Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-35/2025 18.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat : 11:25 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs (yetkinlik yaşına çatmayan ) iştirakları ilə xx xxxx 2009-cu ildə Şərur rayonu, Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində xalasının əri Zərərçəkmiş şəxs nənəsi Şahid2 ilə telefonla danışarkən ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətdiyini eşitdikdən sonra Şərur rayonu, Kosacan kəndində yaşadığı evinin həyətyanı sahəsində olan yardımçı binanın içərisindən bir ədəd bıçaq və bir ədəd balta götürüb evdən çıxaraq Zərərçəkmiş şəxs xəsarət yetirmək məqsədilə sonuncunun yaşadığı evə getmiş, həyətə daxil olaraq ilk öncə qarşısına çıxan xalası Şahid3 və onun arxasınca gələn Zərərçəkmiş şəxs görmüş, xalası onun əlindən baltanı alaraq kənara atmış, həmin vaxt hadisə yerinə gələn qardaşı Şahid4 Zərərçəkmiş şəxsla mübahisə etdiyini görmüş, bundan sonra xalası Şahid3 əlindən çıxaraq özü ilə gətirdiyi məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı ilə arxadan Zərərçəkmiş şəxs qəsdən bir zərbə vuraraq ona döş qəfəsinin sağ arxa səthinin deşilmiş-kəsilmiş yarası, pnevmatoraks xəsarətləri yetirməklə sonuncuya insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, anası, qardaşı, nənəsi və babası ilə birlikdə yaşamış, maddi imkanları zəif olduğundan oxuya bilməmiş və 9-cu sinifdə məktəbdən çıxaraq usta yanında sənəd öyrənməyə getmişdir. Xalasıgilin evlərində çox səs-küy olduğunu, hər dəfə də mübahisə edəndə onlara zəng vurduqlarını bildirmişdir. O isə xalasıgildən onlara zəng vurmamağını istəmişdir. Nənəsinin telefonu olmadığından hər dəfə nənəsi ilə danışmaq üçün ona zəng vurmuşlar, anası da gecənin bu vaxtı onların niyə zəng vurduqlarını soruşmuşdur. Hadisədən 2 gün əvvəl saat 11:00-00:00 radələrində xalasının əri Cahangir nənəsi ilə danışmaq məqsədi ilə ona zəng vurmuş və ondan nənəsinin harada olduğunu soruşmuş, o isə evdəkilərin hamısının yatdığını bildirmişdir. Nənəsi Cahangirin qaynanası olmuş və nənəsinin telefonu olmadığı üçün ona zəng etmişdir. Cahangir ona: “Yoldaşım məndən gizlin telefon işlədir”- deyə söyləmiş, o isə nə dediyini başa düşmədiyini deyən zaman ona rayonda gözlədiyini deyərək görüşməyi təklif etmiş və “Nənəni də rayona gətir, mən arvadımın telefon işlətməyini sizə sübut edəcəm” – demiş, saatın təxminən 00:00 olduğunu, onların yatdığını, kimisə narahat etməyə ehtiyac olmadığını, özünün gələcəyini bildirmişdir. O, taksiyə minib rayona getmiş, Cahangirdə həmin vaxt “Nar” marketin arxasında olmuş, salamlaşıb görüşmüşlər. Cahangirdən nə baş verdiyini soruşmuş, o da : “Arvadım məndən xəbərsiz telefon işlədir, ona görə də nənə ilə söhbət etməliyəm – deyəndə “Xalam o hərəkəti etməz, elə bir şey ola bilməz”- deyə bildirmişdir. Cahangir isə ona inanmadığı təqdirdə sübut edə biləcəyini söyləmişdir. Cahangirə ailə problemlərinin onu maraqlandırmadığını, “qaynanan bilər, sən bilərsən!”- deyə söylədiyini və nə zaman istəsə gəlib nənəsi ilə danışa biləcəyini bildirmişdir. Cahangir də “gəl “Nar” marketə girək mən arvadımın telefon işlətməyini sənə sübut edim”- demiş, daha sonra onlar “Nar” marketə girdikdə, adam çox olduğu üçün orada gözləməmiş çıxmışlar. Cahangir isə xalasına “səni çöldə gözləyirik gələrsən gedərik”- deyə müraciət etmişdir. Gecə saat 00:00 radələrində xalası gəlib maşına minmiş, Cahangir onu evə qoyduqdan sonra özləri də evlərinə getmiş, beləliklə həmin gün söhbət edə bilməmişlər. Həmin vaxt Cahangirlə onun arasında mübahisə olmamış, sadəcə arvadı ilə özü arasında olan mübahisəni aydınlaşdırmaq üçün onu çağırmışdır. O əlavə olaraq ifadəsində, onların ailə problemlərini həll etməyə yaşının çatmadığını, ona görə də nə olduğu ilə maraqlanmadığını bildirmişdir. Həmin haqq-hesabdan 2 gün sonra hadisə günü, yəni ayın 12-dən 13-nə keçən gecə saat 00:00 radələrində telefon səsi gəlmiş, qardaşının otağına gedərək qardaşının yatdığını görmüşdür. Zəng edənin xalası mı yoxsa Cahangir mi olduğunu bilməmiş, amma nənəsi ilə xalasının telefonda danışdığını eşitmişdir. Birdən telefonda onların səs-küyü gəlmiş, onların nə danışdıqlarını bilməmiş, yoldaşı ilə nə isə problemləri olduğunu təxmin etmiş, telefon da mikrofonda olduğu üçün səslərini eşitmiş, həmin vaxt Cahangirin xalasını vurmağını və ona, anasına, qardaşına, nənəsinə qarşı nalayıq ifadələr və söyüşlər işlətdiyini eşitmişdir. Tez əsəbləşən biri olmamış, lakin söyüşləri eşidən zaman əsəbləşmiş və heç kimə demədən gizlicə evdən çıxmışdır. Qapının yanında 3 dəqiqə dayandıqdan sonra damdan qapının girəcəyindən balta və bıçağı hər zaman qoyduqları yerdən götürərək Cahangirin evinə getmişdir. Onların ailə problemlərinə görə yox, onu söydükləri üçün qapılarına getmişdir. Xalasıgilə getməyini evdəkilərdən heç kimə deməmiş, evdən çıxdıqdan sonra evdəkilər onu çağırmışlar və evdə olmadığını görərək xalasıgilə getdiyini düşünən qardaşı, anası və nənəsi onun arxasınca gəlmişlər. Xalasıgillə onların evin arasında piyada 5 dəqiqəlik məsafə olmuşdur. Onların həyətinə çatanda qarşısına ilk öncə xalası Qanuni nümayəndə çıxmış və ondan : “Burada nə edirsən?” – deyə soruşmuşdur. Həmin vaxt şokda olduğu üçün cavab verə bilməmiş, arxasınca xalasının oğlu Rafael Rəsulzdə çıxmışdır. Xalasının oğlu ondan balaca olmuş, Rafael ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o isə onunla işi olmadığını söyləmişdir. Xalasını oğlu onun üstünə gələndə xalası qoymamışdır. Cahangir də qardaşı oraya gələn zaman gəlmiş, o isə həmin vaxt Rafael ilə mübahisə etmişdir. Cahangir gələn zaman ona heç nə deməmiş və onu vurmamışdan əvvəl söyüş söyməmişdir. Cahangir qardaşına hücum edib ona bir iki zərbə vuraraq qardaşını söymüş, o da xalasının əlindən çıxmış, Cahangirin sağ tərəfində olduğu üçün onu sağ tərəfindən bel nahiyəsinə 1 zərbə vurmuş, bu zaman Cahangir də onu vurmuşdur. Bir zərbə vurduqdan sonra şokda olduğu üçün bıçağı yerə atmamışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün əlində ki bıçağı Zərərçəkmiş şəxs görməyini bilməmişdir. Daha sonra Cahangirin atası qardaşının üstünə gəlmiş və bütün ailə savaşmışdır. Cahangirin atası Şahid1 vurmaq istəmiş, amma nəvəsi Şahid5 araya keçdiyi üçün bıçaq səhvliklə onun sol qoluna dəymişdir. Onun uşağı vurmaq niyyəti olmamış, özünə də “sən məndən balacasan, mənim səninlə işim yoxdur”- deyə söyləmiş və bıçaq ona səhvliklə dəymişdir. İndiyə kimi savaşqan və əsəbi biri olmamış, heç uşaq vaxtı da çox savaşmadığını bildirmiş, Cahangirin ona gecə-gündüz demədən çox zəng etmiş, buna görə də əsəbləşmişdir. Hətta o zəng vurduqca xəstə babasının da çox narahat olduğunu demişdir. Ailələrində də elə böyük problemlər olmamış, o vaxt şokda olduğu üçün nə etdiyini bilməmiş, evə qayıdandan sonra nə etdiyini dərk etmişdir. Hadisə baş verən zaman həyətdə böyüklər olmuş, onlar əlindən bıçağı almağa cəhd etmişlər, amma ala bilməmişlər. Bıçaqla bir Cahangir, birdə oğlu Şahid5 vurmuş, lakin Cahangiri bıçaqla vurduqdan sonra davam etmək istəməmişdir. Həyətə gələndə balta əlində olmuş, amma bıçağı vurarkən balta əlində olmamışdır. Xalası onu tutan zaman kimsə baltanı əlindən alıb kənara atmış, qaranlıq olduğu üçün baltanı əlindən kimin aldığını görməmişdir. Bıçağın əlində olmasını isə görən olmamışdır. Sonra qardaşı Oruc da onun üstünə gələrək bir yumruq zərbəsi vurmuş və “sən nə edirsən!”- deyə soruşmuş, həmin vaxt özündə olmamış, lakin özü sonradan ayılaraq “mən nə edirəm bıçağı”- deyə düşünmüş və evə gəlmişdir. Onlar evə çatanda polislərin artıq qapının ağzında olmuşdur. Polisə isə bunların məlumat verdiyini təxmin etmişdir. Bıçağı heç kim əlindən almamış, əvvəldən-axıra üstündə olmuş, Cahangirə xəsarət yetirəndən sonrada cibinə qoyub üstünü paltarla örtmüş, evə aparmışdır. Polislər onu aparanda qardaşı da yanında olmuş, polislər kimin vurduğunu soruşanda : “mən vurmuşam” - demişdir. Polislər : “Bıçaq hardadır?” – deyə soruşmuş, gizlətdiyini bildirəndə “get, gətir” - deyə söyləmişlər. Qardaşına Cahangiri vurduğunu deməmişdir. Polisdə olan zaman da hadisə necə olubsa elə yayınmadan ifadəsini vermişdir. Törətdiyi əməldən çox peşman olduğunu, gələcəkdə bir daha belə hərəkətlər etməyəcəyini söyləmişdir. O, əlavə olaraq zərərçəkənin də onu bağışladığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən iki gün əvvəl Əyyubun öz nömrəsinə zəng etmiş, həmin nömrənin kimin adına olduğunu bilməmiş, amma Əyyub işlətmişdir. Əyyuba zəng edib qaynanası ilə danışmaq istədiyini söyləmiş, Əyyubda nənəsin yatdığını bildirmiş, -“Nənəmi nə edirsən?- deyə soruşmuş, ona – “Arvadım məndən gizlin telefon işlədir, onu deyəcəm qaynanamda bilsin” – deyə cavab vermişdir. Əyyubda – “Ehtiyac deyil, heç kimi oyatmıram, özüm 15 dəqiqəyə gəlirəm” – deyə bildirmiş, telefonda danışdıqdan 15 dəqiqə sonra Əyyubun özü onun yanına gəlmiş, “Hanı telefon?”- deyə soruşmuşdur. Arvadının “Nar” marketdə işlədiyini, Əyyubla birlikdə marketə girib arvadının əlində telefonu gördüklərini, həmin vaxt marketdə adam çox olduğu üçün üz vurmayıb çölə çıxdıqlarını demişdir. Arvadına – “Çöldə səni avtomobildə gözləyirik” – deyə söyləmiş, arvadı gələndən sonra avtomobillə aparıb Əyyubu evlərinə qoymuşlar, daha sonra öz evlərinə getmişlər. Arvadından işdən çıxmağını istəyəndə -“Borcum var işləyəcəm” – söyləyib razılaşmamış, ona - “Lazım deyil, mən sənin borcunu verəcəm, sən işdən çıx, mən müdirlə danışıb borcu bağlayacam” - demişdir. Evdə bu söhbətləri təkrar danışmışlar, həmin vaxt arvadını vurub söymüş, oda anasına zəng etmişdir. Arvadından – “Mənim haradan marketə 300 manat borcum var?” – deyə soruşmuş, oda anasına zəng edərək – “Cahangir deyir ki, mənim 300 manat borcum yoxdur axı” –demiş, elə mübahisə də buradan başlamışdır. Arvadı anası ilə telefonla danışmış, amma telefon bağlanmadığı üçün onların səsini evdə eşitmişlər. Əsəbləşib arvadını şillə ilə vurmuş, oğluna da – “Bunu götür, anasıgilə apar” – deyə tapşırıq vermişdir. Hadisə günü ayın 12-i içəridə televizor izləmiş, çöldən səs gəldiyini eşidəndə ana-balanın savaşdığını düşünüb həyətə çıxmış, bu vaxt oğlu ilə Əyyubun sözlü mübahisə etdiklərini görmüşdür. Daha sonra Əyyubun qardaşı Orucda gəlmişdir. Onların yanına çatanda Orucdan –“Qapıya nəyə gəlmisiz!” – deyə soruşmuş, Orucla üz-üzə mübahisə etmiş, arxası Əyyuba tərəf olmuş, birdən Əyyub arxadan onu vurmuşdur. Əyyubun daşla vurduğunu düşünmüş, bıçaqla vurduğunu hiss etməmişdir. Əlini belinə vurmadığı üçün qanayıb- qanamadığını bilməmiş, üstündən 30 dəqiqə keçəndən sonra başının gicəllənməyini hiss etmişdir. Hadisədən təxminən 15-20 dəqiqə sonra əmioğlusu Mayıs Əsgərov gəlmiş, ona - “Mənim başım gicəllənir, məni evə apar” – deyə söyləmiş, bıçaqla vurulduğunu hiss etməmiş, əmioğlusu onu evə aparıb yerə uzatmış, -“Səni bıçaqla vurublar” - demişdir. Əyyub onu sağ tərəfdən bıçaqla vurmuşdur. Daha sonra təcilli tibbi yardıma zəng etmişlər, onlar xəstəxanaya aparmışlar, oradan da Naxçıvana şəhər xəstəxanasına yollamışlar, sonradan olanları bilməmiş, heç oğlunun da vurulmağından xəbəri olmamışdır. Şikayətçi olmadığını, Əyyubun uşaq olduğunu, nənəsinə, anasına görə onu bağışladığını, onun tutulmağını istəmədiyini, xəstəxanada olanda da maraqlandıqlarını, ona kömək etdiklərini, artıq barışdıqlarını, belə bir hadisənin olduğunu unutduğunu məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, hadisə günü gecə saat 12:00-da Əyyubun otağına getmiş, Əyyubun orada olmadığını görmüşdür. Həmin vaxt anası bacısı ilə telefonla danışmış, telefon mikrofonda olduğu üçün bacısının ağlamağını eşitmişdir. Lakin Cahangirin söyüş söyməyini eşitməmişdir. Hadisədən 2 gün əvvəldə Cahangir Əyyuba zəng vurub bacısının iş yerinə çağırmış, Əyyub evdə olmadığı üçün Cahangirgilə savaşmağa getdiyini düşünmüş, arxasınca hadisə yerinə böyük oğlu, anası və özü piyada getmişlər. Bacısıgilə onların evinin arasında 5-10 dəqiqəlik məsafə olmuşdur. Əyyubun evdən bıçaq və balta götürməyini heç kim görməmiş, hadisə yerinə çatanda artıq hadisə baş vermiş, orada ilk Cahangiri görmüş, hadisədən 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs oğlu və atası gəlmişdir. Zərərçəkmiş şəxs ona –“Oğlun məni vurdu” – demişdir. Əyyubu orada görəndə əlində heç nə olmamışdır. Cahangir xəstəxanada olanda anası gedib maraqlanmışdır. Oğlu Əyyubun 16 yaşı olduğunu, səhvlik etdiyini onun adına üzr istədiyini məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qızı Günay “Nar” marketdə işləyir. Hadisə günü saat 00:00-da yatmış, telefona zəng gəlmiş, zəng edən qızı olmuş, ağlayaraq : ”Ana Cahangir məni incidir, məni söyür” – demişdir. Onlar telefonla danışanda Cahangirinin qızını söydüyünü eşitmiş, Günaya təhqir edici var-yox söyüşləri etmişdir. Telefon mikrafonda qaldığı üçün Əyyub da bu söyüşləri eşitmişdir. Qızı ilə danışandan sonra öz otağına keçib uzanmış, gecə fikri qızında qaldığı üçün nəvəsinin yanına gedərək onunla danışmış, oda : “Ailədir özləri bilər” - demişdir. Təxminən 20 dəqiqə keçmiş, Əyyubun evdə olmadığını görüb telefonuna zəng etsələr də, nömrəsinə zəng çatmamışdır. Onlara : ”Gəlin Günaygilə gedək, bəlkə Əyyub ora gedib” – demiş, çölə çıxanda o tərəfədən səs gəldiyini eşitmişlər. Hadisə yerinə qızı Günel, nəvəsi Orucla birlikdə çatmışlar, onlar ora çatanda çaylaq deyilən yerdə Əyyubla Cahangirin tutaqlaşdığını görmüşlər. Daha sonra böyük nəvəsi Orucla Cahangir tutaqlaşmışdır. Oruc : ”Sən burada nə edirsən! camaatın ailə işinə niyə qarışırsan!” – deyə Əyyuba qışqırıb onu döymüş, birdən orada səs-küy olmuşdur. Hava çox qaranlıq olduğu üçün o, Cahangirin bıçaqlanmağını görməmişdir. Nəvələri ilə birlikdə evlərinə qayıdanda polislərin həyətlərinə gəldiklərini görmüşdür. Polislər Cahangirin bıçaqladığını deyəndə o, bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Cahangirlə bir evdə yaşadığını, yuxarı mərtəbədə özünün, aşağı mərtəbədə isə oğlunun qaldığını söyləmişdir. Gecə səs eşitmiş, yuxu gördüyünü düşünmüş, səsin çöldən gəldiyini görüb yuxu olmadığını anlamış, paltarını geyinib aşağı düşmüşdür. Evdə və həyətdə heç kim olmadığını görmüş, səsin darvazadan çöldə arpa çayının yanından gəldiyini eşitmiş, darvazadan çölə çıxanda orada çoxlu adam görmüş, 5 metr getməmiş oğlu Cahangir qarşısına gəlib onu qucaqlamış, “Ata getmə”- deyəndə səbəbini soruşmuş, oğluda –“Ata, Oruc məni vurdu, səni də vurar” – demiş, “O, qələt edir məni vurur”- deyə cavab vermişdir. Cahangiri qorxutduqlarını düşünmüş, heç vurulduğu ağlına gəlməmişdir. O, adətən vurulan adamdan qan axdığını, halsız olduğunu bildirmiş, lakin Cahangir də bu halsızlığı hiss etməmiş, onu onu qucaqlayanda möhkəm qucaqlamışdır. Təxminən 10 metr irəli getmiş, orada Orucu görmüş, Orucun yaxasından tutub ona : “De görüm gecə saat 02:00-da siz burada nə edirsiniz!”- deyə soruşmuş, həmin vaxt yanında olan nəvəsi Rəfael : “dədə yandım, baba çön səni vururlar” – demiş, arxasına çönəndə nəvəsinin qolundan qan axdığını görüb dəhşətə gəlmişdir. Qanı görəndə oğlu Cahangiri vurduqlarını anlamışdır. Əyyubun onu başından və boynundan vurmaq istədiyini, lakin nəvəsinin bu zərbələrin qarşısını aldığını bildirmişdir. O, 71 yaşı olduğunu, nə təpik ata bildiyini, nədə ki, yumruq ata bildiyini söyləmişdir. Oğlunun öldüyünü düşünüb onlara zərbə yetirmək üçün şananı gətirməyə getmiş, hadisə yerinə qayıdanda heç kəsin olmadığını görmüşdür. Biraz Arpa çayın yanında durmuş, həmin vaxt qardaşının oğlu gəlib nə baş verdiyini ondan soruşmuş, o da bilmədiyini söyləmişdir. Qardaşının oğlu Cahangiri soruşmuş, ona oğlunun evdə olduğunu demişdir. Qardaşının oğlu evə getmiş, birdən “Ay əmi, Cahangiri bıçaqlayıblar” – deyə qışqırmış, o vaxta qədər Cahangirin bıçaqlanmağını bilməmişdir. Qardaşının oğlu : “Əmi, evə gəl, Cahangir ölüb” - deyəndə evə getmiş, həmin vaxt Cahangirin huşu özündə olmamışdır. Cahangiri üzü üstə çevirdiklərini, əskinidə kürəyinə sıxdıqlarını görmüş, qanı saxlaya bilmədikləri üçün təcili tibbi yardıma zəng etmiş, onlar gəlib Cahangiri xərəyə qoyub aparmışlar. Təcili tibbi yardımın arxasınca xəstəxanaya getmiş, rayon xəstəxanasından oğlu Cahangiri soruşmuş, xəstəxananın işçiləri də : “Biz bu qanı kəsə bilməzdik, ona görə də xəstəni Respublika xəstəxanasına göndərdik” – demişlər. Naxçıvan Respublika xəstəxanasına getmiş, həkimlə danışanda oğlunun vəziyyətinin ağır olduğunu, ağciyərinin zədələndiyini bildirmiş, rentgenə saldıqlarını, usmdə salıb vəziyyətini dəqiq deyəcəklərini söyləmişdir. Təxminən saat 06:00-da həkim : “Artıq evə gedə bilərsiniz” – demiş, ondan sonra evə getmişlər. Səhərisi günü polislər Cahangiri Əyyubun vurduğunu demişlər, oğlunun vəziyyəti ağır olduğu üçün o vaxta qədər Cahangiri kimin vurduğu barədə maraqlanmamışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, anası işdən gələndən sonra atası ilə anasının mübahisəsi olmuş, onlar savaşanda sonra anası evdən çıxmış, onu nənəsigilə aparmaq üçün arxasınca getmişdir. Çölə çıxanda Əyyubun əlində balta və bıçaqla həyətdə darvazadan içəridə dayandığını görmüşdür. Əyyub həyətə gələndə ona –“Atanı bıçaqlayacam” –demiş, anası Günayda Əyyubun qabağında dayanmış, - “Xala çəkil, Cahangiri bıçaqlayacam” - demişdir. X12 zorla darvazadan çölə çıxartmışdır . Hadisə təxminən gecə 12 -yə ya da 1 -ə işləmiş baş vermiş, havada ay işığı olmuşdur. Onlar çöldə olanda hələ Oruc gəlməmiş, Oruc gəlib atası ilə tutaqlaşmış, dava edən zaman atası Cahangiri Əyyub belindən bıçaqla vurmuşdur. Atası bıçaqlandıqdan təxminən 5 dəqiqə sonra babası da hadisə yerinə gəlmişdir. Əyyub babasını başından vurmaq istəyəndə onu qurtarmaq üçün qolunu zərbənin qabağına vermişdir. Bıçaq onun qoluna dəyib elə-belə kəsmişdir. Əyyubun onu vurmaq niyyəti olmamışdır. Daha sonra səs -küyə qonşular gəlib onları aralamışlar. Biraz sonra təcilli tibbi yardım gəlmiş, atasını evdən götürüb xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Nurməməd qızı ifadəsində göstərdi ki, hadisədən 3 gün əvvəl əri Cahangir ondan : “İşlədiyin yerdən pul götürmüsən, məndə marketdən 300 manat pul götürmüşəm” –demiş, ona elə bir hərəkət etmədiyini söyləmiş, lakin bu söhbət 2 - 3 gün davam etmişdir. Gecə işdən gələndə Cahangir həmin söhbəti birdə açmış, bu söhbəti anası Təranəyə də demişdir. Bunlara dözə bilməyib oğlunun telefonundan anasına zəng vurmuş, anasına : “Cahangir deyir ki, mən oradan pul götürmüşəm” – demiş, anası da – “Hə əmin elə deyib ki, Günay oradan pul götürüb” – deyə cavab vermiş, anası ilə telefonla danışanda əri ona qarşı pis söyüşlər söyməyə başlamışdır. Sonrada 3 uşağın yanında onu döymüş, telefonu bağlaya bilməmişdir. Cahangirin ona dediyi sözləri telefon açıq olduğu üçün Əyyub eşitmişdir. Uşaqların kömək edib onu ərinin əlindən almışlar, çölə çıxanda Əyyubunda qapıda durduğunu görmüşdür. Əyyubun əlindəki bıçağı və baltanı görəndə onun həyətə keçməyinə icazə verməmişdir. Oğluna : “Gir içəri qapını bağla, mən Əyyubu aparacam”- deyə söyləmiş, onun dediyini etməmiş, əksinə Əyyubun üstünə getmiş, həmin vaxt Əyyubla oğlunun arasında qalmışdır. Əyyub onun əlindən çıxıb oğluna zərər yetirər deyə qorxmuşdur. Onların səsinə əri Cahangir çölə çıxmış, bu vaxtda Orucda onlara gəlmiş, Oruc Əyyubu şillə ilə vurub – “Sən bura nəyə gəlmisən! Bunların ailə problemlərinə niyə qarışırsan” – demişdir. Oruc Cahangirlə üz-üzə savaşmış, Cahangir Orucu vurmaq istəyəndə Əyyub onun əlindən çıxmışdır. Əyyubun əlindəki baltanı alıb kənara atmış, baltanı əlindən alıb atsa da, bıçağı əlindən almağa gücü çatmamışdır. Bıçağı almağa gücü çatmamış, həmin vaxt oğlu da savaşmaq istəmiş, arxadan onu itələmişdir. Əyyub onun əlindən çıxıb, Cahangirin kürəyindən bir bıçaq zərbəsi vurmuşdur. Həmin günü ərinin sipirtli içki içdiyini hiss etməmişdir. X7 ifadəsinə əlavə olaraq bildirdi ki, əvvəllərdə belə olmuş, Əyyub onların evlərinə gəlmiş, Cahangirlə sözü olmuşdur. O, anasıgilə getmiş, polisə də zəng etmişlər, onda da Cahangir onu söymüş, amma belə ciddi mübahisələri olmamışdır. İndi əri ilə münasibətlərinin normal olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü evdə olmuş, işdən gəlib yorğun olduğu üçün yatmış, qardaşına zəng gəlmişdir. Qardaşı damı açanda qapının səsini eşidib yuxudan oyanmış, nənəsi ona Əyyubun getdiyini demişdir. Əyyub əl damından balta və bıçaq götürüb Cahangirlə savaşmağa getmişdir. Evdən anası və nənəsi ilə birlkidə çıxmışlar, qardaşı onlardan əvvəl getmişdir. Hadisə yerinə çatanda Cahangirgilin evinin qarşısındakı tut ağacının yanından qışqıraqışqıra gəldiklərini, Cahangirin xalasını tutub çölə çıxardığını görmüş, Əyyubun Cahangirlə savaşdığını görəndə onları ayırmaq istəmiş, bu vaxt Cahangirlə üz-üzə gəlib mübahisə etmişlər. Hava qaranlıq olduğu üçün qardaşını görə bilməmişdir. Qardaşının Cahangiri bıçaqla vurmağını bilməmiş, hadisə yerində qardaşının əlində bıçaq olduğunu görməmiş, döyəndən sonra əlində bıçaq olduğunu bilmişdir. Arpaçayının yanında qapıdan bir balaca aralanandan sonra əlində bıçaq olduğunu görmüşdür. Onlar evlərinə qayıdanda Əyyub bıçağı özü ilə aparmış, həmin bıçağı Əyyubun özü polisə təhvil vermişdir. Şərur rayon Polis şöbəsində qardaşının Cahangiri bıçaqla vurduğunu öyrənmiş, həmin ana qədər o Əyyubun Cahangiri bıçaqla vurduğunu bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6: - 15 may 2025-ci il tarixli, 234 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarət : sağ bilək nahiyəsində deşilmiş-kəsilmiş yara, deşici-kəsici alət-bıçaq təsirindən əmələ gəlmişdir, eləcə də ekspertizaya təqdim olunmuş bıçaq təsirindən də əmələ gəlməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X2 aid olan ekspertizaya təqdim olunmuş ağ rəngli maykanın üzərində olan cırılma onun sağ bilək nahiyəsində olan xəsarətlə heç bir səbəbli əlaqəsi yoxdur. - 15 may 2025-ci il tarixli, 235 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət : Döş qəfəsinin sağ arxa səthinin deşilmiş-kəsilmiş yarası, pnevmatoraks deşicikəsici alət-bıçaq təsirindən əmələ gəlmişdir, eləcə də ekspertizaya təqdim olunmuş bıçaq təsirindən də əmələ gəlməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gilənarı rəngli koftanın arxa kürək hissəsində olan 1 ədəd kəsik onun kürək nahiyəsində olan 1 ədəd kəsiklə üst-üstə düşür. - 16 may 2025-ci il tarixli, 230 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət : döş qəfəsində və sağ saidində sıyrıqlar, küt mexanizmidən, bərk küt əşyanın təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - 16 may 2025-ci il tarixli, 231 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Şahid2 bədən səthi üzərində aşkar edilmiş xəsarət: sağ bilək nahiyəsində qançır, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - 16 may 2025-ci il tarixli, 232 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Şahid4 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: boynunda sıyrıqlar, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - 16 may 2025-ci il tarixli, 233 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Şahid3 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: alnında qançır, sağ gözünün ağlı qişasında qansızma, sağ bazusunda sıyrıq küt mexanizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. - 25 iyun 2025-ci il tarixli, 9 nömrəli məhkəmə tibbi-bioloji (maddi sübutların ekspertizası) ekspertizası rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qablaşdırılaraq götürülmüş bıçağın üzərində qanabənzər ləkələr aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş ağ rəngli qısaqol köynəkdə qanabənzər ləkələr qandır, bu qan insan qanıdır, bu qan Zərərçəkmiş şəxs qanı ilə eynidir. Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan 01 ədəd qırmızı rəngli köynəkdə qan vardır, insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir. Şahid5 hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli maykada və göy rəngli cins şalvarda qan vardır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs və Şahid5 qanı ilə eynidir, yəni Oab(İ) qan qrupuna aiddir. Hadisə yerindən müvafiq qaydada qablaşdırılaraq götürülmüş 02 ədəd DNA çubuğunda, 01 cüt tərlikdə qan vardır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs və Şahid5 qanı ilə eynidir. - 18 avqust 2025-ci il tarixli, 447 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarət: Döş qəfəsinin sağ arxa səthinin deşilmiş-kəsilmiş yarası, pnevmatoraks deşicikəsici alət-bıçaq təsirindən əmələ gəlmişdir, eləcə də ekspertizaya təqdim olunmuş bıçaq təsirindən də əmələ gəlməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gilənarı rəngli koftanın arxa kürək hissəsində olan 1 ədəd kəsik onun kürək nahiyəsində olan 1 ədəd kəsiklə üst-üstə düşür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 avqust 2025-ci il tarixli, 738-739 nömrəli məhkəmə-daktiloskopik, məhkəməballistik ekspertizalarının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın və 01 (bir) ədəd baltanın səthində papilyar naxış izləri aşkar edildi. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçağın səthində aşkar edilmiş papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd baltanın səthində aşkar edilmiş əl-barmaq izi tam və aydın əks olunduğundan, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd baltanın üzərində aşkar edilmiş əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sağ əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, məişət-təsərrüfat təyinatlı mətbəx bıçağıdır. Tədqiqata təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predment kustar üsul ilə hazırlanmış, kəsiciçapıcı-əzici xassəyə malik, soyuq silah hesab edilməyən, məişət-təsərrüfat təyinatlı alətdirbaltadır. Tədqiqata təqdim edilmiş baltanın üzərində sonradan onun təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Naxçıvan MR X3 : - 14 iyun 2025-ci il tarixli, 283 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törəməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. - 14 iyun 2025-ci il tarixli, 284 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlaması ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir. - 15 may 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan aydın olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd tünd boz rəngli cins şalvar və 01 ədəd ağ rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd qırmızı rəngli köynək, Şahid5 hadisə zamanı üzərində olmuş 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd ağ rəngli mayka, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq, hadisə yerindən götürülmüş 01 ədəd balta, 02 ədəd qanabənzər ləkə və üzərində “spor7” yazısı olan tərlik maddi sübut hesab edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 13 may 2025-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən məlum olur ki, Şərur rayonu, Kosacan kənd sakini Təqsirləndirilən şəxs təqdim etdiyi 30 sm uzunluğunda, sarı rəngli dəstəyi olan 01 ədəd bıçağı təhvil vermişdir. - 13 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə Şərur rayonu, Kosacan kənd sakini Şahid1 məxsus evin həyətyanı sahəsinin qarşısında baş vermişdir. Ev su kanalı ilə qarşıqarşıyadır. Evin 2,1x4 metr ölçüdə, açıq mavi rəngli, tək tağlı, dəmir materialdan hazırlanmış darvaza qapısı vardır. Həmin qapıdan içəri daxil olduqda önümüzə 2 mərtəbəli yaşayış evi çıxır. Evin önünə daşlar düzülmüşdür. Evin önündəki daşların üzərində qanabənzər ləkə olduğu görünür. Yaşayış evinin sağ hissəsində üzəri şiferlə bağlanmış açıq balkon vardır. Açıq balkonun aşağısına daşlar düzülmüşdür. Həmin daşların üzərində qanabənzər ləkə olduğu görünür. Əlavə olaraq balkonda üzərində “spor 7” yazısı olan bir cüt tərlik vardır. Tərliyin üzərində qanabənzər ləkələr olduğu görünür. Evin darvaza qapısının sağ hissəsində tut ağacı vardır. Tut ağacının aşağı hissəsində dəmir materialdan hazırlanmış balta vardır. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs yaşayış evi ilə üzbəüz olan su kanalının yanında xalasının əri Zərərçəkmiş şəxs, ondan 7 metr aşağıda isə xalasının oğlu Şahid5 xəsarət yetirdiyini, tut ağacında olan baltanın evdən gətirdiyi balta olduğunu, lakin həmin baltanı kimin ora atdığını bilmədiyini bildirdi. - 13 may 2025-ci il tarixli aktdan məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş, 01 ədəd tünd boz rəngli cins şalvarı və 01 ədəd ağ rəngli qısaqol köynəyi təhvil vermişdir. - 13 may 2025-ci il tarixli aktdan məlum olur ki, Şahid5 hadisə zamanı üzərində olmuş, 01 ədəd ağ rəngli mayka və 01 ədəd göy rəngli cins şalvarı təhvil vermişdir. - 09 iyun 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Şərur rayon Rayon İcra Hakimiyyəti Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayon Rayon İcra Hakimiyyəti Kosacan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Zərərçəkmiş şəxs 17 sentyabr 2025-ci il tarixli natarius təsdiqli ərizəsindən görünür ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə olmayacaq. Hökm çıxararkən mövqeyini nəzərə almağını məhkəmə kollegiyasından xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 13 may 2025-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 15 may 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixində barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. 13 may 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhdud fəaliyyət qabiliyyətli olduğu üçün Qanuni nümayəndə (anası) qanuni nümayəndə qismində təyin edilmişdir. Zərərçəkmiş şəxs cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 13 may 2025-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə birbirinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlərin ifadələri ilə, maddi sübutlarla, ekspert rəyləri ilə, video görüntü ilə, digər mötəbər sübutlarla tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs xalasıgilin evlərində daimi mübahisə olmuş, onlar hər dəfə mübahisə edəndə nənəsinin telefonu olmadığından nənəsi ilə danışmaq məqsədi ilə Əyyubun telefonuna zəng vurmuşlar. Təqsirləndirilən şəxs xalasıgil hər dəfə zəng edəndə 1-ci qrup əllil olan babasının narahat olduğunu onlara bildirmiş, bu zənglərdən təqsirləndirilən şəxsin özü də narahat olmuş, dəfələrlə ona zəng etməklərindən bezmiş və xalasıgildən ona zəng vurmamağını istəmişdir. Anası Qanuni nümayəndə da gecənin bu vaxtı onların niyə zəng vurduqlarını soruşmuşdur. Hadisədən 2 gün əvvəl saat 11:00-00:00 radələrində təqsirləndirilən şəxsin xalasının əri Cahangir nənəsi ilə danışmaq məqsədi ilə ona zəng vurmuş və ondan nənəsinin harada olduğunu soruşmuş, Cahangirə evdəkilərin hamısının yatdığını bildirmişdir. Nənəsi Cahangirin qaynanası olmuş və nənəsinin telefonu olmadığı üçün ona zəng etmişdir. Cahangir Əyyuba : “Yoldaşım məndən gizlin telefon işlədir”- deyə söyləmiş, Əyyub nə dediyini başa düşmədiyini deyən zaman ona rayonda gözlədiyini deyərək görüşməyi təklif etmiş və “Nənəni də rayona gətir, mən arvadımın telefon işlətməyini sizə sübut edəcəm” – demiş, saatın təxminən 00:00 olduğunu, evdəkilərin yatdığını, kimisə narahat etməyə ehtiyac olmadığını, özünün gələcəyini bildirmişdir. Əyyub taksiylə rayona getmiş, Cahangirdə həmin vaxt “Nar” marketin arxasında olmuş, salamlaşıb görüşmüşlər. Cahangirdən nə baş verdiyini soruşmuş, Cahangir də : “Arvadım məndən xəbərsiz telefon işlədir, ona görə də nənə ilə söhbət etməliyəm” – deyəndə “Xalam o hərəkəti etməz, elə bir şey ola bilməz”- deyə bildirmişdir. Cahangir isə ona inanmadığı təqdirdə sübut edə biləcəyini söyləmişdir. Əyyub Cahangirə ailə problemlərinin onu maraqlandırmadığını, “qaynanan bilər, sən bilərsən!”- deyə söylədiyini və nə zaman istəsə gəlib nənəsi ilə danışa biləcəyini bildirmişdir. Cahangir də “gəl “Nar” marketə girək mən arvadımın telefon işlətməyini sənə sübut edim”- demiş, daha sonra onlar “Nar” marketə girdikdə, adam çox olduğu üçün orada gözləməmiş çıxmışlar. Cahangir isə xalasına “səni çöldə gözləyirik gələrsən gedərik”- deyə müraciət etmişdir. Təxminən gecə saat 1-ə işləmiş xalası gəlib maşına minmiş, Cahangir onu evə qoyduqdan sonra özləri də evlərinə getmiş, beləliklə həmin gün söhbət edə bilməmişlər. Həmin vaxt Cahangirlə onun arasında mübahisə olmamış, sadəcə arvadı ilə özü arasında olan mübahisəni aydınlaşdırmaq üçün onu çağırmışdır. Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə, saat təxminən 01:00 radələrində nənəsi Şahid2 ilə xalası Günay Bağırovanın telefonla danışdığını eşitmiş, telefon mikrafonda olduğu üçün xalasının əri Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyini görüb yaşadığı evin həyətyanı sahəsində olan yardımçı binanın içərisindən bir ədəd bıçaq və bir ədəd balta götürüb xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Xalasının həyətinə daxil olanda ilk öncə qarşısına xalası Şahid3 və xalasının oğlu Rafael Rəsulzdəni görmüş, xalası Əyyubun əlindəki balta və bıçağı görüb həyətə girməyinə icazə verməmiş, əlindəki baltanı alaraq kənara atmış, səs-küyə Zərərçəkmiş şəxs gəlmişdir. Hadisə yerinə gələn Şahid4 Zərərçəkmiş şəxsla üzbəüz mübahisə etmiş, həmin vaxt Əyyubda Cahangirin arxasında olmuşdur. X11 vurduğunu görüb xalasının əlindən çıxaraq cibində gizlətdiyi məişət-təsərrüfat təyinatlı mətbəx bıçağını heç kəsin görmədiyi şəkildə çıxararaq arxası ona tərəf olan Zərərçəkmiş şəxs qəsdən bir zərbə vurmuş, ona döş qəfəsinin sağ arxa səthinin deşilmiş-kəsilmiş yarası, pnevmatoraks xəsarətləri yetirməklə sonuncuya insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Cahangir bıçaq xəsarəti aldıqdan sonra evlərinə tərəf getmiş, bu vaxt atası Şahid1 ilə qarşılaşmış, hadisə yerinə gələn Şahid1 Şahid4la tutaqlaşmış, bu vaxt Əyyub zərərçəkmiş şəxsin atasına zərbə vurmaq istəyəndə xalası oğlu Rafael araya girmiş, qolundan yaralanmışdır. Şahid1 ifadəsində qeyd etmişdir ki, hadisə günü evdə və həyətdə heç kim olmadığını görmüş, səsin darvazadan çöldə arpa çayının yanından gəldiyini eşitmiş, darvazadan çölə çıxanda orada çoxlu adam görmüş, 5 metr getməmiş oğlu Cahangirlə qarşılaşmışdır. Cahangir atasına : “Ata getmə”- deyəndə səbəbini soruşmuş, oğluda –“Ata, məni Oruc vurub, səni də vurar” – demiş, “O, qələt edir məni vurur”- deyə cavab vermişdir. Onun bu ifadəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Şahid4, Zərərçəkmiş şəxs verdiyi ifadələrlə təkzib olunur. Zərərçəkmiş şəxs özü də ifadəsində qeyd edir ki, hadisə günü Orucla üzbəüz mübahisə edib tutaqlaşmış, həmin vaxt arxasında Əyyub olmuş, arxasından vurulduğunu hiss etmiş, daşla vurulduğunu düşünmüş, bıçaqlandığını isə hadisə baş verəndən 30 dəqiqə sonra gələn əmisioğlu deyəndən sonra bilmişdir. Həmin vaxt Orucla üzbəüz dayandığı üçün onun vurma ehtimalı olmamışdır. Eyni zamanda məhkəmə istintaqında dindirilən digər şahidlər də bıçağın və baltanın Əyyubun əlində olduğunu, Orucun əlində heç nəyin olmadığını təsdiq edirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin, şahidlərin üzləşdirilməsi məhkəmə istintaq hərəkətində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Şahid4 yox, Təqsirləndirilən şəxs bıçaqla vurmuşdur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə çıxışları mərhələsində təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alan dövlət ittihamçısı məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsini, yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cəzasını ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alıb Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məhkəmə qarşısında təklif etdi. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində yenə də şikayətçi olmadığını, barışmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməsini istəmədiyini, şikayəti və tələbi olmadığını bildirmiş, məhkəmə kollegiyasından onu bağışlamaqlarını xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, belə bir hadisənin olmasını istəmədiyini, gələcəkdə belə bir hadisənin təkrarlanmayacağına dair söz verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə kollegiyasından oğlu Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını nəzərə alıb məhkəmədən onu bağışlamağını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmə çıxışları mərhələsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs etdiyi əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını eyni zamanda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, ailə vəziyətini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzadan mümkün qədər ən aşağı cəza təyin edilməklə Аzərbaycan Respublikası CМ-in 70-ci maddəsini təqdim etməklə cəzanın şərti olaraq tədbiq edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları, müdafiəçinin və dövlət ittihamçısının təklifini nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs da cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 30 iyun 2008-ci il tarixli, 6 saylı qərarının, 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşınaçatmayanlaraon ildən çox olmayan müddətə təyin edilir. Cinayət Prosessual Məcəlləsinin 435.4-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışması və zərərin əvəzini ödənilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. 15 may 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik, məhkəmə-daktiloskopik ekspertizalarına görə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan cinayətin aləti olan 01 ədəd bıçaq, 02 (iki) ədəd DNT çubuğunda olan qan nümunəsi məhv edilməlidir. Hadisə yerindən götürülmüş 01 ədəd balta mülkiyyətçi Qanuni nümayəndə qaytarılmalıdır. Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd ağ rəngli qısaqol köynək (01 bağlamada) qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd qırmızı rəngli köynək (01 bağlamada), üzərində “spor 7” yazısı olan 01 cüt tərlik Zərərçəkmiş şəxs qaytarmalıdır. Şahid5 hadisə zamanı üzərində olmuş 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd ağ rəngli mayka (01 bağlamada) qanuni nümayəndəsinin iştirakı ilə Şahid5 qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüsü olan 01(bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti başa çatanadək təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizalarına görə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan cinayətin aləti olan 01 ədəd bıçaq, 02 (iki) ədəd DNT çubuğunda olan qan nümunəsi məhv edilsin. Hadisə yerindən götürülmüş 01 ədəd balta mülkiyyətçi Qanuni nümayəndə qaytarılsın. Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd ağ rəngli qısaqol köynək (01 bağlamada) qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs qaytarılsın. Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olmuş 01 ədəd qırmızı rəngli köynək (01 bağlamada), üzərində “spor 7” yazısı olan 01 cüt tərlik Zərərçəkmiş şəxs qaytarılsın. Şahid5 hadisə zamanı üzərində olmuş 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd ağ rəngli mayka (01 bağlamada) qanuni nümayəndəsinin iştirakı ilə Şahid5 qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin videogörüntüsü olan 01(bir) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov