Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-20/2023 28.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, 2 uşaq atası, Naxçıvan şəhər Nəqliyyat İdarəsi X30ndə qeydiyyatçı işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 2020-ci ildə X19 ilə tanış olduqdan sonra onun evli olduğunu bildiyi halda, mütəmadi olaraq onunla görüşməyə başlamış, müxtəlif vaxtlarda könüllü olaraq cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə 18 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində dövlət qeydiyyat nişanı və sürücüsü istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə Telli Alcəfərovanın anası X1 yaşadığı ünvan 4 ünvanına gəlmiş və Telli Alcəfərova həmin avtomobilə əyləşdikdən sonra birlikdə hadisənin baş verdiyi ünvan 1-də yerləşən Təqsirləndirilən şəxs anası Şahid4 məxsus fərdi yaşayış evinə getmiş, orada Telli Alcəfərova ilə könüllü olaraq cinsi əlaqədə olub duş aldıqdan sonra paltarlarını geyinib evin salon otağındakı divanda əyləşmişlər. Saat 16:00 radələrində T.R.Alcəfərova Təqsirləndirilən şəxs 700 manat pul istəmiş, Təqsirləndirilən şəxs isə həmin məbləğdə pulunun olmadığını, ona 320 manat pul verə biləcəyini demiş, T.R.Alcəfərova isə nalayiq ifadələrlə onu təhqir etmişdir. Təqsirləndirilən şəxs T.R.Alcəfərovanın dəfələrlə onun ünvanına təhqiredici ifadələr işlətməsindən əsəbiləşərək onu qəsdən öldürməklə cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə boynunda olan dəsmalı oturduğu divanda yanında arxası ona tərəf əyləşmiş T.R.Alcəfərovanın arxadan boyun nahiyəsinə salaraq hər iki əli ilə sıxıb onu boğmuş, T.R.Alcəfərova “Röyal, boğuluram” desə də buna əhəmiyyət verməyərək 6-7 dəqiqə həmin vəziyyətdə saxlamaqla onu boğmağa davam etmiş, T.R.Alcəfərova dəsmalı boynundan aralamaq istəyərkən öz dırnaqları hesabına ağzının ətrafında bir neçə ayparaşəkilli sıyrıq əmələ gəlmiş, həmçinin T.R.Alcəfərovanın arxası ona tərəf olduğundan müqavimət göstərmək imkanından məhrum olmuş, həmin vaxt T.R.Alcəfərova Təqsirləndirilən şəxs onu dəsmalla boğması hesabına dilaltı sümüyünün sağ böyük buynuzu sınmaqla boyun üzvlərinin sıxılması nəticəsində yaranan mexaniki asfiksiya səbəbindən ölmüş, daha sonra T.R.Alcəfərovanı yerə uzatmış, T.R.Alcəfərovanın cansız bədəni döşəməyə düşən zaman ənsə nahiyyəsində geniş həcmli hematoma yaranmış, Təqsirləndirilən şəxs həmin zaman T.R.Alcəfərovanın əllərinin kilitləndiyini, gözlərinin qızardığını və yarı-açıq vəziyyətdə olduğunu, dilinin də çölə çıxdığını görmüş, bundan sonra T.R.Alcəfərovanın öldüyünə tam əmin olmaq üçün kreslonun üzərindəki yastığı götürüb üzünə sıxmaqla boğmağa davam etmiş, bir dəqiqə müddətində həmin vəziyyətdə saxlayıb boğaraq onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs T.R.Alcəfərovanın öldüyünə əmin olduqdan sonra onun meyitini mənzildə qoyub qapını bağlayaraq Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 5, ev 24 ünvanında yerləşən yaşadığı mənzilə getmiş və əynində olan paltarlarını dəyişdikdən sonra təkrar hadisə yerinə qayıtmışdır. Mənzilə daxil olduqdan sonra salon otağında döşəmədə uzanıqlı vəziyyətdə olan T.R.Alcəfərovanın meyitini qucağına alaraq evin həyətindəki zirzəmiyə aparmış, sonra isə yenidən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşadığı mənzilə qayıtmışdır. Təqsirləndirilən şəxs növbəti gün, yəni 19 iyun 2023-cü il tarixdə saat 05:22, 05:24 və 05:26 radələrində polis əməkdaşı Şahid1 SMS-lə, sonra isə telefon danışığı zamanı polis əməkdaşlarına Qaraxanbəyli kəndində adam öldürməsi və meyitin olduğu yer barədə məlumat vermiş, məlumat əsasında həmin ünvana gedən polis əməkdaşı Şahid2 tərəfindən T.R.Alcəfərovanın meyiti evin həyətindəki zirzəmidə aşkar edildikdən sonra Təqsirləndirilən şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ildə Naxçıvan şəhər Nəqliyyat İdarəsi X30ndə qeydiyyatçı işləyərkən dükandan su almaq üçün İcra Hakimiyyətinin yanındakı dayanacağa getmiş, orada avtobusun gəlməsini gözləmişdir. Avtobusa mindikdən sonra ətrafına göz gəzdirmiş, bu zaman orada əyləşən bir xanımın ona baxmasını görmüşdür. Əvvəlcə xanımın kiməsə bənzətdiyi üçün baxdığını düşünmüş, daha sonra yenidən ona tərəf çevrildikdə hələ də baxmağa davam etməsini görmüşdür. Bağçanın yanına – son dayanacağa çatanda avtobusdan düşmüş və evinə getmişdir. Bir gün idarəyə gedərkən həmin xanımın dayanacaqda avtobus gözləməsini və yenə ona baxmasını görsə də əhəmiyyət verməmişdir. Bu proses bir həftə bu cür davam etdikdən sonra xanımın arxasınca gedərək yaxınlaşmış və ona baxaraq gülümsəməsinin səbəbini soruşmuşdur. O, evli olmasını söyləmiş Röyal isə “mən də evliyəm amma niyə mənə baxıb gülümsədiyinizi bilmək istədim” demişdir. Daha sonra nömrəsini verərək “işə gecikirəm nə isə sözünüz olsa mənə zəng edə bilərsiz” deyə söyləmiş, işə getmişdir. İdarədə olarkən ona tanımadığı nömrədən zəng gəldiyini görmüş, əlaqə saxladıqda həminki xanım olduğunu bilmiş, xanım ona növbəti gün görüşməyi təklif etmiş, Röyal da qəbul etmişdir. Növbəti gün onlar “Qızlar bulağı”nda görüşmüş, o, Şahid8ya “siz evlisiniz, kənardan görən olar, ailəniz bilər, sizin üçün problem yaranar ha” demiş, Telli isə ürəkli olmasını, çəkinməməsini söyləmişdir. Daha sonra Röyal işə gecikdiyi üçün getməli olduğunu, vaxtı olarsa sonrakı gün görüşə biləcəklərini demiş, onlar razılaşmışlar. Səhəri gün saat 12:00 radələrində “Park AVM” də görüşmüş, söhbət etmiş, Telli ona ərini sevərək evlənmədiyini söyləmiş, bir qədər sonra onlar arasında yaxınlaşma olmuş, Şahid8 ondan boş ev tapmasını istəmiş, Röyal öz evinin olduğunu demiş, onlar görüşüb cinsi əlaqədə olmuşlar. Bundan sonra əlaqələrinin problemə səbəb ola biləcəyini düşündüyü halda ona bağlandığından münasibətini davam etdirmiş, Telli hər dəfə onunla görüşdükdə pul istəmiş, ancaq məcbur etməmiş, Təqsirləndirilən şəxs öz razılığı ilə ona istədiyi məbləği vermiş, münasibətləri davam etdiyi müddət ərzində Telliyə, onun övladına geyimlər almış, evi üçün bazarlıq etmiş, övladının ad günündə ərzaq almış, onu “Su səsi” və “Xan çinarı” restoranlarına gəzmək üçün aparmış, Telli Alcəfərova ondan bacısı üçün 250 manat, qardaşı üçün 150 manat istədikdə onları ödəmiş, 8 martda onun bacısı Şahid6 vasitəsilə Telli üçün pul göndərmiş, həmçinin Şahid8nın qardaşı Şahid7 telefonunu düzəltdirmək üçün ondan 30 manat pul istədikdə vermişdir. Bir gün evdə olarkən Şahid8nın ərinin xalaqızısı ona zəng etmiş, ondan “siz evli qadınla danışdığınız üçün utanmırsınız?” deyə soruşmuş, Röyal ona aralarındakı münasibəti Tellinin başlatdığını demiş, o da Tellinin tək onunla ünsiyyəti olmadığını, Şahid8nın telefonundan başqa nömrələr və şəkillər tapdıqlarını söyləmişdir. Bundan sonra Şahid8 Röyala zəng edərək ərinin dayısı nəvəsinin saat 00:00 radələrində onun yataq otağına girməsi barədə danışmışdır. Eşitdiklərindən sonra Tellinin pis yola düşməsini istəmədiyindən münasibətinə davam etmiş, onu özündən uzaqlaşdırmamışdır. Lakin Telli son vaxtlarda çox dəyişmiş, telefonu daima məşğul olmuş, Təqsirləndirilən şəxs ondan kiminlə danışdığını soruşduqda xalaqızısı ilə danışdığını demişdir. Şahid8 əri Şahid8la yola gedə bilməmiş, onun ərinin başqa qadınla münasibəti olmuş, onlar boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Hadisə günü səhər saatlarında Telli anası Fazilə Ələkbərova ilə mediasiyadan sənədlərini götürmək üçün getmiş, bu zaman Təqsirləndirilən şəxs zəng etmiş, görüşmək istəmiş, T. Alcəfərova ona ərinin uşağı götürmək üçün gələcəyini daha sonra onunla əlaqə saxlayacağını demiş, əri uşağı apardıqdan sonra yenidən Röyalla əlaqə saxlamış, görüşə biləcəklərini söyləmiş, günorta saatlarında Röyal taksi ilə Tellini götürüb Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindəki anası Şahid4 məxsus evə aparmışdır. Onlar iki dəfə cinsi əlaqədə olduqdan sonra Telli divanda arxası Röyala tərəf əyləşmiş, söhbət etməyə başlamış, Telli ondan 700 manat pul istəmiş, Röyal əvvəlcədən danışdıqlarına əsasən ona 100 manat övladı üçün, 100 manat bacısı üçün, 120 manat isə don almaq üçün olmaqla ümumilikdə 320 manat verəcəyindən üstündə əlavə pulu olmadığını demiş, bütün ehtiyaclarını ödədiyi halda 700 manatı nəyə görə istədiyini soruşmuş, bir neçə dəfə təkrar etməsinə baxmayaraq Telli cavab verməmiş və üz ifadəsi dəyişmişdir. Röyal ondan niyə üz ifadəsinin dəyişdiyini və cavab vermədiyini soruşduqda Telli "ay şəxsiyyətsiz, şərəfsiz, sən kişi deyilsən, nakişisən. Sən kişi olsaydın o pulu mənə verərdin" deyə nalayiq ifadələr işlətmiş, buna görə Təqsirləndirilən şəxs acıqlanmış, onun gözünə heçnə görünməmiş, öz boynundakı dəsmalı Şahid8nın boynuna salıb sıxmış, sıxdıqda onun əlləri boşalmış, bundan sonra keçinmiş, sürüşərək divandan yerə düşmüş, Təqsirləndirilən şəxs dəsmalı onun boğazından çıxarmış, özündə olmadığından divanın üstündəki yastığı götürüb Tellinin ağzına qoymuş, sonra onun gözlərinin qızardığını, əllərinin kilidləndiyini görmüş, anidən diksinib özünə gəlmiş, öz-özünə "Röyal sən nə etdin?" deyə soruşmuşdur. Bir qədər sonra qapını bağlayaraq evdən çıxmış, öz evlərinə getmiş, ancaq narahat olduğu üçün orada qala bilməyib geri qayıtmış, yay ayı olduğundan meyit evdə iylənməsin deyə Tellini qucağına alıb evin zirzəmisinə aparmış, sonra öz evlərinə qayıtmışdır. Evdə olarkən törətdiyi əmələ görə qaçmamalı, gizlənməməli olduğunu düşünmüş, sadəcə son gecəni ailəsi ilə keçirdikdən sonra təslim olmaq qərarına gəlmişdir. Gecə Tellinin rəfiqəsi Şahid11 ona zəng edib Tellinin harada olmasını soruşmuş, anasıgilin narahat olduğunu və onu axtardığını demiş, ancaq Təqsirləndirilən şəxs özü təslim olmaq istədiyindən hadisə barədə heçnə deməmiş, Terllinin harada olmasından xəbəri olmadığını bildirmişdir. Səhər tezdən əvvəlcə polis işçisi Şahid1 cinayət törətməsi ilə bağlı mesaj yazmış, ondan cavab gəlmədiyindən eyni mesaji saat 05:22-də digər polis işçisi Şahid2 göndərmiş, o da cavab verməmiş, daha sonra Şahid1 zəng edərək ona “Sabahın xeyir, mesaj yazmısan, deyəsən bizlə zarafat edirsən” demiş, Təqsirləndirilən şəxs ciddi olduğunu bildirmiş, evin harada olmasını bilib-bilmədiyini soruşmuş, Şahid1 isə özünün tanımadığını ancaq Şahid2 tanıdığını söyləmişdir. Bundan sonra Şahid2 zəng edib ondan göndərdiyi mesajin düz olub-olmadığını maraqlanmış, o, düz olduğunu söylədikdə harda olduğunu soruşmuş, Təqsirləndirilən şəxs “evdəyəm, hadisə yerinə gəlirəm” demişdir. O, ana və atasına tutduğu əməl barədə danışmış, polisə dediyini və təslim olmağa getdiyini bildirib sağollaşmışdır. Evdən çıxdıqda qapıda Elçin müəllimi görmüş, onun maşınına əyləşərək hadisə yerinə getmişdir. Həmçinin təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, onların münasibətini Tellinin anası Fazilə Ələkbərova bilməsə də bacısı Şahid6 və qardaşı Şahid7 bilmiş, Telli ilə bəzən sözləri olsa da nə ona, nə də onun ailə üzvlərinə pis olmamışdır. Hadisə günü içki yaxud hər hansı dərman qəbul etməmiş, əvvəlcədən onu öldürmək niyyəti olmamış, bu yaşınadək heç kəsə onun ləyaqətini alçatmağa icazə vermədiyindən Şahid8nın nalayiq ifadələri ona pis təsir etmiş və nəticədə özündən çıxaraq onu öldürmüşdür. Epilepsiya xəstəsi olduğundan əsəbləri yerində deyil və tutduğu əməldən çox peşmandır. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərdi ki, hadisə ilə bağlı heç nə bilmir. O , Röyalın qızı ilə əlaqəsi olduğunu, onun qızı üçün aldıqlarını bilməmiş, Röyalı daha əvvəl görməmiş, hadisədən sonra əlaqələrinin olduğunu və qızını onun öldürdüyünü öyrənmişdir. Xəstəxanadan səhər-səhər ona zəng edib qızının orada olmasını, gəlməli olmasını söylədikdə oğlu ilə birlikdə xəstəxanaya getmiş və Tellinin ölməsini bilmişdir. Fazilə Ələkbərova nə söyləsə də fayda etməyəcəyini, qızının geri qayıtmayacağını, ən azından Tellinin körpə övladına görə insaf edib onu öldürməməli olmasını, şikayətçi olmasını, Röyalın ömürlük həbs edilməsini, güllələnməsini, ya da asılmasını istədiyini bildirmişdir. Həmçinin hadisədən sonra Röyalın ailə üzvlərindən heç kəsin onlara getmədiyini və yasa da gəlmədiklərini söyləmişdir. Şahid kimi dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, X25 ilə 2020-ci ildə evlənmiş, övladları olduqdan sonra Telli onun anası ilə yola getməmiş, ev işlərini görməmiş buna görə də aralarındakı münasibət korlanmış və hadisə baş verməmişdən əvvəl onlar boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Təqsirləndirilən şəxs isə bir neçə dəfə avtobusda görmüş, arvadı ilə olan münasibəti barədə bilməmiş, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Telli Alcəfərova onu və onun anasını yola saldıqdan sonra evdəkilərə heçnə demədən övladı ilə birlikdə çıxıb getmiş, bu barədə ona evdən zəng edərək məlumat vermişlər. Təxminən 2-3 gün sonra qayınanası Fazilə Ələkbərova anasına zəng edərək Ramazan bayramını təbrik etmiş, Telli ilə münasibətlərinin necə olmasını soruşmuş, bu zaman Şahid10 Tellinin evdən çıxıb getdiyini dedikdə Fazilə Ələkbərova onun yanında da olmadığını söyləmişdir. Daha sonra X11 xalasıgilə getdiyi məlum olmuş, o vaxta qədər o və ailəsi T. Alcəfərova özbaşına evdən getdiyinə görə onun harada olması ilə maraqlanmamışlar. Arvadı Şərurdan anası F.Ələkbərovanın evinə qayıtdıqdan sonra onun atası Şahid9 və anası Şahid10 gəlinlərinin evi hansı səbəbə tərk etdiyini öyrənmək üçün F.Ələkbərovanın kirayə yaşadığı evə getmişlər. Bundan sonra bir neçə dəfə Şahid8 həm Telligilə gedərək həm də sənədləri almaq üçün onunla görüşdükdə evə qayıtmağı təklif etmiş, ancaq Telli geri qayıdarsa onun atası ilə barışacağını, lakin anasının üzünə baxmayacağını söylədiyindən Şahid8 onunla razılaşmamış, Telli geri qayıtmamışdır. Bir dəfə o, Telli Alcəfərovaya zəng edərək övladını görmək istədiyini bildirmiş, daha sonra gedib onu götürmüş, birlikdə vaxt keçirdikdən sonra təhvil vermək üçün Telliyə zəng etmiş, Telli onun zənglərinə cavab verməmiş, uşağı Tellinin bacısına verdikdə ondan Tellinin harada olmasını soruşmuş, o isə bilmədiyini söyləmişdir. Növbəti gün işdə olarkən evdən ona zəng edərək arvadını maşın vurduğunu və İran məscidinə gəlməli olduğunu söyləmişlər. Şahid kimi dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, gəlini Telli Alcəfərova ilə münasibətləri çox yaxşı olmuş, sadəcə bir dəfə nəvəsini özü ilə marketə aparmaq istəyərkən Telli icazə verməmiş, hətta buna görə əri Turalla da mübahisə etmiş, nəticədə X. Alcəfərovanın gəlini ilə münasibətləri pozulmuşdur. Bir gün o, işdə olarkən Telli kimsəyə demədən demədən evdən çıxıb getmiş, özbaşına getdiyi üçün onun hara getməsi ilə maraqlanmamışlar. 2 gün sonra gəlininin anası X21 bayramını təbrik etmək üçün ona zəng etmiş, danışan zaman Telli ilə münasibətlərinin necə olmasını soruşmuş, Şahid10 isə “qızın iki gündür ki, sənin yanındadır, onu məndən niyə soruşursan?” demiş, bu zaman Fazilə Ələkbərova qızının onlara getmədiyini, telefonlarına da cavab vermədiyini söyləmiş, ondan qızının harada olduğunu soruşmuşdur. Şahid10 cavabında “mən işdə olmuşam, sənin qızın çıxıb gedib, dedim yəqin sizə gəlib, mən nə bilim hara gedib qız sənindir, maraqlan gör hara gedib” demişdir. Bundan sonra Tellinin baldızı Telliyə səs ataraq onun harada olmasını soruşmuş, Telli onlara yerini deməmiş, vaxtında maraqlanmalı olduqlarını demişdir. Şahid10 gəlinin anasi ilə əlaqə saxlayaraq Tellinin harada olduğunu bildikdə ona da deməsini istəmiş, nə ərinə nə də oğluna gəlininin anasıgilə getmədiyini anasının da onun harada olmasını bilmədiyini söyləməmiş, gece F.Ələkbərova zəng edərək qızının Şərura xalasıgilə getdiyini, gedib oradan götürüb öz yanına gətirdiyini xəbər vermişdir. Növbəti gün Şahid10 ərinə olanları danışmış, onlar gəlinlərinin niyə evdən getdiyini öyrənmək üçün Fazilə Ələkbərovanın kirayə qaldığı evə getmək qərarına gəlmiş, oğlu Tural işdən gəldikdən sonra atası ilə anasını oraya aparmış, orada olarkən bu barədə bir qədər söhbət etdikdən sonra əri Şahid9 gəlini Telli Alcəfərovadan niyə evdən getdiyini soruşmuş, Telli ayrı evdə yaşamaq istədiyini demiş, Şahid9 isə razılaşmamış, tək oğlunun ondan ayrı yaşamasına icazə verməyəcəyini əgər birlikdə yaşayacaqsa evə qayıtmasını, yaşamayacaqsa anasıgildə qalmasını söyləmişdir. Daha sonra Tellinin anası onları yola salmış və “narahat olmayın Tellini danlayıb, özüm geri göndərəcəm” demişdir. Sonralar Şahid10 bir neçə dəfə X12 niyə qayıtmadığını soruşmuş, F.Ələkbərova isə nə qədər danlasa da onun geri qayıtmaq istəmədiyini bildirmişdir. Telli evi tərk edəndən təxminən 2 ay sonra ölmüş, bu barədə ona qızı zəng edib, xəbər vermişdir. O, əvvəlcə Tellinin özünü asdığını bilmişdir. Şahid kimi dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, gəlini Telli Alcəfərova acıq edib gedərkən evdə olmamış, sonradan onun evdən getməsini öyrənmiş, Tellinin harada olması, niyə xəbər vermədən getməsi barədə məlumatı olmamışdır. Daha sonra Şərura getdiyini öyrənmiş, Telli anası Fazilə Ələkbərovanın evində olarkən arvadı ilə birlikdə onlara getmiş, Telliyə evə qayıtmağı təklif etmiş ancaq o, razılaşmamış, razılaşmamasının səbəbini soruşduqda ayrı yaşamaq istədiyini demişdir. Şahid9 Tellinin bu istəyini qəbul etməmiş, oğlunun ayrı qalmasına razı olmamış və arvadı ilə birlikdə evlərinə qayıtmışdır. Şahid9 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Röyalı kənddə avtobuslara baxdığı üçün əvvəlcədən tanımışdır. Birgə yaşadıqları müddətdə gəlini ilə münasibətləri pis olmamış, o, ayrı yaşamaq istədiyi üçün evdən getmişdir. Günorta saatlarında evdə olarkən ev telefonuna zəng gəlmiş, Tellini maşın vurduğu deyilmiş, məscidə getdikdən sonra onun öldürüldüyünü öyrənmiş, ancaq kimin öldürdüyünü bilməmişdir. Şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, evdə anası və bacısı İradə işləmiş, özü hadisəyə qədər heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxsi tanımır və onu daha əvvəl heç yerdə görməyib. Günorta saatlarında bacısı Telliyə zəng gəlmiş, o, “bir qız var gedirəm ondan pul götürüm gəlim uzağı yarım saata evdəyəm” demiş, bir daha geri qayıtmamış, telefonuna da zəng çatmamışdır. X22 zəng gəlmiş, bundan sonra onlar morqa getmiş, bacısı Tellinin necə ölməsi, kim tərəfindən öldürülməsi barədə heçnə bilməmişdir. Şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, daha əvvəl heç yerdə görməmiş, hadisədən təxminən 10-15 gün əvvəl bacısı Telli ilə aralarındakı münasibəti öyrənmiş, telefonda danışdıqlarını bilmiş, ancaq görüşdüklərini bilməmiş, Röyalın onlara maddi yardım göstərmədiyini, göstərmiş olsa belə bu barədə məlumatsız olduğunu söyləmişdir. İşdən gəldikdən sonra bacısından xəbər ala bilmədiklərini eşitmiş, onu axtarmış, Tellinin telefonuna zəng çatmamış, əvvəlcə ailəsindəki söz-söhbətlərə görə rəfiqəsigilə dərdləşmək üçün getdiyini sonra isə həmin gün uşaq da atasında olduğundan əri ilə barışıb evinə döndüyünü düşünmüşdür. Növbəti gün bacısının övladını bağçaya apardıqda ona xəstəxanadan zəng edib Tellinin yıxılaraq ayağını yaraladığını söyləmişlər. Xəstəxanaya getdikdən sonra Tellinin öldüyünü öyrənmişdir. İfadəsinin davamında o, bildirmişdir ki, Tellinin əri və qayınatası ilə problemi olmamış, qayınanası ilə yola getməmiş, boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Şahid kimi dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, X25 ilə uşaqlıqdan rəfiqə olmuş, Telli ailə həyatı qurduqdan sonra onların əlaqəsi kəsilmişdir. Təqsirləndirilən şəxsi isə Bakıdan Naxçıvana yeni gəldiyi vaxtlarda tanımış, onunla “Dan yeri” restoranında çay içmiş, sonra “Badaşqan” restoranında olarkən yaşadıqları hadisəyə görə Röyalın səsküylü, problemli biri olduğunu anlayıb uzaqlaşmışdır. Bir dəfə Telli onlarda olarkən Röyal Telliyə zəng etmiş, Fəridə bunu gördükdə Tellidən Röyalla nə əlaqəsi olduğunu soruşmuş, onun yaxşı insan olmadığını, uzaq durmalı olduğunu söyləmişdir. Bundan sonra Fəridə Telli ilə görüşə bilməmiş, Röyalın onların görüşməsinə maneə olduğunu düşünmüşdür. Onlar növbəti dəfə may ayının 27-də Fəridənin ad günündə görüşmüş, Tellinin acıq edərək evdən çıxıb anasının evinə gəlməsi barədə söhbət etmiş, Telli ona əslində evinə qayıtmaq istədiyini sadəcə Turalın onu aparmaq üçün gəlməsini gözlədiyini demişdir. Hadisədən təxminən 2-3 gün əvvəl Telli ilə uşaq şəhərciyinə dondurma yemək üçün getmiş, yene də Röyalın Telliyə zəng etməsini gördükdə ondan “Röyalla hələ də danışırsan? Niyə ayrılmadın?” deyə soruşmuş, Telli isə cavabında ayrılmaq istədiyini, ancaq Röyalın onu ayrılacağı təqdirdə özünü öldürməklə hədələdiyini, buna görə də ayrıla bilmədiyini söyləmişdir. Hadisə günü saat təxminən 13:00-da Telli Alcəfərova ona zəng etmiş, Fəridə işi olduğunu birazdan zəng edəcəyini demiş, ancaq başı qarışdığı üçün axşam 19:00-21:00 arası zəng etmiş, Tellinin telefonu bağlı olmuşdur. Daha sonra Tellinin anası Fazilə Ələkbərova ona zəng etmiş Telliyə zəng çatmadığını, onun harada olması barədə soruşmuş, Fəridə isə xəbəri olmadığını, onun da zənglərinə cavab vermədiyini demişdir. Bundan sonra Fəridə Telli ilə birlikdə getdiyi yerlərə baxaraq onu axtarmağa başlamış, heç yerdə tapmamış, saat 23:00 radələrində Fazilə Ələkbərovanın evinə getmiş, Telli üçün narahat olduğunu demiş, birlikdə axtarmağı təklif etmiş, Tellinin bacısı və qardaşı ilə birgə şəhərdə onu axtarmış, amma tapa bilməmişdir. Fəridə Tellinin ərinin, Röyalın evinə gedib onu soruşmaq istəsə də, Tellinin qardaşı və bacısı getmək istəməmişdir. Şahid11 Röyalın evinin ünvanını, telefon nömrəsini onun yaxın dostu Raufdan öyrənmişdir. Axtaran zaman Röyala, Telliyə zəng etmiş, onlarla əlaqə yarada bilməmiş, sonra Röyalla danışa bilmiş, ondan Tellini soruşduqda Röyal xəbəri olmadığını demişdir. Saat 00:00 radələrində evə qayıdarkən Kapital Bankın yanında Röyalın yaxın dostu Rauf ondan Tellini tapıbtapmadığını soruşmuş və “Röyal onu o qədər çox istəyir ki, inanmıram xəbərsiz qalsın” demiş, bundan sonra Fəridə Röyaldan daha da şübhələnmiş, saat 04:00-a kimi Röyala zəng etmiş, onunla axırıncı dəfə danışdıqda artıq polisə gedəcəklərini demiş, Röyal isə cavabında yuxulu səslə “hara getmək istəyirsən get” demişdir. Tellinin ölüm xəbərini “Whatsapp” proqramında olan link vasitəsi ilə öyrənmiş, Tellinin atasının adını Fazilə Ələkbərovadan soruşaraq əmin olduqdan sonra ailəsinə onun ölümü barədə xəbər vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X31 Məktəbinə qəbul olunmuş, 2021-ci ilin iyun ayının 19-da həmin məktəbi bitirmiş, məzun olduqdan sonra avqust ayının 1-də Naxçıvan şəhər Polis İdarəsində sahə inspektoru vəzifəsində işləməyə başlamışdır. 2023-cü ilin aprel ayına qədər həmin vəzifədə işləmiş, aprel ayından etibarən isə Naxçıvan Şəhər Polis İdarəsinin 1 saylı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləməyə başlamışdır. Polis bölməsində növbətçi hissənin polis mayoru Orxan Rzayev iyun ayının əvvəlində əmək məzuniyyətinə çıxdığından onun növbələrini əvəz etməyə başlamışdır. Daha doğrusu cəmi 1 dəfə növbətçi olmuşdur. Həmin gün, yəni 19 iyun 2023-cü il tarixdə növbədə olmuş, gecə saat 12-dən saat 4-ə qədər onunla növbədə olan polis serjantı Ayxan yatmış, özü isə oyaq olmuşdur. Saat 4-də Ayxan oyandıqdan sonra istirahət etmək üçün yatmışdır. İstirahət vaxtı isə gecə saat 4-dən səhər saat 8-ə qədər olmuşdur. Yatan zaman su içmək üçün oyanmış, telefonuna “bildirim” gəldiyi üçün telefonun işığının yanıbsönməsini görmüşdür. Telefonuna baxmış və həmin zaman əvvəldən də tanıdığı Təqsirləndirilən şəxs istifadə etdiyi 060 ***-**-** nömrəsindən onun 060 *** ** ** nömrəsinə mesaj gəldiyini görmüşdür. Röyal ona saat 05:22, 05:24 və 05:26-da 3 dənə mesaj yazmışdır. Özü isə həmin vaxt yatdığı üçün mesajları təqribən 1 saat sonra görmüşdür. Həmin mesajlarda Röyal “salam necesen tez get qaraxanbeye adam öldürmüşəm. bizim evi Əlövsət tanıyır. Haqqıvızı halal eləyin. padvaldadı. həyətdə, mən də burdayam. Saxlamam varıydı gəlin onu” yazmışdır. Bundan sonra Röyala zəng vurmuş və Röyal telefona cavab vermişdir. Röyaldan “Röyal hardasan?” deyə soruşduqda ona “mən artıq oradan çıxmışam, indi qonaq evi tərəfdəyəm, gedirəm evdəkilərlə halallaşım” deyə cavab vermiş, Röyaldan “ev hardadır?” deyə soruşduqda ona “mesajda da yazmışam. Əlövsət bizim evi tanıyır” cavabını vermişdir. Röyal ondan “sən də evə gedəssən?” deyə soruşmuş, ona “yox, mən hal-hazırda növbədəyəm çıxa bilmirəm” cavabını vermişdir. Ondan sonra Röyalla sağollaşıb polis idarəsində işləyən polis mayoru, Şahid2 zəng vurmuşdur. Həmin zaman Əlövsər yatmış, danışıq zamanı Əlövsərə “Qaraxanbəylidən Röyal mənə adam öldürməsi ilə bağlı mesaj yazmışdı” deyə demiş, Əlövsər ondan “onun özü ilə danışmısan?” deyə soruşduqda ona “hə danışmışam. Deyir meyit Qaraxanbəylidəki evdədir. Mən isə onların evini tanımıram” deyə cavab vermişdir. Həmçinin birinci dəfə idiki polis növbətçisi olduğuna görə Əlövsərdən “başqa kiməsə məlumat verməyə ehtiyac var ya yox” deyə soruşmuş, Əlövsər isə “əvvəlcə məlumatın düz ya səhv olduğunu yoxlayaq sonra rəisə məruzə edərsən” deyə demişdir. Əlövsər həmçinin “Qaraxanbəylinin sahə rəisi İlkin Əhmədova və əməliyyatçı Həsən Xəlilova da de gəlsinlər qatar relslərinin yanına, onlar evi tapa bilməyəcəklər, gözləsinlər mənimlə birlikdə gedək” deyə demişdir. Biraz keçdikdən sonra Əlövsər ona zəng vurub “gəlmişik bura, ancaq qapı bağlıdır, içəri girə bilməmişik” deyə demişdir. Əlövsərə “gözləyin bölmənin rəisi Şəmsi müəllimə məruzə edim” deyə demişdir. Həmin vaxt Şəmsi müəllim idarəyə gəlmiş və artıq o, hadisə barədə məlumatlı olmuş, daha sonra da polis işçilərindən biri həyətə düşüb həyətdəki zirzəmidə qızın meyitini aşkar etmişdir. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, vəzifəsi üzrə X16 və onun ətraf ərazilərinə nəzarət etmiş, həmin hissədə həmçinin avtobusların sonuncu dayancağı olmuş, Röyal isə həmin avtobusların vaxtlarına nəzarət etmiş və orada qeydiyyatçı işləmişdir. Həmin sahəyə nəzarət edən zaman Röyalla tanış olmuş, Röyala öz nömrəsini verib “ərazidə nəisə qanunsuz bir şey aşkar etsən, yaxud asayişi pozan kimisə görsən mənə xəbər ver” deyə demiş, həmin vaxtı da bir-birilərinin telefon nömrələrini götürmüşlər. Bu söhbət də bölməyə keçəndən sonra yəni, bu ilin aprel ayında olmuşdur. Təqsirləndirilən şəxsla heç bir qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. Bölmədə olan zaman Röyal bölməyə gətirilmiş, həmin vaxt orada Röyalla öldürülən qız arasında nəisə pul üstündə mübahisə olduğunu, Röyalın da dəsmal ilə onu boğaraq öldürdüyünü eşitmişdir. Təqsirləndirilən şəxsla telefon danışığı zamanı onun adam öldürdüyünü, meyitin Qaraxanbəylidə evdə olduğunu, evi Əlövsərin tanıdığını, həmin vaxtı evdəkilərdən halallıq almaq üçün Xətai məhəlləsinədəki evə getdiyini bildirmişdir. Əlövsər ona zəng vurub qapının bağlı olduğunu dedikdən sonra təkrar Röyala zəng vurub “hardasan, qapı bağlıdır” deyə soruşmuş, Röyal isə “gözləyin gəlim” cavabını vermiş, ona “sən gəlmə yerini de bizim əməkdaşlar gəlib səni maşınla götürsünlər” deyə demiş, Röyal da “indi anamgildəyəm, Üzgüçülük Mərkəzinin yaxınlığındayam, yola tərəf çıxıram, gəlib götürsünlər” deyə demişdir. Bundan başqa aralarında heç bir danışıq olmamışdır. Röyalı elə yaxından tanımamış, onunla cəmi 1-2 dəfə salam-sağolu olmuş, 1 dəfə avtobusda kiminsə sumkası qaldığına görə Röyal ona zəng vurub bunu demişdir. Onun zahiri görünüşü, arıq olmağı, gözlərinin altının qara olmasına görə narkoman kimi göründüyünü, lakin danışıq zamanı onda belə bir şey sezmədiyini bildimişdir. X14 əvvəldən tanımamış, Təqsirləndirilən şəxs dost-tanışını tanımamış, Röyalın sürücülərlə daim münasibətdə olduğunu, onun dosttanışının avtobus sürücüləri olmasını güman etdiyini bildirmişdir. - Şahid2 ifadəsində göstərmişdir ki, 2011-ci ildən polis orqanlarında işə başlamış, 2014-cü ildən isə Naxçıvan Şəhər Polis İdarəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluğu, ədavəti, düşmənçiliyi yoxdur. Röyal Xətai məhəlləsində ailəsi ilə birlikdə yaşamış, həmçinin onların Qaraxanbəyli kəndində də evləri vardır. Təqribən 2019cu ildə Röyal polisə müqavimət göstərdiyinə görə barəsində inzibati həbs tətbiq olunmuş, əvvəllər Tumbul kəndində sahə müvəkkili işləyən zamanlarda Röyalı görüb tanımış, Röyal elə həmin vaxtı da avtobusların vaxtına nəzarət edirmiş. Naxçıvan Şəhər Polis İdarəsinin 1 saylı Polis bölməsində növbətçi Orxan Rzayev məzuniyyətə çıxdığına görə onu bölmənin işçisi Şahid1 əvəz etmişdir. 19 iyun 2023-cü il tarixdə yatdığı vaxt səhər saat təqribən 06:40 radələrində Arzudan ona zəng gəldiyini görmüş, yuxudan oyanıb telefona cavab vermişdir. Həmin vaxt Arzu ona “Qaraxanbəylidən Röyal mənə adam öldürməsi ilə bağlı mesaj yazmışdı” deyə demiş, Arzudan “sən Röyalın özü ilə danışmısan?” deyə soruşmuş, Arzu isə “hə danışmışam. Deyirdi ki, meyit Qaraxanbəylidəki evdədir. Mən isə onların evini tanımıram” deyə cavab vermiş, Arzu həmçinin ondan “başqa kiməsə məlumat verməyə ehtiyac var?” deyə soruşmuş, ona “qoy, əvvəlcə məlumatın düz ya səhv olduğunu yoxlayaq, əgər düz olsa rəisə məruzə edərsən” deyə cavab vermişdir. Həmçinin Arzuya “Qaraxanbəylinin sahə rəisi İlkin Əhmədova və əməliyyatçı Həsən Xəlilova da de gəlsinlər qatar relslərinin yanına, onlar evi tapa bilməyəcəklər, mən onların evini tanıyıram, gözləsinlər mənimlə birlikdə gedək” deyə demişdir. Bundan sonra Röyala zəng vurub ondan “Röyal bu nə məsələdir?” deyə soruşmuş, Röyal da “saxlamam Telli var idi, onu boğub öldürmüşəm, meyit də Qaraxanbəylidəki evin həyətindəki padvaldadır” cavabını vermişdir. X23 yazdığı mesajı “screen” edərək onun da “Whatsapp”ına göndərmişdir. Həmin mesajlarda Röyal “salam necesen tez get qaraxanbeye adam öldürmüşəm. bizim evi əlövsət tanıyır. Haqqıvızı halal eləyin. padvaldadı. həyətdə, mən də burdayam. Saxlamam varıydı gəlin onu” yazmışdır. Bundan sonra əl-üzünü yuyub evdən çıxmış və öz avtomobili ilə birbaşa Qaraxanbəyli kəndinə getmişdir. Qatar relslərinin yanına çatdıqdan biraz sonra əməliyyatçı Həsən də oraya gəlmişdir. Orada olan zaman evin ünvanını dəqiqləşdirmək üçün təkrar Röyala zəng vurmuş və “sizin ev kanalın altındadır?” deyə soruşmuş, Röyal isə evin ünvanını ona izah etmişdir. Bundan sonra Həsənlə birlikdə Röyalgilin evinə getmiş, lakin darvaza qapısı bağlı olmuşdur. Daha sonra Arzu ona zəng vurub “neylədiz, məlumatı yoxlaya bildiz ya yox?” deyə soruşduqda ona “Həsənlə gəlmişik burdayıq, ancaq qapı bağlıdır, içəri girə bilməmişik” deyə cavab vermişdir. Bundan sonra bölmənin rəisi Şəmsi müəllimə zəng vurub hadisəni demiş, daha sonra qapı bağlı olduğuna görə hasardan aşıb evin həyətindəki zirzəmidə yerdə uzanmış meyiti aşkar etmişdir. Röyala zəng vurub onun harada olmasını soruşmuş, Röyal isə “indi Xətaidəki evdəyəm, gəlmişdim evdəkilərlə halallaşım” deyə cavab vermiş, ona “orada dur, birazdan səni polis əməkdaşları gəlib götürəcəklər” deyə demişdir. Şahid2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Röyaldan hadisə barədə ilkin məlumat alınan zaman Röyal “dünən, yəni 18 iyun 2023-cü il tarixdə saat 16 radələrində Telli ilə pul üstündə mübahisəmiz oldu. Buna görə Telli məni söydü. Mən də buna dözməyib dəsmal ilə onu boğaraq öldürdüm” demişdir. Daha əvvəllər Röyal hər hansı üsulla kiməsə xəsarət yetirməmişdir. 060 ***-**-** nömrənin ona məxsus olduğunu, bir çox adamın səhv salıb onun adını telefonda Əlövsət kimi qeyd etdiyini, lakin əsl adının Əlövsər olduğunu bildirmişdir. 19 iyun 2023-cü il tarixdə evdə olmuş, həmin gün Röyalla bir neçə dəfə danışmış, həmin gün Röyalla danışıqları onun hadisəni necə törətməsi, meyitin harada olması, evin dəqiq ünvanı və s. bu kimi mövzularda olmuşdur. Həmçinin Röyaldan öldürdüyü qız barəsində anket məlumatlarını soruşmuşdur. Bununla yanaşı Röyalla danışan zaman Röyalın hadisə barədə evdəkilərə heçnə demədiyi məlum olmuşdur. Röyalı sakit təbiyətli, fağır bir insan kimi tanıdığını, Röyalın dalaşmaya, mübahisə etməyə meyilli biri olmadığını, lakin hadisə zamanı əsəbiləşib mübahisə zəminində Telli Alcəfərovanı boğaraq öldürdüyünü bildirmişdir. X14 əvvəldən tanımadığını, Təqsirləndirilən şəxs dost-tanışını tanımadığını, Röyalın kimlərlə yaxınlıq etməsi barədə bir məlumatının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışına dəvət olunmuş təqsirləndirilən şəxsin atası Şahid3, anası Şahid4 və qardaşı Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci maddəsinin “qeyd” inə müvafiq olaraq ifadə verməkdən imtina etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X13: - 19 iyun 2023-cü il tarixli, 694 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarət və ya xəsarət izləri müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs spirtli içki, narkotik vasitə və digər bu kimi maddələr qəbul etməmişdir. - 19 iyun 2023-cü il tarixli, 39 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X2 meyiti üzərindəki xəsarətlər: a) ağız ətrafında bir neçə ayparaşəkilli sıyrıq, b) ənsə nahiyyəsində geniş həcmli dərialtı hematoma, dilaltı sümüyünün sağ böyük buynuzunda sınıq vardır. Ağız ətrafında bir neçə ayparaşəkilli sıyrıq mərhum X9 dəsmal ilə boyun üzvlərinin sıxılması zamanı öz əlinin dırnaqları ilə, dilaltı sümüyünün sağ böyük buynuzunun sınığı isə sıxılma zamanı dilaltı sümüyə mexaniki təsirdən yaranmışdır. X2 ənsə nahiyyəsində geniş həcmli dərilaltı hematoma başın küt əşyaya, eləcə də onun cansız bədəninin yerə düşən zaman döşəməyə və yə hər hansı cismə çırpılması zamanı yarana bilərdi. X2 meyiti üzərində başqa heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. X2 ölümünə səbəb boyun üzvlərinin sıxılması nəticəsində yaranan mexaniki asfikiya olmuşdur. Ölümün müddəti meyitin müayinəsindən 15-16 saat əvvələ uyğun gəlir. X18 ölümünə səbəb Təqsirləndirilən şəxs onun üzünə yastıq sıxaraq boğması deyil, dəsmal ilə onu boğması olmuşdur. Sıxılma sağdan sola, aşağıdan yuxarıya doğru istiqamətlənmişdir. X18 əynindəki paltarların üzərində zədə izləri yoxdur. Telli Alcəfərovanın meyiti üzərindəki xəsarətlər təqsirləndirilən şəxsin onun arxasında dayanmış vəziyyətdə əmələ gəlməyə xarakterikdir. X25 hamilə deyildir. Onun cinsiyyət orqanında və bu orqanların ətrafında zorlamaya xarakterik hər hansı izlər və ya xəsarətlər yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 28 iyul 2023-cü il tarixli, 658 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran, “Android” əməliyyat sistemi ilə təchiz olunmuş, “**********05288” imei kodlu, “Samsung Galaxy A51” markalı, “SM- A515F” modelli və sensor ekran, “Android 4.4.2” əməliyyat sistemi ilə təchiz olunmuş “**********99318, **********99315” imei kodlu, “X29 2” markalı, “SM-G355H” modelli mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdırlar. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A51” markalı, “SM-A515F” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə (parol-password) ilə təchiz olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Tədqiqi hissənin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A51” markalı, “SM-A515F” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, video, audio fayllar, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsilə aparılmış məlumat (çat seansı, foto, video, audio fayllar) mübadilələri, o cümlədən xüsusi proqramlar və sair) məlumatın olub-olmaması, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Ekspertizaya təqdim edilmiş “X29 2” markalı “SM-G355H” modelli mobil smartfonun yaddaşında (kontaktlar, qəbul olunmuş zənglər, çıxan zənglər, “SMS” mesajlar, mültimedia (audio, foto, video) fayllar və sair) mövcud olan və yaddaşından pozulmuş (əldə edilməsi mümkün olan) məlumatlar müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/3767-6/3772 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X15 məxsus olduğu qeyd edilən geyim əşyalarının, 01 ədəd yastıq və 01 ədəd dəsmalın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X15 məxsus olduğu qeyd edilən şalvarın səthindən aşkar edilmiş boz rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd yastığın səthindən aşkar edilmiş açıq qəhvəyi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd dəsmalın səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd dəsmalın səthi üzərindən aşkar edilmiş ağ rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X15 məxsus olduğu qeyd edilən maykanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, digər geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X15 və Təqsirləndirilən şəxs və məxsus olduğu qeyd edilən sağ və sol əl barmaqlarının dırnaqlarından kəsilərək götürüldüyü qeyd edilən dırnaq kəsintilərinin üzərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd dəsmalın və 01 ədəd yastığın üzərində bir təbəqəli açıq çəhrayı rəngli boya sürtünməsi izi və mikrohissəcikləri vardır. Həmin boya mikrohissəcikləri ilə müqayisəli olaraq götürülmüş açıq çəhrayı rəngli dodaq boyası nümunəsi rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Naxçıvan Muxtar Respublikası X6: - 22 avqust 2023-cü il tarixli, 229 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Affektiv tip şəxsiyyət pozuntusu” xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında - yəni anlaqlı olmuşdur. O, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur. Təqsirləndirilən şəxs xəstəliyi Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - 22 avqust 2023-cü il tarixli, 230 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 19 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı oradan Təqsirləndirilən şəxs polisə verdiyi məlumatda Telli Alcəfərovanı dəsmalla boğduqdan sonra yastıqla boğaraq öldürməsini bildirdiyindən hamam otağının qapısının arxasına divara vurulmuş asqıda olan ağ rəngli dəsmal, salon otağında olan kreslonun üzərindəki orta hissəsində dodaq boyasına bənzər izlər olan yastıq, yataq otağında sol tərəfdə olan tumbanın üzərində, həmçinin tumbanın qarşısında döşəmənin üzərində ağ rəngli, bükülmüş vəziyyətdə olan salfetkalar iş üçün əhəmiyyətli olduğu üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. - 19 iyun 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, X9 meyitinə baxış keçirilmiş, baxış zamanı meyitin ağız ətrafında bir neçə ayparaşəkilli sıyrıqlar aşkar edilmiş, meyitin bədən səthi üzərində xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Baxış zamanı T. Alcəfərovanın əynində olmuş etiketində “silversun”sözləri yazılmış, arxa tərəfində isə qara hərflərlə “GİRLS UP”sözləri yazılmış üzərində müxtəlif rənglər olan ağ rəngli kətan materialdan uzunqol köynək, ağ rəngli sintetik materialdan qısaqol mayka, ağ rəngli cins materialdan şalvar, ön tərəfi haşiyəli açıq mavi rəngli lifçik, qara rəngli üçkünc güpür trusik, “Samsung” markalı smartfon tipli mobil telefon, ağ-qara rəngli idman ayaqqabısı, üzərində klonu olan ağ rəngli metaldan sep, metalik rəngli qadın qol saatı müvafiq qaydada götürülmüşdür. Bununla yanaşı Telli Alcəfərovanın meyitindən qan nümunəsi, vaginal və anus nahiyyələrindən yaxma vasitəsilə nümunə, dodağından pambıq vasitəsilə dodaq boyası nümunəsi, hər iki əlindən əl-barmaq izləri və dırnaq nümunələri müvafiq qaydada götürülmüşdür. - 19 iyun 2023-cü il tarixli təqdim edilmiş əşyaların və sənədin götürülməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, bir ədəd etiketində “RİCARDO” sözləri yazılmış tünd boz rəngli cins materialdan şalvar, bir ədəd etiketində “HERMES” sözləri yazılmış qara rəngli, üzərində müxtəlif rənglərlə at şəkili olan qısaqol köynək, 1 ədəd etiketində “KONKO” sözləri yazılmış tünd narıncı və solğun qızılgül rəngli üçdüymə qısaqol köynək, bir ədəd etiketində “YİLDİZ” sözləri yazılmış tünd yaşıl rəngli trusik, bir ədəd “Samsung J2 Core” markalı mobil telefon və AA seriyalı, ******* №-li, xx.xx.2030-cu ilədək etibarlılıq müddəti olan yeni nəsil şəxsiyyət vəsiqəsi götürülmüşdür. - 20 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şahid1 məxsus “Samsung Galaxy A13” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Şahid1ya adam öldürməsi ilə bağlı mesaj göndərdiyindən həmin telefonun mesajlar bölməsinə baxılmış, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsindən Şahid1 istifadə etdiyi ***-***-**-** nömrəsinə 3 ədəd mesajın göndərildiyi aşkar edilmişdir. İş üçün əhəmiyyətli olduğundan həmin mesajların şəkili çəkilərək çap edilmiş və protokola əlavə edilmişdir. Mobil cihazın digər menyularına da baxış keçirilmiş və iş üçün əhəmiyyətli ola biləcək məlumat aşkar edilməmişdir. - 22 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung J2 Core” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyətli ola biləcək məlumat aşkar edilməmişdir. - 24 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X15 məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, telefonun menyusuna daxil olmaq mümkün olmadığından iş üçün əhəmiyyətli ola biləcək məlumat aşkar edilməmişdir. - 17 avqust 2023-cü il tarixli, mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-41/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinin həmçinin zərərçəkmiş şəxs X9 adına olan ***-***-**-** nömrəsinin 20 may 2023-cü il tarixdən 20 iyun 2023-cü il tarixədək olan zənglər və zənglərin danışıq müddətlərinin siyahısına baxış keçirilmiş, nömrə məlumat sistemindən çıxarışlar və aşkar edilmiş nömrələrin istifadəçi məlumatları iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. - 28 avqust 2023-cü il tarixli mobil telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abdull oğlunun barəsində olan cinayət işi üzrə təyin olunmuş məhkəmə - texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 638 nömrəli rəyinə əlavə edilmiş bir ədəd diskə baxış keçirilmiş, həmin disk iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. 19 iyun 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində qonşular və digər şəxslər tərəfindən Qaraxanbəyli kənd İƏD üzrə nümayəndəliyə narazılıq daxil olmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” X30 tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli xasiyyətnamədə X2 barəsində Babək şəhər İƏD üzrə nümayəndəliyə heç bir şikayət ərizəsinin daxil olmaması qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli xasiyyətnamədə mərhumə X17in barəsində Sədərək Rayon Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə hər hansı inzibati xarakterli məlumatın daxil olmaması qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi vardır. Ona düzgün olaraq həmin maddə ilə ittiham verilmişdir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı X19 ilə 18 iyun 2023-cü il tarixdə Qaraxanbəyli kəndində Röyalın anasına məxsus evə getməsi, orada onunla cinsi əlaqədə olarkən aralarında yaranan mübahisə zəminində hamam dəsmalı ilə Telli Alcəfərovanı boğması, onun öldüyünə tam əmin olmaq üçün yastığı onun üzünə sıxması, Tellinin öldüyündən tam əmin olduqdan sonra meyiti həmin otaqda qoyaraq hadisə yerindən getməsi, sonradan hadisə yerinə qayıdaraq meyiti evin zirzəmisinə aparması, həyət darvazasını bağlayıb valideynlərinin yaşadığı Xətai məhəlləsindəki evlərinə gələrək törətdiyi hadisə barədə onlara heçnə deməməsi, 19 iyun 2023-cü il tarixdə səhər saatlarında tanıdığı polis əməkdaşına mesaj yazaraq saxlaması Telli Alcəfərovanı boğub öldürməsini və meyitin anası Şahid4 məxsus Qaraxanbəyli kəndindəki evin zirzəmisində olduğunu bildirməsi Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşına mesaj yazaraq X14 boğaraq öldürməsini bildirməsi könüllü təslim olma kimi qiymətləndirilə bilməz. 25 iyun 2003-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarının 4-cü bəndinə əsasən, “Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olub-olmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Zeynalov X10 Telli Ramiz qızını boğaraq öldürməsini hadisədən sonra evə döndükdə ailə üzvlərindən gizlətmiş, hətta gecə saatlarında Tellini axtaran yaxın rəfiqəsi Şahid11 telefon zənginə cavab verərkən də onun harada olmasından xəbərdar olmadığını ona bildirmişdir. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə Röyal Zeybalova təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 2 azyaşlı övladının olması, səmimi peşmançılığı, barəsində verilmiş xasiyyətnamələrdə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-57/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 19 iyun 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - X9 dodağından pambıq vasitəsilə götürülmüş dodaq boyası nümunəsi məhv edilməlidir. - hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd ağ rəngli dəsmal, 1 ədəd üzərində dodaq boyasına bənzər izlər olan yastıq, Təqsirləndirilən şəxs istintaqa könüllü şəkildə təqdim etdiyi hadisə zamanı əynində olmuş 1 ədəd etiketində “RİCARDO” sözləri yazılmış tünd boz rəngli cins materialdan şalvar, 1 ədəd etiketində “HERMES” sözləri yazılmış qara rəngli, üzərində müxtəlif rənglərlə at şəkli olan qısaqol köynək, 1 ədəd etiketində “YİLDİZ” sözləri yazılmış tünd yaşıl rəngli trusik, həmçinin meyiti daşıyarkən əynində olmuş 1 ədəd etiketində “KONKO” sözləri yazılmış tünd narıncı və solğun qızılgül rəngli üçdüymə qısaqol köynək təqsirləndirilən şəxsin atası Şahid3 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Samsung J2 Core" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - X9 meyitinə baxış keçirilərkən götürülmüş 1ədəd etiketində “silversun” sözləri yazılmış, arxa tərəfində isə qara hərflərlə “GİRLS UP” sözləri yazılmış üzərində müxtəlif rənglər olan ağ rəngli kətan materialdan uzunqol köynək, 1 ədəd ağ rəngli sintetik materialdan qısaqol mayka, 1 ədəd ağ rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfi haşiyəli açıq mavi rəngli lifçik, 1 ədəd qara rəngli üçkünc güpür trusik, 1 ədəd ağ-qara rəngli idman ayaqqabısı, Şahid8ya məxsus “Samsung” markalı smartfon tipli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə lifli ekspertizasına görə 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 ( üç yüz ) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - X9 dodağından pambıq vasitəsilə götürülmüş dodaq boyası nümunəsi məhv edilsin. - hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd ağ rəngli dəsmal, 1 ədəd üzərində dodaq boyasına bənzər izlər olan yastıq, Təqsirləndirilən şəxs istintaqa könüllü şəkildə təqdim etdiyi hadisə zamanı əynində olmuş 1 ədəd etiketində “RİCARDO” sözləri yazılmış tünd boz rəngli cins materialdan şalvar, 1 ədəd etiketində “HERMES” sözləri yazılmış qara rəngli, üzərində müxtəlif rənglərlə at şəkli olan qısaqol köynək, 1 ədəd etiketində “YİLDİZ” sözləri yazılmış tünd yaşıl rəngli trusik, həmçinin meyiti daşıyarkən əynində olmuş 1 ədəd etiketində “KONKO” sözləri yazılmış tünd narıncı və solğun qızılgül rəngli üçdüymə qısaqol köynək təqsirləndirilən şəxsin atası Şahid3 qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus 1 ədəd "Samsung J2 Core" markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - X9 meyitinə baxış keçirilərkən götürülmüş 1ədəd etiketində “silversun” sözləri yazılmış, arxa tərəfində isə qara hərflərlə “GİRLS UP” sözləri yazılmış üzərində müxtəlif rənglər olan ağ rəngli kətan materialdan uzunqol köynək, 1 ədəd ağ rəngli sintetik materialdan qısaqol mayka, 1 ədəd ağ rəngli cins materialdan şalvar, 1 ədəd ön tərəfi haşiyəli açıq mavi rəngli lifçik, 1 ədəd qara rəngli üçkünc güpür trusik, 1 ədəd ağ-qara rəngli idman ayaqqabısı, Şahid8ya məxsus “Samsung” markalı smartfon tipli mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə lifli ekspertizasına görə 154 (bir yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ41NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 ( üç yüz ) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. İlham İbrahimov