Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-24/2025 23.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 12:45 Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1965-ci ildə Ermənistan Respublikası, Ararat (Kiçik Vedi) rayonunda doğulmuş, evli, 2 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində həmkəndlisi X12 ona zəng edərək çay içmələri üçün yaşadığı evə gəlməyi təklif etdikdə buna razılıq vermiş və bundan 15-20 dəqiqə sonra Fərzalı Behbudov onun yaşadığı evə gəlmişdir. Sonuncu spirtli içki-araq içməyi təklif etdikdə Təqsirləndirilən şəxs onunla razılaşmış, Fərzalı Behbudov kənddə yerləşən mağazaya gedərək 1 litr araq alıb təxminən 10 dəqiqə sonra onun yaşadığı evə qayıtmışdır. Evə bitişik açıq eyvanda birlikdə yemək yeyib spirtli içki içməyə başlamışlar. Saat 17:00 radələrində o, Fərzalı Behbudovdan siqaret istədikdə sonuncu ona “cibinə siqaret qoy da” demiş, o da “bu nə hərəkətdir, məndə olanda sənə vermişəm, bizim aramızda belə söhbət olmamalıdır” cavabını verdikdə Fərzalı Behbudov ona nalayiq və təhqiramiz ifadələr işlətdiyi üçün ona sözlə qarşılıq verdiyində F.Behbudov yerindən qalxaraq yumruqla onun sifət nahiyəsindən zərbələr vurmuş və onun arvadının ünvanına nalayiq ifadələr işlətmişdir. F.Behbudovun bu hərəkətlərindən sonra Təqsirləndirilən şəxs Fərzalı Behbudovu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə stolun üstündə olan, üzərində “King Gary kitchen knife” sözləri həkk olunmuş açıq-yaşıl rəngli, dəstəyinin uzunluğu 130 mm, tiyəsinin uzunluğu 115 mm olmaqla ümumi uzunluğu 245 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağını götürərək şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunu arzu edərək Fərzalı Behbudova sol qasıq arteriyasının kəsilməsi ilə müşayiət olunan sol qasıq sümüyü proyeksiyasına, döş qəfəsinin ön səthinin sol yarısının 8-ci, 9-cu qabırğa səviyyəsində daxilə nüfuz edən, qarnının ön səthində epigastral nahiyədə daxilə nüfuz edən, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli və sağlamlığa ağır zərərvurmaya aid olan, həmçinin qarın nahiyəsinin ön səthinin səthi kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə onu öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X12 onun həmkəndlisi olmuş, Fərzalını təxminən 20 il olar ki tanımışdır. Son 3 ildir ki, münasibətləri daha da yaxşılaşmış, mütəmadi olaraq görüşüb spirtli içki qəbul etmişlər. 28 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində evdə çay dəmləyib içdikdən sonra xəstəxanaya arvadının yanına getmək istəyərkən Fərzalı Behbudov ona zəng etmiş, o isə telefon zənginə cavab verməmişdir. Fərzalı Behbudov dayanmadan davamlı zəng etdiyi üçün üçüncü zəngində ona cavab vermişdir. F.Behbudov ondan nə etdiyini soruşan zaman çay içdiyini, sonra xəstəxanaya gedəcəyini bildirmişdir. F.Behbudov özünün də çay içmək istədiyini dediyində onu evinə dəvət etmişdir. Təxminən 10 dəqiqə keçməmiş Fərzalı Behbudov gəlmiş, Təqsirləndirilən şəxs çay əvəzinə birlikdə spirtli içki içməyi təklif etdiyində onunla razılaşmışdır. F.Behbudov Təqsirləndirilən şəxs məxsus velosipedlə spirtli içki almaq üçün mağazaya getmiş, Təqsirləndirilən şəxs isə həmin müddətdə yemək hazırlamışdır. Çox keçməmiş Fərzalı mağazadan 1 litr araq alaraq qayıtmış və birlikdə evin açıq balkonunda əyləşib yeyib-içməyə başlamışlar. Fərzalı mətbəxə gedərək heyva doğramaq üçün bıçaq gətirmişdir. İçkinin bitməsinə az qalmış, Təqsirləndirilən şəxs öz siqareti qurtardığı üçün Fərzalı Behbudovun siqaretindən bir ədəd götürmək istəmiş, bu vaxt F.Behbudov ona narazı şəkildə “sən heç vaxt cibinə siqaret qoymursan” demiş, o isə Fərzalıya irad bildirərək etdiyi hərəkətin düzgün olmadığını, aralarında belə söhbətlərin olmamasını bildirmişdir. Bundan sonra F.Behbudov ona qarşı nalayiq ifadə işlətmiş, o da nalayiq sözlə qarşılıq vermişdir. Bundan sonra Fərzalı ayağa qalxıb ona tərəf gələrək üz nahiyəsindən 2 yumruq zərbəsi vurmuş və arvadının ünvanına söyüş söymüşdür. Təqsirləndirilən şəxs F.Behbudovun bu hərəkətlərindən əsəbləşərək stolun üzərindəki mətbəx bıçağı ilə onun qarın nahiyəsindən vurmuşdur. Bıçaq zərbəsindən sonra Fərzalı yerə yıxılmış, Rəhman o yerdə olarkən də bıçaq zərbələri endirmişdir. Həmin vaxt neçə bıçaq zərbəsi vurduğunu xatırlamasa da, sonradan 3 bıçaq zərbəsi vurduğunu öyrənmişdir. Fərzalı Behbudovun həm əynində gödəkcə olduğundan həm də Rəhman bıçaq zərbələrini güclə vurduğu üçün bıçaq qırılmışdır. Biraz keçdikdən sonra Fərzalının öldüyünü, ağzının və gözlərinin açıq qaldığını, yerin isə qan olduğunu görüb qorxmuş, həyətə kimsə gəldiyində meyidi görüb qorxmasın deyə onun gödəkcəsindən tutub sürüyərək həyətdəki ayaqyolunun yanına qoymuşdur. Daha sonra su ilə eyvandakı qanı yumuş, məqsədi sadəcə qanı təmizləmək olmuş, qorxduğu üçün paltarlarını dəyişib evdən çıxmışdır. İçkili olduğundan təcili yardıma zəng vurmaq barədə düşünməmişdir. O, yol maşını ilə Naxçıvan şəhərindəki “dörd yol” adlanan yerə gəlmiş, qardaşına zəng edərək törətdiyi hadisəni danışmışdır. Qardaşı ona geri qayıdıb polisə təslim olmasını dedikdən sonra o təslim olmaq üçün kəndə qayıdarkən Perinatal Mərkəzin qarşısında kəndin sahə müvəkkili ona zəng vurub harda olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs olduğu yeri dediyində ona təcili kəndə qayıtmalı olduğunu demiş, o maşın olmadığını bildirdikdə isə olduğu yerdə gözləməsini, özünün gəlib onu götürəcəyini söyləmişdir. 5 dəqiqə sonra polislər xidməti avtomaşınla gələrək onu öz razılığı ilə hadisə yerinə aparmışlar. Təqsirləndirilən şəxs daha əvvəl Fərzalı Behbudovla aralarında düşmənçilik və ədavətin olmadığını, əksinə yaxşı münasibətlərinin olduğunu, daha əvvəl siqaret istəməsi ilə bağlı, o cümlədən hər hansı başqa səbəbdən aralarında mübahisə yaranmadığını bildirmişdir. O, özünün uzun müddətdir ki, spirtli içki içdiyini, bir il öncə yay aylarında narkoloji dispanserdə müalicə aldığını, lakin içkili olarkən heç kimlə işinin olmadığını, sadəcə yatdığını bildirmişdir. Fərzalı Behbudov isə içkili olarkən aqressiv olmuş, bir-birilərini tanıdıqları müddətdə, eləcə də hadisədən bir qədər əvvəl aralarında heç bir mübahisə olmamış, sadəcə siqaret götürmək üstündə mübahisə başlamış, arvadına qarşı nalayiq ifadə işlətdiyi üçün onu öldürmək qərarına gəlmişdir. Əvvəlcədən onu öldürmək barədə düşünməmiş, arvadını söydükdən sonra belə niyyəti yaranmış, hadisədən sonra isə meyidi gizlətmək, yaxud qaçmaq niyyəti olmamış, qorxduğu üçün evdən getmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan pasport və şəxsiyyət vəsiqəsini qaçmaq üçün götürməmiş, onlar həmişə gödəkcəsinin cibində olmuşdur. Təqsirləndirilən şəxs kimsəsi olmadığı üçün qarşı tərəflə barışığa getmədiklərini, lakin törətdiyi əməldən peşman olduğunu, spirtli içkinin və arvadının ünvanına söyüş söyməsinin təsiri altında hadisənin baş verdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, hadisədən əvvəl əri X14 Bayramovun tez-tez görüşüb birlikdə spirtli içki içmələri barədə məlumatı olmuş, lakin aralarında mübahisə olması barədə eşitməmişdir. Təqsirləndirilən şəxsla otur-dur etdiyi üçün dəfələrlə ərinə narazılığını bildirmiş, ona “bu insandan uzaq dur” demiş, F.Behbudov isə görüşməyəcəyini desə də, Rəhmanla görüşüb spirtli içki içməyə davam etmişdir. O, kənd camaatından Təqsirləndirilən şəxs barədə yaxşı sözlər eşitməmiş, onun dəfələrlə evdən balta-bıçaq götürüb qonşuların üstünə getdiyini eşitmişdir. Təqsirləndirilən şəxs arvadı ağır xəstə olduğu üçün çox vaxt xəstəxanada olmuş, xəstəxanadan çıxdıqdan sonra isə yaşadıqları evə gəlməyib qalmaq üçün qardaşının qızının evinə getmişdir. Oğlu da kirayədə yaşamışdır. Bu səbəblərə görə əri Fərzalının onunla yoldaşlıq etməsinə həmişə narazılığını bildirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə gec saatlarda Fərzalı Behbudova zəng edərək ondan siqaret istəmiş, o isə “dükan var niyə özü gedib dükandan almır?” deməsinə baxmayaraq F.Behbudov evdən çıxıb Təqsirləndirilən şəxs siqaret vermişdir. 28 yanvar 2025-ci il tarixdə evdə olmamış, saat 17:00 radələrində şəhərdən evə qayıtdığında qayınanasından ərinin harada olduğunu soruşmuş, o isə saat 12:00 radələrində Fərzalının telefonuna zəng gəldiyini, bir qədər danışdıqdan sonra telefonda danışdığı şəxsə “gəlirəm” dediyini, geyinib evdən çıxdığını, lakin hara getdiyini demədiyini bildirmişdir. Qayınatası ərinin ardınca çıxıb hara getdiyinə baxdıqda isə onun Təqsirləndirilən şəxs evinin olduğu döngəyə getdiyini görmüşdür. Bir qədər sonra evdə olarkən ərinin əmisinin oğlu ev telefonlarına zəng edərək Fərzalının harada olduğunu soruşmuş, o evdə olmadığını demiş, əmioğlusu isə onlara gəlmək istədiyini dedikdə ona “Gəl. Əmin, əmicanın evdədir” cavabını vermişdir. Fərzalının əmisinin oğlu ona “Fərzalı savaşıbdır, ona zəng vur” dediyi üçün ərinə zəng etmiş, lakin əri telefona cavab verməmişdir. Təxminən 5 dəqiqə sonra bacısı zəng edərək Rəhmanın ərini bıçaqladığını demiş, o isə qayınanası və qayınatası xəstə olduqlarından onlara bir söz demədən evdən çıxmışdır. Qapıda məktəbdən gələn qızı ilə qarşılaşıb olanları ona danışmış və birlikdə anasının yaşadığı evə, oradan da hadisə yerinə getmişlər. Hadisə yerində polislər onlara yaxına gəlməyə icazə verməyib xəstəxanaya yönləndirmişlər. Xəstəxanaya getdiklərində artıq Fərzalı Behbudovun öldüyünü öyrənmişlər Hadisə baş verən gün səhər evdən çıxarkən Fərzalı Behbudov yatmışdır. Saat 12:00 radələrində “bu gün kreditin vaxtıdır, aparıb dövlətin pulunu ödəməlisən” demək üçün ona zəng etmiş, harada olduğunu soruşmuş, o isə kənd içində olduğunu demişdir. Lakin telefonda danışarkən yanından səslər gəldiyini eşitdiyi üçün ona kənd içində olmadığını, hardasa oturub yeyib-içdiyini dediyində Fərzalı gülmüşdür. Həmin gün saat 15:00 radələrinədək özü və oğlu F.Behbudovla telefonda danışmışlar. İfadəsinin davamında X1 Bayramovu bağışlamadığını, ona ən ağır cəzanın verilməsini istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs evinə tez-tez gedib gəlməsə də, onunla telefonda danışarkən qardaşının yaşadığı evdə Fərzalı Behbudovla tez-tez oturub yeyib-içdikləri barədə məlumatı olmuşdur. Qardaşının arvadı xəstə olduğu üçün çox vaxt xəstəxanada olmuş, qardaşı evdə tək olduğundan dostu Fərzalı da içmək üçün onların evinə gəlmişdir. Hadisə günü Təqsirləndirilən şəxs saat 11:00 radələrində ona etdiyini zəngi görmədiyi üçün onunla danışa bilməmişlər. Saat 17:00 radələrində isə Sədərək rayonunda yaşayan digər qardaşı Şahid2 ona zəng edərək Rəhmanın adam öldürdüyünü demiş, o isə buna inanmamışdır. Daha sonra Rəhmana zəng edərək ondan nə etdiyini soruşmuş, o isə adam öldürdüyünü demişdir. Şahid3 qardaşı ilə münasibətlərinin çox yaxşı olduğunu, onun yaxşı, ailəsinə bağlı insan olduğunu, qardaşının arvadı ilə olan münasibətlərinin də pis olmadığını qeyd etmişdir. O, qardaşının normal dərəcədə spirtli içki içdiyini, arvadı polisə müraciət etdiyi üçün polisin onu narkoloji dispanserə yerləşdirdiyini və orada 2 ay müalicə aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-əhval etmək üçün qardaşı Təqsirləndirilən şəxs zəng vurduğunda Fərzalı Bəhbudovun onun evində olduğunu, mütəmadi olaraq onların birlikdə yeyib-içdiklərini bilmişdir. İşləri ilə əlaqədar gəlib-gedə bilmədiyindən tez-tez qardaşı Rəhmanla telefonda əlaqə saxlamış, onunla görüntülü danışdıqda da F.Behbudovun onun yanında olduğunu görmüşdür. Görüntülü danışarkən F.Behbudov Rəhmana “telefonu ver mən də danışım” dediyində Rəhman ona hirslənib “sən onu hardan tanıyırsan, nə edəcəksən” deyib telefonu söndürmüşdür. Hadisədən əvvəl aralarında düşmənçilik, ədavət olduğunu eşitməmişdir. Adətən onların bir-birilərinə qarşı nalayiq ifadələr işlətmələrinin şahidi olduğundan qardaşına Fərzalı ilə otur-dur etməməsini dedikdə Rəhman ona acıqlanmışdır. Qardaşı mütəmadi olaraq çox içki qəbul etdiyi üçün qardaşının ailəsi ərizə ilə polisə müraciət etmiş və nəticədə polis müalicə üçün onu narkoloji dispanserə yerləşdirmişdir. 28 yanvar 2025-ci il tarixdə, saat 17:00 radələrində qardaşı Rəhman ona zəng edərək Sədərəyə gəlmək istədiyini demiş, o isə gəliş səbəbini soruşduğunda Fərzalı Behbudovla oturub yeyib-içən zaman aralarında söz-söhbət olduğunu, bıçaqla onu vurduğunu, gizlənmək məqsədilə Sədərək rayonuna gəlmək istədiyini demişdir. Bu vaxt ona Sədərək rayonuna gəlməyin düzgün olmayacağını, gedib polisə təslim olmalı olduğunu bildirmiş, lakin Rəhman onunla razılaşmadığı üçün özü 102 xidmətinə zəng edib Babək rayonu, Şıxmahmud kəndində cinayət hadisəsi baş verdiyini xəbər vermişdir. Ordubad rayonu, Darkənd kəndində yaşayan bacıları Şahid3 da zəng edərək Rəhmanın ona dediklərini söyləmişdir. Bundan sonra bacısı Narıngül ilə qardaşı Rəhman əlaqə saxlayarkən Rəhman ona da adam öldürdüyünü demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hadisə günü “Zümrüd” restoranında işdə olmuşdur. Sadiq adlı dostu ona zəng edərək atasının Fərzalı Behbudovu bıçaqlayaraq öldürdüyünü demişdir. O dərhal taksi ilə evə getmişdir. Həyətə girdiyində atasının qollarını qandallı halda görmüşdür. Bu vaxt polis əməkdaşları atasına suallar vermiş, o isə hadisəni içkili halda törətdiyini, cinayəti törətdiyi və Fərzalı Behbudovun meyidini sürüyərək apardığı yeri göstərmişdir. Onun özü də Fərzalı Behbudovun meyidinin ayaqyolunun yanında olduğunu görmüşdür. Şahid4 ifadəsinin davamında atasının yaxşı və zəhmətkeş insan olduğunu, hər gün içki içmədiyini, Fərzalı Behbudovla münasibətlərinin yaxşı olduğunu, arada onunla görüşüb birlikdə spirtli içki içdiklərini bildirmişdir. Atası Təqsirləndirilən şəxs spirtli içki qəbul etdikdən sonra başqa şəxslərlə mübahisə etməsinin şahidi olmamış, o evdə yatıb dincəlmişdir. Şahid1 məhkəmə istintaqında elan olunub araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və X12 onun həmkəndliləri olmuşlar. X17 damar genişlənməsi əməliyyatı olunacağından 28 yanvar 2025-ci il tarixdə, səhər saatlarından axşamadək Naxçıvan MR Xəstəxanasında olmuş, saat 12:00 radələrində Rəhmanın mobil nömrəsindən ona zəng gəlmiş, telefonda onunla danışan Fərzalı olmuş, kef-hal etdikdən sonra sonuncu ondan harada olduğunu soruşmuş, Fərzalıya xəstəxanada olduğunu bildirmiş, Fərzalı ona Rəhmanla bir yerdə olduğunu, çay içəcəklərini demiş, bundan sonra sağollaşıb Fərzalı ilə telefon danışığını yekunlaşdırmışdır. Həmin gün saat 17:00 radələrində Rəhmanın mobil nömrəsindən ona yenidən zəng gəlmiş, bu dəfə danışan Rəhman olmuş, onun danışığından sərxoş olduğunu hiss etmiş, Rəhman ondan harada olduğunu soruşub Fərzalını sildiyini demiş, əvvəlcə onların küsdüyünü başa düşmüş, dəqiqləşdirmək üçün yenidən soruşduğunda Rəhman ona Fərzalını həyatdan sildiyini demişdir. Rəhman ona Fərzalı ilə yeyib-içən zaman sonuncunun ona nalayiq ifadələr işlətdiyini, sonra oturduğu yerdə qəflətən onun ağzının üstündən 2 dəfə yumruqla vurduğunu, bundan sonra özünün Fərzalıya bıçaqla iki-üç dəfə zərbə yetirərək öldürdüyünü, sonra onu sürüyüb həyətdəki tualetin yanına aparıb atdığını, hadisə yerinin qan içində olduğunu, su töküb qanı yuduğunu, evdən çıxıb getdiyini bildirmişdir. Sonradan həmkəndliləri və tanışlarından Rəhmanın Fərzalını həqiqətən vurub öldürdüyünü eşitmiş, Rəhmanın Fərzalını hansı səbəbdən öldürməsini bilməmişdir. Şahid5 məhkəmə istintaqında elan olunub araşdırılmış ifadəsindən görünür ki, 28 iyun 2024-cu il tarixdən Babək rayonu, Şıxmahmud kəndində yerləşən və həmin kəndin sakini Sərdar Əzimova məxsus olan “Sərvan Market”i icarə əsasında işlədir. 28 yanvar 2025-ci il tarixdə, saat 12:00 radələrində Fərzalı Behbudov marketə gəlmişdir. Onun yanında heç kim olmamışdır.O, marketdən bir ədəd çörək, bir ədəd limonad və bir ədəd “PRİME CLASS” markalı arağı nisyə alaraq pulunu sonra verəcəyini bildirib mağazadan çıxmışdır. Onun hara getdiyini bilməmiş, həmin gün Fərzalını bir daha görməmişdir. Həmin gün saat 21:00 radələrində mağazanın qarşısından polis maşınları və ambulansın keçdiyini görmüş, kənd camaatından Rəhmanın Fərzalı ilə öz həyətində yeyib içərkən Fərzalı onu söydüyünə görə sonuncunu bıçaqladığını eşitmiş, bir qədər sonra isə Fərzalının öldüyünü öyrənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5: - 28 yanvar 2025-ci il tarixli, 03 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, mərhum X4 meyitində aşkar edilmiş “sol qasıq arteriyasının kəsilməsi ilə müşayiət olunan sol qasıq sümüyü proyeksiyasında bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısının Vİİİ-İX qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd və qarın nahiyəsinin ön səthində epigastral nahiyədə daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaralar, qarın nahiyəsinin ön səthinin səthi kəsilmiş yarası” xəsarətləri deşici-kəsici alət (əşya), ola bilsin bıçaq təsirindən törənmişlər, eləcə də ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənmələri inkar edilmir, həyatidirlər, mərhumun ölümündən az əvvəl törənməklə xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gəlmələri mümkündür. Qeyd olunan xəsarətlərdən “sol qasıq arteriyasının kəsilməsi ilə müşayiət olunan sol qasıq sümüyü proyeksiyasında bir ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthinin sol yarısının Vİİİ-İX qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd və qarın nahiyəsinin ön səthində epigastral nahiyədə daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yaraları” dərəcələrinə görə canlı şəxslərdə həm ümumilikdə və həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, “qarın nahiyəsinin ön səthinin səthi kəsilmiş yarası” isə sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. X15 ölümünə səbəb “sol qasıq arteriyasının kəsilməsi (zədələnməsi) nəticəsində baş vermiş kəskin xarici qanitirmə olmuş və həmin xəsarətlər yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsindən sonra baş vermişdir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə görə güman etmək olar ki, Fərzalı Behbudovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (meyit xx.xx.2025-ci il tarixdə, saat 19:50-də müayinə olunmuşdur) 3-4 saat əvvəl baş vermişdir, bu da meyit əlamətləri ilə inkar edilmir. X15 bədəni üzərində aşkar edilmiş xəsarətlərlə hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələrin sayı və yerləşməsi nahiyələrinə görə bir-birinə uyğundur. X10rın nahiyəsinin ön səthinin bir ədəd səthi kəsilmiş yarası onun mübarizə və özünü müdafiə zamanı yetirilməsi inkar olunmur. X15 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxsin hadisə zamanı zərərçəkmişlə üzbəüz qarşılıqlı vəziyyətdə olması haqqında güman etmək olar. X15 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 2,41 promil etil spirti aşkar edilmiş, qanda bu miqdarda etil spirti canlı şəxslərdə orta dərəcəli sərxoşluq vəziyyətinə bərabərdir. Narkotik, psixotrop və digər güclü təsirə malik maddələr aşkar edilməmişdir. - 19 fevral 2025-ci il tarixli, 20 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: üst dodaq nahiyəsinin qançır halında şişkinliyi və həmin dodaq nahiyəsinin iç səthinin selikli qişasının qansızması və cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sağ almacıq nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti məhkəmə-tibbi müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində əmələ gəldiyindən xəsarətlərin hansı ardıcıllıqla törənmələri haqda konkret fikir söyləmək mümkün deyildir. Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, göstərilən xəsarətlərin əlbəyaxa mübarizə nəticəsində əmələ gəlmələri mümkündür. Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimya tədqiqatı nəticəsində 1,34 promil etil spirti aşkar edildi. Qanda bu miqdarda etil spirti yüngül dərəcəli sərxoşluq dərəcəsinə bərabərdir. Narkotik, psixotrop və digər güclü təsirə malik maddələr isə aşkar edilməmişdir. - 12 mart 2025-ci il tarixli, 01 nömrəli maddi sübutların ekspertizası rəyindən görünür ki, X15 hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli kurtkada, qara rəngli qolsuz gödəkcədə, bir cüt ayaqqabıda, bir ədəd kəmərdə, göy rəngli cins şalvarda, boz rəngli qısaqol köynəkdə, bir ədəd tumanda, bir ədəd idman şalvarında, bir ədəd qara rəngli soroçkada qan vardır, bu qan insan qanıdır, bu qan X10nı ilə eynidir, yəni Bα(İİİ) qan qrupuna aiddir. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tüng-göy rəngli cins şalvarda, bir cüt mavi rəngli sürüttəmədə, boz rəngli uzunqol poliverdə qan vardır, bu insan qanıdır, bu qan X10nı ilə eynidir, yəni Ba(İİİ) qan qrupuna aiddir. X15 sol əlinin 5-ci barmağından götürülmüş dırnaq nümunəsində qanabənzər ləkələr vardır, bu qan insan qanıdır, Fərzalı Behbudovun qanı ilə eynidir. Hadisə yerindən götürülmüş, tamlığı pozulmuş bıçaqda qanabənzər ləkələr aşkar edilməmişdir. Hadisə yerindən götürülmüş bir ədəd su stəkanı, bir ədəd spirtli içki stəkanı və bir neçə siqaret kötüklərində ağız suyu olmuşdur. Bu maddi sübutlardakı ağız suyu ABO sistemi üzrə Fərzalı Behbudova və Təqsirləndirilən şəxs məxsus ola bilər. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 28 fevral 2025-ci il tarixli, 124-125-126 nömrəli kompleks məhkəmə-trasoloji, məhkəmə-daktiloskopik və məhkəmə-ballistik ekspertizası rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmamışdır. Tədqiqata təqdim edilmiş tiyə və dəstək formasına, quruluşuna, qabarit ölçülərinə və s. əlamətlərinə görə bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq tiyəsi və dəstəyi əvvəl vahid bütövlük təşkil edərək eyni bir bıçağın hissələri olmuş, fiziki qüvvənin təsiri nəticəsində sınaraq ayrılmışdır. Bıçağın sınmış hissələri birləşdirildikdə ümumi uzunluğu 245 mm-dir. Tədqiqata təqdim edilmiş Fərzalı Behbudova məxsus tünd-göy rəngli gödəkcənin, qara rəngli qolsuz gödəkcənin, qara rəngli uzunqol köynəyin, boz rəngli qısaqol köynəyin, tündgöy rəngli cins şalvarın və qara rəngli idman şalvarının səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Fərzalı Behbudova məxsus tünd-göy rəngli gödəkcənin səthində olan “a” zədəsi isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma və dartılıb-sökülmə zədəsidir. Fərzalı Behbudova məxsus bir ədəd kəmərin, bir ədəd alt paltarının (trusikin), bir cüt corabın, bir cüt çəkmənin və Təqsirləndirilən şəxs məxsus bir ədəd qolsuz gödəkcənin, üç ədəd uzunqol köynəyin, iki ədəd cins şalvarın və bir cüt tərliyin (çəkələyin) səthində heç bir trasoloji zədə aşkar edilməmişdir. - 25 aprel 2025-ci il tarixli, 426 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətli və fəaldır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində astagəl, qaradinməz, kobud, sadəlöv, nizamsız, vecsiz və s. kimi əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs impulsiv olmaqla bilavasitə ona təsir edən və şəxsi məna kəsb edən xarici qıcıqlara qarşı həssasdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı sinir-psixi gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu sinir-psixi gərginlik halı qarşılaşdığı şəraitlə onun Fərzalı Behbudovla birlikdə spirtli içki qəbul etdikləri vaxt aralarında yaranmış sözlü mübahisə zamanı sonuncunun onu yumruqla vurması, onun və arvadının ünvanına işlətdiyi aşağılayıcı və təhqiredici ifadələr ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2025-ci il tarixli, 6/558 nömrəli materialların məhkəmə ekspertizası rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və dırnaq nümunələrinin üzərində kənar lif mikrohissəcikləri vardır. Fərzalı Behbudova məxsus olduğu qeyd edilən qolsuz gödəkcə üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Fərzalı Behbudova məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Fərzalı Behbudova məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Fərzalı Behbudova məxsus olduğu qeyd edilən dırnaq nümunələri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3: - 11 aprel 2025-ci il tarixli, 172 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl psixi xəstəlikdən əziyyət çəkməmişdir və anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən də anlaqlı vəziyyətdə olmuşdur. Həmin əməli törətdiyi zaman onda psixikanın pozulması halı olmamış, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmiş və həmin əməli idarə edə bilmişdir. Cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs istintaq zamanı ifadələr verərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, anlaqlı olmuş, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, ifadələrinin mahiyyətini dərk etmişdir. Təqsirləndirilən şəxs hazırda anlaqlıdır, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. - 23 aprel 2025-ci il tarixli, 195 nömrəli ambulator məhkəmə-narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki alkoqolizmdən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 28 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi yer Babək rayon Şıxmahmud kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin açıq eyvanıdır. Eyvanda hasara bitişik şəkildə qoyulmuş bir ədəd stol vardır. Stolun üstündə künc tərəfdə üzərində “CHROME” sözləri yazılmış iki ədəd keramika yapışdırıcısı, qara rəngli sellofan poşetin üzərində istifadə edilmiş bir ədəd çörək, bir ədəd içi boş siqaret qutusu, tiyəsi qırılmış bir ədəd bıçaq, içərisində bir neçə üzüm, portağal və heyva dilimləri olan bir ədəd ağ rəngli boşqab, bir neçə kəsilmiş portağal qabığı və bir ədəd dişlənmiş heyva, içərisində bir neçə siqaret kötükləri olan bir ədəd şüşə materialdan olan külqabı, qırmızı rəngli bir ədəd plastik boşqab qapağı, bir ədəd içi boş saxsı materialdan hazırlanmış qab, üzərində “Darıdağ” sözləri yazılmış, içərisində az miqdarda sarı rəngli maye olan bir ədəd plastik butulka və yanında bir ədəd qapağı, bir ədəd su stəkanı, bir ədəd kiçik ölçülü spirtli içki stəkanı, bir ədəd qəhvəyi rəngli metal dabankeş, içi boş bir ədəd ağ rəngli sellofan torba, yerdə içərisindən spirtli içki qoxusu gələn yaşıl rəngli, üzərində “PRİME CLASS” sözləri yazılan bir ədəd şüşə butulka vardır. Eyvandakı pəncərənin aşağı hissəsində yerdə bir ədəd qırılmış metal bıçaq tiyəsi, eyvanın daş döşəməsi üzərində qanabənzər ləkələr və həmin yerdə su ilə yuyulmağa xarakterik izlər, eyvandan təxminən 35 metr kənardakı həyətyanı sahədə olan tualetin sağ tərəfində yerdə Fərzalı Behbudovun meyiti, meyitin şalvarının sağ cibində bir ədəd smartfon tipli mobil telefon vardır. Baxış zamanı hadisə yerindən bir ədəd bıçağın qırılmış tiyəsi və bir ədəd dəstəyi, siqaret kötükləri, bir ədəd su stəkanı, bir ədəd kiçik ölçülü spirtli içki stəkanı, içərisindən spirtli içki qoxusu gələn yaşıl rəngli, üzərində “PRİME CLASS” sözləri yazılan bir ədəd şüşə butulka, döşəmə üzərindəki qanabənzər ləkələrdən pambıq vasitəsilə nümunələr, meyitin şalvarının sağ cibindən aşkar edilmiş bir ədəd smartfon tipli mobil telefon, fərdi yaşayış evinin qonaq otağındakı qara rəngli yan tərəfdə cibləri olan və öndən zəncirbəndlə bağlanan bir ədəd qolsuz gödəkçə, yataq otağındakı açıq-göy rəngli bir ədəd cins şalvar və etiketi üzərində “R.S.A 3XL” sözləri yazılmış qara rəngli bir ədəd uzunqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 09 aprel 2025-ci il tarixli aktla Təqsirləndirilən şəxs məxsus 01 cüt qara rəngli ayaqqabı, bundan başqa onun fərdi yaşayış evindən götürülmüş 01 ədəd açıq-göy rəngli cins şalvar, 01 ədəd qara rəngli, etiketi üzərində “R.S.A 3XL” sözləri yazılmış uzunqol köynək və hadisə yerindən götürülmüş 01 ədəd içərisindən spirtli içki qoxusu gələn üzərində “PRİME CLASS” sözləri yazılan şüşə butulka maddi sübut əhəmiyyəti kəsb etmədiyindən oğlu X13 qaytarılmışdır. - 28 yanvar 2025-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, meyitin bədən səthi üzərində döş qəfəsinin ön sol yarısında, 8-ci, 9-cu qabırğa səviyyəsində daxilə keçən və mədəni zədələyən yara vardır. Həmin yaranın uzunluğu 2,2 sm, eni 0,4 sm-dir, boylama istiqamətində olmaqla üst bucağı iti, kənarları hamardır, kəsilmiş-deşilmiş formadadır. Qarın boşluğunun ön səthində, göbəyin 10 sm yuxarısında olan daxilə keçən yara vardır. Həmin yaranın uzunluğu 2 sm, eni isə 0,45 sm ölçüdə xətti formalı, köndələn istiqamətdə, kənarları hamar, kəsilmiş-deşilmiş yaradır. Meyitin sol qalçasında artilleriyasını zədələyən yara vardır. Həmin yaranın uzunluğu 1,7 sm, eni isə 0,55 sm-dir. Yara xətti formada olub kənarları hamar və daxilə nüfuz edən deşilmiş yaradır. Bundan başqa, meyitin qarın səthində 1 ədəd səthi kəsilmiş yara vardır. Meyitin əynində bir ədəd göy rəngli öndən zəncirbəndlə bağlanan uzunqol gödəkçə, bir cüt qara rəngli ayaqqabı, bir ədəd tünd göy rəngli, üzərində bel kəməri və qanabənzər ləkələr olan cins şalvar, bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd qısaqol idman üslublu köynək, bir ədəd qara rəngli idman üslublu şalvar, bir ədəd üzərində qanabənzər ləkələr olan tuman və bir cüt qara rəngli corab vardır, həmin paltarlar, o cümlədən meyitdən eksperimental əl-barmaq izləri, tüpürcək, dırnaq və qan nümunələri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. - 29 yanvar 2025-ci il tarixli təqdim edilmiş əşya və sənədlərin qəbul edilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ona məxsus olan pasport, şəxsiyyət vəsiqəsi və 01 ədəd mobil telefonu təqdim etmişdir. - 29 yanvar 2025-ci il tarixli paltarlara baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq təqdim etdiyi bir ədəd boz rəngli uzunqol köynək, bir ədəd boz rəngli ön hissəsindən zəncirbəndlə bağlanan uzunqol sviter, tünd-göy rəngli bir ədəd cins şalvar, bir cüt qara rəngli ayaqqabı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. - 29 yanvar 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs hadisə zamanı ayağında olduğunu bildirdiyi bir cüt göy rəngli çəkələk sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. - 30 yanvar 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi özünə məxsus “Redmi” markalı, smartfon tipli mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuşdur. 28 yanvar 2025-ci il tarixdə saat 11:41-də mərhum Fərzalı Behbudova məxsus +**********52 mobil nömrəsindən ona zəng gəlmiş və 1 dəqiqə 57 saniyə danışılmış, saat 11:56-da həmin mobil nömrədən gələn zəngə cavab verilməmiş, saat 11:09-da “Narin” adı ilə qeyd edilmiş +**********47 mobil nömrəsinə edilən zəngə cavab verilməmiş, saat 16:46-da həmin mobil nömrədən zəng gəlmiş və 1 dəqiqə 25 saniyə danışılmış, saat 12:15 və 17:07-də Ramil adlı şəxsə məxsus +**********97 mobil nömrəsinə zəng edilərək müvafiq olaraq 1 dəqiqə 6 saniyə və 5 dəqiqə 35 saniyə danışılmış, “memedeli nar” adı ilə qeyd edilmiş +**********43 mobil nömrəsinə saat 16:40, 16:58, 17:15, 17:42-də zənglər edilərək müvafiq olaraq 34 saniyə, 5 dəqiqə 21 saniyə, 22 saniyə, 48 saniyə danışılmış, saat 16:53 və 17:41-də həmin mobil nömrəyə edilən zənglərə cavab verilməmiş, polis əməkdaşına məxsus +**********86 mobil nömrəsindən saat 17:36 və 17:55-də gələn zənglərə cavab verilməmiş, saat 17:43 və saat 17:45-də həmin mobil nömrəyə zənglər edilərək müvafiq olaraq 18 saniyə və 17 saniyə danışılmış, saat 17:51 və saat 17:53-də həmin mobil nömrədən gələn zənglərə cavab verilərək müvafiq olaraq 45 saniyə və 9 saniyə danışılmış, “Regib” adı ilə qeyd edilmiş +**********38 mobil nömrəsindən saat 18:02-də zəng gəlmiş və 26 saniyə danışılmışdır. - 28 fevral 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Şahid5 istintaqa təqdim etdiyi 01 ədəd DVD diskə köçürülmüş videogörüntülərin müddəti 06 dəqiqə 02 saniyədir, görüntülər 28 yanvar 2025-ci il tarixinə aiddir. Həmin gün saat 11:50-dən Fərzalı Behbudov dükana təkbaşına gəlmiş, dükandan bir ədəd çörək, bir ədəd limonad və bir ədəd “PRİME CLASS” markalı araq almış, bundan sonra Şahid5 Fərzalı Behbudovun aldıqları malları özünün nisyə dəftərində qeyd etmiş, daha sonra Fərzalı Behbudov dükandan çıxıb getmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİB-ə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs və X12 mənfi xarakterizə olunmuşdurlar. 28 yanvar 2025-ci il tarixli, 6 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Təqsirləndirilən şəxs yüngül dərəcə alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 07 mart 2025-ci il tarixli, 3-28-34-4/2-765/2025 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” diaqnozu ilə dispanserdə dispanser qeydiyyatda dayanır. O, xx.xx.2024 - xx.xx.2024, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərdə dispanserdə stasionar müalicədə olub. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanun qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən rosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, hadisə baş verən gün, yəni 28 yanvar 2025-ci il tarixdə X18 Bayramovun fərdi yaşayış evinə gəlmiş, Fərzalı Behbudov ona spirtli içki içməyi təklif etdikdə Təqsirləndirilən şəxs onunla razılaşmış, F.Behbudov kənddə yerləşən mağazaya gedərək 1 litr araq alıb təxminən 10 dəqiqə sonra onun yaşadığı evə qayıtmış, evin açıq eyvanında birlikdə yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. Onların hər ikisinin spirtli içkiyə meyilli olmaları və əvvəllər də birlikdə dəfələrlə spirtli içki qəbul etmələri, cinayət hadisəsi baş verməmişdən əvvəl onların sərxoş halda olmaları cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs və Fərzalı Behbudov birlikdə yemək yeyib spirtli içki qəbul etdikləri zaman Təqsirləndirilən şəxs F.Behbudovdan siqaret istədikdə sonuncu ona “cibinə siqaret qoy da” cavabını vermişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətin düzgün olmadığını, aralarında keçən bu söhbətə görə ona irad bildirdiyində X18 Bayramovun ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs da eyni tərzdə ona qarşılıq vermişdir. Bundan sonra X18 Bayramovun üz nahiyəsindən 2 yumruq zərbəsi vurub onun arvadının ünvanına nalayiq ifadə işlətmiş, nəticədə Təqsirləndirilən şəxs Fərzalı Behbudovu qəsdən öldürmək qərarına gələrək stolun üzərindəki mətbəx bıçağını götürüb öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunu arzu edərək Fərzalı Behbudovu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qaçmaq niyyətinin olmadığını, özünün polisə təslim olmasını söyləməsi isə məhkəmə istintaqında dindirilmiş Şahid2 (təqsirləndirilən şəxsin qardaşı) ifadəsi, o cümlədən cinayət işinə əlavə olunmuş mötəbər sübutlarla təkzib olunur. Belə ki, Şahid2 məhkəmədə verdiyi ifadəsindən belə məlum olur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra qardaşı Şahid2 zəng edərək cinayət hadisəsi törətdiyini demiş və qaçıb gizlənmək üçün ondan köməklik istəmişdir. Şahid2 isə dərhal polis orqanlarına bu barədə məlumat vermiş və daha sonra cinayət hadisəsi baş vermiş kəndin polis sahə müvəkkili təqsirləndirilən şəxsə zəng edərək onun yerini müəyyənləşdirmişdir. Bu hal iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmışdır. 25 iyun 2003-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarının 4cü bəndinə əsasən, “Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərtərəfli və obyektiv yoxlamalıdırlar. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra qətlə yetirdiyi şəxsə aid yerdə olan qan izlərini yuyub təmizləmiş, meyidi olduğu yerdən sürüyərək həyətdə olan ayaqyolunun yanına aparmış, əynini dəyişərək Naxçıvan şəhərinə gəlmişdir. Həmin vaxt özünə məxsus pasport və şəxsiyyət vəsiqəsi üzərində olmuşdur. (bax. 29 yanvar 2025-ci il tarixli təqdim edilmiş əşya və sənədlərin qəbul edilməsi haqqında protokol). Naxçıvan şəhərində olarkən o, Sədərək rayonunda yaşayan qardaşı Şahid2 zəng edərək törətdiyi əməli etiraf edərək Sədərək kəndinə onun yanına gəlmək istədiyini bildirdiyində qardaşı ona polisə təslim olmasını desə də bununla razılaşmamış, bundan sonra Şahid2 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və polis əməkdaşları Naxçıvan şəhərində yerləşən “dörd yol” adlanan əraziyə gələrək onu saxlayıb hadisə yerinə aparmışlar. Cinayət hüququ nəzəriyyəsinə görə - qəsdən adam öldürmə cinayəti maddi tərkibli quruluşa malikdir. Cinayətin başa çatması üçün zərərçəkmiş şəxs həyatdan məhrum edilməlidir. Əgər cinayət nəticəsində zərərçəkmiş şəxs ölməmişdirsə, əməl cinayət etməyə cəhd kimi tövsif olunmalıdır. Qəsdən adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır və bu səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə müəyyən edilməzsə, təqsirkarın əməlinin qəsdən adam öldürmə cinayəti kimi tövsif edilməsi yolverilməzdir. Qəsdən adam öldürmə cinayət əməli həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Şəxs başqasını həyatdan məhrumetməyə yönələn əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görür və bunları ya arzu edir, ya da arzu etmir, lakin belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Qəsdən adam öldürmə cinayətində qəsd qeyrimüəyyən də ola bilər. Qeyri-müəyyən qəsdlər cinayət törədən şəxsin qəsdi ilə müxtəlif kriminal nəticələr - ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurma və sair ilə əhatə oluna bilər. Bu halda təqsirkanın əməli baş verən faktiki nəticələrə görə tövsif edilməlidir. Əgər ölüm baş vermişdirsə əməl qəsdən adam öldürmə kimi, sağlamlığa ağır zərər vurulmuşdursa o zaman əməl sağlamlığa qəsdən ağır zərər vurma kimi tövsif edilməlidir. Yuxarıda təhlil edilən işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, 28 yanvar 2025-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs Fərzalı Behbudova bıçaqla xəsarət yetirmiş və o, bıçaqla sonuncuya xəsarət yetirərkən, yəni Fərzalı Behbudovu həyatdan məhrumetməyə yönələn əməli törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan dərk etmiş, əməlinin ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, həmin nəticələri arzu etməmiş, lakin nəticənin (zərərçəkmiş şəxsin ölümünün) baş verməsinə şüurlu surətdə yol vermişdir. Buna əyani şəkildə dəlalət edən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Fərzalı Behbudova bıçaqla xəsarət yetirdikdən sonra ona tibbi və digər yardım göstərməyə cəhd belə etməmişdir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Rəhman X7rşı qəsdən adam öldürmə cinayətini məhz sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs F.Behbudova bıçaqla xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olmamışdır. Əksinə F.Behbudov bilavasitə Təqsirləndirilən şəxs üçün həmin an hər hansı bir təhlükə törətmədiyi halda, qisas almaq məqsədi ilə onu bıçaqla vuraraq qəsdən öldürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni X8 qəsdən həyatdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlir və hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmiş və həmin cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin bu prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ... ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan MR Babək Rayon Məhkəməsinin 4(079)-1/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış kompleks məhkəmə-trasoloji, məhkəmə-daktiloskopik, məhkəmə ballistik ekspertizalarının keçirilməsinə sərf edilmiş 207 (iki yüz yeddi) manat, məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat, məhkəməpsixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 377 (üç yüz yetmiş yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına, materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE ******************** nömrəli hesabına ödənilməldir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 ( iki yüz yetmiş) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - hadisə yerindən götürülmüş cinayətin aləti hesab edilən ümumi uzunluğu 245 mm olan bıçaq (tiyəsi və dəstəyi ayrı-ayrılıqda olmaqla), hadisə yerindən götürülmüş siqaret kötükləri, pambıq vasitəsilə götürülmüş qanabənzər nümunələr, Fərzalı Behbudova və Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri, bir ədəd su stəkanı, bir ədəd kiçik ölçülü spirtli içki stəkanı məhv edilməlidir. - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli bir ədəd qolsuz gödəkcə, ön tərəfdən zəncirbəndlə bağlanan bir ədəd boz rəngli uzunqol sviter, bir ədəd boz rəngli uzunqol köynək, tünd-göy rəngli cins şalvar, bir cüt göy rəngli çəkələk və Təqsirləndirilən şəxs məxsus mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - zərərçəkmiş şəxs Fərzalı Behbudovun hadisə zamanı əynində olmuş ön tərəfində zəncirbəndi olan bir ədəd uzunqol gödəkcə, bir cüt qara rəngli ayaqqabı, üzərində qara rəngli bel kəməri olan bir ədəd tünd-göy rəngli cins şalvar, bir ədəd qara rəngli qolsuz gödəkcə, ön tərəfində cibləri olan bir ədəd qara rəngli uzunqol köynək, idman üslublu bir ədəd boz rəngli qısaqol köynək, idman üslublu bir ədəd qara rəngli şalvar, bir ədəd tündqırmızı rəngli alt paltarı (trusik), bir cüt qara rəngli corab və Fərzalı Behbudova məxsus mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C01415538 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış kompleks məhkəmə-trasoloji, məhkəmə-daktiloskopik, məhkəmə ballistik ekspertizalarının keçirilməsinə sərf edilmiş 207 (iki yüz yeddi) manat, məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 (əlli) manat, məhkəməpsixoloji ekspertizasının keçirilməsinə sərf edilmiş 120 (yüz iyirmi) manat olmaqla ümumilikdə 377 (üç yüz yetmiş yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına, materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 275 ( iki yüz yetmiş) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - hadisə yerindən götürülmüş cinayətin aləti hesab edilən ümumi uzunluğu 245 mm olan bıçaq (tiyəsi və dəstəyi ayrı-ayrılıqda olmaqla), hadisə yerindən götürülmüş siqaret kötükləri, pambıq vasitəsilə götürülmüş qanabənzər nümunələr, Fərzalı Behbudova və Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri, bir ədəd su stəkanı, bir ədəd kiçik ölçülü spirtli içki stəkanı məhv edilsin. - Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş ön tərəfdən zəncirbəndlə bağlanan qara rəngli bir ədəd qolsuz gödəkcə, ön tərəfdən zəncirbəndlə bağlanan bir ədəd boz rəngli uzunqol sviter, bir ədəd boz rəngli uzunqol köynək, tünd-göy rəngli cins şalvar, bir cüt göy rəngli çəkələk və Təqsirləndirilən şəxs məxsus mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - zərərçəkmiş şəxs Fərzalı Behbudovun hadisə zamanı əynində olmuş ön tərəfində zəncirbəndi olan bir ədəd uzunqol gödəkcə, bir cüt qara rəngli ayaqqabı, üzərində qara rəngli bel kəməri olan bir ədəd tünd-göy rəngli cins şalvar, bir ədəd qara rəngli qolsuz gödəkcə, ön tərəfində cibləri olan bir ədəd qara rəngli uzunqol köynək, idman üslublu bir ədəd boz rəngli qısaqol köynək, idman üslublu bir ədəd qara rəngli şalvar, bir ədəd tündqırmızı rəngli alt paltarı (trusik), bir cüt qara rəngli corab və Fərzalı Behbudova məxsus mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X9 qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsi və C01415538 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Arzuyar Kərimov