Məhkəmə qərarları › İş №1(109)-4/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-4/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-4/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:40 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2001-ci ildə Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyatda olmuş, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20 avqust 2024-cü il tarixdə, saat 20:00 radələrində Şərur rayon “Karvan” restoranında spirtli içki qəbul etdikdən sonra yaşadığı Qışlaqabbas kəndində yerləşən evə getmiş və saat 22:40 radələrində sərxoş vəziyyətdə mətbəxdə olan bıçağı götürərək şalvarının sağ arxa kəmər hissəsində gizlətmiş və atası Şahid1 ilə birlikdə Qışlaqabbas kəndində Zərərçəkmiş şəxs yaşadığı mənzilinə daxil olaraq divanda əyləşən Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla qəsdən qarın nahiyəsinə bir zərbə vuraraq ona qarın boşluğuna keçən, daxili üzvləri- qaraciyər və piyliyi zədələyən deşilmiş-kəsilmiş yara, qarın boşluğunda qan (1.5-2 L), ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı ifadə, izahat verərkən ona qarşı hər hansı təsir, təzyiq olmamış və orada verdiyi ifadəsini təsdiqləmişdir. O, Zərərçəkmiş şəxs ilə qonşu olmuş, bir məhəllədə yaşamış, 9-cu sinifdə oxuyarkən kənddən çıxıb Bakıya getmiş, Bakıda 1 il qaldıqdan sonra yenidən kəndə qayıtmışdır. Daha sonra isə İstanbula gedərək 1 il də orada yaşadıqdan sonra yenidən kəndə gəlmişdir. O, əvvəllər Sübhi ilə birlikdə 1 ay mebel sexində işləmiş, ondan başqa Sübhi ilə heç bir yerdə işləmədiyini bildirmişdir. Sübhi ilə işlədiyi dövr ərzində onunla və ailə üzvləri ilə heç bir ədavəti olmamışdır. Hadisə baş verməmişdən 6 gün öncə Sübhi Sərkana zəng vuraraq ona iş təklif etmiş, o da işləri dayandığı üçün Sübhi ilə razılaşmışdır. Sübhi 6-cı günün axşamı Sərkana zəng vuraraq çox içdiyini, buna görə də sabah işləyə bilməyəcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra Sübhi yenidən zəng vuraraq qonşusu Elçinlə problemi olduğunu, Sərkandan oraya gələrək kömək məqsədi ilə yanında olmasını və gələrkən də evdə yemək olmadığı üçün yemək gətirməsini istəmişdir. O da gündüz təxminən saat 12:00-13:00 arası yeməyi götürərək söhbəti yatışdırmaq məqsədi ilə Sübhigilə getmiş və Elçinlə Sübhinin içəridə oturub söhbət etdiklərini görmüşdür. X6 arasında borc qaytarmaq məsələsinə görə münaqişə yaranmış, Sərkan isə Sübhi içkili olduğu üçün ona Elçini ötüşdürməsini və pulu qaytaracağını söyləmişdir. Həmin vaxt Sübhi divara qab-qaşıq çırparaq pulunu istəmiş, Elçin isə imkanı olmadığı üçün daha pulu sonra verəcəyini söyləmişdir. O da Elçinə Sübhinin içkili olduğunu, özünü yaxşı hiss etmədiyini, içkinin təsirindən çıxandan sonra söhbət etmələrini söyləmiş və Elçindən getməsini istəmişdir. Bu zaman X5 tərəfini tutduğunu soruşmuş, o isə Elçinin yox, onun xeyrinə etdiyini, içkili olduğu üçün aralarında problem olmasın deyə söhbəti yatışdırdığını və ona görə Elçinlə dalaşmayacağını söyləmişdir. Sübhi isə onun gətirdiyi yeməyi çölə tullayaraq ona lazım olmadığını, yeməyi götürərək evdən getməyini, sabahdan da işə gəlməməyini söyləmiş, Sərkan da problem olmadığını bildirmiş və başqa heç nə deməyərək evdən çıxıb getmişdir. Təxminən 1 saat keçdikdən sonra, saat 14:00-15:00 radələrində Sübhi ona zəng etmiş, Sərkan açmamışdır. Daha sonra Sübhi yenidən zəng edərkən telefonunu açaraq nə istədiyini soruşmuş, Sübhi isə ona qudurduğunu və dünənki küçük olduğunu söyləmiş, ona içkili olduğu üçün nə danışdığını bilmədiyini, içkinin təsirindən çıxdıqdan sonra söhbət etmələrini demiş, Sübhi də qarşılığında ona yenidən nalayiq sözlər işlətməyə başlamışdır. Yenidən Sübhiyə daha sonra, ayılan zaman söhbət etmələrini söyləmişdir. O, ilk dəfə özünün yox, içkili olduğu üçün Sübhinin ona söyüş söydüyünü, o da qarşılığında Sübhiyə “Arvadın filan yerdə işləyir, sən kişi deyilsən” dediyini bildirmişdir. Daha sonra evə gələrək olanları, yəni Sübhigilə getməyi və onun içkili olduğu üçün söyüşlər söydüyünü atasına danışmış, atası isə Sübhinin içkili olduğu vaxtlarda belə davrandığını, yəni problem yaratdığını söyləmişdir. Bir az keçdikdən sonra, axşamtərəfi Sübhi yenidən zəng edərək ondan yanına gəlib-gəlmədiyini soruşmuş, o isə “Whatsapp” proqramı üzərindən ona səsli mesaj ataraq içkili olduğu üçün ayılanda zəng etməyini söyləmişdir. Daha sonra olanları yenidən atasına demiş, atası isə polisə zəng vuraraq Sübhinin içki qəbul edərək onları narahat etdiyini bildirmişdir. Polis isə bu barədə tədbir görəcəklərini, lakin içkili vəziyyətdə olan biri ilə söhbət edə bilməyəcəklərini söyləmişlər. Olanların üzərindən 1 gün keçdikdən sonra Sübhi yenidən “Whatsapp” proqramı üzərindən səsli mesajlar atmış, buna baxmayaraq polis heç bir tədbir görməmişdir. Sübhi ona səsli mesaj atarkən, o, rayonda əsgər yoldaşları ilə birlikdə olmuş, daha sonra evə getmiş, həmin vaxt evdə heç kim olmamış, içkili oduğu üçün spirtli içkinin də təsiri ilə atasının xəbəri olmadan mətbəxdən qara dəstəkli bıçağı götürərək arxa cibində gizlətmişdir. O, mətbəxdən bıçağı götürərkən atası çöldə maşını təmizlədiyi üçün onu görmədiyini, atası görsəydi əgər, icazə verməyəcəyini söyləmişdir. Onun bıçağı götürməkdə məqsədi həm Sübhi içkili vəziyyətdə olarkən dava etməyə və söyüşlər söyməyə meyilli biri olduğu üçün, həm də fiziki cəhətdən Sübhi ondan daha güclü olduğu üçün özünü qorumaq olmuşdur. O evdən çıxarkən atası arxasınca gələrək hara getdiyini soruşmuş, o isə bu söhbətə son qoymaq məqsədilə Sübhigilə getdiyini demişdir. Daha sonra atası da ona qoşularaq Sübhi gilə getmişlər, həmin vaxt orada Sübhidən başqa heç kim olmamış, atası ona çöldə gözləməyini söyləmiş, o da içəri daxil olmadan çöldə gözləmişdir. Sərkanın atası içəri girmiş və Sübhidən övladını niyə söydüyünü soruşmuş, ona çox hörmətlə etdiyini bildirərək etdikərinin ayıb hərəkət olduğunu demişdir. Sübhi isə cavab olaraq atasına onunla problemi olmadığını, övladının tərbiyəsizlik etdiyini demişdir. Bu söhbət təxminən 3-4 dəqiqə çəkmiş, daha sonra atası onu içəri çağırmış və ondan barışıq məqsədi ilə Sübhinin səhvi olsa belə balaca olduğu üçün Sübhidən üzr istəməyini söyləmişdir. O isə özünə sığışdırmayaraq Sübhinin səhv etdiyini, buna görə də ondan üzr istəməyəcəyini, hətta Sübhinin etdiyi söyüşlərə görə ondan üzr istəməli oduğunu bildirmişdir. Həmin vaxt Sübhi də Sərkan kimi birinin üzrünü qəbul etmədiyini və ona lazım olmadığını demiş,o da bu sözü eşidəndə içkili olduğu üçün özündən çıxmış və Sübhini bıçaqlamışdır. O,bıçağı çıxararaq Sübhini qarın nahiyəsindən vurmuş, daha sonra atası onu itələyərək yerə yıxmışdır. O, atası onu itələməsəydi də, Sübhini vurmağa davam etməyəcəyini söyləmişdir. O, bıçağı vuranda nə etdiyini dərk etməmiş, atası onu itəliyəndən sonra özünə gəlmiş, nə etdiyini dərk edib peşman olmuşdur. Onun Sübhini bıçaqlamaqda məqsədi onu öldürmək yox, sadəcə anasını, bacısını söydüyü üçün cəzalandırmaq olmuşdur. Sübhini öldürmək fikri olmadığı üçün boynundan yox, qarın nahiyəsindən vurmağını etiraf etmişdir. Daha sonra atası X9 Mərkəzinə və polisə zəng etmiş, həmin vaxt o da balkonda siqaret çəkərək polisləri gözləmişdir. Hadisədən sonra Sübhi xəstəxanada yatarkən Sərkanın qohumları barışıq və kömək üçün onun yanına getmiş, zərərçəkmiş şəxsə dəyən ziyanı 10 min manat verməklə ödəməyi təklif etmişlər, lakin o qəbul etməmişdir. O, etdiyi əməldən peşman olduğunu, lakin zərərçəkmişdən üzr istəmək kimi bir fikri olmadığını, sadəcə olaraq ağbirçək olduğu üçün Sübhinin anasından üzr istədiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yalan danışdığını, bu günkü gün də özünün mebel sexinin olduğunu və indiyə kimi Sərkanın onun sexində işləmədiyini sadəcə arada qonşusu kimi gəlib işlərə baxdığını söyləmişdir. Həmin sexin hal - hazırda öz həyətində yerləşdiyini, sexi açarkən Sərkanın balaca uşaq olduğunu, orada cəmi 4 nəfər işlədiyini bildirmişdir. Hadisə baş verməzdən öncə o tək işləmiş, Sərkan da işsiz olduğu üçün ona iş təklif etmiş və yanında fəhlə kimi işlətmişdir. O, Sərkanla birlikdə ev təmiri işi görmüş və işlədiyi bu 6 gün ərzində heç bir problemləri olmamışdır. O, şəxsi iş olduğu üçün işlərinin 7ci günündə Sərkan səhərlər bir az gec durduğundan ona işləməyəcəklərini, həmin gün istirahət etməyini söyləmişdir. O, Elçindən siqaret aldığı üçün ona 32 manat 30 qəpik, Elçinin evinin hamam və kuxnasının kafelini vurduğu üçün isə Elçinin də ona 300 manat pul borclu olmuşdur. Daha sonra Elçin Sübhidən pulunu istəmiş, oda Elçinin 300 azn borclu olduğunu xatırladaraq öz borcundan çıxmağını söyləmişdir. Həmin söhbət zamanı Sərkan da oraya sellofanda ona yemək gətirmiş və söhbəti eşitmişdir. Həmin vaxt Sərxan söhbətə müdaxilə etmək istəmiş, lakin Sübhi əsəbləşərək onun gətirdiyi sellofanı da balkondan tullayaraq ona söhbətə qarışmamasını söyləmişdir. O, Elçinlə sadəcə söhbət etdiyini, onunla bir ədavətinin olmadığını hadisənin belə olduğuna onun da şahid olduğunu bildirmişdir. Sərkan oradan getdikdən sonra Sübhiyə onun kişi olmadığını, əgər kişi olsaydı arvadının başını kəsmiş olardı deyə səsyazısı göndərmişdir. O, da Sərkana yoldaşı ilə ayrıldığını, həmin qadının sadəcə uşaqlarının anası olduğunu və onun şəxsi işinə qarışmadığını demiş, ardınca da onun da bacısının marketdə işlədiyini, əgər elə baş kəsəndirsə bacısının başını kəsməyini söyləmişdir. O, Sərkanla sadəcə telefon üzərindən əlaqə saxlamış və bu sözləri deyərkən onun içkili olduğunu təxmin etmişdir. Daha sonra Sərkanın atası ilə münasibəti çox yaxşı olduğu üçün ona zəng vurmuş və oğlunun işlətdiyi sözləri demiş, o da oğlunun dediyini inkar edərək Sübhinin özünün həmin ifadələri işlətdiyini söyləmiş və sözləri çəp gəlmişdir. Ayrı-ayrılıqda həm Sərkan, həm də Sərkanın atası ona zəng vurmuş, Sübhi də hərəsinə ayrılıqda tək-tək cavablar vermişdir. O, Sərkanla atasının onu polisə verdiyini, rəisin də iş saatı bitdiyi üçün sabah saat 10:00-da çağıracağını söyləmişdir. Axşam vaxtı Sərkanın atası ona 2-3 dəfə zəng vurmuş, sonda telefonu açaraq bir-birlərini söyərək telefonu bağlamışdır. Daha sonra Sərkan ona səs ataraq onun başını kəsəcəyini, o da səs ataraq qapısının açıq olduğunu demişdir. Təxminən 1 saat keçdikdən sonra Sərkan yenidən səsli mesaj göndərmiş, Sübhi də təhdidlərdən bezərək ona əgər gələ bilmirsə özünün gələcəyini söyləmişdir. Hadisə baş verən gün axşam saat təxminən 21:00-22:00 arası o bir az içkili olmuş, evdə olarkən də açıq olan qapıdan ilk öncə Sərkanın atası Rəşad, ardınca Sərkan içəriyə girmişdir. Onları görəndə mübahisə yaranmasın deyə Sərkana çöldə gözləməsini demişdir. O, həmin vaxt Sərkanın əlində və ya arxasında bıçaq görməmişdir. Sonra Rəşad içəriyə girərkən ondan böyük olduğunu, Sübhinin də oğlu Sərkandan böyük olduğunu bildirərək, Sübhinin ondan, oğlu Sərkanın da Sübhidən üzr istəməyini söyləmişdir. Daha sonra Rəşadla birlikdə divanda yanaşı oturmuş və o Rəşaddan səhvi varsa bağışlamasını istəmiş və həmin vaxt Sərkan da balkonda olduğu üçün onun üzr istədiyini eşitmişdir. Danışıq zamanı nə o, nə də ki Rəşad bir-birlərinə təhqiramiz ifadə işlətməmiş, sadəcə olaraq söhbət etmişlər. Daha sonra Sərkan içəriyə girərək üzr istəməyəcəyini demiş, o da onun üzrünün lazım olmadığını söyləyərək Rəşada çönmüş və oğlunun necə bir tərbiyədə olduğunu demişdir. Həmin an onun qarın boşluğundan nə isə dəymiş, başı Rəşada tərəf getmiş və bu zaman başına 5-6 dəfə zərbələr dəydiyini hiss etmişdir. Bütün bu olanlar onun yadında yuxu kimi qalmış, indi də başında çapıqların olduğunu söyləmişdir. O, özündə olmadığı üçün onu kimin vurduğunu görməmiş, lakin hadisə baş verən vaxt orada yalnız üçünün - Rəşad, Sərkan və özünün olduğunu bildirmişdir. O, Sərkan onu vurarkən bıçağı görməmiş, nə ilə vurulduğunu bilməmişdir. Bıçağı ən sonda müstəntiq ona göstərmiş və həmin bıçaqla vurulduğunu demişdir. O, bıçaqlandıqdan sonra başına zərbələr aldığını, o zərbələri onu ayıtlmaq üçün vurmadıqlarını, çünki əgər onu ayıtlmaq üçün vursaydılar başında çapıq izlərinin olmayacağını söyləmişdir. O, bıçaqlandıqdan sonra ayağa qalxmış və bu zaman ondan çoxlu qan getdiyini görmüşdür. Danışmaq istəmiş, lakin danışarkən daha çox qan getdiyi üçün susmuşdur. Həmin vaxt Rəşad oğlu Sərkana oradan qaçmasını demiş, Sərkan getdikdən sonra Rəşad özü də kömək etmək əvəzinə onun arxasınca çölə çıxmış və o da həyətdə heç kimi görməmişdir. Daha sonra çox qan getdiyini görərək əli ilə qarın boşluğundan tutmuş və mətbəxdəki yarımçıq araqdan götürərək yaranın üzərinə tökmüş, bu zaman qarın boşluğundan ət parçası çölə çıxmış, oda həmin ət parçasını yenidən qarın boşluğuna daxil etmişdir. Ağrısının keçmədiyini görərək araqdan biraz içmiş və yenidən yarasını üzərinə tökmü, divanın üstündə uzandıqdan sonra huşu getmiş, X9 maşınını, polisi kimin çağırdığını bilməmiş və gözlərini xəstəxanada açmışdır. O, eşitdiyinə görə hadisəni Rəşad öz yoldaşına, yoldaşı da anasına demişdir. O, Sərkanın atası Rəşadın bıçaqdan xəbəri olmadığını demiş, lakin yay vaxtı nazik bir köynəkdən arxa cibdəki bıçağı görməməyin qeyri-mümkün olduğunu bildirmişdir. O, özünün günahkar olduğu halda belə, əgər atası Sərkana yaxşı tərbiyə versəydi onun atasının yanında əl qaldırmayacağını və ürəklənib onun qapısına gələ bilməyəcəyini söyləmişdir. O,boşandığı üçün ayda uşaqlarına aliment ödədiyini, əgər 1 gün ödəməsə məsuliyyətə cəlb olunacağını demiş və bıçaqlandıqdan sonra səhhəti ilə bağlı olaraq sənətini, yəni ustalıq işini görə bilməmiş və alimenti vaxtı vaxtında ödəyə bilməmişdir. O, bu cinayət üzrə məsuliyyəti Sərkandan çox onun atasının daşımalı olduğunu, çünki Sərkanın tərbiyəsinə bələd olduğu üçün onu evlərinə gətirməməli olduğunu söyləmişdir. O, Sərkanı Elçin söhbtinə görə çağırmamış və Elçinlə də heç bir davası olmamışdır. Onun əvvəldən Sərkan ilə hər hansı ədavəti olmamış, heç vaxt bir-birlərinin xətrinə dəyməmişlər. Sərkan onun keçmiş arvadına nalayiq söz işlətdiyinə görə Sərkanın bacısı haqqında danışdığını demiş, yoxsa heç vaxt kimisə pisləməmişdir. Hadisə baş verdikdən sonra onun qaraciyəri, bağırsağı və mədəsinin dərisi kəsildiyi üçün 11 gün xəstəxanada yatmış və 4 aydır ki, evdə olmuşdur. Bu müddət ərzində nə Sərkanın atası Rəşad nə də ki, hansısa ağsaqqaları onlara gəlməmişdir. O, yalnız yoldan keçəni, onla yaşıd hər hansı birini göndərdiklərini demişdir. O, hətta Sərkanın Bakıdan gələn vəkilini göndərdiklərini, vəkilin də ona on min manata bu işi həll etmələrini təklif etdiyini, bunun da onun acığına gəldiyini və buranın Şərurun Yaşıl bazarı olmadığını deyərək vəkili yola saldığını söyləmişdir. O, birinci məhkəmə prosesinə qədər barışığın ola biləcəyini, artıq iş bura qədər gəldikdən sonr heç vaxt barışıq olmayacağını, həm Sərkandan həm də atasından şikayətçi olduğunu, onlara ən ağır cəza verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sübhi ilə bir-birlərinə qarşı qardaşdan artıq olduqlarını, ən çətin günlərində bir - birlərinə kömək etdiklərini, onun çox yaxşı insan olduğunu söyləmişdir. Hadisə baş verməzdən öncə Sərkan Sübhi ilə aralarında problem olduğunu, atası Rəşada deməmiş, Rəşad isə onların aralarındakı problemi, təxminən 2-3 gün ərzində bir-birlərinə səsyazma göndərdiklərini arvadından öyrənmiş, lakin məsələnin bu yerə gəlib çıxacağına ehtimal verməmişdir.O, məsələni öyrəndikdən sonra Sərkanla Sübhi arasında barışıq olsun deyə polisə müraciət etmiş, polisdən bir xəbər çıxmadığını gördükdə ikinci dəfə polisə getməmiş və bu haqqhesabı bitirmək üçün onları özünün barışdıracağını düşünmüşdür. Hadisə baş verən gün Şahid1 maşın təmizlədiyi vaxt oğlu Sərkan ona Sübhini görüb gələcəyini demiş, o da arvadı qabaqcadan oğlunun Sübhi ilə problemini dediyi üçün onunla mübahisə etməməsi məqsədilə tək getməməyini onunla birlikdə getməsini istəmişdir. Həmin vaxt Sərkan atasına Sübhin etdiyi söyüşləri deməmiş, sadəcə aqressiv şəkildə Sübhigilə gedəcəyini demişdir. Həmin vaxt Sərkan əsgər yoldaşları ilə birlikdə yeyibiçməkdə olmuş, daha sonra Rəşad oğlu Sərkana zəng vurmuş və onu təhdid edərək içkili olduğu üçün Sübhigilə onsuz getməməsini demişdir. Daha sonra oğlu ilə birlikdə Sübhigilə getmiş, lakin evdən çıxarkən Sərkanın evdən bıçaq götürdüyünü və yaxud da üzərində bıçaq olduğunu bilməmişdir. O, Sərkanla birlikdə Sübhinin evinə girmiş, girən kimi Sübhini “saset” deyə səsləmiş, Sübhi də evdə olduğunu deyərək onu evə çağırmış, o, Sərkana çöldə qalmasını deyərək özü evə girmiş, Sübhi ilə qucaqlaşmış və biraz söhbət etmişlər. Biraz keçdikdən sonra Sərkanı Sübhi ilə barışması üçün evə çağırmış, Sübhidən üzr istəməyini söyləmiş, Sərkan da onu söydüyü üçün barışmayacağını və üzr istəməyəcəyini demiş, o da əsəbiləşərək oğlu Sərkana yumruq vurmuşdur. Daha sonra siqaret çəkmək məqsədi ilə evlə arası 1-2 metr olan balkona çıxmış, siqareti çəkdikdən sonra evə girərkən oğlu Sərkanın harasından götürdüyünü bilmədiyi bıçağı Sübhiyə vurduğu anı görmüşdür. Bu zaman Şahid1 “Ay alçaq sən mənim evimi yıxdın” deyərək oğlu Sərkanın üstünə gəlmiş və əlinə keçəni Sərkanın başına vurmuşdur. Sərkan isə onun əlindən qaçaraq çölə çıxmış, daha sonra polislər də yolun qırağında tutaraq aparmışdır. O, Sərkanı dayandırmasaydı əgər, Sübhini yenidən vurmayacağını, bıçaqlayan kimi əməlindən peşman olduğunu və kövrəldiyini, hətta hadisənin 2-ci günü ona zəng vuraraq böyük bir səhv etdiyini boynuna aldığını söyləmişdir. Sübhi bıçaqlandıqdan sonra onun bədəninin hər hansı bir yerinə zərbə vurmamış, hətta onun yanından ayrılmayaraq narahat olub- olmadığını soruşmuşdur. Hadisə baş verməzdən öncə polisə müraciət etdiyi üçün polis işçisi olan Cabbar adlı şəxsin nömrəsi telefonunda qalmış, o da Cabbar adlı şəxsə zəng vuraraq oğlunun törətdiyi əməli demiş və X7 nömrəsini bilmədiyi üçün həmin şəxsdən zəng vurmağını istəmişdir. Daha sonra arvadına zəng vuraraq Sübhinin anasını da götürüb oraya gəlmələrini istəmişdir. O, polis və X9 maşını gələnə qədər Sübhinin yanından ayrılmamış, onu uzadaraq yarasını silmiş, tez tez vəziyətini soruşmuş və narahat olmamasını həkim çağırdığını söyləmişdir. O, bu hadisədən sonra 3 aydır ki, Sübhini görəndə vicdan əzabı çəkmiş, utandığından gedib Sübhinin vəziyyətini belə soruşa bilməmiş, hətta Sübhinin atası Mehman da ona zəng vuraraq nalayiq ifadələr işlətmiş, o da Mehmana bu hadisədən çox utandığını, həmçinin sağlamlığında da problemlər yarandığını bildirmişdir. O, Sübhi xəstəxanada olarkən Sübhinin qardaşı Elminə xəstəxana xərcini çəkmək istədiyini demiş, lakin onlar razı olmamışlar. O, məhkəmə zalında Sübhiyə bir sözü olmadığını, oğlunun günahkar olduğunu və səhv etdiyini, Sübhi ilə bağlı da bir narahatçılıq olmadığını söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, həm Sübhi, həm də Sərkanla münasibəti eyni olmuş, aralarında hər hansı bir mübahisə baş verməmiş, ikisinin də onun həmkəndlisi və qonşusu olduğunu bildirmişdir. Hadisədən əvvəl onun Zərərçəkmiş şəxs iş gördürdüyü üçün 300 AZN borcu olmuşdur. Sonra Zərərçəkmiş şəxs təxminən axşamçağı zəng vuraraq pulunu istəmiş, o da Sübhinin evinə getmiş, imkanı olmadığını, pulu maaşını alanda verəcəyəni demiş və aralarında hər hansı ciddi hadisə olmadan söhbət qutarmışdır. O, Sübhigilin evinə getdikdən sonra Sərkan əlində sellofan ilə gəlmiş və Sübhi ilə dostcasına görüşmüş, daha sonra Sübhiyə Elçini sıxışdırmamasını, maaşını alanda pulunu verəcəyini demiş, Elçinə isə Sübhinin pulunu verməsini demişdir. O, Sübhi ilə Sərkan arasında hər hansı mübahisənin şahidi olmamış,oradan çıxıb getmiş və sonrasından xəbəri olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4: - 12 sentyabr 2024-cü il tarixli, 92 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Qarın boşluğuna keçən, daxili üzvləri-qaraciyər və piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası. Qarın boşluğunda qan (1.5-2 l) deşici-kəsici alət təsirindən törənmişdir. Eləcədə ekspertizaya təqdim olunmuş bıçaq təsirindəndə törənməsi inkar olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - 11 oktyabr 2024-cü il tarixli, 14 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, hadisə yerindən götürülərək qablaşdırılmış qanabənzər ləkələr qandır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir. Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş 01 ədəd cins şalvardakı ləkələr qandır, insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni 0 (İ) ab qan qrupuna aiddir. Hadisə yerindən götürülərək qablaşdırılmış 01 ədəd bıçağın üzərindəki ləkələr qandır, bu qan insan qanıdır və Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni 0 (İ) ab qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 30 sentyabr 2024-cü il tarixli, 1075 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat – məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. - 23 sentyabr 2024-cü il tarixli, 1077 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən əvvəlki dövrdə sinir psixi-gərginlik halında olmuşdur. Təqsirləndirilən şəxs sinir psixi-gərginlik halının yaranması onun qarşılaşdığı şəraitlə -yanında işlədiyi həmkəndlisi Zərərçəkmiş şəxs içkili vəziyyətdə onu evindən qovması, telefonda söyərək təhqir etməsi, ona və ailəsinə qarşı aşağılayıcı ifadələr işlətməsi ilə səbəbli nəticə əlaqəsində yaranmışdır. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salmaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. Naxçıvan MR X2 : - 05 sentyabr 2024-cü il tarixli, 336 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. - 05 sentyabr 2024-cü il tarixli, 337 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 20 avqust 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən məlum olur ki, hadisə yeri Qışlaqabbas kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus evdə baş vermişdir. Hadisə baş verən ev həyət evi olub zirzəminin üzərində qurulmuş 1 mərtəbəli evdir. Ev 12x10 metr ölçüdədir. Evin önündə 6x2 metr ölçüdə ətrafı çəpərli olan açıq eyvan vardır. Eyvandan düz istiqamətdə hərəkət etdikdə önümüzə 1.2x2.2 metr ölçüdə, qara rəngli, dəmir materialdan hazırlanmış, bir tağlı giriş qapısı vardır. Giriş qapısından daxil olduqda önümüzə 4x6 metr ölçüdə evin salonu çıxır. Salona nəzər saldıqda qarşımıza 01 ədəd “LG” markalı televizor, açılmış vəziyyətdə 01 ədəd divan, 01 ədəd masa, 01 ədəd qaz sobası, 01 ədəd xalça, 01 ədəd çilçıraq, 03 ədəd stol çıxır. Açılmış vəziyyətdə olan divanın önündə, xalçanın üzərində 01 ədəd bıçaq və 01 ədəd içərisi boş, şüşə materialdan hazırlanmış butulka vardır. Açılmış vəziyyətdə olan divanın üzərində qırmızı rəngli qanabənzər ləkələr müşahidə edilir. - 20 avqust 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə spirtli içki qəbul etmişdir. Alkoqol sərxoşluğunun dərəcəsi 0:15 promildir. Narkotik və digər maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti yoxdur. - 22 avqust 2024-cü il tarixli əşyaya baxış aparılması haqqında protokoldan məlum olur ki, baxış zamanı mobil telefonda olan “whatsapp” proqramı ***-***-**-** nömrəsi ilə qeydiyyat olunmuşdur. Telefonun “whatsapp” proqramına daxil olduqda Təqsirləndirilən şəxs “Sebuhi emi” adı ilə qeyd olunan Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə 26 avqust 2024-cü il tarixdə, saat 20:12-də “ayılıbsan, öze gelibsen”, “gelirem” “ağzıma ise” “dünün heyle deyirdin” ”evde ol gelecem” sözləri yazılmış mətin şəklində mesajlar müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə, saat 20:17-də “Sebuhi emi” adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəsinə “ niyə cavab vermirsən, dilini udubsan, gəlirəm ha bu gün, bu günləri ya sən öləcəksən ya mən, bildin necə, özünü qoru məndən, bu günləri yatma”sözləri deyilmiş 14 saniyəlik səs, saat 21:37-də “Sebuhi emi” adlı ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs “yatmıram haa gözlüyrəm, gəl” sözləri göndərilmiş 06 saniyəlik səs, “səndə bu sözünə görə kişi ol, yəqin ki, kişisənda, bu səsi atmısansa yəqin kişisən, gəl gözlüyürəm Allah ya sənə verər yada mənə”sözləri göndərilmiş 12 saniyəlik səs, saat 21:46-da “bax Sərkan evin qapısıda açığdı, gözləyirəm gəl, uzanmışam divanda, əgər duxun çatmaycaqsa gəlməyə, ünvanını de mən gəlim”sözləri göndərilmiş 15 saniyəlik səs, Təqsirləndirilən şəxs tərəfindən “Sebuhi Emi” adı ilə qeyd olunan Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsinə saat 22:28-də “sən bu həyatda yox kimi birşeysən, sən bunu hələki başa düşmürsən, bu həyatda sənin yaşamağın sənə zülmdü, sən kişi deyilsən, sənə heç nə demirəm ki, bunuda bilki, atam yazığdı, atamın bölmən qarşısında durmağı, sən utandığından kəndə çıxa bilmirsən, heç nə demirəm sənə, get allaha yaxın ol məndən uzaq ol, özünü məndən qoru, qıraq yerdə görüşərik inşallah, sən yəni bu həyatda kişiliyinin şərəfin yoxdu, özündə bilirsən ki, səhfliyi edən sənsən, gətirdiyim o çörək var eee sənin burnundan vaxt gələcək qan kimi gələcək, sən mən kimi oğlanın qiymətini bilməyəndən sonra, sən özünə hörmət etməyən oğlansan, səni bütün kənd bilirki sən pasledni adamsan, eybi yox, sən sən ol məndə mən, hər şeyin bir zamanı var” sözləri göndərilmiş 01 dəqiqə 57 saniyəlik səs, saat 22:29-da “kişi kişiynən kişi kimi vuruşar, qəhbə kimi vuruşmaz, sən məni tutdurmaq isdiyirsən, poxa salmaq isdiyirsən mən onu gözəl bilirəm, eybi yox, sənin gözləmədiyin yerdə elə bir şey edəcəm ki axuyət edəsən, get kef elə, get həyatını yaşa hər şeyi zaman göstərəcək”sözləri göndərilmiş 26 saniyəlik səs saat 22:30-da “Sebuhi Emi” adlı ***-***-**- ** mobil nömrəsinə Təqsirləndirilən şəxs “mən sənlə qəhbə kimi vuruşmuram, sənin səs kaydların var, sənin dədən gedib bu günləri polisdə oturubdu, qəhbə sənsən, sənin sülaləndi, mənə o sözü deməyin yeri yoxdu”göndərilmiş 22 saniyəlik səs, saat 22:31-də “ Mən səni narahat etmirəm ki, sən məni arahat edirsən, deyirsən ki, deyirsən nəm kişi gedib, kişidirsə, mən polisə çağırmamışam ki, sənin dədən gedib polisə”sözləri göndərilmiş 12 saniyəlik səs, “Sərkan sən dünən ki, küçüysən, sən mənlə bacara bilməzsən, get işinlə məşğul ol, get bir tikə çörəyini ye Allaha şükür elə, sən dünən ki, küçüysən” sözləri göndərilmiş 10 saniyəlik səs, saat 22:32-də “Bəs nolurdu sən mənim başımı kəsirdin, məni öldürdün, gecə yatma, sən mənə səs atdın, mən sənə atmamışam ki, bu səsləri sən mənə atmısan bu səsləri, mən səni narahat etməmişəm ki, sən narahat etmisən, sən dedin yatma, mənim qapımda açıq hardansansa de gəlimdə, dədə-bala məni öldürün, ölümdən qorxuramsa namərdəm, and ola Allaha məni öldürün bu dünaya cənnətə gedəssiz”sözləri göndərilmiş 40 saniyəlik səs və saat 22:34-də “mənim kişiliyim yoxdu, şərəfim yoxdu, şərəfsiz sənsən, sənin dədəndi, namussuzda sizsiz, mən həyatımı yaşayıram, sən dünənki küçüysən, mən qabağımda kölə işləyirsən, sən kimsən mənə o sözü deyirsən, sənin dədən deyir pula hər kəsi satır, sən kimsən mən qabağımda danışırsan, sənin kişiliyin yoxdu nəm, neynəmişəm sənə, qapına gələndə namussuzluq etmişəm kişiliyim olmuyub?, biz kişiyik, kiminsə qapısına girəndə anlımız açıqdı, gözümüz yumuludu, biz elə şərəfsiz deyilik, əgər o cəhətdən mənə şərəfsiz deyirsənsə şərəfsiz sənsən və sənin dədəndi” sözləri göndərilmiş 50 saniyəlik səslərin olduğu müəyyən edilmişdir. Həmçinin 19 avqust 2024-cü il tarixdə, saat 19:49-da “Sebuhi Emi” adı ilə qeyd olunan Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında 02 dəfə danışıq olmuş, saat 19:51-də bir dəfə cavabsız zəng və saat 22:50-də isə bir dəfə danışıq olduğu müəyyən edilmişdir. Həmçinin telefonun digər proqramlarında iş üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. - 25 avqust 2024-cü il tarixli təhvil-təslim aktından məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “POCO X3 Pro” markalı mobil telefonu atası Şahid1 təhvil vermişlər. - 30 avqust 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. -15 oktyabr 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, dəstəyi qara rəngli 01 ədəd mətbəx bıçağı, qanabənzər 02 ədəd nümunə və Təqsirləndirilən şəxs tərəfindən isə könüllü təhvil verilmiş 01 ədəd göy rəngli şalvar və 01 ədəd qara rəngli köynək maddi sübut hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 22 avqust 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 24 avqust 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 24 avqust 2024-cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilmişdir. 26 sentyabr 2024cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. 15 oktyabr 2024-cü il tarixində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərara əsasən zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan mobil telefona baxış keçirilməsi haqqında olan 01 (bir) ədəd CD və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsi ilə bağlı olan 01 (bir) ədəd CD tədqiq edildi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, ekspert rəyləri, protokollar və maddi sübutlar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar və maddi sübutlar, işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs həmkəndli olmuş, Sərkan 1 ay müddətində Sübhinin sexində işləmişdir. Hadisədən 1 gün əvvəl Sübhi Sərkana zəng edib qonşusu Elçinlə problemi olduğunu, Sərkandan oraya gələrək kömək məqsədi ilə yanında olmasını və gələrkən də evdə yemək olmadığı üçün yemək gətirməsini istəmişdir. Sərkan da təxminən saat 12:00-13:00 arası yeməyi götürərək söhbəti yatışdırmaq məqsədi ilə Sübhigilə getmiş və Elçinlə Sübhinin borc üstündə mübahisə etdiyinə şahid olmuşdur. Sübhiyə Elçin maaşını alanda borcunu verər deyəndə Sübhi əsəbləşmiş, Elçinin tərəfini tutduğu üçün Sərkanı evdən qovmuş, gətirdiyi yeməyi də çölə tullamışdır. Sərkan Sübhinin evindən çıxıb getmiş, 1 saat keçəndən sonra saat təxminən 14:00-15:00 arası Sübhi ona zəng edib nalayiq sözlər işlətmiş, Sərkan ona –“İçkilisən, ayıl sonra söhbət edərik”demişdir. Evə gəlib atası Şahid1 olan hadisəni danışmış, Rəşad da polisə zəng edib məlumat vermiş, lakin polis heç bir tədbir görməmişdir. Hadisə günü Sərkan əsgərlik yoldaşları ilə görüşmüş, orada içki qəbul etmiş, Sübhi ona yenidən səs atdığı üçün əsəbləşib evə qayıtmış, atası Rəşadı həyətdə maşın təmizliyəndə görmüşdür. Sərkan əsgərlik yoldaşları ilə yeməkdə olduğunu, Sübhinində dəfələrlə ona nalayiq sözlər işlədərək səs atdığını, təhqir etdiyini söyləyib atasına –“Mən Sübhigilə gedib söhbət etmək istəyirəm”- demiş, Rəşad da ona- “Səbirli ol, getmə, gözlə bir yerdə gedək”- deyə söyləmişdir. İçkili olduğuna, hətta atasından onunla getməyinə baxmayaraq Sübhinin fiziki cəhətdən ondan güclü olduğunu düşünüb mətbəxə keçib qara dəstəkli bıçağı götürüb belinə yerləşdirmişdir. Sərkanın mətbəxdən bıçaq götürməyindən atası Rəşadın xəbəri olmamışdır. Sərkan Rəşadla birlikdə piyada Sübhigilin evinə getmiş, hava qaranlıq olduğu üçün Rəşad həmin bıçağı görməmiş, Sübhinin həyətinə daxil olanda Rəşad onu səsləmiş, Sübhi də -“Saset, içəri gəl”- demiş, atası Sərkana çöldə gözləməyini deyib içəri girərək Sübhi ilə görüşüb-öpüşmüşdür. Sonra Sübhiyə- “Sən bizimlə yaxınsan, ayıb deyil uşağa elə söyüşlər söyürsən”- Sübhi isə cavabında qeyd etmişdir ki, -“Mənim səninlə problemim yoxdur. Sənin uşağın tərbiyəsizlik edir”. Həmin vaxt Rəşad Sərkanı içəri dəvət etmiş, Sübhidən üzr istəməyini istəmişdir. Sərkanda Sübhinin onu təhqir etdiyini, onun üzr istəməli olduğunu deyib atasının istəyini rədd etmişdir. Sübhi də -“Sənin kimi oğlanın üzrü heç mənə lazım deyil” – demiş, atası Sərkangilin yanında olmuş, çəkdiyi siqaretin kötüyünü atmaq üçün eyvana çıxmış, həmin vaxt Sərkan Sübhinin dediyi sözə əsəbləşib oturduğu yerdə Sübhinin qarın nahiyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Sübhiyə daha çox zərbə vurmağa imkanı olduğu halda bunu etməmiş, Sərkanın məqsədi öldürmək olmamış, sadəcə yaralamaq istəmişdir. Rəşad içəriyə daxil olanda oğlunun Sübhini vurduğuna şahid olmuş, lakin Sərkana çatanda gec olmuş, o bıçaqlamışdır. Sərkana yumruq vurub itələmiş, Sərkan həyətə qaçmış Rəşad da onun arxasınca getmiş, daha sonra isə Sübhinin yanına qayıtmışdır. Rəşad polisə zəng etmiş, baş verən hadisəni danışmış, X7 nömrəsini bilmədiyi üçün polis əməkdaşından onlara xəbər verməyini istəmişdir. Polis əməkdaşları və X8 gələnə qədər Rəşad Sübhinin yanında durmuş, ona köməklik etmişdir. Sərkan isə Sübhinin evindən təxminən 20-30 metr məsafədə polisin gəlib onu aparmasını gözləmişdir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün sübut və ya dəlil gətirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində Təqsirləndirilən şəxs haqqında verdiyi şikayəti geri götürmədiyini məhkəmənin nəzər-diqqətinə çatdırmış, məhkəmədən təqsirləndirilən şəxsi bağışlamadığını nəzərə almağı və ona ədaləti cəza təyin edilməsini xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəllənin 59.1.1—59.1.14-cü”maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əmələ görə peşman olması, zərərçəkmiş şəxslə barışığa və zərərin ödənilməsinə cəhd edilməsi, hadisə yerindən qaçmaması, atası Şahid1 polisə, X9 Mərkəzinə zəng etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 4(110)-24/2024 nömrəli, 24 avqust 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 avqust 2024-cü il tarixdən, saat 19:00-dan hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 22 avqust 2024-cü il tarixdən, saat 19:00-dan hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd qanabənzər nümunə 01 bağlama məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli şalvar və 01 (bir) ədəd qara rəngli köynək 01 (bir) bağlama Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD və ifadənin yerində yoxlanılması ilə bağlı olan 01(bir) ədəd CD, telefona baxış keçirilməsi haqqında olan 01 ( bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2024-cü il tarixdən, saat 19:00-dan tarixdən hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi maddi sübut olan 01 (bir) ədəd bıçaq, 02 (iki) ədəd qanabənzər nümunə 01 bağlama məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli şalvar və 01 (bir) ədəd qara rəngli köynək 01 (bir) bağlama Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD və ifadənin yerində yoxlanılması ilə bağlı olan 01(bir) ədəd CD, telefona baxış keçirilməsi haqqında olan 01 ( bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar