Məhkəmə qərarları › İş №1(109)-20/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-20/2024

29.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-20/2024 29.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 12:30 Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxx 1979-cu ildə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 4 uşaq atası, Naxçıvan MR, Dövlət Gömrük Komitəsinin X4 və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə xx xxxxxx 1985-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, Naxçıvan MR Maliyyə naziri vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2016-cı ilin fevral ayından etibarən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa və Sədərək gömrük idarələrində Maliyyə Tarif şöbəsinin rəisi, X29 İdarəsinin Mühasibat-uçot bölməsinin rəisi, eləcə də 2020-ci ilin oktyabr ayının 8-dən 2022-ci ilin noyabr ayının 23-nə qədər olan müddət ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X4 və ödənişlər şöbəsinin rəisi vəzifələrində xidmət edərkən öz qulluq mövqeyindən istifadə etməklə, Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsinə məxsus olan pul vəsaitlərini vahid niyyətlə talamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına idxal olunan, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzləşdirilmiş X3 Sisteminə (“VAİS”) daxil etməli olduqları halda bunu etməyərək, bu məlumatları həmin Sistemdən kənar özləri tərəfindən qanunsuz olaraq yaradılmış “TİR”, “GRP” kimi adlandırdıqları kompyuter proqram təminatlarına daxil edərək, həmin proqram təminatlarına daxil edilmiş mallara görə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan Sədərək, Culfa, Şahtaxtı, Naxçıvan şəhər, X20 Gömrük idarələrinin və “Naxçıvanterminalkompleks” Birliyinin inspektor və müfəttişləri, mühasibatlıq və gömrük əməliyyatları şöbələrinin müvafiq vəzifəli şəxsləri tərəfindən 2016cı ilin fevral ayından 2022-ci ilin sentyabr ayının sonunadək olan dövr ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində hissə-hissə olmaqla nağd qaydada yığılmış və idxal, ixrac, tranzit və digər rüsumlar formasında dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 273.000.000 (iki yüz yetmiş üç milyon) manat məbləğində onlara etibar edilmiş xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə talamışdır. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X4 və ödənişlər şöbəsinin rəisi və Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri vəzifələrində işləyərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 2016-ci ilin fevral ayının 10-dan 2020-ci ilin avqust ayının 19-na qədər olan müddət ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X4 və ödənişlər şöbəsinin rəisi vəzifəsində xidmət edərkən öz qulluq mövqeyindən istifadə etməklə, Təqsirləndirilən şəxs1 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət büdcəsinə məxsus olan pul vəsaitlərini vahid niyyətlə talamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına idxal olunan, ixrac edilən və tranzit nəqliyyat vasitələri ilə keçən mallara dair məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzləşdirilmiş X3 Sisteminə (“VAİS”) daxil etməli olduqları halda bunu etməyərək, bu məlumatları həmin Sistemdən kənar özləri tərəfindən qanunsuz olaraq yaradılmış “TİR”, “GRP” adlandırdıqları kompyuter proqram təminatlarına daxil edərək, həmin proqram təminatlarına daxil edilmiş mallara görə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan Sədərək, Culfa, Şahtaxtı, Naxçıvan şəhər, X20 Gömrük idarələrinin və “Naxçıvanterminalkompleks” Birliyinin inspektor və müfəttişləri, mühasibatlıq və gömrük əməliyyatları şöbələrinin müvafiq vəzifəli şəxsləri tərəfindən 2016ci ilin fevral ayından 2020-ci ilin avqust ayına qədər olan dövr ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində hissə-hissə olmaqla, nağd qaydada yığılmış və idxal, ixrac, tranzit və digər rüsumlar formasında dövlət büdcəsinə ödənilməli olan ümumilikdə 141.000.000 (yüz qırx bir milyon) manat məbləğində onlara etibar edilmiş xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, 19 avqust 2020-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək, dövlət büdcəsinə məxsus xüsusilə külli miqdarda pul vəsaitlərini mənimsəmə yolu ilə talamaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Naxçıvan Muxtar Respublikası ərazisində muxtar respublikanın dövlət müəssisələri tərəfindən yumşaq mallar, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və digər mal və materialların alınmasına görə fiziki və hüquqi şəxslərdən, o cümlədən Şahid30, Şahid31, Şahid32, Şahid33, Şahid34, Şahid36, Şahid35 və digərlərinin hesablarına həmin mal və materialların real bazar qiymətlərinə nəzərən qəsdən bilə-bilə şişirdilmiş qiymətlərlə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin hesabından köçürülmüş pul vəsaitinin 10 faizi miqdarında məbləğini fiziki şəxslər tərəfindən nağdlaşdırılaraq ona təqdim edilməsi yolu ilə Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin inzibati binasındakı xidməti iş otağında qəbul edərək, hissə-hissə olmaqla, ümumilikdə 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində dövlət büdcəsinə məxsus ona etibar edilmiş xüsusilə külli miqdarda pul vəsaitini 19 avqust 2020-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək olan dövr ərzində vahid niyyətlə mənimsəmə yolu ilə təkrar talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 19 avqust 2020-ci il tarixdən etibarən Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyindən istifadə edərək, dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitlərini israf etmə yolu ilə talamaq məqsədilə “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanının 1-ci hissəsi, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 12-ci bəndi, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsi, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı, “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanı, “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1610 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin tələblərinə qəsdən əməl etməyərək dövlət qulluqçusu olmayan işçilərə, yəni Şahid42 Bayram oğlu, X27, Şahid44, Şahid37, Şahid36, Şahid40, Şahid39 və Şahid43 19 avqust 2020-ci ildən 24 noyabr 2022-ci ilədək olan dövr ərzində qanunsuz olaraq əmək haqqı, mükafat, maddi yardım və digər əlavə müavinətlərin əsassız və qanunsuz olaraq ödənilməsini təmin etməklə dövlət büdcəsinə məxsus, ona etibar edilmiş külli miqdar hesab edilən 98.722,38 manat məbləğində pul vəsaitini vahid niyyətlə israf etmə yolu ilə təkrar talamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2001-ci ildə X38 Komitəsinin Xarici Əlaqələr bölməsinin inspektoru vəzifəsinə təyin olunaraq gömrük orqanlarında fəaliyyətə başlamış, 2009-2016-cı illərdə Culfa Gömrük İdarəsinin Maliyyə Tarif şöbəsinin rəisi, 2016-cı ilin iyul-sentyabr aylarında Sədərək Gömrük İdarəsinin Maliyyə Tarif şöbəsinin rəisi, 2016-cı ilin noyabr ayından 2019-cu ilin iyul ayınadək X29 İdarəsinin Mühasibat Uçot bölməsinin rəisi, 2019-2020-ci illərdə Culfa gömrük postunun rəisi, 2020-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayınadək isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X4 və Ödənişlər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Sonuncu təyinatı zamanı 08 oktyabr 2020-ci il tarixdə X38 Komitəsinin sabiq sədri Şahid25 onu qəbul edərək dövlətin rəsmi proqramı olan “VAİS” proqramından kənar idxal, tranzit əməliyyatları ilə bağlı qeyri-rəsmi olaraq idxalçılardan alınmış gömrük rüsumlarını, yığımları ərazi gömrük idarələrinin nümayəndələrindən qəbul edib, vaxtaşırı ona təhvil verməyi tapşırmışdır. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2016-cı ilədək işlədiyi gömrük orqanında yük və sərnişin xətti üzrə gömrük inspektorları tərəfindən idxalatçılardan, xarici avtonəqliyyat vasitələrinin sürücülərindən alınan, “VAİS”-da qeydiyyatı aparılmayan gömrük rüsum və yığımları yük şöbəsinin, sərnişin şöbəsinin rəisinə yaxud növbə rəisinə təhvil verilmişdir. Şöbə rəisləri həmin pulları sistemlə eyniləşdirilməsinin aparılması üçün ona gətirmiş, o da eyniləşdirmə başa çatdıqdan sonra sistemdən çıxan hesabatla birlikdə idarə rəisinə, idarə rəisi isə sabiq komitə sədri Şahid25 vermişdir. 2016-cı ildə Naxçıvan MR DGK Maliyyə Tarif şöbəsinin rəisi vəzifəsinə Təqsirləndirilən şəxs2 təyin olunmuş, onun təyinatından sonra VAİS-dən kənar idxallara görə gömrük rüsumları və yığımları ərazi gömrük idarəsinin gömrük əməliyyatları şöbəsinin rəisi tərəfindən yığılıb, idarə rəislərinə deyil, Təqsirləndirilən şəxs2 təqdim olunmağa başlanmışdır. Dövlətin qanuni proqramı olan “VAİS” proqramından əlavə 2009-2010-cu illərdə yaradılmağa başlanan, qeyri-rəsmi “TİR” proqramı və “GRP” proqramı mövcud olmuşdur. “GRP” proqramında idxal və ixrac rüsumlarının, “TİR” proqramında isə yalnız tranzit maşınlar və ya ölkəyə gələn maşınların qeydiyyatı aparılmışdır. Hər iki qeyri-qanuni proqramın yaradılma səbəbi qeyri-rəsmi toplanan rüsum və yığımların sistemləşdirilməsi, qəbz verilməsi və həmin qəbzlərlə ödənişlərə nəzarət edilməsi olmuş, bununla da “VAİS” proqramından kənar yığılan vəsaitin mənilsənilməsinin qarşısı tamamilə alınmışdır. Komitə sədri idarə rəisinə günlük 5-10 maşının rəsmi proqrama, qalan maşınların isə qeyri-rəsmi proqrama işlənməsi ilə bağlı göstəriş vermiş, beləliklə toplanan bütün vəsait dövlət büdcəsinə ödənilməli olmasına baxmayaraq vəsaitin təxminən yarı faizi mənilsənilmişdir. Vəsait həm dollarlarla həm də milli valyuta ilə yığılmış, gün ərzində toplanan vəsaitin məbləği fərqli olmuş, komitə sədrinə təhvil verilməmişdən əvvəl müəyyən olunmuş ümumi qayda əsasında milli valyuta ilə toplanan vəsait "xxxx" MMC-də çalışan Nurlan adlı şəxsin vasitəsilə dollara çevrilmiş və o şəkildə təhvil verilmişdir. O, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X4 və Ödənişlər şöbəsinin rəisi vəzifəsində xidmət edərkən yerlərə təhkim olunmuş hər idarə üzrə yük şöbəsinin yaxud maliyyə şöbəsinin topladığı vəsait ona təqdim olunmuş, sistemlə yoxladıqdan sonra növbəti ayın 10-15-i aralığında Şahid25 kabinetində şəxsən özünə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində son olaraq göstərmişdir ki, kiməsə rəsmi yaxud qeyri-rəsmi ödənişlərin toplanması ilə bağlı göstəriş verməmiş, hansısa idxalçıdan yaxud iş adamından şəxsi otağında pul almamış, toplanan pulu cəmləyib hesabatla birlikdə təhvil vermiş, fəaliyyətə başladığı vaxtdan davam edən prosesin iştirakçısı olmuş, dövlətin generalı tərəfindən verilən tapşırığı icra etmişdir. O, vəzifəyə təyin olunan zaman qeyriqanuni ödənişlər yığıldığını bilmiş, onsuz da prosesin davam edəcəyini düşünərək vəzifədən imtina etməmiş və gədən proseslərə etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs1 yerlərdə işləyərkən ona aylıq 400-500 manat, mərkəzdə işlədiyi 2 il ərzində isə 3000 manat paket verildiyini, qurulan sistemə görə paketdən əlavə istintaq zamanı tərəfindən mənilsənildiyi göstərilən ortalama 132.000.000 milyon manatdan 1 manat belə mənimsəməsinin mümkün olmadığını söyləmişdir. Belə ki, komitə sədrinin özü də sistemə daxil edilən vasaiti görmüş, sistemdən çıxan hesabat ona vəsaitlə birlikdə təqdim olunmuş, həmçinin idarə rəislərinin öz hesabatını qəbul edib sistemin hesabatı ilə yoxladıqdan sonra vəsaiti qəbul etmişdir. O, Şahid25 yığılan vəsaiti kimə təqdim etməsi barədə məlumatının olmadığını və qeyri-qanuni prosesdə iştirakçı olduğu üçün peşman olduğunu da qeyd etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ilin mart ayının 2-də müsabiqə qaydasında NMR Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, gömrük idarələrindən daxil olan rəsmi ödənişlərin qeydiyyatını aparmışdır. 2011-ci ilin may ayının 10-a qədər həmin vəzifədə, 2011-ci ilin may ayının 10-dan 2016-cı ilin fevral ayının 16-na qədər Naxçıvan Şəhər Gömrük İdarəsinin Maliyyə Tarif şöbəsinin rəisi kimi rəsmiləşdirmə sahəsində işləməyə başlamışdır. İşə qəbul olduğu ilk vaxtlardan rəsmi və qeyri-rəsmi iki sahənin mövcud olduğunu bilmiş, rəsmi şöbədə daxil olan ödənişlərə komitənin Maliyyə Tarif şöbəsi aylıq nəzarət etmişdir. Gömrük idarələrində qeyri-rəsmi sahə isə yük və sərnişin istiqaməti olmaqla iki hissədən ibarət olmuşdur. 2009-2010-cu illərdə Şahid25 təşəbbüsü ilə Naxçıvan MR Gömrük Komitəsinin Statistika Şöbəsi tərəfindən hazırlanmış və qismən fəaliyyət göstərməyə başlayan qeyri-rəsmi “TİR” və “GRP” proqramları mövcud olmuşdur. Şahid25 və proqramist kimi işə qəbul edilən Emin Eylazov 2009-2010-cu illərdə bu rəsmi olmayan proqramların üzərində işləyərək yerlərdə tədris olunmasına çalışmış, 2011-2012ci illər ərzində rüsumlar tədricən həmin proqramlarda qeydiyyata alınmış, 2016-cı ildə proqramlar tam təkmilləşdikdən sonra rüsumların bu proqramlara işlənməsinə Mobil və Qaçaqmalçılıq şöbələri nəzarət etmişdir. “TİR” və “GRP” proqramları tam rəsmi formatda qurulmuşdur. Belə ki, yük və sərnişin şöbələrinin inspektorları rəsmi “VAİS” proqramına da daxil olan şəxsi kartları vasitəsilə qeyri-rəsmi yaradılmış “TİR” və “GRP” proqramlarına daxil olub məlumatı işləmiş, proqramda rüsumu alan gömrük inspektorunun adı, soyadı, vəzifəsi, hansı saatda, hansı tarixdə aldığı və malın adı qeyd olunmuş, sistemdən çıxan qəbzlər inspektor tərəfindən möhürlənmiş və idxalçı yaxud ixraççı həmin qəbz əsasında ödənişini etmişdir. Həmin proqramlara sərhəd gömrük idarələrində inspektorlar və şöbə rəislərinin giriş icazəsi olmuş, komitədə proqrama giriş yaxud müdaxilə mümkün olmamış, yalnız toplanan vəsaitin miqdarına baxmaq mümkün olmuşdur. Sərnişin və yük şöbəsindən inspektorlar tərəfindən toplanan ödənişlər günün sonunda aidiyyatı üzrə yük şöbəsinin rəisinə və ya sərnişin şöbəsinin rəisinə təhvil verilmişdir. Ümumilikdə postlara təhkim olunmuş inspektorlar tərəfindən toplanan rüsumlar günün sonunda idarənin şöbə rəislərinə, şöbə rəisləri ay sonunda idarə rəislərinə, idarə rəisləri isə həmin vəsaiti komitənin sabiq sədri Asəf Məmmədova təhvil vermişdir. Təqsirləndirilən şəxs2 16 fevral 2016-cı ildə Dövlət Gömrük Komitəsinin X4 və Ödənişlər şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra da həmin proses davam etmişdir. Yığılan vəsait idarə rəisləri tərəfindən birbaşa komitə sədrinə təhvil verildiyi üçün sistemin düzgün işləyib-işləməməsi müəyyən etmək mümkün olmamış, prosesin mərkəzləşdirilmiş qaydada təşkil olunmasına, “TİR” və “GRP” proqramları ilə təhvil verilən vəsaitlərin eynilik təşkil edib-etmədiyinə nəzarət olunmasına qərar verilmişdir. 2017-ci ilin mart-aprel aylarında komitə sədri X47 Gömrük İdarəsi, Şahtaxtı Gömrük İdarəsi, Naxçıvan Şəhər Gömrük İdarəsi, X20 Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi və X25 Birliyindən yığılan vəsaitin idarə rəisləri tərəfindən birbaşa komitə sədrinə verilməməsini, komitənin Maliyyə Tarif şöbəsinə verilməsini, maliyyə şöbəsinin ay sonunda “TİR” və “GRP” proqramlarındakı məbləğlərlə üzləşdirdikdən sonra eynilik təşkil etdiyi halda komitə sədrinə təhvil verməsini tapşırmış, həmin vaxtdan deyilən qaydada işlənmişdir. Mal və ya nəqliyyat vasitəsi daxil olarkən idarə rəisi komitə sədri ilə əlaqə saxlayaraq ondan alınan ödənişin rəsmi “VAİS” proqramına yaxud qeyri-rəsmi “TİR” və ya “GRP” proqramlarına işlənməsini Naxçıvan MR Gömrük Komitəsi üçün il ərzində müəyyən olunmuş büdcə proqnozunun dolmasını nəzərə almaqla qərarlaşdırmış, bundan sonra yerlərdə inspektorlar, şöbə rəisləri ona uyğun rəsmiləşdirməni həyata keçirmişdir. Yük sərnişin və maliyyə şöbəsi toplanan vəsaitlə bağlı idarə rəisinə ay sonunda hesabat vermiş, daha sonra idarə rəisləri üzləşmə aparaq həmin vəsaiti maliyyə şöbəsinə təhvil vermiş, maliyyə şöbəsi isə dollarla yığılan vəsaiti dollar şəklində manatla yığılan vəsaiti isə dollara dəyişdikdən sonra hesabatla birlikdə komitə sədrinə təhvil vermişdir. Komitə sədri Asəf Məmmədov və 2018-ci ildən etibarən komitə sədri təyin olunmuş Şahid25 şəxsən Kapital Bankla, Mərkəzi Bankla yaxud "xxxx" MMC-də Nurlan adlı şəxslə danışaraq manatla yığılan vəsaitin dollarla dəyişdirilməsini təmin etmişdir. Son olaraq komitə sədri idarə rəislərini yenidən hesabata çağıraraq üzləşmə aparmış bununla da proses yekunlaşmışdır. Komitə sədrinin göstərişi ilə toplanan vəsaitin sistem üzrə hesabatlarla təhvil verilməsi eləcə də dəfələrlə aparılan üzləşmələr vəsaitdən 1 manatın belə mənilsənilməsini mümkünsüz edir, alınan bütün rüsumlar komitə sədrinə təhvil verilirdi. Təqsirləndirilən şəxs2 19 avqust 2020-ci ildə maliyyə naziri təyin olunmuş və ondan əvvəlki dövrdə X26 ASC və Melorasiya və Su Təsərrüfatı ASC-də ehtiyat hissələrinə şişirdilmiş qiymətlər qeyd olunduğunu görüb Seymur Talıbova bu barədə bildirmiş, bu zaman razılıq alınaraq şişirdilmiş qiymətlərin qeyd olunduğunu öyrənmişdir. R.X33 göstərişi əsasında maliyyə naziri işlədiyi dövrdə ehtiyyat hissələrinin yalnız müəyyən olunmuş fiziki şəxslər tərəfindən satılacağı, həmin fiziki şəxslərin hər ayın sonunda satılan mallara görə köçürülmüş vəsaitin 10 faizini nağd formada təqdim edəcəkləri barədə göstəriş vermişdir. Naxçıvan MR Ali Məclisindən bütün dəftərxana təsərrüfat mallarının X21 Birliyindən alınması ilə bağlı da tapşırıq verilmiş, ona görə də birmənalı olaraq bütün alışlar oradan həyata keçirilmişdir. O, 10 faizlərin yığılmasının ondan əvvəlki dövrdə mövcud olduğunu, özünün də bu barədə göstəriş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 fiziki şəxslərin heç birini xidməti otağında qəbul etməmiş, onlar 10 faizləri Naxçıvan MR Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdirinə təhvil vermiş, lakin ödənilən hər bir manatdan Təqsirləndirilən şəxs2 məlumatı olmuş, ona hesabat verilmişdir. 10 faizlərin alınmasına görə ortalama 3.120.000 (üç milyon yüz iyirmi min) manat məbləğində pul yığılmış, həmin məbləği hesabatla birlikdə şəxsən Seymur Talıbova təqdim etmişdir. Təqsirləndirilən şəxs2 8 nəfər dövlət qulluqçusu olmayan əməkdaş barədə danışarkən qeyd etmişdir ki, həmin əməkdaşlar ondan əvvəlki maliyyə nazirinin şifahi göstərişi əsasında müsabiqədənkənar işə qəbul olunmuş, lakin dövlət qulluqçularının reyestrinda adları olan əməkdaşlardır. Həmin əməkdaşlar sırasında maliyyə nazirinin müavini də olmuş, onlar imtahanlarda iştirak edib sertifikat əldə etmədikləri halda işə qəbul olunduqları vaxtdan etibarən dövlət qulluqçusu statusu daşımış, dövlət qulluçusu kimi üstünlüklərdən (ixtisas dərəcəsinə görə əlavə, mükafat və s) yararlanmış və onun vaxtında da yararlanmağa davam etmişlər. Həmin şəxslərin işə davam etməsilə bağlı heçkim göstəriş verməmiş, sadəcə kadrlar şöbəsindən həmin şəxslərin adlarının dövlət qulluqçularının reyestrində qeyd olunduğu bildirildiyi üçün qanunsuzluğun aradan qaldırılması ilə bağlı tədbir görməmişdir. R.X39 komitə sədri olduğu müddətdə paket almamış, Şahid25 dövründə isə 1500 manat paket almışdır. Maliyyə Tarif şöbəsinin hər bir əməkdaşı bir gömrük idarəsinə nəzarət etdiyindən hər ayın sonunda ona verilən paketdən həmin əməkdaşlara da vermişdir. Maliyyə Naziri kimi fəaliyyət göstərdiyi dövrdə isə 2300 manat maaş, 15000 manat paket almış, paket ay sonunda Seymur Talıbovun sürücüsü vasitəsilə ona çatdırılmış, o, yenədə həmin paketdən nazirliyin əməkdaşlarına vermişdir. Naxçıvan MR Maliyyə Nazirliyində müavinə, şöbə müdirlərinə, Xəzinədarlıq şöbəsinin işçilərinə dövlətin əmək haqqından əlavə əmək haqqı ödənilmiş, 1200 manat müavinə, 1200 manat xəzinə şöbəsinin müdirinə, 1000 manat büdcə şöbəsinin müdirinə vermiş, ona verilən paketdən özünə 7500-8000 manat pul qalmışdır. Təqsirləndirilən şəxs2 fəaliyyəti dövründə mənilsənilən ortalama məbləğin 141.000.000 manat müəyyən edildiyini qeyd etmişdir. Lakin bu vəsaitin 1 manatı belə ona çatmamış, ümumiyyətlə qurulan sistemə və edilən nəzarətə görə onun tərəfindən mənilsənilmə faktı mümkün olmamışdır. Qanunsuz proseslərin icrası ilə bağlı ona nə gömrük orqanlarındakı fəaliyyəti zamanı, nə də maliyyə naziri işlədiyi müddətdə təzyiq və təsir olmamışdır. Gömrük orqanında işləməyə başlayan hər bir əməkdaş o cümlədən özü X3 Sistemindən əlavə sistemin mövcudluğunun qanunsuz olduğunu dərk etmiş, lakin gizli prosedur getmədiyi, möhürlənmiş qəbzlə ödənişlər edildiyi üçün narahat olmamışdır. Maliyyə naziri olduğu müddətdə isə edilən qanunsuzluqlarla bağlı yanlış istiqamətləndirildiyi üçün tədbir görməmişdir. Hər bir halda bu proseslərə cəlb olunan zaman məsuliyyətini dərk etməli olduğundan özünü qismən təqsirli bildiyini və törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, dövlət büdcəsinə ziyan vurulması ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs istintaq və məhkəmə proseslərində iştiraklarını etibarnamə ilə ona həvalə etmişdir. Dövlət büdcəsinə vurulmuş ziyan və işin halları təqdim olunan ittiham aktında olan materiallarla tanış olarkən ona məlum olmuşdur. Hazırki iş üzrə dövlət büdcəsinə vurulmuş ziyanın, yəni, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın tam həcmdə ödənilməsini təqsirləndirilən şəxslərdən tələb edərək məhkəmədən bunun təmin edilməsi ilə bağlı tədbir görülməsini xahiş edir. Dəymiş zərərin iş materiallarında göstərilən rəqəmi ilə razı olmaqla istintaq zamanı 40.000.000 manat ödəniş olunduğunu, sonrakı ödəniş barədə onlarda məlumat olmadığını, qalan vəsaitin ödənilməsini tələb etdiklərini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Culfa Gömrük İdarəsində gömrük əməliyyatları şöbəsinin rəisi işlədiyi müddətdə yığılan pulların bir hissəsi qeyri-rəsmi “GRP” proqramı vasitəsilə işlədiyi yük şöbəsindən bir hissəsi isə maliyyə şöbəsindən yığılmışdır. Alınan rüsumlar sistem üzərindən dövlət büdcəsinə vurulmalı olmasına baxmayaraq əldə yığılaraq hesabatla birlikdə əvvəlcə maliyyə şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 daha sonra Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Ay ərzində işlədiyi yük şöbəsindən təxminən 80.000-150.000 manat aralığında vəsait yığılmışdır. Yük şöbəsində adətən milli valyuta ilə ödənişlər alınsa da, vəsaitin bir qismi 10.000-30.000 dollar aralığında olmuşdur. Post rəisləri isə digər qeyri-rəsmi proqram olan “TİR” proqramında qeydiyyat apararaq tırlardan ödənişləri dollar şəklində almışdır. İşləməyə başladığı ilk vaxtlardan bu qayda mövcud olmuş, etiraz edəcəyi təqdirdə komitə sədri yaxud onun müavini tərəfindən işdən azad olunacağından çəkinmişdir. Şöbə rəisi olduğu üçün həmçinin yanacaq internet kimi xərclər üçün ona aylıq 500 manat paket verilmişdir. Şahid11 hazırda Naxçıvan Baş Gömrük İdarəsinin Monitorinq Şöbəsində rəis vəzifəsində işlədiyini alınan rüsumların dövlət büdcəsinə işləndiyini və 2022-ci ildən artıq xoşagəlməz halların aradan qaldırıldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2018-ci ildən etibarən Şahtaxtı Gömrük İdarəsində Əməliyyatlar Şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində Naxçıvan MR DGK-nin sədri Şahid25 göstərişi əsasında qeyri-qanuni “TİR” proqramı vasitəsilə vəsait yığılıb idarənin maliyyə şöbəsinə təhvil verilmişdir. Belə ki, rəsmi “VAİS” proqramı mövcud olsa da yalnız qeyrirəsmi proqramla işlənmiş, son 2-3 ay ərzində rəsmi proqramla işlənməsi barədə göstəriş verilmişdir. Aylıq təxminən 200.000 manat vəsait yığılmış, şöbə rəisi kimi aylıq yığılan məbləği bilmiş, vəsait idarənin maliyyə şöbəsinə qeyri-rəsmi “TİR” proqramında ətraflı qeydiyyat aparılaraq təhvil verilmişdir. Şahid20 işlədiyi müddətdə 500 manat paket almışdır. Şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, “Ziyalı” məktəb və ofis ləvazimatları mağazasının sahibidir. 2021-ci ilin yanvar ayında Naxçıvan MR Maliyyə Nazirliyində xəzinədar vəzifəsində çalışan Şahid36 ona dövlət təşkilatlarına köçürmə yolu ilə satış etmək istəyirsə hər ayın sonu qazancının 10 faizini nağd şəkildə ona təqdim etməli olduğunu və bunun maliyyə naziri Təqsirləndirilən şəxs2 göstərişi olduğunu bildirmişdir. O, dövlət təşkilatlarına satış edə bilmək üçün 2022-ci ilin avqust ayınadək aylıq təxminən 2000-3000 manat pulu zərfin içərisinə qoyaraq Maliyyə Nazirliyində Şahid36 təqdim etmiş, Şahid36 həmin pulu kimə verdiyini bilməmiş, Təqsirləndirilən şəxs2lə şəxsən görüşməmişdir. Şahid32 qanuni və ümumi prosedur olduğunu düşündüyü üçün ay sonunda qazancının 10 faizini Şahid36 verməsi ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, Sədərək Gömrük İdarəsinin Əməliyyatlar Şöbəsinin rəisi işlədiyi vaxtda idxal olunan yüklərə baxış keçirib gələn malın dəyərinə görə nağd şəkildə milli valyuta ilə rüsum yığılaraq Sədərək Gömrük İdarəsinin maliyyə şöbəsinin rəisi Şahid5 təhvil verilmişdir. Aylıq təxminən 800.000- 1.000.000 manat aralığında yığılan vəsaiti Şahid5 təhvil verdikdən sonra onun pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verməsi barədə eşitmiş, amma şəxsən şahidi olmamışdır. Rəsmi “VAİS” proqramı mövcud olsa da həmin proqramla işləməmiş, rüsumlar nağd şəkildə toplanmışdır. Naxçıvan DGK-də Naxçıvan Şəhər Gömrük İdarəsində inspektor işlədiyi vaxtlarda da Türkiyə Cumhuriyyəti və Bakı şəhərindən idxal olunan yüklərdən rüsumlar yığılaraq maliyyə şöbəsinə təhvil verilmişdir. Şahid22 Naxçıvan DGK-nin X34 gömrük əməkdaşları bölməsinin rəisi işlədiyini, artıq qanuni sənədləşmə aparıldığını, Sədərək Gömrük İdarəsinin Əməliyyatlar şöbəsinin rəisi işlədiyi vaxtda 1000 manat paket aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, şöbə rəisi Emin Eylazovun tapşırığı əsasında Şahid2la birlikdə göstəriş verilən kompüterlərdə olan sərt yaddaş qurğularını götürüb yenisi ilə əvəz etmiş, köhnə sərt disk qurğularını Naxçıvan MR Dövlət Gömrük Komitəsinə təhvil vermişlər. Həmin sərt disk qurğularının içərisində hansı məlumatların olduğunu, onların hansı səbəbə və necə məhv ediləcəyini bilməmişdir. Şahid7 ifadəsinə əlavə olaraq bildirmişdir ki 2011-ci ildən etibarən rəsmi “VAİS” proqramından əlavə, qeyri-rəsmi “TİR” və “GRP” proqramları da mövcud olmuş, həmin proqramlarla işləməmiş, lakin şənbə və bazar günləri yığılan qeyri-qanuni vəsaiti bazar ertəsi səhər şöbə rəisi Şahid5 çatdırmışdır. Şahid5 Şərur şəhərində olduğundan vəsaiti şəxsən yaxud şəhərə gələn digər işçilər gətirib Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 təhvil vermiş, dəqiq məbləği xatırlamamışdır. O, toplanan vəsaitin qanunsuz olduğunu, əslində dövlət büdcəsinə köçürülməli olduğunu bilmiş, işdən azad olunmamaq üçün etiraz etməmiş, həmin pulun sonda kimlər tərəfindən mənimsənildiyi barədə bilməmişdir. Şahid7 2011-ci ildə sadəcə ilk 3 ay 200 manat məbləğində paket almışdır. Şahid qismində dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, Naxçıvan MR Maliyyə Nazirliyi yanında maliyyə tədris mərkəzinin baş mühasibi vəzifəsində çalışmış, 01 mart 2021-ci ildən Naxçıvan MR Maliyyə Nazirliyinin baş məsləhətçi mühasibi vəzifəsində işləməyə başlamışdır. Əmək haqqıların ödənilməsi zamanı cari ilin əvvəlində kadrlar şöbəsi əmək haqqına əlavə sənədini hazırlayıb təhvil vermiş, onun əsasında ştat cədvəli hazırlanaraq rəhbər Təqsirləndirilən şəxs2 tərəfindən təsdiqlənmişdir. Daha sonra həmin ştat cədvəlinə əsasən əmək haqqı cədvəli hazırlanmış və əmək haqqı ödənişləri verilmişdir. Şahid41 Maliyyə Nazirliyinin aparatında inzibati vəzifələrə müsabiqədənkənar qəbul olunmuş 8 nəfər əməkdaşın 2017-ci ildən etibarən fəaliyyət göstərdiyini, onların qanuni yoxsa qeyri-qanuni yolla işə götürüldükləri barədə bilmədiyini demişdir. Həmin əməkdaşlar dövlət qulluğu reyestrnda, eləcə də əmək müqaviləsi sistemində təsdiqləndiqlənmiş, bununla bağlı əlavə araşdırma aparmaq ixtiyarı olmamış, kadrlar şöbəsinin verdiyi ştat cədvəlinə əlavə əsasında ştat cədvəli hazırlanmışdır. 8 nəfər əməkdaş dövlət qulluqçusu kimi ixtisas dərəcəsi almış, ixtisas dərəcəsinə və dövlət qulluğunda stajına görə onlara əlavələr verilmiş, dövlət qulluğundakı stajlarının başlanğıcı kadrlar şöbəsinin verdiyini əlavə əsasında hesablanmışdır. Şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərmişdir ki, 09 fevral 2017-ci ildən 01 iyul 2020-ci ilədək Naxçıvan MR Maliyyə Nazirliyində işləmişdir. Maliyyə Nazirliyində işləməyə başlamazdan əvvəl Mərkəzi Bankda işləmiş, orada Səbuhi Məmmədovun köməkçisi olmuş, X35 Naziri təyin olunduqdan sonra onu nazir köməkçisi kimi Maliyyə Nazirliyində işə götürmüşdür. Ona dövlət qulluqçusu statusu veriləcəyini, həmin statusa görə bütün üstünlüklərdən yararlanacağını bildirmişdir. Şahid37 Mərkəzi bankın dövlət qulluğunun xüsusi növü olduğunu, orada imtahan vermədən rəhbərin birbaşa olaraq şəxsi işə götürmək səlahiyyətinin olduğunu, Maliyyə Nazirliyində işləməyə başlayarkən də dövlət qulluqçusu kimi bərpa olunduğunu, ona görə də qeyri-qanuni hala yol verilmədiyini qeyd etmişdir. Həmçinin Azərbaycan X41nin 2023-cü ilin sisteminə inteqrasiya olarkən DİM avqust ayının 1-ə qədər olan bütün köçürmə proseslərini qanuni saymışdır. Şahid37 2019-cu ildən etibarən dövləət quluqçusu üçün nəzərdə tutulmuş əmək haqqına əlavələri almışdır. Şahid qismində dindirilmiş Şahid44 ifadəsində göstərmişdir ki, Naxçıvan MR DİN-də mühafizə şöbəsinin serjant rütbəsində çalışdığından xüsusi dövlət qulluğunda staji olmuş, daha sonra Mərkəzi Bankda işləməyə başlamış, daha sonra ehtiyac olduğu üçün Maliyyə Nazirliyində Xidmət və Təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə işlədiyi dövrdə dövlət qulluqçusu statusu daşıyaraq həmin statusdan irəli gələn üstünlüklərdən yararlanmışdır. Şahid44 əlavə olaraq bildirmişdir ki, ildə iki dəfə olmaqla ilin əvvəlində 3 aylıq və ilin bitməsinə 3 ay qalmış bütün rayonlara, idarə və təşkilatlara Naxçıvan MR Ali Məclisin xətti ilə yoxlamalar gedirdi. Belə ki, Ali Məclisin maşınlarından biri yoxlama dövründə onlara təhkim olunur, Ali Məclisin nümayəndəsi və Maliyyə Nazirliyinin nümayəndəsi yoxlamaya gedir, həmin avtomobilin yanacağı ödəniş edilməməsini baxmayaraq Maliyyə Nazirliyi tərəfindən təmin olunurdu. Bir müddət sonra yanacaq üçün aylıq müəyyən olunan həddən artıq vəsait xərcləndiyi və yanacaq sərfiyyatı çox olduğu üçün sabiq Baş Nazir Səbuhi Məmmədovun göstərişi ilə Ali Məclisin balansındakı maşınlara yanacaq verilməsi dayandırılmışdır. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hazırda X36 böyük inspektor vəzifəsində işləyir. Yığılan qeyri-qanuni pullar barədə məlumatı olsa da onların yığılmasında və təhvil verilməsində iştirak etməmişdir. Culfa Gömrük İdarəsində rəis işlədiyi müddətdə post üzrə yığılan məbləğ post rəisi tərəfindən, rəsmiləşdirmə şöbəsi üzrə toplanan məbləğ isə həmin şöbənin rəisi tərəfindən ayrı-ayrılıqda maliyyə şöbəsinə təhvil verilmişdir. Aylıq toplanan məbləğlər fərqli olmuş, təxminən 400.000-500.000 dollar, 300.000-450.000 manat yığılmışdır. Şahid8 2011-ci ildən gömrük orqanlarında işləməyə başladığını, həmin vaxtdan etibarən qeyri-rəsmi “GRP” və “TİR” proqramlarının mövcud olduğunu, Culfa Gömrük İdarəsində işlədiyi dövrdə də qeyri-rəsmi proqramlarla və rəsmi “VAİS” proqramı işləndiyini, hansı malların rəsmi, hansı malların qeyri-rəsmi proqramda qeydiyyata alınacağına Naxçıvan MR Gömrük Komitəsi qərar verdiyini bildirmişdir. Toplanan vəsait üzrə çıxarılan hesabatlar qeyri-rəsmi ödənişlərlə bağlı olduğundan imzalanmamış, toplanan vəsaitin məbləği bilinsə də proqramlarla bir neçə yerdən eyniləşdirilmə aparıldığından onlara müdaxilə etmək mümkünsüz olmuşdur. Ödənişlərin aidiyyatı üzrə proqram təminatına vurulmasına maliyyə işçiləri nəzarət etmişdir. Şahid8 Culfa Gömrük postunda rəis işləyərkən 2000-3000 manat, hadisələrə 4-5 ay qalmış 5000 manat paket almışdır. O, Şahtaxtı Gömrük İdarəsində rəis əvəzi işlədiyi vaxtda da təxminən 1.200.000-1.440.000 dollar aralığında pulların yığılıb eyni qaydada maliyyə şöbəsinə verildiyini, həmin vaxtı maliyyə şöbəsinin rəisinin Təqsirləndirilən şəxs2 olduğunu qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsində müqavilə ilə elektrik işləyir. Keçmiş rəisi Şahid3 onu tanımadığı həyətə aparıb torbaya yığılmış, sayını dəqiq xatırlamadığı qara qutular verərək kəsməsini istəmiş, o da “laqonda” vasitəsilə kəsmiş, lakin nə kəsdiyini bilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, şöbə rəisi Emin Elyazov ona müəyyən kompüterlərin sərt disk qurğularının mərhələ-mərhələ dəyişdirilməsini tapşırmışdır. O, Şahid7lə birlikdə təxminən 25-30 kompüterin sərt disk qurğularını işlək vəziyyətdə olmasına baxmayaraq uzun müddət istismar olunduqları üçün dəyişmiş, Naxçıvan MR Gömrük Komitəsinin maddi təchizat şöbəsinin rəisi Şahid3 təhvil vermişdir. Lakin sonradan dövlət büdcəsinə ödənməli olan ödənişlərin qeyri-qanuni proqramlarla yığılaraq büdcəyə ödənmədiyini, həmin qeyri-qanuni proqramların ləğvi üçün sərt disk qurğularının dəyişdirildiyini anlamışlar. Sözügedən qeyri-rəsmi “GRP” və “TİR” proqramlarından əlavə onlayn işləyən rəsmi “VAİS” proqramı da mövcud olmuşdur. Şahid2 yığılan pullar barədə eləcə də işlətmədiyi üçün “GRP” və “TİR” proqramları barədə bilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, X36 rəis əvəzi vəzifəsində işlədiyi müddətdə yığılan qeyri-rəsmi vəsait barədə məlumatı olsa da heç bir əlaqəsi olmamışdır. Postun gələn tırları qeyd etdiyi qeyri-rəsmi “TİR” proqramı, yük xəttində malların rəsmiləşdirilməsi üçün isə rəsmi olmayan “GRP” proqramı mövcud olmuş, inspektorlar gün ərzində həmin proqramlar vasitəsilə ödənişləri toplayıb növbəti gün səhər maliyyə şöbəsinə təhvil vermiş, maliyyə şöbəsi isə Naxçıvan MR Gömrük Komitəsinin maliyyə şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 çatdırmışdır. Pulların yığılmasında iştirak etmədiyi üçün ay ərzində yığılan pulun miqdarını bilməmiş, tır xəttindən təxminən 500.000-1.000.000 manat aralığında vəsait toplanmış, vəsaitin yığılmasına Sədərək Gömrük İdarəsinin rəisi nəzarət etmişdir. “TİR” və “GRP” qeyri-rəsmi proqramlarından əlavə rəsmi “VAİS” proqramı da olmuş, gələn tırlardan sadəcə “BYD” sənədi olanlar rəsmi proqrama işlənmişdir. Yığılan vəsait dövlət büdcəsinə ödənməli olsa da ödənməmiş, qeyri-rəsmi proqram vasitəsilə yığılan pullar çoxluq təşkil etmiş, gedən prosesə heç kəs etiraz edə bilməmişdir. Şahid10 son olaraq 1000 manat məbləğində paket aldığını da bildirmişdir. Şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında Şahtaxtı Gömrük İdarəsində rəis əvəzi işləməyə başlamış, 1 ildən sonra rəis vəzifəsinə təyin olunmuşdur. Şahtaxtı Gömrük İdarəsində gömrük rəsmiləşməsi bölməsi və gömrük postu əməkdaşları yük və sərnişin xəttindən toplanan qeyri-qanuni ödənişləri təxminən 10 il əvvəldən mövcud olan qeyri-qanuni “TİR” və “GRP” proqramları ilə qeydiyyata almışlar. Günün sonunda və ya növbəti gün toplanan vəsaitin həmin proqramlarla eyniləşdirilməsi aparılıb idarənin gömrük tənzimlənməsi şöbəsinin rəisinə təhvil verilmiş, gömrük ödənişləri bölməsinin rəisi isə vəsaiti ay sonunda Naxçıvan MR Gömrük Komitəsinin maliyyə taarif şöbəsinə çatdırmışdır. Bir müddət Şahid18, ondan sonrakı dövrdə Səməd Hacıyev, təxminən 3-4 aylıq qısa müddət ərzində isə Namiq Hüseynov toplanan vəsaiti aparıb komitənin maliyyə tarif şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Aylıq “TİR” proqramı ilə yığılan pulun təxmini məbləği 200.000-400.000 dollar, “GRP” proqramı ilə yığılan pulun təxmini məbləği isə 150.000-220.000 manat olmuş, ümumiyyətlə “TİR” proqramında vəsait dollarla, “GRP” proqramında isə manatla qəbul edilmişdir. Bu iki proqramdan əlavə rəsmi “VAİS” proqramı da mövcüd olmuş, lakin gələn maşınların əksəriyyəti qeyri- rəsmi “TİR” proqramına, az qismi isə rəsmi “VAİS” proqramına işlənmişdir. Şahid29 qeyri-qanuni vəsait toplanmasının artıq illərdir müəyyənləşdirilmiş bir qayda olduğunu, həmin vaxt heç kəsin cürət edib bu barədə soruşmadığını, özünün də Təqsirləndirilən şəxs1 yığılan pulun sonda kimə çatması ilə bağlı maraqlanmadığını, vəsait proqramlar vasitəsilə toplandıqdan sonra eyniləşdirilmə aparıldığından heç bir müdaxilə etməyin mümkün olmadığını bildirmişdir. Şahtaxtı Gömrük İdarəsində sərnişin xətti bağlı, idxal xətti məhdud olmuş, sadəcə tranzit xətti işləmiş, yığılan pullar ay ərzində gələn maşınlardan əldə edilən gəlir olmuş, idxal xəttində mal sahibləri manatla, xarici vətəndaş olan tır sürücüləri isə dollarla ödəniş etmişdir. O idarə rəisi kimi bu barədə heç bir göstəriş vermədiyini, məsələ ilə bağlı öhdəliyi yaxud məsuliyyəti olmadığını da qeyd etmişdir. Şahid29 rəis ilədiyi müddət ərzində 3000 manat məbləğində paket almışdır. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 22 dekabr 2004-cü ildən Naxçıvan MR Dövlət Gömrük Komitəsi X31 Gömrük İdarəsində maliyyə taarif şöbəsində işləmiş, 2009-cu ildə həmin şöbənin rəisi təyin olunmuşdur. 2016-cı ildən etibarən Culfa Gömrük İdarəsinin mühasibat uçotu və təchizat şöbəsinin rəisi işləməyə başlamışdır. Həmin vaxt Culfa Gömrük İdarəsində sərnişin xəttində “mafiət” deyilən anlayış olmuş, müvafiq proqram təminatı vasitəsilə inspektorlar tərəfindən qeydiyyatı aparılmış, o, gün sonunda aparılan qeydiyyatları yoxlayıb rəhbərliyə toplanan vəsaitlə bağlı məlumat vermiş, ay sonunda isə təxminən 50.000-60.000 manat pulu hesabatla birlikdə 2017-ci ildə idarə rəisinə, bir il sonra isə tapşırıq əsasında Naxçıvan MR Dövlət Gömrük Komitəsinın maliyyə şöbəsinə təhvil vermişdir. Əvvəllər maliyyə şöbəsinin rəisi Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 olmuş, toplanan vəsaiti şəxsən onların özlərinə çatdırmış, toplanan vəsaitin sonda kimə çatdığını bilməmişdir. Pandemiya dövründə “mafiət” ləğv olunmuş, struktur dəyişikliklərindən sonra yük xəttində olan xarici nəqliyyat vasitələrindən dövlət rüsumlarının və yol vergilərinin toplanılması ona tapşırılmışdır. Pandemiya dövründə sərnişin xətti işləməmiş, yük xəttindən ayda təxminən 50000-60000 dollar yığılmış, sonradan yük xəttinin 24 saatlıq rejimə keçməsi və Ukrayna Rusiya müharibəsi ilə əlaqədar olaraq sərhəddə daşınmalar və avto-nəqliyyat vasitələrinin sayı artığına görə toplanan vəsait artmışdır. Şahid14 vəsaitin proqram üzərindən toplandığını, idarə rəisi tərəfindən gündəlik hesabatının aparıldığını, ona görə də heçkəsin həmin puldan götürə bilməyəcəyini bildirmişdir. Culfa Gömrük İdarəsində rəis kimi işləməyə başladıqdan bir neçə ay sonra ona öz nəqliyyat vəsitəsilə işə gedib-gəldiyindən yanacaq xərci olaraq 400 manat verilmişdir. Şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Naxçıvan MR Dövlət Gömrük Komitəsi X40 İdarəsinə rəis vəzifələrinin icrası həvalə olunmaqla rəis müavini vəzifəsinə təyin olunmuş, təxminən bir il işlədikdən sonra rəis kimi təsdiq olunmuşdur. İşləməyə başladığı vaxtdan etibarən qeyri-qanuni “GRP” proqramı mövcud olmuş, yığılan vəsaitlər həmin proqrama yazılmış, mühasibat uçotu və audit şöbəsinin rəisi Şahid19 qeyri-qanuni yığılan pulları həmin vaxt Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük ödənişləri tənzimlənməsi və maliyyə şöbəsinin rəisi işləyən Rəfael Əliyevə ondan sonra isə Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Qeyri-qanuni yığılan pulun məbləği 10.000-20.000 manat olmuş, o yığılan məbləği kağız üzərində hesabatlarda görmüş, ancaq pulun təhvil verilməsində iştirak etməmişdir. Şahid26 rəis işlədiyi müddətdə əvvəlcə 2000 manat, sonra isə bir neçə ay 3000 manat məbləğində paket almışdır. Həftədə bir dəfə gələn İstanbul və Moskva reyslərindəki fiziki şəxslərdən, ticarət məqsədilə Bakı şəhərinə aparılan və oradan gətirilən mallardan malların kateqoriyasından və növündən asılı olaraq şəxsi istehlak miqdarından artıq olduğuna görə rüsum alınmışdır. Bu rüsumlar rəsmi “VAİS” proqramına işlənmədiyi üçün onların qeyri-qanuni olduğu bilinmiş, ancaq əvvəldən qayda bu cür qoyulduğu üçün heçkim heçnə deməmişdir. Hazırda yalnız “VAİS” proqramı üzərindən işləməyə başlanmış və qeyri-rəsmi “GRP” proqram ləğv edilmişdir. Şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, 2018-ci ildən “Şahtaxtı” Gömrük İdarəsində post rəisi vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunan vaxtdan idarə rəisləri Məmməd və İsmayıl adlı şəxslərin göstərişi əsasında daha əvvəldən mövcud olan, qeyri-rəsmi “TİR” proqramından istifadə etmişdır. Qeyri-rəsmi proqramdan əlavə rəsmi “VAİS” proqramı da mövcud olmuş, aylıq nəqliyyat vasitələrindən yığılan təxminən 150.000-200.000 manat pulun yarısı rəsmi proqrama, digər yarısı isə qeyrirəsmi proqrama işlənmişdir. Rəisi olduğu postun inspektoru tərəfindən yığılan pullar idarənin maliyyəçisi Şahid18 təhvil verilmiş, həmin pulların sonrakı taleyi barədə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu ildən etibarən gömrük orqanlarında maliyyəçi kimi işləmişdir. İşə başladığı vaxtdan qeyri-rəsmi proqramlar mövcud olmuş, lakin işi maliyyə-mühasibatla bağlı olduğundan həmin proqramlardan istifadə etməmiş, yığılan vəsaitlər barədə şifahi məlumatı olsa da yığılmasında rol oynamamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəyli zəng edərək Statistika və İnformasiya Texnologiyaları şöbəsi əməkdaşlarının ona sərt disk qurğuları verəcəyini demiş, onları məhv etməsi üçün Şahid4 çatdırmasını və məhv edilməsində iştirak edərək məhvindən əmin olmasını tapşırmışdır. O, verilən tapşırıq əsasında təxminən 20-30 ədəd sərt disk qurğusunu təhvil aldıqdan sonra Şahid4la birlikdə Şahid25 Naxçıvan Şəhər Məhkəməsinin arxasında yerləşən yaşamadığı həyət evinə getmiş, həmin sərt disk qurğularının “laqonda” ilə doğranaraq məhvində iştirak etmişdir. Disklər məhv edildikdən sonra yeniləri ilə əvəz edilmişdir. Orada yalnız o və Şahid4 olmuş, disklərin niyə məhv edildiyini, onların işlək vəziyyətdə olubolmadığını, içərisində hansı məlumatların olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ildə Sədərəkdə post rəisi vəzifəsində işləyərkən rəsmi “VAİS” və qeyri-rəsmi “TİR” və “GPR” proqramları mövcud olmuş, özü də inspektor vəzifəsində işləyərkən həmin proqramlarla işləmişdir. Qeyri-qanuni pulların yığılmasına maliyyə şöbələri baxmış, o maliyyə şöbəsində işləmədiyi üçün pulların hansı qaydada yığıldığını, kimə təhvil verildiyini bilməmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, X38 Komitəsinin maliyyə şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdə rəsmi dövlət proqramı olan “VAİS” proqramından əlavə 2009-2010-cu illərdən qeyri- qanuni yığılan pullara nəzarət etmək məqsədilə yaradılan qeyri-rəsmi “GRP” və “TİR” proqramları mövcud olmuşdur. Qeyrirəsmi pullar postlarda maliyyəçilər tərəfindən yığılıb idarə rəislərinə təhvil verilmiş, onun yığılan vəsaitlə heç bir əlaqəsi olmamışdır. Lakin Şahid9 rəsmi olaraq “Naxçıvanterminalkompleks” birliyinin hesabına 1.000.000 manat və ya 1.200.000 manat pul keçdiyini, qeyri-rəsmi yığılan məbləğin daha çox olduğunu bildirmişdir Şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 2015-ci ildə “Naxçıvanterminalkompleks” Birliyinə xəzinadar vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində maşınlar tərəziyə çıxarılıb çəkilərkən hər maşından 20 manat xidmət haqqı alınmış, “Culfa” gömrük postundan, “Şahtaxtı” gömrük postundan, “Sədərək” gömrük postundan yığılan ümumi məbləğ dövlət büdcəsinə ödənilməli olduğu halda ona verilmiş, o isə üzləşmə apardıqdan sonra hər ay həmin pulları əvvəlcə Təqsirləndirilən şəxs2, ondan sonra isə Təqsirləndirilən şəxs1 şəxsən təhvil vermişdir. Tərəzidə çəkilən hər maşından alınan 20 manat xidmət haqqlarından ibarət yığılan vəsait aylıq ortalama 100.000 manat məbləğində olmuşdur. Şahid17 hər ay yekun məbləği cəmləyib, üzləşdirmə aparıb, təhvil verməsi rəisləri Hafiz və Natiq adlı şəxslər tərəfindən tapşırılmış, buna görə də ona hər ay əmək haqqından əlavə 300 manat pul verilmişdir. O, hazırlanmış qeyri-rəsmi proqramların kim tərəfindən yaradıldığını bilmədiyini, hazırda “Azərterminalkompleks” Birliyində anbar şöbəsinin inspektoru vəzifəsində işlədiyini, artıq qeyri-qanuni pulların yığılmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Maliyyə Nazirliyində baş məsləhətçi - mühasib kimi əmək fəaliyyətinə başlamışdır. 2017-ci ildə Naxçıvan MR Maliyyə Nazirliyində bir qrup şəxs qanunvericiliyə zidd olaraq dövlət qulluğu imtahanından keçmədən rəhbərin əmri ilə işləməyə başlamış, 6 aylıq staj və 3 aylıq sınaq müddətindən sonra onlar ümumi şöbənin tərtib etdiyi protokolla ixtisas dərəcəsi almış, daimi dövlət qulluğuna qəbul olunmuşlar. Həmin protokolların surətləri və əmrlər əsasında bu işçilərə əmək haqqı hesablanmış, onlara dövlət qulluğunun təminatlarına daxil olan mükafatlar, həmin dövrün qanunvericiliyinin tələblərinə uyğun digər ödənişlər verilmişdir. 2023-cü ildə X41 tərəfindən Naxçıvan Muxtar Respublikasındakı işə qəbul olunanlar mərkəzi reyestrə işlənmişdir. Naxçıvan MR Maliyyə Nazirliyində, eləcə də digər dövlət orqanlarında həmin işçilər hal-hazırda işləyir, onların ixtisas dərəcələri tanınır və dövlət qulluğunun bütün təminatları ilə təmin olunurlar. Şahid38 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 19 avqust 2019-cu ildə Naxçıvan MR maliyyə naziri vəzifəsinə təyin olunmuş, amma bu əməkdaşlar 2017-ci ilin fevral ayından sonra Maliyyə Nazirliyinə işə qəbul olunmuş, onlara ixtisas dərəcəsi verilmiş, əmək kitabçalarına işlənmiş və Azərbaycan Respublikası X41 tərəfindən təsdiqlənmişdir. Şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Gömrük İdarəsində Maliyyə Tarif şöbəsində işləyərkən təxminən 50.000, 100.000 məbləğində pulu vətəndaşlardan alıb komitədə maliyyə şöbəsinin rəisinə təhvil vermiş, həmin vaxtlarda rəis Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 olmuşdur. Şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, Şahtaxtı Gömrük İdarəsində 5 il 8 ay inspektor, sonra şöbə rəisi, Culfa Gömrük İdarəsində inspektor, Naxçıvan Şəhər Gömrük İdarəsində inspektor, sonra 2022-ci ilə qədər şöbə rəisi vəzifələrində işləmişdir. Ödənişlər postlardan yığılıb hesabatlarla şöbə rəislərinə təqdim olunmuş, şöbə rəisləri 2017-ci ilə qədər yığılan vəsaitləri idarə rəisinə təhvil vermiş, 2017ci ildən sonra isə ödənişlər maliyyə şöbələrində yığılmışdır. Yığılan vəsaitlər hər ay fərqli məbləğlərdə olmuş, Naxçıvan Şəhər Gömrük İdarəsində həm yüklərdən, həm də Bakı istiqaməti üzrə gedən daxili daşınmalardan pullar yığılmış, aylıq 150.000, 300.000, 400.000 manat ödəniş toplanmış, həmin ödənişlər 2020-ci ilədək Təqsirləndirilən şəxs2, 2020-ci ildən sonra isə Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Şahid21 bildirmişdir ki, işlədiyi gömrük idarələrinin hər birində eyni proses mövcud olmuşdur. Qanunsuz ödənişlərin toplanmasında qeyri-rəsmi “GRP” və yük şöbələrində “TİR” proqramından istifadə olunmuş, toplanan pullar dövlət büdcəsinə keçməmiş, Maliyyə Nazirliyinin xəzinədarlığı ilə işlədikləri üçün Azərbaycan Dövlət Gömrük Komitəsi mövcud vəziyyətdən şübhələnməmişdir. Ona əmək haqqından əlavə aylıq 400 manat məbləğində pul verilmişdir. Şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında Səbuhi Məmmədov tərəfindən Naxçıvan MR Maliyyə Nazirliyinin xəzinə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Onunla yanaşı Fərid, Tural, Həsən, Samirə və digər şəxslər işə qəbul zamanı Dövlət qulluğu imtahanından keçməmiş, buna baxmayaraq 6 ay staj, 3 ay sınaq müddətində olmuş, onlara dövlət qulluqçusu kimi ixtisas dərəcəsi verilmiş, dövlət qulluğu reyestrində adları qeyd olunmuş, staj hesablanmış, staja həmçinin ixtisas dərəcəsinə görə vəzifə maaşından əlavə mükafatlar verilmişdir. Haliyyədə də xəzinə şöbəsinin müdiri kimi işləməyə davam edir, dövlət qulluqçusu kimi stajları hesablanır və dövlət qulluğu reyestrində adları qalmaqdadır. Bununla yanaşı olaraq Şahid36 bildirmişdir ki, işlədiyi dövr ərzində 2022-ci ilin noyabr ayınadək Təqsirləndirilən şəxs2 göstərişi ilə dövlət büdcəsindən əməliyyat edən şəxslərdən hesablarına köçən vəsaitin 10 faizini bank çıxarışları ilə birlikdə öz otağında qəbul edib Təqsirləndirilən şəxs2 siyahı üzrə təqdim etmişdir. O, Aylıq eləcə də ümumilikdə nə qədər pul aldığını tam xatırlamasa da Şahid32, Şahid31, “Zümrüd” firması, “Şirvanşahlar”, müəssisələrə yumuşaq invertar satan Tofiq Əliyev, ehtiyyat hissələri satan Şahid30, Bəxtiyar, Sübhən adlı şəxslərdən bank hesablarına köçən pulun 10 faizini aldığını, hər ay fərqli məbləğlər olduğunu, etiraz etdikləri halda növbəti ay hesablarına edilən köçürmələrin məhdudlaşdırıldığını qeyd etmişdir. Toplanan pulların qeyri-qanuni olduğunu bilmiş, məsuliyyətini dərk etmiş, müavinə müraciət edərək rəsmi olmayan bu ödənişləri toplamağı başqa şəxsə həvalə etməklərini istəmiş, lakin ona problem yaranacağını dedikləri üçün davam etmişdir. Hər ay rəsmi qaydada olmasa da əmək haqqının az, iş yükünün çox olması ilə əlaqədar əmək haqqından əlavə xəzinə şöbəsinin əməkdaşlarına 150 manat, şöbənin müdir müavininə 300 manat verilmiş, özü isə 1000 manat, son bir il yarım müddətində isə 1200 manat pul almışdır. Bu əlavə pullar tək xəzinə şöbəsinə yox başqa şöbələrə də verilmişdir. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Naxçıvandan ixrac olunan dəmir tullantıları, bitum, heyvan dərisi, siqaret, akkumuluyator, aliminium kimi mallardan çəkisinə uyğun qeyri-qanuni olaraq rəhbərliyin tapşırığı ilə pul alınmış, həmin pulları eləcə də idxal istiqamətindən gələn yüklərə görə ödənilən vəsaitləri idarədaxili şəxsən qəbul etmişdir. Komitənin sədrinin göstərişi ilə statistika şöbəsinin rəisi Emin Eylazov tərəfindən qeyri-rəsmi “GRP” və “TİR” proqramları yaradılmış, həmin proqramlar vasitəsi ilə qəbzlər yazılıb verilmiş, 2011-ci ildə orada işləməyə başladığı vaxtdan etibarən özü də həmin proqramlarla işləmişdir. Belə ki, təyinat verilən yüklər sərhədlərdən göndərilmiş, təyinat öz idarələrinə olduğu halda faktura üzrə ödənişlər hesablanıb alınmış və maliyyəçiyə təhvil verilmişdir. Həmin ödənişlər qanuni olmamış, qanunda öz əksini tapmadığı halda Bakı şəhərindən gələn yüklərə görə də həm şirkətlərdən həm də vətəndaşlardan ödənişlər alınmışdır. Yığılan qeyri-qanuni ödənişlər məbləğ olaraq yüklərə görə dəyişmiş, aylıq təxminən 800000- ******* manat pul yığılmışdır. Toplanan bütün pulları idarədə maliyyəçi Elnur Cabbarzadəyə təhvil vermiş o da komitədə maliyyə şöbəsinə, Təqsirləndirilən şəxs2 ya da Təqsirləndirilən şəxs1 çatdırmışdır. Yığılan ödənişlər manat yaxud dollar formasında olmuş, zəruri olduğu halda yığdığı pulları komitəyə aparıb şəxsən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təhvil verdiyi vaxtlar da olmuş, bu gedişat 2011-ci ildə işə başladığı vaxtdan 2022-ci ilin oktyabr ayınadək bu cür davam etmişdir. Şahid16 ifadəsinə aylıq standart olaraq 400 manat məbləğinda paket aldığını da əlavə etmişdir. Şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərmişdir ki, hüquqi şəxs kimi fəaliyyət göstərir. O, Naxçıvan MR Maliyyə Nazirliyinə nazirin yanına dəvət edilmiş, Təqsirləndirilən şəxs2 qəbulunda olmuş, onu nazirlikdən kimin zəng edərək çağırdığını bilməmişdir. Təqsirləndirilən şəxs2 ona qəbulunda olarkən “əgər dövlət idarələri ilə işləmək istəyirsənsə, istəyirsənsə ki, hesabına pul keçsin, mal satasan onun 10 faizin gətirib bizə verəcəksən, yəni nə qədər pul keçirsə bank hesabını çıxaracaqsan oradan keçən pulun 10 faizini bizə verəcəksən” demiş, bundan sonra o, hər ay hesabına keçən pulun hesabını bankdan çıxarıb həmin çıxarışı və pulun 10 faizini gətirib Maliyyə Nazirliyinə vermişdir. Maliyyə Nazirliyinə aylıq verdiyi pulun məbləği 1500-2500 manat arası dəyişmiş, ümumilikdə oraya 35000-40000 manat pul ödəmişdir. Şahid31 aylıq qazancının 10 faizini məcbur qalaraq Maliyyə Nazirliyini verdiyini, işçi işlətdiyini, kira verdiyini, Təqsirləndirilən şəxs2lə razılaşmayacağı halda idarələr mal verməyə icazə verməyəcəklərini, belə olduğu halda isə dükanı bağlamalı olacağını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, Naxçıvan MR Gömrük Komitəsində, Naxçıvan Şəhər Gömrük İdarəsində və Şahtaxtı Gömrük İdarəsində maliyyə şöbəsində işləmişdir. Şahtaxtı Gömrük İdarəsində və Naxçıvan Şəhər Gömrük İdarəsində işlədiyi dövrdə ödənişlər sərnişin şöbəsindən və yük şöbəsindən sənədlər üzrə inspektorlar tərəfindən toplanaraq ona təhvil verilmiş, həmin vaxt “TİR” və “GRP” proqramları mövcüd olmuş, bu proqramların qanunsuz olduğunu sonradan bilmişdir. Aylıq yığılan pul 20.000-50.000 manat və ya dollar olmuş, Gömrük Komitəsində Maliyyə və Taarif Şöbəsinin rəisi Təqsirləndirilən şəxs2, sonra isə Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. O, bildirmişdir ki, yığılan ödənişlərin qanunsuz olduğunu bilirdi, lakin verilən göstəriş əsasında bu cür hərəkət etmiş, bununla bağlı göstərişi icra etmədiyi vaxtlarda şiddətli töhmət almışdır. Hər ay idarələrdə rəislərə və şöbə rəislərinə, eləcə də ona 500 manat məbləğində paket verilmiş, heç vaxt bu paketdən imtina etməmiş, yığılan pullardan xərcləmək ixtiyarları isə olmamışdır. Şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərmişdir ki, dövlət idarələrinə, avto yollara, tikinti idarələrinə böyük maşınların ehtiyat hissələrini satmaqla məşğuldur. Sabiq maliyyə naziri Təqsirləndirilən şəxs2 onu dəfələrlə otağına çağıraraq gördüyü işin dəyərinin 10 faizini ona verməsini tələb etmiş, o isə bir neçə dəfə bu tələbə etiraz etsə də qazancının 10 faizini, hesabatı, bank kağızı ilə birlikdə Nurlan adlı şəxsə vermişdir. Verdiyi məbləği tam olaraq xatırlamamış, iki ilə təxminən 180.000 manat pul vermişdir. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 14 iyul 2008-ci ildə Naxçıvan Gömrük Komitəsində inspektor vəzifəsində işləməyə başlamış, bu dövr ərzində qeyri-rəsmi “GRP” və “TİR” proqramlarını görüb elə həmin proqramlarla işləmişdir. 2016-cı ildə Naxçıvan MR Gömrük Komitəsində Maliyyə və Taarif şöbəsinə inspektor vəzifəsinə təyin edilmiş, işlədiyi dövrdə pul yığmamış, lakin statistika şöbəsinin yaratdığı qeyri-rəsmi “GRP” və “TİR” proqramları ilə ay ərzində həqiqətən də 10.000 tırın keçib-keçmədiyinə və gələn malların dəyərinin aşağı yazılmamasına nəzarət etmişdir. Nəzarət edilməsində məqsəd yerlərdəki maliyyə və yük şöbəsinin rəislərinin pulları mənimsəmələrinin qarşısını almaq olmuşdur. O, qeyd etmişdir ki, mütləq ki əvvəlcə 101- 102 faiz dövlət büdcəsinə qoyulmuş təxminən 20.000.000 manatlıq proqnoz dolmuş, daha sonra qeyri-qanuni proqramlara ödəniş olunmuşdur. Yığılan qeyri-rəsmi pullar Komitənin Maliyyə və Taarif şöbəsinə təhvil verilmiş, pulların yığılmasında eləcə də təhvil verilməsində iştirak etmədiyi üçün sonrakı mərhələ barədə dəqiq heçnə bilməmişdir. Şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, işlədiyi dövrdə orada rəsmi proqram və qeyri-rəsmi proqramlar olmuş, rəsmi işlər rəsmi proqrama, qeyri-rəsmi işlər isə qeyri-rəsmi proqramlara işlənmişdir. Cinayət hadisəsi baş verən vaxtları X7 rəisi vəzifəsində işləmişdir. Maliyyədən o işlərə nəzarət etmək üçün əməkdaş ayrılmış, proqramla və sonra maliyyənin əməkdaşı tərəfindən rüsumlar toplanıb komitəyə təhvil verilmişdir. 2004-cü ildən Sədərək Gömrük İdarəsində inspektor, yükün rəis müavini, yükün rəisi, Şaxtaxtı Gömrük İdarəsində yükün rəisi, Naxçıvan Şəhər Gömrük İdarəsində rəis sonra isə X14 rəisi işlədiyini, elə həmin dövrdən qanunsuz pullar yığıldığını, qeyri-rəsmi proqramlarla ödənişlərin yığılmasının isə 2012-2013-cü illərdən başlandığını bildirmişdir. X15 işləyərkən ayda təxminən 100.000(yüz min)- 130.000(yüz otuz min), bəzi aylarda 70.000(yetmiş min)-80.000(səksən min) manat pul yığıb komitəyə təhvil vermiş, yığılan pulların neçə faizinin rəsmi proqrama, neçə faizinin isə qeyri-rəsmi proqrama yığılması barədə məlumatı olmamışdır. Pulların yığılıb komitədə maliyyəyə təhvil verilməsi ilə bağlı rəhbərlik tərəfindən göstəriş verilmiş, hər ay Əkbər adlı əməkdaş pulu aparıb komitədə maliyyəyə vermiş, təhvil verdikdən sonra ona zəng vurub pulu çatdırdığını söyləmişdir. İşlədiyi dövr ərzində Asəf Məmmədov və Şahid25 tərəfindən göstəriş verilmişdir. O, Sədərək Gömrük İdarəsində 500 dollar, X15 işləyərkən 2500-3000 manat paket almış, yığılan pulların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çatmasını bilmiş, lakin sonrakı mərhələ barədə bilməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahtaxtı Gömrük İdarəsində mühasibatlığın rəisi olmuşdur. Bundan əvvəl Sədərək Gömrük İdarəsində mühasibatlığın rəisi vəzifəsində işləmiş, orada iş fəaliyyəti Sədərək Gömrük İdarəsindəki yük şöbəsi və postundan toplanan vergi və rüsumları həftədə 2-3 gün ərzində toparlayıb komitəyə göndərməkdən ibarət olmuş, hər ay 500.000 (beş yüz min), 600.000 (altı yüz min) manat arası vəsait yığılmış, həmin vəsaitlər yığıldıqdan sonra ya təhvil verməsi üçün servis maşınının sürücüsünə vermiş, ya işlə bağlı komitəyə gedərkən vəsait yığıldığı halda şəxsən aparıb təhvil vermiş, ya da bəzən Təqsirləndirilən şəxs2, bəzən də Təqsirləndirilən şəxs1 idarəyə gələrkən özlərinə təhvil vermişdir. Şahtaxtı Gömrük İdarəsində olduğu zaman isə demək olar ki, qeyri-rəsmi ödənişlər olmamış, tam rəsmi fəaliyyət olmuşdur. Qanunla toplanan vəsaitin hamısı dövlət büdcəsinə daxil olmalı olsa da işə başladığı vaxtdan etibarən toplanan pullar komitəyə göndərilmiş, rəhbərliyin göstərişinə əməl etməyəcəyi halda tutduğu vəzifədən uzaqlaşdırılacağı üçün o da davam etdirmişdir. Toplanan vəsaitdən dövlət büdcəsinə də yüksək məbləğdə ödənişlər edilmişdir. İşlədiyi müddət ərzində “ana VAİS” və “qeyri-VAİS” adlanan proqramlar olmuş, onun həmin proqramlarla heç bir əlaqəsi olmamış, sadəcə 24 saat ərzində sistemdə toplanan vəsaitə və nəqliyyatın sayına baxa bilmişdir. Həmçinin idarədə pullar yığılıb ona verildiyi üçün paket alanların da hesabatını tutmuş, orada yığılan pullardan paket verilməsi üçün götürülən məbləğı qeyd etmiş, şöbə rəislərinin hər biri 1000 manat məbləğində paket almışlar. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2019-cu ildən etibarən Gömrük Komitəsinin Maliyyə və Taariflər şöbəsində işləmişdir. Təqsirləndirilən şəxs1 yığılan pulları ona vermiş, o isə “GN” Holdinqdə Nurlan adlı şəxsə təqdim etmiş, həmin pulları dəyişib dollar etdikdən sonra yenidən şöbə rəislərinə təhvil vermişdir. 2 ilə yaxın müddət ərzində bu prosesdə iştirak etmiş, dəyişdiyi pulların miqdarını dəqiq xatırlamamış, hər dəfə fərqli miqdarlarda olmuş, lakin təxminən 2-3 milyon ola biləcəyini bildirmişdir. Yığılan pulların dəyişdirilməsi ilə bağlı həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 onlara göstəriş vermiş, həmin pulları aparıb "xxxx"d dəyişdirmiş, bu barədə bütün işçilərin məlumatı olsa da qanuni yoxsa qeyri-qanuni proses olması ilə bağlı araşdırma aparmaq ixtiyarları olmamış, pulu hansı səbəbə dollara çevirdiklərini eləcə də şöbə rəisinə təhvil verdikdən sonra nə etdiyini bilməmişdir. Şahid qismində dindirilmiş Şahid19li oğlu ifadəsində göstərmişdir ki, 2019-cu ildən X31 Gömrük İdarəsində Maliyyə şöbəsinin rəisi vəzifəsində işləmişdir. Hava nəqliyyatında “VAİS” proqramından kənar yığılan pullar digər gömrüklərə nisbətən daha az miqdar təşkil etmiş, hətta bəzi aylarda bu proqramdan kənar ümumiyyətlə pul yığılmamışdır. Pul yığılan aylarda məbləğ təxminən 20000, 25000 manat olmuş, həmin pulları əvvəlcə Təqsirləndirilən şəxs2, daha sonra Təqsirləndirilən şəxs1 təhvil vermişdir. O, işə başlayarkən bu prosesi görüb davam etdirmiş, bütün gömrüklərdə bu qaydada pullar yığılmış, alınan pullar qızıldan, həmçinin mobil telefonlara görə də təxminən 50 dollar məbləğində alınan ödənişlər olmuşdur. Yerlərdə inspektorlar pulları yığıb ona təhvil vermiş, o əvvəlcə 300 manat, sonra isə 400 manat paket almış, həmin dövrdə 3 il ərzində təxminən, cəmi 500.000, 550.000, 680.000 manat miqdarında pul yığılaraq komitəyə verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində xidmət edir, 2009-cu ildən NMR DGK-da idxal-ixrac və tranzit əməliyyatları onlayn formada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış X3 Sistemində təsbit edilsə də, Naxçıvan MR DGK-da gömrük əməliyyatları həmin sistemdə aparılmamış, malların idxal və ixracına görə rüsumlar şəxslərdən nağd qaydada alınaraq aidiyyəti üzrə yuxarə rəislərə təqdim edilmişdir. Qeyrirəsmi qaydada yığılan bu rüsumların qeydiyyatı “TİR” adlı proqramda aparılmış, həmin proqramda əməliyyatın tarixi, malın çəkisi, invoys dəyəri, yük avtomobilinin nömrəsi, sürücünün ad, soyadı, ata adı, qeydiyyatı aparan inspektorun adı, soyadı əks edilmişdir. 2019-cu ildə o, Naxçıvan Şəhər Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş və bundan sonra NMR DGK-nin sədri Şahid25 onu qəbul edərək gömrük əməliyyatlarının VAİS-də deyil, TİR proqramında aparılmalı olması, bütün rüsumların nağd qaydada yığılaraq Təqsirləndirilən şəxs2 verilməsi barədə onu təlimatlandırmışdır. Bundan başqa Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvana gətirilən mallara görə də qanunsuz olaraq malın hər tonu üçün 50 manat rüsum alınmış, bu rüsumlar da “TİR” proqramında qeyd olunmaqla, əldə olunan vəsaitlər şöbə rəisi Elnur Cabbarzadədə toplanmışdır. Karqo daşımalarına görə isə əldə olunan vəsaitlər bölmə rəisi Şahid21 toplanmış, sonda isə bütün vəsaitlər barədə hesabatlar həmin əməkdaşlar tərəfindən ona təqdim edilmiş və pul vəsaitləri NMR DGK-nin X4 və ödənişlər şöbəsinin rəisi Təqsirləndirilən şəxs2, sonuncu Maliyyə naziri təyin edildikdən sonra isə Təqsirləndirilən şəxs2 yerinə təyin edilən Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Bu proses 2022-ci ilin oktyabr ayına qədər davam etmiş, oktyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Cahan Tobacco” şirkətində yoxlamalar başlayandan sonra NMR DGK-nin Texnoloji İnnovasiyalar və statistika bölməsinin rəisi X56 Həbbibəylinin göstərişinə əsasən “TİR” proqramının saxlanıldığı server otağındakı yaddaş qurğularını məhv etmişdir. 01 iyul 2019-cu ildən 2022-ci ilin oktyabr ayına qədər olan müddət ərzində Naxçıvan Şəhər Gömrük İdarəsində hər ay 300.000 manatdan 3.000.000 manatadək məbləğlərdə qeyri-rəsmi qaydada rüsumlar yığılmışdır. 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs2 daxili rüsumların məbləğini artırmağa başlamış, o, Təqsirləndirilən şəxs2 bu qərarına etirazını bildirdikdə sonuncu onu itaətsizlikdə günahlandırmışdır. Qeyri-rəsmi qaydada toplanan rüsumlardan ona hər ay 5000 manat məbləğində “paket” formasında əlavə pul vəsaiti verilmişdir. Bundan başqa o, 2018-2019-ci illərdə Naxçıvan MR DGK-nın X29 İdarəsinin rəis müavini vəzifəsində işlədiyi dövrdə də “VAİS”-dən kənar əməliyyatlardan hər ay 18.000- 30.000 manat arasında vəsait toplanaraq aidiyyəti üzrə təhvil verildiyini göstərmişdir. - Şahid12 ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən Naxçıvan MR DGK-də müxtəlif vəzifələrdə, o cümlədən 2016-cı ildən etibarən NMR DGK-nın gömrük taariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin inspektoru vəzifəsində xidmət etmişdir. Xidmətə başladığı vaxtdan etibarən Naxçıvan MR Dövlət Gömrük Komitəsində X1 Sisteminə (VAİS) paralel olaraq yaradılmış Transit adlı proqramdan məlumatlı olmuş, bütün gömrük əməliyyatlarının uçotu VAİS-də aparılmalı olsa da Naxçıvanda bu əməliyyatlar qanunsuz olaraq yaradılan Tranzit adlı proqramda qeyd edilmiş, gömrük rüsumları idxalçılardan və digər gömrük subyektlərindən nağd formada yığılaraq Komitənin gömrük taariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəislərinə təqdim edilmişdir. Toplanan pul vəsaitləri milli valyutada olduqda şöbə rəisi Təqsirləndirilən şəxs2 tapşırığı ilə o, həmin pulları Naxçıvanda fəaliyyət göstərən “Kapital Bank” və ya “Naxçıvanbank”da ABŞ valyutasına dəyişib Təqsirləndirilən şəxs2 qaytarmışdır. Təqsirləndirilən şəxs2 vəzifədən azad edildikdən sonra bütün bu proseslər onun yerinə təyin edilmiş Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmiş, həmin dövrdə o, Təqsirləndirilən şəxs1 tərəfindən qutulara yığılmış pul vəsaitlərini sonuncunun tapşırığı ilə NMR Maliyyə Nazirliyi ilə üzbəüz yerləşən “Grand” adlı binanın 5-ci mərtəbəsində Nurlan adlı şəxsə təhvil vermişdir. Nurlan adlı şəxs də həmin vəsaitləri ABŞ dollarına konvertasiya etdikdən sonra o özü və ya şöbənin digər əməkdaşı Şahid13 həmin vəsaitləri Təqsirləndirilən şəxs1 qaytarıb vermişlər. Təqsirləndirilən şəxs1 da həmin vəsaitləri Komitə sədri Şahid25 vermiş, bu vəsaitlərin aylıq məbləği təxminən 2.000.000-3.000.000 ABŞ dolları təşkil etmişdir. - Şahid25 ifadəsində göstərmişdir ki, 2001-ci ildən Naxçıvan MR-nın DGK-də gömrük nəzarətinin təşkili şöbəsində inspektor kimi işə qəbul olunmuş, DGK-də müxtəlif vəzifələrdə, o cümlədən 2011-2018-ci illərdə Naxçıvan MR-nın DGK-nin sədrinin müavini, 2018-ci ilin noyabr ayından Naxçıvan MR-nın DGK-nin sədrinin vəzifəsini icra edən, 2019cu ilin mart ayından isə Naxçıvan MR-nın DGK-nin sədri vəzifəsində xidmət etmişdir. 2018-ci ilin noyabr ayında rəhbərlik tərəfindən qəbul edilərək ona DGK-nin sədri vəzifəsinin müvəqqəti icra edən təyin edildiyi, eləcə də yığılan ödənişlərdə gizlin heç nə olmadığı, əvvəlki qaydada işlərin davam etdirilməli olması bildirilmişdir. Naxçıvan MR-də DGK-nin tərkibində İran ilə 2 (Culfa və Şahtaxtı), Türkiyə Respublikası ilə 1 (Sədərək) gömrük idarələri, bundan əlavə X20 Gömrük İdarəsi, Naxçıvan şəhəri Gömrük İdarəsi, X22 İdarəsi və Naxçıvanterminalkompleks birliyi fəaliyyət göstərmişdir. Rəhbərlik tərəfindən ona hər ay qeyri-rəsmi yığılan gömrük ödənişlərindən 40.000 manat özünə, 10.000 manat isə müavinlərinə veriləcəyi bildirilmiş, həmçinin bu vəsaitin hər ay Gömrük taariflərinin tənzimlənməsi və ödənişlər şöbəsindən götürməyi tapşırılmışdır. O, DGK-ya sədr təyin edildikdən sonra Naxçıvan MR-da gömrük orqanlarından qeyri-rəsmi ödənişlərdən yığılmış pullar DGK-nin Gömrük taariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 tərəfindən, sonrakı dövrdə eyni şöbənin rəisi işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən hesabat formasında ona təqdim edilmiş, o da həmin hesabatı komitənin strukturuna daxil olan gömrük idarə rəisləri ilə bir daha dəqiqləşdirmiş, daha sonra Gömrük taariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi tərəfindən həmin pul vəsaitləri Naxçıvan ərazisində banklarda, daha sonra isə "xxxx" şirkəti tərəfindən müəyyən edilmiş şəxs tərəfindən ABŞ dollarına dəyişdirildikdən sonra xidməti otağında karton qutulara yığılaraq, skoçlanıb, iplə bağlanmış və aidiyyəti üzrə çatdırılması üçün öz şəxsi avtomobilinə qoyaraq aparmışdır. 2016-2017-ci illərdə rəsmi VAİS-ə oxşar olan əlavə qeyri-rəsmi elektron sistem yaradılmış, ilk əvvəllər orada yük avtomobillərinin qeydiyyatı və qeyri-rəsmi yığılan ödənişlərin hesabatı aparılmış, daha sonra isə həmin qeyri-rəsmi sistem daha da genişləndirilərək, GRP (Gömrük rəsmiləşdirilməsi prosesi) adlı proqram hazırlanmışdır. Orada həmçinin ölkəyə daxil olan və xaric olan yüklərin (mallar) sərbəst dövriyyəyə buraxılması üçün qeyri-rəsmi qaydada alınan pul ödənişlərinin qeydiyyatı aparılmış, lakin 2022-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində bütün ödənişlərin rəsmi olaraq işlənilməsinə dair göstəriş verilmişdir. Bundan sonra o rəsmi VAİS-ə paralel yaradılmış qeyri rəsmi olan GRP (Gömrük rəsmiləşdirilməsi prosesi), həmçinin bütün digər qeyri-rəsmi proqramların sistemdən ləğv edilməsi, bütün komputerlərdə hard disklərin dəyişdirilməsi, yerdə qalanların isə məhv edilməsi, gömrük orqanlarındakı bütün qeyri-rəsmi ödənişlərə dair hesabatların, mallara və nəqliyyat vasitələrinə dair sənədlərin yandırırlaraq məhv edilməsinə dair göstəriş vermişdir. O, həmçinin otağında olan bütün qeyri-rəsmi hesabatları kağız doğrayan vasitəsi ilə öz otağında Təqsirləndirilən şəxs1la birlikdə məhv etmiş, eləcə də qeyri-rəsmi sistemin yazıldığı sərt yaddaş qurğuları Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin əməkdaşları tərəfindən kəsilərək məhv edilmişdir. Komitə və digər gömrük orqanlarındakı kağızlar da yandırılaraq və ya kağızkəsən maşında doğranaraq məhv edilmişdir. O, həmçinin göstərmişdir ki, qeyri rəsmi ödənişlərdən 2018-ci ildə o, sədr təyin ediləndən sonra aylıq təxminən 2.500.000 dollar olmaqla 2 aya cəmi cəmi 5.000.000 dollar, 2019-cu il üzrə aylıq təxminən 2.500.000 dollar olmaqla illik 30.000.000 dollar, 2020-ci il üzrə aylıq təxminən 2.800.000 dollar olmaqla illik cəmi 34.000.000 dollar, 2021-ci il üzrə aylıq təxminən 3.200.000 dollar olmaqla illik cəmi 38.400.000 dollar, 2022-ci il üzrə aylıq təxminən 3.300.000 dollar olmaqla hazırkı dövrədək 33.000.000 dollar qeyri rəsmi gömrük ödənişlərindən pul vəsaitləri yığılmışdır ki, həmin pul vəsaitləri də aidiyyəti üzrə çatdırılmışdır. Bu ödənişləri daha dəqiq Təqsirləndirilən şəxs1 bilir. - Şahid28 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Texniki nəzarət vasitələri bölməsinin inspektoru vəzifəsinə təyin edilmiş, 2009-2014-cü illərdə Sədərək Gömrük İdarəsinin sərnişin şöbəsinin inspektoru vəzifəsində, 2014-2017-ci illərdə Culfa Gömrük İdarəsinin Gömrük rəsmiləşdirilməsi şöbəsində inspektor, böyük inspektor, baş inspektor və şöbə rəisinin müavini, 2017-2018-ci illərdə Sədərək Gömrük İdarəsinin rəis müavini və rəisi vəzifələrində xidmət etmiş, 05 may 2018-ci il tarixdə isə könüllü olaraq öz ərizəsinə əsasən gömrük orqanlarından xaric edilmişdir. O, gömrük orqanlarında işlədiyi dövrdə NMR DGK gömrük ödənişləri tənzimləməsi şöbəsinin rəisi vəzifəsində müvafiq ardıcıllıqla Şahid9, Kərim Kərimov və Təqsirləndirilən şəxs2 olmuşlar. NMR Dövlət Gömrük Komitəsinin gömrük postlarında idxal, tranzit kimi keçən malların böyük hissəsinin uçotu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaratdığı X3 Sistemi (VAİS) ilə aparılmamış, bununla da, idxal, tranzit əməliyyatına dair məlumatlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təqdim olunmamış, əvəzində həmin məlumatlar NMR DGK tərəfindən hazırlanmış “TİR”, “GRP” (X5) və digər proqram təminatlarının sistemində qeyd edilmişdir. 2014-2017-ci illərdə Culfa Gömrük İdarəsində işlədiyi dövrdə o və digər inspektorlar “VAİS”dən kənar gömrük rəsmiləşməsindən pulları topladıqdan sonra aparıb Maliyyə şöbəsinin rəisinə və ya idarə rəisinə vermiş, idarə rəisi də pul vəsaitlərini komitə sədrinə təqdim etmişdir. 2017-ci ilin iyul ayından 2018-ci ilin fevral ayına qədər NMR DGK Sədərək Gömrük İdarəsinin rəisi olduğu dövrdə isə Şahid5 “VAİS”dən kənar gömrük rəsmiləşməsindən pulları topladıqdan sonra gətirib ona təqdim etmiş, o da hər ay NMR Dövlət Gömrük Komitəsinin sədrinin qəbuluna gedərək yığılmış pulları nağd qaydada ona vermişdir. 2017-ci ilin aprel ayından 2018-ci ilin fevral ayına qədər işlədiyi 10 ay ərzində NMR DGK Sədərək Gömrük İdarəsində “VAİS” sisteminə qeyd edilmədən “TİR” və “GRP” proqram təminatlarına daxil edilən yüklərdən inspektorlar tərəfindən ümumilikdə aylıq təxminən 500.000 AZN və 500.000 ABŞ dolları pul vəsaiti yığılmış, NMR DGK Sədərək Gömrük İdarəsinin rəisi işlədiyi 10 ay ərzində ümumilikdə NMR Dövlət Gömrük Komitəsinin sədrinə verdiyi pul vəsaitlərinin məbləği 5.000.000 (beş milyon) AZN və 5.000.000 (beş milyon) ABŞ dolları təşkil etmişdir. - Şahid33 ifadısində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində NMR-nın Maliyyə Nazirliyində xəzinədar işləyən Şahid36 onu yanına çağıraraq Maliyyə naziri Təqsirləndirilən şəxs2 göstərişinə əsasən ayaqqabıların satın alınması ilə əlaqədar dövlət təşkilatlarından onun direktoru olduğu “Şirvanşahlar” təşkilatının hesabına köçürülən vəsaitlərin 10 faizinin nağdlaşdırılaraq ona təqdim edilməsini tapşırmış, o da Şahid36 tapşırığına əsasən 2021-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 50.000 manat pul vəsaitini Şahid36 təqdim etmişdir. - Şahid35 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də mühasib vəzifəsində işləyir, 2021-ci ilin əvvəllərində NMR-nın Maliyyə naziri Təqsirləndirilən şəxs2 onu yanına çağıraraq dövlət strukturuna aid təşkilatlardan qəbul edilən sifarişlərin dəyərinin 10 faizinin nağdlaşdırılaraq ona təqdim edilməsini tapşırmış, o da müəssisənin direktoruna bu barədə bildirdikdən sonra Təqsirləndirilən şəxs2 tapşırığına uyğun olaraq dövlət strukturları tərəfindən qəbul edilən sifarişlərin dəyərinin 10 faizini, dövlət strukturlarına aid olmayan təşkilatlardan qəbul edilən sifarişlərin isə 20 faiz hissəsini nağdlaşdırılaraq hər ayın sonunda xəzinədar Şahid36 vermişdir. Ümumilikdə o, 2021-ci ilin əvvəllərindən 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində Şahid36 600.000 manat pul vəsaitini nağd formada vermişdir. - Şahid39 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin fevral ayında həmin vaxt NMR, Maliyyə Nazirliyində ümumi şöbənin rəisi olan Şahid42 təklifi ilə NMR, Maliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müsabiqədə iştirak etmədiyi halda dövlət qulluqçusu statusu daşıyıb həmin statusdan irəli gələn bütün üstünlüklərdən ( maaş, maaşa əlavə, mükafatlar və s) yararlanmış, 2019-cu ildə 700, 2020-ci ildə 1517,50, 2021ci ildə 1614,75, 2022-ci ildə 3482,43 manat pul vəsaitini əlavə olaraq əldə etmiş və həmin pul vəsaitlərində heç kimə hər hansı vəsait verməmişdir. - Şahid34 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində NMR-nın Maliyyə Nazirliyində xəzinədar işləyən Şahid36 onu yanına çağıraraq Maliyyə naziri Təqsirləndirilən şəxs2 göstərişinə əsasən ayaqqabı, paltar və digər geyim əşyalarının satın alınması ilə əlaqədar dövlət təşkilatlarından onun direktoru olduğu “Şirvanşahlar” təşkilatının hesabına köçürülən vəsaitlərin 10 faizinin nağdlaşdırılaraq ona təqdim edilməsini tapşırmış, o da Şahid36 tapşırığına əsasən 2021-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, ümumilikdə 50.000 manat pul vəsaitini Şahid36 təqdim etmişdir. - Şahid43 ifadəsində göstərmişdir ki, o, 2019-ci ilin avqust ayından hazıradək Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində baş hüquqşunas vəzifəsində işləyir, işə həmin vaxt NMR, Maliyyə naziri vəzifəsində işləmiş Səbuhi Məmmədovun təklifi ilə başlamış, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müsabiqədə iştirak etmədiyi halda dövlət qulluqçusu statusu daşıyıb həmin statusdan irəli gələn bütün üstünlüklərdən (maaş, maaşa əlavə, mükafatlar və s) yararlanmış, 2019-2022-ci illərdə əlavələr əldə etmiş və həmin pul vəsaitlərindən heç kimə hər hansı vəsait verməmişdir. - Şahid40 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin mart ayından 2020-ci ilin iyun ayına kimi həmin vaxt maliyyə naziri vəzifəsində işləyən Səbuhi Məmmədovun təklifi ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində baş hüquqşunas və ümumi işlər və kadrlar şöbə müdiri vəzifəsində işləmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müsabiqədə iştirak etmədiyi halda dövlət qulluqçusu statusu daşıyıb həmin statusdan irəli gələn bütün üstünlüklərdən (maaş, maaşa əlavə, mükafatlar və s) yararlanmış, 2017-ci-2020-ci illərdə əlavələri əldə etmiş, həmin pul vəsaitlərindən heç kimə hər hansı vəsait verməmişdir. - Şahid42 ifadəsində göstərmişdir ki, o, 2017-ci il fevral ayında həmin vaxt NMR, Maliyyə naziri vəzifəsində işləyən Səbuhi Məmmədovun təklifi ilə NMR, Maliyyə Nazirlyində sektor müdiri vəzifəsində işə başlamış, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müsabiqədə iştirak etmədiyi halda dövlət qulluqçusu statusu daşıyıb həmin statusdan irəli gələn bütün üstünlüklərdən (maaş, maaşa əlavə, mükafatlar və s) yararlanmış, 2017-ci ildə 1349 manat, 2018-ci ildə 1587,5 manat, 2019-cu ildə 950 manat və digər əlavələri əldə etmiş və həmin pul vəsaitlərindən heç kimə hər hansı vəsait verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 9/9242 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş yoxlama zamanı toplanmış materiallara, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt məlumatlara əsasən, aşağıdakılar müəyyən edildi: Belə ki, (01 mart 2022-ci il tarixədək qüvvədə olmuş) “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanının 1-ci hissəsində müəyyən edilmişdir ki, “dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir”. Lakin Maliyyə Nazirliyinin Aparatında dövlət qulluğuna qəbul edilmədən inzibati vəzifələrə təyin edilmiş 9 (doqquz) nəfər şəxsə, dövlət qulluqçuları olmadıqları halda hər il növbəti məzuniyyətə çıxdıqda müavinət ödənilmiş, bu hesaba yoxlama ilə əhatə olunan dövrdə cəmi 18 890.00 (on səkkiz min səkkiz yüz doxsan) manat artıq vəsait xərc edilmişdir. Həmçinin, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən ilk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Qanunun 28.7-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul üzrə müsabiqədən müvəfəqiyyətlə keçmiş şəxs altı ay staj müddəti və üç ay sınaq müddəti keçdikdən sonra daimi dövlət qulluğuna qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 12-ci bəndində İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənildiyi və həmin haqların məbləğləri müəyyən edilmişdir. Lakin Maliyyə Nazirliyinin Aparatında inzibati vəzifələrə təyin edilmiş 8 (səkkiz) nəfər şəxsə, qanunvericiklə müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilmədikləri halda, yuxarıda göstərilən normaların tələblərinə zidd olaraq ixtisas dərəcələrinin verildiyi rəsmiləşdirilmiş, yoxlama ilə əhatə olunan dövrdə cəmi 8 (səkkiz) şəxsə hər ay ixtisas dərəcəsinə görə əlavə haqq ödənilmiş, bu hesaba cəmi 15.805.00 ( on beç min səkkiz yüz beş) manat artıq büdcə vəsaiti xərc edilmişdir. Habelə, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsinə əsasən dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müəyyən edilmiş qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Maliyyə Nazirliyinin Aparatında inzibati vəzifələrə təyin edilmiş 8 (səkkiz) nəfər şəxsə, qanunvericiklə müəyyən edilmiş qaydada (daimi) dövlət qulluğuna qəbul edilmədikləri halda, yoxlama ilə əhatə olunan dövrdə hər ay dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqq ödənilməsi hesabına cəmi 13.424,93 (on üç min dörd yüz iyirmi dörd manat 93 qəpik) manat 93 qəpik artıq büdcə vəsaiti xərc edilmişdir. Bundan əlavə, “Dövlət qulluğu haqqında” Qanunun 22.6-cı maddəsinə əsasən “Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.” “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Lakin Maliyyə Nazirliyinin Aparatında inzibati vəzifələrə təyin edilmiş 5 (beş) nəfər şəxsə, qanunvericiklə müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilmədikləri halda, yoxlama ilə əhatə olunan dövrdə hakimiyyət səlahiyyətinin icrasına görə hər ay əlavə haqq ödənilmiş, bu hesaba cəmi 16.460,25 (on altı min dörd yüz altmış manat 25 qəpik) manat 25 qəpik artıq büdcə vəsaiti xərc edilmişdir. Eyni zamanda, “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli 1610 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilmiş, Fərmanın 1.1-ci bəndi ilə 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına bu əlavənin həcmi aylıq vəzifə maaşının 1,1 misli həcmində müəyyən edilmişdir. Lakin, Naxçıvan MR Maliyyə Nazirliyinin Aparatında qanunvericiklə müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilmədən inzibati vəzifələrə təyin edilmiş 2 (iki) nəfərə, “dövlət qulluqçusu” statusları olmadığna görə qeyd edilən Fərmanın təsiri dairəsinə düşmədikləri halda 01 fevral 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək olan dövrdə hər ay vəzifə maaşlarının 1,1 misli həcmində əlavələr ödənilmiş, bu hesaba cəmi 11.110.00 (on bir min yüz on) manat artıq büdcə vəsaiti xərc edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması nəticəsində ümumilikdə 75.690,18 manat məbləğində əsassız büdcə vəsaiti xərclənmişdir. Qeyd olunanlardan əlavə işçilərə ödənilən əməkhaqqının hesablanıb ödənilməsinin düzgünlüyü yoxlanılarkən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin tələblərinə düzgün əməl olunmaması nəticəsində yoxlama ilə əhatə olunan dövrdə dövlət qulluqçusu olmayan işçilərə büdcədənkənar vəsait hesabına 2018-ci ildə 24910,0 manat, 2019-cu ildə 82245,0 manat, 2020-ci ildə 46.670,0 manat, 2021-ci ildə 44.898,0 manat olmaqla cəmi 198.723,0 manat maddi yardım ödənilmişdir. Akt məlumatlarından göründüyü kimi Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri vəzifəsində 19 avqust 2020-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs2 olmuşdur. Həmin dövrdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində ümumilikdə 38.244,38 manat məbləğində əsassız büdcə vəsaiti xərclənmişdir. O cümlədən Təqsirləndirilən şəxs2 işlədiyi dövrdə işçilərə ödənilən əməkhaqqının hesablanıb ödənilməsinin düzgünlüyü yoxlanılarkən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin tələblərinə düzgün əməl olunmaması nəticəsində həmin dövrdə dövlət qulluqçusu olmayan işçilərə büdcədənkənar vəsait hesabına 60.478,0 manat maddi yardım ödənilmişdir. Nazirliyin Aparatı tərəfindən 01 yanvar 2012-ci il tarixdən 28 noyabr 2022-ci il tarixə kimi olan dövrdə 223100 “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafından ümumilikdə 147.583,7 manat, o cümlədən 2012-ci ildə 16.486,3 manat,” 2013-cü ilin sənədləri yoxlamaya təqdim olunmamışdır, 2014-cü ildə 19.485,0 manat, 2015-ci ildə 15.969,9 manat, 2016-cı ildə 14022,2 manat, 2017-ci ildə 14.898,3 manat, 2018-ci ildə 18.768,0 manat, 2019-cu ildə 17412,29 manat, 2020-ci ildə 9.998,4 manat, 2021-ci ildə 10.527,2 manat və 2022-ci ilin yanvar-noyabr ayları ərzində 10016,2 manat vəsait xərclənmişdir ki,bunun da 98.300,7 manatı Aparatın balansında olan xidməti minik avtomobillərin yanacaq və sürtkü materiallarının alınmasına, 718,6 manatı dizel yanacağının alınmasına, 48.564,5 manatı isə heç bir təsdiqedici sənəd olmadan (o cümlədən 2012-ci ildə 10.819,5 manat, 2013-cü ilin sənədləri yoxlamaya təqdim olunmamışdır, 2014-cü ildə 8.247,8 manat, 2015-ci ildə 5.702,40 manat, 2016-cı ildə 4.535,20 manat, 2017-ci ildə 3767,0 manat, 2018-ci ildə 7.840,0 manat, 2019-cu ildə 5.530,0 manat, 2021-ci ildə 1.302,4 manat və 2022-ci ilin yanvar-noyabr ayları ərzində 820,2 manat) əsassız olaraq məxaricə silinmişdir. Təqsirləndirilən şəxs2 işlədiyi dövrdə Aparatın balansında olan xidməti minik avtomobilləri üçün yanacaq və sürtkü materiallarının alınmasına çəkilmiş xərclərdən ümumilikdə 2122,6 manat məbləğində vəsaiti heç bir təsdiqedici sənəd olmadan əsassız olaraq məxaricə silinmişdir. Qeyd olunur ki,aşkar edimiş çatışmazlıqlara və qanun pozuntularına görə maddi məsuliyyət daşıyan şəxslərə görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 23 noyabr 2022-ci il tarixli baxış protokolundan məlum olur ki, Şahid5 Naxçıvan MR DGK Şahtaxtı Gömrük İdarəsinin inzibati binasındakı xidməti otağına baxış keçirilmiş, 1 ədəd sistem bloku, 1 ədəd noutbuk tipli kompüter, 1 ədəd fləş yaddaş qurğusu, 1315 (min üç yüz on beş) azn pul vəsaiti, otaqdakı rəfdə üzərində Şahtaxtı Gömrük İdarəsinin əməkdaşlarının adları yazılmış sənədlər, bundan başqa Şahtaxtı Gömrük İdarəsinin texniki işçilərinə verilən ödənişlərə dair sənədlər və 3 ədəd dəftərçə aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. 1315 (min üç yüz on beş) azn pul vəsaiti xx.xx.2022 tarixli qəbzlə Şahid5 təhvil verilmişdir. - 23 noyabr 2022-ci il tarixli baxış protokolundan məlum olur ki, Naxçıvan MR DGK Sədərək Gömrük İdarəsinin rəisi X16 xidməti otağına baxış keçirilmiş, Sədərək Gömrük postunun idxal və tranzit yüklərinin gömrük bəyannamələrinin tərtib edildiyi işçi masasında yerləşdirilmiş ”HP” markalı, 01100/01572 nömrəli prosessor iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların əldə edilməsi üçün götürülmüşdür. - 23 noyabr 2022-ci il tarixli baxış protokolundan məlum olur ki, Şahid3 Naxçıvan MR DGK-də olan iş otağına baxış keçirilmiş, Şahid3 sözlərinə görə ona məxsus olan 1 ədəd ağ üzlü, 1 ədəd üzərində Naxçıvan MR DGK-nın qeydləri yazılan göy üzlü dəftər, bundan başqa 1 ədəd göy üzlü içərisindən 2016-cı ildən başlayaraq qeydlər olan dəftər müəyyən olunmuşdur. - 25 noyabr 2022-ci il tarixli baxış protokolundan məlum olur ki, X17 istintaqa təqdim etdiyi yaddaş qurğusuna baxış keçirilmiş, “Köhnə qəbzlər” adlı qovluqda əmək haqqı cədvəlləri, təsərrüfat xərcləri ilə bağlı fayllar vardır. “Köhnə qəbzlər” adlı qovluqda olan “Buğda-hesabatı” adlı qovluğun daxilində olan sənədlərdə 2017-ci ildə gömrük orqanları tərəfindən əkilən buğda sahələrindən yığılan buğdanın satıldığı şəxslərin adları yazılmışdır. “Əmək haqqı cədvəli” adlı qovluqlarda NMR Gömrük komitəsinin əməkdaşlarına verilən əlavə qeyri-rəsmi pul məbləğləri qeyd olunmuşdur və bu 2017- 2022-ci il dövrünü əhatə edir. “Gündəlik-hesabat” adlı qovluqlarda ümumi gəlir və xərclər yazılmışdır və bu qovluqda olan bütün məlumatlar sonrakı qovluqlarda qeyd olunmuşdur. “Qəbz” adlı qovluqlarda ümumilikdə 2012-2022-ci illərdə qeyri-rəsmi pul məbləğləri qeyd olunmuşdur. “Qəbz” adlı qovluqlarda Elnur Cabbarzadənin ifadəsində qeyd edilən qeyrirəsmi pul məbləğlərinin illər üzrə kimlərə təhvil verildiyi görünür. yaddaş qurğusunda qeyd olunan məlumatlara əsasən Təqsirləndirilən şəxs2 32297754 AZN və ******* ABŞ dolları, Təqsirləndirilən şəxs1 27262316 AZN və 859544 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Ümumilikdə yığılmış pul vəsaitlərinin məbləği 64433800 (altmış dörd milyon dörd yüz otuz üç min səkkiz yüz) manat və ******* (üç milyon altı yüz qırx altı min səkkiz yüz otuz üç) ABŞ dolları təşkil etmişdir. - 21 fevral 2023-cü il tarixli baxış protokolundan məlum olur ki, Şahid1 23 noyabr 2022-ci il tarixli ifadəsinə əlavə etdiyi 1 ədəd göy rəngli üzərində “NaxçıvanBank” yazılan qeyd dəftərinə baxış keçirilmiş, o, həmin kitabçada əlyazma qeydlər aparmaqla, 2019- 2020-ci illər ərzində tarixlərini qeyd etməklə Elnur, Əli və Arzu adlı şəxslərə verdiyi pul vəsaitlərinin məbləğlərini yazmışdır. Baxışda iştirak edən Şahid1 qeyd kitabçasında adları yazılan Əli adlı şəxsin Naxçıvan Şəhər Gömrük İdarəsində gömrük əməliyyatları şöbəsinin rəisi vəzifəsində işləmiş Şahid16, Elnur adlı şəxsin Naxçıvan Şəhər Gömrük İdarəsinin mühasibat uçotu və təchizat bölməsinin böyük inspektoru Elnur Cabbarzadə və Arzu adlı şəxsin isə həmin gömrük idarəsinin mühasibat uçotu və təchizat bölməsinin rəisi Şahid21 olduğunu bildirmiş, eləcə də dəftərdə qeyd edilən pul vəsaitlərinin inspektorlar tərəfindən rüsum əvəzi olaraq nağd formada yığılan pul vəsaitləri olduğunu, bu vəsaitlərin NMR DGK-nin X4 və ödənişlər şöbəsinin rəisinə verildiyini, habelə dəftərdə aparılan qeydlərə görə 2019-cu ildə Elnur Cabbarzadəyə 1.358.859 manat, 2020-ci ildə 3.035.924 manat, 2021-ci ildə 3.645.313 manat, 2022-ci ildə 3.044.954 manat, Şahid21 2019-cu ildə 233.534 manat, 117.952 ABŞ dolları, 2020-ci ildə 697.287 manat, 354.216 ABŞ dolları, 2021-ci ildə 792.210 manat, 38.270 ABŞ dolları, 2022-ci ildə 341.025 manat, Şahid16 2019-cu ildə 6.420.510 manat, 709.510 ABŞ dolları, 2020-ci ildə 10.824.836 manat, 851.228 ABŞ dolları, 2021-ci ildə 12.602.300 manat, 231.400 ABŞ dolları, 2022-ci ildə 10.108.900 manat, 122.200 ABŞ dolları inspektorlar və müfəttişlər tərəfindən toplanılaraq verilmişdir. - 06 yanvar 2024-cü il tarixli baxış protokolundan məlum olur ki, Naxçıvan MR DGK Şahtaxtı Gömrük İdarəsi, Sədərək Gömrük İdarəsi və Şahid3 Naxçıvan MR DGK-də olan xidməti otağından baxış zamanı götürülən əşyalara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən göndərilmiş əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışdırlar. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə isə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin xüsusilə mühüm işlər idarəsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərdiyi 02 oktyabr 2023-cü il tarixli, 3-39-9/2-5155/23 nömrəli sorğuya verilən cavabdan məlum olur ki, dövlət reyestrində Təqsirləndirilən şəxs2 arvadı X10, bacısı X28, bacısının əri X8, atası X32, anası X11, Təqsirləndirilən şəxs1 qardaşının arvadı X9 adına daşınmaz əmlak qeydə alınmamışdır. Bundan əlavə cavab olaraq göndərilən məlumatda həmçinin Təqsirləndirilən şəxs2 məxsus fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi, Təqsirləndirilən şəxs1 məxsus mənzil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iki ədəd həyətyanı torpaq sahəsi, arvadı X12 məxsus mənzil, qardaşı X23 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iki ədəd həyətyanı torpaq sahəsi, bacısı X24 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iki ədəd həyətyanı torpaq sahəsi, bacısının əri X18 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, atası X19 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iki ədəd həyətyanı torpaq sahəsi, anası X13 məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, üç ədəd həyətyanı torpaq sahəsi olduğu da göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə göndərdiyi 30 aprel 2024-cü il tarixli, 1(109)- 20/2024 nömrəli sorğuya verilən 10 may 2024-cü il tarixli, G-0897-14-01-xx.xx.2024 nömrəli cavabdan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına hesab olmadığı, onların qiymətli kağızlara sahibliyi barədə məlumatın mövcüd olmadığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyinə göndərdiyi 30 aprel 2024-cü il tarixli, 1(109)-20/2024 nömrəli sorğuya verilən 14 may 2024-cü il tarixli, 3-27-106/2-410/2024 nömrəli cavabdan gəmi reyestrında və Berbout-çarter reyestrında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus gəmi qeydiyyata alınmadığı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərdiyi 30 aprel 2024-cü il tarixli, 1(109)-20/2024 nömrəli sorğuya verilən 20 may 2024-cü il tarixli, 3- 13-13/2-12526/2024 nömrəli cavabdan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına ov silahının olmadığı məlum olur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəmə qarşısında müxtəlif vəsatətlər qaldırmışdır. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxslər onların əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermişdir. Məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı təqsirləndirilən şəxslər öz etirazını bildirməmiş və həmin sübutları mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi özgənin əmlakını talamanın iki müstəqil formasını nəzərdə tutur: mənimsəmə və israf etmə. Özgənin əmlakını talamanın bu iki müstəqil formasının hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri vardır. Bu obyektiv xüsusiyyətlər özgənin əmlakını ələ keçirmənin üsulunda ifadə olunur. Cinayət hüququ nəzəriyyəsinə görə - mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, xəzinədar, mühasib və sair) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə və ya digər formada sahibliyinə keçirir. Bundan başqa, mənimsəmə və israfetmə cinayətin başa çatma anına görə birbirindən fərqlənirlər. Talamanın bir forması kimi mənimsəmə özgənin etibar edilmiş əmlakı təqsirkar tərəfindən onun qalan əmlakından ayrılaraq ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir. İsraf etmə isə - həmin əmlaka qanunsuz sərəncam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab olunur. Şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olur ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı, mühasib və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vahid niyyətlə onlara etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xüsusi ilə külli miqdarda mənimsəməklə talamışdır. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə Cinayət Məcəlləsinin 179.4-cü maddəsinin tərkibini təşkil edir. Yuxarıda göstərilənləri məcmu halda təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində həqiqətən də Cinayət Məcəlləsinin 179.4-cü maddəsində tutulmuş cinayət əməlinin bütün zəruri təkib əlamətləri var. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə tövsif edir və belə hesab edir ki, təqsirləndirilən şəxslər həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlini vahid niyyətlə qəsdən törətmişdir. Onların törətmiş olduğu əməl başa çatmış cinayətdir, Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Onların tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməklərini, törətdikləri əməldən peşman olmalarını, Təqsirləndirilən şəxs2 himayəsində iki yetkinlik yaşına çatmayan, Təqsirləndirilən şəxs1 himayəsində isə 3 yetkinlik yaşına çatmayan övladının olmasını, təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı hissədə qeyd edir ki, onlara məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində cəzanı yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onların tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni evli və ali təhsilli olmalarını, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onların islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, onlara öz davranışları ilə islah olunmalarını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onların davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə bu hissədə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi onların məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən onlara göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-534/2022 nömrəli, 26 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 25 noyabr 2022ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və 24 dekabr 2023-cü il tarixədək davam etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-518/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və 23 dekabr 2023-cü il tarixədək davam etmişdir. 25 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərara əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməlin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin aparatının 01 yanvar 2012-ci tarixdən 28 noyabr 2022-ci il tarixədək olan dövrünü əhatə edən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması zamanı toplanmış materiallar və tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt məlumatları ilə bağlı aparılmış məhkəmə-mühasibatlıq ekspertizasına görə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan “TİR”, “GRP” və digər proqram təminatlarının yazıldığı sərt yaddaş qurğularının doğranmış hissələri, Şahid1 istintaqa təqdim etdiyi, üzərində “Naxçıvanbank” sözü yazılmış qeyd kitabçası və X17 istintaqa təqdim etdiyi və içərisində qeyri-rəsmi olaraq yaradılmış “TİR” proqram təminatı vasitəsilə aparılan əməliyyatlara dair məlumatların olduğu elektron daşıyıcı cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işinə əlavə edilmiş sənədlərdən məlum olur ki, cinayət yolu ilə əldə olunmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş cəmi 21.036.000 (iyirmi bir milyon otuz altı min) manat və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş 31.040.000 (otuz bir milyon qırx min) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bankdakı depozit hesabına verilmişdir. Cinayətin predmeti olan ümumilikdə 52.076.000 (əlli iki milyon yetmiş iki min) manat pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən müsadirə olunaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 4 (dörd) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin aparatının 01 yanvar 2012-ci tarixdən 28 noyabr 2022-ci il tarixədək olan dövrünü əhatə edən maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması zamanı toplanmış materiallar və tərtib olunmuş xx.xx.2023-cü il tarixli akt məlumatları ilə bağlı aparılmış məhkəmə-mühasibatlıq ekspertizasına görə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan “TİR”, “GRP” və digər proqram təminatlarının yazıldığı sərt yaddaş qurğularının doğranmış hissələri, Şahid1 istintaqa təqdim etdiyi, üzərində “Naxçıvanbank” sözü yazılmış qeyd kitabçası və X17 istintaqa təqdim etdiyi və içərisində qeyri-rəsmi olaraq yaradılmış “TİR” proqram təminatı vasitəsilə aparılan əməliyyatlara dair məlumatların olduğu elektron daşıyıcı cinayət işində saxlanılsın. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq bankdakı depozit hesabında saxlanılan, Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmiş cəmi 21.036.000 (iyirmi bir milyon otuz altı min) manat və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmiş cəmi 31.040.000 (otuz bir milyon qırx min) manat olmaqla ümumilikdə cinayətin predmeti olan 52.076.000 (əlli iki milyon yetmiş altı min) manat pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən müsadirə olunaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar