Məhkəmə qərarları › İş №1(109)-5/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-5/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-5/2024 15.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X4 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, təqsirləndirilən şəxsin müdafiəçiləri Şərur Rayon Vəkil Bürosunun vəkili X35, Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1999-cu ildə Naxçıvan MR, Şərur rayonu, Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 151 və 157.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1, 151 və 157.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, habelə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında Xok-Naxçıvan avtobusu ilə Naxçıvan şəhərinə gedərkən həmin vaxt avtobusda olan həmkəndlisi X9 yanına əyləşmiş, onunla ünsiyyət qurmaq istədiyini bildirərək A.İbrahimovadan “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi şəxsi hesab adresini istəmiş, sonuncu qeyd olunan sosial şəbəkə platformasında özünəməxsus şəxsi hesab adresini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs həmin sosial şəbəkə platformasında A.İbrahimova ilə bir müddət əlaqə saxlamış və aralarında sevgili münasibəti yaranmışdır. Münasibətdə olduqları müddətdə Aysun İbrahimova Təqsirləndirilən şəxs şəxsi istəyi əsasında sonuncuya proqram vasitəsi ilə özünəməxsus çılpaq video və foto görüntülərini göndərmişdir. 02 iyun 2023-cü il tarixdə S.Dövlət ittihamçısıİbrahimovanın çılpaq video və foto görüntülərini başqa şəxslərə də göndərdiyini öyrənmiş və bu barədə özünəməxsus ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Samsung A12” markalı mobil telefonunda yaddaşda olan “Whatsapp” mobil tətbiqində A.İbrahimovaya sonuncunun ***- ***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqində yazılı və səsli mesajlar göndərməklə ciddi narazılığını bildirərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə A.İbrahimovaya göndərdiyi yazılı və səsli mesajlarla sonuncunun bir daha başqa oğlanlarla əlaqə saxlayacağı halda özünəməxsus mobil telefonunda A.İbrahimovaya aid olan çılpaq video və foto görüntüləri sonuncunun atası X6 göndərəcəyi barədə hədəqorxu gəlmiş və A.İbrahimovadan bu barədə atasına məlumat verməməsi müqabilində cinsi orqanını ağız boşluğuna daxil edib cinsi ehtirasını pozğun formada təmin etməsini tələb etmiş, bunu isə özünəməxsus mobil telefonun videokamerası ilə çəkərək qeydə alacağını, birlikdə baxdıqdan sonra siləcəyini bildirmişdir. A.İbrahimova barəsində qeyd olunan rüsvayedici məlumatların Təqsirləndirilən şəxs olması və sonuncunun həmin məlumatları atasına bildirəcəyindən qorxub məcbur olaraq onunla razılaşmışdır. Bu məqsədlə Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində A.İbrahimovanın Kəngərli rayonunun Xok kəndində yaşadığı evə gedərək barəsində qeyd olunan rüsvayedici məlumatların olması ilə bağlı asılılığından istifadə edərək onu seksual xarakterli hərəkətlər etməyə məcbur etməklə öz cinsi orqanını A.İbrahimovanın ağız boşluğuna daxil etmiş, sonuncu təkidlə “bəsdir” deməklə bu hərəkətlərin dayandırılmasını bildirsə də, S.Dövlət ittihamçısıİbrahimovanı seksual xarakterli hərəkətlər etməyə məcbur edib bunu özünəməxsus “Samsung A12” markalı mobil telefonun videokamerası ilə 02 iyun 2023-cü il tarixdə, saat 23:33-də qeydə almışdır. Bundan başqa Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində A.İbrahimovanın evdə tək olduğunu bilərək sonuncunun təklifi ilə onun yaşadığı evə getmiş, A.İbrahimova ilə sonuncunun yaşadığı evdə bir qədər vaxt keçirdikdən sonra atasının evdə olub-olmamasını yoxlamaq üçün evə getməli olduğunu bildirmiş, A.İbrahimova ondan getməməsini xahiş etsə də, Təqsirləndirilən şəxs atası evdə olmadığı təqdirdə geri qayıdacağını bildirərək evdən çıxmışdır. A.İbrahimovanın yaşadığı evdən çıxdıqdan sonra sonuncu ilə aralarında baş tutan telefon danışığı zamanı Aysun İbrahimova Təqsirləndirilən şəxs qadını razı sala bilmədiyini və bu səbəbdən kişi olmadığını demiş, aralarında yaranmış sözlü mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. A.İbrahimovanın özü və ailə üzvlərinin ünvanına kobud, nalayiq ifadələr işlətməsindən əsəbiləşərək Təqsirləndirilən şəxs sinir psixi gərginlik halı keçirərək qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa kəskin reaksiya verməsi və şəxsi əhəmiyyət kəsb edən hadisələrə qarşı həssaslığı ilə əlaqədar olaraq onu cəzalandırmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Aysun İbrahimovanın yaşadığı evə gedəcəyi vaxtı heç kimin görməməsi üçün gecəyarısı olmasını və hər kəsin yatmasını gözləmiş, 18 iyun 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində evdən çıxaraq A.İbrahimovanın yaşadığı evə tərəf getmişdir. A.İbrahimovanın onun gəlişindən məlumatsız olması səbəbindən sonuncunun yaşadığı evin həyətinin divarından aşaraq yaşadığı otağa tərəf irəliləmiş, həmin vaxt otağın bağlı olan qapısının açılmasına nail olmaq üçün şüşəsini döydükdə Təqsirləndirilən şəxs gəlməsindən xəbərsiz olan A.İbrahimova mənzilə gələnin kim olduğunu soruşmuş, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra A.İbrahimova otağın qapısının kilidini açaraq əsəbi halda qapıya yaxın istiqamətdə Təqsirləndirilən şəxs qarşılayarkən sonuncu əsəbi halda A.İbrahimovanın üzərinə gedərək özü və ailəsinin ünvanına dediyi nalayiq sözlərə görə cavab verəcəyini demişdir. Hər ikisi əsəbi olduğundan aralarındakı mübahisə daha da gərginləşmişdir. A.İbrahimova Təqsirləndirilən şəxs mobil telefonundakı ona aid videoları silməsini tələb edib qışqıraraq ona qarşı nalayiq sözlər dediyindən Təqsirləndirilən şəxs kənardan eşidilməməsi üçün əli ilə A.İbrahimovanın ağız nahiyəsini tutaraq çənəsini sıxıb zor tətbiq etməklə onu otağın içərisinə doğru itələyərək mənzilə dəvət edilmədiyi halda, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayan A.İbrahimovanın iradəsi ziddinə onun yaşadığı mənzilə daxil olmuşdur. Mənzildə A.İbrahimova Təqsirləndirilən şəxs mobil telefonundakı ona aid videoları silməsini tələb edib özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir etməyə davam etmiş, bundan daha da əsəbiləşən Təqsirləndirilən şəxs ağız nahiyəsini tutaraq çənəsini sıxıb zor tətbiq etməklə onu arxaya doğru itələmiş, sonra isə sifət nahiyəsinə şillə və yumruq zərbələri vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid “ön alın nahiyəsində hematoma, burun əsasında, sol almacıq nahiyəsində və sol çənə bucağı nahiyəsində qançırlar və sol almacıq nahiyəsində sıyrıq” xəsarətlərini yetirmişdir. A.İbrahimova Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməkdə davam etməklə sonuncudan mobil telefonunda olan ona məxsus çılpaq video və foto görüntüləri silməsini bir daha tələb etmiş, S.Dövlət ittihamçısıİbrahimovanın davamlı onun və ailə üzvlərinin ünvanına dediyi nalayiq sözlərə görə sinir psixi gərginliyi halını keçirmiş və həmin halın təsiri altında sonuncunu öldürməklə cəzalandırmaq qərarına gəlib otaqda olan masanın üzərindəki təsərrüfatməişət təyinatlı mətbəx bıçağını götürərək A.İbrahimovanın boğaz nahiyəsinə bir zərbə vurmaqla ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “sol boyun nahiyəsində qırtlaq qığırdıqlarını və sağ ümumi yuxu arteriyasını zədələyən deşilmiş-kəsilmiş yara” xəsarətini yetirməklə onu qəsdən öldürmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Aysun İbrahimova ilə eyni məhəllədə yaşadıqları üçün bir-birilərini tanımışlar. Yaşadıqları evlərin arasında 100 metr, həyətdən-həyətə isə 50 metr məsafə olmuşdur. Tarixini xatırlamadığı gün yaşadığı Xok kəndindən Naxçıvan şəhərinə gedən avtobusda Aysunla yanaşı əyləşmiş, bundan sonra telefonda dost kimi danışıb yazışmaqla aralarında sevgili münasibəti yaranmışdır. Hadisə olan günü saat 15:00-16:00 radələrində idman kompleksinin arxasındakı “Araz” stadionunda qaçışda olmuş, qaçışdan sonra düzülüş olmuş, daha sonra onları işdən evə buraxmışlar. Telefonu maşında qalmış, maşına əyləşdikdə Aysun İbrahimovadan zəng gəlmiş, telefon danışığı zamanı A.İbrahimova ondan “atamı tutublar, xəbərin var? Sən haradasan?” deyə soruşmuş, o isə “şəhərdəyəm, xəbərim yoxdur, kəndə gələndə nə isə məlumatım olsa sənə də xəbər edərəm” cavabını vermişdir. Həkimə getdikdən sonra dostu Hilal Tağıyevlə birlikdə kəndə qayıtmışdır. Kəndə çatdıqda Aysunla telefonda danışmış, Aysun ona atasının polisə söyüş söyüb bıçaq çəkdiyi üçün tutulduğunu, bibisi ilə birlikdə atasının yanına gedəcəklərini söyləmişdir. Təqsirləndirilən şəxs evlərinə getmiş, üstündən xeyli vaxt keçdikdən sonra axşam saatlarında Aysuna zəng etdiyində Aysun ağlayaraq atasının yanına getdiyini, atasını buraxmadıqlarını və 1 ay müddətində polisdə qalacağını demişdir. Ondan nə səbəbə ağladığını soruşduqda isə telefona baxıb bəzəyini silən zaman əmisi ilə əmisinin oğlunun onu vurduğunu, əmisinin oğlunun ona səni öldürərəm dediyini, başqalarıyla görüşüb danışması ilə bağlı böhtan atdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs ondan həqiqətən başqa şəxslərlə görüşübgörüşmədiyini soruşmuş, o isə yalan olduğunu, sadəcə telefona baxaraq bəzəyini sildiyini, söz- söhbət böyüməsin deyə öz evlərinə gəldiyini, ancaq evdə darıxdığını bildirmişdir. Daha sonra yenidən Aysuna zəng etdikdə Aysun ona yaşadığı evə gəlməyi və birlikdə qalmağı təklif etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə razılaşmamış, yanında adam olduğunu, başqa işinin olduğunu söyləmiş, lakin Aysun təkid etdiyi üçün ona gələcəyini söyləmişdir. İşini qurtardıqdan sonra A.İbrahimovaya zəng etdikdə o bibisinin qapını arxadan bağlayaraq qıfıl vurduğunu demiş, Təqsirləndirilən şəxs ondan necə gələcəyini soruşmuş, o daha əvvəl də bir neçə dəfə Aysungilə getdiyindən A.İbrahimova həmişə gəldiyi yerdən gəlməsini söyləmişdir. Sərvin Aysungilin döngəsinə çatmamış Aysun İbrahimovanın əmisi oğlu Şahid8 öz döngələrindən çıxdığını görmüş, Şahid8 getdikdən sonra Aysunun köməkliyi ilə qapını açaraq evlərinə daxil olmuşdur. Evə keçib söhbət etməyə başlamış, Aysun başını onun sinəsinə qoyaraq qorxduğunu, sıxıldığını söyləyib ağlamış, bazar günü bibisi ilə atasının yanına gedəcəklərini bildirmişdir. Evdə olarkən Şahid8 çöldən A.İbrahimovanı səsləmiş, Aysun qapıya çıxaraq “nə var ? Mən yatıram” deyib içəri keçib qapını örtmüşdür. Bu zaman Təqsirləndirilən şəxs getmək istəmiş, Aysun ondan haraya getdiyini soruşmuş, o, “bayaq Əli mənim buraya döndüyümü görüb, məni burada görərlər, mənə də sənə də problem olar” demiş, evdən çıxıb kəndin yuxarı istiqamətinə qalxdıqda Şahid14 və digər şəxslərin məhəllədə oturduqlarını, pivə içdiklərini görüb onların yanına getmişdir. Onlar Təqsirləndirilən şəxs haradan gəldiyini soruşduqda həmkəndlisi Mirəzimgildən gəldiyini bildirmişdir. Aysun İbrahimova həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək onun yanına gəlməsini istəmiş, Təqsirləndirilən şəxs “yanımda adam var, danışa bilmirəm, sonra danışarıq” demişdir. Aysunun əmisi oğlu Şahid8 da onların yanına gəlmiş, oturub söhbət etmiş, Sərvin yuxarı qalxdıqda əmisinin nəvəsi Məhəmməd Məhəmmədovla qarşılaşmış, o da onlarla birlikdə yuxarı qalxmış, birlikdə pivə içib, söhbət etmiş, bu müddət ərzində Aysunla telefon danışıqları olmuşdur. Uşaqlarla sağollaşıb, əmisi oğlu və Salman adlı şəxslə evlərinə qayıtdıqda atasını və onun yanında başqa bir neçə şəxsi görmüş, onlarla bir qədər söhbət etmiş, daha sonra Aysuna zəng edərək “gəlirəm qapını aç” demiş, Aysun ona “bilirsən, gözlərim zəifdir, hava da qaranlıqdır, qorxuram, yıxılaram, hasardan tullan” demiş, Sərvin həyətə yaxınlaşmış, divarın kəsişməsindəki çıxıntılar vasitəsilə çıxıb həyətə düşmüş, Aysunu çağırmış, o, qapını açdıqdan sonra içəriyə daxil olmuş, qaranlıq olduğundan telefonunun işığını yandırıb Aysunun yanında əyləşmiş, bu vaxt Aysun ona əmisinin onu döydüyünü demiş, üz nahiyyəsinə vurduğu yerləri göstərdikdə hər hansı xəsarət izi görməmiş, lakin göstərdiyi yerlərdən öpmüş, sonra ona atasının çölə yer suvarmağa gedəcəyini, evlərinə gedib onun evdə olub-olmadığını yoxlamalı olduğunu, əgər evdə olmasa geri qayıdacağını demişdir. Evdən çıxıb hasardan aşmış, küçə qapısından 5-6 metr uzaqlaşmamış Aysun zəng edərək “gələcəksən ya yox? Məni aldatmırsan?” deyə soruşmuş, telefonda danışarkən A.İbrahimova ona “gözlə kimsə gəldi” deyib telefonu söndürmüş, 1-2 dəqiqə sonra ona zəng edib nə baş verdiyini kimin gəldiyini soruşmuş, Aysun heç kimin olmadığını deyib qayıdıb-qayıtmayacağı ilə maraqlanmış, Sərvin yenə də atasının evdə olub-olmadığını yoxlayıb evdə olarsa gələ bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs öz həyətlərinə daxil olduqda saat təxminən 23:00-00:00 radələrində atasının kətildə yatdığını görüb evə keçmiş, üstündən xeyli vaxt keçdikdən sonra Aysun zəng edib “gəlmirsən?” deyə soruşmuş, Sərvin isə gələ bilməyəcəyini atasının evdə olduğunu demiş, aralarında mübahisə yaranmış, ancaq söyüş olmamış, telefonu söndürüb səssizə atmış, Aysun ona 2-3 dəfə zəng etmiş, 2 dəfə açıb söndürmüş, sonuncu danışıqlarında isə ona “sənə dedim axı atam evdə olsa gələ bilməyəcəm” demiş, Aysun onu aldatdığını deyib telefonu söndürmüşdür. Təqsirləndirilən şəxs işinə görə telefonunu tamamilə söndürə bilməmiş, Aysun İbrahimovanın nömrəsini bloka atmış, bu vaxt anasının da salonda yatdığını görməmiş, anası telefon danışıqlarının şahidi olmuş, hətta Sərvinə danışıq tərzinə görə açıqlanmışdır. Növbəti gün Sərvinin atasının əmisi oğlu zəng edib onu yuxudan oyatmış, ondan köməklik etməsini istəmiş, anası isə “keçən həftədən arpamız tökülüb qalıb, onu yığmırsan, gedib ona-buna köməklik edirsən” demiş, o, anası ilə razılaşaraq arpanı yığığ götürəcəyini bildirmişdir. Bundan sonra Aysunun nömrəsini blokdan çıxarıb ona 2 dəfə zəng etmiş, ancaq telefonu sönülü olmuş, Aysunun da onun nömrəsini bloka atdığını düşünmüşdür. Kəndin mərkəzinə qalxıb arpanı yığmaq üçün adam axtarmış, Eltun Babayev və Şahid11 də daxil olmaqla 5-6 nəfər məhəllə uşağı ilə rastlaşıb onlardan kömək istəmiş, onlar da paltarlarını dəyişib köməyə gələcəklərini demişlər. Təqsirləndirilən şəxs geri qayıdarkən saat 10:00-11:00 aralığında Aysunun yaşadığı evin qarşısında onun bibisinin ağladığını görmüş, bu vaxt öz anasıdgil də gəlmiş, nə baş verdiyini soruşmuş, camaat Aysunun özünü öldürdüyünü demiş, necə olduğunu soruşduqları zaman bibisi bilmədiyini, qapını bağlayıb gedərkən evdə sağ-salamat olduğunu demişdir. Sərvinin özü də münasibəti olan qızın ölməsinə narahat olmuş, 5-10 dəqiqə orada dayandıqdan sonra qardaşının uşaqlarını aparıb evə təhvil vermiş, bu vaxt köməyə çağırdığı Ramal adlı şəxs gəlmiş, ondan nə baş verdiyini soruşmuş, Sərvin bilmədiyini, hərənin bir söz dediyini, deyəsən Aysunun özünü öldürdüyünü demiş, Ramal ondan niyə narahat olduğunu soruşduqda ona dünən Aysunla görüşüb danışdığını, ona görə pis olduğunu bildirmişdir. Daha sonra digər uşaqlar da köməyə gəlmiş, bu vaxt Sərvin həddindən artıq narahat vəziyyətdə olmuş, adını xatırlamadığı uşaqlardan biri Aysunun bıçaqla öldürüldüyünü söyləmiş, Sərvin isə “vallah deyirlər özünü asıb, hərə bir söz deyir, tam dəqiq deyil” demiş, arpanı yığdıqdan sonra kisələrin ağzını bağlayan zaman bıçaq vasitəsilə ipi kəsən uşaqla “bıçaqla az oyna, görənlər başqa cür başa düşəcəklər” deyə zarafat etmişdir. İşləri qurtardıqdan sonra evə gedib duş qəbul etmiş, evdə dincələn zaman atası polislərin iki nəfəri apardıqlarını, onların həyətindən də qırıq telefon götürdüklərini söyləmiş, bu zaman Təqsirləndirilən şəxs həmin qırıq telefonun özünə məxsus olduğunu, qardaşının uşaqlarının oynadaraq həyətə atdıqlarını düşünmüşdür. Küçəyə çıxdıqda polis əməkdaşlarının heç kəsə hadisə yerinə getməyə icazə vermədiklərini görmüş, məhəllədən bir nəfərlə kəndin yuxarı tərəfinə qalxan zaman ondan polislərin kimi apardıqlarını soruşmuş, o da bilmədiyini demişdir. Sərvin qardaşının işlətdiyi çayxanaya getmiş, orada olarkən qardaşı telefonda onun nömrəsini kiməsə verdiyini eşitmiş, qardaşı polisin onun nömrəsini istədiyini demiş, Sərvinin sadə telefonu arpa yığarkən həyətdə stolun üstündə qaldığından yenidən qardaşına zəng edərək Sərvini ağacların altına çağırmışlar. Təqsirləndirilən şəxs polis maşınında əyləşdikdən sonra polislər yolda ondan dünən axşam harada olduğunu, baş vermiş hadisədən xəbərinin olub-olmadığını, Aysunla danışıb-danışmadığını soruşmuş, Sərvin də cavabında axşam məhəllədə olduğunu, hadisə barədə bilmədiyini, Aysunla telefonda danışdığını demişdir. Polislərlə Qıvraq rayonunda notariusun arxasındakı balaca yerə getmiş, orada Nəsib adlı polis də daxil olmaqla 7-8 nəfər polis əməkdaşı olmuş, ondan hadisə günü Aysunla danışıb evlərinə getməsi barədə soruşduqda, danışdığını və evlərinə də getdiyini demiş, hadisənin kim tərəfindən törədildiyini soruşan zaman isə bilmədiyini, araşdırılmasını bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs əynində qara köynək, qara şapka, şalvar və ayaqqabı olmuş, Qasım adlı polis Aysungilə gedərkən əynində olan köynəyin harada olduğunu, yudurdub-yudurtmadığını soruşmuş, köynəyin evdə olduğunu, yudurtmadığını söyləmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmış, Qasım adlı polis əməkdaşına axşam məhəllədə olduğunu, yanındakı uşaqların adlarını, Aysunla danışdığını, hadisə günü iki dəfə onların evinə getdiyini, hansı məqsədlə getdiyini demiş, sonra Daxili İşlər Nazirliyindən gələn iki nəfər mülki geyimli şəxs onun qollarını qandallayıb suallar verməyə, onu döyüb işkəncə etməyə başlamışdır. Şöbədə olarkən Nəsib və Qasım adlı polis əməkdaşları ona işkəncələr etmiş, A.İbrahimovanı zorlayaraq öldürdüyünü boynuna alması üçün təzyiq göstərmiş, Sərvinin bərpa etdikləri telefonundan çıxan videolar, şəkillərlə bağlı soruşmuşlar. Təqsirləndirilən şəxs telefonundan aşkar edilənləri qəbul etmiş, ancaq A.İbrahimovanı zorlayaraq öldürdüyünü inkar etmiş, 1 gün yarım orada qaldıqdan sonra prokurorluğa Talıb adlı şəxsin yanına aparılmışdır. Prokurorluqda olan zaman yenə də cinayəti törətmədiyini söylədiyi üçün Talıb adlı şəxs ona şiddət göstərmiş, şillə və yumruqla vurmuş, işkəncələr vermiş, Nəsib adlı polis əməkdaşı ona bıçaqda, evin qapısında, divarında barmaq izlərinin çıxdığını demiş, Sərvin isə o evə getdiyini ona görə qapıda, divarda barmaq izlərinin olmasının normal olduğunu söyləmiş, nə qədər döyülsə də cinayət hadisəsini törətdiyini qəbul etməmiş, onu ailəsiylə təhdid etdikdən və qardaşının şəhid statusunun alınması üçün lazımi hərəkətləri edəcəklərini söylədikdən sonra cinayəti törətməsini boynuna alıb etirafedici ifadə vermişdir. Şöbədə, eləcə də 19 iyun 2023-cü il tarixdə prokurorluqda dindirilən zaman müdafiəçisi yanında olmamış, 20-21 iyun tarixlərində dindirildikdə, Talıb adlı şəxsin iştirakı ilə ifadəsinin yerində yoxlanılması zamanı çəkiliş aparıldıqda müdafiəçi Azər Əliyev orada olmuşdur. Bundan sonra Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerinə gətirilmiş, orada Famil və Nəcəf adlı əməkdaşlar ondan Aysun İbrahimovanın telefonunun harada olmasını soruşmuş, o isə Aysunun əmisigilin də araşdırılmasını istədiyi üçün telefonu əmisigilin həyətinə atdığını deyərək yalan ifadə vermiş, Famil və Nəcəf adlı şəxslər tərəfindən orada olarkən döyülmüş, işkəncələrə məruz qalmışdır. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Təqsirləndirilən şəxs istintaq təcridxanasına aparılmış, bu vaxt həkim ondan şikayətinin olub-olmaması barədə soruşmuş, ancaq Sərvin birbirilərinin təshibini verməyəcəklərini düşünərək şikayətinin olmadığını demişdir. Mahir adlı şəxsin göstərişi ilə kameraya aparılmış, kamerada əvvəlcə heçnə danışmamış, Şahid7, Şahid6 və Şahid1 ona qızı zorlayıb öldürdüyü üçün buraya gətirildiyini bildiklərini demişlər. Nəsib adlı polis Təqsirləndirilən şəxs istintaq təcridxanasına aparılan zaman hədələdiyi üçün Sərvin kamerada olan şəxslərə də cinayəti özünün törətdiyini demiş, hadisə barədə danışdıqdan 3-4 gün sonra həmin şəxslərin üstünə gəldiyini görüb əslində elə olmadığını qızı özünün öldürmədiyini, sadəcə döyüldüyü, təzyiq və təsirə məruz qaldığı üçün yalan ifadə verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, Talıb adlı şəxs ondan 15 min manat pul istəmiş, o isə A.İbrahimovanı öldürmədiyi üçün pulu verməmişdir. Təqsirləndirilən şəxs Aysun İbrahimova ilə tanış olduğu vaxtdan ölənədək aralarında normal münasibətin olduğunu, ona qarşı heç vaxt aqressiya və şiddət göstərmədiyini, sadəcə hadisədən 15-20 gün əvvəl Aysunun ondan videosunu silməsini istədiyini, bu zaman aralarında mübahisə yarandığını, buna görə də smartfon telefonunu sındırdığını, telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni isə sadə telefonuna taxdığını, hadisə günü üzərində smartfon telefonunun olmadığını bildirmişdir. X18 başqa oğlanlarla da danışdığını bilməmiş, daha sonra onun çılpaq video və şəkilləri Sərvinə göndərilmiş, bu zaman Aysunu bu hərəkətləri etməkdən çəkindirmək məqsədilə şəkilləri atasına göndərməklə hədələmiş, A.İbrahimova ilə oral yolla əlaqədə olduğu videonu isə Aysungilin evində özü çəkmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə A.İbrahimova ilə görüşüb tanış olmaları ilə bağlı hissəni təsdiq etmiş, hadisə günü iki dəfə Aysungilə getdiyini, onunla 15-20 dəfə telefonla danışdığını, lakin “Whatsapp” vasitəsi ilə əlaqə saxlamadıqlarını, ifadələrdə mətbəx bıcağının adını çəkmədiyini, hadisədən sonra Aysun İbrahimovanın telefonunu götürüb qardaşının yoldaşına vermədiyini bildirmişdir. Son olaraq özünü 120.1 və 157.2-ci maddələr ilə təqsirli bilmədiyini, aralarında söyüşlü mübahisə olmadığını, əks halda özünün də Aysunu söyəcəyini amma öldürməyəcəyini demiş, istintaq dövründə olan ifadələrində nə yazıldığını bilmədən imzala dedikləri üçün imzaladığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 4 aydır ki, kəndə köçmüş, kənddə yaşadıqları müddət ərzində qızı Aysun İbrahimova avtobusla məktəbə gedib evinə qayıtmışdır. Təqsirləndirilən şəxs və ailəsi ilə aralarında heç bir düşmənçilik və ədavət olmamış, divar qonşusu olmaqla yanaşı uzaq qohumluq münasibətləri də olmuşdur. A.İbrahimova ilə Təqsirləndirilən şəxs aralarındakı münasibətdən məlumatsız olduğunu, Təqsirləndirilən şəxs qızına qarşı etdiklərini bilsəydi onu öldürəcəyini, həmçini bir dəfə yad nömrədən qızına zəng gəldikdə özü açıb nalayiq ifadələr işlətdiyini, zəng edən şəxsin kimliyini bilmədiyini demişdir. Muxtar İbrahimov düşünür ki, Təqsirləndirilən şəxs onun qızını güdərək işə avtobusla getmədiyi halda A.İbrahimova ilə tanış olmaq məqsədilə avtobusa minmiş, ondan bəhanə ilə telefonunu alaraq mobil nömrəsini götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs A.İbrahimovanı atasına deməklə hədələyərək ona qarşı zorakılıq etmiş, onunla cinsi əlaqədə olmuş, onu incitmiş, qorxutmuş və sonda planlı şəkildə öldürmüşdür. 17 iyun 2023-cü il tarixdə, saat 14:00-dan sonra kənddə dalaşdığı üçün şöbəyə aparılmış, orada olarkən bacısı və qızı ona yemək gətirmiş, həmin gün şöbədə qızını görə bilməmiş, hadisə günü şöbədə olmuş, qızının ölüm xəbərini orada rəisdən eşitmiş, 18 iyun 2023-cü il tarixdə gecə 00:00-dan sonra evə buraxılmışdır. O, qardaşı və qardaşının oğlunun qızını öldürəcəyini düşünmədiyini, Təqsirləndirilən şəxs bu barədə yalan ifadə verdiyini, Təqsirləndirilən şəxs qəsdli şəkildə A.İbrahimovanın evdə tək olmasını gözləyərək onu öldürdüyünü bildirmişdir. Həmçinin o, ifadəsinin davamında prokurorluqda olarkən cinayət törədilən bıçağın şəkilinin ona göstərildiyini, xatırlamadığı üçün həmin bıçağın onlara məxsus olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Aysun İbrahimovanı tanıyır, lakin onunla yazışmamışdır. Kəndin mərkəzində qardaşı Şahid20, bibioğlusu Şahid9, Şahid10 və Vural Abdullayevlə birlikdə olarkən saat təxminən 09:00-10:00 radələrində Təqsirləndirilən şəxs onlara yaxınlaşıb həyətlərindəki arpanı kisələrə yığmaq üçün kömək lazım olduğunu demiş, onlar kömək üçün Sərvingilin evinin yaxınlığındakı həyətə getmişlər. Oraya getməmişdən əvvəl kənd camaatından A.İbrahimovanın özünü asdığını eşitmişlər. A.İbrahimovanın ölüm xəbərini eşitdikdən sonra Şahid11 qardaşı Şahid20 kisələri bağlamaq üçün bıçaqla kəndir kəsərkən Sərvin ona “bıçağı atın yerə, gəlib görərlər, deyərlər bəlkə Aysunu biz öldürmüşük” demişdir. Sərvin A.İbrahimovanın ölümü ilə bağlı başqa heç nə deməsə də, özünü şübhəli aparmış, onlarda Sərvinin əvvəlcədən olanlardan məlumatının olması təəssüratı yaranmışdır. Təqsirləndirilən şəxs “bıçağı atın yerə, gəlib görərlər, deyərlər bəlkə Aysunu biz öldürmüşük” deməsindən əvvəl heç kəs Aysunun bıçaqla öldürülməsi barədə danışmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs “Aysuna kimlər mesaj yazıbsa, danışıbsa hamısını içəri aparacaqlar, Aysunla mən də danışmışam, məni yüz faiz aparacaqlar” kimi ifadə işlətmişdir. Bundan sonra Aysungilin evinin qabağına getmiş və 5-10 dəqiqə orada dayandıqdan sonra evə qayıtmışlar. Şahid qismində dindirilmiş Şahid9 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək arpa yığmaq üçün kömək etməsini istəmiş, o, saat 09:30 radələrində Sərvingilin həyətinə getmiş, arpa yığarkən küçədən səs-küy gəlmiş, nə baş verməsi ilə maraqlandığı zaman Sərvin ona “Muxtarın qızı özünü asıb” demişdir. Şahid9 həyətə çatdıqdan təxminən 20 dəqiqə sonra Şahid11, Şahid20, Şahid10 biraz sonra isə Vural Abdullayev gəlmişdir. Ölüm xəbərini eşidənədək Sərvinlə aralarında A. İbrahimovanın ölümü ilə bağlı hər hansı söhbət keçməmiş, Aysunun özünü asması barədə eşitdikdən sonra Təqsirləndirilən şəxs “bıçağı yerə qoyun, elə bilərlər Aysunu biz öldürmüşük, gəlib bizi tutub apararlar” sözlərini demiş, daha sonra isə o, “Aysunla kim danışıbsa hamısını bir-bir polisə aparacaqlar” dedikdə Şahid9 da Aysun İbrahimova ilə danışdığı üçün narahat olmuşdur. Birlikdə arpanı yığıb qurtardıqdan sonra küçəyə çıxmış, daha sonra Təqsirləndirilən şəxs evlərinə qayıtmış, onlar isə bir qədər küçədə dayanmış, camaat getdikdən sonra getmişlər. Axşamçağı A.İbrahimovanı Təqsirləndirilən şəxs bıçaqlayıb öldürməsi xəbərini eşitmiş, arpa yığan zaman S. Məmmədov özünü çox rahat aparmışdır. Təqsirləndirilən şəxsla Aysun İbrahimovanın aralarında olan münasibətdən məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin istintaq təcridxanasında olarkən kamerada əvvəlcə Şahid1 və Şahid6lə birlikdə olmuş, daha sonra Təqsirləndirilən şəxs onların olduğu kameraya gətirilmişdir. Təqsirləndirilən şəxs orada olan şəxslərin yanında hadisə barədə danışan zaman bildirmişdir ki, birinci dəfə qız ona zəng edərək əmisinin onu incitdiyini, narahat olduğunu deyib yanına çağırmışdır. Təqsirləndirilən şəxs qızın evinə gedərək bir qədər oturub söhbət etdikdən sonra saat 22:00-23:00 aralığında evdən ayrılmış, sonra telefonda qız onun, anasının, qardaşının ünvanına söyüş söydüyü üçün yenidən onun evinə söhbət etmək məqsədilə getmiş, aralarındakı söyüşlü mübahisə davam etmişdir. Bu zaman qızın əlində mətbəx bıçağı olmuş, onun üzərinə hücum etmiş, Sərvin bıçağı ondan alıb sol əliylə qızı itələmiş, 2-3 dəfə itələşdikdən sonra bıçaqla qızın boğaz nahiyəsindən vurmuşdur. Təqsirləndirilən şəxs təcridxanaya gətirildiyi gün Şahid1, Şahid6 və onun yanında cinayəti törətməsini sərbəst şəkildə etiraf etmiş, daha sonra isə təzyiqə məruz qaldığı üçün cinayəti üstünə götürdüyünü, əslində qızı öldürmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs polisdə döyülməsini bildirsə də, həmin vaxt bədəninin heç bir yerində xəsarət izləri olmamışdır. Təqsirləndirilən şəxs gətirildiyi zaman heç kəs onu cinayəti etiraf etməyə məcbur etməmiş, onlara Təqsirləndirilən şəxs cinayətlə bağlı suallar verilməsi, yaxud təsir göstərilməsi tapşırılmamış, hər kəs orada olma səbəbi barədə danışdığı zaman Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməlini etiraf etmiş, lakin sonradan polisin onu döydüyünü, çəkindiyi üçün yalan söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla bir ay müddətində eyni kamerada qalmışlar və həmin müddətdə münasibətləri yaxşı olmuşdur.Kamerada olarkən Şahid7 Təqsirləndirilən şəxsla söhbət etdiyi zaman ona “əgər bir cinayət olubsa, ən əsas şey düzünü deməkdir. Əgər bir gün elə, bir gün belə danışsan bu sənə ikiqat ziyandır. Əsas odur ki, düzgün ifadə verəsən. Mən də Daxili Qoşunlarda xidmət etmişəm. Düzünü de, sənə kömək edək. Həm də şəhid qardaşısan, bunlar yəqin ki nəzərə alınar” demiş, bu zaman Təqsirləndirilən şəxs fikirləşərək cinayəti özünün törətdiyini, düzgün ifadə verəcəyini desə də, sonradan cinayət əməlini törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı cinayəti törətmədiyi üçün bıçaqdan barmaq izinin çıxmasından qorxmadığını, Talıb adlı şəxsin də tam arxayınlıqla “mən səni içəridən çıxaracağam, əgər cinayəti törətməmisənsə, düzünü deyirsənsə, səni çıxaracağam” sözlərini dediyini bildirmişdir. Təqsirləndirilən şəxs Aysun İbrahimova ilə aralarındakı münasibət barədə ətraflı məlumat verməmiş, əvvəlcədən bir-birilərini tanıdıqlarını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 3-4 nəfərlə birlikdə istintaq təcridxanasında kamerada olarkən Təqsirləndirilən şəxs “nə üstündə buraya gəlmisən?” deyə soruşmuş, o da qız üstündə gəldiyini demişdir. Ondan hadisənin necə baş verdiyini soruşduqda isə, ona söyüş söydüyü üçün qızı boğaz nahiyəsindən bıçaqla vurduğunu etiraf etmiş, Təqsirləndirilən şəxs “yazıqdı, yetim qızdı” dedikdə bilərək etmədiyini, bıçaqla vurduqdan sonra oranı tərk edib öz evlərinə getdiyini demişdir. Telefondakı şəkillərlə bağlı aralarında söhbət keçməmiş, qızın telefonunun harada olmasını soruşduqda Sərvin ona harasa atdığını söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzündə hər hansı xəsarət izi olmamış, o, döyülməsi ilə bağlı heçnə deməmişdir. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, evdən velosipedlə çıxıb gedərkən yolda Salman və Elgün adlı şəxsləri görüb salamlaşmış, bu zaman onların yanında əlavə 1-2 nəfər də olmuş, ancaq hava qaranlıq olduğundan həmin şəxslərin kim olduğuna fikir verməmiş, buna görə də Təqsirləndirilən şəxs orada olub-olmadığını dəqiq bilməmişdir. Yuxarı tərəfə gedərkən yolun üst tərəfindən gələn Şahid8la qarşılaşmış, Əli ondan siqaret istəmiş, o isə siqaretinin olmadığı demişdir. Növbəti gün təxminən günorta saat 11:00 radələrində Aysun İbrahimovanın özünü öldürməsi barədə eşitmiş, səhəri gün isə yas mərasimində kənd camaatının danışıqlarından A.İbrahimovanın Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü bilmişdir. Təqsirləndirilən şəxs kənd camaatı ilə mübahisə etməsinin, problem yaşamasının şahidi olmamış, yanlış hərəkətini görməmiş, Aysun İbrahimova ilə aralarında olan sevgi münasibəti barədə məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə, saat təxminən 20:00 radələrində evdən çıxıb məhəllə uşaqları ilə birlikdə kəndin mərkəzinə qalxan zaman Təqsirləndirilən şəxs görmüş, 10-15 dəqiqə onunla bir yerdə olmuş, sonra yolları ayrılmış və bir daha onu görməmişdir. Həmin gün Şahid5 görməmiş, Şahid8 məhəllə uşaqlarının arasında olub-olmamasını görməmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə dostluq etmiş, özünü isə uzun müddətdir ki, tanımış, kənd sakinləri ilə problem yaşamasının şahidi olmamış, Aysun İbrahimova ilə olan münasibəti barədə eşitməmiş, cinayət hadisəsi barədə isə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs sadə və smartfon tipli telefon işlətdiyini görmüşdür. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, hadisədən sonrakı gün kəndin mərkəzinə gedib Təqsirləndirilən şəxsla görüşmüş, Sərvin ondan arpa yığmaq üçün kömək istəmiş, Şahid11, Şahid20 və Vural Abdullayevlə birlikdə Sərvingilə gedib arpa yığmış, sonra evlərinə qayıtmışlar. Sərvingilə gedən zaman A.İbrahimovanın yaşadığı evin küçə qapısının qarşısından keçmiş, bu vaxt kənd camaatının oraya toplaşdığını görmüş, Vural Abdullayev A.İbrahimovanın özünü öldürdüyünü demişdir. Onlar həyətə daxil olmamış, birbaşa Sərvingilin həyətinə getmiş, orada Şahid20 kisələrin ağzını bağlamaq üçün bıçaq vasitəsilə ipi kəsərkən Təqsirləndirilən şəxs “bıçağı atın yerə, gəlib görərlər elə bilərlər ki, qızı biz öldürmüşük” demişdir. Şahid20 bıçağı yerə atdıqdan sonra Sərvin ona zarafat etdiyini, bıçağı götürüb kəsməyə davam etməsini demişdir. Təqsirləndirilən şəxs kömək üçün gedərkən Aysun İbrahimovanın bıçaqla öldürülməsi barədə deyil, özünü asıb ölməsi barədə eşitmişdir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onun kənd sakinləri ilə dalaşmasının və aqressivlik göstərməsinin şahidi olmamış, onun Aysun İbrahimova ilə sevgili münasibətində olması barədə prokurorluqda eşitmişdir. Ölüm xəbərini eşitdikdə Təqsirləndirilən şəxs özünü tam sərbəst aparmış, əhval-ruhiyəsi yaxşı olmuş, heç bir narahatçılıq keçirməmişdir. Şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, axşam saatlarında evə gedərkən dostu Şahid15la Təqsirləndirilən şəxs atası İsrail Məmmədovu birlikdə görmüş, dostu onu da birlikdə pivə içmək üçün dəvət etmiş, 2 stəkan pivə içdikdən sonra evdə qonaqları olduğundan mağazadan dondurma alıb evinə getmək üçün qalxdığında Təqsirləndirilən şəxs onların yanına gəlmişdir. Sərvin onunla birlikdə 100-150 metr aşağı doğru getdikdən sonra o, öz evlərinə, Sərvin isə Aysun İbrahimovanın yaşadığı evə tərəf getmiş, lakin A.İbrahimovanın yaşadığı evə daxil olmasının görməmişdir. Növbəti gün Aysunun yaşadığı evin qarşısından keçib saat 10:30 radələrində kəndin mərkəzində yerləşən, işlədiyi mağazanı açmış, bu vaxt Aysungilin evindən səs- küy eşitməmiş, orada heç kimi görməmiş, mağazada olarkən saat 13:00 radələrində Aysun İbrahimovanın özünü öldürməsi barədə eşitmişdir. Təqsirləndirilən şəxs axşam saat 22:00-23:00 aralığında görmüş, Sərvin onlarla birlikdə oturub pivə içməmiş, özü də içki qəbul etdiyi üçün onun içkili olub-olmamasını hiss etməmişdir. Həmin axşam Şahid5 və Şahid8 görməmişdir. Aysun İbrahimovanın öldürülməsini polis şöbəsində olarkən öyrənmiş, Təqsirləndirilən şəxsla aralarındakı münasibət barədə hadisə baş verən günədək məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, hadisə yerinə yaxın ərazidə mağaza işlədir. Səhər saatlarında mağazanı açdığında səs-küy eşitməmiş, bir qədər keçdikdən sonra həmkəndlisi Şahid2 yüksək səslə ağladığını görüb maraqlı gəldiyi üçün hadisə yerinə yaxınlaşmış, bu zaman Aysun İbrahimovanın özünü öldürməsi barədə eşidib oradan uzaqlaşaraq mağazaya qayıtmışdır. Hadisənin baş verdiyi gün axşam saatlarında Təqsirləndirilən şəxs mağazaya gəlməsini xatırlamamış, polis əməkdaşları Təqsirləndirilən şəxs apardıqdan sonra A.İbrahimovanın öldürülməsini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün evdən çıxıb çayçıya getmiş, axşamüstü təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs atası İsrail Məmmədovla birlikdə onların həyətindəki şərikli əkdikləri arpanı biçib tökəcəkləri yeri təmizləmiş, 1 saat orada işlədikdən sonra mağazanın qarşısında olmuşdur. İsrail Məmmədovla birlikdə təxminən 20 dəqiqə mağazanın qarşısında oturub pivə içmiş, sonra evlərinə getmişdir. Piyvə içərkən həmkəndliləri Sərvin, Elgün və Ramil adlı şəxslər onların yanına gəlib qaz borusunun üstündə əyləşmişlər. Umud və oğlu Şahid8 axşamüstü mağazanın qarşısında görməmişdir. Hadisə baş verdiyi gün əmisi oğlu dalaşdığı üçün polis şöbəsində olmuş, 23:00 radələrində kəndə qayıtmış, bu zaman Aysunun özünü asdığını eşitmiş, Aysungilin həyətinə getməmiş, növbəti gün işdə olarkən A.İbrahimovanın bıçaqla öldürüldüyünü və Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etdiyini eşitmişdir.Təqsirləndirilən şəxsla Aysun İbrahimovanın aralarında olan münasibətdən məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istintaq təcridxanasında olarkən kamerada Şahid6, Şahid7 və iki nəfər türk vətəndaşı ilə birlikdə saxlanılmış, sonradan Təqsirləndirilən şəxs onların olduğu kameraya gətirilmişdir. Təqsirləndirilən şəxs kamerada olduğu zaman törətdiyi cinayət hadisəsi barədə danışmağa başlamışdır. Belə ki, onun dediklərinə görə A.İbrahimova ilə qonşu olmuş, hadisə günü 3 dəfə qızgilin evinə getmiş, birinci dəfə getdikdə qapını döymüş, qızın əmisinin oğlanları qızı döyüb qapını arxadan bağladığı üçün həyətə divardan düşmüş, daha sonra qız qapını açmış, ona “atamı tutublar, evdə təkəm gəl gecəni mənimlə qal demiş, içəri dəvət etmiş, onlar evdə bir qədər söhbət etdikdən sonra gündüz vaxtı olduğundan qız ona “məhəllədə kimsə görər get qaranlıq düşəndə gələrsən” demiş, evdən çıxarkən Təqsirləndirilən şəxs gecə 00:00-da gələcəyi üçün qapını açıq saxlamasını tapşırmışdır. Gecə mağazadan qayıdarkən qonşuları ilə atasının qapılarının yanında oturub pivə içdiklərini görmüş, bir müddət onların yanında olmuş, atasının evə gedib yatmasını gözləmiş, saat 00:00 radələrində ikinci dəfə qızgilə getmişdir. Bu zaman qız ona evlənmək istədiyini demiş, Təqsirləndirilən şəxs hələ ki, elə bir fikrinin olmadığını, yaslarının az olduğunu bildirmişdir. Mübahisə edərkən ona bir şillə vurduğu üçün qız onunla əxlaqsız qadın kimi ünsiyyət qurmadığını, evlənmək istədiyini söyləyərək nalayiq ifadələr işlətməyə başlamışdır. Mübahisə zamanı qız stolun üstündəki mətbəx bıçağını götürmüş, o isə bıçağı qızın əlindən alaraq onu bilmədən boğaz nahiyəsindən vurmuş, ancaq öldürmək məqsədi olmamışdır. A.İbrahimova arxası üstə içəri tərəfdən evin qapısının ağzına yıxılmış, ona nəisə demək istəmiş, ancaq deyə bilməmiş, Təqsirləndirilən şəxs öz evlərinə qayıtmış, gecə 02:00 radələrində divardan aşaraq hadisə yerinə gəlmiş, evin qapısını itələyib açmaq istəmiş, lakin qız qapının arxa tərəfində öldüyündən aça bilməmişdir. Öz evlərinə qayıdan Təqsirləndirilən şəxs səhərədək yata bilməmiş, səhər məhəllədəki uşaqları çağırıb birlikdə arpa yığmış, sonra kəndin mərkəzindəki mağazaya qardaşının yanına getmişdir. Sərvin smartfon telefonunu qırmış, sadə telefonu isə arpanın üstündə qalmış, ona görə də polislər qardaşına zəng edərək Sərvini tapmışlar. İfadəsinin davamında Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs A.İbrahimovanı öldürdüyü üçün peşman olmadığını, sadəcə yetim qız olduğu üçün pis olduğunu, bıçağın üzərində barmaq izləri çıxmadığı halda cinayəti törətdiyini boynuna götürməyəcəyini, sübut edə biləcəkləri təqdirdə qəbul edəcəyini demişdir. O, həmçinin qızın tək onunla ünsiyyəti olmadığını, başqa şəxslərlə də yazışdığını, görüşdüyünü, rəqs etdiyi videoların bir çox şəxsdə olduğunu, ona görə də ölümünün çox adama problem yaradacağını söyləmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ondan “telefonu ortadan qırıb suya atsan işləyər ?” az çox dövlət işində işləmişəm, bilirəm, telefon qırılarsa, yəqin ki içindən heç nə çıxmaz. Telefonu sudan çıxarıb düzəldə bilərlər ?” deyə soruşmuş, o isə bu barədə məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla 2 aya yaxın müddət ərzində birlikdə qalmış, orada olarkən heç kəsə işkəncə verilməmiş, Sərvin gətirildiyi zaman prokurorluqda, yaxud polisdə kiminsə onu döyməsi barədə deməmiş, xəsarət izlərini göstərməmişdir. Həmin gün qızı öldürdüyünü etiraf etsə də, daha sonra polis əməkdaşlarının şöbədə olarkən törətdiyi əməli boynuna alması üçün onu döydüklərini, işkəncələr verdiklərini buna görə də cinayəti boynuna aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1la söhbət zamanı atasının əmisi qızı ilə də münasibəti olduğunu, həmin qadından övladı olduğunu, kredit götürüb ona pul göndərdiyini, ancaq qadının evli olduğu barədə də danışmışdır. Şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, saat təxminən 18:00 radələrində yoldan maşınla keçərkən Aysun İbrahimovanın küçədə dayandığını görmüş, onun atası və əmisi ilə ünsiyyəti olduğundan maşını saxlayaraq Aysuna havanın qaranlıq olmasını və evlərinə getməsini demiş, bu zaman onun üzündə hər hansı xəsarət izi görməmişdir. Şahid19 Aysunun atası Muxtar İbrahimovun polislər tərəfindən şöbəyə aparıldığını bilmişdir. Törədilən cinayət hadisəsi ilə bağlı heçnə bilmədiyini və görmədiyini bildirmiş, Aysunun Təqsirləndirilən şəxs tərəfindən öldürülməsini növbəti gün saat 12:00 radələrində kənd camaatından eşitmişdir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, onun hər hansı pis hərəkətini görməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü saat 17:50 radələrində Aysun İbrahimovanı anasıgilin həyətində görmüş, bu zaman onun üzündə hər hansı xəsarət izi olmamış, onlar deyib-gülüb söhbət etdikdən sonra o, işə getmişdir. Növbəti gün 10:45 radələrində işdən qayıtdığında polis əməkdaşlarının toplaşdığını görmüş, bu zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Ona A.İbrahimovanın ölümü ilə bağlı əvvəlcədən heç kim xəbər verməmiş, Aysungilin qapısına çatdıqda bacısı Şahid2 Aysunun öldüyünü söyləmişdir. X24 və onun qızı Aysun İbrahimova ilə heç bir ədavəti olmamış, hadisə olan günü və daha öncədən Aysunla mübahisə etməmişlər. Oğlu Şahid8 başından əməliyyat olunduğunu, hadisə zamanı evdə olduğunu, onun heç kəsin işinə qarışmadığını, Aysun İbrahimovanı öldürməsi üçün heç bir səbəbinin olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü ildə, saat 22:00-23:00 radələrində Abdullah adlı şəxsin mağazasının qarşısında olarkən Təqsirləndirilən şəxs, Şahid12 və Şahid14la rastlaşmış, Şahid14 ona birlikdə kəndin mərkəzinə doğru getməyi təklif etmiş, onlar kəndin mərkəzinə gedib oradakı mağazadan su və siqaret aldıqdan sonra Elgün oturmaq təklif etsə də, səhəri gün işə gedəcəyi üçün evə qayıtmaq istədiyini demişdir. Şahid12lə birlikdə evə qayıdarkən Sərvin də evə gedəcəyini deyərək onlarla qayıtmış, məhəlləyə dönərkən Namiq, “Lama” və Sərvinin atasının yolda oturduqlarını görmüş, onlarla salamlaşıb məhəlləyə dönmüşdür. Təqsirləndirilən şəxs geri qayıtmış, lakin hara getdiyini deməmişdir. 17 iyun 2023-cü ildə, saat 22:00-23:00 aralığında Şahid8 görməmiş, Şahid8 və atası Şahid5 Aysun İbrahimova ilə aralarında ədavətlərinin olması barədə eşitməmiş, A.İbrahimovanın ölümü barədə polis şöbəsinə çağırıldıqda öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü ildə, saat təxminən 22:10 radələrində mağazanın qarşısında Şahid14la görüşmüş, yanlarında Təqsirləndirilən şəxs da olmuş, bu zaman onda hər hansı gərginlik hiss etməmiş, onlar birlikdə kəndin mərkəzinə doğru getmiş, oradakı mağazadan su alıb geri qayıtmışlar. Kəndin mərkəzinə qalxdıqda Şahid8 yanlarında olmamış, oradan qayıtdıqdan sonra Təqsirləndirilən şəxsla sağollaşaraq evə getmiş, Sərvinin hara getməsini bilməmişdir. Aysun İbrahimovanın ölümü ilə bağlı heçnə bilməmiş, sadəcə növbəti gün saat təxminən 15:00-16:00 aralığında Muxtar İbrahimovun yaşadığı evin qarşısında maşınların dayandığını görüb maraqlanmış, Aysun İbrahimovanın özünü öldürdüyünü eşitmiş, lakin həmin vaxt heç kimdən “Aysunu bıçaqla öldürüblər” sözlərini eşitməmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisədən əvvəl, təxminən axşam saatlarında əmisinin oğlu ilə mağazadan qayıdarkən bibisi Fatma ilə Aysunun qapılarının yanında dayanıb danışdıqlarını görmüşlər. Onların yanına gedib söhbət edərkən Aysuna atası evdə olmadığı üçün tək qalmamasını, gecəni onlarla birlikdə qalmasını təklif etsələr də, Aysun gəlmək istəmədiyini, öz evlərində rahat olacağını və yatacağını deyib qapının bağlamışdır. O, A.İbrahimovanı sonuncu dəfə həmin vaxt görmüş, bu zaman Aysunun üzündə xəsarət izi olmamışdır. Növbəti gün saat 09:00- 10:00 radələrində bibisi Fatma onun yaşadığı evə gələrək ondan “qapını döyürəm amma Aysun açmır. Hasardan düşüb qapını içəridən aça bilərsənmi ?” deyə soruşmuş, bibisi gələndə yatdığı üçün durub hazırlaşdıqdan sonra anası Arzu, bibisi Fatma, bu zaman onlarda olan bibisinin nəvəsi Mənsurə ilə birlikdə Aysunun yaşadığı evə getmişlər. Hasardan düşüb çöl qapısını açdıqdan sonra bibisi, anası və bibisinin nəvəsindən bir qədər irəlidə gedib Aysunu yerdə uzanmış halda sadəcə qolunu görərək onun özündən getdiyini anlamış və qışqırmağa başlamışlar. Həyəcanlandıqları üçün heç biri onun yaxınına getməmiş bu zaman Şahid4 da Aysunun qolunu görmüş yerdə qan və Aysunun boğazındakı bıçağı görməmişdir. Onu həmin vəziyyətdə qoyub evin həyətindən çıxmış, təlaşla Fatma bibisigilə gedərək polisə və təcili tibbi yardıma zəng etmişlər. Şahid4 Aysunun əmisinin oğlanları ilə mübahisə etməsinin şahidi olmadığını, ümumiyyətlə Aysunu kiminsə hədələməsini eşitmədiyini, polislər gəldikdən sonra təxminən axşam saatlarında onun öldürülməsi barədə eşitdiklərini, Aysunun ölümü ilə bağlı heç kimdən şübhələnmədiklərini söyləmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Aysun İbrahimova onun əmisinin qızıdır. Onunla münasibətləri normal olmuş, aralarında münaqişələri olmamışdır. Hadisə baş verdiyi gün nənəsigildə olmuş, daha sonra bibisi Fatma ilə Aysunun yaşadığı evə gedərək ondan tək qalmamasını istəsələr də, Aysun onlarla gəlmək istəmədiyini və öz evlərində qalmaq istədiyini demişdir. Bibisi Fatma ilə qapını çöldən bağlayıb evlərinə qayıtmış, Aysunu sonuncu dəfə həmin gün görmüşdür.Həmin vaxt Aysunun sifətində şişlik və ya xəsarət izi olmamışdır. Axşam saat 22:00-23:00 radələrində siqaret almaq üçün evdən çıxmış, Sərvini 1-2 dəfə yolda görmüş, daha sonra evə qayıtmış və yatmışdır. Növbəti gün saat 12:00 radələrində yuxudan ayılıb çölə çıxmış və yola toplaşanlardan nə baş verdiyini soruşduğunda Aysunun özünü asaraq öldürdüyünü eşitmişdir. O, Aysunu kiminsə qorxutması, onun şəxsi həyatı, xəstə olması barədə, eləcə də əmisinin polis şöbəsinə aparılması barədə məlumatı olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid2 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə, saat 17:00 radələrində Aysun İbrahimova və Şahid4la birlikdə Kəngərli Rayon Polis Şöbəsinə getmiş, 1-2 saat sonra A.İbrahimova ilə birlikdə yaşadığı evə qayıtmışlar. Həmin gün təxminən saat 21:00-dək A.İbrahimova onlarda olmuşdur. Saat 21:00 radələrində namaz qıldıqdan sonra A. İbrahimovanın evdə olmadığını görüb nəvəsi Mənsurə Cəfərovadan A.İbrahimovanın harada olduğunu soruşmuş, nəvəsi M.Cəfərova ona A.İbrahimovanın öz evlərinə getdiyini demişdir. O, A.İbrahimovaya bir neçə dəfə zəng etsə də, zənglərə cavab verməmişdir. Bundan sonra “Whatsapp“üzərindən onlara gəlməsi ilə bağlı A.İbrahimovaya səsli mesaj göndərmiş, A.İbrahimovanın yenə də cavab vermədiyini görüb onun yaşadığı qonşuluqda yerləşən evinə getmişdir. Saat 21:00 radələrində evin çöl qapısını döymüş, A.İbrahimova gəlib qapını açdıqdan sonra ondan göndərdiyi səsli mesaja cavab verməməsinin səbəbini soruşmuş, A.İbrahimova internetinin olmadığını üçün cavab vermədiyini bildirmişdir. A.İbrahimovaya evdə tək qalmamasını, onlara gelməsini demiş, həmin vaxt kəndin yuxarı hissəsindən Şahid8 və Şahid4 yanlarına gəlmiş, onlar da A.İbrahimovaya evdə tək qalmamasını, bibisigilə getməsini təklif etsələr də, A.İbrahimova razılaşmayaraq evdə tək qala biləcəyini söyləmişdir. Bundan sonra öz evindən qıfıl gətirib A.İbrahimovanın yaşadığı evin çöl qapısını bağlayıb yaşadığı evə qayıtmışdır. 18 iyun 2023-cü il tarixdə, saat 11:00 radələrində nəvəsi M.Cəfərovanı A.İbrahimovanı çağırması üçün göndərmiş, bir az sonra M.Cəfərova evə qayıdaraq qapını döydüyünü, ancaq A.İbrahimovanın qapını açmadığını demişdir. Bundan sonra A.İbrahimovaya zəng etmiş, lakin ona zəng çatmadığı üçün narahat olaraq onun yaşadığı evə getmişdir. Küçə qapısını döyməsinə baxmayaraq A.İbrahimova qapını açmamış, onun yatdığını düşünərək qonşuluqda yaşayan qardaşı Teymur İbrahimovun evinə gedərək onun oğlu Şahid4 yuxudan oyatmış, M.Cəfərova, Şahid4 və Şahid3 ilə birlikdə Aysun İbrahimovanın yaşadığı evə qayıtmışdır. Şahid4 hasardan aşıb həyətə düşərək həyətin əsas giriş qapısını içəridən açdıqdan sonra gəldiyi şəxslərlə birlikdə həyətə daxil olmuş, ondan irəlidə gedən Şahid4 evin giriş qapısının qarşısına çatan zaman uca səslə kiminsə özündən getdiyini deyərək geri çəkilmiş, dərhal evin qapısına yaxınlaşaraq A.İbrahimovanı qapının yanında uzanmış vəziyyətdə görmüş, qapının çöl tərəfindən içəri boylandıqda onun burun və dodaq nahiyyəsinin ətrafında qurumuş qan izlərini görüb qışqıraraq Aysunun öldüyünü deyib dərhal yaşadığı evə getmiş və polis əməkdaşlarına məlumat vermişdir. A.İbrahimovanın meyitini aşkar edən zaman onun boğaz nahiyəsində bıçaq görməmiş, onun bıçaqla qətlə yetirilməsini həmin gün, saat 18:00 radələrində Kəngərli Rayon Polis Şöbəsində olarkən, A.İbrahimovanın həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən öldürülməsini isə 19 iyun 2023-cü ildə öyrənmişdir. A.İbrahimovanı sonuncu dəfə 17 iyun 2023-cü il tarixdə, saat 21 radələrində görən zaman onun sifət nahiyəsində heç bir xəsarət və xəsarət izi olmamışdır. A.İbrahimovanın əmisi Şahid5 və əmisioğlu Şahid8la aralarında heç vaxt mübahisə, münaqişə halları olmamış, münasibətləri yaxşı olmuşdur. Şahid5 və Şahid8 A.İbrahimovanı döymələrinə və ya onu öldürmələrinə səbəb ola biləcək heç bir mübahisə, dalaşma, ziddiyyət olmamışdır. A.İbrahimovanı döyən və öldürən Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs bunları uydurmaqda məqsədi cinayəti Şahid5 və Şahid8 üstünə yıxmaq və məsuliyyətdən yaxa qurtarmaq olmuşdur. A.İbrahimova ilə Təqsirləndirilən şəxs münasibətlərinin olmasını hadisədən sonra bilmişdir. Qardaşı oğlu Şahid8 17 iyun 2023-cü ildə, saat 23:00 radələrində A.İbrahimovanın yaşadığı evinə gedərək küçədən onu çağırması halı olmamış, Şahid5 və Şahid8 ümumiyyətlə heç vaxt axşam saat 23:00-dan sonra evdən çölə çıxmamış, həmin gün gecə saat 23:00 radələrində Şahid8 öz yaşadığı mənzildə olmuşdur. 18 iyun 2023-cü ildə, səhər saatlarında Şahid5 yaşadığı evdən çıxıb gəldiyini görmüş, həmin vaxt ondan haraya getməsini və Şahid8 harada olmasını soruşduqda ona Vüqar adlı şəxsin heyvanlarını dərmanlamağa getdiyini, Şahid8 isə evdə yatdığını bildirmişdir. Kəngərli rayonu, Xok kəndində yerləşən evdə “WİFİ” adlanan simsiz internet cihazı olmuş, A.İbrahimova onlarda olduğu vaxtlarda, eləcə də 17 iyun 2023-cü il tarixdə qeyd olunan cihaza öz mobil telefonu ilə qoşulmaqla internet şəbəkəsindən istifadə etmişdir. - Şahid3 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə günorta saat 15:30 radələrində Fatma Məmmədovun yaşadığı evə getmiş, həmin vaxt Aysun İbrahimova bibisi Şahid2 atasının polis şöbəsində saxlanıldığını, polisə gedərək atasının buraxılması üçün xahiş etməyi demiş, A.İbrahimova, Şahid2 və oğlu Şahid4 birlikdə Kəngərli Rayon Polis Şöbəsinə getmişlər. Həmin gün saat 22:00 radələrində Şahid2 yenidən onlara gəlmiş, söhbət əsnasında Şahid2 ona A.İbrahimovanın öz evlərində qaldığını, ona evdə tək qalmamasını deməsinə baxmayaraq A.İbrahimovanın razılaşmadığını, A.İbrahimova evdə tək qaldığından həyətin çöl qapısına qıfıl vurduğunu bildirmişdir. 18 iyun 2023-cü il tarixdə, səhər saatlarında Şahid2 onun yaşadığı evə gələrək A.İbrahimovaya zəng etməsinə və qapını döyməsinə baxmayaraq cavab verməmiş, buna görə Şahid4 yuxudan oyadaraq A.İbrahimovanı çağırmasını bildirmişdir. Şahid2 onun nəvəsi Mənsurə Cəfərova və oğlu Şahid4la birgə A.İbrahimovanın yaşadığı evə getmiş, Şahid2 həyətin aşağısında yerləşən qapını aça bilmədiyindən Şahid4 divardan aşıb həyətə düşərək qapını içəridən açmışdır. Həyətə daxil olduqdan sonra Şahid4 və M.Cəfərova öndə, o və Şahid2 arxada getmiş, Şahid4 otağın qapısının yanına çatdıqda “ bu kimdi özündən gedib” deyə qışqırmış, Şahid2 qapının yanına çatdıqda Aysunun öldüyünü deyərək qışqırmağa başlamış, otağın içərisinə keçmədən çöl tərəfdən qapıdan boylanıb baxdıqda A.İbrahimovanın əlini otağın giriş qapısının qarşısında yerdə görmüş, bundan sonra Şahid2 yaşadığı evə gedib polisə zəng edərək hadisə barədə məlumat vermişdir. A.İbrahimovanın meyitinin boğaz nahiyəsində bıçaq görməmiş, onun özünü öldürdüyünü düşünmüş, həmin gün axşam saatlarında A.İbrahimovanın bıçaqlanaraq öldürüldüyünü öyrənmişdir. Ümumiyyətlə A.İbrahimova və onun atası M.İbrahimovun qardaşı Umud və onun oğlu Şahid8la, habelə digər bir şəxslə aralarında ədavət və düşmənçilik olmamış, A.İbrahimovanın kişi cinsli şəxslərlə danışığı və telefonda əlaqə saxlaması barədə Əli, Umud və ya digər şəxsdən eşitməmiş, A.İbrahimovanın hərəkətləri ilə bağlı onların hər hansı bir şikayət bildirməmiş, Umud və Şahid8 hər hansı birinin A.İbrahimovanı döymələrinə və ya öldürmələrinə səbəb olacaq hadisə baş verməmişdir. A.İbrahimovanı 17 iyun 2023-cü il tarixdə sonuncu dəfə görən zaman onun sifət nahiyəsində heç bir xəsarət və ya xəsarət izi olmamışdır. Hadisə yerində “çox şükür Allaha, ölsün Muxtarın canı qurtarsın” kimi ifadələr işlətməmiş, bununla bağlı Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. - Şahid20 ifadəsində göstərmişdir ki, mərhumə X12 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. Bildirirəm ki, mən Aysun İbrahiovanı təxminən 1 ilə yaxındır ki, tanıyıram. Təxminən 1 il öncə mən X33 kəndində mağazaların birində gördüm. Bu zaman mağazanı işlədən İlmar adlı şəxsdən həmin qızın kim olduğunu soruşdum. Soruşmağıma səbəb Aysun İbrahimovanı ilk dəfə görməyim olmuşdur. İlmar mənə “Xavərin nəvəsidir” dedi. Bildirirəm ki, mən Aysun İbrahimovanı 2-3 aydan bir kənddə olan zaman görürdüm. Onunla bizim aramızda heç bir münasibət olmayıb. X28 Seyidli Vurala yazdığını və ona sevgi etirafı etdiyini bilirdim. Lakin Vural dəfələrlə ona “mənə yazma” desə də Aysun yazmağa davam edirdi. Qeyd etmək istərdim ki, mən Vuralla çox vaxt birlikdə olduğum üçün Aysun İbrahimovanın ona yazmasının şahidi olmuşam. Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyıram. Onun yaşadığı evlə bizim yaşadığımız evin arasında məsafə çoxdur. Həmçinin Təqsirləndirilən şəxs məndən yaşca böyük olduğu üçün onunla aramızda dostluq münasibəti olmayıbdır. Kənddə bir-birimizi görən zaman salamlaşırdıq. 18 iyun 2023-cü il tarixdə, saat 09:00 radələrində yuxudan oyandım və Vurala zəng edərək Xok kənd mərkəzinə getdim. Saat 10:00 radələrində mən Vuralla kənd mərkəzində oturub söhbət edirdim.Həmin vaxt yanımızda başqa heç kəs yox idi. Bu zaman Təqsirləndirilən şəxs Vurala zəng vuraraq “həyətdə 2 ton arpa var, ona kömək edin yığaq” dedi.Mən Vurala “mən getmək istəmirəm, istəyirsənsə sən get” dedim. Vural da mənə “şəhid qardaşıdır gedək kömək eliyək” dedi. Lakin biz ora getməmək qərarına gəldik. Təxminən 11:30 radələrində bibimin oğlu Şahid10 və qardaşım Şahid11 bizim yanımıza gəldilər. Söhbət zamanı bibimin oğlu Şahid10 bizə “gedirəm Vüsalın mağazasından pesoq alıb evə verib qayıdacam” dedi. O və qardaşım Şahid11 birlikdə Vüsalın mağazasına tərəf getdilər. Təxminən 10-15 dəqiqə sonra qardaşım Ruslan, təxminən 5 dəqiqə sonra da bibimin oğlu Samir bizim yanımıza gəldilər. Onlar bizim yanımıza gəldikdən sonra onlara “hara gedirsiniz” dedik?. Onlar bizə cavab olaraq “Sərvin bizi arpa yığmağa çağırıb, gedirik ona kömək edək” dedilər. Mən də “getməyin sonra gedərik” dedim. Bu zaman Sərvin yenidən Vurala zəng edərək “gəlmirsən bəs?” dedi. Vural da ona “yaxşı gəlirik” dedi və biz birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə tərəf getməyə başladıq. Yolda gedərkən mən və Vural yanaşı, Samir və Ruslan isə təxminən bizdən 10-15 metr öndə gedirdilər. Yolda olan zaman Vuralın mobil telefonuna zəng gəldi, telefonda olan adam ona “sevgilin ölüb, xəbərin var?” dedi. Vural da telefonu söndürdükdən sonra mənə “Suatdı, mənlə zarafat eləyir,yəqin, deyir sevgilin ölüb” dedi. Mən də ondan kimin öldüyünü soruşduqda, Vural mənə “deyirlər guya Aysun ölüb” dedi. Biz isə Təqsirləndirilən şəxs yaşadığı evə gedən zaman Aysun İbrahimovagilin qapısının qarşısında çoxlu sayda polis əməkdaşının və kənd camaatının olduğunu gördük. Biz ətrafdakı söz-söhbətdən Aysunun özünü asaraq öldürməsini eşitdik. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı qaz borularının üzərində oturub hadisə baş verən evə baxırdıq. Bu zaman Təqsirləndirilən şəxs öz evlərinin giriş qapısından çıxaraq bizim yanımıza gəldi. Biz Sərvinlə burda nə baş verdiyini soruşduqada o, bizə “boş verin, yəqin ki, Aysun özünü bıçaqlayıb” dedi. Bildirirəm ki, Təqsirləndirilən şəxs bizə A.İbrahimovanın “yəqin ki, Aysun özünü bıçaqlayıb” ifadəsini işlədənədək biz kənd camaatından Aysunun bıçaqla özünü öldürməsi barədə söz eşitməmişdik. Həmin vaxt Sərvin bizə dedi ki, “aşağı darvaza tərəfə gedin, qapını döyün, atam oradadır, ondan açarı alıb həyətə keçin, mən də öz həyətimizdən fırlanıb gəlirəm” dedi. Bundan sonra biz arxa tərəfə mərhum Kəmaləddin Məmmədovun həyətinin darvazasının qarşısına getdik. Qapını döyən zaman İsrail Məmmədov qapını açdı və biz həyətə daxil olduq. O, açarı bizə verib həyətdən çıxdı və həyətdən çıxarkən bizə “qapını arxadan bağlayın, çöldə adamlar çoxdur” dedi və hadisə olan yerə getdi. Həyətə daxil olan zaman Şahid9 da orada idi. Biz həyətə daxil olduqdan təxminən 1-2 dəqiqə sonra Sərvin öz həyətləri ilə Kəmaləddin Məmmədovun həyəti arasında olan qapıdan həyətə daxil oldu və bizim yanımız gəldi. Həmin vaxt orada 7-8 yaşlarında balaca oğlan uşağı da var idi. Onun kimin övladı olduğunu bilmədim. Sərvin mənə həyətdəki betonun üstündə olan qulpu sınıq və qara rəngli bıçağı gətirərək “ipləri kəs, biz də çuvalların ağzını bağlayaq” dedi. Mən də ipləri kəsməyə başladım. Bundan sonra Sərvin həyətdə olan kravatın üzərində uzanıb siqaret çəkməyə başladı. Daha sonra o, mənim yanıma gələrək çuvalların ağzını bağlamaqda mənə kömək etdi. Həmin vaxt o bizə “Aysunla kim danışıbsa, kim yazışıbsa hamısını bir-bir polisə aparacaqlar” dedi. Daha sonra isə mən ona “yox əşi heç kimi aparmazlar” dedim. Bu zaman Təqsirləndirilən şəxs bizə “kimsəni də aparmasalar, məni 100 faiz aparacaqlar, axşam onunla danışmışam” dedi. Biz də ona “sən öldürməmisən ki, səni niyə aparacaqlar” dedik. O da “danışmışam deyə aparacaqlar” dedi. Daha sonra biz çuvalları divarın küncünə yığdıq və əl-üzümüzü həyətdə olan su ilə yuduq. Əl-üzümüzü yuduqdan sonra biz həyətdən çıxdıq. Sərvin bizi darvazadan yola saldı və bizə “siz gedin mən gedirəm paltarlarımı dəyişim gələcəm” dedi və darvazanın qapısını bağladı. Biz çölə çıxdıqdan sonra qardaşım Ruslan və bibioğlum Samir evə getdilər. Mən və Vural kənd camaatı ilə birlikdə hadisə baş verən evin qarşısında oturduq. Həmin vaxt polis əməkdaşları da orada idilər. Təxminən 30 dəqiqə orada olduqdan sonra mən və Vural kənd mərkəzinə getdik. Orada olduğumuz müddət ərzində Aysunun bıçaqlanaraq öldürülməsi barədə orada olan şəxslərdən heç bir sözsöhbət eşitmədim. Hər kəs Aysunun özünü asaraq öldürdüyünü danışırdı. Mən Aysunun bıçaqlanaraq öldürüldüyünü həmin gün axşam eşitdim. Növbəti gün, yəni 19 iyun 2023-cü il tarixdə Aysunun Sərvin tərəfindən bıçaqlanaraq öldürülməsini bildim. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti ilə dəvət olunaraq məhkəmədə dindirilmiş şahid X16 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Hadisədən bir gün sonra Kəngərli rayon Polis İdarəsinin Namiq adlı əməkdaşı onların evinə gələrək heç bir sənədləşmə aparmadan onun və arvadının iştirakı və razılığı ilə hadisə olan günü oğlu Təqsirləndirilən şəxs əynində olmuş və yuyulmaq üçün evdə qoyduğu bir ədəd açıq mavi rəngli köynəyi, bir ədəd açıq mavi rəngli cins şalvarı və idman ayaqqabısını onlardan götürmüşdür. Həmin geyim əşyalarına şəxsən baxdıqdan sonra silkib sellofan paketə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən ona təzyiq və təsir edilməmişdir. Şahidin ifadəsində qeyd etdiklərini dəqiqləşdirmək məqsədilə ondan verdiyi paltarlara dəqiqliklə baxması və ləkə olmadığını görməsi ilə bağlı suala cavab verərkən özünün ekspert olmadığını, paltarlara baxış keçirmədiyini, paltarların ciblərində nəsə olmadığını dəqiqləşdirmək məqsədilə paltarları sadəcə silkərək sellofan paketə qoyub verdiyini bildirmişdir. Hadisə baş verən gün çöldə işləmiş, Sərvini axşamçağı qapının ağzında dayanan görmüş, bu zaman ona “yemək yeyəcəyik gedək evə” demişdir. Saat 22:00 radələrində yatmağa gedərkən Sərvini görməmiş, onun evdə olub-olmadığını və həyətlərindəki kətildə yatdığı üçün saat neçədə evə gəldiyini bilməmişdir. Muxtar İbrahimovla həm qonşu kimi, həm də qohumluq münasibətləri olmuş, aralarında hər hansı ədavət olmamışdır. 18 iyun 2023-cü il tarixdə çayçıda olarkən Namiq adlı şəxs oraya gələrək Sərvinin harada olmasını soruşmuş, o, S. Məmmədovun çayçıda olduğunu bildirmiş, Sərvin aparıldıqdan sonra onun Aysunu öldürdüyünü öyrənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X14: - 18 iyun 2023-cü il tarixli, 38 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X1 ölümünə sağ ümumi yuxu arteriyasının zədələnməsi nəticəsində kəskin qanitirmə səbəb olmuş, onun ölümünün baş vermə müddəti meyitin müayinəsindən təxminən 14-15 saat əvvələ uyğun gəlmişdir. A.İbrahimovanın sol boyun nahiyəsində qırtlaq qığırdaqlarını və sağ ümumi yuxu arteriyasını zədələyən deşilmiş kəsilmiş yarası deşici-kəsici alət təsirindən əmələ gəlmiş, eləcə də bıçaq təsirindən də əmələ gəlməsi inkar olunmamış, xəsarətin yetirilmə müddəti meyitin müayinəsindən təxminən 14-15 saat əvvələ uyğun gəlmiş, ağırlıq dərəcəsinə görə mərhumənin ölümü ilə nəticələnən yetirilmə anı həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid olmuşdur. Mərhumə A.İbrahimovanın meyitinin ön alın nahiyəsində hematoma, burun əsasında, sol almacıq nahiyəsində və sol çənə bucağı nahiyəsində qançırlar və sol almacıq nahiyəsində sıyrığın küt mexanizmidən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddətinin meyitin müayinəsindən təxminən 14-15 saat əvvələ gəlməyə uyğundur, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa yüngül zərər vurmaya aiddir. A.İbrahimovanın bədən səthi üzərində aşkar edilmiş xəsarətlər həyatidirlər, boyunun sol yan səthində olan qırtlaq qığırdaqlarını və sağ ümumi yuxu arteriyasını zədələyən və kəskin qanitirməyə səbəb olan yara onun ölümünə səbəb olmuşdur. A.İbrahimovanın alın nahiyəsində olan hematoma və sol sifət nahiyəsində olan qançır və sıyrığın qarşılıqlı mübarizə və özünü müdafiə zamanı da əmələ gəlməsi istisna olunmur, A.İbrahimovanın meyitindən götürülmüş qanda 0,035 promil etil spirti aşkar olunmuş, qanda bu miqdarda etil spirt heç bir sərxoşıuq dərəcəsinə uyğun gəlməmiş eləcə də mərhumənin qanında narkotik vasitə, psixotrop maddə və güclü təsiredici hər hansı maddə aşkar olunmamışdir. A.İbrahimovanın cinsiyyət orqanı, anus dəliyi, eləcə də qeyd olunan nahiyələr ətrafında zorlama və digər növ seksual xarakterli hərəkətlərə uyğun gələn hər hansı bir xarakterik əlamət aşkar olunmamış, A.İbrahimovanın bakirəliyi pozulmamış tam olmuşdur. A.İbrahimovada hamiləlik olmamış, A.İbrahimovanın boyun nahiyəsində olan deşici-kəsici yara deşici-kəsici alətin təsirindən əmələ gəlmiş eləcə də ekspertizaya təqdim olunmuş bıcağın təsirindən də əmələ gəlməsi istisna olunmamışdır. - 17 iyul 2023-cü il tarixli, 10 nömrəli bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, cinayətin aləti olan bıçaqla, hadisə yerindən götürülmüş nümunələrdə, hadisə zamanı A.M.İbrahimovanın əynində olmuş paltarlarda, qulağında olan sırğada, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol, açıq yaşıl rəngli köynəkdə qan vardır. Bu qan insan qanıdır, bu qan X1 qanı ilə eynidir, yəni AB ( İİ ) qan qrupuna aiddir. Təqdim edilmiş 2 ədəd balıncda, 1 ədəd çəhrayı rəngli ədyalda, 1 ədəd yorğanda, 2 ədəd balaca xalçada, 1 ədəd mavi üzərində rəsmləri olan mələfədə qan vardır. Bu qan insan qanıdır, bu qan X1 qanı ilə eynidir. Təqdim edilmiş 2 ədəd balıncda, 1 ədəd çəhrayı rəngli ədyalda, 1 ədəd yorğanda, 2 ədəd mələfədə, 1 ədəd xalçada mərhumə A.İbrahimovanın uşaqlıq yolundan və düz bağırsağından götürülmüş tampunlarda spermatazoid aşkar olunmadı. Təqdim edilmiş hadisə yerindəki fincanlardan götürülmüş nümunələrdə ağız suyu vardır və ABO sistemi üzrə mərhumə A.İbrahimova və Təqsirləndirilən şəxs aid olunduğu inkar olunmur. - 04 oktyabr 2023-cü il tarixli, 1328 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izləri müəyyən olunmamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 22 iyun 2023-cü il tarixli, 631 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçağın səthində aşkar edilmiş papilyar naxış izi yayıldığından, tam və aydın əks olunmadığından, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyəti eyniləşdirmə tədqiqatı üçün yarasızdır. Buna görə də Təqsirləndirilən şəxs adına olan daktiloxəritəyə köçürülmüş on ədəd əl-barmaq və ovuc izləri ilə X1 təqdim edilmiş eksperimental əl-barmaq və ovuc izləri müqayisəli tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi və 4 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. Həmin daktilolentlərdəki izlər Təqsirləndirilən şəxs və X1 əl-barmaq və ovuclarından qalmamışdır, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. X1 təqdim edilmiş eksperimental əl-barmaq izlərindən sağ əlinin orta, adsız, çeçələ və sol əlinin adsız, çeçələ barmaqları tam və aydın əks olunmadığından şəxsiyyətin eyniləşdirilməsi müqayisəli tədqiqatının aparılması mümükün olmamışdır. Tədqiqata təqdim edilmiş yararlı izlərin konkret bir şəxs və ya bir neçə şəxs tərəfindən qoyulmasını eyniləşdirmə tədqiqatı zamanı müəyyənləşdirmək mümkündür. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “b”, ”c” papilyar naxış izləri , 3 saylı daktilolentin səthindəki “a”, “b”, ”c” papilyar naxış izləri, 2 və 5-11 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığından, tam və aydın əks olunmadığından habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı üçün yarasızdır. - 22 iyun 2023-cü il tarixli, 632 nömrəli məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. - 15 sentyabr 2023-cü il tarixli, 879 nömrəli məhkəmə-komputer texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy 12” markalı, “SM- A127F/DS” modelli, “**********26019, **********26014” imei kodlu mobil smartfon və “Samsung” markalı, “GT-S5610” modelli, “**********6363” imei kodlu mobil telefon işlək vəziyyətdədir. Həmin telefonun yaddaşında (kontaktlar, qəbul olunmuş və çıxan zənglər, “SMS” mesajlar, multimedia (audio,foto, video) fayllar, “Whatsapp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və s.) mövcud olan və yaddaşından pozulmuş məlumatlar aşkar olunmuşdur. Ekspertizaya təqdim olunmuş “Samsung” markalı, GT-S5610” modelli mobil telefonun yaddaşında mövcud olan məlumatlar aşkar olunmuş, “Report-Hesabat”da silinmiş hər hansı bir texniki qeyd aşkar olunmamışdır. - 04 oktyabr 2023-cü il tarixli, 950 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına qutusu təqdim edilmiş, faktiki ortada olmayan 01 ədəd 2022-ci ildə Vyetnamda istehsal edilmiş, “Samsung Galaxy” markalı, SM-A520F/DS model, 128 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq orta bazar qiyməti təxminən 220,00 manat müəyyən olunur. - 09 oktyabr 2023-cü il tarixli, 992 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə, daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxındır. Onun davranışında müvazinətsizliyi üzə çıxır. Emosional cəhətdən labilliyi (dəyişkənliyi) müşahidə olunur. Psixi tempi cəld olmaqla özünə qiyməti adekvatdır. Təqsirləndirilən şəxs refleksiya xüsusiyyətləri (yəni, öz daxili aləmini, fikir və hisslərini təhlil etmək qabiliyyətini, davranışını, kənar adamlara olan münasibətini görmək bacarığı) yaxşı inkişaf etmişdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunur. Təqsirləndirilən şəxs davranışında müvazinətsizliyi üzə çıxır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində bəzi nevrotik reaksiya əlamətləri müşahidə olunmaqla, onda aqressivlik əlamətləri də müşahidə olunur. Təqsirləndirilən şəxs qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa qarşı kəskin reaksiya verə bilər. Təqsirləndirilən şəxs şəxsi əhəmiyyət kəsb edən hadisələrə qarşı həssasdır. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı sinir psixi gərginlik halında olmuşdur. Təqsirləndirilən şəxs keçirmiş olduğu sinir psixi gərginlik halının yaranması hadisədən bilavasitə əvvəl sevdiyi və yaxın münasibətdə olduğu A.İbrahimovanın telefonu götürərək oradakı sosial şəbəkələr üzərindən apardığı yazışmalara baxmaq istədiyi üçün A.İbrahimova ilə aralarında yaranmış sözlü mübahisə zamanı, A.İbrahimovanın telefonunu ona qaytarmaq istəməməsi səbəbindən, A.İbrahimovanın Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi ilə şərtlənə bilərdi. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə 18 iyun 2023-cü il tarixdə sevgi münasibətində olduğu A.İbrahimovanı qətlə yetirməsinə səbəb olan hallar, Təqsirləndirilən şəxs məlum hadisəni törədərkən davranışının psixoloji motiv və mexanizmi rəyin tədqiqi prosesində təhlil olunmuşdur. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyini adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs hal hazırda emosional fonu aşağı olmaqla, onda ruh düşkünlüyü müşahidə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: 18 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4006 nömrəli materialların məhkəmə ekspertizası, “lifli materialların tədqiqi” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X13, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, həmçinin təqdim edilmiş X13 və Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələrinin səthlərinin üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X13 məxsus olduğu qeyd edilən köynəyin və şortun (köynək və şort dəst halındadır) üzərindən aşkar edilmiş yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin və cins şalvarın üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X13 məxsus olduğu qeyd edilən köynəyin və şortun (köynək və şort dəst halındadır) tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X13 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthlərinin üzərində bir-birilərinə məxsus lif mikrohissəcikləri vardır. Həmin geyim əşyalarının səthləri üzərində nümunələrin kəsilməklə götürüldüyü müşahidə edildi. Ehtimal etmək olar ki, həmin tədqiqat obyektlərində lifli materialların ekspertizasından öncə digər ekspertiza tədqiqatları keçirilmişdir. Lifli materiallardan təşkil olunmuş tədqiqat obyektlərində digər ekspertiza növləri üzrə tədqiqatlar aparılan zaman onların üzərində olan kənar lif mikrohissəcikləri tədqiqat zamanı itə, yerini dəyişə və başqasıyla əvəz oluna bilər. Bu səbəbdən həmin lif nümunələrinin qərarda qeyd olunan hadisə zamanı və ya digər ekspertiza növləri üzrə tədqiqatlar aparılan zaman bir-birilərinə keçdiyini (ötürüldüyünü) (qarşılıqlı təmas faktını) müəyyən etmək mümkün deyildir. Yuxarıda qeyd olunan səbəblərə müvafiq olaraq X9 və Təqsirləndirilən şəxs hadisə zamanı qarşılıqlı təmasda olma faktını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş X13 məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən dırnaq nümunələrinin üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X13 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X19“ Publik Hüquqi şəxsinin: 18 avqust 2023-cü il tarixli, 476/2023-MTBŞ nömrəli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, A.İbrahimovanın ABO sistemi üzrə qan qrupunun A(H)(İİ), qanında müşayiətçi “H” antigeninin olduğu, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupuna 0(H)(İ) aiddir, Təqsirləndirilən şəxs məxsus üzərində “ Zaralife” məzmunlu yazıları olan “futbolka” tipli, qısaqol, yaşıl rəngli köynəyinin sağ qoltuq hissəsində bir qədər arxada olan toxuma defektinin yuxarı-sol kənarında kənari yerləşmiş və ondan azca solda bir neçə kiçik girdə və səthi nöqtə şəkilli toxuma xaricindən yerləşmiş ləkələrdə insan qanı aşkar olunmuşdur. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman “A”, “H” antigenlərinin alındığı, ləkələrdə olan “A” antigeninin əsas antigen qismində, onunla birlikdə alınmış “H” antigeninin isə müşayiətçi antigen qismində A(H)(İİ) qruplu qanı formalaşdırdıqlarını nəzərə almaqla bu qan ləkələri göstərilən qan qruplu bir şəxsə məxsus olmuş, bu halda həmin ləkələrdə ABO sistemi eyni qan qruplu A.İbrahimovanın qanı inkar edilmir. Naxçıvan Muxtar Respublikası X7: - 27 sentyabr 2023-cü il tarixli, 291 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. S.İ.X2 öldürməzdən əvvəl psixi xəstəlikdən əziyyət çəkməmişdir, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmişdir və ya həmin əməli idarə edə bilmişdir. A.M.İbrahimovanı öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda anlaqlıdır, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. - 27 sentyabr 2023-cü il tarixli, 291/1 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 18 iyun 2023-cü il tarixli baxış aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Kəngərli rayonu, Xok kəndindəki hadisə yerinə baxış keçirilmiş, meyitin sifət nahiyəsində olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalçadan mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin soyuducu ilə divar arasındakı yerdə axıntı formasında olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, qadın çantasının ön cibində aşkar edilmiş “micro Nokia 256 MB” sözü yazılan telefon yaddaş kartı, qara çantanın içərisindən 1 ədəd AA4052133 yeni nəsil şəxsiyyət vəsiqəsi, divanın qarşısında olan masanın üzərindəki evin giriş qapısından sağda yerləşən fincanın yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin masanın üzərindəki evin giriş qapısından sağda yerləşən fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, həmin masanın üzərindəki evin giriş qapısından sağda yerləşən fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, həmin masanın üzərindəki evin giriş qapısından sağda yerləşən fincanın tutacağının sağ yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin masanın üzərindəki evin giriş qapısından solda yerləşən fincanın üzərindən götürülmüş papilyar naxışlar, həmin masanın üzərindəki evin giriş qapısından solda yerləşən fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, həmin masanın üzərindəki evin giriş qapısından solda yerləşən fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, divanın qarşısında olan masanın üzərində iki ədəd üzərində güllü naxışları olan ağ rəngli fincan, divanın üzərində olan iki ədəd gümüşü rəngli balınc, divanın üzərində olan çəhrayı rəngli ədyal, çarpayının üzərindən götürülmüş, üzərində qanabənzər ləkələr olan bənövşəyi rəngli naxışları olan yorğan, naxışları olan mavi rəngdə döşək üzü, çəhrayı və açıq mavi rəngdə naxışları olan döşək üzü, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalça, açıq yaşıl rəngli, üzərində naxışları olan xalça, evin giriş qapısının sol tağının içəri tərəfinin orta hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfinin yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının çöl tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, ikinci mərtəbədə yaşayış yeri ilə üzbəüz durduqda sağda yerləşən qapıdan və onun çərçivəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, ümumi uzunluğu 32 sm, pəncəsinin eni 10,5 sm, dabanının eni isə 8 sm olan ayaq izi, arxa hissəsi ağ rəngli, üzərində “SAMSUNG” sözü yazılmış mobil telefon aşkar edilərək götürülmüşdür. “Micro Nokia 256 MB” sözü yazılan, içərisi boş telefon yaddaş kartı, 1(bir) ədəd AA4052133 yeni nəsil şəxsiyyət vəsiqəsi və ağ rəngli, üzərində “SAMSUNG” sözü yazılmış mobil telefon əşyanın geri qaytarılması barədə aktla 13 dekabr 2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmışdır - 18 iyun 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, baxış nəticəsində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Меyitin boyun nahiyəsinin yuxarı üçdə birinin sol ön döş səthində 2x1 sm ölçüdə pazvari formada bir bucağı iti, digər bucağı küt, kənarları hamar deşilmiş kəsilmiş yara; - Меyitin sağ bədən yarımsəthində 2x1 sm ölçüdə yaşılımtıl rəngli qançır; - Meyitin alın nahiyəsinin ön tərəfində 5x3.48 sm ölçüdə əlləmədə xəmirvari konstensial hemotoma, burun əsasında 3.5x2 sm ölçüdə, sol almacıq nahiyəsində 6x3.5sm ölçüdə qançır, qançırın üzərində xətt şəkilli 2x01 sm ölçüdə sıyrıq, alt çənənin sol yarısında 2 ədəd oval formalı ölçüləri 1x05 sm-1x03 sm ölçüdə tünd bənövşəyi rəngli qançırlar; - Меyitin boyun nahiyəsinin sağ yuxarı yan səthində 1x5x05 sm ölçüdə qançır hər iki dirsək büküyü nahiyələrində bənövşəyimtil rəngli kiçik ölçülü qançırlar 01x19 sm ölçüdə iynə yerlərinə bənzər xəsarətlər; Meyitin xarici müayinəsi zamanı X1 sağ və sol əlindən dırnaq nümunələri, 1 ədəd mavi rəngli muncuq olan ağ və qırmızı rəngli ipdən ibarət olan qolbaq, qulaq nahiyəsindən götürülmüş 1 cüt ağ rəngli materialdan olan və üzərində ağ, mavi və qırmızı rəngləri olan sırğa, hər iki əlindən götürülmüş əl-barmaq izləri və ovuc izləri, baş nahiyəsindən götürülmüş saç nümunəsi, 1 ədəd boğaz nahiyəsindən götürülmüş dəstəyi şüşəyə bənzər materialdan olan 1 ədəd bıçaq, 1 ədəd optik eynək, ön tərəfləri düymələrlə bağlanan qara rəngli kofta, qırmızı rəngli broklet (lifçik), qara rəngli şortik, mavi rəngli trusik və pampers qablaşdırılaraq götürülmüşdür. - 19 iyun 2023-cü il tarixli əşyanın könüllü təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs hadisə törədərkən əynində olan və könüllü olaraq istintaqa təqdim etdiyi paltarlar bir ədəd “Zaralife” sözü yazılmış, qısaqol, açıq yaşıl rəngli köynək, bir ədəd arxa yuxarı hissəsində “X39” sözləri yazılmış, açıq mavi rəngli cins şalvar və bir cüt üzərində SUPREME yazılmış qara rəngli sport ayaqqabı olmuşdur. Paltarlara baxış keçirilərkən onların üzərində hər hansı xəsarət izləri aşkar olunmamışdır. - 19 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi “Samsung” markalı, 5.0 MEGA kamera ölçülü mobil telefona baxış keçirilmiş, həmin telefonun “kişilər” bölməsinə daxil olduqda “175” adda mobil nömrə aşkar olunmuş, mobil nömrələr arasında mərhumə Aysun İbrahimovaya məxsus ***-***-**-** mobil nömrənin olmadığı müəyyən edilmişdir. - 20 iyun 2023-cü il tarixli götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Kəngərli rayonu, Xok kəndində yerləşən X15 məxsus evin həyətində götürmə aparılmış, 1 ədəd qara rəngli tən ortadan qırıq vəziyyətdə olan və üzərində “SAMSUNG” sözləri yazılmış mobil telefonun arxa hissəsi və 1 ədəd qara rəngli ön hissəsi qırıq vəziyyətdə olan smartfon telefonun ön hissəsi qablaşdırılaraq götürülmüşdür. - 22 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şahid9 özünə məxsus “Redmi9A” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, telefona baxış zamanı Şahid9 Aysun İbrahimova ilə “İnstagram” sosial şəbəkəsində olan yazışmaları və səs yazıları aşkar edilmişdir. Aşkar olunan yazışma və səs yazıları 1 ədəd “CD” ə köçürülərək protokola əlavə edilmişdir. - 23 iyun 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “SAMSUNG A12” markalı mobil telefona baxış keçirilmiş, telefondan aşkar olunan mesajlar, zənglər, kontaktlar, “instagram” və “whatsapp” bölmələrindən götürülmüş “screenshot” lar, “qalareya” bölməsindəki məlumatlar komputer vasitəsilə 1 ədəd “DVD”ə köçürülərək protokola əlavə edilmişdir. - 23 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və çap olunaraq həmin protokola əlavə edilmiş fotoşəkillərdən, ”screenshot”lardan məlum olur ki, Təqsirləndirilən şəxs mobil telefonundakı məlumatların köçürüldüyü “DVD”ə baxış keçirilmiş, baxış zamanı isə müxtəlif “screenshot“lar, Təqsirləndirilən şəxs Aysun İbrahimova ilə olan səs yazıları, Aysun İbrahimovaya aid qeyri-etik videolar, şəkillər, eləcə də Təqsirləndirilən şəxsla Aysun İbrahimovanın “Whatsapp” proqramı vasitəsilə olan yazışmalarının “screenshot”ları müəyyən olunmuşdur. İş üçün əhəmiyyət kəsb edən şəkil formatındakı yazışmalar, müəyyən foto və videolar DVD formatında protokola əlavə edilmişdir. - 23 iyun 2023-cü il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş “DVD” dən məlum olur ki Kəngərli rayonu, Xok kənd sakini Şahid18 icarə əsasinda işlətdiyi mağazada quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərın olduğu “DVD”ə baxış keçirilmiş, görüntülərdəki şəxsin Təqsirləndirilən şəxs olduğu Şahid18 tərəfindən bildirilmişdir. - 23 iyun 2023-cü il tarixli axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılmış, axtarış zamanı mobil telefon və ya cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunmamışdır. - 27 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X26 özünə məxsus “Redmi Note 9S” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, telefona baxış zamanı “Eltun”, “Aminn”, “Süleyman” adları ilə qeyd etdiyi şəxslərlə “Whatsapp” sosial şəbəkəsində Aysun İbrahimova ilə bağlı olan yazışmalar aşkar edilmiş, “CD”ə köçürülmüş, protokola əlavə edilmişdir. - 03 iyul 2023-cü il tarixli əşyanın könüllü təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X30 özünə məxsus “TECNO SPARK 7T” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, telefona baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hal aşkar edilməmişdir. - 10 avqust 2023-cü il tarixli, baxış aparılması haqqında protokoldan görünür ki, Kəngərli Rayon Məhkəməsinin 5(111)-1/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinin və zərərçəkmiş şəxs X13 məxsus ***-***-**-** mobil nömrəsinin 18 yanvar 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək olan zənglər siyahısına baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında 02 iyun 2023-cü il tarixdən başlayaraq müxtəlif günlərdə mütamadi olaraq danışıqlar olmuş, xüsusən də 17 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və A.İbrahimova arasında müxtəlif saniyə və dəqiqələrdən ibarət danışıqlar olmuş, sonuncu danışıq isə 18 iyun 2023-cü il tarixdə saat 00:38:22-də 171 saniyədən ibarət olmuşdur. Həmin danışıqdan sonra A.İbrahimovanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə saat 00:38:37-dən saat 00:44:45-dək 6 sayda cavabsız zəng etmişdir. 18 iyun 2023-cü il saat 00:44:45-dən sonra A.İbrahimovaya məxsus ***-***-**-** mobil nömrədən heç bir mobil nömrəyə zəng olunmamış və heç bir mobil nömrə ilə danışıq olmamışdır. Nömrə məlumat sistemindən çıxarışlar və aşkar edilmiş nömrələrin istifadəçi məlumatları iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X10 göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli xasiyyətnamədə X17 müsbət xarakterizə olunmuş, barəsində Xok kənd İƏDN-ə heç bir təqsirləndirici material daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 120.1, 151 və 157.2-ci maddələrinin tərkibi vardır. Ona düzgün olaraq həmin maddələr ilə ittiham verilmişdir və məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, sevgili münasibətində olduqları müddətdə X20 Məmmədovun şəxsi istəyi əsasında sonuncuya proqram vasitəsi ilə özünəməxsus çılpaq video və foto görüntülərini göndərməsindən sonra həmin çılpaq video və foto görüntülərini başqa şəxslərə də göndərdiyini öyrənməsi nəticəsində özünəməxsus ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Samsung A12” markalı mobil telefonunda yaddaşda olan “Whatsapp” mobil tətbiqində A.İbrahimovaya sonuncunun ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqinə yazılı və səsli mesajlar göndərməklə ciddi narazılığını bildirərək sonuncunun bir daha başqa oğlanlarla əlaqə saxlayacağı halda özünə məxsus mobil telefonunda A.İbrahimovaya aid olan çılpaq video və foto görüntüləri sonuncunun atası X6 göndərəcəyi barədə hədə-qorxu gəlmişdir. A.İbrahimovadan bu barədə atasına məlumat verməməsi müqabilində cinsi orqanını ağız boşluğuna daxil edib cinsi ehtirasını pozğun formada təmin etməsini tələb edərək bunu özünəməxsus mobil telefonun videokamerası ilə çəkib qeydə alacağını bildirib bu məqsədlə 02 iyun 2023-cü il tarixdə, saat 23:30 radələrində A.İbrahimovanın Kəngərli rayonunun Xok kəndində yaşadığı evə gedərək barəsində qeyd olunan rüsvayedici məlumatların olması ilə bağlı asılılığından istifadə edərək onu seksual xarakterli hərəkətlər etməyə məcbur etməklə cinsi orqanını A.İbrahimovanın ağız boşluğuna daxil etməsi, sonuncu təkidlə “bəsdir” deməklə bu hərəkətlərin dayandırılmasını bildirsə də, Təqsirləndirilən şəxs A.İbrahimovanı seksual xarakterli hərəkətlər etməyə məcbur edərək bunu özünəməxsus “Samsung A12” markalı mobil telefonun videokamerası ilə qeydə alması, bundan başqa 17 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində A.İbrahimovanın evdə tək olduğunu bilərək sonuncunun təklifi ilə onun yaşadığı evə gedib A.İbrahimova ilə sonuncunun yaşadığı evdə bir qədər vaxt keçirdikdən sonra A.İbrahimovanın yaşadığı evdən çıxdıqdan sonra aralarında baş tutan telefon danışığı zamanı Aysun İbrahimovanın Təqsirləndirilən şəxs bir qadını razı sala bilmədiyini və bu səbəbdən kişi olmadığını deməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətmələri səbəbindən əsəbləşən Təqsirləndirilən şəxs sinir psixi gərginlik halı keçirərək onu cəzalandırmaq qərarına gəldikdən sonra bu məqsədlə Aysun İbrahimovanın yaşadığı evə gedəcəyi vaxtı heç kimin görməməsi üçün gecəyarısı olmasını və hər kəsin yatmasını gözləyərək 18 iyun 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində evdən çıxaraq A.İbrahimovanın onun gəlişindən məlumatsız olması səbəbindən sonuncunun yaşadığı evin həyətinin divarından aşaraq yaşadığı otağa tərəf irəliləyib otağın bağlı olan qapısının açılmasına nail olmaq üçün şüşəsini döydükdə Təqsirləndirilən şəxs gəlməsindən xəbərsiz olan A.İbrahimovanın mənzilə gələnin kim olduğunu soruşduqda sonuncunun əsəbi halda A.İbrahimovanın üzərinə gedərək özü və ailəsinin ünvanına dediyi nalayiq sözlərə görə cavab verəcəyini dediyində mübahisənin daha da gərginləşməsi səbəbindən Təqsirləndirilən şəxs kənardan eşidilməməsi üçün əli ilə A.İbrahimovanın ağız nahiyəsini tutaraq çənəsini sıxıb zor tətbiq etməklə onu otağın içərisinə doğru itələyərək mənzilə dəvət edilmədiyi halda, mənzildə yaşayan A.İbrahimovanın iradəsi ziddinə onun yaşadığı mənzilə daxil olub ağız nahiyəsini tutaraq çənəsini sıxıb zor tətbiq etməklə onu arxaya doğru itələdikdən sonra sifət nahiyəsinə şillə və yumruq zərbələri vurmaqla sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid “ön alın nahiyəsində hematoma, burun əsasında, sol almacıq nahiyəsində və sol çənə bucağı nahiyəsində qançırlar və sol almacıq nahiyəsində sıyrıq” xəsarətlərini yetirməsi, davamlı onun və ailə üzvlərinin ünvanına dediyi nalayiq sözlərə görə sinir psixi gərginliyi halını keçirərərək həmin halın təsiri altında sonuncunu öldürməklə cəzalandırmaq qərarına gəlib otaqda olan masanın üzərindəki təsərrüfatməişət təyinatlı mətbəx bıçağını götürərək A.İbrahimovanın boğaz nahiyəsinə bir zərbə vurmaqla ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “sol boyun nahiyəsində qırtlaq qığırdıqlarını və sağ ümumi yuxu arteriyasını zədələyən deşilmiş-kəsilmiş yara” xəsarətini yetirməklə onu qəsdən öldürməsi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma, habelə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətlərini törətdiyini təsdiq edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Aysun İbrahimovanı öldürdüyünü inkar etsə də, ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə dindirilərkən (15 avqust 2023-cü il tarixə qədər) verdiyi ifadələrindən görünür ki, aralarında yaranmış sözlü mübahisə və A.İbrahimovanının onun və ailəsinin ünvanına işlətdiyi nalayiq ifadələrə görə keçirdiyi sinir psixi gərginliyi halının təsiri altında sonuncunu öldürməklə cəzalandırmaq qərarına gəlib otaqda olan masanın üzərindəki təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək A.İbrahimovanın boğaz nahiyəsinə bir zərbə vurmaqla ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “sol boyun nahiyəsində qırtlaq qığırdıqlarını və sağ ümumi yuxu arteriyasını zədələyən deşilmiş-kəsilmiş yara” xəsarətini yetirməklə onu qəsdən öldürmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müvəqqəti saxlama təcridxanasında Təqsirləndirilən şəxsla eyni kamerada saxlanılan şahidlər Şahid7, Şahid6 və Şahid1 ifadələrində kamerada olarkən Təqsirləndirilən şəxs heç bir kənar təsir və təzyiq olmadan Aysun İbrahimovanı hansı şəraitdə və necə öldürməsi barədə onlara danışdığını, danışıq əsnasında Aysunla olan münasibətləri barədə, eləcə də onun evinə gedərək görüşdükləri zaman ona qarşı seksual xarakterli hərəkətlər etməsi, aralarında olan sözlü mübahisə səbəbindən onu öldürməsi, A.İbrahimovanı öldürdükdən sonra evin hansı hissəsində yıxılıb qalması, cinayətin aləti olan bıçağın üzərindən əl-barmaq izi çıxacağı təqdirdə cinayəti törətdiyini etiraf edəcəyini, əks təqdirdə vəkilinin ona dediyi kimi sübut olmazsa cinayəti törətməsini etiraf etməyəcəyini və cinayət məsuliyyətindən qurtaracağını dediyini təsdiqləmişlər. Şahidlərin məhkəmədə söylədikləri bu faktları Təqsirləndirilən şəxs məhkəmə istintaqında təsdiq etsə də, döyüldüyü və ailəsi ilə təhdid olunduğu üçün məcbur qalıb cinayət hadisəsini özünün törətməsini qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ailəsinin hansı formada və kimlər tərəfindən təhdid olunması, o cümlədən özünün döyülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təqsirləndirilən şəxs döyülməsi və xəsarət alması ilə bağlı dediklərini Penitensiar Xidmətin istintaq təcridxanasında onunla eyni kamerada saxlanılan şahidlər Şahid7, Şahid6 və Şahid1 təsdiq etməmişlər. Şahidlər kameraya gətirildiyi ilk gündən və daha sonrakı günlərdə Təqsirləndirilən şəxs döyülməsinə şahid olmadıqlarını və bədəninin hər hansı nahiyyəsində xəsarət izlərini görmədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisinin hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs əynində olmuş və onların dediyi kimi istintaq orqanının prosessual pozuntu ilə əldə etdiyi, üzərində “Zaralife” sözü yazılmış açıq yaşıl rəngli qısa qol köynəyin və həmin köynəyin qoltuqaltı nahiyyəsində aşkar edilmiş qan ləkələri ilə bağlı verilmiş ekspert rəyinin sübut kimi qiymətləndirilməməsi və sübutlar siyahısından çıxarılması barədə verdikləri vəsatətə məhkəmə ayrıca qərarla qiymət verilərək vəsatəti rədd etmişdir. İş üçün mühüm əhəmiyyət kəsb edən sübutların vaxtında əldə olunması və tədqiq edilməsinin təmin edilməsi məqsədilə cinayət hadisəsinin isti izlərlə, təxirə salınmadan müəyyən olunması və əldə olunmuş sübutların mötəbərliliyinin itirilməsinə yol verməmək üçün əldə olunmuş məlumatları dəqiqləşdirmək məqsədilə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət olunmuş və o, bıçaqla A.İbrahimovanı öldürdüyünü etiraf etdiyi üçün 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmin gün Təqsirləndirilən şəxs hadisəni törədərkən əynində olan geyim əşyalarının, o cümlədən üzərində qan ləkələri olan köynəyin yuyulması üçün çıxarıb yaşadığı evə qoyduğunu və valideynlərinin könüllü olaraq həmin geyim əşyalarını polisə təhvil verəcəyini bildirmişdir.Əməliyyat tapşırığı əsasında polis əməkdaşları təxirə salınmadan dərhal Təqsirləndirilən şəxs yaşadığı evə gedərək hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyalarını könüllü olaraq onun valideynlərindən təhvil almışlar. Həmin geyim əşyaları Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və bu barədə müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuşdur.Protokol tərtib olunarkən heç bir şikayət daxil olmamış, qeyd aparılmamış, müdafiəçi və Təqsirləndirilən şəxs protokolun düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Göründüyü kimi cinayət hadisəsini törədən zaman təqsirləndirilən şəxsin əynində olmuş paltarların götürülməsi zamanı müəyyən boşluqlara yol verilsə də, cinayət hadisəsinin hansı şəraitdə, kim tərəfindən törədilməsinin isti izlərlə, təxirə salınmadan müəyyən olunması və əldə olunmuş sübutların mötəbərliliyinin itirilməsinə yol verməmək üçün bu prosessual hərəkətlər təxirə salınmadan həyata keçirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadələrinin fiziki zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdüyü dəlilləri araşdırarkən aydın olur ki, bu məsələ təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat aparan orqan qarşısında qaldırılmamışdır. Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v.Azerbaijan, №32132/07, 31 iyul2014-cü il, § 58 ) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir.Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir.Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “ Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, №35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Cinayət işində olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X23 saxlanılan şəxslərin uçotu kitabının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən orada saxlanılan Təqsirləndirilən şəxs kitabın “Saxlanılan şəxsin azad olunması (əsas, tarix, saat, saxlanılma ilə bağlı şikayət və təklifləri, imzası) qrafasında xx.xx.2023-cü il tarixdə saat 12:00-da “Heç bir şikayətim yoxdur” yazmaqla imza etmişdir. (bax.c.i.İV cild səh.247). İşdə olan 2977 №-li, xx.xx.2023-cü il tarixli Kəngərli rayon Mərkəzi xəstəxanası üzrə həkim-terapeft N.Həsənov tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Kəngərli rayon Xok kənd sakini xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçib, sağlamdır. (bax.c.i.İV cild səh.198). Bundan başqa cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qəbul edilərkən tibi-sanitar hissənin əməkdaşları tərəfindən tibbi müayinədən keçirilməsi zamanı açılmış 744/2023 nömrəli tibbi kitabçada olan məlumatlardan görünür ki, həmin kitabçanın 4-cü səhifəsinin 12-ci bəndində “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar “ qrafasında Təqsirləndirilən şəxs “xəsarət almadığını bildirir” ifadəsi qeyd olunmuşdur.(bax.c.i İV cild səh.192-197). Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin törədilməsində şübhəli bilinib saxlanıldığı andan heç bir şikayəti olmamış, tutulduğu andan onun tibbi müayinədən keçirilməsi təmin edilmiş, ona qarşı hər hansı formada fiziki zorakılıq tətbiq edilməmiş və sağlam olduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs vəsatəti əsasında keçirilmiş, 1328 nömrəli, xx.xx.2023-cü il tarixli canlı şəxsin ekspertizasının keçirilməsi barədə olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izləri müəyyən olunmamışdır. Bütün bunlar Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməsi ilə bağlı verdiyi etirafedici ifadələrinin fiziki zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə verdiyi ifadənin heç bir sübuta söykənməyən, özünü müdafiə məqsədilə verilmiş ifadə olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə Təqsirləndirilən şəxs A.İbrahimovanı öldürməsi üçün səbəbinin olmaması, onunla həmişə mehriban münasibətdə olması və heç bir zaman mübahisə etməməsi ilə bağlı verdiyi ifadəsinə qiymət verərkən belə nəticəyə gəlir ki, bu ifadələr də heç bir mötəbər sübuta əsaslanmayan, özünü müdafiə xarakterli ifadələrdir. Belə ki, işdə olan Təqsirləndirilən şəxs “vhatsapp” proqramı üzərindən apardığı yazışmalardan edilmiş çıxarışlardan görünür ki, o göndərdiyi səsli və yazılı mesajlarda başqa oğlanlarla ünsiyyət quracağı halda dəfələrlə Aysun İbrahimovaya onu öldürəcəyini bildirmiş, ona “məndən başqa kimlərlə danışırsan”, “sən bir də başqa oğlanlarla danışsan səni öldürəcəm”, “sən öldün uje, mənə xəyanət edirsən”, “günah mənnən getdi, sən öldün” məzmunlu ifadələr işlətmiş, həmçinin başqa şəxslərlə danışdığı təqdirdə telefonunda saxladığı, A.İbrahimovaya məxsus çılpaq şəkilləri və video görüntüləri paylaşacağı və atası Muxtar İbrahimova göndərəcəyi ilə təhdid edərək öz cinsiyyət orqanını A.İbrahimovanın ağız boşluğuna daxil etməklə bütün bunları öz telefonunun videokamerası ilə qeydə alması qarşılığında onu bağışlayacağını, şəkil və videoları atasına göndərməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 23:33-də öz cinsiyyət orqanını A.İbrahimovanın ağız boşluğuna daxil edib cinsi ehtirasını pozğun formada təmin etdiyi zaman bütün bunları telefonunun videokamerası ilə qeydə almış və həmin video görüntünü “whatsapp” proqramı vasitəsilə A.İbrahimovaya göndərmişdir.Sonuncu həmin videonu silməsini təkidlə tələb etsə də, Təqsirləndirilən şəxs buna cavab verməmiş, həmin video görüntünü gələcəkdə A.İbrahimovanı təhdid və şantaj etmək məqsədilə telefonunun yaddaşında saxlamışdır.Həmin videoda Təqsirləndirilən şəxs cinsiyyət orqanını A.İbrahimovanın ağız boşluğuna daxil etdiyi, Təqsirləndirilən şəxs A.İbrahimovadan cinsiyyət orqanını tam olaraq ağız boşluğuna daxil etməsini tələb etdiyi, A.İbrahimovanın isə istəksiz olduğu və “bəsdir” deyərək ona etiraz etdiyi görünür. Bundan başqa hadisənin sabahı günü, 18 iyun 2023-cü il tarixdə səhər saatlarında həmkəndliləri ilə Təqsirləndirilən şəxs qardaşına məxsus həyətdə arpa yığarkən orada olan şahidlər Şahid11, Şahid20, V.Seyidli, Şahid9 və Şahid10 məhkəmədə eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs qardaşına məxsus həyətə arpa yığmağa köməklik etmək üçün getdikləri zaman hadisə yerində olan hər kəsdən A.İbrahimovanın özünü asaraq öldürdüyünü eşitmələrinə baxmayaraq, həyətdə olarkən Təqsirləndirilən şəxs onlara Aysun Məmədovanın bıçaqlanaraq öldürdüyünü bildirmiş, həmçinin Şahid20 həyətdə bıçaqla ipləri kəsərkən ona “bıçağı yerə at, gəlib görən olar deyər bəlkə Aysunu biz öldürmüşük” deməsi də, Təqsirləndirilən şəxs Aysun İbrahimovanı “mən öldürməmişəm” kimi verdiyi ifadənin yalan, özünü müdafiə üçün verdiyi ifadə olduğunu təsdiq edir. 15 sentyabr 2023-cü il tarixdə “təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan” da görünür ki, Təqsirləndirilən şəxs prokurorun A.İbrahimovanın bıçaqla qətlə yetirilib öldürülməsi barədə heç kimin məlumatı olmadığı halda, sizin mərhum qardaşınız Kəmaləddin Məmmədovun həyətində olarkən Şahid9, Şahid10, Şahid20, Şahid11 və Vural Seyidliyə A.İbrahimovanın bıçaqla qətlə yetirilməsi barədə fikir söyləməniz cinayətin sizin tərəfinizdən törədildiyiinə əsas verən hallardan biri kimi çıxış edir, bu barədə nə deyə bilərsiniz sualına ?, mən Aysunun ölüm xəbərini eşitdikdən sonra onun özünü asdığını, daha sonra isə onun özünü bıçaqladığını eşitmişəm.Onun bıçaqlanmasını polislər hadisə yerinə gəldikdən sonra bilmişəm cavabını vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş və ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuş şahidlər Şahid4, Şahid8, Şahid3, Şahid2 18 iyun 2023-cü il tarixdə səhər saatlarında cinayət hadisəsinin baş verdiyi A.İbrahimovanın qətlə yetirildiyi evə hamıdan öncə gəlsələr də, evə daxil olmadıqlarını, A.İbrahimovanın boğazında bıçaq görmədiklərini və bıçaqla öldürülməsi barədə eşitmədiklərini, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun A.İbrahimovanı bıçaqla öldürməsini eşitdiklərini bildirmişlər. Şahidlərin söylədikləri ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə bütün bu şahidlərlə Təqsirləndirilən şəxs üzləşdirilməsi aparılmış və üzləşmə zamanı onun özünü müdafiə məqsədilə yalan ifadələr verdiyi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ifadəsində guya Aysun İbrahimovanın başqa oğlanlarla danışması barədə öyrəndikdən sonra əmisi Umud və əmisinin oğlu Şahid8lar tərəfindən döyülməsi və öldürülməsini ehtimal etməsi barədə dedikləri məkəmədə tədqiq olunub qiymət verilmiş və Təqsirləndirilən şəxs söylədiyi bu faktlar da məhkəmə istıntaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hadisədən əvvəl həmin gün A.İbrahimovanı sonuncu görmüş şahidlər Şahid4, Şahid8, Şahid3, Şahid2 onun sifət nahiyyəsində heç bir xəsarət izi görmədiklərini bildirmişlər.Bundan başqa ibtidai istintaq orqanı tərəfindən alınmış ekspertizanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs dediyi kimi A.İbrahimovanın sifət nahiyyəsindəki həmin xəsarətlər cinayət hadisədən bir neçə saat əvvəl yox, ölümün baş verdiyi saatda yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şahid8la axşam saatlarında küçədə qarşılaşması ilə bağlı verdiyi ifadəsi də axşam həmin saatda Təqsirləndirilən şəxsla birlikdə olmuş şahidlərin məhkəmə istintaqında verdikləri ifadələr və ibtidai istintaq zamanı aparılmış üzləşmələr barədə protokollar ilə təkzib olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərə dair verdiyi ifadəsi ilə bağlı dəqiqləşdirmə aparılarkən o, hadisə olan günü A.İbrahimovanın yaşadığı evdə olarkən otaq qaranlıq olduğundan onun sifət nahiyyəsində xəsarət izlərini görmədiyini, sadəcə A.İbrahimova ona xəsarət izi olduğunu söylədiyi üçün üzündən öpdüyünü təsdiqləmişdir. Bundan başqa məhkəmə istintaqında tədqiq olunmuş “ifadənin yerində yoxlanılması” barədə 20 iyun 2023-cü il tarixdə aparılmış videoçəkilişə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz müdafiəçisinin iştirakı ilə Aysun İbrahimovanı hansı şəraitdə və necə öldürməsi barədə ətraflı, tam təfsilatı ilə məlumat verməklə cinayət hadisəsini törətməsini etiraf edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin aparılması zamanı ona qarşı təsir və təzyiq olmadığını bildirmişdir. “İfadənin yerində yoxlanılması” barədə 20 iyun 2023-cü il tarixdə aparılmış videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin vaxt ona qarşı təsir və təzyiq olmadığını təsdiqləsə də, daha öncə guya polis əməkdaşları tərəfindən fiziki işgəncəyə məruz qaldığı və ailəsi ilə təhdid olunduğu üçün bu cür etirafedici ifadə verdiyini bildirmişdir. Cinayət hadisəsini törətdiyi gün sonuncu dəfə A.İbrahimovanın evindən çıxdıqdan sonra gecə saat 11-12 radələri olduğunu və ordan çıxıb evlərinə gedib yatdığını bildirsə də, işdə olan mötəbər sübutlarla, o cümlədən kamera görüntülərinə baxış zamanı təsdiq olunmuşdur ki, hadisənin törədildiyi ərazidə olan mağazaya quraşdırılmış videokameranın yaddaşından əldə olunmuş görüntüdə onun 00-10 radələrində hadisənin baş verdiyi evin yaxınlığında olması müəyyən olunur. Həmçinin ölüm hadisəsini törətməsini etiraf etməsi ilə bağlı ifadəsində dedikləri faktları, A.İbrahimovanın boğazına bıçaq zərbəsi vurduqdan sonra səndələyərək yıxılmasını, ağzından köpük gəlməsini və yerə yıxılıldığında xırıldamağını guya polisin öncədən hazırlayıb ona bu cür ifadə verməsinə məcbur etdikləri üçün söylədiyini bildirmişdir. Məhkəmədə S.Dövlət ittihamçısıİbrahimovanın razılığı olmadan onun iradəsi ziddinə mənzilə daxil olmadığını bildirsə də, 17 iyun 2023-cü il tarixdə, saat 23:00 radələrində A.İbrahimovanın evdə tək olduğunu bilərək sonuncunun təklifi ilə onun yaşadığı evə gedib A.İbrahimova ilə sonuncunun yaşadığı evdə bir qədər vaxt keçirdikdən sonra A.İbrahimovanın yaşadığı evdən çıxdıqdan sonra aralarında baş tutan telefon danışığı zamanı Aysun İbrahimovanın Təqsirləndirilən şəxs bir qadını razı sala bilmədiyini və bu səbəbdən kişi olmadığını deməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətmələri səbəbindən əsəbiləşən Təqsirləndirilən şəxs sinir psixi gərginlik halı keçirərək onu cəzalandırmaq qərarına gəldikdən sonra bu məqsədlə Aysun İbrahimovanın yaşadığı evə gedəcəyi vaxtı heç kimin görməməsi üçün gecəyarısı olmasını və hər kəsin yatmasını gözləyərək 18 iyun 2023-cü il tarixdə, gecə saat 01:00 radələrində evdən çıxaraq A.İbrahimovanın onun gəlişindən məlumatsız olması səbəbindən sonuncunun yaşadığı evin həyətinin divarından aşaraq yaşadığı otağa tərəf irəliləyib otağın bağlı olan qapısının açılmasına nail olmaq üçün şüşəsini döydükdə Təqsirləndirilən şəxs gəlməsindən xəbərsiz olan A.İbrahimovanın mənzilə gələnin kim olduğunu soruşduqda sonuncunun əsəbi halda A.İbrahimovanın üzərinə gedərək özü və ailəsinin ünvanına dediyi nalayiq sözlərə görə cavab verəcəyini dediyində mübahisənin daha da gərginləşməsi səbəbindən Təqsirləndirilən şəxs kənardan eşidilməməsi üçün əli ilə A.İbrahimovanın ağız nahiyəsini tutaraq çənəsini sıxıb zor tətbiq etməklə onu otağın içərisinə doğru itələyərək mənzilə dəvət edilmədiyi halda, mənzildə yaşayan A.İbrahimovanın iradəsi ziddinə onun yaşadığı mənzilə daxil olması Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayətini törətdiyini təsdiq edir. Məhkəmədə “İfadənin yerində yoxlanılması” barədə 20 iyun 2023-cü il tarixdə aparılmış videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs bütün bu faktları təsdiqləmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələri digər sübutlarla əlaqəli şəkildə tədqiq olunub yoxlanılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar hərtərfli araşdırılmış və məhkəmədə cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin, əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə Cinayət Məcəlləsinin 151-ci maddəsinin, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə“Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma isə Cinayət Məcəlləsinin 157.2-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1, 151 və 157.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi bir ildən iki ilədək islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə , Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi isə iki ilədək islah işləri və ya bir ilədək“müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinin 4(111)-2/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı, polis şöbəsinə dəvət olunub saxlanıldığı 19 iyun 2023-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - hadisə yerinə baxış zamanı meyitin sifət nahiyəsində olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalçadan mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evdəki soyuducu ilə evin divarı arasındakı yerdə axıntı formasında olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısının sol tağının içəri tərəfinin orta hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfinin yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının çöl tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, ikinci mərtəbədə yaşayış yeri ilə üzbəüz durduqda sağda yerləşən qapıdan və onun çərçivəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, divanın qarşısında olan evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın tutacağının sağ yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın üzərindən götürülmüş papilyar naxışlar, meyitin xarici müayinəsi zamanı X1 sağ əlindən götürülmüş dırnaq nümunələri, sol əlindən götürülmüş dırnaq nümunələri, hər iki əlindən götürülmüş əl-barmaq izləri və ovuc izləri, baş nahiyəsindən götürülmüş saç nümunəsi, 1 (bir) ədəd boğaz nahiyəsindən götürülmüş dəstəyi şüşəyə bənzər materialdan olan bıçaq, Təqsirləndirilən şəxs baş nahiyəsindən götürülmüş saç nümunəsi, sol əlindən götürülmüş dırnaq nümunələri, sağ əlindən götürülmüş dırnaq nümunələri, ağız suyu nümunəsi, ümumi uzunluğu 32 sm, pəncəsinin eni 10,5 sm, dabanının eni isə 8 sm olan ayaq izi məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd smartfon tipli “Samsung A12” markalı mobil telefon və 1 (bir) ədəd “Samsung” 5.0 mega ölçülü mobil telefon, 1 (bir) cüt üzərində “SUPREME” yazılmış qara rəngli sport ayaqqabı, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş “Zaralife” sözü yazılmış qısaqol açıq yaşıl rəngli köynək, 1(bir) ədəd arxa yuxarı hissəsində “X39” sözləri yazılmış açıq mavi rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Aysun İbrahimovaya məxsus mobil telefonun qutusu, hadisə yerinə baxış zamanı götürülmüş divanın qarşısında olan masanın üzərində iki ədəd üzərində güllü naxışları olan ağ rəngli fincan, divanın üzərində olan iki ədəd gümüşü rəngli balış, divanın üzərində olan çəhrayı rəngli ədyal, naxışları olan mavi rəngdə döşək üzü, çəhrayı və açıq mavi rəngdə naxışları olan döşək üzü, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalça, çarpayının üzərindən götürülmüş, üzərində qanabənzər ləkələr olan bənövşəyi rəngli naxışları olan yorğan, açıq yaşıl rəngli, üzərində naxışları olan xalça, Aysun İbrahimovanın meyitinin xarici müayinəsi zamanı götürülmüş ön tərəfləri düymələrlə bağlanan qara rəngli kofta, qırmızı rəngli lifçik, qara rəngli şortik, mavi rəngli qadın alt tumanı və pampers, 1 (bir) ədəd mavi rəngli muncuq olan ağ və qırmızı rəngli ipdən ibarət olan qolbaq, qulaq nahiyəsindən götürülmüş 1 cüt ağ rəngli materialdan olan və üzərində ağ, mavi və qırmızı rəngləri olan sırğa, 1 ədəd optik eynək zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə prosessual sənədlərin elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD, məhkəmə komputer-texniki ekspertizasından göndərilmiş Təqsirləndirilən şəxs məxsus telefonlarda olan məlumatların köçürüldüyü 1 (bir) ədəd DVD və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin köçürüldüyü 1 (bir) ədəd zərfdə olan daktiloxəritə cinayət işində saxlanılmalıdır.. İş üzrə aparılmış məhkəmə lifli ekspertizasına görə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir.. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X31 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 288 (iki yüz qırx səkkiz) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 353.1, 353.2, 353.4 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1- ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətinə, 151-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə və 157.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - hadisə yerinə baxış zamanı meyitin sifət nahiyəsində olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalçadan mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evdəki soyuducu ilə evin divarı arasındakı yerdə axıntı formasında olan qanabənzər ləkələrdən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın iç hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın çöl hissəsindən mütəxəssis tərəfindən tamponla götürülmüş nümunə, evin giriş qapısının sol tağının içəri tərəfinin orta hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfinin yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının içəri tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, həmin qapının sol tağının çöl tərəfindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, ikinci mərtəbədə yaşayış yeri ilə üzbəüz durduqda sağda yerləşən qapıdan və onun çərçivəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, divanın qarşısında olan evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, evin giriş qapısından sağda yerləşən masanın üzərindəki fincanın tutacağının sağ yuxarı hissəsindən mütəxəssis tərəfindən götürülmüş papilyar naxışlar, evin giriş qapısından solda yerləşən masanın üzərindəki fincanın üzərindən götürülmüş papilyar naxışlar, meyitin xarici müayinəsi zamanı X1 sağ əlindən götürülmüş dırnaq nümunələri, sol əlindən götürülmüş dırnaq nümunələri, hər iki əlindən götürülmüş əl-barmaq izləri və ovuc izləri, baş nahiyəsindən götürülmüş saç nümunəsi, 1 (bir) ədəd boğaz nahiyəsindən götürülmüş dəstəyi şüşəyə bənzər materialdan olan bıçaq, Təqsirləndirilən şəxs baş nahiyəsindən götürülmüş saç nümunəsi, sol əlindən götürülmüş dırnaq nümunələri, sağ əlindən götürülmüş dırnaq nümunələri, ağız suyu nümunəsi, ümumi uzunluğu 32 sm, pəncəsinin eni 10,5 sm, dabanının eni isə 8 sm olan ayaq izi məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd smartfon tipli “Samsung A12” markalı mobil telefon və 1 (bir) ədəd “Samsung” 5.0 mega ölçülü mobil telefon, 1 (bir) cüt üzərində “SUPREME” yazılmış qara rəngli sport ayaqqabı, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş “Zaralife” sözü yazılmış qısaqol açıq yaşıl rəngli köynək, 1(bir) ədəd arxa yuxarı hissəsində “X39” sözləri yazılmış açıq mavi rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılsın. - Aysun İbrahimovaya məxsus mobil telefonun qutusu, hadisə yerinə baxış zamanı götürülmüş divanın qarşısında olan masanın üzərində iki ədəd üzərində güllü naxışları olan ağ rəngli fincan, divanın üzərində olan iki ədəd gümüşü rəngli balış, divanın üzərində olan çəhrayı rəngli ədyal, naxışları olan mavi rəngdə döşək üzü, çəhrayı və açıq mavi rəngdə naxışları olan döşək üzü, üzərində qanabənzər ləkələr olan ağ və narıncı rəngli balaca xalça, çarpayının üzərindən götürülmüş, üzərində qanabənzər ləkələr olan bənövşəyi rəngli naxışları olan yorğan, açıq yaşıl rəngli, üzərində naxışları olan xalça, Aysun İbrahimovanın meyitinin xarici müayinəsi zamanı götürülmüş ön tərəfləri düymələrlə bağlanan qara rəngli kofta, qırmızı rəngli lifçik, qara rəngli şortik, mavi rəngli qadın alt tumanı və pampers, 1 (bir) ədəd mavi rəngli muncuq olan ağ və qırmızı rəngli ipdən ibarət olan qolbaq, qulaq nahiyəsindən götürülmüş 1 cüt ağ rəngli materialdan olan və üzərində ağ, mavi və qırmızı rəngləri olan sırğa, 1 ədəd optik eynək zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus AZE******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə prosessual sənədlərin elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD, məhkəmə komputer-texniki ekspertizasından göndərilmiş Təqsirləndirilən şəxs məxsus telefonlarda olan məlumatların köçürüldüyü 1 (bir) ədəd DVD və Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin köçürüldüyü 1 (bir) ədəd zərfdə olan daktiloxəritə cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə lifli ekspertizasına görə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X31 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 288 (iki yüz qırx səkkiz) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar