Məhkəmə qərarları › İş №1(109)-37/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-37/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-37/2025 03.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:00 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2003-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır xəsarət yetirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx.xx.2025-cü il tarixdə, saat 05:00 radələrində yaşadığı Naxçıvan şəhəri, 4-cü küçə, döngə 3, ev 10 ünvanında heç bir hüquqi və faktiki əsas olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, öz üstünlüyünü nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib xuliqanlı niyyəti ilə mətbəxdən götürdüyü mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs “Qarın nahiyəsinin ön divarında, sağ qalça çuxuru proyeksiyasında daxilə nüfuz edən, on iki barmaq bağırsaq və qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək (126.1-ci münasibətdə təqsirli bilmiş) ifadəsində göstərdi ki, Əkrəmi 3-4 ildir ki, tanıdığını bildirmişdir. Ailəvi yaxın münasibətdə olmuşlar, aralarında dost kimi ara-bir mübahisələri olsa da, bu səviyyədə olmamışdır. Elə olub ki, iş yerində sözləri düz gəlməmiş, savaşmışlar. 07 iyun 2025-ci il tarixində o evdə olan zaman gecə saat 11:00 radələrində Şahid zəng etmiş, ondan harada olduqlarını soruş, “Əyləncə” adasında olduqlarını öyrənəndə ona “Yaxşı, ora gəlirəm görüşək”- demişdir. “Əyləncə adası”na gedib Adəm və Əkrəmlə görüşmüş, biraz parkda gəzmişlər. Bir müddət sonra dostu Sərxan ona zəng edib –“Rayondayam şəhərə gəlirəm gedək içki alaq içək”- demiş, oda Əkrəmə “Sərxanda şəhərə gəlir, içki alaq gedək sizin “Taksi parkda” olan evinizdə oturaq içək”- deyə söyləmişdir. Hacıvarda Sərxangilin evində işlədiyi üçün “Gəlsin həmin günü taksi parkda qalaq, bir yerdə yeyək içək, səhərdə oradan işə gedərik” – deyə Əkrəmə təklif etsə də, Əkrəm onun dediyi ilə razılaşmamışdır. Əkrəm evinə gəlməklərinə razı olmadığı üçün ona qarşı hörmətsizlik etdiyini bildirmişdir. Sərxan yenidən zəng edib “Əyləncə adası” nın yanında olan “Bol marketin” qarşısına gələcəyini söyləmişdir. Təxminən saat 11:00-dən sonra Sərxanla görüşüb taksiyə minmiş, Sərxanla birlikdə Naxçıvan şəhəri, 4-cü küçə, 4-cü döngədə yerləşən onun yaşadığı evə getmişlər. Sərxan onların evində paltarlarını dəyişib, ayaqqabısını təmizləmiş, sonra taksiyə oturub “Park Avm” də yerləşən kafeyə getmişlər. Orada bir müddət oturub içki içmişlər, sonra həmin yerdən çıxıb “NAXTEL”in binasının qarşısında Sərxan Hacıvardakı yaşadığı evə getsin deyə taksi çağırmışlar. Sərxanı yola saldıqdan sonra “Tam Store” adlanan marketdən içki almış, sonrada əczaxanadan ağrıkəsici dərman alaraq taksiyə minib öz evinə qayıtmışdır. Öz evlərində olanda Əkrəmə zəng etmiş, onlara gedəcəyini bildirmiş, bir azda telefonda mübahisə etmişlər. Əkrəm telefonda ona “Buraya gəlib səs- küy salma” demiş, aralarında olan mübahisəyə aydınlıq gətirmək məqsədi ilə Taksi park adlanan yerə Əkrəmin yaşadığı evlərinə getmiş, evdə Əkrəmlə mübahisə etmiş, Əkrəmin ona qarşı hörmətsizlik etdiyini söyləmişdir. Əkrəmgilin evində onlar mübahisə edən vaxt başqa adamlar olmuş, həm də qonşuların onların səs- küyünü eşitməyini istəmədikləri üçün onun evinə getməyi təklif etmişdir. Əkrəm və Adəmlə birlikdə taksiyə minib yaşadığı evə gəlmişlər, taksidə olarkən mehriban olmuşlar, yolda ona bıçaq vuracam sözünü deməmiş, Əkrəmgilin evində olan mübahisədə Əkrəmə “Qız bizdən artıqdır?” – deyə söyləmiş, onların evində həmin qız söhbəti açıldığı üçün yenidən mübahisələri başlamış, əsəbiləşib stolun üstündə olan butulkanı, kül qabını, qab-qacağı divara çırpıb qırmış, daha sonra Əkrəm onla “Divara niyə vurursan, məni vur” – deyə zarafat etmişdir. Onların evində Əkrəmlə iki dəfə mübahisə etmişlər, birinci dəfə Əkrəmlə tutaqlaşmışlar, Əkrəmin üzərinə yetirdiyi üçün ona şillə vurmuş, sonra gəlib stolda oturmuş, Əkrəmdə divanda əyləşmiş, sonra Əkrəmlə aralarında söhbət etmək üçün ikisində razılığı ilə Adəmi çölə çıxartmışdır. O Əkrəmlə əlbəyaxa olan zaman söyüş söyməmiş, həmin vaxt bıçaq çıxarmamışdır. Otaqda səs-küy olmuş, qonşular səslərini eşitməsin deyə Əkrəmə digər otağa keç demiş, Əkrəmdə otağa keçəndə ona qarşı nalayiq ifadələr işlətmiş, ona söyüş söyəndə stolun yanında durduğu üçün bıçaqda gözünün qabağında olmuş, mətbəx bıçağını oradan götürüb Əkrəmin arxasına keçmiş, Əkrəm ona tərəf dönən zaman sağ tərəfindən ciyar nahiyəsindən bir bıçaq zərbəsi vurmuş, Əkrəm daha sonra yarasını tutub yerə yıxılmışdır. Bıçağı Əkrəmi vurmaq üçün planlı şəkildə ora qoymamış, nə isə kəsdiyi üçün bıçaq stolun üzərində qalmışdır. Əkrəmin bıçağı görməyini bilməmiş, ona tərəf dönən zaman Əkrəmi qəfildən vurmuşdur. Həmin vaxt Əkrəmin özünü müdafiə edə bilməyəcəyini bildirmişdir. Evin içində olduqları üçün onların səsini eşidilməsi ehtimalı az olmuş, səslərini eşitmək ehtimalı olan şəxs Adəm olmuşdur. Çölə çıxıb Adəmi çağırmış, ona “Tez bir taksi sifariş ver, Əkrəmi vurmuşam” – deyə söyləmiş, Adəmdə taksi sifariş vermiş, taksi gələndə Əkrəmi qucağına alıb taksi ilə şəhər xəstəxanasına aparmışdır. Çölə çıxan zaman əlində bıçaq olmamış, Əkrəmi bıçaqla vurandan sonra bıçağı stolun üstünə atıb çölə çıxmışdır. Əkrəm onun anasına, bacısına qarşı nalayiq ifadələr işlətdiyi üçün həmin vaxt bıçaqla vurmaq fikri yaranmış, Əkrəmgilin evlərinə gedən zaman onu bıçaqlamaq niyyəti olmamış, onların evinə gedən zaman üzərində bıçaq olmamışdır. Əkrəmgilə gedib birinci dəfə söhbət edəndə onu vurmaq niyyəti olmamış, Əkrəm anasına- bacısına qarşı söyüş söyməsi və özüdə içkili olması, onu bıçaqla vurmağına səbəb olmuşdur. Bıçağı vurmaqda niyyəti onu öldürmək olmamış, sadəcə ona söyüş söydüyü üçün xəsarət yetirmiş, Əkrəmə bir bıçaq zərbəsi vurmuş, ikinci-üçüncü zərbəni də vura biləcəyi halda vurmaq istəməmişdir. Əkrəmi öldürmək istəməmiş, hətta onu bıçaqlıyandan sonra xəstəxanaya aparmağa kömək etmişdir. Onun xəstəxana xərclərini qarşılamışlar. Adəmin ifadəsində qeyd etdiyi ilə razılaşmadığını, Adəmin onun əlindən bıçaq almadığını, elə bir hadisə olmadığını, Adəmə Samiri bıçaqlama gəlirəm demədiyini söyləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Samir Adəmə zəng etdikdən sonra “Əyləncə adası” na gəlib onlarla görüşmüş, birlikdə parkda biraz gəzdikdən sonra Samirin Sərxan adında dostu gəlmişdir. O, Sərxanı tanımadığını, heç bir münasibəti olmadığını söyləmişdir. Samir ona “Gedək sizin evdə qalaq” – demiş, oda –“Evdə qonağım olacaq, yad adam istəmirəm, amma istəsən özün gələrsən”- deyib onun təklifini rədd etmişdir. Samirdə “Gələk yer olmasa mən yerdə yataram” – demiş, Samirə “Mən sənin gəlməyinə bir şey demirəm, amma qıraq adam gətirmə” – deyə söyləmişdir. Parkda söhbət edən zaman Samirə “Evə qız gətirəcəm, sənin yanındakını tanımıram, gəlmə!” – demiş, bu sözünə görə Samir qıcıqlanmışdır. “Əyləncə adası” da Samirin təklifini rədd edəndə onun incidiyini hiss etmişdir. Samir bir maşında getməyi təklif etsə də, taksi sürücüsü 5 adamı taksiyə götürə bilməyəcəyini söyləmiş, ondan sonra Samir dostu Sərxanla getmiş, onlarda ayrı taksi çağırıb taksiyə minib evə gəlmişlər. Parkda olan zaman aralarında böyük bir mübahisə olmamış, Samiri tanıdığı üçün içki içdiyi üçün gəlib mübahisə edəcəyini bilmişdir. Onlar saat 11:00-da parka getmişlər, saat 12:00-da evə qayıtmışlar. Gecə təxminən saat 02:00-03:00 radalərində o yatanda Samir Adəmə zəng vurmuş, Adəm onu oyadıb Samirin zəng etdiyini, onun evinə gəlmək istədiyini bildirmiş, “Səs-küy etməyəsənsə gəl” –deyə razılaşmışdır.Paltarlarını geyinib onu gözləmiş, daha sonra Samir onların evinə gəlmiş, oturub söhbət etmişlər, ona hörmətsizlik etdiyini bildirmiş, “Qızı məndən üstün tutdun!” – demiş, oda “Mən sənə gəlmə demədim, mən sənin yanındakını tanımıram, ona gəlmə dedim” – demişdir. Samir onların evinə gələndə qapını Adəm açmış, Samir bıçaq gətirməmiş, o bıçaq görməmişdir. Samirdə evlərində heç kəsin olmadığını bildirib onlara getməyi təklif etmişdir. Samir onların həyətində heç 10 dəqiqə oturmamış, Samirin belində bıçaq olsa belə hava qaranlıq olduğu üçün onu görə bilməyəcəyini söyləmişdir. Samirin arxasında oturmuş, bıçağa fikir verməmiş və heç bıçağı görməmişdir. Adəm və Samir birlikdə Samirin yaşadığı evə getmişlər. Onlar yenə evdə oturub biraz söhbət etmişlər, mübahisə zamanı o, Samirlə tutaqlaşmış, əlbəyaxa olmuşlar, Samir onu “Səni vuracam” deyə hədələsə də onu vurmamış, o vurmadan onun vurmaq ehtimalına görə Samiri şillə ilə vurmuşdur. Samirgilin evlərində olanda bıçaq stolun üstündə olmuş, Samir ona “Səni vuraram” – desə də, onu vuracağını düşünməmişdır. Oturub söhbət edib deyib-gülmüşlər, söhbəti zarafata salmışlar. Onlar Adəmin söhbətlə əlaqəsi olmadığı üçün çölə çıxmağını istəmişlər. Adəmin evdən çölə çıxarmağı hər ikisinin razılığı ilə etmişlər. Samir həmin vaxt əsəbləşdiyi üçün içəridəki qab-qacağı qırmış, Adəmə zərər dəyər deyə onun içəridə qalmağını istəməmişdir. Amma aralarında heç bir söyüş olmamışdır. Adəmi çölə çıxardıb, qapında bağlamışlar, Adəm onların mübahisə etməyini evdə görsə də, bıçaqlama anına şahid olmamışdır. Adəm evdən çıxdıqdan sonra Samir ondan otağa keçməyini istəmiş, otağa keçən vaxt bıçağı görməmiş, otağa keçəndə Samir ona böyrək tərəfindən bir bıçaq zərbəsi vurmuş, bıçağın Samirin əlində olduğunu bilməmiş, heç bıçağı görməmiş, evin içərisində ikisi olduqları üçün Samir onu bıçaqla vuranda yanlarında heç kim olmamışdır. Əvvəlcə sakit söhbət etmişlər, Samir içkili olduğu üçün orada qışqırmış, onlar evin içində söhbət etdiyi üçün qonşuların onların səsini eşitmək ehtimalı olmamışdır. Otaqdan çölə qədər Adəm gətirmiş, sonra taksiyə qədər birlikdə aparmışlar, xəstəxanada Samir onu götürmüşdür. Samir ona kömək etmək istəmişdir. Samirin ifadəsində qeyd etdiyi söyüş söhbəti ilə razı olmadığını bildirmiş, Samirə orada heç bir söyüş söyməmişdir. Ona qarşı söyüş söyməmiş, əgər söyüş söysə idi arxasını ona çevirməyəcəyini bildirmişdir. Samirlə 4 ildir ki, dostluq etdiyini, bu müddət ərzində aralarında ciddi bir mübahisə olmadığını, savaşsalar da 5 – 6 saat sonra yenidən barışdıqlarını, Samirlə heç bir ədavəti - düşmənçiliyi olmadığını bildirmişdir. Onun anasına ana dediyi üçün onun anasına qarşı söyüş söyməmişdir. Onların arasında ana-bacı söyüşü zarafatda olsa olmamışdır. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını, ona köməklik etdiklərini, xəstəxana xərclərinin yarısını qarşıladıqlarını məhkəmə kollegiyasına bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Onun həm Samirlə, həm də Əkrəmlə münasibəti yaxşı olmuş, dost olmuşlar, Samirə qarşı isə heç bir kini, ədavəti olmamışdır. Onlar axşam “Əyləncə adası”na çıxmışlar, sonradan Samir də yanlarına gəlmiş, Samirin yanında başqa uşaq da olmuş, Samirgildən spirt qoxusu gəldiyini hiss etmiş, içkili olmuşlar. Samir Əkrəmə “Dostumla gəlim, sizin evdə bir yerdə qalaq”- söyləmiş, onlarda evdə ikisi qaldığına görə razılaşmamış, Samirə tanımadıqları adamla evə gəlməməsini demişlər. Samir ona qarşı hörmətsizlik etdiklərini bildirərək getmiş, onlar getdikdən sonra taksiyə minib evə qayıtmışlar. Samir gedib dostu ilə yeyib içdikdən sonra dostunu yola salıb həmin günün gecəsi, təxminən gecə saat 01:00 radələrində ona zəng etmiş, Əkrəmin ona hörmətsizlik etdiyini, o isə Əkrəmin hörmətsizlik etmədiyini, tanımadıqları adam olduğu üçün gəlmə dediyini bildirmişdir. Samir də ona “Mənim adamımdır. Əkrəmə de üstünü doldursun, gəlirəm onu bıçaqlayam” -demişdir. Əkrəmi yuxudan oyadıb Samirin onlara gəldiyini bildirmiş, Əkrəm də “ Eybi yox gəlsin, danışıb yoluna qoyarıq” – deyə söyləmişdir. Samir evə-həyətə gəlmiş, biraz səs-küy etmiş, həmin vaxt Samirin belində bıçağın dəstəyini görmüş, tiyəsini görməmiş, Samir bıçağı çıxartmadığı üçün Əkrəmin bıçağı görməyini isə bilməmişdir. Həmin bıçağın ev bıçağı olduğunu və evdən götürdüyünü təxmin etmişdir. Samirin həyətə gələndə bıçağı çıxarıb Əkrəmin üzərinə hücum edə biləcəyini, bunu etməyə imkanının olduğunu, lakin bıçağı çıxarmadığını və həyətdə tutaqlaşmadıqlarını bildirmişdir. Daha sonra oturub söhbət etmiş və bir müddət sonra Samir içkili olduğu üçün Əkrəm ona “Sən qal evdə mən bunu aparım evlərinə yatırdım gəlim” – demiş, lakin o razılaşmamış, birlikdə taksi ilə Samiri evlərinə aparmaq qərarına gəlmişlər. Samiri öz evlərinə aparmışlar, o da evdə əlinə gələni ora-bura çırpmış, Samir Əkrəmə “mən onsuz səni vuracam, özümə ana bacı söyüşü söymüşəm”demiş, Əkrəm isə “ Özünə söyüş qoymusan ki, məni vuracaqsan, onda ayağımdan vur, qan çıxart, ürəyin soyusun, söyüşünü yemə” – demiş, Samir də uşaq olmadığını bildirmişdir. Samir birinci əsəbi olsa da, aralarındakı, mübahisə 3-4 dəqiqə çəkməmiş, nə Əkrəmin, nədə ki Samirin bir-birilərini vurmaqlarını görməmiş, sadəcə yaxalarından tutaqlaşıb dartışmışlar, tutaqlaşanda Əkrəm Samirə söyüş söyməmiş, sonra aralarında söhbət bağlanmış, oturub deyib gülmüşlər, sonun isə heç belə olacağını düşünməmişdir. Əkrəm ona “Samiri keçirək otağa yatsın” – demiş, Samir isə ona “Adəm sən çölə çıx, mən Əkrəmə söz deyirəm” –deyə söyləmişdir. Samir onu evdən çölə çıxardıb qapını bağlamış, Samirlə Əkrəmin evdə etdikləri mübahisəni çöldə olduğu üçün eşitməmiş və Əkrəmin bıçaqlanmağını gözü ilə görməmiş, Samirin Əkrəm otağa girəndə onu vurduğunu isə sonradan öyrənmişdir. Sonra Samir qapını açıb gəl dostunu götür demiş, evə girən zaman Samirin əlində bıçaq olmuş, daha sonra Samir bıçağı stolun üstünə atmışdır. İçəri girəndə Əkrəmi yerə uzanmış görmüş, yanına qaçıb nə olduğunu soruşmuş, o da Samirin onu arxadan vurduğunu bildirmişdir. Samirgildə həyət olmadığı üçün qapı bir başa evə açılmış, həmin vaxt Samirgilin evinin ətrafında 10-15 dənə ev olsa da, hadisə zamanı heç bir qonşunun bundan xəbəri olmamış və heç bir qonşu səslərini eşitməmiş, orada heç kim olmamış, hər şey səssiz baş vermişdir. Samirin əlində bıçaq olmuş, Samirin Əkrəmi bıçaqladığını boynuna aldığını söyləmişdir. İçəri daxil olduğu zaman Samir heç nə etməyərək, qıraqda durmuş, sonra ondan “nə edək?”- deyə soruşmuş, o isə xəstəxanaya aparmalı olduqlarını demiş, sonra taksi çağıraraq Əkrəmi qucağına almış və Samirlə birlikdə xəstəxanaya aparmışlar. Sonda isə, hadisə ilə bağlı bəzi şeyləri unutmuş ola biləcəyini söyləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4: - 10 iyun 2025-ci il tarixli, 334 saylı məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: qarnın nahiyəsinin ön divarında, sağ qalça çuxuru proyeksiyasında daxilə nüfuz edən, on iki barmaq bağırsaq və qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan kəskin daxili qanaxma və həmin proyeksiyada 2,0 sm ölçüdə üzərində cərrahi tikişləri olan kənarları hamar yara vardır. Qeyd olunan xəsarət iti uca və iti kənara malik əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişdir. Müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsədi ilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə ümumillikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - 09 sentyabr 2025-ci il tarixli, 14 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, təqdim edilən prosessual qaydada götürülmüş 01 ədəd bıçaqda, 01 ədəd açıq-qəhvəyi rəngli poliverdə qan vardır. Bu qan insan qanıdır və Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni 0(İ)aB qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 03 sentyabr 2025-ci il tarixli, 896 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. xüsusiyyətlərinə görə deşici-kəsici xassəyə malik mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. - 19 avqust 2025-ci il tarixli, 771 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri rəyin tədqiqat prosesinin təsviri hissəsində açıqlanmışdır. Təqsirləndirilən şəxs məlum hadisə baş verməzdən əvvəlki dövrdə emosional halında hər-hansı ekstremal dəyişikliklərin baş verməsi müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə günü spirtli içki qəbul etməsi onun davranışlarına öz mənfi təsirini göstərə bilərdi. Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Naxçıvan MR X2 : - 08 iyul 2025-ci il tarixli, 321 saylı ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrasteniya. Özünə xəsarət yetirmələrlə” psixi xəstəliyi olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - 14 sentyabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan aydın olur ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin üzərində olmuş bir ədəd uzunqol köynək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir, həmin maddi sübutlar Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağına saxlanılmaya verilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 07 iyun 2025-ci il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında mübahisənin baş verdiyi və Zərərçəkmiş şəxs xəsarət aldığı Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri, 4-cü küçə, döngə 3, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin mətbəxindən götürdüyü tutacaq hissəsi qara rəngli bıçaqla həmin fərdi yaşayış evinin yataq otağında dostu Zərərçəkmiş şəxs qarın boşluğundan bir bıçaq zərbəsi vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin bıçaqla vurduqdan sonra bıçağı evin salonunda stolun üzərinə qoyduğunu bildirmişdir. Evin salonuna baxış keçirilən zaman stolun üzərində olan 1 ədəd tutacaq hissəsi qara rəngli, kəsici hissəsi isə metal rəngdə olan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı həmçinin Zərərçəkmiş şəxs məxsus köynəkdə götürülmüşdür. - 08 iyun 2025-ci il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın boşluğundan bıçaqla vuraraq xəsarət yetirən zaman Zərərçəkmiş şəxs üzərində olan bir ədəd açıq qəhvəyi rəngli uzunqol köynək iş üçün əhəmiyyətli olduğundan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və qablaşdırılaraq götürülmüşdür. - 05 sentyabr 2025-ci il tarixli əşyanı tanınmaya təqdim etmək haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, Şahid təqdim edilən əşyaları nəzərdən keçirib gördüyü 2 (iki) rəqəmini göstərmişdir. - 10 iyun 2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-6/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil – İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Rzayev X6 şəhəri, 4-cü küçə, döngə 3, ev 10-da yaşadığı müddətdə məhəllə sakinləri tərəfindən Naxçıvan şəhəri 4 saylı Mənzil –İstismar İdarəsinə heç bir şikayət və narazılıq bildirilməmişdir. - Naxçıvan Muxtar Respublikası Babək rayon Rayon İcra Hakimiyyəti Şıxmahmud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. - Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-6/2024 nömrəli, 23 fevral 2024cü il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - 22 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 22 avqust 2025-ci il tarixdə Naxçıvan şəhər Polis İdarəsində ona xəstəxana xərcləri ilə bağlı Təqsirləndirilən şəxs ailəsi tərəfindən ödənilən 2000 (iki min) manat məbləğində pulu təhvil almışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 08 iyun 2025-ci il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 10 iyun 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08 iyun 2025-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. 13 sentyabr 2025-ci il tarixli Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Belə ki, 07 iyul 2025-ci il tarixində Zərərçəkmiş şəxs, Şahid Əyləncə Adasındakı parkda gəzərkən Əkrəmin əvvəlcədən tanıdığı və dostluq etdiyi Təqsirləndirilən şəxs zəng edərək onların yanına gəlmiş, üçü birlikdə bir müddət yürüyüş etmişlər, söhbət əsnasında Samirin dostu Sərxan ona zəng edərək “Rayondayam şəhərə gəlirəm gedək içki alaq içək”- demiş, bu zaman Samir isə Əkrəmə onun evində axşam birlikdə yeyib-içməyi təklif etmiş, Əkrəm isə bu təklifi qəbul etməmiş, qəbul etməməsini isə bununla əsaslandırmışdır ki, axşam evində qız qonağı olacaq ona görə Samirgilin gəlməyini istəməmişdir. Bundan əsəbləşən Samiri “Qızı məndən üstün tutursan” – deyə Əkrəmlə sözlü mübahisəyə girmiş, Əkrəmin bu sözünə əsəbləşən Samir onların yanından ayrılıb Tam store adlanan marketə gedərək içki (pivə) alaraq Naxçıvan şəhəri, 4-cü küçə, 4-cü döngədə yerləşən öz evinə getmişdir. Öz evində içki qəbul etmiş, 02:00- 03:00 radələrində dostu Adəmə zəng edərək harada olduqlarını soruşmuş, Adəm Əkrəmin evində olduğunu bildirmiş, Samir daha sonra Adəmdən evdə kimin olduğunu soruşmuş, Adəm isə Əkrəm, o və qız qonağın olduğunu söyləmişdir. Bundan əsəbləşən Samir Adəmə məndə Əkrəmgilə gəlirəm demiş, sonra Taksi park tərəfdə yerləşən Əkrəmin evinə getmiş, qapını döyəndə Adəm açmış, həyətə girib Əkrəmi səsləmiş, Əkrəmdə həyətə çıxdıqdan sonra birlikdə həyətdə oturaraq yenidən söhbət etmişlər. Bu zaman Samir yenidən qızı məndən üstün tutdun demiş, Əkrəm isə Samirin içkili olduğunu görüb dostu Adəmə gəl bunu aparaq evlərinə yatıraq deyə söyləmişdir. Adəm taksi çağırmış, birlikdə taksiyə minərək Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan şəhəri, 4-cü küçə, 4-cü döngədə yerləşən evinə getmişlər. Taksidə olarkən aralarında heç bir mübahisə olmamışdır. Samirin evinə daxil olduqdan sonra Samir yenidən Əkrəmə bu gün etdiyi hərəkətlər səhvdir deyərək mübahisə başlamış, Əkrəmlə Samir əlbəyaxa olmuşlar. Bu zaman Samir Əkrəmin üstünə yerimiş, Əkrəm özünü müdafiə etmək üçün Samirə bir şillə vurmuş, daha sonra Samir gedib stolda oturmuş, Əkrəm isə divanda əyləşmişdir. Əkrəmlə Samirin ikisində razılığı ilə aralarındakı mübahisəyə qarışmasın deyə Adəmi çölə çıxardıb qapını kilitləmişlər. Samir daha sonra Əkrəmə digər otağa keç demiş, stolun üzərində olan bıçağı götürərək Zərərçəkmiş şəxs arxa hissəsinə keçərək “Qarın nahiyəsinin ön divarında, sağ qalça çuxuru proyeksiyasında daxilə nüfuz edən, on iki barmaq bağırsaq və qaraciyərin sağ payının zədələnməsi ilə müşayiət olunan xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş, daha sonra qapının kilitini açaraq Adəmə gəl dostunu götür demiş, Əkrəmi Adəmlə birlikdə xəstəxanaya aparmışlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(102)-1698/2023 nömrəli, xx.xx.2023cü il tarixli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarının: 22-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.

23. Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xuliqanlıq niyyəti ilə yaxud ümumi təhlükəli üsulla törədildikdə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir.

24. Xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təsvirinə görə, Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.

26. Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi daha öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası belə qərara gəlir ki, baxılan cinayət işində təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə qarşısında verdikləri ifadələrinin eynilik təşkil edən hissələrindən görünür ki, onlar bir-birilərini 3-4 ildir ki, tanımış və cinayət hadisəsi baş verənədək münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında yaranan mübahisə Əyləncə Adasındakı parkda başlayıb ilkin olaraq Samirin dostu Sərxanla zərərçəkmiş şəxsin Taksi parkda yerləşən evinə getməyi təklif etməsi, zərərçəkmiş şəxsin isə evdə qız qonağı olduğunu bildirərək bu təklifi rədd etməsi mübahisəyə çevrilmişdir. Daha sonra bu münaqişənin davam etməsinin, aralarında yaranmış anlaşılmazlığın açıq konfliktə keçməsinin səbəbkarı, təqsirləndirilən şəxs Adəmə zəng edərək zərərçəkmiş şəxsin yaşadığı evinə gələcəyini bildirmiş, Əkrəmin evinə gəlmiş orada yenidən qız söhbətini açaraq qızı ondan üstün tutduğunu bildirmiş, səs-küy olmasın deyə təqsirləndirilən evdə tək olduğunu bildirərək onun evinə getməyi təklif etmiş, Adəm, Samir və Əkrəm taksi təqsirləndirilənin evinə getmişlər. Nəhayət, təqsirləndirilən şəxsin evinə gəldikdən sonra yenidən mübahisə etmişlər, münaqişə zamanı əlbəyaxa olmuşlar, təqsirləndirilən şəxs Əkrəmin üzərinə yetirdiyi üçün Əkrəm ona bir şillə vurmuşdur. Mübahisəni öz aralarında həll etmək üçün hər ikisinin razılığı ilə Adəmi çölə çıxarıb evin qapısını kilitləmişlər. Samir Əkrəmdən otağa keçməyini istəmiş, həmin vaxt onun arxasına keçərək stolun üstündən götürdüyü mətbəx bıçağı ilə ona bir bıçaq zərbəsi vurmuşdur. Bıçaqlanma zamanı Adəm çöldə olduğu üçün buna şahid olmamış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs evdə olduğu üçün ətrafdan heç kəs bu hadisəyə şahid olmamış, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilərkən hadisə yerində onların ikisindən başqa hər hansı bir digər şəxs olmamışdır. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi bıçağı heç kəsin yanında çıxarmamış və nümayiş etdirməmişdir. Təsvir edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyəti ilə törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur, onunla zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə və sonrakı dalaşma gedişində sağlamlığa zərər vurma şəxsi münasibətlər zəminində təqsirləndirilən şəxsin dostu ilə birlikdə zərərçəkmiş şəxsin evinə gəlməsi təklifi, zərərçəkmiş şəxsin isə bu təklifi rədd etməsi ilə başlanıb davam etmiş, sonradan isə ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifini müəyyən edərkən səhvə yol verib onun əməlini düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda şərh olunanlara əsasən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CMnin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün sübut və ya dəlil gətirmişdir. Zərərçəkmiş şəxs verdiyi 10 oktyabr 2025-ci il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi əsaslandırılmış vəsatətində Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, bir daha belə bir əməl törətməyəcəyini, ona aşağı cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışmasını, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, polisə törətdiyi cinayət əməlini özünün etiraf etməsi və zərərin əvəzini ödəməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmələr nəzərə almalıdırlar ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. 5-1. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş, cinayətə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə cinayəti törətdiyi zaman, yəni xx.xx.2025-ci il tarixdə müvafiq olaraq Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq göstərilən hal Təqsirləndirilən şəxs münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yardım göstərməsi, hadisə baş verəndən sonra onu xəstəxanaya aparması, zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanın ödənilməsi onun vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza 8 il azadlıqdan məhrum etmədir. Yəni (8X12=96 96:4X3=72 72:12=6) Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası 6 ildən artıq ola bilməz. Belə ki, iş materiallarından göründüyü kimi Rzayev X6 MR Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət, yəni 2 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Azərbaycan Respublikasının Cəzaların İcra Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 31 oktyabr 2025-ci il tarixli, 100376/2024 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin məktubunundan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş məhkum xx.xx.2024-cü il tarixdə tərəflərindən qeydiyyata alınmışdır. 10 iyun 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 4 (078)-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçildiyindən cəza müddətinin axımı həmin tarixdə dayanmışdır. Qeydiyyatda keçdiyi tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 1 il 2 ay 8 gün hissəsini çəkmiş, çəkilməmiş qalan cəzası 9 ay 18 gün təşkil edir. Azərbaycan Respublikasının Cəzaların İcra Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-6/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının 1 il 2 ay 8 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi isə 9 ay 18 gündür gündür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qətimkan tədbiri kimi seçilmiş həbs müddəti cəzasının çəkilməmiş müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulur. Göründüyü kimi, təqsirləndirilən şəxs Rzayev X6 Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmü ilə məhkum edildiyi cəzasını çəkməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2024cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi – 9 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasına iki gün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi – 9 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası 4 ay 24 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesab edilir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-44/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 08 iyun 2025-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 08 iyun 2025-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işinin materiallarının köçürüldüyü 01 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsindən eyni Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 126.1ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi – 9 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsi 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla hesablanaraq 4 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 iyun 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilsin. Hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş bir ədəd uzunqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Cinayət işinin materiallarının köçürüldüyü 01 (bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar