Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-23/2025 02.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 16:00 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə 11 noyabr 1983-cü il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, qoşqulu yük nəqliyyat vasitəsi idarə edən, Türkiyə Respublikası, Amasiya şəhəri, Bağçalar içi məhəlləsi, X10 küçəsi, Billur binası ev 42, mənzil 9 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və az miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 09 fevral 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxslərlə, razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə ümumi çəkisi 101 kq 900 qram, mayeni qurutduqdan və ekstraksiya etdikdən sonra bərk halda təmiz çəkisi 5 kq 222,375 qram olan metamfetamin psixotrop maddəni 110000 ABŞ dolları müqabilində daşıyıb, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparıb orada istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qəbul edib idarə etdiyi 06BGP384/06FU1533 qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsinin yanacaq qatqı çəninə və qızdırıcı sistemin çəninə doldurub, bundan əlavə öz şəxsi istifadəsi üçün əldə etdiyi 4,771 qram, az miqdarda qurudulmuş marixuana narkotik vasitəsini 2 ədəd sellofon bükümdə alt paltarında gizlədib saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixində saat 23 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getdiyi zaman idarə etdiyi 06BGP384/06FU1533 dövlət qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən üzərində aparılmış şəxsi yoxlama zamanı əynindəki alt tumanında gizlətdiyi iki ədəd sellofon bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,210 qram və 1,561 qram olmaqla ümumi təmiz çəkisi 4,771 qram olan tünd yaşıl rəngli, spesifik iyli, bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi və idarə etdiyi nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və qızdırıcı sistemin çənindən maye halında ümumi çəkisi 101 kq 900 qram, mayeni qurutduqdan və ekstraksiya etdikdən sonra bərk halda təmiz çıkisi 5 kq 222,375 qram olan kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən sürücülük etməyə başlamış, bibioğlusunun maşını vasitəsilə Avropa ölkərinə mal vurmuş, Naxçıvandan isə 2015-ci ildə və sonuncu dəfə bu il keçmişdir. Son bir ildir ki, malları daşımış, Əli Rəzayi ilə də həmin vaxt Almaniyaya gedərkən orada tanış olmuşdur. X4 şəhərinə aparmış, daha sonra İrana gedərək orada bir həftə qalmış, oradan da keçib Naxçıvana getmiş, yükünün içində asit olmuş, tiryəki və on beş dollarlıq iki paket marixuananı İrandan almış, yolda gələrkən də istifadə etmişdir. O, əlavə olaraq iyirmi iki ildir ki, onlardan istifadə etdiyini etiraf etmişdir. Maddələri satan şəxsi tanımadığından, hər dəfə gedəndə Əli Rəzayi “Whatsapp”dan məkan göndərmiş, başqa ərazilərə də işlədiyi şirkətin sahibi göndərmişdir. Əli Rəzayi kosmetik suyu aparmaq qarşılığında bir litrinə min dollar pul alacağını bildirmiş, həcmi 110 litr olan kosmetik suyu da ona beş bidon və üç ədəd şüşə qabda taksi ilə yollamış, o da yükün daşınmasını həyata keçirmişdir. Maddələri saxlamağın, gömrükdən keçirməyin qanunsuz və cəzası olduğunu bildiyindən, gömrükdə tapılmasının qarşını almaq üçün onları gizlətməkdən ötrü mazut deposuna qoymuş, Əli Rəzayi də onları ora qoymaqda və qaçaqmal kimi keçirtməkdə fikir olaraq köməklik göstərmiş və kosmetik suyun laboratoriya yoxlanışından keçəndə problem olmayacağını söyləmişdir. Üzərində tapılan marixuananı şəxsi istifadə üçün almış, maşınında olan metamfetamini isə kosmetik su adı ilə ona vermişlər. Həmin maddələr İrandan gətirilərək ona verilmiş, o da nəqliyyat vasitəsinin içinə qoymuşdur. Gömrük işçiləri tərəfindən kinoloji it tətbiq etməklə maddələr aşkara çıxarılmış, sənədləşdirilmə aparılmış, ekspert rəyləri vasitəsilə də üzərində metamfetamin maddəsi olduğunu öyrənmişdir. Gömrükdə olarkən ilk öncə gömrük işçiləri soruşanda üzərində qanunla qadağan olunmuş bir şey olmadığını söyləmiş, o da üzərində siqaret olduğunu demiş, yoxlanış zamanı onunla birlikdə iki nəfər hal şahidi də iştirak etmiş, alt paltarında ona məxsus olan marixuananı tapdıqdan sonra hal şahidlərinin iştirakı ilə tapılan marixuananı tərəziyə qoyub çəkmiş və 400 qram olduğunu aşkarlamışlar. Üzərində aşkarlanan marixuananın özünə aid olduğunu və qanunsuz olduğunu bildiyini etiraf etmişdir. Kinoloji it tətbiq etməmişdən əvvəl Nəqliyyat vasitəsində kosmetik suyun olduğunu isə əvvəlcədən deməmiş, kosmetik suyun olduğunu aşkar etdiklərindən sonra etiraf etmişdir. Yoxlanış zamanı ona hər hansı bir təzyiq göstərməmişlər. Törətdiyi əməllərə görə çox peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid5 ilə mal boşaltdığı zaman Sərxan müəllim gəlib ondan şəxsi yoxlama otağına getməyini xahiş etmişdir. Təqsirləndirilən şəxsin üzərindən ot şəklində büküm çıxarmışlar, təqsirləndirilən şəxs bunu şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun iştirakı ilə sənədləşdirilmə aparılmış, büküm tərəzidə çəkilmiş və o 5,8 qram çıxmışdır. Maşında kinoloji it vasitəsilə yeddi ədəd kanistirə baxış keçirilmiş, kosmetik yanacaq aşkarlanmışdır. İlk dəfə şəxsi yoxlama otağında onun üzərini yoxlamışlar. Kağıza bükülmüş material şəklində olan narkotik vasitəni alt paltarında aşkar etmişlər. Maşına baxış keçirərkən it yanacağa, tərəzidə çəkdikdən sonra isə bidonlara reaksiya vermişdir. Kanstirlərin ümumi çəkisi 110 litr olmuşdur.Təqsirləndirilən şəxs maşındakının kosmetik su olduğunu söyləmiş, ancaq nə üçün aldığını söyləməmişdir. Yoxlanış zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Farizlə yük boşaltdığı zaman Sərxan müəllim də orada olub. Sürücünü şəxsi yoxlama otağına dəvət etmiş, üzərindən ota bənzər maddə aşkar etmişlər. Alt paltarında tapılan narkotikin çəkisi 5.8 qram olmuşdur. Sürücü də bunların şəxsi istifadəçisi olduğunu etiraf etmişdir. Sonra isə sürücü ilə maşın anbarına getmişlər. Pərvizi çağırmış, kosmetika suyu aşkar etmişlər. Onu götürüb yoxlamış, həcmi 110 litr olmuşdur. Kinoloji itin reaksiyasından və analizdən sonra maddənin kosmetika suyu olduğu ortaya çıxmışdır. Yoxlanış zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, işdə olarkən poçtun əməkdaşları və Sərxan ondan kinoloji it vasitəsilə maşına əsaslı baxış keçirməklərini istəmiş, o da iti götürüb anbara aparmışdır. Onların əməliyyat işçisi Elvin də yanında olmuşdur. Maşının işləməsi üçün hər cür şəraiti yaratmış, 5-6 dəqiqə keçməmiş it maşında aşkar edilən yanacaq çəni olan yerə reaksiya vermişdir. O hissələri açdırmış, fərqli maye olan yeri görərək analizini götürmüş və psixotrop maddə aşkar etmişdir. Təqsirləndirilən şəxsdən maşınında qanunla qadağan olunmuş predmet olubolmadığını soruşduqlarında heç nə olmadığını söyləmişdir. Maşının arxa və ön hissəsinin arası olduğunu, axtarış vaxtı it oraya qalxdığını, ancaq dar olduğuna görə tam reaksiya verə bilmədiyini çənin yuxarıda olduğunu söyləmişdir. Ara məsafə xırda olduğuna görə it orada otura bilməmiş, həmin bakın qabağını it ağzı ilə çıxarmışdır. Ondan sonra yerdə reaksiya vermişdir,yəni həmin yerdən maye aşkar olunmuşdur. Kinoloji it reaksiya verdikdən sonra təqsiriləndirilən şəxs ilk öncə tapılan maddələrin ona aid olmadığını söyləmiş, sonra isə yanacaq olduğunu və iki yerə boşaltdığını demişdir. O bildirmişdir ki, şlanq motorxanaya tərəf çıxırmış, əli ilə çəkib baxdığı zaman şlanq boş gəlmiş, ağzını isə kələpcə ilə bağlamışdılar. Orada ona tapdıqları maddənin kosmetika suyu adı ilə təqsirləndirilən şəxsə satıldığını, qiymətinin isə 110 min dollar olduğunu demişlər. Yoxlanış zamanı iki nəfər hal şahidlərinin iştirak etdiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki,fevral ayının 10-a keçən gecədə Culfa gömrük postunun əməkdaşı Şahid1 onu dəvət edərək sürücünün maşınına anbardakı yükdaşıma məntəqəsində baxış keçirəcəklərini söyləmişdir. Baxışdan əvvəl kinoloji xidmətin əməkdaşı Təbriz də dəvət olunmuşdur. Kinoloji it yük nəqliyyat vasitəsində yanacaq çəninə reaksiya vermişdir. Nümunəni götürüb texniki-nəzarət vasitələri ilə narkotik vasitələrin psixotrop maddə və ya metamfetamin olma ehtimalını yoxlamışlar. Nəqliyyat vasitəsindəki mayeni kanistirə boşaltdıqda həcmi 110 litrə yaxın olmuşdur. Təqsiriləndirilən şəxsdən soruşduqlarında maşında aşkar edilən maddələrdən xəbəri olmadığını, nəqliyyat vasitəsini Türkiyədən bu halda təhvil aldığını və yükü İranda boşaldıb yenidən qayıtdığını demiş,bir müddətdən sonra kosmetika suyunu maşına özünün yüklədiyini etiraf etmişdir. Kanistrdə mayeləri çəkmək üçün kompanın olduğunu və kompanı gördükləri zaman şübhələnmişlər. Kosmetika suyunun olduğunu kinoloji it vasitəsilə və yoxlanış etdikdən sonra müəyyən etmiş, Təqsirləndirilən şəxs yoxlanışdan sonra onun nə olduğunu etiraf etmişdir. Həmçinin o bildirmişdir ki, yanacağa bənzər maddə aşkar etmiş, əvvəlcə də “Şahtaxtı” gömrük postunda elə bir maddəni axtarıb tapmışlar. Yoxlanış zamanı gömrük xidmətinin əməkdaşı Sərxan, Təbriz və özü iştirak etmişlər. Avtomaşına baxış zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fevral ayının doqquzu axşam saatlarında gömrük ərazisində nəqliyyat vasitəsinə baxış keçirən zaman şübhəli şəxs tır sürücüsü Harun adlı şəxsi görmüş, ona yaxınlaşıb söhbət etmiş və onun həyacanlı və tələskən olduğunu görmüşdür. Ondan hardan gəlib, hara getdiyini soruşmuş, bu zaman maddənin iyini hiss etmişdir. Sürücü üzərində qanunsuz bir şey olmadığını qeyd etmişdir. Bu zaman hal şahidlərini dəvət etmiş, şəxsi yoxlama apararmış, sonda protokol tərtib edib imzalatmışdır. Şəxsi yoxlama otağında üç nəfər hal şahidi iştirak etmişdir Yoxlanış zamanı Təqsirləndirilən şəxs ona müdaxilə etməmiş, marixuananı şəxsi istifadə üçün aldığını demişdir. Yoxlanış zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq olmamışdır. Sonra nəqliyyat vasitəsinə baxış keçirtmək qərarına gəlmiş, ora əməliyyat şöbəsinin müvəkillini dəvət etmiş, kinoloji it tətbiq etmişdir. İt reaksiya verdikdən sonra nümunəni götürüb yoxlamışlar. Maddənin yanacağa oxşamadığını əvvəllər “Şahtaxtı” gömrük postunda belə bir maddə ilə rastlaşdığını bildirmişdir. Kinoloji it tətbiq etdikdən sonra maddənin kosmetika suyu olduğu ortaya çıxmışdır.Əvvəlcə təqsirləndirilən şəxs etiraf etməmişdir. Dartıcın arxa hissəsində qızdırıcı bak olduğunu, orada ümumi həcmi 110 litr olan maye halında su aşkarlandığını, həmin mayeni götürüb yeddi ədəd bidona dolduraraq sonda qablaşdırıb təhvil verdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxsə avtomaşına baxış zamanı təzyiq olunmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 11 fevral 2025-ci il tarixli, 172-173 nömrəli məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqata təqdim edilən 1 ədəd kağız zərfdə olan, 1ədəd sellofan paketin içərisindəki, 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,210 qram, 1,561 qram olmaqla ümumi təmiz çəkisi 4, 771 qram olan tünd yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələrnarkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı İ bənd sıra № 146) Qeyd: Marixuana təmiz çəkisi 4,771 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 4,711 qramdır.
2. Ekspertiza tədqiqata təqdim edilən 7 ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 18 kq 300 qram, 18 kq, 18 kq 300 qram, 18 kq 300 qram, 17 kq 400 qram, 7 kq 400 qram, 3 kq 700 qram olmaqla maye halında ümumi təmiz çəkisi 101 kq 900 qram olan, mayeni qurutduqdan və ekstraksiya etdikdən sonra bərk halda təmiz çəkisi 5 kq 222,375 qram olan madənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İİ bənd sıra № 27) Qeyd: Metamfetamin (maye halında) təmiz çəkisi 101 kq 900 qram, tədqiqata sərf edildi 4 qram, qalıq 101 kq 896 qramdır. - 07 mart 2025-ci il tarixli, 248 nömrəli əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən maddələr ekspertiza tədqiqatlarına sərf olunmuş hissələri çıxmaqla qalmış hissəsindən Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “ Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli,külli və xüsusilə külli miqdarına görə” Siyahısına ( İİ siyahı sıra №118) əsasən metamfetamin maddəsi üçün xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi – yəni 400 qram miqdarında nümunə götürülməsi üçün hesablamalara əsasən 101 kq 900 qram mayenin tərkibinə 5 kq 222,375 qram metamfetamin maddəsi olduğuna görə 400 qram maddəni ayırmaq üçün təqribən 7 kq 804,879 qram maye halında maddə götürülməlidir. Ayrılan 7 kq 804,879 qram maye halında maddə (tərkibində metamfetaminin miqdarı təqribən 400 qram ) şərti 7 nömrəli plastik qabda və qalan 94 kq 091,121 qram maye halında maddə 06 ədəd plastik qablarda ayrı-ayrılıqda qablaşdırıldı. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 : - 03 mart 2025-ci il tarixli, 113 saylı X5 Tibbi Yoxlamasının rəyindən görünür ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir və məcburi müalicəyə ehtiyacı vardır. - 03 mart 2025-ci il tarixli, 114 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal hazırda Azərbaycan Respublikası CM-inin 21-ci maddəsinin təsiri altına düşmür. - 17 fevral 2025-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 4,771 qram narkotik vasitə qurudulmuş marixuana, həmin marixuananın gizlədildiyi alt tumanı və idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş maye halında ümumi çəkisi 101 kq 900 qram, mayeni qurutduqdan və ekstraksiya etdikdən sonra bərk halda təmiz çəkisi 5 kq 222,375 qram olan psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kmi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 4,711 qram qurudulmuş marixuana, həmin marixuananın gizlədildiyi alt tuman 101 kq 896 qram maye halında metamfetamin məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılmışdır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 10 fevral 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 06BGP384/06FU1533 dövlət qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində kinoloji xidməti it tətbiq etməklə yoxlanmış, yoxlama zamanı xidməti it dartıcının arxa tərəfində olan qızdırıcı sistemin çəninə və ədbul çəninə reaksiya göstərmiş,xidməti itin reaksiya verdiyi yerlərə baxış keçirilmiş,və qızdırıcı sistemin çənindən bir bidonda 5 litr, ədbul çənindən isə 6 bidonda 105 litr olmaqla ümumilikdə 110 litr maye halında psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Nəqliyyat vasitəsində gizli saxlanc yerlərini aşkar etmək və daşıdığı yükə ətraflı baxış keçirmək üçün nəqliyyat vasitəsi X-Ray rentgen qurğusuna göndərilmiş, və kinoloji itlə təkrar yoxlama keçirilmiş və qadağan olunmuş başqa heç bir predmet aşkar edilməmişdir. Sonda aşkar edilən ümumilikdə 110 litr maye halında psixotrop maddəyə bənzər kütlə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. - 10 fevral 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı həmin şəxsin əyninə geyindiyi alt paltarının içərisindən 2 bükümdə olmaqla ümumi çəkisi 5.8 qram olan qurudulmuş ot halında yaşıl rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkarlanmışdır. Sonda aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və kütlənin aşkar olunduğu alt paltarı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırıldı. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş predmetlərin müvafiq araşdırma aparılana qədər “Culfa” gömrük postunun inzibati binasında saxlanması təmin edilmişdir. Yoxlama zamanı vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi aşağıdakı əşyalar götürülmüşdür: 1) 1 ədəd “Redmi 13 Pro” markalı İMEİ 1: **********34324; İMEİ 2: **********34332 nömrəli mobil telefon 2) 1 ədəd “Redmi 14 Pro” markalı İMEİ 1: **********63462; İMEİ 2: **********63470 nömrəli mobil telefon 3) Vətəndaşa məxsus U32952601 nömrəli pasport - 05 mart 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 14 aprel 2025-ci il tarixli vəsatətə baxılması və yük nəqliyyat vasitəsinin buraxılması haqqında qərardan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazisində yerləşən “Culfa” gömrük postunda saxlanılan 06BGP384/06FU1533 qeydiyyat nişanlı “Volvo” markalı yük nəqliyyat vasitəsi mülkiyyətçisi Ozan Yeşiltepeye verilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 12 fevral 2025-ci ildə Azərbaycan Respublikası CM-nın 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmaqla barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, 16 aprel 2025-ci il tarixdə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna həmçinin müdafiəçinin vermiş olduğu vəsatətə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməsi, toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4,771 qram narkotik vasitə qurudulmuş marixuana, idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş maye halında ümumi təmiz çəkisi 101 kq 900 qram, mayeni qurutduqdan və ekstraksiya etdikdən sonra bərk halda təmiz çəkisi 5 kq 222,375 qram olan psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, narkotik vasitələrdən özünün istifadə etdiyini səmimi etiraf etmişdir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma həmin Məcəllənin 234.4-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin nəqliyyat vasitələri ilə yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 400 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması xüsusilə külli miqdardır. Həmin qanununa əsasən qurudulmuş marixuananın 500 qramdan (İ siyahı Narkotik maddələr) artıq olması isə külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 4. 771 qram qurudulmuş marixuana narkotik vasitəsi külli miqdar, təmiz çəkisi 5kq 222,375 qram metamfetamin psixotrop maddəsi isə xüsusilə külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 4. 771 qram qurudulmuş marixuana narkotik vasitəsini və 5kq 222,375 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, saxlamış, daşımış və qabaqcadan əlbir olmaqla bir qrup şəxslə birlikdə gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələriondə nəzərdə tutulan cinayət əməlinin törətməsi özünün səmimi etirafı, səmimi şahiod ifadələri və məhkəmə baxışında tədqiq edilmiş mötəbər sübutlarla tam sübuta yetirilir. Belə ki, o, üzərindən aşkarlanmış narkotik vasitə olan qurudulmuş marixuananı X6 tanımadığı şəxsdən 15 dollar müqabilində aldığını tam etiraf etmişdir. Həmin narkotik vasitədən yolda istifadə etdiyini, qalan hissəsini isə əyninə geyindiyi alt paltarında gizlətdiyini gömrükdə isə onu bəyan etmədiyini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitəsinin gömrükdən keçirilməsinin qanunsuz olduğunu bildiyini, buna görə cəza verilməsindən məlumatı olmasını etiraf etmişdir. Avtomaşından aşkarlanmış metamfetamin İran İslam Respublikası vətəndaşı Əli Rəzayi adlı şəxslə razılaşaraq idarə etdiyi avtomaşının mazut deposuna yerləşdirmiş, Əli Rəzayi həmin maye halında olan metamfetamin psixotrop maddəsini 7 ədəd plastik qablarda ona göndərmiş, o, həmin malları qəbul edib avtomaşına yükləmiş, Əli Rəzayi ona daşıma üçün hər litrinə görə min dollar verəcəyini vəd etmiş, o da Əli Rəzayi ilə razılaşaraq malları gömrük nəzarətindən gizli keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs avtomaşına yükləyərək gömrükdən qanunsuz olaraq keçirilməsinə cəhd etdiyi maye halında olan metamfetamin psixotrop maddəsinin kosmetik suyu kimi bildiyini, üzərində olan qurudulmuş marixuana, avtomaşının deposuna yüklədiyi kosmetik suyu qorxduğu üçün bəyan etməməsini söyləməsini məhkəmə inandırıcı dəlil kimi qəbul etmir və təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmaq üçün verdiyi ifadə kimi qiymətləndirilir. Belə ki, təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuananı İran vətəndaşından 15 dollar qarşılığında aldığını, yolda istifadə etdiyini, qalan hissəsini isə əyninə geyindiyi alt tumanında gizlətdiyini, özünün istifadə etdiyini tam etiraf etmişdir. Avtomaşının mazut deposuna yüklədiyi metamfetamin psixotrop maddəsini gömrükdə bəyan etmədiyini, yalnız kinoloji it reaksiya verdikdən sonra orada guya kosmetik suyu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edirki, təqsirləndirilən şəxsin İran İslam Respublika vətəndaşı Əli Rəzayi ilə qabaqcadan razılaşaraq və onun göstərişi ilə avtomaşının mazut deposuna yüklədiyi malın narkotik vasitə olmasından xəbəri olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə həmin malları başqa gömrük ərazisindən keçirərək İstanbul şəhərində təhvil verdiyini və qarşılığında xeyli miqdarda pul aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, kosmetik suyun daşınmasına görə hər bir litri üçün min dollar sürücüyə pul ödənilməsi reallıqdan kənardır. Təqsirləndirilə\n şəxs Təqsirləndirilən şəxs həmin malın İstanbul şəhərindən təhvil veriləcəyi zaman yüz on min dollar alacağını etiraf etməsi də onun daşıdığı narkotik vasitədən məlumatı olmasına dəlalət edir. İş üzrə dindirilmiş şahid ifadələrindən də aydın olur ki, təqsirləndiorilən şəxs Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən özünü şübhəli aparmış, hərəkət və davranışı tam şübhə yaratdığından onun üzərinə və idarə etdiyi avtomaşına baxış keçirilmişdir. Baxış zamanı onun əyninə geyindiyi alt tumanından qurudulmuş marixuana avtomaşının mazut deposundan isə maye halda 110 litr narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunan zaman təqsirləndirilən şəxsin həmin narkotik vasitənin və maşının deposundan aşkarlanaraq qablaşdırılmış narkotik vasitəyə bənzər maddəni özünün olmasını etiraf etdiyini bildirmişlər. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi səkkiz ildən on beş ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 2 azyaşlı övladının olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-06/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 10 fevral 2025-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat, əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd kağız zərfdə 4,711 qram qurudulmuş marixuana narkotik vasitəsi,ayrı-ayrılıqda qablaşdırılmış xüsusilə külli miqdarda aşağı həddi-yəni bir ədəd 7 nömrəli plastik qabda qablaşdırılmış, tərkibində təqribən 400 qram maddənin olduğu 7 kq 804,879 qram maye halında maddə və qalan 06 ədəd plastik qablarda 94 kq 091,121 qram maye halında metamfetamin pixotrop maddə məhv edilməlidir. - 01 ədəd alt tumanı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 02 ədəd “Redmi” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U32952601 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 02 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və 234.4-1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat, əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalan 01 ədəd kağız zərfdə 4,711 qram qurudulmuş marixuana narkotik vasitəsi,ayrı-ayrılıqda qablaşdırılmış xüsusilə külli miqdarda aşağı həddi-yəni bir ədəd 7 nömrəli plastik qabda qablaşdırılmış, tərkibində təqribən 400 qram maddənin olduğu 7 kq 804,879 qram maye halında maddə və qalan 06 ədəd plastik qablarda 94 kq 091,121 qram maye halında metamfetamin pixotrop maddə məhv edilsin. - 01 ədəd alt tumanı Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 02 ədəd “Redmi” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U32952601 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 2 (iki) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu
2. Kərimov Arzuyar Sadıq oğlu