Məhkəmə qərarları › İş №1(109)-43/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-43/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-43/2024 30.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 11:30 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili X17 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1976-cı il tarixdə Ordubad rayonu Unus kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşaq atası, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olmuş, məhkum olunmamış, Ordubad rayonu Unus kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.2.4-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, aralarında baş vermiş mübahisə zəminində 12 may 1995-ci il tarixdə dayısı X14 qəsdən öldürmüş Ordubad rayon Unus kənd sakini X15 qisas motivi ilə qəsdən öldürmək qərarına gəldiyindən İbrahim Tağısoy ona verilən cəzanı çəkib azadlığa çıxdıqdan sonra təxminən 2000-ci ildə Unus kəndində görüşdükləri vaxt ona “əgər yaşamaq istəyirsənsə, səni Unus kəndində görməyim, get harada yaşayırsan yaşa, Unus kəndinə gəlmə” deyə təhdid etdiyi üçün X52 kəndindən çıxıb Türkiyə Respublikası və Rusiya Federasiyasında ticarətlə məşğul olaraq uzun müddət Unus kəndinə gəlməmiş, buna görə də Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini həyata keçirə bilməmişdir. İbrahim Tağısoy 06 iyun 2024-cü il tarixdə öz ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gəlmiş, 13 iyun 2024-cü il tarixdə öz ailə üzvləri ilə birlikdə Ordubad rayon Vənənd kəndindəki evindən Unus kənindəki ata evinə getmiş və həmin gün saat 19 radələrində İbrahim Tağısoy qardaşı Şahid5lə həyət qapılarının önündə küçədə söhbət edərkən onları görən Təqsirləndirilən şəxs İbrahim Tağısoyu elə həmin gün öldürməyi qətiləşdirərək evində axşam yeməyini yeyib spirtli içki araq qəbul etdikdən sonra İbrahim Tağısoyu öldürmək məqsədilə evin mətbəxindən dəstəyinin uzunluğu 11,5 sm, tiyəsinin uzunluğu 14,5 sm olmaqla, ümumi uzunluğu 26 sm olan bıçaq götürərək saat 21:20 radələrində İbrahim Tağısoyun ata evlərinin yaxınlığına, “Çay evi” deyilən kəndin mərkəzi hissəsinə gəlmiş və İbrahim Tağısoyun ailə üzvləri ilə birlikdə ata evindən çıxaraq Vənənd kəndinə gedəcəklərini bildiyi üçün onların evdən çıxmasını gözləmişdir. İbrahim Tağısoyun onları Vənənd kəndinə aparması üçün taksi kimi çağırdığı Şahid1 saat 21:26-da “Naz Lifan” markalı, **-TA-*** dövlət nömrə nişanlı avtomobilini üzü “Çay evi” istiqamətində, İbrahim Tağısoyun ata evlərinin qarşısında qapıdan təxminən 2 metr məsafədə saxlamışdır. Saat 21:30 radələrində öncə İbrahim Tağısoyun övladları - xx.xx.2008-ci il təvəllüdlü Şahid3 və xx.xx.2006-cı il təvəllüdlü Şahid2 sol arxa qapıdan, daha sonra İbrahim Tağısoyun digər azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü Şahid4 və arvadı X11 arxa qapıdan taksiyə əyləşmiş və sağ arxa qapı tam örtülmədiyindən avtomobilin salonunun işıqları yanılı vəziyyətdə olmuş, həmin vaxt İbrahim Tağısoy avtomobilin arxasında qardaşının arvadı Şahid6 ilə söhbət etmiş, həmin müddətdə avtomobilin salonunun işıqları yanılı vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs 5-6 metr məsafədə İbrahim Tağısoyu və ailə üzvlərini müşahidə etmiş, daha sonra İbrahim Tağısoy ön sərnişin qapısını açıb avtomobilə minmək istəyərkən avtomobildə İbrahim Tağısoyun ailə üzvlərinin olduğunu bilən Təqsirləndirilən şəxs ona “İbiş” deyə səsləyərək “yaxına gəl, sənə göstərəcəm” deyib İbrahim Tağısoya yaxınlaşmış, avtomobilin yanında özü ilə gətirdiyi bıçaqla sonuncunun yaxın adamlarına xüsusi əzab verdiyini və öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu etməklə İbrahim Tağısoya bir zərbə vuraraq ona yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri - döş qəfəsinin sol yarısına 4-cü qabırğalararası sahədə ön qoltuq xəttindən 1.3 sm içəridə yara, sol ağciyərin aşağı payının ön səthində yara, ürəyin sol mədəciyinin ön yan səthində yara xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs İbrahim Tağısoya bıçaqla zərbə vurduqdan sonra onunla tutaqlaşmış, avtomobilin arxası istiqamətində 1-2 metr getdikdən sonra Təqsirləndirilən şəxs geriyə gedərək “Çay evi”nin qabağında İbrahim Tağısoyu yerə buraxmış, İbrahim Tağısoy almış olduğu xəsarətlər hesabına kəskin daxili və xarici qanitirmə səbəbindən ölmüşdür. İbrahim Tağısoyun bıçaqla xəsarət almasını ilk öncə oğlu Şahid2 görüb qışqırmış, daha sonra avtomobildə olan digər şəxslər də İbrahim Tağısoyun bir nəfərlə tutaqlaşmasının, almış olduğu xəsarətlər hesabına qan itirməsinin şahidi olmuşlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 13-ü baş vermiş, lakin hadisənin nə zaman baş verdiyini ay olaraq xatırlamamışdır. O, hadisə baş verdiyi gün su suvarmaqdan gəlmiş, amma mərhumu kənddə ondan əvvəl də görmüşdür. X40 1995-ci ildə birlikdə əsgərlikdə olmuşlar, amma mərhum İbrahim Tağısoy əsgərliyini evdə bitirmişdir. Əsgərlikdə olduqları müddətdə qarnizonda hadisədən sonra birlikdə növbəyə çıxmış, orada 2-3 dəfə mərhum İbrahimlə söhbətləri olmuş, İbrahim Tağısoya törətdiyi cinayət əməlinə görə 9 il iş vermişlər. O, mərhum dayısının bir oğlu olduğunu, onun da indi Türkiyə Respublikasında yaşadığını bildirmişdir. O, 2000-ci ildə İbrahimlə kənddə qarşılaşaraq ona “yaşamaq istəyirsənsə səni kənddə görməyim” ifadəsini işlətmiş, bu vəziyyətdə bu günə qədər zaman keçmiş, daha sonra bir neçə dəfə onu görmüş, mərhum da onu görərkən yolun dəyişmişdir.. Hadisənin baş verdiyi gün yolda maşın durmuş və iki nəfərin söhbət etdiyini görmüşdür. Həmin şəxslərdən biri taksi sürücüsünə “burda xeyir ola” demiş, taksi sürücüsü də cavab olaraq “gəlmişəm İbişi aparam” söyləmişdir. Daha sonra evə gedərək İbrahimi öldürmək məqsədi ilə bıçağı götürüb gəlmiş, oraya gəldiyində isə heç kim olmamış, yalnız taksi orada olmuşdur. O, İbrahimi təxminən 10-15 dəqiqə gözləmiş, həmin vaxt isə telefonla çox danışdığı üçün orada İbrahimdən başqa digər şəxsləri görməmiş və maşına kimin əyləşibəyləşmədiyini bilməmişdir. Həmin vaxt çayçının qarşısında işıq olmuş, mərhumun atasının evinin qarşısında işığın olub-olmadığını görməmiş, lakin darvaza qapısında işıq ola biləcəyini söyləmiş və qazel markalı maşınla çarpaz vəziyyətdə durmuş, taksinin qabaq tərəfini və sağ tərəfini görmüş, onun taksi ilə ara məsafəsi təxminən 5-6 metr olmuş, darvaza ilə onun durduğu yerin arasındakı məsafədən darvazanı görmək şansı olmamışdır. İbrahim sağ tərəfdən taksiyə əyləşmək istəyəndə əli ilə gəlməyini işarə edərək yanına çağırmış, İbrahim “nə var nə yox” deyə soruşmuş bu zaman o, “gəl deyəcəm nə var, nə yox” deyə öz-özünə düşünmüşdür. Mərhum İbrahim ona tərəf gələndə o da mərhuma tərəf getmiş, ondan sonra hadisəni taksi ilə qazel markalı maşının arasında törətmişdir. Hadisənin baş verməsindən 1 dəqiqə keçməmiş oradakı çayçıdan adamlar çölə çıxaraq hay-küy qoparmış, təqsirləndirilən şəxs də təxminən 2-3 dəqiqə orada durduqdan sonra evə getmiş, həmin vaxt evdə anası olmuşdur. Paltarını dəyişdikdən sonra anasına hadisə törətdiyini bildirərək “gözün aydın olsun, İbrahimi vurdum” demiş, anası isə onun sözündən sonra şoka düşərək yerə əyləşmişdir. Daha sonra çayxananın qabağına gələrək polisi gözləmiş, hətta çayxananın qarşısında olanda oradakı adamlara birinin onu aparıb polisə təslim etməyini söyləmiş, lakin həmin vaxt millət şokda olduğu üçün heç kim ona yaxın gəlməmiş, daha sonra polis gələrək onu aparmışdır. İbtidai istintaq dövründə ona heç bir təzyiq və təsir olunmamış və tam sərbəst ifadə vermişdir. İbrahimin harada yaşaması barədə heç bir məlumatı olmamış, təkcə İbrahimin ticarətlə məşğul olduğunu bilmiş, Vənənd kəndində ev tikdirdiyini eşitmiş və İbrahimin ailəli olduğun bilmişdir. Hadisədən qabaq İbrahimi qardaşının və Hüseyn əmisi sayılan əmisinin yanında görmüşdür. O, hadisə baş verən gün İbrahimi ən son su suvarmaqdan gələrkən təxminən saat 19:00-da görmüşdür. O, 2000-ci ildə İbrahimə “yaşamaq istəyirsənsə çıx get burdan” demiş, 2000-ci ildən sonra İbrahimi kənddə görməmiş, amma arada İbrahim gəlib kəndə getsə də onu görməmiş, İbrahimə xəbərdarlıq etdikdən sonra birinci dəfə idi ki, İbrahimi kənddə görmüşdür. Hadisə baş verən günü İbrahimi qardaşının yanında görmüş, amma yaxınlaşıb ona nəsə deməmiş, hadisə günü yemək yeyəndən sonra İbrahimi öldürmək fikri olmuş və onu öldürmək qərarına gəlmişdir. O, dayısının başına gələn hadisənin eyni ilə İbrahimində başına gəldiyini söyləmişdir. Hadisə baş verən vaxt İbrahim ata evindən gedərkən, onu yola salmağa adam çıxa biləcəyini düşünmüş, lakin İbrahimi qapıdan çıxdıqdan sonra kiminsə yola saldığını görməmiş və orada başqa səs-küy eşitməmiş, taksinin yanında mərhumun arvadını və digər şəxsləri görməmiş, hadisə baş verərkən orada qışqırıq səsi eşitməmişdir. İbrahimi vurduqdan sonra yerə yıxılanda onun yanına ailə uşağının gəlməsini görməmiş, oraya yalnız kənd camaatı, çayxanadan çıxanlar gəlmiş, bir nəfərdə mərhumun qonşusu olan Təranə adlı qadın qarşılarından keçmişdir. O, qisasın 30 il ərzində heç yadından çıxmadığını, İbrahim kənddə olanda özünün kənddə olmadığını, həmin vaxtlar Bakıda və Türkiyədə olduğunu, yoxsa onu öldürməyinin qaçınılmaz olduğunu söyləmişdir. Gündüz oradan keçərkən təsadüfən İbrahimi görmüş, lakin həmin vaxt üstündə bıçaq olmamış, yemək yedikdən sonra İbrahimi öldürmək qərara gəlmişdir. O, mərhumun atasının evinin qarşısından keçərkən orada işıq yandığnı görmüş, İbrahimi evdən çıxanda yox, taksinin yanına çatanda görmüş, həmin vaxt çöldə işıq olmadığını, amma o qədərdə qaranlıq olmadığını söyləmişdir. İbrahimi taksinin sağ tərəfində olduğunu aydın görmüş, arxada taksidə uşaqların olduğunu görməmiş, taksinin sağ tərəfdən yalnız qabaq hissəsin görə bilmiş, qabaq qapısı ilə arxa qapısının arasını və taksinin arxa tərəfini görə bilməmişdir. O, İbrahimin ailə uşağı İbrahim duran yerdə dursaydı əgər, onları görə biləcəyini bildirmişdir. İbrahim taksinin qapısını açmağa yaxınlaşanda görmüş, lakin. İbrahimin hansı tərəfdən taksiyə yaxınlaşdığını görməmişdir. O, həmin vaxt gec qaranlıq düşdüyünü, İbrahimi dəqiq görüb tanıdığını söyləmişdir. Hadisə baş verən vaxt taksinin salonunda işığı yanmamış, İbrahimi sadəcə əl işarəsi ilə yanına çağırmış, “İbiş” dediyini xatırlamamışdır. O çağırarkən İbrahim onu görüb gəlmiş, hadisə baş verən vaxt söz-söhbət olmamış, İbrahim ona yaxınlaşanda evdən götürdüyü bıçaqla İbrahimə sağ tərəfdən bir bıçaq zərbəsi vurmuş, onu bıçaqla vurduqdan sonra İbrahim taksiyə tərəf gedib yıxılmış, ikinci bıçağı vurmağı düşünməmiş və hadisəni törətdikdən sonra qaçmışdır. Onun əsas məqsədi İbrahimi öldürmək olmuş, lakin haradan vurduğunu sonradan bilmişdir. İbrahimi bıçaqla vurarkən onun qışqırmasını eşitməmiş, onu bıçaqla vurarkən yanlarında heç kim olmamış, hadisə baş verərkən zərərçəkmiş şəxsin hüquqi varisinin və uşaqlarının qışqırmaq səsin eşitməmiş, taksidə olan şəxslərin də İbrahimin yıxıldığı yeri görübgörməməsini deyə bilməmişdir. Onun İbrahimə bıçaq vurmağı və onunla tutaqlaşması heç bir dəqiqə çəkməmiş, İbrahimin qardaşı hay-küyə gəlmiş, lakin hansı tərəfdən oraya gəlməsini xatırlamamış, onun üzərinə hücum edərək ağacla təqsirləndirilən şəxsi vurmuş, o da özünü müdafiə edərək İbrahimin qardaşını yumuruqla vurmuş, daha sonra evə gedərək paltarını evdə dəyişib çayçıya gəlmişdir. Təqsirləndirilən şəxsin dayısı 1995-ci ildə vəfat etmiş, dayısı vəfat edəndə onun 19 yaşı olmuş, mərhum dayısı ilə də münasibətləri çox yaxşı olmuşdur. Eşitdiyinə görə dükanda dayısı ilə İbrahimin söz-söhbəti olmuş və İbrahim dayısını vuraraq öldürmüşdür. İbrahim dayısını öldürəndə ona cəza verilmiş və gedib həmin cəzanı çəkmişdir. Hər dəfə dayısının öldürüldüyü dükanın qarşısından keçərkən həmin hisləri yaşamış, birinci hadisədən xeyli vaxt keçməsinə baxmayaraq İbrahimə qarşı hisləri hələdə keçməmiş, onun ailə fərdləri ilə bağlı heç bir problemi olmamışdır. İbrahimlə eyni kəndli olub, uşaqlıqdan bir-birlərini tanımış, İbrahimi öldürməyinin tək səbəbi isə sırf onun dayısını öldürməsi olmuşdur. O, İbrahimi gecə qətlə yetirməyinin bir təsadüf olduğunu, ümumiyyətlə İbrahimi kənddə tək görmədiyini bildirmişdir. Hadisə baş verən gün evdə hardasa 150 qram spirtli içki qəbul etmiş, spirtli içki qəbul etməyinin bu işlə əlaqəsi olmamış, hər gün spirtli içki qəbul etdiyini bildirmiş, içki isə tut arağı olmuş, içki içməsinə baxmayaraq, yaxında olanları görüb dərk edə bilmiş, yəni spirtli içkinin təsirinə görə onda problem olmamışdır. O, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, İbrahimi öldürməkdə başqa bir niyyətinin olmadığını, məqsədinin ancaq qisas almaq olduğunu söyləmişdir. O, ibtidai istintaq dövrü və başqa vaxtlarda ifadə verərkən müdafiəçisinin yanında olduğunu, ibtiadi istintaqda və başqa vaxtlarda verdiyi ifadələrdə ola bilsin ki, fərqli nəsə deyə biləcəyini, amma həmin vaxt səhv etdiyini, müstəntiqin ifadəni oxuyub onun da imza etdiyini, imza edərkən ola bilsin ki fikirli olub imza etdiyini, amma düzgün ifadəni indi verdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, təxminən 2024-cü ilin iyun ayının 13-də axşam yeməyi yedikdən sonra İbrahim onları evə aparması üçün taksiyə zəng vurmuş və İbrahimin atası ilə anası xəstə olduğu üçün taksiyə yarım saat gec gəlməsini söyləmişdir. Türkiyədən kəndə gəlmə səbəbi isə qardaşının oğlunun toyunun olması imiş. İbrahimin valideynlərindən biri “Şəkər” xəstəsi, birinin isə ayağı tutmadığı üçün fürsət tapdıqca ana, atasını gedib görməyə çalışmışlar. Taksi gəldikdən sonra hazırlaşıb evdəkilərlə görüşmüş, daha sonra taksi sürücüsü zəng edərək “gəlin, gözləyirəm“ dedikdən sonra çantalarını yığmışlar. İbrahimin valideynlərinin ayaqları tutmadığı üçün çölə çıxa bilməmiş, aşağıya enə bilmədikləri üçün onlarla evin qapısında pilləkəndə görüşmüşlər. 4 nəfər qaynının ailəsi, 5 nəfər də onların ailəsi yəni, Emin, eminin uşaqları, İbrahimin arvadı, İbrahim və uşaqları küçə qapısından çölə çıxmışlar. O, iki gün sonra İbrahimin qızının ad günü olacağını və indiyə qədər həmişə uzaqda olduqları üçün qızının ad gününü tayfa ilə birlikdə keçirdə bilmədiklərini söyləmişdir. Hətta qaynının arvadı da ona tort bişirəcəyini söyləyərək qapının ağzında Sevilə tort şəkilləri göstərmişdir. Qızı Sevil telefonda seçdiyi tortun şəklini atasına və anasına göstərmiş, atası İbrahim də Sevilin üzündən öpərək, “qızım, nəcə istəyirsənsə, ele də olsun” demiş, bu söhbətlərin hamısı qapının ağzında olmuşdur. Daha sonra Şahid3 əllərində olan çantaları maşının içinə yığıb baqajı örtmüşdür. İlk öncə maşına İbrahimin böyük oğlu Əsəd keçib oturmuş, arxasınca kiçik oğlu Uğur, sonra arvadı Sahilə Məmmədova oturmuşdur. Maşında böyük oğlu oturmuş, onun boyu hündür olduğu üçün maşına yerləşə bilməmişdir. Uğur da onun yanında, Sevil isə Sahilə Məmmədovanın bir tərəfində oturmuşdur. Onun əl çantası maşına yerləşmədiyindən maşının arxasına qoyması üçün oğlu Uğura vermişdir. Daha sonra maşına əvvəlcə Sevil, ardınca Sahilə Məmmədova oturmuş, İbrahim isə onların qapısını örtmüşdür. İbrahimin özü də öndəki qapını açıb oturarkən kiminsə “İbiş, bir dəqiqə olar?” deyə səsləndiyini eşitmiş, həmin anda kiminsə İbrahimə nə isə edə biləcəyini düşünməmişdir. Çünki gün ərzində çox yerə getmiş, yol boyunca qarşılarına kim çıxsa, hamı İbrahimlə qucaqlaşıb görüşürmüş. Yenə kiminsə gəldiyini və İbrahimlə salam-sağollaşıb yola salacağını düşünmüşdür. İbrahim çağırıldıqdan sonra onlar maşında oturmuş, İbrahim isə çıxaraq ona tərəf getmişdir. İbrahimin “nə var, nə yox?, Necəsən?”, deyə səsini eşitmiş,daha sonra böyük oğlu Əsəd “atamı vurdular” deyə qışqırmış, çönüb baxanda isə “cəllad” adlandırdığı təqsirləndirilən şəxsin İbrahimi vurduğunu görmüşlər. Daha sonra ikisi də arxaya doğru sürüklənmiş, ailəsi isə qışqırmağa başlamış, sonra Sahilə Məmmədova taksi sürücüsünə “kömək edin, İbrahimi vururlar”, deyə yalvarmış, qapını açmağa çalışmış, oğlu Əsəd isə onu itələmiş, sıxışdıqları üçün qapını aça bilməmişlər. Qaynının arvadı Türkanə isə çöldən qışqırmışdır. Onlar qışqır-bağır edərkən səslərinə çay evindən yavaş-yavaş adamlar çıxmağa başlamışdı. O, qapını açıb eşiyə çıxana qədər təqsirləndirilən şəxs İbrahimi buraxmış, İbrahim isə iki dizinin üstünə düşmüş, sonra da yerə yıxılmışdır. O, həmin an bir ana kimi ferqli hisslər keçirdiyini, çünki, həmin vaxt uşaqlarını da qorumağa çalışdığını, təhlükənin haradan gəldiyini, kim olduğunu, nə etdiyini bilmədiyini, bəlkə uşaqlarına da hücum edəcəklərini düşündüyünü söyləmişdir. Həmin vaxt İbrahimə baxaraq nə edəcəyini düşünmüş, İbrahimi qurtarmağa çalışmış, çünki, normal qanaxma olmadığını anlamışdır. O, universitetdə oxuyan vaxtı onlara tibb dərsi də keçirildiyini və o dərslərdə aktiv iştirak etdiyini, həmçinin tibb diplomu da aldığını söyləmişdir.O, daxili qanaxma olan yerlərdən bıçağı çıxarmamalı olduğunu bilmiş, orada qanı saxlamağa çalışmışdır. Təqsirləndirilən şəxs Bəxtiyarın ifadəsində Təranəni gördüyünü, ancaq Sahiləni görmədiyini bildirmişdir. Təranə İbrahimgilin qonşusu olmuş, X35 ilk yardım göstərməyə çalışarkən Təranə gəlib ona “bıçağı çıxaraq?, nə edək?” deyə soruşmuş, o isə “dəymə, iç qanaması olan adamın bədənindən bıçağı çıxarmazlar, Onu saxlamalıyıq” deyə söyləmişdir. Böyük oğlu Əsəd İbrahimin başını tutmuş, kiçik oğlu Uğur kömək üçün adam axtarmış, qızı Sevil də “atamın qanıdır, tökülüb”, deyə qışqırmışdır. O, Türkanəyə uşağı burdan aparmasını söyləmiş, o da Sevili götürüb evə aparmışdır. Daha sonra qanı saxlaya bilmədiyini görərək böyük oğlunun köynəyi yumşaq olduğu üçün tez çıxarıb qanın üstünə basmış, lakin İbrahimi qurtara bilmədiyini söyləmişdir. Həmin vaxt o, qanı saxlaya bilmədiyini görüb, qışqıraraq kəndin həkimi olan Əhəd həkimə zəng vurmaqlarını istəmiş daha sonra isə özünün və uşaqlarının canlarının təhlükədə olduğunu düşünərək polisə zəng vurmaqlarını istəmişdir. Təcili yardıma zəng vurmuşlar, lakin Əhəd həkim “bizlik deyil, tez maşına qoyun götürün” demiş, həmin vaxt bir-iki nəfər İbrahimi maşına qoymağa kömək etmiş, yarı yola qədər maşın aparmış, sonra təcili tibbi yardım maşını götürmüşdür. O, yolun yarısından sonra Ordubada qaytarıldıqlarını, yolda birşeylər dediklərini, amma əsas xəstəxanada artıq gec olduğunu söylədiklərini bildirmişdir. O, Unusdan heç kimi tanımamış, universiteti bitirib ailə qurandan sonra Unusa getmiş, Unusdan heç kimi tanımamağının səbəbi də elmi iş üstündə işləməsi olmuşdur. Ailə qurduqdan iki il sonra Naxçıvan Dövlət Universitetinin fakültələri açıldığı üçün, magistra hazırlaşmaqla məşğul olmuş, çölə çox çıxmamış,ona görə də heç kimi tanımamışdır. Onun məqsədi gedib xarici ölkələrdə doktoranturanı müdafiə etmək olmuş, İbrahim də həmişə onun arxsında duracağını söyləmişdir. O, hadisədən sonra özünün də xəstəlik tapdığını, uşaqlarına baxa biləcək qabiliyyətdə olmadığını, uşaqlarının əlindən tuta bilmədiyini, həmçinin böyük oğlunun həmin ərəfədə Türkiyədə universitetə girdiyini, lakin bu işi ilə məşğul olduğu üçün oğlunu vaxtında universitetə yazdıra bilmədiyini, həmçinin uşağının durduq yerdə ürəyi keçdiyini, təqsirləndirilən şəxsin eyni zamanda onun uşaqlarının da həyatını məhv etdiyini söyləmişdir. O, təqsirləndirilən şəxsin ifadəsində bildirərək uşaqların səsini eşitmədiyini söyləmiş, amma bir fizika müəllimi kimi insanın səsinin saniyədə 340 metrə qədər gedə bildiyini, onun önündə hər hansı maneə olduqda isə 200 metrə qədər gedə biləcəyini, onların səsini eşidən qonşuların o İbrahimin yanına çatandan 1-2 saniyə sonra gəldiklərini söyləmişdir. Təsirləndirilən şəxsin isə 2 metrlik məsafədə olduğunu, əgər səslərinin oraya getməyibsə və eşitməyiblərsə qonşuların oraya necə gəldiklərini söyləmiş və bunun daha yaxşı araşdırılmasını xahiş etmişdir. Onun İbrahimin əvvəllər törətdiyi hadısə haqqında məlumatı olmuş, İbrahimin hadisəni ona danışdığını söyləmişdir. O, İbrahimin təqsirilən şəxsin dayısını gedib güdmədiyini və yaxud vurmaq üçün qapısında gözləmədiyini, İbrahimin sadəcə dükanda özünü qoruduğunu bildirmişdir. İbrahim hadisə barədə ona qisa məlumat vermiş, o da uşaqlara müəyyən yaş dövründən sonra hadisə barədə danışmışdır. Hadisədən əvvəl İbrahim Bəxtiyarın onu hədələdiyi barədə ona heçnə deməmiş, hətta iki oğlunuda kənddə qoyub qayıtmağı düşünmüş, elə bir təhlükə olsaydı əgər İbrahimin belə düşünməyəcəyini çünki, İbrahimin ailəsindən,övldlarından ötrü canından keçə biləcək bir adam olacağını söyləmişdir. Hadisə olan vaxt qapının ağzında işıq yanmış, hətta hava işıqlı omuş, çöldə olarkən qaynı Emilin 6-cı ya da 7-ci sinifdə oxuyan oğlu Attila da velosiped sürmüşdür. Çay evinin qabağında da işıq yanmış, içəridən də işıq düşmüş, qaynatasıgilin qapısının önü də normal işıqlı olmuşdur. Onlar - qaynı Emil, Emilin arvadı, onların iki uşağı, İbrahim, İbrahimin arvadı və onların uşaqları toplu halda darvazanın yanında çox durmuş, maşının arxasinda uşaqlarla nə qədər danışmış, uşaqlar da səs küylü şəkildə deyib-gülüb sevinmişlər. Buna görə də onları görməmək mümkün olmamışdır. Qızının tort məsələsinə görə Türkanə telefonda qızı Sevilə tort şəkilləri göstərmiş, bütün bu söhbətlər də qapının ağzında olmuş, yəni orada sakit dayanmamışlar. Onlar orada təxminən 5-7 dəqiqədən artıq söhbət etmiş, söhbətdən sonra hamısı ilə görüşmuş, Uğur da çantaları maşının arxasına qoymuş, daha sonra maşına oturmağa keçmişlər. Böyük oğlu maşına öncə minmiş özü maşına sağ tərəfdən qızı ilə birgə minmiş, kiçik oğlu Uğur çanta böyük olduğu üçün maşının önündən keçərək onu arxaya qoyduqdan sonra minmiş, İbrahim isə arxadan qapını örtmüşdür. Onlar maşına oturan vaxt taksi sürücüsü də maşında olmuş, İbrahim vurulanda isə taksidəki sürücüdən kömək istəmişdir. Hadisə baş verərkən taksinin ön pəncərə şüşəsi açıq olmuş, buna görə də, təqsirləndirilən şəxsin “İbiş” deyə çağırdığını eşitmişdir. Təqsirləndirilən şəxs çağırdıqdan sonra İbrahim ona tərəf getmiş, ona əlini uzatdığı açıq şəkildə görünmüş, lakin kişi qismi olduğu üçün oraya tam baxmamış, buna görə də İbrahimin kiminləsə görüşdüyünü düşünmüşdür. İbrahim vurulan anda böyük oğlu görərək qışqırmış, o isə təqsirləndirilən şəxsin İbrahimi vuraraq arxaya tərəf sürüklədiyini, İbrahimin də onun şokundan titrəyərək həmin vaxt qışqırdığını görmüşdür. Böyük oğlu Əsəd tez çıxıb atasına kömək etsin deyə onu sıxışdırmış, o isə həmin an maşının qapısını aça bilməmiş, İbrahimin onu, yoxsa onun İbrahimi arxaya çəkdiyini bilməmiş, ilk öncə arxaya sonra maşının önünə doğru getmişlər. O, maşından düşməmişdən öncə oğlu Əsəd “atamı bıçaqla vurdu” demiş, həmin an çönəndə təqsirləndirilən şəxsin əlinin ibrahimin sinəsində olmuş, onu nəcə vurduğunu bilməmiş, amma təsəvvür edilə bilməyəcək qədər çox qanaxma olmuş və hər tərəf qan olmuşdur. Hadisə baş verən vaxt orada başqa adamın olduğunu görməmiş, lakin çay evinin yanında ağ rəngdə “Qazel” dayanmış, çay evi ilə hadisə yerinin arasında təxminən 4-5 metr məsafə olmuş, əgər çay evinin qarşısında kimsə olsa idi, üzünü rahat seçə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin ağ maşının arxasından çıxaraq İbrahimi çağırmışdır. Taksi kəndə gəldikləri taksi olmuş, evin qapısı ilə taksi arasında çox məsafə olmamışdır. O, “Qazel”in yan tərəfində durduqları üçün, təqsirləndirilən şəxsin onları “Qazel”in arxasından görə biləcəyini, lakin onun “Qazel”in arxasında duran təqsirləndirilən şəxsi görə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün, 13 iyun 2024-cü il tarixdə təxminən günorta saatlarında ailəlikcə taksi ilə Unus kəndinə olan babası Əsədullagilə getmişlər, X51 isə axşam saatlarında taksi sürücüsü Əli əmiyə zəng edərək onları Vənənd kəndinə aparmağını söyləmişdir. Bir az keçdikdən sonra əmisi Şahid5 ailəsi ilə birlikdə onları yola salmaq istəmiş, bacısı Sevilin ad günü olacağı üçün həyətin giriş qapısının ağzında təxminən 4-5 dəqiqə dayanaraq atasıgil əmisinin arvadı Şahid6 ilə tort barədə danışmış, telefonda tort şəkli seçmişlər. Həmin vaxt darvazadan çöldə işığın olması tam xatirində olmamış, amma təxminən işığın olduğunu, eyni zamanda həmin vaxt çayçının qarşısında və ya ətrafda insan olsaydı onları görə biləcəyini söyləmişdir. Bir neçə dəqiqə sonra əmisigillə sağollaşdıqdan sonra qardaşı Şahid2 və özü taksidə arxa oturacaqlarda sağ və sol hissədə oturmuş, bacısı Şahid4 və anası Sahilə Məmmədova isə sağ arxa qapıdan avtomobilə minmiş, taksi sürücüsü də maşında əyləşmiş, atası isə avtomobilin arxasında Şahid6 ilə söhbət etmişdir. Avtomobildə sıxlıq olduğundan atası əl çantasını arxa baqaja qoymasını söyləmiş, o da avtomobildən düşərək çantanı baqaja qoyub yenidən avtomobilə minmişdir. Anası taksinin sağ arxa qapısını tam örtməmişdi deyə salonun işığı yanılı vəziyyətdə olmuş, X51 avtomobilin arxa sağ qapısını yenidən örtmüş, daha sonra ön sağ tərəfdən avtomobilə minmək istəyərkən atasının ağ paltarlı bir nəfərlə tutaqlaşdığını görmüşdür. Həmin vaxt atasının vurulma anını bacısı Sevillə söhbət ediyi üçün görə bilməmiş, qardaşı Şahid2 və Şahid6 qışqırıq səslərini həmçinin X51un xırıltı səsini də eşitmişdir. Şahid2, o, anası və bacısı da avtomobildən düşmüş, atası isə həmin adamla “Çay evi” istiqamətində getmiş, sonra atası yerə yıxılmışdır. O, atasına yaxınlaşanda onun sinəsinin sol tərəfində bıçağın sancıldığını və atasının çoxlu qan itirdiyini görmüşdür. Anası qardaşının paltarı ilə atasının qanın saxlamağa çalışmış, daha sonra ağ bir 07 markalı avtomobil gəmiş, özü isə atasının üstünə örtmək üçün evdən xalça gətirmişdir. Daha sonra atasının üstünü örtərək maşına qoymuş və xəstəxanaya aparmışlar. Oraya çatanda isə X51un öldüyünü bilmişlər. Qardaşı Əsədullanın hadisədən sonra Türkiyə Respublikasında olarkən iki dəfə ürəyi keçib evdə yıxılmış və onu xəstəxanaya aparmışlar. Həmçinin özləri Türkiyədə 5-6 dəfə pisxoloq yanına getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə olan gün, 13 iyun 2024-cü il tarixdə səhər saatlarında X51 taksi sürücüsü Şahid1 zəng edərək onları Unus kəndinə aparmağını bildirmiş, günorta saatlarında Unus kəndinə çatmışlar. Həmin gün X51 babasıgilin evlərinin yaxınlığında olan çayxanaya gedib qayıtmış, saat 21 radələrində X51 taksi sürücü Şahid1 zəng edərək onları Vənənd kəndinə aparmağını bildirmişdir. Saat 21:30 radələrində taksi sürücüsü atasına zəng edərək qapıda onları gözlədiyini bildirmiş, X51 həyət qapısından birinci çölə çıxıb yenidən həyətə qayıtmış, daha sonra ailəlikcə birlikdə taksiyə oturmaq üçün həyət qapısından küçəyə çıxmışlar. Onlarla birlikdə əmisi Şahid5, onun arvadı Şahid6, əmisinin övladları Atilla Tağılı və Həvva Tağıyeva da çölə çıxmış, Əsədulla babası ilə Xəzangül nənəsi isə evdə oturmuşlar. Çölə çıxdıqdan sonra taksinin yanında əmisi oğlu Atilla Tağılı ilə deyib gülmüş, atasıgil bacısı Şahid4 15 iyunda ad günü olacağından ona tort seçmişlər. Həmin vaxt həyətin çöl qapısından 2-3 metr məsafədə taksi dayanmış, taksi ilə üzbə üz isə “Qazel” markalı avtomobil dayanmışdır. Babasıgilin həyətlərinin giriş qapısının üzərindəki işıq yanılı olmuş, hətta “Çay evi”nin işığı da ətrafa düşmüş buna görə də çayçının yanında duran şəxs onları görə və səslərini eşidə bilərdi. Qardaşı Şahid3 ilə birlikdə əmisigillə sağollaşdıqdan sonra taksiyə minmiş, ilk öncə o taksiyə sol arxa tərəfdən oturmuş, qardaşı Şahid3 isə əlindəki çantaları taksinin baqajına qoyduqdan sonra sol arxa tərəfədən minib onun yanında oturmuşdur. Sonra bacısı Şahid4, daha sonra isə anası Sahilə Məmmədova taksinin sağ arxa tərəfinin qapısını açıb avtomobilə oturmuş, avtomobildə çantalar çox olduğundan sıxışıb oturduqlarına görə anası Sahilə Məmmədova əlindəki çantanı Şahid3 verərək taksinin baqajına qoymasını bildirmişdir. Uğur da avtomobildən düşərək çantanı avtomobilin baqajına qoyub yenidən sol arxa tərəfdən avtomobilə minmiş, onlar avtomobildə olarkən X51 həyətin giriş qapısının qarşısında, taksinin arxa tərəfində əmisi Şahid5 arvadı Şahid6 ilə 1-2 dəqiqə söhbət etmiş, avtomobildə oturan zaman anası Sahilə Məmmədova sağ arxa qapını tam örtmədiyindən taksinin tavanında işıq yanılı olmuş, buna görə də içəri işıqlı olmuş, sürücü tərəf, ön sərnişin tərəfin də pəncərəsi açıq olmuşdur. O, buna görə də, təqsirləndirilən şəxsin hadisə vaxtı maşının içərisində onları rahat şəkildə görə biləcəyini söyləmişdir. Atası ilə əmisinin arvadı söhbət etdikdən sonra X51 taksinin ön sağ tərəfində əyləşmək üçün taksiyə yaxınlaşmadan öncə anasıgil tərəfi, yəni arxa sağ qapını yenidən açıb örtmüş, X51 taksinin ön sağ qapısını açmaq istəyərkən kimsə taksinin qarşısından,“Qazel” markalı avtomobilin yanından cəld şəkildə ona tərəf gəlmiş, atasının yanına çatanda atası görüşmək üçün ona əl uzatmış, həmin şəxs isə atasına yaxınlaşdığında əlin atıb bıçağı belindən çıxarmış və sağ əlindəki bıçaqla atasının ürəyi tərəfindən vurmuş, bu olanları isə həmin vaxt taksidə ortada oturmuş və ara açıq olduğu üçün hadisəni öz gözləri ilə görmüşdür. Sonra atası ilə həmin adam tutaqlaşaraq taksinin arxa tərəfinə doğru getmiş, həmin vaxt X51 ucadan qışqırmışdır. Avtomobilin ön pəncərələri açıq olduğundan səs taksinin içərisindən də eşidilmiş, X51u bıçaqla vuran adamı ilk dəfə görmüşdür. Atasının bıçaqlandığını gördükdə avtomobilin içərisində atasına kömək edilməsi üçün qışqırmış, arxa qapını açaraq qardaşı Şahid3 üzərindən tullanaraq özünü çölə atmışdır. Taksidən düşənədə atası ilə həmin tutaqlaşan şəxsin taksinin qabağında olan “Qazel”in yanına tərəf getdiklərini görmüş, atası kürəyi üstə yerə yıxılmışdır. O,atasına yaxınlaşanda atası danışa bilməyərək xırıldamışdır. Onun sinəsində qara rəngli dəstəyi olan bıçağı görmüş, təcili tibbi yardım çağırılması üçün qışqırmış, daha sonra atasını “VAZ-2107” markalı avtomobillə xəstəxanaya aparmışlar. Sonradan X51un öldüyünü öyrənmiş, atası öldükdən sonra onu bıçaqla vuran şəxsin Unus kənd sakini Bəxtiyar olduğunu öyrənmiş, atasının nəyə görə öldürülməsini bilməmişdir. Atasının yasından bir müddət sonra İstanbul şəhərində yerləşən Gedik Universitetinin hüquq fakültəsinə qəbul olduğundan sənədləri təqdim etmək üçün anası və qardaş-bacısı ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasına qayıdandan sonra atasının bıçaqla vurulma anını gördüyünə görə onda psixoloji problemlər yaranmış, 3-4 dəfə Bursa şəhərində “X54 Mərkəzi”ndə Ceylan Yıldız adlı həkimin müayinəsinə getmişdir. Hazırda da müalicəsi davam etmiş, atasının qışqırıq səslərini hələ də unuda bilmədiyini söyləmişdir. X32rın gözü qarşısında öldürüldüyünə görə Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən gün 13 iyun 2024-cü il tarixdə ailəliklə birlikdə Unus kəndinə babasıgilə getmiş, axşam saatlarında X51 taksi sürücüsünə zəng edərək onları Vənənd kəndinə aparmasını bildirmişdir. Taksiyə minmək üçün həyət qapısından çölə çıxmış, həmin vaxt əmisi Şahid5, arvadı Şahid6 və əmisi uşaqları Atilla Tağılı və Həvva Tağıyeva da orada olmuşdur. Həmin vaxt atasıgil onun ad günü hazırlığı üçün tort barədə söhbət etmiş, əmisi uşaqları ilə deyib-gülmüşlər. Atasıgil söhbət edərkən qardaşı Şahid3 yükləri taksinin baqajına qoymuş, sonra qardaşları Şahid3 və Şahid2 sol arxa qapıdan, anası ilə özü isə sağ arxa qapıdan avtomobilə minmişlər. Həmin vaxt taksi babası Əsədullanın evinin yanında dayanmış, və taksinin qabağında yük maşını olmuşdur. Babası Əsədullanın evinin həyət qapısının girişində olan işıqlar yanılı vəziyyətdə olmuş, hava isti olduğuna görə sürücü avtomobilin hər iki qabaq pəncərəsini açmışdı. Onlar avtomobildə olarkən X51 avtomobilə gəlməmiş, taksinin arxasında Şahid6 ilə söhbət etmiş, həmin vaxt isə avtomobilin işıqları da yanılı olmuş,amma səbəbini bilməmişdir. X51 söhbət edib qurtardıqdan sonra taksinin yanına gəlmiş, anamsı oturduğu tərəfdə olan qapını açıb örtmüş, avtomobilə minmək istəyərkən qardaşı Şahid2 ucadan qışqırmışdır. Atasının bir nəfərlə itələşdiyini görmüş, həmçinin atasının qışqırtısını eşitmiş, qardaşları və anası ilə ucadan çığırmışlar. Bundan başqa əmisinin yoldaşı Şahid6da qışqırtısını eşitmiş, qardaşları və anası ilə birlikdə taksidən düşdükdə atasının yerə yıxıldığını və taksidən atasının yıxıldığı yerə qədər qan görmüşdür. Atasının xəstəxanaya aparıldıqdan sonra öldüyünü bilmiş, hadisədən sonra Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Qardaşı Şahid2 həmin şəxsin atasını bıçaqla vurmasını gördüyündən narahat olmuş və bir neçə dəfə huşu özündən getmişdir. Buna görə də anası onu Türkiyədə xəstəxanada müalicə etdirmiş, bundan başqa anası, özü və digər qardaşı da hadisədən sonra qorxduqları üçün Bursa şəhərində xəstəxanada psixoloqun yanında müalicə olunmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə baş verən gün 13 iyun 2024-cü il tarixdə İbrahim onlara qonaq gəlmiş, gündüz onlarla söhbət edib yemək yemişlər. İbrahim qızının ən sevdiyi əmisi olmuş, buna görə də uşağı gördüyü hadisələrdən çox narahat olmuş, hadisədən sonra 5 ay uşağı evdə otura və yata bilməmiş, ancaq qucaqda qalmış, müalicə alaraq yaşaması üçün mücadilə etmişdir. Hadisə vaxtı axşam İbrahimi ailəsi ilə birlikdə yola salmaq üçün qapıdan çölə çıxmış, həmin vaxt darvazanın qapısında işıq yanılı olmuş, 5 uşaq və ailə olmuş, darvazadan çölə çıxdıqdan sonra 4-5 dəqiqə Sevilin ad günü olacağı üçün ona hansı tortu bişirəcəyi barədə söhbət etmişlər. O, İbrahim qardaşının çox gözəl insan olduğunu, onun sözlərinin çox dəyərli olduğunu bildirmişdir. İbrahim çöldə olarkən onu tərifləyərək deyib gülmüş, sonra uşaqlar maşına tərəf gedib oturmiuş, uşaqlar və Sahilə maşına əyləşdikdən sonra İbrahim gəlib onlarla təkrar görüşmüş, Sahilə tərəfdən maşının qapısın açıb yenidən örtmüşdür. Daha sonra gəlib maşının qabağında əyləşmək istəyərkən bir nəfər “İbiş” deyə səslənmiş, Şahid6 da çönüb baxdıqda kimsə surətlə gəlib yan tərəfindən bıçağı çıxararaq İbrahimi maşının yanında ürəyindən bıçaqla vurmuş, orada İbrahim yerə yıxılmış, vurduqdan sonra da bıçağı itəliyərək arxaya aparmış və vurandan sonra onların qapısına tərəf, yəni taksiyə tərəf gəlmiş, 3-4 metr gəldikdən sonra sürüyərək çayçı tərəfə aparmışdır. Hadisə vaxt qapıda duran Şahid6 necə qışqırmışsa kəndin yuxarı hissəsində yaşayan sakinlər yas mərasimində ona “bizim evə qədər sənin səsin gəlirdi” demişlə. İbrahim bıçaqla vurulduğu zaman arxaya tərəf getmiş, təqsirləndirilən şəxs isə bıçağı İbrahimə itələyərək oda arxa tərəfə gəlmiş və bıçağı basdırmağa çalışmış, həmin vaxt da gülə-gülə “səni bilmirdin belə öldürəcəm” deyə söyləmişdir. İbrahimin gücü qalmadığı üçün bıçaq ürəyində qalmış və yerə yıxılmışdır. Həmin vaxt isə Şahid6 çöldə qışqırmış, maşında isə Sahilə və uşaqları qışqırmışdır. Hadisə baş verən zaman o, maşındakıların çölə çıxması üçün maşının pəncərəsini döymüş, onlarda maşından çölə çıxmağa çalışmış amma çölə çıxa bilməmişlər. Hadisə vaxtı həyat yoldaşı isə dəyənək kimi bir şeyi götürüb gəlib Bəxtiyara vurmağa çalışmış, amma heç vura bilməmişdir. Təqsirləndirlən şəxs çayçıya tərəf getmiş və sonra orda duraraq onları izləmişdir. Həmin vaxt Türkanə Tağızadə evə qaçaraq İbrahimin üstünə örtək üçün ədyal və.s gətirmiş, sonra Sevili evə aparmış amma buna baxmayaraq Sevil həmin anları görmüşdür. Oğlu Atilla isə velosiped ilə Bəxtiyar gəldiyi tərəfdən gəlmiş və köynəyini çıxarıb əmisinin yarasına basmış, lakin İbrahimdən qan dayanmadan axmış, sonra İbrahimi ədyala bükərək maşına yerləşdirmişlər. Təqsirləndirilən şəxsin şəxsin üzü seçildiyindən sifəti yadında qalmış, İbrahimi bıçaqla vuran şəxsin göstərilən şəxslə eyni olduğunu təsdiqləmişdir. O, hadisənin baş verdiyi yerlə onun durduğu məsafənin təxminən 2-3 metr olduğunu, “Qazel” markalı maşınla taksinin arasındakı məsafənin isə 2 metr olduğunu, buna görə də “Qazel” markalı maşının yanında duran adamın taksinin yanında duran adamları görməsinin mümkün olduğunu əgər hadisə çayçının qabağında da olsaydı, yaxın bir məsafə olduğu üçün orada insanların üzlərinin seçiləcəyini söyləmişdir. Hadisə yerini işıqlar işıqlandırmış, orada kimlərin işığının yanılı və sönülü olduğunu deyə bilməmiş, lakin çayçının da işıqları olmuş, buna görə də hadisə yeri görünən vəziyyətdə olmuşdur. O, evlənməmişdən qabaq əvvəlki hadisə barədə bir şeylər bilmiş, lakin 15 ild evli olduğu müddətdə heç vaxt evdə kiminləsə düşmənçilikləri olduğunu eşitməmiş, o da yaranı deşməmək üçün heç vaxt nəsə soruşmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 iyun 2024-cü il tarixdə axşam saatlarında İbrahim ona zəng vuraraq, sabah onları Unus kəndinə aparmaq lazım olduğunu söyləmiş, 13 iyun 2014-cü il tarixdə səhər saat 11:30 radələrində isə Vənənd kəndinə gələrək İbrahim və ailəsini Vənənd kəndindən Unus kəndinə aparmışdır. Avtomobildən yenən zaman İbrahim Tağısoy ona “axşam zəng vuranda gəlib bizi Vənəndə apararsan” demiş, axşam saatlarında da İbrahim Tağısoy ona zəng edərək “saat 21:30-da Unusdakı evin qarşısında ol” demişdir. O da təxminən saat 21:30-da İbrahimin ata evinin qarşısına çatmış, avtomobili İbrahim Tağısoyun ata evinin qarşısında üzü “Çay evi” istiqamətində “Qazel” markalı avtomobillə üzbəüz saxlamış və avtomobildən düşmüşdür.Həmin vaxt çayçının qarşısında olan 2-3 nəfər söhbət etdiyini, Qazel markalı avtomobilin onun maşınının qarşısında sol tərəfdə 3 metr qabaqda olduğunu, buna görə də, Qazel markal avtomobilin yanında duran adamın onun maşınının yanında və içərisində olan adamı görə biləcəyini söyləmişdir. Həmin vaxt çayçının işığı yanmamış, İbrahimin ata evinin qarşısında isə işığın yanıb yanmadığını dəqiq bilməmiş, lakin çayçının qapısı açıq olduğu üçün çölə işıq düşmüş, hadisə yerində işıqlanma olmuş, çayçı ilə maşını üzbəüz saxladığı üçün də maşın tərəfə işıq düşmüşdür. O, ön tərəfdə təxminən 2 metr məsafədə iki nəfər görmüş, onlardan biri Şəhrud adlı şəxs olmuş, digər şəxsi isə tanımamışdır. Şəhrud ondan “nə əcəb buraya gəlmisən” deyə soruşmuş, o isə “gəlmişəm İbrahimgili evlərinə aparam” deyə cavab vermişdir daha sonra İbrahim Tağısoya zəng edərək qapıda olduğunu demiş və avtomobilə əyləşmişdir. Evin qapısı açılaraq İbrahim Tağısoy avtomobilə tərəf gəlmiş, maşının pəncərəsindən təxminən 1 dəqiqə taksi sürücüsü ilə söhbət etmiş, söhbət edərkən pıçıltı ilə danışmamış, sonra isə uşaqları gətirməyə getmiş, daha sonra isə İbrahimin övladları əllərində çantaları ilə qapıdan çıxaraq çantaları avtomobilin baqajına yerləşdirmiş və maşına gəlib əyləşmələri 1- 2 dəqiqə çəkmişdir. İbrahim Tağısoyun oğlanları sol arxa tərəfdən, arvadı və azyaşlı qızı isə sağ arxa tərəfdən avtomobilə əyləşmiş, daha sonra avtomobili işə salmış, maşında hava soyuq olduğu üçün şofer tərəfdən şüşə bağlı olmuş, amma İbrahim gəlib söhbət etdikdən sonra qabaq sağ tərəf şüşə açıq qalmışdır. İbrahim Tağısoy təxminən 1-2 dəqiqə həyət qapısının qarşısında qardaşı arvadı ilə söhbət etmiş, həmin vaxt da avtomobilin sağ-arxa qapısı tam örtülmədiyindən salonunun işıqları yanılı vəziyyətdə olmuş, buna görə salonda əyləşənlər kənardan aydın şəkildə görünmüşdür. Avtomobilin qapıları örtüldükdən təxminən 15-20 saniyə salonun işıqları yanmaqda davam etmiş, İbrahim Tağısoy ön sağ tərəfdən qapını açıb avtomobilə minmək istəyərkən taksinin ön tərəfində dayanan “Qazel” markalı avtomobilin yanından bir nəfər şəxs üzü İbrahim Tağısoya tərəf iri addımlarla gəlmişdir. O, gələn şəxsin İbrahim Tağısoyla görüşəcəyini düşünmüş və onun əlində bıçaq görməmişdir. Həmin şəxs İbrahim Tağısoyun yanına çatdıqdan sonra avtomobildə olan İbrahimin övladları və arvadı “qoymayın, kömək eləyin” deyə qışqırmağa başlamış, təqsirləndirlən şəxs İbrahimi vurduğunda maşının içərisində ilk uşaqlar “kömək edin, kömək edin” deyə qışqırmışlar, sonra təqsirləndirilən şəxslə mərhum İbrahim bir biri ilə tutaşmış vəziyyətdə olmuş, İbrahim də sonradan yıxılmış, həmin vaxt avtomobilin ön qapılarının hər iki pəncərəsi açıq olduğundan avtomobildəki qışqırıq səsləri sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyim şəxs tərəfindən mütləq şəkildə eşidilmişdir. O, Bəxtiyarın İbrahimi bıçaqla vurmasını görməmiş, yalnız uşaqların maşının içərisində qışqırmaqların eşitmişdir. Həmin vaxt maşının salonunun işıqları yanılı vəziyyətdə olmuş, İbrahim Tağısoy ilə Təqsirləndirilən şəxs tutaqlaşmış, Təqsirləndirilən şəxs İbrahim Tağısoyu avtomobilin arxası istiqaməti tərəfə itələmiş, İbrahim Tağısoyun da maşının arxasından möhkəm qışqırıq səsini eşitmiş hətta maşınında qan izləridə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs İbrahim Tağısoyu tutaraq geriyə “Çay evi” istiqamətində aparmış və yerə buraxmışdır. İbrahimgili yola salanlar maşının arxasında durmuş, aralarındakı məsafə təxminən 1 metr olmuş və bütün bu hadisə onların gözünün qarşısında baş vermişdir. Şahid1 avtomobili söndürüb yerə enənədək, İbrahim Tağısoyun övladları və arvadı ondan əvvəl maşından enmiş və İbrahim Tağısoya tərəf getmişlər. Ora yaxınlaşanda İbrahim Tağısoyun ürək nahiyəsində bıçaq sancıldığını görmüş, ondan sonra İbrahimin həyat yoldaşı bıçaqdan yapışaraq qanı saxlamağa çalışmış, amma qanı saxlamaq olmamışdır. O da yerə oturaraq İbrahimin başın qaldırıb saxlamağa çalışmış, lakin İbrahimdən qan getmiş və eyni zamanda xırıldamışdır. O, İbrahimi maşına mindirmək istədiklərini, lakin artıq onun keçindiyini gördüyünü,amma sonra bəlkə sağalar deyə düşündüyünü fikirləşmişdir. Ondan sonra evdən yastıq və.s gətirmiş və yastığı İbrahimin başının altına qoymuşlar. Həmin vaxt İbrahimin başı onun əlinin altında olmuş, həmin vaxt da İbrahimi bıçaqla vuran adam təxminən 1-2 dəqiqə onların başlarının üstündə durmuşdur. Sonra oradakılar “kömək edin” deyə qışqırmışlar, çayçıdan isə 1-2 adam irəli gəlmiş, qalanları gəlməmişlər. Daha sonra arxasında otbiçən maşın olan bir 07 markalı avtomobil gəlmiş, İbrahimi təciıli tibbi yardım maşınına çatdırmaq üçün həmin 07 markalı maşının içinə mindirərək həmin maşınla getmişlər. İbrahimin iki oğlunu maşınla o götürərək gətirmiş, Dizə kəndinə çatanda isə təcili tibbi yardım maşınının orada dayandığını görmüşdür. İbrahimi həmin maşına mindirmiş və uşaqları da orada onun maşınından götümüşlər. Lakin o, həmin vaxt İbrahimin rəhmətə gedib ya getmədiyini bilməmişdir. Sonra o, İbrahimin yoldaşının əli qan olduğu üçün onun əlinə də dəydiyindən, çeşməyə gələrək əlini yumuş, daha sonra da Dəstəbaşı kəndinə enmiş, orada polisin post paturul Xidmətinin maşınının dayandığını görmüşdür. O, polislərdən təcili tibbi yardım maşınının hara getdiyini soruşmuş, onlarda “Ordubad tərəfə”deyə cavab verdikdən sonra maşını Ordubad xəstəxanasına sürmüş, oraya çatanda isə artıq İbrahim vəfat etdiyini öyrənmiş, oradanda İbrahimi morqa götürmüşlər. O, bildiklərinin qədər olduğunu söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün bağını suvarıb qurtardıqdan sonra çayxanaya getmiş, çayxanada çay içmək istəyərkən qışqırıq səsi eşitmiş və digər vətəndaşlar kimi o da çölə çıxmış və çöldə olanda, Bəxtiyarın İbrahimi bıçaqladığını eşitmişdir. Onun İbrahimin necə vurulmasından xəbəri olmamış, çölə çıxdıqda İbrahimin bıçaqla vurulduğunu və yerə uzandığını, orada isə Mətləb, Əli, Qasım əmi, Mamed əminin, İbrahimi bıçaqla vuran təqsirləndirilən şəxsin və digər şəxslərin olduğunu görmüş, sonra İbrahimi xəstəxanaya aparmaq üçün maşın çağırmışlar, o isəhadisə baş verəndən sonra 5 dəqiqə keçməmiş oradan uzaqlaşaraq evə getmişdir. Çayçıya gələrkən təxminən Bəxtiyarın yolun kənarında tək durduğunu xatırlamış və ondan orada niyə durmasını soruşmamışdır. O, qışqırıq səsi gəldiyi üçün çayçının içərisindən çölə çıxmış, orada olarkən heç kimdən nəbaş verdiyini soruşmamış, bıçağın isə İbrahimə hardan vurulmasını görməmiş və Bəxtiyarın orada nəsə deməyini eşitməmişdir. O, orada İbrahimin maşına mindirilməsinə gömək edib etmədiyini xatırlamamış,lakin Bəxtiyarın yolun harasında durması tam yadında olmuşdur. O, Bəxtiyarın durduğu yerdən İbrahimin ata evinin qapısını ola bilsin ki, görməyə biləcəyini, səbəb olaraq da Qazel markalı maşın uzun olduğunu və maşının böyründən darvazanın görsənməyə biləcəyini, lakin Qazel markalı maşından hardasa 1 metr qabağa çıxsaydı darvazanın görsənə biləcəyini söyləmişdir. Həmin vaxt çayçıda işıq yanmış, onun isə çayçıya girib çıxmağı heç 3 dəqiqə çəkməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün təxminən axşamüstü özünün idarə etdiyi 07 markalı avtomobil ilə təhsil tərəfdən iməcilikdən gəlmiş, həmin vaxt maşınının arxasında otbiçən maşını olmuşdur. Hadisə yerinə çatdıqda adamın yerdə yatdığını, yoldaşının da yanında olduğunu görmüşdür. Maşından endikdən sonra adamın bıçaqla vurulduğunu, yanındakıların isə kömək istədiklərini görmüşdür. O da, maşını çöndərərək otbiçən maşını çayçının qırağına qoymuş və adamı kömək məqsədi ilə maşınına mindirmək istəmişdir. Həmin vaxt özünü itirməmiş və əvvələr deputat olmuş, lakin indi həkim işləmiş Əhəd həkimə zəng vuraraq “həkim belə bir adam var onu götürməyə icazə olar?” deyə soruşmuş, o isə “qan itirməsin deyə götürə bilərsiniz” deyə cavab vermişdir. Daha sonra təcili tibbi yardıma da zəng edərək “hansı nömrəli maşındı yolda gəlirik, onu görən kimi saxlasın götürsün xəstəni” demiş, sonra isə maşını çöndərərək İbrahimin həyat yoldaşı ilə maşına minərək İbrahimi təcili tibbi yardıma çatdırmaq üçün getmişlər. Sonra polis işçiləri ilə təcili tibbi yardım maşınında olanlar köməkli şəkildə X48 Yardım maşınına əyləşdirmişlər, ardınca da təcili tibbi yardım maşınının arxasınca getmişlər. Onlar Düylün yol ayrıcında olarkən də İbrahimin vəfat etməsi xəbər gəlmişdir. O, hadisə yerinə bıçaq vurulduqdan sonra çatmış və oraya çatdıqda maşınının işığı yanılı olmuş, maşınının işığı düşdüyü üçün İbrahimi sinəsində bıçaq olarkən görmüş, yerə enərək kömək etməyə getmiş, Bəxtiyarı isə orada görməmiş, vətəndaşlıq borcunu yerinə yetirmək üçün köməklik etmiş və hadisədən də bu qədər məlumatı olmuşdur. O, Bəxtiyarla aralarında hər hansı bir danışığın olmadığını, Bəxtiyarı kəndçisi kimi tanıdığını, Bəxtiyarla İbrahim arasında hansısa ədavət və düşmənçiliyin olub olmamasından isə xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 13 iyun 2024-cü il tarixdə İbrahimgil onlara qonaq gəlmiş və rəhmətlik qardaşı İbrahimi, ailəsi və uşaqlarını yola salmaq üçün birlikdə evdən ailəlikcə çölə çıxmış, qardaşıgili yola salanda oğlu Atilla əmisigili yola salmaq üçün velosipedlə o biri qapıdan gəlmiş, onlar da rəhmətlik İbrahimin qızının ad günü olacağı üçün qapıdan çıxdıqda hansı tortu istəməyi ilə bağlı ucadan danışmış, daha sonra isə uşaqlar taksi sürücüsünün də içərisində oturduğu taksiyə əyləşmişlər. Hadisə baş verdiyi yer işıqlı olmuş, qonşuların və çayçının işığı yanaraq darvazanın qarşısına işıq salmışdır. O, həmin vaxt Qazel markalı avtomobil darvazanın yanından görsənmiş, Qazel markalı avtomobillə onların qapısının arasındakı məsafə isə 3 metr olmuş və maşının yanında duran adamın onların danışıqları eşidə biləcəyini söyləmişdir. O, hadisə baş verən vaxt Bəxtiyarın qardaşı İbrahimi çağırmasını və bıçaqla vurmasını görməmiş, birdən rəhmətlik İbrahimin qışqırığını, sonra isə İbrahimin arvadı Sahilə Məmmədovanın qışqırığını eşitmiş, səsə çöndükdə isə o, İbrahimin bıçaqla vurulduğunu və qan axdığını görmüşdür. Daha sonra evə qaçaraq “dəyənəyi” - anasının əl ağacını Bəxtiyarı vurmaq üçün gətirmiş, qayıtdıqda isə İbrahimin çayçının qarşısında yıxıldığını görmüşdür. Hadisə baş verən gün, təxminən axşamüstü rəhmətlik İbrahim çayçıya girmiş, həmin vaxt da Bəxtiyar aşağıdan gəlmiş və bir-birlərini görmüşlər. İbrahim Bəxtiyarı gördükdən sonra ona Bəxtiyarla bağlı heç nə deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş: Şahid7 ifadəsində göstərmişdir ki, 2012-ci ildə ailə həyatı qurmuşam, bu evlilikdən 2 övladım dünyaya gəlmişdir. Mərhum İbrahimi 13 iyun 2024-cü il tarixdə nahardan sonra atası Əsədullanın evinin yaxınlığında, Unus kənd Çay evinin yanında Hüseyn adlı bir şəxslə söhbət etdiyini gördüm. İbrahim uzun müddətdir ki, kəndən çıxaraq ailəsi birlikdə Türkiyədə yaşayırdı. Ara-sıra gəlib ailəsini görüb yenidən qayıdırdı. Onun Ordubad rayon Vənənd kəndində evi var idi. Və nə zamansa Ordubada gəlsə orada yaşayırdı. 13 iyun 2024-cü il tarixdə axşam 21:00 radələrində həmkəndlim Haldun ilə İbrahimin atasının evinin yanında rastlaşdıq. Orada salamlaşıb gedib bir çay içməyə qərara aldıq. Həmin zaman Haldun öz dostu Unus kənd sakini Yusifi də dəvət edəcəyini dedi. Bu zaman Bəxtiyarda evlərindən gələrək salam verib yanımızda durdu. Biz Yusifi küçədə gözləyən zaman Vənənd kənd sakini taksi sürücüsü olan Əli İbrahiminin ata evlərinin qarşısında dayandı. Əli maşından düşərək mənimlə və Bəxtiyarla görüşdü. Həmin vaxt söz gəlişi Əlidən soruşdum ki, nə əcəb buralara gəlibsən ?, oda mənə dedi ki, - “Gəlmişəm İbrahimi evlərinə aparam”. Həmin zaman Əli İbrahimə zəng edərək dedi ki, -“ Mən burdayam”- bu sözləri Bəxtiyar eşitdi. Elə bu zaman Yusif bizim yanımıza çatdı və biz onlarla sağollaşaraq çay içmək üçün onların yanından çıxdıq. Vənənd kəndi ərazisində olarkən Haldunun atası ona zəng edərək Bəxtiyar İbrahimi vurubdur, evə gəl dedi. Biz elə oradan qayıdıb Unus kəndinə gəldik. Yoldan qayıdan zaman gördük ki, 3 ədəd maşın qəza işıqlarını yandıraraq biz tərəfə gəlir. Fikirləşdim ki, İbrahimi xəstəxanaya aparırlar. Mən Unus kəndinə gələrək çay evinin qarşısında özümə məxsus Hyundai Elentra markalı **-LM-*** dövlət nömrə nişanlı ağ rəngli maşınımı saxlayıb yerə düşdüm. Kənd camaatının söhbətindən yerdəki qan izlərindən İbrahimin Bəxtiyar tərəfindən bıçaqlanmasını bildim. Kəndə çatdıqda təxminən 5 dəqiqə sonra çay evinə girərək bir çay içdim. Elə bu an gördüm ki, Bəxtiyar içəri girdi. İçəri girib dedi ki, İbrahimdən dayımın qisasını aldım və ona demişdim ki, mən kəndə olan zaman sən gözümə görünmə. Elə həmin dəqiqələrdə polislər hadisə baş verən yerə gəldi və Bəxtiyarı apardılar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X20: - 02 iyul 2024-cü il tarixli, 46 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( meyitin ekspertizası) görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər: a)döş qəfəsinin sol yarısına İV qabırğalararası sahədə sol ön qoltuq xəttindən 1,3 sm içəridə yara. b) döş boşluğunda 1,5 litrə qədər qan, sol ağciyərin aşağı payının ön səthində yara, ürək kisəsi ürəyin sol yan səthi üzərində cırılmış və qan ilə dolmuş, ürəyin sol mədəciyinin ön yan səthində yara vardır. Göstərilən xəsarəltər həyati olub kəsici keşici alətin təsirindən törənmişdir. Eləcədə həmçinin meyitin döş qəfəsindən çıxarılıb müstəntiqə təhvil verilmiş bıçaq və ya ona bənzər digər bıçaqlar tərəfindən törədilə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X3 ölümünə səbəb kəskin daxili və xarici qan itirmə olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğundur. Hadisə vaxtı X8 əynində olmuş, paltarlarda olan zədə ilə onun meyitinin bədən səthində olan xəsarətin yerləşmə nahiyəsi bir birinə uyğun gəlir. İbrahim tağısoiy ölümündən öncə spirtli içki, narkotik tərkibli maddələr qəbul etməmişdir. - 20 iyun 2024-cü il tarixli, 1147 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Şahid5 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmədi. - 20 iyun 2024-cü il tarixli, 1131 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthi üzərindəki xəsarətlər: sol saidin yuxarı 1/3 hissəsinin arxa səthində sıyrıq. Sıyrıq küt əşya (əşyaların) təsirindən törənmişdir. Eləcə də, həmçinin ağac parçasının müvafiq nahiyyəyə çırpılması nəticəsində yaranmağa xarakterikdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət oduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthi üzərində əlbəyaxa mübarizəyə xarakterik xəsarətlər aşkar edilmədi. - 03 iyul 2024-cü il tarixli, 5 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( maddi sübutların ekspertizası) görünür ki, təqdim edilən mərhum İ.Tağısoyun hadisə zamanı əynində olmuş paltarlarda, Təqsirləndirilən şəxs əynində olan 1 ədəd cins şalvarda və 1 ədəd uzunqol köynəkdə, hadisə yerindən götürülmüş 02 ədəd nümunədə, meyitin xarici müayinəsi zamanı götürülmüş 1 ədəd bıçaqda qan vardır. Bu qan insan qanıdır. Bu qan mərhum İ.Tağısoyun qanı ilə eynidir, yəni Oαβ (İ) qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 01 iyul 2024-cü il tarixli, 690 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən məlum olur ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş bıçağın səthində heç bir əl-barmaq və papliyar naxış izləri aşkar edilmədi. ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş bıçağın səthində heç bir əl-barmaq və papliyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqi aparılmadı. - 16 iyul 2024-cü il tarixli, 747-748 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiatda təqdim edilmiş bıçaqlar formasına, quruluşuna, qabarit ölçülərinə və.s əlamətlərinə görə bir tərəfi kəsici, ucu batıcı xassəsyə malik olan və soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı turist bıçaqlarına uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş mərhum İ.Tağısoya məxsus köynəyin və maykanıın səthindəki zədələr bir tərəfindəki kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş 1 nomrəli qara rəngli dəstəyi olan bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş mərhum İ.Tağısoya məxsus qara rəngli şalvarın, qara rəngli trusikin, bir cüt qara rəngli corabın və Təqsirləndirilən şəxs məxsus bir ədəd boz, qəhvəyi və mavi rəngləri olan uzunqol köynəyin boz rəngli maykanın mavi rəngli cins şalvarın qara rəngli trusikin, bir cüt qara rəngli corabın və bir cüt qara rəngli ayaqqabının səthində heç bir trasoloji zədə aşkar edilmədi. - 20 avqust 2024-cü il tarixli, 901 nömrəli komputer-texniki ekspertizasının rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş “ANDROİD 6.0.1” əməliyyat sistemi ilə təchiz olunmuş “SAMSUNG GALAXY J7” markalı “SM- J700F” modelli və “**********22701, **********81552” İMEİ kodlu mobil smartfonun sensor ekranı işlək vəziyyətdə deyil. Ekspertizaya təqdim edilmiş “SAMSUNG GALAXY J7” markalı “SM-J700F” modelli mobil smartfonun yaddaşında (kontaktlar, “zəng tarixçəsi”, “sms mesajlar”, “Whatsapp” , “FACEBOOK MESSENGER” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (auido, foto, video) fayllar və s) mövcud olan və əldə edilməsi mümkün olan silinmiş məlumatlar müəyyən olundu. Ekspertizaya təqdim edilmiş “SAMSUNG GALAXY J7” markalı “SM-J700F” modelli mobil smartfonun daxilindəki üzərində “a” hərfinə oxşar işarə olan, “SİM” danışıq kartının yaddaşında məlumatlar müəyyən olundu - 04 sentyabr 2024-cü il tarixli, 986 nömrəli məhkəmə psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs Rəsul oğlunun hadisə zamanı eləcə də hadisədən əvvəlki dövrdə emosional psixi halında hər hansı ekstremal dəyişikik baş verməmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salma, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik omuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş ruhi həyəcan vəziyyəti) halında olmamışdır Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarını təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 13 iyun 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəllərdən məlum olur ki, hadisə unus kəndinda “çay evi” adlanan çayxananın qarşısında baş vcermişdir. “Çay evinin” giriş qapısı ilə üzbəbüz kənd mərkəzinə yol uzanır. Giriş qapısından 7 metr məsafədə yerdə axıntı şəklində qanabənzər ləkələrin olduğunu və həmin ləkələrdən “Çay evi”nin giriş qapısı ilə üzbəüz kənd mərkəzinə gedilən yol istiqamətində 13 metr məsafəyədək də damcı şəkildə qanabənzər ləkələrin olduğu müəyyən edildi. Baxışda iştirak edən X45 bildirdi ki, X2 sakini Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandıqdan sonra “Çay evi”nin qarşısında arxası üstə yerə uzanlı vəziyyətdə olmuş, daha sonra Vaz2107 markalı **-FL-*** dövlət nömrə nişanlı Unus kənd sakini Şahid8 məxsus maşında Ordubad rayon Mərkəzi Xəstəxanasına aparılmışır. Həmin yerdə olan qanabənzər ləkələr tamponla müvafiq qaydada götürülərək qablaşdırıldı. Qanabənzər ləkələr Bəxtiyar Tağısoyun sonuncu olduğu yerdən kənd mərkəzi istiqamətində 13 metr məsafəyədək davam edib. Baxışda iştirak edən taksi sürücüsü X25 bildirdi ki, 13 iyun 2024-cü il tarixdə axşam saatlarında özünə məxsus “Naz Lifan” markalı avtomobil ilə İbrahim Tağısoyu ailəsi ilə birlikdə ata evindən rayonun Vənəd kəndinə aparmaq üçün gözləmiş, avtomobili İbrahim Tağısoyun atasıgil yaşadığı evdən “Çay evi” istiqamətində təxminən 10 metr məsafədə saxlamış, həmin vaxt onun avtomobili ilə üzbəbüz “Qazel” markalı yük maşını da olmuş, saat 21:30 radələrində İbrahim Tağısoyun 3 övladı taksinin sol arxa qapısından həyat yoldaşı isə sağ arxa qapısından taksiyə minmiş, İbrahim Tağısoy sağ ön tərəfdən qapını açıb minmək istərəyrkən “Qazel” tərəfdən tanımadığı bir nəfər gələrək İbrahim Tağısoyu səsləmiş, onlar tutaqlaşdıqdan sonra İbrahim Tağısoy bir neçə addım geriyə getmiş, daha sonra onların əksinə- “Çay evi” istiqamətində hərəkət etdiklərini görmüş İbrahim Tağısoy əllərini həmin adamın çiyinlərinə söykəmiş, həmin şəxs geri çəkildikdən sonra İbrahim Tağısoy dizləri üstə yerə yıxılmış, bundan sonra İbrahim Tağısoyun yanına yaxınlaşdıqda onun sol döş qəfəsi tərəfindən bıçaqlandığını görmüşdür. Daha sonra X53 Tağısoyun atası Əsədulla Tağıyeva məxsus evi göstərdi. Həmin ev kənd mərkəzi istiqamətində sağda yerləşir. Qapı sarı rəngliidir. “Çay Evinin” giriş qapısı ilə İbrahim Tağısoyun atasına məxsus evin giriş qapısına qədər olan məsafə 20 metrdir. Kənd mərkəzinə uzanan yolun eni 5 metrdir. Kənd mərkəzi istiqamətində olan sonuncu qanabənzər ləkər ilə evin giriş qapsı arasında məsafə 13 metr, həmin qanabənzər ləkələr ilə kəndin məscidi arasında olan məsafə 80 metrdir. Damcı şəklində olan həmin qanabənzər ləkələrdən nümunə tampon vasitəsilə götürüldü. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hansı bir maddi sübut əhəmmiyyəət daşıya biləcək əşy müəyyən edilmədi. Baxış zamanı aşağıdakılar götürüldü və protokola əlavə edildi.

1. Meyidin sonuncu olduğu yerə asfalt yolun üzərində qanabənzər ləkələrdən kriminalist tərəfindən tamponla götürülmüş mnümumnə

2. X41 ilkin olaraq xəsarət aldığı yerdən kriminalist tərəfindən pambığa hopturulmaqla götürülmüş qan nümunəsi. -13 iyun 2024-cü il tarixli əşyanın könüllü təqdim edilməsi haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində X9 Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması ilə bağlı Təqsirləndirilən şəxs Ordubad rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan mavi rəngli bıçağı könüllü olaraq Ordubad rayon Polis Şöbəsinə təqdim etmişdir.

- 14 iyun 2024-cü il tarixli X8 meyitinə baxış keçirilməsi haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, müayinəyə qara rəngli üzərində göy naxışları olan adyala bükülmüş meyit təqdim olunmuşdir. Həmçinin meyitin başının altında qara rəngli üzərində bənövşəyi rəngdə olan güllər vardır. Meyit təşrif masası üzərinə qoyuldu. Təşrif masası üzərinə qoyulduqdan sonra meyitin büküldüyü adyal və başının altına qoyulmuş yastıq götürüldü. Adyal və yastıq götürüldükdən sonra müəyyən olundu ki masa üzərində kişi cinsli 48-50 yaşlı boynun uzunluğu 175 sm olan meyit uzanmışdır. Göz qapaqları bağlı, ağzı yarımaçıq vəziyyətdədir. Üz nahiyyəsi az tüklüdür. Meyitin üzərində qara rəngli qısaqol pambıq materiallı köynək vardır. Köynəyin üzərində ağ rəngdə “NATURES WONDER” sözləri yazılmışdır. Meyitə baxış keçirilən zaman sinə hissəsinin sol tərəfində dəstəyi qara rəngdə olan bıçaq vardır.Meyitin üzərindəki köynəyin sol yarısında çiynindən 33,05 sm aşağıda 7,5 sm sol yan tikişdə 7,05 sm içəridə ölçüsü 4,12x1 sm bərabər üzərinə bıçaq batırılmış kəsik vardır. Köynək və mayka qana bulaşmışdır. Bıçaq 15 sm içəri batmışdır. Köynəyin altında isə ağ rəngdə mayka vardır. Hər biri ayrılıqda qana bulaşmışdır. Meyitin sol qoltuqaltı nahiyəsində qırmızı rəngli uzərində “District 1975” sözləri yazılmış bir ədəd qırmızı rəngli qısaqol köynək vardır. Meyitin üzərndə qara rəngli cins materiallı belində qara rəngli kəməri olan şalvar vardır. Şalvarın arxasında və yanlarında 4 ədəd cibi vardır. Şalvarın sağ arxa cibində rezinə sabitlənmiş 4 ədəd plastik kartlar vardır. ! ədəd plastik kartın üzərində “BankaKartım” nömrəsi **********758846, 1 ədəd plastik kartın üzərində “Ziraat Bankası” **********647152 , 1 ədəd plastik kartın üzərində “İstanbul” **********347360 və digər plastik kartın üzərində isə “Bursakart” şehiriçi ulaşım kartı olmuşdur. Sağ yan cibində bir ədəd arxası göy rəngli olmaqla şəffaf silikon materiallı qoruyucunun içərinsdə “XİAOMİ” markalı smartfon telefon, sol yan cibində 31 ədəd 100 ABŞ dolları, 1 ədəd 100 tl, 2ədəd 20 tl, 2 ədəd 20 manat, 1 ədəd 1 manat, 5 ədəd 100 manat, 1 ədəd 50 tl pul vəsaiti vardır. Digər cibləri isə boşdur. Şalvarın üzərində əlavə xəsarət və xəsarət izləri yoxdur. Meyitin üzərində mavi rəngli pambıq materialda olan 1 cüt corab vardır. Şalvarın çıxarıldıqda altında qara rəngli 1 ədəd üzərində qırmızı rəngli düymə olan trusik vardır. Meyitin müayinəsi zamanı gözlə görülən digər hər hansı xəsarət, xəsarət izi və dəyişiklik aşkar olunmadı. -14 iyun 2024-cü il tarixli əşyanın könüllü təqdim edilməsi haqqında protokoldan məlum olur ki, könüllü təqdim etmə zamanı qablaşdırılmış əşyalar:

1) 1 ədəd tünd göy rəngli arxa çöl üst sağ tərəfində üzərində “BRİONİ” yazılmış cins şalvar

2) 1 ədəd uzunqol, kvadrat cızıqlı, sağ qol nahiyəsinin alt hissəsində üzərində qanabənzər ləkələr olan və içəri boyun hissəsində “DAVANİ MENS WEAR” yazılan köynək.

3) 1 cüt qara rəngli corab

4) 1 cüt qara rəngli kənarları sarı sapla əhatə olunmuş çarığa bənzər ayaqqabı

5) 1 ədəd Samsung mobil telefonu (arxa hissəsində 4G Duos yazılıbdır)

-14 iyun 2024-cü il tarixli əşyanın könüllü təqdim edilməsi haqqında protokoldan məlum olur ki, könüllü təqdimetmə zamanı qablaşdırılmış əşyalar: 1ədəd boz rəngli mayka və 1 ədəd qara rəngli trusik

-05 iyul 2024-cü il tarixli,529 nömrəli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, “REDMİ NOTE 9” markalı mobil telefona baxış zamanı tam yararlı vəziyyətdə olundu. Telefonun arxa tərəfi tünd yaşıl rənglidir. Telefon smartfondur. Arxa tərəfində 03 ədəd kamerası vardır. Telefonun ön tərəfində yuxarıda 01 ədəd kamera vardır. Telefonun arxa tərəfində “REDMİ NOTE 9” sözü yazılmışdır. Telefonun gedən və gələn zənglərin tarixçəsi bölüyünə baxış keçirilən zaman müəyyən olundu ki, Mirzəyev Yusifin istifadəsində olan ********** nörməli telefon ilə ********** nömrəsi arasında 13 iyun 2024-cü il tarxidə 2 dəfə gedən zəng olmuşdur. Yusif qeyd etdiki həmin nömrə həmkəndlisi Sünayəyə məxsusdur və danışıq Bəxtiyar ilə Sunayənin arasında olmuşdur. 21:40 da birinci gedən zəngdə heçbir danışıq saniyəsi qeydə alınmamışdır, lakin ikinci dəfə yəni saat 21:40-da eyni nömrə ilə arasında 51 saniyə danışıq olmuşdur. Bununla da şahid X5 təqdim etdiyi “REDMİ NOTE 9” markalı mobil telefonuna baxış başa çatdı. -13 iyul 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X8 meyitinin müayinəsi zamanı üzərindən götürülmüş 1 ədəd “REDMİ” markalı mobil telefona istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar etmək məqsədilə baxış keçirilmiş, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Arxasında “REDMİ” yazısı yazılan mobil telefon göy rənglidir. Baxış zamanı telefonun üzərində hər hansı sim kart nömrəsi müəyyən olunmadı. Telefon olan proqramlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal və xüsusiyyət aşkar olunmadı. -20 avqust 2024-cü il tarixli sənədə (CD-yə) baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı CD-yə köçürülmüş Təqsirləndirilən şəxs məxsus “Samsun GALAXY j7 markalı “SM-J700” modelli və “**********22701, **********81552” İMEİ kodlu mobil smartfonun yaddaşında olan kontaktlara, zəng tarixçəsinə, sms mesajlara, whatsapa, facebook messenger proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələrinə və multimediaya dair mövcud olan fayllara baxış keçirən zaman istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmədi. -09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan məlum olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim edilən bıçaqla nəzərdən keçirib “1” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərk həmin bıçağı ilə həmkəndlisi X4 ürək nahiyəsindən 1 zərbə vuraraq qətlə yetirdiyi bıçaq olduğunu, həmin bıçağı dəstəyində və üzərində yazılan “ROSKOV” sözünə formasına, dəstəyinin və tiyəsinin formasına və ölçülərinə görə tanıdığını bildirdi. -20 sentyabr 2024-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan məlum olur ki, X8 meyitinin müayinəsi zamanı götürülmüş sağ yan cibində olan 1 ədəd arxası göy rəngli olmaqla şəffaf silikon materiallı qoruyucunun içərində “XİOMİ” markalı smartfon telefon, şalvarın arxa cibində rezinə sabitlənmiş 4 ədəd plastik kart və sol yan cibində olan 31 ədəd 100 ABŞ dolları, 1ədəd 100 tl, 2 ədəd 20 tl, 2 ədəd 20 manat, 1 ədəd 1 manat, 5 ədəd 100 manat, 1 ədəd 50 tl pul vəsaiti zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılır. -20 sentyabr 2024-cü il tarixli əşyanın təhvil verilməsi haqqında protokoldan məlum olur ki, 14 iyun 2024-cü il tarixdə Xədicə Quliyevanın istintaqa könüllü təqdim etdiyi oğlu Təqsirləndirilən şəxs məxsus arxa hissəsində “4G DUOS” yazılan 1 ədəd samsung markalı mobil telefon və hadisədən sonra Təqsirləndirilən şəxs Ordubad RPŞ-nə könüllü təqdim etdiyi üzərində olan 1 ədəd mavi rəngli bıçaq, X10 qaytarıldı. - 05 avqust 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X13 göndərilmiş X21 haqqında tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə 12 il 6 aylıq cəza ilə məhkum edilmiş və hökm xx.xx.1996-cı ildə quvvəyə minmişdir. - 14 iyun 2024-cü il tarixli, 130 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti 450 promil aşkar olunmuş və sərxoşluq vəziyyəti təyin edilmişdir. - 14 iyun 2024-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan müəyyən olunur ki, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X28 dövlət hesabına müdafiəçi təyin edilmişdir. - 15 iyun 2024-cü il tarixli, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - 15 iyun 2024-cü il tarixli, 4(080)-2/2024 nömrəli Naxçıvan MR Ordubad rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilsin və həbsdə saxlama müddəti 14 iyun 2024-cü il tarix saat 02:20-dən hesablansın. - 28 iyun 2024-cü il tarixli mütəxəssis təyin edilməsi haqqında qərardan məlum olur ki, Ordubad şəhər İnternat tam orta məktəbinin psixoloqu, ünvan 3 ünvanında yaşayan X29 mütəxəssis qismində təyin edilmişdir. - 28 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin Unus kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs kəndin ictimai işlərində, xeyirdə, şərdə özünə xas şəkildə fəaliyyət göstərmişdir - Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin Unus kənd ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, X21 ildə bir-iki dəfə kəndə valideynlərini görməyə gələndə, müsbət xarakterizə olunmuşdur. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVDlər tədiqi edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 14 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində cəlb edilmiş və o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 15 iyun 2024-cü ildə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 120.1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 15 iyun 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 09 sentyabr 2024-cü ildə Təqsirləndirilən şəxs yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs oğlnu Azərbaycan Respublikasının CN-inin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərəçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirlir. Belə ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zəmnində 1995-ci il tarixdə dayısı X14 qəsdən öldürmüş Ordubad rayon Unus kənd sakini X15 qisas motivi ilə qəsdən öldürmək qərarına gəlmişdir. İbrahim Tağısoy cəzasını çəkib azadlığa çıxdıqdan sonra təqsirləndirilən Rəsulov X6 görüşdükləri vaxt ona “Əgər yaşamaq istəyirsənsə, səni Unus kəndində görməyim, get harada yaşayırsansa yaşa, Unus kəndinə gəlmə” deyə onu təhdid etmişdir. Daha sonra X52 kəndindən çıxıb Türkiyə Respublikasına getmişdir. Buna görə də Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini həyata keçirə bilməmişdir. İbrahim Tağısoy xx.xx.2024-cü il tarixdə öz ailə üzvləri ilə birlikdə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına gəlmişdir. Hadisə baş verən gün Təqsirləndirilən şəxs mərhum İbrahim Tağısoyu təxminən gündüz saatlarında Unus kəndi ərazisində qardaşının yanında görmüş, bundan təsirlənərək evə getmiş, dayısının başına gələn hadisənin eyni ilə İbrahimin də başına gəlməsini düşünərək yemək yediyi zaman spirtli içki qəbul etmiş, bununla da illərlə daxilindəki qisas hissini daha da şiddətləndirərək Tağısoy İbrahimi öldürmək niyyətinə gəlmişdir. Daha sonra o, həmin gün axşam radələrində İbrahimin ata evində olduğunu düşünərək oraya gəlmiş və həmin zaman İbrahimin ata evinin darvazasının qarşısında “Naz-Lifan” markalı avtomaşının durduğunu və həmin avtomobilin yanında isə iki nəfərin söhbət etdiyini və taksi sürücüsünün də “gəlmişəm ibişgili (ibrahimgili) aparam” dediyini eşitmişdir. Təqsirləndirilən şəxs İbrahimin ata evində olduğunu dəqiqləşdirdikdən sonra evə gedərək evin mətbəxindən ümumi uzunluğu 26 sm olan mətbəx bıçağını götürərək yenidən İbrahim Tağısoyun ata evinin yaxınlığına gəlmişdir. Bu zaman hadisə baş verən ərazidə, kəndin mərkəzi hissəsi olan “Çay evi” deyilən yerin qarşısında “Qazel” markalı avtomaşın və taksi dayanmış, Təqsirləndirilən şəxs da İbrahim Tağısoyun ata evinə yaxın ərazidə “Qazel” markalı avtomaşının arxa çarpaz hissəsində gizlənmiş və İbrahimin evdən çıxmasını gözləmişdir. Həmin vaxt İbrahimin ailə üzvləri və qardaşı, qardaşının arvadı və övladı da darvazanın qabağına çıxaraq söhbət etmişlər. Təqsirləndirilən şəxs cinayəti törədərkən İbrahim Tağısoyun ailə üzvlərinin ona maneə olmalarını və müqavimət göstərə biləcəklərini düşünərək onların maşına minməsini gözləmişdir. İbrahim Tağısoyun ailə üzvləri həyət darvazasının yanında onları aparmaq üçün gəlmiş “naz lifan” markalı taksi maşınına mindikdən sonra, İbrahim Tağısoy maşına minmək istəyərkən onu səsləyərək yanına çağırmış, bu zaman maşının yanında İbrahim Tağısoyun qardaşı, qardaşının yoldaşı və uşağı da olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs avtomaşından təxminən 2-3 metr aralıda İbrahim Tağısoyun ailə üzvlərinin gözü qarşısında belində gizlətdiyi bıçağı çıxararaq İbrahimin ürək nahiyyəsinə bıçaqla bir zərbə vurduğunda avtomaşında əyləşmiş İbrahim Tağısoyun böyük oğlu Şahid2 və qardaşının arvadı bunu görərək qışqırsalar da, Təqsirləndirilən şəxs İbrahimin ailəsinin qışqırıqlarına məhəl qoymadan bıçağı İbrahimin sinə nahiyyəsinə basdırmaqda davam etməklə həmin vəziyyətdə 7-8 metr sürükləmişdir. Təqsirləndirilən şəxs bıçağı İbrahimin sinə nahiyyəsinə tam yerləşdirdiyinə əmin olduqdan və İbrahim Tağısoy çoxlu qan itirmədən halsız vəziyyətə düşüb dizləri üstə yerə çökdükdən sonra onu buraxmışdır. Həmin vaxtı hadisənin birbaşa şahidi olan İbrahim Tağısoyun ailə üzvləri onun yıxıldığı yerə gələrək ilkin tibbi yardım göstərmək məqsədilə yaranın üzərinə köynək basmışlar. İbrahimin ürək nahiyyəsinə bıçağın sancıldığını və İbrahimi də xırıldayan vəziyyətdə görərək qorxub qışqıraraq ətrafdakı insanları köməyə çağırmışlar. Bu hadisə baş verərkən eyni zamanda İbrahimin qardaşının arvadı da olanları görərək qışqırmağa davam edərək ətrafdakıları köməyə çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da kənarda dayanıb bir müddət onları izləmiş, sonra evə gedərək paltarını dəyişmiş və hadisə yerinə yenidən qayıdaraq “Çay evi”nin yanına gəlmişdir. Orada durarkən ətrafındakı insanlara İbrahimi öldürənin özü olduğunu demiş və onu polisə aparmalarını istəmişdir, lakin heç kim ona yaxın gəlməmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxsı aparmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsi məhkəmə istinaqı zamanı da tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs vermiş olduğu ifadələrində İbrahim Tağısoyu öldürmək niyyəti ilə gözləyərkən İbrahim Tağısoyu gözləyən taksi avtomobilinin qapısının açılmasını eşitdiyini, bir neçə adamın danışa-danışa avtomobilə minmək üçün yaxınlaşdığını etiraf etmişdir. Həmçinin təqsirləndirilən şəxs Rəsulov X24 Tağısoyun ailə üzvlərinin əvvəlcədən İbrahimlə birlikdə ata evinə gəlmələrindən məlumatlı olmuşdur. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs Əli adlı taksi sürücüsünün də İbrahimgili aparmağa gəldiyini deməsini etiraf etmişdir. Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs İbrahim Tağısoyun ata evinin darvazasının qarşısında kimlərinsə dayanıb söhbət etdiklərini, taksi maşınında kimlərinsə olduğunu görmədiyini avtomobildən qışqırıq səslərinin gəldiyini eşitmədiyini bildirməsi də məsuliyyətdən yayınma kimi qiymətləndrilməlidir. Belə ki, məhkəmədə verdiyi ifadəsində cinayət hadisəsini törətdiyi zaman havanın o qədər də qaranlıq olmadığını, darvazanın qarşısında dayanmış şəxslərin, həmçinin taksinin içərisində olan şəxslərin onu görə bilmə ehtimallarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməsi digər təkzib olunmaz sübutlarla da süburta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X27 mərhumun ata evinin darvazasının qarşısında övladları Şahid2, Şahid3, Şahid4, həmçinin qaynı Şahid5, onun həyat yoldaşı Şahid6 darvazanın qarşısında xeyli müddət söhbət etdiklərini, qızının ad günü ilə bağlı hansı tortu bişirəcəklərini orada müzakirə etdiklərini, həmin vaxt küçə qapısında elektrik lampasının yandığını, küçənin işıqlı olduğunu, avtomaşına əyləşərkən avtomaşının salonunun işıqlarının da yanılı olduğunu, ona görə də təqsirləndirilən şəxsin onların səslərini eşitməməsi və ya onları görməməsinin qeyri-mümkün olduğunu, hadisənin Tağısoy İbrahimin ailə üzvlərinin gözü qarşısında baş verdiyini bildirmişdir. Zərəçəkmiş şəxsin hüquqi varisi həmçinin İbrahimi kiminsə çağırmasını eşitdiyini, İbrahimin onu çağıran şəxsə tərəf getdiyini, İbrahimin bıçaqlanarkən ucadan qışqırıq səsini eşitdiyini, avtomaşında əyləşmiş böyük oğlu Əsədullanın “atamı bıçaqla vurdular” deməsini ifadəsində göstərmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində babasıgildən çıxaraq atasının çağırdığı taksi maşınına minənə qədər babasıgilin həyət darvazasının qarşısında ailə üzvləri və əmisinin ailə üzvləri ilə birlikdə bir neçə dəqiqə ucadan söhbət etiklərini, sonra taksi maşınının arxa oturacağında ortada əyləşdiyini, onun sağ tərəfində balaca bacısı və anasının sol tərəfində isə balaca qardaşının əyləşdiyini, atasının avtomaşının qapısını açıb minmək istəyərkən kimsə tərəfindən çağırıldığını eşitdiyini, üzü həmin isitqamətə tərəf olduğundan bir nəfərin iti addımlarla atasına tərəf gəlib, arxasından bıçaq çıxararaq atasına vurduğunu gördüyünü, həmin an “atamı vurdular” deyərək qışqırmasını avtomaşında olan sərnişinlər və taksi sürücüsü eşitmişdir. Şahid2 kiminsə arxa tərəfdən bıçağı çıxarıb atasının vurduğunu deməsindən sonra Təqsirləndirilən şəxs bıçağı həqiqətən arxa tərəfindən çıxararaq İbrahim Tağısoya vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs Rəsulov X24 Tağısoyu bıçaqla vurduqdan sonra taksidə əyləşmiş onu ailə üzvləri avtomaşından düşərək onların itələşə-itələşə çay evi istiqamətdə getdiyi əraziyə tərəf qaçmışlar, orada İbrahim Tağısoyun bədəninə bıçağın saplandığını görmüşlər, bundan sonra hay-küy salaraq kömək istəmişlər. Həmçinin iş üzrə dindirilmiş Şahid6 İbrahim Tağısoyun təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu, onun bədənindən qan fışqırdığını gördüyünü, həmin an Emilin həyət qapısından ağac götürərək təqsirləndirilən şəxsə gedib onu vurduğunu göstərmişdir. İbrahim Tağısoyun Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu görən böyük oğlu Şahid2 “atamı bıçaqla vurdular” deyə qışqırmış, bu zaman İbrahimin digər ailə üzvləri də “kömək edin, qoymayın” deyə qışqırmış, avtomaşının qabaq şüşəsi açıq olduğundan həmin səsləri Təqsirləndirilən şəxs eşitmişdir. İbrahim Tağısoyun bıçaqlanması nəticəsində qan itiriməsi və son nəfəsində olmasını görən övladları – Əsədulla Tağıyev, Şahid3 və Şahid4, eləcə də arvadı Sahilə Məmmədova psixi əzab çəkmiş, hətta Əsədulla Tağıyevin bir neçə dəfə huşu özündən getmiş, bundan sonra İbrahim Tağısoyun övladları, arvadı psixoloji müalicə almışlar. Həmin hallar iş üzrə dindirilmiş şahid ifadələri və digər istintaq sənədləri ilə də sübuta yetirilir. İş üzrə dindirilmiş taksi sürücüsü Şahid1 Şəhrud Avbbasova İbrahimgili aparmağa gəldiyini söyləyərkən Təqsirləndirilən şəxs kənarda dayanıb onun sözlərini eşitdiyini, həmin vaxt havanın aydın olduğunu, ətrafda işıqlandırma olduğunu, İbrahimin ailə üzvlərinin taksiyə əyləşərkən taksinin içərisində işığının yandığını, İbrahimin qapını açıb əyləşmək istəyərkən kimsə tərəfindən çağırıldığını, o getdikdən sonra avtomaşının arxa oturacağında əyləşmiş İbrahimin böyük oğlunun “atamı bıçaqla vurdular” deyərək qışqırdığını, bundan sonra avtomaşından enərək hadisə olan istiqamətə getdiklərini, İbrahimin bədənində sancılmış bıçaq olduğunu gördüyünü, ərazidə yerə xeyli qan töküldüyünü gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Rəsulov X18 bıçaq zərbəsi vurduqdan sonra özünün dediyinə görə İbrahim ona müqavimət göstərmiş, əvvəlcə itələşərək taksiyə tərəf, sonra isə əks istiqamətə itələşdiklərini,bu zaman İbrahimin bədənindəki bıçağı fırladaraq ona əzab vermiş, bıçağı onun bədənindən çıxarmağa cəhd etməmiş, əksinə İbrahim yerə yıxılana qədər ondan əl çəkməmişdir. Məhkəmə istintaqının gedişində İstintaq eksperimentinin aparılması barədə və ifadənin yerində yoxlanılması barədə video görüntülər tədqiq edilərkən də təqsirləndirilən şəxs Rəsulov X19 bıçaqla vurarkən taksidə əyləşən ailə üzvlərini və qardaşı arvadının onu görmə ehtimallarının olduğunu, həmin vaxt havanın aydın olduğunu, ərazidə işıqlandırmanın olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X26 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, bunun nəticəsində də təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xüsusi amansızlıqla həmkəndlisi X15 qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və göstərilən cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, 1 (bir) azyaşlı uşağının olmasını və saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ədalətli olmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Ona ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X22 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-ballistik ekspertizasına görə 110 (yüz on) manat, komputer-texniki ekspertizasına görə 70 (yetmiş) manat, məhkəmə psixoloji ekpertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslərə və mərhum zərərçəkmişlərin hüquqi varislərinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunmalıdır. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan -X1 sancılmış 1 ədəd qara dəstəyi olan bıçaq məhv edilməli; -X16 əynində olan 1 ədəd qara rəngli qısaqol köynək, 1ədəd ağ rəngli mayka, 1ədəd qara rəngli cins materiallı şalvar, 1 ədəd qara rəngli trusik, 1 cüt pambıq materiallı corab, sol qoltuqaltı nahiyəsində olan 1 ədəd qırmızı rəngli köynək zərərçəkmiş şəxsin hüquqi varisi X23 qaytarılmalı; - Təqsirləndirilən şəxs hadisə törədən zaman əynində olmuş, 1 ədəd tünd göy rəngli üzərində “BRİONİ” yazılmış cins şalvar, 1ədəd uzunqol, içəri boyun hissəsində “DAVANİ MENS WEAR” yazılan köynək, 1cüt qara rəngli corab, 1cüt qara rəngli kənarları sarı sapla əhatə olmuş ayaqqabı, 1ədəd boz rəngli qara mayka və 1 ədəd qara rəngli trusik Təqsirləndirilən şəxs qaytarılmalıdır Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd CD və cinayət işinə əlavə edilmiş 6 ədəd DVD cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 14 iyun 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X22 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizasına görə 80 (səksən) manat, məhkəmə-ballistik ekspertizasına görə 110 (yüz on) manat, komputer-texniki ekspertizasına görə 70 (yetmiş) manat və məhkəmə psixoloji ekpertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: -X1 sancılmış 1 ədəd qara dəstəyi olan bıçaq məhv edilsin; -X16 əynində olan 1 ədəd qara rəngli qısaqol köynək, 1ədəd ağ rəngli mayka, 1ədəd qara rəngli cins materiallı şalvar, 1 ədəd qara rəngli trusik, 1 cüt pambıq materiallı corab, sol qoltuqaltı nahiyəsində olan 1 ədəd qırmızı rəngli köynək zərərçəkmiş şəxsin hüquqi varisi X23 qaytarılsın; - Təqsirləndirilən şəxs hadisə törədən zaman əynində olmuş, 1 ədəd tünd göy rəngli üzərində “BRİONİ” yazılmış cins şalvar, 1ədəd uzunqol, içəri boyun hissəsində “DAVANİ MENS WEAR” yazılan köynək, 1cüt qara rəngli corab, 1cüt qara rəngli kənarları sarı sapla əhatə olmuş ayaqqabı, 1ədəd boz rəngli qara mayka və 1 ədəd qara rəngli trusik Təqsirləndirilən şəxs qaytarılsın. -Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. -Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 1 (bir) ədəd CD və cinayət işinə əlavə edilmiş 6 ədəd DVD cinayət işində saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. Kərimov Arzuyar Sadıq oğlu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar