Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-21/2024 24.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 13 fevral 1978-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikası, Ərzurum şəhəri, Palantökən, Yunis Əmrə məhəlləsi, Karaçam küçəsi, ev 04 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 8,056 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib bir qismini istifadə etdikdən sonra qalanını idarə etdiyi “Mercedes-Benz” markalı, 76AB435/76DG193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin arasında gizlədərək saxlamaqla daşımış, 07 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun idarə etdiyi “Mercedes-Benz” markalı, 76AB435/76DG193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X7nun əməkdaşları tərəfindən yoxlama aparılarkən 4,990 qram və 3,066 qramdan ibarət 02 ədəd bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 8,056 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasının İğdır şəhərində doğulmuşdur və hal-hazırda Türkiyə Respublikasının Ərzurum şəhərində yaşayır. 15 il olar ki, azərbaycanlı xanımla ailə qurmuş və bu evlilikdən 12, 8 və 3 yaşlarında olan üç azyaşlı övladı dünyaya gəlmişdir. Türkiyə Respublikasından İran İslam Respublikasının Təbriz şəhərinə xammal aparmışdır. Təbrizdə TİR parkında olanda orada növbətçi işləyən Seyid adlı şəxsdən 30 dollar qarşılığında 8 qramdan artıq miqdarda psixotrop maddə almış, şüşə kolba vasitəsilə həmin maddədən 2 dəfə istifadə etdikdən sonra Şahtaxtı gömrüyünə getmişdir. Gömrüyə daxil olduqda gömrük əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmamasını soruşmuş, “var” demək istəsə də, qorxduğu üçün deməmiş və gömrük əməkdaşları tərəfindən aparılan yoxlama zamanı nəqliyyat vasitəsində gizlətdiyi həmin maddə aşkar edilib götürülmüşdür. İfadəsinin davamında Təqsirləndirilən şəxs 17 ildir sürücü işlədiyini, 2 il olar ki, metamfetamin psixotrop maddəsindən istifadə etdiyini, narkotik vasitə aludəçisi olmadığını, narkotik vasitənin gömrükdən keçirməyin qadağan olunduğunu bildiyini, törətdiyi əmələ görə çox peşman olduğunu söyləmiş və üç azyaşlı övladının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 fevral 2024-cü il tarixdə X7nda xidmətdə olmuşdur. Hadisə günü onlar daxil olmuş əməliyyat məlumatı əsasında nəqliyyat vasitəsinə əsaslı baxış keçirmiş, baxış keçirməzdən əvvəl sürücüyə hüquq və vəzifələrinə dair bildiriş vermiş, sürücüdən nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin olub-olmadığını soruşmuş, sürücü onlara “yox” – deyə cavab vermişdir. Əsaslı yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsindəki naqillərin arasında barmaq izlərinin olduğunu görmüş, ona istinadən həmin hissəyə baxış keçirdiyi zaman qara rəngli yapışqan bantla bükülmüş 3 bağlama aşkarlamış, bütün bunlar videoçəkiliş aparılmaqla qeydə alınmışdır. İki bağlamın içərisindən duz şəkilli, psixotrop maddə, metamfetaminə bənzər kütlə, digər bağlamada isə maddənin istifadəsi üçün nəzərdə tutulan 1 ədəd şüşə kolba aşkar olunmuşdur. Bağlamalar tərəzidə çəkilmiş, birinci bağlamanın çəkisinin 5,8 qram, ikinci bağlamanın çəkisinin isə 8,9 qram olduğu müəyyənləşmişdir. Sürücü maddəni oraya özünün qoyduğunu, özünə məxsus olduğunu və özünün istifadə etməsi üçün aldığını etiraf etmişdir. Şahid qismində dindirilmiş Şahid2 оğlu ifadəsində göstərdi ki, o, Əməliyyat və İstintaq İdarəsinin əməkdaşı olduğuna görə iş qrafikinə uyğun olaraq postlara ezam olunur. 07 fevral 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Türkiyə Respublikasına aid 76AB435 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi tranzit xətlə ölkəyə giriş etdikdən sonra vəzifə səlahiyyətinə uyğun qaydada həmin nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış keçiriləndən sonra ətraflı yoxlama aparılması üçün nəqliyyat vasitəsini “yamaya” aparmışlar. Yoxlama zamanı elektrik naqillərinin arasında əl izlərinin olduğunu görmüşlər. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan nə isə olub-olmadığını soruşmuş, Alkan isə “yox”dur cavabını vermişdir. Sonra nəqliyyat vasitəsinin alt hissəsindəki naqillərin arasında qara rəngli yapışqan bantla bükülmüş 3 bağlama aşkarlanmış, onları açıb baxdıqda iki bükümdən kristal şəklində maddə və bir bükümdə isə həmin maddəni istifadə etmək üçün şüşə kolba aşkar etmişlər. Daha sonra bağlamaların hər birini ayrı-ayrılıqda tərəzidə çəkdikdə birinci bağlamanın 5,8 qram, ikinci bağlamanın isə 8,9 qram olduğu müəyyən edilmiş və sənədləşdirib təhqiqata təhvil verilmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 08 fevral 2024-cü tarixli, 154 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X4-kimyəvi və Bioloji ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş üzərində “Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsisözləri olan bir ədəd zərfin içərisindəki 02 ədəd qara rəngli yapışqan bantla sarınmış kağız bükümdəki, ayrı-ayrılıqda təmiz çəkiləri -4,990 qram, - 3,066 qram, ümumi təmiz çəkisi -8,056 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə metamfetamindir. - 15 fevral 2024-cü il tarixli, 186 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X4-kimyəvi ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə üzəri qara rəngli yapışqan lentlə sarınmış kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -4,970 qram, -3,046 qram, ümumi təmiz çəkisi -8,016 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı, İİ bənd, sıra № 27). Ekspertizanın keçirilməsi zamanı: - tədqiqata 0,08 qram miqdarda metamfetamin psixotrop maddəsi sərf olunmuş, 7,976 qram miqdarda metamfetamin psixotrop maddəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X2: - 13 mart 2024-cü il tarixli, 92 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomandır, məcburi müalicəyə ehtiyacı var, metamfetamin narkotik vasitəsinə aludədir. - 13 mart 2024-cü il tarixli, 93 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuş və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 17 oktyabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Redmi Note 12 Pro” markalı, İMEİ1: **********21201/01 İMEİ2: **********21219/01 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus U30484911 nömrəli xarici pasport götürülmüşdür. - 27 mart 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12 Pro” markalı, İMEİ1: **********21201/01 İMEİ2: **********21219/01 nömrəli mobil telefon arxa tərəfi ağ, yan tərəfləri boz rəngli, saz və işlək vəziyyətdədir. Telefonun önü həssas ekrandan ibarətdir. Telefonun arxasına rezin materialdan olan qara rəngli telefon arxalığı taxılıdır və arxalıq çıxarıldıqda telefonun arxa hissəsinin ağ rəngli qapaqla örtülü olduğu görünür. Qapağın aşağı sol tərəfində markanı bildirən “Redmi” yazısı həkk olunmuşdur. Mobil cihazın sağ tərəfində olan düymə vasitəsilə mobil telefon açıldı, telefonda 4-5-7-8-9 rəqəmlərinin birləşməsi ilə əmələ gələn şifrə vardır, həmin şifrə daxil edilməklə telefon açıldıqdan sonra mobil cihazın proqramlar menyusunda yerləşən “Telefon” adlı proqrama daxil olundu, həmin proqramın fəaliyyəti telefonda olan mobil operator nömrələri vasitəsilə digər mobil telefonlarda olan operator nömrələri ilə qarşılıqlı yaranmış ikitərəfli zənglərdən ibarətdir. Həmin mobil telefondan gedən və gələn siyahısında, mobil telefonun proqramlar menyusunda olan “Mesajlar” adlı proqramda və telefonun “Proqramlar” menyusunda yerləşən proqramlarında, telefonda olan şəkil və videogörüntülərdə istintaq üçün əhəmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, videogörüntü, səs yazısı aşkar edilməmişdir. - 30 mart 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış videogörüntü 13 dəqiqə 33 saniyə olduğu müəyyən edilir, gömrük yoxlaması videoçəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən ilk öncə yük nəqliyyat vasitəsinin xaricində yerləşən saxlanc yerlərində yoxlama aparılmağa başlanılır. Çəkilişin 6cı dəqiqə 40-cı saniyəsində yük nəqliyyat vasitəsinin qoşqusunun altında yerləşən elektrik naqillərinin arasından 03 büküm aşkarlanır və Təqsirləndirilən şəxs 02 bükümün metamfetamin olduğunu, bir bükümdə olan əşyanın isə metamfetamin istifadə etmək üçün lazım olan kolba olduğunu bildirir. Sonra aşkar olunmuş bükümlər elektron tərəzi vasitəsilə çəkilir. İçərisində metamfetamin olduğu bildirilən bükümlərdən birinci bükümün çəkisi 5,87 qram, ikinci bükümün çəkisinin isə 8,9 qram olması qeyd olunur. Əlavə yoxlama zamanı nəqliyyat vasitəsindən qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. - 04 mart 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnaməyə həmin tarixdə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edillərək cinayət işinin materialına əlavə olunmuş Türkiyə Respublikası Kimlik Kartlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Furkan, xx.xx.2016-cı il təvəllüdlü Nahide Nur və xx.xx.2022-ci il təvəllüdlü Hüseyin Muhammet adlı yetkinlik yaşına çatmayan üç övladı vardır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 8,056 qramdan artıq külli miqdarda psixotrop maddə, metamfetamin əldə edib bir qismini istifadə etdikdən sonra qalanını idarə etdiyi “Mercedes-Benz” markalı, 76AB435/76DG193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun alt hissəsində yerləşən elektrik naqillərinin arasında gizlədərək saxlamaqla daşıması, 07 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində X7 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etməsi, həmin vaxt onun idarə etdiyi “Mercedes-Benz” markalı, 76AB435/76DG193 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X7nun əməkdaşları tərəfindən yoxlama aparılarkən 4,990 qram və 3,066 qramdan ibarət 2 ədəd bükümdə olmaqla, ümumilikdə, təmiz çəkisi 8,056 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülməsi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama .... daşıma həmin Məcəllənin 234.1-1-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 7 (yeddi) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan üç övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin – 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 07 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 7,976 qram miqdarda metamfetamin psixotrop maddəsi və 01 (bir) ədəd qırıq şüşə kolba məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U30484911 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 03 (üç) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış ekspertizalara görə 08 fevral 2024-cü il tarixli, 54 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 45,20 (qırx beş manat iyirmi qəpik) manat, 16 fevral 2024-cü il tarixli, 186 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 92,40 (doxsan iki manat qırx qəpik) manat, ümumilikdə cəmi 137,60 ( yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Nazim oğlundan alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. 14 fevral 2024-cü il tarixli “Yük nəqliyyat vasitəsinin buraxılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Nazim oğlunun idarə etdiyi 76AB435/76DG193 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı yük nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 7,976 qram miqdarda metamfetamin psixotrop maddəsi və 01 (bir) ədəd qırıq şüşə kolba məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus “Redmi Note 12 Pro” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U30484911 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 03 (üç) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizalara görə 08 fevral 2024-cü il tarixli, 54 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 45,20 (qırx beş manat iyirmi qəpik) manat, 16 fevral 2024-cü il tarixli, 186 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 92,40 (doxsan iki manat qırx qəpik) manat, ümumilikdə cəmi 137,60 ( yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Nazim oğlundan alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. 14 fevral 2024-cü il tarixli “Yük nəqliyyat vasitəsinin buraxılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs Nazim oğlunun idarə etdiyi 76AB435/76DG193 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı yük nəqliyyat vasitəsinin faktiki mülkiyyətçisinə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov