Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-28/2024 05.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 12:40 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2005-ci ildə Şərur rayonu, Cəlilkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, kuryer işləmiş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şərur rayonu, Cəlilkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə, saat 17:00 radələrində Naxçıvan şəhərində Əcəmi seyrəngahında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı qolunda əvvəlcədən götürüb gizlətdiyi bıçaqla Zərərçəkmiş şəxs boğaz nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq boyunun sol yarısının kəsilmiş-deşilmiş yarası, sol daxili yuxu arteriyasının zədələnməsi, arterial qanaxma posthemoragik şok xəsarətləri yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır və 2 ildir ki, dostdurlar. Ağciyər xəstəxanasında müalicə aldığı zaman İsmayıl yanına gəlmiş, qarşıdan yeni il bayramı gəldiyi üçün ona - “burdan çıxaq gedib özümüzə təzə paltarlar alarıq” - demiş, İsmayıl da paltar almaq istədiyini bildirərək razılaşmışdır. O, pulu az olduğu üçün ikisinə də paltar ala bilməyəcəyini İsmayıla bildirmiş, İsmayıl da ona - “Tanış paltar dükanı var, şəxsiyyət vəsiqəsini verib kreditlə götürmək mümkündür, gedib oradan götürərik” - deyə söyləmişdir. Xəstəxanadan çıxdıqdan sonra İsmayılla bərabər Naxçıvan şəhərində yerləşən “Stil” kişi geyimləri mağazasına getmiş, özünə həmin mağazadan şalvar və köynək götürərək 75 manat ilkin ödəniş etmişdir. İsmayıla da - “pulu vaxtında ödəyək ki, bizə zəng etməsinlər” deyə xəbərdarlıq etmişdir. Məhkumluğu olduğu üçün ödənişin vaxtında olunmamasına görə polisə xəbərdarlıq edilməsini istəməmişdir. İsmayıl da pulu vaxtında ödəyəcəyinə söz vermişdir. Paltarı götürəndə 75 manat ilkin ödənişi özü ödəmiş, aralarındakı razılaşmaya görə, 1-ci və 3-cü ayı İsmayıl, 2-ci ayı isə o ödəyəcəkmiş, ödənişin 1-ci ayında ona mağazadan zəng gəlmiş, pulu niyə ödəmədiklərini soruşmuşlar. O da İsmayıla zəng edərək - “Bəs pulun vaxtıdır, niyə ödəməmisən ?”- deyə soruşmuş, İsmayıl da sabah ödəyəcəyini demişdir. Səhəri gün ona “Stil” mağazasından yenə zəng edərək - pulu bu gün ödəyin! - deyə xəbərdarlıq edilmiş, o, yenidən İsmayılla əlaqə saxlamış, İsmayıl isə yenə ödəyəcəyini söyləmişdir. Borca görə “Stil” mağazasından hər dəfə ona zəng etmişlər. Ödənişin 1-ci ayını yubatdığı üçün dəfələrlə ona zəng etmiş, daha sonra İsmayıl gedib pulu ödəmişdir. 2-ci ayın ödənişi özü etdikdən sonra İsmayıla - “Mənim ayaqqabım və paltarım yoxdur, imkan olsa bu ay bağlıyaq ki, mən özümə yeni paltar götürüm” - demiş, həmin vaxt mağazaya təxminən 35-40 manat borcları qalmışdır. İsmayıla pulun yarısını onun, yarısını da özünün ödəməyini təklif etsə də, İsmayıl pulunun olmadığını bildirmişdir. Bu sözlərin üstündə birbiri ilə kobud danışmağa başlamış, İsmayıla - “sənə pislik etməmişəm ki, sənin yerinə pulu verib ötüşdürmüşəm” - demiş, onun məqsədi borcu verib özünə yeni paltar götürmək olmuşdur. İsmayıl ona - “Nə edim ki, sənin paltarın yoxdur, götürməzdin” - deyəndə ondan niyə belə danışdığını soruşmuş, ona pislik etmədiyini bildirmişdir. Gecə telefonla danışanda mübahisə etmişlər, telefonun səsi aydın eşidilmədiyi üçün onun söyüş söydüyünü düşünmüşdür. Daha sonra İsmayıl Yaqubun telefonu ilə ona zəng edib görüşmək istədiyini demiş, o, işlədiyi “Pavus” kafesinin müdiri Şahid3 nömrə almaq üçün icazə istəmiş, kafenin mətbəxindən bıçaq götürüb qoluna qoyaraq oradan çıxmış, müdirin bıçaq götürməsindən xəbəri olmamış, İsmayılla görüşə getmişdir. İlk görüşdə mübahisələri olmamış, söhbətləşərək Qızlar bulağı tərəfə getmişlər. İsmayılla mübahisə edəndə Yaqub onları aralayıb savaşmaqlarına icazə verməmişdir. Mübahisəyə etməyə ilk olaraq İsmayıl başlamış, onu itələyib yumruq zərbəsi vursa da, geriyə çəkildiyi üçün zərbədən yayınmışdır. Daha sonra “Sən niyə belə edirsən? Bu nə dostluq münasibətidir, mənə qarşı bu cür davranırsan” - deyə şikayətlənmişdir. İsmayılın ona qarşı olan hərəkətləri ilə barışa bilməmişdir. Mübahisə edən zaman aralarında su arxı olmuş, İsmayıl onu itələyəndə həmin arxın qarşı tərəfinə keçmiş, İsmayıl bıçağı onun əlində gördükdən sonra üstünə gəlməz deyə düşünüb bıçağı əlinə almışdır. Niyyəti zərərçəkmiş şəxsi qorxutmaq olmuş, xəsarət yetirmək olmamışdır. Onların arasında boy fərqi olmuş, o, İsmayılın qollarından, İsmayıl isə onun çiyinindən tutmuş, bıçaq böyük olduğuna görə İsmayılın boynuna dayanmışdır. İsmayıl cüssəli olduğu üçün onu üstələmişdir. Bir-birlərini itələdikləri zaman İsmayılın ayağı boşluğa düşmüş, müvazinətini itirib onun üstünə doğru yönəlmiş, həmin vaxt bıçaq İsmayılın boynuna girmiş, daha sonra əlindən yerə düşmüşdür. Qanı gördükdə özünü itirib nə edəcəyimi bilməmiş, Yaquba aptekdən bint və yara bandı almağı üçün 10 manat pul vermişdir. Yaqubun gecikdiyini görüb axan qanı dayandırmaq üçün əynindəki gödəkcəni çıxarıb İsmayılın boyun nahiyəsinə sarımış, daha sonra İsmayılı kürəyinə alaraq yolun kənarına aparmış, avtomobilin gəldiyini görüb özünü qabağa ataraq saxlatmış, avtomobilə minib sürücüyə - “Təcili bizi xəstəxanaya çatdır” -demişdir. Xəstəxanaya çatdıqda oradakı polis əməkdaşlarına yaxınlaşıb belə bir hadisə törətdiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Tural xəstəxanadan çıxdıqdan sonra qarşıdan yeni il bayramı gəldiyinə görə 20 dekabr 2023-cü il tarixində Turalla gedib özlərinə paltar almaq üçün razılaşmışlar. Onunla görüşüb “Stil” kişi geyimləri mağazasına getmiş, “Stil” kişi geyimlərindən paltar götürməyi Turala o təklif etmiş, mağazaya gedib danışdıqdan sonra özünə şalvar və ayaqqabı götürmüş, Tural isə köynək və şalvar almışdır. Tural həmin vaxt mağazaya 75 manat ilkin ödəniş etmişdir. Onun götürdüyü paltarın ümumi qiyməti 100 manat tutmuş, o, aralarındakı razılaşmaya görə 1-ci və 3-cü ay 50 manat pul ödəməliymiş, 1-ci ay 70 manat verdikdən sonra 30 manat borcu qalmışdır. Ödənişin 1-ci ayını verdikdən sonra Tural martın 1-i - “mağazanın pulunu necə edək?” - deyə soruşduqda, o, Turala sabah pul tapsa verəcəyini söyləmişdir. Səhəri gün Turala - pul tapa bilmədim, qalsın ayın 12-si ödəyək” - deyəndə Tural da - “ Mənim paltarım yoxdur, oranın pulunu tez ödəyək ki, mən gedib özümə təzə paltar götürüm” - deyə cavab vermişdir. Ödənişin vaxtının mart ayının 12-si olduğunu, həmin vaxta qədər pul tapıb ödəyəcəyini bildirmişdir. Telefonda danışan zaman Turalla bu məsələyə görə mübahisə etmiş, Tural da ona - “mən sənə pislik etmədim ki, gedib paltar götürdük- deyə söyləmişdir. Turalın borcu tez bağlamaqda məqsədi gedib kreditlə yeni paltar almaq olmuş, Tural ona - Gəl söhbət edək, bu məsələni yoluna qoyaq”- deyə mesaj yazmış, səhəri gün təxminən saat 17:00 radələrində Turala zəng vurub -“ Haradasan, gəlim görüşək?”- deyə söyləmiş, Tural da işdə olduğunu deyərək onu iş yerinə çağırmışdır. Turalla görüşəndə pul tapa bilmədiyini, ödənişi mart ayının 12-si ödəyə biləcəyini bildirmişdir. Bu hərəkətindən Turalın acığı gəlmiş, Turalla mübahisə edəndə ona müqavimət göstərmişdir. Mübahisə zamanı Turala yumruq vurarkən, o, arxaya doğru getmiş, Turalın əlində tutduğu bıçağı isə həmin vaxt görmüşdür. Turalın üstünə getdikdə, o, bıçağı əlində tutmuşdur. Bıçaqla onu vuracağını düşündüyü üçün əlindən tutub almaq istəyəndə Tural bıçağı onun boğazına sürtmüş, həmin vaxt bir-birlərini itələdikləri üçün bıçaq boğazına girmişdir. Əvvəlcə heç bir ağrı hiss etməmiş, qanı görəndə bıçağın cızdığını düşünmüşdür. Tural Yaquba pul verib - “Get bint al gətir” - demiş, Tural qanı gördükdən sonra qorxub özünü itirmiş, qan itirdikcə ətrafı bulanıq görməyə başlamışdır. Tural əynindəki jaketi çıxararaq onun boğazına bağlayıb xəstəxanaya aparmışdır. Daha sonra baş verənlərdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İsmayılla təsadüfən “Sizin” marketin qabağında qarşılaşmış, onunla birlikdə “Zəfər” parkının yanına getmişdir. İsmayıl onun telefonu ilə Turala zəng edib “Zəfər” parkının yanında görüşəcəklərini bildirmiş, oraya çatandan 5 dəqiqə sonra Tural gəlmiş və İsmayılla görüşmüşlər. İsmayıl ona nə mübahisələri olduğu barədə məlumat verməmiş, Tural ilə niyə görüşəcəyini ona söyləməmişdir. Həmin vaxt ikisinin arasında mübahisə olsa da, savaşmaqlarına icazə verməmişdir. Tural İsmayıldan pul istəyəndə İsmayıl da verəcəyini demişdir. Turalla İsmayıl söhbət edə-edə Qızlar bulağı istiqamətində getmiş, Qızlar bulağına çatanda Turalla İsmayıl arasındakı mübahisə yenidən böyümüş və bu hadisə baş vermişdir. Söyüş söyüldüyünü eşitməmiş, aralarında ancaq pul söhbəti olmuşdur. Onlar mübahisə edən zaman 2 metr aralıda olmuş, Turalın əlində bıçaq olduğunu bilməmiş, onların yanında olsa da, Turalın İsmayılı bıçaqla necə vurmasını görməmiş, qan axdığını görəndə əlində bıçaq olduğunu bilmişdir. İsmayılın hansı nahiyədən vurulduğunu qan çıxanda görmüş, Tural ona bint almağı üçün 10 manat pul vermiş, həmin vaxt ona zəng gəlmiş, getməli olduğu üçün pulu Şahid2 verib - “Bint al, Qızlar bulağına apar”- deyə tapşırmışdır. Bint almaq üçün aptekə getdikdən sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, baş verən hadisədən xəbəri olmamışdır. Hadisədən qabaq Yaqubla bağda olmuş, evə qayıtdıqdan sonra Yaqub ona zəng edib -“Tema”nın yanına gəl” - demiş, oraya çatanda Yaqub ona 10 manat pul verib - “Get bint, yara bandı, su al, Qızlar bulağına düş” söyləmiş, Yaqubdan özünün niyə almadığını soruşanda evdən zəng gəldiyini, evə gedəcəyini söyləmişdir. Vətəndaşlardan biri polisə bıçaqlanma haqqında məlumat vermiş, o da Yaqubun dediklərini alıb bağa düşəndə, polislər əlində bint gördükləri üçün onu saxlamışlar. O, yolda gedən vətəndaşın polisi məlumatlandırmasından bıçaqlanma hadisəsi olduğunu bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının axırlarında Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən Parus kafeni icarəyə götürərək işlətməyə başlamış. O, kafedə əsasən dönər, pizza, lahmacun satışı ilə məşğul olurmuş. Sifariş əsasında həmin məhsulları ünvanlara çatdırırmışlar. Həmin vaxt kafedə sifarişləri çatdırmaq üçün kuryer axtarırmış. Təqsirləndirilən şəxs da fevral ayının axırlarında kafeni fəaliyyətə başlatdıqdan sonra kuryer kimi işləmək üçün onlara müraciət etmiş. Tural işə başlayan zaman ona atasının xəstə olduğunu axşam saat 20:30 radələrinə kimi işləyə biləcəyini demiş. Tural həmin vaxt evlərində heç kimin olmadığını atasına onun baxdığını bildirmiş. Tural kafedə təxminən beş gün işləmiş. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrindən sonra imiş. Tural ona ki, telefon nömrəsi almaq üçün mağazaya getməli olduğunu demiş. Turala icazə vermiş. Tural kafedən çıxıb getmiş. Bir müddət keçsə də, Tural gəlib çıxmamış. Həmin vaxt kafedə olan işçilər ona zəng etsələr də cavab verməmiş. Səhəri gün kafedə işləyən Anar usta ona Turalın adam bıçaqladığını demiş. Həmin vaxt onun baş vermiş hadisədən xəbərim olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5: - 04 mart 2024-cü il tarixli, 369 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər: boyunun sol yarısının kəsilmiş-deşilmiş yarası, sol daxili yuxu arteriyasının zədələnməsi, arterial qanaxma, posthemoragik şok. Göstərilən xəsarətlər hər hansı bir kəsici-deşici alətin təsirindən törənmişdir, eləcə də, boyunun sol yarısına vurulmuş bıçaq zərbəsinin təsirindən yaranmışdır. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “ağır zərərvurmaya”ya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 14 may 2023-cü il tarixli, 383 nömrəli məhkəmə-ballistik (soyuq silahların kriminalistik tədqiqi) ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, təsərrüfatməişət təyinatlı, kəsici-deşici xassəyə malik olan mətbəx bıçaqlarına uyğun gəlir. Naxçıvan MR X2 : - 23 aprel 2024-cü il tarixli, 149 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı “Nevrotik reaksiya” psixi vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 23 may 2024-cü il tarixli, 456 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman qarşılaşdığı şəraitlə əlaqədar olaraq emosional gərginlik halını keçirmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 02 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi Naxçıvan şəhəri, Həzi Aslanov küçəsində yerləşən Əcəmi Seyrəngahı adlanan hadisələrin baş verdiyi yerə baxış keçirilmiş, hadisənin baş verdiyi yer bir tərəfdən dərə ilə, bir tərəfdən isə dairəvi, günbəz formasında kərpic ilə hörülmüş divarla əhatələnmişdir. Hadisə məhz həmin dairəvi formada kərpiclə hörülmüş yerdə baş vermişdir. Hadisə yerinə baxış zamanı qan izləri olduğu müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçağı atdığını dediyi dərəyə baxış keçirilmişdir. Həmin vaxt dərənin ağaclarla əhatələnmiş hissəsində yarpaq xəzəllərinin yanında bir ədəd tutacaq hissəsi qəhvəyi rəngdə, üzərində metal rəngli nöqtələri olan, kəsici hissəsi isə metal rəngdə olan bıçaq aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. - 15 mart 2024-cü il tarixli əşyanı tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, Şahid1 dörd müxtəlif nömrələnmiş bıçaq tanınmaya təqdim edilmiş, o, bıçaqları nəzərdən keçirərək 3 rəqəmini göstərmişdir. - 21 may 2024-cü il tarixli əşyanı tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dörd müxtəlif nömrələnmiş bıçaq tanınmaya təqdim edilmiş, o, bıçaqları nəzərdən keçirərək 3 rəqəmini göstərmişdir. - 10 may 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. 17 aprel 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnaməyə 20 aprel 2024-cü il tarixdə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər X6 Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(078)-19/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Cəlilkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 03 mart 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 04 mart 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğaz nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vurması qəsdən sağlamlığa ağır zərər vurma cinayətidir. Belə ki, Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Zərərçəkmiş şəxsyla birlikdə “Stil” kişi geyimləri mağazasından kreditlə özlərinə paltar götürmüş, Tural ilkin ödəniş olaraq 75 manat ödəmiş, qalan borcun 1-ci və 3-cü ayını İsmayıl, 2-ci ayını isə Tural ödəyəcəkmiş, İsmayıl ödənişin 1-ci ayını vaxtında ödəmədiyi üçün mağazadan Turala zəng edib xəbərdarlıq etmişlər. Turalın dəfələrlə etdiyi xəbərdarlıqdan sonra İsmayıl 1-ci ayın ödənişi ödəmişdir. İsmayılın aldığı paltarların ümumi qiyməti 100 manat olmuş, 1-ci ay 70 manat ödəniş etdikdən sonra mağazaya 30 manat borcu qalmışdır. 2-ci ayı Tural ödədikdən sonra özünə təzə paltarlar almaq məqsədi ilə mart ayının 1-i İsmayıla pulu vaxtından əvvəl ödəməyi təklif etmiş, İsmayıl əvvəlcə pul taparsa ödəyəcəyini, daha sonra isə pulu olmadığını, krediti öz vaxtında, yəni martın 12-si ödəyəcəyini bildirmişdir. Bu məsələyə görə aralarında mübahisə başlamış, mart ayının 2-i İsmayıl marketin qabağında Yaqubla qarşılaşmış, birlikdə “Zəfər” parkının yanına qədər getmişlər. İsmayıl Yaqubun telefonu ilə Turala danışıb aralarındakı mübahisəni həll etmək üçün onu Zəfər parkının yanına görüşə çağırmışdır. Tural işlədiyi kafenin müdiri Şahid3 nömrə almaq üçün icazə almış, kafenin mətbəxindən bıçaq götürüb onu qolunda gizlətmiş, lakin bıçaq götürdüyünü Əfsun bilməmişdir. Tural kafedən çıxdıqdan sonra İsmayıla görüşərək “Qızlar bulağı” tərəfə getmiş, Yaqub həmin vaxt onlardan 2 metr aralıda dayanmış, baş verən hadisəyə şahid olmuşdur. Tural İsmayılı qorxutmaq üçün bıçağı əlində saxlamış, bir-birilərini itələyəndə bıçaq İsmayılın boğaz nahiyəsinə keçmişdir. Tural Yaquba aptekdən bint və yara bandı almağı üçün 10 manat pul vermiş, Yaqub da Mərrəhəmə zəng edib Temanın yanına çağırmış, evdən zəng gəldiyi üçün getməli olduğunu bildirib 10 manat pulu Məhərrəmə verib - “Bint və yara bandı al, Qızlar bulağına düş” - deyə ona tapşırmışdır. Yaqubun gecikdiyini görən Tural qanaxmanı dayandırmaq üçün əynindəki gödəkcəni çıxarıb İsmayılın boğazına sarımış, onu kürəyinə alaraq yol kənarına gətirib avtomobil ilə xəstaxanaya çatdırmış və oradakı polislərə törətdiyi əməl haqqında məlumat vermişdir. Məhərrəm Yaqubun dediklərini aldıqdan sonra Qızlar bulağına gedəndə polislər onu saxlamışlar. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməməsini istədiyini məhkəmənin nəzərdiqqətinə çatdırmış, məhkəmədən təqsirləndirilən şəxsi bağışladığını nəzərə almağı və ona cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi 05 avqust 2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını və ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra Zərərçəkmiş şəxs həyat və sağlamlığına dəyə biləcək zərərin azaltmaq məqsədi ilə tibbi yardım göstərməsini və onu xəstəxanaya çatdırmasını, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmələr nəzərə almalıdırlar ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. 5-1. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir). Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərməsi, hadisə baş verəndən sonra onu xəstəxanaya aparması, xəstəxanada polis əməkdaşlarına törətdiyi cinayət əməlini etiraf etməsi onun vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi Kərimov X8 MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş, cinayətə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndində əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan – islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman, yəni xx.xx.2024-cü il tarixdə müvafiq olaraq Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq göstərilən hal Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cəzaların İcra Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. 22 iyul 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-19/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının 3 ay 13 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi isə 8 ay 17 gündür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri kimi seçilmiş həbs müddəti cəzasının çəkilməmiş müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulur. Göründüyü kimi, təqsirləndirilən şəxs Kərimov X8 Şəhər Məhkəməsinin 25 iyul 2023cü il tarixli hökmü ilə məhkum edildiyi cəzasını çəkməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi – 8 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasına iki gün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-21/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 03 mart 2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 03 mart 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X4 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 60 (altmış) manat miqdarında pul köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 ( üç) il 9 ( doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi – 8 ay 17 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla hesablanaraq 4 (dörd) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X4 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 60 (altmış) manat miqdarında pul köçürülsün. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd bıçaq məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Səxavət Hüseynov