyərək “sən elədin! sən!”- deyə qışqırmışdır. Sonra Sərxana tərəf əyilərkən Sərxan da “sən elədin! sən Amini qızışdırdın məni vurdu” demiş, lakin o, hadisə vaxtı Aminin əlində heç nə görməmişdir. Əgər görsəydi ona maneə olacağını və heç vaxt kimisə vurması üçün Aminin arxasında durmayacağını, hətta “heç kimlə savaşma, döyül gəl amma heç kimi vurma”deyə tənbehlədiyini demişdir. O, məktəbdə daşların arasındakı otları təmizləmək üçün xadimələrin hamısının bıçağı olduğunu, işiləri bitdikdən sonra həmin bıçaqları da ortaqlığa atdıqları üçün, gizlin yerdə olmadığını, Aminin Sərxanı vurduğu bıçağın da elə məhz məktəbdəki işlətdikləri bıçaq olduğunu, Aminin də sonradan bıçağı katibənin otağından götürdüyünü demişdir. O, bıçaq həmin günü onun işə apardığı bıçaq olmuş, artıq 3 ildir ki, o bıçağı işlətmiş, axırıncı dəfə nə zaman işlətdiyini xatırlamamışdır. Bu hadisədən sonra o, xəstəxanada Sərxanın anası Səfraya “mən sənə vaxtında dedim ki, uşaqlara herslənək onları, başa salaq Səfra da mənə qulaq asmadı”-deyə söyləmişdir. Sərxan xəstəxanadan çıxdıqdan sonra onlara getmək istəmişlər, lakin Sərxan “o gəlməsin onu görəndə əsbləşirəm” dediyi üçün o, qaynanası və anası getməmiş, əvəzində Aminin atasıgil getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Məmmədrza Dizə kənd tam orta məktəbində təsərrüfat müdiri işlədiyini demişdir. Hadisənin 31 oktyabr tarixində, təxminən saat 11:00 radələrində baş verdiyini bildirmişdir. Qazanxana su buraxdığı üçün xadimə işləyən Şahid4 oranı təmizləməsini istəmiş, Həyat qazanxananı təmizlədikdən sonra qapıdan çıxanda Sərxan Həyata – “Həyat xala, mənimlə içəşmə!” – demiş, o da – “Gedin, işinizi görün” – deyə söyləmişdir. Yuxarıdan pilləkənlərdən Təqsirləndirilən şəxs enməyini görmüş, lakin əlində heç nə olmamışdır. Aminin bıçağı qolunun altında gizlətdiyini, çatandan sonra Sərxanı vurduğunu, Amin birinci dəfə zərbə vuranda bıçağı görmədiyini, ikinci dəfə vuranda kürəyindən lapatkanın üstündən dəydiyini görmüşdür. Amini pilləkənlərdən tutub qazanxananın qarşısına tərəfə çəkmiş, sən neylirsən? deyə soruşmuş, o, bıçağa əl vurmadan Amin bıçağı özü yerə atmış, uşaq birdə götürməsin deyə ayağı ilə bıçağı itələmişdir. Amini tutan vaxt ona heç bir təsir göstərmədiyini, bıçağı Aminin özünün atdığını, yoxsa o qolunu sıxdığı üçün atdığını dəqiq bilmədiyini söyləmişdir. Aminin bıçağı yenidən götürmək imkan olsa da götürməmişdir. Sərxanın yerə yıxıldığını, qan getdiyini görüb Amini buraxıb Sərxana köməklik etmiş, daha sonra X15 gəlmiş, həkimə getmişlər. Bıçaq Sərxanın ürəyinə toxunar deyə qorxmuş, xəstəxanada əvvəl ürəyinə baxın demiş, onlar ürəyinə heç bir xətər toxunmadığını bildirmişlər. Təsərrüfat əşyalarını yığmaq üçün otaq olmadığını, 6- 7 aydır ki, həmin məktəbdə işlədiyini, əşyaların heç hara yığılmadığını, qazanxanaya və ya başaq yerə qoyulduğunu, hadisədən 3 gün əvvəl qeydiyyat otağını təmizlədiyini, oraya bıçaq qoymadığını söyləmişdir. Cinayətin aləti olan bıçağın qeydiyyat otağında ola bilməyəcəyini, olsa –olsa qayçı olacağını, onu da təzə aldıqları üçün bunun mümkün olmadığını, qayçını ağacları daramaq üçün işlətdiklərini, amma bıçaq istifadə etmədiklərini, ona görə də orada bıçaq olma ehtimalı olmadığını söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə olan günü dərsdə olmuş, səs eşitdikləri üçün sinifdən çıxmışlar. Xalidəni yerdə çabalayan görəndə Xalidə spazma keçirir deyə düşünmüşdür. Daha sonra Sərxanı uzanmış vəziyyətdə görmüş, baş tərəfindən qan axdığını görəndə tez paltarını çıxarıb qanaya yerə sıxaraq qanı durdurmağa çalışmış, Sərxanı ayıq qalsın deyə danışdırmışdır. Sərxanı ilk dindirəndə üşüdüyünü demiş, Sərxan su içsin, ayaqlarını suya qoysunlar deyə xadimələrdən su gətirməklərini istəmişdir. Sərxan onda heç nə hiss etmirəm demiş, huşunu itirməsin deyə onu çoxlu danışdırmış, üstündəki şərfi göstərib rəngin soruşmuş, sarı rəng olduğunu demişdir. X14 Yardım gəlib Sərxanı xəstəxanaya aparmışdır. Sərxanla Amin arasında mübahisələrin şahidi olmamışdır. Hadisədən 3-4 gün əvvəl oranı Sultanın təmizlədiyini, bıçağın olsa-olsa girişdə stol tərəfdə ola biləcəyini, amma bıçağın şkafda olmasının mümkün olmadığını demişdir. Hər ikisinin yaxşı uşaq olduqlarını bildirmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Həmin günü məktəbə Sərxanda sonra gəlmiş, sinifə qalxanda məktəbin arxasında Sərxanla Ceyhun savaşdığını görüb, onları elə görüb aralaşdırmağa getmiş, səhv etmirsə telefonda mübahisələri olduğu üçün onlar savaşmışlar. Ceyhunla Sərxanın savaşmaqlarından Aminin heç bir əlaqəsi olmamışdır. X11 aralaşdırmış, məktəbə girəndə Şahid4 Sərxana – “Sənin də gözünü göyərdən oldu” –demiş, o, Şahid4 –“Niyə qardaşıma belə deyirsən?” –demiş, ondan sonra Sərxan gəlmişdir. Həyat İsmayılovla mübahisə edən zaman Təqsirləndirilən şəxs onları görməmişdir. Sərxanda onların danışdıqlarını eşitmiş, Şahid4 ilə mübahisələri olmuş, daha sonra Sərxanla birlikdə sinfə getmişlər. Kursa getdikləri üçün müəllimdən icazə alıb dərs hazırlamaq üçün şahmat otağına getmişlər. Hadisənin baş verdiyi saatı tam xatırlamadığını, həmin günü dərsə sonradan gəldiyini, dərsə gələn günü Aminlə sinifdə görüşdüklərini, Aminin dərslərini yaxşı oxumadığını, hətta həmin günü ona – “Dərsdə otura bilmirəm, icazə alın çıxım” –dediyini söyləmişdir. O, dərs oxumağa getdiyi üçün Şahid7 Aminə də icazə almağını tapşırmış, Hüseyn də gedib icazə almışdır. Aminin özü – “Mənə icazə alın” – dediyi üçün icazə almışlar. Onlar şahmat otağına gedəndən bir az sonra Amində onların yanına gəlmişdir. Aminlə Sərxan şahmat otağında biraz mübahisə etmişlər. Amin Sərxana – “Mənim valideynimlə niyə savaşmısan” - deyə soruşanda Sərxanda – “Sənin valideynin mənə - “sənində gözünü göyərdən olarmış” demişdir” - deyə cavab vermişdir. Sərxan Aminin sinəsindən itələyib, ona –“Çıx get, savaşmayaq.”- demiş, Amin Sərxana heç bir qarşılıq verməmiş, sakitcə çıxıb getmiş, Amin yuxarı qalxanda əsəbi olmuş, - “Mənim valideynimə niyə elə demisən!” –deyə fısıldamış, onda da Aminin əlində bıçaq görməmişdir. Şahmat otağında Sərxanın Aminə və ya Aminin Sərxana qarşı söyüş söyməyini eşitməmişdir. Həmin vaxt otaqda onlardan başqa Şahid8 olmuşdur. Daha sonra Sərxan ona – “Gedirəm saçımı darıyam gələm” - demiş, onlarda sinifə getmişlər. 5-10 dəqiqə sonra səslər gəlmiş, sinifdən çıxanda Sərxanın vurulduğunu görmüşdür. Sərxan aşağı enəndən sonra sinifə getdiyi üçün aşağıda olan mübahisəni, bıçaqlanmanın şahidi olmamış, Sərxanı yerdə görəndə nə olduğunu soruşmuş, Aminin Sərxanı bıçaqlandığını demişlər. Amin bıçaqlayandan sonra məktəbdə soyunub - geyinmə otağına girib orada oturmuş, Sərxanda yerdə uzanmış vəziyyətdə olmuş, Süsən müəllim Sərxanın başının altına paltar qoymuş, Aminin anası Həyat kömək etməmişdir. Sərxanı çölə çıxardan zaman qapının açılmadığını, qapını itələyib açmaq istəyəndə şüşəsinin qırılıb onun əlini kəsdiyini bildirmişdir. Hadisədən sonra X12 yanında Aminin babası ondan nə olduğunu soruşmuş, oda nəvən qardaşım Sərxanı vurub demişdir. Bu sözdən başqa heç nə söyləməmişdir. Sərxan 6-7 aydır ki, bu vəziyyətdə olmuş, Sərxana maddi olaraq yardım etməmiş, ara-bir yanına getmişdir. Həyat, Səbinə və Ülviyyənin məktəbdə xadimə işlədiyini, xadimələrin məktəbdə bıçaqla daşların otunu təmizlədiyini, onların qızların soyunub-geyinmə otağında oturduqlarını, səhv etmirsə bıçaqları da ora qoyduqlarını, amma Təqsirləndirilən şəxs dediyi yerdə bıçaq görmədiyini söyləmişdir. Sərxanla dostluq münasibəti olmuş, Aminlə də sinif yoldaşı kimi münasibətim olmuşdur. Uşaq vaxtları savaşsalar da, son vaxtlar mübahisələri olmamışdır. Əlövsət Novruzovun da onların sinif yoldaşı olduğunu, Əlövsətlə Sərxanın əvvəldən savaşdıqlarını, bu məsələyə heç bir aidiyyəti olmadığını, X6 10-cu sinifdə oxuyan zaman savaşdığını, təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslə eyni kənddə doğulduqlarını, heç biri ilə düşmançılıq etmədiyini, sadəcə Sərxanla daha yaxın olduğunu, siqaret çəkdiyi, qızların yanında pis sözlər danışdığı üçün Amini yanlarına qoymadıqlarını söyləmişdir. Aminin siqaret çəkməyini hətta valideyninə də demişlər. Aminin valideyni Sərxana acıq verməsə idi, Sərxanda savaşmayacağını bu hadisənində olmayacağını bildirmişdir. Aminin valideyni ilə danışmadıqlarını, Aminlə Sərxanın arasında o qədər də çox mübahisə olmadığını, axırıncı dəfə yayda savaşdıqlarını, Aminin valideynin onlarla prinsipi olduğunu, Sərxana heç nə demədiyini, özünün eşitdiyini söyləmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, həmin günü Sərxangil şahmat otağında dərs yazmağa getmişdir. Onlar dərsdə olarkən Şahid7 sinifə gəlib müəllimdən Aminə icazə almış, dərs vaxtı müəllim icazə verməsə də, Aminin özü sinifdən çıxmışdır. Amindən sonra isə o, qələm almaq üçün sinifdən çıxmış, həmin vaxt şahmat otağından səsə gəldiyi üçün oraya tərəf gedib otağa daxil olmuşdur. O, şahmat otağına daxil olanda Sərxanın əlində qələmlə yazı yazdığını, həm də Aminlə söhbət etdiyini görmüş, Sərxan onu görüb – “Çölə çıx” – demişdir. Şahmat otağında 1-2 dəqiqə durmuş, Aminin əsəbləşdiyini hiss etsə də ondan səbəbini soruşmamış, eyni sinifdə olduqları üçün Sərxanın əsəbləşdirdiyini bilmişdir. Daha sonra Aminlə kalidorda söhbət etmiş, Amin ona – “Aşağı gedirəm, gələm” –demiş, orada Aminlə başqa söhbəti olmamış, Amin qulaqlığın kalidorda ona verdikdən sonra sinfə gəlmişdir. O, sinifdə oturanda səs-küy gəldiyini eşidib aşağı enmiş, Sərxan yerə uzanmış görmüş, lakin Amini görməmişdir. Sərxanla Aminin münasibətlərinin normal olduğunu demiş, əvvəl savaşdıqlarını eşitsə də, həmin vaxt yanlarında olmamışdır. Sərxanın savaşqan olduğunu, X7 mübahisəsini eşitmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4: - 22 noyabr 2024-cü il tarixli, 16 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, ekspertizaya təqdim edilən hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş 01 ədəd köynəkdə və 01 ədəd cins şalvarda qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilən bıçağın üzərində, hadisə yerindən götürülmüş 02 ədəd nümunədə, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 01 ədəd qısaqol köynəkdə, 01 ədəd məktəbli köynəyində, 01 ədəd jaketdə qanabənzər ləkələr aşkar olundu. Bu ləkələr qandır, insan qanıdır və Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni AB qan qrupuna aiddir. - 25 noyabr 2024-cü il tarixli, 273 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibii müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Onurğanın beyin funksiyasının fəsadlaşması və onurğanın boyun şöbəsinin İİ-İİİ fəqərəarası sahədə onurğa beyninin boyun şöbəsinin zədələnməsi ilə müşayiət olunan onurğanın boyun şöbəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası. Göstərilən xəsarətlər iti kənara və ya iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən və ya ekspertizaya təqdim edilən bıçaq və yaxud ona oxşar xüsusiyyətlərə malik bıçaqla törənə bilərdilər, müddəti onun tibbi yardım məqsədilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcələrinə görə onurğanın beyin funksiyasının fəsadlaşması və onurğanın boyun şöbəsinin İİ-İİİ fəqərəarası sahədə onurğa beyninin boyun şöbəsinin zədələnməsi ilə müşayiət olunan onurğanın boyun şöbəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli sağlamlığa Ağır zərərvurmaya, döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Ekspertizaya təqdim olunmuş paltarlarda göstərilən xəsarətlərlə Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərindəki xəsarətlər uyğundur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 25 noyabr 2024-cü il tarixli, 1331-1332-1333 nömrəli məhkəmə-ballistik, məhkəmədaktiloskopik, məhkəmə-trasoloji ekspertizalarının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (ağ rəngli qısaqol köynəyin (a zədəsi) və qara rəngli uzunqol gödəkçənin) səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş ağ rəngli qısaqol köynəkdə olan “b” zədəsi isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma və dartılıb-sökülmə zədəsidir. Təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs aid geyim əşyası olan bir ədəd qolsuz ağ rəngli maykanın səthində heç bir trasoloji zədə aşkar edilmədi. - 11 mart 2025-ci il tarixli, 251 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs fərdi –psixi xüsusiyyətlərinə görə daha çox introvertə (insanın psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) yaxındır. Onun psixi tempi ləng olmaqla, davranışında müvazinətsizliyi üzə çıxır. A. İsmayılovun fərdi –psixi xüsusiyyətlərində sakit, özünəqapanıq, astagəl, qaradinməz və s. kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi onun fərdi psixi xüsusiyyətləri ilə şərtlənməmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı davranış aktlarına neqativ təsir göstərə biləcək səviyyədə olan sinir-psixi gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu sinir-psixi gərginlik halı sinif yoldaşı Zərərçəkmiş şəxsla aralarında son dövrdə mövcud olan söz-söhbətlər və mübahisələr, sinif yoldaşı Zərərçəkmiş şəxs sinifdə liderliyi ələ alması, digər şagirdləri ətrafına toplaması, ona qarşı basqı göstərməsi, onu qorxutmaq istəməsi, hadisə baş verən günü məktəbdə xadimə işləyən anası ilə mübahisə etməsi, anasına qarşı aşağılayıcı ifadə işlətməsi ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs özünün əqli və psixi inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, fərdi –psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Təqsirləndirilən şəxs hadisədən sonra qavrayış və hafizəsində normadan kənar dəyişikliklər müşahidə olunmur. Bütün bunlar Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamasına dəlalət edir. Bu mənada demək olar ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisənin peşmanşılığı içərisindədir, onun hal-hazırda emosional fonu aşağı səviyyədədir. Naxçıvan MR X2 : - 26 dekabr 2024-cü il tarixli, 542 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur. O, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 09 dekabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan bir ədəd bıçaq, iki ədəd qan nümunəsi, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar və bir ədəd ağ rəngli qısaqol köynək; Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli ön hissəsi zəncirbəndlə bağlanan uzunqol gödəkçə, bir ədəd üzərində qan ləkələri olan qolsuz mayka və bir ədəd ağ rəngli qısaqol məktəbli köynəyi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmişdir və cinayət işi məhkəməyə göndərilənədək Babək Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmışdır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 31 oktyabr 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, baxış 2 mərtəbəli şüşəli, pəncərəli, mərmər daşlı bina görünür. Binaya daxil olduqda sol tərəfdə dəhliz yerləşir, üzbəüz 2-ci mərtəbəyə qalxan nərdivan, nərdivanın sol tərəfində qapı, sağ tərəfdə isə dəhliz olduğu görülür. Pilləkanın qarşısında 1,5 metr irəlidə yerdə 01 ədəd qan ləkəsi olduğu görülür. Pilləkanın sağ tərəfində yerdə yanğın söndürən balonun 5 sm məsafədə tutacaq hissəsi qəhvəyi rəngli taxta materialdan, tiyəsi dəmir materialdan hazırlanmış ümumi uzunluğu 27,3 sm olan 01 ədəd bıçaq aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bıçağı məktəbin ikinci mərtəbəsində yerləşən qəbul otağında olan üç çəkməcəli tumbanın üçüncü çəkməcəsindən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bıçağı götürdüyü çəkməcəyə baxış zamanı orada daraq, sellafon paket, ağac budamaq üçün istifadə edilən qayçı və yapışqanlı bint olduğu müşahidə edilmişdir. Baxış zamanı hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən 02 ədəd DNA çubuğu ilə nümunələr və 01 ədəd bıçaq qablaşdırılaraq hal şahidlərinin iştirakları ilə götürülmüşdür. - 31 oktyabr 2024-cü il tarixli təqdim edilmiş paltarların götürülməsi barədə protokolundan məlum olur ki, Babək rayonu Məmmədrza Dizə kənd sakini Təqsirləndirilən şəxs Raimin oğlunun hadisə vaxtı əynində olan bir ədəd qara rəngli cins şalvar və bir ədəd ağ rəngli qısaqol köynək sonuncu tərəfindən könüllü olaraq istintaq orqanına təhvil verilmiş və həmin paltarlar protokolda adları qeyd olunan şəxslərin iştirakları ilə təhvil götürülərək müvafiq qaydada qablaşdırılmışdır. - 31 oktyabr 2024-cü il tarixli təqdim edilmiş paltarların götürülməsi barədə protokolundan məlum olur ki, Babək rayonu Məmmədrza Dizə kənd sakini Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd qara rəngli ön hissəsi zəncirbəndlə bağlanan uzunqol gödəkçə, bir ədəd üzərində qan ləkələri olan qolsuz mayka və bir ədəd ağ rəngli qısaqol məktəbli köynəyi sonuncunun anası X5 tərəfindən könüllü olaraq istintaq orqanına təhvil verilmiş və həmin paltarlar protokolda adları qeyd olunan şəxslərin iştirakları ilə təhvil götürülərək müvafiq qaydada qablaşdırılmışdır. - 25 fevral 2025-ci il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi bıçağın eyni növdən olan əşyalar arasında tanınması keçirilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi “2” nömrəsi ilə işarələnmiş ümumi uzunluğu 27,5 sm, tiyəsi gümüşü rəngli metaldan, dəstəyi qəhvəyi rəngli taxta materialdan, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində “НЕРЖ” yazısı həkk olunmuş bıçağı məhz quruluşuna, formasına və üzərində həkk olunmuş “НЕРЖ” yazısına görə tanıdığını izah etməklə göstərmişdir. - 11 mart 2025-ci il tarixli, 3-28-34-4/2-794/2025 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyinin Y. Budaqov adına Naxçıvan MR X2 məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanserdə qeydiyyatda dayanmamışdır. - 27 fevral 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Babək rayon Rayon İcra Hakimiyyəti Məmmədrza Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Naxçıvan Muxtar Respublikası Babək rayon Rayon İcra Hakimiyyəti Məmmədrza Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. - 26 fevral 2025-ci il tarixli NMR Məmmədrza Dizə kənd tam orta məktəbindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2024-2025-ci tədris ilində məktəbdə oxuduğu müddətdə orta səviyyədə oxuyan, özünə qapanan, bəzən intizamsızlığa meyl edən, ictimai işlərdə passiv, tələsgən şagird kimi aparmışdır. Təqsirləndirilən şəxs 2024- 2025-ci tədris ilində məktəb rəhbərliyi tərəfindən heç bir cəza və tapşırıq almamışdır. - 26 fevral 2025-ci il tarixli NMR Məmmədrza Dizə kənd tam orta məktəbindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs 2024-2025-ci tədris ilində məktəbdə oxuduğu müddətdə bütün fənlərdən “5” alan, çalışqan, məqsədyönlü, yoldaşlarına qarşı diqqətli, bir az aqressiv əhval-ruhiyəli şagird kimi aparmışdır. Zərərçəkmiş şəxs 2024-2025ci tədris ilində məktəb rəhbərliyi tərəfindən heç bir cəza və tapşırıq almamışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 09 dekabr 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 09 dekabr 2024-cü il tarixində barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. 09 dekabr 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhdud fəaliyyət qabiliyyətli olduğu üçün Qanuni nümayəndə1 (atası) qanuni nümayəndə qismində təyin edilmişdir. Zərərçəkmiş şəxs cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 30 noyabr 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 dekabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından məhdud fəaliyyət qabiliyyətli olduğu üçün zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmuş, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlər ifadələri ilə, maddi sübutlarla, ekspert rəyləri ilə, video görüntülərlə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs sinif yoldaşı Zərərçəkmiş şəxs bədən nahiyəsinə iki dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası” və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “onurğanın beyin funksiyasının fəsadlaşması və onurğanın boyun şöbəsinin İİ-İİİ fəqərəarası sahədə zədələnməsi ilə müşayiət olunan onurğanın boyun şöbəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş və bununla da Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibi yaramışdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Belə ki, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs sinif yoldaşı Ceyhunla savaşmış, Ceyhun Sərxanın gözünü göyərtmişdir. Sərxanın gözünü o vəziyyətdə görən Şahid4 – “Sənin də gözünü göyərdən olarmış” demiş, bu sözü eşidən Sərxan əsəbləşmiş, ona niyə bu sözləri dediyini soruşmuş, Həyatda oğlu Aminlə mübahisə edəndə zaman Aminin gözünü göyərtdiyi üçün dediyini bildirmişdir. Daha sonra dərs hazırlamaq üçün Sunay və Sərxan şahmat otağına getmiş, Şahid7 Amini şahmat otağına gətir deyə tapşırmış, Amin gələndən sonra Sərxanın gözünü o vəziyyətdə görüb nə olduğunu soruşmuş, Sərxanda nalayiq ifadələr işlətmiş, Amin niyə belə etdiyini soruşanda əsəbinin səbəbini anasından soruşmağını istəmişdir. Anasının yanına gedərək nə baş verdiyini soruşmuş, anası Həyatda Sərxan haqqında o sözü dediyini bildirmişdir. Amin Babək rayonu, Məmmədrza- Dizə kənd tam orta məktəbin qeydiyyat otağına daxil olaraq oradakı şkafdan bıçaq götürmüş, həmin bıçağı biləyində gizlətmiş, daha sonra şahmat otağına gedərək bir daha Sərxanla mübahisə etmiş, Sərxan ona –“Çıx get, səni gözüm görməsin savaşmayaq” dediyi üçün otaqdan çıxmış, bıçağı yerinə qoymaq istəyəndə Sərxanın 1-ci mərtəbəyə endiyini görüb onun arxasınca getmiş, Sərxanın anasının üstünə yerdiyini görmüş, bu zaman Amin pilləkənlərdən enəndə Sərxan anasına tərəf durmuş, arxası isə Aminə tərəf olmuşdur. Amin Sərxana yaxınlaşaraq onurğasına və döş qəfəsinin arxa səthinə, 2 bıçaq zərbəsi vurmuşdur. Bıçaqlanma baş verən zaman yanlarında olan təsərrüfat müdiri Sultan Aminin əlini tutmuş, bıçaq yerə düşəndə ayağı ilə qazanxananın qapısına tərəf itələmişdir. Hadisə saat təxminən 10:00 radələrində olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs da cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Prosessual Məcəlləsinin 435.4-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası belə qərara gəlir ki, Qanuni nümayəndə1 Amin oğlunun törətdiyi əməl tək zərərçəkmiş şəxsə münasibətdə deyil, eyni zamanda cinayətin törədildiyi yer baxımından, yəni məktəb koridorunda şagirdlərin məktəbdə olduğu vaxtda, dərs keçirildiyi vaxtda, məktəb kollektivinin məktəbdə olduğu vaxtda, zərərçəkmiş şəxsin onu cinayət törətməsinə sövq edən hərəkətlərinin olmaması, aralarında yaranmış mübahisədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məktəb koridorunda hamının gözü qarşısında zərərçəkmiş şəxsə 2 bıçaq zərbəsi vurması və ağır xəsarət yetirməsi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasını vermək həm təqsirləndirilən şəxsin, həm də cəmiyyətin təlabatına uyğun cəza kimi qiymətləndirilir. Buna baxmayaraq məhkəmə kollektivi maddənin sanksiyasında 3 ildən 8 ilədək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, alternativ cəza nəzərdə tutulmadığından müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı hesab edir. Məhkəmə istintaqı gedişatında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini istəmiş, cinayət işinin materiallarında olan məktəbdən daxil olmuş xasiyyətnamədə təqsirləndirilən şəxsin müsbət xarakteriza olunmamış, məhkəmə kollegiyası bu kimi halları nəzərə alıb müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməsini mümkün hesab edir, lakin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinin təyin edilməsini müvafiq hesab edir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün sübut və ya dəlil gətirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində yenə də şikayətçi olduğunu, barışmaq istəmədiyini bildirmişdir. Çünki təqsirləndirilən şəxs və ailəsi barışmaq üçün əvvəlki məhkəmə prosesindən sonra onlara gəlməmiş, dərmanları ilə maraqlanmamışlar. Müalicəsi üçün 5000 ( beş min) manat borc edib İrana gedəcəklərini, atasının işləmədiyini, anasının isə ikinci qrup əlil olduğunu, başqa yerdən gəlirləri olmadığını bildirmişdir. Buna görə də təqsirləndirilən şəxsdən ona kömək etməklərini tələb edir və məhkəmə kollegiyasından ona ən ona ağır cəza verilməsini istəmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi oğlu ilə eyni fikirdə olduğunu, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi təqsirləndirilən və zərərçəkmiş şəxsin uşaq olduqlarını, günahı onlarda yox, valideynlərdə və müəllimlərdə gördüyünü, nəzarətsizlikdən belə bir hadisənin baş verdiyini söyləmişdir. Məhkəmə kollegiyasından oğlunun az yaşlı olmağını nəzərə alaraq minimum cəza verməyini xahiş etmişdir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışığa cəhd etməsi və zərərin əvəzini ödəməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. 09 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik, məhkəmə-trasoloji, məhkəmə -daktiloskopik ekspertizalarına görə 150 (yüz əlli) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi ümumi uzunluğu 275 mm, qəhvəyi rəngli taxta materialdan dəstəyi olan 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd qanabənzər nümunə 01 bağlama məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvar və 01 (bir) ədəd ağ rəngli qısaqol köynəyi 01 (bir) bağlama Təqsirləndirilən şəxs qaytarılmalıdır. Zərərçəkmiş şəxs 01 (bir) ədəd qara rəngli ön hissəsi zəncirbəndlə bağlanan uzunqol gödəkçə, 01 (bir) ədəd üzərində qan ləkələri olan qolsuz mayka və 01 (bir) ədəd ağ rəngli qısaqol məktəbli köynəyi 01 (bir) bağlama zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüsü olan 01(bir) ədəd DVD, telefona baxış keçirilməsi haqqında olan 01 ( bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli və Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-ballistik, məhkəmə-trasoloji, məhkəmə -daktiloskopik ekspertizalarına görə 150 (yüz əlli) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi ümumi uzunluğu 275 mm, qəhvəyi rəngli taxta materialdan dəstəyi olan 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd qanabənzər nümunə 01 bağlama məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli cins şalvar və 01 (bir) ədəd ağ rəngli qısaqol köynəyi 01 (bir) bağlama Təqsirləndirilən şəxs qaytarılsın. Zərərçəkmiş şəxs 01 (bir) ədəd qara rəngli ön hissəsi zəncirbəndlə bağlanan uzunqol gödəkçə, 01 (bir) ədəd üzərində qan ləkələri olan qolsuz mayka və 01 (bir) ədəd ağ rəngli qısaqol məktəbli köynəyi 01 (bir) bağlama zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüsü olan 01(bir) ədəd DVD, telefona baxış keçirilməsi haqqında olan 01 ( bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə zalında dərhal həbs edilsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar