Məhkəmə qərarları › İş №1(109)-23/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-23/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-23/2023 06.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X2, tərcüməçi X5 və Təqsirləndirilən şəxs iştirakları ilə 01 yanvar 1987-ci ildə Türkiyə Respublikasının Samsun şəhəri, Havza rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, bir uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının Samsun şəhəri, Havza rayonu, 25 mayıs məhəlləsi, Lalə küçəsi № 28, 3-сü mərtəbə ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq heroin və qurudulmuş marixuana narkotik vasitələrini əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda heroin və şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana narkotik vasitələrini əldə edib bükümlərdə 2 ədəd “Kent” markalı siqaret qutularına yerləşdirərək üzərində saxlamış, 30 iyul 2023-cü il tarixdə, saat 10:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına sink yükü apararkən idarə etdiyi 33ACB433/08K6477 qeydiyyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əynində olan şalvarın sağ cibində olan 1 ədəd siqaret qutusundan 1 ədəd selofan bükümdə təmiz çəkisi 7,721 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, şalvarın sol cibində olan 2 ədəd siqaret qutularından birincisində 1 ədəd bükümdə 5,531 qram, ikincisində 1 ədəd bükümdə 8,795 qram olmaqla ümumi təmiz çəkisi 14,326 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Naxçıvan üzərindən tranzit keçməklə, yük daşımaqla məşğul olmuşdur. Bu məqsədlə İranda olduğu zaman taksiyə minib avtomaşının sənədləşmə işlərini görmək üçün Tehran şəhərinə gedərkən taksi sürücüsü maşında siqaret çəkdiyi zaman əvvəllər narkotikdən istifadə etdiyi üçün marixuananın iyini hiss etmişdir. Özünə hakim ola bilmədiyindən ondan siqaret istəmiş, o isə vermişdir. Taksi sürücüsünü əvvəldən tanımamışdır. Daha sonra sürücüdən ona narkotik vasitə tapmasını istəmiş, sürücü də Tehran şəhərində olarkən 130 dollar qarşılığında 12 qram heroin, 15 qram da qurudulmuş marixuana tapıb vermişdir. İranda olduğu müddətdə aldığı narkotik vasitələrin bir qismindən istifadə etmiş, qalan heroin və qurudulmuş marixuananı isə 2 ədəd siqaret qutusuna yığıb tökülməməsi üçün qutulardan birinin ağzını bantla bağlamışdır. Həmin 2 ədəd siqaret qutusu Azərbaycana giriş edərkən Burhanın şalvarının cibində olmuşdur. Sonra Poldəştə getmiş, Poldəştdən də Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postuna giriş etmişdir. Gömrükdə ondan əvvəlcə maşında qadağan olunmuş nəsə olub-olmadığı soruşulmuş, o isə qadağan olunmuş bir şeyin olmadığını söyləmişdir. Gömrük forması geyinmiş şəxslər nəqliyyat vasitəsinin ətrafına, onun içərisinə baxış keçirmiş, maşındakı çantaları yoxlamış, ancaq qadağan olunmuş heçnə aşkar etməmişdirlər. Sonra gömrük işçisi hal şahidlərinin iştirakı ilə ondan üzərində qadağan olunmuş nəsə olmasını soruşmuş, o, isə cibindən içərisində heroin və qurudulmuş marixuana olan siqaret qutularını və telefonunu çıxarmış, gömrükçü ona əlindəkiləri masaya qoymasını təklif etdikdə əlindəkiləri vermiş və gömrük işçisi qutuları açıb içərisindəki narkotik vasitələri gördükdə bunların qadağan olmasını demiş, o, isə qadağan olduğunu bilmədiyini söyləmişdir. Bundan sonra aşkar olunan narkotik vasitələr tərəzidə çəkilmiş, video çəkiliş aparılmışdır. İfadəsinin davamında B.Faruk bildirmişdir ki, daha əvvəl narkotikdən istifadə etsə də, müalicə aldığı üçün təxminən 5 il olar ki, narkotik vasitədən istifadə etmir. İrana getdikdən sonra yenidən istifadə etməyə başlamış, tutulmamışdan əvvəl demək olar ki, hər gün istifadə etmişdir. 3 yaşında övladı, qoca ata və anası vardır. Evə tək qazanc gətirən odur və tutduğu əməldən çox peşmandır. Narkotik vasitənin Azərbaycanda, eləcə də Türkiyədə qadağan olmasını bilməmiş, Türkiyədə tutulduqda müalicə təyin ediləcəyini düşünmüşdür. Gömrükdə nəqliyyat vasitəsinin yoxlanılması və şəxsi axtarış zamanı ona heç bir təzyiq, təsir olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 iyul 2023-cü ildə növbədə olarkən nəqliyyat vasitəsi ilə İrandan Türkiyəyə tranzit keçmək məqsədi ilə Azərbaycandan keçərkən gömrük nəzarətində sürücünün idarə etdiyi nəqliyyat vasitəsi kənara çəkilərək yoxlanılmışdır. Bu zaman sürücüdə əsmə, titrəmə, suallardan yayınma kimi şübhəli hərəkətlər nəzərə çarpdığından əsaslı yoxlama aparmaq qərarına gəlmişdir. Sürücüdən nəqliyyat vasitəsində qanunla qadağan olunmuş nə isə olub-olmadığını soruşduqdan sonra nəqliyyat vasitəsinə baxış keçirilmiş, ancaq qanunla qadağan olunmuş heçnə aşkarlanmamışdır. Sürücü şübhəli hərəkətlər etməyə davam etdiyindən rəisdən icazə alınaraq iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama otağında onun üzərində şəxsi yoxlama aparılmış, yoxlamağa başlamazdan əvvəl yenə də Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş nə isə olması barədə soruşulmuş, daha sonra “ciblərinizi boşaldın” dedikdə sürücü şalvarının cibindən iki ədəd, ağzı bantla bağlanmış siqaret qutusunu çıxarıb əlində saxlamış, “stolun üzərinə qoyun” dedikdən sonra təhvil vermişdir. Siqaret qutularını açıb baxana qədər içərisində nə olmasını deməmiş, qutuların içərisinə baxdıqda onlardan birində ot, digərində isə sellofana bükülmüş toz halında maddə aşkarlanmış, sonra narkotik maddə olduğunu söyləmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gömrük işçisi Elşən onu və iş yoldaşı Elmahiri hal şahidi kimi iştirak etmələri üçün çağırmış və hər ikisinin iştirakı ilə tıra baxış keçirilmiş, ancaq qanunla qadağan olunmuş heçnə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, ondan üzərində qadağan olunmuş nə isə olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs cibindən ağzı zavod üsulu ilə bağlı olmayan iki ədəd siqaret qutusu çıxarmış, qutulardan birində toz halında, digərində isə ot halında narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, maddələrin çəkisi təxmini 7 qram və 14 qram olmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərilməmiş, o, öz istifadəsi üçün aldığını demişdir. Bütün bunlar yekunda sənədləşdirilmiş və onlar da imzalamışlar. Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 743 nömrəli, 30 iyul 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı, Samsun şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş: - 01 ədəd “Kent” siqaret qutusunda, 01 ədəd şəffaf sellofan paketdə bükümlə birlikdə çəkisi - 7, 748 qram, təmiz çəkisi – 7,721 qram olan toz halında, açıq sarı rəngli, kəskin iyli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005 - ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına” daxildir ( İ siyahı, sıra №49) - həmin siqaret qutusunda 02 ədəd bükümlərdə qablaşma ilə birlikdə çəkiləri - 14,344 qram, ümumi təmiz çəkisi - 14,326 qram olan ot halında narkotik vasitəyə bənzər kütlələr narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005 - ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına” daxildir ( İ siyahı, İ bənd, sıra № 146) Heroin ümumi təmiz çəkisi- 7,721 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 7,671 qram Marixuananın ümumi təmiz çəkisi - 14,326 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq - 14,286 qram Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 tərəfindən verilmiş: - xx.xx.2023-cü il tarixli, 220 saylı Ambulator Məhkəmə Narkoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs heroin və marixuana narkotik maddələri qəbul edir. Təqsirləndirilən şəxs opioid və kannabinoidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda onun məcburi müalicəyə ehtiyacı vardır. - 30 avqust 2023-cü il tarixli, 246 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 30 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33ACB433/08K6477 qeydiyyat nişanlı, "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı qanunla aparılıb gətirilməsi qadağan olunan heçnə aşkarlanmamışdır. - 30 iyul 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi yoxlama zamanı, Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ cibindən 1 ədəd siqarət qutusundan 1 bükümdə qablaşma ilə birgə çəkisi 7,748 qram toz halında, açıq sarı rəngli, narkotik vasitəyə bənzər kütlə,1 bükümdə qablaşma ilə birgə çəkisi 5,539 qram olan ot halında narkotik vasitəyə bənzər kütlə və şəxsin əyninə geyindiyi şalvarın sol cibindən 1 ədəd siqaret qutusundan 1 bükümdə qablaşma ilə birgə çəkisi 8,805 qram olan ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. 28 avqust 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat əldə edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda heroin və şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana narkotik vasitələrini əldə edib bükümlərdə 3 ədəd “Kent” markalı siqaret qutularına yerləşdirərək üzərində saxlaması, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına sink yükü apararkən idarə etdiyi 33ACB433/08K6477 qeydiyyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əynində olan şalvarın sağ cibində olan 1 ədəd siqaret qutusundan 1 ədəd selofan bükümdə təmiz çəkisi 7,721 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, şalvarın sol cibində olan 2 ədəd siqaret qutularından birincisində 1 ədəd bükümdə 5,531 qram, ikincisində 1 ədəd bükümdə 8,795 qram olmaqla ümumi təmiz çəkisi 14,326 qram səxsi istehlak miqdarından artıq miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etməsi cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə ... və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən heroinin 2 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq olması şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı övladının olmasını, özünü tam təqsirli bilərək əməlindən peşman olmasını, ailənin yeganə qazanc mənbəyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsini müzakirə edərək bu nəticəyə gəlir ki, onun barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə görə məhkəmə cinayət törətmiş... narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən ... narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, ... narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 67/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 30 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 7,671 qram olan heroin və təmiz çəkisi 14,286 qram olan qurudulmuş marixuana narkotik vasitələri məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd “İphone 11” markalı mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11S” markalı mobil telefon Təqsirləndirilən şəxs verilməlidir. - Təqsirləndirilən şəxs məxsus U 24590693 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-1ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X3 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan təmiz çəkisi 7,671 qram olan heroin və təmiz çəkisi 14,286 qram olan qurudulmuş marixuana narkotik vasitələri məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd “İphone 11” markalı mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11S” markalı mobil telefon Təqsirləndirilən şəxs verilsin. - Təqsirləndirilən şəxs məxsus U 24590693 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X3 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar