Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-45/2024 21.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2006-cı ildə Şərur rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, bərbər işləyən, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 26 iyun 2024-cü il tarixdə, saat təxminən 01:45 radələrində ünvan 2ndə yerləşən 1 nömrəli tam orta məktəbin həyətyanı sahəsində şəxsi mübahisə zəminində əlində olan qara rəngli cib bıçağı ilə 2003-cü il təvəllüdlü, Şərur şəhər sakini Zərərçəkmiş şəxs 3 bıçaq zərbəsi vurmuş və nəticədə sonuncuya dalağın və sol böyrəyin zədələnməsi, daxili qanaxma ilə fəsadlanmış bel nahiyəsinin sol yarısının üç yerdən deşilmiş yaraları, qanitirmə (təxminən 1,5 litr), hemorragik şok İİ-İİİ dərəcə xəsarətləri yetirərək Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 il əvvəl Zərərçəkmiş şəxs ona “mən sənin bacını istəyirəm” demiş, o isə “biz dostuq yoldaşıq, bir-birimizin evinə get-gəl edirik” cavabını vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs niyyəti ciddi olduğu üçün bu barədə onunla danışmaq istədiyini, lakin bundan sonra bu söhbəti bağladığını bildirmişdir. Bir neçə aydan sonra Zərərçəkmiş şəxs onun anasının telefonuna mesaj yazaraq bacısı Şahid1 ondan xoşunun gəldiyini demiş, bacısı isə “ siz mənim qardaşımsınız” deyə cavab versə də, qorxduğu üçün bu olanlar barədə qardaşı Təqsirləndirilən şəxsa heç nə deməmişdir. Hadisədən 4-5 ay əvvəl yolda gedərkən dostu Fəqanın, bacısı Surayyənin və xalasının qızının dayanıb gərgin şəkildə söhbət etdiklərini görmüş, onların yanına çatdığında söhbət yekunlaşmışdır. Fəqanı kənara çəkib nə danışdıqlarını soruşduğunda Fəqan “bir nəfər sənin bacını istəyir, mən gedib onu təhqir etdim, haqq hesab budur” cavabını vermişdir. Fəqandan həmin uşağın kim olduğunu soruşmuş və daha sonra həmin şəxsi tapıb onunla söhbət etmişdir. Bacısı Surayyədən həmin oğlanın onu istəməyindən xəbərinin olub-olmamasını soruşduğunda bacısı belə bir məsələnin olmadığını bildirmişdir. Daha sonra Surayyədən yolda Fəqanla aralarında olan söhbəti açıq-açıq danışmasını istəmişdir. Şahid1 Fəqanın onun yanına gəlib telefonda qızla oğlanın əl-ələ olan şəkilini göstərib şəkildəki qızın o olub-olmadığını soruşduğunu, ““tiktok”da az şəkil paylaş” dediyini, Fəqana “sənə nə var mənim həyatımdan?” dedikdə “mən sənin qardaşınla dostam, mən bunu eləməliyəm” dediyini, qarşılığında “sən necə dostsan ki, 2 il bundan öncə mənə yazırdın, söz yollayırdın?” deyə soruşduğunu, Fəqanın “o məsələ bağlandı, mən səni əvvəlcə də qoruyurdum, indi də qoruyuram” deyə cavab verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bacısından Fəqanın ona yazıb-yazmadığını soruşmuş, bacısı isə yazdığını demiş, bundan sonra Elgün Zərərçəkmiş şəxs zəng edərək bacısına mesaj yazması barədə soruşmuş, o da “hə yazmışdım və sənə demişdim” cavabını vermişdir. Elgün məsələni aydınlaşdırmaq üçün günorta saatlarında ona zəng edib görüşməyə çağırsa da, Fəqan işdə olduğu üçün onlar axşam görüşmüşlər. Fəqanla görüşməyə gedərkən evdən tək çıxsa da, sonradan əmisinin oğlu Canbaxış da onun arxasınca gəlmişdir. Canbaxışa “Fəqanla başqa bir haqq-hesab var onun söhbətini edəcəyəm” demişdir. Canbaxışa üzərində bıçaq olduğunu bildirməmişdir. Onlar Şərur şəhər 1 nömrəli tam orta məktəbin yanında görüşmüşlər. Fəqan Şahid2la birlikdə gəlmişdir. Sahiblə Canbaxışa “siz durun qıraqda biz keçirik Fəqanla söhbət edək” dedikdən sonra onların yanından təxminən 15-20 metr uzaqlaşmışlar. Fəqanla söhbət əsnasında ondan niyə belə hərəkət etməsinin, onun bacısına “tiktok”dakı şəkli göstərib o olub-olmaması ilə maraqlanmasının səbəbini soruşmuş, Fəqan da ona sübut etmək istədiyi üçün maraqlanmışam cavabını vermışdir. Zərərçəkmiş şəxs telefonda bacısına yazıb-yazmadığını soruşduğunda hə cavabını almış və özünə sığışdırmadığı üçün ona bir yumruq zərbəsi vurmuşdur. Fəqan da ona yumruq zərbəsi ilə qarşılıq vermiş, onlar yumruqlaşa-yumruqlaşa arxaya getdiklərində bir anlıq gözü dönərək bıçağı açıb Fəqana neçə bıçaq zərbəsi vurduğunu bilmədən onu bıçaqlamışdır. Hadisə baş verən yer qaranlq olduğundan, o cümlədən bir qədər kənarda dayandıqları üçün bıçağı çıxardığında Canbaxış və Sahib bıçağı görməmiş, Fəqan qışqıraraq “məni niyə bıçaqlayırsan?” dedikdən sonra Sahiblə Canbaxış qaça-qaça gəlib onları aralaşdırmışlar. Şahid2 onu arxadan tutduğunda o Sahibə Sahib neyniyirsən? bu namus qeyrət söhbətidir” desə də, Fəqandan qan gəldiyini gördükdən sonra ayılmış, bıçağın yerə düşdüyünü yaxud Sahibin onun əlindən aldığını bilməmiş, Canbaxış Fəqanı bir qədər qabağa aparıb onun yanına qayıdanda “mənim yanıma gəlmə Fəqanı xəstəxanaya aparın” demişdir. Hadisədən sonra dəmiryolundan keçib əl-üzünü yumuş, hadisə barədə heç kimə məlumat vermədən Şərur Rayon Polis İdarəsinə getsə də, lakin idarəyə daxil olmayıb geri qayıtmışdır. Nənəsinə zəng edib törətdiyi cinayət hadisəsi barədə məlumat verdikdən sonra əmisi oğlunun evinə gedib olanlar barədə onlara danışmışdır. Evdəkilər ona polisə gedərək təslim olmasını desələr də o, narahat olduğu üçün bir qədər sakitləşdikdən sonra gedəcəyini demişdir. Əmisinin oğlu zəng vurub hadisə barədə əmisinə xəbər verdikdən sonra onlar birlikdə xəstəxanaya getmişlər. Saat 04:00-05:00 radələrində Cəlilkənddə yaşayan bibisinin yaşadığı evə getmiş, ondan hansı səbəbdən gec saatda gəldiyini soruşsalar da, “səhər danışarıq” deyib hadisə barədə onlarla danışmamış, saat 08:00 radələrində Şərur rayon Polis İdarəsinə getmişdir. Təqsirləndirilən şəxs 7 yaşından etibarən psixologiyasında problem olduğunu, bununla bağlı müalicə aldığını, Fəqanın bacısına “tiktok”dakı şəkii göstərib sual verməsini beynində quraşdırıb fərqli yerlərə çəkdiyi üçün məsələni aydınlaşdırmaq istəyərək onunla görüşdüyünü söyləmişdir. O, 9-cu sinfi bitirdikdən sonra Türkiyə Respublikasına işləməyə getmiş, valideynləri də orada yaşamış, hadisədən əvvəl hərbi xidmətə getmək üçün rayona qayıtmışdır. İnsanlarla münasibətinin yaxşı olduğunu, savaşan, üzərində bıçaq gəzdirən insan olmadığını da əlavə etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, Fəqanı vurmaq niyyəti olmamış, məsələni aydınlaşdırmaq üçün görüşməyə çağırmış, bıçağı hadisə günü günorta saatlarında özünü müdafiə məqsədilə götürmüşdür. Uzun müddət əvvəl həmin bıçağı xoşu gəldiyi üçün dostu ona hədiyyə etmiş, bıçaq zavod istehsalı, açılıb-bağlanan cib bıçağı olmuşdur. İfadəsinin davamında Təqsirləndirilən şəxs tutduğu əməldən çox peşman olduğunu, Fəqanı bıçaqlamaq və ya öldürmək niyyətinin olmadığını, beynində başqa fikirlər qurduğu üçün əsəbləşdiyini, zərərçəkmişlə 6-7 yaşından eyni məhəllədə yaşadıqlarını və restoranda birlikdə ofisiant işlədiklərini, münasibətlərinin çox yaxşı olduğunu, Fəqanla barışdıqlarını qeyd edərək Zərərçəkmiş şəxs onu bağışlamasını xahiş etmişdir. Zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildə dostu Təqsirləndirilən şəxs bacısı Şahid1 xoşu gəldiyi üçün ondan “Elgün mənim belə bir fikrim var, sən nə məsləhət görürsən?” deyə soruşmuşdur. Elgün ona “biz dostuq” cavabını verdikdən sonra özü də düzgün hərəkət etmədiyini, həqiqətən də dost olduqları üçün ayıb olacağını anlamış və Elgünə “bu söhbət burda qaldı” deyərək söhbəti bağlamışdır. Təqsirləndirilən şəxs Türkiyədə olduğundan bacısını dostlarına tapşırmış, buna görə də o, daima Şahid1 ilə maraqlanaraq, məhəllə qızı kimi onu qorumuşdur. Surayyə ona mesaj yazaraq “bizdə alınmaz, biz bir yerdə böyüyən uşağıq” dedikdə “sizdən xoşum gəlirdi, fikrim ciddi idi, mən pis insan deyiləm” deyə bildirmiş, həmin danışıqdan sonra bu mövzü barədə söhbət bağlanmışdır. Hadisədən təxminən 2-3 ay əvvəl Şahid1 Şərur rayon sakini Mehman adlı şəxslə görüşdüyünün şahidi olmuş, ünsiyyətlərinin olduğunu öyrənmiş, bundan sonra Mehman adlı şəxslə bir neçə dəfə görüşüb “dostumun bacısıdır sən niyə onunla görüşürsən?” deyə irad bildirmişdir. Söhbət zamanı əgər ciddi fikirlə qızı istəyirsə olanları qızın qardaşına deməsini söyləmişdir. Bu hadisədən sonra Mehman adlı şəxs Surayyəyə zəng edib “Fəqan bizim hər şeyimizi bilir, zəng vurub qardaşına deyəcək” deyə xəbər vermişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demiş, Şərur şəhər 1 nömrəli tam orta məktəbin yanına çağırmışdır. Zərərçəkmiş şəxs ona işdən çıxandan sonra gələ biləcəyini desə də, Elgün tez-tez zəng edərək gəlib-gəlmədiyini soruşmuşdur. Onun bu davranışı Fəqanda şübhə yaratmış, tək getməmək üçün dostu Şahid2 zəng edib onunla gəlməsini istəmişdir. Sahiblə birlikdə 1 nömrəli tam orta məktəbin yanına gəldiyində Elgün və onun əmisinin oğlu Canbaxış də orada olmuş, salamlaşdıqdan sonra Elgün Sahib və Canbaxışa “siz burada gözləyin, mən Fəqanla söhbət edəcəyəm” deyib, onu məktəbin sağ tərəfinə aparmışdır. Söhbət zamanı E. Rzayev həyəcanlı olmuş, əsə-əsə ona “sən niyə mənə qarşı bu hərəkəti etdin, bacıma söz göndərmisən, ona mesaj yazmısan” deyərək sorğulamış, Fəqan isə “bacını istədiyimi sənə demişdim, mesaj isə yazmamışam, səni soruşmaq üçün ananın telefonuna yazanda bacın mənə yazmışdı” cavabını vermişdir. Bu zaman Elgün ona bir yumruq zərbəsi vurmuş, qarşılığında Zərərçəkmiş şəxs ona iki yumruq zərbəsi vurduğunda Elgün özünü itirib əlini bıçağa atmış və başı aşağı vəziyyətdə ona 3 bıçaq zərbəsi endirmişdir. Söhbət edərkən o, qaranlıq olduğu üçün Elgündə bıçaq olduğunu görməmiş və bu səbəbdən özünü qoruya bilməmişdir. Birinci bıçaq zərbəsini hiss etməsə də, ikinci zərbədə paltarının cırıldığını və ağrı hiss etdiyindən Elgünə “sən nə edirsən ? Mən sənin qeyrətini qorumuşam, sən mənə niyə bıçaq vurursan? bu nə hərəkətdir?” deyə qışqırmış, üçüncü zərbədə Elgün qanın çox axdığı görüb dayanmış, qışqırıq səsinə Sahib və Canbaxış qaçaraq gəlib onları aralaşdırmışlar. Yoldan keçən qara rəngli, “mercedes” markalı maşınla Şərur Rayon Xəstəxanasına çatdırılmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında özünün və valideynlərinin Elgünlə probleminin olmadığını, bu hadisənin baş verməsində Elgündə günah olduğunu düşünmədiyini, Elgünün əvvəldən baş verən hadisələrdən xəbəri olmadığı üçün onu bacısını narahat etməkdə günahlandırdığını və söhbət etməyə çağırdığını bildirmişdir. Hadisədən əvvəl Elgünlə aralarında hər hansı ədavət olmamış, əksinə dostluq münasibətləri olmuş, əvvəllər onun kimsə ilə savaşmasının və üzərində bıçaq gəzdirməsinin şahidi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətinin və tələbinin olmadığını, bu barədə notariat orqanında rəsmiləşdirilmiş barışıq ərizəsini məhkəməyə təqdim etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq yaşlarından eyni məhəllədə yaşadıqları üçün tanımışdır və onunla uzaq qohumluq münasibətləri də vardır. 3 il əvvəl Zərərçəkmiş şəxs ona mesaj yazaraq ondan xoşunun gəldiyini bildirdiyində ona “xeyr” cavabını vermişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs onu narahat etməmişdir. Təxminən 5-6 ay öncə axşam saatlarında iki nəfər dostu ilə gəzərkən Zərərçəkmiş şəxs görmüş, onun da yanında iki nəfər olmuşdur. Fəqanla parkda söhbət etmiş, söhbət zamanı Fəqan ona telefonunda olan şəkli göstərib həmin şəkildəki qızın o olduğunu iddia etmişdir. Şahid1 şəkildəki qızın özü olmadığını söylədiyində, Zərərçəkmiş şəxs təkidlə “bu şəkildəki sənsən” dediyi üçün Surayyə acıqlanaraq ona “şəkildəki mən deyiləm, amma şəkildəki mən olsam belə sənə nə var?” cavabını vermişdir. Fəqan ona Təqsirləndirilən şəxs qardaşı kimi gördüyünü, ona görə də onu qoruduğunu bildirmiş, o isə Fəqana “əgər mənim qardaşımı qardaş gözü ilə görürdünsə niyə 3 il öncə mənə mesaj yazıb deyirdin ki, səni istəyirəm, nə dəyişdi ki?” dediyində, Fəqan “mən onda da səni qoruyurdum, arxana düşürdüm, indi də səni qoruyuram, sən mənim məhlə qızımsan” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs sonda Surayyəyə qardaşı Elgünə bu barədə danışacağını söyləmiş, həmin vaxt Təqsirləndirilən şəxs onların yanına gəlmiş, nə danışdıqlarını soruşmuş, problem yaranmaması üçün Surayyə qardaşına Fəqanın onunla işi olmadığını, yanındakı qıza söz dediyini bildirmişdir. Zərərçəkmiş şəxs daha sonra Təqsirləndirilən şəxs Sürayyəyə şəkil göstərdiyini və həmin şəkildəki şəxsin Surayyənin olub-olmadığını yoxladığını söylədiyi üçün o da öz növbəsində qardaşına “mənim Fəqanla söhbət eləmək fikrim yox idi, sadəcə mənim olmadığım şəkli mənə göstərib iddia eləməyi mənim acığıma gəldi, mən də dedim ki, sənə nə var” deyə söyləmişdir. Şahid1 ifadəsinin davamında hadisənin necə baş verməsi barədə məlumatsız olduğunu, ailə üzvləri danışarkən qardaşının Fəqana 3 bıçaq zərbəsi vurduğunu eşidib xəstəxanaya getdiklərini, Fəqanın ona qarşı pis bir hərəkətinin olmadığını, lakin qardaşı Elgünün belə məsələlərdə həssas olduğunu, bu səbəbdən də hadisə olan günü saat 23:00 radələrində zəng edərək qardaşından narahatçılığının olub-olmadığını soruşduğunu, qardaşının da “problem yoxdur, narahat olma” cavabını verdiyini bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs savaşan biri olmadığını, əvvəllər onun əlində, o cümlədən cibində bıçaq görmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü ofisiant işlədiyi “Siyaqut” restoranında olmuşdur. İşdən çıxıb evə gedərkən Zərərçəkmiş şəxs ona zəng edib “Elgün mənə zəng vurub deyib ki, gəl görüşək” demiş, o, Fəqandan Elgünün onunla niyə görüşmək istədiyini soruşduğunda, Fəqan məlumatsız olduğunu, sadəcə görüşmək üçün çağırdığını bildirmişdir. Şahid2 ona gecə olduğu üçün tək getməməsini bildirmiş və birlikdə getməyi təklif etmişdir. O, Fəqanla görüşüb Şərur şəhər 1 nömrəli tam orta məktəbi istiqamətində getmişlər. Yolda Fəqandan təkrar olaraq Elgünün onu niyə çağırdığını soruşmuş, Fəqan isə məlumatsız olduğunu, görüşdüklərində öyrənəcəklərini bildirmişdir. Məktəbin həyətinə çatdıqlarında Təqsirləndirilən şəxslə əmisinin oğlu Canbaxış Rzazadə orda olmuşdur. Onlarla salamlaşıb görüşdükdən sonra Elgün “bizi 5 dəqiqə üzürlü sayın təklikdə söhbət edək” demiş və Fəqanla birlikdə bir qədər uzaqlaşmışlar. Təxminən 5-10 dəqiqə sonra Elgünlə Fəqan savaşmağa başlamışlar. Canbaxışla birlikdə ayırmaq üçün onların yanına qaçdıqlarında onlara çatmamış Fəqanın “ə niyə bıçaq vurursan” deyə qışqırdığını eşitmişdir. Onlara yaxınlaşdığında Fəqanın böyür nahiyyəsindən yara aldığını görmüşdür. Bu zaman Sahib Elgünün yenidən Fəqana bıçaq zərbəsi vurmasının qarşısını almaq məqsədilə qolunu arxa tərəfə qatlayıb bıçağı ondan almaq istəmiş, Elgün ona “Sahib burax bu namus, qeyrət söhbətidi” demiş, əlindən çıxıb Fəqana tərəf qaçmaq istədiyində Elgünü yerə yıxıb əlindən bıçağı alaraq qatlayıb cibinə qoymuşdur. Elgün yerdən qalxdıqdan sonra Sahibə “məni buraxın Fəqan qanın içindədi onu aparın xəstəxanaya” demiş, o, Canbaxışla birlikdə Fəqanı yol tərəfə aparmış, Canbaxış maşın saxlatmış və Fəqanı xəstəxanaya aparmışlar. Hadisənin şokundan və keçirdiyi qorxu hissindən, o cümlədən həyəcanlandığı üçün bıçaq onun cibində qalmışdır. Xəstəxanada polislər hadisə barədə soruşduğunda bıçağın cibində qaldığını xatırlamış və çox qorxduğu üçün həmin vaxt bıçağı xəstəxananın həyətinə atmışdır. Növbəti gün polislər ona zəng edərək bıçağın yerini soruşduqlarında xəstəxanaya gedib bıçağı atdığı yeri polislərə göstərmişdir. Şahid2 ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs yaxşı biri kimi tanıyır, əvvəllər onun savaşmasının şahidi olmamışdır. Hadisə vaxtı Elgündə bıçaq olması ehtimalını düşünməmişdir. Bir neçə il öncə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bacısından xoşlandığı sonradan öyrənmişdir. Hadisənin hansı səbəbdən törədilməsi barədə heç bir məlumatı olmamışdır. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü axşam saatlarında əmisinin oğlu Təqsirləndirilən şəxs onlara gəlmişdir. Evdə saat 23:15 radələrində yuxudan oyandığında Elgünün evdə olmadığını görmüşdür. Çölə çıxıb baxdığında Elgünün park istiqamətində olduğunu görmüşdür. Ondan bu saatda niyə çölə çıxdığını soruşduğunda, Elgün Zərərçəkmiş şəxs ilə işinin olduğunu və onunla söhbət edəcəyini bildirmişdir. Elgünlə birlikdə 1 nömrəli tam orta məktəb istiqamətində gedib bir qədər gözlədikdən sonra Fəqanla Şahid2 onların yanına gəlmişlər. Salamlaşdıqdan sonra Elgünlə Fəqan onların yanından bir qədər uzaqlaşmış, təxminən 5-10 dəqiqə sonra əlbəyaxa olaraq savaşmağa başlamışlar. Qaçıb onlara yaxınlaşanadək Fəqan “bıçaq niyə vurursan?” deyə qışqırmış, Sahiblə birlikdə Elgüngilin yanına çatdıqlarında Fəqan artıq yaralanmışdır. Çatdıqlarında bıçaq Təqsirləndirilən şəxs əlində olmuş, Şahid2 bıçağı ondan almışdır. Zərərçəkmiş şəxs yola tərəf apardığında geri dönüb əmisinin oğlu Təqsirləndirilən şəxs yanına getmək istəmiş, Elgün ona “sən məni boş ver sən get Fəqanın arxasınca ona bir şey olmasın” dedikdən sonra yoldan keçən tanımadıqları avtomaşınla Sahib və Fəqanı xəstəxanaya göndərmiş, daha sonra özü xəstəxana getmişdir. X3 ifadəsinin davamında hadisə baş verdiyi zaman Elgünün üzərində bıçaq olması və hansı səbəbdən Fəqanı bıçaqlaması barədə məlumatsız olduğunu, daha əvvəl Fəqanla Elgünün arasında ədavət olması barədə eşitmədiyini, hadisə baş verdikdən sonra hadisənin baş vermə səbəbini öyrəndiyini bildirmişdir. O, Elgünü çox yaxşı tanıdığını, onun pis niyyətli olmadığını, dosta can yandıran, valideynlərinə qarşı nəzakətli olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2: - 04 iyul 2024-cü il tarixli, 1282 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar olunmamışdır. - 10 iyul 2024-cü il tarixli, 17 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar olunmuş xəsarətlər- dalağın və sol böyrəyin zədələnməsi, daxili qanaxma ilə fəsadlanmış bel nahiyəsinin sol yarısının üç yerdən deşilmiş yaraları, qanitirmə (təxminən 1,5 litr), hemorragik şok İİ-İİİ dərəcə, deşicikəsici alət təsirindən törənmişdirlər. Xəsarətlərin bıçaq təsirindən törənməsi istisna olunmur və onların yetirilmə müddəti qərarda göstərilən şəraitə, tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aiddir. - 04 sentyabr 2024-cü il tarixli, 12 nömrəli maddi sübutların ekspertizası barədə rəyindən görünür ki, hadisə yerindən götürülərək qablaşdırılmış qanabənzər ləkələr qandır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni İV qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1: - 11 iyul 2024-cü il tarixli, 247 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. - 11 iyul 2024-cü il tarixli, 248 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 31 iyul 2024-cü il tarixli, 752 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim olunan 01(bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış turist bıçağıdır, soyuq silah hesab edilmir və onun üzərində sonradan təyinatını dəyişəcək hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. - 28 avqust 2024-cü il tarixli, 947 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən əvvəlki dövrdə qısqanclıq hissi ilə müşahidə olunan sinir psixi-gərginlik halında olmuşdur. Təqsirləndirilən şəxs qısqanclıq hissi ilə müşahidə olunan sinir psixi-gərginlik halının yaranması onun qarşılaşdığı şəraitlə-bacısı Şahid1 dost münasibətində olduğu Zərərçəkmiş şəxs tərəfindən narahat edilməsi, ona zəng vurması və onun işlərinə qarışması ilə səbəbli nəticə əlaqəsində yaranmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək, bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa , təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 08 iyul 2024cü il tarixli 1154 nömrəli məktubundan Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 26 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baş vermiş hadisə ilə əlaqədar 26 iyun 2024-cü il tarixdə açıq havada, təbii işıqlandırma şəraitində videoçəkilişlə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, hadisə ünvan 2 ünvanında yerləşən 1 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin sağ hissəsində baş vermişdir. Hadisə yerinə baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun bacısı Şahid1 narahat etdiyi üçün həmin yerə çağırdığını, məhz həmin yerdə Zərərçəkmiş şəxs ilə bir-birlərinə yumruq zərbələri vurmağa başladıqlarını, daha sonra həmin yerdən 9.5 metr irəli gedərək solda olan torpaq sahədə əlində gəzdirdiyi qara rəngli cib bıçağı ilə onun müxtəlif nahiyələrindən 2-3 zərbə vurduğunu, daha sonra həmin bıçağı nə etdiyini xatırlamadığını bildirmişdir. Həmin yerdən 14 metr irəlidə səkinin üzərində qanabənzər ləkələr vardır. Həmin qana bənzər ləkələrdən yaxma üsulu ilə 01 ədəd nümunə götürülərək ağ rəngli zərfin içərisində qablaşdırılmışdır. - 26 iyun 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, baş vermiş hadisə ilə əlaqədar Şərur rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsinə baxış keçirilmiş, həyətyanı sahədə olan yolka ağaclarının arasında bir ədəd üzərində “Columbia” yazısı olan bağlı vəziyyətdə, qara rəngli cib bıçağı aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid2 həmin bıçağı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra onun əlindən aldığını və Zərərçəkmiş şəxs xəstəxanaya gətirildikdən sonra həmin yerə, yəni xəstəxananın həyətində olan yolka ağaclarının arasına atdığını bildirmişdir. Aşkar olunan bir ədəd üzərində “Columbia” yazısı olan bağlı vəziyyətdə, qara rəngli cib bıçağı ağ rəngli zərfin içində qablaşdırılaraq iş üçün əhəmiyyətli olduğundan götürülmüş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. - 01 oktyabr 2024-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs Şərur rayon Xəstəxanasının həyətyanı sahəsindən götürülmüş bıçağı göstərərək bıçağın ona məxsus olduğunu və məhz həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-ə göndərilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti Şərur Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şərur şəhərində yaşadıqları müddətdə onların barəsində Şərur şəhər Mənzil İstismar Sahəsinə aid orqanlardan heç bir yazılı şikayət və təqsirləndirici material daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə, saat təxminən 01:45 radələrində ünvan 2ndə yerləşən 1 nömrəli tam orta məktəbin həyətyanı sahəsində şəxsi mübahisə zəminində əlində olan qara rəngli cib bıçağı ilə 2003-cü il təvəllüdlü, Şərur şəhər sakini Zərərçəkmiş şəxs 3 bıçaq zərbəsi vurmuşdur. İlk növbədə qeyd edilməlidir ki, cinayət hadisəsi baş verən zaman təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətətn də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsr oğlunun cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə görə məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs yaşını, yəni onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət əməlini törətdikdən sonra könüllü olaraq təslim olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə barəsində verilən xasiyyətnamədə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun cinayət törədərkən yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən 28 iyun 2024cü il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, 01 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxsin 18 yaşı tamam olduğundan 01 iyul 2024-cü il tarixdə həmin orqan tərəfindən qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxil deyildir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat, məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat olmaqla ümumilikdə 167 (yüz altmış yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan üzərində “Columbia” yazısı olan 01 ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunəsi məhv edilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağından və hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 67 (altmış yeddi) manat, məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat olmaqla ümumilikdə 167 (yüz altmış yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan üzərində “Columbia” yazısı olan 01 ədəd bıçaq və hadisə yerindən götürülmüş qan nümunəsi məhv edilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov
2. Faiq Heydərov