Məhkəmə qərarları › İş №1(109)-21/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-21/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-21/2023 29.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1975-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Kəngərli rayonu, Qabıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Nаxçıvаn Muxtаr Respublikаsı Ədliyyə Nаzirliyinin Penitensiаr Xidmətinin İstintаq Təcridxаnаsındа sаxlаnılаn Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.1, 234.4.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə edib, saxlayıb, daşımış və təkrar satmış, həmçinin psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək təkrar qaçaqmalçılıq etmişdir. Belə ki, o, 2023-cü ilin iyun ayının əvvəllərində İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 0,811 qramdan artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, bir qismini 03 iyun 2023-cü il, qalan qismini isə 08 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək təkrar qaçaqmalçılıq edib daşımaqla yaşadığı ünvan 2 ünvanına gətirərək saxlamış, 10 iyun 2023-cü ildə həmin psixotrop maddənin 0,080 qramdan artıq hissəsini və 11 iyun 2023-cü ildə təkrarən həmin psixotrop maddənin 0,731 qramını xalası oğlu Şahid1 yaşadığı ünvan 2 ünvanında satmış, Şahid1 11 iyun 2023-cü il saat 15:15-də Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarının bel kəmərinin bağlanacaq hissəsindən 1 ədəd bükümdə 0,731 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğu üçün Kəngərli rayonunun Xök kəndindən pendir alıb Bakı şəhərində baha qiymətə satmaqla məşğul olmuşdur. Həmin ərəfədə narkotik istifadəçisi olan xalası oğlu Nəsrəddindən 200 manat borc pul almışdır. Bundan başqa banka da borcu olmuşdur.Tutulmamışdan təxminən bir ay əvvəl İran İslan Respublikasının Biləsuvar şəhərində taksi sürücüsünə 36 manat pul verərək psixotrop maddə və psixotrop maddə istifadəçilərinin ağrıları olan zaman qəbul etdiyi D2 dərmanı almış, psixotrop maddənin neçə qram olduğunu bilməmişdir. Bir bükümdə olan psixotrop maddəni iki 2 bükümə ayırmış, bükümlərdən birini gətirib ünvan 2 ünvanında xalası oğluna olan 200 manat borcun müəyyən məbləğinin qarşılığında vermiş, ikinci bükümü isə İran İslam Respublikasının Culfa gömrük postunun ərazisində gizlətmişdir. 9 gün sonra yenidən İran İslam Respublikasına getmiş və gizlətdiyi ikinci bükümdə olan psixotrop maddə metamfetamini gətirib Naxçıvan şəhərində xalasının oğlu Nəsrəddinə olan borcunun müqabilində ona vermiş və həmin vaxt Bakıya gedəcəyi üçün Nəsrəddindən 60 manat yol pulu almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, psixotrop maddənin qanunla qadağan olunduğunu və məsuliyyət yaratdığını bilmiş, birinci bükümü alt reytuzunun cibində, ikinci bükümü isə şalvarının cibində keçirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, 2010-cu ildə narkoloji dispanserdə müalicə almış, tutduğu əməldən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, həmkəndlisi Nəsrəddini tanıyır və əvvəllər ondan bir-iki dəfə pisxotrop maddə alıb istifadə etmişdir. Nəsrəddinlə kənddə görüşdüyü zaman ona “Kimdəsə varsa alaq istifadə edək” söyləmiş, kənddə olanda Nicat ona zəng vurmuş, “Tanışın var? Narkotik alaq istifadə edək” demiş, qarşılığında elə bir tanışının olmadığını bildirmişdir. Üzərindən bir həftə keçdikdən sonra Nicat ona yenə zəng vurmuş, “Tapa bilmədin narkotik?” deyə soruşmuş, sonra Nəsrəddinə zəng vurmuş, “Bir şey tapa bilərsən?” dediyində o da “Vallah bilmirəm, olsa zəng vurub deyərəm” demişdir. Axşamüstü Nəsrəddin ona zəng vurmuş, “Belə bir yer var gedib almaq olar ordan” demiş, ondan sonra 60 manat Nicat, 60 manat da özü verərək psixotrop maddə olan metamfetamin almışlar. Nicatla görüşdükdə metamfetaminin yarısını ona vermişdir. Həmin maddəni Şahtaxtı yolunda zibil qutusunun yanından götürmüş, Nicatla birlikdə onu çəkmişlər. Sonra ikinci dəfə Nicat zəng vurmuş, yanına gəlmiş, Təzəkənd yolunda lövhənin yanında maşının içərisində Nəsrəddindən aldıqları 80 manatlıq psixotrop maddə olan metamfetamindən istifadə etmişlər. Daha sonra yenə narkotik vasitə almaq üçün Nəsirəddinə zəng vurmuş, ondan 130 manatlıq narkotik vasitə gətirməyini istəmiş və birlikdə Naxçıvan şəhərinə gəlmişlər. Şəhərdə təxminən 20 dəqiqə Nəsrəddinin gəlməyini gözlədiyi zaman polis əməkdaşları Nəsrəddinlə birlikdə onu saxlamış və Daxili İşlər Nazirliyinə aparmışlar. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2023-cü ilin may ayından Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra etmişdir. 11 iyun 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası X8 raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Şahid1 barəsində daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş və o yaşadığı Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Şahid1 gətirildikdən sonra müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun bel kəmərinin alt hissəsindən 1 ədəd ağ rəngdə sellofanın içərisinə bükülmüş ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Şahid1 metamfetamin psixotrop maddəsini Şahid2 satdığını bildirərək həmin metamfetamin psixotrop maddəsini isə Təqsirləndirilən şəxs aldığını demişdir. Şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 2022-ci ildən Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə çalışır. 10 iyun 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Şahid3 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı Naxçıvan Muxtar Respublikası X8 raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Şahid3 10 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində saxlanılmışdır. Şahid3 saxlanılan zaman onun üzərində daşıdığı nakotik vasitə və ya psixotrop maddəni gizlətməyinə kifayət qədər əsaslar olduğundan o, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmişdir. Şahid3 şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılarkən Şahid3 sol ayağına geyinmiş olduğu corabın boğaz hissəsindən 1 ədəd qara rəngdə balaca sellofana bükülmüş siqaretin qızılı rəng kağızının içərisində ağ kristallardan ibarət kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Sonra müvafiq sənədlər tərtib olunmuş və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şahid3 tanımamış, aralarında hər hansı bir qohumluq münasibəti və ədavət olmamışdır. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında X9 Nazirliyinə dəvət etmişlər. Nazirlikdə hadisə ilə bağlı araşdırma aparılmış, Natiqin izahatı alınmış və axtarış zamanı üzərindən heç nə çıxmamışdır. Təqsirləndirilən şəxs izahatında metamfetemin psixotrop maddəsini İran İslam Respublikasından əldə edərək gətirdiyini və iki dəfə Şahid1 olan borcu qarşılığında ona verdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə ilə bağlı onlara əvvəlcədən əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında Nəsrəddin adlı şəxsi saxlamışlar. Nəsrəddini saxladıqları zaman üzərində psixotrop maddəyə bənzər kütlə aşkar edilmiş, həmin psixotrop maddəyə bənzər kütləni Natiqdən aldığını etiraf etmiş və X9 Nazirliyinə dəvət etmişlər. Natiqin üzərindən heç nə aşkar olunmamış, izahatında psixotrop maddəni İran İslam Respublikasından gətirdiyini, həmin psixotrop maddəni iki dəfə Nəsrəddinə olan borcu qarşılığında satdığını etiraf etmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid3 tutulduqdan sonra, Şahid2 saxlanılmışdır. Rüstəm psixotrop maddəni Nəsrəddindən aldığını demişdir. Nəsrəddini saxladıqları zaman onun üzərindən – kəmər hissəsindən psixotrop maddə aşkar edilmişdir. Nəsrəddin psixotrop maddəni Natiqdən aldığını söyləmiş, sonra Natiqi Naxçıvan MR Daxili İşlər Nazirliyinə dəvət etmişlər. X10 İslam Respublikasından gətirdiyi həmin psixotrop maddəni Nəsrəddinə olan borcu qarşılığında verdiyi məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Natiq və Nəsrəddin barəsində heç nə bilmir. Rüstəmlə birlikdə psixotrop maddədən iki dəfə istifadə etmişdir. Birinci dəfə Kəngərli rayonu, Qıvraq qəsəbəsində yolun qırağındakı zibil qutusunun yanından, ikinci dəfə Şərur rayonu, Püsyan kəndində yolun qırağındakı plakatın altından psixotrop maddəni götürüb birlikdə istifadə etmişlər. Psixotrop maddə üçün birinci dəfə 60 manat, ikinci dəfə isə 80 manat pul vermişlər. Həmçinin Şahid3 ifadəsində Rüstəmin psixotrop maddəni kimdən aldığını bilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona 200 manat borcu olmuşdur. Natiqdən borclu olduğu pul qarşılığında narkotik gətirməsini xahiş etmiş, o da ona iki dəfə psixotrop maddəni gətirib vermişdir. Natiqin ona verdiyi psixotrop maddə qarşılığında artıq ondan borcunu istəmədiyini bildirmiş, Natiqin həmin psixotrop maddəni hardan aldığını bilməmişdir. Psixotrop maddəni Natiq ona verərkən onun borcundan nə qədər silməsi barədə məlumat verməmiş, təxmini birinci dəfə 60 manat və ikinci dəfə 30 manat sildiyini bildirmişdir. Həmçinin Nəsrəddin ifadəsində Natiqdən aldığı psixotrop maddəni hər iki dəfə Naxçıvan şəhərində - avtobus parkının yanında götürdüyünü, aldığı psixotrop maddələri satmadığını, yalnız istifadə etdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Naxçıvan Muxtar Respublikası X2: - 25 iyul 2023-cü il tarixli, 198 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. - 25 iyul 2023-cü il tarixli, 199 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə xas əlamət aşkar olunmadı. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Profilaktik qeydiyyata alınması məsləhətdir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 11 iyun 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığı müəyyən edilmişdir. - 12 sentyabr 2023-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 müxtəlif tarixlərdə əlaqə saxlamaları müəyyən edilmişdir. 13 iyun 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnaməyə verilmiş 14 iyun 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Kəngərli rayonu, Qabıllı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... təkrar törədilməklə keçirilməsi Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmənin ........ təkrar törədilməsi həmin Məcəllənin 234.4.2-ci maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 0,15 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, o, İran İslam Respublikasından tanımadığı taksi sürücüsündən psixotrop maddə olan metamfetamini 36 manata almış, Naxçıvan Muxtar Respublikasına qayıdarkən həmin psixotrop maddə olan metamfetaminin bir hissəsini İran İslam Respublikasının Culfa gömrük postunun ərazisində gizlədib, bir hissəsini isə Azərbaycan Respublikasının Culfa gömrük postundan gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla Naxçıvan şəhərindəki yaşadığı evə satış məqsədi ilə gətirmişdir. 9 gün sonra İran İslam Respublikasının ərazisinə keçərək Culfa gömrük postunun ərazisində gizlətdiyi psixotrop maddə olan metamfetamini oradan götürüb üzərində gizlədərək gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla təkrar Naxçıvan şəhərinə yaşadığı evə satış məqsədi ilə gətirmişdir. Qaçaqmalçılıq yolu ilə satmaq üçün gətirdiyi psixotrop maddə olan metamfetamini iki hissəyə bölərək bir hissəsini Şahid1 10 iyun 2023-cü il tarixdə satmış, digər hissəsini isə 11 iyun 2023-cü il tarixdə təkrar olaraq Şahid1 ona olan borcu müqabilində yenidən satmışdır. Şahid1 11 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs aldığını, polis şöbəsinə dəvət olunub dindirilərkən Təqsirləndirilən şəxs isə Şahid1 psixotrop maddə olan metamfetamini ona olan borcu qarşılığında təkrar satdığını etiraf etmişdir. Bu hərəkətləri ilə o, təkrar qaçaqmalçılıq, narkotik və psixotrop maddələrin təkrar satışı cinayətini törətmişdir. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.1, 234.4.2-ci maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.3.1, 234.4.2-ci mаddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 5 (beş) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 5 (beş) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müsbət xarkterizə olunmasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 0,711 qram metamfetamin psixotrop maddəsinin məhv edilməsi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-22/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli hökmünə əsasən nəzərə alınmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan və Şahid3 şəxsi axtarışının aparılmasına dair 2 (iki) ədəd DVD və Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 şəxsi axtarışının aparılmasına dair 3 (üç) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.4.2ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 0,711 qram metamfetamin psixotrop maddəsinin məhv edilməsi Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-22/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli hökmünə əsasən nəzərə alınsın. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan və Şahid3 şəxsi axtarışının aparılmasına dair 2 (iki) ədəd DVD və Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 şəxsi axtarışının aparılmasına dair 3 (üç) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar