Məhkəmə qərarları › İş №1(109)-34/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-34/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-34/2024 02.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 28 iyun 1976-cı ildə Türkiyə Respublikasının Adıyaman şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 5 uşaq atası, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, Türkiyə Respublikası Mersin şəhəri, Akdeniz bölgesi, Özgürlük küçəsi, küçə 612, ev 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq, satış məqsədi ilə 21 kq 492,06 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin əldə edib idarə etdiyi 33AL576/33AL462 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yataqda yerləşən döşəyinin içərisində gizlədərək saxlamaqla daşımış, 26 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən xüsusilə külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun idarə etdiyi 33AL576/33AL462 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları tərəfindən yoxlama aparılarkən nəqliyyat vasitəsindən 44 ədəd sarı və 25 ədəd gümüşü rəngli yapışqan bandla sarınmış malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş, 1-69 saylı olan tünd qəhvəyi rəngli kristal və tozşəkilli hissəciklərdən ibarət obyektlərin qablaşma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri: 296,310 qram; 293,705 qram; 296,428 qram; 294,006 qram; 284,435 qram; 292,370 qram; 294,904 qram; 295,465 qram; 296,360 qram; 296,645 qram; 294,941 qram; 295,824 qram; 299,196 qram; 295,630 qram; 293,705 qram; 292,646 qram; 244,816 qram; 245,201 qram; 297,780 qram; 296,123 qram; 295,585 qram; 294,181 qram; 293,008 qram; 294,207 qram; 295,903 qram; 292,137 qram; 292,838 qram; 295,492 qram; 296,059 qram; 297,463 qram; 295,621 qram; 294,189 qram; 294,192 qram; 294,384 qram; 295,111 qram; 295,995 qram; 229,324 qram; 292,798 qram; 292,114 qram; 295,410 qram; 292,478 qram; 297,824 qram; 293,835 qram; 294,526 qram; 292,245 qram; 388,740 qram; 345,858 qram; 345,222 qram; 344,166 qram; 346,575 qram; 348,356 qram; 348,335 qram; 346,307 qram; 350,447 qram; 350,743 qram; 344,385 qram; 352,486 qram; 350,770 qram; 347,735 qram; 346,535 qram; 348,205 qram; 348,724 qram; 348,101 qram; 346,780 qram; 348,764 qram; 347,587 qram; 351,202 qram; 347,008 qram; 355,540 qram olmaqla ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 ildir yük nəqliyyat vasitəsi sürücüsü kimi fəaliyyət göstərir. İrandan Türkiyəyə qarpız, üzüm, meyvə suyu və başqa yüklər daşıyaraq ailəsinin maddi ehtiyaclarını ödəmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti yük daşımaq olan “Alkan” şirkətinə məxsus “Volvo” markalı, 33AL576/33AL462 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini 2 həftə olar ki, idarə etməyə başlamışdır. Avtomobili idarə etməyə başladıqdan sonra Mersin şəhərindən yola düşərək, İranın Bəzirgan gömrüyündə 4 gün gözləmiş, 2 günə nəqliyyat vasitəsini sürərək Tehran şəhərinə getmiş, Türkiyədən apardığı banan yükünü Tehran şəhərində yerləşən anbara boşaltdıqdan sonra şirkətdən ona zəng edərək Urmiya şəhərindən yük götürməyini istəmişlər. Tutulmamışdan 2 gün əvvəl İranın Urmiya şəhərindən meyvə konsentratı yükünü yükləyib Naxçıvan şəhərindən keçərək Türkiyənin Mersin şəhərinə aparacaqdı. Avropa vizası olmadığından həmin yükü Avstriya Respublikasına aparmaq üçün başqa bir sürücüyə təhvil verəcəkmiş. Sənədləri və yük vaxtında hazır olmadığı üçün 3 gün Urmiyada gözləmiş, həmin müddətdə idarə etdiyi yük nəqliyyat vasitəsi fabrikin həyətində olmuşdur. Bu müddət ərzində 1 dəfə 5 saat müddətinə oranı tərk edərək Urmiya şəhərində olan bazara getmiş, bir dəfə isə Urmiya şəhərində 2 saatlıq yeməyə, 3 saatlıq isə hamama getmişdir. Nəqliyyat vasitəsinin açarını itməsin deyə götürməmiş, dəyərli bir əşyası olmadığı üçün maşının qapısını açıq qoymuşdur. 12 gündür ki, tanıdığı, kişmiş yükü apardığı üçün orada olan, eyni şirkətdə işlədikləri Ali adlı dostunun, eləcə də eyni şirkətdə işlədiyi başqa dostlarının da orada olmasına baxmayaraq avtomobilin qapısını açıq qoyub gedərkən avtomobilə nəzarət etmələrini onlara tapşırmamışdır. Geri qayıdarkən avtomaşının kabinində hər hansı dəyişiklik hiss etməmişdir. Nəqliyyat vasitəsini saxladığı yer şirkətin dayanacaq yeri olduğu üçün rahat olmuşdur. İran İslam Respublikasının ərazisinə gedib-gəldiyi vaxtlarda həmişə avtomobilin qapısını gündüz digər yoldaşları orada olduğundan açıq qoymuş, gecələr isə hər kəs yatdığı üçün bağlamışdır. Sənədləri hazır olduqda “Şahtaxtı” gömrük postuna yola düşmüş, orada gömrük əməkdaşı ondan idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir şeyin olub-olmamasını soruşduqda gömrük əməkdaşına 10 qutu siqaretin və təxminən 20 kq qarışıq ərzağın olduğunu bildirmişdir. Baxışdan sonra gömrük əməkdaşı yük nəqliyyat vasitəsini “X-ray” rentgen qurğusuna göndərmiş, “X-ray”da idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində şübhəli təsvirlər göründüyü üçün onu “Şahtaxtı” gömrük postunun anbarına yönləndirmişlər. Orada videoçəkiliş aparılaraq yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi nəqliyyat vasitəsinin kabinində olan döşəyin içərisindən ümumilikdə 69 ədəd olmaqla çəkisi 22.2 kq olan bağlamalar aşkar edilmişdir. Daşıdığı yükə baxış keçirilən zaman eləcə də şəxsi yoxlaması zamanı qanunla qadağan olunmuş heç nə aşkar olunmamış, müvafiq sənədlər hazırlanmış, sənədləri imzalamış və idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülən heroin narkotik vasitəsinin kimə məxsus olması barədə məlumatının olmadığını bildirmişdir. Daha əvvəl 33ACP460 nömrəli yük nəqliyyat vasitəsini idarə etmişdir. 33AL576/33AL462 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yüklü olduğundan şirkətin müdiri ondan həmin nəqliyyat vasitəsində olan banan yükünü Tehran şəhərinə aparmasını istəmişdir. İlk dəfə bu nəqliyyat vasitəsilə yola çıxmış, yola çıxarkən idarə etdiyi yük nəqliyyat vasitəsinin dolablarını, qoşqusunu və yaxud da kabinini yoxlamamışdır. Nəqliyyat vasitəsindən aşkar olunmuş, ümumilikdə 69 büküm halında 21 kq 492,06 qram heroin narkotik vasitəsi idarə etdiyi nəqliyyat vasitəsinin kabin hissəsindəki, Mersin şəhərindən yola çıxandan bəri üzərində yatdığı alt döşəyin içərisindən aşkar olunsa da, yatağın üzərində yatarkən heç nə hiss etməmiş, döşəyin sərtliyi normal olmuşdur. O, indiyə qədər narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən maddələrdən istifadə etməmiş, sadəcə siqaret çəkmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, İranda olarkən istifadə etdiyi “İnfinix Note 30” markalı mobil telefonun zənglər hissəsindən aşkar olunmuş özünəməxsus +**********79 mobil nömrəsi ilə +**********31 mobil nömrəsi arasında olan danışıqlarda bir fabrikdə qaldığını, həmin fabrikdən çıxa bilmədiyini, çıxacağı halda hətta onu vura biləcəklərini, bundan başqa nəqliyyat vasitəsi gömrük yoxlamasında yoxlanılarkən orada idarə etdiyi nəqliyyat vasitəsinin bir fabrikdə 2 gün qaldığını və həmin müddətdə ona içəri daxil olmağa icazə verilmədiyini söyləsə də, səs yazılarında söhbət olunan fabriklə gömrük yoxlaması zamanı bildirdiyi fabriklər eyni fabriklər deyil. Səs yazılarında qeyd olunan fabrik Tehran şəhərinin yaxınlığında yerləşən, gömrük yoxlamasında qeyd etdiyi fabrik isə Urmiya şəhərində olan fabrik olmuşdur. Urmiya şəhərində olan fabrikdən nəqliyyat vasitəsinə meyvə konsentratı yüklənən zaman onu nəqliyyat vasitəsinin yanına buraxmamışlar. Həmin vaxt avtomaşının kabinini bağlamağı unutduğu üçün açıq qalmışdır. İranda olarkən mobil telefonu vasitəsilə Məhəmmədəli adlı şəxslə yüklərin boşaldılması ilə bağlı danışmış, Urmiyaya getmək istəmədiyi üçün ona qəsdən “məni öldürərlər” demişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə cavabdeh olsa da, Urmiyada maşına yük vurularkən orada olmamış, çölə çıxarılmış, yük yükləndikdən sonra, eləcə də İrandan Naxçıvanın gömrük postuna gələnə qədər maşında hər hansı yoxlama aparmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında qeyd etmişdir ki, onun icazəsi olmadan yoldan keçən heç kəs onun idarə etdiyi avtomaşına yaxınlaşa bilməz. Gömrükdə olarkən gömrük əməkdaşları tərəfindən maşına narkotik vasitə qoyulduğunu düşünmədiyini, həmçinin nəqliyyat vasitəsinin açarını verdiyi Ali adlı şəxsin onun maşınına narkotik vasitə yığıb-yığmadığı barədə nəsə deyə bilməyəcəyini, mövcüd vəziyyətdə sadəcə maşının qapılarını bağlamağı unutduğu üçün özünü təqsirli bildiyini, belə bir işi bilərək törətmədiyi üçün özünü təqsirli bilmədiyini, ibtidai istintaq dövründə və gömrük postunda ona heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü ildə X4 işdə olarkən inspektor Şahid3 ondan maşına baxış keçirən zaman videoçəkiliş aparmasını xahiş etmiş, baxış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş nə isə olub-olmaması soruşulduqda o, heç bir şeyin olmadığını bildirmişdir. Həmin nəqliyyat vasitəsinin kabinindəki döşəyin içərisindən 44 ədəd sarı, 25 ədəd gümüşü rəngdə olan ümumilikdə 69 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Bükümlər tərəzi ilə çəkilərək ümumi çəkisinin 22,2 kq olması müəyyən edilmişdir. Avtomaşında olan yükə baxış keçirilmiş, yükdə heç nə aşkar edilməmiş, daha sonra sürücünün üzərində şəxsi yoxlama aparılmış, onun üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Şahid1 çəkiliş apardığı üçün fərqli iy hiss etmədiyini, yoxlama zamanı Təqsirləndirilən şəxs özünü şübhəli aparıb aparmadığına tam fikir vermədiyini, orada sürücüyə qarşı heç bir təzyiq göstərilmədiyini və qanunsuzluq edilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü ildə X4 xidmətdə olarkən X5 böyük inspektoru Şahid3 nəqliyyat vasitəsindən şübhələndiyini və onu “Rentgen” qurğusuna göndərəcəyini söyləmiş, həmin nəqliyyat vasitəsini “Stosionar Rentgen” qurğusunda skan edəndən sonra maşının alt yataq hissəsindəki döşəyin içərisində uzun düzbucaq formasında cizgilər müəyyən olunmuşdur. Şübhəli təsvirlərin sxemi Şahid3 təqdim olunduqdan sonra Əli nəqliyyat vasitəsinə baxış keçirəcəyini söyləyib onu da dəvət etmiş, nəqliyyat vasitəsinə baxış zamanı alt yataq hissəsində olan döşəyin içərisində şübhəli cizgilər olduğu üçün döşəyi maşından götürüb ayrıca “X-Ray” qurğusundan keçirmişdir. Döşəyin içərisində ümümilikdə 69 bükümdə ümumi çəkisi 22,2 kq narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Şahid3 nəqliyyat vasitəsinin yük hissəsinə də baxış keçirmiş, lakin qanunla qadağan olunmuş heç nə aşkar etməmiş, baxış protokolu imzalandıqdan sonra Təqsirləndirilən şəxs özünün də iştirak etdiyi yoxlama yekunlaşmışdır. Yoxlama zamanı Şahid1 telefonla çəkiliş aparmış, sürücüdən aşkar olunan kəskin iyli, açıq qəhvəyi rəngli maddələrin nə olduğu barədə soruşulduqda, həmin maddələrdən məlumatının olmadığını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 aprel 2024-cü il tarixdə, axşam saatlarında işdə olarkən İrandan Avstriyaya yük aparan “VOLVO” markalı, 33AL576 nömrəli avtomaşının gömrük yoxlanışı aparılmış, bu zaman sürücü 1 blok siqareti, 20 kiloqrama yaxın ərzağı olduğunu bildirmişdir. Gömrük yoxlanışı zamanı sürücüyə suallar verdikdə, ünsiyyət qurduqda gec cavab verdiyi üçün ondan şübhələnərək maşını “X-Ray” qurğusuna göndərmiş, orada Şahid2 baxaraq kabində alt yatağın döşəyində şübhəli təsvirlər görmüş, bundan sonra Şahid2lə birlikdə maşına ətraflı baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs də orada olmuş, özünü şübhəli aparmağa davam etmiş, Şahid1 videoçəkiliş aparmış, onlar maşına baxdıqdan sonra alt yataqdan döşəyi götürüb balaca skan qurğusundan keçirmişlər. Baxış zamanı həqiqətən də şübhəli təsvirlər olduğunu görüb döşəyi açmış, içərisindən yapışqan kağızla bağlanmış 44 ədəd sarı büküm, 25 ədəd gümüşü bükümdə narkotik vasitəyə bənzər kütlə aşkar etmişlər. Həmin kütlə tərəzidə çəkilmiş və çəkisinin 22,2 kq olması müəyyən edilmişdir. Daha sonra sürücünün şəxsi yoxlaması aparılmış, lakin üzərindən heçnə aşkar edilməmişdir. Sürücüdən soruşduqda aşkar olunan narkotik vasitəyə bənzər kütlədən xəbərinin olmadığını bildirmiş, ona qarşı heç bir təzyiq olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 28 aprel 2024-cü il tarixli, 440 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 44 ədəd sarı və 25 ədəd gümüşü rəngli yapışqan bandla sarınmış ümumilikdə 69 ədəd bağlamalarda ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan açıq-qəhvəyi rəngli spesifik iyli tozşəkilli hissəciklərdən ibarət maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına” daxildir. (siyahı İ, sıra № 49) Heroinin təmiz çəkisi - 21 kq 492.06 qram; tədqiqata sərf edildi - 0,08 qram; qalıq- 21,491.98 qram Qablaşdırma üçün istifadə edilən 69 ədəd sellefon kəsiyi və yapışqan bandın çəkisi 707.94 qram (1 ədəd bağlamanın çəkisi 10,260 qram) - 31 may 2024-cü il tarixli, 555 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 44 ədəd sarı və 25 ədəd gümüşü rəngli yapışqan bandla sarınmış ümumilikdə 69 ədəd bağlamalarda olan heroin narkotik vasitəsinin ayrı-ayrılıqda təmiz çəkiləri 296,310 qram; 293,705 qram; 296,428 qram; 294,006 qram; 284,435 qram; 292,370 qram; 294,904 qram; 295,465 qram; 296,360 qram; 296,645 qram; 294,941 qram; 295,824 qram; 299,196 qram; 295,630 qram; 293,705 qram; 292,646 qram; 244,816 qram; 245,201 qram; 297,780 qram; 296,123 qram; 295,585 qram; 294,181 qram; 293,008 qram; 294,207 qram; 295,903 qram; 292,137 qram; 292,838 qram; 295,492 qram; 296,059 qram; 297,463 qram; 295,621 qram; 294,189 qram; 294,192 qram; 294,384 qram; 295,111 qram; 295,995 qram; 229,324 qram; 292,798 qram; 292,114 qram; 295,410 qram; 292,478 qram; 297,824 qram; 293,835 qram; 294,526 qram; 292,245 qram; 388,740 qram; 345,858 qram; 345,222 qram; 344,166 qram; 346,575 qram; 348,356 qram; 348,335 qram; 346,307 qram; 350,447 qram; 350,743 qram; 344,385 qram; 352,486 qram; 350,770 qram; 347,735 qram; 346,535 qram; 348,205 qram; 348,724 qram; 348,101 qram; 346,780 qram; 348,764 qram; 347,587 qram; 351,202 qram; 347,008 qram; 355,540 qram olmaqla ümumilikdə təmiz çəkisi 21 kq 491,98 qramdır. 69 ədəd bağlamalarda olan heroin narkotik vasitələri bir-biriləri ilə vizual görünüşü və kimyəvi tərkiblərinə görə eynilik təşkil edir. Heroinin təmiz çəkisi - 21 kq 491,98 qram; tədqiqata sərf edildi - 0,08 qram; qalıq - 21kq 491,90 qram. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məcburi narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 197 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamış, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmamışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 198 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 27 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33AL576/33AL462 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən şübhəli təsvirlərin göründüyü yatağın döşəyi “Şahtaxtı” gömrük postunun inzibati ərzaisində yerləşən anbardakı “Hı-Scan 145180” markalı rentgen qurğusunda yoxlamadan keçirilmiş və qurğunun müşahidə monitorunda döşəyin daxilində düzbucaqlı formasında şübhəli təsvirlər əks olunmuşdur. Sonra qeyd olunan döşəyin içinə baxış keçirilərək 44 ədəd sarı və 25 ədəd gümüşü rəngli yapışqan banda sarınmış bağlamalarda ümumilikdə təmiz çəkisi 22.2 kq olan açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitəyə bənzər kütlələr aşkar edilmiş və qaplaşdırılaraq götürülmüşdür. - 27 aprel 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı xarici vətəndaşın üzərindən 1 ədəd “İnfinix Note 30” markalı, İMEİ1:**********76767 və İMEİ2:**********37769 nömrəli mobil telefon və özünə məxsus U28767938 nömrəli pasport götürülmüşdür. - 22 iyun 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “İnfinix Note 30” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonda olan gedən və gələn zənglərə baxış zamanı danışıqların qeydiyyata alınması müəyyən edilmiş, mobil telefonda hər hansı bir ad altında qeydiyyata alınmayan +**********79 mobil nömrəsi ilə 22 aprel 2024-cü il saat 12:51:18 saniyədə qeydiyyata alınmış 41 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs “Alo” deməsi”, digər şəxsin “nə üçün aradın” deməsi, Təqsirləndirilən şəxs “nömrəni Mehmet Alinin verdiyini” deməsi, digər şəxsin “okey” deməsi, Təqsirləndirilən şəxs “bir buçuq saat sonra yanındayım, bu gün yükleyeceksin inşallah” deməsi, digər şəxsin “gel yükləyəcəm, bu gün olmadı səhər vuracam deməsi” müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonunda adı “X8” olaraq qeyd olunan +**********31 mobil nömrəsi ilə aralarında olan danışıqlar zamanı 22 aprel 2024-cü il saat 21:33:04 saniyədə qeydiyyata alınmış 30 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs “Alo” deməsi, digər şəxsin “ulaşdın” deməsi, Təqsirləndirilən şəxs “bu Təbrizdədir gəlməm” deməsi, digər şəxsin “o gəlməsə də sən ordan ayrılma” deməsi, Təqsirləndirilən şəxs ”Təbrizlə buranın arası kaç kilometredir” deməsi, digər şəxsin “400 kilometrdir, sən ordan çıxma, lezgine söyleyeyim” deməsi, Təqsirləndirilən şəxs “tamam söyle” deməsi müəyyən olunmuşdur. Bundan başqa +**********31 mobil nömrəsi ilə aralarında olan danışıq zamanı 22 aprel 2024-cü il tarixdə saat 21:36:03 saniyədə qeydiyyata alınmış 1 dəqiqə 35 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs “Alo” deməsi, digər şəxsin “Sən çıxma ordan, araba ya qaytaracaq ya da yükləyəcək” deməsi, Təqsirləndirilən şəxs “diger adam zaten kaçmış, ben de qaçarsam beni vurur” deməsi, digər şəxsin “he doğurdan vurar, heç qapıları açmaz sən çıxasan” deməsi, Təqsirləndirilən şəxs “qapılar zaten kilidli, kimsə də yox” deməsi, digər şəxsin “aynen öyle açmazlar” deməsi, Təqsirləndirilən şəxs “Cumali kaçmış, ben de gidersem adam bizi vurur” deməsi, digər şəxsin “müştəri əlimizdən gedər, başımız dərdə girər” deməsi, Təqsirləndirilən şəxs “mən keçən il də burda yüklədim” deməsi, digər şəxsin “aynen o bizim müştərimizdir, moldovoya yükləyirik, olmaz, ya onu qaytaracağını, ya da yükləyəcəyini” deməsi, Təqsirləndirilən şəxs “ləzginə söylə, bende burda yükləmək istəyirəm, nə işim var Urmiyada” deməsi, digər şəxsin “səni oradan indi buraxmazlar, yükdən biraz yükləndiyini deyerdinda” deməsi, Təqsirləndirilən şəxs “mən ne bileydim bele olacağını, yarın sabah yüklənəcək, mən bilmirdim belə tuzağa düşəcəm, gündüz aradım Mehmet Ali ne derse onu yap dediyini, tamam dediyini” deməsi, digər şəxsin “sən boş ver, oradan çıxammarsan sen, ora kilidlidir, o araba geri gele ki sen oradan çıxasan” deməsi müəyyən olunmuşdur. 27 iyun 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntünün 9 dəqiqə 08 saniyə olduğu müəyyən edilir və məlum oldu ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsində “Xtrail” qurğusu ilə müəyyən olunmuş şübhəli təsvirlərlə bağlı baxış keçirilməli olmasının bildirilməsi ilə başlayır, sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur. Bundan sonra gömrük əməkdaşı tərəfindən stasionar rentgen qurğusu vasitəsilə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində müəyyən olunmuş şübhəli təsvirlərə dair şəkil göstərilir. Kabinkanın, dartıcının alt yataq hissəsində şübhəli cizgilərin olması bildirilir. Sonra Təqsirləndirilən şəxs iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilməsi başlanılır. Nəqliyyat vasitəsinin dartıcı hissəsində yerləşən şübhəli təsvirlərin müəyyən olunduğu döşək nəqliyyat vasitəsindən çıxarılır. Həmin döşəyə yenidən rentgen qurğusu vasitəsilə baxış keçirilir. Baxış zamanı təkrar şübhəli təsvirlər müəyyən olunur. Sonra döşək gömrük əməkdaşları tərəfindən açılır. Döşəyin içərisindən düzbucaqlı şəklində bir neçə paket aşkarlanır. Təqsirləndirilən şəxs paketlərdə olan maddələrin nə olması soruşulur. Təqsirləndirilən şəxs xəbərinin olmadığını, həmin maddələri özünün almadığını, nəqliyyat vasitəsinin İran İslam Respublikasında olarkən 2 gün fabrikaların birində qaldığını, özünü isə fabrikaya buraxmadıqlarını, nəqliyyat vaitəsinin və əlavə açarının isə fabrikada qaldığını, həmin maddələri ilk dəfə gördüyünü bildirmişdir. Sonra paketlərdən biri açılır, içərisində narkotik vasitəyə bənzər maddənin olması bildirilir. Həmin paketlər sayılmaqla tərəzidə çəkilir, ümumilikdə 69 ədəd olması və birlikdə çəkilərinin 22 kq 200 qram olması müəyyən olunmuşdur. Sonra nəqliyyat vasitəsinin qoşqu hissəsinə baxış keçirilir və baxış zamanı başqa hər hansı qadağan olunmuş əşya aşkar edilmir. 27 iyun 2024-cü il tarixli Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus “İnfinix Note 30” mobil telefona baxış zamanı mobil telefonun telefon adlı proqramının gedən və gələn zənglər siyahısından aşkar olunaraq götürülmüş 3 ədəd səs yazısının olduğu DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasının inzibati binasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, DVD-də 3 ədəd səs yazısı olmuş, səs yazılarından birinciyə daxil olduqda səs yazısının 41 saniyə olması, səs yazısında iki şəxsin (şərti olaraq A və B) bir-biri ilə danışması, A səsinin sahibi olan şəxsin “Alo deməsi”, B səsinin sahibi olan şəxsin “nə üçün aradın deməsi”, A səsinin sahibi olan şəxsin “nömrəni MehmetAlinin verdiyini, deməsi, B səsinin sahibi olan şəxsin “okey” deməsi, A səsinin sahibi olan şəxsin “bir buçuq saat sonra yanındayım, bu gün yükleyeceksin inşallah” deməsi, B səsinin sahibi olan şəxsin “gel yükləyəcəm, bu gün olmadı səhər vuracam” deməsi müəyyən olunur. İkinci səs yazısına daxil olduqda 30 saniyəlik səs yazısı olmaqla iki şəxsin (şərti olaraq A və B) bir-biri ilə danışması, A səsinin sahibi olan şəxsin “Alo” deməsi, B səsinin sahibi olan şəxsin “ulaşdın” deməsi, A səsinin sahibi olan şəxsin “bu Təbrizdədir gəlməm” deməsi, B səsinin sahibi olan şəxsin “o gəlməsə də sən ordan ayrılma” deməsi, A səsinin sahibi olan şəxsin” Təbrizlə buranın arası kaç kilometredir” deməsi, B səsinin sahibi olan şəxsin “400 kilometrdir, sən ordan çıxma, lezgine söyleyeyim deməsi, A səsinin sahibi olan şəxsin “tamam söyle, deməsi müəyyən olunmuşdur. Üçüncü səs yazısına daxil olduqda isə səs yazısının 1 dəqiqə 35 saniyəlik səs yazısı olması, səs yazısında iki şəxsin (şərti olaraq A və B) bir-biri ilə danışması, A səsinin sahibi olan şəxsin “Alo” deməsi, B səsinin sahibi olan şəxsin “Sən çıxma ordan, araba ya qaytaracaq ya da yükləyəcək” deməsi, A səsinin sahibi olan şəxsin “diger adam zaten kaçmış, ben de qaçarsam beni vurur” deməsi, B səsinin sahibi olan şəxsin “ he doğurdan vurar, heç qapıları açmaz sən çıxasan” deməsi, A səsinin sahibi olan şəxsin “qapılar zaten kilidli, kimsə də yox” deməsi, B səsinin sahibi olan şəxsin “aynen öyle açmazlar” deməsi, A səsinin sahibi olan şəxsin “Cumalı kaçmış, ben de gidersem adam bizi vurur” deməsi, B səsinin sahibi olan şəxsin “müştəri əlimizdən gedər, başımız dərdə girər” deməsi, A səsinin sahibi olan şəxsin “mən keçən il də burda yüklədim” deməsi, B səsinin sahibi olan şəxsin “aynen o bizim müştərimizdir, moldovoya yükləyirik, olmaz, ya onu qaytaracağını, ya da yükləyəcəyini” deməsi, A səsinin sahibi olan şəxsin “ləzginə söylə, bende burda yükləmək istəyirəm, nə işim var Urmiyada” deməsi, B səsinin sahibi olan şəxsin “səni oradan indi buraxmazlar, yükdən biraz yükləndiyini deyerdinda” deməsi, A səsinin sahibi olan şəxsin “mən ne bileydim bele olacağını, yarın sabah yüklənəcək, mən bilmirdim belə tuzağa düşəcəm, gündüz aradım Mehmet Ali ne derse onu yap dediyini, tamam dediyini” deməsi, B səsinin sahibi olan şəxsin “sən boş ver, oradan çıxammarsan sen, ora kilidlidir, o araba geri gele ki sen oradan çıxasan” deməsi müəyyən olunmuşdur. Nəticədə, Təqsirləndirilən şəxs səs yazılarını dinlədikdən sonra səs yazılarında “A” səsinin sahibi olan şəxsin özü olduğunu, digər səs yazılarından birində danışdığı şəxsin İran İslam Respublikasında yük götürəcəyi şəxs olduğunu, digər 2 səs yazısında olan səsin sahibinin isə İran İslam Respublikasında onlara yük tapan şəxs olduğunu, adının Mehmet Ali olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. 02 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, törətdikləri cinayət əməlinə görə Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə bütün istintaq-əməliyyat tədbirləri aparılsa da, cinayətin iştirkaçısı olmuş digər şəxslərin şəxsiyyəti və olduqları yer bugünkü günə qədər müəyyən oluna bilmədiyindən həmin şəxslərlə zəruri istintaq hərəkətləri aparıla bilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs törətmiş olduqları cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsi, cinayətin iştirakçıları olan digər şəxslərin şəxsiyyətinin və olduqları yerin müəyyən olunaraq, istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi məqsədi ilə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan ********* nömrəli cinayət işindən cinayətin iştirakçısı olmuş şəxslərin barələrində Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayətin törədilməsi anlayışı CMnin 34.2-ci maddəsində verilmişdir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə, digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1, 206.1-1, 206.1-2 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan, o cümlədən Təqsirləndirilən şəxs məxsus “İnfinix Note 30” markalı mobil telefona baxış zamanı mobil telefonun telefon adlı proqramının gedən və gələn zənglər siyahısından aşkar olunaraq götürülmüş 3 ədəd səs yazısının olduğu DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, E.X9 Respublikasında olduğu müddətdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək 44 ədəd sarı və 25 ədəd gümüşü rəngli yapışqan bandla sarınmış malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi 33AL576/33AL462 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən yatağın döşəyinin içərisinə yığıb gömrük nəzarətindən gizli keçirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməməsi, idarə etdiyi avtomaşında aşkarlanan narkotik vasitədən məlumatının olmaması, guya avtomaşının kabininin qapılarını unudaraq açıq qoyub getdiyi müddətdə avtomaşının kabinində olan yatağın alt döşəyinin içərisinə həmin narkotik vasitənin qoyulduğu barədə dediklərini özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən azad edilmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan yükə, o cümlədən avtomobilin kabinində olan bütün mallara və əşyalara görə şəxsən cavabdehlik daşıdığını bildiyi halda, avtomaşının kabininin qapılarını açıq qoyub avtomaşını tərk edib getməsi inandırıcı deyil. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun yaddaşına baxış zamanı mobil telefonda ona İran İslam Respublikasından yük verəcəyini bildirdiyi şəxsə “yükü bu gün yükleyeceksin inşallah” deməsi, bundan başqa “X8” olaraq qeyd olunan şəxsin ona “o gəlməsə də sən ordan ayrılma”, “sən çıxma ordan, araba ya qaytaracaq ya da yükləyəcək” deməsi, Təqsirləndirilən şəxs həmin şəxsə “diger adam zaten kaçmış, ben de qaçarsam beni vurur” deməsi, həmin şəxsin Təqsirləndirilən şəxs “he doğurdan vurar, heç qapıları açmaz sən çıxasan” deməsi, Təqsirləndirilən şəxs “qapılar zaten kilidli, kimsə də yox” deməsi, digər şəxsin “aynen öyle açmazlar” deməsi, Təqsirləndirilən şəxs “Cumalı kaçmış, ben de gidersem adam bizi vurur” deməsi, digər şəxsin “müştəri əlimizdən gedər, başımız dərdə girər” deməsi kimi aralarında keçən danışıqların səs yazılarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının kabinində olan döşəyin içərisində aşkarlanmış narkotik vasitə olan heroindən məlumatı olmuşdur. Həmçinin, qeyd olunanlardan başqa, iş üzrə şahid ifadələri, nəqliyyat vasitəsinin yoxlanılması protokolu, ekspert rəyləri və iş üzrə toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə cinayət əlaqəsinə girərək İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən 21 kq 492,06 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edərək Azərbaycan Respublikasının gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirib oradan isə eyni qaydada digər ölkələrə aparılmasını təşkil etmək məqsədilə nəqliyyat vasitəsinin kabinində alt yataqda yerləşən döşəyin içərisinə yığıb gizlədərək Naxçıvan Muxtar Respublikası ərazisinə gətirməklə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq, satış məqsədi ilə 21 kq 492,06 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin əldə edib idarə etdiyi 33AL576/33AL462 qeydiyyat nişanlı, “Volvo” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yataqda yerləşən döşəyinin içərisində gizlədərək saxlamaqla daşıması, 26 aprel 2024-cü il tarixdə, saat 20:00 radələrində “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən xüsusilə külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixdə qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsi ilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimədə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünün və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur, yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyünü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və həmin qaimə daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malları və onların qablaşdırılmasını daşıyıcının təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Konvensiyanın tələblərinə görə daşıyıcı apardığı hər bir yük üçün, o cümlədən avtomaşının kabinində olan əşyalara görə məsuliyyət daşıyır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən heroinin 800 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması xüsusilə külli miqdardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, beş övladının olmasını, onlardan birinin azyaşlı, birinin isə yetkinlik yaşına çatmayan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən gömrük nəzarətindən kənar və ya ondan gizli... keçirilməsi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin, bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə Cinayət Məcəlləsinin 234.4-1-ci tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 30/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 26 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 800 qram - 01 bağlamada, 20 kq 691,90 qram - 01 bağlamada heroin narkotik vasitəsi və heroin narkotik vasitəsinin gizlədildiyi döşək məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İnfinix Note 30” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 28767938 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 92.40 (doxsan iki manat qırx qəpik) manat və materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində olmaqla, ümümilikdə 182.40 (yüz səksən iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 234.4-1-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra: İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 800 qram - 01 bağlamada, 20 kq 691,90 qram - 01 bağlamada heroin narkotik vasitəsi və heroin narkotik vasitəsinin gizlədildiyi döşək məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İnfinix Note 30” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 28767938 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 92.40 (doxsan iki manat qırx qəpik) manat və materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində olmaqla, ümümilikdə 182.40 (yüz səksən iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar