Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-36/2025 18.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:40 Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və tərcüməçi X7 iştirakları ilə xx xxxx 1991-ci ildə Qazaxıstan Respublikasında doğulmuş, subay, Qazaxıstan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda kultivasiya etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanında yerləşən evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə 16 ədəd dibçəkdə əkərək kultivasiya etmiş, 31 may 2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq X8 yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanına baxış keçirilən zaman evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31 may 2025-ci il tarixdə, saat 13:10-da təzəcə yuxudan oyanmış, menuya kömək etmək üçün qardaşının yanına getmişdir. Qapı döyülmüş, qapını kimin açmasını xatırlamamış, çünki həmin vaxtı o içəridə olmuş, səhv etmirsə ilk onların həyətinə Elməddin daxil olmuşdur. Daha sonra polis əməkdaşları ailə üzvlərini, atasını və anasını aşağı endirmişlər. Aşağıda olan kolları görmüşlər. Sonra orada olan hamıya “Bunlar niyə burdadılar?, bunu nə edirsən?”- kollarla bağlı sual vermişlər. Evdəki ailə üzvləri kolları ilk dəfə gördükləri üçün onların nə olduğunu bilməmişlər. Yuxarı qalxdıqdan sonra atasının qoluna qandal vurduqlarını görmüş, atasının qoluna qandalın kimin tərəfindən vurulmasını görməmiş, atasının qolunda bir saat yarım qandal qalmışdır. Polislər “Necə olub? nətəri olub?” – deyə soruşmuşlar, oda polis əməkdaşlarına cavab vermişdir. Polislər “Necə etmisən?, necə əkmisən?” – deyə soruşanda onlara həmin tibbi marixuananı Braziliyada vitrində gördüyünü, maraqlı gəldiyi üçün həmin tibbi marixuananı gətirib burada əkdiyini, necə olacağının ona maraqlı gəldiyini söyləmişdir. Polislər öz aralarında söhbət edib gedib gəlmişlər, onlar evdə olan hamının telefonunu və telefonun parollarını almışlar, bunların hamısı olduqdan sonra polislər onlara “Qapını döyəcəyik videoçəkiliş olacaq başqa bir söz danışmayın. Olanların hamısın yenidən edib video çəkəcəyik, yəni qapını döyəcəyik, sən qapını açacaqsan, yəni ki, biz indi gəlirik. ”- demişlər, polislərlə onların arasındakı bu söhbət saat dörddə olmuşdur. Polislərdən “Valideynlərim kameraya düşməsinlər” – deyə xahiş etmiş, onlar icazə verdikləri üçün videoçəkiliş aparılan zaman ailə üzvləri başqa otaqda olmuşlar. Videoçəkiliş olan zaman atasına ərizə yazdırmışlar. Polislər divarda olan saatı götürdükdən sonra jiletlərini geyinib video çəkmişlər. Sənədlərdə saat başqa vaxt göstərildiyi üçün videoda saat görsənməsin deyə divardan saatı çıxarmışlar. Həmin videonu Elvinin telefonu “İphone 16” ilə çəkmişlər, telefon qızdığı üçün çəkilən videoları yaddaşa sala bilməmiş və bundan sonra yenidən video çəkmişlər. Polis əməkdaşları saat birin yarısından, saat yeddinin yarısına qədər onlarda olmuşlar. Naxçıvana ilk dəfə təxmini 2006-cı ildə, ya da ki, səhv etmirsə 2007-ci ildə gəlmiş, narkotik vasitələrdən istifadə etməmiş, yalnız tibbi marixuanadan istifadə etmişdir. Birinci dəfə 2019-cu ildə tibbi marixuanadan istifadə etmiş, həmin tibbi marixuananı müxtəlif ölkələrin mağazalarından almış, əkdiyi tibbi marixuananın toxumunu isə Braziliyadan gətirmiş, toxumlar firmaya məxsus qabın içərisində olmuşdur. Toxum təxminən 10-15 ədəd olsa da, onu dənə-dənə saymamış, həmin toxumlar təxmini ovucun içi qədər olmuşdur. İlk olaraq girib Youtube kanalında həmin tibbi marixuananı necə əkdiklərin öyrənmiş, evdə təmir edəndə istifadə etdikləri qablardan saxlamış və elə həmin qablara da toxumları əkmişdir. Toxumları əkməyini evdə kimsə bilsin istəməmişdir. 15 ədəd dibçək olmuş, hər bir dibçəyə bir ədəd toxum atmış, əlavə olaraq çaydan bir bitki gətirib dibçəkdə əkmiş, əkdiyi kollardan ümumiyyətlə istifadə etməmiş, sonuncu dəfə tibbi marixuanadan Braziliyada olanda istifadə etmiş, əkdiyi tibbi marixuana istifadə etməyə hazır olmamış, hələ onlar balaca olub böyüməmiş, onlar istifadə olunma dərəcəsinə gəlməmişlər. Valideynlərini elə gördükdən hadisədən bir gün əvvəl tibbi marixuanadan istifadə etdiyini polislərə söyləmiş, amma əsl həqiqətdə isə o həmin əkdiyi tibbi marixuanadan heç istifadə etməmişdir. Polislər ondan “Səndə 20, 30, 40 nə qədər çətənə toxumu var?” – deyə soruşanda onlara “Toxumları saymamışam, 20 ya 40 olar , bilmirəm” - demişdir. Toxumların ovucun içi boyda olduğunu polislərə söyləməmiş, evə baxış keçirərkən toxum aşkar etməmişlər. Əslində o toxumları atmaq istəmiş, çünki birinci gün o Polşaya gedəcəkmiş, fikirləşmiş ki, onları atsın getsin, amma çatdıra bilməmişdir. Tibbi marixuananın tərkibində narkotik olmadığını, narkotiki tərkibindən çıxardıqlarını, olsa da 1- 2 faiz narkotik ola biləcəyini, əsl marixuananın tərkibində narkotikin çox olduğunu, tibbi marixuana insanın şüuruna təsir etmədiyini söyləmişdir. Tibbi marixuanadan Naxçıvanda apteklərdə və digər yerlərdə olub-olmadığını maraqlanmamış, ildə bir dəfə xarici ölkələrə gedən zaman orada tibbi marixuanadan istifadə etmişdir. Lakin Braziliyaya gedəndə məzuniyyətə getməmiş, başqa məqsədlə getmiş, fikri oradan Amerikaya getmək olmuşdur. Valideynlərindən çəkindiyi üçün həmin tibbi marixuananı zirzəmidə əkmiş, tibbi marixuananın Naxçıvanda qadağan olunduğunu bilmiş, amma elədə ciddi bir şey olduğunu düşünməmiş, tibbi marixuananı təxmini 1 ay olardı ki, qablarda əkmiş, əkdikdən sonra onlara su vermiş, gecə saat ikidə filan marağa gedib əkdiklərinə baxmış, əkdiyi bitkilərə gün düşməmiş, toxumları qablara o əkmiş, həmin toxumları başqa adam qaba əkməmiş, bitkilərə ondan başqa heç kim qulluq etməmişdir. 2-3 dəfə həmin əkdiyi bitkilərə su vermiş, bitkilər təxminən 50-60 gün olardı ki, evin zirzəmisində olmuş, zirzəmidə olan şəraiti onun özü düzəltmişdir. Əkdikdən sonra onlara elədə çox qulluq etməmiş, özləri böyümüşlər. Qatıq qabında əkdiyi bitkini marağa ayrı qabda əkdiyini, tibbi marixuananı əkdiyi qablarda əkə biləcəyini söyləmişdir. Həyətdə polislər tətəfindən ailəsinə və ona qarşı heç bir fiziki güc tətbiq olunmamışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə onlara Təqsirləndirilən şəxs evində narkotik vasitələrin əkini və kultivasiyası ilə bağlı məxfi məlumatlar daxil olmuşdur. Həmin gün saat neçədə oraya getməklərini xatırlamamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanındakı evə baxış keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda Şahid2, Şahid3, o və Naxçıvan MR Kənd Təsərüffatı Nazirliyindən mütəxəssis Yaşar Quliyev olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, qapını döyüb səsləmişlər, amma çölə kimin çıxdığını xatırlamamışdır. Evin qapısını döyəndə səhv etmirsə, qapını təqsirləndirilən şəxsin atası açmış, həmin vaxt təqsirləndirilən şəxsin atasının yanında olub-olmadığını xatırlamamış, içəriyə daxil olduqda qanuna uyğun olaraq özlərini təqdim etmişlər, təqsirləndirilən şəxsi çağıraraq onlarda belə bir məlumat olduğunu ona bildirmişlər. Daha sonra evə baxış keçirəcəkləri barədə onlara məlumat verilmiş, evə baxış keçirilməsi barədə razılıq ərizəsi yazdırmışlar. Ərizə alınan vaxt həm təqsirləndirilən şəxs, həm də atası orada olmuş, Təqsirləndirilən şəxs də heç bir narazılığın olmadığını bildirmiş, dediklərinin hamısı videoçəkilişdə qeyd olunmuşdur. Bu olan söhbətlər, saxlama evin həyətində olmuş, təqsirləndirilən şəxsin özündən “Bizdə belə bir məlumat var, evə baxış keçirmək istəyirik etirazınız yoxdur ki?” – deyə soruşmuşlar, Təqsirləndirilən şəxs də “Belə bir şey var? göstərə bilərsiniz?”- soruşanda, oda “zirzəmidə olduğunu” – könüllü etiraf etmişdir, həmin vaxtda təqsirləndirilən şəxsə heç bir təyziq və təsir olmamışdır. Təqsirləndirilən şəxs könüllü olaraq evin zirzəmisində narkotik vasitələrin olduğunu bildirdikdən sonra onlar da zirzəmiyə baxış keçirmişlər, baxış keçirilən zaman təqsirləndirilən şəxsin özü və digər ailə üzvləri də evdə olmuşlar. Təxminən günün ikinci yarısında evə baxış keçirdiklərini söyləmişdir. Zirzəmi kustar üsulla işıqlandırılmış, yuxarıda lampalar olmuş, bunlar çəkilişdə də düşmüş, ora qapalı və qaranlıq bir yer olmuş, zirzəmidə əlavə olaraq istifadə üçün bəzi əşyalar olmuş, çətənə əkilən hissə qapalı olmuş, oraya qara pərdə çəkilmişdir. Zirzəmidə 16 dipçəkdə 32 kol aşkar etmişlər. Təqsirləndirilən şəxs Jamshidin özü könüllü olaraq 16 ədəd dipçəkdə 32 ədəd kolu göstərmiş, “Bunlar narkotik vasitə olan çətənə bitkisidir” – demiş, ondan nə məqsəd ilə əkdiyini soruşduqda isə “Bunları öz şəxsi istifadəm üçün əkmişəm” – deyə cavab vermişdir. Jamshid həmin vaxt orada ətraflı danışmış, sadəcə hadisənin üstündən çox vaxt keçdiyi üçün toxumları hardan aldığını deməsini xatırlamamışdır. Həmin vaxt yanlarında mütəxəssis də iştirak etmiş, mütəxəssis aşkarlanan bitkilərin çətənə bitkisi olduğunu və onlara aqrotexniki qulluq göstərildiyini təsdiq etmişdir. Mütəxəssisin özü də videoçəkilişdə danışmış və öz fikrini bildirərək həmin bitkilərin çətənə bitkisi olduğunu təsdiq etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi dipçəkdən kolları kəsib çıxarmamış, kolları gövdədən köklü olaraq çəkib çıxarmışdır. Bir dibçəkdən elə olub ki, 1-3 kol çıxarılmışdır. Bir dibçəyin içərisində bir neçə kol olduğunu, bir qabın içərisində 5-10 budaq olsa da, onların kol sayılmadığını bildirmişdir. Dipçəklərin hamısı eyni olmamış, onların içərisində fərqli olanlar da olmuşdur. Kolların hamısı əkilən yerdə sayılıb götürülmüş, Kənd Təsərüfatı Nazirliyinin mütəxəssisi Yaşar şəxsən orada iştirak etmişdir. Yaşarın o sahədə daha yaxşı mütəxəssis olduğunu, ona bu bitkilərə aqrotexniki qulluq olunub-olunmaması ilə bağlı sual verdiklərini, Yaşarda “Bitkilərin dibinin sulu olması, xüsusi qulluq olunması, ona əlavə gübrələr verilməsi buna əsasdır” – deyə cavab verdiyini söyləmişdir. Daha sonra aşkar olunanların hamısını sənədləşdirib götürərək istintaqa təhvil vermişlər. Çəkiliş aparılan zaman fasiləsiz olaraq həmin yerdə olmuş, videoçəkilişi Şahid3 aparmış, baxış keçirdikləri evdə neçə saat olduqlarını tam xatırlamamış, təxminən evdə yarım saatdan çox qalmışlar, çəkiliş etdikləri vaxtda göstərilmiş və təqdim olunmuşdur. Evə daxil olduqlarından sonadək çəkilişdə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ona tibbi məqsədlə əkilən marixuana olduğunu deməmiş, həmin bitkilərin toxumunu haradan əldə etməsi barədə nə isə deməsini xatırlamamış, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış və onunla heç bir qərəzliliyi olmamış, təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilərkən hamısı həyətin qapısından içəri daxil olmuşlar, evdə olan şəxslərin heç birinə zor və güc tətbiq etməmişlər, evə baxış keçirilərkən evdə yaşayan insanlar tərəfindən onlara heç bir zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs ilk ifadəsində Özüm qulluq edirəm”, “Zirzəmiyə yalnız özüm düşürəm” – desə də, onun fikrincə evdə qalan digər şəxslərin də zirzəmidə olanlardan məlumatları olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi ilə bağlı onlara məlumat daxil olmuş, daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupu yaradılmış, tarixi tam xatırlamamışdır. Konkret məlumatda Təqsirləndirilən şəxs hansı ünvanda narkotik vasitələrin əkib becərməsi barədə bildirilmişdir. Təqsirləndirilən şəxsin yaşadığı ünvan 3 ünvanına getmişlər, təqsirləndirilən şəxsin yaşadığı evə gedəndə səhv etmirsə, axşama yaxın olmuş, hava qaralmağa doğru getmişdir. Qapını döymüşlər, qapı açıldıqdan sonra ilkin olaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxsin yaşadığı evin qapısını döyəndə səhv etmirsə, qapını ya atası, ya da onun anası açmışdır. Təqsirləndirilən şəxsin özünün orada olmasını xatırlamamış, Jamshid ilə qardaşını səhv salmışdır. Evin qapısından daxil olarkən səhv etmirsə, Jamshidi görmüş, evin həyətinə daxil olanda razılıq istəmişlər. Daxil olmuş məlumat əsasında təqsirləndirilən şəxsin özündən qanunsuz hər hansı bir predmetin evində saxlanılıb-saxlanılmaması ilə bağlı soruşmuşlar. Təqsirləndirilən şəxs də “Bəli, vardır” - deyə bildirmiş, evə baxış keçirilməsi ilə əlaqədar evin mülkiyyətçisi Rafiq Baxşıyevdən ərizə almışlar. Rafiq razılıq ərizəsi yazan zaman yanlarında onlardan kimin olduğunu xatırlamamış, ərizə yazılan zaman Jamshid orada olmuş, Jamshidi oraya atası çağırmış, təqsirləndirilən şəxsin valideynlərinin ikisi də yanlarında olmuşlar. Ərizə yazıldıqdan sonra səhv etmirsə, təqsirləndirilən şəxsin ya anası, ya da nənəsi onlarla birlikdə aşağı zirzəmiyə düşmüşdür. Zirzəmiyə endikdən sonra Jamshidin özü səmimi etiraf edib yeri onlara göstərmiş, təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində narkotik vasitələri əkib- becərməsi və kultivasiya etməsini bildirmiş və aşkar olunmuş sübutlar əsasında videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsin valideynləri də orada iştirak etmiş, orada olan vaxt özləri “Babamız yaşlı kişidir, içəridə yatıbdır, mən də nənəsiyəm” – deyə söyləmişlər. Həmin dibçəkləri zirzəmidən Jamshidin valideynləri birlikdə çıxarmışlar. Evin zirzəmi hissəsindən Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisinin iştirakı ilə 16 ədəd dibçəkdə, 32 ədəd kol aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs də yanlarında olmuş, təqsirləndirilən şəxs onlara - Özümün istifadəm üçün əkmişəm, əvvəldən istifadə edən olmuşam, toxumları əldə etmişəm, özüm gətirib əkmişəm” – demiş, daha sonra təqsirləndirilən şəxs tibbi marixuana olduğunu bildirmişdir. Orada təqsirləndirilən şəxslə həmin bitkinin tibbi bitki olması barədə danışmaqlarını xatırlamamış, o, təqsirləndirilən şəxsin tibbi yolla əkib-əkmədiyi barədə nə isə deyə bilməyəciyini söyləmişdir. Mütəxəssis də “Kultivasiya olunmuş çətənə bitkisidir” – deyə onlara bildirmişdir. Dibçəklər çıxarıldıqdan sonra onların iştirakı ilə sayılıb təsdiq edilmiş, mütəxəssis dibçəklərin içərisindən bitkiləri kökündən çıxarmış, 16 ədəd dibçəyin hamısının da içərisində bitki olmuşdur. Səhv etmirsə, təqsirləndirilən şəxs ona “toxumları Brazilyadan gətirmişəm”, təqsirləndirilən şəxsdən bu etdiklərinin başqa kiminsə bildiyini soruşmuş, oda “Xeyr heç kimin olanlardan xəbəri yoxdur, gizlin şəkildə əkmişəm, evdəkilərin xəbəri yoxdur” – demişdir. Zirzəminin plastik qapısı olmuş, səhv etmirsə, orada olan kreslonun sağ tərəfində pərdə asılmışdır. Təqsirləndirilən şəxs zirzəmini xüsusi avadanlıqlarla işıqlandırmış, dibçək qabları normal plastik qablar olmuş, həmin dibçəklər zirzəmidə gizlin saxlanc yerinə qoyulmuş, səhv etmirsə, təqsirləndirilən şəxs həmin yeri ailəsindən də gizlətmişdir. Zirzəmidən həmin bitkilər aşkarlananda təqsirləndirilən şəxsin valideynləri təqsirləndirilən şəxsə qarşı heç bir reaksiya verməmişlər. Təqsirləndirilən şəxsin valideynlərinin məlumatlarının olub-olmaması barədə o heç nə bilməmişdir. Dibçəkdəki bitkilərin boyunun ölçüsünün nə qədər olduğunu deyə bilməyəcəyini söyləmişdir. Evə baxış keçirilərkən onlara heç bir zorakılıq tətbiq olunmamış, təqsirləndirilən şəxs və ailəsindən onlara, o və əməkdaşlardan isə onlara qarşı heç bir narazılıq olunmamışdır. Təqsirləndirilən şəxsin ailə üzvləri də əməliyyat tədbiri keçirilərkən evdə olmuş, sakitçiliyə riayət olunması, hər birinə hörmətlə yanaşmaq, qanun pozuntusu etməmək şərti ilə işlərini görmüşlər. Səhv etmirsə, valideynlərindən birinin nasaz olduğunu demişlər. Təqsirləndirilən şəxsə qarşı orada heç bir təyziq və təsir olmamışdır. Jamshid orada əməlini etiraf etmiş, onlara səmimi münasibət göstərmiş və olanların hamısını onlara demişdir. Evə baxış keçirərkən 3 nəfər polis əməkdaşı, Rəşad, Amal və o olmuş, çəkilişi onların əməkdaşı Şahid3 aparmış, Amalın hansı texniki vasitə ilə çəkiliş apardığını xatırlamamış, belə bir tədbirlərdə əvvəllər iştirak etmədiyi üçün hansı texniki vasitələr ilə çəkiliş aparıldığını bilməmiş, həmin vaxt ***-***-**-** mobil nömrəsini işlətmiş, evə baxış keçirilən zaman orada neçə saat olduqlarını xatırlamamış, orada qısa müddət olmuşlar. Qısa zaman dedikdə o, 1 saatı nəzərdə tutmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə mütəxəssis kimi dəvət olunmuş, Naxçıvan şəhəri, Xətai məhəlləsi 15, ev 9c-də yaşayan X13 evinə polis işçiləri ilə birlikdə baxış keçirilmişdir. Evin zirzəmi hissəsində Azərbaycan Respublikası ərazisində əkilməsi qadağan olan 16 dipçəkdə 32 ədəd çətənə bitkisi aşkar olunmuş, çətənə bitkiləri dibçəkdə aqrotexnikaya uyğun kultivasiya olunaraq becərilmişdir. Onun mütəxəssis kimi vəzifəsi həmin bitkinin tanınması, yəni həmin bitkinin çətənə bitkisi olub-olmaması və həmin bitkinin aqrotexnikaya uyğun olaraq becərilib-becərilməməsini aydınlaşdırmaq olmuşdur. Dibçəkdə alaq olmamış, təmiz, torpağı qidalı torpaq və vaxtında suvarılmışdır. Bundan da aydın olmuşdur ki, bitkilər vaxtıvaxtında kultivasiya olunmuş, yəni aqrotexnikaya uyğun becərilmişdir. Ümumiyyətlə kol bitkilərinin pöhrələnən bitkilər olduğunu, çətənə bitkisinin də ot bitkilərinə aid olduğunu söyləmişdir. Dibçəklərdə olan çətənə bitkisini bir-bir polisin köməyi ilə dibçəkdən çəkib qablaşdırmışlar, həmin vaxt təqsirləndirilən şəxsin özü orada şəxsən iştirak etmiş, bununla bağlı videoçəkilişdə olmuşdur. Onların hamısı ayrı-ayrı bitkilər olmuşdur. O, kollanmanın və pöhrələnmənin bitkidə ola biləcəyini söyləmiş, əgər bitki ayrı-ayrı bitkidirsə, hərəsi öz toxumundan cücərmişdir. Onun saydığı 32 ədəd kol hamısı ayrı-ayrı olmuş, dibçəklərdən çıxardığı kolların budağından ayırıb bağlamaya qoymamış, 16 dipçəkdə olan bitkinin hamısı eyni bitki olmuş, dibçəklərdə başqa bir bitki olmamışdır. Evin zirzəmisində 17 yox, 16 dibçək olmuş, orada hər hansı bir balonun içərisində çay bitkisinin əkilməsini görməmişdir. Çətənə bitkisinin 1 neçə növü olduğunu, aşkar olunan çətənə bitkisinin evin zirzəmi hissəsində düzüldüyünü, zirzəminin qapalı yer olduğunu, həmin bitkinin açıq havada daha yaxşı inkşaf etdiyini, həmin çətənə bitkisində nəsə başqa bir fərq görmədiyini, çətənə bitkisinin beş yarpağı olduğunu söyləmişdir. Qapalı məkanda həmin bitkinin yaxşı inkşaf etməsi üçün həmin dibçəkləri ya çölə qoyduqlarını, ya da pəncərəni açıq qoyduqlarını düşündüyü demişdir. Tibbi marixuana ilə çətənənin fərqin deyə bilməcəyini, çünki gözə çarpacaq dərəcədə olmadığını bildirmişdir. Həmin bitkiləri kökündən bütöv şəkildə çıxarmışlar və onları bağlamanın içərisinə qoymuşlar. Aşkar etdikləri bitkilərin hündürlüyünün təxmini 20-30-35 sm olduğunu, həmin aşkar olunan bitkiləri o, vəziyyətə gətirmək üçün hardasa 20 gün vaxt lazım olduğunu bildirmişdir. Bir toxumdan bir neçə kolda bitki çıxa bilməyəcəyini, üç kol bitkinin çıxması üçün üç toxum lazım olduğunu, suvarılma aparılmasa idi, həmin bitkilərin quruyacağını, bitkinin hansı sortunun olmasını təyin etmək üçün onun çiçək açmasını gözləmək lazım olduğunu demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: Şahid3 ifadəsində göstərmişdir ki, 31 may 2025-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən xx xxxx 1991-ci il təvəllüdlü Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanında müvəqqəti yaşayan Qazaxıstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri olan Naxçıvan Muxtar Respublikası DİN-in əməkdaşları Şahid2 və Şahid1 ilə birlikdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Yaşar Quliyevin iştirakı ilə 31 may 2025-ci ildə, saat 18:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanına və həyətyanı sahəsinə baxış keçirdik. Təqsirləndirilən şəxs yaşadığı evdə və ya həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olub-olmaması barədə soruşduqda o yaşadığı evin zirzəmisində olan otaqda xüsusi hazırladığı gizli bölmədə qanunsuz şəkildə kultivasiya edərək yetişdirdiyi narkotik tərkibli bitkilər olduğunu bildirdi və tərəfimizdən həmin yerə baxış zamanı 16 ədəd dibçəkdə çətənə bitkisinə bənzər ümumillikdə 32 kol aşkarlandı, aşkar olunmuş kollar aqronomun iştirakı ilə qablaşdırılaraq tərəfimizdən götürüldü. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2025-ci il tarixli, 593 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilən, hər iki tərəfində “... Rafiq oğlunun evinə baxış keçirilməsi barədə...” yazıları, ad, soyad və imzalar (10 imza) olan və 03 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ZƏRFLƏR ÜÇÜN” möhür əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. 31 may 2025-ci il tarixli aqronomun aktına əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. - 25 dekabr 2025-ci il tarixli, 1257 nömrəli məhkəmə -bioloji ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən, hər iki tərəfində “... Rafiq oğlunun evinə baxış keçirilməsi barədə...” yazıları, ad, soyad və imzalar (10 imza) olan və 02 yerdən “AZƏRBAYCAN RESPUBLİKASİ NAXÇİVAN MR ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏ EKSPERTİZASİ MƏRKƏZİ TƏDQİQAT OBYEKTİ № 3” ştamp əksi ilə nişanlanmış dördkünc kağız parçası yapışdırılmış 01 ədəd kağız zərfin içərisindəki natamam qurumuş vəziyyətdə ümumi təmiz çəkisi – 42,648 qram olan 32 ədəd bitki nümunələrinin tərkibində çətənə (kannabis) bitkisinə məxsus kannabinol (CBN), kannabidiol (CBD) və tetrahidrokannabinol (THK) olduğu aşkar edildi. Məhkəmə Ekspertizası Mərkəzində etalon nümunələr olmadığına görə bitkilərin tərkibində tetrahidrokannabinolun (THC) faizlə miqdar analizini aparmaq mümkün olmadı. “Bu bitkilər tibbi marixuana sayıla bilərmi” sualı müvafiq ekspertiza sahəsinin həll etdiyi məsələlərə aid olmadığından cavablandırılmır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X6: - 13 iyun 2025-ci il tarixli, 281 saylı ambulator məcburi narkoloji yoxlanılması ekspertizası rəyindən görünür ki, təqsirləndirilən şəxs X14 narkotik maddə istifadəçisidir. X1 narkomaniyasından əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı yoxdur. - 13 iyun 2025-ci il tarixli, 282 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, təqsirləndirilən şəxs X9 hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs X14 cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs X8 məcburi müalicəyə ehtiyacı yoxdur. - 02 iyun 2025-ci il tarixli Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərarla X8 yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanına baxış keçirilən zaman evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədən aşkar olunaraq götürülmüş 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 197,897 qram olan 32 ədəd külli miqdarda çətənə bitkiləri məhkəmənin yekun qərarına və ya hökmünə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 31 may 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış zamanı evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə qanunsuz şəkildə kultivasiya edilərək yetişdirilmiş, ümumillikdə 16 ədəd dibçəkdə olan çətənə (kannabis) bitkisinə bənzər 32 ədəd bitki nümunəsi (kol) aşkar edilmişdir. Həmin bitkilər 1 ədəd torbada qablaşdırılaraq götürülmüş, bu barədə müvafiq protokol tərtib olunmuş və aidiyyəti üzrə təqdim edilmişdir. Təqdim olunan 1 ədəd torbaya və 1 ədəd DVD-yə baxış keçirilmiş, üzərində Qazaxıstan Respublikasının vətəndaşı X8 yaşadığı evdən aşkar olunan yazısı olan 1 ədəd bağlamada çətənə (kannabis) bitkisinə bənzər 32 ədəd bitki nümunəsi (kol) aşkar edilmişdir. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmiş, əlavə olaraq X11 məxsus “Redmi” markalı mobil telefon və MYİS təhqiqata təqdim olunmuşdur. Daha sonra 1 ədəd DVD-yə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan çətənə (kannabis) bitkisinə bənzər bitki nümunələrinin Qazaxıstan Respublikasının vətəndaşı X14 tərəfindən yaşadığı evdə əkib-becərdiyini bildirməsi əksini tapmışdır. - 10 iyun 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs X11 məxsus “Redmi Note 12” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilməmişdir. - 16 avqust 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, DVD-də qeydə alınmış video-görüntü 24 dəqiqə 16 saniyə olduğu müəyyən edilmişdir. Baxış videoçəkilişlə X8 yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanında yerləşən evinə polis əməkdaşlarının getməsi ilə başlanılmış, evin darvaza qapısı döyüldükdən sonra qapını X14 açmış, polis əməkdaşları həyətə daxil olan zaman X8 atası Rafiq Baxşıyev polis əməkdaşlarını qarşılamış, polis əməkdaşları tərəfindən keçiriləcək tədbir barəsində məlumat verilərək tərəflərə hüquqları izah olunduqduqdan sonra onların da iştirakı və razılığı ilə baxış keçirilməyə başlanılmışdır. X4 evdə və həyətyanı sahədə narkotik tərkibli bitki kollarının olub-olmaması soruşulmuş, X14 hazırda yaşadığı evdə narkotik tərkibli bitki kollarının olduğunu bildirməklə həmin kolların yerləşdiyi yeri göstərmək üçün polis əməkdaşlarını dəvət etmişdir. Polis əməkdaşları evə daxil olan zaman, evin içərisindən zirzəmi qatına düşdükdən sonra orada yerləşən otaqda xüsusi hazırlanmış gizli bölmədə olan kollar aşkarlanmışdır. Rafiq Baxşıyev kollar barəsində məlumatının olmadığını, X14 isə həmin kolları 2024-cü ilin dekabr ayından yetişdirdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin hissədə olan kolların olduğu 16 ədəd dibçək götürülmüş və bundan sonra baxışda iştirak etmiş aqronom tərəfindən dibçəkdə olan kollara baxılaraq bir-bir çıxarılaraq bir ədəd zərfə yerləşdirilmiş, kollar çıxarılarkən aqronom tərəfindən sayılmış və ümumilikdə 32 kol olduğu müəyyən olunmuşdur. Aqronom tərəfindən həmin kollara aqrotexniki qulluq edildiyini bildirilmişdir. X3 özünün həmin kollara qulluq etdiyini becərdiyini qeyd etmişdir. Sonra müvafiq sənədlər tərtib olunmuş və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. 02 iyun 2025-ci il tarixli, 3-28-34-4/2 -1456/2025 nömrəli Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X6 məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə dispanserdə narko-test üsulu müayinə nəticəsində Qazaxıstan vətəndaşı X4 götürülmüş sidik nümunəsindən THC (tetrahirdokonnobinol) müsbət aşkar olunmuşdur. MET (-), AMP (-), MDMA (-), MTD (-), OPİ (-), BUP (-), PCP (-), BAR (-), BZO (-), MOP (-) aşkar olunmamışdır. X14 törətdiyi əmələ görə 31 may 2025-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub və həmin tarixdə tərcüməçi ilə təmin olunub, 02 iyun 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 11 iyul 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X10 göndərilmiş tələbnamədən görünür ki, X8 əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. 05 sentyabr 2025-ci il tarixli Naxçıvan MR Naxçıvan Şəhəri İcra Hakimiyyəti 3 № -li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, X2 şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanında yaşadığı dövr ərzində onun barəsində 3 № -li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış materiallar, ekspertiza rəyləri, şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) cinayətini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.6. tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsivə ya yetişdirilməsidir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 21-ci bəndinə əsasən CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Narkotik xassəli bitkilər təsərrüfat ehtiyacları üçün məsələn, lif, toxum, yağ əldə etmək məqsədilə əkildikdə, yetişdirildikdə, bu əməl özünün ictimai təhlükəliliyini itirmir, çünki başqa şəxslər bu bitkilərdən qanunsuz olaraq narkotik vasitələr hazırlamaq üçün istifadə edə bilər. Buna görə də narkotik xassəli bitkilər hətta sırf təsərrüfat ehtiyaclarını ödəmək üçün qanunsuz olaraq əkildikdə, yetişdirildikdə, əməl CM-in 237.1-ci maddəsi ilə tövsif edilməlidir. CM-nin 237-ci maddəsində nəzərdə tutulan cinayətin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyidir. Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanına baxış keçirilən zaman evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədən aşkar olunaraq götürülmüş 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən çətənə növlü bitkilər 16 ədəddən (İİİ siyahı tərkibində narkotik maddələr olan bitkilər) artıq olması külli miqdardır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanında yerləşən evin zirzəmisində xüsusi hazırlanmış gizli bölmədə 16 ədəd dibçəkdə əkərək kultivasiya etmiş, 31 may 2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin atası Rafiq Baxşıyevin verdiyi razılıq ərizəsinə əsasən X8 yaşadığı Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 15, ev 9C ünvanına baxış keçirilmiş, təqsirləndirilən şəxs özü həmin vaxt evin zirzəmisində çətənə bitkisi əkdiyini, marixuananın toxumlarının Brazilyadan gətirdiyini etiraf etmiş və polis əməkdaşlarına yerini göstərmiş, mütəxəssisin iştirakı ilə evin zirzəmisində olan otaqda xüsusi hazırlanmış gizli bölmədə hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş, 16 ədəd dibçəkdə yaş vəziyyətdə ümumi təmiz çəkisi 198,217 qram olan 32 ədəd külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin məhkəmə istintaqında özünü təqsirli bilmədiyini söyləsə də, sonradan Brazilyadan gətirdiyi toxumları əkdiyini, onları suladığını, onlar üçün zirzəmidə xüsusi yer hazırladığını, həmin çətənə bitkilərini işıq şüası və pəncərədən düşən günəş şüası ilə qidalandırdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs əkib becərdiyi çətənə toxumlarının tibbi marixuana olmasını söyləməsini məhkəmə kollegiyası məsuliyyətdən yayınma kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 həmin çətənə bitkilərinin tibbi marixuana olub-olmamasını aydınlaşdırılması məqsədilə təkrar ekspertizanın keçirilməsi üçün vəsatət vermiş, həmin vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilmiş, iş üzrə təkrar məhkəmə-bioloji ekspertizası keçirilmişdir. 25 dekabr 2025-ci il tarixli, 1257 nömrəli məhkəmə -bioloji ekspertizası rəydən aydın olur ki, ümumi təmiz çəkisi – 42,648 qram olan 32 ədəd bitki nümunələrinin tərkibində çətənə (kannabis) bitkisinə məxsus kannabinol (CBN), kannabidiol (CBD) və tetrahidrokannabinol (THK) olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Seyfəlov X19 Məhkəmə İnformasiya Sisteminə xx.xx.2025-ci il tarixində şəkillər atmış, həmin şəkildəki qabın çətənə bitkisinin toxumlarının qabının olduğunu iddia etsə də, həmin qabın şəklinin haradan əldə olunması, nə məqsədlə istifadə edilməsi ilə bağlı heç bir dəlil yoxdur. Həmin təqdim olunan şəkillərdə təqsirləndirilən şəxsin məsuliyyyətini yüngülləşdirmək üçün əldə edilərək işə əlavə edilmişdir, onun heç bir hüquqi əsası yoxdur. Naxçıvan MR Kənd Təsərüffatı Nazirliyinin baş məsləhətçisi X5 ifadə verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmi hissəsində Azərbaycan Respublikası ərazisində əkilməsi qadağan olan 16 dipçəkdə 32 ədəd çətənə bitkisi aşkar olunmuş, çətənə bitkiləri dibçəkdə aqrotexnikaya uyğun kultivasiya olunaraq becərilmişdir. Onun saydığı 32 ədəd kol hamısı ayrı-ayrı olmuş, dibçəklərdən çıxardığı kolların budağından ayırıb bağlamaya qoymamış, 16 dipçəkdə olan bitkinin hamısı eyni bitki olmuş, dibçəklərdə başqa bir bitki olmamışdır. Həmin çətənə bitkilərinin hamısı ayrı-ayrı bitkilər olmuşdur. O, kollanmanın və pöhrələnmənin bitkidə ola biləcəyini söyləmiş, əgər bitki ayrıayrı bitkidirsə, hərəsi öz toxumundan cücərmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında olan DVD-də məhkəmə istintaqı zamanı tədqiq edilmiş və X18 verdiyi ifadə təsdiqini tapmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitənin tibbi marixuana olmasını söyləməsini, Müdafiəçi1 təqdim etdiyi şəkillərdəki qabın tibbi marixuananın toxumunun qabı olmasını iddia etsə də, məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, evinin zirzəmisindən aşkar edilmiş narkotik vasitənin tibbi marixuana olması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) maddəsi üzrə sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə xasiyyətnamədə müsbət xarakterizə olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(078)-41/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X8 barəsində əvvəli 31 may 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 31 may 2025-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ayrılmış vəsaitlər hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 110 (yüz on) manat miqdarında pul köçürülməlidir. Cinayət Prosessual Məcəlləsinin 195.1.2 və 197.1.4-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikasımüvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi tərçüməçiyə haqq ödənilir. Məhkəmədə tərcüməçi qismində iştirak edən X12 ödənilməsi üçün göstərilmiş 580 iş saatı həcmində yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X7 4189 8000 8496 2743 nömrəli hesabına 203 (iki yüz üç) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan manat) manat və məhkəmə -bioloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli, 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilməsi Qaydası” və Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərdə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X22” saxlanılan yaş vəziyyətdə ekspertiza tədqiqatına sərf edildikdən sonra 197, 897 qram olan 32 ədəd çətənə bitkisi 25 dekabr 2025-ci il tarixli, 1257 nömrəli məhkəmə -bioloji ekspertizası rəyindən görünür ki, natamam quruyaraq çəkisini itirmiş və 42, 648 qram (tədqiqata sərf edildikdən sonra isə 42,008 qram) qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X22” saxlanılan tədqiqata sərf edildikdən sonra 42,008 qram olan 32 ədəd çətənə bitkisi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus N14510261 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 01 ədəd CD, 03 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin, ona həmin Məcəllənin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 may 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ayrılmış vəsaitlər hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 110 (yüz on) manat miqdarında pul köçürülsün. Məhkəmədə tərcüməçi qismində iştirak edən X12 ödənilməsi üçün göstərilmiş 580 iş saatı həcmində yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X7 4189 8000 8496 2743 nömrəli hesabına 203 (iki yüz üç) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan manat) manat və məhkəmə -bioloji ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “X22” saxlanılan ekspertiza tədqiqata sərf edildikdən sonra 42,008 qram olan 32 ədəd çətənə bitkisi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus N14510261 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə 01 ədəd CD, 03 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Arzuyar Kərimov