Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-27/2025 21.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə 01 fevral 1986-cı il tarixində Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonu, Saraçlı kəndində doğulmuş, evli, 2 uşaq atası, Türkiyə Respublikası vətəndaşı, sürücü işləmiş, orta təhsilli, məhkum olunmamış, Türkiyə Respublikası, İğdır şəhəri, Aralıq rayonu, Saraçlı kəndində qeydiyyatda olmaqla, Türkiyə Respublikası, İstanbul şəhəri, Esenyurt rayonu, Akçaburgaz məhəlləsi 3, mənzil 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 3,830 qram külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Culfa gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 76AAJ623/76DA204 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2025-ci il tarixdə, saat 02:40-da Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi göy rəngli şalvarın sağ cibinin üstündəki balaca cibindən bir bükümdə təmiz çəkisi 3,830 qram olan ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının İstanbul şəhərindən yüklədiyi qapı-pəncərə aksessuarları yükünü, Özbəkistan Respublikasının Daşkənd şəhərinə aparmaq üçün yola çıxmışdır. Həmin yükü Özbəkistan Respublikasının Daşkənd şəhərinə aparıb təhvil verib, yenidən həmin ölkənin Novia şəhərinə gedərək oradan Türkiyə Respublikasına aparmaq üçün gübrə yükünü yükləyib yola düşmüşdür. İran İslam Respublikasında olarkən idarə etdiyi yük nəqliyat vasitəsinin yanacaq çənində olan deşiyi təmir etdirmək üçün ustaya aparmış, yük nəqliyat vasitəsinin yanacaq çənini təmir etdirdiyi yerdə tanımadığı bir nəfərə yaxınlaşıb ondan özü üçün kristal dediyi metanmfetamin psixotrop maddəsindən təşkil etməsini istəmişdir. Həmin şəxsdən aldığı metanmfetamin psixotrop maddəsinin qarşılığında 1.700.000 iran tüməni vermişdir. Nəqliyyat vasitəsinin təmiri bitdikdən sonra oradan ayrılıb yola düşmüşdür. xx.xx.2025-ci il tarixdə Culfa gömrüyünə gəlib Türkiyə Respublikasına getmək üçün İrandan Azərbaycana tranzit giriş etmiş, pasportuna möhür vurdurduqdan sonra gömrük əməkdaşı nəqliyyat vasitəsinin çöldən yoxlamasını aparıb, sonra içərisini yoxlayacağını demiş, ondan qanunla qadağan olunmuş predmet olub-olmadığını soruşmuş, o isə heçnə olmadığını demiş, yoxlama nəticəsində yük nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş və bəyan etmədiyi heç bir əşya aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin yoxlanışı zamanı gömrük əməkdaşı ona şəxsi yoxlama da aparacağını demiş, üzərində qanunla qadağan olunmuş, bəyan etmədiyi hər hansı predmetin olub-olmamasını soruşmuş, o da cibindən psixotrop maddəni çıxarıb gömrük əməkdaşına vermişdir. Gömrük əməkdaşı təqdim etdiyi maddənin nə olduğunu soruşan zaman ona “şüşədir” deyə cavab vermişdir. Yoxlamadan 4-5 saat sonra eyni maddəni onun cibinə qoyub bu dəfə videoçəkilişlə hüquq və vəzifələrinə dair bildirişi təqdim etdikdən sonra yenidən yoxlama aparılmışdır. Yoxlama zamanı gömrük əməkdaşları tərəfindən ona heç bir təyziq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs gömrük əməkdaşlarından qorxduğuna görə üzərindən aşkar edilmiş psixotrop maddəni əvvəlcə qız dostu üçün aldığını desə də, özünün şəxsi istifadəsi üçün almışdır. O, qaçaqmalçılıq etmək niyyətinin olmadığını, maddəni gizlətməyib cibinə qoyduğunu, gömrük əməkdaşı soruşan zaman özünün təqdim etdiyini bildirmişdir. Saxlanılan zaman təqdim olunan sənədləri müdafiəçi və tərcüməçinin iştirakları ilə imzalamış, istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında son dəfə 8-9 ay bundan əvvəl narkotik vasitədən istifadə etdiyini, davamlı olaraq yox, uzaq yolda avtomaşını idarə edərkən yatmaması üçün istifadə etdiyini demişdir. O, axırıncı dəfə aldığı metanmfetaminin çəkisinin nə qədər olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətin cinayət olduğunu bilmədiyini, gömrük əməkdaşı üzərində qadağan olunmuş predmetin olubolmadığını soruşmayacağı halda psixotrop maddəni təqdim etməyəcəyini, cinayət olduğunu bildiyi təqdirdə maddə ilə gömrükdən keçməyəcəyini, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 aprel 2025-ci il tarixində Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postuna giriş etmişdir. O, əvvəlcə yük nəqliyyat vasitəsinə yaxınlaşaraq yoxlama aparmış, lakin qanunla qadağan olunmuş hər hansı predmet aşkarlanmamışdır. 10 ildir ki, gömrük orqanlarında xidmət etdiyindən sürücünün hərəkətləri onda şübhə yaratmış və nəticədə onu şəxsi yoxlama otağına apararaq üzərini yoxlamaq qərarına gəlmişdir. Bu vaxt videoçəkiliş aparması üçün iş yoldaşı Şahid2 dəvət etmişdir. Videoçəkilişlə yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ cibində nə isə olduğunu görüb nə olduğunu soruşmuş, Fevzi həmin bükümü çıxarıb təqdim etmiş, ondan nə olduğunu soruşduqda isə kristal olduğunu, qız dostu üçün aldığını demişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra ümumi çəkisi 7,1 qram olmuşdur. O, yoxlamalara başlamamışdan əvvəl Təqsirləndirilən şəxs bəyan etməli olduğu əşyaların, ərzaq, siqaret və ya hər hansı predmentin olub-olmadığını soruşduğunu, ona türk dilində hüquq və vəzifələrinə dair bildiriş təqdim etdiyini, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan olunmuş heçnə olmadığını dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2025-ci il tarixdə, gecə saatlarında iş yoldaşı Şahid1 onunla əlaqə saxlayaraq şübhələndiyi şəxs olduğunu, onun üzərində yoxlama aparmaq istədiyini deyib, videoçəkiliş aparmasını xahiş etmişdir. O, özünə məxsus “Redmi C14” markalı mobil telefonla videoçəkiliş aparmışdır. Yoxlamadan öncə şəxsə hüquq və vəzifələri izah edilərək ana dilində bildiriş təqdim edilmiş, ondan üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmaması soruşulmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs heçnə bəyan etməmiş, Şahid1 onun üzərində yoxlanış aparan zaman şəxsin əyninə geyindiyi şalvarın sağ cibindən 1 bükümdə kristala bənzər maddə aşkarlamışdır. Həmin maddənin nə olduğunu soruşduqda isə Fevzi kristal olduğunu və qız dostu üçün aldığını bildirmişdir. Şəxsin üzərindən siqaret və alışqanı götürdükdən sonra onun bədən üzvlərinə baxış zamanı videoçəkilişə icazə olmadığı üçün çəkiliş dayandırılmış və hal şahidlərinin iştirakı ilə aparılmışdır. Yoxlama zamanı ona qarşı heç bir təyziq və təsir göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 459 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd kağız zərfin içərisindəki 1 ədəd üzəri yapışqan bantla sarınmış salfet kağızının içərisində sellofan bükümdə təmiz çəkisi 3,830 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metanmfetamindir. Metanmfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir ( İ siyahı, İİ bənd, sıra № 27) Qeyd: metamfetaminin təmiz çəkisi 3,830 qram; tədqiqata sərf edildi - 0,05 qram; qalıq 3,780 qramdır. Qablaşdırma üçün istifadə edilən salfet kağızının, yapışqan bantın və sellofan bükümün çəkisi - 3,170 qramdır. Y.Budaqov adına Naxçıvan MR X2: - xx.xx.2025-ci il tarixli, 221 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2025-ci il tarixli, 222 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 14 aprel 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli şalvarın sağ cibinin üst balaca cibindən bir bükümdə bağlama ilə birlikdə çəkisi 7,1 qram olan ağ rəngli kristal formalı psixotrop maddəyə bənzər kütlə aşkarlanmış, qablaşdırılaraq götürülmüşdür. Şəxsi yoxlama zamanı əlavə olaraq xarici vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi özünəməxsus U30895210 nömrəli pasport, bir ədəd “Redmi 13” və bir ədəd “Redmi 13C” markalı mobil telefonlar da götürülmüşdür. - 17 may 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yoxlama başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs danışılanları başa düşüb düşmədiyi və tərcüməçiyə ehtiyacının olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs danışılanları başa düşdüyünü bildirir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur, Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirir. Bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlayır, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən siqaret və alışqan aşkar olunur, siqaret qutusu açılaraq baxılır, bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yenidən baxıldıqda onun əynində olan şalvarın sağ cibinin üstündəki balaca cibindən nə isə olduğu müəyyən edilərək, həmin əşyanı təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs bir ədəd bükümü çıxarıb təqdim edir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxsden həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin kristal olduğunu və həmin maddəni qız dostu üçün aldığını bildirir. Onun üzərindən başqa hər hansı bir əşya aşkar olunmur. Sonra gömrük əməkdaşı tərəfindən həmin büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7,1 qram olduğu müəyyən edilir, büküm açıldıqda içərisində kristal halında maddə olduğu bildirilir. Nəticədə Təqsirləndirilən şəxs bildirdi ki, üzərində şəxsi yoxlama aparılan şəxs özüdür, şəxsi yoxlama zamanı üzərindən aşkar olunmuş 1 ədəd bükümdə metanmfetamin psixotrop maddə ona məxsusdur, həmin psixotrop maddəni öz istifadəsi üçün almışdır, sadəcə qorxduğuna görə gömrük əməkdaşına həmin maddəni qız dostu üçün aldığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 3,830 qram külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Culfa gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 76AAJ623/76DA204 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində gömrük əməkdaşlarından qorxduğu üçün əvvəlcə üzərindən aşkarlanan psixotrop maddəni qız dostuna aldığını söyləsə də, idarə etdiyi nəqliyyat vasitəsini təmir etdirərkən İran İslam Respublikasında tanımadığı şəxsdən 1.700.000 iran tüməni qarşılığında satış məqsədi olmadan öz istifadəsi üçün metanmfetamin psixotrop maddəsi aldığını etiraf etmişdir. Onun gömrükdən psixotrop maddə keçirməyin Azərbaycan Respublikasında qadağan olunduğunu bilmədiyini söyləməsi inandırıcı deyil və özünümüdafiə xarakteri daşıyır. Psixotrop maddənin Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar..., keçirmənin qadağan olduğunu bilməməsi də onu cinayət məsuliyyətindən azad etmək üçün əsas deyildir. Məhkəmə istintaqında verdiyi ifadəsində guya gömrük əməkdaşı Şahid1 ona hüquq və vəzifələrini izah etmədən və bildiriş təqdim etmədən şəxsi yoxlama aparması və ondan üzərində qanunla qadağan olunmuş predmet olub-olmaması barədə soruşarkən üzərindəki psixotrop maddəni çıxarıb təqdim etməsini söyləməsi məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilərkən öz təsdiqini tapmamışdır. Belə ki, şahidlərin ifadələri ilə və video-görüntülərin köçürüldüyü DVD-yə baxış zamanı müəyyən olunmuşdur ki, gömrük əməkdaşı təqsirləndirilən şəxsin üzərində yoxlama aparmağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs danışılanları başa düşüb düşmədiyi və tərcüməçiyə ehtiyacının olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs danışılanları başa düşdüyünü bildirir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair türk dilində bildiriş təqdim edir və ondan üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur. Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirir. Bundan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlayır, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən siqaret və alışqan aşkar olunur, siqaret qutusu açılaraq baxılır, bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yenidən baxıldıqda onun əynində olan şalvarın sağ cibinin üstündəki balaca cibindən nə isə olduğu müəyyən edilərək, həmin əşyanı təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs bir ədəd bükümü çıxarıb təqdim edir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxsden həmin bükümün içərisində nə olduğunu soruşduğunda Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin kristal olduğunu və həmin maddəni qız dostu üçün aldğını bildirir. Onun üzərindən başqa hər hansı bir əşya aşkar olunmur. Sonra gömrük əməkdaşı tərəfindən həmin büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7,1 qram olduğu müəyyən edilir. Büküm açıldıqda içərisində kristal halında maddə olduğu bildirilir. Göründüyü kimi şəxsi yoxlama aparılarkən heç bir qanun pozuntusu olmamış, axtarış və götürmə qanunun tələblərinə uyğun aparılmışdır. Təqsirləndirilən şəxs guya gömrük əməkdaşları tərəfindən hələ çəkiliş aparmadan avtomaşının yanında ondan soruşulduğunda psixotrop maddəni könüllü olaraq çıxarıb təqdim etməsini söyləməsi, həmçinin üzərindən aşkar olunmuş psixotrop maddənin sonradan yenidən onun cibinə qoyularaq çəkiliş aparılmasını deməsi özünü müdafiə xarakteri daşımaqla cəzadan qurtarmaq niyyəti ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli şalvarın sağ cibinin üstündəki balaca cibindən bir bükümdə təmiz çəkisi 3,830 qram olan metamfetamin psixotrop maddəsini külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən X4 cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki övladının olmasını, evin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 28/2025 nömrəli, 16 aprel 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 13 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,780 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd göy rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi 13” və 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U30895210 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 2 (iki) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə isə 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,780 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd göy rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi 13” və 1 (bir) ədəd “Redmi 13C” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U30895210 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 2 (iki) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Arzuyar Kərimov