Məhkəmə qərarları › İş №1(109)-3/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-3/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-3/2025 08.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:25 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1974-cü ildə Babək rayonu, Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, evli, 2 uşaq atası, işsiz, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən həyatdan məhrum etməklə qəsdən adam öldürmüşdür. Belə ki, o, 28 iyun 2024-cü il tarixdə saat 23:20 radələrində içkili vəziyyətdə qohumu və həmkəndlisi olan X7 Tumbul kəndində işlətdiyi pivəxanaya getmiş, orada sonuncunun digər həmkəndliləri Şahid6, Şahid5 Kamil oğlu və Şahid4 birgə oturduqları masaya əyləşib pivə içmiş, masada əyləşdikdən bir müddət sonra qohumu Rahib Abdullayevlə aralarında söyüşlü zarafat olmuş, həmin zaman Təqsirləndirilən şəxs Şərur və Qıvraq ərazisində yaşayan insanların ünvanına ümumi olaraq nalayiq ifadələr işlətmiş, bunu görə Rahib Abdullayev bibisinin də Şərura ərə getdiyini deyib Təqsirləndirilən şəxs irad bildirmiş və onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zəmində aralarında mübahisə yaranmışdır. Onlarla bir masada əyləşmiş Şahid6 mübahisəyə son qoymaq məqsədilə Təqsirləndirilən şəxs çölə çıxartsa da, Rahib Abdullayev onların arxasınca gələrək mübahisəni davam etdirib yenidən Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, bundan əsəbləşən Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə 1 yumruq zərbəsi vuraraq sağ gözün ətrafında qançır, burnunda sıyrıq, alt dodağın selikli qişasında qançır yaranmasına səbəb olan və dərəcələri təyin edilməyən xəsarət yetirmişdir. Bundan sonra ətrafdakılar tərəfindən onlar ayrılıb bir-birindən kənarlaşdırılsalar da, X28 Hüseynovun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş, daha sonra sakitləşdirilməsi üçün həmkəndlisi Şahid4 tərəfindən Rahib Abdullayev pivəxanaya gətirilmiş, pivəxanada olan zaman oradan çəhrayı rəngli plastik materialdan dəstəyi olan, dəstəyinin uzunluğu 10 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla ümumi uzunluğu 23 sm olan bıçağı götürərək şalvarında gizlətməklə pivəxanadan qaçaraq öz yaşadığı evə getmiş, evdə olan zaman əynindəki qan bulaşmış köynəyi çıxardıqdan sonra evdəkilərə Kərimi öldürəcəyini deyib pivəxanadan götürdüyü bıçaqla Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs da öz yaşadığı evə gəlmiş, o, evə gəldikdən bir müddət sonra 29 iyun 2024-cü il tarixdə saat 01 radələrində Rahib Abdullayev əlində bıçaqla Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ucadan evin eyvanında yüksək səslə Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə sonuncunu çağırmış, həmin səs-küyə görə əvvəlcə Təqsirləndirilən şəxs anası Şahid1 yuxudan ayılıb eyvana gələrək evin qapısını açmış, həmin zaman Rahib Abdullayev yenə də Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə onu öldürəcəyini demiş və çölə çıxmasını tələb etmişdir. Bir az sonra Təqsirləndirilən şəxs öz otağından qapıya tərəf gəldiyini görən Şahid1 onların dalaşmalarının qarşısını almaq məqsədilə qapını içəridən bağlamaqla açarı götürmüş və oğlu Təqsirləndirilən şəxs çölə çıxmasına mane olmuşdur. X22 söyüş söyməklə onu çölə çağırmaqda davam etməsini görən Təqsirləndirilən şəxs Rahib Abdullayevi söydüyü nalayiq söyüşlərə görə öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün zorla anasının əlindəki açarı almaqla qapını açaraq eyvana çıxmış, həmin zaman evin eyvanında stolun üstündə olan qara rəngli dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 13 sm, ümumi uzunluğu 24 sm olan bıçağı götürərək öz əməlinin ictimai təhlükəli olduğunu dərk edib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə bunları arzu edib bu məqsədlə həmin bıçaqla Rahib Abdullayevin döş qəfəsinin ön sol yarısı nahiyəsinə bir bıçaq zərbəsi vurub yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan və döş boşluğuna nüfuz etməklə ürəyin zədələnməsi nəticəsində kəskin qanitirmə ilə müşayiət olunan xəsarət yetirməklə onu qəsdən öldürmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 28 iyun 2024-cü il tarixdə, axşam saatlarında kəndə qonaqlığa çağırıldığı üçün Naxçıvan şəhərindən kəndə gəlmiş, həmin vaxt valideynləri də həmin qonaqlıqda olmuş, qonaqlıq müddətində 4 nəfərə 1 araq olduğu üçün, təxminən 100 qram içki qəbul etmiş, lakin onda sərxoşluq olmamışdır. Hadisə baş verən gün və ya ondan qabaqkı gün narkotik vasitələrdən də istifadə etməmişdir. Qonaqlıqdan evə gəldikdən sonra atası və anası ilə birlikdə biraz balkonda oturmuşdur. Anası içəri keçdikdən sonra təxminən saat 22:50 radələrində siqareti olmadığı üçün siqaret almaq qərarına gəlmiş, amma atasının yanında siqaret çəkmədiyinə görə evə nə deyib gedəcəyini fikirləşmiş, daha sonra atasına “maşın var gedirəm ona baxam gələm” demiş, atası isə “axşamdır getmə” deyə söyləmişdir. O isə “söz vermişəm getməliyəm” deyə cavab verərək evdən çıxmış, həmin vaxt da çox yemək yediyi üçün, şəkər xəstəsi olduğuna görə özünü narahat hiss etməməyi üçün yerimək qərarına gəlmişdir. Bu məqsədlə kənd içinə tərəf getməyə başlamış, sonra yolda siqareti gedib Rahibdən alaraq xeyri ona versin deyə fikirləşmiş və bu məqsədlə Rahibin yanına getmişdir. Rahibin yanına getdikdə tanımadığı 3-4 cavan adamın oturub yeyib içdiklərini görmüş, onlar da onu gördükdə “keç səndə əyləş bizimlə” deyə söyləmişlər, o isə “yox çox sağolun, mən bir ədəd siqaret alıb gedəcəyəm” deyə cavab vermişdir. Sonra Rahib və yanında əyləşənlər ondan əl çəkməyərək oturması üçün təkid etmiş, o da Rahibin yanındakıları orada yaşamadığı üçün yaxşı tanımamışdır. Bu səbəbdən də oradakıların onun yekəxanalıq edərək oturmaq istəmədiyini düşünməmələri üçün onlarla oturmuş və pivə içmişdir. Orada oturanlar Rahibin dostları olmuş və birbirləri ilə mehribanlıq edərək nalayiq şəkildə biədəb zarafatlar etmişlər, lakin onun özünə qarşı hər hansı bir biədəb zarafat olunmamışdır. Onlar masada nəsil, kök söhbəti edərək Rahibin nəsilini söymüşlər, Kərimdə Rahibin qohumu olduğu üçün söyüşün ona da çatdığını düşünərək zarafatları qəbul etməmiş, mərhum Rahibə iradını bildirərək onun yanında söyüşlə zarafatların edilməsinin düzgün olmadığını, o getdikdən sonra davam etmələrini söyləmişdir. Rahib isə “dayıoğlu, sən əlini qoy öz payının üstünə” deyərək cavab vermiş, bir müddət sakitləşdikdən sonra yenidən söyüş söyməyə başlamışlar. Həmin vaxt o yenidən ayağa duraraq Rahibə onun atası yaşda kişi olduğunu, eyni zamanda eyni nəsildən olduqlarını, qohum əlaqələrinin olduğunu bildirərək elə danışmağın düzgün olmadığını bildirmişdir. Rahib isə onun işinə qarışmamasını söyləmişdir. O da Rahibə bir məsəl çəkərək “Şərurla Qıvraqlı ay qara dəməkli imkan ver pivəmi içim çıxım gedim” demiş, Rahib isə bu sözü ümumi dediyini soruşmuş və bibisinin də orada ərdə olduğunu bildirmiş, o da “səndə əlini qoy bibinin üstünə“ deyə cavab vermişdir. Həmin vaxt Rahib ona nalayiq ifadə işlədərək söymüş, o isə Rahibə sabah söhbət edəcəklərini deyərək pivəxanadan çölə çıxmışdır. Kafedən çıxdıqdan sonra Rahibdə onun arxasınca çölə çıxmış, Səfərov Məhəmməd isə Rahibin qolundan yapışaraq Kərimə “bu keflidi sabah danışarsan” demiş, o isə “sabah danışarıq, eybi yox nə dedin sağol, qoyduğun hörmətə görə də Allah canını sağ eləsin” deyərək oranı tərk etmişdir. Oradakı münaqişənin səbəbi də, onun Rahibə söyüşlü zarafat etməməyini söyləməsi və bu sözün də Rahibin acığına gəlməsi olmuşdur. Kafedən çıxdıqdan sonra təxminən 20 metr gəldikdən sonra, çayçının qarşısına çatarkən, Rahibin arxadan yenə onu söyə-söyə gəldiyini görmüş, lakin fikir verməyərək yoluna davam etmişdir. Daha sonra Rahib ondan əl çəkməyərək kəndin içinə qədər arxasınca gəlmiş, “stolba”nın yanına çatdıqda Rahib sürətlə ona yaxınlaşaraq ailə uşaq söyüşü söymüş, həmin vaxt Səfərov Məhəmməd onun kefli olduğunu deyərək onu qarşılıq verməməsi üçün çəkindirmiş, o isə “görmürsən danışığını bilmir” deyə cavab vermis, sonra Rahibin yanına çataraq ondan kimi söydüyünü soruşmuş, Rahib isə onu söydüyünü söyləmişdir. Bu zaman o, Rahibin epilepsiya xəstəsi olduğunu bilmədən ona yalnız bir yumruq vuraraq yerə yıxmış, lakin gecə qaranlıq olduğu üçün harasından vurduğunu bilməmiş, ama yumruğun üzünə dəydiyini təxmin edərək oradan uzaqlaşmışdır. Evlərinə gedən yolun üstündə çeşmə olmuş, çeşmədə əli şirə olduğu üçün əlini orada yuyaraq bir-iki siqaret çəkmiş, öz-özünə “özümü salıdım zibilə, mən sabah nə edəcəm” deyə düşünmüş, daha sonra evə getdiyini söyləmişdir. Evə getdikdən sonra otağına girərək köynəyini çıxartmış və otağında bir siqaret yandırmışdır. Həmin vaxt çöldən Rahibin nalayiq ifadələr işlədərək ailəsini, anasını, bacısını, arvad və uşağını söydüyünü eşitmişdir. Səsə ilk öncə onun anası çölə çıxaraq Rahibə yalvarmış və “çıx get burdan, səhər danışarsınız” demiş, amma Rahib həmin vaxt onun anasına da nalayiq ifadələr işlətmiş, bu səs-küyü isə bütün kənd eşitmişdir. Daha sonra anası onun olduğu otağın qapısını bağlayaraq açarı götürmüş və ona yalvararaq “qurban olum, çölə çıxma, səhər danışarsan” demişdir. O isə kənddə biabr olduğunu düşünərək əsəbləşmiş, qışqıraraq anasından açarı almış və Rahibin onun üstünə bıçaqla gəldiyini bilmədən qapını açıb çölə çıxmışdır. Qapıdan çölə çıxan zaman Rahib evlərindən gətirdiyi bıçağı ona atmış, o da bıçaqdan qaçmaq istəyərkən bıçaq qoluna keçərək əlini və qolunu yaralamış, həmin vaxt isə yanlarında heç kim olmamışdır. Daha sonra geriyə çəkiləndə stolun üstündə qara qulplu meyvə bıçağı görmüş və həmin bıçağı götürərək Rahibə getməyini söyləmiş, Rahib isə yenidən nalayiq ifadələrlə söyüş söyərkən əlindəki bıçağı ona soxub çıxararaq yerə atmış və “indidə söyüş söyə bilirsənsə söy görüm” demişdir. Rahib ona bıçaq atarkən anasının içəridə olduğunu və onun Rahibi 4-5 saniyənin içində vurduğunu söyləmişdir. Rahibi vurduqdan sonra bıçağı yerə atmış, acıqlı olduğu üçün də ona heç bir kömək etməmiş, sonra Rahibi onu vurmasın deyə izləmiş, bu zaman da Rahib heç nə deməmiş və özü yeriyərək aşağıya düşmüşdür. Heç yerə zəng vurub xəbər etməmiş, təcili tibbi yardıma aparmağı isə sonradan taksidə olarkən fikirləşmişdir. Həmin vaxt öz atası onun boğazından yapışmış, ona “sən o xəstə uşaqdan nə istəyirsən?” demiş və Rahibin onun atasının qohumlarından olduğunu bildirmişdir. Daha sonra atasına “görmürsən küçədə nə söyüşlər söyür Rahib, bir şillə vurmuşam neynəmişəm ki, ona” deyərək evə girmiş, arxasınca isə valideynləri içəri girərək ona “rədd ol get”, “ sən neynəmisən” demişlər. Rahibin onun bibisinin nəvəsi olduğu üçün sırf qohumluq duyğularına görə Rahibin müalicəsi üçün pul lazım olacağını düşünmüş, buna görə də Bakıdakı maşınını satmaq məqsədi ilə Bakıya getmək istəmiş, bunun üçün də pulunu, şəxsiyyət vəsiqəsini və telefonunu evdən götürərək getmişdir. Həmin vaxt Rahibin getdiyini düşünmüş, lakin çölə çıxdıqda Rahibin pilləkənin altında gülqabına oxşar bir şeyə dayanaraq çömbəlmiş vəziyyətdə olduğunu və başının üstündə isə adamların olduğunu görmüşdür. Rahibin atası Əsgər də orada olmuş və ona “Əsgər belə uşaq saxlayarlar? mənim anamın, atamın yanında anam, bacım, arvad, uşaq qalmadı hamısın Rahib söydü məni, məndə vurdum onu” demiş, Rahibin atası Əsgər isə ona “qələt edib səni söyüb” deyə cavab vermiş, o isə “qələt edib neyniyib bilmirəm, vurmuşam onu, mənə sözün yoxdu?” deyə soruşmuş, lakin Rahibi vurduğunu deyərkən “bıçaqla” sözünü işlətməmiş, Rahibin atası Əsgər isə ona sözü olmadığını demiş, ondan sonra oradan uzaqlaşmış və Rahibi bıçaqla vurduğunu heçkimə deməmişdir. Taksiylə hava limanına gəldikdən sonra orada ona Bakıya bilet olmadığını, amma Türkiyədən Bakıya gedə biləcəyini demişlər. Daha sonra maşınla Naxçıvan şəhərində “şəhərcik” deyilən yerə gəlib siqaret almış, oradan xəstəxanaya tərəf, daha sonra isə “dörd yol” deyilən tərəfə doğru getmişdir. O, Rahibi öldürmək niyyətinin olmadığını, əgər öldürmək niyyəti olsaydı ona 4-5 bıçaq zərbəsi vuracağını söyləmişdir. Fiziki cəhətdən Rahibdən daha güclü olduğunu düşünmüş, lakin Rahib ona bıçaq atdığı üçün onu başqa yolla sakitləşdirə bilməyəcəyini fikirləşmiş, Rahibi qorxudaraq susması və özünü müdafiə etməyi üçün yalnız bir bıçaq zərbəsi vurmuş, lakin ürəyindən vurmaq fikri olmamış və bıçağı onun qarın nahiyəsinə vurduğunu xatırlamışdır. Bu səbəbdən də o, Rahibin ölməyinin ağlına gəlmədiyini, Türkiyə Respublikasında olarkən polislər tərəfindən Rahibin ölümünü eşitdiyini söyləmişdir. Heç vaxt kimisə öldürüb qaçmadığını, Rahibin ölmədiyini düşünərək sadəcə çıxıb getdiyini söyləmişdir. Hadisədən sonra Türkiyə Respublikasına getmiş, daha sonra orada tutularaq Azərbaycan Respublikasına gətirilmişdir. O, törətdiyi əməldən peşman olduğunu söyləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Rahib iyul ayı təxminən 10 gün əvvəl həmin pivəxananı işlətməyə götürmüşdür. Rahibin içki içmədiyini, epilepsiya xəstəsi olub spazma keçirdiyi üçün Rəşadət həkimin də dərmanlar yazdığını və ona içki içməyi qadağan etdiyini demişdir. Rahibin üzünə və ya baş nahiyəsinə nəsə vuranda spazma keçirdiyini bildrimişdir. O da Rahibə körpə uşaqları olduğu üçün içki içməməsini söyləmiş, və son 10 gün içində Rahibin evə içkili gəldiyinin şahidi olmamışdır. Hadisədən 3-4 gün qabaq Rahib iki iti xəstələndiyi üçün baytar çağırmış və itlərinə sistem qoşdurmuşdur. Bu vaxt Kərim Rahibin telefonuna zəng edərək pivəxananı açmağını istəmiş, Rahib isə ona işi olduğunu, itlərə sistem qoşdurduğu üçün gələ bilməyəcəyini söyləmiş, Kərim isə Rahibin onu saymadığını düşünərək ondan incimişdir. Lakin, sonra Rahib Kərimgilin qapısına gedərək onunla barışmışdır. Rahiblə Kərimin arasında olan mübahisədən 4-5 gün keçdikdən sonra cinayət hadisəsi baş vermişdir. Hadisə baş verən gün təxminən gecə saat 00:04 radələrində Rahibə zəng vurmuş və evə gəlib-gəlməyəcəyini soruşmuş, Rahib isə yarım saata gələcəyini demişdir. Həmin gün də kənddə sünnət toyu olmuş, Rahibin də həmin toya gedəcəyini bilməmiş, sonradan Rahibin həmin toyda olduğunu öyrənmişdir. Bir müddət sonra Rahib üz-gözü və maykası qanlı şəkildə qapını açıb qışqıraraq evə girmiş və atasının otağına girərək Kərimin onu küçədə döydüyünü söyləmişdir. Atası isə Rahibə Kərimin onu nə üçün döydüyünü soruşanda o da, Kərimin Şərurluları, bibisini söydüyü və onun aldığı 35 manat borcu istədiyi üçün hadisənin baş verdiyini bildirmişdir. Daha sonra Rahib “Kərimi ölürəcəyəm” deyərək ədyalla qanını silmiş və balkona çıxmışdır. Rahibin qabağına keçərək getməməsi üçün yalvarmış, lakin nə o, nə də onun qaynatası Rahibi saxlaya bilməmiş və Rahib onu itələyərək getmək istəmişdir. Rahib arvadını itələdikdə o, yıxılaraq başı armatura keçmiş, lakin Rahib buna baxmayaraq orada qalmamış və çıxıb getmişdir. Rahibin dərman qəbul edən zaman çox içinə qapalı olduğunu və başını itirdiyini, həmçinin Rahibin içki içməsəydi əgər, oraya getməyəcəyini söyləmişdir. Rahib evdən çıxanda bıçaq götürməmiş, Rahibi aşağıda qucaqlayarkən əlini onun belinə salmış və belində bıçaq olduğunu hiss etməmişdir. Uşaqlarının birinin 8 yaşı, digərinin isə 5 yaşı olduğunu, uşaqlara görə getməməsini söyləmiş, lakin Rahib buna məhəl qoymamış və bu olanlar təxminən 10 dəqiqə çəkmişdir. Rahib Həsəngilə çatdıqdan sonra Rahibin “”aaaa” deyə qışqırıq səsini eşitmişdir. Həmin vaxt Rahib evdən çıxıb Kərimgilə gedəndə polisə və başqa orqana məlumat vermək ağıllarına gəlməmiş, sonra qayınatası ondan Həsənə zəng vurması üçün telefon istəmiş, o da telefonu tapana qədər təxminən 10 dəqiqə keçmişdir. Qayınatası Kərimin atası Həsənə zəng edərək Kərimin evdə olub-olmadığını soruşmuş, o isə Kərimin evdə olmadığını söyləmişdir. Sonra qayınatası X29 küçədə savaşdığını, Rahibin onlara gəldiyini, arxasınca özünün də gəldiyini demiş, Həsən isə Rahibi sakitləşdirəcəyini və narahat olmamasını söyləmişdir. Onlar da Kərimin evə olmadığına arxayın olaraq Həsənin Rahibi sakitləşdirəcəyinə inanmışlar. O “ əgər Həsən Kərimin evdə olduğunu desəydi, onda bəlkədə biz başqa bir şey edərdik” deyə bildirmişdir. Həmin vaxt qonşuları Tağı da səsə onlara gəlmiş və nə baş verdiyini soruşmuş, qayınatası da Rahiblə Kərimin savaşdığını, Rahibin də onlara getdiyini söyləmişdir. Qayınatası Həsəngilə çatdıqdan təxminən 15 dəqiqə sonra qayınatasının telefonu olmadığı üçün Həsənə bir neçə dəfə zəng etmiş, Həsən telefonu açdıqda Rahibin orada olduğunu soruşmuş, o isə Rahibin orada olduğunu, birlikdə çay içdiklərini və heç bir narahatçılıq olmadığını söyləmişdir. Bir müddət sonra yenidən 5-6 dəfə Həsənə zəng vurmuş, lakin o telefonu açmamış ən son telefonu açaraq yenidən heç bir narahatçılıq olmadığını söyləmişdir. Təxminən hadisədən 2 saat sonra təcili tibbi yardım maşınının işığını görmüş, qaynanasını çağıraraq həmin işığın polis maşınınmı, yoxsa təcili tibbi yardım maşınınınmı olduğunu soruşmuş, qaynanası isə təcili tibbi yardım maşınının işığı olduğunu demiş və Rahibin spazma keçirdiyini təxmin etmişdir. Daha sonra Həsənə zəng vuraraq təcili tibbi yardım maşınının işığının göründüyünü və nə səbəbə gəldiyini soruşmuş, Həsən isə Rahibin spazma keçirdiyini amma heç bir narahatçılıq olmadığını demişdir. Həmin vaxt onun övladının biri yatmış, digər övladı onunla balkonda oturmuş, qayınanası isə Həsəngilə getmişdir. Qayınanası Həsəngilə çatdıqdan təxminən 10 dəqiqə sonra onun qışqırıq səsini eşitmiş, dərhal Həsənə zəng vurmuş, amma telefonu qaynanası açaraq ona Rahibin öldüyünü və bura gəlməsini söyləmişdir. Daha sonra Rəşadın anasıgilə gedərək daycanısını çağırmış və ondan uşaqların yanında qalmasını istəmiş, özü isə hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda, Rahibi ikinci mərtəbədə uzatdıqlarını və üzərini ədyalla örtdüklərini, qaynanasının isə Rahibin üzərinə yıxılaraq ağlamasını görmüşdür. Oraya çatanda qayınatası ona Rahibin ölü kimi yerə uzandığını söyləmişdir. Hadisə yerinə gələndə həmin vaxt təcili tibbi yardım maşının olduğunu, polis və prokurorluq əməkdaşlarının isə daha sonra gəldiyini söyləmişdir. Rahibə nə olduğunu soruşmuş, Kərimin anası Gülarə isə Rahibin spazmadan öldüyünü demişdir. O da Rahiblə evliliklərinin 9 ili Rahibin spazma keçirdiyini, hər yerdə yıxıldığını lakin spazmadan ölmədiyini indi hansı səbəbdən öldüyünü soruşmuşdur. Həmin vaxt təcili tibbi yardımın həkimi isə Rahibin ürək nahiyəsindən vurulduğunu, lakin Gülarə bunu qəbul etməyərək Rahibin spazmadan öldüyünü demiş, Rahibin üzünü açmaq istədikcə Gülarə ona qarşı çıxmış, onun üzərini örtməyə çalışmışdır. Gülarə Rahibin spazmadan öldüyünü deyəndə qaynanası səs küydən onu eşitməmişdir. Bu zaman Qalib müəllim olduğunu təxmin etdiyi insan Gülarədən və Həsəndən oğlu Kərimi soruşmuş, onlar isə Kərimin işdə olduğunu və evə gəlmədiyini, bəzən onun evə səhər gəldiyini bəzən isə ümumiyyətlə gəlmədiyini söyləmişlər. Yasdan sonra Kərimin Səmayə adlı bibisi ilə birlikdə Həsənin qardaşı Mikayılla onlara gəldiyini və 2000 (iki min) manat pul gətirdiklərini, lakin onun həmin pulu qəbul etmədiyini bildirmişdir. O, iki azyaşlı uşağı ilə ortada qaldığı üçün həm təqsirləndirlən şəxsdən şikayətçi olduğunu, həm də Rahibə köməklik göstərmədikləri üçün təqsirləndirlən şəxsin ata və anasından şikayətçi olduğunu və Kərimə ağır cəza verilməsini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsin anası olmuş, hadisə baş verən gün oğlu işdən evə al-qanın içində gələrək atasına Kərimdən borcunu istədiyi üçün Kərimin onu döydüyünü söyləmiş, sonra isə Kərimi öldürəcəyini deyərək evdən çıxıb getmiş, gedən zaman da əynində mayka ilə finka olmuşdur. Rahibin evdən çıxarkən əlində və üzərində hər hansı bıçağın olduğunu görməmişdir. Daha sonra yoldaşı Əsgər Həsənə zəng vuraraq Rahibin oraya gəldiyini və onu sakitləşdirməsini demiş, Həsənin onlarla yaxın olduğu üçün Rahibi sakitləşdirəcəyinə arxayın olmuşlar. Kərimgilin evi ilə onların evinin bir az aralı olduğu üçün Rahib Kərimgilin həyətinə çatanda əvvəlcə az səs-küy eşidilmiş, sonra Həsəngil Rahibə dayan demiş, ardınca isə Rahib iki dəfə, yəni bir bıçağı vuranda, bir də çıxaranda “ana” deyə qışqırmış, daha sonra isə səs-küy birdən dayanmışdır. X25 həyətinə çatdıqdan təxminən 5-10 dəqiqə sonra da yoldaşı Əsgərin, oğlunun ardınca getdiyini söyləmişdir. Həmin vaxt nə qədər zəng vursalar da, Həsən telefonu açmamışdır. Daha sonra təxminən saat 04:30 radələrində gəlini ona gələn maşının təcili yardım, yoxsa polis maşını olduğunu soruşmuş, o isə təcili yardım maşını olduğunu görmüş və Rahibi əvvəllər spazma keçirəndə yolda polislər, dost-tanışlar, tanımayanlar görəndə Təcili yardım maşınına qoyub evə gətirdikləri üçün Rahibin yenidən spazma keçirdiyini təxmin etmişdir. Onlar həmin vaxt Həsənə zəng vurmuşlar, Həsən isə Rahibin spazma keçirərək bir az narahat olduğunu demişdir. Lakin ondan qabaq Həsənə zəng vurduqlarında Həsən onlara çay içdiklərini söyləmişdir. Rahibin spazma keçirtdiyini eşidən kimi tez Kərimgilə getmiş yoldaşının üzünü Rahibin üzünə qoyub ağladığını görmüşdür. Yoldaşı Əsgərdən niyə ağladığını soruşmuş, Əsgər də Rahibin öldüyünü, lakin ölüm səbəbini bilmədiyini, oradakıların ölüm səbəbinin spazma olduğunu dediklərini söyləmişdir. O isə Rahibin dərman atdığını, həkimin ona iynə vurduğunu buna görə də spazmadan ölmədiyini söyləmişdir. Həmin vaxt isə Kərimin valideynləri Gülarə ilə Həsən burada canlı insan ölməmiş kimi onlara kömək etməmiş, Rahibin üzünü açanda Gülarə gələrək Rahibin üşüdüyünü deyərək onun üstünü örtmüşdür. Həkimdən kömək istəmiş, həkim isə artıq gec olduğunu söyləmişdir. Bu zaman gəlinini Rahibi son dəfə görməsi üçün hadisə yerinə çağırmaq istəmiş və buna görə də Həsəndən gəlininə zəng vurmağını istəmiş, lakin Həsən zəng vurmamışdır. Daha sonra gəlini Süsanə evlərindən onun səsini eşidərək Həsənə zəng vurmuş, o isə telefonla oğlunun öldüyünü demiş və oraya gəlməsini iştəmişdir. Rahibin maykasız olduğunu görərək maykasının harada olduğunu soruşmuş, Gülarə isə Rahibin oraya maykasız gəldiyini söyləmiş, lakin oğlunun oraya mayka ilə gəldiyini xatırladığını, yoldaşının isə oraya çatanda Həsənin Rahibin maykasını çıxardığını gördüyünü söyləmişdir. Daha sonra Gülarə Həsənin maykasının yaxında olduğunu və Rahibə onun maykasını geyindirməyini söyləmiş, o isə təkidlə Rahibin öz maykasını istəmişdir. Rahibi qucaqlayıb ağlayarkən, onun döşünün giləsində və ədyalda qan görmüş, həmçinin sol çiyninin də göyərdiyinin şahidi olmuş, bu zaman isə Kərimin Rahibi bıçaqla vurduğunu anlamışdır. Oğlu Rahib spazma keçirdiyi vaxt düşəndə böyrü üstdə ya da oturduq yerdə düşdüyünü, lakin hadisə yerində oğlunun dümdüz qibləyə doğru uzadıldığını görmüş, buna görə də, oğlunu Kərimin bıçaqla vurub yerə yıxdığını, sonra isə aparıb aşağıya qoyduqlarını təxmin etmişdir. Həmin vaxt təcili yardımda olanlar da cinayət olduğunu qeyd etmişdir. Hadisə baş verən zaman bir nəfər belə gəlib onun oğluna kömək etməmiş, məhz kömək etmədiklərinə görə də onları bağışlamadığını bildirmişdir. Gülarə ilə Həsənin yoldaşı Əsgəri aldadaraq Rahibi Kərimin vurmadığını və heç evdə olmadığı yalanını demiş, buna görə də bir nömrəli qatillərin Gülarə ilə Həsən olduğunu, hadisəni oğul, ata və ananın - bu üçünün etdiyini bildirmişdir. Oğlunun ailəsinə bağlı olduğunu, iki körpə övladı olduğunu, hər dəfə övladlarının atalarını istədiklərini, hətta Rahibin ölümündən sonra şəkər xəstəsi olan atasının infarkt keçirdiyini bildirmişdir. Rahibin övladlarının Kərim, Gülarə və Həsənin gəlib onları öldürəcəklərini düşündüklərini, buna görə də məktəbə qorxa-qorxa getdiklərini, analarının da heç kimə güvənməyərək övladlarını məktəbə özünün aparıb gətirdiyini söyləmişdir. O, Kərimdən, atası və anasından şikayətçi olduğunu bildirmiş və övladının qanının yerdə qalmamasını, Kərimə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün, yəni 29 iyun 2024-cü il tarixdə xəstəxanada olarkən saat təqribən 03:18 radələrində çağrı mərkəzinə çağırış zəngi gəlmiş, zəngdə isə 1 nəfərin epilepsiya xəstəsi olduğunu və yıxıldığını bildirmişlər. Onlara gələn zəngdə yalnız nömrə qeyd olunduğu üçün zəng vuran şəxsin kim olduğunu bilməmişdir. Zəng gəldikdən sonra ambulansa əyləşərək deyilən ünvana getdiklərini, həmin briqadada da sanitar İnci və Ruhiyyə, sürücü Həsən olduğunu söyləmişdir. Hadisənin baş verdiyi yer çətin ünvanda yerləşdiyindən həmin ünvana zəng gəldikdən təqribən 20 dəqiqə - yarım saat sonra orada yaşayan şəxslərin köməyi ilə çata bilmişlər. Hadisə yerinə çatanda orada 4 nəfərin olduğunu, evin balkonunda isə divanda cavan bir oğlanın sinəsinə qədər üstü örtülü vəziyyətdə uzandığını, mərhumun ayağının isə ayaqyalın olduğunu söyləmişdir. Həmin uzanan şəxsin əynində yuxarı hissədə heç nə olmamış, baş nahiyyəsində sağ alın nahiyəsində göyərmələr, həmçinin ağız və burun nahiyəsində qurmuş qan izləri olmuşdur. Həmin şəxsin epilepsiya xəstəsi olduğu və yıxıldığı bildirildikdə onun alın nahiyəsində olan travmanı, göyərməni sudurğa zamanı yıxılıb başını harasa vurması nəticəsində yarandığını düşünmüş, sonra isə onun nəbzini yoxlamış, lakin nəbzi vurmadığını və tənəffüs də almadığını görmüşdür. Daha sonra onun üzərindəki örtüyü qaldırarkən sol döş nahiyəsində kəsilmiş-deşilmiş yara izi olduğunu, amma oradan qan gəlmədiyini görmuş, bundan başqa onun bədənində hər hansı başqa bir xəsarətin olubolmamasını da yoxlamış, onun kürək nahiyəsinə də baxmışdır. Lakin uzanan şəxsin həmin kəsilmiş-deşilmiş yaradan başqa bir xəsarəti olmamış, ayaqlarında cızılma izi olmuşdur. Həmin vaxt xəstənin üstündə qan izi olmadığını, sanki xəstənin üstünün təmizlənmiş kimi olduğunu, üzərində yalnız deşik izi və ağzında, burnunda qurumuş qan izləri olduğunu söyləmişdir. Bu zaman oradakılar ona həmin şəxsin xəstə olduğunu, axşam evə gələndə spazma keçirirərək ilişib yıxıldığını söyləmişlər. Daha sonra oradakılar həmin şəxsi xəstəxanaya aparmaq istəmiş, o da artıq xəstənin rəhmətə getdiyini bildirmişdir. Həmin vaxt oradakılar xəstənin rəhmətə getdiyini təəccüblü şəkildə qarşılamış və onun vəfat etdiyini bilməmişlər. Meyitin yuxarı hissəsində isə heç bir geyim əşyası olmamış, əynində yalnız qara rəngli finka olmuşdur. Müayinə zamanı xəstənin bəzi orqanlarında quruma getməyə başladığı üçün onun baş və ayaq nahiyəsini qaldıra bilməmiş, bu səbəbə görə də həmin şəxsin təqribən 2-3 saat əvvəl öldüyünü müəyyən etmiş, bundan sonra aidiyyəti üzrə polisə zəng vurub məlumat vermiş, polis və prokurorluq əməkdaşları da hadisə yerinə gəldikdən sonra iş yerinə qayıtmışdır. O, X2 tanımadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün, iyun ayının 28-dən 29-a keçən gecə saat təxminən 01:00 və ya 01:30 radələrində yatan zaman oğlu Rahib üz-gözü qanın içində otağa gəlmiş, “ata dur məni öldürürlər” deyə söyləmiş və onu yuxudan oyatmışdır. Daha sonra Rahib onun üstünə örtdüyü ədyalı götürüb üzünə basmış və Kərimin onu 4-5 nəfər ilə birlikdə döydüyünü söyləmişdir. O, isə 4-5 nəfərin kim olduğunu və nə üçün döydüklərini soruşmuş, Rahib isə onları tanımadığını, Kərimdən 35 azn borcunu istədiyi üçün Kərimlə birlikdə onu döydüklərini söyləmiş və evdən hər hansı əşya – bıçaq və s. götürmədən Kərimi öldürəcəyini deyərək çıxıb getmişdir. Rahib gedən zaman nə qədər evdə qalmasını, getməməsini söyləsə də, Rahib onu dinləməmiş və getmişdir. Rahib evdən gedərkən yoldaşı və anası da arxasınca getmiş, lakin balaca nəvəsi onların arxasınca qışqıra-qışqıra qaçdığı üçün Rahibin yoldaşı geri qayıtmış, hətta yolda Şahid10 da Rahibi saxlamaq istəsə də, Rahib onu da divara itələyib getmişdir. İki dəfə infarkt keçirdiyi və şəkər xəstəsi olduğu üçün, oğlunun arxasınca qaça bilməmişdir. Rahib ora çatmamışdan əvvəl Kərimin atası Həsənə zəng vurmuş və Rahibin kefli olduğunu, oraya gəldiyini, özü ora gələnə kimi Rahibi təxminən 5 dəqiqə idarə etməsini demiş, Həsən isə ona Kərimin evdə olmadığını, buna görə də narahat olmamasını söyləmişdir. Həsəngilə gedərkən yolda qarşısına qonşuları Şahid10 çıxmış, onlarla Həsənin evinin arasındakı məsafə təxminən 300 metr olmuş, oğlu Rahib həmin məsafəni təxminən 3 dəqiqəyə getmiş, amma özü xəstə olduğundan sürətli yeriyə bilmədiyi üçün Şahid10 ilə birlikdə təxminən 8-10 dəqiqəyə oraya çatmış, Həsəngilin həyətinə çatanda isə oğlu Rahibin pilləkənin qabağında başı çəmənin, bədəni betonun üstündə, ayaqları isə düz qibləyə tərəf yerə uzandığını görmüşdür. Həmin vaxt Rahibin üzərində qanlı mayka olmuş, o isə Rahibin ağzının qanının həmin maykaya töküldüyünü düşünmüş, lakin Kərimin Rahibi bıçaqla vura biləcəyi ağlına gəlməmişdir. Rahibin özünün o vəziyyətdə aşağı enib gəlməsinin mümkünsüz olduğunu, buna görə də Rahibi qəsdən Kərim və valideynlərinin özlərinin oraya gətirərək uzatdığını söyləmişdir. Rahibin üzərində nə onun otağına gələrkən, nə evdən çıxarkən, nədə Həsəngilin həyətində bıçaq görməmiş, buna görə də Rahibin bıçaqla öldürüldüyü heç ağlına gəlməmişdir. Rahibin xəstəliyi olduğu üçün arabir spazma keçirdiyini, buna görə də həmin vaxt oğlunun yenə spazma keçirərək yıxıldığını düşünmüşdür. Çünki, bir müddət əvvəl Rahib işdən evə gələrkən yolun ortasında spazması tutmuş, həmkəndlisi işə gedərkən görmüş və gəlib ona Rahibin yolda spazma keçirdiyini söyləmişdir. O, isə Rahibin yanına getmiş, həkim onlara Rahib spazma keçirən zaman onu bir müddət tərpətməməyi, yoxsa daha da ağırlaşacağını söyləmiş, məhz bu səbəbə də onu ayılana qədər gözlədiklərini bildirmişdir. Hadisə baş verən vaxt da oğlunun spazma keçirdiyini düşündüyündən qonşusu Tağıya Rahibi tərpətməməyi söyləmiş, bu vaxt isə Kərimin atası Həsən gələn səsə aşağı düşmüşdür. Həsənlə birlikdə pilləkənin yanında durarkən Kərim gəlmiş, bu zaman Kərimin oğlunu bıçaqladığını bilmədən ondan oğlunu döydüyü üçün utanmadığını soruşmuş, Kərim isə Rahibi bıçaqladığını bildirmədən “beləsinin üstünə də işiyərəm” deyə cavab vermişdir. Sonra Həsənə də Rahibi tərpətməməyi yoxsa oğlunun lap ağırlaşacağını söyləmiş, amma Rahibin ölərək yerə uzandığını bilməmişdir. Həmin vaxt Həsən Rahibin üzərindəki maykanın yaş olduğunu deyərək maykanı Rahibin əynindən çıxarmış, Rahibin üzərindən hər hansı bir qan izinin silinməsinin şahidi olmamış, daha sonra isə həmin mayka yoxa çıxmışdır. Həsən maykanı Rahibin üzərindən çıxararkən Rahibin üzərində bıçaq yarası görməmiş, sadəcə qabırğasının altında sədəf boyda qara ləkə olduğunu görmüşdür. Daha sonra Kərimin atası Həsən və Şahid10 birlikdə Rahibi balkona çıxararaq onun ayılmasını gözləmiş, bu zaman işığı yanılı olan balkonda oturaraq çay içmişlər, amma həmin vaxt nə Həsən, nədə ki Gülarə Rahibin necə vurulduğunu söyləməmişdir. Çayı içib qurtardıqdan sonra oğlunun ayılmadığını görərək təcilli tibbi yardım çağırmaları istəmiş, təxminən iki saat sonra təcili tibbi yardım maşını gəlmiş, gələn həkim də Rahibdə bıçaq yarası olduğunu və rəhmətə getdiyini dedikdən sonra oğlunun bıçaqlandığını və öldüyünü öyrənmişdir. Oğlunu zülmlə saxlayıb böyütdüyünü, indi də iki körpə nəvəsinin ortada qaldığını, böyük nəvəsinin hər gün onun yanına gələrək atasının nə vaxt gələcəyini soruşduğunu, o isə yalan söyləyərək atasının işdə olduğunu və gələcəyini söylədiyini bildirmişdir. Kərimin 50 yaşı olduğunu, ancaq tüfeyli həyat yaşadığını, bir dəfə belə olsun alnının təri ilə çörək yemədiyini, yalnız ata və anasının hesabına yaşadığını, həmçinin hərbi xidmətdə olduğu zaman da başqasının övladını öldürdüyünü söyləmişdir. Kərim və valideynlərinin övladını planlı şəkildə öldürdüklərini, övladının 35 manatın güdazına getdiyini bildirmişdir. Övladı Həsəngilə getməmişdən öncə Həsənə zəng vuraraq Rahibin içkili olduğunu və oraya gəldiyini bildirdiyini demiş, lakin Həsənin onu aldadaraq Kərim evdə ola-ola ona evdə olmadığını demişdir. Hadisə baş verməmişdən öncə Kərimlə heç bir ədavətinin olmadığını, münasibətlərinin yaxşı olduğunu, Kərimin Bakı şəhərində yaşadığı üçün onlara gəlib getmədiyini, kəndə də təxminən 2 ay əvvəl gəldiyini, oğlu Rahib ilə də heç vaxt münaqişəsinin olmadığını söyləmişdir. X31 haqqında həmişə “Kərim gəlir pivəxanaya pulu olmur, 2-3 bakal pivə içir, pulun həmin gün vermir, sonrakı gün gətirib borcunu verir” dediyini, özünün isə oğluna Kərimi ötüşdürməsini söylədiyini bildirmişdir. Övladının ölümündə yüz faiz Kərimin günahı varsa, iki yüz faiz də Kərimin valideynlərinin günahı olduğunu söyləmişdir. Buna görə də Kərim və onun valideynlərindən də şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hadisə ilə bağlı heç nə bilməmiş, sadəcə maşınların ehtiyat hissələrinin alınması lazım olduğu üçün Kərimlə əlaqə saxlamış, onunla şəxsən bir-birlərini tanımasalar da, Naxçıvan uşağı kimi ondan maşın hissələri aldığını söyləmişdir. Hadisə baş verən günün gecəsi Kərim ona içkili vəziyyətdə zəng vurub pul istəmiş, lakin hara getməsi barədə ona heç nə deməmişdir. O, həm Kərimə 120 manat borcu olduğu üçün, həm də Kərim ona çox hörmət etdiyinə görə pul göndərmək üçün ondan kart istəmiş, Kərimin də kartı olmadığı üçün pulu göndərə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, hadisə baş verən günü səs eşitmiş və yuxudan duraraq qonşusugilə getmişdir. Həmin gün 1 butulka araq içdiyi üçün içkili olmuşdur. Oraya getdikdən sonra qonşusu Əsgərdən nə olduğunu soruşmuş, Əsgər isə oğlunun savaşdığını söyləmişdir. Daha sonra Rahibin dalınca kəsə yollarla Əsgər ilə birlikdə Həsəngilə getmiş yolda gedən zaman təxminən 20-30 metr qabaqda bir nəfərlə Həsəngilə çatanda döngədə üz-üzə gəlmiş, həmin vaxt içkili olduğundan yıxılmış və qaranlıq olduğu üçün həmin şəxsin kim olduğunu bilməmişdir. Daha sonra Əsgərlə birlikdə Həsəngilin həyətlərinə girmiş və oraya çatanda Rahibi pilləkənin düz qabağında, Həsənin qardaşı Mikayılgilin evinə tərəf betonun üstündə kürəyi üstə uzandığını görmüşdür. Bu zaman aşağı qaranlıq olduğundan Rahibdə heç bir yara görməmiş, lakin Rahibin ağız və burun nahiyəsində qurumuş qan ləkələri, əynində isə ağ rəngli qana bulanmış mayka və qara rəngli finka olduğunu görmüşdür. Rahibin yanına gələndə orada heç kimin olmadığını, təxminən 2-3 dəqiqə sonra Həsənin pilləkəni enərək yanlarına gəldiyini söyləmişdir. Həmin vaxt Rahibin nəbzini yoxlamaq üçün qolundan tutmaq istəmiş, lakin Əsgər Rahibin spazma keçirdiyini və təxminən yarım saata, bir saata özünə gələcəyini söyləmişdir. Biraz keçəndən sonra bədəni yerdən soyuq çəkməsin deyə Həsən yuxarıdan döşəkçə gətirib Rahibin altına qoymuş, daha sonra Həsən yenidən evdən ədyal gətirmiş, Əsgər və Həsənlə birgə həmin ədyala qoymuş və yuxarı balkona qaldıraraq oradakı divana uzatmış, Rahibi ədyala bükülmüş vəziyyətdə ayılmasını gözləmişlər. Həmin müddət ərzində isə Rahibin yarasından qan gəlməmiş və heç hərəkət etməmişdir. Onlar yuxarıda balkonda onun ayılmasını gözləyən zaman 1 stəkan çay da içmiş, lakin balkonda olan zaman nə stolun üstündə, nə yerdə, nə də ətrafda bıçaq gördüyünü xatırlamamışdır. Biraz keçdikdən sonra Əsgər Rahibin özünə gəlmədiyini gördükdə təcili tibbi yardıma zəng vurmalarını istəmiş, Həsənin yoldaşı Gülarə isə zəng vurduğunu təcili tibbi yardım maşının gələcəyini söyləmişdir. Balkonda oturduqdan təxminən 1 saat sonra təcili tibbi yardım oraya gəlmiş, həkim Rahibi müayinə edərkən onun üstündəki ədyalı qaldırmış və Rahibin sol böyründəki deşilmiş yaranı görmüşdür. Bu zaman həkim Rahibin gözünü yoxlayıb öldüyünü bildirmiş, sonra özü polisə zəng vuraraq məlumat vermişdir. Kərimin Rahibi bıçaqlayaraq öldürdüyünü daha sonra öyrənmişdir. Hadisə baş verən gün Kərim və Rahib pivəxanada nə isə üstündə mübahisə edərək savaşmış, orada olan uşaqlar isə onları ayırmağa çalışmış, lakin daha sonra Rahib Kərimgilə getmiş, Kərimgildə mübahisə zamanı Kərim onu bıçaqlayaraq öldürmüşdür. Onların nəyə görə savaşmalarının və hadisənin baş verməsinə nəyin səbəb olmasını bilməmiş və Rahibin sol böyründə olan deşilmiş yaranı ilk dəfə Rahibi ədyala büküb yuxarı balkona qaldırıb divana uzatdıqdan sonra həkim gəlib onu müayinə edən zaman görmüşdür. Yaddaşı zəif olduğu üçün həmin vaxt Kərimlə Əsgər arasında hansı dialoqun olmasını dəqiq bilməmişdir. Onlar hadisə yerinə çatan zaman Rahibin əynində mayka və qara rəngli şalvar, ayağında ayaqqabı və corab, ayağının yanında isə 1 cüt qadın tərliyi olduğunu görmüş, Rahibin əlində və yaxud ətrafında heç bir bıçaq görməmişdir. X18 əynindəki qana bulaşmış maykanın kim tərəfindən vedrənin içinə qoyulduğunu bilməmişdir. Kərimin atası Həsən ona Kərimlə Rahibin savaşdığını və Kərimin Rahibi vurduğunu söyləmiş, lakin nə ilə vurduğunu dediyini xatırlamamışdır. Kərimin harada olmasını onun atasından soruşmamış, Kərimin nömrəsin alıb ona zəng vurmuş və ondan harada olduğunu soruşmuş, Kərim isə başqa yerdə olduğunu demiş, başqasının övladını niyə vurduğunu soruşanda Kərim də ona “bəli mən vurmuşam Rahibi, amma qorxma, elə vurmamışam ki ölsün, mən gedirəm Bakıya” deyə cavab vermişdir. Rahib və Kərimin qohum olduğunu, onların arasında, eləcə də ailələri arasında heç bir ədavət, düşmənçilik və ya problem olmadığını, hər iki tərəfə də hörməti olduğunu söyləmişdir. Rahibin xarakterinin mehriban, salam-sabahlı, yaxşı insan olduğunu söyləmiş və kiminləsə savaşdığını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, 28 iyun 2024-cü ildə atasıgilə gedən günü, axşamüstü təxminən saat 19:30 radələrində qardaşı Rahiblə görüşmüş və Rahib onu yoldaşı ilə birlikdə maşınla evlərinə aparmış və həmin vaxt da qardaşı içkili olmamışdır. Hadisə baş verən vaxtı orada olmamış, xx.xx.2024-cü ildə gecə təxminən saat 03:45 radələrində gəlinləri Süsanə onun telefonuna zəng vurmuş və Rahibi döydüklərini, daha sonra isə Rahibin Həsəngildə olduğunu, Kərimin də Rahibi bıçaqlayaraq öldürdüyünü söyləmişdir. Oraya getməmişdən 5-10 dəqiqə qabaq Süsanəyə zəng vuraraq Həsənin nömrəsini istəmiş, sonra Həsənə zəng vuraraq qardaşına nə olduğunu soruşmuş, o da qışqıraraq Rahibin öldüyünü demişdir. Daha sonra yoldaşı ilə birlikdə taksi ilə Həsəngilə getmiş, Həsən isə onu görəndə nə üçün gəldiyini soruşaraq qışqırmağa başlamış, qardaşı öldüyü üçün gəldiyini söyləmişdir. Oraya gedəndə qardaşı balkondakı divanın üstündə uzanmış, həmin vaxt qardaşının üstünü boğazına qədər örtülmüşdür. Həmin vaxt qardaşının gözləri açıq, gözü və dodağının yanları göyərmiş vəziyyətdə olmuşdur. Oraya getdikdən təxminən 2-3 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş və həkim qardaşına baxdıqdan sonra onun çoxdan öldüyünü demişdir. Qardaşını maşına qoyanda polis onun maykasının harada olduğunu soruşmuş, həmin vaxt oradakılar Rahibin oraya elə çılpaq gəldiyini söyləmiş, Kərimin anası Gülarə də başqa bir mayka götürüb geyindirmələrini demişdir. Qardaşının maykasını nə üçün çıxarıb gizlətdiklərini bilməmiş, bu hadisədə Kərimin ata və anasını da günahlandırdığını demişdir. Bildiklərinin bundan ibarət olduğunu, izahatında da verdiyi məlumatların hamısının düz olduğunu və zərərçəkmiş bir insanın bacısı kimi Kərimin ömürlük həbsini istəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, hadisə baş verməzdən əvvəl təxminən 1 həftə ərzində yoldaşı xəstəxanada yatdığı üçün evdə tək olmuş, hadisə baş verən günü də heç yerə getməmiş, ancaq evdə olmuşdur. Hadisə baş verən günün səhəri təxminən saat 07:30 radələrində yuxudan ayılmış və çöldən həzin-həzin səs eşitmişdir. Balkona çıxaraq televizorun antinasının altında 2-3 nəfərin söhbət etdiyini görmüş, həmin şəxslərdən ikisi polis, digəri isə həmkəndlisi Tağı olmuşdur. Tağıdan nə baş verdiyini soruşmuş, Tağı da Əsgərin oğlunun Həsəngilə gələrək yıxıldığını və qabırğasına armatur batdığını söyləmişdir. Həsəngilllə evlərinin bir həyətdə olduğunu, arada da divar olmadığını bildirmiş və balkondan durub yan tərəfdən Həsəngilə baxanda evlərinin tam görsənmədiyini, sadəcə orada çoxlu adamların olduğunu və polislərin gəzdiyini söyləmişdir. Daha sonra polislər gələrək onunla balkonda oturmuş, 3-4 dəqiqə əyləşdikdən sonra da aşağıdakı padvalın kimin olduğunu soruşmuşlar. Padvalın özlərinin olduğunu bildirdikdən sonra polislər padvala baxmaq istəmiş və padvalın qapısını açdıqdan sonra oraya girərək baxış keçirmişlər. Daha sonra yoldaşı xəstəxanadan ayrı maşınla gələ bilmədiyi üçün oradan gedərək yoldaşını xəstəxanadan evə gətirmişdir. Hadisənin üstündən təxminən 15-20 gün keçəndən sonra iki polis gələrək ondan izahat istəmiş, o isə Naxçıvan Şəhər Prokurorluğuna gedərək hadisə ilə bağlı heç nə görmədiyini və bilmədiyini söyləmişdir. Hadisənin üstündən 5 ay keçməsinə baxmayaraq hələ də Həsəngilə getmədiyini və qardaşı ilə danışmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Rahiblə Kərimin kafedə necə savaşmaqlarından xəbəri olmamışdır. Hadisə baş verən gün onlar qonaq getmiş və evə gəldikdən sonra yatmış, Kərimə qonaqlıqda zəng vurub çağırdıqları üçün işi ilə bağlı oraya getmiş, həyat yoldaşı Həsən isə telefona baxdığı üçün hələ yatmamışdır. Həmin vaxt Rahib əlində bıçaqla üstü qanlı şəkildə birinci dəfə onlara gələrək Kərimi axtarmış, yoldaşı Həsən də Kərimin evdə olmadığını deyərək Rahibi yola salmış, Rahib də onun tərliklərini geyinərək getmişdir. Rahib birinci dəfə onların həyətinə gələndə onu görməmişdir. Rahib ikinci dəfə onlara gələndə Rahibin ayağında onun tərlikləri, əynində isə 1 ədəd önündə qan ləkələri olan mayka olmuşdur. Rahib onlara ikinci dəfə gələndə o, səsə oyanmış və gecə paltarı ilə çölə çıxmışdır. Qapını açıb balkona çıxanda balkon işıqlı olmuş və üstü-başı qan içində, əlində də qırmızı saplı bıçaqla Rahibi görmüşdür. Rahib onu görən kimi pis söyüşlərlə Kərimi çağırmış, o isə nə olduğunu soruşanda Rahib Kərimin şəhərdən uşaqları yığaraq onu döydüklərini demişdir. Bu zaman səsə Kərim yuxudan oyanaraq otaqdan çıxmış və nə olduğunu soruşmuş, o da Kərimə Rahibin əlində bıçaq olduğunu və çölə çıxmamasını demiş, daha sonra Rahib əlindəki bıçaqla Kərimi söydüyü üçün savaşma çıxmaması üçün Kərimi evin içərisinə itələyərək Kərim otaqdan çölə çıxmasın deyə qapını kilitləmiş və otağın açarı əlində olmuşdur. Bu zaman Rahib Kərimə anasının arxasında gizləndiyini söyləmiş, Kərim də çölə çıxmışdır. Kərimin arxasınca çölə çıxmamış, gecə paltarında olduğu üçün evdən paltar geyinmək məqsədilə evə girmiş, əgər onlar savaşsalar ayıra bilməyəcəyini düşünüb yoldaşı Həsəni qışqıraraq çağırmış və onun Kərimlə Rahibi aralayacağını təxmin etmişdir. Paltarını geyinib çölə çıxdıqda Rahibin pilləkəni düşərək getdiyini, yoldaşı Həsənin də oğlu Kərimi divanın üstünə yıxıb boğaraq nə üçün Rahiblə savaşdığını, Rahibin də özününkü olduğunu dediyini görmüşdür. O, evdə olduğu üçün Kərimin Rahibi bıçaqla vurduğunu görmədiyini söyləmişdir. Daha sonra o, əri ilə oğlu Kərimi aralamış və Rahibin pilləkəni düşərək getdiyini gördükləri üçün evə girmişdir. Evə girdikdən sonra çöldə Əsgərin səsini eşitmiş və çölə çıxmışlar. Çölə çıxdıqda Əsgər və qonşuları Tağının aşağıda dayandığını, Rahibin də pilləkəndən aşağıda yıxıldığını görmüşdür. Qaranlıq olduğu üçün Rahibin necə yıxıldığını bilməmişdir. Həmin vaxt yoldaşı Həsən aşağı enmiş, o isə Rahibin vəziyyətinin pis olduğunu düşünərək təcili tibbi yardım çağırmalarını istəmiş, lakin Rahibin atası Əsgər Rahibin içki içərkən belə olduğunu, birazdan ayılacağını söyləmişdir. Daha sonra Əsgər onunla birlikdə pilləkəndə əyləşmiş, Əsgərə gərək Rahibin pivə yerində işləməsinə icazə verməməsini demiş, Əsgər isə heçkimin onu saymadığını söyləmişdir. Daha sonra Əsgər, Tağı və yoldaşı Hüseynə çay gətirmiş və çay içmişlər. Çay içdikdən sonra Rahibin ayılmadığını görərək Əsgərə yenidən təcili tibbi yardıma zəng etməyi təklif etmiş, lakin Əsgər ehtiyac olmadığını, Rahibin ayılacağını söyləmişdir. Daha sonra Əsgərə qulaq asmayaraq təcili tibbi yardıma zəng vurmuş və bir nəfərin yıxıldığı məlumatını vermişdir. Təxminən 40 dəqiqə sonra təcili tibbi yardım maşınını işığını görmüş və aşağı qaranlıq olduğu üçün həkimin Rahibi görməyəcəyini, buna görə də yuxarı qaldırmalarını söyləmiş və Rahibi balkonda divanın üstünə qoymuşlar. Təcili tibbi yardım həkimi Rahibi yoxlayarkən Həsənin Rahibin üstünə örtdüyü ədyalı götürmüş və bu zaman o, Rahibin böyründə deşik olduğunu görmüş və onda Kərimin Rahibi bıçaqla vurduğunu anlamışdır. Həmin vaxta qədər o, heç bir yerdə qan olmadığı üçün Rahibin bıçaqla vurulduğunu bilməmiş, Rahibdəki yaranın sədəf boyda balaca bir deşik olduğunu bildirmişdir. Həkim Rahibin öldüyünü demiş və bu zaman Əsgərlə ağlamağa başlamışlar. Daha sonra evə girmiş, həmin vaxt da tam xatırlmadığı üçün Süsanə və ya Səkinə zəng vuraraq orada sakitlik olub-olmadığını soruşmuş, o isə həmin vaxt həkim Rahibi yoxladığı üçün sakitlik yaratmaqlarını istəmiş, buna görə də onun gəlib burada səs küy salacağını düşünərək ona sakitlik olduğunu söyləmişdir. Sonra həkim başqa həkimə zəng vurmuş və onların həyətinə 3 təcili tibbi yardım maşını gələrək Rahibi aparmışlar. Təcili tibbi yardım gəlməmişdən öncə Kərimin evə girib-çıxdığını görmüş və əmisigilə getdiyini təxmin etmişdir. Kərim aşağıya düşəndə Əsgərə nə üçün Rahibin əlinə bıçaq verib gecənin bir yarısı onun evinə göndərdiyini, gələrkən bıçağı əlindən alıb gəlməsinə maneə törətmədiyini soruşmuş və Əsgərin məhz toyunda da içib dava salmaq istədiyini bildirmişdir. Hadisə baş verən vaxt Kərim öz otağından çıxarkən əli boş olmuş, Kərimdən bıçağı haradan aldığını soruşmuş, Kərim isə stolun üstündəki almanın yanından götürdüyünü demiş, Kərim onu dedikdən sonra almanın yanında 2 bıçaq olduğunu xatırlamışdır. X23 borcu olanda ondan istəməsini söyləmiş, o da Kərimin borcu olmadığını, olsa da səhəri gün gətirib verdiyini söyləmişdir. Hadisə baş verə gün Rahibin onlara mayka ilə gəldiyini, lakin balkona çıxarılarkən Rahibin üzərində mayka olmadığını, həmin qanlı maykanı ədyala qan dəyməsin deyə Rahibin üzərindən yoldaşı Həsənin çıxardığını, həmin qanlı maykanı çirkli paltarı qoyduğu paraşok vedrəsinin içinə qoyduğunu və Rahibin öldüyünü bilmədiyi üçün gəlib istəyəndə verəcəyini düşünmüşdür. Şöbədə ondan maykanın harada olduğu soruşulmuş, o isə evdə olduğunu və açarın da yerini demişdir. Daha sonra polislər gələrək maykanın yerini tapa bilməmiş, sonradan özü gəlmiş və maykanı götürərək polisə təhvil vermişdir. Kərimlə Rahibi kimin araladığını bilməmiş, Kərim də Rahibi öldürməsi və ya vurması haqqında heç nə deməmişdir. Hadisədən sonra təcili tibbi yardım gəlir deyə stolun üstünü yığışdırmış, həmin vaxt yerdə qan ləkəsi və qanlı bıçaq olmamış, əgər qanlı bıçaq olsaydı heç vaxt ona əl vura bilməyəcəyini demişdir. Bıçağı polisə kimin təhvil verdiyini bilməmiş, daha sonra polis telefonun şəklini göstərərək onların bıçağı olduğunu soruşmuş, o isə bıçağın onların olduğunu təsdiqləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən günü 28 iyun 2024-cü il tarixdə qonaqlığa getmiş, Kərim isə həmin qonaqlıqda olmamış, qonaqlığa daha sonra gəlmişdir. Təxminən saat gecə 22:30 radələrində Kərim, anası Gülarə və o birlikdə maşınla evə gəlmiş, Kərimlə anası evə girmiş, özü isə balkonda oturmuşdur. Yarım saat keçdikdən sonra Kərim maşın təmiri ilə bağlı işi olduğu deyərək evdən çıxıb getmişdir. Həqiqətən də Kərimin maşın təmiri ilə bağlı getdiyini, çünki qonaqlıqda ona dayanmadan zəng gəldiyini bildirmişdir. Təxminən 1 saat keçdikdən sonra Rahib üzərində qanlı mayka ilə onlara gələrək Kərimi soruşmuş və Kərimin şəhərdən adam gətirərək onu döydüyünü, ona görə də Kərimi öldürəcəyini demişdir. Kərimin evdə olmadığını, şəhərə getdiyini bildirmiş və Rahibdən Kərimin ona borcu olub olmadığını, nə üstə savaşdıqlarını soruşmuş, o isə borcunun olmadığını bildirmişdir. Daha sonra o, Rahibə oturmağını təklif etsə də, o oturmamış və ayaqyalın gəldiyi üçün oradan 1 cüt tərlik götürərək geyinib getmişdir. Rahib gedəndən sonra Kərimə zəng vurmuş, Kərim isə evə gəldiyini söyləmişdir. Lakin danışıqdan 1 saat keçməsinə baxmayaraq Kərim evə gəlməmiş, o da evə keçərək yatmışdır. Rahibin birinci gəlişi ilə ikinci gəlişinin arasının çox çəkdiyini bildirmişdir. Rahib onlara birinci dəfə gələndən sonra Əsgərgildən özünə zəng gəlmiş, o da Rahibin ora gəlib qayıtdığını demiş, gəlinləri isə ondan Rahibi tutub saxlamasını xahiş etmiş və gələcəklərini söyləmiş, amma Rahibin birinci gəlişindən sonra onlardan heç kim onlara gəlməmişdir. Yatdıqdan bir müddət sonra səs-küy eşitmiş, yoldaşı Gülarə onu çölə çağıraraq Kərimlə Rahibi aralamasını istəmiş, o da çölə çıxdıqda yoldaşının Kərimlə Rahibin ortasında, Kərimin divanda, Rahibin də qapı tərəfdə durduğunu görmüşdür. Həmin vaxt Rahib Kərimə bir şillə vurmuş, o da əsəbi olduğu üçün xəstə uşaqla nə işi olduğunu deyərək Kərimi divanın üstünə yıxmışdır. Həmin vaxt başına nə isə dəymiş, amma kimin vurduğunu bilməmişdir. Nə Kərimin əlində bıçağın olmasını, nədə ki, Rahibi vurmasını görməmişdir. Daha sonra yoldaşı Gülarə onu Kərimin üstündən çəkərək aralamış, Kərimlə yoldaşı Gülarəni evə keçirərək Kərim bir də çölə çıxmasın deyə qapını bağlamış və yatmaq üçün yerinə keçmişdir. Özünün Kərimi vurduğu an Kərimin də Rahibi vurduğunu təxmin etmişdir. Balkona açılan qapı ilə həmin qapının arasının 3-4 metr olduğunu bildirmişdir. Yerinə keçən zaman Əsgərin onu çağırdığını eşitmiş və yenidən çölə çıxmışdır. Çölə çıxdıqda Tağı ilə Əsgəri görmüş, aşağı enəndə isə Rahibin uzandığını, Tağının Rahibin bir tərəfində, Əsgərin isə bir tərəfində durduğunu görmüşdür. Həmin vaxt aşağıda yalnız Əsgər, Tağı və özü olmuş, Əsgər də Rahibin spazma keçirdiyini və ona dəyməmələrini, birazdan ayılacağını söyləmişdir. Təcili tibbi yardımı çağırmağı təklif etsə də, Əsgər polisləri bura gətirməyin yersiz olduğunu, oğlunun spazma keçirdikdən sonra ayılacağını söyləmişdir. Rahibin başı betonun üstündə olduğu üçün evdən divanın üstündən döşəkçə gətirmiş, onun başının altına qoymuş, daha sonra yenidən gedərək ədyal gətirmişdir. Ədyalı Rahibin üstünə örtərkən əlini Rahibin maykasına vurmuş, maykanın qan olduğunu görərək ədyalın batmaması üçün Rahibin əynindən çıxartmış və gətirib ayaqqabı şkafının üstünə qoymuşdur. Daha sonra Kərim evdən çıxmış, bu zaman Tağı Rahibin başın qaldıraraq üzün tumarlamış, Kərim də Rahibin oturduğunu düşünmüşdür. Kərim evdən çıxanda Əsgərə oğlu Rahibi vurduğunu deməmiş və biraz mübahisə etmiş, bu vaxt isə o Kərimə oradan getməsini söyləmiş, Kərim də Əsgərlə bir-birlərinə hər hansı nalayiq ifadə işlətmədən getmişdir. Daha sonra ədyalı Rahibin üstünə sərərkən əlini Rahibin nəbzinə vurmuş və nəbzinin atmadığını görmüşdür. Həmin vaxt yoldaşı Gülarəyə təcili tibbi yardıma zəng vurmağını demiş, o isə artıq çağırdığını söyləmişdir. Təcili tibbi yardımın gəlməsi təxminən 50-55 dəqiqə çəkmiş, daha sonra Tağı ilə Əsgər evin arxasından təcili tibbi yardım maşınını endirib həyətə gətirmək üçün getmişlər. Ondan sonra Əsgər və Tağı ilə birlikdə Rahibi qaldırıb uzadaraq balkonda divanın üstünə qoymuş, həkim də gəlib Rahibin gözünə baxaraq artıq rəhmətə getdiyini söyləmiş və Rahibin anası, yoldaşı ağlaşmağa başlamışlar. Rahibin yarası sədəf boyda dəri qopmasına bənzədiyi üçün bıçaq yarasına oxşamamış, buna görə də Rahibi yuxarı qaldırana qədər onun bıçaqlandığını bilməmişdir. Rahibi xəstəxanaya apararkən ondan başqa heçkim xəstəxanaya gəlməmiş, səhər polisdən mülki geyimdə bir nəfər onun Həsən olduğunu soruşmuş daha sonra polisə aparmışdır. Orada ondan hadisənin necə olduğu soruşulmuş, sonra isə evə buraxılmışdır. Səhəri gün yas mərasiminə getmiş, ondan sonrakı günlərdə də polisin apararaq gecə sat 10-da buraxdığını söyləmişdir. Hadisədən sonra bu işlə bağlı bacı və qardaşını çağıraraq Rahibgilin ailəsinə maddi yardım etmək istəmiş, lakin onlar qəbul etməmişlər. Əsgərin elə də bir gəliri olmadığı üçün onlara gizlincə yardım etmək, yasın xərclərini öhdəsinə almaq istəmişdir. Lakin onlar yasdan yoldaşı Gülarəni qovmuş və qırxa çağırmamışlar. Mərhumun uşaqlarını avtobusda görmüş, bir müddət özünə gələ bilməmiş və onlara hər hansı yardım və ya köməklik etmək istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, hadisə baş verən günü təxminən gecə saat 22:00 radələrində 4 nəfər Rahibin işlətdiyi kafedə oturub yeyib içmiş, sonradan da Kərim gəlmiş və içəri daxil olarkən içkili olduğu hiss olunmuşdur. X30 stola dəvət etmiş, həmin vaxt o Nail və Rahiblə araq içmiş, Kərimə də təklif etmiş, lakin o, araq yox pivə içmişdir. Daha sonra Şahinlə Rahibin söyüşlü zarafatları olmuş, Rahib stolda əyləşən tanışları ilə də söyüşlə danışmış, Kərim də Rahiblə bibi zarafatı edərək “bibisi göyçəkdi” deyə ifadə işlətmiş, Rahib də bibisinin Şərurda yaşadığını bildirərək mübahisə yaranmış, bir müddət sonra da söhbət ciddiləşmişdir. Söhbət zamanı Kərim Rahibdən yaşca böyük olduğu üçün elədə söyüş söyməmiş, yalnız arada bir söyüşmüşdür. Kərimlə Rahib mübahisə edərkən onları sakitləşdirərək araladıqlarını və yerlərinə əyləşdirdiklərini, lakin stola əyləşdikdən sonra Rahiblə Kərimin yenidən mübahisə etməyə başladıqlarını söyləmişdir. Digər söyüşlərdə o olmamış, çölə çıxaraq siqaret çəkmişdir. Daha sonra kafedə ikinci dəfə mübahisə olduğu üçün Naillə birlikdə Kərimi çayçının böyrünə gətirmiş, orda olduqları zaman Rahib yenə də əl çəkməmiş, oraya gələrək Kərimə nalayiq ifadələr işlətmiş, həmin zaman da əlində heçnə olmamışdır. Həmin vaxt Kərim Rahibə kəllə vuraraq yerə yıxmış, həmin vaxt Rahib özündə olmuş və özü yenidən ayağa qalxmış, hava qaranlıq olduğuna görə də Kərimin Rahibi necə vurduğunu və Rahibin burnunun qanamasını görməmişdir. Həmin vaxt Rahibin əynində normal paltar olduğunu, amma ayağında nə geyindiyinə fikir vermədiyini söyləmişdir. Kərim Rahibi yumruqla vurduqdan sonra Naillə birlikdə Kərimi götürüb aparmış, Şahin də Rahibi saxlamışdır. Rahibin onları görməsini istəməmiş, amma kəndin mərkəzinə gəldikdə Vəfanın dükanının qarşısında Rahibin yenə qaça-qaça gəldiyini görmüşdür. Ondan sonra Rahib Kərimi yenə söymüş və tutaqlaşmışlar, amma bir-birlərini vurmadan onları aralaşdırmış və Rahiblə Kərimi evlərinə göndərmiş, özü də evinə getmişdir. Rahibin elə çox sərxoş olduğunu ilk dəfə görmüş, əvvələr də onunla oturaraq yalnız bir bakal pivə içib getmişdir. Rahiblə Kərimin arasında mübahisə təxminən gecə saat 22:00 - 23:00 arasında baş vermiş, özü də təxminən saat 00:30-da evə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Rahib kənddə pivəxana işlətmiş, o da bərbərdən çıxandan sonra Məhəmmədlə rastlaşmış və Rahibin kafesinə gedərək birlikdə pivə içmişlər. Həmin vaxt kəndçiləri Kərim də oraya gəlmiş və onlarla əyləşmişdir. Kərim onların stolunda oturana qədər onlar 1 butulka araq içmiş, Kərim də tox olduğu üçün sadəcə bir bakal pivə içəcəyini söyləmişdir. Kərim içəri daxil olarkən içkili vəziyyətdə olmuş, lakin tam sərxoş vəziyyət olmamışdır. Rahiblə Kərimin qohum olduğu üçün aralarında zarafatları olduğunu bildirmişdir. Kərim orada oturarkən onunla söyüşlü zarafat etmiş, həmin vaxt Kərim də söyüş söyməmələrini demiş, ardınca da Şərurlu və Qıvraqlılarla bağlı məsəl çəkmiş, Rahib də bibisinin orada yaşadığını, söyüş söyməməsini və ümumi danışmamasını bildirmiş, Kərim isə Rahibin bibisini nəzərdə tutmadığını, çünki bibisinin həm qohumu həm də həmkəndlisi olduğunu söyləmiş, Rahib onun səhv etdiyini deyərkən Kərim ona balaca olduğunu və ona ağıl verməməsini söyləmiş, buna görə də Kərimlə Rahibin mübahisəsi başlayaraq savaşmışlar. Mübahisə olarkən ilk Rahib ayağa qalxmış və aralarında itələşmə olmuşdur. Sonra oradakılar onları aralamış, onlar da çölə çıxaraq sakitləmiş, ikinci dəfə yenidən masada oturmuş, lakin yenidən aralarında mübahisə çıxmışdır. Məhəmmədlə birlikdə onları aralamış və Məhəmmədlə o Kərimi götürüb çayçının qabağına aparmış, həmin vaxt Rahib də arxadan gələrək söyüş söymüş, Kərim də Məhəmmədin qolundan çıxaraq Rahiblə yumruqlaşaraq Rahibin burnu qanamış və narahat vəziyyətdə olmuşdur. Qaranlıq olduğu üçün Rahiblə Kərimin bir-birlərini necə vurduqlarını xatırlamamış və Rahibin qolu qısa qara köynək geyindiyini təxmin etmişdir. Daha sonra o, su gətirərək Rahibin üzünə tökmüş və Şahin adlı şəxsdən onu uzaqlaşdırmasını istəmişdir. O, Rahib gəlib onu görməsin deyə Kərimdən dar yol ilə getməsini istəmiş, Kərim də onunla razılaşmışdır. Kəndin mərkəzində dükanın qarşısında olarkən Rahib ikinci dəfə gələrək Kərimi söymüş və savaşmaq istəmiş, lakin onlar yenə qoymamış və Rahiblə Kərimi aralamışlar. Sonra da Kərimi bir tərəfə, Rahibi də bir tərəfə yola salaraq evinə getmiş, səhər də bıçaqlanma hadisəsini eşitmişdir. Kərimlə Rahibin arasında mübahisə olarkən onlardan heçbirinin “səni öldürəcəm” deyə ifadə işlətdiklərini eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün Məhəmməd, Nail və o Rahibin işlətdiyi kafeyə getmiş və orada yemək yeyib 1 ədəd araq içmişlər. Daha sonra kafeyə Kərim gəlmiş, Rahib də Kərimi onların stolunda əyləşməsi üçün çağırmış, Kərim isə onların stolunda əyləşərək bir bakal pivə içmişdir. Bir müddət sonra Şərurlularla bağlı söhbət başlamış, Rahib də bibisinin oralı olduğunu bildirmiş, Kərim isə bibisinin Şərurlu deyil, Tumbullu olduğunu demişdir. Kərim kafeyə gələndə sərxoşluğu bir o qədər də hiss olunmamış, orada söyüşlü zarafatlar olunarkən oradakılara ağsaqqal olduğunu və onun yanında belə zarafatlar etməmələrini söyləmişdir. Həmin vaxt o da orada olmuş, amma Kərimin Rahibə bibisi haqqında tam olaraq nə deməsini eşitməmişdir. Daha sonra Kərimlə Rahib mübahisə etməyə başlamışlar və o an Rahib Kərimin içdiyi pivə bakalını yerə çırparaq qırmışdır. Mübahisə edərkən onları araladığını, amma onların sonra çayçının yanına gedərək yenidən savaşdıqlarını söyləmişdir. Kafedə mübahisə olarkən bir-birlərinə qarşı söyüş olmamış, sadəcə itələşərək çıxıb getmişlər, lakin çayçının yanında olarkən həm birbirlərini söymüş, həmdə yumruqla vurmuşlar. Qaranlıq olduğu üçün bir-birlərinə neçə yumruq vurduqlarını xatırlamamış, amma Kərim Rahibi vurduqdan sonra Rahib narahat olmuş, o da krantdan su gətirərək Rahibin üzünə səpmişdir. Sonra o, Rahibi kafeyə gətirmiş, Məhəmməd ilə Nail isə Kərimi aparmışlar. Kafedə olarkən Rahibin əlində bıçaq görməmiş, lakin Rahib kafedən dəhrə götürərək Kərimi öldürəcəyini söyləmiş, o da dəhrəni Rahibin əlindən alaraq gizlətmişdir. Rahibi saxlayarkən Rahib dartınmış və ona dəyərək qaşını qanatmışdır. Üzündəki qanı yuyarkən Rahib kafedən birdən çıxıb qaçmış, sonra Rahibin arxasınca getmişdir. Vəfanın dükanının yanında Məhəmmədgildən Rahibi soruşmuş, Məhəmməd ilə Nail də Rahiblə Kərimi evlərinə yola saldıqlarını söyləmiş, sonra özü evinə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Naxçıvan şəhəri Tumbul kəndində anası ilə birlikdə yaşayır. X15 bibisi Səkinənin oğludur. O, Tumbul kəndində atası Şahid3, anası Səkinə Abdullayeva, arvadı Süsanə Abdullayeva, uşaqları Elgün və Şahid3lə birlikdə yaşamışdır. Hüseynov X17 şəhər Tumbul kəndində atası Həsən və anası Şahid1 ilə birlikdə yaşamışdır. Kərimin atası Həsən Rahibin atası Əsgərin dayısıdır. Kərim bir neçə dəfə məhkum olunmuşdur. Onun bir dəfə adam öldürməsini eşitmiş, digər məhkumluqlarının nəyə görə yaranmasını bilmir. Bibisi oğlu Rahib Tumbul kəndində pivəxana işlətmiş, o, saat 18 radələrində pivəxanaya gedib gecə saat 01 radələrinədək pivəxananı işlətmişdir. 28 iyun 2024-cü il tarixdə Rahib toya gedəcəyi üçün xahişinə əsasən onu əvəz etmək üçün pivəxanaya getmişdir. Həmin gün axşam saatlarında Tumbul kənd sakinləri Nail, Şahin oraya gəlmiş, Rahib yumurta-pomidor bişirmişdir. Rahib həmin şəxslərlə birlikdə spirtli içki-araq içmişdir. Biraz keçdikdən sonra Təqsirləndirilən şəxs da oraya gəlmiş və o, spirtli içki qəbul etmişdir. Bundan sonra Kərim “Qıvraq, Xok kəndləri və Şərur rayonu” haqqında söyüş söymüşdür. Həmin vaxt Rahib ona “mənim bibim Rəna Şərurda ərdədir” demiş, bundan sonra Kərimlə Rahib arasında mübahisə yaranmış və onlar dalaşmışlar. Oradakı şəxslər Kərimi çölə çıxarmış, sonra Rahib də çölə çıxmış, pivəxanada adam olduğunda özü çölə çıxmayıb həmin şəxslərə qulluq etmişdir. Gecə saat 02 radələrində pivəxananı bağladıqdan sonra yığılmış 80 manat pulu aparıb Rahibin arvadı Süsanəyə vermiş, həmin vaxt Rahibin anası, atası və uşaqları oyaq olmuşlar. Bundan sonra oradan çıxıb evə getmiş, 29 iyun 2024-cü il tarixdə saat 06 radələrində Naxçıvan şəhər Polis İdarəsində olarkən gecə Kərimin Rahibi bıçaqla vurub öldürməsini öyrənmişdir. Şahid7 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Kərim və Rahib qohumdur. Onların əvvəlcədən mübahisə etmələrini görməmişdir. Kərimin Rahibi hansı səbəbə görə öldürməsini bilmir. Kərim söyüş söydüyünə görə pivəxanada Rahiblə arasında mübahisə yaranmış, onlar mübahisə edə-edə pivəxanadan çölə çıxmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqribən 5-6 il olar ki, ünvan 5 ünvanında yerləşən avtomobil təmiri sexində motorist işləyir. X2 tanımır. Təqsirləndirilən şəxs isə təqribən 6-7 ildir ki, tanıyır. O vaxt maşını təmir etdiyi bir nəfər maşın üçün ehtiyyat hissəsi lazım olduqda danışa bilməsi üçün ona Kərimin nömrəsini vermişdir. Həmin vaxtlarda Kərim Bakı şəhərində sexdə işləmiş və Çin dövlətinin istehsalı olan maşın ehtiyyat hissələri satmışdır. Təmir etdiyi avtomobillər əsasən Çin dövlətinin istehsal etdiyi avtomobillər olduğundan həmin maşınlara ehtiyyat hissəsi lazım olduqda Kərimə zəng vurmuş, o, da ona lazımı ehtiyyat hissəsini karqo ilə göndərmişdir. Kərimlə neçə illərdir ki, telefonla əlaqə saxlasa da onu üzdən tanımamış, hadisədən təqribən 2 ay əvvəl Kərim ona zəng vurub Naxçıvanda olduğunu, görüşmək istədiyini bildirmişdir. Bir neçə gün sonra onunla 57 bazarının qabağında yolüstü görüşmüş, söhbət zamanı Kərim ona “atam, anam yaşlaşıb, xəstədilər, gəlmişəm onların yanında qalıram, özüm də Əlincə servisdə usta işləyirəm” demiş, bir az söhbət etidkdən sonra sağollaşmışlar. İlk dəfə Kərimi orada üzdən görüb tanımışdır. Təqribən 4-5 gün əvvəl Kərim ona zəng vurub “Əlincə servisdə yerim zanitdi, bir maşın var imkan varsa gəlim sənin yerində baxım” demiş, üsta yoldaşı olduğundan etiraz etməmiş və baxa biləcəyini demişdir. Hətta Kərim “əgər istəsən biz birlikdə də işləyə bilərik” demiş, lakin ona “mənim yanımda 3 nəfər işləyir, ehtiyac yoxdur, sonra nə vaxtsa lazım olsa deyərəm” demişdir. Daha sonra özü kəndə getmiş və onun hansı maşına baxmasını bilməmişdir. Bundan sonra aralarında bir neçə dəfə telefon danışığı olmuş, həmin danışıqların məzmunu da maşınla bağlı olmuşdur. Maşının təmiri ilə bağlı ona zəng edərək məsləhətləşmişdir. xx.xx.2024-cü il tarixdə həmişəki kimi axşam saat 17-ə dək işdə olmuş, daha sonra da sexi bağlayıb moyakaya, sonra isə bərbərə getmiş, bərbərdə olan zaman dostu Röyal zəng vurub görüşə biləcəklərini demişdir. Bərbərdə işini qurtardıqdan sonra məhəllə gəlib maşını məhəlləyə qoyaraq piyada “Piramida Pub” a getmiş, lakin orada NZS pivəsi qurtardığı üçün orada oturmamış və “Terrace” restoranında getmişlər. Saat təqribən 20 radələrində Röyalla birlikdə restoranda gəlmişlər. Röyalla birlikdə oturan zaman yanlarında başqa heç kim olmamışdır. Röyalla oturan zaman Kərim özünə məxsus 051 ***-**-** nömrəsi ilə onun 050 ***-**-** nömrəsinə zəng vurmuş, həmin danışıqlar zamanı Kərim ondan harada olduğunu, onunla görüşüb pivə içmək istədiyini demiş, özü isə Kərimi başından eləmək üçün ona başqa yerdə olduğumu demiş, lakin buna baxmayaraq Kərim həmin gün ərzində bir neçə dəfə ona zəng vurmuşdur. Zənglər telefonunda qalmışdır. Röyalla saat təqribən 01 radələrindək orada oturmuş, oradan durduqdan sonra ayaqütsü Röyalla 5-10 dəqiqə də söhbət etmiş, həmin ərəfədə Kərim 1 neçə dəfə telefonla ona zəng vurmuş, Kərim ondan harada olduğunu soruşduqda “işim var” demiş, başqa danışıq aparmamışdır. Röyalla 5-10 dəqiqə ayaqüstə söhbət edib siqaret çəkdikdən sonra sağollaşmışlar. Oradan piyada Topçubaşov küçəsi ilə yuxarı Gənclər Şəhərciyi istiqamətində qalxıb bazarın böyründəki dönər yerindən sağa dönüb yolu keçərək evə getmiş, piyada yolla evə gedən zaman Kərim ona mənə zəng vurub “gəl məni apar şəhərə” dedikdə ona “kefliyəm, gələ bilmərəm” demişdir. Kərimlə sonuncu danışığı həmin vaxt olmuşdur. Bundan sonra isə evə çatıb yatmışdır. Həmin gecə Röyal saat 01:07-də “whatsapp”la ona səsli mesaj göndərib evə çatdığını demiş, həmçinin özü də saat 01:26da padyezdə evə qalxan zaman Röyala səsli mesaj göndərib evə çatdığını ona bildirmişdir. Həmin günün səhərisi Kərimin adam öldürməyini öyrənmişdir. Şahid9 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Kərimi təqribən 5-6 il olar ki, tanıyır. Kərimin nömrəsini ona indi adını xatırlamadığı bir müştərisi vermişdir. Kərimlə heç bir ədavəti, düşmənçiliyi və ya qohumluğu yoxdur. Dostu Röyalla xx.xx.2024-cü il tarixdə saat 20 radələrindən xx.xx.2024-cü il saat 01 radələrinədək Terrace restoranında oturub pivə içmiş, restoranda oturan ərəfədə Kərim bir neçə dəfə öz mobil nömrəsi ilə ona zəng vurub “hardasan, şəhərdəsənsə gəlim pivə içək” demişdir. Özü isə Kərimi başından eləmək üçün başqa yerdə olduğunu demişdir. Həmin gün danışıqları bundan ibarət olmuşdur. Kərim telefonda başqa heçnə ona deməmişdir. Gecə Röyalla sağollaşıb restorandan ayrıldıqdan sonra piyada yolla evə gedən zaman Kərim ona təkrar zəng vurmuş, həmin vaxt gecə saat 2-ə işləmişdir. Həmin vaxt Kərim ona “gəl məni apar şəhərə” dedikdə ona “kefliyəm, gələ bilmərəm” demiş, Kərimlə sonuncu danışığı həmin vaxt olmuşdur. Özünə maraqlı olmadığı üçün həmin vaxt Kərimdən şəhərə nəyə görə gəlmək istəməsinin səbəbini soruşmamışdır. Həmçinin Kərim nə həmin vaxt nə də ondan sonra cinayət hadisəsi törətməsi barədə ona heç bir söz deməmişdir. Kərimin adam öldürməsini həmin günün səhərisi polislərdən öyrənmişdir. Kərimi elə yaxından tanımır, lakin tanıdığı qədərilə sakit, yeyib-içən biri olmuş, onu 1-2 dəfə sexin yanında içkili halda görmüş, Kərim içkili olsa da kiməsə problem yaradıb səs-küy salmamışdır. Kərimi sonuncu dəfə hadisədən əvvəl günorta saatlarında təqribən 15-16 radələrində görmüşdür. Kərimin üstündə bıçaq gəzdirməsini görməmişdir. Kərimin yaxınlıq etdiyi şəxsləri tanımır. Kərimin 1-2 dəfə sexin yanında moykada işləyən Samiqlə söhbət etdiyini görmüşdür. Samiq də Tumbuldandır və onlar həmkəndlidirlər. Bildiyi qədərilə Kərim davakar və söyüşkən biri deyil. Onun dava etməsini ya da kiməsə söyüş söyməsini eşitməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9: - 28 iyul 2024-cü il tarixli, 55 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X2n meyitində olan xəsarətlər: Sağ gözün ətrafında qançır, burnunda sıyrıq, sağ dirsək nahiyəsində sıyrıq, sağ diz oynağının bayır səthində iki ədəd sıyrıq, sağ baldırında iki ədəd sıyrıq, sağ ayağın beşinci barmağında sıyrıq, sol əlində 4-5-ci barmaqlarda 2 ədəd sıyrıq, sol əlin ovuc səthində sıyrıq, sol saidində sıyrıq, alt dodağında selikli qişada qançır, döş qəfəsinin ön sol yarısında daxilə keçən kəsilmiş deşilmiş yara solda İV qabırğanın kəsilməsi, döş boşluğunda 2,5 litrə yaxın duru və laxta qan, ürək hissəsi və sol mədəcik üzərində yara. Döş qəfəsinin ön səthinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə yaranma anı canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub onun ölümü ilə nəticələnmişdir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlə olduğundan dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərdən döş qəfəsinin ön səthinin sol yarısındakı daxilə keçən kəsilmiş-deşilmiş yara həyati olub kəsici-deşici alətin təsirindən törənmişdir. Qalmış xəsarətlər isə küt alətin təsirindən əmələ gəlmişdir. Xəsarətlərin yetirilmə müddəti meyitin müayinə gününə uyğundur. Cəmi 17 (on yeddi) xəsarət yetirilmişdir. Xəsarətlər qısa bir vaxtda yetirilmişdir. Yara kanalının dərinliyi 12 sm-dir, istiqaməti öndən arxayadır. Döş qəfəsindəki xəsarət üzbəüz vəziyyətdə yetirilmişdir. Döş qəfəsindəki xəsarət kəsici-deşici alətin təsirindən törənmişdir, eləcə də ekspertizaya təqdim edilmiş bir saylı bıçaqla da yetirilə bilərdi. Döş qəfəsindəki xəsarətlə maykadakı kəsik üst-üstə düşür və uyğun gəlir. Xəsarətlər qısa bir vaxtda yetirildiyindən onların ardıcıllığını konkret olaraq təyin etmək mümkün deyildir. Meyitdə əlbəyaxa mübarizəyə əlamətlər vardır. Mərhum R.Abdullayev almış olduğu xəsarətlərdən sonra qısa bir müddət yaşamışdır. X15 xəsarət alan zaman ayaq üstü vəziyyətdə olmuşdur. Mərhum R.Abdullayev ölümündən əvvəl spirtli içki və narkotik maddə olan metanfetamin qəbul etmişdir. - 29 iyul 2024-cü il tarixli, 06 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, 1974-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol dirsək oynağında sıyrıq, döş qəfəsinin arxa səthində 2 ədəd sıyrıqlar, döş qəfəsinin sol yarısında 1 ədəd qançır, bərk küt əşyanın təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, xəsarətlər qısa müddət ərzində müxtəlif ardıcıllıqlarla yetirilmişdir. X19 mübahisə zamanı törənə bilərdi. Bədən səthi üzərindəki xəsarətlər müxtəlif qarşılıqlı vəziyyətdə yarana bilərdi. -07 avqust 2024-cü il tarixli, 285 nömrəli Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında – yəni, anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və icitmai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu yoxdur. Təqsirləndirilən şəxs xəstəliyi Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. -07 avqust 2024-cü il tarixli, 285/1 nömrəli X14 Tibbi Yoxlamasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı vardır. -28 avqust 2024-cü il tarixli, 10 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, ekspertizaya təqdim edilmiş dəstəyi qara rəngli, ümumi uzunluğu 23,7 sm olan bıçaqda, bir cüt tərlikdə, hadisə vaxtı mərhumun əynində olmuş 1 ədəd mayka, idman şalvarı, qısaqol köynəkdə, 1ədəd ədyalda, dırnaq nümunələrində, Təqsirləndirilən şəxs əynində olmuş cins şalvar və uzunqol köynəkdə, hadisə yerindən götürülmüş nümunələrdə və 2 ədəd siqaret kötüyündə qan vardır. Bu qan insan qanıdır. Bu qan X2n qanı ilə eynidir, yəni Oαβ (İ) qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 09 iyul 2024-cü il tarixli, 740 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən məlum olur ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş bıçaqların səthindəki əl-barmaq və papliyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasızdır. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş bıçaqların səthində heç bir əl-barmaq və papliyar naxış izləri aşkar edilmədiyindən X2n əl-barmaq izi nümunələrinin və Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmadı. - 26 avqust 2024-cü il tarixli, 854 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən məlum olur ki, , Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə sinir-psixi gərginlik halını keçirmişdir. Həmin halın yaranması Təqsirləndirilən şəxs X15 arasında yaranan mübahisə və münaqişə ilə şərtlənmişdir. Emosional halından asılı olaraq yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı spirtli içki qəbul etməsi onun hafizəsinə və davranış aktlarına öz təsirini göstərə bilərdi. Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarını təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. -20 avqust 2024-cü il tarixli, 901 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş R.Ə.Allahverdiyevə məxsus paltarın (ağ rəngli qolsuz maykanın) səthindəki “a” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçaqların tiyələri və onlara oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş ağ rəngli qolsuz maykada olan “b” zədəsi isə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıbcırılma və dartılıb-sökülmə zədəsidir. Təqdim edilmiş mərhum X13 aid geyim əşyalarının (bir ədəd idman şalvarının, bir ədəd qısaqol köynəyin və bir cüt tərliyin), Təqsirləndirilən şəxs məxsus geyim əşyasının (bir ədəd cins şalvarın, bir ədəd uzunqol köynəyin) və bir ədəd ədyalın səthində heç bir trasoloji zədə aşkar edilmədi. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 29 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi yer Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən altında zirzəmisi olan bir mərtəbəli fərdi yaşayış evidir. Həmin yaşayış evi Tumbul kənd qəbirstanlığının aşağısında yerləşir və Şahid2 məxsusdur Hadisənin baş verdiyi ev kənd mərkəzindən yolla hərəkət etdikdə sol tərəfdə yerləşir. Evin sağ tərəfində həyətə enmək üçün 25 pilləli betondan hazırlanmış pilləkən vardır. Pillənin birinin ölçüsü 160 X 30 X 16 sm-dir. Həmin pilləkənlə 12 pillə endikdən sonra 220 X 160 sm ölçüdə pilləkən meydançası (plaşatka) vardır. Daha sonra 12 pilləni də düşdükdən sonra 4.90 sm irəlidə sol tərəfdə 175 X 225 sm ölçüdə evə tərəf getmək üçün giriş yeri vardır. Həmin hissədən irəli doğru hərəkət etdikdə 14.10 x 2.30 metr ölçüdə dəhliz qarşımıza çıxır. Dəhlizdə sol tərəfdə stol vardır və hər iki ətrafına uzun stullar qoyulmuşdur. Dəhlizlə hərəkət etdikdən sonra 3.80 X 2.90 metr ölçüdə beton tökülmüş meydança vardır. Həmin meydançanın sol tərəfində kənarında dəmir məhəccər olan pilləkən vardır. Həmin pilləkənin sağ küncündən 78 sm məsafədə biri düz, digəri isə tərs olmaqla üzərində qanabənzər ləkələr olan sarımtıl rəngli qadın tərliyi (tapıçka) vardır. Həmçinin beton meydançanın yuxarı hissəsində ot olan hissədə 1 ədəd üzərində qanabənzər ləkələr olan diametri 3,2 sm olan daş vardır. Həmin daşa bulaşmış qanabənzər ləkə və qadın tərliyi şərti olaraq 1 rəqəmi ilə nömrələndi. Həmin sarımtıl rəngli qadın tərliyi və üzərində qanabənzər ləkələr olan daş parçası müvafiq qaydada qablaşdırılaraq götürüldü. Beton meydançanın üzərinda talavar vardır. Həmin talavar yerdən 1.95 metr hündürlükdədir. Talavarın sağ küncündə taxtanın üstündə qara rəngli dəstəyi olan dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 13 sm olmaqla bir tərəfi küt, digər tərəfi iti, ucu sivri olmaqla üzərində qanabənzər ləkələr olan bıçaq vardır. Qeyd edilən bıçaq şərti olaraq 2 rəqəmi ilə nömrələndi. Həmin bıçaq iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürüldü. Baxışda iştirak edən Şahid1 hadisənin evin eyvanında baş verdiyini, hadisənin həmin bıçaqla törədildiyini, lakin həmin bıçağı kimin ora qoymasını bilmədiyini bildirdi. Eyvana qalxmaq üçün kənarında dəmir məhəccəri olan 125 X 30 X 20 sm ölçüdə kubik və betondan hazırlanmış 11 pilləli pilləkən vardır. Pilləkənin 2-ci pilləsində üzərində qanabənzər ləkələr olan siqaret kötüyü vardır. İş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq həmin siqaret kötüyü müvafiq qaydada qablaşdırılaraq götürüldü. Pillələri qalxdıqdan sonra ən yuxarı pillədə 120 X 80 sm ölçüdə dəmir qapı vardır. Həmin qapı balkonun qapısıdır. Balkon 820 X 250 sm ölçüdədir. Hündürlüyü isə 3 metrdir. Balkonun kənarına 80 sm hündürlükdə dəmir məhəccər yığılmışdır. Həmin dəmir məhəccərin qarşısına stol və stullar qoyulmuşdur. Balkonda döşəməyə göy rəngli kafel döşənmiş, tavana isə ağ rəngli lambirin çəkilmişdir. Dəmir balkon qapısından 35, 110 və 135 sm məsafədə damcı formasında 1 X 1 sm ölçüdə qanabənzər ləkə vardır. Qeyd edilən qanabənzər ləkələr şərti olaraq 3 rəqəmi ilə nömrələndi. Həmin qanabənzər ləkələrdən pambığa hopdurularaq nümunələr götürüldü. Dəmir balkon qapısından 420 metr məsafədə sağ tərəfdə divara söykənmiş vəziyyətdə 200 X 80 X 65 sm ölçüdə sarı rəngli divan vardır. Divanın söykəndiyi divarda 200 X 175 sm ölçüdə pəncərə vardır. Divan dəmir məhəccərdən 150 sm məsafədədir. Divanın üstündə əlləri yanında çəpəki formada uzanmış kişi cinsli meyit vardır. Meyit ilkin olaraq məhkəmə tibb eksperti Fəxrəddin Cəfərov tərəfindən xarici müayinə olundu. Meyitin sağ gözünün ətrafında göyrəmə vardır. Həmçinin meyitin ağız və burun nahiyyəsində qurumuş formada qanabənzər ləkələr vardır. Meyitin əynində yuxarı hissədə heç bir geyim əşyası yoxdur. Meyitin sol məmə ucundan 4 sm aşağıda deşilmiş yara vardır. Meyitin əynində qara rəngli idman şalvarı vardır. Meyitin sağ ayaq baş barmağının üstündə yara vardır. Meyitin üstünə üzərində ağboz rəngdə gülləri olan çəhrayı rəngli ədyal sərilmişdir. Baxışda iştirak edən Şahid1 meyitin onun əri Həsənin bacısının nəvəsi X7 meyiti olduğunu bildirdi. Meyit ətraflı olaraq xarici və daxili müayinə olunması üçün Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X9 morquna göndərildi. Meyit morqa göndərildikdən sonra divanın üzərində divanın baş tərəfindən 55 sm məsafədə 2 ədəd 10 X 7 sm və 4 X 2 sm ölçüdə qanabəznər ləkə aşkar edildi. Həmin qanabənzər ləkələr arasındakı məsafə 11 sm-dir. Qeyd edilən qanabənzər ləkələr şərti olaraq 4 rəqəmi ilə nömrələndi. Həmin qanabənzər ləkələrdən pambığa hopdurularaq nümunələr götürüldü. Divanın aşağı hissəsindən 215 sm məsafədə 80 X 200 sm ölçüdə ağ rəngli plastik materialdan qapı vardır. Həmin qapı hamam-tualet otağının qapısıdır. Qapıdan 50 sm məsafədə divara söykənmiş formada stol, üstündə yaşıl rəngli plastik qaba qoyulmuş meyvə və içində göyərti olan alminyum materialndan ləyən vardır. Həmin göyərtilərin olduğu ləyənin üstündə ağ rəngli plastik materialdan qab, həmin qabın içində isə 2 ədəd qəhvəyi rəngli qulpu olan bıçaq vardır. Həmçinin stolun üstündə çəhrayı rəngli dəstəyi olan ucu sivri, tiyəsi ağ rəngli olmaqla üzərində çəhrayı rəngli gülləri olan, dəstəyinin uzunluğu 10 sm, tiyəsinin uzunluğu 13 sm, ümumi uzunluğu isə 23 sm olan bıçaq vardır. Baxışda iştirak edən Şahid1 oğlu Kərim X10 mübahisə etdiklərini, həmin zaman göstərdiyi çəhrayı rəngli dəstəyi olan bıçağın Rahib Abdullayevin əlində olduğunu bildirdi. Qeyd edilən bıçaq şərti olaraq 5 rəqəmi ilə nömrələndi. Həmin bıçaq iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürüldü. Balkonun dəmir qapısından 330 sm, divanın baş tərəfindən isə 45 sm məsafədə bənövşəyi-qırmızı rəngli dəmir materialdan qapı vardır. Qapının orta hissəsi yaşıl rəngə boyanmışdır. Qapı 80 X 200 sm ölçüdədir. Həmin qapıdan içəri daxil olduqda evin salon otağı qarşımıza çıxır. Salon otağı 690 X 330 sm ölçüdədir. Döşəmə qəhvəyi rəngli taxta materialdandır. Divarlar açıq sarı rəngli boya ilə boyanmışdır. Yerə üzərində gülləri olan qırmızı rəngli xalça sərilmişdir. Evin giriş qapısı ilə üzbəüz divarda 200 X 175 sm ölçüdə taxta materialdan ağ rəngə boyanmış pəncərə vardır. Pəncərənin qabağında isə üstünə sarı rəngli örtük açılmış divan və hər iki yanında kreslo vardır. Giriş qapısından sol tərəfdə divarın qarşısında isə televizor onun yanında isə yanında 2 ədəd stulu olan stol vardır. Televizor olan hissədə 125 X 225 sm ölçüdə arko vardır. Həmin arkodan daxil olduqda qarşımıza 295 X 275 sm ölçüdə mətbəx çıxır. Mətbəxdə sol divarın qarşısında şkaf onun yanında isə ağ rəngli soyuducu vardır. Həmin divarla üzbəüz divara mətbəx mebeli yığılmışdır. Ortada isə üzərinə ağ örtük açılmış stol və ətrafında 2 ədəd stul vardır. Mebelin üstündə qaz peçı, onun yanında umivalnık, onun yanında paltaryuyan maşın vardır. Paltaryuyan maşının içi boşdur və içində paltar yoxdur. Umivalnik olan şkafın qapılarını açdıqda orada torbanın içinə qoyulmuş paraşok aşkar edildi. Həmin paraşokun yanında isə ağ və göy rəngli qatıq qabı vardır. Həmin qatıq qabının içinə paraşok doldurulmuşdur. Həmin vedrənin içində üzərində qababənzər ləkələr olan ağ rəngli mayka aşkar edildi. Baxışda iştirak edən Şahid1 həmin maykanın hadisə zamanı X18 əynində olduğunu, daha sonra həmin maykanı çıxardıqlarını, lakin mayka çıxarıldıqdan sonra həmin maykanı vedrənin içinə kimin qoymasını bilmədiyini bildirdi. Qeyd edilən üzərində qanabənzər ləkələr olan mayka şərti olaraq 6 rəqəmi ilə nömrələndi. Maykanın üzərində 3 X 1 sm ölçüdə zədə vardır. Həmçinin maykanın aşağı hissəsi cırılmış vəziyyətdədir. Həmin mayka iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürüldü. Daha sonra salon otağına geri qayıtdıq. Salon otağında kreslonun yanında 85 X 190 sm ölçüdə taxta materialdan qapı vardır. Həmin qapıdan daxil olduqda qarşımıza 700 X 405 sm ölçüdə otaq çıxır. Qapı ilə üzbəüz divarın qabağında platar şkafı, onun yanında yazı stolu, ona bitişik 2 nəfərlik taxta materialdan yataq vardır. Yatağın üzərində qəhvəyi rəngli ədyal vardır. Həmçinin həmin yataqla üzbəüz divarın qabağında 1 ədəd stol vardır. Yataq olan divarla stol olan divarı birləşdirən divarda isə 200 X 175 sm ölçüdə taxta materialdan ağ rəngə boyanmış pəncərə vardır. Pəncərənin olduğu divarın qabağında ayaqları qapıya sarı olmaqla 1 nəfərlik yataq vardır. Həmin otaqdan çıxdıqdan sonra salon otağında giriş qapısından sağ tərəfdə 1 ədəd 85 X 190 sm ölçüdə taxta materialdan qapı vardır. Həmin qapıdan daxil olduqda 760 X 390 sm ölçüdə otaq qarşımıza çıxır. Otaqda yerə 3 ədəd üzərində gülləri olan xalça sərilmişdir. Otağın qapısı ilə üzbəüz divarın qabağında taxta materialdan 2 nəfərlik yataq vardır. Qapıdan sol tərəfdəki divarın qabağında paltar şkafı vardır. Otaq qapısında sol tərəfdə isə divarın qabağında televizor onun qarşısında isə tirmo vardır. Baxış zamanı yuxarıda qeyd edilənlərdən əlavə hər hansı iz və ya əşya aşkar olunmadı. Baxışda iştirak edən Şahid6 X19 Təqsirləndirilən şəxs kəndin mərkəzində pivəxanada mübahisə etdiklərini bildirdiyindən həmin ünvana gedildi. Həmin pivəxana kəndin mərkəzində yerləşir. Üzərində “Xidmət Mərkəzi” sözləri yazılmışdır. Üzbəüz durduqda sol tərəfində ərzaq mağazası, sağ tərəfində isə təsərrüfat malları mağazası vardır. Pivəxanaya qalxmaq üçün iki pilləli pilləkən vardır. Həmin pillələrin üzərində damcı formasında 1 X 1 sm ölçüdə qanabənzər ləkələr vardır. Qeyd edilən qanabənzər ləkələr şərti olaraq 1 və 2 rəqəmi ilə nömrələndi. Həmin qanabənzər ləkələrdən pambığa hopdururlaraq nümunə götürüldü. Pivəxananın qapısının astanasında göy rəngli yer silmək üçün paspas vardır. Həmin paspasın yanında şüşə qırıntıları vardır. Pivəxananın qapısı 80 X 200 sm ölçüdə olmaqla alminyum materialdandır. Qapı bağlı olduğundan çilingər tərəfindən açıldı. Pivəxana 550 X 420 sm ölçüdədir. İçəridə 4 ədəd masa vardır. Masa 115 X 60 x 70 sm ölçüdədir. Qapıdan sol tərəfdə qara rəngli torba, həmin torbaların içində isə boş pepsi və sirab butulkaları vardır. Qapıdan 370 sm məsafədə 122 X 40 X 40 sm ölçüdə pivə bar, üstündə spirtli və spirtsiz içkilər, həmçinin siqaret qutuları vardır. Pivəbarın sağda 20 sm məsafədə, giriş qapısı ilə üzbəüz divardan isə 115 sm məsafədə yerdə siqaret kötüyü vardır. Həmin siqaret kötüyünün üzərində qanabənzər ləkələr vardır. İş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq siqaret kötüyü müvafiq qaydada qablaşdırılaraq götürüldü. Həmçinin pivəbardan sol tərəfdəki divarın qarşısında soyuducu vardır. Girişdən sağ tərəfdəki birinici masanın altında qalın şüşə qırıntıları vardır. Baxışda iştirak edən Şahid6 28 İyun 2024-cü il tarixdə saat 23:30 radələrində X24 Hüseynov mübahisə edən zaman Rahibin əsəbləşərək pivə bakalını götürüb yerə çırpdığını, bakalın qırıldığını və qırıntılarının da ətrafa səpələndiyini bildirdi. Həmçinin baxış zamanı pivəxananın içində təhlükəsizlik kamerası olduğu aşkar edildi. İş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq həmin təhlükəsizlik kamerasının yaddaş kartı götürüldü. Baxışda iştirak edən Şahid6 Kərim X10 pivəxanadan sonra biraz irəlidə çayxananın qabağında küçədə mübahisə etdiklərini bildirdiyindən həmin yerə gedildi. Qeyd edilən yer pivəxanadan 55 metr məsafədə yerləşir. Döngəni döndükdən sonra 730 sm məsafədə sol tərəfdə 330 X 220 sm ölçüdə göy rəngli, dəmir materialdan darvaza qapısı vardır. Həmin qapıdan 220 sm məsafədə asfalt örtüyün üzərində damcı formasında 150 sm uzunluğunda qanabənzər ləkələr vardır. Baxışda iştirak edən Şahid6 28 iyun 2024-cü il tarixdə saat 24 raələrində Təqsirləndirilən şəxs Rahib Abdullayevin burundan yumruqla vuraraq ona xəsarət yetirdiyini və Rahib Abdullayevin yerə yıxıldığını, həmin qan ləkələrinin də Rahib Abdullayevin burundan axdığını bildirdi. İş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq həmin qanabənzər ləkələrdən pambığa hopdururlaraq nümunə götürüldü. Baxışda iştirak edən Şahid6 Təqsirləndirilən şəxs yumruqla Rahib Abdullayevi vurduqdan sonra Kərimi evlərinə tərəf aparıb yola saldıqlarını, onu evə yola salan zaman Rahib Abdullayevin təkrar gəldiyini və onların “Vəfanın mağazası” kimi adlanan mağazanın qarşısında mübahisə etdiklərini bildirdiyindən həmin yerə gedildi. Mağazanın qarşısında 1 ədəd təhlükəsizlik kamerasının olması müəyyən edildi. İş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq həmin təhlükəsizlik kamerasının qeydə aldığı görüntülər 1 ədəd flask diskə köçürülərək götürüldü. Həmin mağazanın qarşısında asfalt örtük vardır. Mağazadan 13.75 metr məsafədə asfalt örtüyün üzərində siqaret kötüyü vardır. Həmin siqaret kötüyünün üzərində qanabənzər ləkələr olduğundan iş üçün əhəmiyyətli ola biləcəyi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılaraq götürüldü. -29 iyun 2024-cü il tarixli X7 meyitinə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, təşrif stolu üstündə kişi cinsli meyit vardır. Meyit kafi qidalıdır. Meyitin boyunun uzunluğu 186 sm-dir. Meyitin əynində hər iki tərəfində yuxarıda və diz nahiyyəsində yan cibləri olan qara rəngli idman şalvarı vardır. Şalvarın sağ qabaq hissəsində yuxarıda “RABO XL” sözləri yazılmışdır. Yuxarıdakı ciblərinə baxdıqda sağ yan cibində üzərində “Kale” sözü yazılmış və halqası olan tək açar, 2 ədəd 20 qəpiklik dəmir pul və bir ədəd “Sobranie” markalı siqaret qutusu vardır. Diz nahiyyəsində olan ciblərin üzərində isə “P’SOOO” sözləri yazılmışdır. Şalvarın sağ qabaq nahiyyəsində 3 ədəd alt-alta, sağ diz nahiyyəsində damcı formasında, eləcə də şalvarın arxa hissəsində yuxarıda qanabənzər ləkələr vardır. Meyitin üzü tüklüdür, saçları qara rəngli olub 2-3 sm uzunluqdadır. Meyitin sağ qolunun bazu nahiyyəsinin bayır səthində tatirovka ilə “ELİGÜN ESİGER” sözləri, sol qolunun bazu nahiyyəsinin bayır səthində isə “SAMİR” sözləri yazılmışdır. Meyitin sağ göz ətrafında və yuxarı qaşın ətrafında 4,5 – 5 sm ölçüdə qançır vardır. Burunun sol yarısında 0,5 X 0,2 sm ölçüdə sıyrıq, sağ saidin 1/3-nin arxasında 4 X 2 ölçüdə quru qanlı əzilmiş yara vardır. Sağ diz oynağının bayır səthində 2 ədəd ölçüləri 1 x 1 sm və 1,5 X 0,2 sm, sağ baldırın yuxarı 1/3-nin iç səthində 2 ədəd ölçüləri 0,7 X 0,2 sm və 1 X 0,2 sm, sağ ayağının 1-ci barmağının iç səthində 2 x 1 sm ölçüdə əzilmiş yara, sol topuq oynağının üzərində 2 ədəd ölçüləri 0,5 X 0,3 sm və 1 X 0,5 sm olan sıyrıqlar, sol əlin arxa səthində 3-cü və 4cü əl daraqlarının sümüyünün səviyyəsində 1,7 X 1,2 sm ölçüdə qançır, sol əlin 4 və 5-ci barmaqlarının orta falanqaları üzərində 0,2 X 0,2 sm və 0,1 x 0,1 sm ölçülərində sıyrıqlar vardır. Sol əlin ovuc səthində 4-cü barmağın proksimal falanqasında 0,4 x 0,3 sm ölçüdə sıyrıq, sol saidin yuxarı 1/3-nin bayır səthində 0,4 X 0,4 sm ölçüdə sıyrıq, döş qəfəsin ön sol yarısında boylama istiqamətində yuxarı ucu küt, aşağı ucu iti 3 X 0,7 sm ölçüdə kənarları hamar kəsilmiş-deşilmiş yara vardır. Yara kanalının dərinliyi 12 sm-dir. Təzyiq etdikdə qan və maye axır. Meyitin gözləri örtülüdür, burun keçəçəkləri quru qanlıdır. Ağız boşluğu quru qanlıdır. Alt dodağın sol yarısında 2 X 2,5 sm ölçüdə selikli qişada qansızma, üst çənədə 5-ci və 8-ci dişlər, soldan 7-ci diş, öndən 2 ədəd böyük kəsici və kiçik kəsici dişlər yerindədir. Qalan dişlər yoxdur. Diş çuxurlarında birləşdirici toxuma görünür. Alt çənədə sağdan və soldan 3-cü dişi əvvəlcədən yoxdur. Öndən 1 ədəd böyük, 2 ədəd kəsici dişlər yerindədir. Dil ağız boşluğöunda sərbəstdir, qulaq keçəcəkləri sərbəst keçiricidir -29 iyun 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, gələn-gedən zənglərə baxış zamanı 28 iyun 2024 və 29 iyun 2024-cü il tarixlərdə Şahid2la X18 istifadəsində olmuş 060 ***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** nömrəsi ilə hər hansı danışığın aparılmadığı müəyyən edildi. -30 iyun 2024-cü il tarixli təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən məlum olur ki, zərərçəkmiş şəxs X7 anası Şahid8 könüllü şəkildə təqdim etdiyi bir ədəd etiketində “R.Ş.A” sözləri yazılmış, üzərində qəhvəyi-qızılı rəngli xətlər olan qara rəngli, iç tərəfində qanabənzər izlər olan qısaqol köynək və bir ədəd etiketində “LİFETECH” sözləri yazılmış 2 X 1.5 metr ölçüdə ağ rəngli üzərində müxtəlif ölçülərdə qanabəznər izlər olan ədyal götürülmüşdür. -30 iyun 2024-cü il tarixli təqdim edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, zərərçəkmiş şəxs X7 arvadı X1 şəkildə təqdim etdiyi mərhum əri X13 məxsus telefon “Redmi Note 12” markalı mobil telefondur. Təqdim edilmiş telefonda iş üçün əhəmiyyətli məlumatlar olduğundan təqdim edilmiş telefon götürülmüşdür. -30 iyun 2024-cü il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 17:21-də 2 nəfər pivəxanaya daxil olur. Baxışda iştirak edən Şahid7 həmin şəxslərdən 1-nin özü, digərinin isə mərhum Rahib Abdullayev olduğunu bildirdi. Saat 18:57-də Şahid7 yemək bişirərək stola gətirir, bundan 1 dəqiqə sonra Rahib Abdullayev stola araq və coca-cola gətirir. Onlar saat 19:02-də stola oturub yemək yeyəməyə başlayırlar. Saat 19:05-də Şahid7 arağı açır və onlar yeməklə birlikdə spirtli içki-araq qəbul etməyə başlayırlar. Saat 19:43-də araq qurtarır. Bundan sonra müxtəlif adamlar pivəxanaya daxil olub çıxırlar. Saat 22:07-də 2 nəfər şəxs pivəxanaya daxil olur. Baxışda iştirak edən Şahid7 həmin şəxslərdən qara çepka taxan oğlanın Şahid5, digərinin isə Şahid6 olduğunu bildirdi.Nail Məmmədivun və Şahid6 ardınca Rahib Abdullayev içəri daxil olur. Saat 22:08-də onlar əl uzadaraq bir-birilərilə görüşürlər. Daha sonra Şahid6 1-ci masada əyləşərək Şahid7lə söhbət edir, Rahib Abdullayev və Şahid5 isə pivəbara tərəf gedirlər. Saat 22:09-da Şahid5 siqaret yandıraraq çölə çıxır. Bundan 20 saniyə sonra Şahid6 da çölə çıxır. Saat 22:13-də Rahib Abdullayev əlində çörək içəri daxil olur. Saat 22:16-da Şahid5 və Şahid6 içəri daxil olurlar və 1 dəqiqə sonra təkrar çölə çıxırlar. Saat 22:17-də Rahib Abdullayev əlində dolu pivə bakalı ilə çölə çıxır və 20 saniyə sonra qayıdır. Saat 22:18-də Şahid5 içəri daxil olur və əlində 1 bakal pivə ilə çölə çıxır. Saat 22:20-də Şahid6 əlində 0,5 litrlik sirab butulkası, Şahid5 isə əlində boş bakal ilə içəri daxil olur. Saat 22:21-də Şahid6 masaya əyləşir, Şahid5 masaya araq, Rahib Abdullayev isə masaya yemək gətirib qoyur, sonra çörək və stəkan gətirib süfrəni qururlar. Saat 22:25-də Şahid5 arağı açaq rumkalara süzür. Rahib Abdullayev çölə çıxıb 1 dəqiqə sonra geri qayıdır. Onun ardınca qırmızı rəngli köynək geyinmiş şəxs içəri daxil olur. Baxışda iştirak edən Şahid7 həmin şəxsin Şahin Səfəro olduğunu bildirdi. Şahid4 saat 22:26-da içəri daxil olur və gəlib Rəşad Abdullayevin yanındakı stulda əyləşir. Saat 22:29-da Rahib Abdullayev də stul çəkərək masanın ətrafında əyləşir. Onlar araq içməyə başlayırlar və yemək yeyərək söhbət edirlər. Saat 22:40-da Rahib Abdullayev stuldan durur və 2 dəqiqə sonra əlində dəftər masaya yaxınlaşır. O, əlindəki dəftərdə yazılanları göstərərək nə isə deyir. Bundan 1 dəqiqə sonra saat 22:43-də dəftəri aparıb yerinə qoyur və gəlib öz yerində əyləşir. Saat 22:44-də Şahid5 gülərək nəisə danışır. Saat 22:47-də keçəl, boz rəngli damalı şortik və qara rəngli qısaqol köynək geyinmiş şəxs içəri daxil olur və masada əyləşənlərlə görüşür, saat 22:48-də Şahid5 öz stulunu həmin şəxsə verir və yan masadan stul götürüb özü də əyləşir. Saat 22:49-da Şahid7 masaya yeni araq gətirir və boş araq butulkasını götürərək aparıb çölə zibil qabına atır. Saat 22:52-də masay yeni gətirilmiş araq butulkasını açıb içməyə başlayırlar. Onlar araq içərək söhbətə davam edirlər. Saat 23:20-də əynində göy rəngli uzunqol köynək və göy rəngli şalvar olan bir şəxs içəri daxil olur. Baxışda iştirak edən Şahid7 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdi. Kərim Hüsyenov içəri daxil olub bir neçə saniyə qapının astanasında durduqdan sonra masaya tərəf gəlir. Saat 23:21-də Kərim Hüsyenov da arxası kameraya olmaqla masada Şahid6 ilə üz-üzə oturur. Saat 23:23-də Kərim Hüsyenov nəisə danışır və masada oturanların hamısı ona qulaq asır. Saat 23:24-də Rahib Abdullayev gülərək nəisə danışır. Təqsirləndirilən şəxs və Şahid4 istisna olmaqla masada oturan digər şəxslər araq içməyə davam edirlər. Saat 23:31-də keçəl, boz rəngli damalı şortik və qara rəngli qısaqol köynək geyinmiş şəxs siqaret yandıraraq ayağa durur və pivəxanadan çıxıb gedir. Həmin vaxt Rahib Abdullayev əynindəki qara rəngli köynəyini çıxarır. 2 dəqiqə ağ rəngli maykada oturduqdan sonra saat 23:33-də təkrar köynəyini geyinir. Saat 23:34-də masaya gələn araq butulkası qurtarır. Saat 23:46-da Şahid7 əl qol hərəkətləri ilə nəisə danışıb çölə çıxır. Bundan 1 dəqiqə sonra Şahid7 içəri qayıdır. Saat 23:49-da Rahib Abdullayev gülərək nəisə danışır. Saat 23:50-də Şahid6 stuldan qalxaraq çölə çıxır. Həmin vaxt Rahib Abdullayev və Şahid5 aralarında nəisə danışırlar. Rahib Abdullayev əlindəki rumkanı götürüb Şahid5 da içməsini təklif edir, lakin Şahid5 içmir və nəisə danışır. Saat 23:52-də Təqsirləndirilən şəxs yerindən ayağa qalxaraq üzü Rahib Abdullayevə tərəf əl hərəkəti ilə nəisə deyir. Həmin vaxt Şahid6 da qapını açıb içəri daxil olur. Təqsirləndirilən şəxs və Rahib Abdullayev arasında gərgin söhbət getdiyi görünür. Təqsirləndirilən şəxs sağ əlini iki dəfə irəli-geri hərəkət etdirərək Rahib Abdullayevə nəisə deyir. Təqsirləndirilən şəxs əl hərəkəti ilə təkrar nəisə deyəndə Rahib Abdullayev ayağa qalxır. Həmin vaxt onların arasında oturan Şahid4 da ayağa qalxıb hər iki əlini açaraq onları aralamağa çalışır. Şahid7 Təqsirləndirilən şəxs, Şahid4 isə Rahib Abdullayevi tutur. Şahid5 və Şahid6 isə ayağa durmurlar. Daha sonra X28 Hüseynovun yanına gəlir. Həmin vaxt Şahid6 da ayağa qalxaraq onların yanına gəlir. Şahid5 isə stulda oturmaqda davam edir. Şahid7 Təqsirləndirilən şəxs tutaraq sakitləşdirməyə çalışır. Saat 23:53-də Şahid7 Təqsirləndirilən şəxs çölə çıxarır. Şahid4 isə onların ardınca qapını örtür. Həmin vaxt Rahib Abdullayev çölə çıxmaq istədikdə Şahid4 buna mane olur. Şahid6 da çölə çıxır. Şahid4 onu çölə çıxmağa qoymadığını görən Rahib Abdullayev hirslənərək masadakı boş pivə bakalını götürüb yerə çırpır və bakal qırılır. Rahib Abdullayev çölə çıxmaq istəyir, lakin Şahid4 buna icazə vermir və qolundan tutaraq onu içəridə saxlayır. Həmin vaxt qara rəngli şalvar və qara rəngli qısaqol köynək geyinmiş şəxs içəri daxil olub Rahibi sakitləşdirməyə çalışır, lakin 1 neçə saniyə sonra çıxıb gedir. Baxışda iştirak edən Şahid7 həmin şəxsin ərzaq mağazası işlətdiyini, səs-küy eşidib gəldiyini və bir neçə saniyə sonra isə getdiyini bildirdi. Saat 23:54-də Rəşad Dünyamlıyev içəri daxil olur. Şahid7 və Şahid4 Rahib Abdullayevi sakitləşdirməyə çalışırlar. Saat 23:55-də Rahib Abdullayevi masada oturdurlar. Rahib Abdullayev təkrar ayağa durub çölə çıxmaq istədikdə Şahid7 buna mane olur və Rəşad Dünyamlıyevin özü çölə çıxır. Rahib Abdullayev yerdəki bakal parçalarını ayağı ilə bir yerə toplayır. Saat 23:56-da Şahid7 əlində paspas ilə içəri daxil olur, Şahid4 isə çölə çıxır. Şahid7 bakal qırıntılarını süpürür. Həmin vaxt Rahib Abdullayev və Şahid5 söhbət edirlər. Saat 23:57-də Rahib Abdullayev çölə çıxır, Şahid5 və Şahid7 söhbət edirlər. Saat 23:57-də qapı açılır və Təqsirləndirilən şəxsla Şahid6 pivəxanaya daxil olurlar. Təqsirləndirilən şəxsla Şahid7 söhbət edirlər. Şahid6 isə onların yanında dururaq siqaret çəkə-çəkə onlara qulaq asır. Saat 23:59-da Təqsirləndirilən şəxs siqaret çəkə-çəkə qapıya yaxınlaşır. Şahid6 da onun arxasınca qapıya yaxınlaşır. Təqsirləndirilən şəxs qapını açdıqda Rahib Abdullayevlə qapının astanasında qarşılaşırlar. Təqsirləndirilən şəxs Rahib Abdullayevi qolundan tutaraq içəri doğru itələyir. Rahib Abdullayev isə Təqsirləndirilən şəxs sağ qolundan çəkir və Təqsirləndirilən şəxs yıxılmamaq üçün qapının astanasında olan masa və stuldan tutur. Kərim X8rşısına gələrək onu sağ əli ilə itələyir və Rahib Abdullayevin kürəyi divara dəyir. Həmin vaxt X28 Hüsyenovu gəlib qucaqlayır və başını zarafatla yavaşca onun başına vurur. Saat 00:00da X28 Hüseynovu qucaqlayaraq masaya gətirib otuzdurur və onun yanağından öpür. Onlar təkrar bir masada əyləşirlər. Şahid4 ayaqütsə durur, Şahid7 isə ortalığı təmizləməyə davam edir. Şahid4 digər masada əyləşir. Saat 00:01-də Rahib Abdullayev gülə-gülə söhbət edir. Həmin vaxt Şahid5 Rahib Abduallayevlə söhbət edir, Şahid7 də söhbətə qoşulur və bir neçə saniyə sonra yeri süpürməyə davam edir. Şahid5 Rahib Abdullayevə nəisə izah etməyə çalışır. X20 də Şahid5 nəisə danışır. Rahib Abdullayev masadan qalxaraq pivəbarın arxasına gedir. Şahid7 Rahib Abdullayevin oturduğu yerdə oturaraq Şahid5la söhbət edirlər. Saat 00:04-də Rahib Abdullayev də Şahid5 nəisə deyir. Saat 00:05-də Rahib Abdullayev telefon qulağında danışaraq çölə çıxr və 20 saniyə sonra geri qayıdır. Geri qayıtdıqdan sonra Rahib Abdullayev yenə Şahid5la söhbət edir. Rahib Abdullayevin ayaqütsə, digərlərinin isə masada əyləşdyi görünür. Şahid4 isə yenə də digər masada əyləşib. Saat 00:07-də Rahib Abdullayev, Şahid6 və Şahid5 söhbət edir. Saat 00:09-da X28 Hüseynovla söhbət edir. Saat 00:10-da X28 Hüseynovla gülərək söhbət edir. Saat 00:12-də Rahib Abdullayev içəridə siqaretini yandırıb qapıya tərəf gedir və pivəxananın hər iki qapısını açır. Saat 00:13-də Şahid7 və Rahib Abdullayev söhbət edirlər, daha sonra Şahid7 süfrəni yığmağa başlayır. Rahib Abdullayev və Şahid6 isə qapının astanasında olan masanı birlikdə çölə daşıyırlar. Saat 00:14-də Şahid5 Təqsirləndirilən şəxsla gülə-gülə nəisə danışaraq stuldan durur. Masada Təqsirləndirilən şəxs tək qalır. Həmin vaxt Şahid4 da oturduğu stuldan ayağa durub çölə çıxır. Şahid7 masanı toplaya-toplaya Təqsirləndirilən şəxsla söhbət edir. Saat 00:16-da Şahid5 da çölə çıxır. İçəridə Şahid7lə Təqsirləndirilən şəxs qalır. Saat 00:17-də Şahid7 süfrəni yığışdırmağa davam edir və Təqsirləndirilən şəxsla söhbət edirlər. Saat 00:20-də Rahib Abdullayev və Şahid6 içəri daxil olub pivəbara tərəf gedirlər. Saat 00:21-də Rahib Abdullayev pulu sayaraq cibinə qoyub çölə çıxır. Şahid6 ayaqütsə Təqsirləndirilən şəxsla söhbət edərkən Təqsirləndirilən şəxs ayağa durur. Şahid6 gülərək söhbət edir. Saat 00:23-də Təqsirləndirilən şəxs Şahid7 və Şahid6 pivəxanadan çölə çıxırlar. Şahid6 və Şahid7 qapının astanasında çöldə ayaqütsə söhbət edirlər. Saat 00:24-də onlar içəri girib söhbətə davam edirlər. Saat 00:25-də Şahid5 çöldən pivəxanaya tərəf gələrək qapının astanasında əlini havaya qaldırıraq sağollaşır. Həmin vaxt Şahid7 və Məhəmməd Səfərğlu çölə çıxırlar. Saat 00:27-də Rahib Abdullayev iti addımlarla pivəxanaya daxil olur və nəisə götürüb 5 saniyə sonra qaçaraq çölə çıxır. Saat 00:29-da Şahid4 iki əli arxasında olmaqla sakit formada içəri daxil olur. Pivəbara tərəf gedib bir neçə saniyə sonra təkrar çölə çıxır. Saat 00:33-də Şahid7 siqaret çəkə-çəkə pivəxanaya gəlir və pivəxananın açıq olan bir qapısını bağlayır, digəri isə açıq qalır. Bir dəqiqə sonra saat 00:34-də digər qapını da örtüb çölə çıxır. Saat 00:35-də Rahib Abdullayev ağ rəngli maykada və ayaqyalın əlini buruna vurub baxaraq içəri daxil olur. Maykanın boyun hissəsində qırmızı rəngli qanabənzər ləkələr olduğu görünür. Həmin vaxt Şahid7 çöldə pilləkəndə oturduğu görünür. Rahib Abdullayev içəri girdikdən 5 saniyə sonra təkrar qaçaraq çölə çıxır. Saat 00:39-da Rahib Abdullayev yenə ağ rəngli maykada və ayaqyalın, əlində dəhrə və qara rəngli köynəyi ilə içəri daxil olur. İçəri daxil olan zaman pivəxananın qapısının astanasında pilləkəndə oturan Şahid7 əsəbi halda nəisə deyərək və əlindəki dəhrəni irəli geri hərəkət etdirirək içəri girir. Saat 00:39-da Şahid4 çöldən qapıya doğru gələrək əlindəki tək tərliyi yerə atır, Rahib Abdullayev isə həmin tərliyi ayağına geyinir. Həmin vaxt Rahib Abdullayevin sol əlində köynəyi və telefonu, ağzında isə siqaret olduğu görürnür. Şahid4 çöldən Rahib Abbdullayevə nəisə deyərək içəri daxil olur. Şahid4 Rahib Abdullayevin əlindəki dəhrəni alıb pivəbara qoyur və Rahib Abdullayevi sol qolundan tutaraq çölə çıxarır. Rahib Abdullayev qapının astanasında olarkən təkrar içəri qayıdır. Əlindəki köynəklə ağız-burnunu silir. Şahid4 da nəisə deyərək onun ardınca içəri girir. Həmin vaxt Rahib Abdullayev əlində dəhrə ilə çölə çıxmaq istəyir, lakin Şahid4 buna mane olur. Həmin vaxt Rahib çölə çıxmaq üçün dartınan zaman başı Şahid4 sağ qaşı nahiyyəsinə dəyir. Şahid4 əli ilə qaşını tutur. Həmin vaxt Rahib Abdullayev əlində dəhrə ilə çölə çıxmaq istəsə də Şahid4 onun əlindəki dəhrəni alır və əlini qaşına tutaraq pivəbara tərəf gəlir. Həmin vaxt saat 00:40-da ağ rəngli köynək və göy rəngli şalvar geyinmiş sarışın cavan bir oğlan pivəxananın bağlı qapısını açır və Şahid7lə birlikdə çöldəki masanı içəri yerinə qoyurlar. Daha sonra həmin oğlan açdığı qapını da bağlayır. Bu zaman Rahib Abdullayev ağ rəngli maykada və ayağında tək tərliklə içəri girir. Şahid7 onu əlindən tutaraq içəri tərəf çəkir. Rahib Abdullayev əlindəki köynəklə ağız-burnunu və üzünü silir. Saat 00:41-də Rahib Abdullayev ağzına siqaret qoyub Şahid7 itələyərək çölə çıxır, 15 saniyə sonra içəri qayıdır və pivəbara tərəf gedir. Həmin zaman qapının astanasında içəridə Şahid7 çöldə isə Şahid4 olduğu görünür. Rahib Abdullayev ağzında siqaret qapıya tərəf gəlir və təkrar pivəbara tərəf qayıdır. Şahid4 nəisə deyə-deyə içəri girir. Saat 00:42-də Rahib Abdullayev çölə çıxır, Həmin zaman onun şalvarının bel hissəsində dəhrənın sapı görünür. Bu zaman çöldəki ağ köynək və göy rəngli şalvar geyinmiş cavan oğlan içəri girib təşvişlə əlini Rahib Abdullayevin getdiyi istiqamətdə tutaraq nəisə deyir. Bundan sonra Şahid4 və həmin oğlan pivəxanadan çölə çıxırlar. Şahid7 isə içəridə qalır. Saat 00:53-də Şahid7 pivəxananın işıqlarını söndürür və pivəxananın qapısını bağlayır. Baxışda iştirak edən Şahid7 pivəxananın qapısını bağladıqdan sonra evə getdiyini bildirdi. -02 iyul 2024-cü il tarixli, video görüntülərə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 28 iyun 2024-cü il tarixdə saat 22:10-da 2 nəfər şəxsin “Terrace” kafesinə daxil olduğu və pilləkənlərlə kafenin 3-cü mərtəbəsinə qalxaraq kupedə oturduqları müəyyən edildi. Baxışda iştirak edən Şahid9 göy rəngli köynək və göy rəngli cins şalvar geyinmiş şəxsin özünün, yanındakı ağ rəngli köynək geyinmiş şəxsin isə dostu Röyal olduğunu bildirdi. Daha sonra 29 iyun 2024-cü il tarixdə saat 01:01-da Şahid9 və dostu Röyalın “Terrace” kafesindən çıxdıqları müəyyən edildi. Baxışda iştirak edən Şahid9 kafedən çıxdıqdan sonra dostu Röyalla sağollaşıb piyada evə getdiyini, yaşadığı binada blokda pilləkənləri qalxan zaman dostu Röyala “whatsapp”la evə çatması barədə səsli mesaj göndərdiyini bildirdi. -06 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Naxçıvan Şəhər Polis İdarəsi Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gələn zaman Sədərək rayon Sədərək qəsəbəsində saxılanılaraq, Naxçıvan Şəhər Polis İdarəsinə Növbətçi Hissəsinə təhvil verilmişdir. - 08 iyul 2024-cü il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, hadisənin baş verdiyi yer Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən altında zirmzəmisi olan bir mərtəbəli fərdi yaşayış evidir. Həmin yaşayış evi Tumbul kənd qəbirstanlığının aşağısında yerləşir və Şahid2 məxsusdur. Baxışda iştirak edən Şahid1 təklif olundu ki, evdəki dəstəyi qara rəngli bütün bıçaqları göstərsin. Şahid1 evdə olan bütün bıçaqların evin mətbəxində olduğunu bildirdiyindən evin mətbəxinə baxış keçirildi. Evin salon otağından mətbəxə keçmək üçün 295 X 275 sm ölçüdə arko vardır. Həmin arkodan daxil olduqda 320 X 340 sm ölçüdə mətbəx qarşımıza çıxır. Arkodan girişdə sol tərəfdə divarın qarşısında şkaf vardır. Həmin şkafın aşağı hissədə 3 ədəd qapısı, yuxarıda isə bir ədəd qapısı vardır. Şkafın solundakı qapıların ortasında 1 ədəd çəkməcə vardır. Şkafın yuxarı qapısının yanındakı yerlərdə qapı yoxdur və açıqdır. Həmin açıq yerlərdə qablar yığılmışdır. Həmin çəkməcəni açdıqda çəngəl, qaşıq, bıçaqların və digər mətbəx ləvazimatlarının yığıldığı müəyyən edildi. Həmin çəkməcədə həmçinin qara rəngli dəstəyi olan, tiyəsi gümüşü rəngli olmaqla tiyəsinin bir tərəfi kəsici, digər tərəfi isə küt olmaqla ucu sivri formada dəstəyinin uzunluğu 9.5 sm, tiyəsinin uzunluğu 10 sm olmaqla ümumi uzunluğu 19,5 sm olan bıçaq aşkar olundu. Həmin bıçağın tiyəsi nisbətən əyilmiş vəziyyədədir. Qeyd edilən bıçaq iş üçün əhəmiyyətli olduğundan müvafiq qaydada qablaşdırılaraq götürüldü. Mətbəxdə həmçinin qablar yuyulan yerin yanında 2 ədəd qara rəngi qulpu olan bıçaq aşkar edildi. Həmin bıçaqlardan birinin ümumi uzunluğu 32, digərinin isə 29 sm olduğu, tiyasənin isə enli olduğu müəyyən edildi. Baxışda iştirak edən Şahid1 həmin bıçaqların ət bıçağı olduğunu və evdə ət kəsən zaman istifadə etdiklərini bildirdi. İş üçün əhəmiyyətli olmadığından həmin qara rəngli dəstəyi olan ət bıçaqları götürülmədi. Bununla yanaşı mətbəxdə taxta materialdan dəstəyi olan 5 ədəd bıçaq aşkar edildi, lakin iş üçün əhəmiyyətli olmadığından həmin bıçaqlar da götürülməmişdir. -09 iyul 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib 3 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin bıçağın evə məxsus olduğunu, evdə bu bıçağı istifadə etdiklərini, bıçağın hadisə zamanı eyvanda divanın qarşısındakı stolun üstündə olduğunu, Rahib Abdullayev onlara gəlməmişdən qısa müddət əvvəl həmin bıçaqla meyvə soyduğunu, bıçağın qara rəngli dəstəyi olduğunu, dəstəyində balaca xətlər olduğunu, uzunluğunun da təqribən 18-19 sm olduğunu, həmin bıçağın əvvəl düz olduğunu, lakin hadisədən sonra əyildiyini, bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirdi. -20 sentyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, tanıyan şəxs Şahid1 təqdim edilən əşyaları nəzərdən bildirdi ki, hadisə zamanı Kərimin əlində bıçaq görmədim. Əgər görmüş olsaydım Rahibi vurmaması üçün bıçağın qabağına özüm keçərdim. Kərimin Rahibi bıçaqla vurma anını görmədim. Mən ilk dəfə həkimlər gəlib müayinə edən zaman Rahibin sol böyründəki deşilmiş yaranı gördüm. Mən bundan sonra bildim ki, hadisə vaxtı Kərim Rahibi bıçaqla vurmuşdur. Göstərdiyiniz bıçaqlara baxdıqda deyə bilərəm ki, 2 və 3 rəqəmi ilə nömrələnmiş bıçaqlar bizim evdə daim istifadə etdiyimiz bıçaqlardır. Lakin dediyim kimi mən Kərimin Rahibi dəqiq hansı bıçaqla vurmasını görmədiyim üçün həmin bıçağı göstərə bilmirəm. Kərim hadisə vaxtı əlinə hansı bıçaq keçibsə götürərək hadisəni törədib. Lakin hansı bıçaqla törətdiyini dəqiq bilmirəm. -23 sentyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, tanıyan şəxs Şahid1 təqdim edilən əşyaları nəzərdən bildirdi ki, mən həmin gün səs göə balkona çıxan zaman Rahibi gördüm. Rahibin əlində də dediyim kimi qırmızı saplı bıçaq var idi. O, bıçağı yuxarıdan tutmuşdu. Mənə təqdim edilən bıçaqların heç biri bizim evin bıçağı deyil. 4 rəqəmi ilə nömrələnmiş bıçaq Rahibin hadisə vaxtı əlində tutduğu bıçaqdır. Mən həmin bıçağın tiyəsindən tanıdım ki, bu həmin bıçaqdır. Həmçinin onu da bildirim ki, hadisə yerinə baxış zamanı mənim özüm də iştirak etdim. Həmin göstərdiyim bıçaq da baxış zamanı götürülmüşdür. -23 sentyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, tanıyan şəxs Şahid2 təqdim edilən əşyaları nəzərdən bildirdi ki, hadisə zamanı Rahibin əlindəki bıçaq 2 rəqəmi ilə nömrələnmiş bıçaqdır. Həmin bıçaq, eləcə də digər təqdim edilən bıçaqların heç biri bizim evin bıçağı deyil. Bizdə belə qırmızı saplı bıçaq olmayıb. Bizdəki bıçaqlar ya qara ya da taxta rəngli bıçaqlardır. Hadisə zamanı mən səsə görə balkona çıxdım. Həmin zaman Rahib Kərimin üzündən sol əli ilə şillə vurdu. Həmin vaxt onun sağ əlində dəstəyi qırmızı rəngli bıçaq olduğunu gördüm. Onu da bildirim ki, hələ hadisədən əvvəl mən balkonda oturan zaman Rahib birinci dəfə bizə gəlib Kərimi soruşdu. Həmin vaxtı da onun əlində eyni bu bıçaq var idi. Həmin bıçağın dedyim kimi sapı qırmızı rəngli idi və ucu sivri idi. Tiyəsi digər bu bıçaqlardan fərqlənirdi. Ona görə də mən həmin bıçağı bu əlamətlərinə görə tanıdım. - 29 iyun 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. - 05 iyul 2024-cü il tarixli, 4(078)-38/2024 nömrəli Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 06 iyul 2024-cü il tarixdən hesablanmışdır. - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs İcra müayəndəliyi tərəfindən normal xarakterizə olunmuşdur. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVDlər tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CN-inin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərəçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirlir. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə yaşadığı kənddə əvvəl qonaq çağrılıdığı məclisdə spirtli içki qəbul edib evlərinə qayıtdıqdan sonra Rahibin işlətdiyi pivəxanaya gedərək orada pivə içmiş, daha sonra Rahiblə mübahisə edərək pivəxananın həyətində ona yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Öz evlərinə qayıtdıqdan sonra Rahib onların yaşadığı evə gələrək həmin ünvanda yaşayan Kərimin ünvanına nalayiq sözlər işlətdiyi üçün çölə çıxmaq istəyərkən buna imkan verməyən anasının hərəkətinə məhəl qoymayaraq qapını zorla açaraq çölə çıxmış stolun üzərində olan mətbəx bıçağını götürərək Rahibin ürək nahiyəsinə zərbə endirmiş, Rahibin aldığı xəsarətə əhəmiyyət verməyərək evə dönmüş, sənədlərini və pulunu götürmüş, yaşadığı evdən çıxaraq getmişdir. O, Rahibi bıçaqla vurması barədə nə valideynlərinə nə də gedərkən həyətdə rastlaşdığı Rahibin atasına bu barədə heçnə deməmişdir. Bu hərəkətləri ilə onu Rahibi öldürmək niyyətində olduğu bir daha öz təsdiqini tapmışdır. Həmçinin təqsirləndirilən şəxs Rahibi bıçaqla vurduğunu bildiyi halda zərərçəkmiş şəxsə heçbir yardım göstərməmiş, təcili yardım çağırmamış, əksinə törətdiyi əməli gizlətməyə çalışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Rahibi öldürmək niyyətinin olmadığını söyləməsi onun məsuliyyətdən yayınması və özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və göstərilən cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs, səmimi peşmançılığı, barəsində verilmiş xasiyyətnamədə normal xarakterizə olunması Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ədalətli olmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 06 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-psixoloji ekpertizasına görə 120 (yüz iyirmi) manat, məhkəmə-trasoloji ekspertizasına görə 150 (yüz əlli) manat, məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat, ümumilikdə 417 (dörd yüz on yeddi) məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar : -hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluği 24 sm olan bıçaq (cinayətin aləti), üzərində qanabənzər ləkələr olan daş parçası, pilləkəndə üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, 3 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan balkonun döşəməsindən pambığa hopdurularaq götürülmüş 3 ədəd nümunə, 4 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan divan üzərindən pambığa hopdurularaq götürülmüş 2 ədəd nümunə, pivəxananın qarşısındakı pilləkənin üzərindən pambığa hopdurularaq götürülmüş 2 ədəd nümunə, pivəbarın yanında yerdən aşkar edilərək götürülmüş üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, çayxananın qabağında asfalt üzərindən pambığa hopdurularaq götürülmüş 1 ədəd nümunə, ərzaq mağazasının qarşısında aşkar edilərək götürülmüş üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, Rahib Abdulllayevin meyitindən götürülmüş qan nümunəsi və hər iki əlinin barmaqlarından götürülmüş dırnaq nümumələri məhv edilməli; -hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan sarımtıl rəngli 1 cüt qadın tərliyi, Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş tünd göy rəngli uzunqol köynəyi və tünd göy rəngli cins şalvarı Təqsirləndirilən şəxs qaytarılmalı; -hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 23 sm olan bıçaq (hadisə zamanı Rahib Abdullayevin əlində olan bıçaq), üzərində qanabənzər ləkələr olan, sol döş nahiyyəsində 3 X 1 sm ölçüdə zədə olan, aşağı hissəsi cırılmış ağ rəngli mayka, meyitə baxış zamanı götürülmüş zərərçəkmiş şəxs X7 hadisə zamanı əynində olan üzərində qanabənzər ləkələr olan qara rəngli idman şalvarı, Səkinə Dünyamalıyevin könüllü şəkildə istintaqa təqdim etdiyi oğlu R.Abdullayevin xx.xx.2024-cü ildə gecə saatlarında Təqsirləndirilən şəxsgilə getməzdən əvvəl evdə pilləkənin üzərinə atdığı qana bulaşmış qısaqol köynəyi və üzünü sildiyi qana bulaşmış ədyal zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Təqsirləndirilən şəxs əl-barmaq izlərinin köçürüldüyü daxtiloxəritə cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 06 iyul 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-psixoloji ekpertizasına görə 120 (yüz iyirmi) manat, məhkəmə-trasoloji ekspertizasına görə 150 (yüz əlli) manat, məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat, ümumilikdə 417 (dörd yüz on yeddi) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: -hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluği 24 sm olan bıçaq (cinayətin aləti), üzərində qanabənzər ləkələr olan daş parçası, pilləkəndə üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, 3 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan balkonun döşəməsindən pambığa hopdurularaq götürülmüş 3 ədəd nümunə, 4 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkələr olan divan üzərindən pambığa hopdurularaq götürülmüş 2 ədəd nümunə, pivəxananın qarşısındakı pilləkənin üzərindən pambığa hopdurularaq götürülmüş 2 ədəd nümunə, pivəbarın yanında yerdən aşkar edilərək götürülmüş üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, çayxananın qabağında asfalt üzərindən pambığa hopdurularaq götürülmüş 1 ədəd nümunə, ərzaq mağazasının qarşısında aşkar edilərək götürülmüş üzərində qanabənzər ləkələr olan siqaret kötüyü, Rahib Abdulllayevin meyitindən götürülmüş qan nümunəsi və hər iki əlinin barmaqlarından götürülmüş dırnaq nümumələri məhv edilsin; - hadisə yerinə baxış zamanı götürülmüş üzərində qanabənzər ləkələr olan sarımtıl rəngli 1 cüt qadın tərliyi, Təqsirləndirilən şəxs könüllü şəkildə istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş tünd göy rəngli uzunqol köynəyi və tünd göy rəngli cins şalvarı Təqsirləndirilən şəxs qaytarılsın; - hadisə yerinə baxış zamanı götürülmüş ümumi uzunluğu 23 sm olan bıçaq (hadisə zamanı Rahib Abdullayevin əlində olan bıçaq), üzərində qanabənzər ləkələr olan, sol döş nahiyyəsində 3 X 1 sm ölçüdə zədə olan, aşağı hissəsi cırılmış ağ rəngli mayka, meyitə baxış zamanı götürülmüş zərərçəkmiş şəxs X7 hadisə zamanı əynində olan üzərində qanabənzər ləkələr olan qara rəngli idman şalvarı, Səkinə Dünyamalıyevin könüllü şəkildə istintaqa təqdim etdiyi oğlu R.Abdullayevin xx.xx.2024-cü ildə gecə saatlarında Təqsirləndirilən şəxsgilə getməzdən əvvəl evdə pilləkənin üzərinə atdığı qana bulaşmış qısaqol köynəyi və üzünü sildiyi qana bulaşmış ədyal zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. -Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd disk (DVD) cinayət işində saxlanılsın. - Təqsirləndirilən şəxs əl-barmaq izlərinin köçürüldüyü daktiloxəritə cinayət işində saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. Kərimov Arzuyar Sadıq oğlu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar