Məhkəmə qərarları › İş №1(109)-6/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-6/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-6/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2005-ci ildə Babək rayonu, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, о, tanışı Şahid7 aldığı velosipedin alqı-satqısı ilə əlaqədar onunla arasında narazılıq yaranmış, Təqsirləndirilən şəxs onu təhqir etdiyindən həmin məsələdən Şahid7 yaxın münasibətdə olduğu X6 da xəbəri olmuş, buna görə Təqsirləndirilən şəxsla onun arasında mübahisə yaranmış, T.K.Abdullayev həmin söyüşə aydınlıq gətirmək üçün xx.xx.2023-cü il tarixdə mobil telefon vasitəsilə Təqsirləndirilən şəxsla danışanda həmin vaxt telefonda mübahisələri olmuş, onlar bir-birlərini təhqir edib görüşməyə qərar vermişlər. Təqsirləndirilən şəxs T.K.Abdullayevi qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün o, təsərrüfatda istifadə etmək məqsədilə əvvəlcədən əldə etdiyi bıçağı evdən götürüb üzərində gətirərək həmin gün saat 16:30 radələrində Babək rayonu, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən məsciddən təxminən 310 metr məsafədə, ara məhəllədə T.K.Abdullayevlə görüşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək və onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə, bunu arzu edib T.K.Abdullayevi öldürmək məqsədilə əvvəlcədən üzərində olan bıçaqla onun döş qəfəsinin sol yarısına bir zərbə vuraraq V-Vİ qabırğalar səviyyəsində daxilə keçən, ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli və sağlamlığa ağır zərər vurmaya aid olan xəsarət yetirməklə onu öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hadisəni o törətmişdir. O mərhum Tuncay Abdullayevi 2 ildir tanıyır. Əvvəllər aralarında dəfələrlə mübahisələri olmuş, sonuncu mübahisələri isə Tuncayın əmisinin oğlu Elşəndən onun velosipedini almasına görə yaranmışdır. Elşən ona velosipedini satmış və ona velosipedin pulunu verə biləcəyi barədə razılığa gəlmişlər. Velosipedin pulunu gecikdirdiyi üçün Elşən ona zəng edib velosipedi satmaq fikrindən daşındığını bildirib velosipedi ona qaytarmağını tələb etmişdir. Rəhman isə velosiped üçün xərc çəkdiyini, xərcini ödəyəcəyi təqdirdə velosipedi ona qaytaracağını demişdir. Elşən onunla razılaşmış, ertəsi gün gətirib pulunu verəcəyini demiş və həmin gün axşam gəlib velosipedi götürüb aparmışdır. Velosipedi aparanda qapıdan çıxarkən pulu gətirib verəcəyi ilə bağlı onu əmin etmək üçün söyüş söymüşdür. Bir neçə gün sonra pulu gətirmədiyini soruşmaq məqsədi ilə Elşənə “Whatsapp”dan mesaj yazmış, Elşən ona “Pulu yadından çıxar” deyib “Whatsapp”da onu bloka atmışdır. Sonra dostundan “Elşənə “Whatsapp”dan mesaj yaz və məni blokdan çıxarmasını de!” deyə xahiş etmiş və Elşən onu blokdan çıxarmışdır. Elşənə “Whatsapp”dan mesaj yazmış, pulu niyə gətirmədiyini soruşmuş, Elşən isə “O pulu sənə verməyəcəm, get kimə istəyirsən de” deyə yazmış, Rəhman isə Elşənə “Gətirib verəcəksən pulu!” demişdir. Daha sonra Elşənin əmisi oğlu Tuncay Abdullayev ondan aralarındakı məsələnin nə olduğunu soruşmuş, o isə Tuncaya Elşənin ona borcu olduğunu və vermədiyini deyəndə Tuncay borcu özünün ödəyəcəyini söyləmişdir. Tuncay ona “Sabah gələrsən dediyim yerə pulu orda sənə verəcəyəm” demiş, o onunla razılaşmış, “Nə vaxt desən, gələrəm” demiş, səhəri gün işdə olduğu üçün Tuncaya bir gün sonra gündüz görüşək demişdir. Tuncay görüş yerinə gələndə ona “Sənə pulu verməyəcəyik, get kimə deyirsən de!” demiş və söyüş söymüşdür. X12 işləyən ögey qardaşı ona zəng vurmuş, “Sən bu uşaqları niyə narahat edirsən?!” deyəndə, ona Elşənin onun pulunu vermədiyini demiş, Tuncayın qardaşı ona axşam Şirinbalanın dükanının yanına gəlməyini söyləyəndə o onunla razılaşmış, amma oraya getməmiş, sonra Tuncay ona qorxduğu üçün görüş yerinə getmədiyini demişdir. Daha sonra Tuncayla danışanda “Pul sənin olsun, halalxoşundu, istəmirəm” demiş, söhbət orada bağlanmışdır. Onlar yenidən həmin söhbəti açmış və onun velosipedi verəndə Elşənə qapıda söyüş söydüyünü demişlər. O söyüş söymədiyini, söyüşü Elşənin söydüyünü və pulu sabah ona çatdıracağını dediyini söyləmiş, orada var-yox söyüşü söyüldüyünü, söyüş söyülərkən Tuncayın da orada olduğunu, həmin söyüş söyülən anın görüntülərinin evin kamerasına düşdüyünü və onun o, görüntüləri müstəntiqə verdiyini qeyd etmişdir. O Tuncayla telefonda danışarkən “Tuncay, sənin özün də söyüş söyüləndə orada olmusan” dediyini, Tuncay söyüş söyüləndə orada olduğunu inkar etmiş və cavabında ona “Kamera da var, mən sənə orada olduğunu sübut edərəm” dediyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü ona Tuncayın əmisi oğlu Elşən, Rəhman və Həsəndən zəng gəlmiş, Həsənin sonuncu zəngini açmış, Tuncay telefonu Həsəndən alıb onunla danışmış və olduğu yerə gəlməsini demiş, o oraya gedəndə Tuncayın üzərində qəhvəyi rəngdə, knopkalı (düyməli) “Tik-tok” sosial şəbəkəsində çəkdiyi videolarda olan bıçaq olduğunu düşündüyündən yanında bıçaq aparmış, Tuncay ona bıçaq çıxaranda o da bıçağı çıxarmış, Tuncaya “Yığışdır o bıçağı” demiş, bıçağı tutub, əlini burmuş, əlini buranda Tuncay əyilmiş və bıçaq istəmədən onun qarnına girmişdir. Telefonla təcili yardıma zəng etmək istəmiş, lakin konturu olmadığı üçün zəng vura bilməmiş, oradan uzaqlaşmış, təslim olmaq üçün polisə gedərkən yolda polis onu görmüş və saxlamışdır. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində bildirdi ki, hadisədən əvvəl bir neçə dəfə Tuncayla Rəhmanın arasında mübahisələrinin olduğunu eşitmiş, oğlu Tuncayla eyni telefonu işlətdiklərinə görə Rəhmanın “Tik-tok”da beşbarmaq və.s gəzdirdiyini görmüş və Tuncaya Rəhmandan uzaq durması barədə xəbərdarlıq etmiş, Tuncay isə ona “Mama, mən ondan uzaq dururam, amma o mənə sataşır” dediyini göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin bildirdi ki, hadisə günü saat təxminən 1-2 radələrində Tuncay məktəbdən evə gələndə onun harasa tələsdiyini görmüş, Tuncaydan “Hara tələsirsən?”- deyə soruşanda ondan “Mama, Elşənlə danışmışıq, idmana gedirik” cavabını almışdır. Atasının idman üçün pul verib-vermədiyini ondan soruşmuş, ona “Yox, atana pul verməsini deməmişəm” demiş, Tuncay yemək yeyən zaman Elşən zəng vurmuş, “Dur gəl, şəhərdə biraz fırlanaq, müəllimlə də idmanı danışıb gələk” demiş, həmin vaxt Elşəndən başqa kiminsə Tuncaya zəng vurduğunu görməmişdir. Tuncay evdən çıxanda yarım saatlıq işi olduğunu, atası gələn kimi idmana getmək üçün pul verməyini demiş və ondan hara getdiyini soruşanda yarım saata qayıdacağını bildirmişdir. Bundan sonra Tuncay evə qayıtmamış, axşamüstü saat 5-ə işləmiş yoldaşı evə gələrək Tuncayın Rəhman tərəfindən bıçaqlandığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 Namiq oğlu ifadəsində göstərdi ki, o məhəllədə olan dükanın qabağında dayandığı zaman Tuncay və yanında bir neçə nəfər oraya gəlmişlər. Həmin vaxt əvvəlcədən tanıdığı həmkəndlisi Əli adlı şəxs də onların yanında olmuşdur. Rəhmanla telefonda danışarkən Rəhman Əliyə həmin mübahisə barədə danışmış, telefonu söndürdükdən sonra Rəhmanın ona “Gəlib Tuncayı bıçaqlayacağam” dediyini bildirmişdir. Evlərinə gedərkən Rəhmanın Tuncayın yanına getməsini, orada Tuncayla Rəhmanın mübahisə etməsini, Rəhmanın Tuncayı kənara çağırmasını və onu bıçaqlamasını gördüyünü bildirmişdir. Şahid4 ifadəsinin davamında bildirdi ki,Tuncay Abdullayev bıçaqlandıqdan sonra onun yanına getmiş, Tuncayın əlində, o cümlədən ətrafında bıçaq görməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 06 yanvar 2023-cü il də 1 nömrəli məktəbin qabağı ilə dayanacaq yoluna çıxdığı zaman camaatın hadisə yerinə tərəf getdiyini görmüş, hadisə yerinə çatmağına 10-15 metr qalmış X16 yumruq atdığını və Rəhmanın da onu bıçaqla vurduğunu görmüşdür. Mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o hadisə günü xidməti ərazidə, şəxsi nəqliyyat vasitəsində xidmət apardığı zaman telefonuna zəng gəlmiş və tanımadığı bir nəfər tələsik şəkildə Rəhmanın adam bıçaqladığını və hadisə yerindən qaçdığını ona bildirmişdir. Hadisənin baş verdiyi yeri öyrənib oraya getmiş, yolda Rəhmanın Babək rayonu istiqamətində getdiyini görmüş, Rəhmandan haraya getdiyini soruşanda o, “Adam bıçaqlamışam, təslim olmaq üçün polis idarəsinə gedirəm” demişdir. Rəhman cibindən bıçağı çıxarıb ona təqdim etmiş, ondan bıçağı maşının üzərinə qoymasını istəmiş, bıçağın üzərinə başqa əl-barmaq izi düşməsin deyə maşından sellofan torba götürüb Rəhmana bıçağı həmin torbanın içərisinə qoymağı demişdir. Rəhmanı öz maşınına mindirib yaralıya kömək etmək üçün hadisə yerinə qayıtmış, yaralının yanında iki nəfər adam olduğunu, onların köməkliyi ilə yaralını yerdən götürüb onun maşınına mindirdiklərini, maşında yaralıya kömək etmək üçün həmin iki nəfərə də maşında onunla birgə getməyi demiş, onların köməkliyi ilə yaralını xəstəxanaya aparmış, yaralını xəstəxanaya apararkən Rəhmanı iki polis əməkdaşının yanında saxlamış, xəstəxanadan qayıtdıqdan sonra Rəhmanı özü maşınında polis şöbəsinə gətirmişdir. Şahid8 ifadəsinin davamında bildirdi ki, hadisə yerinə və mərhum T.Abdullayevin üzərinə polis işçiləri və hadisə yerinə gələn prokurorluq əməkdaşları tərəfindən baxış keçirilmiş, hadisə yerindən və T.Abdulayevin üzərindən bıçaq aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 06 yanvar 2023-cü il tarixdə təxminən saat 4-5 radələrində Nehrəm qəsəbəsinin digər sahə rəisi Şahid8 şəxsi nəqliyyat vasitəsində olarkən Orxanın mobil telefonuna zəng gəlmiş və Təqsirləndirilən şəxs adam bıçaqladığı bildirilmişdir. Onlar hadisənin baş verdiyi yeri soruşmuş və hadisə yerinin Nehrəm qəsəbəsinin Təzə məscid adlandırılan ərazinin yaxınlığında baş verdiyini öyrənmişlər. Orxan müəllimlə birlikdə nəqliyyat vasitəsi ilə oraya yaxınlaşmış, yolda Təqsirləndirilən şəxs Babək rayon Polis İdarəsi istiqamətində getdiyini görmüş, Rəhmana yaxınlaşıb ondan “Eşitdiyimizə görə adam öldürübsən, haraya gedirsən?” deyə soruşduqda Rəhman onlara Tuncayı bıçaqladığını, polisə təslim olmaq üçün getdiyini bildirmişdir. Daha sonra Rəhman cibindən bıçaq çıxarmış, Orxan müəllim ona bıçağı maşının qabaq hissəsinə qoymağını demiş, Rəhman bıçağı maşının qabaq hissəsinə qoyandan sonra Orxan müəllim maşının içərisindən sellofan torba götürmüş, Rəhman bıçağı onun içərisinə qoymuş və Orxan müəllim torbanı Cabirə vermişdir. Rəhmanı idarə etdikləri nəqliyyat vasitəsinə mindirərək hadisə yerinə getmişlər. Orxan müəllim maşından düşmüş, Rəhman onun yanında qalmış, hadisə yerində Tuncayın arxın kənarında uzanmış vəziyyətdə olduğunu və hələ ölmədiyini görmüşdür. Orxan müəllim hadisə yerində olan Nehrəm qəsəbəsinin digər sakinləri ilə birlikdə Tuncayı maşına qoyub xəstəxanaya aparmış, sonra o, hadisə barədə Babək Rayon Polis İdarəsinə məruzə etmiş, Babək Rayon Polis İdarəsinin Cinayət axtarış bölməsinin rəisi Babək müəllim Nehrəm qəsəbəsində Təzə məscid adlandırılan yerə gəlmiş, Rəhmanla birlikdə onun xidməti maşınına minərək Babək Rayon Polis İdarəsinə getmişlər. Daha sonra Tuncayın Babək rayonu, Mərkəzi Xəstəxanasına aparıldığını öyrənib oraya getmiş, xəstəxanada Rəhmanın üzərindən götürülmüş bıçağı Babək rayonunun müstəntiqi Murtuz müəllimə təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dekabr ayının 31-i (2022-ci il) Yeni il tədbirinə görə Bakıdan Naxçıvana gəlmişdir. Hadisə olan gün uşaqlar onu 1 nömrəli məktəbin yanına çağırdıqları üçün evdən çıxıb 1 nömrəli məktəbə tərəf gedərkən məktəbə çatmamış uşaqların ara döngədə toplaşmasını görmüşdür.Həmin vaxt Rəhman və Tuncay uşaqlardan kənarda olmuşlar.Toplaşan uşaqların yanına çatmağına 5-10 metr məsafə qalan zaman Rəhmanın Tuncayı bıçaqla vurduğunu və Tuncayın yerə yıxıldığını görüb Tuncayın yanına getmişdir. Daha sonra o Rəhmanın yanına gedib “Əliboş adama niyə bıçaq vurursan?” dediyi zaman Rəhman ona “Mən belə olacağını demişdim” söyləyib hadisə yerindən uzaqlaşmışdır. Rəhmanın arxasınca getmək istəmiş, ancaq Tuncayın yerdə yaralı vəziyyətdə olduğunu görüb Tuncayın yanına qayıtmış, uşaqlardan birini Tuncayı xəstəxanaya aparmaq üçün maşın gətirməyə göndərmişdir. Həmin vaxt Tuncayın şüuru özündə olsa da, çoxlu qan itirdiyini görmüşdür. Sonra kəndin sahə müvəkkili Orxan müəllim şəxsi avtomaşıninda hadisə yerinə gəlmiş və Rəhman da Orxan müəllimin yanında olmuşdur. Rəhmanı maşından düşürüb başqa polis əməkdaşına təhvil verdikdən sonra Tuncayı qucağına alıb maşına qoymuş, Orxan müəllim maşında qabaqda, o isə arxada əyləşmiş, Naxçıvan şəhərində yerləşən Mərkəzi xəstəxanaya getməyi planlamışlar. Maşında olarkən Tuncay onun əlini tutub “Mənə nə olacaq, mən öləcəyəm?” demiş, cavabında isə ona “Narahat olma, xəstəxanaya gedirik, hər şey yaxşı olacaq” söyləmişdir. Nehrəm qəsəbəsini çıxandan sonra Babək rayonuna çatmamış Tuncay onun əlini buraxmış və o bunu Orxan müəllimə bildirmişdir. Əli ilə Tuncayın nəbzini yoxlamış, nəbzinin vurmadığını görmüşdür. Orxan müəllimə “Babək xəstəxanasına gedək, nəsə ilk yardım göstərsinlər” deyə təklif etmiş, Babək rayon xəstəxanasında həkimlər Tuncayın öldüyünü söyləmişlər. Şahid ifadəsinin davamında bildirdi ki, hadisə yerində, o cümlədən Tuncayın ətrafında bıçaq görməmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona “Velosipedi mənə sat, işləyib 25 manatı yaxın zamanlarda sənə verəcəyəm” deməsindən sonra velosipedini Təqsirləndirilən şəxs satmışdır.Bu hadisədən bir ay keçdikdən sonra Rəhmandan velosipedin pulunu istəyəndə “Mən sənə pul verə bilmərəm” dediyi zaman, ona “Pulu verə bilmirsənsə, velosipedi geri qaytar” deyə söyləmişdir. Velosipedini geri almaq üçün Tuncay Abdullayev və Rahillə birlikdə Rəhmanın yaşadığı evə gedərək velosipedi götürmüş və bu zaman aralarında heç bir mübahisə olmamış, Rəhman velosipedə çəkdiyi xərcin pulunu qaytarmayanı söymüşdür. Bundan bir-iki gün keçəndən sonra Rəhman ona velosiped üçün pul xərclədiyini və həmin pulu geri qaytarmağını istəmiş, o isə “Sənə pul verməyəcəyəm, sən velosipedə pul xərcləməmisən” demişdir. Rəhmanla olan bu söhbəti Tuncay Abdullayevə demiş, Tuncay Rəhmana zəng edib “Sən velosipedə pul xərcləməmisən” dediyi zaman Rəhman Tuncaya “15 manatı istəmirəm, 8 manatı mənə qaytarın, bir də velosipedin üstünə nə qoymuşamsa, onların hamısını çıxarıb qaytarın” deyəndə Elşən Tuncaya “Onların heç birini mən Rəhmana qaytarmayacağam, çünki Rəhman velosipedə heç nə etməyib” söyləmişdir. Tuncay da onun dediklərini Təqsirləndirilən şəxs demiş, Rəhman da “Haramınız olsun, pul boğazınızda qalsın” dedikdən sonra mübahisə orada bağlanmışdır. Hadisə günündən bir ay əvvəl parkda olarkən Rəhmana zəng etmişlər. Tuncay telefonda Rəhmanla danışa-danışa ona Rəhmanın səsini yazmasını istəmiş, guya onlar telefon danışmasında Rəhmana Elşən, Tuncay və onların əmisinin oğlu Həsənlə birləşib Rəhmanı döyəcəklərini söyləmişlər. Bu söhbətdən sonra hadisə günü Tuncaya zəng etmiş harada olduğunu soruşanda Tuncay evdə olduğunu demiş, ona “Şəhərə, idman kompleksinə gedək” deyəndə Tuncay “Yaxşı, gedək” söyləmişdir. Evdən çıxıb yolda Tuncaya zəng edib harada olduğunu soruşmuş, o isə “Məktəblə üzbəüz məscidin yanındayam” demiş, məscidin yanına çatanda əmisi oğlu X20 zəng etdiklərini öyrənmiş, Rəhmana nə üçün zəng etdiklərini soruşanda ona zəng vurub Rəhmandan “Guya biz üçümüz yığışıb onu döyəcəyik” məsələsinin nə olduğunu soruşacaqlarını söyləmiş, zəng edib Rəhmandan bu barədə soruşanda Rəhman inkar edib elə şey demədiyini bildirmişdir. Onlar əvvəlcə onun bu məsələ barədə səsini yazdıqları səs qeydini ona göstərmiş, Rəhman bundan sonra onları telefonda söyməyə başlamış və “Ora gəlirəm” dediyi zaman Tuncay da “Gəl” demişdir. Şahid7 ifadəsinin davamında bildirdi ki, məscidin yanında Rəhmanı gözləyən zaman Tuncay ona “Rəhmana zəng edib soruş gör, gəlir?” demiş, o Rəhmana zəng etmiş, Rəhman “Yoldayam, gəlirəm” söyləmişdir. O, Tuncaya “Rəhmanla işin olmasın, zəng edək deyək gəlməsin, bağlayaq söhbəti” deyəndə Tuncay “Yox, elə etsək, deyər bəlkə, ondan qorxuruq” demiş, sonra Rəhmana bir daha zəng etdikdə “Bazarın arxasındayam, gəlirəm” demişdir. Tuncayla orada olan uşaqlar az irəlidəki dar məhəlləyə getmiş, özü isə orada gözləmişdir. Rəhman gəldikdən sonra birlikdə Tuncayın olduğu yerə getmişlər.Tuncayla uşaqların yığışdığı ağaclıq olan əraziyə çatanda Rəhman Tuncaya “Gəl görək qırağa nə məsələdi?” demiş, kənara gedəndə Təqsirləndirilən şəxs bıçağı açıb dizinin arxasında gizlətdiyini görmüş, qışqırıb “Tuncay Rəhmanın əlində bıçaq var” demiş, Tuncay onu eşitməmiş və onlar kənara getmişlər. Mübahisə zamanı Tuncay Rəhmana yumruq atarkən Rəhman bıçaqla Tuncayı bıçaqlamışdır. Rəhman hadisə yerindən qaçdıqdan sonra o, polis əməkdaşı olan Orxan müəllimə zəng edib hadisə barədə məlumat vermişdir. Orxan müəllim hadisə yerinə gəldiyi zaman Rəhman da onların yanında olmuş, Rəhmanı yolda olarkən saxlayıb hadisə yerinə gətirdiklərini onlardan öyrənmişdir. Polis əməkdaşı Tuncay Abdullayevi maşına qoyub xəstəxanaya apardıqdan sonra o babasına zəng edib məsələni danışmış və birlikdə xəstəxanaya getmişlər. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o dərzidən çıxıb evə gələrkən məhəllədə uşaqların toplaşmasını, nə olduğunu öyrənmək üçün onlara yaxınlaşanda Rəhmanın Tuncaya yumruq atmasını, daha sonra Rəhmanın Tuncayı bıçaqlamasını, bıçaqlandıqdan sonra Tuncayın yerə yıxılmasını görmüşdür.Tuncayı xəstəxanaya aparmaq üçün maşın saxlatmaq məqsədi ilə yola çıxmış, geri qayıdanda artıq polis əməkdaşlarının gəlməsini gördüyünü bildirmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, təxminən yanvar ayının 6da məhəllədə olarkən məhəllədəki uşaqları görmüş onların arxasınca getmiş, uşaqlarla söhbət edəndə kim isə “Tuncayı bıçaqladılar” deyə çığırmış, bıçaqlama anını görməsə də Tuncayın yerə yıxılmasını görmüşdür. Hadisədən sonra Rəhmanın əlində bıçaqla getməsini görmüş, “Axırı belə olacaqdı” deməsini eşitmişdir. Şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o Rəhmanı “Tik-tok” sosial şəbəkəsində çəkiliş edən biri kimi, Tuncayı isə oxuduğu məktəbdən tanımış və heç biri ilə aralarında dostluq münasibə olmamışdır.Rəhmanla Tuncayın arasında olan mübahisədən məlumatsızdır. Hadisə günü hazırlıqdan çıxanda məktəbin qabağında uşaqların bir yerə toplaşdığını gördüyü üçün onların yanına getmişdir. Hadisə yerinə çatdıqda Tuncayın yerdə yaralı vəziyyətdə uzandığını görmüş, onun ətrafıda bıçaq görməmiş, Rəhmanın yüksək səslə “Mən bilirdim ki, bu gün buradan boş qayıtmayacağam, özüm gedirəm, polisə təslim olam” dediyini eşitmiş, daha sonra Rəhman hadisə yerindən uzaqlaşıb müxtəlif istiqamətlərə gedən asfalt yola çıxmış, hadisə yerindən 100 metr məsafədə olanda polislər onu saxlamış və hadisə yerinə geri qaytarmışlar. Hadisə yerinə gələn polislər Tuncay Abdullayevi maşına mindirib xəstəxanaya aparmışlar. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tuncay, Rəhman, Elşən adətən axşamçağı məktəbin qabağında yığışır söhbət edirmişlər. Hadisə günü də onlar məktəbin qabağında yığışmış, orada olanda Tuncay Elşənin telefonundan Rəhmana zəng etmiş, aralarında olan mübahisəni həll etmək üçün onu oraya çağırmışdır. İlk öncə Rəhman oraya gəlməmiş, sonra Qabil Şahid10la birlikdə kitab götürməyə məktəb tərəfə getmiş, qayıdanda Rəhmanın hadisə yerinə gəldiyini görmüş, Rəhman gələndən sonra Tuncayı kənara çağırmış, Tuncayla Rəhmanın arasında mübahisə yaranmış, mübahisə zamanı Tuncayın Rəhmanın üzünə yumruq atmasını orada olan uşaqlardan eşitmiş, o tərəfə baxanda Rəhmanın Tuncayı bıçaqladığını və Rəhmanın bıçağı büküb hadisə yerindən uzaqlaşdığını görmüşdür. Hadisədən sonra Elşən polisə zəng vurmuş, Rəhman isə hadisə yerindən 60-70 metr kənarda müxtəlif istiqamətlərə gedən yola çıxmış, orada polislər onu saxlamışlar. Elşənin zəngindən 10 dəqiqə sonra polislər hadisə yerinə gəlmiş və Tuncayı xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş:- Şahid12 göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə saat 16-17 radələrində Nehrəm qəsəbə 1 №-li məktəbin yolunda, məscidin yaxınlığındakı döngəyə tərəf bir neçə nəfərin qaçdığını görmüş, təxminən 100-150 metr getdikdən sonra döngədə çoxlu adam olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bıçağı qatlayıb cibinə qoyduğunu, bıçağın qanlı olduğunu, Tuncayın yerdə və yan tərəfinin qan içində olduğunu görmüş, Rəhman polisə təslim olmaq üçün getdiyini demiş, az sonra Orxan adlı polis əməkdaşı Tuncayı öz maşınına mindirib xəstəxanaya aparmış, hadisə vaxtı Tuncay Abdullayevin üzərində və ya hadisə yerində bıçaq görməmiş, Tuncayla Rəhman arasında bir neçə dəfə münaqişə olduğunu eşitmişdir. Şahid1 göstərmişdir ki, X13 və Təqsirləndirilən şəxs ilə eyni qəsəbədə yaşamış, onların heç biri ilə qohumluq münasibəti və ya ədavəti olmamışdır. 06 yanvar 2023-cü il tarixdə, saat 16:45 radələrində Nehrəm qəsəbə 1 №-li məktəbin yaxınlığındakı yolu keçib evə getdiyi vaxt ara məhəllədəki su arxının kənarında, otluq ərazidə bir neçə nəfər şəxsin yığışmasını görmüş, X17 Süleymanov onlardan təxminən 15 metr aralıda su arxının kənarında, otluq ərazidə dayanıb mübahisə etmiş, həmin yerə çatdığı vaxt Tuncay Rəhmanı yumruqla vurmaq istəyərkən Rəhman çəkildiyindən yumruq ona dəyməmiş, bu vaxt Rəhmanın Tuncaya “Mən demişdim axırı belə olacaq” dediyini eşitmiş, bundan sonra Rəhman əlindəki bıçaqla Tuncayın ürək nahiyyəsinin alt tərəfindən bir bıçaq zərbəsi vurmuş, həmin bıçaq açılıb-qatlanan olmuş, bıçaq zərbəsindən sonra Tuncay yerə yıxılmış, Rəhmanın “Gedirəm polisə təslim olum” dediyini eşitmiş, yanında olan Şahid2lə Tuncayın yanında getmiş, Tuncayın yarasından qan axmış, təxminən 3-4 dəqiqədən sonra Nehrəm qəsəbəsinin sahə müvəkkili Orxan müəllim oraya gəlmiş, Tuncayı Orxan müəllimin maşınına mindirmiş, həmin maşınla Tuncay Babək rayon xəstəxanasına aparılmış, orada Tuncayın ölməsi onlara deyilmiş, hadisə vaxtı Tuncay Abdullayevin əlində hər hansı əşya, kəsici-deşici alət görməmişdir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X9: - 24 yanvar 2023-cü il tarixli, 04 nömrəli məhkəmə tibb ekspertizasının (meyitin ekspertizası) rəyindən görünür ki, X6 meyitində aşkar olunmuş xəsarətlər: döş qəfəsinin sol yarısında V-Vİ qabırğalar səviyyəsində daxilə keçən yara, sağ budunda qançır. Ürəyin sol mədəciyi üzərində yara, döş boşluğunda 700 ml, ürək kisəsində 200 ml duru və laxta qan, ürək kisəsi üzərində yara müəyyən edildi. Göstərilən xəsarətlər həyatidirlər, o cümlədən əlbəyaxa mübarizə zamanı yarana bilərdi. Budundakı qançır hər hansı küt əşyanın təsirindən, döş qəfəsinin ön sol yarısındakı yaranın isə kəsici-deşici alətin təsirində törənmişdir. X1 döş qəfəsinin ön sol yarısındakı döş boşluğuna keçən yara ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də buna oxşar bıçaqla yetirilə bilərdi. Yaranın ölçüsü 2,0x0,4 santimetrdir, dərinliyi isə 9 santimetrdir. X8 yetirilmiş xəsarətlər canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub onun ölümü ilə nəticələnmişdir. X1 döş qəfəsinin ön sol yarısındakı xəsarətlə onun əynində olan sviterdəki kəsiklərdən biri futbolka və maykadakı kəsiklə üst-üstə düşür və kəsici alətlə yetirilməyə xarakterikdir. Sviterdəki iki ədəd kəsikdən biri futbolkaya, maykaya və bədən səthinə siyarət etməmişdir. Meyit üzərindəki xəsarətlər üzbəüz vəziyyətdə törənə bilərdi. Meyit aşkar olunduğu vəziyyətdə az bir müddət qalmışdır. Mərhum ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. X6 ölümünə səbəb orqanizmin kəskin qan itirməsi olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğun gəlir. - 24 yanvar 2023-cü il tarixli, 104 nömrəli məhkəmə-tibb ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən üzvündə hər hansı bir xəsarət aşkar edilməmişdir. - 30 yanvar 2023-cü il tarixli, 103 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının rəyindən və ona əlavə edilmiş fotoşəkildən görünür ki, tədqiqata təqdim edilmiş tədqiqat obyekti olan 1 (bir) ədəd bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədi. Bıçağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmamışdır. - 06 fevral 2023-cü il tarixli, 01 nömrəli Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X9 məhkəmə-bioloji ekspertizasının (maddi sübutların ekspertizası) rəyindən görünür ki, bıçaq üzərində hadisə vaxtı X6 əynində olmuş 1 (bir) ədəd qara rəngli uzunqol köynəkdə, 1 (bir) ədəd qısaqol köynəkdə, 1 (bir) ədəd ağ rəngli qolsuz maykada, əlcəkdə, corabda hadisənin baş verdiyi yerdəki ot örtüyü üzərində olan qanabənzər ləkələrdən götürülmüş nümunələrdə, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarda, qara rəngli corabda qan olduğu və həmin qanın X6 qanı ilə eyni, yəni Bα (İİİ) qan qrupuna aid olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 21 fevral 2023-cü il tarixli, 109 nömrəli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Abdullayev Tuncaya məxsus olan sensor ekran və “Android” əməliyyat sistemi ilə təchiz olunmuş 1 (bir) ədəd “X27 Prime Plus” markalı “SMG532F/DS” modeli “3524xx/xx/428569/0, 3524xx/xx/428569/8” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Mobil telefonun yuxarı hissəsi eşitmə mikrofonundan, aşağı tərəfi ötürmə mikrofonundan, yuxarı ön və arxa tərəfi kameradan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, mesaj qəbul etmək, göndərmək, foto və video çəkilişləri etmək, internetə qoşulmaq kimi əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “X28 Plus” markalı “SMG532F/DS” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə (parol-password) ilə mühafizə olunan ekran klidini ləğv etmək mümkün olmamışdır. Rəyin “Tədqiqi hissəsi”də yuxarıda göstərilən səbələrə görə tədqiq olunan “X27 Prime Plus” markalı “SMG532F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, video, audio fayllar, “WhatsApp” proqram təminatı, sosial şəbəkələr vasitəsilə aparılmış məlumat (çat seansı, foto, video, audio fayllar mübadilələri, o cümlədən xüsusi proqramlar və s.) məlumatın olub-olmaması, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. - 27 fevral 2023-cü il tarixli, 211 nömrəli məhkəmə-kompüter texniki ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olan sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş 1 (bir) ədəd “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli “**********09525, **********09527” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Mobil telefonun yuxarı hissəsi eşitmə mikrofonundan, aşağı tərəfi ötürmə mikrofonundan, yuxarı ön və arxa tərəfi kameradan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək, foto və video çəkilişləri etmək internetə qoşulmaq kimi əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A12” markali “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşında olan “WhatsApp” proqram təminatında +994 60 331 00 04” abonent nömrəsi ilə qeydiyyatdan keçmiş istifadəçi ilə +994 60 585 07 70” abonent nömrəsi ilə (mobil smartfonun yaddaşında “Elşən 060” adı ilə qeyd olunmuşdur) qeydiyyatdan keçmiş istifadəçi arasında aparılmış məlumat mübadilələri müəyyən olundu, həmin məlumatlar “Bluetooth” texnologiyası vasitəsilə “Ekspertiza 211” adlı qovluğa köçürülərək 1 (bir) ədəd “DVD-R” tipli optik diskdə ekspert rəyinə əlavə olunmuşdur.Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfona baxış keçirilən zaman “Ayarlar” —> Genel yönetim —> “Tarih ve saat” bölməsində əks olunan tarix real tarixə uyğun olaraq “24 Şubat 2023” kimi, saat isə “14:59” kimi əks olunmuşdur. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşında olan “WhatsApp” proqram təminatı vasitəsilə hər hansı bir istifadəçi ilə aparılan məlumat mübadiləsi (çat seansı, audio, video, şəkil) aparılarkən “WhatsApp” proqram təminatının başdan-sona şifrələmə funksiyasından istifadə edildiyindən göndərilən və qəbul edilən mesajlara heç bir müdaxilə və dəyişiklik etmək mümkün olmamışdır. - 22 fevral 2023-cü il tarixli, 139-140 nömrəli məhkəmə-trasoloji və kriminalistiksoyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq formasına, quruluşuna, qabarit ölçülərinə və s. xüsusiyyətlərinə görə deşici-kəsici xassəyə malik hazırlanmış turist bıçaqlarına uyğun gəlmiş, soyuq silah hesab edilməmişdir. Təqdqiqata təqdim edilmiş mərhum X8 məxsus qara paltarların üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yeri və ölçüsü verilib. Qara rəngli uzunqol köynəyin, qara rəngli qısaqol köynəyin və ağ rəngli qolsuz maykanın, səthindəki zədələr 4 (dörd) ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmentin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aid olmuşdur. Gödəkçənin səthindəki “a” və ağ rəngli qolsuz maykanın səthindəki “b” zədəsi isə fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, qopma zədəsidir. Tədqiqata təqdim edilmiş X21ın (bir ədəd cins şalvarın, bir ədəd bel kəmərinin bir cüt corabın və bir cüt əlcəyin və Təqsirləndirilən şəxs əynində olan paltarların (bir ədəd gödəkçənin, bir ədəd uzunqol köynəyin, bir ədəd qısaqol köynəyin, bir ədəd maykanın, bir ədəd cins şalvarın, bir ədəd tumanın və bir cüt corabın) səthində heç bir trasoloji zədə aşkar edilməmişdir. - 17 mart 2023-cü il tarixli, 55 nömrəli Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y. Budaqov adına X4 ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl psixi xəstəlikdən əziyyət çəkməmişdir, anlaqlı olmuşdur, həmin əməli törətdiyi zaman onda psixikanın pozulması halı olmamışdır və öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmişdir və ya həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda anlaqlıdır, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. - 28 mart 2023-cü il tarixli, 301 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. R.E.Süeymanov cinayət əməlini törədərkən affekt (qəflətən baş vemiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 06 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, hadisənin baş verdiyi yer Babək rayonu, Nehrəm qəsəbə 1 №-li məktəbin yaxınlığında olan məsciddən 310 metr məsafədə olmuşdur. Hadisə yerində qurumuş halda olan otun və qurumuş ot çubuqlarının üzərində olan qanabənzər ləkələrdə DNT çubuğu vasitəsilə götürülmüş 1 (bir) ədəd, pambıq vasitəsilə torpağın üzərindən götürülmüş 1 (bir) ədəd və üzərində qanabənzər ləkələr olan çubuqların qırılması vasitəsilə götürülmüş 3 (üç) ədəd, üzərində qanabənzər ləkələr olan qurumuş otların kəsilməsi vasitəsilə götürülmüş nümunələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 06 yanvar 2023-cü il tarixli əşyaya baxış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, baxış keçirilən sellofan torba ağ rəngli və içi görünən olmuşdur. Torbanın içərisinə baxdıqda tutacağının uzunluğu 10 sm, bıçağının uzunluğu isə 7,7 sm olmaqla, ümumi uzunluğu 17,7 sm olan xüsusi düyməyə və qoruyucuya malik metal, gümüşü rəngli avtomatik açılan, kəsici hissəsi üzərində qanabənzər ləkələr olan bıçaq (bıçağın qatlanması əl ilə həyata keçirilir) olduğu müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 06 yanvar 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, X6 meyitinə baxış keçirilərkən meyitin döş qəfəsinin ön sol yarısında V-Vİ qabırğalar səviyyəsində azacıq çəp istiqamətdə 2x1 sm ölçüdə aypara formalı qanayan yara olduğu, sağ budunun orta 1/3-nin ön səthində 5x8 sm ölçüdə bənövşəyi rəngli qançır olduğu müəyyən olunmuş, bədən səthində başqa hər hansı xəsarət və ya xəsarət izi olmadığı aşkar olunmuş, hadisə vaxtı onun əynində olmuş qara rəngli uzunqol köynək, qara rəngli qısaqol köynək, qara rəngli şalvar, həmin şalvarın üzərində qara rəngli bel kəməri, ağ rəngli mayka, 1 cüt qara rəngli corab, əllərinə geyinilmiş qara rəngli əlcək və əyninə geyinilməmiş, meyitin yanında gətirilmiş qara rəngli gödəkcə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 06 yanvar 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, baxış keçirilən qara rəngli köynəyin ön hissəsində ətəyinin 21 sm yuxarı, sol qoltuqaltı tikişdən 16 sm sağa 2 sm ölçüdə kəsik, qara rəngli uzunqol köynəyin (sviterin) ön hissəsində qartal şəkli, sviterin sağ ön səthində 2 ədəd kəsik, sviterin ətəyindən 26 sm yuxarı, yan qoltuqaltı tikişdən 13,5 sm sağa 1,8 sm ölçüdə, digəri isə ətəkdən 10,5 sm yuxarı, yan qoltuqaltı tikişdən 16 sm sağa 2 sm ölçüdə kəsiklər olduğu müəyyən edilmişdir. Qara rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Samsung” markalı telefon aşkar olunmuş, telefonun işlək vəziyyətdə olduğu, şalvarın sol yan cibindən isə 2 (iki) ədəd 20 qəpik və 3 (üç) ədəd 10 qəpik pul, şalvarın digər ciblərinin boş olduğu müəyyən edilmişdir. Şalvarın arxa hissəsində “Bıllıonaire” etiketli yazı olmuş, həmin şalvarın üzərindəki qara rəngli bel kəməri çıxarılmışdır. Ağ rəngli maykanın sol yan hissəsi ön və arxa tərəfdən qana bulaşmış, maykanın ətək hissəsindən 22 sm yuxarıda, sol qoltuqaltı tikişdən 18 sm sağda, boyun hissəsindən isə 19,5 sm aşağıda aypara formasında 2 sm ölçüdə kəsik, maykanın arxa boyun hissəsində boyun tikişindən 3 sm aşağı 8x2,3 sm ölçüdə, həmin ölçünün ortasında 2 ədəd kəsikləri birləşdirən 0,3-0,04 sm enində əlavə kəsiklər müəyyən edilmişdir. Corablar qara rəngli, mövsümi olmuş, qara rəngli əlcəyin barmağının ucları olmamış, yəni açıq vəziyyətdə olmuşdur. Sağ əlcəyin ovuc hissəsi qana bulaşmış, qara rəngli gödəkcə ön hissəsindən sepli olmaqla sol döş hissəsində “H” hərfi, iç tərəfinin boyun hissəsində isə “Classic Fashion” və “New’s Style” yazıları qeyd edilməklə sol qoltuqaltı tikişinin bir hissəsi sökülmüş, gödəkcənin cibləri boş olmuşdur. Baxış zamanı “Samsung” markalı telefon kilidli olduğundan baxış keçirilməsi mümkün olmamış, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 06 yanvar 2023-cü il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, baxış keçirilən uzunqol gödəkcə qara rəngli, öndən sepli, yanlarında 2 cibi gödəkcənin içəri hissəsində isə 1 (bir) ədəd cibi, cins şalvar göy rəngli, ön hissənində sep, yanlarında və arxa hissəsində cibləri, şalvarın ön hissəsində ayaqlarının üzərində ağ rəngli dekor tikişləri, arxa hissəsində “Levi sstpauss Co” yazılı etiketi olmuşdur. Uzunqol köynəyin üst hissəsi tünd qırmızı, orta hissəsi ağ, aşağı hissəsi isə qara rəngli, köynəyin orta ağ rəngli hissəsinin üzərində “Bıllıonaire” yazısı və boğaz hissəsində “HZ Fashion” yazılı etiket, qısaqol köynək ağ rəngli, köynək üzərində düz xətt boyunca şaquli xəttlər, alt paltarı olan mayka ağ rəngli, qolsuz, üzəri çirkli, digər alt paltarı olan tuman isə qara rəngli, üst hissəsində “BARON” yazısı, corabları üzərində “Adidas” yazısı olmuşdur. Baxış keçirildikdən sonra həmin əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 06 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid7la arasında keçən mübahisələrin məzmununa dair mətn yazışmalarının, səsli mesajların, Rəhman X2 danışıqlarını qeydə aldığı materiallar, həmçinin Təqsirləndirilən şəxs beşbarmaq və bıçaqlara olan meyillərinə dair videogörüntülərin olduğu müəyyən edilmişdir. 09 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Şahid7 məxsus telefona baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid7 və Tuncay Abdullayevlə arasında keçən mübahisələrin məzmununa dair telefon danışıqları müəyyən edilmişdir. Naxçıvan şəhər X24 06 yanvar 2023-cü il tarixli, 19 nömrəli aktından məlum ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətlinin tibbi müayinəsi keçirilmiş və onda alkoqol sərxoşluğu vəziyyəti olmaması müəyyən olunmuşdur. 02 mart 2023-cü il tarixli, baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd ağ rəngli üzərində mürəkkəbli qələmlə “3512” rəqəmləri yazılmış diskin içərisindəki məlumatlara baxmaq üçün kompüterin “DVD ROM”una daxil etdikdə, SMS, izahlı qaimə hesabatının olduğu, ANTENNA 2022, ANTENNA 2023, “Abunəçilər” yazısının olduğu qovluqlar müəyyən edilmiş, həmin sənədlərin mövcud olan zəng və SMS siyahısı (İMEİ kodlar zəng siyahısında əks olunub), SMS mətnləri əhatə dairəsi və abunəçilərə dair məlumatlar göstərilmişdir. Baxış zamanı zərərçəkmiş şəxs X6 adına hal-hazırda "xxxx" MMC-də nömrə qeydə alınmamış, onun istifadə etdiyi 050 665 44 82 saylı nömrə anası X10 qeyrirəsmi birlikdə yaşadığı Baxşəli Məmmədovun adına rəsmiləşdirilmişdir. 03 mart 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən bıçağın tanınması aparılmış, Təqsirləndirilən şəxs təqdim edilmiş eyni növdən və nömrələnmiş vəziyyətdə olan əşyaları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin vaxt istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. 03 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun ifadəsi hadisə yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı video çəkilişdən istifadə olunmuşdur. 06 yanvar 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan məlum olur ki, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X11 təqdim etdiyi videogörüntülərdə 2022-12- 07 tarixinin olduğu, E.H.Süleymanovun həmin tarixin real vaxt rejiminə uyğun olmadığını bildirərək videogörüntülərin evinin təhlükəsizlik kamerası tərəfindən qeydə alındığını, həmin videoçəkilişi evdə seyr edərkən monitordan özünün mobil telefonu vasitəsilə qeydə aldığını, evinin təhlükəsizlik kamerasının səs qeydi aparmaq funksiyasına malik olmadığını, həmin görüntülərdə əks olunan şəxslərin – velosipedi gətirənin oğlu Təqsirləndirilən şəxs, sarı köynəkli şəxsin isə Şahid7 olduğunu, Şahid7la birlikdə gələn şəxslərdən birinin Tuncay Abdullayev olduğunu, oğlu Təqsirləndirilən şəxs tərəfindən velosiped verilərkən Şahid7 yanında dayanan şəxsin kim olduğunu bilmədiyini göstərmişdir. 07 yanvar 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X7 göndərilmiş tələbnaməyə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni o, məhkum olunmamışdır. Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli xasiyyətnamə və Babək rayon Nehrəm qəsəbə 2 №-li tam orta məktəb tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Babək Rayon İcra Hakimiyyəti Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli xasiyyətnamə və Babək rayon Nehrəm qəsəbə 1 №-li tam orta məktəb tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli xasiyyətnaməyə görə mərhum X13 müsbət xarakterizə olunmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin hadisəni törətməsi barədə polis orqanının əməkdaşına zəng olunmuş və Rəhmanın adam bıçaqlayaraq hadisə yerindən qaçdığı deyilmişdir. Bundan sonra polis əməkdaşı Şahid8 öz maşını ilə hadisə yerinə gedərkən yolda Rəhmanı saxlamış, onu özü ilə hadisə yerinə geri qaytarmış, orada iki polis əməkdaşının onu saxlaması barədə göstəriş verərək özü yaralını xəstəxanaya aparmış, xəstəxanadan qayıdandan sonra hadisə yerindən Rəhmanı öz maşını ilə polis şöbəsinə gətirərək orada könüllü təslim olma barədə protokol tərtib etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gələrək polis orqanına təslim olması məsələsini müzakirə edərək hesab edir ki, həmin hal könüllü təslim olma kimi qiymətləndirilə bilməz. 25 iyun 2003-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarının 4cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alma barədə hər hansı bir ərizəsi və ya məlumatı təhqiqat və ya istintaq orqanına daxil olmamışdır. Cinayət işinə əlavə olunmuş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən yetkinlik yaşına çatmamışdır. Həmin Plenum qərarının 10-cü bəndinə əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Təqsirləndirilən şəxs X18 üzərində bıçaq olduğunu gördüyü üçün özünü qorumaq məqsədilə Tuncayı bıçaqlaması barədə verdiyi ifadəsinə qiymət verərək məhkəmə hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarında olan, o cümlədən məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla mərhumun üzərində bıçaq olmaması təsdiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli qərarının 21-ci bəndində qeyd olunur ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasıına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hadisəni törədərkən yetkinlik yaşına çatmamış olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Babək Rayon Məhkəməsinin 4(079)- 03/2023 nömrəli, 07 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Gümüşü rəngli metaldan hazırlanmış 1 (bir) ədəd bıçaq - bir bağlama müsadirə olunaraq, hadisə yerindən götürülmüş X18 qan nümunələri - 03 (üç) ədəd zərf məhv edilməlidir. - X18 meyitinin xarici müayinəsi zamanı əynində olmuş 1(bir) ədəd qısaqol köynək bir bağlama , 1 (bir) ədəd uzunqol köynək - bir bağlama, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd bel kəməri - bir bağlama, 1 (bir) ədəd mayka - bir bağlama, 1 (bir) cüt corab və 1 (bir) cüt əlcək - bir bağlama,1 (bir) ədəd gödəkcə - bir bağlama və 1 (bir) ədəd “X27 Prime Plus” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılmalıdır. - Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1(bir) ədəd cins şalvar - bir bağlama, 1 (bir) ədəd uzunqol köynək - bir bağlama, 1 (bir) ədəd qısaqol köynək - bir bağlama, 1 (bir) ədəd mayka - bir bağlama, 1 (bir) ədəd tuman və 1 (bir) cüt corab - bir bağlama, 1 (bir) ədəd gödəkcə - bir bağlama və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon təqsirləndirilən şəxsin atası X15 qaytarılmalıdır. Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan iş üzrə maddi sübutlar: - Gümüşü rəngli metaldan hazırlanmış 1 (bir) ədəd bıçaq - bir bağlama müsadirə olunaraq, hadisə yerindən götürülmüş X18 qan nümunələri - 03 (üç) ədəd zərf məhv edilsin. - X18 meyitinin xarici müayinəsi zamanı əynində olmuş 1(bir) ədəd qısaqol köynək bir bağlama , 1 (bir) ədəd uzunqol köynək - bir bağlama, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd bel kəməri - bir bağlama, 1 (bir) ədəd mayka - bir bağlama, 1 (bir) cüt corab və 1 (bir) cüt əlcək - bir bağlama,1 (bir) ədəd gödəkcə - bir bağlama və 1 (bir) ədəd “X27 Prime Plus” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılsın. - Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1(bir) ədəd cins şalvar - bir bağlama, 1 (bir) ədəd uzunqol köynək - bir bağlama, 1 (bir) ədəd qısaqol köynək - bir bağlama, 1 (bir) ədəd mayka - bir bağlama, 1 (bir) ədəd tuman və 1 (bir) cüt corab - bir bağlama, 1 (bir) ədəd gödəkcə - bir bağlama və 1 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon təqsirləndirilən şəxsin atası X15 qaytarılsın. Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar