Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-33/2025 09.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 12:25 Hakimlər - Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X4 iştirakları ilə xx xxxxxx 1997-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, subay, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, İğdır şəhəri, Mələkli qəsəbəsi, Pirsultan Abdal məhəlləsi, Mələkli küçəsi, ev 22 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə təkrar qaçaqmalçılıq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparacağı barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirməklə Türkiyə Respublikasında istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi 76AJ470/76AAS277 qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə daşıdığı divar panellərinin içərisində saxlamış, 3 iyun 2025-ci il tarixdə, saat 14:00 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımaqla, Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə daxil olarkən idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı divar panellərinin içərisində həmin 24 ədəd bağlamada 77 kq 150 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, 4 iyun 2025-ci il tarixdə, saat 07:00 radələrində Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı daşımaqla Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postundan ölkədən tranzit çıxış edərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə təkrar qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postunun əməkdaşları tərəfindən nəqliyyat vasitəsində yoxlama aparılarkən daşıdığı divar panellərinin 12 ədədinin içərisindən aşkarlanmasını çətinləşdirən üsullarla gizlədilmiş halda 24 ədəd gümüşü rəngli folqa bağlamalarında ayrı-ayrılıqda təmiz çəkiləri 3200 qram; 3250 qram; 3450 qram; 3200 qram; 3200 qram; 3200 qram; 3100 qram; 3200 qram; 3150 qram; 3200 qram; 3200 qram; 3200 qram; 3150 qram; 3150 qram; 3150 qram; 3150 qram; 2950 qram; 3400 qram; 3200 qram; 3200 qram; 3200 qram; 3200 qram; 3300 qram; 3550 qram olmaqla xüsusilə külli miqdarda-ümumi təmiz çəkisi 77 kq 150 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bundan 2,6 il əvvəl piyada gedərkən qəbiristanlıqda yüksəkdən düşüb qəza keçirmiş, 7-8 ay yatalaq qalmış, qəza nəticəsində 7 yeri qırılmış, bir müddətdir ki, özünü yaxşı hiss etdiyi üçün tır sürücüsü işləməyə qərar vermiş, yanvarın 28-dən "Şahin Transport" firmasında Volkan Şahinin yanında tır sürücüsü kimi işə başlamışdır. Həmin vaxta qədər iş yeri olmamış, taksi sürücüsü işləmiş, taksi işləyən vaxtlarda isə Volkan Şahinlə tanışlığı olmamışdır. Heç kimsə onu aldadıb tır sürücüsü etməmiş, özü tır sürücüsü olmağı istəmiş, məhəllədən İbrahim adında dostu olmuş, o Volkanın yanında tır sürücüsü işləmiş, dostu ona “Gəl səni burada işə düzəldək, səndə tır sürücüsü işlə” – demiş, yıxılanda 7 yeri qırıldığı üçün başqa işlərdə işləyə bilməmiş, “Özünə tır sürmək üçün sürücülük vəsiqəsi al gəl bizimlə işlə” - demiş, bu fikir ona məntiqli gəlmiş, sürücülük vəsiqəsini aldıqdan sonra gedib Volkan Şahinlə tanış olmuşdur. 5 ay əvvəl sürücülük vəsiqəsi aldığı üçün tır sürücüsü kimi təcrübəsi olmamış, ona görə də heç kim onu tır sürücüsü kimi işə götürməmiş, Volkan Şahinində tır sürücüsü ehtiyacı olduğu üçün onla danışmış, Volkan Şahinində onu işə götürmüşdür. Volkan Şahinlə görüşəndə “Onur hələ sən yeni sürücüsən, bu işdə təcrübən yoxdur, həmdə qış ayıdır. Tırın kasko sığortası var, amma tır sürücüsü çətindir, başdan bu danışıqları edirəm ki, xəbərin olsun. Get dediklərimi yaxşı düşün, son qərarın nə olsa edərik” – demişdir. Volkan Şahin həm onun sağlığını düşündüyü üçün, həm də təcrübəsi olmadığı üçün tırın kasko sığortası olduğunu demişdir. İşləməyə ehtiyacı olduğu üçün sürücülük vəsiqəsini 40 000 türk lirasına almış, 28 yanvar tarixində onun yanında işə başlamışdır. Volkan Şahinin narkotik daşıması ilə bağlı heç bir məlumatı olmamış, onunla heç bir düşmənçiliyi olmamışdır. İrana gedən zaman onlara 450 dollar fiks vermişlər və bu fikslərdən onlara 150-200 dollar pul qalmış, İbrahim ona hər ay yemək içmək xaric, təmiz qazanc 40000-45000 türk lirası pul qaldığını söyləmişdir. İbrahimlə bu işdə o qədər də yüklü-çox pul qalacağı barədə heç bir söhbət etməmişdir. Ümumillikdə 5-6 dəfə İran İslam Respublikasına getmişdir. Sonuncu dəfə də İrana Şahtaxtı gömrüyündən keçərək getmiş, Türkiyə Respublikasından apardığı profil yükünü Tehranda Şəhriyar gömrüyünə boşaltmışdır. X12 hər zaman olduğu kimi ona yeni alacağı yükün adresini atmış, oda hər zamankı kimi yükün olduğu adresə gedib, yükü yükləyib videolarını və şəkillərini çəkib müdirinə atmışdır. Onlar hər zaman bu qayda ilə işləmişlər, həmişə müdirləri Volkan Şahin vatcapda-“WhatsApp” yükün olduğu adresi atmış, onlarda gedib yükü götürüb yükləmişlər. Onlar sürücü olaraq heç vaxt yükü tapmamışlar, onun qiymətini danışmamışlar, çünki onlar şirkətin sürücüləri olmuşlar, bu işlərin hamısını şirkətin özü həll etmişdir. O, sadəcə aylıq olaraq 25 000 türk lirası əmək haqqına işləmiş, o pulda Azərbaycanda təxminən 900 manat etmişdir. İrana gedən zaman isə onlara 450 dollar fix verdiklərini, burdanda hər reyslərinə 100 -150 dollar onlara pul qalmışdır. Yük nəqliyyat vasitəsinin, şirkətin və karqo pulunun da onun olmadığını, yükü satanın və ya alanın da o olmadığını, sadəcə sürücü işlədiyini bildirmişdir. Ona hansı adresi atsalar gedib yükü götürmüş, yükü alıb gəlmiş, yükün içində nə olduğu ilə maraqlanmamışdır. Gömrükdə yoxlanış zamanı divar panelini qıraraq içindəki narkotiki çıxarmışlar. Yükü alanın Volkan Şahin olduğunu olmuş, onlar yükü danışıb, o isə gedib götürmüşdür. Onun bunlarla heç bir əlaqəsi olmamışdır. X8 yeni alacağı yükün adresini və yük sahibinin nömrəsini atmış, yükün nə olduğunu heç Volkan Şahindən soruşmamış, həmin yükü gedib götürərsən deyə vatçapda yazışmaları və səsi də olmuşdur. Yükün sənədlərdə yazıldığı kimi İstanbulda “Murad bəy” gömrüyünə gedəcəyini bildirmişdir. Volkan Şahinin ona həmişə dediyi kimi yük yükləyən zaman onun videosun çəkmişdir. Yükü yükləyən portivini çəkmiş, yükün qırığı və əziyi olanda görülsün deyə onlar yükü vuran zaman yükün videosun çəkib müdirə atmışlar, onlara müdiri belə tapşırıq verdiyi üçün belə işləmişlər. Bütün yüklərinin videosun çəkmiş, bundan əvvəldə apardığı yüklərində videosun çəkib atmışdır. İrandan davamlı olaraq Petrol kimyadan “PVC” yükləmiş, bunlar bilinən yüklər olduğu üçün onların videosun çəkməsələr də, digər yüklərin hər birinin videosun çəkmişlər. Volkan Şahin yükə görə 2200 dollar daşıma pulu almağını demiş, həmin pulun ona çatmadığını, o pulun daşıma haqqı olduğunu, onun sadəcə aylıq maaş 25000 türk lirası əmək haqqı aldığını qeyd etmişdir. Ona atdıqları adresə getmiş, İranda da adresi göstərən internet tam dəqiq işləmədiyi üçün Volkan Şahin yük sahibinin nömrəsini ona atmış, onun da nömrəsini yük sahibinə atmışdır. O, adam da telefonuna zəng vurmuş, “hi”- deyə mesaj atmışdır. O, adresi tapa bilmədiyi üçün Volkan Şahində “Olduğun yeri at” - demiş, adresi Volkan Şahinə atmış, Volkan Şahində o atdığı adresi həmin adamlara atdığı üçün onlarda onun qarşısına motosiklet göndərmişlər. Fabrikə 700-800 metr qalmış qarşısına motosikletlə adam gəlmiş, həmin motosiklet qabaqda, oda motosikletin arxasınca fabrikaya getmişdir. Fabrikaya getdiyi zaman bu yüklər fabrikanın baxçasında olmuş, yüklərin hamısı eyni yerə yığılmış, ora çatan zaman nəqliyyatın yük yerinin çadırını açmış, nəqliyyat vasitəsinin yük yerini açıb çəkdiyi videoda olduğu kimi yükləri portivlə yükləmişlər. İranda qapı boyda iri panellər yükləmişlər, amma neçə ədəd olduqlarını isə bilməmiş, tərəziyə gedən zaman səhv etmirsə yükün çəkisi 8.5 ton olmuşdur. Yük yükləndikdən sonra nəqliyyat vasitəsinin üstünə çıxıb baxmamış, çünki hər tərəf qapalı olmuşdur. Ayın 4-dən 2-3 gün əvvəl yükü vurmuşlar. Yüklərə yaxın məsafədə olmuş, amma yüklərin içərisinə baxmamış, yükün nə olduğu onu maraqlandırmamışdır. O yükün nədən hazırlandığı, necə hazırlandığı bilməmişdir. Yük nəqliyyat vasitəsinin üzərində adam olmamış, yük tıra portivlə yükləndikdən sonra kiminsə ora daş qoyduğunu görməmişdir. Daha sonrada videosunu Volkan Şahinə atmış, Volkan Şahində “Tamam gəl” – dediyi üçün tırın yük çadırının kənarlarını bağlayıb gəlmişdir. Tehranda Şəhriyar gömrüyündə Türkiyədən gətirdiyi yükü boşaldan zaman tırın yanacaq çənini vurmuş, bu hadisəyə görə Volkan Şahin onunla kobud danışmış, oda Ərdala “İşdən çıxacam” – yazmış, bundan 1 həftə əvvəl isə Türkmənistan və Özbəkistana işləyəcəyi üçün Murad Güləkli firması ilə danışıb Volkan Şahinin şirkətindən ayrılmaq qərarına gəlmişdir. İran yaxın olduğu üçün ora getmək istəməmiş, ayda 4 dəfə İrana get-gəl adamı yormuş, amma Özbəkistan və Türkmənistana ayda 1 dəfə gedib və geridə qalan günləri istirahət etmək olmuş, Volkan Şahinə də Türkiyəyə gəlim işdən çıxacam deyə bildirmiş, bundan 3-4 gün əvvəldə mübahisə də vatcapdan yazmışlar. Telefonunda onlara yazmağı barədə məlumat olmuşdur. Culfaya gəldikdən sonra yoxlamadan keçmiş, gömrük əməkdaşları yük nəqliyyat vasitəsinin kabinkasını, çölünü, içərisini və onun üstünü yoxlamışlar. İranda vurulan möhürü kəsib yükü açıb yoxlamışlar, sonra təkrar bağlayıb möhürləmişlər. Culfa gömrüyünə gələn zaman yük nəqliyyat vasitəsinin yanacaq çənini vurmuş, onu təmir elətdirmişdir. Oradan gəldikdən sonra səhər saat 6-7 radələri olardı ki, Sədərək gömrüyünə girmiş, həmin vaxt onun tırından qabaqda 3-4 dənə tır olmuş, çıxış sənədlərini hazırlayan zaman həmin tırlar onun qabağında olmuş, həmin tır şöfirləri də sənədlərin hazırlayıb, çıxış pulunu ödəyib onunla bərabər yoxlamaya getmişlər. Onlar gömrüyə girən zaman orada hər hansı gömrük əməkdaşı olmamış, onlar həmin vaxt yük nəqliyyat vasitəsinə baxış keçirmişlər. Onlar sənədləri aparıb çıxış pulun ödəmişlər, orada onlara “Sistem sənin avtomobilini “XR” atdı, ora yoxlanmağa get” – demişlər. Oda yük nəqliyyat vasitəsini parka aparmış, anbarda yoxlama olunacaq demişlər, anbarda da yoxlama uzun çəkdiyi üçün gömrüyün içərisinə gəlib müayinə sənədini Anar bəylə, Hümbət rəisə göstərib “Mənim müayinəm var, mən tez getməliyəm” – deyə bildirərək onu qabaq sıraya almaqlarını xahiş etmişdir. Ora göndərdikdən 4 saat sonra yoxlama başlanmış, yoxlamaya gedən zaman konsulluğa 2 dəfə zəng edib “Sədərək gömrüyündəyəm, Türkiyədə müayinəm var, ora getməliyəm” – demişdir. Avtomobilini gömrükdə keçirmələri üçün konsulluğa zəng etməmiş, sadəcə konsulluğa zəng edib imkan olsa gömrüyə desinlər onu tez yola salsınlar deyə xahiş etmişdir. Tır sürücüləri tələsəndə konsulluğa zəng etmişlər. Konsulluq ona gömrüklə danışıb xəbər edəcəyini demişlər, daha sonra ona zəng edərək Anar bəylə danışdıqlarını, yük nəqliyyat vasitəsinin yoxlanışını qabaq sıraya alacaqlarını bildirmişlər. Gömrüyə gələn zaman hər tıra yoxlama çıxmamış, gömrük sistemi kimin nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini göstərirsə, həmin avtomobillər “XR” yoxlamasına getmişdir. Hər 100 avtomobildən 10-nu “XR” yoxlamasına getdiyini bildirmiş, sistem gömrükdə istər girişdə, istərsə də çıxışda yoxlama verə biləcəyini, Culfa gömrüyündən yoxlanıb gəldiyi üçün onu burada yoxlamaya yolamalarından şübhələnmədiyini söyləmişdir. Daha sonra gömrük əməkdaşı ondan üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir predmentin olub - olmamasını soruşmuşlar, oda heç nə olmadığı üçün yox demişdir. Gömrük əməkdaşları nəqliyyat vasitəsinin kabinini, çölünü və onun üzərini yoxlamışlar. Qadağan olunmuş nə isə olmadığı üçün təmiz çıxmış, yük nəqliyyat vasitəsində qadağan olunmuş kənar heç bir şey olmamış, tırın möhürünü kəsmiş, yükə baxmışlar. Həmin möhür İran İslam Respublikasında vurulmuş, burada Culfa gömrüyündə yük nəqliyyat vasitəsini yoxladıqdan sonra qapıları bağlamış, yenidən möhür vurmuşlar. Gömrük əməkdaşları açana qədər möhür pozulmamış, sağlamıymış, gömrükdə yükün yerini açmış, onun yanında yükə baxış keçirmişlər, narkotiklə bağlı heç nə demədikləri üçün ondan xəbəri olmamış, narkotik vasitənin hansından çıxdığını bilməmiş, gömrükdə tırın yük yerin açıb portivlə yarısını yerə endirmişlər, həm yerdəki yükləri, həm də tırın üzərində qalan yükləri şişlə deşmişlər. Sonrada yükləri axtarmaq üçün yoxlama iti gətirmişlər. Gömrük əməkdaşları ondan yenidən yük nəqliyyat vasitəndə qanunsuz hər hansı bir predmentin olub - olmamasını soruşmuşlar, oda qanunsuz heç bir şeyi olmadığını demişdir. Yerə endirdikləri yükləri portivlə yoxlama anbarına aparmışlar. Yoxlama anbarında yükləri monitordan keçirdikdən sonra gömrük əməkdaşları gəlib ona “Yükün içərisindən narkotik vasitə çıxdı” – demiş, lakin ona daşla bağlı heç nə deməmişlər. Oda narkotik çıxdığını eşidib şok olmuş, çünki onun narkotikdən xəbəri olmamış, gömrük əməkdaşları dedikdən sonra bilmişdir. Sonra onu gözləmə yerinə aparmışlar, gedib orada oturdub yeməyini yemiş, çayını içmişdir. Gömrük əməkdaşları da bəzi yükləri monitordan keçirib onları qıraraq içərisindən narkotik maddə çıxarmışlar. Narkotikin ora necə yerləşdirdiklərini bilməmiş, gömrükdə ona narkotik vasitənin sellofanların içərisində gümüş rəngli falqa kağızlarına bükülü vəziyyətdə olduğunu göstərmişlər. Narkotikin çəkisini o bilməmiş, burada yazıldığı kimi səhv xatırlamırsa 77 kq olmuşdur. Gömrükdə narkotiki onun yanında çəkmişlər, amma çəkiləri tam dəqiq xatırlamamışdır. Yerə endirdikləri yüklə tırın üzərində qalan yüklərin hamısı eyni olmuş, onlarda fərq görməmiş, hətta yüklərə şişlə baxdıqdan sonra ondan qoxu varmı? - deyə soruşanda heç nə anlamamışdır. Gömrük əməkdaşlarından daşıdığı yükdə narkotik vasitəsi olduğunu öyrənmiş, əməkdaşlar ona – “Yük nəqliyyat vasitəsində yoxlanış aparılacaq” – demişlər, həmin tarixdə də Türkiyədə xəstəxanada müayinəsi olmuş, xəstəxanaya getməliymiş, hansı tarixdə orada olacağı barədə sənədi olmuş, ona – “Sənin avtomobilin anbarda yoxlanacaq” – demişlər, orada da sıra çox olduğundan bəzən 2-3 gün gözləyirsən deyə bildirmişdir. O müayinəyə gedəcəyi üçün buradakı konsulluğa zəng etmiş, konsulluğun əməkdaşına “Mənim Türkiyədə müayinəm var, təcili getməliyəm mənə kömək edin” – deyə söyləmiş, onlarda gömrükdə Anar bəyə zəng ediblər, Anar bəy ona köməklik etmiş, onu sıradan öncəyə keçirmişlər. Normalda o orada 2-3 gün gözləyəcəkmiş, onun özü konsulluğa zəng edib “Tez yoxlasınlar” - demişdir. Onu ilk sıraya alıb, yoxlamışlar. Yükü monitora aparmışlar, monitora qoyduqdan sonra yükün içindən narkotik vasitə olduğunu görmüşlər, ona isə bunu sonradan demişlər. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. İran İslam Respublikasında yükü yükləyərkən telefonla videoya çəkmiş, orada yükü yükləyən portiv, hər kəs videoya düşmüş, onlar yükü necə hazırladıqlarını onun tərkibində nə olduğunu bilməmiş, qanundan kənar heç nə götürmək istəməmiş, hətta 3 blok siqaret qoymadıqları üçün o özünə 1 blok siqaret götürmüşdir. Daşıdığı yükün çölünə cavabdeh olduğunu, içinin onu maraqlandırmadığını, onun o yükü almağa dair imzası olmadığını, tırın kabininə, saxlanc yerlərinə və çölünə gözlə görünən yerlərinə cavabdeh olduğunu, həmin yerlərində yoxlama zamanı təmiz olduğunu, qanunsuz heç nə olmadığını, yüklərə cavabdehin sənədlərdə yazıldığı kimi daşıyıcı şirkət "Şahin Transport" olduğunu bildirmişdir. O hər dəfə yük nəqliyyat vasitəsini yoxlamış, ora heç kəsin narkotik qoya bilməyəcəyini söyləmişdir. Volkan Şahinlə heç bir düşmənçiliyi olmamışdır. İranda 9 gün qalmış, Naxçıvana 5-6-cı dəfə gəlmiş, hər dəfə eyni yükləri aparmamış, fərqli yüklər də olmuş, sonuncu yükü divar paneli olmuş, gömrükdə yükü hər zaman eyni qaydada yoxlamışlar, sadəcə sonuncu yoxlama daha da dəqiq aparılmışdır. Sürücü olaraq daşıdığı yükə cavabdehlik daşımış, nəqliyyat vasitəsini idarə etməyə cavabdeh olmuş, sürücüdür əgər tır aşarsa, yük əzilib - qırılarsa onlara cavabdehlik daşımış, yük məsuliyyəti onda olmamış, yükə bir şey olarsa o yox, qarşılığını şirkət qarşılamışdır. İndiyə kimi narkotik satanlarla dolaylısı və ya birbaşa heç bir əlaqəsi olmamış, o fabrikanın nə buraxdığını bilməmiş, ilk dəfə həmin fabrikə getmiş, fabrikin qarşısında sadəcə onun yük nəqliyyat vasitəsi olmuş, hər yükdə qarşısına motosiklet gəlməmiş, ilk dəfə bu yükdə belə bir şey olmuşdur. Bu və digər yüklərin videosunu Volkan Şahinə və mühasib Ərdala atmağı telefonunda olmuş, yükün sığortasını Volkan Şahin etmiş, gömrükdə keçəndə yük sığortalanmış, əgər onun başına bir iş gəlsə bunun cavabdehi Volkan Şahin olmuşdur. Gömrüyə girən zaman bəzi tır sürücüləri xidməti itlə tırını yoxlatmışlar, amma o elə bir şey etməmiş, tırı yoxlatmağa ehtiyac görməmiş, belə bir şeyin olacağı ağlına gəlməmişdir. Yükü yerindən götürüb gömrüyə gəldiyi yerə qədər onun dəyişilmək ehtimalı olmamışdır. Gömrükdə yükün götürülməsində və yoxlanışında onun özü iştirak etmiş, əlavə olaraq orada hal şahidlərində iştirak etmişlər. Narkotiki ora gömrük əməkdaşlarının qoymaq ehtimalı da olmamışdır. Başqa tır sürücüləri ilə arasında narkotiklə bağlı söhbəti olmamışdır. Rıdvanın onun doğma qardaşı olduğunu, qardaşlarının işləyib evi dolandırdıqlarını, Rıdvanla hər gün, demək olar ki, günün istənilən saatında danışdıqlarını, onların evi olmadığı üçün qardaşı ilə o hər gün ev və bahalı avtomobil almaqları xəyallarını qurduğunu söyləmişdir. Bundan 5 ay əvvəl hətta ondan öncədə onlar bir-birilərinə ev layihələri və bahalı avtomobillər atmışlar. Avtomobillərin qiymətləri 100000 dolar 5 milyon dolar qiymətində olmuş, almaq üçün bunların xəyalını qurmuşlar. Ev tikmək üçün elə araşdırmalar edib layihələrə baxmışlar. Qardaşı mühəndis işlədiyi üçün 4000 manat maaş almış, artıq 3-4 ildir ki, bu işdə işləmiş özü üçün pul yığmışdır. Təxminən 30-35 il bundan öncə inşa edilən bir otaq, bir salonda üzərisi torpaq olan evləri olduğu üçün torpaqlarında ev tikməyi düşünmüşlər. Telefonda şəkillər olduğunu, amma “Gəlirəm ev tikək deyə qardaşımla belə bir danışığımız olmayıb” –deyə danışıqları olmadığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ümumilikdə Gömrük xidmətində 5 il, kinoloji xidmətdə isə 3 ildir işləyir. xx.xx.2025-ci ildə Sədərək gömrük postunda xidmətdə olarkən daxili olan əməliyyat məlumatı əsasında yük nəqliyyat vasitəsinə baxış keçirməyi haqqında tapşırıq verilmişdir. Əməliyyat məlumatı məxfi olduğu üçün o haqqda heç nə deyə bilməyəcəyini, amma narkotiklə bağlı məlumat olduğunu bildirmişdir. Yük nəqliyyat vasitəsi İran İslam Respublikasından gələrək Culfa gömrük postundan Azərbaycan Respublikasına keçmiş, oradan da onların olduğu posta gəlmişdir. Sədərək gömrük postunda çıxışa gedən avtomobillərin Culfadan gəldiyi üçün “XR” girmədiklərini, onlar hər hansı avtomobildən şübhələndikdə, avtomobil sistemdə qırmızıya düşəndə və ya əməliyyat məlumatı olanda avtomobili yoxlamaya aldıqlarını, ilk öncə “XR” salıb sonra anbara aparıb yoxladıqlarını, anbarları girişdə yerləşdiyi üçün həmin yük nəqliyyat vasitəsini çıxışdan giriş istiqamətinə anbara gətirdiklərini söyləmişdir. O gün anbarda yoxlama qrupunda gömrük əməkdaşı Kamran olmuşdur. Ona – “Bir nəqliyyat vasitəsi var, biz ona baxış keçirməliyik”- deyə təklif etmiş, Kamranda nəqliyyat vasitəsinin yanına gəlmişdir. İlk öncə avtomobilin kabinkasına və çöl hissəsinə baxmışlar, sonra onlar yükə baxış keçirmək qərarına gəlmişlər. İlk öncə yükə baxış keçirmək üçün şərait yaratmışlar. Xidmət vaxtı bütün avtomobilləri yoxlayan zaman sürücülərin hər birinə hüquq və vəzifələrini izah etmişlər. Yoxlamamışdan əvvəl onlardan bəyan olunmamış spirtli içki, siqaret və ya hər hansı başqa bir predmentin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxsin yükünü boşaldanda bütün qaydaları ona izah etmiş, “Yükündən nə isə çıxsa sən məsuliyyətə cəlb olunasan” – deyə bildirmişlər. Yük nəqliyyat vasitəsinin sağ tərəfdən yük hissəsini çadırını açaraq ora kinoloji xidmət iti tətbiq edə biləcəkləri şəkildə yükü yerə endirmişlər. Yoxlama şəraiti yaratdıqdan sonra yükə kinoloji it tətbiq etmişlər, itin reaksiyası nəticəsində marixuanaya bənzər narkotik vasitə tapmışlar. Həmin yük nəqliyyat vasitəsini “XR” da yoxlamışlar, yük nəqliyyat vasitəsində 40 dənə panel üst-üstə yığıldığı üçün“XR” aydın göstərməmiş, orada olan sıxlığı heç bir aparatın aşkar edə bilməyəcəyini söyləmişdir. “XR” da heç nə görsənməsə də, onlar əməliyyat məlumatı olduğu üçün həmin yük nəqliyyat vasitəsini yoxlama qrupuna vermişlər. Ondan yükü necə yoxlayacağını və kinoloji iti necə tətbiq edəcəyini soruşmuşlar. O Yükün bir hissəsini aşağı endirib yoxlasaq daha effektli olar”- deyə təklif etmiş, onun dediyi kimi yükü qabaq hissəsindən və arxasından bir sıra saxlayıb, yükün orta hissəsi və sol tərəfi tam yerə endirmişlər. Onların içərisi “silikon” olduğu üçün hər tərəfi bağlı olmuş, elə heç nəyi müayinə edə bilmədikləri üçün həmin yükləri şişlə deşək deyə təklif etmişlər. Narkotik vasitə folqaya yığılıb panelinin ortasına qoyulmuş, divar panellərinin hər iki kənar hissələri silikonla doldurub bağlamışlar. Folqa görsənməmiş, panellərin hər iki kənarı silikonla örtülmüşdür. Folqa panelin içərisində olduğu üçün şişi divar panelinə vuranda onu deşmişdir. Folqa deşildiyi üçün it reaksiya vermiş, itin reaksiya verdiyi panelləri monitoro qoymuşlar, oradan narkotik çıxdıqdan sonra hər birini ayrı-ayrılıqda balaca “XR” qurğusundan keçirmişlər. Yüklə qarışıq yerləşdirilmiş, avtomobilin sol tərəfində panellərin arasında boşluq olmuş, onların hər birini o, şişlə deşdirmişdir. Yükləri şişlə deşdikdən sonra marixuanaya bənzər maddə çıxmış, özüdə təlim keçdiyi üçün qoxsundan nə olduğunu hiss etmiş, orada olan əməliyyatçı kənarda durub onun yükə baxış keçirtməyinə nəzarət etmiş, Kamranda yanlarında olmuşdur. Həmin maddənin iyindən hiss etmiş, hətta adının nə olduğuna qədər demişdir. Sonra kinoloji iti gətirib tətbiq etmiş, it avtomobilin içində iki yerdə reaksiya vermişdir. Yükləri şişlə deşməsə idi, heç nə hiss edə bilməyəcəklərini, çünki, panelin içərisindəki narkotik folqaya büküldüyü üçün onun qoxsunu çölə vermədiyini bildirmişdir. Folqanı deşməsəydilər qoxu verməyəcəyi üçün itin ona reaksiya verməyəcəyini, belə olanda narkotiki aşkar edə bilməyəcəklərini söyləmişdir. Narkotik vasitə həm yerə endirdiklərindən, həm də avtomobilin üzərində olan yükdən çıxmış, 12 ədəd panelin içərisindən hər birindən 2 bağlama olmaqla ümumilikdə 24 ədəd bağlamada çıxmışdır. Qablaşdırma ilə çəkisi 86.5 kq, xalis çəkisi 77 kq olmuşdur. Çıxan narkotiklərin hər biri folqaya bükülmüş, panelə ikisinin birlikdə çəkisi 6.5 -7 kq, tək çəkiləri isə 3.100 kq, 3.200 kq olmuş olurdu. Narkotik yerə endirdikləri yüklərdə də olmuş, yerə endirdikləri yüklərə fikir verməmiş, amma tırın yük yerində olanlarda balaca daş olmuşdur. Narkotiki aşkarlayandan sonra başları ona qarışmış, iti aparıb yerinə qataraq anbara qayıdıb işlərinə davam etmişlər. Yoxlanmamışdan əvvəl bütün qaydaları təqsirləndirilən şəxsə izah etmişlər, yükdə bu maddə çıxdıqdan sonrada ona cinayət məsuliyyəti daşıdığını demişlər, Azərbaycan Respublikası tranzit keçidlərdən belə əməlləri etməyin qadağan olduğunu bildirmişlər, təqsirləndirilən şəxs də bildiyini söyləmişdir. Panellərin hər biri şəxsin özünün yanında çəkilmişdir. Yükdən narkotik çıxdıqdan sonra onlar təqsirləndirilən şəxsi mühafizəyə təhvil vermişlər, sonra olanlardan xəbəri olmamışdır. Narkotik çıxan panellərlə çıxmayan panellərin arasında elə bir fərq olmamış, sadəcə çəki fərqi olmuş, Həm narkotik çıxan panellərdə, həm də digərlərində silikon olmuş, əgər onlar bir- birindən fərqlənsə idilər, yükə Culfa gömrüyündə baxış keçirilən zaman orada aşkarlanacağını bildirmişdir. Culfa gömrüyündə yük nəqliyyat vasitəsinə xidməti it tətbiq edilməmiş, onun “XR”-də görsənməməsinin səbəbi folqa yox, yükün sıxlığı olmuş, qoxu verməsin deyə narkotiki folqada qablaşdırmışlar. Sözügedən yük nəqliyyat vasitəsində 10 ədəd panel bir-birini üzərinə yığılmış, sonra bir az aradan məsafə qoyub, yenidən 10 ədəd panel üzərinə yığılmışdır. Tırın başlanğıcından sonuna bir sırada 40 ədəd divar paneli olmuş, bu cür düzülüşdə sıxlıq yarandığı üçün “XR” bunu heç cürə aşkar edə bilməmişdir. Əgər həmin divar panellərini ayırıb 10-10 “XR” qurğusuna salınsa o zaman içərisində nə olduğunu aşkar etməyin mümkün olacağını bildirmişdir. Hər yüklənən panellə yükünün arasına palet qoyulmuşdur. Divar paneli olan yükün üzəri dəmir list, içərisi isə silikon olmuşdur. O , yükün yığılmağında fərqlilik hiss etməmiş, normal şəkildə yığılmışdır. Yüklər əl ilə yığılan yük olmamış, 10 ədəd panel üst-üstə yığıldıqdan sonra portivlə tırın üzərinə yüklənmişdir. Yük planlı şəkildə yüklənmiş, çünki qaçaqmalçılıq cinayətin törədənlərin halhazırda bu işi gömrükçülərdən yaxşı bildiyini, onların “XR” qurğusundan tutmuş, kinoloji xidməti itinə qədər hər şeyləri olduğunu söyləmişdir. Həmin cinayəti törədən şəxslərin yük çıxmamışdan əvvəl gömrükdə edilən yoxlamaları test edib göndərdiklərini söyləmişdir. O, yükə baxış şəklini düzgün seçdiyi üçün narkotiki aşkar edə bilmişdir. Narkotiki tapdıqdan sonra daşları görmüş, narkotik yükün içərisinə qarışıq vurulmuş, yoxlanış zamanı bir paneldən çıxan narkotik, elə olmuş ki, 6 paneldən çıxmamış, elə də olmuş ki, narkotik ikisindən arxa-arxaya aşkarlanmışdır. Narkotik bir sıradan yox, fərqli yerlərdən ortadan, əvvəldən, sondan da çıxmışdır. Bir sırada 40 ədəd panel yığılmış, daş onlardan birinin üzərinə qoyulmuş, kinoloji it yoxlanış zamanı reaksiya vermiş və itin reaksiya verdiyi hər bir panelin üzərində balaca daşlar olmuş, onlar tək itin reaksiya verdiyi panelləri deyil, hər birini balaca “XR” qurğusundan keçirmişlər. Daş qoyulan sıradan hər hansı birindən təxminən 4-5 paneldən narkotik çıxmışdır. Onlar balaca, sarı rəngdə, dırnaq boyda 3 ədəd daş olmuşdur. Hansı panelin üzərində daş qoyulmuşdusa, həmin panellərdən narkotik çıxmış, digərlərindən isə yox, ona görə də onların işarə üçün qoyulduğunu düşünmüşdür. Onun zənnincə o daşlar yük yığılandan sonra qoyulmuş, lakin onları yükün altına qoymamışlar. Yük yığıldıqdan sonra daşı boşluqlara qoymüşlar. O daşları nə etdiklərini bilməmiş, narkotiki tapdıqları üçün sevindiklərindən o arada həmin daşları götürmək və ya şəklini çəkmək ağıllarına gəlməmişdir. Daşı o görmüş, panellərin arasına əl ilə qoyulmuş, xüsusi olaraq hər hansı vasitə ilə ora yerləşdirməmişlər, çünki daş sadəcə panelin üzərində durmuşdur. O qədər yolu hərəkət edən yük nəqliyyat vasitəsindəki daşın panelin üzərində necə qaldığı onun özünə də maraqlı gəlmişdir. Yerə endirilən iki paneldə görməmiş, amma avtomobilin üzərində itin reaksiya verdiyi yerdə daş olmuşdur. Orada daşı gördükdən sonra digərlərinə də demiş, digər şahid də daşdan məlumatı olmuşdur. Daş olan hər bir sıradan narkotik aşkarlanmış, yerə endirdikləri panellərdən də narkotik çıxmışdır. Həmin yükləri portivlə yeri endirən zaman daşların düşə biləcəyini düşünmüşdür. Yük açılmamışdan da əvvəldə təqsirləndirilən şəxsin tələskənliyi olmuş, getməyə çalışmış, Onur özü orada konsulluğa zəng etmişdir. Yükü boşaldanda onlara qarşı heç bir maneçiliyi olmamış, sadəcə onun yükünü niyə boşaltdığını soruşmuşdur. Onlar içəridə sənədləri yoxlayanlara hansı nömrəli nəqliyyat vasitəsi yoxlamaya alınacaqsa onu sistemə vurmaqlarını demişlər, inspektor da həmin nömrəni avtomobil yaxınlaşanda zəng edib söyləmiş və yoxlamaya yollamışlar. Təqsirləndirilən şəxsin tələsməyi onlarda şübhə yaratmaq üçün bəs etmiş, onlar kiminsə tapşırığına görə və ya təqsirləndirilən şəxsin tələsməyinə görə yox, sırf əməliyyat məlumatına görə təqsirləndirilən şəxsin yoxlamasını əvvələ salmışlar. Yoxlama qrupuna verilən avtomobillərin sıra ilə çıxarıldığını, anbara aparılıb orada baxış keçirildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iyunun 4-ü günorta vaxtlarında əməliyyat bölməsinə məlumat daxil olmuş, həmin gün anbarda növbədə o olmuş, Şahid2 ona Yük nəqliyyat vasitəsi var, onu yoxlamaq lazımdır” - demiş, onlar da yük nəqliyyat vasitəsini anbara gətirmişlər. Nəqliyyat vasitəsinin Azərbaycan Respublikasından Türkiyəyə Respublikasına keçdiyini, çıxış istiqamətində olduğunu, nəqliyyat vasitəsi çıxışa gələn zaman artıq yük nəqliyyat vasitəsini yoxlanacağı məlumatının daxil olduğunu bildirmişdir. Gömrükdə səthi və əsaslı olan iki cür yoxlama olduğunu, hansı nəqliyyat vasitəsi Culfa gömrüyündən keçib onların gömrüyünə girirsə o nəqliyyat vasitəsinin təxminən 10-12 dəqiqə ərzində səthi yoxlanıldığını, hər hansı nəqliyyat vasitəsi ilə bağlı əməliyyat məlumatı varsa və ya “XR” qurğusunda hər nə isə aşkarlansa onları dəqiq yoxlanışa aldıqlarını söyləmişdir. Belə yoxlamaya təxminən 1-2 saat vaxtları getdiyini, onların hər hansı nəqliyyat vasitəsinin neçə saat yoxlayacaqlarına dair bir tələb olmadığını, bunun işin gedişatından asılı olaraq dəyişdiyini demişdir. Həmin günü orada əsaslı yoxlamada işləmiş, sözügedən yük nəqliyyat vasitəsi gömrüyə girən zaman onu çıxış istiqamətində gətirib Rentgen qurğusundan keçirmiş, sonra isə anbara gətirmişlər. Onlara verilən əməliyyat məlumatında narkotikin harada olduğu konkret məlum olmamış, buna görə də əvvəlcə yük nəqliyyat vasitəsinin kabinka hissəsini yoxlamış, oradan heç nə aşkar edə bilməmiş, tırın yük hissəsini açmış, yük hissənin divar paneli ilə yükləndiyini görmüşdür. Yükün kənarlarında təxminən 20 sm boşluq olmuş, orta hissələrdə boşluq olmamış, daşlar panelin üzərində dayanmışdır. Hər palet üzərinə 10 ədəd panel vurulmuş, bunlar bir-birindən ayaq vasitəsi ilə aralı dayanmış, yük nəqliyyat vasitəsində təxminən 480 ədəd panel olmuşdur. Bu proses çox uzun çəkmiş, gecə saat 5-in yarısına kimi yük nəqliyyat vasitəsini yoxlamasını bitirib, sonra şəxsin üst yoxlanışını etmişər. Artıq iki - üç paneldən narkotik çıxdıqdan sonra onlar yəyqinləşdirməyə çalışmışlar ki, narkotik olanları tez-tez monitordan keçirsinlər, sonra digərlərini yoxlasınlar. Panellərin hamısını monitordan keçirmək onların çox vaxtını alacağını bildirmişdir. Paletlərə yığılan panellərin hansıda narkotik varsa o sıraya balaca 3 ədəd daş qoyulmuş, onda bu daşların işarə məqsədi ilə qoyulduğunu anlamışlar. Orada 480 ədəd panel olduğu üçün işlərini asanlaşdırmaq məqsədi ilə hansı yükün üzərinə 3 dənə daş qoyulubsa ilk o sıranı yoxlamağa başlamışlar. Paletdə qoyulan 8 ədəd panelin sırasına daş qoyulmuş, daşları özüdə yaxından görmüş, səhv etmirsə daş qoyulan sırada 3-7 ədəd paneldə narkotik vasitə olmuşdur. Oradan çıxan daşları təqsirləndirilən şəxsə göstərməklərini xatırlamamışdır. Onsuz daş orada olsa da, olmasa da, onlar o yükün hamısını monitordan bir-bir keçirib yoxlamışlar. Daş yastı daş olduğu üçün həmin boşluğa söykənib qala bilmiş, daşlar yastı daş olduğu üçün düşmə ehtimalı çox az olmuş, onları o daş yönləndirməmiş, onsuz da bununla bağlı əməliyyat məlumatı daxil olmuş, yoxlama zamanı isə artıq “XR” şübhəli təsəvvür yaranmışdır. Daşların onlar üçün heç bir əhəmiyyəti olmamış, sadəcə işarə üçün qoyulmuş, ona görə də daşların sonrakı talehi barədə maraqlanmamışlar. Lakin onun zənnincə portiv yükləri yerə endirən zaman daşlar yerə düşmüşdür. Yük 6-8 paletdə yığılmış, divar panellərinin arası isə silikon olmuş, o, təxminən 10-15 paneli şişlə deşmiş, ondan sonra Əliəkbərə Yükə kinoloji it tətbiq edək” - demişdir. Kinoloji iti tətbiq edəndən sonra it yüklərə reaksiya vermiş, Əliəkbər kinolojidə olduğu üçün o daha yaxşı iti başa düşmüş, Ələkbər “İt yükə reaksiya verdi, amma nə olduğunu bilmərik” – demiş, onlar da yükləri monitor cihazından keçirmişlər. Narkotikin olmağını kinoloji iti tətbiq edən zaman itin reaksiya verməsindən, birdə yükü “XR” qurğusundan keçirən zaman şübhəli təsvir yaranmasından anlamışlar. Panelə şişi salan zaman nə isə hiss etmədiklərini, şişin 0.80 sm-1 metr, divar panellərinin uzunluğunun isə təxminən 2.5 metrdən çox olduğunu bildirmişdir. Panellər qalın olduğu üçün şişi üst hissədən salmışlar. Bu zaman səhv xatırlamırsa 3-cü paneldən maddə aşkarlanmış, maddə aşkarlanan divar panelini içərisini açmışlar, panelin içində iki hissəyə ayrılmış folqaya sarılmış onlara yad olan maddə aşkarlanmışdır. O, həmin folqaya bükülmüş bağlamaları açanda orada marixuanaya bənzər maddə olduğunu görmüş, ondan sonra digər panelləri də monitordan keçirmişlər. Təxminən 12 panelin hər birindən iki bağlam olmaqla narkotik çıxmış, ümumi 24 ədəd bağlama olmuşdur. Yüklərin hansı ki, onlara şübhəli təsvir bağışlamış, onların hər birindən narkotik çıxmışdır. Narkotik çıxanla çıxmayan panellərdə elə bir fərq olmamış, amma narkotik çıxanlar bir az digərinə münasibətdə ağır olmuşdur. Narkotik silikondan ağır gəlmiş, səhv xatırlamırsa ikisi birlikdə 7 kq olmuşdur. Onları elə çəkib dəqiq baxmamışlar, amma əli ilə götürəndə içində boşluq, laxlama hiss edilmişdir. Narkotikin çəkisi qablaşdırma ilə birlikdə səhv xatırlamırsa 86.6 kq, qablaşdırmadan sonra isə 77 kq olmuşdur. Bu proseslərin hamısı təqsirləndirilən şəxsin özünün iştirakı ilə olmuş, özü kənarda oturub baxmış, təqsirləndirilən şəxsdən üzərində və ya nəqliyyat vasitəsində qanunla qadağan olunmuş nə isə olub-olmadığını soruşmuşlar, oda qanunla qadağan olunmuş heç nə olmadığını söyləmiş, şəxs yoxlanmamışdan əvvəl sadəcə tələskənliyi olmuş, onlara “Sənədlərimi tez hazırlayın mən gedim demiş”, onu tələsdiyi üçün yox, əməliyyat məlumatı əsasında yoxlamışlar. Bir neçə dəfə “Sənədlərimi tez hazırlayın. Malı tez təhvil vermək üçün Türkiyə Respublikasına getməliyəm” –demiş, yoxlama zamanı yükdən maddə çıxdıqdan sonra ondan “Sənin bundan xəbərin var?” – deyə soruşanda xəbəri olmadığını bildirmişdir. Əlində isə müayinə sənədi görməmişdir. Məhkəmə istintaqında mütəxəssis X5 Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsində iştirak etmişdir. Cinayət prosesi tərəflərinin və məhkəmə kollegiyasının müvafiq suallarını cavablandırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 05 iyun 2025-ci il tarixli, 617 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən, şərti olaraq 1-24 rəqəmləri ilə nömrələnmiş gümüşü rəngli folqa bükümlərinin içərisindəki ayrı-ayrılıqda təmiz çəkiləri 1-3200 qram; 2- 3250 qram; 3-3450 qram; 4-3200 qram; 5-3200 qram; 6-3200 qram; 7-3100 qram; 8-3200 qram; 9-3150 qram; 10-3200 qram; 11-3200 qram; 12-3200 qram; 13-3150 qram; 14-3150 qram; 15-3150 qram; 16-3150 qram; 17-2950 qram; 18-3400 qram; 19-3200 qram; 20- 3200 qram; 21-3200 qram; 22-3200 qram; 23-3300 qram; 24-3550 qram olmaqla, ümumi təmiz çəkisi 77 kq 150 qram olan tünd-yaşıl rəngli, spesifik iyli, bitki mənşəli kütlələr narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (İ siyahı, İ bənd, sıra № 146) daxildir. Tədqiqata təqdim edilən 24 ədəd gümüşü rəngli folqa bükümlərində olan qurudulmuş marixuana xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eyniliktəşkil edir. - 22 iyul 2025-ci il tarixli, 736 nömrəli məhkəmə -bioloji ekspertizası rəyindən məlum olur ki, ekspertiza tədqiqata təqdim edilən qurudulmuş marixuana kütlələri ekspertiza tədqiqatlarına sərf olunmuş hissələri çıxılmaqla qalmış hissəsindən Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahısına (İ siyahı 109.1 nömrəli) əsasən qurudulmuş marixuana narkotik vasitəsi üçün xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi – yəni, 50000 qram götürülməsi üçün şərti 1-15 nömrəli gümüşü rəngli folqa bükümlərində və qalan 27149, 76 qram qurudulmuş marixuana narkotik vasitəsi şərti 16-24 nömrəli gümüşü rəngli folqa bükümlərində ayrı-ayrılıqda qablaşdırılmışdır. Naxçıvan MR X1 : - 11 iyul 2025-ci il tarixli, 328 saylı ambulator məcburi narkoloji yoxlanılması ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. - 11 iyul 2025-ci il tarixli, 329 saylı ambulator məhkəmə - psixatrik ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 12 iyun 2025-ci il tarixli “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 77 kiloqram 150 qram narkotik vasitə olan qurudulmuş marixuana və həmin narkotik vasitənin aşkar olunduğu 12 ədəd yararsız divar paneli cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 77 kiloqram 149,76 qram narkotik vasitə olan qurudulmuş marixuananın Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında, 12 ədəd yararsız divar panelinin isə Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 05 iyun 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AJ470/76AAS277 qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində daşınan “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda gümüşü rəngli folqaya bükülmüş 24 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmış tünd yaşıl rəngli, ot halında, spesifik iyli, qablaşdırma ilə birlikdə ümumi çəkisi 86,5 kq olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. - 05 iyun 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı xarici vətəndaş Təqsirləndirilən şəxs gömrük nəzarətinə xarici vətəndaşa məxsus U36977080 nömrəli pasport, 1 ədəd “Xiaomi Redmi” markalı İMEİ 1: **********04634 və İMEİ 2: **********91861 nömrəli mobil telefon təqdim edilmişdir. - 23 iyul 2025-ci il tarixli mobil telefona (duos İMEİ 1: **********04634 və İMEİ 2: **********91861) baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş 01 ədəd “DVD”-dən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda olan “Whatsapp” proqramında Təqsirləndirilən şəxs əlaqə saxladığı şəxslərlə arasında olan söhbətlərə dair yazışmalar, səs qeydləri, fotoşəkillər və digər məluatlar aşkar olunaraq götürülmüşdür. - 05 iyun 2025-ci il tarixli yük nəqliyyat vasitəsinin “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin mühafizə olunan ərazisinə təhvil verilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 76AJ470/76AAS277 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsindən ümumi çəkisi 86,5 kq olan narkotik vasitəyə bənzər kütlələr aşkar edildiyindən həmin yük nəqliyyat vasitəsi “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin mühafizə olunan ərazisində saxlanılmışdır. 18 iyul 2025-ci il tarixli qərardan aydın olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi Dairəsinin “Sədərək” gömrük postunda saxlanılan 76AJ470/76AAS277 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi və nəqliyyat vasitəsində olan içərisində narkotik vasitə aşkar olunmamış divar paneli yükü X6 verilmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-172/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumilikdə təmiz çəkisi 77 kiloqram 150 qram olan marixuana narkotik vasitəsinin ekspertiza tədqiqatlarına və narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddi –yəni 50000 qram miqdarında olan hissələri çıxılmaqla qalmış 27149,76 qram marixuana narkotik vasitəsinin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilsin. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 05 iyun 2025-ci il tarixdə tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunub, 05 iyun 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 06 avqust 2025ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı ekspertiza rəyləri, protokollar, digər sənədlər, maddi sübutlar tədqiq edildi. Cinayət işində olan 01(bir) ədəd DVD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə təkrar qaçaqmalçılıq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Təkrar qaçaqmalçılığı vahid davam edən qaçaqmalçılıqdan fərqləndirmək zərurəti yaranır. Vahid davam edən qaçaqmalçılıq eyni cinsli olsa da, bir neçə təkrar hərəkətlə törədildiyindən təkrar qaçaqmalçılığa bənzəyir. Lakin bir sıra obyektiv amillər (vahid davam edən qaçaqmalçılıqda cinayət aktlarının eynicinsli olması, bir-birindən qısa zaman fasiləsi ilə ayrılması və ümumiyyətlə, vahid cinayətin ayrı-ayrı epizodları olması) və subyektiv amillər (Vahid davam edən qaçaqmalçılıqda təqsirkarın narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməyinə, yaxud bəyan etməməyinə və ya düzgün bəyan etməməyinə yönəlmiş vahid məqsədi, ayrı-ayrı cinayət aktlarının vahid kriminal niyyətlə əhatə olunması və s) nəzərə alınmaqla təkrar qaçaqmalçılıq vahid davam edən qaçaqmalçılıqdan fərqləndirilir. Narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməyə, yaxud bəyan etməməyə və ya düzgün bəyan etməməyə yönəlmiş ümumi bir məqsəd daşıyan, təqsirli şəxsin vahid qəsdi ilə əhatə olunan və öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan qaçaqmalçılığı dəfələrlə qanunsuz qaçaqmalçılığı davam edən qaçaqmalçılıq hesab edilir. Bir neçə gömrük məntəqəsindən eyni vaxtda keçməsi isə təkrarlılıq hesab olunmur. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə 206.3.1, 206.3.2ci və 234.4-1-ci maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs törətdiyi cinayət beynəlxalq cinayətdir. Təqsirləndirilən şəxsin məqsədi narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikasında tıra yükləyərək tranzit olaraq Azərbaycan Respublikası sərhədlərindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə çatdırmaq olmuşdur. İran İslam Respublikasından gələrək Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postundan keçmiş, daha sonra isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postunun əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs istər məhkəmə istintaqında verdiyi ifadəsində, istərsə də işin digər sübutları ilə müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsindəki narkotik vasitə olan qurudulmuş marixuananı Naxçıvanda açmaq, boşaltmaq, əlavə narkotik yükləmək, Naxçıvanda kiməsə satmaq, hədiyyə şəklində vermək niyyəti olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində təkrarçılıq əlamətləri yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl vahid niyyət kimi qiymətləndirilməlidir, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş Cinayət Məcəlləsinin 206.3.1-ci bəndi çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında Goldasht şəhərində şəxsiyyətləri məhkəmə istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparacağı barədə məhkəmə istintaqa məlum olmayan şəxslərlə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti məhkəmə istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının gömrük sərhəddindən keçirməklə Türkiyə Respublikasında istintaqa məlum olmayan yerdə cinayətkar qrupun məhkəmə istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə 77 kq 150 qram xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi 76AJ470/76AAS277 qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə daşıdığı divar panellərinin içərisində saxlamış, 3 iyun 2025-ci il tarixdə, günorta radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımaqla, Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə daxil olarkən idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı divar panellərinin içərisində həmin 24 ədəd bağlamada 77 kq 150 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, 4 iyun 2025-ci il tarixdə, axşam saatlarında Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı daşımaqla Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postundan ölkədən tranzit çıxış edərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postunun əməkdaşları tərəfindən nəqliyyat vasitəsində yoxlama aparılarkən daşıdığı divar panellərinin 12 ədədinin içərisindən aşkarlanmasını çətinləşdirən üsullarla gizlədilmiş halda 24 ədəd gümüşü rəngli folqa bağlamalarında təmiz çəkisi 77 kq 150 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı gedişatında Təqsirləndirilən şəxs İran İslam Respublikasında olarkən yükü yüklədikdən sonra yükün yüklənməsində iştirak etməsi, hətta bu yükü yüklərkən telefonla çəkməsi, fabrika gedərkən yolu çəkməsi, panelləri ayrı-ayrı tıra yüklərkən videoçəkiliş etməsi, həmin çəkilişləri müdiri Volkana, mühasib Ərdala atması və qayıdarkən müdiri əlaqədə olması, hər hərəkətini müdirə məruzə etməsi, müdirin isə məhkəmə istantaqda tədqiq olunan səslərdən görünür ki, müdir isə bu yükü gətirilən panel kimi yox, daha həssas yanaşmış, bu Volkanın səsində belə hiss olunur. Məhkəmə istintaqı zamanı tədqiq olunan səslərdəndə görünür ki, Təqsirləndirilən şəxs müdir Volkana yanacaq çəninin deşilməsini bildirsə də, Volkan israrla gömrüyü keçməsi barədə göstəriş vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bu videoların çəkilib müdirinə niyə atılması barədə suallar verilsə də, əsaslı arqument gətirə bilməmiş, məhkəmə istintaqı zamanı bu yüklərin hər dəfə müdirə atması barədə sübut təqdim etməsini təqsirləndirilən şəxsdən istəsə də, müdafiə tərəfi bu barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan videoşəkillərdən və görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs məhz İran İslam Respublikasında olarkən qardaşı Rıdvana villa şəkilləri atması, gəlib ev tikməsi barədə danışıqları tədqiq olunmuş, siz İranda olarkən qabaqcadan ev tikmək, villa tikmək, maşın almaq niyyətiniz İranda yükü yüklədikdən qabaq yaranıb, yoxsa sonra yaranıb, bu şəkillər və videolar barədə Təqsirləndirilən şəxs suallar verilsə də, müdafiə tərəfi əvvəlcədən yaranmağı barədə məhkəməyə subut təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı bu da müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs mühasib Ərdala whatsapp yazışmasından görünür ki, yükü İğdırda təhvil verdikdən sonra işi buraxacağını söyləmişdir. Təqsirləndirilən şəxs bu barədə nə deyəcəyi soruşulsa da, məhkəmə kollegiyasına yetərincə aydınlıq gətirməmiş və nə üçün işi buraxacağını əsaslandırmamışdır. Təqsirləndirilən şəxs Kılıç X9 gömrüyünə gəldikdə şahidlər Şahid2 və Şahid1 məhkəmə istintaqında verdikləri ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs çox təlaşlı olmuş, hətta bu təlaşı gizlədə bilməmiş, gömrüyü tez tərk etmək istəmiş, bunu da onunla əsaslandırmışdır ki, onun İğdırdakı xəstəxanada müayinəsi var, tez çatmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yükü yüklərkən heç bir adamın yükün üzərində olmaması barədə verdiyi ifadə vermiş, məhkəmə istintaqı zamanı tədqiq olunan görüntülərdə yükün üzərində adam olduğu açıq – aydın görünür. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş və təqsirləndirilən şəxsin o hissədə verdiyi ifadə ilə üst-üstə düşmüş, İran İslam Respublikasında olarkən qardaşına dostunun 1250 tl olan kreditini ödəməsini xahiş etmiş, qardaşı maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini söyləmişdir. Lakin təqsirləndirilən şəxs gəlib qardaşının pulunu ödəyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı bu halda aşkar olunmuşdur ki, həmin danışıqlardan sonra təqsirləndirilən şəxs qardaşına ev şəkilləri, layihələri atmış və Türkiyə Respublikasına qayıtdıqdan sonra həmin evin tikiləcəyi haqqında danışıqlar etmişdir. Məhkəmə kollegiyası bu 2 fərqli nüansı qarşılıqlı təhlil etmiş, təqsirləndirilən şəxsin qardaşının 1250 tl pulu ödəyə bilməyəcəyi təqdirdə yükü İğdıra çatdırandan sonra ev tikdirməyini həqiqətə uyğun hesab etmir. Yuxarıda sadalanan hər altı nüansda təqsirləndirilən şəxs əksin göstərsə də ki, bu halların ev almaq fikri onlarda qabaqcadan yaranmış, işi buraxmaq istəyi uzun yol getmək istəməsi ilə əlaqəlidir, videoçəkilişləri də hər yük götürməyə getdikcə müdirə və mühasib Erdala atması, hətta Volkanla səs yazışmalarına münasibətdə verdiyi ifadələri məhkəmə kollegiyası təhlil edib belə qənaətə gəlir ki, bu nüanslarda verdiyi ifadə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, nəqliyyat vasitəsinə baxış zamanı daşıdığı yükdəki panellərdən aşkar edilmiş marixuananın ona məxsus olmamasını, panellərdən aşkar edilmiş marixuanadan xəbəri olmamasını, marixuananın necə panelə yükləndiyini bilməməsini ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək nəqliyyat vasitəsinə baxış zamanı daşıdığı yükdəki panellərdən aşkar edilmiş marixuananın ona məxsus olmamasını, panellərdən aşkar edilmiş marixuanadan xəbəri olmamasını, marixuananın necə panelə yükləndiyini bilməməsini iddia etsə də, məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixdə qoşulduğu “Beynəlxalq yük daşınmaları müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Cenevrə Konvensiyanın 3-cü maddəsinə görə bu Konvensiyanın tətbiqi zamanı daşıyıcı həm öz hərəkət və hərəkətsizliyinə, həm də öz agentlərinin və digər bütün şəxslərin, onlara həvalə olunmuş vasitələr çərçivəsində hərəkət etdikləri hallarda, hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşıyır. Beynəlxalq yük daşımaqla məşğul olan sürücüyə olan tələblərə görə yükün daşınmasını təşkil edən şəxs və ya şirkət olmadığı təqdirdə belə yük nəqliyyat vasitəsinin gövdəsinə yükün yüklənməsinə, yerləşdirilməsinə və bərkidilməsinə nəzarət etmək sürücünün vəzifəsidir. Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsi ilə müəyyən edilir. Qaimə (CMR) müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimədə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünün və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur, yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyünü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və həmin qaimə daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malları və onların qablaşdırılmasını daşıyıcının təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Konvensiyanın tələblərinə görə daşıyıcı apardığı hər bir yük üçün məsuliyyət daşıyır. 9-cü maddədə göstərilmişdir ki, qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. 17-ci maddənin 3-cü bəndinə əsasən isə daşıyıcı öz üzərindən məsuliyyəti götürmək üçün yük daşıyan avtomobilin qüsurlu olmasına, avtomobili icarəyə götürən şəxsin və ya onun agentinin günahkar olmasına istinad edə bilməz. Konvensiyanın müddəalarından da görünür ki, sürücünün yükü yoxlamaq hüququ vardır, hətta sürücünün yükü yoxlamaq imkanı olmadıqda qaimədə (CMR-də) bu barədə öz qeyd-şərtini yazmalıdır. Lakin, iş materiallarında olan beynəlxalq qaimədən görünür ki, daşıyıcının qeydşərtləri qrafasında Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd göstərməmişdir. Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini pərdələmək, cinayət məsuliyyətdən yaxa qutarmaq məqsədilə guya ki, yükü yoxlamaq səlahiyyətinin olmaması”, “sadəcə sürücü olması” kimi xüsusatları göstərsə də, belə halların məhz beynəlxalq qanunvericilik səviyyəsində məsuliyyət müəyyən edən hallar olması öz təsdiqini tapır. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə və daşıdığı yükə görə məsuliyyət daşıdığını etiraf etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının 9 dekabr 2003-cü il tarixli, 555-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük prosedurlarının sadələşdirməsi və uzlaşdırması haqqında Beynəlxalq Konvensiyanın “Xüsusi əlavələr bölməsinin E.2/F.3 bəndinə əsasən “daşıyıcı” – malların faktiki daşınmasını həyata keçirən və ya nəqliyyat vasitəsindən istifadəyə görə cavabdeh olan şəxs başa düşülür. 4-cü standarta əsasən isə daşıyıcı bütün malların yük bəyannaməsində göstərrilməsinə görə və ya onlar barədə informasiyanın gömrük xidmətinin nəzərinə istənilən digər icazə verilmiş üsulla çatdırılmasına görə gömrük xidməti qarşısında məsuliyyət daşıyır. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xüsusilə külli miqdarda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq yolu ilə əldə etmək, saxlamaq, daşımaq....Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1-ci maddələrinin tərkibini təşkil edir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə olan qurudulmuş marixuananı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibini yaradır. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma xüsusilə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn.......yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma xüsusilə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin tərkibini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn: üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi, onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuanın (təmiz halda) 50000 qramdan artıq olması xüsusilə külli miqdardır. (İ siyahı Narkotik vasitələr, Sıra №-si 109.1). Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm və ədalət prinsipləri təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini də özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın təyin edilməsi üç əlaqəli məqsədə nail olmağa xidmət edir: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Burada xüsusilə nəzərə alınmalı olan cəzanın törədilmiş cinayətə görə intiqam xarakterli olması deyil, sosial ədalətin bərpası məqsədi ilə təyin edilməli olmasıdır. Sosial ədalətin bərpası da cəzanın məqsədi kimi o halda həyata keçirilir ki, cinayət törədilməsi ilə sosial balans pozulsun və onun bərpası üçün törədilmiş cinayətə uyğun cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli xüsusilə ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmə maddəsi üzrə sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma xüsusilə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasından ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(078)-43/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 04 iyun 2025-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da, məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac vardır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, məhkəmə-bioloji ekspertizasına görə 85 (səksən beş) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan 50000 qram qurudulmuş marixuana narkotik vasitəsini, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan qurudulmuş marixuananın gizlədildiyi 12 ədəd yararsız divar paneli məhv edilməlidir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-172/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarı ilə 27149,76 qram qurudulmuş marixuana narkotik vasitəsinin məhv yönəldilməsi nəzərə alınmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 36977080 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 01 ədəd DVD və mobil telefona baxış keçirilməsi haqqında olan 01 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, məhkəmə-bioloji ekspertizasına görə 85 (səksən beş) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan 50000 qram qurudulmuş marixuana narkotik vasitəsi, Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun anbarında saxlanılan qurudulmuş marixuananın gizlədildiyi 12 ədəd yararsız divar paneli məhv edilsin. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə 27149,76 qram qurudulmuş marixuana narkotik vasitəsinin məhv yönəldilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 36977080 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 01 ədəd DVD və mobil telefona baxış keçirilməsi haqqında olan 01 ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov