Məhkəmə qərarları › İş №1(109)-22/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-22/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-22/2024 31.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X4 iştirakları ilə 21 mart 1973-cü ildə İran İslam Respublikası, Maku şəhəri, Baxçacıq kəndində doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, İran İslam Respublikası, Maku şəhəri, Baxçacıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilir ondan ötrü ki, о, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 165 həbdən artıq külli miqdarda psixotrop maddə “buprenorfin” dərman preparatlarını əldə edib bir qismini istifadə etdikdən sonra qalanını ayrı-ayrı bükümlərdə idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində gizlədib saxlayaraq daşımış, 17 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gəlib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 40AB917/40AB918 qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etməklə psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan mobil telefon ilə telefonun qoruyucu arxalığının arasında 1 ədəd şəffaf sellofan paketin içərisində üzərlərində B2 yazısı olan 18 həb, yatağın üzərindəki çantanın cibində 1 ədəd şəffaf sellofan paketin içərisində üzərlərində B2 yazısı olan 20 həb, yatağın üzərindəki göy rəngli şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 2 ədəd şəffaf sellofan paketdə olmaqla, birinci paketdə 36, ikinci paketdə 20 ədəd üzərlərində B2 yazısı olan 56 həb, yatağın üzərindəki digər şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 3 ədəd şəffaf sellofan paketdə olmaqla, birinci paketdə 32 ədəd, ikinci paketdə 19 ədəd, üçüncü paketdə 20 ədəd olmaqla 71 həb, ümumilikdə 7 ədəd paketdə üzərlərində B2 yazısı olan hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,002 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 0,33 qram olan 165 həb psixotrop maddə “buprenorfin” dərman preparatları aşkar edilərək götürülmüşdür Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, qardaşının nəqliyyat vasitəsinə Rumıniya Respublikasına aparmaq üçün İran İslam Respublikasının Tehran şəhərindən “şüşə qablar” yükləmiş, 14 fevral 2024-cü il tarixdə İran İslam Respublikasının Poldəşt gömrüyünə gəlmiş, gömrükdə sıra çox olduğu üçün 3 gün orada gözləmiş, 17 fevral 2024-cü il tarixdə, günorta saatlarında Azərbaycan Respublikasının Şahtaxtı gömrük postuna keçmişdir. Şahtaxtı gömürük postunda sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsinə və daşıdığı yükə baxış keçirəcəyini bildirdikdən sonra üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, o da, idarə etdiyi yük nəqliyyat vasitəsində yüklədiyi şüşə qablardan və 21 blok siqaretdən başqa heç bir əşyanın olmadığını bildirmişdir. Gömrük əməkdaşı çantanın cibindən “dərman” preparatını tapdıqdan sonra o, digər “dərman” preparatlarının da nəqliyyat vasitəsində olduğunu özü etiraf etmişdir. Əvvələr o, tiryək çəkdiyini, tiryək istifadə etməmək üçün və uzaq yol gedərkən nəqliyyat vasitəsini yuxusuz idarə etdiyi üçün təxmini 10 il olar ki, həmin “dərman” preparatlarını qəbul etdiyini, onları İran İslam Respublikasının Maku şəhərində olan əczaxanaların birindən 350.000 tümən verərək aldığını, Rumıniya Respublikasında uzun müddət qalacağı üçün “dərman” preparatlarını çox aldığını bildirmişdir. O, “dərman” preparatını gündə 3 dəfə qəbul etdiyini, onları satmaq niyətinin olmadığını, “dərman” preparatlarının miqdarı çox olduğundan və gömrük nəzarət məntəqəsindən keçərkən qorxduğu üçün onları belindəki kəmərdə, mobil telefonunun arxasında və çantada gizlətdiyini, nəqliyyat vasitəsində resept olduğunu güman edərək gömrük nəzarət məntəqəsində yoxlanış zamanı ona problem olmayacağını düşünmüş, lakin yoxlanış zamanı resepti tapa bilməmişdir. İfadəsinin davamında əməlindən peşman olduğunu, himayəsində yaşlı və xəstə valideynlərinin və arvadının, o cümlədən, ikisi yetkinlik yaşına çatmayan üç uşağının olduğunu bildirərək bütün bunları nəzərə almağı xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 17 fevral 2024-cü il tarixdə Şahtaxtı gömrük postunda işdə olarkən iş yoldaşı Şahid1 sənədlərlə bağlı sorğusual zamanı avtomaşının sürücüsü şübhəli hərəkətlər etdiyi üçün sürücünün üzərinə və nəqliyyat vasitəsinə baxış keçirmək üçün onu çağırmış və ona çəkiliş etmək istədiyini bildirdirdiyi üçün yoxlanış hərəkətlərini həyata keçirilən zaman təxminən saat 18:16 radələrində videoçəkilişə başlamışdır. Çəkiliş zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində 21 blok siqaret olduğunu bəyan etmiş və qanunun tələbinə müvafiq olaraq siqaretin 1 blokunu özünə qaytarıb, qalan 20 blokunu təyinatı üzrə anbara göndərmişlər. Siqaretləri bəyan etdikdən sonra təqsirləndirilən şəxs üzərində başqa bir predmetin olmadığını söyləmiş, yoxlama zamanı gömrük əməkdaşına maneə törətməmiş, ona hüquq və vəzifələri izah edilmiş, ona farsca bildiriş təqdim olunmuşdur. Nəqliyyat vasitəsinin içərisinə baxış zamanı ilkin olaraq mobil telefonun arxa hissəsindən 18 ədəd həb, nəqliyyat vasitəsinin içərisindəki çantanın sağ cibindən ağ sellofanda 1 bağlamada 20 ədəd həb, yatağın üzərindəki şalvarların birinin bel hissəsindəki kəmərin içərisindən 2 sellofan bağlamada 56 ədəd həb, o biri şalvarın cibindən və bel hissəsindən eyni qaydada 3 sellofan bağlamada 71 ədəd həb olmaqla, ümumilikdə 165 ədəd üzərində “B2” yazılı həb aşkar etmişlər. Təqsirləndirilən şəxs “dərman” preparatlarını “şəkər” xəstəsi olduğu üçün istifadə etdiyini, onları İran İslam Respublikasının Maku şəhərindəki əczaxanadan əldə etdiyini söyləmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs şəxsi yoxlamaya aparmış, o, şəxsi yoxlama zamanı eyni qaydada vidoçəkilişi həyata keçirmiş, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş başqa bir əşya aşkar olunmamışdır. Çəkiliş bitdikdən sonra nəqliyyat vasitəsi təyinatı üzrə xüsusi yoxlamaya və oradan da anbar yoxlamasına göndərilmiş, anbar yoxlaması bitdikdən sonra nəqliyyat vasitəsi Şahtaxtı gömrüyünün ərazisində saxlama yerinə alınmış və sənədləşmə işləri aparıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsinin təhqiqat bölməsinə göndərilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə gömrüyün ərazisinə daxil olmuşdur. O, ilk növbədə Təqsirləndirilən şəxs “nəqliyyat vasitəsində qanunla qadağan olunmuş, bəyan olunmayan hər hansı bir predmet varmı?” – deyə soruşmuş, o, nəqliyyat vasitəsində qadağan olunmuş heç nə olmadığını və heç nə gizlətmədiyi, 21 blok siqareti olduğunu bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs “hardan gəlirsən?, hara gedirsən?, yükün nədir?, ən son nə zaman gəlmisən?” – deyə, suallar vermiş və bu zaman onda şübhəli hallar yaranmışdır. Nəqliyyat vasitəsinə baxış keçirmiş, kabinə daxil olarkən Təqsirləndirilən şəxs yenidən qanunla qadağan olunmuş predmet olub-olmadığını soruşmuş, o isə heç nə olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsindən ardıcıl olaraq mobil telefonun arxasından, çantasının yan cibindən, geyindiyi şalvarın kəmər hissəsindən sellofan paketlərdə, ümumilikdə, 165 ədəd üzərində “B2” yazılmış psixotrop maddəyə bənzər “dərman” preparatı aşkar edilmişdir. Təqsirləndirilən şəxs “dərman” preparatlarını xəstə olduğu üçün istifadə etdiyini, İran İslam Respublikasının Maku şəhərindəki əczaxanadan əldə etdiyini və qorxduğu üçün gömrük əməkdaşlarına bəyan etmədiyini bildirmiş, yoxlanış zamanı ona heç bir təsir və təzyiq göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 18 fevral 2024-cü il tarixli, 205 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X5-kimyəvi və Bioloji ekspertizasının rəyindən görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfin içərisindəki 07 ədəd şəffaf sellofan paketlərdə üzərində “B2” yazısı olan, ümumilikdə, 165 həb (təsiredici maddəsinin miqdarı – 0,33 qram) psixotrop maddə olan “buprenorfin” dərman preparatlarıdır. “Buprenorfin” dərman preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına (İİ siyahı, İİ bənd, sıra № 2) daxildir. Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3: - 13 mart 2024-cü il tarixli, 90 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. - 13 mart 2024-cü il tarixli 91 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “buprenorfin” toksikomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 17 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 40AB917/40AB918 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan mobil telefon ilə telefonun qoruyucu arxalığının arasında 1 bağlamada şəffaf sellofan paketin içərisində üzərində B2 yazısı olan 18 həb, yatağın üzərindəki çantanın yan cibində 1 bağlamada şəffaf sellofan paketin içərisində üzərində B2 yazısı olan 20 həb, yatağın üzərindəki göy rəngli şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 2 bağlamada şəffaf sellofan paketin içərisində üzərində B2 yazısı olan 56 həb, yatağın üzərindəki digər bir şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 3 bağlamada şəffaf sellofan paketin içərisində üzərində B2 yazısı olan 71 həb olmaqla, ümumilikdə, 7 bağlamada üzərində B2 yazısı olan 165 həb naməlum tərkibli dərman preparatları aşkar edilmiş və qablaşdırılaraq götürülmüş, daha sonra nəqliyyat vasitəsində daşınan yükə və gizli saxlanc yerlərinə ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusunda yoxlamadan keçmiş, lakin heç nə aşkar edilməmişdir. - 17 fevral 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Redmi” markalı, İMEİ1:**********32268/00; İMEİ2: **********32268/00 nömrəli mobil telefon və xarici vətəndaşa məxsus M65908174 nömrəli pasport götürülmüşdür. - 27 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etmiş olduğu 40AB917/40AB918 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. - 27 fevral 2024-cü il tarixli “Yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında” aktdan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 40AB917/40AB918 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi texniki pasportu ilə birlikdə İran İslam Respublikasının vətəndaşı X2 qaytarılmışdır. - 18 mart 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 göndərilmiş tələbnaməyə verilmiş 18 mart 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 165 həbdən artıq külli miqdarda psixotrop maddə “buprenorfin” dərman preparatlarını əldə edib bir qismini istifadə etdikdən sonra qalanını ayrı-ayrı bükümlərdə idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində gizlədib saxlayaraq daşıması, 17 fevral 2024-cü il tarixdə saat 13:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən Şahtaxtı gömrük postu vasitəsilə İran İslam Respublikasından gəlib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 40AB917/40AB918 qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi, Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində sürücüyə məxsus olan mobil telefon ilə telefonun qoruyucu arxalığının arasında 1 ədəd şəffaf sellofan paketin içərisində üzərlərində B2 yazısı olan 18 həb, yatağın üzərindəki çantanın cibində 1 ədəd şəffaf sellofan paketin içərisində üzərlərində B2 yazısı olan 20 həb, yatağın üzərindəki göy rəngli şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 2 ədəd şəffaf sellofan paketdə olmaqla, birinci paketdə 36, ikinci paketdə 20 ədəd üzərlərində B2 yazısı olan 56 həb, yatağın üzərindəki digər şalvarın bel hissəsini əhatə edən ikiqat parçanın arasından 3 ədəd şəffaf sellofan paketdə olmaqla, birinci paketdə 32 ədəd, ikinci paketdə 19 ədəd, üçüncü paketdə 20 ədəd olmaqla 71 həb, ümumilikdə 7 ədəd paketdə üzərlərində B2 yazısı olan hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,002 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 0,33 qram olan 165 həb psixotrop maddə “buprenorfin” dərman preparatlarının aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama .... daşıma həmin Məcəllənin 234.1-1-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən buprenorfinin 0,025 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 7 (yeddi) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş və iş materialına əlavə olunmuş İran İslam Respublikası Ədliyyə Nazirliyinin rəsmi tərcüməçisi tərəfindən Fars dilindən Azərbaycan dilinə tərcümə olunmuş 29 aprel 2024-cü il tarixli sənəddən görünür ki, xəstə Təqsirləndirilən şəxs ötən ildən belə narkomanlığı tərgitmək məqsədilə müalicə halındadır. O, hər gün 3 ədəd “Buperenorphine 2” (B2) tabletini istifadə etmək məcburiyyətindədir. Bu məqsədlə 21 yanvar 2024-cü il və 20 fevral 2024-cü il tarixlərdə verilmiş sənədlərdən (reseptlərdən) görünür ki, ona hər 8 saatda bir qəbul etmək şərtilə hər dəfəsində 100 ədəd “Buperenorphine 2” (B2) tableti yazılmışdır.(cəmi 200 ədəd). İş materialına əlavə olunmuş “Maku Fajr” xəstəxanasından verilmiş sənəddən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həyat yoldaşı Azizeh Samadı “diskopathy” xəstəliyi və L1-dən L4 möhrələrinin bu xəstəliyə tutulması səbəbi ilə onun evdə xüsusi nəzarətdə olmasına ehtiyac vardır. İşdə olan Nəsirzadeh Bağhchjough kənd icra məsulunun imzası və möhürü ilə təsdiqlənmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs iki qız və bir oğlan övladı vardır. Bundan başqa qoca və düşgün ata, anası onunla yaşayır. Onların yaşayış xərclərini öhdəsinə almışdır. Ata və anası hər ikisinin xroniki xəstəlikləri olmuş və artıq dərəcədə müalicə və dərman xərcləri olmuşdur ki, bunları da Təqsirləndirilən şəxs üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs yüksək əxlaqi keyfiyyətlərə malikdir. Yeganə gəlir mənbəyi yük maşınında sürücülük etmək olmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində yaşlı və xəstə valideynlərinin və həyat yoldaşının , o cümlədən, ikisi yetkinlik yaşına çatmamış üç övladının olmasını, sürücülük etməklə xəstə valideynlərinin və həyat yoldaşının bütün müalicə və gündəlik yaşayış xərclərini qarşılamasını, onun üzərindən aşkar edilərək götürülmüş “Buperenorphine 2” (B2) tabletini narkomanlığı tərgitmək məqsədilə müalicə üçün İran İslam Respublikasında əczaxanadan reseptlə əldə edib istifadə etməsini, müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin – 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində saxlanılan: - 158 ədəd “buprenorfin” psixotrop dərman preparatı məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus - 02 ədəd şalvar və 01 ədəd çanta Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus M65908174 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 ədəd DVD, şəxsi yoxlama protokoluna əlavə olan 01 ədəd DVD və yük-nəqliyyat vasitələrinin yoxlanması protokoluna əlavə olan 01 ədəd DVD cinayət işində saxlanılmalıdır. 27 fevral 2024-cü il tarixli “Yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında” akta əsasən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 40AB917/40AB918 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə İran İslam Respublikasının vətəndaşı X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 90,40 (doxsan manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və onun Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs “buprenorfin” toksikomaniyasından məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində saxlanılan: - 158 ədəd “buprenorfin” psixotrop dərman preparatı məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus - 02 ədəd şalvar və 01 ədəd çanta Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus M65908174 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 ədəd DVD, şəxsi yoxlama protokoluna əlavə olan 01 ədəd DVD və yük-nəqliyyat vasitələrinin yoxlanması protokoluna əlavə olan 01 ədəd DVD cinayət işində saxlanılsın. 27 fevral 2024-cü il tarixli “Yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında” akta əsasən İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 40AB917/40AB918 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə İran İslam Respublikasının vətəndaşı X2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 90,40 (doxsan manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar