Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-24/2024 25.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 16:20 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, evli, 1 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar, orta təhsilli, məhkum olunmamış, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə Şərur rayonu, Çomaxtur kənd sakini, hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan X5 ona Şahid1 verməsi üçün Türkiyə Respublikasından istintaqa məlum olmayan şəxs vasitəsi ilə göndərdiyi mavi rəngli ayaqqabının sağ tayının içərisində olan şəffaf rəngli sellofan torbanın içərisinə yığılmış təmiz çəkisi 3,608 qramdan artıq külli miqdarda psixotrop maddə olan metamfetamini Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən körpünün üzərində qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib özünə məxsus “Great Wall” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında gizlədərək saxlamaqla daşımış, 23 sentyabr 2023-cü il tarixdə, saat 01:41-də avtomobildə saxladığı təmiz çəkisi 3,608 qramdan artıq külli miqdarda psixotrop maddənin üzərindən bir qismini öz istifadəsi üçün götürdükdən sonra qalanını sellofan torbanın içərisində əynində olan köynəyinin sağ cibində saxlamaqla daşıyaraq Şahid1 yaşadığı Çomaxtur kəndində yerləşən evin darvazasını açaraq içəri tərəfdən darvazaya bərkidilmiş dəmir parçasının arxasına yerləşdirməklə ona çatdırmış, 16 noyabr 2023-cü il tarixdə Şahid1 yaşadığı Şərur rayonu, Çomaxtur kəndində yerləşən mənzilin həyətyanı sahəsində yerləşən sanitar qovşağına baxış zamanı sellofan torbanın içərisində 21 ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,187 qram, 0,151 qram, 0,241 qram, 0,155 qram, 0,179 qram, 0,151 qram, 0,172 qram, 0,170 qram, 0,141 qram, 0,174 qram, 0,188 qram, 0,125 qram, 0,144 qram, 0,206 qram, 0,180 qram, 0,163 qram, 0,125 qram, 0,181 qram, 0,203 qram, 0,164 qramdan ibarət bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 3,608 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 18 sentyabr 2023-cü il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Nəcəfov Nəbi ona zəng vuraraq - “sənə ev əşyası göndərəcəm gedib götürərsən” - demiş, həmin günün axşamı təxmini saat 03:00- 04:00 radələrində ona zəng gəlmiş - “sizin veşiniz gəlibdir, Şərur rayonu, Daşarx kəndində yolun üstündən gəlib götürə bilərsiniz” - deyə söyləmişlər. O, ayaqqabı qutusunu özünün avtomobilinin sağ oturacağının üstünə qoymuş, daha sonra Bakıya toya getmiş, həmin ayaqqabı qutusu maşında qalmış, 22 sentyabr 2023-cü ildə Bakıdan Naxçıvan şəhərinə qayıtdıqdan sonra qardaşı Orxan ona - “Nəbi və Cəsur səni axtarırlar”- demişdir. O, bir ayaqqabıya görə niyə bu qədər narahat olduqlarını düşünüb şübhələnmiş, ayaqqabı qutusunu açmış, qutunun içərisində göy rəngli idman ayaqqabısı olmuş, ayaqqabının sağ tayından balaca şəffaf sellofana bükülmüş psixotrop maddəni tapmış, həmin bükümdən bir çəkimlik özü üçün götürmüş, götürdüyü psixotrop maddəni evinin həyətyanı sahəsində divara yerləşdirmiş, onu divardan götürüldüyü üçün istifadə edə bilməmiş, kimin götürdüyündən də xəbəri olmamışdır. Cəsur telefonla danışan zaman ayaqqabını ondan istədiyi üçün qalan psixotrop maddəni spartivniköynəyinin sağ cibinə qoyaraq həmkəndlisi Raufun taksisi ilə Şahid1 yaşadığı Çomaxtur kəndinə getmiş, Cəsurun darvazasına 3 metr paralel məsafədə qalmış Raufa - “saxla burada işim var” - deyib taksidən düşmüş və Rauf kənd mərkəzindən dönüb qayıdana qədər həmin psixotrop maddəni Cəsurun evinin darvazasına içəri tərəfdən bərkidilmiş dəmir parçasının arxasına qoymuş, kənd mərkəzi ilə Cəsurun evinin arası təxminən 60 metr olmuş, kənd mərkəzinə getdiyi üçün psixotrop maddəni ora qoymağını taksi sürücüsü Rauf görməmiş, maşında olduğu zaman Raufla başqa bir söhbət etməmişdir. Bu hərəkəti etməkdə əsas məqsədi psixotrop maddəni özündən uzaqlaşdırmaq olmuşdur. Cəsurun evinə gedib gəldikdən sonra öz avtomobili ilə Şərur rayonundakı Daşarx körpüsünə gedərək ayaqqabı qutusunu körpüdən atmışdır. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, fərdi sahibkardır. Cəsur və Nəbi onun mebel sexində işçisi olmuş, uzun müddətdir ki, ikisini də tanıyır. Buna görə də, Nəbi ondan ev əşyasını götürməyini xahiş edəndə razılaşmış, lakin ayaqqabı göndərəcəyini ona deməmişdir. Ayaqqabı qutusunu təhvil aldıqdan sonra - “bu nədir yollamısan mənə?” - deyə şikayətlənmiş, Nəbi də ona - “bu səfər çatdıra bilmədim, əyinbaş paltar da göndərəcəkdim, gələn səfər göndərəcəm” - deyə söyləmişdir. Nəbiyə zəng edib - “axırıncı dəfə olsun belə bir şey göndərirsən, aparıram bunu sanitar qovşağına atıb məhv edəm” - demiş, lakin psixotrop maddə haqqında heç kəsə heç nə söyləməmişdir. Uzun müddət işi ilə əlaqədar Türkiyə Respublikasına gedib-gəlmiş, orada olduğu müddətdə Nəbi ilə görüşməmiş, onun belə bir işlə məşğul olduğunu bilməmiş və Nəbinin göndərdiyi psixotrop maddədən heç kimə satmamış və istifadə etmək üçün digər şəxslərə verməmişdir. Türkiyə Respublikasında olduğu zamanlar 5-6 dəfə narkotik vasitədən istifadə etmiş, lakin son 1 ildir ki, narkotik vasitə qəbul etməmişdir. Uzun müddət psixotrop maddə istifadə etdiyi üçün ayaqqabının içərisindən çıxan maddənin metamfetamin olduğunu anlamışdır. Lakin ayaqqabının içərisindən 10000 manatlıq psixotrop maddə yox, 300-400 manatlıq yəni, çox az miqdarda tapmışdır. Ayaqqabı qutusunu Bayraq meydanından üstdə yerləşən Daşarx kənd yanacaqdoldurma məntəqəsinin yanında Türkiyə Respublikasından gələn bir maşından almış, həmin şəxsi tanımamış, avtomobilin dövlət qeydiyyat nişanı Naxçıvana məxsus olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, taksi sürücüsüdür və Təqsirləndirilən şəxs həmkəndlisidir. 23 sentyabr 2023-cü il gecə təxminən 01:00- 02:00 radələrində Rza zəng edərək onu Çomaxtura aparıb daha onra kəndə gətirməsini istəmişdir. O, Çomaxtur kənd mərkəzindən dönüb qayıdana qədər Rza gəlib maşına əyləşmiş, sonra isə onu gətirib kəndə qoymuşdur. Rzanın öz şəxsi avtomobili olsa da, arada o, Rzanı aparıb-gətirdiyi üçün niyə öz avtomobili ilə getmədiyini soruşmamışdır. Rzanın əlində sadəcə telefon görmüş, başqa heç nə olmamışdır. Avtomobildə olarkən Rzadan heç nə soruşmamış, Rzanın getdiyi evin kimə məxsus olduğunu bilməsə də onu hansı evin qarşısında düşürdüyünü qeyd etmişdir. Rzanın Cəsurun evinə nə qoyduğuna şəxsən şahid olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Türkiyə Respublikasında yaşayan qardaşı Nəbi ona zəng edərək - “qapının arxasına gətirib veş qoyublar, onu götürərsən, adam var deyəcəm gəlib səndən götürəcəklər”demişdir. Qardaşı göndərdiyi bağlamanın içində maşın üçün tikiş iynələri olduğunu, bir nəfərin gəlib ondan götürəcəyini söyləmiş, lakin ayaqqabı haqqında ona heç bir söz deməmişdir. Qapının arxasından şəffaf sellofanda olan bir büküm psixotrop maddəni götürmüş, qardaşı ilə təkrar əlaqə saxlayıb - “bu nədir mənə göndərdiyin, bunu mənim qapıma kim gətirib qoyub? Mən belə şeylər istifadə edən insan deyiləm“- deyə şikayətlənmiş, qardaşı da ona Rzanın qoyduğunu, bir nəfərin gəlib götürəcəyini söyləmişdir. Lakin o, Nəbi ilə razılaşmamış və həmin psixotrop maddəni məhv etmək üçün sanitar qovşağına atmışdır. Şahid1 ifadəsinə əlavə olaraq bildirdi ki, həm o, həm də Nəbi Təqsirləndirilən şəxs mebel sexində birgə işlədikləri üçün əvvəldən tanımış, lakin Rzanın narkotik vasitə istifadə etdiyindən xəbəri olmamışdır. Hadisədən əvvəl Nəbi ilə psixotrop maddə barədəsində heç nə danışmamış, Nəbi Rza ilə əlaqə saxlamağa çalışmış, lakin o, telefona cavab vermədiyi üçün ondan Rzaya zəng etməsini istəmişdir. İki saat sonra Rzanın qardaşı Orxana zəng vuraraq Rzaya zəng çatmadığını demiş, harada olduğunu maraqlanmış, Orxan da ona - “Rza Bakıdan gəlib yatıbdır. Nə işin var ?” - deyə soruşmuş, Nəbinin Rzanı axtardığını, əlaqə saxlamaq istədiyini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həm həmkəndlisi, həm də qohumudur. 2-ci Qarabağ müharibəsində qazi olduğunu, Təqsirləndirilən şəxs qazilərə kömək etdiyini, onu xeyriyyəçi kimi tanıdığını, Rzanın narkotik istifadə etdiyini bilmədiyini və törətdiyi əməllə bağlı heç bir məlumatı olmadığını söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 1143 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayonu, Çomaxtur kənd sakini Şahid1 məxsus Şərur rayonu, Çomaxtur kəndində yerləşən evin həyətyanı sahəsində olan sanitar qovşağının içərisindən götürülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan 42 ədəd, qara rəngli, sellofana qablaşdırılmış büküm...” əl yazmaları, ad, soyad və imzalar (7 imza) olan və üzəri “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əksi ilə 11 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki 1 nömrəli sellofan torbada 21 ədəd bükümlərdə ümumi təmiz çəkisi – 3,608 qram ( 0,05 qramı ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3, 558 qram) olan ağ rəngli, kristal formada toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsula hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İİ bənd, sıra № 27). 2 nömrəli sellofan torbada içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərin içərisində heç bir maddəyə rast gəlinmədi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 161 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 nömrəli kağız zərfin içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərdəki ümumi təmiz çəkisi – 3,558 qram (0,02 qram ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3, 538 qram) olan psixotrop maddə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ekspertiza tədqiqatına təqdim edilən 2 nömrəli kağız zərfin içərisindəki 01 ədəd gümüşü, rəngli kağız bükümdəki təmiz çəkisi – 0,048 qram olan psixotrop maddə metamfetamin, 3 nömrəli kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli kağız bükümdəki təmiz çəkisi – 0,094 qram olan psixotrop maddə metamfetamin, 4 nömrəli kağız zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,116 qram olan psixotrop maddə metamfetamin, 5 nömrəli kağız zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,119 qram olan psixotrop maddə metamfetamin kütlələri 1 nömrəli kağız zərfin içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərdəki ümumi təmiz çəkisi-3,558 qram (0,02 qram ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3, 538 qram) olan psixotrop maddə metamfetamin kütlələri ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Naxçıvan Muxtar Respublikası X3: - 17 yanvar 2024-cü il tarixli, 17 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniya xəstəliyindən əziyyət çəkmir. - 17 yanvar 2024-cü il tarixli, 18 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 16 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung Galaxy S 20 ultra” markalı mobil telefon və 01 ədəd qara rəngli pul kisəsi, müxtəlif bank kartları, müxtəlif mobil operatorlara məxsus mobil nömrələr, müxtəlif kartlar və qəbzlər aşkar edildi və iş üzrə həmin mobil telefon, “Bakcell” və “Türk Telefom” mobil operatorlarına məxsus mobil nömrələr və qəbzlər götürülmüşdür. 10 may 2024-cü il tarixli təhvil-təslim aktından məlum olur ki, Şərur rayonu, Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli pul kisəsi, sürücülük vəsiqəsi, Yusif Rzayev adına **********924230 nömrəli Kapital Bank bankomat kartı, Afər Rzayeva adına **********004621 nömrəli Kapital Bank bankomat kartı, **********817978 nömrəli 01 ədəd Kapital Bank bankomat kartı, **********994359 nömrəli 01 ədəd Kapital Bank bankomat kartı, **********896416 nömrəli Kapital Bank bankomat kartı, **********590284 nömrəli ATB bankomat kartı, 01 ədəd bakcel nömrə, 01 ədəd türk telekom nömrə, 01 ədəd nömrə çıxardan, bələdiyyə üzvlük vəsiqəsi, qədim dünya kafesinə məxsus menyu, Cahan AVM kartı, Əyləncə adası kartı, 02 ədəd Göktaş Kapak kartı, 02 ədəd Bravo marketə məxsus qəbz Təqsirləndirilən şəxs qardaşı X8 təhvil verilmişdir. - 18 noyabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyətli olan hər hansı bir əşya, sənəd və ya iz götürülməmişdir. - 21 noyabr 2023-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “SAMSUNG GALAXY S20 ULTRA” markalı smartfon telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək yazışmalar aşkar edilmişdir. - 24 yanvar 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə, saat 01:41-də Şahid2 məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıq olduğu müəyyən olunmuşdur. 04 dekabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 16 noyabr 2023-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 18 noyabr 2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, xx xxxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində 1 az yaşlı uşağı var. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə o, müsbət xarakterizə edilir. 20 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, Şahid1 yaşadığı mənzilin həyətyanı sahəsində yerləşən sanitar qovşağın içərisindən aşkar olunan 3.608 qram (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 3.538 qram metamfetamin) psixotrop maddə olan metamfetamin cinayətin predmenti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdardaəldə etmə, saxlama ... daşıma Cinayət Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qanunun 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə, baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Şahid1 evinin həyatyanı sahəsində yerləşən sanitar qovşağından götürülmüş təmiz çəkisi 3,538 qram psixotrop maddə olan metamfetamin külli miqdar kimi qiymətləndirilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə edərək, saxlayaraq və daşıyaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, daşımacinayətini törətmişdir. Belə ki, Türkiyə Respublikasında yaşayan X2 Rza Yusif oğluna zəng edərək ev əşyası göndərəcəyini, həmin ev əşyasını qardaşı Cəsura verməyini söyləmiş, uzun müddət birgə işlədiklərinə üçün Cəsur və Nəbini əvvəldən tanıdığına görə Rza onunla razılaşmış, lakin Nəbi ona ayaqqabı göndərəcəyi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs ayaqqabı qutusunu Şərur rayonu, Daşarx kəndində yanacaqdoldurma məntəqəsinin yanında tanımadığı şəxsdən təhvil aldıqdan sonra onu öz avtomobilinin sağ oturacağının altına qoymuş və Bakı şəhərinə getmiş, həmin ayaqqabı onun avtomobilində qalmış, Naxçıvana qayıtdıqdan sonra Cəsur və Nəbinin bir ayaqqabıya görə onu bu qədər axtarmaqlarından şübhələnib ayaqqabı qutusunu açmış, qutunun içərisində göy rəngli idman ayaqqabısı olmuş, ayaqqabının sağ tayından şəffaf sellofanda və bir bükümdə olan psixotrop maddə tapmışdır. Uzun müddət narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümdəki psixotrop maddənin metamfetamin olduğunu anlamış, daha sonra Nəbi ilə əlaqə saxlayıb psixitrop maddəni niyə göndərdiyi ilə bağlı şikayətlənmiş, bükümdən özünün isitfadəsi üçün bir çəkimlik götürüb evinin həyətyanı sahəsində divara yerləşdirmiş, qalan psixotrop maddəni isə özündən uzaqlaşdırmaq üçün Şahid2 taksisi ilə Şərur rayonu, Çomaxtur kəndinə gedərək Cəsurun evinin darvazasına yerləşdirmişdir. Rza maşında olarkən Raufla heç bir söhbət etməmiş, Çomaxtur kəndinə niyə getdiyi barədə Raufa məlumat verməmiş, Rauf kənd mərkəzindən dönüb qayıdana qədər psixotrop maddəni Cəsurun evinin darvazasına qoyduğu üçün Rzanın Cəsurun evinə nə qoyduğuna şəxsən şahid olmamışdır. Şahid2 Rzanın getdiyi evin kimə məxsus olduğunu bilməsə də onu hansı evin qarşısında düşürdüyünü qeyd etmişdir. Şahid1 qardaşı Nəbi Nəcəfovun tapşırığı ilə qapının arxasından şəffaf sellofanda olan bir büküm psixotrop maddəni götürmüş, qardaşı ilə əlaqə saxlayıb - “bu nədir mənə göndərdiyin, bunu mənim qapıma kim gətirib qoyub? Mən belə şeylər istifadə edən insan deyiləm“- deyə şikayətlənmiş, qardaşı da ona Rzanın qoyduğunu, bir nəfərin gəlib götürəcəyini söyləmişdir. Lakin o, Nəbi ilə razılaşmamış və həmin psixotrop maddəni məhv etmək üçün sanitar qovşağına atmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz ifadəsində də qeyd etdiyi kimi tanımadığı şəxsdən aldığı ayaqqabı qutusunu avtomobilinin sağ oturacağının üstünə yerləşdirməsi və həmin ayaqqabıda psixotrop maddənin olduğunu bilmədiyini söyləməsi özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs Nəbi Nəcəfovun göndərdiyi psixotrop maddədən bir çəkimlik özü üçün götürməsi və həmin psixotrop maddəni evinin həyətyanı sahəsindəki divara yerləşdirməsi psixotrop maddəni saxlama kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələriküllimiqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımamaddəsi üzrə sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Yusif oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının və əlil valideynlərinin olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin 4(110)-20/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 ( dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 4(110)-11/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay müddətinə, yəni 16 iyun 2024-cü il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 16 noyabr 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi Qaydası” və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərdə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. "Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Şərur Rayon Polis İdarəsində saxlanılan Şahid1 evinin həyətyanı sahəsində yerləşən sanitar qovşağından götürülmüş təmiz çəkisi 3,608 qram psixotrop maddə olan metamfetamin (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 3,538 qram psixotrop maddə olan metamfetamin) Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində Şahid1 barəsində baxılan 1(109)-26/2024 nömrəli cinayət işi üzrə də maddi sübut olduğundan məhv edilməməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “SAMSUNG GALAXY S20 ULTRA” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD, 08 (səkkiz) ədəd CD və 01(bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2023-cü il tarixdən hesablansın. - İş üzrə maddi sübut olan Şərur Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 3,538 qram təşkil edən psixotrop maddə olan metamfetamin Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində Şahid1 barəsində baxılan 1(109)-26/2024 nömrəli cinayət işi üzrə də maddi sübut olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “SAMSUNG GALAXY S20 ULTRA” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD, 08 (səkkiz) ədəd CD və 01(bir) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza Arzuyar Kərimov Hakimlər: 1. imza Hüseyn Məmmədov
2. imza Faiq Heydərov