Məhkəmə qərarları › İş №1(109)-26/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-26/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-26/2025 29.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:25 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs X3 və tərcüməçi X5 iştirakları ilə 09 aprel 1990-ci ildə İran İslam Respublikasının Poldəşt şəhərinin Şəhrəki Araz kəndində doğulmuş, evli, 1 uşaq atası, İran İslam Respublikasının vətəndaşı, balıqçılıqla məşğul olan, orta təhsilli, məhkum olunmamış, İran İslam Respublikasının Poldəşt şəhərinin Şəhrəki Araz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 256.3, 312.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, X7 Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı Araz çayı üzərindən keçən dövlət sərhəd xəttini bəlli edən su nişanları təbii proseslər nəticəsində ayrı-ayrı vaxtlarda yerlərini dəyişdiyindən, həmin nişanların yerlərinin müəyyən edilməsi və bununla bağlı digər təşkilati tədbirlərin görülməsi məqsədi ilə 2019cu ilin may ayından etibarən ayrı-ayrı vaxtlarda bir neçə dəfə İran İslam Respublikasının sərhəd xidmətinin hərbi qulluqçularını Araz çayı üzərində, müəyyən edilmiş dövlət sərhəd xəttində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşməsi üçün qayıqla müşayiət etmiş və həmin görüşlər zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının «Naxçıvan» X9 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun rəisi-1-ci kiçik sərhəd mühafizə katerinin komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olan Şahid1 ilə tanış olmuşdur. 31 dekabr 2022-ci il tarixdə, saat 21:00 radələrində M.C.Sadiqpur şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərlə birlikdə qayıqla Araz çayı üzərində, müəyyən edilmiş dövlət sərhəd xəttinə yaxınlaşaraq həmin vaxt orada «liman gözətçisi» naryadında xidmət aparan «Naxçıvan» X9 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun 2-ci kiçik sərhəd mühafizə katerinin baş mühərrikçisi, miçman Şahid7 müraciət edib baş leytenant Şahid1 harada olduğunu soruşaraq sonuncunu axtardığını bildirmiş və bu barədə elə həmin gün, saat 22:00 radələrində miçman Şahid7 tərəfindən «liman gözətçisi» naryadının təhvil verilməsi zamanı baş leytenant Şahid1 məlumat verildikdə, o, «liman gözətçisi» naryadını təhvil aldıqdan sonra "xxxx" MMC-də balıqçı işləyən və naryada təyin edilmiş hərbi qulluqçuları zavoda məxsus katerlə marşrut üzrə daşıyan Şahid4 idarə etdiyi katerlə M.C.Sadiqpurun və onunla birlikdə gəlmiş şəxslərin olduqları 16 №-li sərhəd nişanının yanına getmişdir. Orada aralarındakı görüş zamanı M.C.Sadiqpur baş leytenant Şahid1 özünə və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda balığın qanunsuz tutulmasına və daha sonra həmin balığın vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirilməsinə şərait yaratmasını xahiş etmişdir. Həmin vaxt baş leytenant Şahid1 M.C.Sadiqpuru yaxından tanımadığına görə ehtiyat edərək təklifini rədd etmiş və ona dövlət sərhədini keçəcəyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görüləcəyini bildirərək, oradan ayrılmışdır. 01 yanvar 2023-cü il tarixdə, səhər saatlarında baş leytenant Şahid1 "xxxx" MMCdə işləyən şəxslərdən soraqlaşaraq M.C.Sadiqpurun həmin zavodda balıqçı işləyən Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsinin sakini Şahid3 ilə qohumluq əlaqələrinin olduğunu və bir-biri ilə yaxın əlaqə saxladıqlarını öyrənərək, Şahid3la xidməti ərazidə görüşmüş və M.C.Sadiqpurun özünə etdiyi təklif barədə hər hansı məlumat vermədən, onun etibarlı adam olub-olmadığını və şəxsi keyfiyyətlərini soruşmuş, Şahid3 da ona M.C.Sadiqpurla aralarında qohumluq əlaqələrinin olduğunu təsdiq edərək, sonuncunun kimsəyə hər hansı problem yaratmayan və etibarlı şəxs olduğunu bildirmişdir. Bundan sonra baş leytenant Şahid1 01 yanvar 2023-cü il tarixdə, saat 20:00-da təyin olunduğu «liman gözətçisi» naryadına daxil olub həmin naryad üzrə xidmət apararkən, gecə saatlarında M.C.Sadiqpurun şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərlə birlikdə qayıqda Araz çayının İran İslam Respublikasına aid hissəsində balıq tutduqlarını görərək, sonuncunu sərhəd xəttinə çağırmışdır. Orada aralarındakı söhbət zamanı baş leytenant Şahid1 dövlət sərhədini pozaraq Azərbaycan Respublikası istiqamətində qanunsuz balıq tutan digər İran İslam Respublikasının vətəndaşları, eləcə də sərhəd və rejim pozucuları barədə ona məlumat verəcəyi təqdirdə, xahişini müsbət dəyərləndirəcəyini bildirdikdə, M.C.Sadiqpur həmin təklifi qəbul etmiş və aralarındakı sövdələşməyə əsasən, baş leytenant Şahid1 təşkilatçılığı ilə 2023-cü ilin yanvar ayının əvvəllərindən ortalarına kimi olan müddət ərzində bir neçə dəfə xarici ölkə vətəndaşı kimi onunla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərlə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq hər dəfə təxminən 600-800 (altı yüz-səkkiz yüz) manat dəyərində olmaqla oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmuşdur. Bundan sonra baş leytenant Şahid1 M.C.Sadiqpur tərəfindən edilmiş təklifdən istifadə edib qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin yanvar ayının ortalarında gecə saatlarında sonuncu ilə 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında Araz çayı üzərində təklikdə görüşərək orada M.C.Sadiqpurdan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərin mütəmadi olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində dəyəri təxminən 1000 (bir min) manat təşkil edən smartfon tipli mobil telefonu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. M.C.Sadiqpur elə orada onun təklifini qəbul edərək rüşvət verməyə razılaşmış və baş leytenant Şahid1 aralarındakı görüşdən bir neçə gün sonra, 2023-cü ilin yanvar ayının ortalarında, gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən M.C.Sadiqpurla 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında Araz çayı üzərində təklikdə görüşmüş, M.C.Sadiqpur orada Azərbaycan Respublikasının ərazisində pərakəndə satış qiyməti 880 (səkkiz yüz səksən) manat təşkil edən 1 (bir) ədəd «Samsung A73» markalı smartfon tipli mobil telefonu vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə Şahid1 birbaşa və şəxsən rüşvət vermiş, daha sonra verdiyi rüşvətin müqabilində 2023-cü ilin yanvar ayının ortalarından sonlarına kimi olan müddət ərzində özü və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərlə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan hər dəfə təxminən 600-800 (altı yüzsəkkiz yüz) manat dəyərində olmaqla vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmuşlar. Daha sonra baş leytenant Şahid1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, öz cinayətkar hərəkətlərini davam etdirərək, M.C.Sadiqpurun və sonuncu ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmadığı şəxslərin onun təşkilatçılığı ilə qanunsuz olaraq külli miqdarda qazanc əldə etdikləri qənaətinə gəlib yaranmış vəziyyətdən istifadə edərək özünün də qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmiş və bu məqsədlə 2023-cü ilin yanvar ayının sonlarında gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən M.C.Sadiqpurla 2-ci sərhəd komendantlığının ərazisində, Araz çayı üzərində yerləşən «Quş adası» adlanan kiçik ölçülü quru hissədə (adada) təklikdə görüşərək orada M.C.Sadiqpurdan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərin təkrarən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində hər ay 2500 (iki min beş yüz) manat məbləğində pulu özü üçün birbaşa və şəxsən rüşvət kimi istəmişdir. M.C.Sadiqpur elə orada Şahid1 təklifini qəbul edərək təkrarən rüşvət verməyə razılaşmış və bundan sonra baş leytenant Şahid1 hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 27 yanvar 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək növbəti məzuniyyətə buraxılıb məzuniyyətdən qayıtdıqdan sonra müəyyən edilmiş növbətçilik cədvəlinə əsasən davamlı olaraq «liman gözətçisi» naryadına təyin edilsə də, əlverişsiz hava şəraiti ilə əlaqədar M.C.Sadiqpurla görüşə bilməmiş və sonuncunun istifadəsində olan ********** mobil danışıq nömrəsinə özünün istifadəsində olan ********** mobil danışıq nömrəsindən dəfələrlə zəng edib danışdıqdan sonra M.C.Sadiqpurun tapşırığı ilə 2023-cü ilin mart ayının sonlarında gecə saatlarında «liman gözətçisi» naryadında xidmət apararkən balıqçı Şahid3 yanında 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yaxınlığında Araz çayı üzərindəki sərhəd xəttinin üzərində İran İslam Respublikasının vətəndaşı olduğu güman edilən, şəxsiyyəti hazırda istintaqa məlum olmayan, özünü Babək kimi təqdim etmiş şəxslə görüşərək orada sonuncudan, polietilen bağlamada 5000 (beş min) manat məbləğində pulu qəbul edib təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində maddi neməti özü üçün dolayı yolla və şəxsən rüşvət almışdır. Bundan əlavə baş leytenant Şahid1, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, öz cinayətkar hərəkətlərini davam etdirərək, qanunsuz qazanc əldə etməklə varlanmaq məqsədi ilə 2023-cü ilin mart ayının sonlarında istifadəsində olan ********** mobil danışıq nömrəsindən M.C.Sadiqpurun istifadəsində olan ********** mobil danışıq nömrəsinə zəng edərək sonuncudan özünün və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmaları və daha sonra həmin balığı xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirmələrini təşkil etməsi və onların həmin fəaliyyəti sərbəst həyata keçirmələri müqabilində, yəni təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində bahalı qiymətə olan daha bir smartfon tipli mobil telefonu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Həmin telefon danışığı zamanı M.C.Sadiqpur elə orada onun təklifini qəbul edərək təkrarən rüşvət verməyə razılaşmış və aralarındakı cinayətkar sövdələşməyə əsasən baş leytenant Şahid1 onunla bir neçə gün sonra, «liman gözətçisi» naryadında xidmət apararkən 2023-cü ilin mart ayının sonlarında, gecə saatlarında "xxxx" MMC-də balıqçı işləyən, Naxçıvan şəhərinin Qaraçuq qəsəbəsinin sakini Şahid2 yanında 2-ci sərhəd komendantlığının ərazisində, 16 №-li sərhəd nişanının yanında görüşmüş və orada M.C.Sadiqpur Azərbaycan Respublikasının ərazisində pərakəndə satış qiyməti 680 (altı yüz səksən) manat təşkil edən, «Samsung A53» markalı smartfon tipli mobil telefonu təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə Şahid1 birbaşa və şəxsən rüşvət vermiş, bunun müqabilində o və onunla birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, şəxsiyyətləri hazırda istintaqa məlum olmayan şəxslər 2023-cü ilin yanvar ayının sonlarından həmin ilin aprel ayının əvvələrinə kimi olan müddət ərzində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini özlərinə məxsus qayıqla dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçməklə Araz çayının dövlət sərhədinin Azərbaycan Respublikası istiqamətində yerləşən hissəsinə daxil olaraq oradan hər dəfə təxminən 600-800 (altı yüzsəkkiz yüz) manat dəyərində olmaqla vahid niyyətlə ümumilikdə külli miqdarda qanunsuz balıq tutmuş və daha sonra həmin balığı vahid niyyətlə xeyli miqdarda gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasının ərazisinə qaçaqmalçılıqla keçirilmişlər. Beləliklə, X10 vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə təkrar rüşvət verərək 2023-cü ilin yanvar-aprel aylarında şəxsiyyətləri hazırda istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli xeyli miqdarda malları qaçaqmalçılıqla keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs kimi külli miqdarda ziyan vurulmaqla balığı qanunsuz tutmuş və qabaqcadan əlbir olan bir qrup şəxs kimi Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həmin ərazidəki 6 kəndin sakinlərinin balıqçılıqla məşğul olduğunu, İran tərəfdə balıq tutmağın qaçaqmalçılıq cinayətinin tərkibini yaratmadığını, Göy məscidin yanından baxanda sübhdən və ya nahardan hamının durub balıq tutmağa getməyini görə biləcəklərini bildirmişdir. Tarixi xatırlamasa da, Araz çayına gələrək mayağın yanında suyun ortasına setka döşəmişlər. Həmin vaxt Allahverdi onları görüb matorla yanlarına gəlib – “Burada nə edirsiz? – deyə soruşmuş, “setka döşəyirik”- deyə cavab vermişlər. Allahverdi onlara -“Biz tərəfə sərhədi keçməyin!” – deyə xəbərdarlıq etmiş, oda “baş üstə” demişdir. Yenə “mayakın” yanına gedəndə onlar görüb gəlmişlər, bu səfər Tural da orada olmuş, - “Bu tərəfə keçməyin”deyəndə yaxşı deyib razılaşmışlar. Ondan sonra o balıq tutmağa getməmiş, Babək adında şəxs gəlmişdir. Babəkin də İranlı olduğunu, Araz çayına gələndə 100 nəfər adamla gəldiklərini, bu olanların hamısını onun üstünə yazdıqlarını bildirmişdir. Ürək xəstəsi olduğu üçün iki-üç il xəstə yatmış, düzələndən sonra yenidən balıq tutmaq üçün Araza çayına gəlmişdir. Araz çayının ortasında sərhədi bildirən 5 km-dən bir mayak qoyduqlarını, mayaklar çox balaca, Araz çayı isə böyük olduğu üçün gecə mayağın görünmədiyini, o, həmin vaxt mayakı 50 metr, yoxsa 100 metr keçdiyini bilmədiyini söyləmişdir. Hərbiçilərin də matorla gələndə setka olmadığı üçün mayakı görmədiyini, arada o tərəfdən keçdiklərini bildirmişdir. Mayakı görmüyüb keçdiyi üçün sərhədçilər gecə gəlib onları tutmuşlar. Füzuli kamera ilə baxıb – “Mehdi, sərhədi 150 metr keçmisən səni aparacağıq” – demiş, ona – “Füzuli müəllim, gecədir, mayağı görməmişəm, ona görə keçmişəm” – deyəndə - “Yox aparacağıq” – deyə söyləmiş, o da yaxşı deyib razılaşmışdır. Həmin vaxt onunla eyni vaxta tutulan adamı iki gün saxlayıb İrana ötürmüşlər, onlarınkının rejim sayıldığını bildirmişlər. 1-2 ayın içində 20 nəfər tutulmuş, həmin şəxsləri bir gün saxlayıb, gömrükdən İran tərəfə ötürmüşlər, İran İslam Respublikası onların cəzalarını özü vermiş, lakin onu İrana verməyib Azərbaycana gətirmişlər. O, bu tərəfə hərbiçiləri də gətirmiş, hətta Araz çayının kənarında iclas qrupuna da gəlmişdir. X22 çayına kimi rejim sayıldığını, gömrük sayılmadığını, ondan əvvəl Araz çayında 3 nəfər Əsgər Vəlizadə, Oruc Vahidi, Olur Əhmədinin tutulduğunu, onlardan da qabaq kürdlərin tutulduğunu, hamısını səhərisi günü İrana verildiyini demişdir. 10 ildir bu işi rejim saysalar da, müstəntiq onun suyu keçməsini sərhədləri pozmaq kimi qiymətləndirmişdir. Müstəntiqin onu sərhədi keçməklə ittiham etməyini qəbul etməmiş, imzalamaq istəməmiş, saat 18:00-da müstəntiq Əşrəf ona –“İmzala get! bunları məhkəməyə deyərsən, mənə yox!” – deyə söyləmişdir. Həmin vaxt müstəntiqə –“Əgər Araz çayındakı sərhədi keçmək gömrük pozmaq sayılırsa mənimlə eyni vaxta keçən adama sən niyə 206-cı maddəni qoymayıb İrana verdiniz” – deyə sual vermişdir. Onlar Araz çayına balıq tutmaq üçün setka atmışlar. Ondan sonra Babəkgil getmiş, hər nə oldusa Babəkgildən sonra olmuşdur. Tural müstəntiqin yanında ona pul verənin Mehdi yox, Babək olduğunu, onun Araz çayına gəlmədiyini söyləmişdir. İttiham aktı ilə tanış olanda müstəntiq Əşrəf Mehdinin özü gələ bilmədiyi üçün pulu Babək verib o gətirib deyə yazdığını görmüş, hətta vəkili Səbinə xanımda orada müstəntiqə etiraz etmiş, izahatı Turalın dediyi kimi yazmasını istəmişdir. Araz çayının Azərbaycan Respublikasına aid olan ərazisində xərçənglər öldüyü üçün o, Müqəddəm və İran sərhədçiləri birlikdə gəlib Azərbaycanın həkimlər ilə bərabər xərçəngləri aparatdan keçirmişlər. Onlar xərçəngləri aparatdan keçirmək üçün gələndə Tural onu görmüş, tanışlıqları oradan başlamış, orada söhbət edib danışmışlar. Sonra Tural onu Arazda suda görmüş, o vaxt ona “Mehdi səndən xoşum gəldi, sən kişi adamsan! mənə kömək edə bilərsən?” – deyəndə necə kömək edə biləcəyini soruşmuş, Tural da ona – “Siz tərəfdən bura kürd, əfqan keçəndə mənə xəbər edərsən” – demiş, oda “yaxşı” deyib razılaşmışdır. Tural ona gələn balıqçıların adını deyərsən demiş, amma o, Turala şeytançılıq etməmişdir. O da Turaldan –“Məndən niyə belə bir şey istəyirsən?” – deyə soruşanda özüm elə dedim get sən deyə söyləmişdir. Onun Araz çayının üzərində Şahid1la söhbəti olmamış, Tural Şahid7lə birlikdə matorla gəlib – “Bu tərəfə keçmə” – deyə xəbardarlıq edəndə yaxşı deyib razılaşıb getmişdir. Daha sonra Şahid1 gəlib onları mayakda tutmuş, müstəntiq 880 manat məbləğində A 73 markalı mobil telefon verdiyini yazmış, lakin İranda həmin telefonun qiyməti 230 manat olmuşdur. Mayakın yanında Tural ona – “Eşitmişəm ki, sən azərisən, bu tərəfə əfqan, kürd və ya başqası keçən olsa mənə deyərsən” – deyəndə baş üstə deyib onunla razılaşmışdır. Tural bu sözü tək ona yox, ondan əlavə orada olan 10 nəfər də demişdir. Şahid7lə gələn günün səhərisi Tural nömrəsini ona vermişdir. Müstəntiq Əşrəf onun “mayakı” 300 metr keçdiyini desə də, onlar 100 metr “mayakın” arxasında tor salmışlar, elə o günüdə telefonunu aparmışdır. Araz çayında tutulanda mobil telefon üzərində olmuş, həmin vaxt onları soyundurub şortiklə yola salmışlar. O, Turala telefon hədiyə etməmiş, onları soyunduranda üstlərində olan hər şeyi almışlar, telefonu da götürmüşlər. Bu işləri onun yox, Babək adında şəxsin etdiyini bildirmişdir. Həmin telefonu 10 gün olardı ki, özünün istifadəsi üçün almış, işlətdiyi üçün qutuda yox, cibində olmuş, tutulan vaxtı nömrəsini çıxarıb ona vermişdir. “A 53” markalı mobil telefonu o, yox Babək alıb vermiş, o əvvəl gündən Turala verdiyi telefonun markasının “A 73” olduğunu demişdir. Digərini isə Sabirin qardaşı Oruc vermişdir. Turala telefonu verəndə yanında Nicatda olmuşdur. O, telefonunda Azərbaycan nömrəsi işlətmiş, hal-hazırda nə öz nömrəsini, nə də Şahid1 nömrəsi xatırlamamış, Turalla cəmi iki-üç dəfə danışmış, telefonda bir Azərbaycan nömrəsi olmuş, hamısı o nömrədən istifadə etmişdir. Telefonda olan nömrəni tək o, işlətməmiş, həmin nömrəni Poldəşt şəhərindən almışlar, 10 nəfər birlikdə işlətmişdir. Sabir, Oruc, Babək və digər balıqçılarda həmin nömrəni işlətmişlər, əlavə olaraq Sabirin və Habilində telefon xəttləri olmuş, həmin nömrələrlə də danışmışlar. Turala zəng etməmiş, zəng edən digər balıqçılar olmuşdur. Turala ayrı işlə bağlı danışmamış, müharibə zamanında kürdlər kamerlə gəlib Azərbaycan Respublikası ərazisinə keçmiş və Araz çayının Azərbaycana mənsub olan hissəsinə tor salmışlar, o da Turala - “Kürdlər kamerlə dövlət sərhədin keçir” – deyə məlumat vermiş, həmin vaxtda Tural gedib onları tutmuşdur. O, telefonu verəndən sonra Tural ona – “Buralara setka salmışıq, çox içəriyə gəlməyin, amma mayakdan 100 metr keçə bilərsiz” – demiş, həmin söhbətdən sonra o iki dəfə Araz çayından sərhədi keçmiş, Tural ona – “Hər ay mənə 2500 manat pul ver” – deyəndə dostlarıyla danışıb xəbər edəcəyini söyləmişdir. Şahid1la 5000 manat söhbətin o etmiş, dostları ilə bu məsələni danışıb onlara pulu verməyəcəyini bildirmişdir. Axırıncı dəfə Araz çayında mayakdan 150 metr Azərbaycan Respublikası ərazisinə keçmişlər, amma sərhədi keçdiklərini bilməmişlər. Tutulmamışdan əvvəl o, Babək və Hadi 80 kq “karas” və 15 kq “buqla” növ balıq tutmuşlar. Onlar Azərbaycan tərəfdən balıq tutanda narın tor gətirmişlər ki, tutulsalar da görsünlər ki, sazan tutmamışlar. Nazim və Füzulinin qorxusundan sazan toru gətirməmişlər. Onlar ancaq narın toru salıb karas tutmuşlar. O, Turala rüşvət verməmiş, hətta heç kəsə 1 qəpikdə olsa pul verməmişdir. Hətta Tural öz ifadəsində –“Babəkgil pul verəndə deyiblər ki, Mehdi pul vermək istəmir” – deyə söyləmişdir. “Mayakı” keçən kimi sərhədçilərin görüb tutduqlarını, ona görə də sərhədi keçmədiklərini, sərhədçilərin kamera və durbinlə baxdıqlarını, Azərbaycan tərəfə keçəni görən kimi tutduqlarını bildirmişdir. Bir dəfə sərhədi keçib 80 kq balıq tutandan sonra Tural ondan pul istəmiş, həmin vaxtdan sonra o, gəlməmişdir. Tural özü də bildirmişdir ki, Mehdi bundan sonra suya gəlmədi. 2-ci dəfə ora gələndə Şahid7 qoymamış, axırıncı dəfə gəldikdə isə tutulmuşdur. 2 dəfə gecə gəlmişlər, sonra gündüzlər gəlmişlər. Babəkin Turala verdiyi pulun 1500 manat olduğunu bilmiş, 5000 manatı isə Tural digər qruplardan almışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, hadisə baş verən zamanı Araz boyu dövlət təbiət yasaqlığın direktoru vəzifəsində nizamnamə ilə işlədiklərini, əsas işlərinin Araz boyu yasaqlıq ərazilərində müxtəlifliyinin qorunması olduğunu bildirmişdir. hal-hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində işləmiş, bu proseslər 2023-cü ildən getdiyindən o vaxtdan zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmişdir. Bu işlərin baş tutması onlara sonradan məlum olmuş, Tural adında mühafizə işçisinin İran vətəndaşı ilə razılaşıb Azərbaycan Respublikası ərazisinə buraxılması və buradan balıq tutulması faktı aşkarlanmışdır. Məlumatlara görə, İran vətəndaşları Azərbaycan Respublikası ərazisinə hər girişdə 6-8 torba balıq tutmuşlar. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin əvvəlki məhkəmə prosesində onların təyin etdiyi məbləğlə bağlı narazılığı olmuş, bununla bağlı da təqsirləndirilən şəxsə yasaqlıq ərazilərində tutulan hər 1 kq balığın bazar qiymətinin 3 mislinə vurulduğu barədə məlumat vermək istəmişdir. Beləliklə balıq yasaqlıq ərazisindən tutulduğu üçün onun qiyməti 3 mislinə vurulmuş, ona görə də onlara dəymiş ziyanın 60 000 manat olduğunu müəyyən etmişlər. Onların müəyyən etdiyi 60 000 manat olan ziyan istintaq materiallarına əsasən təqribi olaraq müəyyən olunmuş, dəqiq məlumat olmamışdır. Balıqların hər növünün qiymətlərinin fərqli olduğunu, Naxçıvan Muxtar Respublika Prokurorluğuna siyahı təqdim etdiyini, həmin siyahıda balığın növünə görə və çəkisinin neçə manatdan hesablandığı göstərildiyini söyləmişdir. Cinayət işinin materiallarında olan məlumatlara əsasən şəxslərin 3, 6, 8 və s. torba balıq tutduqları müəyyən edilmiş, bu məlumatlar əsasında təqribi qiymət çıxarmışlar. Onlar rəhbərin və sərhəd qoşunları rəhbərinin möhürlü sənədi olan buraxılış vərəqəsi ilə Arazboyu ərazilərə keçdikləri üçün orada nə qədər balıq tutulduğunu dəqiqləşdirə bilməmiş, sadəcə istintaqın və balıqçılarla balıq mühafizə işçilərinin verdiyi məlumatlara istinad edərək ziyanın nə qədər olduğunu müəyyən etmişlər. O, sərhəd qoşunun əməkdaşlarının Mehdi ilə bərabər Araz çayına girib balıq tutduqlarını da deyə bilməyəcəyini söyləmiş və sadəcə onların verdikləri izahatlara görə balığın Mehdi tərəfindən tutulduğunu bilmişdir. Lakin Mehdinin oradan bəlkə də 500 kq balıq tutduğunu təxmin etmişdir. O, Araz boyu yasaqlıq ərazisinin direktoru olaraq təqsirləndirilən şəxsi həmin ərazidə görmədiyini, hətta hansı növ balıq tutduğunu bilmədiyini, təqsirləndirilən şəxsin bundan əvvəlki məhkəmə prosesində 80- 120 kq balıq tutduğunu dediyini, indiki məhkəmə prosesində isə 10- 15 kq balıq tutduğunu söylədiyini, təqsirləndirilən şəxsin özünüzün verdiyi izahatlara görə onlara dəymiş ziyanı müəyyən etdiklərini bildirmişdir. Onlara Araz çayından neçə nəfərin balıq tutduğu məlum olmamış, Sərhəd qoşunlarının istintaq şöbəsi Şahid1 tutduqdan sonra bu məlumatlardan xəbərləri olmuşdur. Onlara o balığı kiminlə tutmaqları və kimlərə verməklərinin maraqlı olmadığını, maraqlı olanın isə Araz boyu yasaqlıq ərazisindən tutulan balıqların ziyanın ödənilməsi olduğunu söyləmişdir. Naxçıvanda 1 kq sazanın 8 manata olduğunu, amma “ Ağa” sazanın 1 kiloqramını 22 manatdan hesablayaraq onu 3 mislinə vurduğunu, beləliklə 60 manat etdiyini, 60 manatlıq balığın isə nə İranda, nə də Türkiyədə, ümumiyyətlə Xəzərdə heç yerdə olmadığını bildirmişdir. Əvvəldə qeyd etdiyi kimi istintaq sənədlərinə istinad edərək onlara nə qədər ziyan dəydiyini müəyyən etmiş, onların Araz çayının ortasına keçmək kimi səlahiyyətləri olmadığından o nə bu şəxsi, nə də başqa şəxsi Arazda görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, Mehdini 2019-cu ildən tanımış, hərbiçiləri aparıb, gətirəndə görmüş, amma kim olduğunu bilməmişdir. Bir dəfə Nurəddin Məmmədovun yanında Mehdini tutmaq istəmiş, Mehdi isə onlara hədə -qorxu gələrək, onu işdən çıxaracağını demişdir. Mehdi həmin vaxt tək olmamış, Hadi ilə bir yerdə olmuşdur. O, Mehdinin adamının kim olduğu, onu kimlə hədələdiyi maraqlı gəlmişdir. 31 dekabr 2022-ci il tarixində xidmətə gedən zaman miçman Şahid7lə, balıqçı Şahid4 sudan qayıtdıqlarını görmüş, bu zaman miçman Tofiq suda olarkən bir nəfərin onu soruşduğunu demiş, Şahid4la suya çıxıb həmin şəxsin kim olmasını dəqiqləşdirmək üçün Araz çayına getmişlər. Onlar ora gedəndə Mehdi və yanında 2-3 nəfər İran vətəndaşının olduğunu görmüş, həmin şəxslərdən kimin onu çağırdığını soruşmuş, Mehdi də çağıranın o olduğunu söyləmişdir. Ondan balıq tutmaq üçün icazə verməyini xahiş etmiş, ondan əvvəldə miçman Şahid7 və Şahid4 balığın tutulması ilə bağlı xahiş etmişlər, lakin onlar icazə verməmişlər. O da ilk öncə icazə verməmiş, onların yanından qayıtdıqdan sonra Elnur Mehdiyev adında bir şəxs Mehdinin yaxın qohumu olduğunu bildirmişdir. Elnur və Elnarın əkiz qardaş olduğunu, səhv etmirsə Elnurun şəxsiyyət vəsiqəsində adının Şəmsi olduğunu bildirmişdir. Ondan Mehdinin necə biri olduğunu soruşmuş, o da Mehdinin etibarlı adam olduğunu demiş, həmin söhbətdən sonra yanvar ayının təxminən 22-23-ü, hadisə 2 il bundan əvvəl olduğu üçün adları dəqiq xatırlamasa da, səhv etmirsə yanında Nicat yaxud da Allahverdi olmuş, Araz çayına çıxdıqda yenə Mehdini və yanında olan 2-3 nəfəri Araz çayında 16 № nişanının yanında görmüş, bu zaman Mehdi ilə görüşmüş və ondan Azərbaycan sərhədini keçən İran vətəndaşları barədə məlumat verməsini istəmişdir. Buna əsas səbəb isə 70 km əraziyə nəzarət etdiyindən, həmçinin heyət də az olduğundan işini asanlaşdırmaq istəməsi olmuşdur. O, işini bu yolla asan həll etmək, həm də əlavə pul qazanmaq üçün Mehdiyə –“Sənə bu şərtlə icazə verərəm ki, İran vətəndaşları bizim sərhədləri keçdikdə onlar barəsində mənə məlumat verəsən” – deyə söyləmiş, Mehdinin telefon nömrəsini həmin vaxt götürmüş, lakin o da qismət olmamışdır. Qaçaq keçənləri Mehdi ona demiş, o da onları tutdurmuşdur. Bütün bu işləri Mehdi ilə danışmış, tutduğu qaçaq İranlı balıqçıların torunu da Mehdi və ətrafındakılar aparmışdır. Hətta, yanvar ayı ərzində ona bir neçə İran vətəndaşının sərhədi keçməsi barədə məlumat vermiş, həmin məlumat əsasında İran vətəndaşlarını tutdurmuş, yanvar ayının əvvəlindən aprel ayının 10-nuna kimi sərhədi pozaraq balıq tutmuşlar. Əlavə olaraq bunlarla gələn Hadi adında şəxs olmuş, o da gedib hərbi hissədə bütün olanları demişdir. Ümumilikdə, Mehdinin qrupunda Babək, Hadi, Sabir və başqa şəxslər olmuşdur. Araz çayının ortasında 500 m-dən, 1 km-dən bir 8 ədəd nişan yerləşmiş, Azərbaycan Respublikasının sərhəd xəttini sərhəd nişanları ilə müəyyən etmiş, sərhədlərə isə qayıqlarla nəzarət etmişlər. Su çəkilən vaxtlar sərhəd xətlərinin 50 – 100 metr dəyişə biləcəyini də bildirmiş, təqsirləndirilən şəxs Mehdi Azərbaycan Respublikasının sərhəd xətlərini pozaraq Araz çayının Azərbaycan Respublikasına mənsub olan ərazisinə keçib, balıq tutmuşdur. O, Mehdi ilə danışıqları sərhəd xəttinin Azərbaycan Respublikasına mənsub olan hissəsində aparmış, Mehdi ilə Azərbaycan tərəfdə üz-üzə 3-4 dəfə görüşüb, söhbət etmiş, Mehdi ilə söhbət etməyini balıqçılar da görmüşdür. Bu müddət ərzində nə özü nə də ki azəbaycanlı balıqçılar İran tərəfə keçməmiş, çünki ora keçsələr tutulacaqlarından qorxmuşlar. Həftə də təxminən 3-4 dəfə gəlib sərhədi keçdikləri üçündə ondan icazə almışlar, o da onlara balıq tutmağına limit qoymamış, balıq tutmaqları üçün hər gün şərait yaratmışdır. Yanvar ayı ərzində də Mehdidən tutduğu balıqların qarşılığında “A 73” və “A 53” markalı iki mobil telefon almışdır. İki mobil telefonu özü şəxsən almış, telefonun birini Mehdinin özü vermiş, digərini isə yollamışdır. Aldığı telefonun markası “A53” və “A73” olmuşdur. Nicata verdiyi telefonun markasını xatırlamamış, həmin telefonu da Mehdi göndərmişdir. Ona telefon gətirən və pul verən adamı Mehdinin yanında görmüş, onun adamı olduğunu söyləmişdir. O, 26 yanvardan 16 fevraladək məzuniyyətdə olmuş, Mehdidən tutduğu balığın qarşılığında iki ədəd telefon istəmiş, oda ağzı bağlı işlənməmiş karopkada olan telefonları gətirmişdir. İki telefonu özünə alsa da, birini daha alıb Nicata vermiş, həmin telefonları Mehdiyə verdiyi balıqların qarşılığında rüşvət qismində almışdır. Mehdidən aldığı telefonlar bağlı qutuda, işlədilməmiş telefonlar olmuş, ona hansı növ telefon alacağını deməyini xatırlamasa da, amma “Samsung” olmasını demişdir. Daha sonra balıqçıların da mobil telefon istəyəcəklərini görüb, dayandırmışdır. O, məzuniyyətdən qayıtdıqdan sonra Mehdidən hərtərəfli istifadə etmək məqsədi ilə sonra fevral aylarının sonunda ona - “İndiyə qədər tutduğun balığın qarşılığında mart ayında səndən 5000 manat pul alacam” – demiş, Mehdi əvvəl razılaşmayıb bu pulun onlarda böyük pul olduğunu bildirmiş, o da – “İndiyə qədər tutduğun balıqları və tutdurduğun balıqçıların torunu satsan bu 5000 manatdan çox pul edir” – deyə söyləmişdir. O, təxminən Mehdinin tutduğu balıqları və tutulan İranlıların balıqlarının və torlarının qiymətinin təxminən 10000 manata yaxın pul etdiyini hesablamışdır. Onların apardıqları balıqları gördüyü üçün o hesabı demiş, hər dəfə Araz çayına gələndə 40-50 tor atmışlar, təxminən hər tora 10 kq balıq düşsə, bu 500 kq balıq etmişdir. Balığın kilosunu 2-3 manatdan hesablansa ortalama 1000 və ya 1500 manat etdiyini bildirmiş, əlavə olaraq o tutduğu İranlıların torunuda aparanda və o torlardan da 40-50 kq balıq götürmüş, bu ehtimalları nəzərə alaraq o məbləği ona demişdir. Onların nə qədər balıq tutduqlarını da yanlarına getdiyi üçün bilmişdir. Əvvəl məqsədi Mehdidən pul almaq olmamış, sadəcə gizlin keçən İranlıları tutdurmaq olmuş, sonradan ondan hər tərəfli istifadə etmək istəmiş və rüşvət almışdır. Mehdinin Araz çayına özünün gəldiyini və kifayət qədər balıq apardığını bir neçə dəfə görmüş, xəstəliklə bağlı özü az-az gəlsə də, yoldaşları hər gün gəlmişlər. Digər balıqçıları yaxından tanımadığını, Mehdi ilə telefonda “Whatsapp” vasitəsi ilə demək olar ki, hər gün danışdığını bildirmişdir. Pul haqq hesabını Mehdi ilə danışmış, ona –“ Dediyim pul səni qane etmirsə, bir daha balıq tutmağa gəlmə” - demiş, ondan sonra razılaşmışdır. “Whatsapp” vasitəsi ilə Mehdi ilə danışmış, o da pulu Babəklə göndərəcəyini demişdir. Mart ayının sonlarında da Babək adında şəxslə ona 5000 manat pul göndərmiş, Babək gecə gətirib pulu ona vermiş, paketi aldıqdan sonra Araz çayının qırağında yurqun ağaclarının dibində söküb içindəki pulu cibinə qoymuş, iş yerinə qayıtdıqdan sonra saymış, 50 dənə 100-lükdən ibarət 5000 manat pul olmuşdur. Pulu Araz çayının üzərində biz tərəfdə 16 № sərhəd nişanın yanında almışdır. 5000 manatdan artıq pul almamış və onu da özü könülü şəkildə etiraf edib, təhvil vermişdir. Pulu alanda yanında Elnur olmuş, amma nə aldığını görməmiş, telefon almağının isə Nicat şahidi olmuş, əsas işi Şahid2 və Elnurun yanında görmüşdür. Nicat onun telefon aldığını gördükdən sonra oda istəmişdir. Onlardan balıq tutmağına şərait yaartdığı üçün ümümilikdə 5000 manat rüşvət almış, iki telefon özünə və bir telefonu isə Nicata vermişdir. Mehdidən aldığı 5000 manat pulu görən olmamış, amma telefon aldığını görmüşlər. Pul alanda Elnur nə isə aldığını görmüş, amma nə olduğunu bilməmişdir. Həmin pulları isə əməliyyat şöbəsinin rəisinə təhvil vermiş, pul 100-lük manatlıqdan ibarət olmuşdur. Təxminən aprel ayının 10-11 tarixlərində əməliyyat şöbəsinin rəisinə bu barədə məruzə etmiş və bundan 1 həftə sonra işdən təxris olunmuşdur. Onun fikri başqa olmuş, amma nəticədə cəza almışdır. Məruzə etdikdən sonra onu N həftəlik hərbi hissəyə aparmışlar, sonra yerini dəyişməklə bağlı söz vermişlər. Hadisədən 3-4 ay sonra isə 9 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunmuşdur. O, icazə verdiyi üçün sərhədi keçib Azərbaycan tərəfdən balıq tutmuşlar, məhz elə bu hərəkətinin üstündə də məsuliyyətə cəlb edilmişlər. Ora qanunsuz olaraq gələnlərin heç birini tanımamış, gündəlik olaraq dəyişmişlər. Onların azərbaycanlı balıqçıların torlarını aparmadıqlarını, qaçaq keçənləri tutdurduğu üçün onların torlarını və öz saldıqları torları aparmışlar. Ona tor və ya balıq lazım olmamış, gizlin keçən insanları tutdurmuş, torun yerini onlara demiş, dediyi yerdən gedib götürmüşlər. Onların 3-4 traktor təkərlərinin kamerlərinin bir-birinə bağladığını, balığı onun üstünə yığıb apardıqlarını, İranlıların buna “tüyüb” dediyini söyləmişdir. Əlavə olaraq bildirmişdir ki, o bütün işi Mehdi ilə gördüyü üçün öz işinə görə Mehdinin adını verməməli olduğunu, bütün işlərinin üstünü açılacağını, ona görə də yalandan başqa ad verə biləcəyini söyləmiş, lakin, “Whatsapp” yazışmaları çıxacağı üçün yalan danışmağının mənası olmayacağını düşünərək nə olubsa hamısını könüllü etiraf etmiş və Mehdiyə qarşı heç bir qərəzi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, balıqçılıqda işləyir. Araz çayında həftədə iki dəfə, 2 nəfər olmaqla növbədə durduqlarını, onlarla bərabər hərbi qulluqçularında naryada olduqlarını və ərazidə müşahidə apardıqlarını, onların 4 saatdan bir naryadları dəyişdiklərini söyləmişdir. Sərhədçilər olmadan Araz çayına getmədiklərini, sərhədçilərin növbədə olan zaman gecə görmə cihazı və ya durbinlə ilə Araz çayına baxdıqlarını, Araz çayının Azərbaycan Respublikasına aid olan hissəsindən dövlət sərhədini pozmaqla mayakdan bu tərəfə qanunsuz olaraq daxil olub balıq ovunu edən şəxsləri müəyyən etdikdə balıqçıların qayığı ilə gedib onları dərhal tutduqlarını demişdir. Mayaka yaxın getmədiklərini, sərhədi xəttini mayaklarla müəyyən edə bildiklərini, gündüzlər mayağın rahat görsəndiyini, amma gecələr seçilmədiyini bildirmişdir. İranlılar 3-4 dənə maşın kamerinin bir-birinə bağlayaraq çaya gəlmişlər. Hərbi qulluqçular da müşahidə edib qaçaq İranlı görəndə tutub zastavaya məlumat vermişlər. Ya – “Zastava ya gətirin”, ya da –“Balıqçılığa aid üzərlərində nə varsa alıb İran tərəfə ötürün “ – demişlər. Allahverdi Mehdini mayakın yanında görüb – “Bura keçməyin” – deyə xəbərdar etmiş, o, Mehdinin Araz çayından dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə keçməyini 4-5 dəfə görmüş, Araz çayında balıq tutmağının şahidi olmuşdur. Mehdinin dövlət sərhədini pozmağını onunla bərabər sərhədçilər Şahid1, Rəşad və Allahverdi də görmüşdür. Şahid1la Mehdinin tanışlığı olduğuna görə Mehdi balığa gələndə onu tutmadıqlarını, bunu da bütün balıqçıların bildiyini, digər qaçaq balıqçıları isə hərbiçilərin tutduğunu bildirmişdir. Tural sərhədi keçib Azərbaycan tərəfdə balıq tutması üçün Mehdiyə şərait yaratmış, bunun da qarşılığında Mehdi Turala telefon vermiş, həmin günü qayığı özünün sürdüyünü, Turalın da qayığın uc hissəsində dayanaraq telefonu Mehdidən aldığını, telefonun özünü yox, qutusunu gördüyünü, həmin telefonun təzə olub – olmadığını bilmədiyini demişdir. Mehdi Şahid1 telefon verəndə Turaldan “Bu nə telefondur?” – deyə soruşmuş, Tural həmin telefonu Mehdinin verdiyini söyləmişdir. Turalın aldığı telefona görə Mehdiyə pul verməsini görməmişdir. İranda telefon ucuz olduğuna görə Turala – “Mehdiyə de, mənə də təzə telefon versin” – demiş, Tural da yaxşı deyərəm deyib razılaşmışdır. Tural telefonu gətirib ona vermiş, nə qədər pul təklif etsə də Tural götürməmişdir. Ona verilən telefon təzə olmuş, telefonun indi də evlərində olduğunu bildirmişdir. Tural ondan Mehdiyə bir dənə araq verməsini istəmiş, oda arağın onlarda qadağan olduğunu deyib etiraz etmiş, Tural da –“Sən ver işin olmasın, mən ondan dövlət sirrlərin alacam” – demiş, oda arağı Turala vermiş, Turalda arağı Babək adlı şəxslə Mehdiyə göndərmişdir. Mehdi İrandan keçənlər barədə Turala məlumat verdiyi üçün həmin şəxsləri Tural tutdurmuş, bu işlərinə görə də diviziyadan ona fəxri fərmanda verilmişdir. Toru gecə qaranlıqda suya tökdükləri üçün onların hansı ölçüdə balıq tutduqlarını görə bilmədiyini, Azərbaycan balıqçılarının isə toru lotqalara bağladıqları üçün suyun üzərində qaldığını bildirmişdir. Mehdigil balığı tutduqdan sonra torbalara yığıb kamerlərin üzərinə qoyaraq aparmışlar. Mehdigilin Araz çayına atdıqları torlar narın torlar olduğu üçün o torlarla sazan tuta bilməyəcəklərini, narın tora iri balığın girmədiyini bildirmişdir. Mehdinin suya saldığı tordan onlar istifadə etmədikləri üçün o tora nə qədər balıq düşəcəyini bilmədiyini demişdir. Azərbaycan tərəfə qaçaq keçənləri görən kimi qayığı üstlərinə sürdüklərini, qaçaqlar da tutduqları balıqları görməsinlər deyə suya tökdüklərini üçün onların nə qədər balıq tutduqlarını bilmədiklərini söyləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 31 dekabr 2022-ci ildə axşam yeməyindən sonra gizir Şahid7lə birlikdə həm setkalara baxmağa, həm də sərhədi müşahidə etmək üçün Araz çayına getmişlər. Onlar ada tərəfə çatanda Şahid7 gecə görmə cihazı ilə baxmış, tulum gördüyünü söyləmişdir. Həmin vaxt Mehdi sərhədi keçməmiş, öz tərəflərində olmuşdur. Onlar sərhədə yaxınlaşmış, Şahid7 onlardan – “Burada nə edirsiniz?” – deyə soruşmuş, Mehdi də - “Gəlmişik suya setka düzək” – deyə cavab vermişdir. Şahid7 – “Biz tərəfə keçməyin!” – deyə xəbərdarlıq etmiş, Mehdi Şahid7 - “100 -150 metr siz tərəfə keçək, setka döşəyək” – desə də, Şahid7 – “Bayram günüdür, qanımızı qaraltmayın, çıxın gedin! Hava soyuqdur, gedirik çay içək gələndə sizi bu tərəfdə görməyək” – deyə cavab vermişdir. Şahid7lə birlikdə sahilə gələndə Şahid1 naryadı dəyişdiyini görmüşlər. Tofiq Turala belə bir şəxsin onu çağırdığını söyləmiş, Turalda ona –“Otur qayığa gedək, görüm kimdir məni soruşur” - demişdir. Turalla birlikdə ora getmişlər, həmin vaxt Mehdi yenə - “100-150 metr keçim siz tərəfə balıq tutum” – desə də, Tural icazə verməmişdir. Onlar bir müddət orada gözlədikdən sonra hava soyuq olduğu üçün sahilə qayıtmışlar. Bu hadisədən təxminən 2 həftə keçmiş, Tural ona suya getməyi təklif etmiş, birlikdə suya getmişlər. Onlar Mehdigili iki dəfə sərhədi 150-200 metr içəri keçdikləri üçün tutmuşlar. Mehdini tutub - “burada nə edirsən?”- deyə soruşmuşlar, “setkalarımı yığıram gedəm”- deyə cavab vermişdir. Tural həmin vaxt onların setkalarını yığmağına icazə verməmiş, oradan qovalamışdır. Mehdigilin Araz çayından “sudak”, “sazan” balıqlarını apardıqlarını, torlarının 8 likdən başlayıb, əlliyə kimi olduğunu, Azərbaycan balıqçılarının isə 55-60- lıqdan yuxarı olan torlardan istifadə etdiklərini, Mehdigilin balaca balıqları da tutduqlarını, tutduqları balıqları torbalara yığıb evə apardıqlarını, orada təmizlədiklərini bildirmişdir. O, Mehdinin Azərbaycan tərəfə keçib balıq tutmağını iki dəfə görmüş, digərlərini isə tanımadığı üçün adlarını bilməmişdir. Mehdinin apardığı balığın nə qədər olduğunu görməmişdir. İstintaqda verdiyi məbləğ onların bazarda balığın satış qiymətinə uyğun olaraq müəyyən etdikləri ümumi məbləğ olmuşdur. Turalla Mehdinin bir yerdə oturub söhbət etməklərini görməmiş, həmin vaxt qayıqda söhbət etmişlər, amma qayığın uzunluğu 6 metr olmuş və matorun səsindən orada heç bir səs eşidilməmişdir. Fəhlələr bir-birlərinə söz demək istəyəndə gəlib yaxından deyib qayıtmışlar. Mehdinin Turala telefon və ya pul verməyini görməmişdir. Şahid1 Mehdini görəndə - “Mənim adamımdır, İran tərəfdən mənə məlumat verir, ona dəyməyin” – demiş, lakin digər balıqçıların Azərbaycan tərəfə keçməyini qoymamışdır. Turalın Mehdi ilə əlbir olduğu üçün tutulduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, işinin Araz çayında balıq tutmaq olduğunu, hərbiçilərində onlarla birlikdə qayıqla getdiklərini və müşahidə apardıqlarını söyləmişdir. Mehdinin qayınatasının dayısı nəvəsi olduğunu, qayınatası zəng edib dedikdən sonra Mehdinin qardaşı Əhədin onu bir- iki dəfə həkim yoxlanışa apardığını, Mehdigilin evinə getmədiyini, lakin Əhədin evində 1 gün qaldığını bildirmişdir. Turalla Mehdinin necə tanış olduğu barədə isə məlumatı olmamışdır. Tural ondan sən niyə yatmırsan? deyə soruşmuş, o da – “Mənim başımda problem var idi, qayınatam məni İrana qohumugilə apardı, orada müalicə aldıqdan sonra düzəlmişəm” – deyə cavab vermişdir. Şahid1 Mehdinin necə biri olduğunu ondan soruşanda o da, Mehdinin qardaşı Əhədin onu aparıb qonaq etdiyini, çox mehriban adam olduqlarını bildirmişdir. Tarixləri dəqiq xatırlamasa da, günlərin bir günü hərbiçi Şahid1 ona –“Suya gedək” – demiş, onunla birlikdə suya gedəndə Mehdini görmüşlər. Araz çayına çıxanda Tural işığı Mehdinin üzünə salıb – “Mehdi, burada nə edirsən?”- deyə soruşmuş, “setkam var, onu yığıram” deyə cavab vermişdir. Daha sonra Tural Mehdiyə -“Mən gedirəm çay içəm, qayıdanda səni burada görməyim!” - demiş, həmin günü Mehdini tutmamışdır. Mehdi ondan sonra Azərbaycan tərəfə keçməmişdir. Üstündən bir müddət keçəndən sonra yenə Şahid1la birlikdə suya getmişlər. Tural ona, qayığı düzünə sür deyə işarə vermiş, qayıqla gedib kamer tutmuşlar. Tural kamerdəkilərin üzünə işığı salıb sən kimsən ? deyə soruşanda onlardan biri “Babəkəm” – deyə cavab vermişdir. Daha sonra Tural ona motoru söndür demiş, oda Turalın dediyini etmiş, həmin vaxt Tural əyilərək Babəkdən nə isə almış, amma nə aldığını görməmiş, səsindən sellofan olduğunu bilmişdir. Tural ona qayığı sür gedək deyə göstəriş vermişdir. Həmin vaxt Tural qayığın burnunda dayanmış, qayıq 6-7 metr uzunluğunda olduğu üçün o, Babəklə Turalın nə danışdıqlarını eşitməmiş, Tural ona nə aldığı barədə heç nə deməmişdir. Turalın üzərinə işiq salandan sonra onun əlindəkinin sellofan olduğunu görmüş, Babək sellofanı verəndə Mehdinin yolladığını demişdir. Zastavada Turalı danışdıranda Babəkdən 5000 manat pul aldığını və həmin pulu da Mehdinin göndərdiyini öyrənmişdir. O, Mehdini Azərbaycan tərəfdə 1-2 dəfə görmüş, Mehdini Araz çayında mayakı keçib Azərbaycan tərəfdə balıq tutmağına şahid olmuş, amma nə qədər balıq tutmağını bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan olunmuş: Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayına kimi Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X9 2-ci sərhəd komendantlığının təminat və mühafizə tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində sahil mühafizə qrupunun tərkibində hər gün liman gözətçisi naryadına təyin olunmuş, naryadda olduğu müddət ərzində özü və digər naryad nəfərləri Araz çayı üzərində, dövlət sərhəddi istiqamətində katerlə silahlı müşahidə apararkən sərhəd xəttini və sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olan və ya daxil olmağa cəhd göstərən xarici ölkə, eləcə də İran islam Respublikasının vətəndaşlarını saxlayıb bu barədə telefonla hər dəfə birinci olaraq Sahil mühafizə qrupunun rəisi, baş leytenant Şahid1 məruzə etmiş və bundan sonra sərhəd pozucusu barədə zəruri tədbirlər görülmüşdür. 2023-cü ilin yanvar ayının əvvəllərində sahil mühafizə qrupunun rəisi, baş leytenant Şahid1 ondan, həmçinin də sahil mühafizə qrupunun digər hərbi qulluqçuları, miçmanlar Şahid6 və Şahid7 Araz çayı üzərində liman gözətçisi kimi xidmət apararkən Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhədini, sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz şəkildə balıq ovladığını aşkar etdikdə ona toxunmamalarını, barəsində yuxarı komandanlığa məruzə etməmələrini, tutub diviziyaya təhvil verməmələrini, əksinə ona göz yummalarını, yanına yaxınlaşmamalarını, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının bizim ərazi sularında balıq ovlamasına şərait yaratmalarını tələb etmişdir. Baş leytenant Şahid1 Mehdi adlı İran İslam Respublikasının vətəndaşının onun agenti olduğunu, sonuncuya şərait yaratmaqla onun vasitəsi ilə digər pozucular barədə məlumat əldə etdiyini, bu barədə yuxarı komandanlığın məlumatlı olduğunu bildirmiş, eləcə də Mehdinin xarici görünüşü barədə ona və qrupun digər hərbi qulluqçularına məlumat vermiş, Mehdi yaxınlaşdıqda sonuncunun özünü onlara təqdim edəcəyini bildirmişdir. Baş leytenant Şahid1 xarici görünüşü barədə məlumat verdiyi Mehdi adlı İran İslam Respublikasının vətəndaşı ilə həmin vaxtadək rastlaşmamış, onun bizim ərazi sularında balıq ovlamasının şahidi olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərindən mart ayının sonlarınadək liman gözətçisi kimi Araz çayının üzərində xidmət apararkən bir neçə dəfə İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsin dövlət sərhədini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz balıq ovladığını aşkar etmiş, lakin baş leytenant Şahid1 tələbinə əsasən ona göz yummuş, barəsində heç bir tədbir görməmiş, eləcə də tutub müvafiq qaydada diviziyaya təhvil verməmişdir. Şahid7 ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 20-21 radələrində Naxçıvan balıq zavodunun balıqçısı Şahid4 idarə etdiyi, həmin zavoda məxsus katerlə Araz çayının üzərində liman gözətçisi kimi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının arasında olan dövlət sərhəd xəttinin yaxınlığında, 16 nömrəli sərhəd nişanının qarşısında xidmət apararkən, Araz çayının İran İslam Respublikasına aid hissəsində dayanmış üç nəfər kişi cinsli şəxsdən biri onlara tərəf səslənərək baş leytenant Şahid1 harada olduğunu ondan soruşmuşdur. Həmin şəxsdən kim olduğunu soruşduqda «Mehdidi, Şahid1 axtarıram, onunla işim var» deyə cavab vermiş, Mehdi adlı şəxsdən Şahid1la nə işinin olduğunu soruşduqda o, isə «icazə verin keçib sizin ərazidə biraz balıq tutaq» demişdir. Həmin vaxt Mehdi adlı şəxsə sərhəd xəttinə yaxınlaşmamasını, əks halda tutulacağını bildirib ərazidən uzaqlaşmış, bir qədər xidməti ərazidə müşahidə apardıqdan sonra Araz çayının sahilinə qayıtmışdır. Sahilə qayıtdıqdan sonra ondan naryadı təhvil almağa gəlmiş sahil mühafizə qrupunun rəisi, baş leytenant Şahid1 vəziyyət barədə məlumat verərək Mehdi adlı İran İslam Respublikası vətəndaşının onu axtardığını bildirmişdir. Bundan bir-iki gün sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində baş leytenant Şahid1 ondan, həmçinin də sahil mühafizə qrupunun digər hərbi qulluqçuları, baş leytenant Şahid5 və miçman Şahid6 Araz çayı üzərində liman gözətçisi kimi xidmət apararkən Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhədini, sərhəd rejimini pozaraq Azərbaycan Respublikasının ərazi sularına daxil olub oradan qanunsuz şəkildə balıq ovladığını aşkar etdikdə ona toxunmamalarını, barəsində yuxarı komandanlığa məruzə etməmələrini, tutub diviziyaya təhvil verməmələrini, əksinə ona göz yummalarını, yanına yaxınlaşmamalarını, Mehdi adlı İran İslam Respublikasının vətəndaşının Azərbaycan Respublikası ərazi sularında balıq ovlamasına şərait yaratmalarını tələb etmişdir. Baş leytenant Şahid1 Mehdi adlı İran İslam Respublikası vətəndaşının onun agenti olduğunu, sonuncuya şərait yaratmaqla onun vasitəsi ilə digər pozucular barədə məlumat əldə etdiyini, bu barədə yuxarı komandanlığın məlumatlı olduğunu bildirmiş, eləcə də Mehdi adlı şəxsin xarici görünüşü barədə ona və qrupun digər hərbi qulluqçularına məlumat vermiş, Mehdi adlı şəxsə yaxınlaşdıqda sonuncunun özünü onlara təqdim edəcəyini bildirmişdir. Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayı “Naxçıvan” X9 əməliyyataxtarış şöbəsinin rəisi vəzifəsində xidmət edərkən 11 aprel 2023-cü il tarixdə baş leytenant X13 İran İslam Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən 5.000 manat məbləğində pul və mobil telefonlar alaraq, bunların müqabilində sonuncunun bir neçə nəfər şəxslə birlikdə 2023-cü ilin yanvar-aprel aylarında dəfələrlə Araz çayı üzərində yerləşən dövlət sərhəd xəttini keçib Azərbaycan Respublikasının ərazi sularında qanunsuz balıq ovlamasına şərait yaratması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün diviziyanın əks-kəşfiyyat bölməsinin rəisi, mayor X14 və diviziyanın şəxsi heyət üzrə şöbənin zabiti, baş leytenant X18 ilə birlikdə diviziyanın 2-ci sərhəd komendantlığının 13cü sərhəd zastavasına getmiş və orada baş leytenant Şahid1la görüşmüşlər. Görüş zamanı daxil olmuş əməliyyat məlumatı ilə bağlı baş leytenant Şahid1la söhbət etmiş, söhbət zamanı baş leytenant Şahid1 törətdiyi cinayət əməllərin tam etiraf edərək, İran İslam Respublikasının vətəndaşı Mehdi Sadiqpurla cinayət əlaqəsinə girdiyini, sonuncunun 2023-cü ilin yanvar ayının əvvəllərindən aprel ayının əvvəllərinə kimi Araz çayının üzərində yerləşən dövlət sərhəd xəttini dəfələrlə pozub bir neçə nəfər şəxslə birlikdə Azərbaycan Respublikasının ərazi sularında, yəni 13-cü sərhəd zastavasının xidməti ərazisində qanunsuz balıq ovlamasına şərait yaratdığını, bunun müqabilində isə Mehdinin ona ümumilikdə 5000 manat məbləğində pul, bir ədəd «Samsung A73» və bir ədəd «Samsung A53» markalı mobil telefon verdiyini bildirmişdir. Baş leytenant T.M.X12 aldığı 5.000 manat pulu istirahət otağında, kitelinin cibində saxladığını, mobil telefonları isə tanımadığı şəxslərə satdığını bildirmiş, 5.000 manat pulu könüllü şəkildə təqdim etmək istədiyini demişdir. Bu zaman mayor R.E.Ramazanov və baş leytenant O.S.Sadiqov Şahid1la birlikdə sonuncunun 2-ci sərhəd komendantlığının inzibati binasının 2-ci mərtəbəsində yerləşən istirahət otağına getmiş, həmin vaxt baş leytenant Şahid1 otaqda olan paltar dolabında asılmış özünə məxsus kitelin sol döş cibindən açıq halda, 100 manatlıq əsginaslardan ibarət, üzərlərində xüsusi əlamətləri olmayan, həqiqi pul nişanlarına oxşayan topa pulu çıxarıb, həmin pulları, yəni 5.000 manat pulu yuxarıda qeyd olunan məqsədlə Mehdi Sadiqpurdan rüşvət qismində aldığını bildirmişdir. Həmin vaxt baş leytenant Şahid1 cibindən çıxardığı pulları onun, həmçinin də orada olan şəxslərin yanında sayaraq 5.000 manat olduğunu bir daha nümayiş etdirmiş və pulları ona təqdim etmişdir. Bundan sonra baş leytenant Şahid1 Mehdidən rüşvət qismində alaraq kitelinin cibində saxladığı və könüllü şəkildə təqdim etdiyi 5.000 manat pul ilə bağlı akt tərtib olunmuşdur. Şahid6 ifadəsində göstərmişdir ki, mən istintaqa verdiyim əvvəlki ifadələrimi əsasən təsdiq etmirəm. Mən həmin ifadələrimdə baş vermiş bəzi hadisələr, şahidi olduğum hallar barədə yalan danışmamışam. Cinayət məsuliyyətinə cəlb olunacağımdan qorxduğum üçün əvvəlki ifadələrimdə şahidi olduğum məsələlər, şahidi olduğum, eləcə də iştirak etdiyim hadisələri, həqiqətləri olduğu kimi bildirmək istəyirəm. Belə ki, mən 28 noyabr 2018-ci il tarixdən 18 aprel 2023-cü il tarixədək “Naxçıvan” X9 Sahil mühafizə qrupunun mühərrikçisi və baş mühərrikçisi vəzifələrində, miçman hərbi rütbəsində xidmət etmişəm. 2019-cu ilin may ayına kimi Sahil mühafizə qrupu 13-cü sərhəd zastavasının tabeliyində yerləşmişdir. Sonuncu tarixdə isə 2-ci Sərhəd komendantlığı yarandıqdan sonra həm 13-cü sərhəd zastavası, həm də Sahil mühafizə qrupu həmin komendantlığın tabeliyinə verildi. Baş leytenant Şahid1 da 2019-cu ilin may ayında Sahil mühafizə qrupunun rəisi təyin olundu. Eləcə də Azər Qənbərov həmin vaxt komendant vəzifəsinə təyin olundu. Sahil mühafizə qrupunun şəxsi heyətinin xidməti vəzifəsi hər gün hava qaralandan işıqlaşana kimi Araz çayının Naxçıvan şəhərinin Qaraçuq kəndinin ərazisindən keçən hissəsində, Araz çayının üzərində yaradılmış su anbarının kənarında, eləcə də su anbarının üzərində liman gözətçisi kimi xidmət aparmaqdan ibarət idi. Xatırladım ki, qeyd olunan su anbarının ortasında İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti sərhəd nişanları ilə müəyyən edilmişdir. Biz liman gözətçisi kimi məhz həmin istiqamətdə dövlət sərhədini mühafizə edirik. Belə ki, Sahil mühafizə qrupunun rəisi, həmçinin də həmin qrupda xidmət etmiş zabit və gizirlər, həmçinin də mən hər gün hava qaralandan işıqlaşana qədər böyük naryad kimi, bir nəfər müddətli hərbi qulluqçu ilə Araz çayının üzərində yerləşən su anbarının kənarında, eləcə də suyun üzərində katerlə dövlət sərhəddi istiqamətində silahlı müşahidə aparırdıq. Biz xidmətə çıxarkən bu barədə 13-cü sərhəd zastavasında və ikinci sərhəd komendantlığında tərtib olunmuş “AK-74” və “AKS- 74” markalı silah, hər birinin içərisində 30 ədəd patron olan iki ədəd sandıqça götürürdük. Sahil mühafizə qrupunun hərbi qulluqçularından kimsə, həmçinin də məzuniyyətdə, ezamiyyətdə, hosbitalda olduğumuz hallarda bizi ikinci sərhəd komendantlığının hərbi qulluqçuları baş gizir Məhəmmədəli Ələkbərov, baş gizir İkram Orucov və baş çavuş Elmin Babayev əvəz edildi. Onlar bəzi vaxtlarda bizi əvəzləyirdi. Qeyd etdiyim vaxtlarda, yəni havanın qaranlıq vaxtlarında 3 növbədən ibarət naryad təşkil olunduqda biz 6 saat, 4 növbəli naryad təşkil olunanda isə biz 5 saat xidmət təşkil edirdik. Mən və yuxarıda qeyd etdiyim şəxslər liman gözətçisi naryadına təyin olunduqdan sonra biz bir nəfər müddətli əsgərlə birlikdə komendantlıqdan çıxıb piyada şəkildə təxminən 1 saat müddətində hərəkət etməklə su anbarının sahilinə çatırdıq. Biz xidməti Araz çayının sahilində yerləşən 27 saylı məntəqədən başlayırdıq. Həmin vaxt hava şəraiti əlverişli olduqda, yəni yağış, qar, külək olmadıqda biz "xxxx" MMC-də balıqçı kimi işləyən, əsasən iki nəfər mülki şəxslərlə birlikdə, onların idarə etdiyi, balıqçılıq zavoduna məxsus katerlə Araz çayının üzərində, dövlət sərhəddi istiqamətində müşahidə aparırdıq. Biz “BİQ-35” markalı gecəgörmə cihazları ilə dövlət sərhəddi istiqamətində müşahidəni təşkil edirdik. Xidmət zamanı bizimlə birlikdə təyin olunmuş müdddətli əsgər Araz çayının sahilində qalıb orada müşahidəni təşkil edirdi. Biz, yəni naryad başçısı isə katerlə Araz çayının üzərində müşahidəni təmin edirdik. Mülki şəxslər olan balıqçılar da katerlə bizi Araz çayının üzərində hərəkət etdirirdilər. Onlar gündüz vaxtlarda zavod üçün balıq tutmaqla məşğul olurdular, hava qaralandan sonra isə iki nəfər balıqçı bizə təhkim olunurdu. Onu da bildirirəm ki, təxminən 2021-ci ilin əvvəllərinə kimi biz Araz çayının üzərində naryadı. 2-ci sərhəd komendantlığının balansında olan katerlə təşkil edirdik. Həmin katerlər sonradan sıradan çıxdığı üçün onlar təmirə aparılmışdır. Qeyd olunan müddətdən etibarən biz müşahidəyə balıqçıların idarə etdikləri katerlərlə çıxmağa başlamışdıq. 2019-cu ilin may ayından etibarən Sahil mühafizə qurupunda daimi olaraq mən, baş leytenant Şahid1, 2021-ci ilin avqust ayında etibarən baş leytenant Şahid5, 2022-ci ilin sonlarından etibarən isə miçman Şahid7 liman gözətçisi kimi Araz çayının üzərində naryad təyin olunmuşuq. Bəzi vaxtlarda, yəni yuxarıda göstərdiyim səbəblərdən bizi yuxarıda adlarını çəkdiyim şəxslər əvəz edirdi. Biz liman gözətçisi naryadında xidmət apararkən Araz çayı üzərində, müvafiq nişanlarla müəyyən edilmiş dövlət sərhəddini pozaraq bizim ərazi sularına daxil olan İran İslam Respublikası vətəndaşlarını və digər xarici ölkə vətəndaşlarını saxlayıb bu barədə yuxarı komandalığa məruzə etməklə onları diviziyaya təhvil verirdik. Və bu barədə müvafiq naryad kitablarında qeydiyyat aparırdıq. Onu da bildirirəm ki, "xxxx" MMC-nin balıqçıları təxminən 27 km uzunluğunda və 7 km enində olan su anbarının bizim əraziyə düşən hissəsində balıq mövsümü ərzində balıq tutmaq üçün torlar quraşdırırdılar. Hər gün balıqçılar torlara düşən balıqları yığıb zavoda təhvil verirdilər. Bu səbəbdən də Araz çayında, bizim ərazi sularında balıq zavodunun balıqçılarından başqa kənar şəxslərin balıq ovlaması qadağan olunmuşdur. Ona görə də Araz çayının bizim əraziyə düşən hissəsində balıqlar kütləvi halda ovalanmadığı üçün balıq ehtiyatı bizim sularda daha çox olurdu. Araz çayının İram İslam Respublikası tərəfə olan hissəsində isə vətəndaşlar kortəbii halda, eləcə də xırda ölçüdə balıqlar ovladıqları üçün onlar tərəfdə balıq ehtiyatı azalmışdır. Buna görə də İran İslam Respublikasının vətəndaşları fürsət düşdükcə dövlət sərhəddini pozaraq bizim ərazi sularına daxil olub oradan qanunsuz şəkildə balıq ovlamağa cəhd edirdilər. Biz də liman gözətçisi naryadına təyin olunan vaxtlarda bu halları aşkar etdikdə dərhal qanunamüvafiq tədbir görürdük. Onlar barədə komendant, polkovnik-leytenant Azər Qənbərova və sahil mühafizə qrupunun rəisi, yəni bizim birbaşa rəisimiz olan baş leytenant Şahid1 telefonla, vatsapla məruzə edirdik. Qeyd olunan halları aşkar etdikdə dərhal, birmənalı şəkildə birinci olaraq Şahid1 məruzə edirdik. Bundan sonra Şahid1 ya özü bu barədə komendant Azər Qənbərova şəxsən məruzə edirdi, ya da onun tapşırığı ilə biz birbaşa Azər Qənbərova zəng edib hadisə barədə məruzə edirdik. Onu da xatırladım ki, Araz çayının üzərində olan su anbarı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında tən ortadan bölünmüşdür. Su hövzəsinin yarı hissəsi bizim, digər yarı hissəsi isə İran İslam Respublikasının ərazi suları hesab olunurdu. Sərhəd nişanları da məhz su hövzəsinin ortasında qurraşdırılmışdır. Həmin nişanlar aşkar surətdə sərhəd xəttini müəyyən edirdi. 2023-cü ilin yanvar ayının əvvəllərinə kimi şəxsən mən liman gözətçisi kimi Araz çayının üzərində xidmət apararkən dövlət sərhəd xəttinə, həmçinin də sərhəd rejimini pozan xarici ölkə vətəndaşlarını o cümlədən İran İslam Respublikasının vətəndaşlarını əksər hallarda tutub diviziyaya təhvil vermişik. Bəzi hallarda isə, yəni sərhəd xəttini bir neçə metr bizim tərəfə keçən şəxsləri məruzə etməklə qovub ərazi sularından çıxarmışıq. Lakin 2023-cü ilin yanvar ayının əvvəllərində baş leytenant Şahid1 şəxsən mənə, habelə baş leytenant Şahid5 və miçman Şahid7 tapşırmışdır ki, Araz çayı üzərində liman gözətçisi naryadında olarkən Mehdi adlı İran İslam Respublikasının vətəndaşının dövlət sərhəddini pozaraq bizim ərazi sularında qanunsuz şəkildə balıq ovladığını aşkar etdiyimiz hallarda ona toxunmayaq, onun barəsində komendanta, eləcə də yuxarı komandanlığa məruzə etməyək, onu tutub sahilə çıxarmayaq, əksinə ona göz yumaq, onun bizim ərazi sularından balıq ovlamasına şərait yaradaq. Bir sözlə Mehdi adlı İran vətəndaşını bizim ərazi sularında aşkar etdiyim halda ona toxunmayaq, onun yanından ötüb keçək. O, Mehdinin xarici görünüşünü bizə təsvir etdi, eləcə də Mehdinin özünü bizə təqdim edəcəyini dedi. Mən həmin vaxta kimi Mehdi adlı şəxsi görməmişdim. Onun bizim ərazi sularında balıq ovlamasını aşkar etməmişdim. Baş leytenant Şahid1 həmçinin bizə bildirdi ki, Mehdi adlı şəxs onun agentidir, Mehdi ona işləyir, sərhəd pozucuları barədə ona məlumat verir. Biz də Mehdiyə göz yumaq ki, o, sərhəd pozucuları barədə Şahid1 məlumatlar versin. Şahid1 da həmin məlumatlar əsasında sərhəd pozucularını tutub diviziyaya təhvil versin. Həqiqətən də sonrakı vaxtlarda, yəni 2023-cü ilin yanvar – mart aylarında Mehdinin verdiyi məlumatlar əsasında Şahid1 7 halda dövlət sərhəddini pozaraq bizim ərazi sularında balıq ovlayan təxminən 30 nəfərə yaxın İran vətəndaşlarını tutub diviziyaya təhvil vermişdi. Buna görə də rəhbərlik tərəfindən Şahid1 mükafatlandırılmışdır. Şahid1 bizə bu barədə tapşırıq verdikdən sonra biz onunla razılaşdıq, bizim birbaşa komandirimiz olduğundan onun göstərişini icra etmək məcburiyyətində qaldıq. Lakin bizim Mehdi adlı şəxsə göz yummağımız müqabilində Şahid1 bizə pul və ya maddi nemət verəcəyini bildirmədi, təklif etmədi. Həmçinin də Mehdi adlı şəxsin dövlət sərhəddini pozaraq bizim ərazi sularında qanunsuz şəklində balıq ovlaması müqabilində Mehdi adlı şəxsin Şahid1 pul və ya maddi nemət verib-verməyəcəyi barədə Şahid1 bizə heç nə bildirmədi. Yəni Şahid1 pul və ya maddi nemət qarşılığında Mehdiyə bizim ərazi sularında balıq ovlamasına şərait yaratdığını bizə demədi. Biz sırf onun tapşırığını maddi maraq olmayaraq icra etməyə razılaşdıq. Bundan sonra, yəni 2023-cü ilin yanvar ayının əvvəllərində həmin ilin mart ayının sonlarına kimi, yəni mən 27 mart 2023-cü il tarixdə 20 günlük növbəti məzuniyyətə buraxılan vaxta kimi liman gözətçisi kimi Araz çayının üzərində xidmət apararkən bir neçə dəfə Mehdi adlı İran vətəndaşının dövlət sərhəddini pozaraq bizim ərazi sularına daxil olub orada balıq ovladığını aşkar etdikdə ona toxunmamışam, onun bizim ərazi sularında qanunsuz olaraq balıq ovlamasına göz yummuşam, ona şərait yaratmışam. Belə ki, birinci dəfə mən Mehdi adlı şəxsin dövlət sərhəddini pozaraq bizim ərazi sularında balıq ovladığını aşkar etdikdə ona yaxınlaşıb onu müvafiq qaydada tutmaq istəmişdim. Həmin vaxt Mehdi özünü mənə təqdim edərək Şahid1 dostu olduğunu, Şahid1 razılığı ilə bizim ərazi sularında balıq ovladığını bildirmişdir. Mən də ilk dəfə həmin vaxt onu görmüşdüm. Mehdi qarayanız, 35-37 yaşlarında olan, qıvrımbaş şəxs idi. Mən həmin vaxt Şahid1 vatsapla zəng edib bu barədə ona məruzə etmişdim. Şahid1 da mənə Mehdiyə toxunmamağımı, onun yanından uzaqlaşmağımı tapşırmışdı. Mən də Şahid1 həmin tapşırığına əsasən Mehdini tutub sahilə çıxarmamışdım, eləcə də bu barədə komendant Azər Qənbərova və digər komandir heyətinə məruzə etməmişdim. Şahid1 mənim birbaşa rəisim olduğundan mən onun bu göstərişini icra etmişdim. Mən bütün hallarda həmişə sərhəd pozucularını aşkar etdikdə birinvi olaraq Şahid1 məruzə etmişdim. Yəni qoyulmuş qayda belə idi. Mən Şahid1 əvvəl bu barədə heç kimə məruzə etməmişdim. Hər dəfə Turala bu barədə məruzə etdikdən sonra o, ya özü komendata məruzə edirdi, ya da onun göstərişi ilə şəxsən mən komendanta məlumat verirdim. Mən Mehdi adlı şəxsi ilk dəfə bizim ərazi sularında aşkar etdikdən sonra yenə də birinci Şahid1 zəng edib məruzə etmişdim. Sonrakı vaxtlarda, yəni 2023-cü ilin mart ayının sonlarına kimi mən bir neçə dəfə Mehdi adlı şəxsin dövlət sərhəddini pozaraq bizim ərazi sularında balıq ovladığını aşkar etdiyim hallarda hər dəfə Şahid1 zəng edib bu barədə məruzə etmişəm. Hər dəfə də Şahid1 mənə Mehdiyə toxunmamağımı, ona göz yummağımı, onun bizim ərazidə balıq ovlamasına şərait yaratmağımı tapşırmışdır. Mən də Şahid1 birbaşa rəisim olması səbəbindən onun tapşırığını icra etmişəm. Onu da bildirirəm ki, məndən başqa baş leytenant Şahid5 bir neçə dəfə Mehdi adlı şəxsin dövlət sərhəddini pozaraq bizim ərazi sularında balıq ovladığını aşkar etmiş, hər dəfə bu barədə Şahid1 məruzə etmiş, Şahid1 da Şahid5 Mehdi adlı şəxsə toxunmamasını, ona göz yummasını, onun barəsində qanunamüvafiq tədbir görməməsini tələb etmişdir. Şahid5 da hər dəfə Şahid1 bu tapşırıqlarını icra edərək Mehdi barədə heç bir tədbir görməmişdir, onu tutub təhvil verməmişdir. Miçman Şahid7 Mehdi adlı şəxsi bizim ərazi sularında aşkar etdiyini eşitməmişəm. Bir sözlə 2023-cü ilin yanvar – mart aylarında mən baş leytenant Şahid5, həmçinin də baş leytenant Şahid1 özü dəfələrlə Mehdi adlı İran vətəndaşının dövlət sərhəddimizi pozaraq bizim ərazi sularında balıq ovladığını aşkar etdiyimiz hallarda onu qanunamüvafiq qaydada tutub diviziyaya təhvil verməli olsaq da, Şahid1 təkidli tələblərinə, tapşırığına əsasən öz xidməti vəzifələrimizi icra etməyərək Mehdi adlı şəxsə toxunmamışıq, onun bizim ərazi sularında balıq ovlamasına göz yummuşuq. Lakin tam əminliklə, səmimi olaraq bildirirəm ki, şəxsən mən, həmçinin də baş leytenant Şahid5 Mehdi adlı şəxsin bizim ərazi sularında qanunsuz balıq ovladığını aşkar etdiyimiz hallarda ona toxunmamağımız, ona şərait yaratmağımız müqabilində nə Şahid1, nə də Mehdi adlı şəxsdən pul, maddi nemət, mobil telefon almamışıq və istəməmişik. Heç onların özləri də mənə və Şahid5 belə bir təklif etməyiblər. Yəni qeyd etdiyim məsələdə mənim və Şahid5 heç bir maddi marağı olmayıbdır. Lakin sonradan, yəni ilkin araşdırma zamanı Şahid1 Mehdi adlı şəxsdən, onun dövlət sərhəddimizi pozaraq bizim ərazi sularında balıq ovlamasına özünü və bizim vasitəmizlə şərait yaratması müqabilində Mehdidən smartfon tipli mobil telefon və ümumilikdə 5000 (beş min) manat məbləğində pul aldığını eşitmişəm. Belə ki, Şahid1 Mehdinin bizim ərazi sularına daxil olub orada balıq ovladığına görə hər ay ondan 2500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Mehdi də onun bu şərti ilə razılaşmışdır. Nəticədə Mehdi həmin məqsədlə iki ayın pulunu, yəni 5000 manat pulu 2023-cü ilin mart ayının sonlarında hansısa yolla Şahid1 çatdırmışdır. Bundan başqa Şahid1 həmin məqsədlə Mehdi adlı şəxsdən smartfon tipli mobil telefon da aldığını eşitmişəm. Bildirirəm ki, araşdırma zamanı Şahid1 verdiyi izahat və ifadələrində, həmçinin də Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına guya Mehdi adlı şəxsin bizim ərazi sularında balıq ovlamasına göz yummağımız müqabilində Mehdinin mənə və baş leytenant Şahid5 “Samsung A52” və “Samsung A53” markalı mobil telefon verdiyini bildirmişdir. Lakin bu tamamilə yalan söhbətdir. Şahid1 bu məsələni yalandan ortaya atıbdır. Bir daha tam əminlikdə bildirirəm ki, mən nə Mehdi adlı şəxsdən, nə də Şahid1 Mehdi adlı şəxsə bizim ərazidə balıq ovlamasına şərait yaratmağım qarşılığında pul, eləcə də mobil telefon almamışam və istəməmişəm. Mən hazırkı ifadəmdə hər şeyi səmimi olaraq bildirirəm. Baxmayaraq ki, mən araşdırma zamanı verdiyim izahat və ifadələrimdə hazırda göstərdiklərimi də bildirməmişdim. İndiki ifadəmdə göstərdiklərimdən başqa heç bir hadisənin şahidi və ya iştirakçısı olmamışam, eləcə də Mehdi adlı şəxsdən mobil telefon almamışam və istəməmişəm. Bir daha bildirirəm ki, mən hansısa məqsədlə, həmçinin də dövlət sərhəd xəttini pozmaqla bizim ərazi sularında qanunsuz şəkildə balıq ovlamasına şərait yaratmağım müqabilində nə sualda qeyd olunan İran vətəndaşı Mehdi adlı şəxsdən, nə də Şahid1 pul və ya mobil telefon almamışam və istəməmişəm. Eləcə də onların özləri mənə qarşı belə bir təklif irəli sürməyiblər. Mən qeyd olunan əməliyyat məlumatlarında həqiqəti əks etdirməyən, yəni heç vaxt baş verməyən halların əks olunmasının səbəbini bilmirəm. Ancaq onu bildirirəm ki, bu məsələnin üstü açılan vaxt diviziyanın komandir heyəti məni məzuniyyətdən geri çağıraraq mənimlə yuxarıda göstərdiyim məsələlərlə bağlı sorğu-sual etmişdilər. Həmin vaxt onlar da mənə bu söhbəti demişdilər. Yəni mənim Mehdi adlı şəxsdən mobil telefon alıb-almadığımı soruşmuşdular. Mən də onlara belə bir məsələnin olmadığını demişdim. Bildirirəm ki, yalnız Şahid1 bu barədə dediyi sözə əsasən mənim Mehdidən telefon almağım söylənilmişdir. İnanıram ki, verilmiş əməliyyat məlumatlarındakı həmin məlumat, yəni mənim guya Mehdi adlı şəxsdən mobil telefon almağım məlumatı yalnız Şahid1 bildirməsi əsasında göstərilibdir. Şahid1 da həmin məlumatları özündən uydurubdur, mənə şər atıbdır. Mənim bu barədə məlumatım yoxdur, həmçinin də diviziyanın, sahil mühafizə qrupunun balansında olan hansısa katerin ehtiyat hissələrinin İran İslam Respublikasından hansısa yolla alınmasının, sifariş verilməsinin şahidi olmamışam və bu barədə eşitməmişəm. Mənim sualda qeyd olunan xüsusat barədə məlumatım yoxdur. Mən həmin katerin hansısa ehtiyat hissəsinin, həmçinin də mühərrik pərinin İrandan gətirilərək Şahid1 tərəfindən katerin üzərinə qoyulmasının şahidi olmamışam və bu barədə eşitməmişəm. Xeyr, mən sualda göstərilən şəxsləri tanımıram, onların adlarını ilk dəfədir ki, eşidirəm. Bir daha bildirirəm ki, mən sualda qeyd olunan şəxsləri tanımıram, adlarını ilk dəfədir ki, eşidirəm. Ola bilsin ki, həmin şəxslərin adlarına qeyd olunan məbləğlərdə pul köçürmüşəm. Lakin hansısa xidmət yoldaşım məndən həmin şəxslərin adlarına həmin pulları göndərməyimi xahiş edibdir. Belə ki, mən xidmət yerimdən çıxıb yaşadığım ünvana gedərkən hansısa xidmət yoldaşım, həmçinin də baş leytenant Şahid1 mənə pul verərək onu yolüstü hansısa tanışına göndərməyimi xahiş edibdir. Mən də həmin pulu poçtla onların dedikləri şəxslərin adlarına göndərmişəm. Ancaq sualda qeyd olunan şəxslərin adlarına göndərdiyim pulları konkret olaraq hansı xidmət yoldaşımın mənə verdiyini hazırda xatırlamıram. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 5/1049 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 50 ədəd C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Təqdim edilmiş pul əskinaslarının hər hansı bir fraqmenti sonradan dəyişdirilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 9/7152 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən yeni, istifadə də olmamış mobil telefonların 2023-cü ilin yanvar ayına olan topdan və pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: - Samsung A73 markalı mobil telefon – pərakəndə - 880,00 manat, topdan - 850,00 manat - Samsung A53 markalı mobil telefon – pərakəndə - 680,00 manat, topdan - 650,00 manat - 21 iyun 2023-cü il tarixli pul vəsaitinin maddi sübut hesab edilməsi və depozitə qoyulması haqqında qərardan görünür ki, C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 seriyalı 50 (əlli) ədəd 100 AZN-lik əskinaslar maddi sübut hesab edilmişdir. Həmin 50 (əlli) ədəd 100 AZN-lik əskinaslardan ibarət 5000 (beş min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabına ödənilmiş və orada saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 13 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 5000 (beş min) manat məbləğində pul 50 (əlli) ədəd 100 AZN-lik əskinaslardan ibarətdir. Həmin əskinasların üzərində ayrı-ayrılıqda C 34182294, C 57416903, C 86535891, C 76139484, A 83625416, C 67670091, B 07353972, C 12364951, D 20430322, C 27378787, C 16090923, A 39342689, C 83682399, A 05076104, A 96066149, C 14163686, C 33996832, C 47744006, C 57466306, C 45561271, C 91539478, A 65384914, A 59305608, C 74056445, A 67541071, A 53070455, A 98943700, A 52895725, C 30833794, A 64444830, C 60832984, A 68853442, C 91211528, B 13236339, A 70735474, A 66859271, A 79770268, C 57247774, D 14874342, C 88849759, A 28953659, C 95878772, A 68992421, C 81175753, C 52531756, A 40812363, A 02233051, C 23121262, C 82532147, A 37067892 seriyaları qeyd olunmuşdur. - 10 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış keçirilən yer Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X9 NMR Naxçıvan şəhərinin, Qaraçuq qəsəbəsinin ərazisində yerləşən 2-ci sərhəd komendantlığının 13-cü sərhəd zastavasının xidməti ərazisi hesab olunan, Araz çayının üzərində, Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yaradılmış su hövzəsidir. Həmin su hövzəsi 2-ci sərhəd komendatlığının dayaq məntəqəsindən 4,5 km məsafədə, dövlət sərhədi istiqamətində yerləşir. Həmin su hövzəsi təxminən 11 km uzunluğunda, 6 km enindədir. Su hövzəsinin sahilinə, yəni liman gözətçisi naryadına təyin olunan hərbi qulluqçuların xidmətə başladıqları 27-ci sahəyə yaxışlaşdıqda orada bir neçə ədəd motorlu qayıq, habelə kustar üsulla inşa edilmiş, kənarları və üst hissəsi göy rəngli çadırla örtülmüş otaq vardır. Baxışda iştirak edən gizir X19 bildirdi ki, 2-ci sərhəd komendantlığının sahil mühafizə qrupunun hərbi qulluqçuları liman gözətçisi naryadına təyin olunduqdan sonra həmin əraziyə, yəni 27-ci sahəyə gələrək həmin istiqamətdə, yəni sahildə Araz çayının üzərində yerləşən dövlət sərhədini müşahidə edirlər. Həmçinin də günün qaranlıq vaxtlarında iki nəfər hərbi qulluqçu həmin hissədən motorlu katerlərlə su hövzəsində müşahidəyə çıxırlar. Bəzi hallarda isə hərbi qulluqçulardan biri sahildə qalıb orada müşahidə aparır, digər hərbi qulluqçu isə oradan motorlu katerlə balıqçılarla birgə suda müşahidəyə çıxır. Suda müşahidə apardıqdan sonra həmin hərbi qulluqçu qeyd olunan əraziyə qayıdıb sahildə quraşdırılmış otaqda istirahət etməklə oradan müşahidəni davam etdirir. İştirakçı həmçinin bildirdi ki, Araz çayının üzərində yəni qeyd olunan su hövzəsinin mərkəz hissəsində Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədini müəyyən edən nişanlar mövcuddur. Dayandığımız yerdən su hövzəsinin qarşı tərəfində baxdıqda çılpaq halda olan dağlıq, təpəlik ərazi müşahidə olunur. İştirakçı həmin ərazinin İran İslam Respublikasının ərazisi olduğunu bildirdi. Su hövzəsinin üzərində olan yəni dövlət sərhədini müəyyən edən nişanlara baxış keçirmək üçün "xxxx" MMC-yə məxsus 357 nömrəli motorlu katerlə su hövzəsinə daxil olaraq su hövzəsinin mərkəzinə doğru təxminən 3,2 km məsafədə hərəkət etdikdə birbirinə üfüqi şəkildə, yəni bir-birindən təxminən 300 metr məsafədə paralel vəziyyətdə yerləşən 4 ədəd, gövdə hissəsi dəmir materialdan ibarət, yuxarı hissəsi isə boru formalı olan, kustar üsulla hazırlanmış, suyun üzərindən yuxarıya doğru hündürlüyü təxminən 1,6 metr təşkil edən nişanlar aşkar edildi. Həmin nişanların üzərinə müvafiq olaraq 13,14,15 və 16 rəqəmləri həkk edilmişdir. Baxışda iştirak edən gizir Coşqun Cəlilov həmin nişanların dövlət sərhədini müəyyən etdiyini, nişanların bir tərəfinin İran İslam Respublikasının ərazisi, digər tərəfinin isə Azərbaycan Respublikasının ərazisi olduğunu bildirdi. 16 rəqəmli nişanın yaxınlığında kiçik ölçülü ada mövcuddur. Həmin ada istifadəsiz olmaqla, yaşamaq üçün əlverişli şəraiti yoxdur. İştirakçı həmçinin bildirdi ki, Naxçıvan balıqçılıq MMC-nin balıqçılarının balıq mövsümündə, yəni ilin sentyabr ayından növbəti ilin aprel ayına kimi əsasən 16 nömrəli nişanın yaxınlığında, Azərbaycan Respublikasının ərazi sularında balıq ovlamaq üçün tor quraşdırdıqlarını və müəyyən vaxtdan sonra həmin tora düşən balıqları yığıb zavoda təhvil verdiklərini bildirdi. Baxış zamanı su hövzəsinin Azərbaycan Respublikasının ərazi hissəsində balıq torlarının quraşdırılması müşahidə olunmadı. İştirakçı bildirdi ki, hazırda balıq tutumu mövsümü olmadığı üçün torlar sudan yığışdırılmışdır. Yalnız 2023-cü ilin sentyabr ayından etibarən bizim tərəfdən suya balıq torları atılacaqdır. Baxış zamanı su hövzəsinin İran İslam Respublikasının ərazisinə düşən hissəsində balıq ovlamaq üçün müvafiq torlar aşkar edilmədi. Həmçinin də baxış zamanı müqabil tərəfin hərbi qulluqçularının, habelə balıqçılarının su hövzəsində müvafiq olaraq müşahidə aparmaları və balıq ovlamaları aşkar edilmədi. İştirakçı onu da bildirdi ki, barəsində soruşulan sabiq hərbi qulluqçular, baş leytenant miçmanlar Şahid6, Şahid7 və digərləri xidmət müddətlərində “liman gözətçisi” naryadına təyin olunarkən havanın qaranlıq vaxtlarında motorlu katerlə su hövzəsinin baxış keçirilən hissəsində müşahidə aparmış, yəni sərhəd xəttini müəyyənləşdirən nişanların ətrafında katerlə dövrə vurmuşlar. İştirakçı, İran İslam Respublikasının vətəndaşlarının dövlət sərhədini məhz qeyd olunan nişanların olduğu yerdən pozaraq Azərbaycan Respublikasının ərazisinə daxil olub balıq ovladıqlarını bildirdi. - 06 mart 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış aparılan yer Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, Qaraçuq kəndi ərazisində yerləşən Naxçıvan X9 13-cü sərhəd zastavasının ərazisidir. Ərazi düzənlik relyefə məxsusdur. Baxış zamanı İran İslam Respublikası vətəndaşları X7 və X8 06 mart 2025-ci ildə gecə saatlarında dövlət sərhədini qanunsuz olaraq keçdiyi ərazini göstərərək İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazi sularına keçdiyi ərazini göstərmişdir. Həmin ərazi 13-cü sərhəd zastavasının 27-ci sahəsidir. DSX-dən təxminən 300-350 metr məsafədə 16/1 saylı sərhəd nişanından 10-15 metr şimal-şərq istiqamətində Azərbaycan Respublikasının ərazi sularıdır. - 07 mart 2025-ci il şəxsin tanınmasının aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, tanıyan şəxs Şahid3 təqdim edilən şəxsləri nəzərdən keçirib 2 nömrəli şəxsi göstərmiş və onun X7 olduğunu, onu əvvəl də gördüyünü, qaynatasının qohumu olduğunu, onu üz quruluşundan, qaraşın olmağından tanıdığını bildirdi. X7 törətdiyi əmələ görə 06 mart 2025-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 07 mart 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2, 256.3, 312.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 05 dekabr 2023-cü il tarixli qərarla Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmış, zərərçəkmiş şəxsin nümayəndəsi qis 11 mart 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 256.3, 312.2 və 318.2-ci maddələri ilə tövsif olunmuşdur. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 256.3, 312.2 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X3 həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün qismən etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, X7 vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə təkrar rüşvət verərək 2023-cü ilin yanvar-aprel aylarında şəxsiyyətləri hazırda istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs kimi Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli xeyli miqdarda malları qaçaqmalçılıqla keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs kimi külli miqdarda ziyan vurulmaqla balığı qanunsuz tutmuş və qabaqcadan əlbir olan bir qrup şəxs kimi Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmişdir. X3 Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün məhkəmə istintaqında verdiyi ifadəsi, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilir. Şahid1 ibtidai istintaq zamanı, o cümlədən məhkəmədə verdiyi ifadəsində X4 Araz çayının Azərbaycan Respublikasına mənsub olan hissəsində balıq tutması üçün əlverişli şərait yaratmış, X7 da qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikası sərhədlərini Araz çayına aid hissədə qanunsuz keçərək balıq tutmuş və 3-4 traktor təkərlərinin kamerlərini bir-birinə bağlayıb tutduğu balıqları təkərlərin üzərinə yığıb İran islam Respublikasına aparmışlar. Bu faktı təqsirləndirilən şəxs M. Sadeghpour da məhkəmə istintaqında təkzib etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn.......yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. X3 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 256.3-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi də özünün məhkəmədə verdiyi ifadəsi, şahid ifadələri və digər mötəbər sübutlarla tam sübuta yetirilir. Belə ki, X7 məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, sonuncu dəfə Babək və Hadi adlı İran İslam Respublikasının vətəndaşları ilə birlikdə Araz çayında quraşdırılmış dövlət sərhəd xəttini müəyyən edən mayakın olduğu yerdən sərhədi pozaraq Azərbaycan Respublikası ərazi sularına daxil olub 150 metr Azərbaycan Respublikası ərazisinə keçmişlər. Həmin vaxt 80 kq “karas” və 15 kq “buqla“növdə balıq tutmuşlar. Bu hal onun xatırladığı qədərilə guya iki dəfə baş vermişdir. Təqsirləndirilən şəxs qabaqcadan bir qrup şəxslə əlbir olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək dəfələrlə balıq tutması faktı özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid2, Şahid1, Şahid6 və Şahid4 verdikləri ifadələrlə də öz təsdiqini tapmışdır. X3 Cinayət Məcəlləsinin 312.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi də özünün ifadəsi, şahid ifadələri və digər mötəbər və təkzibolunmaz sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Şahid2 öz ifadəsində qeyd etmişdir ki, X3 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənar keçməklə balıq tutmasına 4-5 dəfə, Şahid3 isə 1-2 dəfə şahid olduğunu təsdiqləmişlər. Şahid1 isə öz ifadəsində qeyd etmişdir ki, Mehdinin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənar keçərək dəfələrlə balıq tutmasına özü şərait yaratmış, bunun qarşılığında da Mehdidən Azərbaycan ərazisinə qaçaq keçən İranlılar və kürdlər haqqında məlumat almışdır. Məhkəmədə dindirilmiş Şahid5 Mehdi adlı İran vətəndaşının dövlət sərhədini pozaraq Azərbaycan tərəfdə qanunsuz balıq tutduğunu aşkar etdiyində Şahid1 məlumat versə də, Şahid1 bu məsələyə göz yumağını tapşırmışdır. X3 Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi də özünün ifadəsi, şahid ifadələri ilə, 14 avqust 2023-cü il tarixli, 5/1049 nömrəli məhkəmə-kimyəvi və 17 oktyabr 2023-cü il tarixli, 9/7152 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizalarının rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilir. Belə ki, şahid Tural X1 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib balıq tutmasına əlverişli şərait yaratmış və bunun qarşılığında Mehdidən ona İrandan telefon alıb gətirməsini istəmişdir. M. Sadeghpourun Şahid1 telefonu verməsinə həmin vaxt qayıqda olan məhkəmədə dindirilmiş Şahid2 şahid olmuşdur. N.X17 telefon aldığını öyrəndikdən sonra ona da telefon alıb gətirməsini istəmiş və M. Sadeghpour bir neçə gün sonra telefonu alıb gətirmişdir. Şahid1 da öz növbəsində həmin telefonu Şahid2 vermişdir. Şahid2 hər iki telefonun yeni və qutuda bağlı şəkildə olduğunu bildirmişdir. Mehdinin Turala şəxsən özünün verdiyi telefonun markası “Samsung A 73”, İran vətəndaşı Babək adlı şəxslə göndərdiyi telefonun markası isə “Samsung A 53” olmuşdur. Bundan başqa Şahid1 Mehdi Sadeghpourdan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib balıq tutmasına əlverişli şərait yaratması qarşılığında 5000 manat məbləğində rüşvət istəmiş, Mehdi əvvəlcə razılaşmasa da, sonradan Turalın dediyi bu məbləği Babək vasitəsilə Araz çayının üzərində Azərbaycan tərəfdə 16 № sərhəd nişanın yanında Turala vermişdir. Tural pul olan paketi aldıqdan sonra Araz çayının kənarında yurqun ağaclarının olduğu yerdə kənardan kimsənin görməməsi üçün yerə söküb paketin içindəki pulu cibinə qoymuş və xidməti iş yerinə qayıtdıqdan sonra saymışdır. Pul əskinasları 50 ədəd Azərbaycan Respublikasının 100 manatlıq əskinası olmaqla cəmi 5000 manat təşkil etmişdir. Şahid1 5000 manat pulu rüşvət qismində alması özünün və məhkəmədə dindirilmiş Şahid3 ifadəsi ilə öz təsdiqini tapmışdır.Belə ki, şahid Novruzov Şahid1la birlikdə qayıqda ərazidə olarkən Babək vasitəsilə Mehdinin 5000 manat pulu göndərdiyini və Turalın həmin paketi qəbul etdiyini görməsini təsdiqləmişdir. Azərbaycan Respublikası Cinayət–Prossesual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları (hökm, qərar, qətnamə, qərardad) bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər və hüquqi şəxslər üçün məcburidir. Məhkəmə qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən bir faktı və ya hüquqi məsələni həll edibsə, başqa bir məhkəmə bu fakta yenidən hüquqi qiymət verə bilməz. Bu hökm digər cinayət işlərində sübut edilmiş hal kimi qəbul olunmalıdır. Təqsirləndirilən şəxs X3 cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 cinayət işinə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsində baxılmış və onun barəsində 1-1(092) -14/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli hökm çıxmış və o, 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Şahid1 barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sözügedən maddələr təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxs X3 məhkəmədə verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmədiyini deməsini, nəinki Şahid1, heç kimə pul vermədiyi, Şahid1la aralarında rüşvət qismində ona 5000 manat pul verilməsi barədə söhbətləri olsa da, ona rüşvət vermədiyi, 1500 manat pulu Babəkin verdiyi, qalan pulu isə Turalın digər qruplardan aldığı, Sözügüdən “A53” markalı telefonu isə Babək adlı İranlının Turala verdiyi, Şahid1 özünün verdiyi deyilən “A73” markalı telefonu özünün istifadəsi üçün aldığı, həmin telefonun qutuda yox, cibində olduğu, Şahid1 onu tutanda telefonunu ondan istədiyi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X7 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 256.3, 312.2, 318.2-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz X7 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X7 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. X3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən X3 cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olmaqla narkotik vasitələrin, psixotrop maddələrin“və ya onların prekursorlarının, güclü“təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmə maddəsi üzrə sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda balıq və digər su bioresurslarının“qanunsuz tutulması“ maddəsi üzrə sanksiyasında altı min manatdan doqquz min“manatadək miqdarda cərimə və ya“iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya“üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi üzrə sanksiyasında səkkiz min manatdan on iki min“manatadək miqdarda cərimə və ya“ dörd“ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə maddəsi üzrə 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. X4 isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X4 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Son sözlə məhkəməyə müraciət edən təqsirləndirilən şəxs X7 məhkəmə kollegiyasından daha yüngül cəza verməyini xahiş etmişdir. X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində 1 uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-14/2025 nömrəli, 07 mart 2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X3 barəsində əvvəli 07 mart 2025-ci il il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs X3 cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 mart 2025-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.“ X7 törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə X3 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat miqdarında, Müdafiəçi2 isə ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 ( iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 1-1(092)-14/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli hökmü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat, sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri 70 manat Şahid1 üzərinə qoyulmuş və onun tərəfindən ödənilmişdir. Buna görə də cinayət işi üzrə ekspertiza xərci yoxdur. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şahid1 cinayət yolu ilə əldə etdiyi 5000 manat (beş min) manat (Azərbaycan Respublikası Hərbi Prokurorluğunun depozit hesabında saxlanılan) xüsusi müsadirənin predmeti olduğundan Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 1-1(092)-14/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının dövlət nəfinə ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - X4 məxsus 01 ədəd “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxs X4 qaytarılmalıdır. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 01 ədəd CD (disk) cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən X3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 256.3, 312.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 256.3-cü maddəsi ilə 1 (bir) il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan (balıqçılıq fəaliyyəti ilə məşğul olmaq) məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 318.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. X3 cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablansın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, ekspertiza xərcinin olmaması nəzərə alınsın. Məhkəmədə X3 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat miqdarında, Müdafiəçi2 isə ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 ( iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan X4 məxsus 01 ədəd “Nokia” markalı mobil telefon təqsirləndirilən şəxs X4 qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 01 ədəd CD (disk) cinayət işində saxlanılsın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar