Məhkəmə qərarları › İş №1(109)-26/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-26/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-26/2024 05.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:10 Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1988-ci ildə Şərur rayonu Çomaxtur kəndində doğulmuş, evli, 3 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkar, orta təhsilli, məhkum olunmamış, Şərur rayonu Çomaxtur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, Türkiyə Respublikasında yaşayan qardaşı X4 Türkiyə Respublikasından Şahid2 vasitəsi ilə ona göndərdiyi 3,608 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini Nəbi Nəcəfovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 23 sentyabr 2023-cü il tarixdə Şahid2 qəbul etməklə əldə edib daşımaqla yaşadığı evdə saxlamış, istintaqa məlum olmayan tarixdə həmin narkotik vasitədən 0,078 qramdan artıq hissəsini 200 manat müqabilində Şahid1 satmış, 16 noyabr 2023-cü il tarixdə Şərur RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı Təqsirləndirilən şəxs yaşadığı Şərur rayonu Çomaxtur kəndində yerləşən evin həyətyanı sahəsində yerləşən sanitar qovşağa baxış zamanı sellofan torbanın içərisində 21 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,187 qram, 0,151 qram, 0,241 qram, 0,155 qram, 0,179 qram, 0,151 qram, 0,172 qram, 0,170 qram, 0,141 qram, 0,174 qram, 0,188 qram, 0,125 qram, 0,144 qram, 0,206 qram, 0,180 qram, 0,163 qram, 0,125 qram, 0,181 qram, 0,203 qram, 0,164 qramdan ibarət bükümlərdə olmaqla, ─ ümumilikdə, təmiz çəkisi 3,608 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, darvazanın arxasından narkotik vasitəni götürmüş, saxlamış, daşımış, lakin qabaqcadan Nəbi ilə əlbir olmamış, Nəbiyə kömək etməkdə məqsədi onun təzyiq altında olduğunu bilməsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Çayxanada olarkən qardaşı Nəbi Nəcəfov ona zəng edib – “Qapının arxasına veş qoyublar, onu gəlib səndən götürəcəklər”- demiş, evə gedərək qapının arxasından ağ sellofandakı psixtrop maddəni götürüb qardaşına zəng edərək - “Bu nədi mənim qapıma göndərmisən?” - deyə şikayətlənmiş, Nəbi də ona - “Onu gəlib səndən götürəcəklər, sənə artıq məlumat verə bilmərəm”- demişdir. Təkidlə qardaşından narkotik maddəni kimin qoyduğunu soruşsa da, qardaşı ona - “mən dediyim adamlar gəlib götürdükdən sonra kimin qoyduğunu deyəcəm” – deyə bildirmişdir. Axşam narkotik maddəni qapının arxasından götürüb 2 metr kənarda həyətyanı sahədəki köhnə dama qoymuş, Nəbiyə təkrar zəng edib - “Bu nə məsələdir?” - deyə soruşmuş, Nəbi də ona - “Qapıya adam gələcək, verərsən ona” - demişdir. Nəbiyə - “narkotikə görə qapıya heç kimi gəlməsin, gəlsələr də, geri qaytaracağam”- demiş, həmin vaxt Nəbi - “Sən onu verməsən, mənim başım ağrıyacaq”-deyə söyləmişdir. O, Nəbiyə təzyiq olduğunu hiss etmişdir. Nəbi Əfqan və Elvini narkotik vasitə üçün qapısına göndərsə də, onlara narkotik vasitə verməmişdir. Nəbi axşam ona zəng edib vəziyyətinin yaxşı olduğunu bildirmiş, o da dərhal qardaşıgilin evinə zəng edərək qardaşını soruşmuş, ona Nəbinin 2 gündür evə gəlmədiyini söyləmişlər. Qardaşına görüntülü zəng etmiş, lakin danışan zaman qarşı tərəfin kamerası açıq olmamışdır. Səhəri gün qardaşı ona zəng edərək - “sən onu bükümlərə ayır, 4-5 yerə qoy ki, mən evə salamat gedə bilim”- demiş, Nəbinin dediyini məcbur qalıb etmiş, psixotrop maddəni sellofan bükümlərdə təxminən 4-5 müxtəlif yerə qoyaraq şəkillərini çəkib vatsap vasitəsi ilə Nəbiyə göndərmiş, sonra Nəbi ilə əlaqə saxlayaraq evdə olub-olmadığını soruşmuş, evdə olduğunu bilən kimi qardaşıoğlunun müdiri ilə əlaqə saxlayıb onları yaşadığı yerdən başqa yerə köçürmüşdür. Həmin gün narkotik maddəni sanitar qovşağına atmaqda məqsədi onu məhv etmək olmuşdur. Bu günə kimi narkotik vasitə istifadə etməmiş, törətdiyi əməli qardaşına görə məcburiyyətdən etmişdir. Bu işin içində nə olduğunu bir qardaşı, bir də Şahid2 bilmiş, onların əməlində qabaqcadan əlbirlik olmuşdur. Şahid1la Türkiyədə münasibəti olduğu üçün ona burada köməklik etmiş, ev tutub kirayə pulunu vermiş, ərzaq dükanına tapşırdığı üçün Əfqan 260 manatlıq ərzağı nisyə götürmüşdür. Əfqan ona kart vasitəsi ilə göndərdiyi pulu ərzaq mağazasına ödəyəcəyi borcuna görə atmış, noyabr ayının 13-ü bunu özü də etiraf etmişdir. O, Əfqana narkotik vasitə verməmiş, Əfqan dayısıoğlunun kartına dükana borcu olduğu üçün 100 manat atmış, 50 manat isə əvvəlcədən vermişdir. Dayısıoğlunun bu işlərlə heç bir əlaqəsi olmamış, öz kartı olmadığı üçün Ramilin kartından istifadə etmişdir. Şahid2 ilə heç bir əlaqəsi olmadığını söyləmiş, narkotik vasitəni kimdən alıb, kimlə göndərdiyindən heç bir məlumatı olmamışdır. Təzyiq altından çıxandan sonra Nəbidən - “Bu saatda kim mənim qapıma narkotik gətirib?”- deyə soruşduqda Rzanın gətirib qoyduğunu söyləmiş, o həmin gündən sonra nə Rzaya zəng etmiş, nə də axtarmışdır. Qapısına narkotik maddə qoyulandan bir gün sonra Rzanın qoyduğunu öyrənmişdir. Rzanın qapıya qoyduğu narkotik sellofan torbada və bir bükümdə olmuş, ayaqqabını isə Rza öz evlərində saxlamışdır. Qardaşı müəyyən adamlara çatdırmaq üçün narkotiki 42 bükümə ayırmağı tapşırmış, bu proses oktyabrın 4-dən 12-ə kimi davam etmişdir. Narkotikin hamısını bir gündə bükümlərə ayırmamış, həmin gün təxminən 4 büküm edərək təhvil vermiş, daha sonra ayrı-ayrı vaxtlarda bükümlərə ayırmışdır. Narkotiki bükümlərə ayırarkən tərəzidən istifadə etməmiş, gözə yarı barmağı ilə ayırmışdır. Daha sonra Əfqan tərəzini gətirib qapının arxasına qoymuş, ona birbaşa verməmiş, qardaşı ona - “Çək birini 0.5 qram elə şəkilini at mənə”- deyə söyləmiş, qardaşının tapşırığını etmiş, daha sonra tərəzini aparıb sanitar qovşağına atmış, çəkdiyi narkotiki də yenidən həmin sellofanın içinə boşaltmışdır. Tərəzini onun qapısına kimin qoyduğunu görməmiş, Nəbi ona Əfqanın qoyduğunu demişdir. Qardaşı evə getdikdən sonra narkotiki sanitar qovşağına ataraq məhv etmişdir. Həmin bükümləri əldən heç kimə verməmiş, Nəbinin tapşırığı ilə kənddəki məsciddən 100 metr irəlidə çayın kənarında bir ağacın altına, 10 metr irəlidə daş altına, 5 metr irəlidə durbanın, digərini isə bardurun dibinə qoymuş və qoyduqdan sonra hər birinin şəkilini çəkib Nəbiyə atmışdır. Qoyduğu narkotik maddələri kimlərinsə, gəlib götürəcəyini bilmiş, amma şəxs olaraq kimin gəlib götrəcəyini bilməmişdir. Bu deyilənləri etdikdən sonra qardaşını buraxmışlar. Ailəvi Əfqangilə qonaq gedəndə Əfqanın siqareti olmamış, həmin vaxt ona siqaret vermiş, lakin həmin siqaret qutusunun içində narkotik vasitə olmamışdır. Nəbi onun atdığı şəkillərdən birini Şahid6 göndərmiş, həmin yerdən metamfetamini Şahid6 götürmüş, ona bu məlumatı Nəbi söyləmişdir. Şahid6 həmkəndlisi kimi tanımışdır. Digər şəxs olan Rövşən Bayramlı ilə ədavəti olduğu üçün onunla danışmır. X6 ailə probleminin olmasına, narkotik maddə istifadə etməsinə, bu cür tüfeyli həyat yaşamasına görə münasibətləri yaxşı olmamış, hətta vatsapdan nömrəsini bloka atmış, Nəbinin narkotik maddə istifadə etdiyini son vaxtlar bilmiş, lakin Nəbi ona narkotik alqı – satqısı təklif etməmişdir. Bu hadisələr baş verəndə Nəbi ilə münasibəti yaxşı olmamış, sentyabrda anası gəldiyinə görə, telefon vasitəsi ilə danışmış, nömrəsini əngəllədiyi üçün Nəbi oğlunun telefonundan zəng edib - “Məni blokdan çıxar, səninlə işim var”-demişdir. Nəbi reklam işlərinə görə Rzaya zəng etmiş, Rza cavab vermədiyi üçün ondan qardaşı Orxanla əlaqə saxlamasını istəmiş, Orxanla danışanda Rzanın Bakıdan gəlib yatdığını söyləmişdir. Daha sonra Rzanı niyə axtardığını soruşmuş, Nəbinin axtardığını deyəndə Orxan - “Rza yaxınlarda İstanbula getmişdi, bunlar, yəqin, orada yenə bir-birilərini tapıblar?”- demişdir. Həmin günün axşamı Rzanın özü zəng edib -“ Cəsur, məni axtarırdın?”- deyə soruşmuş, o da Nəbinin axtardığını söyləmişdir. Narkotik qapıya qoyulduqdan sonra Nəbi ona - “İstanbulda Rza ilə görüşmüşük, onunla ayaqqabı göndərmişəm ”-desə də, o, ayaqqabını görməmişdir. Nəbi ilə aralarında 10000 manatlıq mal söhbəti olmuş, ona göndərilən malın çox olduğunu bildirmişdir. Nəbi təzyiq altında olduğu üçün narkotik maddəni polis orqanlarına təhvil verməmişdir. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs ─ Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, şahid ifadələri, ekspert rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cəsurla tanışlığı İstanbul şəhərindən olmuş, Nəbi İstanbulda tutulan zaman Cəsur İstanbula gələrək qardaşı Nəbini içəridən çıxartmaq üçün ondan kömək istəmiş, Nəbini şikayət edənləri tanıdığından onlarla danışmış, şikayətlərini geri götürdükləri üçün Nəbi içəridən çıxmışdır. Şərura gələndə onu Cəsur qarşılamış, kirayə ev tutmağına, dükandan borca mal götürməyinə kəfil olmuşdur. Bura yeni gəldiyindən heç kəsi tanımamış, Cəsura - “burada psixotrop maddə satan olsa, mənə de” - söyləyən zaman Cəsur ona - “Bu məsələyə görə mən qardaşımı da silmişəm, danışmıram”- demişdir. Cəsurla təxminən bu 4 ay ərzində 3-4 dəfə görüşmüşdür. İbadullah kəndindən Şahin ona Nəbinin nömrəsini verib - “sənin əlaqən var, Nəbi ilə danış, o sənə burada narkotik maddəni təşkil edər”- demiş, Şahinin telefonuyla Nəbiyə zəng edib narkotik istəyəndə onu rədd etmiş , təxminən 2 gün sonra telefonu olmadığı üçün iş yoldaşı Sahibin vatsapı ilə Nəbi Nəcəfovla əlaqə saxlamış, Nəbi ona -“mən səni tanımadığım üçün “yox” dedim, üzrlü say, sənin mənə İstanbulda çox köməyin keçib, sənin hədiyyəni göndərmişəm, Cəsurdan götür” - deyə söyləmişdir. Saat təxminən 18:00-19:00 radələrində narkotiki götürmək üçün Cəsurgilin həyətinə getmiş, Cəsurdan qara sellofan paketdən bir bükümlük narkotik maddəni götürərək bir dəfəlik istifadə etmişdir. Həmin gün Nəbiyə təkrar zəng edərək verdikləri narkotikin az olduğunu bildirmiş, Nəbi də - “Cəsura zəng edirəm, get yenə götür”- demişdir. İkinci dəfə Cəsurgilə gedəndə Cəsura 50 manat pul verərək narkotiki almış, Cəsur da - “artıq qapıya gəlmə, ətrafda şübhə yaranır, lazım olsa, zəng edərsən görüşərik” - deyə söyləmişdir. Üçüncü dəfə Cəsur ailəsi ilə onların evinə qonaq gələndə özü siqaret qutusunun içində 4 büküm narkotik vasitəni gətirmiş, o da bunun qarşılığında 80 manat pul ödəmiş və pulu çatmadığı üçün 2 bükümü geri qaytarmışdır. Hətta onlara qonaq gələn gün Cəsurun öz həmkəndliləri ilə aralarında narkotik alqı-satqısı barədə söz- söhbətləri olmuşdur. Həmin şəxslərə Cəsur bir dəfə narkotik satmış, daha sonra münasibətləri pozulduğu üçün ondan - “Sən bizim üçün Cəsurdan xahiş et, bizə narkotik versin” – deyə xahiş etmişlər. Onlar Cəsurun kartına pul atsalar da, Cəsur narkotikin olmadığını bildirib verməmişdir. Səhəri gün Cəsura zəng edərək - ”50 manat pul düzəltmişəm, başqasına satma, mən bunun istifadə edəniyəm, mənə sat”- demiş, “Karvan” restoranının qarşısında Cəsurun dayısıoğluna 50 manat pul vermiş, bununla da, ona 80 manat borcu qalmışdır. Bundan sonra Cəsurla alış-verişi olmamışdır. Narkotiki öz şəxsi istifadəsi üçün almış, satmaq məqsədi olmamış, Cəsurdan 3 dəfə narkotik almış, birinci dəfə pulsuz alsa da, digər ikisinin pulunu ödəmişdir. Cəsurun evinə tərəzini o qoymamış, onun başqa şəxslərə də narkotik satdığından xəbəri olmamışdır. Cəsura narkotik vasitələrə görə ayrı-ayrılıqda 50 Azn, 80 Azn və 100 Azn pul ödəmiş, sözükeçən 50 manatı dayısıoğluna vermiş, 100 manatı isə dayısıoğlunun kartına atmış, qalan pulu şəxsən Cəsurun özünə vermişdir. Cəsura verdiyi pulları dükana olan borcuna yox, aldığı narkotik vasitələrə ödəmişdir. Mağazaya olan borcunun 50 manatını özü ödəmiş hələ də mağazaya borcu qalmışdır. Şahid1 ifadəsinə əlavə olaraq bildirdi ki, narkotik vasitəni 12 yaşından bəri istifadə edir. Türkiyədə olarkən Nəbidən narkotik vasitə almamış, amma Nəbinin orada başqa şəxslərə narkotik maddə satdığından xəbəri olmuşdur. Şahid2 və Şahid6 tanımamış, narkotik maddənin kimin adına gəldiyindən xəbəri olmamışdır. Türkiyə Respublikasında narkotik satmaqla bağlı Nəbiyə heç kim təsir göstərməmiş, hətta o, Nəbiyə zəng edib narkotik vasitə istədikdən 2 gün sonra özü ona hədiyyə göndərdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun yük maşını olduğu üçün sentyabrın 18-i Cəsurun qardaşı Nəbi ona zəng vurub - “sənə ev əşyası göndərəcəm onu götürərsən”- demiş, təxminən saat 04:00-05:00 radələrində ona zəng gəlmiş və - “Sizə əmanətdən veş gəlib, Daşarxdan yanacaqdoldurma məntəqəsinin yanından götürərsiz” - deyə söyləmişlər. Veşi götürməyə getmiş, maşının arxası dolu olsa da, ona sadəcə ayaqqabı vermişlər. Təkrar Nəbiylə əlaqə saxlayıb - “Axı siz mənə ev əşyası demişdiz, mənə təkcə ayaqqabı gəlib” - deyərək şikayətlənmiş, Nəbi də ona - “Sən ayaqqabını götür, veşləri gələn səfər göndərəcəm”-deyə bildirmişdir. Həmin gün Bakıya toya gedəcəyi üçün gecə reysinə bileti olmuş, ayaqqabını öz avtomobilinə qoyub Bakıya getmişdir. Sentyabrın 21-i qardaşı ona zəng vurub - “Cəsur səni axtarır” - demiş, qardaşına 22-si gələcəyini, gələn kimi də veşi çatdıracağını söyləmişdir. Sentyabrın 22-si Bakıdan gələn kimi şühbələndiyi üçün ayaqqabının içərisinə baxmış və sağ tayındakı psixotrop maddəni görmüş, lakin qutunun içində tərəzi olmamışdır. Narkotikdən əvvəllər də istifadə etdiyi üçün həmin maddənin metafetamin olduğunu anlamışdır. Daha sonra Nəbi ilə əlaqə saxlamış, həmin psixotrop maddəni başından edəcəyini ona bildirmiş, Nəbi də ona - “narkotiki Cəsurun evinin içəri tərəf girişində darvaza dəmirinin arxasına qoy”- demişdir. Gecə təxminən saat 01:00-02:00 radələrində Şahid5 taksisi ilə gedərək narkotik maddəni bütöv bir sellofanda Cəsurgilin darvazalarının arxasına qoymuş, lakin Cəsurun özünü görməmiş, taksi ilə getdiyi üçün əlində veş görünməsin deyə ayaqqabını aparmamış, daha sonra onu başından etmək üçün Daşarx körpüsündən atmış, həmin psixotrop maddədən özünün istifadəsi üçün bir çəkimlik götürmüş və bu hadisədən sonra nə Cəsurla görüşmüş, nə də telefonla danışmışdır. Şahid2 ifadəsinə əlavə olaraq bildirdi ki, Nəbi və oğlu Rövşən 4 il onun yanında sexdə işləmişlər. Nəbinin metamfetamini Türkiyə Respublikasından “əmanət” vasitəsi ilə yolladığını, özünün gömrükdən keçirmədiyini demiş, Türkiyə Respublikasında olan zaman Nəbi ilə görüşməmiş, 3 gün qabaq İstanbul şəhərinə getməmiş və gömrükdən keçib 4-5 saat ərzində qayıtmışdır. Əmanəti verən adamların avtomobilinin dövlət qeydiyyat nişanı Azərbaycana məxsus olmuş, onlardan bir cüt mavi rəngdə ayaqqabı götürmüşdür. Nəbinin narkotik satdığından hadisə baş verən günə qədər xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iyul ayının 14-ü İğdıra getmiş, Cəsura dükandan ərzaq götürməsi üçün zamin durduğundan, gecə bibisioğlu Cəsur vatsapda ona zəng edib - “Dayıoğlu borcla bağlı Hikmət bizi çox sıxır” - demişdir. Cəsur -“Dayıoğlu kartını at, Əfqan sənin kartına 100 manat pul atacaq, gələndə çəkib verərsən mənə” – deyə söyləmiş, həmin vaxt kartına 99 manat pul köçmüşdür. Təxminən gecə saat 04:00 radələrində anası vatsapdan zəng vurub - “qapıya maşın gəlib ki, Ramildə bizim veşimiz var”- demiş, o da telefonu onlara verməyini istəmiş, polislər gecə vaxtı anası qorxmasın deyə ona elə demişlər. Polis əməkdaşı Cəsuru axtardıqlarını bildirmiş, o da : “Yəqin, Cəsur yenə içib kimləsə savaşıb”- deyə düşünmüşdür. Səhəri gün İğdırdan gəlib şöbəyə getmiş, orada - “sənin kart hesabına Cəsurun satdığı narkotikin pulu atılıb”- deyə söyləmişlər, o da - “nə pulu olduğunu bilmirdim, amma onun dükana pul verəcəyini bilirdim” - deyə cavab vermiş, gecə 99 manatı çəkib Cəsura verdiyini, daha sonra isə işə getdiyini demiş, günorta Cəsuru yenə şöbəyə çağırdıqlarını eşitmişdir. Cəsura çatacaq pul onun kartına bir dəfə atılmış, Cəsur 99 manat kartdan pul çəkib onun 70 manatını Hikmətin dükanına olan borcuna vermiş, həmin borc Cəsurun dostu Əfqanın adına yazılmış, Cəsur 70 manatı ödəsə də, hələ də borcu qalmışdır. Daha sonra Cəsurun adına onun kartı hesabına pul atan olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 15 noyabr 2023-cü ildə Təqsirləndirilən şəxs psixotrop maddələrin saxlanması və dövriyyəsi ilə məşğul olduğu üçün şübhəli şəxs qismində saxlanılmış, 16 noyabr 2023-cü ildə həyətyanı sahəsinə özünün iştirakı ilə baxış keçirmişlər. Cəsur həyətyanı sahəsindəki sanitar qovşağından taxtanın ucuna dəmir bağlayaraq ağ sellofan torbanın içindən narkotik maddəni özü çıxarmış, çıxardıqdan sonra sayaraq 42 büküm narkotik tərkibli maddə olduğunu bildirmiş, çıxan narkotikin özünə məxsus olduğunu etiraf etmiş və sanitar qovşağına qoyduğunu Cəsurun özü göstərmiş, müstəntiqin iştiraki ilə psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitənin ayrı-ayrılıqda 42 qara sellofana büküldüyünü, onların da ağzı bağlı bir qara sellofanda sanitar qovşağına atıldığını demiş, sellofanlar bükümdə olduğundan və su keçirmədiyi üçün tam xarab olmadığını söyləmişdir. Sanitar qovşağından sellofan torbanın içində olan narkotik maddələr çıxarıldıqdan sonra zibil olduğu üçün iki dəfə suda yumuş və özü saymışdır. Əvvəllər Cəsurla bağlı heç bir şikayət eşitməmiş, adının narkotiklə birgə hallandığını, onun şöbəyə gətirildiyini görməmiş, Cəsuru mebel ustası kimi tanıdığını bildirmişdir. Tərəzinin sanitar qovşağından götürülməsində iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, onu polis bölməsinə çağırıb - “Cəsur ondan metamfetamin almağın barədə izahat verib”demişlər. Nəbi onun narkotik istifadəçisi olduğunu bildiyi üçün ona zəng edərək - “ metamfetamin var istəyərsən?”- deyə soruşmuş, o da razılaşmış, Nəbi narkotikin hara qoyulduğunun şəklini çəkib atmış, narkotik vasitəni ora kimin qoyduğu barədə ona məlumat verməmişdir. Nəbi ilə danışdıqdan sonra metamfetamini Şərur rayonunda “Karvan” restoranının yanındakı dirəyin dibindən götürmüş və istifadə etmişdir. Bundan təxminən 15 gün sonra Nəbi metamfetaminin Cəsurda olduğunu demiş, təxminən saat 15:00-16:00 radələrində Cəsurun evinə gedərək telefonda Nəbi ilə onu danışdırmış, daha sonra Cəsur ona qara sellofan bükümdə psixotrop maddəni vermiş, həmin metamfetamini tərəzidə çəkmədiyi üçün miqdarını bilməmiş, aldığı narkotikin pulunu Cəsura ödəməmişdir. Nəbiyə narkotikə görə 150 manat borcu olmuşdur. Metamfetamini birinci dəfə Nəbinin verdiyi adresdən, ikinci dəfə isə Cəsurun evinə gedib ondan götürmüşdür. Şahid7 ifadəsinə əlavə olaraq bildirdi ki, Cəsuru uzun müddətdir tanımış, Cəsur ilə qardaşının toyda mübahisələri olsa da, onun Cəsurla münasibəti pozulmamışdır. Cəsurun başqa birinə narkotik satması ilə bağlı məlumatı olmamışdır. Türkiyədə olduğu zaman narkotik vasitə istifadə etmiş, o, burada istifadə etdikdə tutulmuş və inzibati məsuliyyətə cəlb olunmuş, bu hadisədən qabaq heç vaxt Cəsurdan narkotik vasitə almamış, Cəsurun narkotik satmağı ilə bağlı heç bir məlumatı olmamış, bunu tutulan vaxt öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olduğu üçün 23 sentyabr axşam saatlarında Rza ona zəng edib - “Gəl kəndimizdə qəbiristanlığın yanına buradan Çomaxtur kəndinə gedək”- demiş, Rza Çomaxtur kəndindəki məscidin yanında taksidən düşmüş, o, Rzanın düşdüyü yerdən təxminən 30-40 metr gedib, Çomaxtur kənd mərkəzindən dönüb qayıdanda Rza gəlib maşına əyləşmiş, daha sonra onu kəndə aparmışdır. Rza nə məqsədlə Çomaxtur kəndinə getdiyini ona söyləməmiş, onu məscidin yanından götürdüyü üçün hara getdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Cəsurun qardaşı Nəbi Nəcəfovla tanışlığı Türkiyə Respublikasından olmuş, Nəbidən lazım olduğu vaxtlar metamfetamin alıb istifadə etmiş, Naxçıvana gəldikdən sonra Nəbi ona zəng edib hal-əhval etdikdən sonra - “metamfetamin istifadə etmək istəsən, sənin üçün təşkil edərəm”- demiş, ona 100 manat borcu olduğunu xatırlatmışdır. Nəbi həmin borcu Fuad adlı şəxsə verməsini istəmiş, pulu Fuadın ona göndərəcəyini söyləmişdir. Ayağında ağrı olduğu üçün uzağa gedə bilməyəcəyini Nəbiyə bildirmiş, Nəbi də ona - “onda pulu apar Cəsura ver, de ki, Nəbiyə borcum var onun puludur”- deyə söyləmişdir. O, kənd mərkəzinə velosipedlə gedərək pulu Cəsura vermiş, bu pulu Nəbiyə olan borcuna görə verdiyini ona bildirmiş, həmin vaxt yanlarında heç kəs olmamışdır. Pulu verdiyi günün səhərisi Nəbi ona vatsapdan şəkil atıb - “Çomaxturda yolun kənarında dirəyin dibində metamfetamin var, götürüb istifadə edərsən” - demiş, yerini tapa bilmədiyi üçün vatsapla görüntülü zəng etmiş, o da yerini göstərmişdir. O, Nəbinin dediyi yerdən, yəni Çomaxtur kəndindəki məsciddən 100 metr irəlidə ─ yolun kənarında tut ağacının dibindən metamfetamini götürüb istifadə etmiş, lakin tərəzidə çəkməmiş, bükümün içindəki metamfetamin çox az olmuşdur. Metamfetamini oraya kimin qoyduğu barədə məlumatı olmamış, götürdükdən sonra Nəbi ilə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs mebel ustası kimi tanımış, onun narkotik istifadə etdiyini eşitməmiş, satdığını bilməmişdir. Cəsurla aralarında narkotik söhbəti olmamışdır. Oktaybırın 17-si Şərur Rayon Polis İdarəsinin əməkdaşları onu şöbəyə çağırıb Cəsurun onun əleyhinə ifadə verdiyini söyləmişlər. Həmin gün qanında metamfetamin aşkar olduğu üçün ona 45 gün inzibati həbs verildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 1143 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayonu Çomaxtur kənd sakini Təqsirləndirilən şəxs məxsus Şərur rayonu Çomaxtur kəndində yerləşən evin həyətyanı sahəsində olan sanitar qovşağının içərisindən götürülmüş, içərisində narkotik vasitəyə bənzər maddə olan 42 ədəd, qara rəngli, sellofana qablaşdırılmış büküm...” əl yazmaları, ad, soyad və imzalar ( 7 imza) olan və üzəri “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əksi ilə 11 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki 1 nömrəli sellofan torbada 21 ədəd bükümlərdə ümumi təmiz çəkisi – 3,608 qram (0,05 qramı ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3, 558 qram) olan ağ rəngli, kristal formada toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsula hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı İİ bənd, sıra № 27). 2 nömrəli sellofan torbada içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərin içərisində heç bir maddəyə rast gəlinmədi. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 161 nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 nömrəli kağız zərfin içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərdəki ümumi təmiz çəkisi – 3,558 qram (0,02 qram ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3, 538 qram) olan psixotrop maddə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ekspertiza tədqiqatına təqdim edilən 2 nömrəli kağız zərfin içərisindəki 01 ədəd gümüşü, rəngli kağız bükümdəki təmiz çəkisi – 0,048 qram olan psixotrop maddə metamfetamin, 3 nömrəli kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli kağız bükümdəki təmiz çəkisi – 0,094 qram olan psixotrop maddə metamfetamin, 4 nömrəli kağız zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,116 qram olan psixotrop maddə metamfetamin, 5 nömrəli kağız zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,119 qram olan psixotrop maddə metamfetamin kütlələri 1 nömrəli kağız zərfin içərisindəki 21 ədəd qara rəngli sellofan bükümlərdəki ümumi təmiz çəkisi- 3,558 qram (0,02 qram ekspertiza tədqiqatına sərf ediləndən sonra qalıq çəkisi 3,538 qram) olan psixotrop maddə metamfetamin kütlələri ilə kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Naxçıvan Muxtar Respublikası X2: - 17 yanvar 2024-cü il tarixli, 19 nömrəli ambulator məcburi narkoloji yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniya xəstəliyindən əziyyət çəkmir. - 17 yanvar 2024-cü il tarixli, 20 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 15 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd ”Xiaomi Redmi 9C” markalı mobil telefon aşkar edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs qardaşı X4 ona göndərdiyi və içərisində narkotik tərkibli vasitə olan bükümləri Şərur rayonu Yengicə kənd sakini Şahid1 verdiyini bildirmişdir. - 16 noyabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı sanitar qovşağının içərisindən iş üçün əhəmiyyət kəsb edə biləcək 42 ədəd qara rəngli sellofana qablaşdırılmış içərisində narkotik vasitəyə bənzər maddə olan büküm aşkar edilərək götürülmüşdür. - 20 noyabr 2023-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi 9C” markalı smartfon telefona baxış keçirilmiş, telefonda ***-***-**-** və ***-***-**-** nömrələr olmuşdur. Şahid6 məxsus ***-***-**-** mobil nömrəsi ilə, Şahid2 məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıqlar olduğu müəyyən olunmuşdur. Telefonun ”Galareya” bölməsinə daxil olduqda müxtəlif ölçüdə və müxtəlif rəngdə ayaqqabı şəkilləri və müxtəlif bank kartları, “Zamik Yeni” adı ilə qeyd olunmuş vatsap yazışmasının ekran şəkli qeyd olunmuş foto, “Nəbi” adı ilə qeyd olunmuş vatsap zənginin qeyd olunduğu, müxtəlif yerlərdə qara rəngli sellofan bükümlərin, 1 Azərbaycan manatının üzərində kristal şüşəyə bənzər maddənin olduğu, üzərində 0,5 qram yazılmış tərəzinin üzərində ağ rəngdə kristal formada şəkillərin olduğu müəyyən olunmuşdur. Rövşən Türksel adı ilə qeyd olunmuş 0090-***-***-**-** nömrəsinə 28 oktyabr 2023-cü il tarixdə zəng edilmiş, zəng qeydlərinin silindiyi, 10 oktyabr 2023-cü il tarixdə üzərində **********920665 nömrəsi yazılmış bank kartının saat 17:17-də göndərildiyi, saat 17:18-də Kapital Banka məxsus üzərində Şahid3 - **********275559 nömrəsinin yazıldığı bank kartının göndərildiyi müəyyən olunmuşdur. Ramil Dayıoğlu adı ilə qeyd olunmuş ***-***-**-** nömrəsindən 13 noyabr 2023-cü il tarixdə, saat 22:30-da üzərində Şahid3 **********275559 yazılmış Kapital banka məxsus bank kartı göndərilmişdir. Zümrüd Naxtel adı ilə qeyd olunmuş ***-***-**-** nömrəsi ilə cinayət işi üçün əhəmiyyət kəsb edən yazışmalar aşkar edilmişdir. - 15 fevral 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş Naxtel MMC-nin xx.xx.2024-cü il tarixli, 43 saylı məktubunun qoşma hissəsində göstərilən 01 ədəd xarici yaddaş qurğusu olan CD-ə baxış keçirilmiş və cinayət işi üçün əhəmiyyət kəsb edən danışıqlar aşkar edilmişdir. 04 dekabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 15 noyabr 2023-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 17 noyabr 2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, xx xxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, həqiqətən də, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsində 3 uşağı var. Onlardan biri azyaşlıdır. Həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Şərur rayonu Çomaxtur kəndində doğulmuş, orta təhsilini Çomaxtur kəndində almış, daha sonra hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra öz həyətyanı sahəsində özünə məxsus mebel sexi açmış və fəaliyyət göstərmişdir. 20 fevral 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin həyətyanı sahəsində yerləşən sanitar qovşağın içərisindən aşkar olunan 3.608 qram (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 3.538 qram metamfetamin) psixotrop maddə olan metamfetamin cinayətin predmenti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, daşıma.... qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn; üstündə gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qanunun 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi, onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin qanunun 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüməhəmiyyətkəsbedir. Təqsirkarın” narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs evinin həyatyanı sahəsində yerləşən sanitar qovşağından götürülmüş təmiz çəkisi 3,538 qram psixotrop maddə olan metamfetamin külli miqdar kimi qiymətləndirilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Nəbi Nəcəfovla qabaqcadan əlbir olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmış qanunsuz olaraq külli”miqdarda”narkotik vasitələri və ya psixotrop maddələri” əldə etmə, saxlama, daşıma və satma”cinayətini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Belə ki, Türkiyə Respublikasında yaşayan Nəbi Nəcəfov Şahid2 zəng edərək -“sənə ev əşyası göndərəcəm onu götürərsən”- deyə söyləmiş, gecə saat təxminən 04:00-05:00 radələrində Rzaya zəng edib ona göndərilmiş əşyanın gəldiyini və Daşarx yanacaqdoldurma məntəqəsinin yanından götürməsini istəmişlər. Rza sentyabrın 18-i ayaqqabı qutusunu dedikləri yerdən götürmüşdür. Həmin gecə Bakıya gedəcəyi üçün ayaqqabını öz avtomobilinə qoymuş, Bakıda olarkən qardaşı Orxan ona zəng edərək Cəsurun onu axtardığını söyləmiş, Orxana - “ Cəsura de, gələn kimi veşi təhvil verəcəm”demişdir. Bakıdan qayıtdıqdan sonra şübhələndiyi üçün ayaqqabı qutusunu açmış, ayaqqabının sağ tayından psixotrop maddə olan metamfetamini tapmış, Nəbi ilə əlaqə saxlayaraq psixotrop maddəni başından edəcəyini bildirmiş, Nəbi də ona - “narkotiki Cəsurun evinin içəri tərəf girişində darvaza dəmirinin arxasına qoy” demişdir. Nəbinin göndərdiyi metamfetamindən bir çəkimlik özü üçün götürmüş, gecə təxminən saat 01:00- 02:00 radələrində qalan narkotik maddəni bütöv bir sellofanda Şahid5 taksisi ilə gedib Cəsurgilin darvazalarının arxasına qoymuş, Cəsurun özünü görməmiş, taksi ilə getdiyi üçün əlində heç nə görünməsin deyə ayaqqabını aparmamış, ayaqqabını başından etmək üçün Daşarx körpüsündən atmışdır. Nəbi Nəcəfov qardaşı Təqsirləndirilən şəxsa zəng vurub - “Qapının arxasına “veş” qoyublar onu gəlib səndən götürəcəklər”- demiş, Cəsur qapının arxasındakı şəffaf sellofandakı psixotrop maddəni götürmüş, evindən 2 metr aralıda həyətyanı sahədəki köhnə dama qoymuş, qardaşı Nəbi ilə təkrar əlaqə saxlayaraq - “Bu nə məsələdir?” - deyə soruşmuş, Nəbi də ona - “Qapıya adam gələcək, verərsən ona” - demişdir. Nəbiyə - “narkotikə görə qapıya heç kim gəlməsin, gəlsələr də, geri qaytaracağam”- demiş, təkidlə narkotik maddənin kimin qoyduğunu soruşmuş, qardaşı ona Şahid2 qoyduğunu söyləmişdir. Səhəri gün qardaşı Cəsur ilə əlaqə saxlayıb narkotiki başqa şəxslərə satmaq məqsədi ilə 42 bükümə ayırmasını, Əfqanın darvazasına qoyduğu tərəzi ilə çəkərək hər bükümü 0.5 qram etməsini, 4-5 müxtəlif yerlərə qoyub şəklini çəkərək vatsap sosial şəbəkəsi ilə ona atmasını istəmişdir. Bu proses oktyabrın 4-dən 12-ə kimi davam etmiş, Təqsirləndirilən şəxs narkotikin hamısını bir gündə bükümlərə ayırmamış, həmin gün təxminən 4 büküm edərək təhvil vermiş, daha sonra ayrı-ayrı vaxtlarda bükümlərə ayırmışdır. Həmin bükümləri əldən heç kimə verməmiş, Nəbinin tapşırığı ilə kənddəki məsciddən 100 metr irəlidə ─ çayın qırağında bir ağacın altına, 10 metr irəlidə daşın altına, 5 metr irəlidə boruya, digərini isə bardurun dibinə qoymuş və qoyduqdan sonra hər birinin şəkilini çəkib Nəbiyə göndərmişdir. Qoyduğu narkotik maddələri kimlərinsə gəlib götürəcəyini bilmişdir. Təqsirləndirilən şəxs Şahid1 3 dəfə metamfetamin vermiş, Əfqan narkotik vasitələrə görə ayrı-ayrılıqda 50 Azn, 80 Azn və 100 Azn pul ödəmiş, sözükeçən 50 manatı Cəsurun dayısıoğlu Ramilə vermiş, 100 manatı isə dayısıoğlu Ramilin kartına atmış, qalan pulu şəxsən Cəsurun özünə vermişdir. Cəsura verdiyi pulları dükana olan borcuna yox, aldığı narkotik vasitələrə görə ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 kartına 99 manat pul köçdüyünü təsdiqləmişdir. Şahid7 Nəbi ilə danışdıqdan sonra metamfetamini Şərur rayonunda “Karvan” restoranının yanındakı dirəyin dibindən götürmüş və istifadə etmişdir. Nəbi metamfetamini oraya kimin qoyduğu barədə Zamiqə məlumat verməmişdir. Metamfetamini Nəbinin verdiyi ünvandan götürdükdən təxminən 15 gün sonra Nəbi metamfetaminin Cəsurda olduğunu demiş, Cəsurun evinə gedərək onu telefonda Nəbi ilə danışdırdıqdan sonra Cəsur ona qara sellofan bükümdə narkotiki vermişdir. Aldığı narkotiklərin pulunu Cəsura ödəməmiş, narkotikə görə Nəbiyə 150 manat borcu olmuşdur. X9 Bayramlıya vatsappdan şəkil atıb - “Çomaxturda yolun kənarında dirəyin dibində metamfetamin var, götürüb istifadə edərsən” - demiş, Elnur yerini tapa bilmədiyi üçün vatsapla görüntülü zəng etmiş, o da yerini göstərmişdir. O, Nəbinin dediyi yerdən, yəni, Çomaxtur kəndindəki məsciddən 100 metr irəlidə ─ yolun kənarında tut ağacının dibindən metamfetamini götürüb istifadə etmişdir. Təqsirləndirilən şəxs Çomaxtur kəndindəki məsciddən 100 metr irəlidə ─ yolun kənarında tut ağacının dibinə metamfetamini qoyması və Şahid6 həmin metamfetamini Cəsurun qoyduğu yerdən götürüb istifadə etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Bütün göstəilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz ifadəsində də qeyd etdiyi kimi psixotrop maddə olan metamfetamini Şahid1, Şahid7 və Şahid6 satmadığını söyləməsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri”külli”miqdarda”əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərmə maddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri”külli”miqdarda”əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərmə”maddəsi üzrə sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsinin 4(110)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 15 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 ( dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 4(110)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 3 ay müddətinə, yəni 15 iyun 2024-cü il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 15 noyabr 2023cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90,40 (doxsan manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi Qaydası” və ”Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərdə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Şərur Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən sanitar qovşağından götürülmüş təmiz çəkisi 3,608 qram psixotrop maddə olan metamfetamin (ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalıq çəkisi 3,538 qram psixotrop maddə olan metamfetamin) məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmasının video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs və Şahid2 üzləşməsinin video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs və Şahid1 üzləşməsinin video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Şahid2 ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Şahid5 ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Naxtel MMC-nin xx.xx.2024-cü il tarixli, 43 saylı məktubunun qoşma hissəsində göstərilən 01 ədəd "xxxx", expansion markalı xarici yaddaş qurğusuna baxış 01 ədəd "xxxx" cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2023-cü il tarixdən hesablansın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90,40 (doxsan manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Şərur Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 3,538 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd CD, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmasının video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs və Şahid2 üzləşməsinin video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs və Şahid1 üzləşməsinin video qeydi 01 ədəd "xxxx", Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Şahid2 ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Şahid5 ifadələrinin yerində yoxlanmasının video qeydi 01 ədəd "xxxx", Naxtel MMC-nin xx.xx.2024-cü il tarixli, 43 saylı məktubunun qoşma hissəsində göstərilən 01 ədəd "xxxx", expansion markalı xarici yaddaş qurğusuna baxış 01 ədəd "xxxx" cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza Arzuyar Kərimov Hakimlər: 1. imza Hüseyn Məmmədov

2. imza Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar