Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-2/2024 27.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Şahid6 (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Babək rayonu, Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaq atası, orta təhsilli, işsiz, məhkum olunmamış, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 18 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində həmkəndlisi, xx xxxxxxx 2012-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan, Babək Rayon Hacıvar kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Zərərçəkmiş şəxs qolundan tutaraq zorla kəndin giriş hissəsində olan “Selov” adlı dərəyə aparmış, oradakı yurğun kollarının arasında şalvarının sepini açaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs əli ilə oynatmasına məcbur edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisədən bir neçə gün əvvəl həmkəndlisi Murad onun videogörüntüsünü “TikTok” sosial şəbəkəsində paylaşdığı üçün ondan polis orqanlarına şikayət etmişdir. Murad videogörüntünü sosial şəbəkədən çıxardığını və yenidən paylaşmayacağını bildirdikdən sonra şikayətini geri götürmüşdür. Bu hadisədən bir neçə gün sonra Muradın qarpız satdığı yerə getmiş və həmin vaxt həmkəndliləri Bayramla Aqşin də orada olmuşlar. Murada şikayətini geri götürdüyünü söylədiyində Murad ona “nə olacaqdı ki, guya?” – deyə cavab vermişdir. Həmin gün həmkəndliləri Musa, Hüseyn və Anar adlı şəxslərlə spirtli içki içərkən, saat 4-5 radələrində Hüseyn ona yaxınlaşmış, ondan “Selov”un içindəki göyərçini tutmağını istəmiş və birlikdə göyərçin tutmağa getmişlər. Hüseyn yurğunluğa girib göyərçin tutmaq istəyərkən qorxmaması üçün o da yanında getmişdir. Selovda olan zaman yaxınlıqda qarpız satan Bayram və Murad onların yanına gəlmişlər. Murad ona “utanmırsan, nə edirsən burada?” – demiş, o isə “nə edirəm ki, mən?” – deyə cavab verdikdə, o, ona “cinsiyyət orqanını vermisən uşağın əlinə, sepin açıqdır” – demişdir. Ricay belə şey etmədiyini söyləmiş, həmin vaxt Hüseyn betonun üzərində içərisində göyərçin olan qutunu götürüb qaçmışdır. Sonra o, Hüseyngilin qapısında maşın və 4-5 polis işçisi görmüş, onların yanına gedərək nə olduğunu soruşmuş, həmin vaxt Hüseynin atası – Həsən, yoldaşı və 3 uşağın kənd tərəfdən gəldiyini görmüş, uşaqların arasında Hüseyn də olmuşdur. Həsəndən nə olduğunu soruşduqda “darıxma, görəcəyik” – demiş, bu sözü dedikdə, yoldaşı qutunu asfaltın ortasına atmış, maşın gəldiyi üçün, o, qutunu götürüb qırağa çəkmiş, bu zaman “sən əxlaqsız hərəkətlər etmisən” – deyə, onun üstünə qışqırmışdır. Ricay əxlaqsız hərəkətlər etmədiyini söyləsə də, polislər onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində şöbənin müavini kimi tanıdığı Elşən müəllimə heç bir şey etmədiyini bildirdikdə, Elşən müəllim ona şillə vurmuş, ondan bu hərəkətləri etdiyini soruşduqda, o, inkar etmiş, daha sonra polis əməkdaşları onu zirzəmiyə endirmiş, yoxlama apararaq bədənində 68% spirt aşkarlamışlar. Sonra polis əməkdaşları onu müstəntiqin otağına aparmış, Behbud müəllimin iştirakı ilə əməlini boynuna almağını söylədiklərində o inkar etmişdir. Bir neçə gün sonra məhkəmə qərarı ilə onu istintaq təcridxanasına yerləşdirmişlər. O, ifadəsinin davamında istintaq zamanı ifadə verərkən müdafiəçisinin də iştirak etdiyini, istintaqda “mənə imkan vermədiniz işimi görüm, bir az da gec gələrdiniz” – demədiyini, cinsiyyət orqanını uşağın əlinə oynatmağa vermədiyini, həmçinin, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə olan günü yaşadığı evdən çıxaraq bir gün əvvəl idarənin həyətindən tutduğu göyərçini də özü ilə götürüb qutuya qoyaraq hər gün futbol oynadıqları yerə getmiş, orada təxminən 15-20 dəqiqə uşaqlarla futbol oynadıqdan sonra top cırıldığı üçün evlərinə qayıdan zaman Murad, Bayram və Aqşinin qarpız satdığını, Ricay, Anar, Musa və Hüseynin içki içdiyini görmüşdür. Ricayın yanındakılar kəndə tərəf getdikləri zaman Ricay onu yanına çağıraraq söz deyəcəyini bildirmiş və qolundan tutaraq darta-darta çayın arasında olan dərə kimi yerə aparmışdır. Onlar yurğun kolları olan hissəyə çatdıqda Ricay onun qolundan tutaraq cinsiyyət orqanını çıxardıb onun əlinə vermiş və onu oynatmağa məcbur etmiş, o, getmək istəsə də, qolundan tutaraq mane olmuşdur. 5-10 dəqiqə sonra həmin vaxt orada qarpız satan Muradla Bayram onların yanına gəlmiş, Bayram Ricaya “utanmırsan?” – demiş, bu zaman Ricay Hüseynin qolunu buraxmış və Bayram ona evə getməsini bildirərək bu barədə atasına söyləyəcəyini bildirmişdir. İfadəsinin davamında Zərərçəkmiş şəxs əvvəllər atası ilə Ricayın arasında heç bir mübahisənin olmadığını, Ricayın bundan əvvəl ona qarşı bu cür hərəkətlər etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, hadisə olan günü təxminən saat 17:00 radələrində arvadı ilə birlikdə işdən çıxmış və təxminən saat 17:20-də kəndə çatmışdır. Təxminən saat 17:40 radələrində oğlu Hüseyn həyətlərinə girmiş və həyətdəki divara çıxaraq özünü atacağını bildirmişdir. Ondan nə olduğunu soruşduqda “Ricay yolda mənim qolumdan tutaraq sürüyə-sürüyə “Selov”un aşağısına apardı, məndən onun cinsiyyət orqanını oynatmağımı istədi” – demişdir. Yoldaşı Aygün ona “uşaqlar balacadır, sən onların yanında dur, qorxmasınlar” – demiş, özü də Hüseyni götürüb polisə getmiş və bu barədə məlumat vermişdir. Şahid Qanuni nümayəndə Ricayı həmkəndlisi kimi əvvəldən tanıdığını, aralarında ədavət olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü axşam təqribən saat 6:30-da evdə olarkən balkondan çığırışma səsi gəldiyini eşitmiş, yoldaşını çağırıb nə baş verdiyini soruşduqda, həmkəndliləri Ricayın oğlu Hüseynin qolundan tutub sürüyəsürüyə “Selov”a apardığını, şalvarını açıb cinsiyyət orqanını oynatmağa məcbur etdiyini, oğlu oradan getmək istəsə də, Ricayın onun qolundan tutub saxladığını bildirmişdir. Çölə çıxanda oğlunun divarın üstündə oturub ağladığını görmüş, onu sakitləşdirərək aşağı enməsini və polisə gedərək şikayət etmələrini demişdir. Oğlu ilə birlikdə kənd mərkəzinə getsə də, orada polis işçisi olmadığından evlərinə qayıtmışlar. Evə çatdıqda polislərin qapıda Ricayı tutduqlarını görmüş və Ricayın etdiyi hərəkətlərdən polisə şikayət etmişlər. O, ifadəsində polisləri dəqiq kimin çağırdığını xatırlamadığını, Ricayı əvvələr görmədiyini, kənddə əxlaq baxımından normal biri kimi tanınmadığını eşitdiyi bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, axşam saat 17-18 radələrində həmkəndliləri Anar, Musa və Ricayla birlikdə kəndin giriş hissəsində həmin vaxt orada qarpız satan uşaqlardan 15-20 metr məsafədə kanalın üzərindəki beton körpüdə oturub araq içmişlər. Təxminən yarım saat sonra araqları qurtardığı üçün Musa ilə birlikdə Sirab yolu istiqamətində evlərinə getmişlər. Ricayın hansı istiqamətə getdiyini, o cümlədən balaca Hüseyni orada görməmişdir. O, kənddə, məscidin qabağında söhbət edən şəxslərdən Ricayın balaca Hüseynə qarşı əxlaqsız hərəkətlər etdiyini eşitsə də, əvvəlcədən Ricayı tanıdığı üçün onun bu hərəkətləri etməsinə inanmamışdır. X7 atası Həsənin arasında ədavət və ya düşmənçiliyin olduğunu eşitməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Murad adlı şəxs ona zəng edərək Ricayın Hüseynin əlindən tutaraq yurğunluğa tərəf apardığını söyləmiş, o, maşınla Muradın dediyi “Selov” adlı yerə gəlmişdir. Muradla birlikdə yurğunluqda Ricayla Hüseyni axtardıqları zaman Murad ondan bir neçə addım irəlidə olmuşdur. Yurğunluğun yanına çatanda X12 burada nə etdiklərini soruşaraq qışqırdıqda Ricay şalvarının sepi açıq vəziyyətdə onlara tərəfə dönmüş, Hüseyn isə daşın üstündə oturub ağlamışdır. O, Hüseynin üstünə qışqıraraq “sən get evə, gəlib atana deyəcəyəm” – demiş, Ricay və Muradla birlikdə qarpız satılan yerə tərəf gəlmişlər. Həmin vaxt Ricay onlara “qoymadınız ki, işimi görüm” – demişdir. O, Ricaygilin yanından ayrıldıqdan sonra, yolda Hüseynin atası Həsəni görmüş, Həsən kişi ondan hadisə barədə soruşduqda hadisə ilə bağlı heç nə bilmədiyini söyləmişdir. Sonra Hüseynin anası Aygün ilə kənd tərəfdən gəldiyini görmüş, bu zaman Həsən kişi zəng edib polisləri çağırmışdır. Həmçinin o, ifadəsində hadisə günü Ricayın beton körpünün üstündə araq içdiyini, əvəllər Ricayı əxlaqsız biri kimi tanımasa da, bu hadisədən sonra əxlaqsız şəxs kimi tanıdığını və onunla ədavət və düşmənçiliyinin olmadığını qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə nahardan sonra təxminən saat 17-18 arası baş vermişdir. Həmin gün o, Bayramla birlikdə qarpız satan zaman kirvəsi Aqşin də yanında olmuşdur. Onlardan bir az kənarda, təxminən 15-20 metr məsafədə həmkəndlisi Ricayın həmkəndliləri ilə körpünün üzərində oturaraq araq içdiyini görmüş, onun hərəkətlərindən sərxoş olduğu hiss olunmuşdur. Qarpız satdıqları zaman kirvəsi Aqşin ona Ricayın həmkəndliləri Həsənin oğlu Hüseyni qolundan yapışıb harasa apardığını demişdir. Hansı tərəfə apardğını soruşduqda Aqşin qəbiristanlığın arxasına tərəf getdiklərini bildirmişdir. O, həmin istiqamətə getmiş, lakin Ricayla Hüseyni orada görməyib qayıtmış və Bayrama zəng edərək olanlar barədə ona danışmışdır. Bayram gəldikdə onunla birlikdə həmin istiqamətə getmişlər. Onlar Ricayın qəbiristanlıqdan 80-100 metr aralıda, yurğun ağacının arxasında ayaq üstə dayandığını, Hüseynin də onun qarşısında, əlində içərisində quş olan qutu ilə birlikdə oturub ağladığını görmüşdür. Onlar biraz irəliyə getmiş, Ricayın cinsiyyət orqanını Hüseynin əlində görmüş, Ricay onları görən kimi arxaya çəkilərək şalvarının sepini bağlamış, Murad ona “burada nə edirsiniz?” – deyəndə Ricay heç nə etmədiklərini söyləmişdir. X14 söhbət edərək oradan uzaqlaşmış, Murad isə Hüseynin yanına getmiş, ondan orada nə etdiklərini soruşmuş, Hüseyn əvvəlcə etiraz etsə də, sonra Ricayın onun qolundan yapışıb yurğunluğa gətirdiyini, cinsiyyət orqanını çıxararaq əlinə verdiyini və ondan ağzına almasını istədiyini bildirmişdir. Hüseynə hirslənib “get evinizə, gəlirəm atana deyim” – söyləmiş, oradan ayrılıb Ricaygilin yanına qayıtmış, ondan “bəs, deyirdin heç nə etməmişəm?” – deyə soruşanda Ricay and içərək inkar etmiş, Hüseynin yalan dediyini söyləmişdir. Sonra Hüseynin atası Həsənin evinin qarşısından keçəndə anasının Hüseynin əlindən tutub polisə getdiyini görmüş, Həsən kişidən nə olduğunu soruşduqda o, Ricayın Hüseynə etdiklərini demişdir. Ricayın kənddə əxlaqsız biri kimi tanındığını, onunla şəxsi ədavətinin olmadığını, təxminən hadisədən 1 həftə əvvəl Ricayın videogörüntüsünü sosial şəbəkədə paylaşdığı üçün aralarında mübahisə yarandığını, Ricayın onu polisə verdiyini, lakin sonra şikayətinin geri götürdüyünü bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, kirvəsi Murad qarpız satır. Hadisə günü kirvəsi Muradın yanında olan zaman təxminən 15-20 metr məsafədə həmkəndlisi Ricayın “Selov”un üstündəki körpüdə oturaraq həmkəndliləri ilə birlikdə araq içdiyini görmüşdür. Təxminən yarım saat sonra Ricayla birlikdə araq içən digər şəxslər getdikdən sonra balaca Hüseynin “Selov”un içərisi ilə körpünün yanına qalxdığını görmüşdür. Bu zaman Ricay onu yanına çağırmış və az zaman keçdikdən sonra Ricayla Hüseynin “Selov”dan yurğunluq kollarına tərəf getdiklərini görüb bu barədə Murada söyləmişdir. Murad ona 3 manat pul verib “sən burda gözlə gəlirəm” demiş, təxminən 15- 20 dəqiqə sonra Murad geri qayıtmış, Hüseynin içərisində quş olan qutunu əlində tutaraq evləri istiqamətə, Ricayın isə kəndin mərkəzinə doğru getdiyini görmüşdür. Ricayın cinsiyyət orqanını Hüseynin əlinə verib oynatmağa məcbur etdiyini Muraddan öyrəndiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 və Şahid7 digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəməyə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında dəvət olunmuş şahidlər: - X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Babək Rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsində işlədiyi müddətdə tanımışdır. Mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün hər ay ən azı bir dəfə kənd sakinlərinin şikayəti əsasında, həmçinin evli olduğu müddətdə tez-tez ailədaxili münaqişələrə görə polis idarəsinə dəvət edərək onunla profilaktiki söhbətlər aparmışdır. Hadisə olan günü polisə daxil olmuş şikayət əsasında Ricay polis idarəsinə dəvət olunmuş və öz xidməti otağında Ricayla söhbət aparmışdır. Söhbət əsnasında cinayət hadisəsini törədib törətməməsini soruşduqda səmimi olmasını istəmiş, heç bir təzyiq və təsir olmadan Ricay törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Söhbət zamanı özü tərəfindən Ricaya qarşı hər hansı qanunazidd hərəkət edilməmişdir. Həmçinin ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs qarşı təzyiq və təsir olunmasının şahidi olmamış və bu barədə heç nə eşitməmişdir. - X9 ifadəsində göstərdi ki, bir neçə il Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində müavin kimi işləmiş, hal-hazırda təqaüdçüdür. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Müvəqqəti saxlama yerində şübhəli şəxslər 48 saat ərzində saxlanılır və məhkəmənin qərarından sonra Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülürlər. Təqsirləndirilən şəxs da ilkin olaraq şübhəli şəxs kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerinə gətirilmiş və məhkəmə qərarından sonra Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülmüşdür. Həmin iş üzrə o, hər hansı istintaq hərəkəti aparmaq səlahiyyətinə malik olmadığından Təqsirləndirilən şəxsla görüşüb münasibətdə olmamış, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində olarkən şəxsən özü və digər əməkdaşlar tərəfindən ona qarşı təzyiq, təsir hallarına yol verilməmiş, Təqsirləndirilən şəxs qarşı qanunazidd hərəkətlərin edilməsi ilə bağlı ona heç bir göstəriş verilməmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5: - 30 avqust 2023-cü il tarixli, 1184 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla əlaqə olunmamışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2: - 07 noyabr 2023-cü il, 353 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, hazırda Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Zərərçəkmiş şəxs hadisə vaxtı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. - 28 noyabr 2023-cü il, 386 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 16 noyabr 2023-cü il tarixli, 1132 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Onun fərdipsixi xüsusiyyətlərində ünsiyyətcillik, mehribançılıq, səmimilik kimi əlamətlər müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı edilən seksual hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə ona edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. O, hadisə zamanı qorxu və çaşqınlıq hissi ilə müşahidə olunan emosional gərginlik halında olmuşdur. Zərərçəkmiş şəxs keçirmiş olduğu qorxu və çaşqınlıq hissi ilə müşahidə olunan emosional gərginlik halının yaranması Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu seksual xarakterli, qeyri-etik hərəkətlərlə şərtlənmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 30 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən məlum olur ki, hadisə Babək rayonu, Zeynəddin kəndinin girişində yerləşən qəbiristanlığın yaxınlığındakı torpaq yolda – “Selov” adlanan çay dərəsində baş vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs dediyinə görə Sirab-Zeynəddin yolayrıcı ilə üzbəüz olan torpaq yolda həmkəndlisi Təqsirləndirilən şəxs onu beton körpünün yanında qolundan tutaraq zorla qəbiristanlığın yaxınlığındakı “Selov” adlı dərəyə aparmış, orada o, yurğun kollarının yanında, heç kimin olmadığı yerdə, yurğun kollarının arasında olan beton parçasının üzərində oturmuş, Təqsirləndirilən şəxs ayaq üstə dayanmış və şalvarının sepini açmış, cinsiyyət orqanını çıxarmış və Zərərçəkmiş şəxs oynatması üçün zorla onun əlinə vermişdir. Zərərçəkmiş şəxs həmin vaxt getmək istəmiş, lakin Təqsirləndirilən şəxs əli ilə onun qolundan tutaraq zorla saxlamış və cinsiyyət orqanını oynatmağa məcbur etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt yüksək səslə ağladığına görə yaxınlıqda qarpız satan Murad və Bayram adlı həmkəndliləri oraya gəlmiş, onlar Hüseynin Ricayın cinsiyyət orqanını oynatdığını görmüş və Murad ona hirslənmişdir. Zərərçəkmiş şəxs əlindəki göyərçin qutusu ilə evlərinə qaçmış, Ricay isə Murad və Bayramla orada qalmışdır. - 21 avqust 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik və İnformasiya Şöbəsinə göndərilmiş tələbnaməyə 22 avqust 2023-cü il tarixdə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 23 noyabr 2023-cü il tarixli Babək Rayon Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyatı və təqsirliliyi sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən ona düzgün olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə saat 18:00 radələrində həmkəndlisi, xx xxxxxxx 2012-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan, Babək Rayon Hacıvar kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Zərərçəkmiş şəxs qolundan tutaraq zorla kəndin giriş hissəsində olan dərəyə (”Selov”a) aparması, oradakı yurğun kollarının arasında şalvarının sepini açaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs əli ilə oynatmasına məcbur edərək seksual xarakterli zorakılıq hərəkətləri etməsi Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xahişi ilə guya quş tutmaq üçün onunla birlikdə dərəyə (“Selov”a) gedib yurğun kollarının arasında quş axtarmasını, həmçinin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün cinayət əməlinin onun tərəfindən törədilməsini etiraf etməsini özünümüdafiə məqsədi üçün verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında dindirilmiş şahidlər Babək Rayon Polis İdarəsinin rəis müavini E.V.Babayev və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerinin müavini işləmiş F.O.Həsənov məhkəməyə verdikləri ifadələrində bildirmişlər ki, təqsirləndirilən şəxs X4 Rayon Polis İdarəsində, o cümlədən şübhəli şəxs qismində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılarkən ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan başqa, cinayət işinin materialına əlavə olunmuş protokollardan (bax İ cild iş.v.65-66 və 103-105) görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ibtidai istintaq zamanı onun hüquqlarını müdafiə etmiş vəkili Müdafiəçi iştirakı təmin olunmuş, müdafiəçinin iştirakı ilə ifadəsini oxuyub, düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmənin göndərdiyi sorğuya Babək Rayon Prokurorluğundan verilmiş 22 fevral 2024-cü il tarixli 3-4/160/2-001502/2024 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təzyiq və təsirə məruz qalıb-qalmaması ilə əlaqədar Babək Rayon Prokurorluğunda araşdırma aparılmış və ona təzyiq nümayiş etdirilməsi, onun həmin cinayət işi ilə əlaqədar təzyiqə məruz qalması, ona qarşı qanunsuz hərəkətlər edilməsi faktı öz təsdiqini tapmadığından 14 dekabr 2023-cü il tarixdə Babək Rayon Prokurorluğunun müstəntiqi tərəfindən cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, o cümlədən hadisənin şahidi olmuş Şahid2, M.F.Sadiqovun, Şahid3 mötəbər, biri digərini tamamlayan ifadələri ilə cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tamamilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı təzyiq və təsir olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs guya quş tutmaq üçün zərərçəkmişlə birlikdə dərəyə (“Selov”a) gedib yurğun kollarının arasında quş axtarmasını, həmçinin ibtidai istintaq zamanı ona təzyiq və təsir göstərildiyi üçün cinayət əməlinin onun tərəfindən törədilməsini etiraf etməsini həqiqətə uyğun olmayan, özünümüdafiə üçün verilmiş ifadələr kimi qiymətləndirilir. On dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri cinayət əməli Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış üç övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 19 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Şahid6 Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov