Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-40/2024 10.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 10:30 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X5 və X8, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1998-ci ildə Culfa rayonunun Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, mühafizəçi, məhkum olunmamış, Culfa rayonu Xanəgah kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi «Chevrolet Niva» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə 23 aprel 2024-cü il tarixdə, saat 06:40 radələrində Babək rayonu Güznüt kənd avtomobil yolundan Culfa rayonu Ərəzin kəndi istiqamətində hərəkətdə olan zaman «X28» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədən idarə etdiyi avtomobil ilə əks istiqamətli yola keçərək Babək rayonu Çeşməbasar kəndi istiqamətində hərəkətdə olan X12 idarə etdiyi “Tofaş” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Tofaş” markalı avtomobilin sürücüsü X1 ağır zərər vurmaya aid olan “sağ diz oynağının və sol bud sümüyünün açıq yerini dəyişən sınıqları, sol ayaq pəncəsinin və üz skeleti sümüklərinin deformasiyası, üst çənə nahiyəsinin patoloji hərəkətliliyi, sol gözaltı, sol almacıq, üst dodaq, alt çənə, sol və sağ diz oynağı və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun və sol dirsək oynağı nahiyələrinin qançırları, sağ bazu və sağ dirsək oynağı nahiyələrinin, döş qəfəsinin ön-yan səthinin, sol çiyin qurşağı və sol said nahiyələrinin sıyrıqları”, həmin avtomobildə olan sərnişinlər X2 ağır zərər vurmaya aid olan “sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, sol ağciyərin aşağı payının cırılması, başın alın, sağ qaşüstü, sağ gicgah və sol baldır nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə qançırı, sol ayaq pəncəsi və sağ baldır nahiyələrinin sıyrıqları” xəsarətlərini alaraq ölmələrinə, Zərərçəkmiş şəxs isə sağlamlığa ağır zərər vurmaya aid olan “daxili qanaxma, dalağın travmatik cırılması və splenektomiyası (dalağın çıxarılması), hər iki qaşüstü nahiyənin cırılmış yarası” xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə aprelin 23-ü saat təxminən 7-nin yarısı, 7-yə qalmış baş vermişdir. O, şəhərdən Xanəgah kəndinə gəldiyini söyləmişdir. O, qarşıdan gələn “Tofaş” markalı maşınla üz-üzə gəldiyini, həmin vaxta qədər onu görmədiyini, avtomobillərin toqquşduğunu, toqquşmadan sonrasını isə xatırlamadığını demişdir. Həmin vaxt yola baxdığını, telefonla məşğul olmadığını, fikrinin yolda olduğunu bildirmişdir. Tək xatırladığı döngədən çıxanda maşınla üz-üzə qaldığı və üz-üzə qalmağı ilə dəyməyinin sanki bir olduğunu, toqquşmanın isə sadəcə olaraq səsi yadında qaldığını söyləmişdir. O, daha sonra isə xəstəxanada olduğunu xatırladığını söyləmişdir. Hadisə baş verdiyi zaman avtomobilini 90 km sürətlə idarə etdiyini, hərəkət sıxlığının az və seyrək olduğunu, həmin yolda maksimum sürətin 60 km olduğunu deyərək sürət həddini aşdığını etiraf etmişdir. Həmin yolda döngənin də olduğunu, oradan heç nə görünmədiyini, çıxan kimi həmin avtomobillə üz-üzə qaldığını söyləmişdir. O, onunmu “Tofaş” markalı maşının qarşısına çıxdığını, yoxsa “Tofaş” markalı maşınınmı onun qarşısına çıxdığını bilmədiyini və xatırlamadığını söyləmişdir. Əyləcdən istifadə etmədiyini və avtoqəzanın baş verdiyi yolda heç bir nişanın olmadığını söyləmişdir. Qəzanın baş verməməsi üçün nə isə etdiyini xatırlamadığını, görməyi ilə dəyməyinin bir olduğunu söyləmişdir. O, sürücülük təhsili aldığını, hansı nişanın nə üçün olduğunu bildiyini söyləmişdir. Xəstəxanada olarkən verdiyi ifadəni xatırlamadığını, ifadəni özünə gələndən sonra verdiyini ehtimal etmişdir. Hadisədən sonra ona kimin yaxınlaşdığını xatırlamadığını demişdir. Yolda gələrkən iki nəfərin yer suvardığını, ona yaxınlaşaraq köməyə gəldiklərini xatırladığını, daha sonra özündə olmadığını, təkcə xəstəxanada olanları xatırladığını söyləmişdir. O, 3 ay idi ki, avtomobili idarə etdiyini və avtomobili idarə etdiyi 3 ay ərzində yol hərəkət qaydaları əleyhinə hər hansı inzibati xəta törətmədiyini söyləmişdir. Atasıgil Türkiyəyə getdiyi üçün onları şəhərə qoyub kəndə qayıtdığını, yuxulu olmadığını və içki içmədiyini söyləmişdir. Ərəzinə çatmağa yaxın bir döngə olduğunu, hadisənin isə həmin döngədə baş verdiyini söyləmişdir. Kəndə girişdə sürət həddinin 60 km, kəndin içərisində isə 30 km olduğunu, əgər 60 km sürətlə getsəydi, hadisənin qarşısını daha yaxşı ala biləcəyini söyləmiş, hadisənin qarşısını ala bilməməyinin birinci səbəbinin yüksək sürət olduğunu düşünmüş və özünü 90 km sürətlə getdiyi üçün təqsirli bildiyini söyləmişdir. Toqquşma anında öz yolunda yoxsa qarşı tərəfin yolunda olduğunu, toqquşmadan sonra isə maşınının öz yolunda yoxsa qarşı yolda olmağını xatırlamadığını, sadəcə olaraq xəstəxananı xatırladığını söyləmişdir. O, həmin döngənin, gələn maşının görünmədiyi bir döngə olduğunu, buradan maşın çıxsa qarşısını ala bilməyib toqquşa biləcəyini düşündüyünü söyləmişdir. Yolu gördüyünü, üzü kəndə tərəf öz yolu ilə getdiyini, yolun orta xəttinin olduğunu, xəttin digər tərəfinə keçmədiyini və hadisənin gündüz baş verdiyini söyləmişdir. Etibarnamə əsasında idarə etdiyi maşının atasına məxsus olduğunu bildirmişdir. Kənddən səhər üzü saat beşdə çıxmış, hava şəraitinin yağışlı olmadığını, yolun isə aydın olduğunu, gözünə günəş şüası düşmədiyini və kəndə qayıdarkən maşında tək olduğunu söyləmişdir. O, öz yolunda getdiyini, digər avtomobilin də öz yolunda gəldiyini, sadəcə avtomobillərin qarşı-qarşıya gəldiklərini və toqquşduqlarını xatırladığını söyləmişdir. Hadisədən əvvəl zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə münasibətinin yaxşı olduğunu və aralarında əvvəl hər hansı küslük olmadığını söyləmişdir. O, həmçinin əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslərin hüquqi varislərindən üzr istədiyini söyləmişdir Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, səhər işə gedərkən, saat 7-yə qalmış oğlu Kamal “Tofaş” markalı maşınla evdən çıxmış və işə getmişdir. Oğlu Kamalın hərbiçi olduğunu söyləmişdir. O, orada olmadığı üçün hadisənin necə baş verdiyini bilmədiyini demişdir. Gedəndə yolda rastlaşmış və hadisə olduğunu görmüş, ölümün olub-olmadığını bilmədiyini söyləmişdir. O, xəstəxanaya gəldikdə oğlunun öldüyünü ona demişlər. Oğlunun hadisə yerində rəhmətə getdiyini, o birinin də xəstəxanada dünyasını dəyişdiyini, Şamaxılı olan digər zərərçəkmiş şəxsin də xəstəxanada yatdığını, daha sonra çıxıb getdiyini, bildiklərinin isə bu qədər olduğunu söyləmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bir hadisə olduğunu, Əbülfəzin uşaq olduğunu və bağışladığını, həmçinin onun valideynlərinin və qardaşının yasda iştirak etdiyini söyləmişdir. O, əgər Əbülfəz qəsdən vurmuş olsaydı, onu öldürəcəyini, amma ehtiyatsızlıqdan olduğu üçün bağışladığını və şikayətinin olmadığını söyləmişdir. Maddi-mənəvi nə isə ummadığını, yasını özləri yola verdiyini demişdir. Hadisə günü Kamal evdən iş yoldaşı ilə çıxmışdır. Həmin Şamaxılı oğlanla Kamalın əsgərlikdə bir yerdə olduqlarını, onun da axşam onlarda qonaq kimi qaldığını söyləmişdir. O, Kamal evdən çıxdıqdan təxminən yarım saat sonra evdən çıxdığını, hadisə yerinə çatanda isə maşının əzilmiş vəziyyətdə olduğunu söyləmişdir. O, yalnız maşınları gördüyünü, uşaqların isə orada olmadığını, daha sonra xəstəxanada olduqlarını eşitdiyini söyləmişdir. “Tofaş”ın əzilmiş vəziyyətdə dibdə öz yolunda olduğunu, “Niva”nın isə yol bağlandığından və alternativ yol olmadığından nəqliyyat vasitələri hərəkət edə bilsin deyə qırağa çəkildiyini bildirmişdir. O, vurulma yolunun bilindiyini, əyləcin izinə kimi hər şeyin olduğunu və ölçülübbiçildiyini demişdir. Xəstəxanaya gələndə Kamalın hadisə yerində dünyasını dəyişdiyi, Rüstəmin isə xəstəxanada öldüyü ona məlum olmuşdur. O, “Tofaş”ın üzü şəhərə, “Niva”nın isə kəndə getdiyini, xəttin keçildiyini, yağ, şüşə, hər şeyin töküldüyünü söyləmiş, “Niva”nı isə yoldan çəkmişdilər deyə kim kimin yoluna çıxdığını bilməmiş, amma yağ və şüşənin “Tofaş”ın öz yoluna töküldüyünü söyləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, oğlunu yola saldıqdan sonra özü işə getmişdir. Qəzanın baş vermə səbəbini bilməmiş, necə? nə cür? baş verib deyə bilməyəcəyini söyləmişdir. O, hadisə yerinə çatanda çoxlu maşın gördüyünü, alternativ yol olmadığı üçün “Niva” markalı maşının çəkildiyini, lakin kim çəkdiyini deyə bilməyəcəyini söyləmişdir. Əyləcin izinin bəlli olduğunu, “Tofaş” markalı avtomobilin yolun kənarında əzilmiş bükülmüş vəziyyətdə olduğunu, “Niva”nın yolun ortasındakı cızığın tam qırağında durduğunu söyləmişdir. O, yüksək sürətlə avtomobil idarə edəndə aqibətin belə olduğunu düşünərək iş yoldaşına da belə qəzaların baş vermə səbəbinin yüksək sürət olduğunu, ona da sürətini azaltmağını dediyini söyləmişdir. O, qəzanın baş vermə səbəbini bilməmiş, amma “Niva”nın yolun tən ortasında olduğunu görmüşdür. O, “Niva”nın ortadakı xəttin 3-4 barmaq ortasında, üzü Əshabi-Kəhfə tərəf durduğunu, orada olanları gördüklərini təfərrüatlı demək istəmədiyini, çünki burada ana olduğunu, gördüklərinin acısını özünün çəkdiyini bildirmişdir. O, xəstəxanaya gəldiyini, öz oğlunun da, Qürbətin oğlunun da ölümünü şəxsən özünün gördüyünü, daha doğrusu eşitdiyini söyləmişdir. O, Qürbətə həmin an oğlunun öldüyünü desəydi onun da ürəyinin partlayıb öləcəyini düşünmüşdür. Amma o, uşağının vəfat etməyini bildiyini, özünə təskinlik verdiyini, Qürbəti başqa yerə göndərənə qədər özünü saxladığını, daha sonra özünü narahat hiss etməyə başladığını və özünün ölü vəziyyətində olduğunu söyləmişdir. O, ölən oğlunun sürücü olmaq istədiyini, amma qorxduğu üçün icazə vermədiyini bildirmişdir. O, “Tofaş” markalı maşının kənddən şəhərə gəldiyini, “Niva”nın vurulma yerinin sol tərəfdə olduğunu və “Tofaş”a tərəf hissənin əzildiyini, səbəb olaraq da, “Niva”nın xətti keçdiyini söyləmişdir. Həmçinin ona 3 dəfə Babəkdə polis şöbəsində şəkil göstərildiyini, nə görübsə onu da deyəcəyəni, “Niva”nın sol tərəfinin əzildiyini bildirmişdir. O, “Tofaş” kənddən gələndə sol tərəfə düşdüyünü, əgər “Tofaş” “Niva”nın yoluna çıxsaydı “Niva” onu sağından vuracağını söyləmişdir. O, “Niva”nın “Tofaş”ı vurub və onu sağ tərəfə atdığını demişdir. O, oğlunu bəzən öz maşını ilə də apardığını, oğlunun hər gün işə Kamalla gedib gəlmədiyini, həmin gün təsadüfən Kamalın maşınına mindiyini, oğlunun yola çıxıb təsadüfən keçən maşınlarla getdiyini, həmin gün də yola çıxıb polis şöbəsinin yanında Kamalın maşınına mindiyini söyləmişdir. O, özünün şəxsi işdə işləyib dövlət işində işləmədiyini bildirmişdir. O, məhkəmə kollegiyasından xahiş edərək, Əbülfəzin nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsini, ağbirçək ana vasitəsi ilə barışdıqlarını, təqsirləndirilən şəxsdən isə heç bir şikayət və tələbinin olmadığını bu hadisənin ehtiyatsızlıqdan baş vermiş bir qəza olduğunu söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə yerinə çatanda artıq hadisə baş vermişdi. O, hadisənin baş verməsinin şahidi olmadığını, hadisə yerindən təxminən 1 km aralıda əkin sahəsində yanında adamlarla birlikdə yer suvardığını və həmin zaman toqquşma səsi eşidərək gəldiyini lakin, hadisənin artıq baş verdiyini və maşınların bir birinə dəydiyini söyləmişdir. O, köməklik edərək, “Niva”nın sürücüsünü çıxardığını, daha sonra vətəndaşların və FHN işçilərinin gəlib köməklik etdiyini, “Tofaş” markalı maşının içərisində olanların çıxarıldığını demişdir. Kiminsə rəhmətə gedib getmədiyini bilmədiyini, təkcə “Niva”nın sürücüsünün yanında qaldığını bildirmişdir. O, “Tofaş”ın yolun kənarında, yolun eninə durduğunu, “Niva”nın isə hansı istiqamətdə durmasının yadında olmadığını, maşınların təmas halında deyil, aralı olduqlarını söyləmişdir. O, “Niva”nın sürücüsünə kömək etdiklərini “Tofaş” markalı maşına isə o biri vətəndaşların kömək etdiyini söyləmişdir. “Tofaş”ın içərisində 3 nəfərin olduğunu bildiyini demişdir. O, yanında Şahid2 də olduğunu və birlikdə yer suvardıqlarını, səsə gəldiklərini demişdir. O, Babək Rayon Qaz İdarəsində işlədiyini bildirmişdir. O, həmin vaxt hava şəraitinin aydın olduğunu və yağışlı olmadığını söyləmişdir. Ondan əvvəl də hadisə yerinə çatan adamların olduğunu, amma onların kim olduğunu tanımadığını söyləmişdir. Maşınları o gedəndə tərpətmədiklərini və maşınların içərisindən adamların hələ çıxarılmadığını söyləmişdir. O, hadisə baş verdiyi yerin döngə kimi, amma bir az maili kimi olduğunu söyləmişdir. O, özü də həmin yoldan istifadə edərək gedib gəldiyini, üz üzə gələndə bucaq olduğunu, görmə məsafəsinin isə olmadığını təxmin etdiyini söyləmişdir. O, maşın sürmədiyini, vurulan yerdə görüş məsafəsinin neçə metr olduğunu bilmədiyini söyləmişdir. “Niva”nın kəndə gedən yolda öz tərəfində xəttin sağında olduğunu, "Tofaş”ın isə sol istiqamətdə olduğunu, amma “Niva”nın tam öz yolunda durub durmadığını deyə bilmədiyini söyləmişdir. O, “Niva”nın qabaq istiqamətinin əzildiyini, amma sağ yoxsa sol istiqamətdə əzildiyini deyə bilməyəcəyini söyləmişdir. “Tofaş”ın “Niva” nın sol tərəfinə düşdüyünü və yolun kənarında olduğunu söyləmişdir. Hansı maşının hansını vurduğunu və əyləc izinin olub-olmadığına fikir vermədiyini, buna görə də günahın kimdə olduğunu deyə bilməyəcəyini söyləmişdir. O, hadisə baş verdiyi yerin Güznütdən aralıda, Ərəzindən diki enib gələrkən maili yer olan hissədə baş verdiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, aprel ayı, təxminən saat 7-yə işləmiş, İsmayılla birlikdə əkin sahəsini suvararkən partlayış səsinə dönmüş və asfalta baxmışdır. O, nə isə maşın səsi gəldiyini, bir ədəd qara maşın gördüyünü, ikinci maşını görmədiyini söyləmişdir. Birdən kömək lazım olar deyə İsmayılı göndərmiş, özü isə əməliyyat olunduğu üçün getməmişdir. Daha sonra İsmayıl ona zəng edərək, gəlib ona kömək etməyini istəmişdir. O, hadisə yerinə getdikdə “Niva” markalı maşının sürücüsünü yerdə, bir nəfərin də əlavə olaraq yerdə yaralı olduğunu, iki nəfərin isə maşının içərisində olduğunu söyləmişdir. Əlavə olaraq tanımadığı üç-dörd nəfər də olmuş, onlar qapını aça bilməmiş, sonra isə FHN işçiləri gəlmiş, gördüklərinin də bu qədər olduğunu söyləmişdir. O, Ərəzinə gedəndə yolun sol tərəfində olduğunu, üzünün isə asfalta tərəf olmadığını, yola əks istiqamətdə olduğunu söyləmişdir. Olduğu yerlə hadisənin baş verdiyi yerin arasının 150-200 metr olduğunu, həmin vaxt toqquşma səsi deyil, dəhşətli bir partlayış səsi eşitdiyini söyləmişdir. O, dönəndə qara maşın və azca duman gördüyünü, havanın alatoran olduğu üçün digər maşını seçə bilmədiyini, boz maşını isə daha sonra gördüyünü demişdir. O, maşınların üz-üzə durduğunu, aralarında ara məsafəsi olduğunu, “Niva”nın orta xəttin harasında olduğuna çox fikir vermədiyini, “Niva”nın üzü Ərəzinə tərəf, “Tofaş”ın isə üzü şəhərə tərəf durduğunu demişdir. O, “Niva”nın qabaq tərəfinin dağıldığını, demək olar ki , yox kimi bir şey olduğunu, "Tofaş”a isə o qədər də fikir vermədiyini söyləmişdir. “Niva”nın sürücüsü özündə olmamış, nə qədər dindirsə də cavab verə bilməmişdir. O, özünün də maşın idarə etdiyini, əkin sahəsi oradadır deyə demək olar ki, hər gün oraya gedib gəldiyini, orada isə döngə olduğunu demişdir. O, hadisənin baş vermə səbəbinin nə olduğunu təxmin edib dəqiq deyə bilməyəcəyini, sadəcə olaraq qəzanın baş verdiyi yerdə döngə olduğunu, havanın da yağışlı olmadığını söyləmişdir. Aşağı sürətin hər şeyin qarantisi olduğunu, amma səbəbin nə olduğunu tam dəqiq deyə bilməmişdir. O, şüşə qırığı və yağın Culfaya tərəf gedəndə solda olduğunu, “Tofaş”ın yoluna töküldüyünü xatırladığını və toqquşma anının orada olduğunu söyləmişdir. “Tofaş”ın içərisindəki bir oğlan Ərəzinə gedən istiqamətdə yolda oturmuş, “Niva”nı isə kimin sürdüyünü bilməmişdir. O, təqsirləndirilən şəxsi təxminən o sürücüyə oxşatdığını, onun sanki bir az “dolu” oğlan olduğunu demişdir. “Niva”nın sürücüsü maşından çıxmış, ona əl üzünü yuması üçün arxadan su götürüb vermişdir. O, maşınlardan iki nəfərin çıxdığını, hadisə olan yerdə azmaz döngə olub sərt olmadığını, sərt yerdən bir az aşağıda olduğunu söyləmişdir. O, başı yaralı bir oğlan olduğunu, “Tofaş"dan enib gəzdiyini söyləmişdir. “Tofaş”ın şofer olan tərəfi açılmamış, sərnişinlərdən biri FHN işçiləri tərəfindən çıxarılmış, çıxarılan şəxsin isə sağ olduğunu söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xidmət etdiyi dövrdə bir neçə belə hadisə ilə rastlaşmışdır. O, xx.xx.2024 taridə saat 06:40 radələrində hadisə ilə bağlı onlara məlumat daxil olduğunu, həmin vaxt isə ayıq olduğunu söyləmişdir. Saat 06:41-də yanğın avtomobili ilə hadisə yerinə çıxmış, oraya 12 dəqiqəyə, 06:55-də çatdıqlarını bildirmişdir. “Tofaş” markalı maşının içərisindən iki nəfərin qəza nətisəcində yola çıxdığını zənn etmiş, hansı ki onların üzü və.s yaralandığını söyləmişdir. O, bir nəfərin arxada olduğunu, yanğın zamanı onların həlledici istiqamətləri olduğunu, birinci faktorun insan faktoru, ikinci faktorun isə partlayıcı maddələr və qiymətli əşyaların xilas edilməsi olduğunu söyləmişdir. O, oraya çatanda orada çox adam görməmiş, olsa da yadına gəlmədiyini demişdir. Təlimatlarına əsasən əməliyyat çəkilişi etməli olduqlarını söyləmişdir. O, maşında içəridə sıxışıb qalan insan olduğunu və onu xilas emək lazım olduğunu görərək telefonunu digər adama verdiyini söyləmişdir. Artıq yerdə olanlar oksijenlə təmin olunduqları üçün işçilərə komanda verərək yerdəkilərə dəyməmələrini söyləmişdir. O, əlaqə saxlayaraq, həkim gəldiyini söyləmiş, özü şəxsən “Tofaş” markalı maşının içərisinə girərək, sürücünü oradan çıxarmış, sonra isə həmin iki nəfəri aparan maşının getdiyini görmüşdür. O, həmin iki nəfəri gördüyünü, onların birini isə onların işçilərinin çıxardığını söyləmişdir. Həmin adamın maşının şüşəsindən qəza zamanı çıxdığını təxmin etmiş, lakin sonradan oradakı adamların onu xilas etdiyini öyrənmişdir. Hadisə yerinə çatanda həlledici istiqamət olan maşının sürücüsü Kamalı çıxarmaq barədə qərar qəbul etmiş və maşının digər tərəfini aça bildiyini söyləmişdir. O, maşının çox deformasiyaya uğradığını, onun özünün Kamalın böyrünə qısılaraq onu çıxardığını demişdir. Kamalı maşının içərisindən tam çıxardıqdan sonra onun orada öldüyünü yüz faiz bildiyi üçün bir nəfər ölü təhvil vermişdir. O, texniki təhlükəsizlik qaydalarına görə həmin vaxt kaskasını çıxara bilmədiyi üçün, kaska ilə girə billmirdi deyə məcbur qalıb “Tofaş” markalı maşının barını qıraraq özünə geniş yer təyin etmiş, ayağını çıxara bilmədiklərini, pedalların arasından ayağı xilas etməli olnuş və bunu özünün etmişdir. Çıxandan sonra çəkmələri üçün işçilərə komanda vermişdir. İçəridə sürücünün nəbzinə baxmış, nəbzinin atmadığını görmüş, çölə çıxarandan sonra sürücünün öldüyünə tam əmin olmuş və bir nəfərin öldüyünü, qalanlarının da yaralı olduğunu məruzə etdiyini söyləmişdir. Çıxanda isə həmin iki nəfər yerdə olmamış, onları həkimlər yerdən götürmüşdür. O, əməkdaşlarının hamısının kömək etmək istədiklərini bildirmişdir. “Tofaş” markalı maşının akkumulyatorunun tüstülədiyini görmüş və işçilərə niyə maşına baxmadıqlarını söyləmişdir. O, texniki təhlükəsizlik qaydalarına riayət etmək lazım olduğunu, həlledici istiqamət olan insan faktoru olsa da, texniki təhlükəsizlik qaydalarına riayət etməklə oraya girmək lazım olduğunu söyləmişdir. Maşını açaraq akkumulyatoru ayırdımış, daha sonra isə oraya su tökmüşlər, həmin vaxt isə motordan cızıltı səsləri gəlmişdir. X25 Yardım maşını Culfadan gəlmiş və oradan keçə bilməyib yol istədiyi üçün maşının olduğu yer dəyişdirilmişdir. O, maşın çəkilən zaman oraya gəldiyini və mülki insanların da çox olduğunu söyləmişdir. Kamal maşına qoyulan vaxt oraya gəlmiş və “Niva”nın sürücüsünü gətirdiklərini söyləmişdir. Kamalı qoyub çıxmış və həmin vaxt “Niva” şoferinin anlaqlı vəziyyətdə olduğunu, gözünün açıq olduğunu, zarıdığını və onlara ayağı ağrıdığını dediyini söyləmişdir. O, onu Kənanla birlikdə yapışıb tibb bacısının yanına – Kamalla eyni yerə gətirdiklərini söyləmişdir. Maşının qapısını bağlamış, maşının ləngidiyini və təkərin yavaş yavaş getdiyini söyləmişdir. Saat 06:55-də hadisə yerinə çatdıqlarını, Ərəzinə çatmamış ona 2-ci komanda gələrək, maşında köməksiz vəziyyətdə yaralananların olduğunu da söylədiklərini demişdir. “Tofaş” öz yolunda, ağzı “Niva”ya tərəf durmuş, toqquşmanın da onun fikrincə “Tofaş”ın yolunda olduğunu söyləmişdir. O, bu işin mütəxəssisi olmadığını, lakin bir sürücü və zabit kimi gördüklərinə əsaslanaraq, təxmini olaraq hadisənin yolun ortasındakı xətdən “Tofaş”a qədər olan yerdə, yəni “Tofaş”ın öz yolunda olduğunu söyləmişdir. Bütün şüşə qırıntıları “Tofaş”ın yolunda olmuş, “Tofaş” böyük deformasiyaya uğradığı üçün çox böyük impulsa malik maşın olmuş, “Niva” markalı maşın isə sanki ağır bir daşla vurulduğu üçün yalnız bir tərəfi əzilmişdir. Oraya çatmamış bir nəfərin yolun ortasında olduğunu, digərinin isə maşından ya sallandığını ya da maşının dibində oturduğunu, həmçinin onların zarıdığını və bu səslərin qulağına gəldiyini söyləmişdir. O, “Tofaş” markalı maşından əməliyyatla konkret bir nəfər çıxardıqlarını, onu oradan çıxarmaq bəlkə də 3-5 dəqiqə davam etdiyini, motorun oradan qaldırılmasının, pedalların aralanmasının əməliyyatla həyata keçirildiyini söyləmişdir. Zarıyan iki nəfərin həyatını xilas etmək olardı ya yox onu deyə bilməmiş və bunun zərbənin gücündən asılı olduğunu söyləmişdir. O, onların sən demə qəza zamanı yola düşmədiyini, kimlərinsə onları götürüb yerə qoyduqlarını söyləmişdir. Onların hadisə yerinə çatmaqları ilə X26 çatması eyni anda olmuşdur. Başqa bir maşın da yaxınlıqda olmamış, buna görə də həmin iki şəxsi maşınla xəstəxanaya çatdırmaq mümkün olmamışdır. Hadisə yerinə çatanda polis əməkdaşları hələ gəlməmişdir. Ərəzin tərəfdən gələn maşınların və gələn X31 maşının keçməyə yolu olmamış, buna görə də hadisə yerindəki vətəndaşlar tərəfindən “Niva” məcbur çəkilmiş, həmin vaxt orada polis olmamış, maşın çəkiləndən sonra polislər gəlmişdir. Həmin vaxt o, orada olan bütün məruzələri etmişdir. O, yerdə olan iki nəfəri xəstəxanaya aparmağa mülki maşın olmadığını, heç orada olan adamları belə görmədiyini söyləmişdir. Fikir vermədiyi üçün yolda əyləc izinin olub-olmadığını deyə bilməmiş, bəlkə də əyləc izinin ola biləcəyini, amma ibtidai istintaqda “Tofaş”ın sürünüb getmək izlərinin olduğunu dediyini söyləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onların şöbəsinə təxminən saat 7-yə qalmış yol-nəqliyyat hadisəsinin qeydə alınmağı ilə bağlı məlumat daxil olmuş və oraya dərhal maşın çıxartmalı olduqlarını söyləmişlər. O, hadisə yerinə çatanda yolun quru olduğunu, asfaltın ortasında yerdə oturan iki nəfəri götürdüklərini, onlar yaşadığı üçün “Tofaş” markalı avtomobildə qalana müdaxilə etdiklərini söyləmişdir. “Tofaş”da qalan sürücü ilə şəxsən özünün məşğul olduğunu, sürücü sükanın arxasında sıxışıb qaldığına görə qapını qırıb onu çıxarmaqları 3-4 dəqiqə çəkmişdir. O, sürücünün sıxışdığını, ayaqlarının qırılmış vəziyyətdə olduğunu bildirmişdir. Daha sonra onu çıxarıb ambulansa qoymuşlar və ambulans şoferi yol istədiyi üçün, ambulans keçə bilsin deyə camaatın köməyi ilə “Niva” markalı maşının arxa tərəfini bir balaca aşağıya çəkmişlər. O, onları xəstəxanaya yola saldıqlarını, amma sürücünün keçindiyini təxmin etdiyini söyləmişdir. Daha sonra avtomobilin kapotuna bir az su tökmüşlər. Hər iki maşın sürücü tərəfdən əzilmiş, “Tofaş” yolun sağında öz yolunda, “Niva” isə öz yolunda, amma çarpaz vəziyyətdə, üzü Çeşməbasar kəndinə tərəf durmuşdur. O, şəxsən özü “Tofaş”dan bir nəfərin çıxarılmasında iştirak etdiyini və tək olmadığını, onunla birgə heyət olduğunu, onların da arxadakı sərnişini və “Niva”nın sürücüsünü xilas etdiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, “maşın yanır” - deyə məlumat aldıqlarını və hadisə yerinə gedərək iki maşının toqquşduğunu görmüşdür. O, hadisə yerinə çatanda, maşınların ikisinin də üzbəüz dayandığını söyləmişdir. Babək rayonunda yanğınsöndürmə xidmətində sürücü işlədiyini və hadisə yerində avtomobilin çox yaxınlığında olmadığını, ancaq maşında da oturmadığını, insanların çıxarılmasında iştirak etdiyini söyləmişdir. O, “Niva”nın sürücüsünü ambulansa yerləşdirdiyini təxmin etdiyini, digər əməkdaşların da “Tofaş” markalı avotomildə olanları xilas etməyə çalışdıqlarını söylədi. O, “Tofaş” markalı maşında olan bir nəfərin yerdə olduğunu, digər adamı isə görmədiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 23 apreldə onlara həyəcan siqnalı verilmişdir. O, saat 06:41-də hadisə yerinə çatdıqlarını, iki nəfərin asfaltda, 2 nəfərin isə maşının içində olduğunu söyləmişdir. Onlardan biri “Tofaş”ın sürücüsü, digəri də həmin maşındakı sərnişin olmuşdur. O, arxadakı sərnişini, ardınca sürücünü çıxardıqlarını demişdir. Daha sonra ambulansın gəldiyini, həmin ambulansa yol vermək üçün “Niva” markalı maşını başqa tərəfə çəkdiklərini söyləmişdir. Həyəcanlı olduğu üçün “Tofaş” markalı maşının arxa oturacağındakı sərnişinin necə çıxarıldığını xatırlamamışdır. O, sürücüyə kömək etdiklərini, sərnişini yerə uzatdıqlarını və həmin sərnişinin kiməsə “məni saga sola çevirin” dediyini xatırlamadığını, ola bilsin ki, mülki əhaliyə dediyini söyləmişdir. O, “Niva”nın yolun iki tərəfini də bağladığını, həm öz yoluna, həm də “Tofaş”ın yoluna keçdiyini, ambulansa yol vermək üçün “Niva”nı bir az çəkdiklərini söyləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş: Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X15 Ordusunun N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Xidmətdə olduğu müddət ərzində Culfa rayonu Xanəgah kənd sakini X20 ilə dostluq münasibəti yaranmış, sonuncunun yaşadığı evə gedərək onlarda qalmışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində qonaq getdiyi Kamal Cəfərovun yaşadığı Xanəgah kəndindəki evlərindən işə getmək üçün sonuncunun idarə etdiyi “Tofaş” markalı avtomobili ilə onunla birlikdə yola çıxmış, avtomobildə ön sərnişin oturacağında oturmuş, yuxu tutduğu üçün yatmış, daha sonra gözünü açan zaman Naxçıvan Qarnizonu Hərbi Hospitalında olduğunu görmüş, ona Kamal Cəfərovun yolda qəza etdiyi üçün xəsarət aldığı deyilmişdir. Kamal Cəfərovla birlikdə evdən çıxan zaman avtomobildə ikisindən başqa heç kim olmamış, avtomobilə oturduqdan sonra yatdığı üçün sonradan avtomobilə kimlərin oturmasını bilməmiş, qəzadan sonra xəstəxanada olan zaman Kamal Cəfərovun həmkəndlisi X13 da avtomobilə əyləşdiyini və qəza zamanı xəsarət alaraq öldüyünü öyrənmiş, Rüstəm Yunisovun avtomobilə harada və nə vaxt əyləşməsi barədə xəbəri olmamış, Rüstəm Yunisovu əvvəlcədən tanımamışdır. Kamal Cəfərovun hansı şəraitdə qəza etməsi, avtomobili hansı sürətlə idarə etməsi ilə bağlı avtomobildə yatdığı üçün məlumatı olmamışdır. Kamal Cəfərovun avtomobilində hər hansı nasazlıq, həmçinin avtomobilə əyləşən zaman Kamal Cəfərovda heç bir yorğunluq, sərxoşluq halı olmamışdır. Qəza nəticəsində sağ və sol qaş nahiyəsində xəsarətlər olduğuna görə tikiş qoyulmuş, almış olduğu zərbədən dalağı yırtıldığı üçün əməliyyat olunub dalağı çıxarılmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını söyləmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11: - 13 may 2024-cü il tarixli, 27 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: Sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişmiş sınıqları, başın alin, sağ qaşüstü, sağ gicgah və sol baldır nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə qançırı, sol ayaq pəncəsi və sağ baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində olarkən minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində törənmişlər, ölümlə bir başa səbəbli əlaqəlidirlər və ümumilikdə yaranma anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. X3 ölümünə səbəb sol ağciyərin aşağı payının cırılması və sol Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən sınıqları nəticəsində baş vermiş kəskin daxili qanaxma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə, saat 11:00-da) 3-4 saat əvvəl baş vermişdir. - 20 may 2024-cü il tarixli, 26 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X12 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: Sağ diz oynağının açıq yerini dəyişən sınığı, sol bud sümüyünün açıq yerini dəyişən sınığı, sol ayaq pəncəsinin deformasiyası, üz skeleti sümüklərinin deformasiyası, üst çənə nahiyəsninin patoloji hərəkətliliyi, sol gözaltı, sol almacıq, üst dodaq, alt çənə, sol diz oynağı, sağ diz oynağı və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, boyun nahiyəsinin və sol dirsək oynağı nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, döş qəfəsinin ön-yan səthinin, sol çiyin qurşağı nahiyəsinin, sol said nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü qismində olarkən minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində törənmələri mümkündür, ölümlə bir başa səbəbli əlaqəlidirlər və ümumilikdə yaranma anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aitdir. X4 ölümünə səbəb sol bud, sağ diz oynağının, üst çənənin, üz skeleti və sol ayaq pəncəsi sümüklərinin sınıqları nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X4 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il tarixdə, saat 09:00-da) 2 saatadək əvvəl baş vermişdir. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,164 promil etil spirti aşkar edildi. Qanda bu miqdarda etil spirti heç bir sərxoşluq dərəcəsinə uyğun gəlmir. (Məhkəmə-Kimyəvi Akt: № 26) - 15 may 2024-cü il tarixli, 826 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər: daxili qanaxma, dalağın travmatik cırılması və splenektomiyası (dalağın çıxarılması), hər iki qaşüstü nahiyənin cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sərnişini olduğu minik avtomobilində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2024-cü ildə törənmələri mümkündür və dərəcəsinə görə yaranma anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. - 31 may 2024-cü il tarixli, 921 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotizazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Məhkəmə-Kimyəvi Akt №43/K) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 25 aprel 2024-cü il tarixli, 427 nömrəli yol–nəqliyyat hadisələri ekspertizasının rəyindən məlum olur ki, istintaq tərəfindən göstərilən vəziyyətdə Chevrolet “Niva” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X28” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İstintaq tərəfindən göstərilən vəziyyətdə, yəni sürücü K.Q.Cəfərovun “Tofaş” markalı avtomobili toqquşmaya qədər öz hərəkət zolağında idarə etməsi, hadisə yerində toqquşmaya qədər “Tofaş” markalı avtomobilə məxsus olan 8,5 metr uzunluğunda tormoz izinin istiqamətini dəyişmədən toqquşmaya qədər davam etməsi, Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet “Niva” markalı avtomobilin tormozsuz vəziyyətdə “Tofaş” markalı avtomobilin yoluna çıxması, toqquşmanın hər iki avtomobilin qabaq sol tərəfi arasında baş verməsi və toqquşmanın “Tofaş” markalı avtomobilin yolunda 1,1 nişanlanma xəttindən 1,7 metr məsafədə baş verməsi şəraitində “Tofaş” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avotomobilin sürücüsü X12 hadisənin qarşısının alınması ilə bağlı hərəkətlərini texnikinöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - 05 avqust 2024-cü il tarixli, 831 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən məlum olur ki, Azərbaycan Respublikasında (o cümlədən Naxçıvan Muxtar Respublikasında) yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 2004-cü il buraxılışlı “Tofaş” markalı, Şahin minik modelli, sedan tipli, qara metallik rəngli, mühərrikin həcmi 1600 sm3 olan **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 5500,00 (beş min beş yüz) manat müəyyən olunur. Təqdim edilmiş qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 10%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmir olunması imkan xaricində olan, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 5500,00 manat olmuş 2004-cü il buraxılışlı “Tofaş” markalı, Şahin minik modelli, sedan tipli, qara metallik rəngli, mühərrikin həcmi 1600 sm3 olan **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 4950,00 (5500,00 manat -10%) manat müəyyən edilir. Azərbaycan Respublikasında (o cumlədən Naxçıvan Muxtar Respublikasında) yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, 2007-ci il buraxılışlı “Chevrolet Niva” minik markalı, gümüşü metallik rəngli, mühərriki 1690 sm3 olan **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 7500,00 (yeddi min beş yüz) manat müəyyən olunur. Təqdim edilmiş nöqsan aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmir olunması imkan xaricində olan, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 7500,00 manat olmuş 2007-ci il buraxılışlı “Chevrolet Niva” minik markalı, gümüşü metallik rəngli, mühərriki 1690 sm3 olan **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 6000,00 (7500,00 manat -20%) manat müəyyən edilir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 23 aprel 2024-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan, 23 aprel 2024-cü il tarixdə, saat 06:40 radələrində Babək rayonu Güznüt kənd ərazisində avtomobil yolunda baş vermiş ölümlə nəticələnən yol nəqliyyat hadisəsi yerinə baxış keçirilir. Baş vermiş yol nəqliyyat hadisəsi Babək rayonu Güznüt kənd ərazisindən keçən hissədə rayonun Çeşməbasar kənd yol ayrıcından Culfa rayonu Ərəzin kənd istiqamətində yolun 5-ci kilometrliyində yerləşir. Baxış havanın işıqlı vaxtı aparılır, hava tam sakitdir, yağıntı yoxdur. Avtomobil yolu asfalt örtüklü, quru olmaqla yoxuş və enişdir. Culfa rayonun Ərəzin kəndi istiqamətində görünüş məsafəsi 130 metrdir. Avtomobil yolunda yola məxsus bütün nişanlanma xətləri vardır. Asfalt yol bir gedişli, bir gəlişli olmaqla iki hərəkət zolağından ibarətdir. Bir hərəkət zolağının eni 3.6 metr olmaqla yolun ümumi eni 7.2 metrdir. Hər iki istiqamətdə yolun kənarı çınqıl qarışığı preslənmiş torpaqdan ibarət 1 metr enində ehtiyat torpaq yoldan ibarətdir. Ehtiyat torpaq yoldan sonra isə otluq ərazidir. Hadisə yerində Culfa rayonu Çeşməbasar kəndi istiqamətində olan zolaqda, 8.5 metr uzunluğunda davam edən iki ədəd qara rəngli tormozlanma izi vardır. Həmin izlərin qurtardığı yerdə iki ədəd qəzalı vəziyyətdə olan avtomobil dayanmışdır. Avtomobillərdən biri qara rəngli “Tofaş” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildir. Həmin avtomobilin qabaq hissəsi deformasiyaya uğrayaraq əzilmiş, avtomobilin ban hissəsi əyilmişdir. “Tofaş” markalı avtomobilin ön hissəsi asfalt yolda olmaqla əks istiqamətinə doğru dayanıb, arxa hissəsi isə yolun kənarındadır. “Tofaş” markalı avtomobilin qabağında ön hissəsi Çeşməbasar kəndi istiqamətində olan zolaqda, arxa hissəsi isə əks istiqamətli zolaqda olan “Chevrolet Niva” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Avtomobillər arasında olan məsafə 1.20 metrdir. “Chevrolet Niva” markalı avtomobilin arxa sol təkərindən yolun kənarına olan məsafə 1.80 metr, arxa sağ təkərindən yolun kənarına olan məsafə isə 1.90 metr, ön sol təkərindən yolun sağ kənarına olan məsafə isə 3.5 metrdir. Avtomobillərin arasında asfalt örtük üzərinə avtomobillərə məxsus detal və hissəciklər səpələnmişdir. Hər iki avtomobilin əsasən sol hissəsi deformasiyaya uğrayaraq əzilmişdir. Hadisə yerinin baxışına, hadisə yerində olan izlərinə, asfalt örtük üzərinə səpələnən detal və hissəciklərə əsasən müəyyən olunur ki, “Chevrolet Niva” markalı avtomobilin sürücüsü avtomobil ilə Culfa rayonu Ərəzin kəndi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək əks istiqamətli yola keçmiş və Babək rayonu Çeşməbasar kəndi istiqamətində hərəkətdə olan “Tofaş” markalı avtomobil ilə yolun mərkəzindən yolun sağ kənarına doğru 1.7 metr məsafədə toqquşmuşlar. - 23 aprel 2024-cü il tarixli X12 meyitinə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, meyitin əynində uzunqol boz rəngli sviter, boz rəngli mayka, üzərində qara rəngli kəməri olan qara rəngli cins şalvar, boz rəngli mayka, bir (1) cüt qara rəngli corab, qara rəngli tuman aşkar olunmuşdur. Paltarların geyim tərzi pozulmayıb, köhnədirlər, səliqəli və zədəsizdirlər. Meyitin boynundan bir ədəd metal gümüşü rəngli sep və cibindən avtomobil açarı təhvil verildi. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, yaxşı qidalıdır. Boynunun uzunluğu 170 sm-dir. Dəri və görünən selikli qişalar avazımış meyit rəngindədir, əllə təmas etdikdə bədən səthi soyuqdur, meyit qacıması, müayinə olunan əzələ qruplarında normal dərəcədə inkişaf etmişdir. Meyit ləkələri əsasən aşağı ətraflarda və gövdənin arxa səthində yerləşmişdir, çəhrayımtılbənövşəyimtil rəngdədirlər, barmaqla təzyiq etdikdə avazıyır, 1 dəqiqədən sonra öz əvvəlki formasını və rəngini alır. Baş tükləri qara rəngdə olub, 2.5 sm ölçüdədir, kəllə sümükləri tamdırlar. Gözləri yarımaçıqdır, gözlərin ağlı qışasında qırmızı rəngdə zəif nöqtəvari tək-tək tor şəkilli qansızma vardır. Bəbəklər dairəvi olmaqla, bərabər genişlikdədirlər, diametrləri 0,5 sm-dir, sklerası bir qədər qurumuşdur. Əllə yoxladıqda kəllə sümükləri tamdır. Üz skeleti sümüklərində pataloji hərəkətlilik üz skeleti sümüklərinin deformasiyası qeyd olundu. Qulaq seyvanları düzgün inkişaf etmiş, hər iki xarici qulaq keçəcəyində sərbəstdirlər. Ağzı qapalıdır, dil diş cərgələri arasında sıxılmışdır. Dişləri təbiidir, bəzi dişləri qismən kariyeslidir. Boynu bədənə mütənasib olub, anatomik hərəkətlidir. Döş qəfəsi normastenik tiplidir, silindirikdir, simmerikdir və əlləmədə pataloji hərəkətlilik qeyd olunur. Qarın yumuşaqdır, ön divarı qabırğaqövslərindən bir qədər hündürdə yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün yaşına uyğun inkişaf etmişlər. Aralıq nahiyyəsinin və anus ətrafının dərisi təmizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Yuxarı ətraflarda pataloji hərəkətlilik nəzərə çarpmadı. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər vardır: sağ diz oynağının açıq yerini dəyişən sınığı. Sol bud sümüyünün aşağı 1/3-nin açıq yerini dəyişən sınığı, sol ayaq pəncəsinin deformasiyası. Üz skeleti sümüklərinin deformasiyası üst çənə nahiyyəsində patoloji hərəkətlilik qeyd olunur. Sağ göz alması gözaltı çuxurdan, aşağıda yerləşir və göz almasının əzilmiş yarası nəzərə çarpır. Sol gözaltı nahiyyədə 2.0x0.7 sm ölçüdə qeyri-müəyyən formalı, kənarları nahamar, mənfəzi açıq, üzəri qırmızımtıl rəngli qanla örtülü yara vardır. Sol almacıq nahiyyəsində 5,0x3,5 sm ölçüdə; üst dodaq nahiyyəsinin sol yarısında dodaq haşiyəsində 2,0x0,5 sm ölçüdə; alt çənə nahiyyəsində ortada və bir qədər aşağıda 2,5x1,3 sm öıçüdə; çanaq sümüyünün sol sirkə kasası proyeksiyasında 6,3x4,5 sm ölçüdə sol diz oynağı nahiyyəsinin ön səthində 4,0x3,3 sm ölçüdə; sağ diz oynağı nahiyyəsinin ön səthində 3 ədəd bir-birinə yaxın yerləşən 3,7x2,6 sm, 2,6x1,7 və 2,2x1,5 sm ölçülərdə və sol baldır nahiyyəsinin 1/3-nin bayır səthində 6,0x2,0 sm ölçüdə eyni xarakterli və rəngli yaralar vardır. Boyun nahiyyəsinin sağ orta 1/3dən başlayaraq sol yan orta 1/3-ədək davam edən 17,0x0,2 sm ölçüdə çəp və bir qədər boylama istiqamətli qırmızımtıl rəngli qançır vardır. Sol dirsək oynağı nahiyyəsinin arxa səthində 5,0x3,0 sm ölçüdə qeyri-müəyyən formalı qırmızımtıl rəngli qançır vardır. Sağ bazu nahiyyəsinin yuxarı 1/3-nin ön səthində 3,0x1,0 sm ölçüdə qeyri-müəyyən formalı, ətraf sağlam dəri səviyyəsindən bir qədər aşağıda yerləşən, üzəri qırmızımtıl rəngli qartmaqla örtülü sıyrıq vardır. Sağ dirsək oynağı nahiyyəsinin arxa səthində 2,4x1,6 sm ölçüdə; döş qəfəsinin ön-yan səthində İİİ-Vİ qabırğa proyeksiyası səviyyəsində 3,0x1,0 sm ölçüdə; sol çiyin qurşağı nahiyyəsinin yuxarı səthində 3,0x2,0 sm ölçüdə; sol said nahiyyəsinin yuxarı 1/3-nin arxa səthində 2,0x1,0 sm ölçüdə; döş qəfəsinin sol qoltuqaltı xətt üzrə Xİ qabırğa proyeksiyası səviyyəsində 2,0x0,7 sm ölçüdə eyni xarakterli və rəngli sıyrıqlar vardır. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd edilənlərdən başqa digər xəsarət müəyyən edilmədi. - 23 aprel 2024-cü il tarixli X13 meyitə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, meyitin əynində uzunqol boz, rəngli köynək, boz rəngli mayka, üzərində qara rəngli kəmər olan göy rəngli cins şalvar, qara rəngli tuman olmuşdur. Paltarların geyim tərzi pozulmayıb, köhnədirlər, səliqəli və zədəsizdirlər. Meyitin kişi cinsli olub, düzgün bədən quruluşlu, yaxşı qidalıdır. Boyunun uzunluğu 178 sm-dir. Dəri və görünən selikli qişalar avazımış, meyit rəngindədir. Əllə təmas etdikdə bədən səthi soyuqdur. Meyit qacıması, müayinə olunan əzələ qruplarında yaxşı dərəcədə inkişaf etmişdir. Meyit ləkələri əsasən aşağı ətraflarda və gövdənin arxa səthində yerləşmişdir, çəhrayımtıl-bənövşəyimtil rəngdədirlər. Barmaqla təzyiq etdikdə avazıyır, iki dəqiqədən sonra öz əvvəlki rəngini və formasını alır. Baş tükləri qara rəngdə olub, 2,0 sm ölçüdədir. Kəllə sümükləri tamdırlar, gözləri yarımaçıqdır, gözlərin ağlı qişasında qırmızı rəngdə zəif nöqtəvari tək-tək tor şəkilli qansızma vardır. Bəbəklər dairəvi olmaqla, bərabər genişlikdədirlər, diametrləri 0,6 sm-dir, sklerası bir qədər qurumuşdur, əllə yoxladıqda kəllə sümükləri tamdırlar. Üz skeleti sümüklərində pataloji hərəkətlilik qeyd olundu. Qulaq seyvanları düzgün inkişaf etmiş, hər iki xarici qulaq keçəcəyində sərbəstdirlər. Ağzı qapalıdır, dil diş cərgələri arxasında sıxılmışdır, dişləri təbiidir, bəzi dişlər qismən kariyeslidir. Boynu bədənə mütanəsib olub, anatomik hərəkətlidir. Döş qəfəsi normastenik tiplidir, silindrikdir, simmetrikdir və sol qoltuqaltı xətt üzrə əlləmədə patalaoji hərəkətlilik qeyd olunur. Qarnı yumşaqdır, ön divarı qabırğa qövslərindən bir qədər hündürdə yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün yaşına uyğun inkişaf etmişlər, aralıq nahiyyəsinin və anus ətrafının dərisi təmizdir, yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Sümükləri əllədikdə sınıq hiss olunur. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdaki xəarətlər vardır: Başın alın nahiyyəsində bir qədər solda və ortada 3,5x2,0 sm ölçüdə qeyri-müəyyən formalı, kənarları nahamar, mənfəzi açıq və üzəri zərif qırmızımtıl rəngli qanla örtülü qara: sağ qaşüstü nahiyyədə 3,0x1,0 sm ölçüdə ; sağ gicgah nahiyyəsində bir-birinə paralel yerləşən 3 ədəd 2,5x0,4 sm, 2,0x0,5 sm və 1,5x0,5 sm ölçülərdə; sol baldır nahiyyəsinin aşağı 1/3-nin ön səthində 3,5x4,0 sm ölçüdə eyni xarakterli və rəngli yaralar vardır. Döş qəfəsinin sol qoltuq xətti üzrə Vİ-Vİİİ qabırğa proyeksiyası səviyyəsində 8,0x7,0 sm ölçüdə qeyri-müəyyən formalı, qırmızımtıl-göyümtül rəngli qançır. Sol ayaq pəncəsi nahiyyəsinin ön səthində 3,5x2,0 sm ölçüdə qeyri-müəyyən formalı, ətraf sağlam dəri toxuması səviyyəsindən bir qədər aşağıda yerləşən, üzəri zərif qurumuş qanla örtülü sıyrıq; sağ baldır nahiyyəsinin aşağı 1/3 –nin iç səthində 3,5x2,0 sm ölçüdə eyni xarakterli və rəngli sıyrıq vardır. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd edilənlərdən başqa digər xəsarət müəyyən edilmədi. - 23 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, nəqliyyat vasitəsində olan zədələr və izlər “Chevrolet Niva” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi qəza zamanı deformasiyaya uğrmaış, avtomobilin dam hissəsi qırılmış və yararsız hala düşmüşdür. Avtomobilin ön sol qapısı əzilmişdır. - 23 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, nəqliyyat vasitəsində olan zədələr və izlər “Tofaş” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilin qəzadan sonra ön hissəsi deformasiyaya uğramış, yararsız hala düşmüş, avtomobilin damı qırılmış, sağ və sol arxa qapıları qanadları əzilərək deformasiyaya uğramışdır. -24 aprel 2024-cü il tarixli 481 nömrəli Tibbi Arayışda məlum olur ki, həqiqətən xəstə X21 xx.xx.2024-cü il tarixdə, saat 0730 radələrində avtomobil qəzası nəticəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin Təcili yardım şöbəsinə “Travmatik şok.Daxili qanaxma”-diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən xəstənin vəziyyəti son dərəcə ağır olmuş, A/T – 53/20 mm c.süt, ÜVS – 830, SPO2 – 47 (otaq havasında) olmuşdur. Təcili olaraq sağ körpücükaltı vena kateterizasiya olundu. KT müayinəsi zamanı asistoliya qeyd olundu. Təcili traxeya intubasiya olundu. Ürəyin qapalı masajı olundu, ürəyin qapalı masajı dayandırılmadan Əməliyyat blokuna verildi, vena daxilinə Adrenalin 1+1+1+1+1, Atropin 1+1+1, Deksmetazon 16mq vuruldu. Reanimasiya tədbirləri 45 dəqiqə müddətində davam etdirildi. 0835 radələrində bioloji ölüm təsdiqləndi. - 25 aprel 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X7 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 25 aprel 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X7 göndərilmiş X20 haqqında tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 26 aprel 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - 26 aprel 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, “Chevrolet Niva” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və “Tofaş“ markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilərək Babək RPİnin duracağında saxlanılır. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə 23 aprel 2024-cü il tarixində vəfat etmiş mərhum X20 müsbət xarakterizə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə 23 aprel 2024-cü il tarixində vəfat etmiş mərhum X21 müsbət xarakterizə olunmuşdur - Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. - 23 iyul 2024-cü il tarixli nöqsan aktından məlum olur ki, baxış zamanı “Tofaş” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilin hadisə zamanı dəymiş maddi zərər görə təmir olunması imkan xaricindədir. “Tofaş” markalı avtomobilin qəza zamanı salamat qalan hissələri aşağıdakılardır: Sağ və sol arxa stoplar, arxa bufer, sağ və sol arxa krlo, arxa alın şuşəsi, arxa yük hissəsi və kapotu, arxa təkərləri. “Chevrolet Niva” markalı avtomobilin hadisə zamanı dəymiş maddi zərərə görə təmir olunması imkan xaricindədir. “Chevrolet Niva” markalı avtomobilin qəza zamanı salamat qalan hissələri aşağıdakılardır: Sağ və sol arxa stoplar, arxa bufer, sağ və sol arxa krlo, arxa alın nşüşəsi, arxa yük hissəsi və kapotu, arxa təkərləri, sağ arxa və sağ ön qapıları. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 24 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş və o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 26 aprel 2024-cü ildə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 26 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 06 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 06 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 06 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs 09 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri, ekspert rəyləri, protokollarla və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iki şəxsin ölümünə, bir şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi «Chevrolet Niva» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə 23 aprel 2024-cü il tarixdə, saat 06:40 radələrində Babək rayonu Güznüt kənd avtomobil yolundan Culfa rayonu Ərəzin kəndi istiqamətində hərəkətdə olmuş, idarə etdiyi avtomobil ilə əks istiqamətli yola keçərək Babək rayonu Çeşməbasar kəndi istiqamətində hərəkətdə olan X12 idarə etdiyi “Tofaş” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Tofaş” markalı avtomobilin sürücüsü X20 və həmin avtomobildə sərnişin olan X21 ölmüş, Zərərçəkmiş şəxs isə ağır xəsarət almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs hadisə baş verdiyi zaman avtomobilini 90 km sürətlə idarə etdiyini, hərəkət sıxlığının az və seyrək olduğunu, həmin yolda maksimum sürətin 60 km olduğunu deyərək sürət həddini aşdığını etiraf etmişdir. Tək xatırladığı isə döngədən çıxanda maşınla üz-üzə qaldığı və üz-üzə qalmağı ilə dəyməyinin sanki bir olduğu, toqquşmanın isə sadəcə olaraq səsi yadında qaldığını söyləmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “X28” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “X28” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət- Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmələr nəzərə almalıdırlar ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olması, həm zərərçəkmiş şəxslə, həm də zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını onun vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında göstərilən minimum həddə əsas cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hökmün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Sözügedən Məcəllənin 154.2-ci maddəsinin tələbinə görə müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görməlidir. Bu mənada məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqda məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azadlıqdan məhrumetmə cəzasına aid hissədə hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X9 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 150 (yüz əlli) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 (əlli) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Tofaş” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə avtomobilin təmir olunaraq istifadəyə yararlı hala salınmasının imkan xaricində olması barədə nöqsan aktı olsa da, iş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslərə və mərhum zərərçəkmişlərin hüquqi varislərinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunmalıdır. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan AE №046665 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏN-Vİİ №184302 nömrəli etibarnamə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon Polis İdarəsinin avtomobil duracağında saxlanılan maddi sübutlar: Hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Chevrolet Niva” markalı **-BB- *** qeydiyyat nişanlı avtomobil X18, “Tofaş” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi (atası) X10 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əlavə cəzanın icrası ilə əlaqədar isə sürücülük vəsiqəsi cəzanın icrasına nəzarət edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa Rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. 26 aprel 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Azadlıqdan məhrumetmə cəzasına aid hissədə hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X9 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 150 (yüz əlli) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 (əlli) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan AE №046665 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, ƏN-Vİİ №184302 nömrəli etibarnamə Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikası Babək Rayon Polis İdarəsinin avtomobil duracağında saxlanılan maddi sübutlar: Hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Chevrolet Niva” markalı **-BB- *** qeydiyyat nişanlı avtomobil X18, “Tofaş” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi (atası) X19ytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əlavə cəzanın icrası ilə əlaqədar isə sürücülük vəsiqəsi cəzanın icrasına nəzarət edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu
2. Kərimov Arzuyar Sadıq oğlu