Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-4/2024 12.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə 20 iyun 1986-cı ildə Türkiyə Respublikаsının İzmir şəhərində doğulmuş, Türkiyə Respublikаsının vətəndаşı, evli, оrtа təhsilli, qoşqulu nəqliyyat vasitəsi sürücüsü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının İzmir şəhəri, Karşıyaka rayonu, Gümüşpala məhəlləsi, 7020 küçəsi, № 147, ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, bаrəsində həbs qətimkаn tədbiri seçilərək Nаxçıvаn Muxtаr Respublikаsı Ədliyyə Nаzirliyinin Penitensiаr Xidmətinin İstintаq Təcridxаnаsındа sаxlаnılаn Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilir ondan ötrü ki, о, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarında narkotik vasitəni əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda metamfetamin psixotrop maddəsini və şəxsi istehlak miqdarında qurudulmuş marixuana narkotik vasitəsini əldə edib ayrı-ayrılıqda bükümlərdə 01 ədəd “Camel” markalı siqaret qutusuna yerləşdirərək üzərində saxlamış, 02 noyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 04D5861/04D6498 qeydiyyat nişanlı "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əynində olan şalvarın sol ön cibində olan 1 ədəd “Camel” markalı siqaret qutusundan 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,321 qram olan külli miqdarda ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,486 qram səxsi istehlak miqdarında narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 15 ildir ki, ağrıları olduğu üçün “dərman kimi” narkotik vasitə istifadə edir. O, sellofana bükülmüş maddənin narkotik vasitə və psixotrop maddə olduğunu bilmiş, həmin narkotik vasitə və psixotrop maddə 3 qram olmuş və onu 1500 türk lirəsinə İstanbuldan tanımadığı bir şəxsdən almışdır. Qazaxıstan Respublikasından keçəndə gömrükdə maşınına və üzərinə baxış keçirilmiş, maddə aşkarlanmamışdır. Narkotikdən istifadənin Turkiyə Respublikasında sərbəst olduğunu, onu Azərbaycan Respublikasından keçirməyin qanunsuz olduğunu bilmədiyini, əgər qanunsuz olduğunu bilsə idi, bu hərəkəti etməyəcəyini söyləmişdir. Onun himayəsində 6 aylıq, 12 və 13 yaşlarında 3 övladının olduğunu və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin, o, ifadəsində bu maddələri satış üçün yox, şəxsi istifadə üçün aldığını, narkotik vasitəni qəbul etmək üçün şüşə borudan istifafə etdiyini, buraxmaq üçün müalicə aldığını, amma yenə də buraxa bilmədiyini, buna görə də illərdir həmin maddələrdən istifadə etdiyini söyləmişdir. Şahid qismində dindirilmiş Rzаyev Məzаhir Məşdi оğlu ifadəsində göstərdi ki, noyabrın 2-si işdə olan zaman gömrük işçisi Niyazi müəllim, iş yoldaşı Şahid2 və onun iştrakı ilə Şahtaxtı gömrüyündə avtomaşına baxış keçirəcəkləri barədə məlumat vermişdir. Onlar oraya getmiş, maşına baxış keçirilən zaman heç nə aşkar edilməmişdir. Sonra Niyazi müəllim onların iştirakı ilə şəxsi yoxlama aparmış, siqaret qutusunun içində göy rəngli, ot rənginə bənzər, bir də sellofan bükümdə kristal rəngli narkotik vasitəni aşkarlamışdır. Həmçinin, təqsirləndirilən Mustafa Hasandan üzərində qanunsuz nə isə olub-olmadığını soruşduqda, o, qanunsuz heç nə olmadığını bildirmişdir. Sonda şəxsi yoxlama hərəkətləri sənədləşdirilmiş, onlar da imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid2 оğlu digər şahid Rzаyev Məzаhir Məşdi оğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, təxminən 1 il olar ki, gömrük orqanlarında xidmət edir. Hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində çalışır. 02 noyabr 2023-cü il tarixində “Şahtaxtı” gömrüyündə yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olarkən saat təxminən 18:00 radələrində İran İslam Respublikasından gələn Türkiyə Respublikasına məxsus 04D5861/04D6498 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttinə yaxınlaşmış, həmin avtomobilin sürücüsü sənədlərini “VAİS” proqram təminatında qeydiyyata saldırmaq üçün verdikdən sonra nəqliyyat vasitələrinin yoxlanılması ardıcıllığına görə təxminən 1 saat sonra həmin nəqliyyat vasitəsinə yaxınlaşmış, sürücü ilə sorğu-sual etməyə başlamış, söhbət zamanı adının Mustafa Hasan olduğunu öyrənmiş, daha sonra yük nəqliyyat vasitəsində yoxlama aparılarkən iştirak etmələri üçün iki nəfər hal şahidi dəvət etmiş, sürücüdən “nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlin keçirdiyi nəsə varmı?” – deyə soruşmuş, o da heçnə olmadığını bildirmişdir. Daha sonra nəqliyyat vasitəsini yoxlamağa başlamış, lakin heçnə aşkar edilməmişdir. Yoxlama zamanı sürücünün hərəkət və davranışları onda şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş, müvafiq icazəni aldıqdan sonra sürücünü şəxsi yoxlama otağına aparmış, şəxsi yoxlama başlamazdan əvvəl sürücüdən üzərində qadağan olunmuş və ya bəyan edilməyən nəsə varmı?” – deyə soruşduqda, sürücü üzərində heçnə olmadığını bildirmiş, yoxlama zamanı sürücüdən üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymağını tələb etmiş, o, əyninə geyindiyi şalvarın sol ön cibində olan bir siqaret qutusunu və digər əşyaları çıxarıb stolun üzərinə qoymuş, əvvəlcə sürücünün üzərini yoxlamış, daha sonra stolun üzərinə qoyduğu siqaret qutusuna baxdıqda, qutunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş, ağ rəngli duz kristalları halında olan psixotrop maddəyə bənzər kütləni və bir ədəd şəffaf sellofana bükülmüş, kəskin iyli, yaşıl rəngli qurudulmuş ot halında narkotik vasitəyə bənzər kütləni aşkar etmiş, sonra aşkar etdiyi maddələri hal şahilərinin və sürücünün iştirakı ilə elektron tərəzidə çəkdikdə, ağ rəngli duz kristalları halında olan maddənin 3,025 qram, ot halında olan maddənin 2,642 qram olduğunu müəyyən etmiş, sonra aşkar etdiyi predmetləri sürücünün və hal şahidlərinin iştirakı ilə qablaşdıraraq götürmüş və müvafiq sənədlər tərtib edərək iştirakçılara imzalatmışdır. Bundan əlavə bildirmişdir ki, şəxsin çox həyəcanlı olması onda bu şübhəni yaratmış, sürücü Təqsirləndirilən şəxs ona həmin aşkar olunmuş maddələrin özünə məxsus olduğunu və 1 aydır ki, üzərində daşıdığını demiş, Təqsirləndirilən şəxs yoxlama zamanı heç bir zor tətbiq edilməmiş, hal şahidi kimi dəvət etdiyi şəxslər Məzahir və Fərman adlı şəxslər olmuş və ifadəsinə əlavə edəcəyi başqa bir şey olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 03 noyabr 2023-cü tarixli, 1098-1099 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X8-kimyəvi və Bioloji ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş: - 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 2,321 qram olan ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı, İİ bənd, sıra № 27). - 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 1,486 qram yaşılımtıl rəngli, xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı, İ bənd, sıra № 146). Ekspertizanın keçirilməsi zamanı: - tədqiqata 0,03 qram miqdarda metamfetamin psixotrop maddəsi, 0,03 qram miqdarda marixuana narkotik vasitəsi sərf olunmuş, 2,291 qram miqdarda metamfetamin psixotrop maddəsi, 1,456 qram miqdarda marixuana narkotik vasitəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X6: - 30 noyabr 2023-cü il tarixli, 393 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. - 30 noyabr 2023-cü il tarixli, 394 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Altundağ X1 narkomaniyası aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı var. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 02 noyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 04D5861/04D6498 dövlət nömrə nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı qanunvericiliklə aparılması və gətirilməsi qadağan edilmiş hər hansı bir predmet aşkarlanmamışdır. - 02 noyabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sol ön cibində olan “Camel” markalı siqaret qutusunun içində bir ədəd şəffaf sellofan paketə bükülmüş, duz kristalları halında, qablaşdırma ilə birgə çəkisi 3,025 qram olan psixotrop maddəyə bənzər kütlə və bir ədəd şəffaf sellofan paketə bükülmüş halda kəskin iyli, yaşıl rəngli qurudulmuş ot halında, qablaşdırma ilə birgə çəkisi 2,642 qram olan narkotik vasitəyə bənzər kütlə və bir ədəd psixotrop maddə istifadə etmək üçün şüşə alət, bir ədəd “Samsung Galaxy A20” markalı, İMEİ1: **********38923 nömrəli mobil telefon və bir ədəd “Huawei MRD-LX1” markalı İMEİ1: **********40285, İMEİ2: **********792389 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus U10669466 nömrəli pasport götürülmüşdür. - 04 dekabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən “Samsung Galaxy A20” markalı mobil telefona enerjisi olmadığına və cihaza qoşulduqda da enerji qəbul etmədiyinə görə açılmadığından baxış keçirilməsi mümkün olmamışdır. - 28 noyabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X9 göndərilmiş tələbnaməyə verilmiş 30 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama .... daşıma həmin Məcəllənin 234.1-1-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdar qurudulmuş marixuananın 5 qramdan az olması şəxsi istehlak miqdarı hesab olunur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, o, üzərində daşıdığı və dediyinə görə dərman kimi istifadə etdiyi metamfetamin psixotrop maddəni və qurudulmuş marixuananın psixotrop maddə və narkotik vasitə olduğunu əvvəlcədən bilmişdir. Həmin psixotrop maddə və narkotik vasitəni İstanbul şəhərində 1500 türk lirəsinə aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsini və qurudulmuş marixuana narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisindən keçirməyin qanunsuz olmasını bilmədiyini söyləməsi özünü müdafiə xarakteri daşıyan və məsuliyyətdən yayınmağa yönəlmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X11 ifadəsi ilə də sübuta yetirilir ki, təqsirləndirilən şəxs Altundağ X3 gömrük ərazisində saxlanılarkən o, həyəcanlı olmuş, hərəkətləri və davranışları şübhə yaratmışdır. Şəxsi yoxlama aparılarkən siqaret qutusunun içərisindən metamfetamin psixotrop maddə və bir ədəd sellefona bükülmüş yaşıl rəngli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 7 (yeddi) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2023cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2,291 qram miqdarda metamfetamin psixotrop maddəsi, 1,456 qram olan marixuana narkotik vasitəsi; - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan narkotik vasitəni qəbul etmək üçün istifadə olunan şüşə alət məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 01 ədəd “Samsung Galaxy A20” və 01 ədəd “Huawei” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U10669466 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 noyabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2,291 qram miqdarda metamfetamin psixotrop maddəsi, 1,456 qram olan marixuana narkotik vasitəsi; - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan narkotik vasitəni qəbul etmək üçün istifadə olunan şüşə alət məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 01 ədəd “Samsung Galaxy A20” və 01 ədəd “Huawei” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U10669466 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Səxavət Hüseynov