Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-22/2023 06.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili X8 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1978-ci il tarixdə Şərur rayonu, Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, məhkum olunmamış, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib, saxlayıb daşımış və təkrar satmışdır. Belə ki, o, 10 iyun 2023-cü il tarixdə xalası oğlu Şahid1 onun yaşadığı ünvan 3 ünvanında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamin alaraq əldə edib üzərində saxlamış, həmin gün bir qismini özü istifadə etdikdən sonra bir bükümdə 0,080 qram çəkidə olan psixotrop maddə metamfetamini Şahid2 80 manata satmışdır. Bundan başqa, o, 11 iyun 2023-cü il tarixdə xalası oğlu Şahid1 onun yaşadığı ünvan 3 ünvanında təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,731 qram psixotrop maddə metamfetamini 60 manata alaraq əldə edib üzərində saxlamış, həmin gün saat 15:15-də Kəngərli rayonu, Qıvraq qəsəbəsində saxlanılaraq Naxçıvan MR DİN-in inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarının bel kəmərinin bağlanacaq hissəsindən 1 ədəd bükümdə 0,731 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 övladı var. Son dəfə 2019-cu ildə narkotik vasitədən istifadə etmiş, o vaxtdan etibarən tərgitmiş, tutulmamışdan təxminən 1 ay əvvəl yenidən istifadə etməyə başlamışdır. Mart ayında xalası oğlu Natiq ondan 200 manat borc istəmiş, nə zaman qaytaracağını deməmiş, Nəsrəddin borcunu istəmək üçün ona zəng etdikdə pulunun olmamasını, 1-2 dəfə Bakıya gedib- gəldikdən sonra verəcəyini demişdir. Bir dəfə onlar Natiqin evində görüşmüş, Nəsrəddin pulunu istəmiş, Natiq isə verə bilməyəcəyini söyləmişdir. İyun ayının 9-dan əvvəl Natiqlə şəhərdə görüşəndə ondan narkotik istəmiş, Natiq “yoxdur” deyə söyləmiş, borcunu istəyəndə isə ona az miqdarda narkotik vasitə vermiş, “al bunu istifadə et borcumu da düzəldib verəcəyəm” demişdir. İyun ayının 9-u narkotik vasitə istifadə etmiş, maşında oturanda Rüstəm gəlib maşını onun yanında saxlamış, əvvəllər də birlikdə narkotik vasitə istifadə etdiklərindən Rüstəm onun narkotik istifadə etməsini anlamışdır. Bundan sonra elə həmin gün 40 manat Rüstəm, 40 manat da Nəsrəddin vermiş və Natiqdən psixotrop maddə alıb sement zavodunun yanında Rüstəmin maşınında istifadə etmiş, qalanı isə Rüstəmin maşınında qalmışdır. İyunun 9-u axşam saatlarında Rüstəm Nəsrəddinə zəng edərək maşında qalan malı itirdiyini demiş, görüşüb ona da narkotik vasitə almağı təklif etmişdir. Nəsrəddin anasının Bakıdan gəldiyini növbəti gün gedə biləcəklərini demişdir. İyunun 10-u təxminən saat 11-də Rüstəm ona zəng etdikdə “mən gedə bilmərəm, qorxuram, bu işin yaxşı yanı yoxdur” demiş, Rüstəm isə “hər şey mənlikdir” söyləmişdir. Bundan sonra görüşüb maddə almaq üçün getmiş, Rüstəm ona 130 manat ödəmiş, özü isə pul verməmişdir. Nəsrəddin həmin pulu Natiqə verməmiş, Natiqin ona olan borcundan çıxmağı düşünmüşdür. Natiqlə görüşüb maddəni götürdükdə Natiq maddəyə görə pul istəməmiş, sonradan çağırıb Bakıya gedəcəyi üçün 60 manat borc pul istəmiş, Nəsrəddin də vermişdir. Natiq Nəsrəddinə birinci dəfə iyunun 9-da, ikinci dəfə isə iyunun 10-da ümumilikdə 2 dəfə psixotrop maddə vermiş, borclu olduğu üçün əvəzində pul almamış, onlar arasında bu barədə söhbət keçməmiş, sadəcə Nəsrəddin özlüyündə birinci dəfə üçün 80 manat, ikinci dəfə üçün 60 manat hesablayaraq Natiqin borcundan çıxmışdır. Nəsrəddin sonuncu dəfə Rüstəmlə birlikdə aldıqları maddəni istifadə edə bilmədiklərini söyləmişdir. İbtidai istintaq zamanı heç bir təzyiqə məruz qalmadan, müdafiəçisinin də iştirakı ilə düzgün ifadə versə də, yazılanların bəzilərində yanlışlıqlar olmasını, ifadəsini oxumaq istədikdə “vaxt yoxdur” deyərək icazə verilməməsini, yazılanları imzalasa da məhkəmədə bu barədə deyəcəyini söyləmişdir. X9 isə Nəsrəddinin ifadəsini oxumasına heç kəsin etiraz etmədiyini və “vaxt yoxdur” deyilmədiyini, hətta Nəsrəddin oxumasa belə məhkəmədə problem olmasın deyə özünün ifadəni ucadan oxuyaraq imzaladığını bildirmişdir. Nəsrəddin Natiqin narkotik vasitəni İrandan almasını bilməmiş, Natiq ona qonşudan almasını söyləmişdir. Hər dəfə narkotik maddə aldıqda Natiqlə şəhərdə görüşmüşdür. Həmçinin Nəsrəddin iyun ayının 11-i yox 10-u, sonradan isə bazar günü tutulduğunu demiş, axşam saatlarında izahatlarının alındığını bildirmiş, narkotiki kəmərinə özünün qoymadığnı qaçanda düşdüyünü ehtimal etdiyi üçün əvvəlcə törətdiyi əməli etiraf etmədiyini, saxlanan zaman maşında polis əməkdaşının ona elektroşok verməklə onda olan pulun yerini soruşduğunu, Nəsrəddin pulun cibində olduğunu dedikdə həmin pulu polisin götürdüyünü bildirmişdir. Əlavə olaraq satış məqsədinin olmadığını, Rüstəmdən ona maddə satmaq üçün pul almadığını, hər ikisinin də pul qoyub metamfetamin maddəsi alıb iki dəfə birlikdə istifadə etdiklərini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən iyul-iyun aylarında daxil olmuş məlumat əsasında Şahid1 yaşadığı ünvandan götürülmüş, DİN-ə aparılıb müdafiəçisinin iştirakı ilə izahatı alınmış, izahatında metamfetamini İrandan gətirərək borclu olduğu Nəsrəddinə pul müqabilində verdiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs tutulmasında şəxsən istirak etməsə də Şahid1 tutduqdan sonra Təqsirləndirilən şəxs tutulduğu yerin yanından keçmiş, tutulma zamanı orada olmuş, Nəsrəddinə qarşı hər hansı şəkildə zor tətbiq edilməsini görməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid3 ona zəng edərək “məni buraxıblar, haradan narkotik almaq olar? 1-ci gün məhkəməm var, məni tutacaqlar” demiş, Rüstəm isə narkotik vasitə almaq üçün tanıdığı kimsənin olmadığını bildirmişdir. 1- 2 gündən sonra kənddəki mağazanın yanında Nicat ona yaxınlaşıb “məni tutacaqlar, axırıncı dəfə dincəlmək istəyirəm” deyə söyləmiş, bundan sonra Rüstəm əvvəllər birlikdə narkotik istifadə etdiyi məhəllə uşağı Nəsrəddindən narkotik vasitə olub-olmamasını soruşmuş, o da “ bilmirəm, hələki yoxdur” demişdir. Bir müddət keçdikdən sonra Nicat yenə zəng edərək ondan narkotik istəmiş, Rüstəm Nəsrəddinə zəng etmiş, o da axşam əlaqə saxlamasını demişdir. Axşam yenidən əlaqə saxladıqda “bir yerdə var ordan ala bilərik” deyə bildirmiş, bundan sonra Nicat 60 manat, Rüstəm 40 manat vermiş, Nəsrəddinin isə nə qədər pul verdiyini bilməmiş, Nəsrəddin öz payını götürdükdən sonra Şahtaxtı yolunda narkotik vasitəni qoyduğu yer barədə Rüstəmə demiş, o da Nicatla görüşüb narkotiki götürmüş və birlikdə istifadə etmişlər. Növbəti gün Nicat Rüstəmə 100 manat pulu olduğunu dedikdə Rüstəm “artıq bəsdir” demiş, 1-2 saat keçdikdən sonra kənddəki mağazanın qarşısında Nicatla görüşmüş, 100 manatlıq yox 80 manatlıq narkotik olmasını söyləmiş, ondan 80 manat götürmüş, özü də 30 manat əlavə edərək Nəsrəddinə 110 manat pul vermiş, həmin pulun əvəzində Nəsrəddin Nicat və Rüstəm üçün narkotik vasitə almış, yenə də payına düşəni götürüb qalanını qoyduğu yeri Rüstəmə demiş, Rüstəm Nicatla birlikdə Püsyandan Təzəkəndə dönən yoldan narkotiki götürüb istifadə etmişlər. Üçüncü dəfə Nicat olmadan Nəsrəddinlə birlikdə narkotik almağa getmiş, Nəsrəddinə təxminən 120 manat pul vermiş, Nəsrəddin narkotiki götürməyə getmiş, biraz sonra ona zəng edərək gəlməsini istəmiş, bu vaxt polis əməkdaşları hər ikisini tutmuşlar. Nəsrəddin narkotik vasitəni kimdən almasını Rüstəmə söyləməmiş, Rüstəmin Nicatdan pul alıb qarşılığında narkotik verməsini bilməmişdir. Həmçinin Şahid2 Təqsirləndirilən şəxs narkotiki ona satış məqsədi ilə vermədiyini, birlikdə istifadə etmələri üçün verməsi barədə verdiyi ifadəsinin də yalan olduğunu, hər dəfəsində müəyyən məbləğdə pul qarşılığında ona metamfetamin psixotrop maddəsi verdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 11 iyunda Nəsrəddin adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmasına dair məlumat daxil olduqdan sonra nazirə raportla məruzə olunaraq əməliyyat qrupu yaradılmış, Nəsrəddin tutulmuşdur. Polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, bel kəmərinin altından metamfetamin aşkar olunmuş, aktlaşdırılaraq qablaşdırılmış, aidiyyatı üzrə göndərilmişdir. Nəsrəddin özü ifadəsində üzərində aşkarlanan maddənin metamfetamin olmasını demişdir. Şahid6 Nəsrəddin saxlanılarkən ona elektroşokla və ya başqa cür təzyiq göstərilmədiyini, axtarış zamanı cibində pul olmadığını, saxlanılan zaman Nəsrəddindən heçnə soruşulmadığını və birbaşa DİN-ə gətirildiyini söyləmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs əvvəl öz əməlini etiraf etməsə də, daha sonradan etdiyi əməli etiraf etmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 10 iyun 2023-cü ildə Şahid3 barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak etməsi ilə bağlı məlumat daxil olduqdan sonra nazirə raportla məruzə olunub əməliyyat qrupu yaradılmış, Şahid3 üzərindəki narkotik vasitə ilə saxlanılmışdır. Nicat narkotik vasitəni Rüstəmdən aldığını bildirdikdən sonra Rüstəm Qıvraq qəsəbəsində tutulmuş, üzərindən narkotik vasitə çıxmasa da, narkotiki Nəsrəddindən alıb Nicata verdiyini etiraf etmişdir. Polis əməkdaşları əməliyyat tədbiri ilə əlaqədar olaraq Rüstəmi buraxmış, növbəti gün nazirə Nəsrəddinin barəsində məruzə olunaraq əməliyyat qrupu yaradılmış, Rüstəm Nəsrəddinlə birlikdə tutulmuşdur. Nəsrəddinin üzərindəki bel kəmərinin altından metamfetamin psixotrop maddəsi aşkar olunduqda o, həmin maddəni Natiq adlı şəxsdən aldığını bildirmişdir. Natiq isə İrandan gətirdiyi narkotiki Nəsrəddinə olan borcu qarşılığında verdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 11 iyun 2023-cü ildə Şahid2 narkotik vasitə istifadə etməsi ilə bağlı məlumat daxil olduqdan sonra nazirə raportla məruzə olunub əməliyyat qrupu yaradılmış, Rüstəm tutulmuşdur. Rüstəm ifadəsində narkotiki həmkəndlisi Nəsrəddindən aldığını bildirmiş, bundan sonra yenə əməliyyat qrupu yaradılaraq Nəsrəddin tutulmuş, üzərində gizlətdiyi narkotik vasitə aşkar olunmuş, istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən pul götürülməmiş, axtarış müdafiəçisinin iştirakı ilə aparılmışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakıda xeyir iş olduğundan xalaoğlusu Təqsirləndirilən şəxs 200 manat borc pul almış, ancaq onu qaytarmadığından Nəsrəddin zaman-zaman verdiyi borcu ondan geri istəmişdir. Təxminən 1 ay sonra iyun ayında İran Biləsuvarından aldığı metamfetamini götürməsi üçün Nəsrəddinə zəng etmiş, Nəsrəddin Natiqgilin məhəlləsinə getmişdir. Onlar məhəllədəki mağazanın yanında görüşmüş, Nəsrəddin yoxlamaq üçün metamfetamindən biraz götürüb getmişdir. Natiq onun nə qədər götürdüyünü bilməmiş, Nəsrəddin maddə üçün ödəniş etməmiş, onlar metamfetaminin hamısını götürdükdən sonra yekunda hesablayaraq Natiqin borclu olduğu 200 manatla əvəzləşdirməyi nəzərdə tutmuşlar. Təxminən 1 saat sonra Nəsrəddin ona zəng edərək “bu nədir? metamfetamindən fərqlənir istifadə üçün yararlı deyil” demiş, Natiq isə cavabında “istifadəçi deyiləm, bilmirəm” demişdir. Daha sonra Nəsrəddin yenə zəng edərək metamfetamin olub-olmadığını soruşmuş, o da “iki büküm gətirmişəm digər büküm qalır istəyirsənsə gəl ona bax” deyə söyləmişdir. Onlar yenə Natiqgilin məhəlləsində görüşmüş, Nəsrəddin metamfetaminin qalanını da götürmüşdür. İkinci dəfə Nəsrəddin Natiqdən maddəni götürmək üçün gəldikdə götürdüyü büküm birinci dəfəkindən artıq olduğundan Natiq maddəyə görə artıq pul istəmiş, Nəsrəddin birinci dəfə götürdüyü maddə ilə birlikdə 200 manatdan artıq etmədiyini demiş, bu zaman Natiq 60 manat borc istəmiş, Nəsrəddin isə vermişdir. Natiq Bakıya pendir satmaq üçün getdiyini, Xokdən aldığı pendirin pulunu verdiyini, bilet üçün pulunun qalmadığını ona görə xalaoğlusu Nəsrəddindən 60 manat borc istədiyini söyləmişdir. Nəsrəddin Natiqin yanından ayrıldıqdan sonra tutulmuş, daha sonra isə polis əməkdaşları Natiqi tutmuşdur. Həmçinin Natiq bildirmişdir ki, Nəsrəddindən 200 manat borc aldıqda əvəzində maddə verməyi nəzərdə tutmamış, 200 manatı qaytarmaq niyyətində olmuş, Nəsrəddin də borcuna görə ondan maddə gətirməsini istəməmiş, Natiq daha əvvəl də heç kəsə maddə satmamışdır. O, istintaq zamanı Nəsrəddinə 2 dəfə maddə verdiyini öz ifadəsində bildirsə də 3 dəfə verməsi qeyd olunmuş, bu yanlış olduğundan yazılı yox şifahi şəkildə etirazını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nəsrəddinlə heç bir əlaqəsi olmamış, psixotrop maddədən 2 dəfə Rüstəmlə birlikdə istifadə etmişdir. Belə ki, o, Rüstəmdən necə metamfetamin əldə edə biləcəyi barədə soruşmuş, Rüstəm isə ona maraqlanıb xəbər edəcəyini demişdir. 3-4 gün sonra Rüstəm maraqlandığını və tapa biləcəklərini demiş, Şahid3 ona 60 manat pul vermiş, qalanını Rüstəm tamamlamış və Rüstəmgilin məhəlləsinin aşağısında olan zibil qabının altındakı siqaret qutusunun içərisindən metamfetamini götürüb birlikdə istifadə etmişdirlər. Növbəti gün Nicat yenidən əlaqə saxlayıb Rüstəmə 80 manat pul vermiş, bu dəfə onlar sellofana bükülmüş metamfetamin psixotrop maddəsini Püsyan plakatının altından götürüb birlikdə istifadə etmiş, qalan maddəni isə Nicat özüylə götürmüşdür. Həmin gün Şahid3 Şahid2 yanından ayrılıb kənddən çıxanda polis əməkdaşları tərəfindən tutulmuşdur. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Rüstəmin narkotiki kimdən almasını bilməmişdir. X5 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - 12 iyun 2023-cü il tarixli, 589 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizası rəyinə əsasən tədqiqata təqdim edilən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd ağ rəngdə sellofana bükülmüş, təmiz çəkisi - 0,73 qram ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı, İİ bənd, sıra № 27) Metamfetaminin təmiz çəkisi - 0,731 qram, tədqiqata sərf edildi - 0,02 qram, qalıq - 0,711 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y. Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş: - 25 iyul 2023-cü il tarixli, 196 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur. Hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. - 25 iyul 2023-cü il tarixli, 197 saylı Ambulator Məhkəmə Narkoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası aşkar olunur. Hazırda abstinentsiya sindromu müşahidə olunmadığından və öz vəziyyətinə tənqidi münasibəti saxlanıldığından məcburi müalicəyə ehtiyacı yoxdur. Dispanser qeydiyyata alınması məsləhətdir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 11 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında aparılması haqqında ” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun bel kəmərinin alt hissəsindən 1 ədəd ağ rəngdə sellofanın içərisinə bükülmüş ağ kristallardan ibarət kütlə aşkar edilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. - 12 sentyabr 2023-cü il tarixli, mobil telefon danışıqlarına baxış keçirilməsi haqqından protokol görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-63/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olan **********05 saylı mobil nömrənin, 01 yanvar 2023cü il tarixdən 11 iyun 2023-cü il tarixədək olan telefon danışıqlarının tərtib edildiyi məlumat cədvəllərinə baxış keçirilmişdir. Nömrə məlumat sistemindən çıxarış iş üçün əhəmiyyətli olduğundan cinayət işinə əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 Şöbəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... nəqliyyat vasitələri ilə... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin... əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddələri əldə etməsi, satması və həmin halı təkrar törətməsi özünün etirafı, şahid ifadələri və digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, o, 10 iyun 2023-cü il tarixdə xalasının oğlu Şahid1 satış məqsədilə qanunsuz olaraq metamfetamin psixotrop maddəsini alaraq, üzərində saxlamış, bir qismini özü istifadə etdikdən sonra 0,080 qram psixotrop maddə metamfetamini Şahid2 80 manata satmışdır. Bundan sonra 11 iyulda, yəni ilkin satış günündən bir gün sonra Şahid1 satış məqsədi ilə psixotrop maddə olan metamfetamini 60 manata alaraq üzərində saxlamış, əvvəlcədən razılaşdığı Şahid2 satmaq məqsədilə apararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxsin narkotik vasitəni təkrar satması Şahid2 ifadəsi ilə də tam təsdiq olunur. Belə ki, o, 60 manat Nicatdan almaqla 40 manatı da özü qoymaqla 100 manatı təqsirləndirilən şəxsə verərək ondan ilk dəfə psixotrop maddə metamfetamin almış, ikinci dəfə isə təqsirləndirilən şəxsə 110 manat verərək ondan psixotrop maddəni təkrar almışdır. Həmiçinin Şahid1 iki dəfə ayrı-ayrı günlərdə Nəsrəddinə olan pul borcuna qarşılıq satış məqsədilə psixotrop maddə metamfetamin verdiyini göstərmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Şahid2 ayrı-ayrı günlərdə iki dəfə narkotik vasitəni satdığını etiraf etmişdir. Təqsirləndirlən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tamam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, o, həmin maddə ilə cəzalandırılmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması, üzərində olan bank kartının ondan alınması barədə söylədiklərinə qiymət verərək məhkəmə hesab edir ki, həmin hallar təqsirləndirilən şəxs tərəfindən yalan və uydurma ifadə kimi verilmiş, özünümüdafiə xarakteri daşımaqla məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, iş materialına əlavə olunmuş protokoldan da görünür ki, təqsirləndirlən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə protokolu tərtib edilərkən onun müdafiəçisinin iştirakı təmin olunub. Müdafiəçi belə bir halın olmadığını, axtarış və götürmə protokolunun tərtib edilməsində, eləcə də dindirilmələrdə şəxsən iştirak etdiyini və təqsirləndirilən şəxsin göstərdiyi halların olmadığını göstərmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2-ci maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 5 (beş) ildən 12 (on iki) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş hədlərdə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 0,711 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD və Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Şahid2 şəxsi axtarışının aparılmasına dair 4 ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X10 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsındə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 0,711 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD və Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Şahid2 şəxsi axtarışının aparılmasına dair 4 ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X10 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. İlham İbrahimov