Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-2/2025 16.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:40 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1995-ci ildə Şərur rayonu, Yuxarı Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, o, 16 yanvar 2024-cü il tarixdə Şərur şəhər ərazisində yerləşən « Karvan » restoranında spirtli içki qəbul edib oradan çıxdıqdan sonra yolda olan zaman heç bir səbəb olmadan kimisə döymək istəmiş, bu istəyini həyata keçirmək üçün xuliqanlıq niyyətilə Şərur rayon Çərçiboğan kənd ərazisində Zərərçəkmiş şəxs yaşadığı evinə daxil olmuş, onu divara sıxışdırıb baş nahiyəsindən yumruqla bir neçə zərbə vurmuş, bu zaman sonuncunun qızı Şahid6 digər otaqdan gələrək odun sobasının yanında yerdə olan odun parçasını götürərək onu vurmaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs sonuncunun əlindən odun parçasını alaraq onu itələmiş, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxaraq qonşusu Şahid7 yaşadığı evə qaçıb daxil olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən çıxaraq həyətdən şiş götürüb sonuncunun arxasınca getmiş, Şahid7 evinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs kömək etmək istəyən Şahid7 əlindəki şişlə başının arxa nahiyəsinə vurmuş, daha sonra Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini davam etdirərək əlindəki şişlə Zərərçəkmiş şəxs politravma, baş-beyin silkələnməsi, hər iki gözündə, gicgah, alın, təpə, ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərində ikiqat sınıq, sağ əng sümüyünün, sağ almacıq sümüyünün az yerdəyişmə ilə sınıqları, sağ frontal sümükdə sınıq xəsarətləri yetirməklə sonuncuya insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Türkiyədə yaşamış, təxminən 1 ay olar ki, Şərura gəlib nənəsigildə qalmışdır. Zərərçəkmiş şəxs nənəsigilin qonşusu olduğunu, nənəsigilin küçə qapısının onların evlərinin arxa pəncərəsinə baxdığını, evlər arasındakı məsafənin 40-60 metr olduğunu demişdir. O, Azərbaycanda yaşamamış, Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi olmamış, kənddə Dərdayıl və Nazilənin siqaret, araq satdığını eşitmiş, şəxsən özü araq almasa da amma satdıqlarını bilmiş, hətta Dərdayıldan siqaret almış, həmin günü cibində 3 manat pul olduğunu qeyd etmiş, bəlkə də araq almaq niyyəti ilə Nazilənin evinə getmişdir. Nazilənin uşaqları araq zavodunda işlədiyi üçün onu araq və siqaret satan kimi tanımış, onların həyətlərinə ən son uşaq vaxtı getmiş, evlərinə heç bir səbəb olmadan daxil olmuş, Nazilənin yanında başqa birinin qaldığını bilməmiş, onun evinə hər hansi cinsi və ya erotik bir hadisə məqsədi ilə girməmişdir. Naxçıvan gələn müddətdə zərərçəkmişlə heç qarşılaşmamış, zərərçəkmişin ailə üzvlərindən oğlu Əşrəfi tanımışdır. Hadisə günü rayona siqaret almağa getmiş, daha sonra “Karvan” Restorana gedərək 8 bakal pivə içmiş, taksi sürücüsü Kamoş ilə gəlib kənd meydanında düşmüşdür. Kənd meydanı ilə Nazil Novruzovanın evinin arasında təxminən 150 metr məsafə olmuş, darvazadan həyətə keçəndə Naziləni çağırmış, o da qapıya çıxmışdır. Evin ünvanı yadında olsa da, hadisə yerində onu döydükləri üçün heç nəyi xatırlamamış, müstəntiq İbrahim Əsgərovun arvada sataşmaq niyyəti ilə evə girməyi barədə yazdığı izahatı ilə razılaşmadığını, kefli olduğu üçün niyə Zərərçəkmiş şəxs evinə getdiyini bilməmiş, hadisə ilə bağlı heç nəyi xatırlamamış, amma zərərçəkmiş şəxsi kabab şişi ilə o vurmuşdur. Dağdagülü də o vurmuş, amma niyə vurduğumu xatırlamamışdır. Zərərçəkmiş şəxs şişlə üzündən 3-4 dəfə vurmuş, amma niyyəti şişi ona batırmaq olmamış, Mahirəyə isə heç xəsarət yetirməmiş, Mahirə onun boynunun arxasından odunla vurmuş, onu yenidən vurmaq istəyəndə itələmişdir. Nazilə evdən çıxıb qonşusu Dağdagülün evinə gedəndə onun arxasınca getmiş, içkili olduğu üçün niyə getdiyini bilməmiş, kabab şişini isə Naziləgilin həyətindən götürmüşdür. Dərdayılgilin evində Nazilənin üzündən 2-3 dəfə şişlə vurmuşdur. Cinayəti törətdiyini və verilən maddə ilə razılaşdığını, Zərərçəkmiş şəxs tanıdığını, həyətlərinə daxil olub onu vurduğunu söyləmişdir. “Karvan” restoranından çıxdıqdan sonra olan hadisələri xatırlamamış, hadisə vaxtı polislər onu döydüyü üçün burnu qırılmış, gözü partlamışdır. O, dispanserdə özünə gəlmiş, onu dispanserdən anlaqsız vəziyyətdə çıxarmışlar, o halda nə izahat verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, siqaretin içinə doldurmaqla “Bonzayi” narkotik vasitəsindən istifadə etmiş, indiyə kimi kiməsə xəsarət yetirməklə bağlı tutulmamış, Türkiyədə yaşayanda qonşuları evdə səs-küy etdiklərinə onları döymüş, Türkiyə Respublikasında olduğu zaman narkotikdən və oğurluqdan tutulmuş, narkotikdən il yarımdan çoxdur ki, istifadə etməmiş, psixologiyasının durduq yerdə niyə belə pozulduğunu bilməmişdir. 2014-cü ildə Türkiyədə narkotikdən istifadə etdiyi üçün pulu olmadığından oğurluq etmiş və buna görə tutulmuş, sonuncu dəfə narkotikdən tutulduqdan sonra isə onu Naxçıvana deportasiya etmişlər. Hadisəyə qədər heç bir işlə məşğul olmamış, rayona gedib bazardan siqaret alıb evə qayıtmış, evdə olanda atası və nənəsi ilə savaşmış, psixoloji problemləri olduğuna görə hadisədən 4 gün əvvəl Naxçıvanda X7 getmiş, psixologiyasında problemlər olduğuna görə arada ağlı gedib gəlmiş, lakin bu xəstəliklə bağlı dəqiq diaqnoz qoyulmamışdır. Zərərçəkmiş şəxs onu bağışlamasını istəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü təxminən saat 15:20 radələrində evdə axşama xörək bişirmiş, qızı qonşuya getdiyinə görə evdə tək olmuş, televizora baxanda qapının döyüldüyünü eşitmişdir. Qapını döyənin oğlu olduğunu düşünmüş, deyinə -deyinə gedib qapını açmış, uca bir oğlan qapıda durduğunu görmüşdür. Həmin oğlanı tanımamış, o da ona baxıb - “Sən məni tanımadın?” - demiş, tanımadığını söyləyəndə “Ədənin” oğlu Nail olduğunu bildirmişdir. Qapıda onu əli ilə itələyib içəriyə keçmiş, divanın üstündə oturub, danışmağa başlamış, kəndə ona - “Narkamansan!, gicsən!, dəlisən !, oğrusan!” - dediklərini, o da - “Bala sənə kim o sözləri deyirsə özü elə olsun, sənə nə olub gül kimi oğlansan” - deyib çay təklif etmiş, Nail isə içməyəcəyini deyib rədd etmişdir. Nail ona - “Gəl, otur divanda. “Cavan qızları çağır gəlsin” - demiş, belə deyəndən sonra ev telefonu ilə oğluna zəng vurmağa getmiş, onu - “O telefona əl vursan səni öldürərəm!” - deyə hədələmişdir. Evdə qışda odun sobası yandırdıqlarını, həmin sobanın yanında oturub qoz qırdığını, hər dəfə çölə çıxmamaq üçün odunu vannaya doldurub, sobanın yanına qoyduğunu söyləmişdir. Nail çıxıb evdən getsin deyə otaqdakı sobaya odun atmağa getmiş, o da arxasınca otağa gəlmiş, həmin vaxt qızı da evə gəlmişdir. Nail onun qolundan tutanda qızı - “Mama bir şeylər et!” – demiş, qolunu buraxmadığını görəndə əlini dişləmişdir. Onu buraxandan sonra odun götürmüşdür. Buraxandan sonra gedib otağın pəncərəsindən Nailin nənəsi Heyvanı gəlib onu aparsın deyə çağırmış, küçə qapılarının bağlı olduğunu görmüş, mətbəxin pəncərəsindən çıxmaq istəyəndə ev iki mərtəbəli olduğu üçün düşsə qolunun, ayağının qırılacağını düşünüb etməmişdir. Daha sonra balkondan həyətə çıxmış, Nail də onun arxasınca gəlib pilləkəndə əlindəki yoğun ağacla iki dəfə başına vuraraq yarmış, ona - “Bala eybi yox vurdun, başımı yardın, çıx get, gəlib səni həyətdə görməsinlər” - desə də onu dinləməyib 4 dəfə ağacla başına vurmuşdur. Nail onu vurandan sonra əlində ki, ağac qırılmış, Mahirəni döymək üçün yenidən evə girmiş, o, həmin vaxt telefonla zəng edib kömək çağırmaq üçün qonşusu Dağdagülün evinə getmiş, qonşunun həyətinə girəndə Naildə arxasınca gəlmişdir. Nail onun arxasınca gələn zaman eyvandakı çörək şkafından kabab şişini götürmüş, şişlə başından vuranda qan süzmüş, ikinci dəfə üzündən vurmuş, həmin vaxt burnundan qan açılmışdır. Qonşunun evini qan götürmüş, o gizlənmək üçün stolun altına girmiş, təpiklə qolundan zərbə vurmuşdur. Qolunu həm Naxçıvanda, həmdə Bakıda iki dəfə gipsə salmışlar. Qolundan bir ay göy izləri getməmişdir. Nail onu döyəndən sonra telefonla kiməsə zəng edib, yaşlı qadını döymüşəm gəlib aparın demiş, Nailin niyə belə etdiyini bilməmiş, ölsə də onu bağışlamayacağını bildirmişdir. Evə gəlməkdə məqsədinin araq almaq olduğunu demiş, araq satmadığını, qızının da 3 ildir ki, araq zavodundan işdən çıxdığını söyləmişdir. Nail pilləkəndə onu ağacla vuranda qızı da pəncərədən qaçıb gəlinin atasıgilə kömək çağırmaq üçün getmiş, gəlinin atası Əli evdə olmamışdır. Qızı oradan qardaşı Habilə zəng vurmaq üçün bacısıgilə getmiş, ikisidə onun arxasınca gələndə qonşunun evində səs-küyü eşitmişlər. Sonra Dərdayılla sahə rəisi onu evdən çıxarmışlar. Polislər gəldikdən sonra oğlu Müqabildə gəlib - “Ana sənə nə olub?” – demiş, Müqabil onun Dərdayıla savaşdığını düşünmüşdür. Müqabildə onu elə qanın içində görüb özünü itirmiş, qonşunun oğlu X24 zəng etmiş, gəldikdən sonra onu oğlu Müqabilə xəstəxanaya aparmışlar. Şərur rayon xəstəxanası onu qəbul etməmiş, bir başa Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxanaya gələndə maşında iki dəfə qaytarmış, Naxçıvandakı xəstəxanada reanimasiyada olanda, xəstəxananın polisi onun nə vəziyyətdə olduğunu görmüşdür. Birinci polis onu dindirmişdir. Naili ən son uşaq vaxtı görmüş, evə girəndə ondan araq qoxusu gəlmiş, evdə araq satmaq söhbəti olmamış, bu söhbəti o şöbəyə gedəndən sonra eşitmişdir. O, qorxudan niyə vurduğunu belə soruşa bilməmişdir. Xəstəxanada olanda qaşından, ağzının içindən, sifətindən tikiş vurmuşlar. Xəstəxanada ona narkoz vermişlər, üzündəki sümük qırıqlarına nə etdiklərini bilməmişdir. Hadisə zamanı üzünün sol tərəfi və burnu sınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, hadisə günü təxminən saat 16:00 radələrində əri kəndə getmiş, evdə telefona baxmış, həyətdən Nazilənin onu çağırdığını eşidib çölə çıxmış, qapını açanda onun qan içində olduğunu görüb nə olduğunu soruşmuş, ona - “Habilə zəng vur tez gəlsin, yoxsa Heyvanın nəvəsi məni öldürəcək” deyə cavab vermişdir. Evə girib telefonla zəng etmək istəyəndə arvad iki qat vəziyyətdə qanı süzülə-süzülə evə girmiş, onun arxasınca da Nail əlində şiş evə daxil olmuşdur. Nail onun əlində telefonu görüb - “Polislərə zəng vurursan?” - deyərək əlindən telefonu alıb yerə çırpıb qırmış, sonra boynunun arxasından 2-3 dəfə şişlə vurmuş, gözü qaralıb yerə yıxılanda kürəyindən təpiklə vurmuşdur. Qorxudan çölə qaça bilməmiş, onu yenə vuranda -“Mənə heç nə eləmə” - demiş, onun qorxduğunu görəndə Zərərçəkmiş şəxs yanına gedib, şişlə onun üzündən və başından yenə vurmuş, vuranda onlara heç nə deməmişdir. Nazilə özünü qorumaq üçün stolun altına girmiş, evindəki stollar, hər şey qan içində olmuşdur. Daha sonra fürsət tapıb kömək çağırmaq üçün ayaqyalın çölə qaçmış, Küçəyə çıxanda Zərərçəkmiş şəxs qudasının gəldiyini görmüş, Nazilənin qızı Mahirə gedib onlara xəbər vermişdir. Qonşu Qumrugilə gedib ona - “Heyvanın nəvəsi ev eşiyi dağıdır, arvadı öldürür, gəlin kömək edin”- söyləmiş, o da “evdə heç kim yoxdur”- demişdir. Ev telefonu ilə ərinə nə qədər zəng etsə də telefonu açmamış, əlini cibinə salanda cib telefonun cibində olduğunu görmüş, cib telefonu ilə ərinə bir daha zəng etmişdir. Əri Dərdayıla - “Polisləri də götür tez evə gəl, Heyvanın nəvəsi evə girib ev eşiyi dağıdır, Naziləni də öldürür”- demiş, qonşusu Qumrugilin həyətlərindən çıxanda polis maşının keçdiyini görmüşdür. Arxalarınca əri də gəlmişdir. Qızının uşaqları həmişə onlarda olduğu üçün kürəkəni Azər evə girmək istəyəndə mane olmuş, əri evə girib, uşaqları götürmüşdür. Polislərdə Naili xidməti maşına qoyub aparmışlar. Həmin vaxt küçəyə çox adam yığılmış, Nail polisə tabe olmayıb əl-qol atmış, polis əməkdaşları da döyüb maşına qatmışlar, onu küçədə çox adam döyməyə cəhd etmiş, Nail onlara tabe olmadığına görə polisdə iki -üç dəfə vurmuşdur. Evdə araq satmadığını, ərinin əvvəllər küçədə tərəvəz satdığını, indi o işlə məşğul olmadığını, Naili Heyvanın nəvəsi olaraq tanıdığını, hadisə gününə kimi heç görmədiyini, bildirmişdir. Nailin üzərində qan ləkəsi olduğunu görməmiş, polisə kimin zəng etməyindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə günü ərazidə xidmətdə olmuş, Dərdayıl ona zəng edərək - “Evimdə kimsə var” demiş, onlar oğurluq hadisəsi olduğunu düşünüb, hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda evin qapıları açıq, şüşələri isə qırıq vəziyyətdə olmuş, evin qarşısına hadisəyə görə xeyli adam yığılmışdır. Evə daxil olduqda giriş hissəsindəki yerdə qanları və Zərərçəkmiş şəxs yerdə qanlar içində yatılı vəziyyətdə görmüşdür. Evdə bir nəfər Təqsirləndirilən şəxs zərərsizləşdirərək yerə yıxmış, bir qolunu isə arxadan üstündə oturaraq tutub saxlamışdır. O, sonradan həmin şəxsin Azər olduğunu bilmişdir. Onlar evə daxil olduqdan sonra Azər durmuş, polis əməkdaşları Naili tutmaq istəyəndə qaçmaq istəmişdir. O, səhv xatırlamırsa Nailin sinəsində və alın hissəsində qan olmuş, qan izlərinin zərərçəkmiş şəxsə məxsus olduğunu düşünmüşdür. Təqsirləndirilən şəxs Nail onlara tabe olmamış, nalayiq ifadələr işlətmiş, qaçmağa çalışmışdır. Evdən çıxan zaman onların həyətində “L” şəkilli pilləkən olmuş, həmin pilləkəni düşən zaman ayağına şüşə batmış, bunu fürsət bilən təqsirləndirilən şəxs onun əlindən çıxıb yenə qaçmağa cəhd etsə də, polis əməkdaşları qolunu buraraq onu zərərsizləşdirmişlər və qaçmasının qarşısını almışlar. Lakin, Nail onlara hər hansı zor tətbiq edəcək qədər müqavimət göstərməmişdir. Əməkdaşlarla birlikdə Nailin qollarını arxadan qatlayıb xidməti maşına mindirərək hadisə yerindən uzaqlaşmışlar. Maşına mindirəndə onu şəxsən özü şöbəyə aparmışdır. Hadisə zamanı polis əməkdaşları Nailə qarşı hər hansı sərt hərəkət etməmiş və onu vurmamış, yalnız zərərsizləşdirmək üçün qolunu burmuşlar. Polis əməkdaşlarının yanında kiminsə Nailə vurmasının mümkün olmadığını, hətta hadisə yerində olan vətəndaşların onu döyməyə qoymadıqları üçün narazılıq etdiyini bildirmişdir. Nailin həmin vaxt içkili olduğunu, ondan spirt iyi gəldiyini, burnundan qan axmadığını, amma dodaqlarının altında qurumuş qan olduğunu demişdir. Onu şöbəyə aparan zaman dodağındakı qanı yudurtmuş, dodağının partlayıb-partlamadığını dəqiqləşdirmişdir. Şöbədə 15-20 dəqiqə gözlədikdən sonra rəis qəbul etmişdir. 1 il 1 aydır ki, sahə rəisi işlədiyi üçün kənd camaatını tanımış, amma Naili ilk dəfə hadisə günü o evdə görmüş, onu tanımadığı üçün özündən kim olduğunu soruşmuşdur. İndiyə kimi haqlarında hər hansı hadisə ilə bağlı onlara məlumat daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə günü anası Zərərçəkmiş şəxs ilə birlikdə evdə yemək yediyini, anası ona - “Qonşudan yumurta almışdıq, borclu idik, “toyuqlar yumurtasa qonşunun yumurtasını ver”demiş, daha sonra yumurtanı vermək üçün qonşunun evinə getmiş, qonşu ona çay içməyi təklif etsə də, anasının tək olduğunu bildirib təklifini rədd etmişdir. Evə gəlib darvazanın qapısını açıb həyətə keçmiş, həyətdə kişi ayaqqabısı görmüşdür. Həmin ayaqqabının əmisi nəvəsi Ələsgərə məxsus olduğunu düşünmüşdür. Balkona çıxanda evdən “hənirti” səsi gəldiyini eşitmiş, Ələsgərin səsi olmadığını bilən kimi iti addımlarla evə daxil olmuşdur. Qapını açanda bir oğlanın anasını divara söykəyib vurduğunu görmüş, əlini atıb sobanın yanındakı odunu götürmüş, - “Sən nə edirsən?”- deyərək odunu təqsirləndirilən şəxsə vurmaq istəyəndə onun əlindən tutmuş və itələmişdir. O, telefonu götürüb zəng etmək istəyəndə telefonu təpiklə vurmuşdur. Təqsirləndirilən şəxsin nə etdiyini bilmədiyini, ona - “Mən qulduram!, çıx çölə” - demiş, qorxduğu üçün geri çəkilmiş, həmin vaxt anası o biri otağa keçib Nailin nənəsi Heyvanı çağırmış, anasına – “Mama telefonu götür, Habilə zəng et, gəlsin”- demişdir. Bu sözü eşidəndən sonra telefona təpiklə vurub, telefonu qırmışdır. Nail onu əli ilə vurmuş, daha sonra zərbə ilə yerə itələmiş, divanın üstünə düşməsə başının divara dəyəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs ancaq - “Mən qulduram!” deyə qışqırmış, təqsirləndirilən şəxsin başı ona qarışdığı anda anası həyətə çıxmış, həyətə çıxmağını görəndə onu itələyib arxasınca getmiş, onu odunla vurmamış, odunu götürüb çölə çıxmışdır. Anasını isə odunla vurmuş, həyətə gələnlər hətta odunun qırıntılarını görmüşlər. Şişi isə həyətlərindəki balkondan götürmüşdür. Nail anasının arxasınca gedəndə o, mətbəxin pəncərəsindən tullanaraq qardaşının qaynanası Qumrugilə kömək istəməyə getmiş, evdə heç kəs olmadığı üçün Namidəgilə getmişdir. Namidəyə - “Habilə zəng vur de ki, Ədənin oğlu anamı öldürür tez gəlsin”- demiş, daha sonra evlərinə qayıtmış, həyətə tökülən qandan anasının qonşularının evinə getdiyini bilmiş, evin qapısına çatanda anasını çağırsa da, ona cavab verməmişdir. Qapının şüşələrinin, qabqacağın qırıldığını, hər yerin qan içində olduğunu, anasının isə stolun altına girdiyini görmüşdür. Qonşunun oğlu evə girib anası Naziləni qucağında çölə çıxartmış, polislər və X26 gəlmiş, camaat qapıya yığışmış, həmin vaxt qardaşı Habildə gəlib çatmışdır. Polislər gələndən sonra o, çölə çıxmış, polislərdən ikisi Nailin qoluna girib onu tutmuş, qaçmaq istəyəndə qardaşı Habil polislərin yanında ona iki şillə vurub - “Qurumsaq, sən anama nə edibsən ?” – demişdir. Qardaşı anasını gətirəndə onun gözləri şiş, qolu qırıq, sifəti qan içində olmuşdur. Anasının vəziyyəti ağır olduğu üçün nə Şərur Rayon Xəstəxanası, nə də Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanası götürməmiş, Bakıya yollamışlar. Anasını Bakıya xəstəxanaya aparanda o yanında olmamış, qardaşı yanında getmiş, bir ay xəstəxanada qalmışdır. Şahid6 ifadəsinə əlavə olaraq bildirdi ki, bacısı ilə birlikdə anası ilə yaşayır. İndiyə kimi kəndə heç kimə pislikləri keçməmiş, təqsirləndirilən şəxsin niyə onların evinə girdiyini, bu hadisələri törətdiyini bilməmişdir. Nail onların evinə saat təxminən 15:30 radələrində gəlmiş, anası Dağdagülgilə gedib kömək istəmiş, ona - “Oğluma zəng et gəlsin” - demiş, elə bu sözü eşidəndə Nail qonşunun boynun arxasından kabab şişi ilə vurmuşdur. Təqsirləndirilən şəxs bağışlamadığını, məhkəmə kollegiyasından ona ən ağır cəzanı verməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü evdə olmamış, arvadı İlkanə Novruzova ona zəng edərək -“ Təcili polisləri götür, evə gəl” - demiş. Evə çatanda qonşunun həyətinə xeyli adam toplaşdığını, polis əməkdaşlarının Naili tutub apardığını, anasının isə divarın dibində qan içində oturduğunu görmüşdür. Anasını Şərur rayon xəstəxanasına aparmış, rentgen elədikdən sonra həkimlər ona- “kəllə baş sümüyü, əng sümüyü və alın sümüyü sınıb” - demiş, vəziyyəti ağır olduğu üçün təcili Naxçıvan Muxtar Respublika xəstəxanasına göndərmişlər. Xəstəxanaya çatan kimi həkimlər anasının ürəyini yoxlamışlar, başını rentgenə saldıqdan sonra reanimasiya otağına aparmışlar. Anasının əlini Naxçıvanda gipsə salmışlar, üzündən isə müalicə almışdır. Naxçıvan Muxtar Respublika Mərkəzi xəstəxanasında reanimasiyada otağında 3 gün qaldıqdan sonra vəziyyəti ağır olduğuna görə baş həkim müalicəsini Bakıda davam etdirməyi məsləhət görmüşdür. Naxçıvanda anasını hansı həkimlərin müayinə etdiyini bilməmişdir. Anasını Naxçıvandan Bakıya qardaşları Əşrəf və Mobilin apardığını, özünün isə Bakıya getmədiyini, Bakıda hansı xəstəxanada müalicə aldığını xatırlamadığını, anasının orada təxminən 10-15 gün qaldığını, bacısının ciddi bir xəsarəti olmadığına görə həkimə müraciət etmədiklərini söyləmişdir. Anası Zərərçəkmiş şəxs tanımaz halda olduğunu, həkim onlara anasının kəllə beyin sümüyünün, burun sümüyünün və göz almacıq sümüklərinin qırıldığını söyləmişdir. Həkimlər anasının ayılacağına inanmamışlar. O, Naili hadisə yerində polis maşında görmüş, o vəziyyətdə Nailin üzərində hər hansı qan izini görəcək qədər diqqətli olmamışdır. Polis əməkdaşları Naili mühafizə etdikləri üçün onu vura bilməmişdir. Tayfa olaraq kimlərdən olduğunu bilmiş, şəxsi olaraq indiyə qədər o tayfa ilə heç bir ədavətləri olmamış, niyə birdən-birə anasının evinə basqın etdiyini anlamamış, Nail uşaq vaxtından kənddən getdiyi üçün onu tanımamış, amma pis əməllərlə məşğul olduğunu, narkotikdən istifadə etdiyini eşitmişdir. Anası ağır seyid olduğu üçün evdə araq satmamış, hətta qonşunun evində də araq satılmasını eşitməmişdir. Nailin anasının evinə girməkdə və şişi götürüb arxasınca getməkdə məqsədinin onu öldürmək olduğunu düşünmüş, onun evə araq almaq niyyəti ilə girdiyini inanmamışdır. Anasıgilin evinə yaxın qonşuluqda yaşadığını, onunla hər gün əlaqə saxladığını, əvvəlcədən nəsə olsa idi, xəbərinin olacağını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nailin dayısı nəvəsi olduğunu, anasıgil Türkiyədə olanda nə lazım olsa ona dediklərini, o da həll etdiyini söyləmişdir. Nail bir ara öz-özünə çox sayıqlamağa başlamış, Nailin anası ilə danışanda belə bir şey olduğunu demiş, anası da - “ Bilirəm, mən demək istəmirdim, amma Nailin ağlı arada gedir gəlir” - deyə cavab vermişdir. Atası Naxçıvana gələndən sonra Naili X7 aparmışlar. Bu hadisə baş verməzdən təxminən 3-5 gün əvvəl aparmışlar, əvvəl Nail etiraz etsə də sonra özü getməyə razılıq vermişdir. Həkim sadəcə şifahi söhbət etmiş, heç bir aparatdan istifadə etməmişdir. Nailin həkimlə söhbəti təxminən 10-12 dəqiqə çəkmiş, o, həkimə öz problemlərini dedikdən sonra həkim iki dərman yazmışdır. Dərmanları həmin gündən başlayaraq istifadə etməsini, 10 gün sonra yenidən gəlməsini, müayinə edib yenə dərman yazacağını söyləmişdir. Həkimin adın tam xatırlamasa da xəstəxananın baş həkimi Rəşad həkim ola biləcəyini qeyd etmişdir. O, səhv xatırlamırsa həmin dərmanların və reseptin Nailin anasında olduğunu bildirmişdir. Xəstəxanadan çıxandan sonra yemək yemək üçün “Dəyirmançı” kafeyə getmişlər. Kafedə oturanda birdən Nailə nəsə olmuş, səs-küy edib, yeməyə etiraz etmişdir. Onlar evə gəldikdən sonra dərmanlardan birini onun yanında içmiş, daha sonra o öz evinə getmişdir. Nailin atası Əliyev X13 Respublikasında işlədiyi üçün oraya qayıtmışdır. Hadisə günü saat təxminən 10:00-da Naili rayonda görüb söhbət etmiş, kəndə getməyi təklif etsə də, Nail bir az gəzəcəyini deyib təklifini rədd etmiş, həmin vaxt normal vəziyyətdə olmuş, onda hər hansı psixi pozuntu hiss etməmişdir. O, taksi fəaliyyəti ilə məşğul olmuş, həmin gün rayondan tələbələri gətirmiş, məscidin yanında tələbələrin düşməyi üçün saxlayanda Zərərçəkmiş şəxs oğlu Habil qaça –qaça gəlib avtomobilə oturmuş, Habil ona - “Təcilli bizim evə sür, nəsə olub” - demişdir. Həmin vaxt nə hadisə olduğunu bilməmişlər. Qapıya çatanda polislərin Naili maşına mindirdiyini görmüş, zərərçəkmiş şəxs qapının ağzında iflic vəziyyətdə olmuş, özünü bilməmiş, X21 gəlməyini gözləyirmişlər. Şərur xəstəxanasına Zərərçəkmiş şəxs Habillə birlikdə aparmış, sonradan Habilin böyük qardaşı da gəlmişdir. Xəstəxanada zərərçəkmiş şəxsə heç baxmamışlar, oğlu Habil səs-küy etdikdən sonra maraqlanmışlar. X22 Yardım maşından düşəndə görmüş, ən çox qan üzündə və əllərində olmuş, Şərur rayon xəstəxanasında Naziləni tomoqrafiya etdiklərini görməmiş, həmin vaxt həyətdə gözləmişdir. Daha sonra şəhər xəstəxanasına gətirmişlər. Naxçıvana gedəndə Habilin arvadını və Mahirəni o, öz maşını ilə aparmış, yol boyu ancaq qarğış töküb ağlamışlar. Şəhərdəki xəstəxanada müayinə ediləndən sonra, həkim onlara - “Çənə, baş və əlində sınığı var” - demiş, həkimi tanımamış, sonradan onu reanimasiyaya qaldırmışlar. O, xəstəxanaya gedəndən reanimasiyaya qaldırılana qədər yanlarında olmuş, kəndin sahə rəisi gecə saat təxminən 23:00-24:00 radələrində ona zəng edib - “Nailin yanında heç kim yoxdur, biz gətiririk bunu Dispanserə təhvil verək” - söyləmiş, daha sonra o, xəstəxanaya gedərək polislərlə bərabər Naili X7 təhvil vermişdir. Dispanser Naili təhvil alanda ondan sadəcə adını, ata adını və yaşadığı yeri soruşmuş, kəndin sahə rəisi özü məlumatları vermişdir. Nailin geyindiyi ağ köynəyin yaxasında qan olduğunu görmüş, hətta onu axşam aparıb Dispanserə təhvil verəndə də üzərində qan izləri olmuş, burunu da əyilmişdir. Dispanserdə də baxan kimi burnunun qırıldığını demişlər. Nailin üzərində gördüyü qanın onun yaxud Zərərçəkmiş şəxs qanı olması ilə bağlı heç bir fikri olmadığını demişdir. Nailin üzündə elə bir qan olmasa da sıyrıqlar olmuşdur. Hadisə yerində Nailin döyülməyini görməmiş, daha sonra da Nailə kiminsə xəsarət yetirməsinə şahid olmamışdır. Polis əməkdaşlarının Naili mühafizə edərək xidməti maşına mindirdiyini, o anda kiminsə Nailə xəsarət yetirə bilməyəcəyini demişdir. Şahid2 ifadəsinə əlavə olaraq bildirdi ki, Nail bu hadisə baş verməzdən qabaq - “Mən “vediliyəm” mənim 200-300 yaşım var, mənim dədəm “Ədə” (Yarəli), anam Sevinc deyil”- sayıqlamış, Nail uşaq vaxtından İstanbulda yaşamış, Türkiyə Respublikasına gedəndə onların evində qalmış, Nail ilə heç bir problem yaşamamış, mədəni və tərbiyəli insan imiş, sonradan niyə belə olduğunu bilməmişdir. Nailin indiyə kimi kiminsə evinə girməyini görməmiş, heç eşitməmişdir. Nailin o evə girməyi ilə bağlı heç bir məlumatı olmamış, indiyə kimi iki tayfa arasında ədavətin olduğunu eşitməmişdir. Hadisənin necə baş verdiyinə şahid olmamış, Nailin polislərə müqavimət göstərdiyini görməmişdir. Zərərçəkmiş şəxs ilə eyni kəndə yaşadığını, onların araq satmalarını bilmədiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən günorta kənddə çayxanadan çıxıb evə gələndə yolda qayınatası Dərdayılı görmüş, harasa tələsdiyini görəndə ondan - “Hara tələsirsən?” - deyə soruşmuş, o da - “Evdən zəng gəlib evə kimsə girib qırıb dağıdır, Nazilə xalanı döyür” - cavab vermişdir. Kəndlə evin arası təxminən 500 metr olduğunu, qayınatasının maşınına minib təcili evə getdiklərini, məhəlləyə çatanda polislərində çatdığını, polis əməkdaşlarının evi tanımadığı üçün onların arxasınca gəldiyini söyləmişdir. Uşaqları o evdə olduğu üçün onlara bir şey olacağından qorxub maşın dayanmamış özünü yerə ataraq evə qaçmışdır. Evə daxil olmaq istəyəndə qayınanası Dağdagül qarşısına keçib mane olsa da o içəri girmiş, uşaqlarının evdə olmadığını anlamış, aynanın qarşısında Zərərçəkmiş şəxs yerdə halsız vəziyyətdə görmüş, Nail də əlində şiş onun başının üstündə durmuş, onu görüb üstünə gəlmiş, Nailə - “Ə”! sən nə edirsən? arvadı niyə döyürsən?” - demiş, o da - “Sən məni tanıyırsan ? Mən qulduram, quldur!” - bunu deyib üstünə gələndə, şişlə vurmaq istəyəndə əlini qabağa verib saxlamışdır. Ayaq üstə bir-birlərinə müqavimət göstərdikdən sonra yerə yıxılmışlar. O, Naili vurmamış, elə qucaqlayıb yerə yıxmışdır. Nail hərəkət etməsin deyə Nailin üstünə çıxıb qolundan tutub saxlamış, elə həmin vaxt polislər və qayınatası Dərdayıl içəri girmiş, polis əməkdaşları onu qırağa çəkmişlər, Naili də götürüb aparmışlar. Nail orada polislərə müqavimət göstərmiş, onlarla tutaqlaşmışdır. Nail onu şişlə vuranda özünü qorumaq üçün əlini qabağa verəndə barmağı iki yerdən çatlamış, bu zədə ilə bağlı heç kimə müraciət etməmiş, özü xəstəxanaya gedib rentgenə saldırmış, ona - “İki yerdən qırıqdır”- demişlər. Sonrada kənddə sınıqçıya getmiş, oda yaxı salmışdır. İbtidai istintaqda ifadə verən zaman əlindəki sınığa görə şikayət edib-etmədiyini soruşmuşlar, oda şikayətçi olmadığını söyləmişdir. Təqsirləndirilən şəxsin geyindiyi ağ mayka təmiz qan olmuş, lakin Nailin üzündə qan görməmişdir. Özü də uzun müddət rayonda qalmış, kənddə Naili heç görməmiş və tanımamışdır. Nə Zərərçəkmiş şəxs, nə də qayınatası Dərdayılın araq satmağını eşitməmişdir. Məhkəmə istintaqında ekspert qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, vətəndaşlara baxılmasını hüquq mühafizə orqanlarının qərarı əsasında etdiklərini, canlı şəxsləri o cümlədən meyiti müayinə etdiklərini demişdir. Onlara hadisə baş verdiyi ilə bağlı məlumat daxil olmuş, zərərçəkmiş şəxsin reanimasiya şöbəsində yatdığını bildirmişlər. O, reanimasiya şöbəsində xəstəni huşsuz vəziyyətdə görmüş, xəstənin gözlə görünən müayinələri edib, bütün xəsarətlərini qeyd etmişdir. Gözlə görünməyən xəsarətləri isə kompüter tomoqrafiya və ixtisaslı həkimlərin yazdıqları rəyə əsasən aparıldığını bildirmişdir. Kəllə beyin sümüyünün sınığını görə bilmədikləri üçün tomoqrafiya edilmiş və müayinə edib rəy verən həkimlərin sənədlərini əsas götürülmüşdür. Xəstənin kəllə beyin sümüyünün müayinəsinə Ramazan həkim, kompüter tomoqrafiyasına isə Reyhan həkim baxmışdır. Xəstəni müayinə edən zaman Ramazan həkim - “Xəstədə beyin əzilməsi, o cümlədən kəllə sümüyünün sınığı var”- demişdir. Kələ sümüklərinin, kəllə ənsə, alın, gicgah, və təpə sümüklərinin sınığının ağır xəsarət olduğunu söyləmişdir. İkinci dəfə müayinəyə gedəndə xanımı müalicə üçün Bakıya göndərdiklərini bilmişdir. Onu müalicə edən həkimin rəyinə əsasən xəstə 3 gün içində Bakıya aparılmışdır. Həkimin qoyduğu diaqnoz və rentgenin cavabı əsasında o nəticəyə gəlib ağır xəsarəti olduğu ilə bağlı rəy vermişdir. Kəllə baş sümüyünün sınığını Şərur rayon xəstəxanasının “KT” otağının verdiyi rəyin nəticəsinə əsasən vermişdir. Ağır xəsarəti tomoqrafiya nəticəsinə uyğun olaraq frontal alın sümüyünün sınığına görə verdiyini bildirmişdir. Xəstədə ağır xəsarətlər müəyyən edildiyi üçün üçün yüngül xəsarətləri qeyd etməmişdir. Baş beyinin əzilməsinin, baş beynin sıxılmasının, sınığın və çatın ayrı-ayrı anlayışlar olduğunu, frontal sümüyün sınığına görə ağır xəsarət verdiklərini, xəstəni ilk olaraq hansı həkimin qeydə aldığını bilmədiyini, baş beynin silkələnməsin diaqnozunu onların qoymadığını, baş beyin silkələnməsi ilə əlaqədar olan sual sırf nevropatoloqa aid olduğu üçün onun cavab verməsi düzgün olduğunu söyləmişdir. Beyin silkələnməsinin həkimin qoyduğu diaqnozla müəyyən etdiklərini, hematomanın isə gözlə görünən şey olduğu üçün onlarında müayinə edə bildiklərini, burun çəpərinin sınığının rentgenin cavabına əsasən bilindiyini, beyin silkələnməsini nevrocərrah müayinə edib diaqnozu qoyduğunu demişdir. Beyin silkələnməsin müddətə görə dəyişdiyini, 6 günə qədər yüngül dərəcə, əgər 21 günü keçirsə ağır dərəcə olduğunu, beyin silkələnməsi ilə əzilmənin hər ikisinin kəllə beyin travması olduğunu, beyin silkələnməsinin dərəcələrinin olmadığını demişdir. Əgər kəllə sümüyündə və ya frontal sümüyündə çat varsa bunun ağır dərəcə xəsarət olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs xəstəxanaya daxil olduğu tarixi tam olaraq xatırlamamış, təxminən yanvar ayları olmuşdur. Zərərçəkmiş şəxs Şərur Rayon Xəstəxanasında kompüter tomoqrafiyasından keçmiş və onun əsasında müraciət etmişdir. Kompüter tomoqrafiyasına xəstənin kəllə baş sümüyünün, əng sümüyünün və alın sümüyünün sındığı qeyd edilmişdir. Verilən rəylərin tam obyektiv olduğunu, onu başqa cür yazmağın heç bir mənası olmadığını bildirmişdir. O, Şərur rayon xəstəxanasının verdiyi kompüter tomoqrafiyasına inandığını, istər Şərurda, istərsə də Naxçıvanda olsun xəstənin bir dəfə kompüter tomoqrafiyasına salındığını, ehtiyac olmadığı müddətcə 6 aydan tez təkrar aparata salınmadığını demişdir. Rentgendə görünən qırığın düz olmamasına indiyə kimi rast gəlməmişdir. X18 Respublikası Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində görmüş, Şərur rayon xəstəxanasından verilmiş kompüter tomoqrafiyasına əsasən müayinə etmiş və müayinəyə əsasən xəstənin alın sümüyü və əng sümüyündə qırıqlar olduğunu müəyyən etmişdir. O, bunlar əsasında müayinə edərək xəstəyə kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün, əng sümüyünün və almacıq sümüyünün sınığı diaqnozunu qoymuşdur. O, yazdığı rəydə üst çənə sümüyünün yer dəyişməsini və xətti alın sümüyünün qırıq olmasını qeyd etmiş, müayinə nəticəsində yüngül dərəcəli beyin əzilməsi diaqnozu qoymuş və heç bir qanun pozuntusuna yol verməmişdir. Zərərçəkmiş şəxs huşu yerində olduğuna görə onun həmin günü oturaq vəziyyətdə Bakıya gedə biləcəyini söyləmişdir. Zərərçəkmiş şəxsin kəllə sümüyü sınmış, orada yer dəyişmə olmamışdır. Həkimin o xəsarətə heç nə edə bilməyəcəyini, öz- özünə birləşdiyini, amma qolda olan sınığa “CD”- yə və ya lentə baxaraq tədbir görüldüyünü demişdir. Beyin əzilməsi ilə silkələnməsinin eyni klinika olduğunu, biri olduqda digərinin də ola biləcəyini, kəllə travmasının ən yüngülünün beyin silkələnməsi olduğunu bildirmişdir. Baş beyin silkələnməsinin dərəcəsinin olmadığını, amma baş- beyin əzilməsinin yüngül, orta və ağır dərəcələri olduğunu, yüngül dərəcəli beyin əzilməsin də xəstənin komada olmadığını və suallara cavab verdiyini söyləmişdir. Yüngül dərəcəli beyin əzilməsi ilə beyin silkələnməsinin arasında fərq olduğunu, ya sınıqla, ya da qan alıb sonra diaqnozun qoyulduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə xəstəxanaya Zərərçəkmiş şəxs gətirdiklərini, qadının üzünün tanınmaz halda olduğunu söyləmişdir. Naziləni “KT” müayinəsini özü tək etmiş, ona əsasən başının sağ tərəfindən zərbələr dəydiyini görmüşdür. Hər iki əng sümüyü, almacıq sümükləri, burun sümüyündə sınıqlar və sağ frontal sümükdə alın nahiyəsində sınıq xətt olmuş, xəstənin müayinəsini o aparmışdır. Xəstəni qəbul edəndə burunu qırıldığına görə ətrafı şişmiş, xəstənin nəfəs alması pozulmuş, həmin an ilk işi xəstəyə ilk tibbi yardım göstərmək olmuş, heç kəs ona heç nə deməmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən tanımaz halda olmuş, hətta qadına yetirilən xəsarətlərdən öləcəyini düşünmüşdür. Xəstənin burnundan, ağzından qan gəlmiş, huşu da gedib-gəlmiş, əgər onun vəziyyəti yaxşı olsa idi, onu Şərur rayon xəstəxanasında saxlayarmışlar, xəstənin vəziyyəti ağır olduğu üçün təcili şəhərə göndərmişlər. Alın sümüyünün sınıqlarını kompüter tomoqrafiyasından çox incəliklə çıxartmışdır. Ondan sübut kimi xəstənin kompüter tomoqarfiyasını istəsələr də, kompüter tomoqrafiya köhnə avadanlıq olduğundan yaddaş tutumu təxminən 300 xəstə saxlamış, həmin ayda isə 400 xəstədən çox olduğu üçün bunu yadda saxlamaq mümkün olmamışdır. Amma ümumilikdə kompüterin yaddaşına daxil olmaq mümkündür. Onun işlədiyi aparat 1988-ci ilin olduğu üçün nəticəni oradan başqa aparatın sisteminə ata bilmədiyini, amma müayinə cəhətdən qırıq-sınığı görməsini köhnə aparatla yeniləri arasında fərqi olmadığını, hal-hazırda kompüter tomoqrafiya çəkiliş etməsə də, texniklərin aparatın beyninə girib baxa bildiyini bildirmişdir. Xəstənin kəllə sümüyün “KT” müayinəsi etdiyi üçün qolundakı sınığı görə bilmədiyini, frontal sümük kəllə sümüyü olduğunu, plyonka çıxarda bilməyəcəyini, kompüter tomoqrafiya etdikdə qarşı tərəfə onun şəkilini ekrandan çəkib mütləq verdiyini, müayinə edən həkimin onların verdiyi rəyi istədiyini demişdir. Rəyi məhkəmə üçün yox, həmin an xəstə hansı vəziyyətdədirsə ona görə verdiyini, həkimin xəstəni düzgün müayinə edə bilməyi üçün vermişdir. Əgər “KT” müayinəsini yanlış versə, həkim xəstəni səhv müayinə edə bilər, buna görə də məsuliyyət daşıdığını, verdiyi sənəddə heç bir dəyişiklik olmadığını, xəstənin çıxdığı saata qədər sənəddə qeyd olunduğunu bildirmişdir. Sınıq izlərinin qaynayıb birləşmə müddətinin təxminən 2 ay çəkdiyini, alındakı sümüyün birləşmə müddətinin daha tez olduğunu, sınıq birləşən zaman üzərində qabarı müəyyən edilə biləcəyini, amma bu xəstədə üstündən çox vaxt keçdiyi üçün təkrar kompüter tomoqrafiya edilsə də sınığın görünəcəyinə ehtimal vermədiyini söyləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Türkiyə Respublikasında yaşayır, 2023-cü ilin dekabr ayınadək böyük oğlu Təqsirləndirilən şəxs onunla birlikdə yaşayırmış, Nailin Türkiyədə tikiş fabriki olmuş və 15 nəfərə yaxın işçi işlədirmiş, 2017-ci il tarixdə Nail Türkiyədə öz avtomobili ilə qəza keçirmiş və travmalar almış, daha sonra 2019-cu il tarixdə həyat yoldaşı ilə münasibətləri korlandığı üçün boşanmışdır. Bu hadisələr Nailə pis təsir etmiş, işləri ilə maraqlanmadığı üçün tikiş fabriki bağlanmış, Nailin psixologiyasında ciddi problem yaranmışdır. Həmin dövr ərzində narkotik maddələrdən də, istifadə etməyə başlamış, onun narkotik istifadə etdiyini öyrəndiyi zaman bunun qarşısını almışdır. Son 1 il ərzində Nail evdən eşiyə çıxmamış, onu xəstənaya yerləşdirmək istəmişlər, lakin xəstəxanaya gedən zaman Nail oradakı xəstələri gördükdən sonra qalmayacağını bildirmişdir. Naili Naxçıvana aparaq orada müalicə etdirmək qərarına gəlmiş, 2023-cü ilin dekabr ayının əvvəllərində Nail pasportunun vaxtı keçdiyi üçün tutularaq Bakı şəhərinə deport olunmuş, oradan onu dostunun vasitəçiliyi ilə Şərur rayonu, Çərçiboğan kəndinə anasının yanına yola salmışdır. 31 dekabr 2023-cü il tarixdə Nailin müalicəsinə başlamaq üçün Şərur rayonuna gəlmiş, 01 yanvar 2024-cü il tarixdə Naili Naxçıvan şəhərində yerləşən X7 aparmış, orada həkimlər Naili müayinə edib sorğu-sual etmişlər, Nail həkimə özündən asılı olmayaraq anidən əsəbləşdiyini demiş, həkim ona psixi dərmanlar yazmışdır. 10 gün sonra yenidən müayinəyə gəlməyini tapşırmış, 12 yanvar 2024-cü il tarixdə Naili yenidən xəstəxanaya aparıb müayinə etdirmişlər, həkimlər onun ciddi psixi problemlərinin olduğunu bildirmişlər, həkimlərdən onu xəstəxanaya yerləşdirməsini istəmiş, lakin həkimlər dərmanlarını qəbul etdikdən sonra yenidən baxıb qərar qəbul edəcəklərini bildirmişlər. Həyat yoldaşı Türkiyədə əməliyyat olunmalı olduğundan Naili anasına tapşıraraq 16 yanvar 2024-cü il tarixdə Türkiyəyə getmiş, sabahsı gün saat təxminən 17:00 radələrində bibisin oğlu Raci ona zəng vuraraq Nailin qonşuları Nazilənin evinə girərək onu döydüyünü bildirmiş, dərhal 17 yanvar 2024-cü il tarixdə axşam saatlarına Naxçıvan şəhərinə qayıdıb xəstəxanaya getmiş, zərərçəkmiş şəxslə barışmaq və onun xəstəxana xərclərini qarşılamaq istəmiş, lakin xəstənin yaxınları onu qəbul etməmişlər, onların haqlı olaraq əsəbi olduğunu və xəstəxanada səs-küy yarana biləcəyini düşünərək oradan çıxmış, sabahsı gün yenidən xəstəxanaya getsə də, onlar onu qəbul etməmişlər. Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 15:00 radələrində Şərur rayonu, Çərçiboğan kəndində kənd mərkəzinə olan zaman arvadı Dağdagül zəng edərək evlərinə tanımadığı bir şəxsin basqın etdiyini, onu və qonşusu Naziləni döydüyünü bildirmiş, dərhal polis əməkdaşlarına zəng edərək məlumat verərək evlərinə etmiş, polis əməkdaşları ilə eyni vaxtda evə çatmış, evə girən zaman tanımadığı bir şəxsin qonşusu Nazilənin baş nahiyəsinə əlindəki dəmir parçası ilə vurduğunu görmüş, polis əməkdaşları həmin şəxsi tutaraq aparmışlar. Arvadını və Zərərçəkmiş şəxs döyən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8: - 01 fevral 2024-cü il tarixli, 106 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Şahid7 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti müəyyən edilmədi. - 08 fevral 2024-cü il tarixli, 182 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – Politravma, baş-beyin silkələnməsi, hər iki gözündə, gicgah, alın, təpə, ənsə nahiyələrində dərialtı hematomalar, burun çəpərində ikiqat sınıq, sağ əng sümüyünün, sağ almacıq sümüyünün az yerdəyişmə ilə sınıqları, sağ frontal sümükdə sınıq küt mexanizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 14 mart 2024-cü il tarixli, 254 nömrəli məhkəmə-trasoloji və soyuq silahların kriminalistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış məişət –təsərrüfat təyinatlı şişdir, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı dəyişikliklər edilməmişdir. - 20 avqust 2024-cü il tarixli, 905 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur, lakin Zərərçəkmiş şəxs daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirildiyi vaxt qorxu hissi ilə müşahidə olunan emosional gərginlik halında olmuşdur. Həmin halın yaranması Zərərçəkmiş şəxs qarşılaşdığı şəraitlə- Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olaraq onunla mübahisə etdikdən sonra baş nahiyəsinə odun parçası ilə, daha sonra Zərərçəkmiş şəxs qonşunun evinə qaçaraq ondan qurtarmaq istədikdə Təqsirləndirilən şəxs onun arxasınca gələrək qonşunun evində, əlindəki dəmir şiş vasitəsi ilə Zərərçəkmiş şəxs müxtəlif xəsarətlər yetirməsi ilə səbəbli nəticə əlaqəsində yaranmışdır. Zərərçəkmiş şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı ona qarşı edilmiş hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və özünü müdafiə etmək qabiliyyətinə malik olmuşdur. Naxçıvan MR X1 : - 15 mart 2024-cü il tarixli, 97 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs barədə verilmiş suallara Ambulator Məhkəmə Psixiatrik Ekspertizası zamanı cavab vermək mümkün olmadığından Stasionar Məhkəmə Psixiatrik Ekspertizası məsləhət görülmüşdür. - 15 mart 2024-cü il tarixli, 98 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası. Epizodik qəbul” aşkar olunmuşdur. Hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Azırbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin: - 31 may 2024-cü il tarixli, 90 nömrəli kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən olunmur. Odur ki, hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Bütün bunlar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli hər hansı məcburi müalicə tədbirinin tətbiq olunmasına zərurət yaranmadığına dəlalət edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Kobudluq, eqosentrizm, laqeydlik, məsuliyyətsizlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətində aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbi adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə əlaqədar ola bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik aşkar olunmadı. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. Onun əqli-intellektual imkanlarına(diqqət, hafizə, duyğu, qavrayış və s.) təsir edə biləcək psixoloji amillər aşkar olunmadı. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 16 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə Şərur rayon Çərçiboğan kəndində yerləşən vətəndaş Şahid4 məxsus mənzildə baş vermişdir. Həmin ünvana nəzər saldıqda qarşımıza 12x9 metr ölçüdə yaşayış evi çıxır. Həmin yaşayış evi bir mərtəbədən ibarətdir. Evin önünə nəzər saldıqda 2x1,20 metr ölçülü qara rəngli dəmir materialı qapı görürük. Qapının önündə 06 pilləli pilləkən vardır. Qapıdan içəriyə daxil olan zaman önümüzə 7x4 metr ölçülü salon çıxır. Salonda 01 ədəd qara rəngli, dəmir materiallı soba, 01 ədəd kreslo, 02 ədəd divan, 07 ədəd stul, 01 ədəd masa, 02 ədəd çilçıraq, 01 ədəd ev telefonu, 01 ədəd üzərində güzgü olan güzgü dolabı, 05 ədəd 2,1x1,1 ölçülü taxta materiallı qapı, 02 ədəd 2,2 x1,3 metr ölçülü ağ rəngli pəncərə vardır. Həmin pəncərədən asılan pərdənin yanında 01 ədəd dəmir parçası (kabab bişirmək üçün nəzərdə tutulmuş şiş) vardır. Hadisə yerində iştirak edən Şahid7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 16:00 radələrində Təqsirləndirilən şəxs tərəfindən həmin salonda döyülərək xəsarət almışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək 01 ədəd hazırki vəziyyətdə 58 sm olan dəmir parçası (kabab bişirmək üçün nəzərdə tutulmuş şiş) aşkar edilərək götürülmüşdür. - 16 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə Şərur rayonu, Çərçiboğan kəndində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzildə baş vermişdir. Həmin ünvana nəzər saldıqda qarşımıza 10x8 metr ölçüdə yaşayış evi çıxır. Həmin yaşayış evi 1 mərtəbədən ibarətdir. Evin önünə nəzər saldıqda 2x1,20 metr ölçüdə ağ rəngli taxta materiallı qapı görürük. Qapının önündə 12 pilləli pilləkən vardır. Qapıdan içəriyə daxil olan zaman önümüzə 6x4 metr ölçülü salon çıxır. Salonda 01 ədəd qara rəngli, dəmir materiallı soba, 01 ədəd kreslo, 02 ədəd divan, 02 ədəd stul, 01 ədəd masa, 01 ədəd çilçıraq, 01 ədəd ev telefonu vardır. Salonun sol tərəfində 1,2x2 metr ölçülü ağ rəngli taxta qapı var. Qapıdan içəri daxil olan zaman önümüzə 3x4 metr ölçülü otaq çıxır. Otaqda 01 ədəd çarpayı, 01 ədəd soba, sobanın qarşısında 01 ədəd teşt, 01 ədəd 1,1x1,2 metr ölçülü pəncərə vardır. Hadisə yerində iştirak edən Şahid6 bildirdi ki, 16 yanvar 2024-cü ildə, təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı iz və ya predmet aşkar edilməmişdir və götürülməmişdir. - 29 fevral 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “1” rəqəmi ilə nömrələnmiş şişi göstərərək hadisə zamanı həmkəndlisi Təqsirləndirilən şəxs məhz həmin şiş ilə ona xəsarət yetirdiyini bildirmişdir. - 26 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd dəmir parçası maddi sübut hesab edilmişdir. - 11 mart 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2014-cü ildə İstanbul 1 Sülh Cəza Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. (TCQ 142/3 H 2 M maddəsi ilə) - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 3-1/2-393/2024 nömrəli məktubundan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində İstanbul 1 Sülh Cəza Məhkəməsinin hökmünün icrası ilə bağlı işə baxılmamışdır. - 16 yanvar 2024-cü il tarixli NMR Şərur Rayon Mərkəzi Xəstəxanası KT otağının nəticəsindən məlum olur ki, Zərərçəkmiş şəxs burun çəpərində ikiqat sınıq izlənmişdir. Sağ əng sümüyü, almacıq az yerdəyişmə ilə sınığı izlənmişdir. Etmoid hüceyrələrdə patoloji eksudat izlənmişdir. Bilateral maksillar sinusda patoloji eksudat izlənmişdir. Sağ almacıq sümüyündə xətti sınıq izlənmişdir. Sağ frontal sümükdə sınıq izlənmişdir. Sol almacıq göz yuvası gicgah və təpə nahiyələrində dərialtı hematoma və hava dansitəsinə aid görünüm izlənmişdir. Alın, təpə və ənsə nahiyəsində dəri, dərialtı toxumada hematoma izlənmişdir. Sağ çənə sahəsində sınıq izlənmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Çərçiboğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü sakit aparmışdır. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Çərçiboğan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 17 fevral 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 17 fevral 2024cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 avqust 2024-cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan üzləşdirmə keçirilməsi ilə bağlı olan 01(bir) ədəd CD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, ekspert rəyləri, protokollar və maddi sübutlar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar və maddi sübutlar, işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyətindən götürdüyü şişlə onu vurmuş, onun törətdiyi əməl xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan Ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Belə ki, 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şərur şəhərindəki “Karvan” restoranına gedərək 8 bakal pivə içmiş, daha sonra keflənmiş, Kamoş adlı şəxsin taksinə oturaraq nənəsigilə gəlmək niyyəti ilə Şərur rayonu, Çərçiboğan kəndinə gəlmiş, nənəsigilin evinə çatmadan meydanda düşmüşdür. Kənd meydanı ilə Zərərçəkmiş şəxs evinin arasında təxminən 150 metr məsafə olmuş, darvazadan həyətə keçəndə Naziləni çağırmış, o da qapıya çıxmışdır. Zərərçəkmiş şəxs təqsirləndiriləni tanımadığı üçün kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də Yarəlinin oğlu olduğunu demiş, daha sonra evin qapısında zərərçəkmiş şəxsi əli ilə itələyərək evə daxil olub divanın üstündə oturmuşdur. Zərərçəkmiş şəxs Nailə çay təklif eləsə də təqsirləndirilən şəxs razılaşmamış, Nail zərərçəkmiş şəxsə - “Cavan qızlarından çağır” - deyəndə Nazilə oğlu Habilə zəng etmək istəmiş, telefonla kiməsə xəbər versə onu öldürməklə hədələmişdir. Nazilə otaqdakı sobaya odun atmağa getmiş, Nail də arxasınca gəlib heç bir səbəb olmadan onun əlini tutmuş, elə həmin vaxt zərərçəkmiş şəxsin qızı Şahid6 evə daxil olmuş, anasını o vəziyyətdə görüb -“ Ana, bir şey elə” - demiş, Nazilə də Nailin əlini dişləmişdir. Mahirə sobanın yanındakı vannadan odunu götürüb Nailin boynundan vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs kömək çağırmaq üçün eyvana çıxmış, təqsirləndirilən şəxsdə arxasınca gələrək pilləkənlərdə odunla onun başına vurub yarmış, daha sonra Naziləyə 4 dəfə odunla başına xəsarət yetirmişdir. Nail yenidən evə daxil olub Mahirəni itələmiş, təqsirləndirilən şəxs evə Mahirənin yanına qaydanda Nazilə kömək çağırmaq üçün qonşusu Şahid7 evinə getmiş, Dağdagülü çağırmış, Dağdagül Nazilənin səsini eşidib qapıya çıxmış, Naziləni qan içində olduğunu görüb nə olduğunu soruşmuş, ona- “Habilə zəng vur tez gəlsin, yoxsa Heyvanın nəvəsi məni öldürəcək”- deyə cavab vermişdir. X2 evinə getdiyini görən Nail eyvandakı şkafdan kabab şişini götürərək onun arxasınca getmişdir. Dağdagül zəng etmək üçün evə daxil olmuş, qanı süzülə-süzülə Nazilə də onun arxasınca gəlmişdir. Onların arxasınca da Nail evə daxil olmuş, Dağdagülün telefonla zəng etdiyini görüb telefonu qırıb atmış, Dağdagülün boyunun arxasından şişlə vurmuş, o yerə çökəndə təpiklə zərbələr vurmuşdur. Dağdagül Kərimovun qorxduğunu görüb yenidən Naziləyə tərəf getmiş, ona 2 dəfə şişlə xəsarət yetirmiş, Nazilə özünü qorumaq üçün stolun altına girmişdir. Dağdagül evdən qaçaraq qonşuya kömək çağırmaq üçün getmiş, cib telefonun yanında olduğu görüb əri Şahid4 zəng edib - “Polisləri də götür tez evə gəl, Heyvanın nəvəsi evə girib ev - eşiyi dağıdır, Naziləni də öldürür” - deyə söyləmiş, daha sonra polislərin və onların arxasınca da ərinin və kürəkəni Azərin avtomobillə gəldiyini görmüş, o da evlərinə getmişdir. Azər uşaqlarının evdə olduğunu düşünüb polisdən əvvəl evə daxil olmuş, Təqsirləndirilən şəxs üzərinə şişlə gəldiyini görüb əlini qabağa verərək onu saxlamış, Azərin barmaqları xəsarət almış, bu zaman isə Azər Nailin qollarından buraraq yerə yıxmış, Azər Nailin üstünə oturub hərəkət etməməyi üçün əlini arxadan saxlamışdır. Həmin vaxt içəriyə polis əməkdaşları və Dərdayıl daxil olmuş, Naili polis əməkdaşları xidməti maşına mindirərək aparmışlar. Habil Şahid2la birlikdə Naziləni Şərur Rayon Xəstəxanasına aparmış, həmin xəstəxana da onu rentgenə salmışlar. Kompüter tomoqrafiyasında xəstənin kəllə baş sümüyünün, əng sümüyünün və alın sümüyünün sındığı qeyd edilmişdir. Zərərçəkmiş şəxsin vəziyyəti ağır olduğu üçün Şərur Rayon Xəstəxanasından Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına aparmışlar. Yolda Zərərçəkmiş şəxs 2 dəfə qusmuşdur. X23 üst çənə sümüyünün yer dəyişməsini və xətti alın sümüyünün qırıq olmasını qeyd edib, müayinə nəticəsində yüngül dərəcəli beyin əzilməsi diaqnozu qoymuşdur. Zərərçəkmiş şəxs 3 gün müddətində Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində qalmış, baş həkimin məsləhəti ilə müalicə üçün Bakı şəhərinə getmişdir. Zərərçəkmiş şəxs qolunu həm Naxçıvanda, həmdə Bakıda iki dəfə gipsə salmışlar. Təqsirləndirilən şəxs ifadəsində burunun qırıldığını döyüldüyünü qeyd etmiş, polis əməkdaşı Şahid5 onun dodaqlarının altında qurumuş qan olduğunu demişdir. Onu şöbəyə aparan zaman dodağındakı qanı yudurtmuş, dodağının partlayıb-partlamadığını dəqiqləşdirmişdir. Polis əməkdaşı Nailə qarşı hər hansı sərt hərəkət etmədiklərini və onu vurmadıqlarını, yalnız zərərsizləşdirmək üçün qolunu burduğunu, kənar şəxslər tərəfindən Nailə xəsarət yetirməklərinin qarşısını aldığını söyləmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3/1431 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə istintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədə işgəncə izləri aşkarlanmamışdır. Anamnez məlumatları toplanarkən həbs olunmadan əvvəl sol baldır sümüyü sınığının osteosintez əməliyyatı olunduğunu bildirmişdir. Naxçıvan MR X6 xx.xx.2024-cü il tarixli, 1711 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə dispanserə daxil olan zaman sağ topuğunda şişkinlik və sağ dirsəyində sıyrılmış yara qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Prokurorluğundan daxil olan məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Şərur rayon Polis İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və ibtidai istintaq zamanı təzyiq və təsirlə ifadə olunan hər hansı qanuna zidd hərəkətlərə məruz qalması ilə bağlı Şərur Rayon Prokurorluğuna müraciət daxil olmamış və bununla əlaqədar hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmənin verdiyi sorğuya cavab olaraq daxil olan məktublardan məlum olur ki, polis əməkdaşları və kənar şəxslər Nailə qarşı hər hansı qanuna zidd hərəkətlər etməmişlər. Azər evə daxil olanda Nail onun üzərinə şişlə gəlmiş, Nail hərəkət etməsin deyə üzü üstü yerə yıxıb üstünə çıxıb qolundan tutub saxlamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən Şahid8 cinayət törətmiş şəxsin qarşısını almış və təqsirləndirilən şəxsin bu zaman müəyyən xəsarətlər alması labüddür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən cinayət baş verdikdə və ya cinayət baş verdikdən bilavasitə sonra onu törətmiş şəxs gizlənməyə cəhd göstərdikdə, hadisəni görən şəxs onun yaxalanması üçün şəxsin tutulmasında cinayət təqibi orqanına kömək göstərə bilər, o cümlədən: 149.1.1. müqavimət göstərdikdə cinayət törətmiş şəxsin əl-ayağını bağlaya bilər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 3-1/2-393/2024 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs haqqında olan İstanbul 1 Sülh Cəza Məhkəməsinin hökmünün Azərbaycan Respublikasında tanıması ilə bağlı məlumat yoxdur. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətləri yetirməsi əməli xuliqanlıq kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə, (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs bağışlamadığını, barışmadıqlarını, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməsini istədiyini məhkəmənin nəzər-diqqətinə çatdırmış, məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadığını nəzərə almağı və ona cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözünün olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-7/2024 nömrəli, 17 fevral 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-21/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs həbsdə olma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. Məhkəmə istintaqı zamanı məlum oldu ki, cinayət hadisəsi 16 yanvar 2024-cü ildə törədilmişdir. Təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən məlum olur ki, Nail cinayəti törətdikdən sonra müalicəsini davam etdirmək üçün Naxçıvan MR X7 yerləşdirilmişdir. Cinayət işinin materiallarında olan 01 fevral 2024-cü il tarixli, 161 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dispanserdə ambulator müayinə olunub və “Astenik sindrom. Anamnezdə narkomaniya” diaqnozu ilə müalicə yazılıb. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən dispanserdə stasionar müalicədədir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü ildən-17 fevral 2024-cü ilə qədər Naxçıvan MR X3 müalicə almışdır. Cinayət işinin materiallarından məlum olur ki, 15 fevral 2024-cü il tarixdə cinayət işi başlamış, 17 fevral 2024-cü ildə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-7/2024 nömrəli, 17 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə zalında dərhal həbs edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-7/2024 nömrəli, 17 fevral 2024-cü il tarixli qərarının icra edildiyi 17 fevral 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd şiş məhv edilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD və üzləşdirmə keçirilməsi ilə bağlı olan 01(bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd şiş məhv edilsin. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD və üzləşdirmə keçirilməsi ilə bağlı olan 01(bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov