Məhkəmə qərarları › İş №1(109)-22/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-22/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-22/2025 03.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 16:30 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs (yetkinlik yaşına çatmayan) iştirakları ilə xx xxxx 2009-ci ildə Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Muryası oğlu qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat təxminən 18:00 radələrində Şərur şəhər Nizami küçəsində yerləşən sərnişin dayanacağının yanında mikro avtobus gözləyən əvvəlcədən tanıdığı lakin adını bilmədiyi 2007-ci il təvəllüdlü, Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs ilə qarşılaşmış, sonuncu ondan hansı kənddən olduğunu soruşmuş, Zərərçəkmiş şəxs “problem axtarırsan” demiş, ondan sonra heç bir əsaslı səbəb olmadan əvvəlcədən üzərində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gələn bıçağını sağ cibindən çıxardaraq sonuncuya xuliqanlıq niyyətilə qəsdən bir bıçaq zərbəsi vuraraq ona sağ ön qabırğaaltı nahiyyədə daxilə nüfuz edən köndələn çənbəl bağırsaq və mədənin böyük əyriliyinin serrozasını zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmişkəsilmiş yara xəsarəti yetirməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildə Şərur rayonu Qışlaqabbas kəndində doğulmuşdur. Ailədə iki uşaq olduqlarını, atası ilə qardaşının Türkiyədə, özünün və anasının isə Şərurda yaşadıqlarını, orta məktəbə Şərur rayonunda 2 nömrəli orta məktəbə getdiyini, 5-ci sinfə qədər təhsil aldığını, 5-ci sinifdən sonra Türkiyə Respublikasına getdiyini, ümumilikdə 8 il orada yaşadığını, lakin orada məktəbə getməyərək ancaq işlədiyini, 2-3 il orada qardaşı ilə birlikdə tekstildə işlədiyini və orada yaşadığı müddətdə heç kimlə savaşmadığını bildirmişdir. Həmçinin qardaşının cəzaçəkmə müəssisəsində olduğunu və ona 6 il həbs verildiyini, atasının Türkiyə Respublikasında olduğunu və deport olduğu üçün bura gələ bilməməsini və anasının halhazırda Şərur rayon Ələkli kəndində yaşadığını bildirmişdir. 11 fevral 2025-ci il tarixdə təxmini saat 17:50 radələrində Püsyan kənd avtobusuna çatmaq üçün Şərur şəhərində yerləşən avtobus dayanacağına getmişdir. Bir il bundan qabaq Şərur rayon İbadulla kəndinə əmisigilə getmiş, kənd içərisinə getdiyində orada Ceyhun və əlavə 3 nəfər də başqa adam olmuş, o, yanlarına gedərək salamlaşmışdır. Ondan sonra Ceyhun “bu hansı kəndlidi? Nə yaxşı gəlib bura?” demişdir. Onlar orada mübahisə etmiş və o, çıxıb evə getmişdir. Üstündən təxmini bir il keçdikdən sonra o, Naxçıvanda qalmaqdan sıxıldığı üçün Türkiyə Respublikasına getmiş, bu yaxınlarda Türkiyə Respublikasından Bakı şəhərinə qayıtmış, Naxçıvana gəldikdən sonra Bakıyaqardaşını görməyə getmiş, sonra yenidən Naxçıvana qayıtmış və gəzmək üçün Şərur rayonuna gəlmişdir. Şərur rayonundan evə getmək üçün avtovağzalda olarkən, təxminən saat altıya qalmış avtobus dayanacağında Ceyhunu və yanında 2-3 qohumunun olduğunu görmüş və Ceyhundan başqa orada dayanan digər şəxsləri tanımamışdır. O, gedib onlarla salamlaşmış və kef-hal etmişdir. Ceyhun ona “tanıdın məni? saqqalımı kəsmişəm, tanımarsan, yadına gəlir bir haqq hesab olmuşdu?” demiş, Ceyhun da tanıdığını söyləmişdir. Ceyhun ona “qaqa hardansan?” demiş, Mirkərim “İbadulladan” olduğunu desə də, Ceyhun oradan olduğuna inanmamışdır. Mirkərimin deməsinə görə Ceyhunun ondan haralı olduğunu soruşması artıq 2-ci dəfə idi, belə ki, birinci dəfə kənddə ondan “qaqa haralısan nə yaxşı gəlmisən kəndə” soruşmuş və o da “qaqaş bu kənddənəm, əmimgilə gəlmişəm” demişdir. Ceyhun da “sən bu kənddən deyilsən” demiş, Mirkərim isə nəsə olacağını güman edərək çıxıb evə getmişdir. Ondan sonra Ceyhun 2-3 nəfər kəndlisini çağırıb “bu uşağı neçə dəfə görmüşünüz kənddə?” deyə soruşmuşdur. Onlar da “4-5 dəfə görmüşük, onu da bu il” demişlər. Sonra Ceyhun ondan harda qaldığını soruşduqda o, cavabında “Şərurda qalmışam, özündə” demişdir. Ceyhun “sən onda Şərur uşağısan?” demiş və o da “xeyr, mənim atam haralıdısa, mən də oralıyam” cavabını vermişdir. Ondan sonra avtobusda olan adlarını bilmədiyi uşaqlar onu qırağa çəkərək “Kərim lazım deyil, çıx get burdan” demişlər. O, telefonu çıxarıb saatın altı olmasını görmüş və avtobus sürücüsünə “qapını aç çıxaq gedək vaxtdı artıq” demişdir. Sonra Ceyhunun yanına gələrək “nömrəni ver böyüyüm səninlə danışsın məsələni yoluna qoysunlar, bir-birimizi görəndə salam-sağol edək” demiş, Ceyhun da “mən sabah gedəcəm Naxçıvana hərbidə yoxlanışa, gəl indi söhbəti aparaq” söyləmişdir. O, “nömrəni verim böyüyümə danışsın məsələni yoluna qoyaq” deyərək nömrəni alıb qeyd etmişdir. Bu zaman Ceyhun onun sinəsindən yapışaraq qırağa çəkmiş, həmin vaxtı uşaqlar onları aralamışdır. Sinəsindən yapışan zaman Davud da orada olmuş və “görmürsən yerin danmır nəyə uzadırsan söhbəti?” demişdir. Həmin vaxtı Mirkərimin sağ cibində bıçaq olmuş, əlini cibinə salaraq bıçağı çıxarmış və 10-15 saniyə baxdıqdan sonra Ceyhunun qarın nahiyəsindən qurtqanın üstündən bıçaqla vurmuşdur. Həmin vaxtı vurmaq istəməmiş, sadəcə qorxutmaq istəmişdir. Ondan sonra bıçağın Ceyhuna girdiyini bilmişdir. Bıçaqla vurduqdan sonra o, bıçağı qatlayıb cibinə qoymuş və digər insanlara ziyan vurmaq niyyətinin olmadığını və o an üzərinə kimsə gəlsə idi, ona xəsarət yetirməyi düşünmədiyini bildirmişdir. Davud uşağı niyə bıçaqladığını soruşmuş, o isə qorxutmaq məqsədi ilə etdiyini demişdir. Bıçağı vurduqdan sonra Ceyhun böyrünü tutaraq ağlayaağlaya avtobusların yanı ilə taksilər dayanan tərəfə getmiş, uşaqlar da Ceyhunun arxasınca nə olduğunu görmək üçün getmişlər. O isə avtobusun qırağı ilə fırlanıb onun yanına nə olduğunu görmək üçün gedəcəyini, həmin vaxtı iki polis serjantının qaça-qaça üstünə gəldiyini, bu zaman yanında dostu Davud olduğunu, ona “qaç da Kərim” dediyini və qorxduğu üçün oradan qaçdığını söyləmişdir. Bıçağı vurmaqla qaçmağı arasında təxminən 5 dəqiqə müddət olmuşdur. Şərurda köhnə zavod tərəfə qaçaraq bıçağı gizlətmiş, bıçağın üzərində qan görməmiş və bıçağın qurtkaya girdiyini güman etmişdir. Bıçağı gizlətdikdən sonra saat təxmini səkkizin yarısı nənəsigilə getmişdir. Nənəsinə olanları danışmış, nənəsi də “yəqinki polislər gəlib aparacaq” cavabını vermişdir. Sonra Kəmalə xalasıgilə gedərək yemək yemiş, bu vaxt dostu zəng edərək olanları soruşmuşdur. Telefonla danışdıqdan sonra polislər onu polis idarəsinə aparmışlar. Sonda etdiyi əmələ görə peşman olduğunu söyləmişdir. O, ifadəsində onu da qeyd etmişdir ki, sadəcə uşaq vaxtları savaşmış, özünü biləndən heç kimlə savaşmamış, Zərərçəkmiş şəxs əvvəlcədən tanımamış, sadəcə il yarım bundan əvvəl aralarında kənddə haqq-hesab olmuş və onu orada tanımış, ona qarşı hər hansı kininin olmadığını, hadisə günündən əvvəl Ceyhunla haradasa rastlaşmadığını, hadisə günü Ceyhun ona yaxınlaşmasaydı ona yaxınlaşmayacağını və Ceyhunun ona sual verməsəydi onun da sual verməyəcəyini bildirmiş, həmçinin Ceyhunun onu sorğu-sual etməsəydi onu heç vaxt vurmayacağını bildirmişdir. Hadisə zamanı Ceyhun onun yaxasından tutub dartanda ətrafdakılar ona güldüyünə görə o aşağılandığını hiss etmiş, bıçaq üstündə olmasaydı heç nə etməyəcəyini, üstündə olduğu üçün xəsarət yetirdiyini bildirmiş və hadisəyə səbəb isə Ceyhunun onunla “yekəyekə” danışığı və onun yaxasından tutub qırağa çəkməsi olduğunu söyləmişdir. O, Ceyhuna qarşı kobudluq etməmiş və hər hansı nalayiq ifadə işlətməmişdir. Ceyhun onun yaxasından yapışdıqdan sonra onu vurduğunu söyləmiş, bıçağı sadəcə əlində oynadaraq baş qatmaq üçün üstündə daşıdığını və kiməsə xəsarət yetirmək üçün üstündə gəzdirmədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İbadulla kəndindəndir. O, 9-cu sinfə qədər məktəbə getmiş, sonra məktəbdən çıxmışdır, artizanda işləyir, işi artizan vurmaqdı, səhər işə gedib axşam gəlir. Hadisə baş verən günü səfərbərlik xidmətinə getmiş, səfərbərlik xidmətində olan zaman Davud da bir nəfər uşaqla orda olmuş, salamlaşdıqdan sonra ona bir neçə il bundan əvvəl kəndlərində gördüyünü demişdir. Daha sonra Qulinin mahnısın açmasını istəmiş, o isə Davuda “açmıram” demişdir. Davud ona Rövşənçi olduğunu demiş və Rövşənin mahnısın açmasını istəmiş, o isə açmayacağını demişdir. Daha sonra o, yoxlanışdan keçdikdən sonra çayçıya getmiş, domino oynamışdır. Sonra avtovağzala gəlmiş, orada Qarahəsənli kəndinin avtobusu və həmin kəndin uşaqlarının da olduğunu qeyd etmişdir. Orada dayandığı zaman Mirkərim ora yaxınlaşmış və salamlaşmışlar. Orada olarkən o, Mirkərimə “qaqa sən haralısan, tanış gəlirsən” demiş, Mirkərim isə İbadulladan olduğunu söyləmişdir. Mirkərimi indiyə qədər orada görmədiyini demiş, Mirkərim isə cavabında ona «kimliyim lazımdır?» deyə sual vermişdir. O, cavabında kimliyinin lazım olmadığını, sadəcə tanış gəldiyi üçün ondan haralı olduğunu soruşduğunu söyləmişdir. Sonra kənara çəkilərək orada dayanmışlar, bu zaman Davud gələrək Mirkərimi avtobusun qırağına aparmışdır. Orada danışdıqdan sonra onların üstünə gəlmiş, Davud onun üstünə gələn zaman o, Davudu əli ilə itələmişdir. Orada olan Vüsal adlı şəxs “nolub, ikiniz də təkləmisiz” demişdir. Mübahisə zamanı avtobusda olan bir nəfər tanımadığı şəxs “Kərim, yekə oğlansan, nə mərdimazarlıq yaradırsan, sadəcə haralı olduğunu soruşdu” demiş, daha sonra aralarında mübahisə qurtarmışdır. Daha sonra Davudun Mirkərimi çəkib avtobusun arxasına aparıb ona nəsə dediyini, Mirkərimin gəlib nömrə istədiyini söyləmişdir. O, nömrəsini vermişdir. Mirkərim ona “sabah səninlə görüşəcəm” demiş, o da sabah şəhərə gedəcəyini ordan gələndən sonra problem olmayacağını demişdir. Mirkərim ”onda səninlə axşam görüşəcəm” demiş, o da “zəng edərsən gələrəm, problem yoxdu” demişdir və bu hadisə baş verdiyini qeyd etmişdir. Bıçaqla vuran zaman Mirkərimin arxasında olduğu üçün görməmiş, ona tərəf çevrilən zaman Mirkərim onu arxasından vurmuşdur. Həmçinin o, qanı görən kimi yolun o tayına qaçmış və Mirkərimin ona ikinci dəfə xəsarət yetirməsi üçün arxasınca qaçdığını qeyd etmişdir. Bıçağı vurandan sonra Mirkərim təxminən 10 metr onun arxasınca düşmüşdür, amma əlində bıçaq olub-olmamasını görməmişdir. O, dizlərini yerə qoyduqdan sonra Mirkərimin gəldiyini görmüş və uşaqlardan onu üstünə gəlməyinə mane olmaqlarını istəmişdir. Daha sonra onu oradan maşınla xəstəxanaya aparmışlar. Mirkərim isə artıq oradan uzaqlaşmışdır. Xəstəxanadan çıxandan sonra uşaqlar ona “Kərim səni vurandan sonra əlini-qolunu gen qoya-qoya “kəpənək” bıçağı fırlada-fırlada gedirdi” demişlər. Rayona çıxanda da uşaqlar ona Mirkərimin “mən adam bıçaqlayıb gedəcəm qardaşımın yanına” ifadələrini işlətdiyini demişdir. Həmçinin o, ifasdəsində qeyd etmişdir ki, bir il yarım qabaq Mirkərimin yanında Sərvin və Nahid olmuşdur. Sərvin ona zəng vuraraq “hardasan?” sualını vermiş, o isə “çatıram kəndə” demişdir. Sərvin “gəl burda çayçının qabağında səni gözləyirik” söyləmişdir. Gəlib salamlaşdıqdan sonra “gedirsiz dominoya?” demiş, sonra da qayıdıb “qaqa haralısan?” sualını vermiş, Mirkərim də İbadulladan olduğunu söyləmişdir. O da onu indiyə qədər görmədiyini demiş, Mirkərim də cavabında orada qalmadığını, əvvəllər Türkiyədə, sonra da Ələklidə qaldığını qeyd etmişdir. Sonra dominoya getməyi sual etmiş, Mirkərimin yox cavabından sonra orada olan 3 nəfər dominoya getmiş, Mirkərim isə başqa yerə getmişdir. Orada onlar arasında hər hansı mübahisə olmamışdır. O, ifadəsində həmçinin 1-ci günü səfərbərlik xidmətindən çağırdıqları üçün xəstəxanaya getdiyini, 2-ci günü saat 2-də isə bədən yoxlnışından keçməsi üçün çağırıldığını, onun rayonda “dürmək” yedikdən sonra səfərbərlik xidmətinə getdiyini və oradan qayıtdıqda saat 6 avtobusu ilə gedəcəyi üçün avtobus sürücüsünə zəng etdiyini və sürücünün toya adam apardığı üçün 10 dəqiqə yubanacağını, onun Qarahəsənli kəndinin avtobusunun yanına gəldiyini, bu zaman onların onu güddüyünü və birinci Mirkərimin, onun ardınca isə Davudun gəldiyini qeyd etmişdir. O ifadəsində həmçinin əvvəllər hər hansı ədavəti olmadığını normal ünsiyyətlə ondan sözü soruşduğunu, soruşmaqda əsas məqsədi tanış gəlməsi olduğunu qeyd etmişdir. Davudla da aralarında hər hansı söyüş, dava-dalaş olmadığını, hadisə zamanı ətrafında Vüsal, İbrahim və Eynal olduğunu, Mirkərim tərəfdən isə Davud olduğunu, dörd nəfər avtobusun yanında əsgərlik haqqında söhbət etdiklərini qeyd etmişdir. Mirkərimə “yumruq atsan aparıb qoyacaqlar içəri, mən əsgərliyə gedirəm” demiş, yaxasından yapışmamış, yumruq vurmaq istəməmiş və üstünə getməmişdir. Hər hansı təzyiq göstərməmiş, orada bir-birlərinə şillə və ya yumruq atmamışlar və Mirkərimin yaxasından tutmamışdır. Mirkərimin vurandan sonra uşaqların arxasına çəkildiyini qeyd etmişdir. Mirkərimin onu vurduqdan sonra arxasınca gəlməyini Şahid1 ona demiş, Mirkərim heç nə demədən arxasınca gəlir ,söyüş söymürmüş. Mirkərim vuranda yumuruqla vurduğunu zənn etdiyini, sonra bıçaqla vurduğunu, lakin bıçağı onun əlində görmədiyini demişdir. Həmçinin Mirkərimin birinci bıçağı ona vurduqdan sonra, ikinci və üçüncü bıçağıda vura biləcəyini, ona heç kimin maneə olmadığını qeyd etmişdir. Həmçinin o, Davudun fiziki cəhətdən böyük olmadığını, sadəcə onun çevrəsinin böyük olduğunu və kirminal aləmə çox meyilli olduğunu, Davud gəlməmişdən qabaq sakitcə söhbət etdiklərini hər şeyin Davudun Mirkərimi çəkib qırağa danışdıqdan sonra olduğunu, ora gəlməsə idi bu hadisə olmayacağını qeyd etmişdir. Təqsirləndirilən şəxsə sorğu sual etməsəydi, o, gəlib vurmazdı deyə qeyd etmişdir. Bağırsağından zədə aldığını, bir həftə xəstəxanada yatdığını ondan sonra isə 15-20 gün də evdə yatdığını demişdir. Sonda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını təqsirləndirilən şəxsə az cəza verilməsini istədiyini, barışdığını söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə axşamüstü baş vermişdir. Hadisə baş verən günü Şərurda bacısıgildə olub və sonra kəndə getmək üçün bacısıgildən avtovağzala getmişdir. Hadisə baş verən vaxtı maşınların işığı ilə hərəkət etmədiyini, durduğu yerdən təxmini 25-30 metri görmək olduğunu qeyd etmişdir. O, Mirkərimi 1-2 aydır ki, tanıdığını, hadisədən təxmini 1 ay qabaq rayonda gördüyünü, adının nə olduğunu uşaqlardan soruşduğunu, Ceyhunun yaxşı insan olduğunu və onun qonşu kəndlisi olduğunu, o kəndə çox gedib gəldiyi üçün Ceyhunla salam-sağolunun olduğunu bildirmiş və Ceyhunla təxminən 2 ildir ki, münasibəti olduğu qeyd etmişdir. Hadisə günü o, avtobusa minən zaman Mirkərimgil orada olmuş və Ceyhun avtobusun o biri tərəfində olmuşdur. Mirkərimlə Ceyhun avtobusun qarşısındakı ağacın altında söhbət edən zaman İbrahim ona “Ceyhun Kərimdən nömrə istəyirdi” demişdir. O, kimin kimdən nömrə istədiyini bilmədiyini qeyd etmişdir. Sadəcə o, avtobusa minəndə Ceyhunla Mirkərim bir-birlərindən nömrə aldığını, Ceyhunun Mirkərimin nömrəsini telefona yazdığını görmüşdür. Hadisə vaxtı avtobusda olmuş, səs-küy eşitmiş, uşaqların ora yığışdığını və avtobusun pəncərəsindən Mirkərimin Ceyhunu bıçaqladığını görərək avtobusdan yerə düşmüşdür. Ceyhun böyründən bıçaqlandığı zaman qaçmış, o da Ceyhunun arxasınca qaçdığı üçün Mirkərimin nə etdiyinə diqqət etməmişdir. O, Ceyhunla Mirkərimin arasında nəsə nömrə istəmək söhbəti olduğunu, Ceyhunun Mirkərimə “mən əsgərliyə gedirəm başım ağrımasın, sonra söhbət edərik”, “sabah görüşərik” dediyini, Mirkərimin Ceyhuna nə dediyinin xatirində olmadığını qeyd etmişdir. Ceyhunla Mirkərimin tutaqlaşmasını görməmiş, orada söyüş söyülməsini eşitməmişdir. Onların rahat söhbət etdiyini, lakin nədən söhbət etdiyini bilməmişdir. Mirkərim avtobusun qırağına gedib, sonra qayıdaraq bıçaqla Ceyhunu vurmuşdur. Lakin o, Ceyhunun arxasınca onun ünvanına ucadan nalayiq ifadələr səsləndirməsini eşitmişdir. İbrahim ondan qabaqda qaçmış, o, arxadan gəldiyi üçün həmin nalayiq ifadələri eşitdiyini qeyd etmişdir. Mirkərim Ceyhunu vurduqdan sonra əlindəki bıçağı cibinə qoymadığını və əlindəki bıçağın “kəpənək” olduğunu, yeriyə-yeriyə söyüş söydüyünü, ondan sonra əlindəki bıçağı qatlayıb cibinə qoyduğunu və Mirkərimin söydüyü söyüşlərin ondan başqa kiminsə eşidib-eşitmədiyini bilmədiyini, o zaman orada Davudun olduğunu və digər şəxsləri xatırlamadığını qeyd etmişdir. Davudla Mirkərim avtobusun arxasına birlikdə getdiklərini bildirmiş, daha sonra uşaqlarla Ceyhunu xəstəxanaya apardıqlarını demişdir. Həmçinin o ifadəsində avtobusda olarkən uşaqların “söhbət var” deməsinə görə aşağıya düşməsini, sonra yenidən avtobusa minməsini və bunlar arasındakı müddətin təxminən 5 dəqiqə çəkməsini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü xatırlamır. Zərərçəkmiş şəxs Ceyhunun dostu olduğunu, Mirkərimi iki üç ay olar tanıdığını onunla rayonda görüşüb tanış olduğunu, həmin vaxtı qonşu kəndiçi olan Davudun da yanlarında olduğunu, Davudla Mirkərimin birlikdə gəzdiklərini, onunla sadəcə salam-sağolu olduğunu bildirmişdir. Mirkərimin hadisədən əvvəl kiməsə nəsə bir kobudluq etməsini görməmişdir. Zərərçəkmiş şəxslə 3-4 il olar dostluq etdiyini, Ceyhunun videolarında ancaq sevgi ilə bağlı paylaşımları gördüyünü, Ceyhunun kirminal aləmlə münasibətinin olmadığını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında əvvəlcədən də hər hansı bir düşmənçilik və ədavətin olmasını eşitmədiyini söyləmişdir. Hadisə baş verən günü Davudun Mirkərimin yanında olduğunu, Davudun onların qonşu kəndçisi olduğunu bildirmişdir. Hadisə günü Mirkərimlə Ceyhun arasındakı mübahisəni görməmiş, həmin vaxtı orada olmamışdır. Hadisə vaxtı avtobusda olduqlarını, hadisə yerində Eynal, İbrahim, Davud, Fuad, Əlican və adlarını tanımadığı uşaqların olduğunu demişdir. Onların yanına çatdıqlarında isə Ceyhunun əlini böyrünə tutub qaçdığını görmüşlər, sonra ordakı uşaqlar Ceyhunun bıçaqlandığını demişlər. O sadəcə Ceyhunun qaçdığını görmüşdür. Ceyhunu maşına mindirərək xəstəxanaya getmiş, həmin vaxtı orada bir xalanın olduğunu, onun polislərə “Davud edib bunun hamısın, Davud başdan çıxarıb bunu, günahkar budu, bunu tutun, işlərin başçısı budu” dediyini bildirmişdir. Ceyhun xəstəxanaya aparıldıqdan sonra polislər Davudla bir nəfər başqa uşağı şöbəyə aparmışdırlar. Ceyhunun bıçaqlanmasını görmədiyini, sadəcə Ceyhunun qaçmağını gördüyünü, Ceyhunu xəstəxanaya göndərdikdən sonra avtobusa minib evə getdiklərini bildirmişdir. Xəstəxanaya maşında yer olmadığı üçün getmədiyini, Ceyhun xəstəxanaya getdikdən 10 gün sonra onunla əlaqə saxladığnı bildirmişdir. Ceyhunun ona ““kənd” üstündə söhbət oldu, ona görə məni vurdular” dediyini qeyd etmişdir. Həmçinin o, ifadəsində zərərçəkən şəxs Ceyhunun təqsirləndirilən şəxs Mirkərimin yaxasından yapışmağı görmədiyini, Davudun onu qırağa çəkib “lazım deyil çıx get” dediyini, onun da avtobusun qabaq qapısını açıb “getmək vaxtdı?” dediyini, onun da “qoy qızlar da minsin, onsuz da sən tez düşürsən” dediyini bildirmişdir. Davud sadəcə onun Ceyhunu vurduğundan sonra, o, qarnını tuta-tuta gedəndə ona “gicsən niyə uşağı vurdun?” demişdir. Davud ona zərərçəkmiş şəxslə bağlı heç bir qızışdırıcı nəsə deməmişdir. Mirkərim ora yığılan insanların yanında Ceyhunu vurmuşdur. Mirkərimin Ceyhunun arxasınca qaçdığını gördüyünü, Ceyhunun isə əlini qarnına tutub qaçdığını demişdir. Mirkərimin Ceyhunun arxasınca getmək məqsədini bilmədiyini, kömək etmək, yoxsa vurmaq üçün getdiyini bilmədiyini qeyd etmişdir. Mirkərimin Ceyhunun arxasınca gedəndə bıçağı əlində salladığını, əlində bıçağı oynadıb sonra cibinə qoyduğunu görmüşdür. Mirkərim Ceyhunun arxasınca axıra kimi yox, 15-20 metr getmişdir. Təqsirləndirilən şəxs Ceyhunu vurandan sonra, Ceyhun orada durmamış, qaçmışdır. O, yolun o tərəfi ilə keçib getmişdir. O, Ceyhunu öz əlləri ilə xəstəxanaya aparacağı üçün arxasınca getmişdir. Mirkərim onun arxasınca gəlmiş, polisləri gördükdən sonra qayıtmışdır. Mirkərimin əlində bıçağı bir anlıq gördüyünü, sonra cibinə qoyduğunu söyləmişdir.”. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisənin baş verdiyi günü xatırlamır. Hadisə baş verdiyi gün Ceyhun və Eynalla birlikdə avtovağzala gəlmiş, avtobusun qarşısında durub kəndə getmələrini gözləmişlər. Hadisə baş verməmişdən qabaq Ceyhunla səfərbərlik xidmətində tanış olmuş, onunla yalnız hərbi xidmətlə bağlı söhbətlər etmiş, başqa söhbətlər etməmiş və onun Mirkərimi tanıdığından xəbəri olmamışdır. Hadisə günü Mirkərimi ilk dəfə rayonda “Nar” marketin yanında görmüş və görüşdükdən sonra kəndə gedib-getmədiyini soruşmuş, o isə cavabında hələki getməyəcəyini demişdir. O, avtovağzalda olarkən Mirkərim də avtobusun yanında olmuş, əvvəlcədən onunla tanış olduğu üçün Mirkərim onlara yaxınlaşıb salam vermişdir. Mirkərimin onlara mübahsə etmək üçün yaxınlaşmadığını və onların yanında Davudun olmadığını demişdir. Mirkərimi təxmini bir aydır ki, tanıdığını və eyni kənddən olmadığını demişdir. O, Türkiyədə olarkən ondan Mirkərim adlı şəxsi tanıdığını soruşmuşlar, o isə tanımadığını qeyd etmiş, ondan sonra o, Mirkərimi rayonda görərərək tanış olmuşdur. Avtovağzalda olarkən Ceyhunun Mirkərimə “sən haralısan” sualını verdiyini, Mirkərimin isə İbadulladan olduğunu dediyini söyləmişdir.Ceyhun onu İbadullada görmədiyini demiş, Mirkərim isə əslinin İbadulladan olduğunu, özünün isə Ələklidə qaldığını bildirmişdir. Onlar arasında həmin anda söhbət alovlanmamış, normal qaydada və səs tonları yüksək olmadan söhbət etmişlər və orada onlar bir-birlərini yumruqlamamış və söyüş söyməmişlər. Orada olan Eynalla birlikdə Ceyhuna Mirkərimin haralı olmasını boş verməsini söyləmişdir. Sonra o, avtobusa minmiş və orada kiminsə vurulmağını eşitmiş, Ceyhunun qaçdığını görmüş, ona nə olduğunu bilmək üçün avtobusdan düşərək onun arxasınca qaçmışdır. Ceyhunun yanına çatdığında onun yaralı olduğunu görmüş, Ceyhun ona “qardaşıma zəng vurun gəlsin” demiş, ondan sonra onu Eynalla birlikdə maşına qoyaraq xəstəxanaya aparmış və qardaşına zəng edərək onu çağırmışlar. Ondan sonra onlar polis idarəsinə gətirilərək izahat vermişlər. O ifadəsində həmçinin Davud adlı şəxsi rayonda bir-iki dəfə gördüyünü və hadisə baş verdiyi gündən iki gün qabaq tanıdığını, səfərbərlik xidmətinə dostu ilə gəlməsini və onu ordan tanıdığını, onun kimin dostu olduğunu bilmədiyini bildirmiş, hadisə günü Davudun onların yanında olduğunu və onun Mirkərimi avtobusun arxasına aparmasını bilmədiyini, Mirkərimin Ceyhunu bıçaqla vurmasını görmədiyini, Ceyhunun arxasınca qaçdığı zaman Mirkərimin nə etdiyini görmədiyini, Mirkərimi şöbəyə gətirərkən gördüyünü, hadisə zamanı orada təxmini 10-15 insan olmasını qeyd etmişdir. Ceyhunun yanına uşaq çağırmadığını bildirmiş, Ceyhun və Mirkərim yalnız “haralısan” və “kənd” söhbətləri etdiklərini eşitmiş, Ceyhunun iki-üç dəfə təkrar-təkrar Mirkərimdən haralı olmağını soruşduğunu bildirmiş və bu da ətrafdakı insanların səbrini tükətmiş, onlar Ceyhuna “haralı olması nəyinə lazımdır” demişdir. Mirkərim və Ceyhunun olduğu yerlə arasının təxminən 3-4 metr olduğunu qeyd etmişdir. Hadisədən qabaq Ceyhunla çayçıda olmuş, onunla dost olmuşdur. Xəstəxanda analizlərdən Ceyhunla birlikdə keçmişlər. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid3 ifadəsində göstərmişdir ki, mersedes markalı, **-BB-*** qeydiyyat nişanlı mikro avtobusla sərnişin daşıma fəaliyyəti ilə məşğul olur, 11 fevral 2025-ci il tarixdə saat təxminən 18:00 radələrində Şərur şəhərində yerləşən avtobus dayanacağında müştərilərini yığaraq yola çıxmağa hazırlaşmış, müştərilər əyləşdikdən sonra qapıları bağlayan zaman avtobusun sağ kənarında başqa avtobus gözləyən uşaqların səs-küy etdiklərini eşitmiş, ilk öncə uşaqların zarafatlaşdıqlarını düşünmüş, həmin an anidən uşaqlar “vurdu, vurdu” deyə qışqırmağa başlamış, bu zaman avtobusun önündən bir uşağın əlində bıçaq oynadaraq keçdiyini görmüş, həmin uşağın əlindəki bıçaq kəpənək formalı və rəng-bərəng olmuş, bununla eyni vaxtda isə başqa birinin avtobusun arxasınca taksilərə tərəf qaçdığını görmüş, əlində bıçaq olan şəxs də, onun arxasınca getmiş, bundan sonra avtobus da, olan uşaqlar da, yerə tökülüşmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8: - 13 fevral 2025-ci il tarixli, 61 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində sağ ön qabırğaaltı nahiyədə daxilə nüfuz edən köndələn çənbəl bağırsaq və mədənin böyük əyriliyinin serrozasını zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarətləri olmuşdur və bu kəsici alət təsirindən əmələ gəlmişdir, eləcə də, ekpertizaya təqdim olunmuş bıçaq təsirindən əmələ gəlməsi inkar olunmur.Xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilə tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Zərərçəkmiş şəxs bədən səthində olan 1 ədəd deşilmiş-kəsilmiş yara ekspertizaya təqdim olunmuş qara rəngli kofta və ağ rəngli maykanın üzərində olan 1 ədəd kəsiklə üst-üstə düşür. - 17 fevral 2025-ci il tarixli, 62 nömrəli məhkəmə- tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. - 18 mart 2025-ci il tarixli, 04 nömrəli məhkəmə -bioloji ekspertizasının rəyindən məlum olur ki, Şərur şəhər ərazisində yerləşən “Radio zavod” adlanan yerin arxa hissəsində boş ərazidə olan divarın daşlarının arasından götürülmüş bıçağın üzərində qan ləkələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan geyim əşyalarının üzərində qanabənzər ləkələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan geyim əşyalarında qan olduğu, həmin qanın insan qanı olduğu və Zərərçəkmiş şəxs qanı ilə eyni olduğu yəni AB(İV) qan qrupuna aid olduğu göstərilmişdir. Naxçıvan MR X5 : - 27 mart 2025-ci il tarixli, 139 nömrəli məhkəmə-psixatrik ekspertizasının rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə zamanı və hadisədən sonra psixi vəziyyətinin sağlam olduğu, hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olduğu, barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir. - 27 mart 2025-ci il tarixli, 140 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. - 14 aprel 2025-ci il tarixli, 370 nömrəli rəyində tədqiqata təqdim edilmiş bıçağın kustar üsulla istehsal edilidyi, bir tərəfini deşici, ucunun batıcı xassəyə malik olduğu, soyuq silah hesab edilmədiyi, məişət-təsərrüfat təyinatlı turist bıçaqlarına uyğun gəldiyi və üzərində sonradan təyinatını dəyişəcək heç bir əlavə və düzəliş edilmədiyi göstərilmişdir. - 14 fevral 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün istifadə etdiyi, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan bir ədəd kəpənək formalı bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd açıq boz rəngli gecəlik şalvar və bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli yağmurluq; Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş bir ədəd üzərində ”Boy” yazısı olan qara rəngli ön hissəsi ortadan kəsilmiş köynək, bir ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvar, bir ədəd ön hissəsi ortadan kəsilmiş ağ rəngli mayka və bir cüt qara rəngli corab iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 11 fevral 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə Şərur şəhər Nizami küçəsində yerləşən sərnişin dayanacağının yanındakı piyada səkisində baş vermişdir. Piyada səkisinin eni 4 metrdir. Ətrafda xeyli sayda iaşə obyektləri vardır. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs sonradan adının Ceyhun olduğunu bildiyi şəxsi məhz həmin yerdə üzərində gəzdirdiyi bıçaqla vurduğunu bildirmişdir. Hadisə yerində qanabənzər ləkələr yoxdur və hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək əşya aşkar edilmədi. - 11 fevral 2025-ci il tarixli baxış və götürülmə aparılması haqqında prokotoldan görünür ki, Şərur şəhərində yerləşən “Radio” zavod adlanan yerin arxa hissəsindəki boş ərazidə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın ərazidə olan divarın daşlarının arasına gizlətdiyi yeri göstərdi, həmin kəpənək formalı bıçaq ağ rəngli zərfin içərisində qablaşdırılaraq götürüldü. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək başqa əşya aşkar edilməmişdir. - 11 fevral 2025-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd üzərində ”Boy” yazısı olan qara rəngli ön hissəsi ortadan kəsilmiş köynək, bir ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvar, bir ədəd ön hissəsi ortadan kəsilmiş ağ rəngli mayka və bir cüt qara rəngli corab Şərur rayon X15 Hüquqi şəxsin Cərrahiyə Şöbəsinin tibb bacısı X9 tərəfindən istintaq orqanına təhvil verilmiş və həmin paltarlar protokolda adları qeyd olunan şəxslərin iştirakları ilə təhvil götürülərək müvafiq qaydada qablaşdırılmışdır. - 11 fevral 2025-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd açıq boz rəngli gecəlik şalvar və bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli yağmurluq Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaq orqanına təhvil verilmiş və həmin paltarlar protokolda adları qeyd olunan şəxslərin iştirakları ilə təhvil götürülərək müvafiq qaydada qablaşdırılmışdır. - 11 mart 2025-ci il tarixli, 3-28-34-4/2-795/2025 nömrəli Naxçıvan MR Səhiyyə Nazirliyinin Y. Budaqov adına Naxçıvan MR X5 məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanserdə qeydiyyatda dayanmamışdır. - Şərur Rayon Polis İdarəsinin Təşkilat-İnspeksiya Qrupundan alınmış Əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında heç bir məlumat yoxdur. Şərur Rayon Polis İdarəsinin Təşkilat-İnspeksiya Qrupundan alınmış Əməliyyatsorğu kartotekasından məlum olur ki, Təqsirləndirilən şəxs qardaşı X14 AR Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin atası X3 143.3, 23-1-ci maddələri ilə təqsirli bilinib, Sədərək rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.1998-ci il tarixli Naxçıvan A.R məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR Ali Məhkəməsinin qərarı ilə cəzası AR CM-102.2-ci maddəsinə tövsif edilərək 9 il azadlıqdan məhrum etmə cəzasına çevrilmişdir. X3 TCQ 109/2, 37/1, 109/3, 62/1, 53/1, 53/2, 54/1 - ci maddələri ilə təqsirli bilinib, TR Bakırköy 7 Ağır Ceza Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayon Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayon Rayon İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs kənd sakini və vətəndaş kimi faydalı işlərdə qeyri-fəal olmuş və kənd sakinlərindən heç kimə zərər verməmişdir. Şərur rayon Rayon İbadulla kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan məlum olur ki, onun ailə tərkibi anası xx.xx.1982 təvəllüdlü X6, qardaşları xx.xx.2003 təvəllüdlü X4 və xx.xx.2005 təvəllüdlü X1 və atası xx.xx.1970 təvəllüdlü X7 (ayrılıb) ibarətdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 11 fevral 2025-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 11 fevral 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhdud fəaliyyət qabiliyyətli olduğu üçün Qanuni nümayəndə2 (anası) qanuni nümayəndə qismində təyin edilmişdir. 13 fevral 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 13 fevral 2025-ci il tarixində barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 11 fevral 2025ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan ifadənin yerində yoxlanılması və əraziyə baxış keçirilməsi ilə bağlı olan 02 (iki) ədəd DVD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahid ifadələri ilə, maddi sübutlarla, ekspert rəyləri ilə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı lakin adını bilmədiyi İbadulla kənd sakini Zərərçəkmiş şəxs bədən nahiyəsinə xuliqanlıq niyyəti ilə qəsdən bir bıçaq zərbəsi vuraraq ona sağ ön qabırğaaltı nahiyədə daxilə nüfuz edən köndələn çənbəl bağırsaq və mədənin böyük əyriliyinin serrozasını zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmiş - kəsilmiş yara xəsarəti yetirməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş və bununla da Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi yaranmışdır. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır dərəcəli bədən xəsarətləri yetirməsi əməli xuliqanlıq kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-in 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3- cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi tövsif olunmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs etdiyi əmələ görə özünü tam təqsirli bilsə də, hadisənin baş verməsinə səbəb kimi ilk olaraq zərərçəkmiş şəxsin ona qarşı aqressiv hərəkət edərək fiziki güc tətbiq etməsini, söyüşlə ifadə olunan nalayiq ifadələr işlətməsə də kobudluq nümayiş etdirərərək sinəsindən yapışmasını və bütün bu hərəkətlərdən sonra zərərçəkmiş şəxsi bıçaqla vurmaq niyyətinin yaranmasını və bıçağı cibindən çıxarıb vurduğunu göstərmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin o cümlədən, təqsirləndirilən şəxsin verdikləri ifadələrlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs avtovağzaldakı avtobus dayanacağına gəldikdən sonra zərərçəkmiş şəxsə yaxınlaşmış və ona salam vermişdir. Onun salamını aldıqdan sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə - “Qaqa sən hardansan?”- deyə soruşmuş, təqsirləndirilən şəxs isə haradan olduğunu demək əvəzinə “sənə problem lazımdır” kimi ifadə işlətmişdir. Söhbət böyüməsin deyə yanlarında olan, o cümlədən avtobusdan düşüb onlara yaxınlaşan şəxslərin müdaxiləsi ilə təqsirləndirilən şəxs zərərçəkmişin dayandığı yerdən kənara aparılmışdır. Lakin çox az zaman keçmiş təqsirləndirilən şəxs yenidən zərərçəkmiş şəxsə yaxınlaşmış və heç bir söz demədən onun qarın nahiyyəsindən bir bıçaq zərbəsi vurmuş və qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı güya zərəçəkmiş şəxs onun yaxasından tutduqdan sonra onu bıçaqla vurmuşdur kimi ifadə işlətməsi istər iş materialında olan sənədlər, istərsə də zərərçəkmiş şəxsin və hadisənin birbaşa şahidi olmuş şahidlərin ifadələri ilə öz təsdiqini tapmamışdır. Dalaşma və ya münaqişə zəminində qəsdən adam öldürmənin xuliqanlıq niyyəti ilə qətlə yetirmədən fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsirkarın həmin şəxsi qətlə yetirməsi CM-in 120.2.2ci maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Əgər münaqişə və ya dalaşma təqsirkarın cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik göstərməsi ilə müşayiət olunan əxlaqa və ya hüquqa zidd davranışı ilə başlamışdırsa, təqsirkar zərərçəkmiş şəxsi öz təşəbbüsü ilə münaqişəyə çəkmişdirsə, onun əməli xuliqanlıq niyyətilə adam öldürmə kimi tövsif edilməlidir. Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmə, belə zor tətbiqi ilə hədələmə, özgə əmlakını məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci və 221-ci maddələri ilə cinayətlərinin məcmusu qaydasında tövsif etməlidir. Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə, (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Plenumun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Yuxarıdakı hallardan və digər sübutlardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir aqresiv, onu təhrik edəcək davranışı olmamış, bıçaq vurmaq səviyyəsinə çatdıracaq heç bir hərəkət etməmişdir.. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsə də, lakin ilkin olaraq ona qarşı hərəkət etdiyini, yəni ona fiziki təsir göstərdiyini, kobudluq etdiyini, onun sinəsindən yapışdığını söyləməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi bu ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında belə məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və ona qarşı irəli sürülmüş ittihamın yüngülləşdirirməsi və əməlini tövsif etməklə daha yüngül ittiham verilməsini və nəticədə cəzasını və məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs cinayəti törətməsini etiraf etməsi, bıçağı vurduqdan sonrakı hərəkəti, yəni bıçağı cibinə qoyub hadisə yerindən uzaqlaşmağı və Zərərçəkmiş şəxs arxasınca getməməsi kimi ifadəsi də digər sübutlarla təkzib olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd edir ki, “o mənim arxamca gəlirdi, mən isə ondan qorxub qaçırdım, arxam ona tərəf olduğu üçün, qaçdığım və çönüb ona baxa bilmədiyim üçün təqsirləndirilən şəxsin əlində bıçaq olub-olmamasını və arxamca gələndə bıçağı salaya-salaya gəlməsi haqqında heç nə deyə bilməyəcəm” kimi ifadə verməsi, lakin məhkəmə istintaqı zamanı şahidlərin ifadələrində də şahidlərin birbaşa Təqsirləndirilən şəxs bıçağı vurandan sonra Zərərçəkmiş şəxs arxasınca 10-15 metr qaçması və əlində bıçağı açıq şəkildə arxasınca düşməsini gördüklərini qeyd etmişlər. Məhkəmə kollegiyası sübutları bir-birilə müqayisəli şəkildə təhlil edib belə qərara gəlir ki, təqsirləndirilən şəxsin bıçağı vurduqdan sonra onun arxasınca getmədiyi və bıçağı qatlayaraq cibinə qoyub hadisə yerindən uzaqlaşdığı kimi verdiyi ifadəsi sübut kimi özünümüdafiə məqsədi ilə uydurulmuş, cinayət işinin materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə istintaqında belə məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır, cinayətin ictimai təhlükəlilik dərəcəsini azaltmaq, daha yüngül cəza təyin edilməsinə nail olmaq, cəzasını və məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, 11 fevral 2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində Şərur şəhəri, Nizami küçəsində yerləşən sərnişin dayanacağının yanında mikro avtobus gözləyən əvvəlcədən tanıdığı lakin adını bilmədiyi 2007-ci il təvəllüdlü, Şərur rayon İbadulla kənd sakini Zərərçəkmiş şəxs ilə qarşılaşmış,ondan hansı kənddən olduğunu soruşmuş, Zərərçəkmiş şəxs “problem axtarırsan” demiş, ondan sonra heç bir əsaslı səbəb olmadan əvvəlcədən üzərində gəzdirdiyi təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gələn bıçağını sağ cibindən çıxardaraq sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən bir bıçaq zərbəsi vuraraq ona sağ ön qabırğaaltı nahiyədə daxilə nüfuz edən köndələn çənbəl bağırsaq və mədənin böyük əyriliyinin serrozasını zədələyən və daxili qanaxma ilə müşayiət olunan deşilmiş kəsilmiş yara xəsarəti yetirməklə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur . Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs da cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Prosessual Məcəlləsinin 435.4-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası belə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hamının gözü qarşısında zərərçəkmiş şəxsə bir bıçaq zərbəsi vurması və ağır xəsarət yetirməsi yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxsa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasını vermək həm təqsirləndirilən şəxsin, həm də cəmiyyətin təlabatına uyğun cəza kimi qiymətləndirilir. Buna baxmayaraq məhkəmə kollegiyası maddənin sanksiyasında 6 ildən 11 ilədək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, alternativ cəza nəzərdə tutulmadığından müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı hesab edir. Məhkəmə istintaqı gedişatında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs daha yüngül cəza verilməsini istəmiş, cinayət işinin materiallarında olan xasiyyətnamədə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmuş, məhkəmə kollegiyası bu kimi halları nəzərə alıb müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməsini mümkün hesab edir, lakin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinin təyin edilməsini müvafiq hesab edir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün sübut və ya dəlil gətirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində şikayətçi olmadığını, barışdıqlarını bildirmiş, məhkəmə kollegiyasından təqsirləndirilən şəxsə daha aşağı cəza verilməsini xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxsi qorxutmaq məqsədilə bu hərəkəti etdiyini, atasının Türkiyə Respublikasında yaşadığını, qardaşının cəzaçəkmə müəsissəsində cəza çəkdiyini, anasının isə tək yaşadığını , ona baxanın tək o olduğunu demiş, bu səbəbdən də ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 tək qadın olduğunu, övladının birinin də həbsdə olduğunu, hər ikisinin arxasınca getməyə gücü çatmadığını, oğlu Təqsirləndirilən şəxs az cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxsin şikayəti olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. 4(110)-2/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli Şərur Rayon Məhkəməsinin qərar ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 11 fevral 2025-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd təsərrüfatməişət təyinatlı turist bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq boz rəngli gecəlik şalvar və bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli yağmurluq onun özünə qaytarılmalıdır. Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində ”Boy” yazısı olan qara rəngli ön hissəsi ortadan kəsilmiş köynək, bir ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvar, bir ədəd ön hissəsi ortadan kəsilmiş ağ rəngli mayka və bir cüt qara rəngli corab onun özünə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 03 (üç ) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-ballistik, 67 (altmış yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd təsərrüfat-məişət təyinatlı turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq boz rəngli gecəlik şalvar və bir ədəd tünd boz rəngli cins şalvar, bir ədəd qara rəngli köynək, bir ədəd göy rəngli yağmurluq onun özünə qaytarılsın. Zərərçəkmiş şəxs məxsus bir ədəd üzərində ”Boy” yazısı olan qara rəngli ön hissəsi ortadan kəsilmiş köynək, bir ədəd üzərində qara rəngli kəmər olan boz rəngli cins şalvar, bir ədəd ön hissəsi ortadan kəsilmiş ağ rəngli mayka və bir cüt qara rəngli corab onun özünə qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İş materiallarına əlavə edilmiş 03 (üç ) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar