Məhkəmə qərarları › İş №1(109)-35/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-35/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-35/2024 19.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 11:00 Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Şərur rayonu, Həmzəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, çobanlıqla məşğul olmuş, məhkum olunmamış, Şərur rayonu, Həmzəli kəndində qeydiyyatda olmaqla, Şərur rayonu, Axura kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 29, 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən həyatdan məhrum etmək məqsədi ilə qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə Bakı şəhərində qardaşı X8 öz keçmiş qaynı X10 tərəfindən qətlə yetirilməsinə görə onların ailə üzvlərindən hər hansı birini öldürərək qisas almaq qərarına gəlmişdir. 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhərində mərhum qardaşının dəfnindən sonra Şərur rayonuna qayıtmış, cinayətkar niyyətini həyata keçirmək üçün Şərur şəhərində olan bazardan 1 ədəd qatlanan bıçaq alıb üzərində gəzdirsə də, həmin tarixdən Hüseyn Qasımovun ailəsi və yaxın qohumlarından heç biri ilə qarşılaşmadığı üçün xx.xx.2024-cü il tarixədək bu niyyətini həyata keçirə bilməmişdir. 08 aprel 2024-cü il tarixdə özünə məxsus kiçik buynuzlu heyvanları Həmzəli kəndindən Axura kəndinə apararkən X7 evində işıq yandığını görüb kiminsə olubolmadığını müəyyən etmək üçün, ilk öncə heyvanları Axura kəndində olan fermaya aparıb sonra Həmzəli kəndinə qayıtmış və həmin evə daxil olmamışdan öncə üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağı şalvarının arxa cibində çıxardıb açaraq hazır vəziyyətə gətirib sağ əlində tutaraq evə daxil olmuş, bu zaman evdə olan X7 bacısı Zərərçəkmiş şəxs görüb onu qəsdən öldürmək məqsədlə Zərərçəkmiş şəxs üzərinə hücum edərək bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə yeddi ədəd bıçaq zərbəsi vurmaqla ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid “sol bazunun, sol əlin, sol budun deşilmiş kəsilmiş yaralar”, habelə dərəcəsinə görə həyat üçün təhlükəli hesab edilən sağlamlığa “Ağır” zərər vurmağa aid “döş və qarın nahiyələrində olan qarın və döş boşluğuna nüfuz edən deşilmiş kəsilmiş yaralar”la müşayiət olunan bədən xəsarətlərini yetirməklə onu qəsdən öldürməyə cəhd etmiş, lakin həmin vaxt evdə olan zərərçəkmişin anası Şahid1 Zərərçəkmiş şəxs bıçaq xəsarətlərinin yetirilməsinin qarşısını almaq üçün Təqsirləndirilən şəxs arxadan bir əli ilə boynundan digər əli ilə ağızı nahiyəsindən tutaraq yerə yıxmış, bu zaman Təqsirləndirilən şəxs Şahid1 sol əlinin üçüncü barmağını dişləyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bundan istifadə edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən çıxmış və sonuncunun əlindən bıçağı almağa çalışmış, lakin bıçağı ala bilmədiyini görüb onu zərərsizləşdirmək məqsədilə mənzilin eyvanındakı qaz plitəsinin üstündə olan içi qaynar su ilə dolu çaydanı götürərək Təqsirləndirilən şəxs başına və kürək nahiyəsinə tökmüş, sonra isə yerdən daş götürərək Təqsirləndirilən şəxs baş nahiyəsindən vurmuş və zərbənin təsirindən Təqsirləndirilən şəxs bir anlıq özünü itirməsindən istifadə edib bıçağı onun əlindən almışdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs və Şahid1 tərəfindən aktiv müqavimət göstərdiklərinə görə Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyəcəyini görüb hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Sultan Əliyev ilə Zərərçəkmiş şəxs ailə həyatı qurması ilə bağlı heç bir məlumatı olmamış, 10 iyun 2023-cü il tarixdə Sultan Əliyev Bakıda həmkəndlilərinin toyundan çıxıb evə gedən zaman Sitarənin qardaşı Hüseyn Qasımov dönərxanadan bıçağı götürüb, Sultanın arxasınca getmiş, Mehdiabad qəsəbəsində onu qətlə yetirmişdir. Ona ilk başlarda bu hadisənin nədən baş verdiyi məlum olmamış, Sultanın yoldaşı Sitarədən boşandığı üçün ona 3000 manat aliment borcu olmuşdur. İzahatlara qədər qardaşının Zərərçəkmiş şəxs aliment borcu olduğunu bilməmiş, əgər bilsə idi, o pulu ödəməyə qardaşına kömək edəcəyini bildirmişdir. Qardaşı öldükdən sonra məsciddə yuyulan videosuna baxmış, onun beyninin və qarnının yarılmış vəziyyətdə olan videolarını gördükdən sonra psixologiyası pozulmuş, videolar ona çox təsir etmiş, o nə etdiyini bilməmiş, tezliklə qisas almaq niyyətinə düşmüşdür. X14 Bakıda dəfn etdikdən təxminən bir həftə sonra Şərura qayıtmış, Şərura qayıtdıqdan sonra özünə Hüseyn Qasımovun ailəsindən birini öldürməyi söz vermişdir. Onlardan birini öldürmək üçün Şərur rayonundakı bazardan özünə qatlanan bıçaq almış, həmin bıçaq həmişə üzərində olmuşdur. Qardaşı öləndən sonra qarşı tərəf onlara heç bir addım atmamış, ağsaqqalları gəlib nə baş sağlığı vermiş, nə də ki, üzr istəmişlər. Qardaşı öləndən sonra qapıya gələcəkləri təqdirdə bu hərəkəti etməkdən çəkinəcəyini söyləmişdir. Həmkəndlisi 62 yaşındakı Şahid2 yanında - “Mən onlardan birini öldürüb qardaşımın qisasını alacağam” - demiş, o isə - “Bu hərəkəti etmə”- deyə ağıl verməmişdir. Dədə həyəti onlara yaxın olduğu üçün arada onların həyətini müşahidə edib kimin olub-olmamasına baxmış, hadisə günü çöldə heyvan otarmış, həyətə baxanda hərəkətlilik görmüş, Zərərçəkmiş şəxs həyətdə qapılarının pilləkənlərində əlində telefon oturmuşdur. Heyvanları tövləyə qatdıqdan sonra həyətə girib Zərərçəkmiş şəxs üzərinə gedərək ona bıçaq zərbələri vurmağa başlamış, Sitarə onu görən kimi qışqırmış, onun evdə tək olduğunu düşünmüşdür. Arxadan bir nəfər onu çəkib yerə yıxmış, kimin çəkdiyinə baxdıqda Şahid1 olduğunu görmüşdür. Sitarəyə 3 bıçaq zərbəsi vurduğunu demiş, Pakizə onu yerə yıxdıqdan sonra vurmağı dayandırmışdır. Pakizə əlini salaraq onun ağzını cırmış, Zərərçəkmiş şəxs isə qaynar suyu başından tökmüş və qapının yanındakı daşı götürüb başına 4-5 zərbə vurmuş, bu zaman onun huşu getmişdir. Özünə gəldikdən sonra evə getmiş, cinayət törətdiyini, polislərin onu aparacağını söyləmişdir. Qorxduğu üçün polisə getməmiş, polislər gəlib onu evdən aparmışlar. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2009-cu ildə X11 ilə ailə həyatı qurmuş, 2021-ci ildə ondan boşanmışdır. O, Bakıda yaşaya bilmədiyi üçün uşaqları ilə bərabər Naxçıvan şəhərinə gəlmişdir. Hal-hazırda Naxçıvanda kirayədə yaşayır. X11 ilə boşandıqdan sonra məhkəmə uşağa görə təxminən 150-160 manat aliment kəsmiş, lakin Sultan Əliyev alimenti ödəmədiyi üçün ona 3000 manat borcu olmuşdur. Onun başqa gəlir yeri olmadığı üçün dolana bilməmişdir. Onun dolanmağı üçün qardaşı Hüseyn köməklik etmiş, onlar Bakıya gedəndə qardaşı əvvəlki həyat yoldaşı Sultanı da bazarda işə düzəltmiş, aralarında heç bir ədavət olmamışdır. Boşandıqdan sonra aliment ödənişlərinə görə problemlər yaşamışlar. Sultanın ona 3000 manat aliment borcu olmuş və həmin borcu ödəmədiyi üçün Naxçıvana gəldikdən sonra lazımı orqanlara müraciət etmişdir. Bu işlə bağlı icra məmuru təyin olunmuş və onun şikayətindən sonra Sultan Əliyevə burada 10 gün inzibati həbs verilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Bakıya getmiş, 2-3 gün sonra da toyda içkili olduğu üçün qardaşı Hüseyn ilə mübahisələri olmuş və X14 qətlə yetirmişdir. O, keçmiş həyat yoldaşının Naxçıvanda olduğunu düşünmüş, ölüm xəbərini eşitdikdən sonra Bakıda olduğunu bilmişdir. Onun bu işdən xəbəri olmamış, qardaşının etdiyi əmələ görə cəzasını çəkdiyini söyləmişdir. Hüseyn tutulduqdan sonra onlara kömək edən olmamışdır. Hadisədən sonra əlində, ayağında ağrıları olduğunu bildirmiş, ona görə də işləyə bilmədiyini demişdir. Anasının aldığı pensiya və dövlətin uşaqlara görə verdiyi müavinət hesabına dolanırlar. X11 öldükdən sonra Afəddin Bakıda həmkəndlilərinə - “Onlardan qardaşımın qisasını alacağam, bir nəfəri öldürəcəyəm”- demişdir. Amma Sultanın ailəsi ilə yaxşı münasibətləri olmadığına görə bu deyilənləri ciddiyə almamışdır. Çünki o, 13 il Sultan Əliyevlə ailəli olmuş, yoldaşı ilə ailəsi arasında yaxşı münasibət olduğunu görməmiş, hətta toylarına yoldaşının ailəsi gəlməmişdir. Buna görə də bu məsələni ciddiyə almamışdır. O, şəhərdə yaşadığını, kəndə arabir getdiyini, hadisənin axşam vaxtları təxminən saat 20:00-da baş verdiyini söyləmişdir. Polisə təxminən 20:05-də zəng etmişdir. O, balkonda çayın qaynamasını gözləyən zaman Təqsirləndirilən şəxs gəlmiş, aralarında məsafə çox az olduğu üçün qaça bilməmiş, onu görən kimi qışqırmışdır. Afəddin üstünə gələn kimi onun müxtəlif nahiyələrindən bıçaqla vurmuş, Afəddin hər dəfəsində ona - “Bu günü gözləyirdim ki, sən gələsən” - demiş, səsinə anası Pakizə gəlmiş, anası əlini Afəddinin ağzına salıb çəkib yerə yıxmış, üçü də həmin vaxt yerdə yıxılmış vəziyyətdə olmuşlar. Afəddin də anasının əllərini dişdəyi üçün heç nə edə bilməmiş, bıçağı sinəsinə doğru gətirib vurmaq istəmişdir. O, bıçaq sinəsinə dəyməsin deyə müqavimət göstərib bir əli ilə bıçağı tutmuş, qapının yanında daş olduğunu gördükdə digər əli ilə daşı götürüb 3 dəfə Afəddinin başından vurmuşdur. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşmış, buna görə də özünü itirmişdir. Anasının səsi gəlmədiyi üçün Afəddindən - “Onu öldürmüsən?” - deyə qışqırmış, o isə “Anan ilə işim yoxdur, səni öldürəcəyəm” - demişdir. Onu buraxması üçün qazın üstündən qaynar suyu götürüb Afəddinin başına tökmüşdür. Suyu tökdükdən sonra bıçağı əlindən yerə atıb qaçmışdır. Əgər o, özünü müdafiə edib daşla başına vurmasa idi, ya da qaynar su başına tökməsə idi, Afəddinin onu öldürəcəyini söyləmişdir. Onun fikri öldürmək olmuş, anasının səsinə qonşular gəlmiş, telefonu götürüb polisə qaynı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığı barədə məlumat vermişdir. Polislər və X19 tez bir zamanda gələrək onu ölümdən xilas etmişlər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bağışlamadığını, törətdiyi əməlin onun psixologiyasına mənfi təsir etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı Sitarə və uşaqları ilə bərabər kəndə getmiş, daha sonra uşaqlar məktəbə getsinlər deyə onları taksi ilə şəhərə yola salmış, özü isə qızı ilə birlikdə kənddə qalmışdır. O, arabir kəndə getdiklərini, lakin kənddə qalmadıqlarını söyləmişdir. Həmin günü təzyiqi qalxdığı üçün evdə uzandığını, qızının balkonda çay qaynadıb termosu doldurduğunu, havanın qaraldığını, saatın təxminən 20:00 olduğunu söyləmişdir. Qızı Sitarənin qışqırmağını eşitmiş, “Kənd yeridir, kiminsə iti üstünə yetirib qız ona görə qorxub belə qışqırır”- deyə düşünmüş, qızının - “mən sənə nə etmişəm?” - dediyini eşidəndə çölə çıxmış, qara paltolu Təqsirləndirilən şəxs Sitarənin müxtəlif nahiyələrindən dayanmadan bıçaq zərbələri vurduğunu görmüş, arxadan əlini Afəddinin ağzına salıb paltosundan çəkmiş, Afəddində onun barmaqlarını ağzına salıb dişləmiş, həmin vaxt ikisi də birlikdə yerə yıxılmışlar. Nə qədər etsə də, əlini buraxmamışdır. Afəddinin Sitarənin boynunu qolunun altına salıb saxladığını, yaşlı olduğu üçün ona gücü çatmadığını, heç nə edə bilmədiyini söyləmişdir. Ancaq çığırıb kömək istəmiş, qızının bir əli ilə Afədinin əlindəki bıçağı vurmasın deyə tutduğunu, digər əli ilə daşı götürüb Afəddinin başına çırpdığını, Afəddinin qızını yenə də buraxmadığını söyləmişdir. Sitarə çaydandakı qaynar suyu götürüb Afəddinin başına tökdükdən sonra o, bıçağı buraxıb qaçmışdır. Həyətdən çıxandan sonra Təqsirləndirilən şəxs kiməsə zəng edib telefonla danışmış, həmin şəxsə - “ Başıma qaynar su tökdülər qaçdım, öldürə bilmədim” - demişdir. Bıçaq qızı Sitarənin əlini elə kəsmiş ki, telefondan polisə zəng etmək mümkün olmamış, hər tərəf qan içində imiş, qonşuları çağırmış, daha sonra X18 və polislər gəlmişlər. Qızını vaxtında xəstəxanaya çatdırdıqları üçün həyatını xilas etmək mümkün olmuşdur. Qızı xəstəxanadan çıxdıqdan sonra 1 aya kimi həkim evdə gəlib müalicəsini davam etdirmişdir. Oğlu Təqsirləndirilən şəxs qardaşını öldürdüyü üçün onlarla ədavət olmuş, qisas almaq istəmişdir. Hətta Bakıdakı tanışları Afəddinin - “Sitarəni, anası Pakizəni öldürəcəyəm” - dediyini söyləmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş: Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kənddə qonşusu olmuş, münasibətləri yaxşı olmuş, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında evdə olarkən Afəddinin yoldaşı Naibə onlara gələrək Afəddin öz qardaşı Sultanın keçmiş həyat yoldaşı Sitarəni bıçaqladığını demiş, Təqsirləndirilən şəxs qardaşı Sultanın Sitarənin qardaşı Hüseyn tərəfindən öldürüldükdən sonra Afəddinin Zərərçəkmiş şəxs ailəsindən kimisə öldürmək istədiyini eşitmiş, Afəddin qardaşı Sultanın Bakı şəhərində yasını verib gəldikdən sonra Hüseyni öldürəcəyi ilə bağlı onun yanında dəfələrlə fikirlər səsləndirmiş, lakin hər dəfəsində Afəddini sakitləşdirib ona "qisasa qisas olmaz sənin ailə uşağın var" demiş, Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisədən sonra ona heç nə deməmiş, lakin qardaşı Sultanın ölümündən sonra Hüseyni öldürəcəyi barədə danışmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürəcəyi ilə bağlı ona heç nə deməmiş, lakin onun qardaşı Hüseyni öldürəcəyini demiş, Afəddin onun yanında Sitarənin qardaşı Hüseyni öldürəcəyi barədə fikirlərini deyərkən bu barədə hər hansı hüquq mühafizə orqanına məlumat veməmiş, çünki Hüseynin Bakı şəhərində yaşadığından Afəddinin fikri ciddi olmaz deyə düşünmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6: - 07 may 2024-cü il tarixli, 724 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs – məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Bel nahiyəsində ikinci dərəcəli yanıq xəsarəti yüksək hərarətin yerli təsirindən törənmişdir, eləcədə isti mayenində yerli təsirindən törənməsi xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - 07 may 2024-cü il tarixli, 782 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin qarın və döş boşluğuna nüfuz edən döş qəfəsinin, qarının, sol bazunun, sol əlin, sol budun deşilmiş-kəsilmiş yaraları (cəmi 7 yara) hər hansı bir deşici kəsici alətin təsirindən törənmişdirlər, eləcədə həmin yaraların ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmələrinin istisna olunmur, döş və qarın nahiyələrində olan və döş və qarın boşluğuna nüfuz edən deşilmiş - kəsilmiş yaralar yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa "AĞİR" zərər vurmaya, sol bazunun, sol əlinin, sol budun deşilmiş kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərərvurmaya aiddirlər, qeyd edilən xəsarətlərin həyatidirlər və xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin yerləşmə xüsusiyyətlərinə əsasən xəsarətlər yetirilərkən zərərçəkənlə xəsarət yetirən şəxsin qarşılıqlı vəziyyətlərinin üz-üzə olduğu və eləcə də özünü müdafiə və çarpışma əlamətlərinə uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər bir alətlə, deşicikəsici alət təsirindən, eləcə də bıçaq təsirindən törənmişdirlər. - 07 may 2024-cü il tarixli, 783 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Şahid1 bədən səthi üzərində müayinə zamanı aşkar edilmiş xəsarət sol əlin İİİ barmağında olan yaralar küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə dişləmə nəticəsində də əmələ gəlməsi istisna edilmir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - 10 may 2024-cü il tarixli, 3 nömrəli maddi sübutların ekspertizasının rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülən bıçaqda qan vardır, bu qan zərərçəkmiş şəxs S. Qasımovaya məxsusdur. Hadisə yerindən götürülmüş DNT çubuqlarında qan vardır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyalarında qan vardır, bu qan insan qanıdır, bu qan Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən əynində olan geyim əşyalarında qan vardır, bu insan qanıdır, bu qan Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni Aβ(İİ) qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 may 2024-cü il tarixli, 388 nömrəli məhkəmə-daktiloskopik (soyuq silahların kriminalistik tədqiqi) ekspertizasının rəyindən və ona əlavə edilmiş daktiloskopik xəritədən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qatlanan bıçağın səthində heç bir əlbarmaq papilyar naxış izləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qatlanan bıçağın səthində heç bir əl-barmaq papilyar naxış izləri aşkar edilmədiyindən, Təqsirləndirilən şəxs adına olan daktiloxəritəyə köçürülmüş 7 (yeddi) ədəd əl-barmaq və ovuc izləri ilə müqayisəli tədqiqat aparılmamışdır. - 20 iyun 2024-cü il tarixli, 538-539 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. əlamətlərinə görə bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlir, üzərində sonradan təyinatı dəyişdirə biləcək bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli uzunqol köynəyin 2 (iki) qara rəngli qolsuz köynəyin, 2 (iki) və tünd çəhrayı rəngli, qolsuz jiletin üzərində 1 (bir) ədəd vardır. Paltarların səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli lifçik və Təqsirləndirilən şəxs məxsus qara rəngli gödəkçənin, mavi rəngli uzunqol köynəyin, boz rəngli üzərində qara qırmızı rəngli zolaqları olan uzunqol köynəyin, boz rəngli üzərində qara qırmızı rəngli zolaqları olan uzunqol köynəyin, mavi rəngli cins şalvarın, qara rəngli dəriyə bənzər bel kəmərinin və bir cüt qara rəngli materialdan olan çəkmənin səthində heç bir trasoloji zədə aşkar edilməmişdir. - 04 iyul 2024-cü il tarixli, 667 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəlki dövrdə emosional gərginlik halında olmuşdur. Həmin halın yaranması Təqsirləndirilən şəxs qardaşının öldürülməsi ilə əlaqədar olaraq onun qisasını alacağını düşünməsi ilə şərtlənə bilərdi. Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətlərinin müəyyən olunmamışdır, lakin Təqsirləndirilən şəxs hadisə barədə danışarkən özünü günahkar hesab etsə də, hadisə barədə müəyyən məlumatları öz xeyrinə təhrif etməyə çalışmışdır. Naxçıvan MR X2 : - 29 may 2024-cü il tarixli, 200 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlaması ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya və alkoholizm xəstəliyindən əziyyət çəkmir. - 29 may 2024-cü il tarixli, 199 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 08 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, baxış zamanı hadisənin Şərur rayonu, Həmzəli kəndində Şahid1 yaşadığı evdə baş verdiyi müəyyən edilmiş, əlavə olaraq, hadisə yerinin fotoşəkilləri çəkilmiş, hadisə yerindən 1 ədəd cinayətin aləti olan ümumi uzunluğu 200 mm olan, tiyəsi qara rəngli metaldan hazırlanan tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malik, tiyəsinin uzunluğu 88 mm, maksimal eni 17,5 mm qalınlığı 1,7 mm olan, dəstəyinin uzunluğu isə 112 mm, eni isə 19,2 mm olan qatlanan bıçaq və 2 ədəd qan nümunəsi qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış protokoluna əsasən hadisənin Şərur rayonu, Həmzəli kəndində Şahid1 məxsus fərdi yaşayış evində baş verdiyi müəyyən edilmişdir. - 08 aprel 2024-cü il tarixli, 124 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs içkisizdir, narkotik və digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti yoxdur. - 09 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan 1 ədəd qara rəngli yun materialdan qabağı seplə bağlanan qollu gödəkcə, 1 ədəd göy rəngli yun materialdan 3 düymə uzunqol köynək, 1 ədəd boz rəngli üzərində qara qırmızı zolaqları olan qabağı düymə ilə bağlanan saroçka, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli cins şalvar, 1 ədəd şalvarın üzərində dəri materialdan qara rəngli kəmər və 1 cüt qara rəngli rezin materialdan çəkmə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan “Hope” markalı mobil telefonunu, AA******* nömrəli şəxsiyyət vəsiqəsini və P ******* nömrəli pasportunu könüllü surətdə təqdim etmişdir. - 09 aprel 2024-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Hope” markalı “S15” modelli mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs “Yasın.Q0nşu” adı yazılmış ***-***-**-** nömrə ilə 07 aprel 2024-cü il tarixdə, saat 13:10-da 28 saniyə müddətində danışmışdır. Telefonun gedən-gələn zənglər hissəsində, qaleriya, mesajlar, səs yazıları və not dəftəri hissələrinə baxış keçirən zaman istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. -10 aprel 2024-cü il əşyaya baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi cinayətin aləti ehtimal edilən bıçaq – 1 ədəd üzərində qanabənzər ləkələr olan ümumi uzunluğu 20,5 sm, tutacaq hissəsi qara rəngli dəmir materialdan olmaqla 12,5 sm, deşici hissəsi qara rəngli, dəmir materialdan, uzunluğu isə 8 sm, eni 2 sm olan qatlanan bıçaq qablaşdırılaraq götürülmüşdür. -10 aprel 2024-cü il paltarlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman əynində olmuş paltarları – 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli lifçik, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli mayka, 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli köynək, 1 ədəd çəhrayı rəngli üzərində qanabənzər ləkələr olan qollu köynək qablaşdırılaraq götürülmüşdür. - 15 may 2024-cü il tarixli əşyanın tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, Şahid1 üç müxtəlif nömrələnmiş bıçaq tanınmaya təqdim edilmiş, o, bıçaqları nəzərdən keçirərək 3 rəqəmini göstərmiş, həmin bıçağı hadisə zamanı özünə məxsus Həmzəli kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs vurarkən özünün Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs əlindən aldığı bıçaq olduğunu, bıçağın qatlanan, qara rəngli, dəmir materialdan dəstəyi olduğunu, ucunun sivri olduğunu, tiyə hissəsinin qara rəngli olduğunu, həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirmişdir. - 16 may 2024-cü il tarixli əşyanın tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, Zərərçəkmiş şəxs üç müxtəlif nömrələnmiş bıçaq tanınmaya təqdim edilmiş, o, bıçaqları nəzərdən keçirərək 1 rəqəmini göstərmiş, həmin bıçağı hadisə zamanı anasına məxsus Həmzəli kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs onu bıçaqlayarkən anası Pakizənin köməkliyi ilə birlikdə Təqsirləndirilən şəxs əlindən aldığı bıçaq olduğunu, bıçağın qatlanan, qara rəngli, dəmir materialdan dəstəyi olduğunu, ucunun sivri olduğunu, tiyə hissəsinin qara rəngli olduğunu, uzunluğunun isə təxminən 20,5 sm olduğunu və həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirmişdir. - 20 may 2024-cü il tarixli əşyanın tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs üç müxtəlif nömrələnmiş bıçaq tanınmaya təqdim edilmiş, o, bıçaqları nəzərdən keçirərək 2 rəqəmini göstərmiş, həmin bıçağın özünə məxsus olduğunu, bıçağın hadisə zamanı cibində olduğunu, həmin bıçaqla hadisə zamanı Həmzəli kəndində həmkəndlisi Şahid1 məxsus evdə onun qızı Zərərçəkmiş şəxs vurduğunu, bıçağın dəmir materialdan dəstəyi qara rəngli, uzunluğu isə 12,5 sm olan, tiyəsi qara rəngli uzunluğu isə 8 sm, bir tərəfi kəsici, digər tərəfi isə küt olmaqla ucu sivri formada ümumi uzunluğu 20,5 sm olduğunu və həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirmişdir. - 20 aprel 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd bıçaq, 2 ədəd qan nümunəsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun üzərindən şəxsi axtarış aparılan zaman cinayəti törədərkən əynində olmuş geyim əşyaları, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə, vaxtına və üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyi nəzərə alınaraq 15 iyul 2024-cü il tarixdə maddi sübut hesab olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Həmzəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Həmzəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur. - 09 aprel 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində cəlb edilmiş, törətdiyi əmələ görə həmin tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 11 aprel 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 29, 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Əliyev X5 Sitarə Məmməd qızını qəsdən öldürmək məqsədilə onun üzərinə hücum edib bədəninin müxtəlif nahiyələrinə ümumilikdə yeddi ədəd bıçaq zərbəsi vurması qəsdən adam öldürməyə cəhd cinayətidir. Belə ki, 10 iyun 2023-cü ildə X17 Qasımovanın keçmiş həyat yoldaşı Sultan Əliyevi öldürmüş, Təqsirləndirilən şəxs qardaşı Sultanın qarnının və beyninin yarılması videolarına baxmış, bu videoların təsirindən çıxanmamış, qardaşının qisasını almaq fikrinə düşmüşdür. Qardaşını Bakıda dəfn etdikdən sonra Şərur şəhərinə gəlmiş, Hüseynin ailəsindən birini öldürmək məqsədilə Şərur rayonundakı bazardan özünə bir bıçaq almış, həmin bıçağı hər zaman üzərində daşımışdır. Həmkəndlisi Şahid2 yanında bu fikrini söyləmiş, bir müddət Şahid1 Həmzəli kəndindəki evini müşahidə etmişdir. Hadisə günü heyvanları otaran zaman Sitarənin qapının pilləkənlərində oturub telefon oynatdığını görmüş, heyvanları tövləyə qatmış, həyətə girərək Sitarənin üstünə getmiş, bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri vurmuşdur. Sitarənin səsinə anası Pakizə gəlmiş, arxadan əlini Afəddinin ağzına salmış, Afəddin də Pakizənin barmaqlarını dişləmiş, həmin vaxt ikisi də yerə yıxılmışlar. Afəddin bıçağı Sitarənin sinəsinə vurmaq istəyəndə Sitarə müqavimət göstərmiş, bir əli ilə Afəddinin əlindəki bıçağı tutmuş, digər əli ilə qapının yanındakı daşı götürüb onun başına çırpmışdır. Onu buraxmadığın görəndə çaydandakı qaynar suyu götürüb Afəddinin başına tökmüş, bundan sonra o, bıçağı ataraq qaçmışdır. X18 və polislər Sitarəni vaxtında xəstəxanaya çatdıraraq həyətini xilas etmişlər. Cinayət Məcəlləsinin 29-ci maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli xüsusilə ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yəni, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası 10 (on) il 5 (beş) aydan çox ola bilməz. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmadan, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu məhkəmənin nəzər-diqqətinə çatdırmış, məhkəmədən bunu nəzərə alaraq cəza təyin edilməsini xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını və ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, 3 övladının olmasını, himayəsində isə 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-17/2024 nömrəli, 11 aprel 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 aprel 2024-cü il tarixdən, saat 14:30-dan hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 09 aprel 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə-daktiloskopik ekspertizasına görə 67 (altmış yeddi) manat, məhkəmə-ballistik ekspertizasına görə 95 (doxsan beş) manat, məhkəmə-psixoloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan cinayətin aləti olan ümumi uzunluğu 200 mm olan, tiyəsi qara rəngli metaldan hazırlanan tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malik, tiyəsinin uzunluğu 88 mm, maksimal eni 17,5 mm, qalınlığı 1,7 mm olan, dəstəyinin uzunluğu isə 112 mm, eni isə 19,2 mm olan qatlanan bıçaq və 2 ədəd qan nümunəsi məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan 1 ədəd qara rəngli yun materialdan qabağı seplə bağlanan qollu gödəkcə, 1 ədəd göy rəngli yun materialdan 3 düymə uzunqol köynək, 1 ədəd boz rəngli üzərində qara qırmızı zolaqları olan qabağı düymə ilə bağlanan saroçka, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli cins şalvar, 1 ədəd şalvarın üzərində dəri materialdan qara rəngli kəmər və 1 cüt qara rəngli rezin materialdan çəkmə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli lifçik, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli mayka, 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli köynək, 1 ədəd çəhrayı rəngli üzərində qanabənzər ləkələr olan qollu köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Hope” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və P4292617 nömrəli ümumvətəndaşlıq pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddə ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə -daktiloskopik ekspertizasına görə 67 (altmış yeddi) manat, məhkəmə-ballistik ekspertizasına görə 95 (doxsan beş) manat, məhkəmə-psixoloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Cinayətin aləti olan ümumi uzunluğu 200 mm olan, tiyəsi qara rəngli metaldan hazırlanan tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu batıcı xassəyə malik, tiyəsinin uzunluğu 88 mm, maksimal eni 17,5 mm, qalınlığı 1,7 mm olan, dəstəyinin uzunluğu isə 112 mm, eni isə 19,2 mm olan qatlanan bıçaq və 2 ədəd qan nümunəsi məhv edilsin. - Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan 1 ədəd qara rəngli yun materialdan qabağı seplə bağlanan qollu gödəkcə, 1 ədəd göy rəngli yun materialdan 3 düymə uzunqol köynək, 1 ədəd boz rəngli üzərində qara qırmızı zolaqları olan qabağı düymə ilə bağlanan saroçka, 1 ədəd üzərində qanabənzər ləkələr olan göy rəngli cins şalvar, 1 ədəd şalvarın üzərində dəri materialdan qara rəngli kəmər və 1 cüt qara rəngli rezin materialdan çəkmə Təqsirləndirilən şəxs qaytarılsın. - Hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyaları, 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli lifçik, 1 ədəd üzərində qanabənzər ləkələr olan qara rəngli mayka, 1 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli köynək, 1 ədəd çəhrayı rəngli üzərində qanabənzər ləkələr olan qollu köynək Zərərçəkmiş şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Hope” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və P4292617 nömrəli ümumvətəndaşlıq pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza Arzuyar Kərimov Hakimlər: 1. imza Hüseyn Məmmədov

2. imza Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar