Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-27/2024 10.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X4 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2006-cı ildə Ordubad rayonu, Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, о, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə endirərək sonuncunun sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, 02 fevral 2024-cü il tarixdə saat 18:00 radələrində Ordubad rayonu, Dəstə kəndi ərazisində yerləşən “Köhnə məktəb” adlanan sahədə aralarında Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış mübahisə-dalaşma zamanı üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçağı ilə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına döş qəfəsinin sol yarısında, körpücükaltı nahiyədə, sol bazu nahiyəsinin orta 1/3 hissəsinin bayır və arxa səthlərində, sol budun yuxarı 1/3 hissəsinin ön səthində, sol bel nahiyəsində arxa qoltuq xətti üzərində yaralar, splenektomiya (dalağın çıxarılması) kimi yetirilən anda həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, fevral ayının 2-i dostu Şahid5lə birlikdə kənddəki məscidin yanından “Köhnə məktəb” tərəfə gedən zaman Zərərçəkmiş şəxs, Şahid4, Şahid2, Şahid3 və Şahid1 onları görmüşlər. Zərərçəkmiş şəxs onların geyiminə lağ etmiş, “Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız” - demişdir. O, Rasiflə onların dediklərinə fikir vermədən öz yollarına davam etmiş, “Köhnə məktəb” tərəfə gedəndə Şahid4 və Zərərçəkmiş şəxs qaçaraq onların arxasınca gəlib yenə onlara söz atmağa davam etmiş, onların geyimlərinə lağ edərək “vorzakon kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız” – demişlər. Onlar “Köhnə məktəb”ə çatdıqda Zərərçəkmiş şəxs ona “Sən küçüksən” ifadəsini işlətmiş, Fərrux ona “Düzgün danış, küçük özünsən” – demiş, bu sözdən sonra o, cibindən bükülü vəziyyətdə olan bıçağı çıxarıb Müşviqin üzərinə yürümüş, məqsədinin Müşviqi qorxutmaq olduğunu bildirmişdir. O, Müşviqin üzərinə getdikdə Müşviq onun sol qolundan tutmuş, daha sonra sağ qolundan da tutduğunda qorxub, onu buraxması üçün bıçağı açmış, Zərərçəkmiş şəxs onu buraxmamış, buraxmadıqda isə bıçaqla zərbələr vurmağa başlamış, Zərərçəkmiş şəxs sinəsində qanı gördükdən sonra onu buraxmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında Zərərçəkmiş şəxs əvvəldən tanıdığını, aralarında heç bir ədavətin olmadığını, cinayəti törədərkən istifadə etdiyi bıçağın ona Rusiyada olarkən hədiyyə edildiyini, həmin bıçağı üzərində gəzdirmədiyini, hadisə günü şalvarını dəyişdiyi üçün bıçağın həmin şalvarın cibində olduğunu, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, hadisədən sonra Zərərçəkmiş şəxslə barışmaq istəsə də, onun razılıq vermədiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən və onun valideynlərindən üzr istədiyini bildirmişdir. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisənin baş verdiyi gün Nicat, Musa, Elyar və Tağı ilə kənddəki bərbərxanaya getmiş, oradan qayıdanda məscidin yanında Fərrux və Rasifi görmüş və onların ünvanına “Bu nədir? İkiniz də dəst geyinmisiniz, bandit papağı qoyub gəzirsiniz” - kimi ifadələr işlədərək irad bildirmişdir. Fərrux və Rasif onun dediyi sözlərə məhəl qoymayaraq yola davam etdikdə Musa ilə birlikdə qaçaraq onların arxasınca getmiş, Elyar, Nicat və Tağı onlardan arxada qalmışlar. Musa ilə birlikdə yenidən Fərrux və Rasifin geyiminə irad bildirdikdə, Fərrux ona “Sən bizim kimi ol, artığını istəmirəm” – deyə cavab vermişdir. Bu cavabın qarşılığında Fərruxa “Sən dünənki küçüksən, mən niyə sənin kimi olum” - cavabını vermişdir. Fərruxa “Sən dünənki küçüksən, mən niyə sənin kimi olum” dedikdə Fərrux əlində bıçaq onun üzərinə doğru gəlmiş, Fərruxun əlini tutmaq istəyən zaman Fərrux onun arxa nahiyəsindən bıçaqla vurmuşdur. Fərruxun bir əlindən tutduqdan sonra Fərrux onun bədəninin müxtəlif nahiyələrindən bıçaqla vurmuşdur. Sonra Elyar, Nicat və Musa kömək edib onları aralamış, Nicat onları aralayan zaman bıçaq zərbələrindən biri də onun qolunu cızmışdır. Daha sonra onu Ordubad Rayon Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ifadəsinin davamında Təqsirləndirilən şəxs əvvəldən tanıdığını, onunla ədavətinin olmadığını, Təqsirləndirilən şəxs törətdiyi əməldə özünün də günahkar olduğunu, təqsirləndirilən şəxsin valideynləri tərəfindən onun müalicə xərclərinin qarşılandığını, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını və Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 6 aydır ki, tanıyır və normal münasibətləri var. 02 fevral 2024-cü il tarixdə Fərruxla kənd mərkəzində olarkən Müşviq onların geyiminə lağ edərək, “Bu nə geyimdir geyinmisiniz? Banditə, xuliqana oxşayırsınız”- deyə irad bildirmişdir. Həmin vaxt Müşviqin yanında Nicat, Musa, Elyar və Tağı da olmuşdur. Fərruxla onların dediklərinə fikir vermədən öz yolları ilə getməyə davam etmişlər. Bu zaman Müşviqlə Musa onların arxasınca qaça-qaça gəlmiş və onların yanına çatdıqlarında Müşviq onların ünvanına yenidən “bandit” və “küçük” kimi ifadələr işlətmişdir. Fərrux bu sözlərin qarşılığında ona “küçük özünsən, mənimlə düzgün danış” - deyən zaman Müşviq də qarşılığında “sən dünənki küçüksən, mənimlə mübarizə aparmağa çalışırsan” - cavabını vermişdir. “Köhnə məktəb” adlanan yerdə Müşviqlə Fərrux arasında mübahisə davam etmiş və məlum cinayət hadisəsi baş vermişdir. O, Fərruxun üzərində bıçaq olduğunu bilməmiş, tutaşdıqları zaman Fərruxun Müşviqi yumruq zərbəsi ilə vurduğunu zənn etmiş, hadisədən sonra Müşviqin köynəyində qan gördükdə hadisənin təfərrüatı ona məlum olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 02 fevral 2024-cü ildə dostları Müşviq, Nicat, Elyar və Tağı ilə kənd mərkəzində olmuşdur. Bərbərxanadan qayıdanda Fərruxla Rasif kənd mərkəzindən keçərkən Müşviq onlara “Bu nə geyimdir kənddə geyinmisiniz?” - deyə, söz atmağa başlamış, Fərrux da Müşviqə “Sən kimsən ki, mənim geyimimə irad tutursan? - deyə, cavab vermişdir. Fərrux onlara “Siz bizim kimi olun, bəs edər” - deyəndə Musa onlara “Siz kimsiz ki, biz sizin kimi olaq” - söyləmişdir. Fərruxla Rasif Köhnə məktəb adlanan istiqamətdə gedərkən o və Müşviq sürətli addımlarla onların arxasınca gedərək çatdıqlarında Müşviq Fərruxa “Sən dünənki küçüksən, o nə sözlərdir mənə deyirsən?” – demiş, bu zaman Fərrux bıçaqla Müşviqin üzərinə gələrək bıçaqla onu vurmuş, Müşviq Fərruxun onu bıçaqladığını söyləmiş, uşaqlar araya girərək onları aralamışdır. O, Fərruxu aralamaq üçün təpiklə vurmuş, Fərrux da bıçağı götürərək hadisə yerindən uzaqlaşmışdır. Sonra o, uşaqlarla birlikdə Müşviqi xəstəxanaya aparmışdır. Şahid4 ifadəsində Müşviqlə Fərrux arasında əvvəllər münaqişə olduğunu eşitmədiyini, həmin hadisənin baş verməsinə səbəb Müşviqin Fərruxa qarşı işlətdiyi nalayiq ifadələrin olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Müşfiq Əliyevlə 2 ilə yaxındır ki, dostdur. Hadisə günü Zərərçəkmiş şəxs, Şahid3, Şahid2 və Şahid4la birlikdə bərbərxanadan çıxıb kənd mərkəzi ilə evə qayıdan zaman Zərərçəkmiş şəxs Şahid4 “Gəl bunların arxasınca gedək” - demiş və onlardan öndə gedən Təqsirləndirilən şəxs və Şahid5 arxasınca getmişlər. Müşviq Fərruxa “Bu nə geyimdir? Siz banditsiniz? “Sən nə küçüksən?” ifadələrini dedikdən sonra Fərrux da “Küçük özünsən, o nə sözdü mənə deyirsən?” – deyə, qarşılıq vermişdir. Sonra Fərrux cibindən çıxartdığı bıçaqla Müşviqə doğru yürüyərək ona bıçaq zərbələri endirmiş, Müşviq müdaxilə etmək istəsə də, Fərruxa qarşı müqavimət göstərə bilməmişdir. O, Elyar və Musa ilə birlikdə Fərruxla Müşviqi aralayan zaman Fərruxun bıçaq zərbələrindən biri də onun sol qoluna dəymişdir. Daha sonra Şahid5 Fərruxu kənara çəkmiş, onlar da Müşviqi çeşmənin yanına aparmış, oradan Şahin adlı şəxsin avtomaşını ilə onu xəstəxanaya aparmışlar. Şahid1 ifadəsinin davamında Təqsirləndirilən şəxs həmkəndli kimi tanıdığını, onun kimsə ilə dava-dalaş etməsini və haqqında mənfi bir söz eşitmədiyini, mübahisə olan əsnada Zərərçəkmiş şəxs bir neçə dəfə “bunlar bizim tayımız deyil, gəl gedək” deyə irad bildirsə də, Zərərçəkmiş şəxs onu dinləməyərək mübahisə etməyə davam etdiyini və Müşviqin Fərruxun ünvanına işlətdiyi nalayiq ifadələrə görə cinayət hadisəsinin baş verdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: - Şahid3 göstərmişdir ki, o, Ordubad rayonunun Dəstə kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşamış və heç bir yerdə işləməmişdir. Həmkəndliləri Təqsirləndirilən şəxs və Şahid5 Famil oğlu ilə heç bir ədavəti olmamışdır. 02 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində həmkəndliləri Şahid2, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid4 ilə birlikdə kənd məktəbinin yaxınlığında yerləşən bərbərxanaya getmişlər. Elyar orada saçlarını kəsdirmiş, həmin gün saat 18:00 radələrində kənd mərkəzində yerləşən məscidin yaxınlığına gəlmişlər. Təqsirləndirilən şəxsla Şahid5 məscidin arxasında onlardan öndə, köhnə məktəb adlanan istiqamətdə getmişlər. X13 səsləyərək onları gözləmələrini istəmiş, daha sonra Müşviqlə Musa sürətli addımlarla gedərək Rasiflə Fərruxa yaxınlaşmışlar. X11rşı “Siz banditsiniz? Bu nə papaqdır? Bu nə geyimdir kənd yerində geyinmisiniz?” ifadələrini işlətmiş, Fərrux “yaxşı edirik, biz banditik bacarırsınızsa gəlin siz də bizim kimi bandit olun” cavabını vermişdir. Müşviq Fərruxa “siz kimsiniz ki, mən özümü sizə oxşadım” dediyində, Fərrux “biz yaxşı oğlanıq, bizdən yaxşı olan oğlanın ünvanına nalayiq ifadələr işlədərək” Müşviqə cavab vermişdir. X9rın yaşdaşı olmadığı barədə Müşviqə irad tutmuş, Müşviqlə Fərrux eyni mövzuda mübahisələrini davam etdirmiş, Müşviq Fərruxa qarşı “sən hələ küçüksən, get işinlə məşğul ol” ifadəsini işlətmiş, Fərrux isə Müşviqə “küçük sənin özünsən” cavabını vermişdir. Fərrux sağ əlini sağ yan tərəfinə apararaq hər hansı əşyanı çıxarmış, daha sonra Müşviqin üzərinə hücum çəkmiş, Müşviq əli ilə Fərruxun sol çiyin nahiyəsindən tutmuş, daha sonra Müşviqin bədəninin müxtəlif nahiyələrindən Fərrux tərəfindən yumruq zərbələri vurulduğunu düşünmüş, Müşviq hər iki əli ilə Fərruxun çiyin nahiyələrindən tutmuş, Müşviq bağıraraq “kömək edin, məni bıçaqla vurur” ifadələrini işlətmişdir. Bu ifadədən sonra Fərrux əlindəki bıçaqla Müşviqin yuxarı ətraf nahiyələrinə zərbələr endirmiş, adları çəkilən şəxslərlə birlikdə Fərruxla Müşviqi aralaşdırmağa çalışmışlar. Fərruxun qolundan tutaraq əlindəki bıçağı almaq istəmiş, Fərrux qolunu sağa-sola hərəkət etdirmiş, həmin vaxt Fərruxun əlində olan bıçaq onun sağ əlinin orta barmağına dəyərək kəsmişdir. Qeyd edilən bıçağın tutacağı qara rəngli, tiyəsinin uzunluğu 8-9 santimetr olan metal materialdan hazırlanmış bıçaq olmuşdur. Musa ilə birlikdə onları aralaşdırmaq məqsədilə Fərruxun arxa aşağı ətraf nahiyəsindən hər biri bir dəfə təpik zərbəsi vurmuş, daha sonra Fərrux Müşviqdən aralanmışdır. Rasifdən Fərruxu uzaqlaşdırmasını istəmiş, bu ifadədən sonra Müşviqin üzərində olan paltarlarının sinə nahiyəsində qan ləkəsi oluduğunu görmüş, Müşviq üzərində olan paltarları qaldırıb baxdıqda Müşviqin bədəninin sol tərəfindən qan axdığını görmüşdür. Həmin vaxt Şahid1 sol qolundan Fərrux tərəfindən bıçaqla vurulduğu barədə məlumat vermiş, Müşviqə kömək etmək məqsədilə təcili tibbi yardıma zəng edərək bu barədə məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra Musanın xahişi ilə həmkəndliləri Şahin Hüseynov öz avtomaşınında hadisə yerinə gəlmişdir. Ş.Hüseynovun avtomaşınında Müşviqi Ordubad Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. - Şahid2 göstərmişdir ki, o, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. 02 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində həmkəndliləri Şahid1, Zərərçəkmiş şəxs, Şahid4la birlikdə yaşadığı kənddə yerləşən məscid istiqamətində getmiş, həmin məscidin yanından sol istiqamətə keçdikdə onlardan öndə iki nəfərin getdiyini, həmin şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxsla Şahid5 olduğunu görmüşdür. Müşviq arxadan Fərruxla Rasifə “Bu nə geyimdir geyinmişiniz? Kəndimizdə belə paltarlar geyinib çölə çıxmayın” ifadələrini işlətmiş, daha sonra X16 təkrarən “Bandit kimi geyinib kəndə çıxmayın” ifadələrini işlətmişdir. Həmin vaxtı Fərruxla Rasif onlardan 10-15 metr irəlidə olmuşlar. Müşviqlə Musa cəld addımlarla Fərruxa çatmış, Fərrux arxaya dönərək Müşviqə “Küçük danışığına fikir ver” ifadəsini işlətdiyində, Müşviq Fərruxa “Küçük sənin özünsən, sən hələ uşaqsan, buradan çıx get” cavabını vermişdir.Mübahisənin böyüməməsi üçün Rasif Fərruxun qolundan tutmuşdur. Rasiflə Fərrux iki addım önə getmiş, sonra Fərrux əli ilə Rasifi itələyib Müşviqə tərəf qaçaraq onun üzərinə hücum çəkmişdir. Fərrux daha sonra əli ilə Müşviqi vurmağa başlamış, həmin an Fərruxun əlində bıçaq olmasını Müşviqdən eşitmiş, həmin bıçağı adı çəkilən şəxslər tərəfindən Fərruxun əlindən alınmasını istəmişdir. Müşviq sağ əli ilə Fərruxun sol qolundan tutmuş, Fərrux isə əlindəki bıçağı sağa-sola hərəkət etdirərək Müşviqi vurmağa çalışmışdır. Nicat, Elyar və X17 aralaşdırmış, daha sonra Müşviqin Fərrux tərəfindən bıçaqla vurulduğu barədə Müşviqdən öyrənmişdir. Fərrux Müşviqin üzərinə qaçan zaman onun əlində hər hansı bıçaq olduğunu görməmişdir. Vurulduqdan sonra Müşviq yerə oturduğunda onun qolundan tutaraq çeşməyə yaxınlaşdırmış, həmin vaxt Müşviqin sol böyrək nahiyəsindən qan axdığını görmüşdür. Rasiflə Fərrux məscid istiqamətində getmiş, yanında olan adı çəkilən şəxslər təcili tibbi yardıma zəng etsələr də, həmkəndliləri Şahin Hüseynov öz avtomobili ilə onların yanına gəlmiş və Müşviq, Elyar, Nicat qeyd edilən avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X5: - 03 fevral 2024-cü il tarixli, 168 nömrəli məhkəmə tibb ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, X10 bədən səthi üzərindəki xəsarət: sol bazunun yuxarı 1/3 hissəsinin arxa-bayır səthində qançır. Qançır küt əşyanın təsirindən törənmişdir, həmçinin bilavasitə yumruq zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - 05 fevral 2024-cü il tarixli, 177 nömrəli məhkəmə tibb ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər: döş qəfəsinin sol yarısında, körpücükaltı nahiyədə, sol bazu nahiyəsinin orta 1/3 hissəsinin bayır və arxa səthlərində, sol budun yuxarı 1/3 hissəsinin ön səthində, sol bel nahiyəsində arxa qoltuq xətti üzərində yaralar, splenektomiya (dalağın çıxarılması). Göstərilən xəsarətlər hər hansı bir kəsici-deşici alətin təsirindən törənmişdir, eləcə də, bıçaq zərbəsindən törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “ağır zərər vurmaya” aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2: - 27 fevral 2024-cü il tarixli, 70 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - 27 fevral 2024-cü il tarixli, 70/1 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniyadan və xroniki alkoqolizmdən əziyyət çəkmir. Və onun məcburi müalicəyə ehtiyacı yoxdur Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 27 fevral 2024-cü il tarixli, 164-165 nömrəli məhkəmə-trasoloji və soyuq silahın tədqiqi ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. əlamətlərinə görə bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin səthindəki zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri aiddir. - 13 may 2024-cü il tarixli, 423 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi psixoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və yada salmaq, hadisə barəsində əhəmiyyətli halları düzgün qavraya bilmək və öz hərəkətlərini dərk etmək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, tabe olmağa, qorxaqlığa, zəif iradi keyfiyyətlərə, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətlərinin olmadığı göstərilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 02 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, qeyd edilən cinayət hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, hadisənin baş verdiyi yer Ordubad rayonu, Dəstə kəndində yerləşən “Köhnə məktəb” adlanan ərazidə olmuş, həmin sahədə yerləşən yolun kəsişən hissəsində çoxsaylı qan ləkələrinin olduğu müşahidə edilmişdir. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs atası X7 iştirakı ilə törətdiyi əməli etiraf edərək cinayətin törədilməsində istifadə etdiyi metal materialdan hazırlanmış, qara rəngli bıçağı könüllü olaraq təqdim etmişdir. - 02 fevral 2024-cü il tarixli təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan məlum olur ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş boz rəngli qolsuz mayka ilə qara rəngli qısaqol köynək iş üçün əhəmiyyətli olduğundan Ordubad Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsindən götürülmüşdür. - 18 aprel 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət faktı ilə bağlı ifadəsinin yerində yoxlanılması keçirilmiş və o ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində təsdiq etmişdir. - 19 fevral 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnaməyə 24 fevral 2024-cü il tarixdə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 237-245) görünür ki, cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.1, 126.2.4, 221 və 228-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin epizodlar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. 27 fevral 2024-cü il tarixli Ordubad Rayon İcra Hakimiyyətinin Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. xx.xx.2024-cü il tarixldə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki,cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində yaşadığı Ordubad rayonu, Dəstə kəndində üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vuraraq, sonuncunun sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. İlk növbədə qeyd edilməlidir ki, cinayət hadisəsi baş verən zaman zərərçəkmiş şəxs iyirmi yaşında olsa da, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs həmkəndlisi yetkinlik yaşına çatmayan Şahid5 ilə kənd məscidi istiqamətində gedərkən Zərərçəkmiş şəxs dostları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ilə onların arxasınca gəlib onlara yaxınlaşmış və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid5 üzərlərində olan geyimlərinə bandit kimi geyinmisiniz, bu nə geyimdir” şəklində irad bildirərək arxadan onlara sözlü şəkildə sataşmışdır. Sonuncular onun dediklərinə cavab vermədən yollarına davam etdiklərində, Zərərçəkmiş şəxs yanında olan dostu Şahid4la onların arxasınca iti addımlarla yürüyərək onlara yaxınlaşmışlar. Yenidən Təqsirləndirilən şəxs eyni şəkildə iradını bildirdiyində sonuncu onun dediklərinə sözlü şəkildə cavab vermişdir. Zərərçəkmiş şəxs bundan əsəbləşib Təqsirləndirilən şəxs “sən hələ küçüksən, get işinlə məşğul ol” ifadəsini işlətmişdir. Zərərçəkmişin yanında olan dostu Şahid3 və Şahid2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid5 onlardan yaşca balaca olduqlarını və mübahisəni dayandırmağı xahiş etsələr də o, dostlarının dediklərinə məhəl qoymamış və mübahisəni davam etdirmişdir. Təqsirləndirilən şəxs Müşviqin ona “sən hələ küçüksən, get işinlə məşğul ol” ifadəsindən əsəbləşib onun üzərinə yürümüş, tutaqlaşan zaman fiziki cəhətdən zəif olduğu üçün qeyri iradi üzərində olan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs bir neçə zərbə vurmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs guya zarafatla həmin ifadələri işlətməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Müşviqlə Fərruxun arasında dostluq və bu kimi yaxın münasibətinin olmadığı, eləcə də Fərruxun yanında yetkinlik yaşına çatmayan dostunun olduğu, tam tərsinə Zərərçəkmiş şəxs yanında fiziki cəhətdən güclü, o cümlədən yaş olaraq sonunculardan böyük olan 4 nəfər dostunun olduğu və mübahisəyə başlayarkən Təqsirləndirilən şəxs və onun yetkinlik yaşına çatmayan dostu Şahid5 yaşca balaca olduqları üçün mübahisəni dayandırmasını xahiş etmələri, Zərərçəkmiş şəxs dediyi təhqiramiz sözlərin zarafatla deyildiyi kimi qəbul edilə bilməz, əksinə məhkəmə göstərilən şəraiti qiymətləndirrək belə hesab edir ki, Zərərçəkmiş şəxs həmin hərəkətləri ilə faktiki olaraq Təqsirləndirilən şəxs sataşmış, sonuncu, hətta yanında olan iki dostu ona haqlı iradını bildirdiyində bu iradları qəbul etməyərək mübahisəni daha da qızışdırmış və Təqsirləndirilən şəxs ünvanına “sən hələ küçüksən, get işinlə məşğul ol” kimi təhqiramiz ifadələr işlətmişdir. Qarşısındakı şəxslərin həm fiziki cəhətdən ondan güclü, o cümlədən beş nəfər olmaları Təqsirləndirilən şəxs qorxu hissi yaratmış və bu səbəbdən, o cümlədən onun ünvanına işlətdiyi təhqiramiz ifadələrdən əsəbləşərək üzərində olan soyuq silah hesab edilməyən bıçağı açaraq Zərərçəkmiş şəxs üzərinə yürümüşdür. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs hadisənin baş verməsinə özünün qanunsuz hərəkətlərinin səbəb olduğunu və baş vermiş hadisəyə görə özünü də günahkar hesab etdiyini, yaşca özündən balaca olan şəxslərə sataşmağının doğru olmadığını, yekunda etdiyi qanunsuz hərəkətlərin bu nəticəyə gətirib çıxardığını bildirdi. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini sonuncunun qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bu isə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin qarşısının alınmasında ifadə olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, həmçinin iş üzrə ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarı əsas tutmuşdur. Belə ki, həmin qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs yanında olmuş dostu Elyar Əliyev barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Ordubad rayon Polis Şöbəsinə göndərilmişdir. Beləliklə, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarətləri ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır.Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncu tərəfindən sərgilənmiş qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və əxlaqsız hərəkətlərin təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə, ələxsus da bu cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətətn də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin o, sözügedən cinayət əməlini məhz zərərçəkmiş şəxsin sərgiləmiş olduğu aqressiv davranış və qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 2-ci bəndinin üçüncü abzasında göstərilmişdir ki, CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yaşını, yəni onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin və iş üzrə şahid qismində çıxış edən şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ibtidai istintaq orqanına cinayətin aləti qismində çıxış edən bıçağı könüllü şəkildə təqdim etməsini, habelə müsbət xarakterizə olunmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də onun ali və digər formada təhsil almasına, habelə onun Azərbaycan Respublikasının qarşısında olan vəzifələrinin icra edilməsində (həqiqi hərbi xidmət və sair) mane ola bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Təqsirləndirilən şəxs barəsində Ordubad Rayon Polis Şöbəsi tərəfindən 14 fevral 2024-cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, 11 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxsin 18 yaşı tamam olduğundan 12 mart 2024-cü il tarixdə həmin orqan tərəfindən qətimkan tədbiri dəyişdirilərək polisin nəzarə altına vermə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçaq müsadirə olunaraq məhv edilməlidir. - Zərərçəkmiş şəxs məxsus səthində zədələr və qanabənzər ləkələr olan boz rəngli qolsuz mayka ilə qara rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. - Şahid1 məxsus səthində zədələr və qanabənzər ləkələr olan qara rəngli uzunqol köynək Şahid1 qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış 27 fevral 2024-cü il tarixli, 164-165 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 147 (yüz qırx yeddi) manat, 13 may 2024-cü il tarixli, 423 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 90 (doxsan) manat, ümumilikdə cəmi 237 (iki yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X6 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçaq müsadirə olunaraq məhv edilsin. - Zərərçəkmiş şəxs məxsus səthində zədələr və qanabənzər ləkələr olan boz rəngli qolsuz mayka ilə qara rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. - Şahid1 məxsus səthində zədələr və qanabənzər ləkələr olan qara rəngli uzunqol köynək Şahid1 qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış 27 fevral 2024-cü il tarixli, 164-165 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 147 (yüz qırx yeddi) manat, 13 may 2024-cü il tarixli, 423 nömrəli ekspertiza xərclərinə dair bildirişə əsasən 90 (doxsan) manat, ümumilikdə cəmi 237 (iki yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X6 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Arzuyar Kərimov