Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-5/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər- Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, məhkum olunmamış, Şərur rayonu Dəmir Yolları QSC-də stansiya növbətçisi işləmiş, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 07 avqust 2024-cü il tarixdə Şərur şəhərində yerləşən “ZET” adlı restoranda spirtli içki qəbul etdikdən sonra yaşadığı evə gec gəldiyi üçün arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onu təhqir etmiş, Təqsirləndirilən şəxs münaqişəni sonlandırmaq üçün evin açıq balkonuna çıxaraq orada olan divanda yatmışdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində arvadının deyinməsi daha da şiddətlənmiş, arvadının təhqirlərinə və deyinməsinə dözməyərək həyətdə odun doğramaq üçün istifadə olunan baltanı götürərək evə daxil olmuş, evin salonunda divanda telefonla danışan arvadı Zərərçəkmiş şəxs balta ilə qəsdən qapalı kəllə beyin tramvası, baş beynin əzilməsi, sağ gicgah sümüyünün sınığı, sol pramidaların xəttdi sınığı, təpə, ənsə, gicgah, çənə, üst dodaq, sol qaşüstü, döş qəfəsinin, sağ əlin çapılmış əzilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin qançırları kimi xəsarətlər yetirərək sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs ilə 32 ildir ki evlidir və onların iki oğul övladı vardır. Arvadı ilə əvvəldən münasibətləri yaxşı olmasa da, heç vaxt ona əl qaldırmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında baş verən hadisədən bir gün əvvəl başlayan və hadisə günü də davam edən mübahisənin səbəbi onun içki qəbul etməsi olmuşdur. Mübahisədən sonra arvadı onun ünsiyyət qurmadığı qonşularının evinə getmiş, əvvəlcədən həmin qonşunun evinə getməsini istəmədiyini söyləsə də Zərərçəkmiş şəxs ona qulaq asmamışdır. Buna əsəbləşən Təqsirləndirilən şəxs çöldə siqaret çəkərkən balta gözünə sataşmış, həmin baltanı götürüb içəri keçmiş, zərərçəkmiş şəxs qonşudan gəldikdən sonra baltanın küt tərəfi ilə onun başına, baltanın kəsici hissəsi ilə isə kürəyinə vurmaqla cinayət hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağladığını görüb dayanmış, arvadı ondan su gətirməsini istəmiş, ona su verdikdən sonra Zərərçəkmiş şəxs divanda əyləşdirmişdir. Bundan sonra çölə çıxıb qonşuları Musa adlı şəxsi çağırıb arvadına balta ilə xəsarət yetirdiyini demişdir. Hadisə zamanı evdə yalnız ikisi olmuş, hadisədən sonra heç kəslə telefonda danışmamış, könüllü olaraq polis idarəsinə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs içki aludəçisi olmadığını, hadisəni törədən zaman ayıq vəziyyətdə olduğunu bildirmişdir. O, zərərçəkmiş şəxsi qorxutmaq və hirsli olduğu üçün ona xəsarət yetirmək istəmiş, onu öldürmək niyyəti olmamış, öldürmək niyyətinin olacağı təqdirdə arvadının ona gücünün çatmayacağını, onu həmin vaxt öldürə biləcəyini demişdir. Hadisədən əvvəl oturub düşünməmiş, tutduğu əməldən çox peşman olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu bağışlamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən bir gün əvvəl Təqsirləndirilən şəxs yuyunduqdan sonra ona balınc, mələfə vermiş və o, öz istəyi ilə balkondakı divanın üstündə yatmışdır. Səhər yuxudan oyandıqda onun betonun üstündə yatdığını görüb oyatmış, durub divanda yatmasını istəmişdir. Oğlu Cavid işə getdikdən sonra isə Təqsirləndirilən şəxs çöldə milçək olduğundan gedib Cavidin yerində yatmasını demiş, o içəri getdikdən sonra həyətdəki sarı çiçəkləri yığmağa başlamışdır. İçəri qayıtdıqda Elçinə qonşuya gedib gələcəyini demişdir. Qonşudan gəldikdən sonra Elçin ondan su istəmiş, o əvvəlcə ona su, sonra çay vermişdir. Daha sonra balkonda qonşu ilə telefonda danışarkən Təqsirləndirilən şəxs ona arxadan qəflətən hücum edərək balta ilə başına və kürəyinə zərbələr yetirmiş, ikinci zərbədən sonra huşunu itirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu sürüyərək başqa otağa aparmasını, evdən çıxıb getməsini xatırlamamışdır. Hadisə zamanı onlar evdə tək olmuşlar və təqsirləndirilən şəxs ona su verməmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra bir qədər özünə gəlmiş, içəridəki pol taxtasının dəmirindən tutaraq sürünə-sürünə çölə çıxmış və qarşıdakı divanda oturmuşdur. Daha sonra qonşuları Musa gələrək ona su vermişdir. Hadisə nəticəsində baş nahiyəsində çoxlu yaralar və iki yerdə çat yaranmış, başından aldığı xəsarətə görə travma keçirmişdir. O bildirmişdir ki, hazırda atasının evində yaşayır və hadisədən sonra 1 dəfə qaynanası onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs ərinin mütəmadi olaraq spitli içki içmədiyini, lakin onun ümumiyyətlə içki içməsini istəmədiyi üçün hadisə günü bununla bağlı öz-özünə deyinsə də Təqsirləndirilən şəxs təhqir etmədiyini demişdir. Onunla ailədaxili münaqişələri olsa da heç vaxt güclü mübahisələri olmamış, nə təqsirləndirilən şəxs ona, nə də o təqsirləndirilən şəxsə əl qaldırmamışdır. Həmçinin Zərərçəkmiş şəxs hadisədən əvvəlki axşam aralarında söz-söhbət olmadığını, onun belə hərəkət edəcəyini düşünmədiyini, bu vaxta qədər belə bir hadisənin olmadığını demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında bidirmişdir ki, vəziyyətin bu yerə gəlmə səbəbini bilmir, Təqsirləndirilən şəxs övladlarına görə bağışlamışdır, ondan şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs qanun çərçivəsində cəzalandırılmasını istəyir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışına dəvət olunmuş təqsirləndirilən şəxsin oğlu Şahid1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 328.2.1-ci maddəsinə müvafiq olaraq ifadə verməkdən imtina etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qapı qonşusudur. Hadisə baş verən günü saat 10:00 - 11:00 radələrində öz həyətlərində işləyərkən Təqsirləndirilən şəxs onların həyətinə gəlmiş və ona “mən gedirəm polisə, yoldaşımı vurmuşam onu apar xəstəxanaya” demişdir. Təqsirləndirilən şəxs arvadına hansı səbəbə xəsarət yetirdiyini soruşmamış, zəng edərək sahə müvəkkilinə olanları danışmış, evə gedib yaralıya kömək etmək üçün icazə almış və təcili tibbi yardım göndərilməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yanına getmiş, bu zaman evin qapısı açıq olmuş, divanda oturan Zərərçəkmiş şəxs qolundan tutaraq çölə çıxarmış, ona su vermiş, soyuducudan buzlu su gətirib yaralı yerinə tutmuşdur. Zərərçəkmiş şəxs özünü dərk edib onunla danışsa da, normal vəziyyətdə olmamış, ona kimin xəsarət yetirməsi barədə deməmişdir. Təxminən 15 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş, o, prokurorluq əməkdaşı tərəfindən şahid kimi saxlandığı üçün xəstəxanaya gedə bilməmişdir. Şahid2 Təqsirləndirilən şəxsla birlikdə böyüdüklərini, münasibətlərinin yaxşı olduğunu, ondan səhv hərəkət, ziyanlıq görmədiyini, əksinə kənddə uşaqla uşaq, böyüklə böyük kimi rəftar etdiyini, hər gün içki içən biri olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə məhəllədəki qadınlarla münasibəti yaxşı olmuş, evdə daha çox onun sözü keçmiş, biraz əsəbi xanım olsa da, qonşulara münasibətdə normal biri olmuşdur. Ara-sıra evlərindən səs-küy gəldiyini eşitsələr də ailədaxili münaqişələrinə müdaxilə etməmişdir. Şahid2 Təqsirləndirilən şəxs arvadı barədə narazıçılıq etdiyini eşitməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3: - 08 avqust 2024-cü il tarixli, 64 nömrəli canlı şəxsin ekspertizası barədə rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş qapalı kəllə beyin tramvası, baş beynin əzilməsi, sağ gicgah sümüyünün sınığı, sol piramidaların xəttdi sınığı, təpə, ənsə, gicgah, çənə, üst dodaq, sol qaşüstü, döş qəfəsinin, sağ əlin çapılmış əzilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin qançırları kimi xəsarətlər hər hansı bir çapıcı alət təsirindən əmələ gəlmişdirlər, eləcə də ekspertizaya təqdim olunmuş balta təsirindən də əmələ gəlmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olduqları göstərilmişdir. - 08 oktyabr 2024-cü il tarixli, 16 nömrəli maddi sübutların ekspertizası barədə rəyindən məlum olur ki, hadisə yerindən götürülərək qablaşdırılımış 02 ədəd qanabənzər ləkələr, 01 ədəd yaylığın üzərində olan ləkələr, 01 ədəd kreslo üzlüyünün üzərində olan ləkələr və Təqsirləndirilən şəxs məxsus göy rəngli köynəyin üzərində olan ləkələr qandır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir. Hadisə yerindən götürülərək qablaşdırılmış baltanın üzərindəki ləkələr qandır, bu qan insan qanıdır, Zərərçəkmiş şəxs qanı ilə eynidir, yəni O(İ) αβ qan qrupuna aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X1: - 15 avqust 2024-cü il tarixli 1405 nömrəli məktubundan Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. - 05 sentyabr 2024-cü il tarixli, 334 nömrəli ambulator məhkəmə psixatrik ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Halhazırda anlaqlılğı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. - 05 sentyabr 2024-cü il tarixli, 335 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 06 sentyabr 2024-cü il tarixli, 983 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən məlum olur ki, tədqiqata təqdim olunan 01 (bir) ədəd predmet kustar üsulla hazırlanmış kəsici- çapıcı xassəyə malik məişət-təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir. - 23 sentyabr 2024-cü il tarixli, 1076 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən əvvəlki dövrdə sinir psixi-gərginlik halında olmuşdur. Təqsirləndirilən şəxs sinir psixi-gərginlik halının yaranması onun qarşılaşdığı şəraitlə - həyat yoldaşı Zərərçəkmiş şəxs tükənib bitməyən deyingənliyinə, ona qarşı işlətdiyi aşağılayıcı ifadələrinə, təhqirlərinə və sayqısızlıqlarına dözə bilməməsi ilə səbəbli əlaqəsindən yaranmışdır. Təqsirləndirilən şəxs keçirmiş olduğun emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salmaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meylilik əlamətləri müşahidə olunmur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 08 avqust 2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin məsul növbətçisi polis mayoru Əli Nazimli tərəfindən tərtib olunmuş “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan məlum olur ki, Şərur rayon Çomaxtur kənd sakini Təqsirləndirilən şəxs Şərur rayon Polis İdarəsinə könüllü gələrək 08 avqust 2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs balta ilə xəsarət yetirməsi barədə məlumat vermişdir. - 08 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, hadisə Şərur rayon Çomaxtur kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermişdir. Təqsirləndirilən şəxs evin salonunun baş tərəfində solda yerləşən yataq otağında arvadı Zərərçəkmiş şəxs balta ilə müxtəlif bədən xəsarətləri yetirmişdir. Hadisə yerinə baxış zamanı 1 ədəd dəmir konstruksiyalı balta, 2 ədəd hadisə yerinin müxtəlif yerlərində olan qanabənzər ləkələrdən nümunə, 1 ədəd protez diş, 1 ədəd yaylıq, 1 ədəd üzərində qanabənzər ləkələr olan kreslo üzlüyü, 2 ədəd siqaret kötüyü qablaşdırılaraq götürülmüşdür. 09 avqust 2024-cü il tarixli aktla 1 ədəd protez diş Şahid1 təhvil verilmişdir. - 08 avqust 2024-cü il tarixli təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd göy rəngli köynəyi könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası DİN-nin ƏSİŞ-nə göndərilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyəti Çomaxtur Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə olunurlar. Şərur Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin xx.xx.2024-cü il tarixli raportuna əsasən Təqsirləndirilən şəxs və onun arvadı Zərərçəkmiş şəxs münaqişəli ailə kimi qeydiyyatda olmadığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Şərur şəhəri-Şərur Rayon 1 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, **********054 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də ondan heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 10:00 radələrində arvadı Zərərçəkmiş şəxs təhqirlərinə və deyinməsinə dözməyərək həyətdə odun doğramaq üçün istifadə olunan baltanı götürərək evə daxil olmuş, evin salonunda divanda telefonla danışan arvadına balta ilə qəsdən qapalı kəllə beyin tramvası, baş beynin əzilməsi, sağ gicgah sümüyünün sınığı, sol piramidaların xəttdi sınığı, təpə, ənsə, gicgah, çənə, üst dodaq, sol qaşüstü, döş qəfəsinin, sağ əlin çapılmış əzilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin qançırları kimi xəsarətlər yetirərək sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Göstərilən halları məcmu halda təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, hadisədən dərhal sonra Şərur rayon Polis İdarəsinə könüllü gələrək təqsirini boynuna almasını, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna aldıqda, ... (Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi), zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 4(110)-23/2024 nömrəli, 10 avqust 2024-cü il tarixli qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 08 avqust 2024-cü il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 64 (altmış dörd) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat olmaqla ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd yaylıq, 01 ədəd üzərində qanabənzər ləkələr olan kreslo üzlüyü və təsərrüfata yararlı olan 01 ədəd dəmir konstruksiyalı balta Zərərçəkmiş şəxs qaytarılmalıdır. - 02 ədəd hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunə və 02 ədəd siqaret kötüyü məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli köynək Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin əvvəli 8 avqust 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 64 (altmış dörd) manat, məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat olmaqla ümumilikdə 164 (yüz altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Şərur Rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd yaylıq, 01 ədəd üzərində qanabənzər ləkələr olan kreslo üzlüyü və təsərrüfata yararlı olan 01 ədəd dəmir konstruksiyalı balta Zərərçəkmiş şəxs qaytarılsın. - 02 ədəd hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunə və 02 ədəd siqaret kötüyü məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli köynək Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov
2. Səxavət Hüseynov