Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-31/2024 12.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə3, Qanuni nümayəndə2, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1960-cü ildə Şərur rayonu, Aşağı Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, ticarətlə məşğul olmuş, məhkum olunmamış, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmayan zərərçəkmiş şəxslərin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2023-cü ilin may ayından noyabr ayınadək olan müddət ərzində bir neçə dəfə xx xxxxxxx 2013-cü il təvəllüdlü on dörd yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs1 Şərur rayonu, Aşağı Yaycı kəndində olan özünəməxsus ərzaq mağazasında və Aşağı Yaycı kəndi ərazisində olan «köhnə hamam» adlanan tikilidə əqli inkişafına, fərdipsixi xüsusiyyətlərinə və hadisə zamanı keçirmiş olduğu emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmadığına görə köməksiz vəziyyətindən istifadə edib onun şalvarını çıxardıqdan sonra öz cinsiyyət orqanını arxa tərəfdən Zərərçəkmiş şəxs1 ayaqlarının arasına sürtməklə ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2023-cü ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində bir neçə dəfə 01 avqust 2016-cı il təvəllüdlü on dörd yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs3 Şərur rayonu, Aşağı Yaycı kəndində olan özünəməxsus ərzaq mağazasında əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmadığına görə köməksiz vəziyyətindən istifadə edib onun şalvarını çıxardıqdan sonra öz cinsiyyət orqanını arxa tərəfdən Zərərçəkmiş şəxs3 ayaqlarının arasına sürtməklə ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2023-cü ilin oktyabr-noyabr ayları ərzində bir neçə dəfə xx xxxxx 2014-cü il təvəllüdlü on dörd yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs2 Şərur rayonu, Aşağı Yaycı kəndində olan özünəməxsus ərzaq mağazasında əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə, emosional halına görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmadığına görə köməksiz vəziyyətindən istifadə edib onun şalvarını çıxardıqdan sonra öz cinsiyyət orqanını arxa tərəfdən Zərərçəkmiş şəxs2 ayaqlarının arasına sürtməklə ona qarşı təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mağazaya gəlib atası üçün siqaret almaq istəmiş, o, balaca olduğu üçün ona siqaret verə bilməyəcəyini, buna görə cərimə olunacağını demişdir. Ümid atasının gəlib siqaretin pulunu verəcəyini söylədikdən sonra siqareti vermişdir. Həmin vaxt Cabbar adlı şəxsin yolda dayandığını görmüş, təxminən 30 dəqiqə - 1 saat sonra Zərərçəkmiş şəxs2 ilə atası gəlib siqaretin pulunu ödəmişlər. Təxminən 11 noyabr 2023-cü il tarixdə nahar vaxtı evdən çıxıb mağazaya gedərkən yolda Zərərçəkmiş şəxs2 ilə qarşılaşmış, Ümid ondan “Səyyub əmi, mağazaya gedirsən?” deyə soruşmuş və o, “bəli” cavabını verdikdən sonra onlar təxminən 70-80 metrlik məsafəni birlikdə yürüyərək mağazaya getmişlər. Mağazaya çatdıqda Ümid ondan “çöçə” verməsini istəmiş, “çöçə”ni verdikdən sonra Əlövsət Babayev gəlib siqaret istəmişdir. Siqareti verib içəri otağa keçmiş, “Vyana” siqareti və 1 ədəd araq götürmüşdür. Ümid mağazadan getdiyi üçün və evdə qonağı olduğundan o da evə qayıtmışdır. 1-2 saat sonra yenidən mağazaya gəlmiş, evdə olarkən 50 qram araq içmiş, mağazaya çatdıqdan 15-20 dəqiqə sonra Zərərçəkmiş şəxs2 qohumları Şahid4 və Şahid3 Ümidlə birlikdə mağazaya gəlib, ondan “bu nə hərəkətdir etmisən?” deyə soruşmuşlar, o, “çöçə” verdiyini başqa heç nə etmədiyini bildirmişdir. Bundan sonra Şahid4 mağazanın pəncərə şüşələrinə yumruq atmağa başlamışdır. Bu zaman o, “ayıbdır, mənim 15 yaşım yoxdur, camaat eşidir, məni burada biabır edirsən” dedikdə, Şahid4 ondan maşınının harada olduğunu soruşmuş və evdə olduğunu öyrəndikdən sonra gedib maşını götürüb “Dərə” adlanan yerə getmişlər. Orada Şahid4la aralarında mübahisə yaranmışdır. Niyaməddin ona Ümidə qarşı əxlaqsız hərəkətlər etdiyini söyləmiş və onu döyməyə başlamışdır. Daha sonra Şahid3 onun şalvarını çıxarmasını və Səyyubun uşağa qarşı etdiyi əxlaqsız hərəkətlərin eynisini Səyyuba qarşı etməsini istədikdə, o deyilənləri inkar etmiş, uşağa qarşı nalayiq hərəkət etmədiyini bildirmişdir. Həmin vaxt Niyaməddin onun kürəyindən yumruqla vurub yerə çökdürmüşdür. Bundan sonra Şahid3 öz cinsiyyət orqanını onun anal dəliyinə soxmuş, daha sonra Şahid4 onu döyərkən Şahid3 telefon vasitəsilə video çəkiliş aparmış, bu zaman Səyyub kənddən çıxıb gedəcəyini, belə hərəkətlərə ehtiyac olmadığını, onu biabır etməmələrini deyərək evinə qayıtmışdır. Bu hadisəyədək Şahid4 və Şahid3lə aralarında ədavət, düşmənçilik olmamışdır. Ona qarşı etdikləri bu hərəkətlərə görə dədə-babadan kənddə polisə şikayət etməyin ayıb olduğunu düşündüyü üçün polisə getməmiş, kimsəyə, o cümlədən qardaşına belə olanlar barədə danışmamışdır. Axşam mağazadan evə qayıdarkən yolda Rəhim və Niyaməddin onun qarşısına keçib “niyə cəhənnəm olub getmirsən?” deyə soruşduqlarında, “kənddən çıxıb hara gedəcəyəm?” cavabını vermişdir. Niyaməddin bir neçə dəfə kənddə onun qabağını kəsib hədə-qorxu gəlmişdir. Dəqiq xatırlamadığı bir gün Niyaməddin ona zəng edərək söhbət etmək üçün çağırmış və o, öz avtomaşınında kənddən bir qədər uzaq yerdə onunla görüşmüşdür. Həmin vaxt Niyaməddin ondan 4000 manat pul istəmiş, verməyəcəyi təqdirdə onu biabır etməklə hədələdiyi üçün Şahid4 3500 manat pul vermişdir. Noyabr ayı ərzində kənddə olmuş, 01 dekabr 2023-cü il tarixdə ailəsi ilə birlikdə İstanbula həkimə getmiş, həmin ayın 11-də geri qayıtmışdır. Gömrükdə pasportlar yoxlanılarkən onun pasportunu kənara qoyub sistemin qarışdığı deyilmiş, daha sonra cavan bir oğlan yaxınlaşıb onu içəri otağa dəvət etmişdir. Saxlanma səbəbinin sistemdə adının qarşısında “qırmızı” qoyulduğunu bildirdikdən sonra Sədərək Rayon Polis Şöbəsinə məlumat verilmişdir. Oradan 1 nəfər gəlib pasportu götürdükdən sonra ona birlikdə Sədərək Rayon Polis Şöbəsinə getməli olduqlarını dediyində, o, yanında olan ailə üzvlərini evə göndərdikdən sonra həmin polislə idarəyə getmişdir. X12 nə baş verdiyini bilmədikləri üçün Şərur Rayon Polis Şöbəsinə zəng edib məlumat vermişlər. Təxminən 1 saat sonra Şərur Rayon Polis Şöbəsindən iki nəfər serjant, iki nəfər zabit və bir nəfər müstəntiq gəlmişdir. Müstəntiq içəri daxil olan kimi onu döyməyə başlamış, serjantlar qolunu bağlayıb Şərur Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onu döyməyə davam etmişlər. Şöbədə müstəntiq ondan deyilənləri boynuna almasını istəmiş, o deyilənlərdən xəbərinin olmadığını, heç nə etmədiyini təkidlə bildirmiş, oxumağı və yazmağı bacarmadığını demiş, müstəntiq ona ifadəsini oxuyacağını desə də, oxumamış, imzalayacağı təqdirdə evə getməsinə icazə verəcəyini dediyi üçün ifadəsini imzalamışdır. Daha sonra ifadəsini oxumuş, lakin əvvəldən ifadəsini imzaladığı üçün heç nə edə bilməmişdir. Növbəti gün səhər saatlarında müdafiəçisi Müdafiəçi2 gəlmiş, onunla təklikdə danışmaq istədiyini bildirsə də, müstəntiq yanlarında olduğu üçün danışa bilməmişdir. Birinci ifadəsindən başqa sonrakı vaxtlarda ifadə verdiyində müdafiəçi yanında olsa da, onunla təklikdə danışmaq imkanı olmamışdır. Müdafiəçinin onun döyülməsindən məlumatı olmuşdur. İstintaq Təcridxanasına daxil olarkən həkimdən rəy verməsini istəsələr də, həkim onun üzündəki xəsarətləri görüb rəy verə bilməyəcəyini demiş, həkim çölə çıxdıqdan sonra müstəntiq də ardınca getmiş, onların nə danışdıqlarını bilməmiş, daha sonra onu istintaq təcridxanasına qəbul etmişlər. Təcridxanada təxminən 5-6 gün qaldıqdan sonra polis əməkdaşları onu evinə və dağdakı əraziyə baxış keçirilməsi üçün aparmışlar. İstintaq təcridxanasında ona 10 günlüyünə evə gedəcəyi deyildiyi üçün polis əməkdaşları ilə getmiş, 10 gün ərzində hər gün döyülmüş, onu istintaq təcridxanasına geri gətirdikdə rəis, onun müavini, baş həkim və onun müavini bu cür qəbul edə bilməyəcəklərini, ölüb əllərində qalmasından qorxduqlarını deyərək Şərur rayonunda həkim yoxlanışından keçirilməsi istənmiş, saat 04:30 radələrinədək maşında qaldıqdan sonra xəstəxanaya aparılmış, orada sağlamlıq kağızı verilmiş, istintaq təcridxanasına qaytarılmışdır. Zərərçəkmiş şəxs1la bağlı ittihamı qəbul etmədiyini, hamısını müstəntiqin düz-qoş etdiyini, müstəntiqin ona “gör sənin başına nə oyun açacağam, hələ bu nədir ki?” dediyini, müstəntiqin ona verdiyi əziyyətin səbəbini 15-20 il əvvəl gölün kənarından tapdığı silahı onlara təhvil verməyib, istintaq təcridxanasının işçilərinə verməsində görmüşdür. İllər öncə avtomaşınını yuyarkən gölün kənarından silah tapmış, onu maşına qoyaraq aparıb Şahbulaq tərəfdə dağlıq ərazidə gizlətmişdir. Bundan sonra heç vaxt gedib silahı gizlətdiyi yerə baxmamış, heç kəsə bu barədə danışmamışdır. Polisdə olarkən onu çox döydükləri üçün silah barədə onlara məlumat verməmiş, istintaq təcridxanasında soruşduqlarında silahın yerini söyləmiş, lakin onlar silahı tapa bilmədikləri üçün onun özünü silahı gizlətdiyi yerə aparmışlar. Üzərindən uzun zaman keçdiyi üçün özü də silahı gizlətdiyi yeri dəqiq xatırlamadığından bir qədər axtardıqdan sonra tapıb onlara təhvil vermişdir. O, Qurban Novruzova da toxunmamış, ona qarşı əxlaqsız hərəkət etməmişdir. Dəqiq xatırlamadığı bir gün Qanuni nümayəndə2 qızı mağazaya gəlmiş, alacağı ərzaq olmadığı üçün ona qurtardığını bildirmişdir. Həmin vaxtı mağazada başqa adam da olmuş, həmin müştəri tərəzinin üstünə 5 manat qoymuş və qız gedərkən pulu götürmüşdür. Qız getdikdən sonra pulu onun götürdüyünü öyrənib atasına zəng etmiş, qızının səhvliklə pulu götürdüyünü demiş, bir müddət sonra qızı gətirib pulu qaytarmış və üzrxahlıq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, zərərçəkmiş şəxsləri və onların valideynlərini tanımış, aralarında düşmənçilik və ədavət olmamış, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı əxlaqsız hərəkətlər etməmiş, həmin şəxslərin nə səbəbə onu məhkəməyə verdiklərini bilməmişdir. Müstəntiq təklikdə ifadəsini alarkən onu döysə də, bu barədə ifadəsində heç bir qeyd etməmişdir. Mütəxəssis və müdafiəçinin iştirakı ilə ifadəsi alındığında döyülməmişdir. Ona ifadəsi mütəxəssis tərəfindən elan olunduqda Müdafiəçi2 yanında müstəntiqə onu döyməklə hadisəni boynuna qoyduğunu, yazılanları qəbul etmədiyini bildirmiş, müstəntiq boynuna alıb imzalayacağı təqdirdə evə gedəcəyini dediyi üçün imzalamışdır. Sonradan evə buraxılmadığı üçün əvvəl verdiyi ifadələri inkar etməyə başlamışdır. İfadəsinin yerində yoxlanılması zamanı videoçəkiliş aparılmış, bu zaman müdafiəçi və mütəxəssis də iştirak etmiş və o, məcbur qalaraq ifadəsində qeyd olunanları qəbul etmiş, Müdafiəçi2 onunla maraqlanmadığı üçün ona təsir altında ifadə verməsi barədə bir söz deməmişdir. İstintaqı aparan müstəntiqi tanımadığını, onunla daha əvvəl münaqişə yaşamadığını, təqsirləndirildiyi maddə ilə özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs axırıncı məhkəmə baxış iclasında son söz hüququndan istifadə edərək 18 ildən sonra bir qız övladının olduğunu və onun hazırda yetkinlik yaşına çatmadığını bildirib, məhkəmə tərəfindən bunun nəzərə alınmasını və bağışlanmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, anası şəkər tozu almaq üçün onu mağazaya göndərmiş, bu zaman Təqsirləndirilən şəxs onu qucağına alaraq zorla mağazadakı anbar kimi istifadə olunan otağa aparmışdır. Təxminən 1 dəqiqə ərzində cinsiyyət orqanını onun anal dəliyinə sürtmüş, daha sonra şalvarını yuxarı çəkib evə getməsini istəmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs konfet verəcəyini söyləyərək ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkətlərini 3-4 dəfə təkrarladığını, bu barədə şikayət edəcəyi təqdirdə onun anasını bıçaqlamaqla hədələdiyini, Təqsirləndirilən şəxsla aralarında hər hansı düşmənçilik və ədavətin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, mağazaya “sok” və digər ərzaq ləvazimatları almaq üçün getmiş, bu zaman Təqsirləndirilən şəxs onu mağazadakı arxa otağa apararaq şalvarını endirmiş, daha sonra cinsiyyət orqanını onun anal dəliyinə sürtmüş, kiminsə gəldiyini gördüyündə isə qapını bağlayaraq çölə çıxmışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona qarşı 5 yaşından 1-ci sinifdə təhsil almağa başlayanadək seksual xarakterli zorakılıq hərəkətləri etməyə davam etdiyini və bu barədə kiməsə söyləyəcəyi təqdirdə eyni hərəkətləri onun bacısına qarşı da edəcəyini söyləyərək qorxutduğunu, ona qarşı etdiyi hərəkətdən sonra ona heç nə, o cümlədən pul, şirniyyat və s. vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, atası onu siqaret almaq üçün mağazaya göndərmiş, bu zaman Təqsirləndirilən şəxs ondan mağazanın içəri tərəfindəki mal yığılan otağa keçməsini istəmiş, orada onun şalvarını çıxartdıqdan sonra özünün də şalvarını çıxarmış və cinsiyyət orqanını arxa tərəfdən onun anal dəliyinə sürtdükdən sonra onu evlərinə göndərmişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli zorakılıq hərəkəti müqabilində ona heç nə verməmiş, bu barədə heç kimə danışmamasını tapşırmışdır. Bu hadisə 3 dəfə mağazada olarkən təkrarlanmışdır. Birinci dəfə onu otağa çağırdığında nə səbəbə çağırdığını bilmədiyi üçün öz razılığı ilə getmiş, şalvarını çıxarmağını istədikdə çıxarmış, ona qarşı edilən hərəkətin mahiyyətini uşaq olduğu üçün anlamamışdır. Sonuncu dəfə anasının dayısı nəvəsi 15 yaşlı Cabbarla birlikdə atasına siqaret almaq üçün mağazaya getmiş, Cabbar mağazaya borcu olduğu üçün mağazaya girməyib küçədə gözləmiş, Təqsirləndirilən şəxs yenə də onu içəri otağa aparıb qapını bağlamış, bir müddət sonra Cabbar qapını döydüyü üçün Təqsirləndirilən şəxs şalvarını geyinib onun getməsinə icazə vermişdir. Cabbar ondan “Səyyub sənə nə etdi?” deyə soruşmuş, o cavab verməmiş, Cabbar atasına deməklə qorxutduğu üçün olanları ona danışmışdır. Həmkəndlisi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tanımış, onlarla bu hadisə barədə danışmamış, Təqsirləndirilən şəxs başqa uşaqlara qarşı bu cür hərəkətlər etməsini eşitməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, arvadı bacısı ilə telefonda Təqsirləndirilən şəxs barəsində kənddə yayılan söhbətlər barədə danışarkən oğlu Zərərçəkmiş şəxs3 eşitmiş və anasına Səyyubun ona qarşı da əxlaqsız hərəkətlər etdiyini demişdir. İşdə olarkən arvadı ona zəng edərək oğlunun başına gələn hadisə barədə danışmışdır. Evə gəldiyində arvadı ilə həmin məsələ haqqında ətraflı danışdıqdan sonra oğlu Qurbanı çağırıb təklikdə ondan nə baş verdiyini düzgün deməsini istəmişdir. Zərərçəkmiş şəxs3 3 ildir ki, mağazaya getdiyində Təqsirləndirilən şəxs onu içəri otağa aparıb ona qarşı əxlaqsız hərəkətlər etdiyini, soyundurub qucağına aldığını, cinsiyyət orqanını ağzına soxduğunu bildirmişdir. Oğlundan daha əvvəl niyə bu barədə onlara bir söz demədiyini soruşduğunda, evdə bu barədə danışarsa döyəcəklərindən qorxduğu üçün danışmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kənddə olmamış, Qanuni nümayəndə2 onun olduğu yeri öyrənmək məqsədilə ona zəng edərək şübhə yaratmadan harada olduğunu soruşmuş, Səyyub ona Türkiyədə olduğunu və tezliklə qayıdacağını söylədikdən sonra arvadı ilə birlikdə Şərur Rayon Polis Şöbəsinin rəisinin qəbuluna gedərək oğlunun başına gələnləri, Səyyubun Türkiyədə olduğunu bildirib, izahatlarını vermişlər. İfadəsinin davamında Qanuni nümayəndə2 Təqsirləndirilən şəxs kənddə başqa şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsini eşitmədiyini, onların arasında əvvəllər düşmənçilik və ədavətin olmadığını, əksinə onun qardaşları ilə yaxın münasibətlərinin olduğunu, böyük qardaşı Təyyubla telefonda məsələ barədə səmimi söhbət etdiklərini, onun da məsələni bilib etiraf etdiyini demişdir. Səyyubun oğluna qarşı etdiyi hərəkəti heç cür bağışlamayacağını, qanun çərçivəsində ən ağır cəzanın verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə3 ifadəsində göstərmişdir ki, işdə olarkən polis əməkdaşı ona zəng edərək harada olduğunu soruşmuş və o, işdə olduğunu bildirmişdir. Polis əməkdaşı ondan Şərur Rayon Polis Şöbəsinə gəlməsini istəmiş, o da getmişdir. Polisdə ona oğlunun başına gələnlər barədə məlumat verilərək həqiqətən də belə bir hadisənin baş verib vermədiyi soruşullduğunda bu barədə məlumatının olmadığını bildirmişdir. Polis əməkdaşı ondan övladı ilə danışmasını və dəqiqləşmə aparıb onlara məlumat verməsini xahiş etmişdir. Evə qayıtdıqdan sonra oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərəkətlər edib-etmədiyini soruşmuş, düzgün danışmasını istəmiş, oğlu isə Səyyubun mağazaya gedərkən konfet verərək onu içəri otağa aparıb soyundurduğunu, ona “üzünü çevir, sənin işin yoxdur” deyib cinsiyyət orqanını arxa tərəfdən onun anal dəliyinə sürtdüyünü, ancaq içəri soxmadığını demişdir. Oğlundan daha əvvəl nə səbəbə bu barədə danışmadığını soruşduqda, Səyyubun bu barədə kiməsə deyəcəyi təqdirdə anasını və özünü öldürməklə hədələyərək onu qorxutduğunu bildirmişdir. Qanuni nümayəndə3 polisə gedərək hadisənin düzgünlüyünü təsdiqləmiş, daha sonra oğlu Zərərçəkmiş şəxs1 onun iştirakı ilə polis əməkdaşlarına ifadə vermişdir. İfadəsinin davamında Qanuni nümayəndə3 Təqsirləndirilən şəxs oğluna qarşı uzun zaman bu hərəkəti etsə də, övladını qorxutduğu üçün ona bu barədə danışmadığını, ilk dəfə polis əməkdaşından eşitdiyini, polisə kimin məlumat verdiyini bilmədiyini, digər zərərçəkmiş şəxslərin də olduğunu və Təqsirləndirilən şəxs Türkiyəyə qaçdığını sonradan eşitdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə düşmənçilik və ədavətinin olmadığını, əksinə ondan yaxşılıq gördüyünü, lakin övladına qarşı etdiyi hərəkətə görə onu bağışlamayacağını, ən ağır cəzanın verilməsini istədiyini bildirdi. İstitaq dövründə Təqsirləndirilən şəxs qardaşı Əyyub Zeynalov da ona zəng edərək şikayətini geri götürməsini istəmiş, qarşılığında hörmət edəcəyini demiş, o isə razılaşmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 başına bu hadisə 3 dəfə gəlib. Təqsirləndirilən şəxs oğluna qarşı ikinci dəfə əxlaqsız hərəkətlər edərkən dayısının nəvəsi Cabbar öyrənmiş, onun evinə gəlib olanları ona danışmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 Cabbarla birlikdə Təqsirləndirilən şəxs işlətdiyi mağazaya getmiş, Cabbarın borcu olduğu üçün mağazaya girməmiş, çöldə pilləkənin yanında dayanıb Ümidi gözləmiş, Ümid içəri girən kimi Təqsirləndirilən şəxs qapını bağlamış, uzun müddət keçdikdən sonra Cabbar şübhələnib qapıya təpik vurmuş, Səyyub səsi eşidib Ümidi çölə buraxmışdır. X18 dilə tuturaq nə baş verdiyini, niyə gecikdiyini soruşmuş, Ümid ona hər şeyi danışmışdır. Cabbar öyrəndiklərini ona danışdıqdan sonra oğlu ilə təklikdə danışmış, Ümid olanları təsdiqləmiş, ona “Səyyub məni otağa saldı və şalvarımı aşağıya çəkdi. Ona “etmə, mənim belim ağrıyır, mənə toxunma desəm də, məni qucağına aldı, ikinci dəfə də bu cür oldu” demişdir. Ondan niyə daha əvvəl olanlar barədə danışmadığını soruşduqda, atasına deyəcəyi halda savaşacaqlarından, onun atasını öldürə biləcəyindən qorxduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ikinci dəfə etdiyi əxlaqsız hərəkətlərdən sonra Ümidə saqqız vermişdir. Bu söhbətdən sonra oğlu ilə birlikdə anasıgilə getmiş, olanları atası Şahid1, anası Şahid2, qardaşı Şahid3 danışmış, öyrəndiklərini sübut etmək üçün telefonda səs yazısını açıb telefonu Ümidin cibinə qoyaraq onu mağazaya göndərmişlər. Qardaşı Şahid3 də Ümidlə mağazaya gedərək kənardan izləmiş, Səyyub üçüncü dəfə də oğluna qarşı eyni hərəkətləri etmiş, lakin səs yazısı xışıltılı olduğu üçün heç nə anlaşılmamışdır. Şahid3 dayısının oğlu Şahid4 zəng etmiş, onlar birlikdə Təqsirləndirilən şəxs mağazasına gedib ona “niyə bu şeyi etmisən? Heç utanmadın? Ağsaqqallığından utan” deyib sorğu-sual etmişlər. Həyətdə anası ilə birlikdə ət doğrayarkən Şahid4 Təqsirləndirilən şəxs döyüb evə gətirdiyi üçün ona “mamana de evə gəlsin “demiş, anası evə girdikdən sonra Şahid4 ona içəri girməyə icazə verməmiş, sonradan içəridə olarkən anasının Təqsirləndirilən şəxs “sənə ayıb olsun, ağsaqqal yaşında sən bunu bizim başımıza gətirdin” dediyini, Səyyubun da “pox yedim, qələt etmişəm, bir poxdur yemişəm, bağışlayın məni” dediyini və anasının ona hərəkətinin bağışlanacaq hərəkət olmadığını söylədiyini eşitmişdir. Niyaməddin, Səyyub və Rəhimin arasında olan digər söhbətlərdən məlumatı olmamışdır. İfadəsinin davamında Təqsirləndirilən şəxs qardaşı Əyyub Zeynalovun anası Şahid2 zəng edərək təhdid etdiyini, qardaşı Rəhimi bıçaqlamaqla, uşaqlarının başına oyun açmaqla hədələdiyini bildirmişdir. Anası ona artıq dözə bilmədiyini, Əyyubun onu narahat etdiyini dedikdən sonra gedib onun qardaşının yoldaşı Surə adlı şəxslə danışaraq “Surə xala zəng vur, Əyyuba de ki, sözü varsa zəng vurub mənə desin, imzanı mən çəkmişəm, anam, atam çəkməyib” desə də heç vaxt Əyyub Zeynalovla danışmamışdır. Qanuni nümayəndə1 təqsirləndirilən şəxslə aralarında düşmənçilik, ədavət olmadığını, başqa şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsini eşitmədiyini bildirmiş, Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdir. Şahid qismində dindirilmiş Şahid2 Tofiq qızı ifadəsində göstərmişdir ki, evin həyətində qızı Jalə ilə birlikdə kəllə-dırnaq təmizləyərkən onu evə çağırmışlar. Evə daxil olduğunda Təqsirləndirilən şəxs qarşısında görərkən əvvəlcədən onun nəvəsi Ümidə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə məlumatı olduğu üçün özünü itirmiş, narahat olub yerə çökmüş, qardaşının oğlu Şahid4 ondan narahat olmamasını, özünü ələ alıb sözünü deməsini istəmişdir. Başını qaldırdıqda Təqsirləndirilən şəxs ona “məni bağışla, əcdadımla pox yemişəm. Hə, eləmişəm, Ümidə qarşı 3 dəfə əxlaqsızlıq etmişəm.” demiş, nəvəsi Ümid də anasına Səyyubun 3 dəfə ona qarşı əxlaqsız hərəkət etdiyini dediyi üçün sözləri üst-üstə düşdüyündən, bundan sonra sarsıntı keçirərək Səyyubu evdən aparmalarını istəmiş, artıq bu kənddə qalmamasını, nəvəsinin adını da hallandırmamasını bildirmişdir. Hadisə barədə öyrəndikdən sonra nəvəsinin adı hallamasın deyə polisə şikayət etməmiş, hazırda baş vermiş hadisə kənddə yayıldığı üçün nəvəsinin, eləcə də qızının təzyiqlərə məruz qaldığını, həmçinin Təqsirləndirilən şəxs qardaşının ona zəng edərək “mənim qardaşıma böhtan atdığınız üçün başınıza oyun açacağam” dediyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evdə olarkən qızı Jalə onlara gələrək Cabbar adlı qohumlarının Səyyubun Ümidə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə dediklərini danışmış, bundan sonra oğlu Rəhim ilə nəvəsi Ümid kənd mərkəzinə getmiş, bir qədər sonra o da oğlu ilə nəvəsinin yanına getmiş, eşitdikləri ilə bağlı narahatçılıq keçirdiyi üçün şəkəri qalxmış, oğlu Rəhim Şahid4 zəng edərək onu çağırmışdır. Onların telefonda nə danışdıqlarını bilməmişdir. Bir qədər oturub özünə gəldikdən sonra durub onları axtarmış, evə getdiklərini bilib özü də evə qayıtmış, sonradan evə gəldiyi üçün Səyyubun gəlməsini görməmiş, lakin arvadı ona Təqsirləndirilən şəxs gəlib üzrxahlıq etdiyini demişdir. Onlar Ümidin biabır olmaması üçün polisə şikayət etmədiklərini, Səyyubun kənddən getməli olduğu qənaətinə gəlmişlər. Şahid1 Səyyubun nəvəsinə etdiyi əxlaqsız hərəkətləri 3-4 dəfə təkrarladığını, bu barədə nəvəsindən soruşduqda o, əvvəlcə utansa da, sonra həqiqətən də belə bir hadisənin baş verdiyini, Səyyubun onu mağazanın içərisindəki otağa apararaq qucağına alıb əxlaqsız hərəkətlər etdiyini təsdiqləmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, telefonda baldızı ilə gizli şəkildə Jalənin oğlunun başına gələnlərlə bağlı kənd camaatından eşitdiklərini, həmçinin Təqsirləndirilən şəxs Türkiyəyə qaçması barədə danışarkən oğlu onların nə danışdıqlarını anlayıb ona yaxınlaşıb, qulağına “ana o, pis hərəkətləri mənə də etdi” demişdir. O, baldızı ilə sağollaşıb narahat halda oğlu ilə danışmağa başlamış, bu zaman oğlu ondan Təqsirləndirilən şəxs onlara, o cümlədən bacısına nə isə edə bilibbilməyəcəyini soruşmuş, o isə heçnə edə bilməyəcəyini deyib hadisənin necə baş verməsi ilə maraqlanmış, oğlu Səyyubun onu qucağına alıb mağazanın içərisindəki otağa apardığını, əlindən qaçmaq istəsə də, icazə vermədiyini, şalvarını yarıya qədər endirib ona əxlaqsız hərəkətlər etdiyini, cinsiyyət orqanını əlinə verdiyini danışmışdır. Həmin gün əri işdə növbədə olmuş, zəng edib oğlunun dediklərini danışmış, növbəti gün əri işdən evə qayıtdığında oğlu ilə danışmış, oğlunu və onu polis şöbəsinə aparmışdır. Oğlu ona Təqsirləndirilən şəxs 1-ci sinifdən sonra ona qarşı əxlaqsız hərəkətlər etdiyini, bu hərəkətləri bir neçə dəfə təkrarladığını, kimsəyə deməsin deyə atası və bacısı ilə hədələdiyini, bacısına qarşı da eyni hərəkətləri edə biləcəyini düşündüyü üçün susduğunu bildirmişdir. Oğlu Qurbanı ehtiyac olduqda mağazaya göndərmiş, oğlu mağazadan gec gəldiyi zaman səbəbini soruşduğunda uşaqlarla oyun oynadığını demişdir. Daha əvvəl oğlunun başına gələnlər barədə məlumatı olmamış, bu məsələ barədə ilk dəfə oğlu Qurbanla danışdıqdan sonra öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən noyabr ayının 10-dan sonra evdə olarkən bibisinin oğlu Rəhimdən zəng gəlmiş, həmkəndliləri Səyyubun Ümidin başına oyun açdığını bildirib, ondan kəndin yuxarı tərəfinə gəlməsini istəmişdir. X14 işlətdiyi mağazanın qarşısında dayanmışlar. Özü də oraya getmiş və birlikdə mağazaya daxil olduqlarını gördükdə Səyyub özünü itirmişdir. Bu vaxt Şahid4 Təqsirləndirilən şəxs sinəsinə 1 yumruq zərbəsi vuraraq təhqir etməyə başlamış, ona “ə, şərəfsiz, namussuz bu nə hərəkətdir etmisən ə sən? Utanmırsan?” demiş, mağazanın qapısı açıq olduğundan səs-küy yayılmasın deyə ondan mağazanı bağlayıb ardınca gəlməsini istəmişdir. Ümid onun öz uşağı olmadığı üçün Səyyubun barəsində qərar vermələri üçün onu Rəhimlə birlikdə bibisigilin evinə aparmışlar. Evə çatdıqlarında Səyyubu içəri otağa aparıb bibisinin qızı Türkanədən anasını çağırmasını istəmişdir. Bibisi Validə içəri daxil olduqda Səyyubu görüb çox narahat olmuşdur. O, bibisini qucaqlayaraq “bax nə istəyirsən bizə elə de, nə desəniz deyin edək, yəni işi qaydasında görək” dediyində, bibisi Səyyubun və onun arvad-uşağının ünvanına söyüşlər söyməyə başlamışdır. Təqsirləndirilən şəxs başı aşağı vəziyyətdə “pox yemişəm, qələt etmişəm” deyərək üzr istəmişdir. Sonra bibisinə “bunu nə edək polisə verək? Deyirsiniz sürüyüm aparım o biri tərəfə atım. Nə bilim axı nə deyirsiniz onu da edək” demiş, o isə qohum olmaları ilə yanaşı Ümidin adına başqa sözlər deyilməməsi, hadisənin kənddə yayılmaması üçün Səyyubun kənddən çıxıb getməsini istəmişdir. O, Səyyubu evdən çıxarıb Rəhimlə birlikdə “Dərə” adlanan yerə aparmış, orada ondan yerə oturmasını istəmiş, Səyyubun özü yerə oturduqdan sonra telefonu video çəkməsi üçün Rəhimə verib, Təqsirləndirilən şəxs başına şillə vura-vura ona “ay namussuz, bu uşaq sənin uşağın yaşındadır. Sən vaxtında evlənsəydin, bu qədər körpə balan var idi. Polisi, məhkəməni qoyuram qırağa, qardaşların Təyyar, Təyyub, Əyyub əmi eşitsə, sənin başını belə-belə edərlər.” demiş, sonra ayağa qaldırıb “dur rədd ol get mağazanı filan yığışdır, rədd elə” demişdir. Həmin vaxtı video çəkməkdə məqsədi Səyyubun uşağa qarşı etdiyi əməli etiraf etməsi və gələcəkdə onu başqa şeylərlə şərləməsinin qarşısını almaq olmuşdur. Evdə bibisinin yanında Səyyuba söyüş söyüb, vura bilməyəcəyi üçün videoçəkiliş aparmaq üçün “Dərə” adlanan yerə aparmışlar. Bu hadisədən bir müddət keçdikdən sonra kənddə Təqsirləndirilən şəxs görüb ondan niyə kəndi tərk edib getmədiyini soruşmuş, o da pasportunun vaxtının keçdiyini və yeni pasport almaq üçün müraciət etdiyini bildirmişdir. Bir neçə gün sonra Səyyub ona zəng edib qapıya çıxmasını istəmiş, nə istədiyini soruşduğunda təkidlə gəlməsini xahiş etmişdir. Qapıya çıxdığında Səyyubun maşında əyləşdiyini görüb maşına əyləşmiş və Təqsirləndirilən şəxs həmin vaxt ona Ümidin ailəsinə ayda 100-200 manat verib kənddən getməməyi təklif etmişdir. Şahid4 isə cavabında “belə bir şey edək, sən arvadını, uşağını Ümidin ailəsinə ver, nə edirlər etsinlər, mən də onlara deyim sənə ayda 500 manat pul versinlər” deyib onu təhqir etmişdir. Daha sonra kənd camaatından Səyyubun kəndi tərk etdiyini eşitmişdir. Şahid4 ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı əxlaqsız hərəkətlər edilməmiş, hər şey videoçəkilişdə olanlardan ibarət olmuş, həmçinin ondan pul tələb etməmişdir. Onu polisə şikayət etməmə səbəbi isə uşağın ailəsinin buna qərar verməli olması və bibisinin hadisənin kənddə yayılmasını istəməməsi olmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin noyabr ayında bacısı Jalə ona Səyyubun Ümidi işlətdiyi mağazaya aparıb ona qarşı əxlaqsız hərəkətlər etdiyini söyləmişdir. Bundan sonra o, Ümidin uşaq ağlı ilə yalan deyə biləcəyini düşünüb dəqiqləşdirmək məqsədilə telefonundakı səs yazan proqramı aktivləşdirərək telefonu Ümidin cibinə qoyub Təqsirləndirilən şəxs mağazasına göndərmiş, özü mağazadan 15-20 metr aralıda gözləmişdir. Ümid içəri girdikdən sonra bir neçə müştəri gəlmiş, Səyyub onları yola salıb mağazadan çölə çıxıb ətrafa baxmış, qapını içəridən bağlayıb uşağı mağazadakı anbar kimi istifadə etdiyi otağa aparmışdır. O, bacısı oğlunun arxasınca mağazaya tərəf getmiş, çatdığında Ümidin çıxdığını görmüş, Ümiddən nə olduğunu soruşduqda Ümid ona Səyyubun yenə də onu soyundurduğunu, daha sonra özünün də şalvarını çıxardığını, onu arxa tərəfdən qucaqlayıb cinsiyyət orqanını sürtdüyünü, lakin bu dəfə tez buraxdığını, şübhələndiyini demişdir. Bundan sonra Ümiddən telefonu götürüb səsə qulaq asmış, səs qeydə alınsa da heçnə başa düşülməmiş, dayısının oğlu Şahid4 zəng edib yanına çağırmışdır. Şahid4 gəldikdən sonra onlar birlikdə mağazaya daxil olub Səyyubdan Ümidə qarşı etdiyi əxlaqsız hərəkətlər barədə soruşduqlarında o, etdiklərini boynuna almamışdır. Dayısının oğlu onu mağazadan çıxarıb Səyyubla təklikdə danışdıqdan sonra Təqsirləndirilən şəxs uşağa etdiklərini boynuna almışdır. Onlar Səyyubu mağazadan çıxarıb evə anası Şahid2 yanına aparmışlar. Təqsirləndirilən şəxs orada olarkən etdiyi hərəkətləri boynuna alıb üzr istəməyə başlamış, qələt etdiyini söyləmişdir. Anası Şahid2 çox narahat olduğundan Səyyubu evdə çox saxlamayıb evin yaxınlığındakı “Dərə” adlanan yerə aparmışlar. “Dərə” kənddən çox uzaq məsafədə olmamış, 10-15 metr məsafədə yaşayış evləri olmuşdur. Onlar Səyyubun etdiyi hərəkətləri sübut etmək üçün video çəkmək qərarına gəlmişlər. Şahid3 videoçəkiliş aparan zaman Şahid4 Səyyubun başına vuraraq ondan əxlaqsız hərəkətlər edib-etmədiyini, niyə etdiyini soruşmuş, o da səhv etdiyini deyib üzrxahlıq etmişdir. Onlar Səyyubun etdiyi hərəkətlərin kənd içində yayılmasının, kənddən kiminsə görməsinin qarşısını almaq məqsədilə “Dərə” adlanan yerə getmişlər və orada çəkdikləri videonu sübut kimi polisə təqdim etmişlər. Şahid3 ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir əxlaqsız hərəkət etməmiş və ondan pul istəməmişdir. Bacısının oğlunu riskə atsa da, Səyyubun etdiyi əxlaqsız hərəkətləri sübut etmək, eləcə də məsələni tam aydınlaşdırmaq məqsədilə telefonu cibinə qoyub Ümidi mağazaya göndərmiş, dəqiqləşdirdikdən sonra polisə müraciət etmək istəmişdir. Polisin daha əvvəl hadisə barədə məlumatı olmamış, polisə məsələ ilə bağlı dekabr ayının 8-i müraciət etmişlər. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ümid Məmmədovun atası ondan siqaret almasını istəmiş, o da Ümidlə birlikdə mağazaya getmişdir. Təqsirləndirilən şəxs borcu olduğundan içəri girməyib çöldə gözləmiş, Ümidi mağazaya göndərmişdir. Ümid içəri keçdikdə içəridə heç kəs olmamış, Təqsirləndirilən şəxs qapıdan çölə çıxıb sağa-sola baxmış, sonra qapını içəridən bağlamışdır. Təxminən iyirmi dəqiqə mağazadan çox uzaq məsafədə olmayan yolkanın arxasında dayanıb gözlədikdən sonra əvvəllər uşaqlardan Səyyubun əxlaqsız hərəkətlər etdiyini eşitdiyi üçün şübhələnmiş, borcu olduğundan içəri girməyə çəkinmiş, gedib mağazanın qapısına yavaş təpik vurub kənara çəkilmişdir. Təqsirləndirilən şəxs qapını açıb yenə də sağa-sola baxmış, daha sonra Ümidi buraxmış və Ümid əlində saqqız və siqaretlə onun yanına gəlmişdir. O, Ümiddən nə baş verdiyini, saqqızı necə aldığını soruşmuş, Ümid isə saqqızı atasının adına aldığını bildirmişdir. Olanlar barədə əvvəlcə bir söz deməmiş, hadisəni Ümidin atasına deyəcəyi ilə qorxutduqdan sonra Səyyubun onu soyunduraraq ona qarşı pis-pis hərəkətlər etməsini Ümid ona söyləmişdir. Ümid Məmmədov onun bibisinin nəvəsidir. Daha əvvəl Təqsirləndirilən şəxs etdiyi hərəkətlər barədə ona bir söz deməmişdir. Şahid6 Ümidin başına gələnləri öyrəndikdən sonra bu barədə onun anası Qanuni nümayəndə1 danışmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, bacısının əri Bakıda olarkən ona kənddə qardaşı Təqsirləndirilən şəxsla bağlı söz-söhbət gəzdiyini, qardaşının Şahid2 nəvəsinə qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı danışıldığını bildirmişdir. Şahid2 onun qaynının arvadıdır. Səyyuba zəng çatmadığı üçün Validəyə zəng etmiş, ondan kənddə gəzən söz-söhbət barədə soruşmuşdur. Validəyə “belə bir söz-söhbət var idisə, mənə və ya baldızına deyərdin” dediyində, Validə həqiqətən belə bir hadisənin baş verdiyini söyləmişdir. Qardaşı Səyyubla danışa bilmədiyi üçün ona cavab verə bilməmişdir. Səyyub övladının müalicəsi üçün Türkiyədə həkimdə olmuş, onunla telefonla əlaqə saxlayaraq eşitdikləri barədə soruşmuşdur. Şahid2 ilə danışdığını, hadisəni onun da təsdiqlədiyini demiş, Səyyub isə inkar edərək yalan olduğunu bildirmiş, hətta ondan 3500 manat pul aldıqlarını demişdir. Pulu nəyin qarşılığında verdiyini soruşduğunda, onu şantaj edib aldıqlarını söyləmişdir. Qardaşı Səyyuba bunun ağır iş olduğunu, həbsxanada da, camaat içində də pis baxıldığını dediyində o, and içərək bu məsələdə günahının olmadığını bildirmişdir. Bu söhbətdən sonra ondan özünə arxayındırsa Türkiyədən qayıtmasını istəmişdir. Şahid2 zəng edib “Validə, əgər sizə pul lazım idisə, mənə deyərdiniz. Namusunuzu pula satırsınız?” dediyində, Validə ona “biz namusumuzu pula satmırıq” deyə cavab vermişdir. O, Niyaməddinlə Rəhimin qardaşı Səyyubdan 3500 manat pul aldıqlarını dedikdə Validə inkar etmiş, Əyyub Zeynalov “mən gələcəyəm kəndə, belə şeyin üç tərəfi var, qeyrətli adam öldürür, qeyrətsiz səsini kəsir danışmır, ya da aparıb polisə verir. Siz bunların üçünü də etmirsiniz. Qardaşımı aparın polisə verin. Sabah gəlirəm. Əgər mənim qardaşımı polisə verməsəniz, mən də gəlib sizi polisə verəcəyəm” demişdir. Axşam üstü Şahin adlı polis əməkdaşı ona zəng edib kənddə olan söhbətdən xəbərinin olub-olmadığını soruşmuş,o isə məlumatı olduğunu dediyində Şahin qardaşı Səyyubun qaçdığını söyləmiş, o isə qaçmadığını, sabah kənddə olacağını və özünün də kəndə gələcəyini demişdir. Qardaşı Təqsirləndirilən şəxs Türkiyədən qayıdarkən tutulmuş, polis şöbəsinə aparılmış, o və böyük qardaşı çöldə gözləyərkən saat 02:00-03:00 radələrində qardaşları Səyyubun zirzəmidən qışqırıq səslərini eşitmiş, içəri keçmək istədiklərində onlara icazə verilməmişdir. 2 gün sonra Şahin adlı polis əməkdaşı onları qəbul etmiş, onlar Səyyubla oturmuş, Səyyubun gözünün altının qara olduğunu görüb böyük qardaşı ondan “səni vurublar?” deyə soruşduğunda, o başı ilə hə cavabını vermişdir. Bu zaman Şahin onlara Səyyubda çox silah olduğunu, həmin silahları təhvil verərsə, evə gedə biləcəyini demişdir. Həmin vaxt böyük qardaşı “səndə silah haradandır?” deyə soruşmuş, Səyyub isə maşın yuyanda tapdığını və təhvil verdiyini söyləmişdir. Polisdə olduqları müddətdə silah barədə danışıq olmuş, digər məsələ ilə bağlı söhbət etməmişlər. Sonra polis Şahid4 gətirmiş, Niyaməddin ona əvvəlcə danışanda Səyyubdan pul almadığını demiş, o, Validəyə zəng edib “bəs deyirdin Niyammədin pul almayıb” demiş, o isə xəbərlərinin olmadığını bildirmişdir. X8 zəng edərək “sənə pul lazim idisə, mənə deyərdin, sənə pul verərdim demiş, o da “Bir işdir olub. Mən heç nədən əngələ düşdüm. Məndən pul istəməyin. Pulu polislərə verdim” demişdir. Əyyub Zeynalov bildirmişdir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan Qanuni nümayəndə2la məsələ barədə danışmayıb, onun oğlunun həmkəndlisi Fazilin uşağı ilə adı çıxmış, onun adını təmizləmək üçün məhkəməyə gəlmişdir. Ona görə Qanuni nümayəndə2la danışacaq sözü olmamışdır. Digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Elnura ilə telefonda danışıb ondan sikayətini geri götürməsini istəmiş, o isə “göturəcəm, anam da deyir götür, ama Hüseyngil qoymur. Məhkəmədə şikayətimi götürəcəyəm” demişdir. O, Şahid2 və Şahid3 əlavə bacısı Qanuni nümayəndə1 evinə gedərkən bacısının telefonu ilə onunla da 10 dəqiqə danışmış, ona “siz mənim namusumsunuz. Qardaş qayın fərqi yoxdur. Bu yan qardaşımdır, o yan qaynımdır. Sizin gələcəyiniz var. Anan bu gün sabah ölüb gedəcək. Onsuz da Səyyubu tuturlar, gedin ərizənizi götürün” demişdir. İfadəsinin davamında Əyyub Zeynalov məqsədinin qardaşını müdafiə etmək olmadığını, sadəcə rahat olmaları üçün məsələnin araşdırılmasını, qardaşının nə üstündə tutulduğunu bilmək istədiyini demişdir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5: - 27 dekabr 2023-cü il tarixli, 1739 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətinin aşkar edilmədiyi və onun arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir əlamətin aşkar edilmədiyi göstərilmişdir. - 27 dekabr 2023-cü il tarixli, 1741 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətinin aşkar edilmədiyi və onun arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir əlamətin aşkar edilmədiyi göstərilmişdir. - 27 dekabr 2023-cü il tarixli, 1767 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlamətinin aşkar edilmədiyi və onun arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir əlamətin aşkar edilmədiyi göstərilmişdir. - 01 aprel 2024-cü il tarixli, 586 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti və qeyri-təbii yolla cinsi əlaqəyə xarakterik hər hansı bir obyektiv əlamət aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2: - 14 fevral 2024-cü il, 48 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. - 06 mart 2024-cü il tarixli, 81 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs1 psixi xəstə deyil və onun məcburi müalicəyə ehtiyacı yoxdur. - 06 mart 2024-cü il tarixli, 82 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs2 psixi xəstə deyil və onun məcburi müalicəyə ehtiyacı yoxdur. - 11 mart 2024-cü il tarixli, 86 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Zərərçəkmiş şəxs3 psixi xəstə deyil və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 12 mart 2024-cü il tarixli, 250 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmiş, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmuş, fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətlərinin müşahidə olunmamış, əqli və psixi inkişafına, fərdi psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olmuşdur. - 12 mart 2024-cü il tarixli, 251 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmamış, əqli və psixi inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən seksual hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamış, əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirmiş olduğu emosional halına görə ona qarşı edilən hərəkətlər zamanı köməksiz vəziyyətdə olmaqla, müqavimət göstərmək qabiliyyətinə malik olmamış, hadisə zamanı qorxu hissi ilə müşayiət olunan emosional-psixi gərginlik halında olmuşdur. - 12 mart 2024-cü il tarixli 252 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmuş, əqli və psixi inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən seksual hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamış, əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə zamanı keçirmiş olduğu emosional halına görə ona qarşı edilən hərəkətlər zamanı köməksiz vəziyyətdə olmaqla, müqavimət göstərmək qabiliyyətinə malik olmamış, hadisə zamanı çaşqınlıq və qorxu hissi ilə müşayiət olunan emosional-psixi gərginlik halında olmuşdur. - 12 mart 2024-cü il tarixli 253 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmuş, fərdipsixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmamış, əqli və psixi inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavrasa da həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamış, əqli və psixi inkişafına görə hadisə zamanı ona qarşı edilən hərəkətlər zamanı köməksiz vəziyyətdə olmaqla, müqavimət göstərmək qabiliyyətinə malik olmamış, hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasının tibbi sanitar hissəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş, 13 aprel 2024-cü il tarixli tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən ilkin diaqnoz praktiki sağlam olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 07 dekabr 2023-cü il və 12 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan və protokollara əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə Şərur rayonu, Aşağı Yaycı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus ərzaq mağazasında və “köhnə hamam” adlanan uçuq tikilidə baş vermişdir. - 21 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan məlum olar ki, 2023-cü ilin yay aylarında həmkəndlisi Hüseynin azyaşlı oğlu Qurban tək mağazaya gəlmiş, onu qucağına alaraq mağazada anbar kimi istifadə olunan otağa aparmış, onun şalvarını aşağı endirərək cinsiyyət orqanını anal dəliyinə sürtmüş, təxminən 5 dəqiqə bu hərəkətlərinə davam etdikdən sonra onu evlərinə yola salmış, mağazada ayrı-ayrı vaxtlarda ümumilikdə 6-7 dəfə Qurbana qarşı cinsi hərəkətlər etmiş, əlavə olaraq digər həmkəndlisi Yusifin oğlu Ümidin də ara-sıra mağazaya tək gəlmiş, o, bir dəfə atasına siqaret almaq üçün mağazaya gəlmiş, onu qucağına alaraq mağazada içəri otağa aparmış, digər azyaşlı uşaqlara etdiyi kimi onun da, şalvarını aşağı endirib cinsiyyət orqanını anal dəliyinə sürtmüş, təxminən 5 dəqiqə sonra Ümidi buraxaraq evlərinə yola salmış, bundan bir-neçə gün sonra Ümid təkrar mağazaya gəlmiş, yenidən onu mağazda içəri otağa aparmış və cinsiyyət orqanını anal dəliyinə sürtmüş, son olaraq 12 noyabr 2023-cü il tarixdə Ümid yanına gəlmiş, təkrarən onu mağazada içəri otağa aparmış və ona qarşı cinsi hərəkətlər etmişdir. Həmçinin 2023-cü ilin yay aylarında həmkəndlisi Elnura adlı qadının oğlu X17 kənd ərazisində yerləşən köhnə hamamın yaxınlığından gedib gəldiyini görmüş, bir gün onu hamamın yanından keçən zaman hamamın içərisinə çağırmış, o, hamamın içərisinə girən zaman ilk öncə onu qucaqlamış, daha sonra onun və özünün şalvarını aşağı endirmiş, bundan sonra cinsiyyət orqanını onun anal dəliyinə sürtməyə başlamış, təxminən 2-3 dəqiqə sonra onu buraxmış, heç kimə olanları danışmamasını tapşırmış, təxminən 4-5 gün sonra yenidən Fəridi hamama çağırmış və cinsiyyət orqanını onun anal dəliyinə sürtmüş, özündən asılı olmayaraq bundan həzz aldığını, davamlı olaraq etmək istədiyini bildirmişdir. - 31 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X4 göndərilmiş tələbnaməyə verilmiş xx.xx.2024-cü il tarixli cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Naxçıvan MR, Şərur rayon İcra Hakimiyyəti, Aşağı Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X9 isə müsbət xarakterizə olunmuşdurlar. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndələrinin, şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması protokolları, digər istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. Cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyatı və təqsirliliyi sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən ona düzgün olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X7 qarşı seksual xarakterli hərəkətlər etməməsinı, həmçinin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona təzyiq və təsir göstərildiyi üçün zərərçəkmiş şəxslərə qarşı cinayət əməlini törətməsini etiraf etməsini özünü müdafiə məqsədi üçün verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, cinayət işinin materialına əlavə olunmuş protokollardan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ibtidai istintaq zamanı onun hüquqlarını müdafiə etmiş vəkili Müdafiəçi2, o cümlədən mütəxəssisin iştirakı təmin olunmuş, müdafiəçinin və mütəxəssisin iştirakı ilə ifadəsini oxuyub, düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Bundan başqa ibtidai istintaq zamanı onun hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 və mütəxəssisin iştirakı ilə videoçəkilişlə ifadənin yerində yoxlanılması aparılarkən Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq olmadan etdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmənin Şərur Rayon Prokurorluğuna göndərdiyi 17 iyul 2024-cü il tarixli sorğuya verilmiş 18 iyul 2024-cü il tarixli, 3-4/230/2-005646/2024 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs təzyiq və təsirlə ifadə olunan hər hansı qanuna zidd hərəkətə məruz qalması barədə Şərur Rayon Prokurorluğuna Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən vəsatət və şikayət daxil olmamışdır. Məhkəmənin 17 iyul 2024-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına ünvanladığı sorğuya verilmiş 22 iyul 2024-cü il tarixli, 3/1121 nömrəli cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs tibb kitabçasının 12-ci qrafasındakı həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda zədə olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 şifahi vəsatətinə əsəsən 08 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi Şərur rayonu, Aşağı Yaycı kəndində yerləşən mağazanın videomüşahidə kamerasının qeyd yerlərinə yerində baxış keçirilmişdir. Baxış zamanı mağazaya girişdə solda və çöldən sağ tərəfdə olan kameraların işlək olduğu, girişdə anbara baxan sağ tərəfdə və çöldə sağ tərəfdə olan kameraların işlək vəziyyətdə olmadığı, kameralarda 26 iyun 2024-cü il tarixdən saat 00:00-dan əvvəlki görüntülərin qeydiyyatının hard diskin donaraq əvvəlki qeydləri sildiyi üçün olmadığı müəyyən olunmuş, anbarda kamera olmamış, iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X6, onların qanuni nümayəndələri Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və Qanuni nümayəndə3, o cümlədən şahidlər Şahid2, Şahid1, Şahid4, Şahid3, Şahid6 mötəbər, biri digərini tamamlayan ifadələri ilə cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tamamilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı təzyiq və təsir etməklə etirafedici ifadələrin alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətlərini on dörd yaşına çatmayan şəxs barəsində törətmə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 12 dekabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C03443688 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı, video, səs yazısı, ifadələrin yerində yoxlanılması və şübhəli şəxsin dinidirilməsinə dair 8 (səkkiz) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış 4 ədəd məhkəmə-psixoloji ekspertizasına görə hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat miqdarında pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 353.1, 353.2, 353.4 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və C03443688 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı, video, səs yazısı, ifadələrin yerində yoxlanılması və şübhəli şəxsin dinidirilməsinə dair 8 (səkkiz) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə aparılmış 4 ədəd məhkəmə-psixoloji ekspertizasına görə hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov
2. Səxavət Hüseynov