Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(109)-38/2024 05.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında) Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru X2, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakları ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən dövlət ittihamçısı vəsatət verərək həmin cinayət işi üzrə məhkəmə aidiyyətinin 25 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu bildirib, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və ittiham aktında göstərilən şahidlərin Siyəzən şəhərində yaşadığını nəzərə alaraq, cinayət işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi X4 dövlət ittihamçısının vəsatətinə etirazı olmadı. 25 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən ərazi yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisini və ya bir neçə inzibati ərazi vahidini əhatə edən istintaq qurumlarında məhkəməyədək icraatı tamamlanan cinayət işlərinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin hüquqi mahiyyətinə əsasən müvafiq cinayətlərdən ən çoxunun və ya ən ağırının törədildiyi yer üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddələrinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən seçilmiş vəkil X6 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaqla müdafiəçi qismində işə buraxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 69.3 , 74.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs tərəfindən seçilmiş vəkil X6 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaqla müdafiəçi qismində işə buraxılsın. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Səxavət Hüseynov