Məhkəmə qərarları › İş №1(109)-20/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-20/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-20/2025 12.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 11:45 Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin sağ yan hissəsindən bir bıçaq zərbəsi vuraraq sonuncunun sağlamlığına dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır bədən zərəri vurmuşdur. Belə ki, o, Naxçıvan şəhəri dairəvi yolun 4-cü km-də yerləşən “PUB 011” kafedə dostları Şahid4 və Şahid3 ilə birlikdə yemək yeyib içki içərkən kafedə olan Şahid1 ilə söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs həmin söhbətə qarışaraq söyüş söymüş, Təqsirləndirilən şəxs da təkləndiyini düşünərək kafenin yaxınlığında Naxçıvan şəhəri, Hərbi şəhərcik 2, döngə 1, ev 3/3 ünvanında yerləşən yaşadığı evinə gedib evin mətbəxində olan yaşıl saplı bıçağı götürüb bel hissəsində gizlətmiş, dostları Şahid4 və Şahid3 ilə birlikdə həmin kafeyə qayıtmışdır. Kafenin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı evdən götürüb üzərində saxladığı bıçağı çıxararaq Zərərçəkmiş şəxs qəsdən sağ yan tərəfindən bir bıçaq zərbəsi ilə vurmuş və sonuncunun qaraciyərinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan qarnın sağ yan səthinin kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, maşın bazarında kafedə ofisiant işlədiyi vaxtdan Şahid1 tanımış və onunla münasibətləri yaxşı olmuşdur. Daha sonra işdən çıxaraq “Hilal kafe”də kuryer işləməyə başlamış və mobed idarə etmişdir. Hadisədən bir neçə gün əvvəl idarə etdiyi mopedlə “Cahan” Ticarət Mərkəzinin qarşısında yerləşən yerüstü piyada keçidinə yaxınlaşan zaman işıqforun qırmızı işığında Şahid1 idarə etdiyi avtomobillə dayandığını görüb salam vermək üçün ona yaxınlaşmış və maşında başqa adam olduğunu görmədən siqnal verib keçmişdir. Şahid1 idarə etdiyi avtomobillə gələrək onun idarə etdiyi mopedin yanında dayanmış, ondan “görmürsən, avtomobildə adam var?” deyə soruşmuş, o isə and içərək avtomobildə adam olduğunu görmədiyini bildirmişdir. Bu hadisədən təxminən bir neçə gün sonra işdən çıxıb Türkiyədən gələn dostu Suadın təklifi ilə “PUB 011” kafede ofisiant işləyən dostları Muxtarı görməyə getmişlər. Kafedə Suadla sobanın yanında dayanıb söhbət edərkən Fərahim onların yanına gəlmiş və ona “ sən keçən dəfə maşınımın içində adam olanda nə səbəbə içəriyə baxırdın?” deyə soruşmuş, o da “vallah, mən maşının içərisində adam olduğunu görməmişəm, sən özün də bilirsən ki, mən elə bir insan deyiləm, elə bir iş görmərəm” deyə cavab vermişdir. Bundan sonra Fərahim əli ilə onu sinəsindən itələyərək “axırıncı dəfə olsun ki, maşının içərisinə baxırsan” demiş, o da Fərahimi itələyərək “əlinlə danışma, normal söhbətini et” demişdir. Bu vaxt Zərərçəkmiş şəxs onlara yaxınlaşıb aralarında keçən söhbətə aidiyyatı olmadığı halda nə olduğunu soruşduğunda Suad Mehrana “Heç nə olmayıb. Həll etmişik. Əgər nə isə olubsa, mən üzr istəyirəm” deməsinə baxmayaraq Mehran ona “sənlik nə isə yoxdur, çəkil kənarda dur. Sən söhbətin necə olduğunu bilmirsən” demişdir. Şahid1 Zərərçəkmiş şəxs kənara çəkib “sənin işin yoxdur” desə də onu dinləməmiş, Elşadı itələyərək “sənin mənim dostumla nə problemin ola bilər” deyib, ona qarşı nalayiq ifadə işlətmişdir. Elşad Mehrana söyüş söyməməsini, onun söhbətə aidiyyatı olmadığını dedikdə isə onun burnundan yumruqla vurmuş və burnu qanamışdır. İçəridə çox səs-küy olduğundan Fərahim ona çölə çıxıb danışmağı təklif etmişdir. Çöldə Fərahimə onun maşınında heç kimi görmədiyini, bu cür düşünməsinə səbəb olduğu üçün üzr istədiyini söyləmişdir. Söhbət etdikləri zaman kafedə Fərahimin yanında olan Nihad və Mehran adlı şəxslər kafedən çıxıb onların yanlarına gələrək Təqsirləndirilən şəxs vurmaq istəsələr də, kənarda olan şəxslər onları aralaşdırmışlar. Mehranın ona söydüyü söyüşü qəbul edə bilmədiyi üçün evə gedib mətbəx bıçağını götürmüş, gödəkçəsinin cibində gizlədərək yenidən kafeyə qayıtmışdır. Evdən bıçaq götürərkən onu kimsə görməmiş, yanında olan dostları onun niyə evə gedib qayıtması ilə maraqlanmamış və üzərində bıçaq olduğunu bilməmişlər. Yolda dostu Şahid4 zəng edərək “Bəylər, mən kafedə savaşmışam məni döyüblər, gəl gedək mənə kömək et” demiş, Bəylər də onun yanına gəlmişdir. Onlar kafeyə çatarkən saat təxminən 02:30 radələrində Fərahimin dostları ilə taksidə olduqlarını və kafenin həyətindən çıxdıqlarını görmüşlər. O, həmin taksiyə yaxınlaşaraq pəncərəsini döyüb Fərahimi çağırsa da, Mehran avtomaşından düşüb “Onlar içkilidirlər.Gedək mənimlə söhbət edək” demişdir. Mehranla kənara çəkilib söhbət etməyə başlamış və Mehrana “sizin uşaqlar mənə söyüş söydü, söhbətə aidiyyatı olan, olmayan kafedən çıxan yetirir mənim üstümə” demiş, Mehran isə Fərahim və Nihadın içkili olduqlarını, səhər bu barədə danışa biləcəklərini bildirmişdir. Elşad ondan özünün içkili olub-olmadığını soruşduğunda, içkili olmasına baxmayaraq ayıq olduğunu demiş, niyə söyüş söydüyünü, niyə ona yumruq atdığını soruşanda isə onlar yenidən tutaqlaşmağa başlamış və Mehran yenidən ona söyüş söymüşdür. Onlar bir-birilərinin yaxasından tutan zaman kənardan kimsə onu vurmağa başlamış, bu vaxt Bəylər və Suad kafenin girişində dayanmış, o tək olduğu üçün gücünün çatmayacağını bilib gödəkçəsinin cibindəki bıçağı çıxararaq Mehrana bir bıçaq zərbəsi endirmişdir. Sonra geri çəkilmiş, ikinci zərbəni vurmaq niyyəti olmamış, kimsə onu vurduqdan sonra yerə yıxılmış, Mehranı hansı nahiyədən vurduğunu bilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər üzərində bıçaq gəzdirmədiyini, özünümüdafiə məqsədilə bıçaq götürdüyünü, Zərərçəkmiş şəxsla aralarında ədavət olmadığını, onu ilk dəfə “PUB 011” kafedə gördüyünü, törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmişdən üzr istədiyini və barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Melisa Kafe” də işləyir. İşdən sonra təxminən saat 00:00 radələrində dostu Nihad və onun qohumu Fərahimlə görüşərək “PUB 011” kafeyə getmişlər. Orada oturduqdan sonra Təqsirləndirilən şəxs və Suad adlı şəxs də kafeyə gəlmişdir. Bu zaman Fərahim onlara 2-3 gün əvvəl işıqforda dayanarkən Elşadla aralarında yaşanan hadisə barədə danışmış və Elşadı göstərərək “həmin uşaqdır” demişdir. Bir müddət sonra Şahid1 masadan qalxıb ayaqyoluna getmiş və qayıtdıqdan sonra onların yanına gəlməmişdir. Tanımadıqları bir şəxs onlara yaxınlaşaraq “sizin dostunuz çöldə mübahisə edir” dediyi üçün onlar kafenin həyətinə çıxdıqda artıq Fərahimlə Elşadın arasındakı mübahisə başa çatmışdır. Onlar Fərahimlə birlikdə içəri keçmiş, yarım saat oturduqdan sonra durub getmək üçün taksi çağırmışlar. Taksiyə əyləşdikdə Elşad gəlib taksinin pəncərəsini döyərək Fərahimi çağırmış, Fərahim və Nihad içkili olmuş, həmin vaxt o da 6-7 bakal pivə içməsinə baxmayaraq özünü daha ayıq hiss etmiş, hadisənin pis nəticələnməməsi üçün özü Elşadla söhbət etməyə getmişdir. Elşadla kafenin girişindən 30- 40 metr uzaqlaşmış, söhbət əsnasında Təqsirləndirilən şəxs ona “sənlik bir şey yoxdur” dedikdə o, “mən bilirəm mənlik heç nə yoxdur, sadəcə mən gəlmişəm ki, görüm mübahisə nə üstündədir” deyə cavab vermişdir. Elşad ona “sənin dostların mənə söyüş söyübdür” demiş, o isə “tamam, söyüş söyüblər, sabah gəl mən onları gətirəcəyəm hansının səhvi varsa yeri gəlsə sən də ona söyüş söyərsən, amma mən gətirəcəyəm üzr istəsin” deyə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Şahid1 ünvanına nalayiq ifadə işlətdiyi üçün o, sillə ilə Elşadı vurmuşdur. Bundan sonra onlar əlbəyaxa olmuş və Təqsirləndirilən şəxs bıçağı çıxarıb ona sağ qarın nahiyəsindən bir bıçaq zərbəsi endirmişdir. Bıçaqlanana qədər hadisə yerində ikisi olmuş, Elşad onu bıçaqla vurduqdan sonra onun kənarda dayanmış dostları onlara yaxınlaşmışlar. Ondan sonra baş verənləri xatırlamamış, gözünü birdə xəstəxanada açmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs daha əvvəl tanımamış, aralarında ədavət və düşmənçilik olmamış, kafedə olarkən aralarında sözlü və ya fiziki güc tətbiq etməklə mübahisə olmamışdır. Taksidən düşüb bir qədər aralaşdıqdan sonra aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxsla barışdıqlarını, ona qarşı heç bir şikayətinin, o cümlədən maddi və mənəvi tələbinin olmadığını, xəstəxanada müalicə alarkən Elşadın ailə üzvlərinin mütəmadi olaraq onu ziyarət etdiklərini, ona dəymiş ziyanı qarşıladıqlarını və Təqsirləndirilən şəxs bağışladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, maşın bazarında mühafizə işləyərkən Təqsirləndirilən şəxs orada yeməkxanada işləmiş və həmin vaxtdan tanışlıqları yaranmışdır. Hadisədən bir neçə gün əvvəl “Cahan” ticarət mərkəzinin qarşısında yerüstü piyada keçidinin altında işıqforun qırmızı işığında idarə etdiyi avtomobili saxlayan zaman əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs mopedlə gəlib onun idarə etdiyi avtomobilin sol tərəfində dayanmış, siqnal verərək başı ilə salam vermiş və salamlaşdıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin içərisinə baxmışdır. Şahid1 ön sərnişin oturacağında nişanlısı əyləşdiyindən narahat olaraq avtomobili bir qədər irəliyə sürdüyündə Təqsirləndirilən şəxs yenidən gəlib onun avtomobilinin yanında dayanıb avtomobilin içərisinə baxmağa davam etmiş, işıqforun yaşıl işığı yandıqda isə yollarına davam etmişlər. Hadisədən təxminən 2 gün sonra saat 00:00-dan bir qədər keçmiş dostları Mehran və Nihad adlı şəxslərlə “PUB 011” kafedə olarkən Təqsirləndirilən şəxs kafeyə gəlmişdir. Mehran və Nihad masada oturarkən o, sobanın yanında adını bilmədiyi bir nəfərlə dayanan Təqsirləndirilən şəxs yanına yaxınlaşaraq ondan işıqforda dayandıqları zaman niyə maşının içərisinə baxdığını soruşmuş, o isə “nə olacaq, elə-belə baxırdım” deyə cavab vermişdir. Şahid1 maşında nişanlısının olduğunu söylədiyində o, yenə də səbəbsiz baxdığını bildirmiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Şahid1 həmin vaxt içkili olmuş, Təqsirləndirilən şəxs “axırıncı dəfə olsun” deyərək xəbərdarlıq etmiş, Elşad isə əli ilə onu itələyərək “yaxşı Fərahim, yaxşı” deyərək qarşılıq vermişdir. Mübahisə etdikləri müddətdə kafedə yüksək səslə danışdıqları üçün onları kafedən çölə çıxarmışlar. Onların ardınca içəridən dostları Mehran və Nihad çölə çıxmış, Nihad onu içəriyə aparmış, Mehran isə çöldə Təqsirləndirilən şəxsla söhbət etmişdir. Onların arasında keçən söhbətdən məlumatı olmamış, Elşad kafedən çıxıb getmiş, Mehran içəri qayıtdığında söhbətin həll olduğunu demişdir. Masa arxasında əyləşdiklərində Fərahim Elşadla bir neçə gün əvvəl işıqforda dayanan zaman aralarında keçən hadisə barədə Mehran və Nihada danışmışdır. Təxminən yarım saat sonra taksi çağırıb kafedən gedərkən Elşad və dostları taksinin qabağını kəsmiş, Elşad taksinin ön sərnişin pəncərəsini döyərək “düşün yerə, söhbət edək” dediyində ön sərnişin oturacağında oturan Mehran böyük olduğu üçün söhbət etməyə özünün gedəcəyini, ona maşından düşməməsini demiş və maşından düşüb Elşadla birlikdə 10-15 metr aralaşmışdır. İçkinin təsiri ilə narahat olduğu üçün o maşından düşməmiş, dostu Nihad Bəylər adlı şəxslə söhbət etmək üçün maşından düşmüş, Mehranla Elşadın yanında heç kim olmamışdır. Bir qədər sonra Nihad “Mehranı bıçaqladı” deyə qışqırdığı üçün onlar Mehranın yanına getmiş və onu xəstəxanaya çatdırmışlar. Şahid1 son olaraq Mehranla Elşadın bir-birlərinə qarşı söyüş söymələrinin şahidi olmadığını, kafenin içərisində olan söhbətdə Mehranın ümumiyyətlə onlara yaxınlaşmadığını, çöldə söhbət edərkən Elşadın ondan üzr istəməsini xatırlamadığını, münaqişənin başlamasına Zərərçəkmiş şəxs təsirinin olmadığını, kafedə söhbət edərkən Mehran Elşadı vurduğu üçün yox, yüksək səslə danışdıqları üçün çölə çıxarıldıqlarını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gecə saatlarında “PUB 011” kafedə Şahid1 və Zərərçəkmiş şəxsla birlikdə oturmuşlar. Şahid1 telefonla danışmaq üçün çölə çıxdıqdan sonra yan masadan 1 nəfər onlara “sizlə oturan oğlan çöldə savaşır” dediyi üçün Mehranla birlikdə çölə çıxmışlar. Bu vaxt artıq çöldə olan adamlar Fərahim və Elşadı aralaşdırmışlar. Onlar Fərahimlə birlikdə masaya qayıtmış, Fərahim işıqforda dayanarkən Elşadla aralarında keçən hadisəni onlara danışmışdır. Bir qədər sonra taksiyə əyləşib getmək istəyərkən Elşad yanında olan iki nəfərlə taksinin qabağını kəsib onları çağırmışdır. Bu vaxt ad çəkməmiş, aşağı düşmələrini istəmiş, Mehran “siz gözləyin mən gəlirəm” deyərək söhbət etmək üçün taksidən düşmüşdür. Özü Bəylər adlı şəxsi tanıdığı üçün taksidən düşüb onunla söhbət etməyə başlamışdır. Mehran və Elşad kafedən təxminən 20-25 metr aralıda dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə keçdikdən sonra onların tutaqlaşdıqlarını görüb aralaşdırmaq üçün getmiş, onların yanına çatanadək artıq Mehran bıçaqlandığı üçün hadisənin necə baş verdiyini görməmiş, hadisə yerinə çatanda Mehran özü Elşadın onu bıçaqladığını demişdir. Şahid2 ifadəsinin davamında bildirmişdir ki, Elşadı ilk dəfə Fərahimlə çöldə savaşdıqlarını eşidib kafedən çölə çıxanda görmüş və həmin vaxt Elşadın üzündə qan görməmişdir. Kafedə olarkən aralarında mübahisə olmamış, zərərçəkmiş şəxs, o cümlədən özü Elşadı vurmamış və ona qarşı söyüş söyməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən saat 00:00-dan sonra Elşadla birlikdə “PUB 011” kafeyə dostunu görməyə getmişlər. Orada sobanın yanında dayanan zaman Şahid1 onların yanına gəlmiş və Elşadla görüşdükdən sonra Fərahim Elşaddan işıqforda dayanarkən nə səbəbə maşına baxdığını soruşmuşdur. Elşad isə maşında kimin olduğunu görmədiyini, tələsik keçdiyini demişdir. Bundan sonra aralarında mübahisə başladığı üçün Mehran adlı şəxs də onların yanına gəlmişdir. Mehran həmin vaxt Elşadı söyməmiş, onu vurmamış, əksinə məsələni həll etməyə çalışmışdır. O, Elşadın adından üzr istədiyində Mehran ona məsələnin ona aidiyyatının olmadığını, qarışmamasını demişdir. Çölə çıxdıqdan sonra Fərahimlə Elşadın arasındakı mübahisə davam etmiş, lakin ətrafdakı tanımadığı insanlarla birlikdə onları aralaşdıraraq bir-birilərini vurmağa icazə verməmişlər. Həmin vaxtadək Mehranın Elşadı vurmasını, söyməsini, üzündə qan olmasını görməmişdir. Daha sonra taksi ilə Elşadın yaşadığı evin yaxınlığında yerləşən “Uğurlu məkan” adlanan kafenin yanına getmişlər. Elşad evlərinə girib-çıxmış, bu zaman ona zəng gəldiyi üçün telefonla danışmış, Elşadın evdən bıçaq götürdüyünü bilməmişdir. Elşad qayıtdıqdan sonra dostları Bəylər adlı şəxsə də zəng edərək yanlarına çağırmışlar və birlikdə “PUB 011” kafeyə qayıtmışlar. Kafeyə çatdıqlarında Mehran və dostları ilə qarşılaşmışlar. Mehran Elşadla söhbət etmək üçün taksidən düşmüş və onlar birlikdə kafenin girişindən bir qədər uzaqlaşmışlar. O, Nihad və Bəylər adlı şəxslərlə kafenin girişində dayanıb söhbət etməyə başlamışdır. Qaranlıq olduğu üçün Mehran və Elşadı görməmiş, səs yüksəldikdən sonra onlara tərəf qaçmışlar. Mehran bıçaqlandığı üçün dostları onu xəstəxanaya aparmış, onlar isə Elşadı hadisə yerindən uzaqlaşdırmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxmini saat 00:00-dan sonra evə gedərkən Təqsirləndirilən şəxs ona zəng edərək salam üstündə söhbəti düşdüyünü, gələ bilib-bilməyəcəyini soruşmuş və onlar “Naxışnərgiz” restoranının qarşısında görüşüb taksi ilə “PUB 011” kafeyə getmişlər. Kafenin həyətinə çatdıqda Elşad taksidən düşüb “söhbətim düşən uşaq gəlsin, söhbət edək” demiş, bu zaman Fərahim və Nihad adlı şəxslər taksidə, Zərərçəkmiş şəxs isə kafenin həyətində olmuş, Mehran “yaxşı gedək söhbət edək” demiş, Şahid1 maşından düşməmişdir. Elşadla Mehran onların yanından uzaqlaşmış, o isə Nihadı əvvəlcədən tanıdığı üçün taksidən düşüb onunla söhbət etməyə başlamışdır. O, Suad və X6 savaşmalarına icazə verməmək məqsədilə onların yanına getmək qərarına gəlmişlər. Onların yanına çatanadək Elşad və Mehran tutaqlaşmış, Elşad Mehranı bıçaqla vurmuşdur. Qaranlıq olduğu üçün bıçaqlama anını görməmiş, kiminsə “bıçaqla vurdu” deyə qışqırmasını eşitmişdir. Elşad bir bıçaq zərbəsindən sonra özü dayanmış, qorxuya düşmüş və qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Həmin gün özü də içkili olmuş, Zərərçəkmiş şəxs xəstəxanaya kimin aparmasını bilməmişdir. Şahid4 ifadəsinin davamında Elşadın üzərində bıçaq olması barədə məlumatsız olduğunu, hadisədən sonra bıçağı hara atmasını bilmədiyini, görüşüb kafeyə gələn zaman Elşadın ona bıçaq götürdüyünü və kimisə bıçaqlamaq üçün oraya getdiklərini demədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3: - 09 dekabr 2024-cü il tarixli, 410 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər – qaraciyərin zədələnməsi və daxili qanaxma ilə müşaiət olunan qarnın sağ yan səthinin deşilmişkəsilmiş yarası iti uca iti kənara malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişdir. Müddəti onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “AĞİR” zərər vurmaya aid edilir. - 09 dekabr 2024-cü il tarixli, 488 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2: - xx.xx.2025-ci il tarixli 60 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrotik reaksiya” vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - xx.xx.2025-ci il tarixli 61 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 19 fevral 2025-ci il tarixli, 210 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus paltarların (qara rəngli gödəkcənin “a” zədəsi və qara rəngli köynəyin ) səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Tədqiqata təqdim olunan qara rəngli gödəkcədə olan “b” və “c” zədəsi isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma və dartılıb-sökülmə zədəsidir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmiş tələbnaməyə VMAS üzrə yoxlanılıb verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şərur rayon Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 №li sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs atası X5 ölmüşdür. xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də ondan heç bir şikayət və tələbi olmayacaq. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs “PUB 011” kafedə sobanın yanında dayanarkən Şahid1lə Təqsirləndirilən şəxs arasında keçən hadisəni bilmədiyi halda müdaxilə edərək Təqsirləndirilən şəxs sinəsindən əli ilə itələmiş, ona qarşı nalayiq ifadələr işlətmiş, bununla da münaqişənin daha da böyüməsinə səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs dostları ilə yenidən kafeyə qayıdan zaman taksidən Şahid1 düşməsini və onunla söhbət etməyi istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs çağırılmadığı halda taksidən düşərək söhbət etmək üçün getmiş və söhbət əsnasında Təqsirləndirilən şəxs sifətinə sillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs bu hərəkəti Təqsirləndirilən şəxs nevrotik reaksiya halı yaratmış və Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs bədəninin sağ yan səthinə bir bıçaq zərbəsi vurmuş və sonuncunun qaraciyərinin zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan qarnın sağ yan səthinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını,o cümlədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etməsini, habelə atasının vəfat etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etməsini təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə bu hissədə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-59/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 09 dekabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan 1 (bir) ədəd qara rəngli gödəkçə və 1 (bir) ədəd qara rəngli uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunacağından onun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357.0.3, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan 1 (bir) ədəd qara rəngli gödəkçə və 1 (bir) ədəd qara rəngli uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar