Məhkəmə qərarları › İş №1(109)-41/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-41/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-41/2024 24.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:35 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X7 iştirakları ilə 01 yanvar 1978-ci ildə Türkiyə Respublikasının İğdır şəhərində doğulmuş, subay, 2 uşaq atası, Türkiyə Respublikasının vətəndaşı, sürücü işləmiş, orta təhsilli, məhkum olunmamış, Türkiyə Respublikasının İğdır şəhəri, Aralıq qəsəbəsi, Hasanxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə və az miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 8,492 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamin və 0,433 qramdan artıq az miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib bir qismini istifadə etdikdən sonra 8,492 qram metamfetamini şəffaf sellofana bükməkdə qara rəngli yapışqan bandla sarıyaraq idarə etdiyi 76AAE696/76AAS395 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsindəki dartıcı ilə qoşqunu birləşdirən naqillərin elektrik yuvasında, 0,433 qram qurudulmuş marixuananı 2 ədəd siqaretin içinə dolduraraq siqaret qutusunun içərisində gizlədərək saxlamaqla daşımış, 15 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” Gömrük postunun əməkdaşları tərəfindən nəqliyyat vasitəsində yoxlama aparılarkən 1 ədəd bükümdə təmiz çəkisi 8,492 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin və ümumilikdə təmiz çəkisi 0,433 qram olan tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ildən çoxdur ki, yük nəqliyyat vasitəsi sürücüsü işləmiş, Türkiyədən Avropa ölkələrinə, Rusiyaya, və s. xarici ölkələrə müxtəlif təyinatlı yüklər aparmışdır. O, 8 iyunda Türkiyədən İrana yük aparmaq üçün yola düşmüş, həmin yükü İranın Tehran şəhərində boşaltmış, İranda olarkən həmin narkotik maddəni tanımadığı bir iranlıdan almışdır. İranlıdan aldığı marixuananı siqaretə doldurub siqaret qabının içərisinə qoymuşdur. Narkotikin çəkisini tam bilməmiş, özünün istifadəsi üçün almış və eyni gün İrandan Türkiyəyə yola düşmüşdür. Təxminən 14 iyunda, saat 16:00 radələrində İrandan qayıdan zaman, Şahtaxtı gömrük postundan keçərkən gömrük əməkdaşı onu yoxlamağa başlamış, əvvəlcə üstündə qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olubolmamasını soruşmuş, o da üzərində 2 ədəd “ciqara” olduğunu demiş, gömrük əməkdaşı Şahid1 “ciqaranın” nə olduğunu bilməmiş, “ciqaranı” özü təqdim etmiş, açıb içinə baxdıqda nə olduğunu soruşmuş, o da marixuana olduğunu bildirmişdir. Həmin marixuananı həkim resepti ilə istifadə etmişdir. Digər gömrük əməkdaşına verdikdə o nə olduğunu anlamışdır. Daha sonra maşını onun yanında yoxlamışlar. Təxminən 30 dəqiqə vaxt keçmişdir. Yoxlama zamanı gömrük əməkdaşının ilk baxdığı yer kabinlə qoşqunun arasında yerləşən 6-7 dənə naqillərin yerləşdiyi boşluq olmuş, naqillərin yerləşdiyi boşluğu açıb narkotiki götürüb ondan nə olduğunu soruşmuş, nə olduğunu bilmədiyini bildirib barmaq izi götürməsini istəmişdir. Götürmək istəyəndə ondan əl vurmamasını, barmaq izi götürməyini tələb etmişdir. O, maşından çıxan narkotik vasitənin qara rəngdə və şəffaf sellofana bükülü vəziyyətdə olduğunu söyləmişdir. Gömrük əməkdaşı metamfetamin psixotrop maddəsini oradan götürüb cibinə qoymuş, digər əməkdaşla birlikdə maşında yoxlanış aparmışlar. Yoxlanışdan 3-4 saat sonra İphone markalı telefonla video çəkiliş etmişlər. Video çəkilişi zamanı başdan yoxlama necə aparılmışdırsa eyni qaydada hər şey başdan başlanılmış kimi aparılmışdır. Onu ilk yoxlamada kameraya çəkməmişlər. Ondan analiz üçün sidik nümunəsi istəmişlər, həmin vaxt sidiyi olmadığı üçün analiz qabının içinə krant suyu dolduraraq içinə tüpürüb həkimə vermişdir. Həkimdə analizi laboratoriyaya göndərmədən içinə iki ədəd çöp salaraq narkotik istifadə etdiyini demişlər. Gömrük əməkdaşları onu həkimə apardıqda nə üçün gətirildiyini soruşmuşlar. Onlarda həkimə onun marixuana və metamfetamin istifadəçisi olduğunu demişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, 2018-ci ildən marixuana narkotik vasitəsindən istifadə edir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, şəkər xəstəsi olduğu üçün ağrıları olanda narkotik vasitədən istifadə etmiş, daimi istifadə edən olmamışdır. “Əsrardan” başqa digər növ narkotiklərdən istifadə etməmişdir. Bu maşını ilk dəfədir istifadə etmiş, 6 gündür ki, maşın onda imiş. Narkotiki onun maşınına kimin qoyduğunu bilməmişdir. Gömrük əməkdaşları ona qarşı heç bir təzyiq etmədən yoxlanma aparmışlar. Məhkəmə kollegiyasından ədalətli qərar verməyini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Naxçıvan Muxtar Respublika X3 həkim işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş İdarəsinin əməkdaşları tərəfindən 17 iyun 2024-cü il tarixdə dispanserə narko-test üsulu ilə müayinədən keçmək üçün gətirilmişdir. Dispanserdə narko-test üçün götürülmüş sidik nümunəsində AMP (anfetamin) və MET (metamfetamin) müsbət aşkar olunmuşdur. O, eyni qrup olduğu üçün metamfetamin istifadə edənlərdə anfetamin müsbət göstərə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 1 ay sonra narkoloji ekspertizadan keçmiş, həmin qrupun üzvi olduğu üçün onu oradan tanımışdır. Ekspertizanın rəyinə əsasən narkamaniyadan əziyyət çəkir və məcburi müalicəyə ehtiyacı var. Narkotik maddəni istifadə etməyən insanlarda analizin müsbət çıxmasının mümkün olmadığını, vətəndaş onlara hansı orqan tərəfindən gətirilirsə analizin götürülməsində həmin orqanın əməkdaşlarının mütləq iştirak etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs da gömrük əməkdaşları tərəfindən onlara gətirildiyindən analizin götürülməsi həmin əməkdaşların iştirakı ilə aparılmışdır. Xəstəxanadakı analizin qanunla müəyyən edilmiş qaydada sidikdən narko-test götürülməklə aparıldığını, analiz aparılan zamanı ilk olaraq testin mayeni müəyyən etdiyini, əgər sidik əvəzinə su verilərsə, bu zaman testin onun su olduğunu dərhal müəyyən etdiyini, sidik olduğu halda “C” xəttinin qızardığını, daha sonra narkotikin olub-olmaması müəyyən etdiyini söyləmişdir. Testlər sürətli olduğundan 3 dəqiqə ərzində nəticəni müəyyən etdiyini söyləmişdir. Testin nəticəsinə əsasən hansı maddəni istifadə edibsə onun adı yazıldığını və həmin maddənin altında ağ xətt yandığını, bu da analizin nəticəsinin müsbət olduğunu göstərdiyini demişdir. Narkotikin bədəndə qalma müddətinin növündən asılı olaraq dəyişdiyini, metamfetaminin 72 saat müddətindən sonra analizdə görünmədiyini, xəstəxanada qandan analiz götürmədiklərini, narkotik vasitənin qanda, sidikdən 1 gün az qaldığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postuna giriş etmiş yük nəqliyyat vasitələrində yoxlanılma aparmışlar. Yük maşını rejimə daxil olduqdan sonra sənədlərini qeydiyyata təqdim etmişdir. Sürücünün ilk baxışda yorğun görsənməyi, özündə olmamağı onda şübhə yaratmış, ilk olaraq sürücüdən üzərində və nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmamasını soruşmuş, o da üzərində heç bir qadağan olunmuş əşyanın olmadığını demiş, sürücü ona siqaret blokunu və ərzağını bəyan etmişdir. O da yük maşınına baxış keçirmiş, həmin vaxt kabinin arxasında naqillərin qoşulduğu yerdəki sağ boşluqdan predmenti müəyyən etmişdir. Daha sonra nəqliyyat vasitəsinin kabinkanin içəri hissəsinə baxış keçirtmiş, siqaret qabının içərisində narkotiki vasitəyə bənzər maddə müəyyən etmişdir. Sürücü üzərində gəzdirdiyi siqareti bəyan etməmiş, yoxlama zamanı istifadə etdiyi siqareti aşkar etmişdir. Siqaret qabının içərisində iki büküm siqaretin içərisinə doldurulmuş, biri tütün, digəri isə narkotikə bənzər kütlə aşkarlamışdır. Siqareti aşkar etdikdən sonra Təqsirləndirilən şəxs özünün istifadə etdiyini bildirmiş, maşından tapılan maddədən isə xəbəri olmadığını söyləmişdir. O, yad maddələri aşkar etdikdən sonra video çəkiliş üçün digər nəqliyyat vasitəsini yoxlayan gömrük əməkdaşı Şahid2 dəvət etmiş, nəqliyyat vasitəsinə video çəkilişlə yenidən baxış keçirmişlər. Baxışın keçirilməsi video çəkilişdə öz əksini tapmışdır. Şahid2 gələnə kimi nə sürücünün, nə də nəqliyyat vasitəsinin yanından ayrılmamışdır. Yoxlama zamanı aşkar etdiyi yad maddələrə əlini vurmamış, baxışı tam bitirdikdən sonra götürmüşdür. Götürülmüş maddələri tərəzidə çəkmiş, psixotrop maddəyə bənzər kütlənin ümumi çəkisi 9,563 qram, narkotik vasitəyə bənzər kütlənin çəkisi isə 0,848 qram gəlmişdir. Daha sonra nəqliyyat vasitəsini X-Ray rentgen qurğusundan keçməyi üçün göndərmişlər. Şahid1 ifadəsinə əlavə olaraq bildirdi ki, gömrük postuna daxil olan bütün nəqliyyat vasitələrini yoxladıqlarını, şübhəli maşınları nəzarətdə saxladıqlarını, bunun 1 saat, hətta daha çox çəkə biləcəyini demişdir. Baxış keçirməyə başladıqları vaxt sürücünün yanlarında olduğunu, həmin vaxt əlcəkdən istifadə etdiyini, yoxlama zamanı barmaq izinin götürülməsi barədə təqsirləndirilən şəxsin ona nəsə demədiyini, narkotik aşkar edilən andan video çəkiliş aparıldıqlarını və arada 3 saat fasilə olmadığını söyləmişdir. Yük nəqliyyat vasitəsinin gömrüyə axşam tərəfi daxil olduğunu, saatı tam xatırlamadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 iyun 2024-cü ildə gündəlik iş qrafikinə uyğun olaraq nəqliyyat vasitələrinə baxış keçirmiş, Şahid1 ona zəng edib - “Yoxlama zamanı şübhəli sürücü aşkar etmişəm” demiş, nəqliyyat vasitəsində baxış keçirmək üçün ondan videoçəkiliş aparmağını xahiş etmişdir. Şahid1 çağırışına əsasən nəqliyyat vasitəsinin yanına gəlmiş, sürücü və gömrük əməkdaşı Zülfünün nəqliyyat vasitəsinin qarşısında dayandığını görmüşdür. Daha sonra video çəkilişə başlamışdır. Şahid1 nəqliyyat vasitəsini yoxlamadan öncə sürücüdən üzərində və ya nəqliyyat vasitəsindən bəyan etmədiyi hər hansı qadağan olunmuş predmetin olub-olmamasını soruşmuş, o isə gizlətdiyi hər hansı əşyanın və predmentin olmadığını bildirmişdir. Zülfü yoxlanış zamanı nəqliyyat vasitəsinin kabini ilə dartıcı qoşqu arasında naqillərin yerləşdiyi boşluqdan qara sellofana bükülmüş maddə tapmış, daha sonra nəqliyyat vasitəsinin kabininə baxış keçirən zaman sürücünün sağ tərəfində siqaret qutusunun içərisində siqaret kimi bükülmüş ota bənzər maddə aşkar etmişdir. O, nəqliyyat vasitəsinin kabindən aşkar etdikləri siqaret qutusunun içərisində təxmini 5-6 ədəd siqaret olduğunu, siqaretlərdən ikisinin içərisinə ot doldurulduğunu söyləmişdir. Sürücü kabindən çıxan siqaretləri özünün istifadə etdiyini onlara bildirmiş, ancaq nəqliyyat vasitəsinin çölündən çıxan predmentdən xəbəri olmadığını demişdir. Nəqliyyat vasitəsində yad maddələr aşkar etdikdən sonra sürücünü şəxsi yoxlanışa aparmışlar. Həmin vaxt o, yoxlanma proseslərini video çəkilişlə qeydə almışdır. Video çəkiliş edən vaxt havanın qaraldığını, saatı tam olaraq xatırlamadığını demişdir. O, sürücünün nə isə bəyan etməyini xatırlamadığını söyləmişdir. O, çəkiliş aparılan zaman sürücünün sakit dayandığını, heç bir səs-küy salmadan yoxlanışa etiraz etmədiyini demişdir. Şahid2 ifadəsinə əlavə olaraq bildirdi ki, gömrük postuna daxil olarkən nəqliyyat vasitəsinin ilk olaraq tərəziyə göndərildiyini, sürücünün sərhəd keçid məntəqəsinə yaxınlaşaraq pasporta möhür vurdurduğunu, və sənətlərini qeydiyyata təqdim etdiyini, bu zamanda avtomobilin X-Ray qurğusuna göndərildiyini söyləmişdir. Oradan gəldikdən sonra isə nəqliyyat vasitəsinə gömrük əməkdaşları tərəfindən baxış keçirildiyini bildirmişdir. Gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinə baxışın ilk öncə tək keçirildiyini, sürücüdə hər hansı şübhəli hal müəyyən edildikdə yoxlanışın hal şahidlərinin iştiraki ilə və ya video çəkiliş vasitəsi ilə aparıldığını demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2024-cü il tarixli, 682 nömrəli məhkəmə- kimyəvi və bioloji ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 01 ədəd kağız zərfin içərisindəki : - 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 8,492 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ Siyahı, İİ bənd, sıra № 27). - 01 ədəd şəffaf sellofan bükümdə 02 ədəd üzərində “Winston blue” yazısı olan qırıq siqaretin içərisinə doldurulmuş şəkildə ümumi təmiz çəkisi – 0,433 qram olan tündyaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. ( İ siyahı İ bənd sıra №146) Naxçıvan Muxtar Respublikası X4: - 25 iyul 2024-cü il tarixli, 267 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 25 iyul 2024-cü il tarixli, 268 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs konnobinoid narkomaniyasından əziyyət çəkir. Məcburi müalicəyə ehtiyacı var. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 15 iyun 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Redmi” markalı İMEİ1: **********83420 və İMEİ2: **********83438 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus U30165375 nömrəli pasport götürülmüşdür. - 15 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAE696/76AAS395 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsindəki dartıcı ilə qoşqunu birləşdirən naqillərin elektrik yuvasından qara rəngli yapışqan bandla sarınmış şəffaf sellofan paketdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 9,653 qram duz kristalı halında psixotrop maddəyə bənzər kütlə, nəqliyyat vasitəsinin kabinindəki siqaret qutusundan isə 2 ədəd siqaretin içinə doldurulmuş şəkildə yaşıl rəngli, kəskin iyli qurudulmuş ot halında ümumi çəkisi 0,848 qram narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra nəqliyyat vasitəsində daşınan yükə və gizli saxlanc yerlərinə ətraflı baxış keçirilməsi üçün nəqliyyat vasitəsi X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, lakin heç nə aşkar edilməmişdir. - 06 avqust 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, DVD-də qeydə alınmış video-görüntünün 14 dəqiqə 30 saniyə olduğu müəyyən edilmişdir və gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən gömrük yoxlaması zamanı ilk öncə yük nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısı açılıb qapı cibinə baxıldıqdan sonra, nəqliyyat vasitəsinin kabininin xaricində və qoşqusunda yerləşən saxlanc yerlərində yoxlama aparılır və həmin yerlərdən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Çəkilişin 5-ci dəqiqə 40-cı saniyəsində nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsindəki dartıcı ilə qoşqunu birləşdirən naqillərin elektrik yuvasından şəffaf sellofana bükülməklə qara rəngli yapışqan bandla sarınmış 1 ədəd büküm aşkarlanır. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs məlumatı olmadığını bildirir. Həmin büküm götürülərək videoçəkiliş davam etdirilir. Sonra nəqliyyat vasitəsinin kabin hissəsinə yoxlama aparılır ki, yoxlama zamanı kabində olan istifadə olunmuş siqaret qutusunun içərisindən 2 ədəd biri tam digər iki hissəyə bölünmüş siqaret aşkarlanır. Gömrük əməkdaşı həmin 2 ədəd siqaretin içərisində narkotik vasitəyə bənzər predmet olduğunu bildirir. Sonra aşkar olunmuş 1 ədəd büküm və 2 ədəd siqaret elektron tərəzidə çəkilir. 2 ədəd siqaretin 0,848 qram, 1 ədəd bükümün çəkisinin isə 9,653 qram olması müəyyən olunur. Əlavə yoxlama zamanı nəqliyyat vasitəsindən qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür. Yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinindən aşkar olunmuş 2 ədəd siqaretin içərisinə qurudulmuş marixuana narkotik vasitəsi olması barədə özü məlumat vermiş, lakin nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsindəki dartıcı ilə qoşqunu birləşdirən naqillərin elektrik yuvasından aşkarlanmış 1 ədəd bükümdən məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heç nə bildirməmişlər. - 20 iyul 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən aydın olur ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 12” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan göünür ki, Təqsirləndirilən şəxs mobil telefonundan silinmiş şəkilləri geri qaytarmaq üçün mobil telefon internetə qoşularaq “Play Store” adlı proqrama daxil olunmuş, silinmiş şəkilləri bərpa etmək üçün yaradılmış proqram olan “DiskDigger Photo Recovery” adlı proqram mobil telefona yüklənmiş və daha sonra proqram işə salınaraq mobil telefondan silinmiş şəkillər bərpa edilmişdir. Bərpa edilmiş şəkillərə baxış zamanı bir ədəd metamfetaminin istifadə olunması üçün nəzərdə tutulmuş şüşə kolbanın olduğu şəkil müəyyən olunmuş, həmin şəkil iş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonun yaddaşına yüklənmiş və şəkillə dair məlumatlara baxılan zaman isə həmin şəklin çəkim tarixinin 26 may 2024-cü il, 00:36 dəqiqə olması müəyyən edilmişdir. Həmçinin baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonu hansı tarixdən istifadə etməsini müəyyənləşdirmək üçün telefonda olan məlumatlar yoxlanılmış və mobil telefon vasitəsilə 2024-cü ilin fevral ayının əvvəllərindən başlayaraq Təqsirləndirilən şəxs məxsus şəkillərin çəkilməsi müəyyən olmuşdur. - 24 iyul 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 25 iyun 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 8,492 qram psixotrop maddə metamfetamin və 0,433 qram narkotik vasitə qurudulmuş marixuana cinayətin predmeti olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 8,442 qram psixotrop maddə metamfetamin və 0,403 qram narkotik vasitə qurudulmuş marixuana Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlancı otağında saxlanılır. - 01 iyul 2024-cü il tarixli yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, X1 Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Hamid oğlunun idarə etdiyi 76AAE696/76AAS395 dövlət nömrə nişanlı “MERCEDES-BENZ” markalı yük nəqliyyat vasitəsi də hüquqpozma faktı aşkar olunduğu üçün nəqliyyat vasitəsi sahibi Tehmez Aslan tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş etibarnamə əsasında Türkiyə Respublikası vətəndaşı X9 nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Dövlət ittihamçısı tərəfindən verilmiş təqsirləndirilən şəxsin gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin yerində yoxlanılması hərəkətinin videosunun köçürüldüyü CD-ə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 16 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunub, 17 iyun 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxsin və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmuş, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin qismən etirafı, toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək siqaretin içindəki marixuananın ona məxsus olduğunu, marixuanadan istifadə etdiyini etiraf etmişdir. Nəqliyyat vasitəsindən aşkar olunan metamfetaminin isə ona aid olmadığını bildirmişdir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda“əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop �� ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Həmin qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan artıq olması xeyli, 500 qramdan (İ siyahı Narkotik maddələr) artıq olması isə külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0, 433 qram marixuana narkotik vasitəsi az miqdar, 8,492 qram metamfetamin psixotrop maddəsi isə külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 0, 433 qram marixuana narkotik vasitəsini və 8,492 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli“miqdarda“narkotik vasitələri və ya psixotrop maddələri“ əldə etmə, saxlama, daşıma“ və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 8 iyun 2024-cü ildə Türkiyədən İrana yük aparmaq üçün yola düşmüş, həmin yükü İranın Tehran şəhərində boşaltmış, İranda olarkən narkotik maddəni tanımadığı bir iranlıdan almış, iranlıdan aldığı marixuananı siqaretə doldurub siqaret qabının içərisinə qoymuşdur. 15 iyunda, saat təxminən 18:10 radələrində İrandan qayıdan zaman, Şahtaxtı gömrük postundan keçərkən gömrük əməkdaşı Şahid1 təqsirləndirilən şəxsin ilk baxışda yorğun görsənməyi, özündə olmamağından şübhələnmiş, ilk olaraq sürücüdən üzərində və nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmamasını soruşmuş, o da üzərində heç bir qadağan olunmuş əşyanın olmadığını demiş, sürücü ona siqaret blokunu və ərzağını bəyan etmişdir. Zülfi Abbasbəyli yük maşınına baxış keçirmiş, həmin vaxt kabinin arxasında naqillərin qoşulduğu yerdəki sağ boşluqdan predmenti müəyyən etmişdir. Daha sonra nəqliyyat vasitəsinin kabinkanin içəri hissəsinə baxış keçirtmiş, siqaret qabının içərisində narkotiki vasitəyə bənzər maddə müəyyən etmişdir. Zülfi Abbasbəyli yad maddələri aşkar etdikdən sonra video çəkiliş üçün digər nəqliyyat vasitəsini yoxlayan gömrük əməkdaşı Şahid2 dəvət etmiş, nəqliyyat vasitəsinə video çəkilişlə yenidən baxış keçirmişlər. Şahid2 gələnə kimi Təqsirləndirilən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsinin yanından ayrılmamışdır. Yoxlama zamanı aşkar etdiyi yad maddələrə əlini vurmamış, baxışı tam bitirdikdən sonra götürmüşdür. Götürülmüş maddələri tərəzidə çəkmiş, psixotrop maddəyə bənzər kütlənin ümumi çəkisi 9,563 qram, narkotik vasitəyə bənzər kütlənin çəkisi isə 0,848 qram gəlmişdir. Daha sonra nəqliyyat vasitəsini X-Ray rentgen qurğusundan keçməyi üçün göndərmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gömrük əməkdaşlarına içində marixuana olan siqareti təqdim etdiyini söyləməsi və nəqliyyat vasitəsindən Şahid1 tərəfindən aşkar olunan metamfetamindən xəbəri olmadığını bildirməsi məhkəmə tərəfindən sübut kimi qəbul olunmur. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixdə qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 1956-cı il 19 may tarixli Konvensiyanın müddəalarına əsasən yük daşınması müqaviləsi qaimə vasitəsi ilə müəyyən edilir. Qaimə müqavilənin şərtlərini və yükün daşıyıcı tərəfindən qəbul olunmasını təsdiq edir. Qaimədə daşıyıcının əsaslı qeydləri olmadıqda, yükün xarici görünüşünün və qablaşdırılmasının vəziyyəti yaxşı hesab olunur, yük yerlərinin sayı, həmçinin əlaməti və nömrələri qaimədə göstərilənlərə uyğun olur. Konvensiyanın müddəalarından irəli gələn vəzifələrdə daşıyıcının malları qəbul edərkən yoxlamalı olduğu meyarlar nəzərdə tutulmuşdur. Daşıyıcı, yəni yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü bağlamaların sayı, onların markaları və nömrələri ilə bağlı yük qaiməsindəki ifadələrin düzgünlüyünü, malların və onların qablaşdırılmasının görünən vəziyyətini yoxlamalıdır. Yoxlamaların nəticəsi yük qaiməsinə yazılır və həmin qaimə daşıma müqaviləsinin bağlanmasının, müqavilənin şərtlərinin və yükün daşıyıcı tərəfindən alınmasının ilkin sübutudur. Göndərmə qaiməsində daşıyıcı tərəfindən xüsusi qeyd-şərtlər yoxdursa, sübut edilir ki, malları və onların qablaşdırılmasını daşıyıcının təhvil alması yük qaiməsindəki ifadələrə uyğundur. Konvensiyanın tələblərinə görə daşıyıcı apardığı hər bir yük üçün məsuliyyət daşıyır. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə və daşıdığı yükə görə məsuliyyət daşıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs verdiyi ifadə də qeyd edir ki, ağrıları olduğu üçün həkim resepti ilə marixuana narkotik vasitəsini istifadə etmiş, metamfetamin narkotik vasitəsindən heç vaxt istifadə etməmişdir. Naxçıvan Muxtar Respublika X3 narko-test üçün götürülmüş sidik nümunəsində AMP (anfetamin) və MET (metamfetamin) müsbət aşkar olunması, Təqsirləndirilən şəxs məxsus “Redmi 12” markalı telefondan metamfetaminin istifadə olunması üçün nəzərdə tutulmuş şüşə kolbanın olduğu şəklin çıxması, analiz verən zaman sidik əvəzinə krant suyu nümunəsi verdiyini söyləməsi məhkəmə istintaqında şahid qismində dindirilmiş Naxçıvan Muxtar Respublika X4 həkimi Şahid3 verdiyi ifadəyə əsasən təkzib olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmamasını, himayəsində 2 övladının olmasını və övladlarından birinin azyaşlı olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 15 iyun 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 15 iyun 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.“ Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs konnobinoid narkomaniyasından əziyyət çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 39-cu bəndində qeyd olunmuşdur ki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı, o cümlədən güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”na və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibbi məqsədlər üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməlidirlər və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Cinayət prosesinin məhkəməyədək icraat mərhələsində isə müvafiq əsaslar olduğu halda, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, eləcə də güclü təsir edən maddələrin məhkəmə qərarı əsasında məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi CPM-in 131-1-ci maddəsinə və Lİİ fəslinin müvafiq normalarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 8,442 qram metamfetamin psixotrop maddəsi, 0,403 qram qurudulmuş marixuana narkotik vasitəsi və 01 ədəd “Winston” markalı siqaret qutusu məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 30165375 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD və nəqliyyat vasitəsində yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddə ilə təqsirli bilinib 3 (üç) il 2 (iki) ay və 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 8,442 qram metamfetamin psixotrop maddəsi, 0,403 qram qurudulmuş marixuana narkotik vasitəsi və 01 ədəd “Winston” markalı siqaret qutusu məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 30165375 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, şəxsi yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD və nəqliyyat vasitəsində yoxlanış aparılmasının video qeydi olan 01 ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar