Məhkəmə qərarları › İş №1(109)-36/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-36/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-36/2024 26.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:20 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X9 iştirakları ilə 31 dekabr 1980-ci ildə İran İslam Respublikasının Həmədan doğulmuş, evli, 2 uşaq atası, İran İslam Respublikasının vətəndaşı, qoşqulu nəqliyyat vasitəsi sürücüsü işləmiş, orta təhsilli, məhkum olunmamış, İran İslam Respublikasının Həmədan şəhəri, Moderes küçəsi, Tohid məhəlləsi, ev 58 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 80 həbdən artıq külli miqdarda narkotik vasitə “metadon” dərman preparatlarını əldə edib bir qismini istifadə etdikdən sonra qalanını bir bükümlərdə üzərində gizlədib saxlayaraq daşımış, xx.xx.2024cü il tarixdə saat 16:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gəlib Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 54AA405/54AA406 dövlət qeydiyyat nişanlı, “Dongfeng” markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi cins şalvarın sağ yan tərəfdəki balaca cibindən salfet kağızına bükülmüş bir ədəd bükümdə üzərlərində “DDP M20” yazısı olan, hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,02 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 1,6 qram olan 80 həb narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 3 ilə yaxın bir müddətdir ki, ayağının qırıldığını söyləmiş və bu səbəbdən ayağında dözülməz ağrıları olduğuna görə həkimə müraciət etmiş, həkimin yazdığı dərmanlar ona fayda etməmişdir. 1-2 aydan sonra İranın Bahar şəhərində onu müalicə edən Mahmud adlı həkimə müraciət etmiş, həkim dözülməz ağrıları olduğuna görə resept yazaraq metadon dərman preparatından gündəlik olaraq 3-4 həb istifadə etməyini demişdir. Metadon dərman preparatından təxminən 2 ilə yaxın bir müddətdir ki, istifadə etmiş, metadonun isə qanunla qadağan olduğunu bilməmişdir. Yolda təxminən 20 gün qalacağı üçün dərman çox götürmüş, gün ərzində 3-4 ədəd istifadə etdiyinə görə 80 ədəd götürsə onu görəcəyini düşünmüş, məqsədi satmaq olmamışdır. Həmin dərmanları geyindiyi şalvarın sağ tərəfindən balaca cibinə qoymuşdur. 06 iyun, təxminən saat 14:00-da İran İslam Respublikasından “Şahtaxtı” gömrük postuna gəlmiş, sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşları ona yaxınlaşaraq şəxsi yoxlama keçirəcəklərini demişlər. Yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı üzərində bəyan etmədiyi və ya qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini xahiş etmişdir. O isə gömrük əməkdaşına üzərində qadağan edilmiş heç bir əşya olmadığını bildirmiş və qorxduğu üçün üzərindəki dərmanları bəyan etməmişdir. Yoxlama zamanı üstündən qadağan olunmuş dərmanlar aşkarlanmışdır. Şəxsi yoxlanışdan sonra yük nəqliyyat vasitəsində də yoxlanış aparılmış və qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Gömrük əməkdaşları tərəfindən yoxlanış zamanı ona qarşı heç bir zor tətbiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahtaxtı gömrük postunda xidmətdə olarkən təxminən saat 18:00 radələrində iş yoldaşı Tofiq, İran İslam Respublikasından gələn “Dongfeng” markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs şübhələndiyi üçün şəxsi yoxlama keçirəcəyini söyləmişdir. Ondan da video çəkiliş zamanı kömək etməyini xahiş etmiş, oda bu təkliflə razılaşmışdır. Yoxlanış aparmadan əvvəl gömrük əməkdaşı Tofiq, təqsirləndirilən şəxsdən - “Üstündə qadağan olunmuş nəyin var ? “ - deyə soruşmuş, o isə üzərində qadağan olunan heç nə olmadığını demişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın balaca cibindən ağ salfetkaya bükülmüş 80 ədəd üzərində metadon M20 yazılan dərman preparatı və eyni cibindən açıq şəkildə 3 ədəd ağ rəngli naməlum dərman tapılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir tibbi sənəd təqdim etməmişdir. Nəticədə Təqsirləndirilən şəxs üzərindən 83 dərman aşkar edib götürmüşlər. Video çəkiliş və şəxsi yoxlama aparan zaman Najafı Gholamraze onlara qarşı heç bir müqavimət və təzyiq göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, 06 iyun 2024-cü il tarixdə, axşam radələrində iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olan zaman İran İslam Respublikasından gələn yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs yaxınlaşaraq sorğu-sual etmiş, Təqsirləndirilən şəxs ilə ünsiyyət zamanı onun bədənində insult və ya infarkt keçirdiyi məlum olmuşdur. Ondan hər hansı bir dərman və ya tiryək istifadə edib-etmədiyini soruşmuş, Gholamreza isə cavab olaraq istifadə etmədiyini demişdir. Gholamrezanın hərəkətləri onda şübhə yaratdığından şəxsi yoxlanış aparmaq qərarına gəlmişdir. Gholamrezada fiziki problemlərin olması onun dərman istifadə etməsi şübhəsini daha da artırmış, şəxsi yoxlama zamanı fars dilində bildirişi Gholamrezaya oxudub imzalatmışdır. Gholamreza ona üzərində qadağan olunmuş heç bir predmetin olmadığını bildirdikdən sonra, o, şəxsin üzərində yoxlama keçirmək üçün post rəisindən icazə almış, video çəkiliş zamanı “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 köməklik etmək üçün çağırmışdır. Video çəkiliş vasitəsi ilə “Şahtaxtı” gömrük postunun şəxsi yoxlama otağında şəxsin üzərində yoxlama keçirməyə başlamış, Gholamrezanın əynində olan tünd mavi rəngli cins şalvarının sağ tərəfində yerləşən balaca cibindən ağ salfetə bükülmüş, üzərində “DDP M20” yazılan krem rəngli 80 ədəd metadon və eyni cibindən açıq şəkildə 3 ədəd üzərində “APM 127” yazılmış ağ rəngli naməlum tərkibli həblər aşkar etmişlər. Gholamreza həmin dərmanları bədənində olan ağrıları üçün özünün istifadə etdiyini demiş, Gholamrezadan qadağan olunmuş həbləri əvvəlcədən niyə bəyan etmədiyini soruşmuş, o isə səmimi olaraq aşkar olunan həblərin miqdarının çox olduğunu və bu səbəbdən qorxduğu üçün bəyan etmədiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs onlara rəsmi qaydada heç bir resept təqdim etməmiş, şifahi qaydada həkim məsləhəti ilə ağrıları üçün istifadə etdiyini bildirmişdir. Gholamrezaya məxsus olan yük nəqliyyat vasitəsinə 2 nəfər hal şahidinin iştirakı ilə yoxlanış keçirən zaman qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Yük nəqliyyat vasitəsinə baxış keçirən zaman orada daşınan 6 ədəd “Toyota Hilux” markalı avtomobilin yükünü yoxlamaq çətin olduğu və uzun zaman çəkəcəyi üçün yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı video çəkilişdən istifadə edə bilməmişlər. Yük nəqliyyat vasitəsinin 54AA405 dövlət qeydiyyat nişanlı, “Dongfeng” markalı üstü açıq çin maşını olduğunu, həmin maşını Gholamrezanın tək idarə etdiyini, şəxsi yoxlama zamanı Gholemrezanın gömrük əməkdaşlarına heç bir narahatçılıq etmədiyini, üzərindən çıxan dərmanları səmimi olaraq qəbul etdiyini və onların vaxtını aldığı üçün əməkdaşlardan üzr istədiyini söyləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2024-cü il tarixli, 618 nömrəli məhkəmə- kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, İran İslam Respublikasının vətəndaşı X12 üzərində aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfin içərisindəki : - 01 ədəd ağ rəngli salfet bükümdə 80 ədəd üzərində “DDP M20” yazıları olan boz rəngli dərman preparatları (təsiredici maddəsinin miqdarı- 1,6 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı”na daxildir. - 03 ədəd üzərində “APM 127” yazıları olan ağ rəngli dərman preparatlarının tərkibində narkotik maddələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin izləri aşkar edilmədi. - “Tədqiqat aparılması üçün təqdim edilən 80 ədəd üzərində “DDP M20 və 3 ədəd üzərində “APM 127” yazılmış ağ rəngli naməlum tərkibli həblər tibbi məqsədlər üçün istifadəyə yararlıdırmı?” sualı isə müvafiq ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmır. Naxçıvan Muxtar Respublikası X7: - 02 iyul 2024-cü il tarixli, 234 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən şəxs X4 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs X10 hal-hazırda öz hərəkətlərinin ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs X5 hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - 02 iyul 2024-cü il tarixli, 235 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, təqsirləndirilən şəxs X10 metadon maddə istifadəçisidir. Onun məcburi müalicəyə ehtiyacı var. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 06 iyun 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama nəticəsində Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu tünd mavi rəngli cins şalvarın sağ tərəfində yerləşən balaca cibindən ağ salfetkaya bükülmüş içərisində 80 ədəd, üzərində “DDP M20” və eyni cibindən açıq şəkildə 3 ədəd üzərində “APM127” yazılmış ağ rəngli naməlum tərkibli həblər aşkar edilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Redmi note 10” markalı İMEİ1: 78/**********75026; İMEİ2: 78/**********75034 nömrəli mobil telefon, 1 ədəd tünd mavi rəngli cins şalvar, xarici vətəndaşa məxsus M53183603 nömrəli pasport götürülmüşdür. - 06 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 54AA405/54AA406 qeydiyyat nişanlı, “Dongfeng” markalı yük nəqliyyat vasitəsində bəyan edilməmiş və ya gizlədilmiş heç nə aşkar edilməmişdir. - 10 iyun 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, istintaq zamanı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış gömrük yoxlaması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü DVD-yə baxış keçirilmiş, baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 9 dəqiqə 31 saniyə olduğu, gömrük yoxlamasının Şaxtaxtı gömrük postunun baş müfəttişi Şahid1 özünü təqdim etməsi, yoxlamanın video çəkilişlə aparıldığı və çəkilişin gömrük əməkdaşı Şahid2 tərəfindən aparılacağı barədə məlumat verilməklə, eyni zamanda üzərində yoxlama aparılan şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla başladığı, gömrük yoxlaması zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan olunmuş əşya olub-olmadığının soruşulduğu, o, üzərində qadağan olunmuş hər hansı bir əşya olunmadığını bildirdiyi, əynində olan mavi rəngli cins şalvarın sağ cibindən kağız pul əskinaslarını, sol cibindən siqaret və alışqanı, sonra isə sağ cibindən mobil telefonunu çıxardaraq masanın üzərinə qoyduğu, həmin əşyalara baxıldıqda hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilmədiyi, çəkilişin 01 dəqiqə, 32-ci saniyəsində gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmağa başlanıldığı, yoxlamanın 03 dəqiqə 50-ci saniyəsində onun əyninə geyindiyi şalvarın sağ tərəfdəki balaca cibindən bir ədəd büküm və 3 ədəd ağ rəngli üzərində “APM 127” yazısı olan həb aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin dərmanların əsəb dərmanı olduğunu və həmin dərmanı ürəyi ağrıdığı üçün istifadə etdiyini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm açıldıqda bükümün içərisində həblərin olduğu, baxıldıqda həmin həblərin üzərlərində “DDP M20” yazısı olduğu, gömrük əməkdaşı tərəfindən həmin dərman həbləri sayılmağa başlanıldıqda Təqsirləndirilən şəxs həmin həblərin 80 (səksən) ədəd olduğunu bildirdiyi və həblər sayıldıqda 80 (səksən) ədəd olduğunun məlum olduğu müəyyən edilmişdir. Nəticədə, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində gömrük yoxlaması aparılmış həmin şəxs onun özüdür, yoxlama zamanı aşkar olunmuş dərman preparatları ona məxsusdur. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi X16 əlavə olaraq heç nə bildirməmişdilər. - 14 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. - 05 iyul 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, X6 məxsus “Redmi Note 10” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefondan gedən və gələn zənglər siyahısında, mobil telefonun proqramlar menyusunda olan “mesajlar” adlı proqramda və telefonun proqramlar menyusunda yerləşən proqramlarında, telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilməmişdir. - 11 iyun 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X11 göndərilmiş tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. -14 iyun 2024-cü il tarixli yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, X1 Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan İran İslam Respublikası vətəndaşı X5 idarə etdiyi 54AA405/54AA406 dövlət nömrə nişanlı, “Dong Feng EQ4251” markalı yük nəqliyyat vasitəsi sahibi İran İslam Respublikası vətəndaşı X14 nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verildi. -17 iyun 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, X12 üzərindən aşkar edilərək götürülmüş 80 həb narkotik vasitə olan metadon dərman preparatı cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınıb və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 79 həb narkotik vasitə olan metadon dərman preparatı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılır. X12 üzərindən aşkar edilən narkotik vasitə olan metadon dərman preparatlarının gizlədilməsində vasitə olmuş 1 ədəd tünd mavi rəngli cins şalvar cinayətin predmeti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınıb və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılır. Məhkəmə istintaqı zamanı Müdafiəçi təqdim etdiyi arayışlar :

1. Dr.Mahmoud Ansari tərəfindən təsdiq olunmuş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs keçmişdən əsəb xəstəlikləri və psixotropik davranışlarında yarandığı xilələ görə müalicə olunmaqdadır və bir sıra davalar o cümlədən Metadon tabletindən istifadə etmək məcburiyyətində olub.

2. Dr. Alireza Leshkari tərəfindən təsdiq olunmuş arayışdan məlum olur ki, sol ayağının dabanında olan sınığı sağlam bitməmiş və 2021-ci il (noyabr-dekabr) ayında müraciət etmiş sınıq üzvünün sağlam bitişməməsi, bədənində olan infeksiya və bel diski səbəbi ilə ona cərrahiyyə təklif edilib. Xəstə cərrahiyyə əməliyyatına razılıq verməmiş və həkim məcburi halda ona sakitləşdirici dərman tövsiyə etmişdir. X10 törətdiyi əmələ görə 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunub, 08 iyun 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs X6 12 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X5 həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxs X10 ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla və işin digər halları ilə tam təsdiqini tapmışdır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda“əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metadonun 1,6 qramdan (İ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, X5 üzərindən aşkar olunan 80 ədəd metadon narkotik vasitəsi külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, X10 80 ədəd metadon narkotik vasitəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli“miqdarda“narkotik vasitələri və ya psixotrop maddələri“ əldə etmə, saxlama, daşıma“ və qaçaqmalçılıq cinayətlərini törətmişdir. X5 qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs 3 ilə yaxın bir müddətdir ki, ayağı qırılmış, dözülməz ağrıları olduğuna görə həkimə müraciət etmiş, həkimin yazdığı dərmanlar ona fayda etməmişdir. 1-2 aydan sonra İranın Bahar şəhərində onu müalicə edən Mahmud adlı həkimə müraciət etmiş, həkim dözülməz ağrıları olduğuna görə resept yazaraq metadon dərman preparatından gündəlik olaraq 3-4 həb istifadə etməyini demişdir. Metadon dərman preparatından təxminən 2 ilə yaxın bir müddətdir ki, istifadə etmişdir. Təqsirləndirilən şəxs yolda təxminən 20 gün qalacağı üçün dərman çox götürmüş, gün ərzində 3-4 ədəd istifadə etdiyinə görə 80 ədəd götürsə onu görəcəyini düşünmüşdür. 06 iyun, təxminən saat 14:00da İran İslam Respublikasından “Şahtaxtı” gömrük postuna gəlmiş, sənəd işlərini həll etdikdən sonra gömrük əməkdaşı Şahid1 ona yaxınlaşaraq şəxsi yoxlama keçirəcəyini demişdir. Gholamreza ilə ünsiyyət zamanı onun bədənində insult və ya infarkt keçirdiyi Şahid1 məlum olmuşdur. Gholamrezanın hərəkətləri Şahid1 şübhə yaratdığından şəxsi yoxlanış aparmaq qərarına gəlmişdir. Şəxsi yoxlanış zamanı gömrük əməkdaşları Gholamrezanın əynində olan tünd mavi rəngli cins şalvarının sağ tərəfində yerləşən balaca cibindən ağ salfetə bükülmüş, üzərində “DDP M20” yazılan krem rəngli 80 ədəd metadon və eyni cibindən açıq şəkildə 3 ədəd üzərində “APM 127” yazılmış ağ rəngli naməlum tərkibli həblər aşkar etmişlər. Gholamrezaya məxsus olan yük nəqliyyat vasitəsinə 2 nəfər hal şahidinin iştirakı ilə yoxlanış keçirən zaman qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı resept təqdim etməmişdir. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz ifadəsində də qeyd etdiyi kimi həmin dərmanların qanunla qadağan olduğunu bilmədiyini söyləməsi özünü müdafiə xarakteri daşıyır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 6-cı bəndinə əsasən narkotik vasitələrin (psixotrop maddələrin, onların prekursorlarının) gömrük sərhədindən keçirilməsi ilə əlaqədar olan işlərə baxılan zaman irəli sürülən, bu hərəkətin tibbi məqsədlərlə (narkotik vasitənin aşkarlandığı şəxsin müalicəsində istifadə etməkdən ötrü) törədilməsinə dair dəlillər araşdırılarkən, onu nəzərə almaq lazımdır ki, narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların) əldə edilməsi, saxlanması, daşınması və onlarla bağlı digər hərəkətlərin edilməsi müvafiq normativ hüquqi aktlarla xüsusilə tənzimləndiyindən (yəni həyata keçirilən anda hərəkətlərin qanunauyğun olması tələb olunduğundan), CM-in 234-cü maddəsi isə blanket norma olmaqla burada cinayət məsuliyyəti narkotik vasitələrlə (psixotrop maddələrlə, prekursorlarla) bağlı əməllərin məhz qanunsuz olmasına görə müəyyən edildiyindən (əməlin ictimai təhlükəli xarakteri narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların əldə edilməsi, saxlanması, daşınması üzrə və s. hərəkətlər yerinə yetirilərkən bunların müvafiq normativ hüquqi aktın tələblərinə cavab verməməsindən irəli gəldiyindən), şəxsin tibbi göstəricilərə görə bu və ya digər narkotik vasitəyə və ya psixotrop maddəyə ehtiyacının olması, hətta sonradan (məsələn, hərəkətlər edilən anda deyil, cinayət prosesinin ibtidai istintaq və ya məhkəmə icraatı mərhələsində) bunun xarici dövlətdə verilmiş müvafiq tibbi sənədlə, o cümlədən reseptlə təsdiq olunması, əgər yerinə yetirildiyi anda hərəkətlər müvafiq normativ hüquqi aktın tələblərinə uyğun olmamışdırsa, eləcə də şəxsin hərəkətlərində CM-in 206.2-ci maddəsinin dispozisiyasında təsbit edilən əlamətlər olmuşdursa, özü-özlüyündə şəxsin istər CM-in 234-cü, istərsə də 206.2-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilə bilməz. Həmçinin onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 1 iyul tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədilə narkotik vasitələr 8 və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi” ilə (bundan sonra - “Qayda”) Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstələrə münasibətdə müalicə məqsədi ilə həmin normativ hüquqi aktda göstərilən növdə və həddə, eyni zamanda bu normativ hüquqi aktın digər müddəalarına əməl etməklə narkotik vasitə və ya psixotrop maddə aparmalarına (gömrük sərhədindən keçirmələrinə, daşımalarına və saxlamalarına) yol verilir. Qaydanın nəzərdə tutduğu tələblər isə həm də ondan ibarətdir ki, “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir” (Qaydanın 3-cü bəndi). Odur ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə belə bu normaya əməl etmədikdə, yəni gömrük sərhədindən keçərkən narkotik vasitəni və ya psixotrop maddəni bəyan etmədikdə, eləcə də Azərbaycan Respublikasının ərizəsində müvafiq hərəkətləri yerinə yetirdiyi (narkotik vasitəni və ya psixotrop maddəni saxladığı, daşıdığı) anda Qaydanın 3-cü bəndində göstərilən tibbi sənədləri olmadıqda (gömrük orqanına təqdim etmədikdə), cinayət tərkibinin digər zəruri əlamətləri də müəyyən edildikdə onun CM-in 206 və 234-cü maddələri ilə cinayət məsuliyyəti daşıması üçün əsas yaranır. Təqsirləndirilən şəxs gömrük sərhədindən keçərkən narkotik vasitəni gömrük əməkdaşlarına bəyan etmədiyi üçün və qanuni yolla əldə etdiyini təsdiq edən sənədi təqdim etmədiyinə görə CM-in 206.2-ci və 234.1-1-ci maddələri ilə cinayət məsuliyyəti daşımalıdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz X10 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X10 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X5 cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. X6 isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə X5 əvvəllər məhkumluğunun olmamasını, himayəsində 2 övladının olmasını və övladlarından birinin azyaşlı olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X5 barəsində əvvəli 06 iyun 2024-cü il tarixdən, saat 18:05-dən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs X5 cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 iyun 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.“ Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq X6 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 39-cu bəndində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Cinayət prosesinin məhkəməyədək icraat mərhələsində isə müvafiq əsaslar olduğu halda, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, eləcə də güclü təsir edən maddələrin məhkəmə qərarı əsasında məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi CPM-in 131-1-ci maddəsinə və Lİİ fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 79 ədəd narkotik vasitə olan metadon dərman preparatları məhv edilməli, 01 ədəd cins şalvar isə X6 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - X6 məxsus 01 ədəd “Redmi note 10” markalı mobil telefon təqsirləndirilən şəxs X6 qaytarılmalıdır. - X6 məxsus M 53183603 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddə ilə təqsirli bilinib 3 (üç) il 2 (iki) ay və 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq X6 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. X5 cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci təqsirləndirilən şəxs X2 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 79 ədəd narkotik vasitə olan metadon dərman preparatları məhv edilsin. - 01 ədəd cins şalvar isə X6 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - X6 məxsus 01 ədəd “Redmi note 10” markalı mobil telefon təqsirləndirilən şəxs X6 qaytarılsın. - X6 məxsus M 53183603 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar