Məhkəmə qərarları › İş №1(109)-7/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-7/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-7/2023 04.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Təranə Xudaverdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxx 1996-cı ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, 7 aprel 1993-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 1 uşaq atası, santexnik ustası işləyən, məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.3.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan cinayət əlaqəsinə girərək 2022-ci ilin dekabr ayının 24, 25 və 26-sı tarixlərində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən evə, onlar evdə olmadıqları müddətdə vahid niyyətlə qəsdən, tamah məqsədilə qanunsuz daxil olaraq evdən və evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus qutularda istifadə edilməmiş təzə vəziyyətdə 8 ədəd əl-üz və bədən dəsmallarını, 2 ədəd biri qış üçün, biri yay üçün qadın xalatını, iki bağlamda kişi və qadın üçün corab dəstini, bir ədəd qadın gecə paltarını, 6 ədəd kişi üçün alt paltarını, 2 ədəd qadın üst geyimini, 6 ədəd çay dəsmalını, 5 ədəd kişi köynəyini, 4 ədəd qadın baş örtüyünü, bir ədəd qış üçün qadın koftasını, 2 dəst pasteli, bir ədəd elektron təyziq ölçən aparatı, bir ədəd mexaniki təyziq ölçən aparatı, 2 ədəd böyük və kiçik olmaqla suviner xəncərləri, bir ədəd kişi üçün alt isti paltarı, 12 cüt kişi corabını, bir dəst Karaca markalı 12 nəfərlik yemək dəstini, bir dəst Karaca markalı 12 nəfərlik bakal dəstini, bir dəst Emsan markalı 6 nəfərlik kahvaltı dəstini, 12 nəfərlik Emsan markalı qaşıq-çəngəl dəstini, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazanları, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazantavaları, iki ədəd Karaca markalı orta böyüklükdə qazanları, iki ədəd böyükdən-kiçiyə Emsan markalı qazanları, bir ədəd böyük Emsan markalı qapaqlı qazanları, 4 ədəd böyükdən-kiçiyə Emsan markalı tavaları, bir ədəd mikseri, 4 ədəd cüt nəfərlik, 3 ədəd tək nəfərlik pastel dəstlərini, ümumilikdə 50-60 ədəd Masindor və Tac markalı dəsmalları - əlüz dəsmalını, çay dəsmalını, hamam dəsmalı, uşaq dəsmalları, 6 ədəd olmaqla 2-si 12 nəfərlik, 4-ü 6 nəfərlik stol örtüyünü, bir ədəd stol üstü dekarativ skateri, biri qaşlı, biri sadə olmaqla 2 ədəd pleti, yəni yataq örtüyünü, bir ədəd gəlincik pakrivalını, bir ədəd cüt nəfərlik yay yorğanı dəstini, 2 ədəd içərisi qu tükü olan və 2 ədəd içərisi silikon olan ümumilikdə 4 ədəd yastığı, bir ədəd Karaca markalı uşaq üçün çexol komplekti, bir ədəd qadın üçün hamam xələtini, bir ədəd cüt nəfərlik yumoş örtüyünü, 4 cüt ev ayaqqabısını, 24 ədəd irandan alınmış çini boşqabları, 6 ədəd böyük su stəkanını, 6 ədəd kiçik su stəkanını, 6 ədəd billur armudu çay stəkanı, 6 ədəd böyük billur stəkanı, 12 ədəd nəlbəkini, 6 ədəd Emsan markalı ədviyyat qablarını, 3 dəst iç-içə olan Emsan markalı saxlama qablarını, bir ədəd Frii qızartma aparatını, bir ədəd su dolçasını, bir ədəd qab qurutma setkasını, bir dəst 3-lü set Emsan markalı bıçaq dəstini, 10 ədəd müxtəlif ölçülü Emsan markalı bıçaqları, bir dəst salatdoğrayanı, Emsan markalı bir ədəd böyük, 4 ədəd fərqli ölçülərdə olan süzgəçləri, mətbəxdə istifadə olunmaq üçün nəzərdə tutulan bir dəst əlcəkləri, 5 ədəd şüşə materialından və şirli materialdan olan iç-içə saxlama qabları, 2 ədəd billur konfet qabını, bir ədəd böyük çərəz qabını, 2 ədəd billur mürəbbə qabını, bir ədəd uzunsov ağ rəngli meyvə qabını, 3 gözlü olmaqla 2 ədəd çərəz qabını, bir ədəd hamam naboru, yəni ayaqaltını, bir ədəd piano çalan qız, bir ədəd at qızılsuyuna batırılmış, iki ədəd durna suvinerlərini, Karaca markalı bir ədəd çayniki, bir ədəd fincanı, 3 ədəd fərqli görüntülü fincanları, 6 nəfərlik boşqabları, Emsan markalı bir ədəd 4 bucaqlı, bir ədəd düzbucaqlı kek qablarını, silikonlu 3 ədəd kek qabını, 6 ədəd balaca kek qabını, bir ədəd böyük ölçülü kek qabını, bir ədəd ayı formalı kek qabını, bir ədəd açıcı nabor dəstini, 3 ədəd salat-meyvə taxtasını, bir ədəd taxta qaşıq dəstini, bir dəst Emsan markalı 12 nəfərlik salat-qaşıq setini, 3 ədəd ölçü qabı setini, bir ədəd mətbəx tərəzisini, ev və hamam üçün asılqanları, bir ədəd süd bişirən qabı, bir ədəd ayran hazırlama aparatını, bir ədəd yataq otağında stol üstünə qoymaq üçün nəzərdə tutulmuş çəhrayı rəngli saatı, 3 ədəd tutacaqları, bir ədəd göyərti qayçısını, 2 ədəd sous qabını, bir ədəd şüşə yağ butulkasını, iki ədəd Emsan markalı böyük-balaca salfet qabını, 4 ədəd qazan-çaydan altlıqları, bir ədəd şüşə pendir qabını, 2 ədəd sabun qabını, bir ədəd diş fırçası naborunu, bir ədəd xəmirkəsəni, bir ədəd limon sıxanı, bir ədəd limon spreyini, bir yağ fırçasını, bir ədəd anti-bakterial toz fırçasını, bir ədəd sarımsaq əzəni, bir ədəd banka ağzı açanı, bir ədəd ət baltasını, bir ədəd ətdöyəni, bir ədəd Emsan markalı göyərti doğrayanı, bir ədəd qaşıq qabını, bir ədəd üçlü paltaryuyan üçün setkanı, 20 ədəd şpilkanı, bir ədəd yumurta çalan, bir ədəd yumurtadoğrayanı, bir ədəd setkalı tərəvəz doğrayan setini, bir ədəd çay dəmləmə setkasını, bir ədəd maşanı, bir ədəd şabalıdkəsənı, bir ədəd tərəvəz içi çıxaranı, bir set ölçü qaşığını, bir ədəd silikon qaşığı, bir ədəd pizza doğrayanı, bir ədəd tum çıxaranı, bir ədəd un ələyini, bir ədəd xəmir aparatını, bir ədəd süngər qabını, bir ədəd qazan silən kremli dəsmalı, bir ədəd balıq təmizləyəni, bir ədəd qıf dəstini, bir ədəd kökə bükən fiqur dəstini, bir ədəd konyak açanı, bir ədəd qoz qıranı, bir ədəd buxar setkasını, bir qutuda 100 ədəd mətbəx üçün əlcəyi, bir ədəd tərəvəz paketini, bir ədəd streçi, bir ədəd falqanı, bir ədəd yağlı kağızı, bir ədəd çiyin çantasını, bir ədəd diş çöpü qabını, bir ədəd duz-istiot qabını, bir ədəd önlüyü, 40 ədəd rus lampuçkası, qablaşdırılması açılmamış iki ədəd 6 kq-lıq Ariel paraşoku, 2 ədəd qara paltar üçün Perwolu, 2 ədəd Fairini, həmçinin gündəlik məişətdə istifadə etdikləri bir ədəd LG 107 ekran televizoru, bir ədəd Beko markalı kondisionerin 90 kvadrat metr ölçülü evin içərisində olan hissəsini, bir ədəd DVD playeri, bir ədəd kaset üçün video playeri, bir ədəd Beko markalı stolüstü kompyuter dəstini, bir ədəd orta böyüklükdə hədiyyəlik ayı oyuncağını, bir ədəd qızılı rəngli irandan alınmış böyük güldanı, bir ədəd əl tikiş maşını, bir ədəd Nissa X-trail markalı avtomobilə məxsus monitoru, 4 ədəd istifadə edilmiş çexol-mələfə dəsti, birinin eni 3x4 metr, üçünün eni 2x3 metr ölçüdə olan 4 ədəd xalçaları, bir ədəd ağ rəngli çexolu, hər biri 35 metr olan ümumilikdə 70 metr süfrəni, bir ədəd qulplu 50 litrlik alminium qazanı, iki ədəd 40 litrlik qulplu alminium qazanı, bir ədəd qulpsuz 60 litrlik alminium qazanı, bir ədəd qulpsuz 40 litrlik alminium qazanı, bir ədəd qulplu 10 litrlik alminium qazanı, ümumilikdə 6 ədəd yemək qazanı, bir ədəd 30 litrlik qazla işləyən iran istehsalı samovarı, bir ədəd 10 litrlik rusiya istehsalı odun samovarını, 250 ədəd sovuz boşqabını, 150 ədəd dolma boşqabını, 200 ədəd plov boşqabını, 70 ədəd soyutma üçün boşqabı, 24 ədəd kasanı, 100 ədəd nəlbəkini, 100 ədəd rusya istehsalı çay stəkanını, 70 ədəd araq stəkanını, 10 ədəd müxtəlif ölçülü padnosu, 3 ədəd şirli ləyəni, 4 ədəd aşsüzəni, 2 ədəd istifadə olunmamış şirli vedrəni, bir ədəd nikel materiallı böyük, Türkiyə istehsalı olan yastı qazanı, 2 ədəd GEPAS markalı elektron ət maşınını, bir dəst Arzum markalı meyvə suyu çəkəni, bir dəst blenderi, bir ədəd mikseri, bir ədəd tostteri, 2 ədəd 10 kq-lıq, 2 ədəd 5 kq-lıq şüşə balonları, bir ədəd 10 litrlik alminium flyakı, 2 ədəd təkərli yol çantalarını, bir ədəd tefalı, bir ədəd termosu, bir ədəd dreli, bir ədəd laqondanı, hər biri 100 metr olmaqla qara-qırmızı rəngli 4-lük 2 top elektirik kabelini, 2 ədəd VAZ 21074 markalı minik avtomobilinə məxsus təhlükəsizlik bel kəmərini, bir ədəd irandan alınma böyük qulplu qazanı, 2 ədəd ətiri, biri böyük, biri kiçik olmaqla 2 ədəd alminium ləyəni, bir ədəd yarma çəkən aparatı, iki yataq otağının üstündəki hər biri 5 ədəd olmaqla açarları, bundan əlavə 12 ədəd özəlləşdirmə çekini, 10000 manat məbləğində pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 60000 manat məbləğində maddi ziyan vurmuşdurlar. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs1 birlikdə qabaqcadan cinayət əlaqəsinə girərək 2022-ci ilin dekabr ayının 24, 25 və 26-sı tarixlərində Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən evə, onlar evdə olmadıqları müddətdə vahid niyyətlə qəsdən, tamah məqsədilə qanunsuz daxil olaraq evdən və evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus qutularda istifadə edilməmiş təzə vəziyyətdə 8 ədəd əl-üz və bədən dəsmallarını, 2 ədəd biri qış üçün, biri yay üçün qadın xalatını, iki bağlamda kişi və qadın üçün corab dəstini, bir ədəd qadın gecə paltarını, 6 ədəd kişi üçün alt paltarını, 2 ədəd qadın üst geyimini, 6 ədəd çay dəsmalını, 5 ədəd kişi köynəyini, 4 ədəd qadın baş örtüyünü, bir ədəd qış üçün qadın koftasını, 2 dəst pasteli, bir ədəd elektron təyziq ölçən aparatı, bir ədəd mexaniki təyziq ölçən aparatı, 2 ədəd böyük və kiçik olmaqla suviner xəncərləri, bir ədəd kişi üçün alt isti paltarı, 12 cüt kişi corabını, bir dəst KARACA markalı 12 nəfərlik yemək dəstini, bir dəst KARACA markalı 12 nəfərlik bakal dəstini, bir dəst Emsan markalı 6 nəfərlik kahvaltı dəstini, 12 nəfərlik Emsan markalı qaşıq-çəngəl dəstini, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazanları, bir dəst 4 ədəd olmaqla Emsan markalı qazan-tavaları, iki ədəd Karaca markalı orta böyüklükdə qazanları, iki ədəd böyükdən-kiçiyə Emsan markalı qazanları, bir ədəd böyük Emsan markalı qapaqlı qazanları, 4 ədəd böyükdən-kiçiyə Emsan markalı tavaları, bir ədəd mikseri, 4 ədəd cüt nəfərlik, 3 ədəd tək nəfərlik pastel dəstlərini, ümumilikdə 50-60 ədəd Masindor və Tac markalı dəsmalları - əl-üz dəsmalını, çay dəsmalını, hamam dəsmalı, uşaq dəsmalları, 6 ədəd olmaqla 2-si 12 nəfərlik, 4-ü 6 nəfərlik stol örtüyünü, bir ədəd stol üstü dekarativ skateri, biri qaşlı, biri sadə olmaqla 2 ədəd pleti, yəni yataq örtüyünü, bir ədəd gəlincik pakrivalını, bir ədəd cüt nəfərlik yay yorğanı dəstini, 2 ədəd içərisi qu tükü olan və 2 ədəd içərisi silikon olan ümumilikdə 4 ədəd yastığı, bir ədəd Karaca markalı uşaq üçün çexol komplekti, bir ədəd qadın üçün hamam xələtini, bir ədəd cüt nəfərlik yumoş örtüyünü, 4 cüt ev ayaqqabısını, 24 ədəd irandan alınmış çini boşqabları, 6 ədəd böyük su stəkanını, 6 ədəd kiçik su stəkanını, 6 ədəd billur armudu çay stəkanı, 6 ədəd böyük billur stəkanı, 12 ədəd nəlbəkini, 6 ədəd Emsan markalı ədviyyat qablarını, 3 dəst iç-içə olan Emsan markalı saxlama qablarını, bir ədəd Frii qızartma aparatını, bir ədəd su dolçasını, bir ədəd qab qurutma setkasını, bir dəst 3-lü set Emsan markalı bıçaq dəstini, 10 ədəd müxtəlif ölçülü Emsan markalı bıçaqları, bir dəst salatdoğrayanı, Emsan markalı bir ədəd böyük, 4 ədəd fərqli ölçülərdə olan süzgəçləri, mətbəxdə istifadə olunmaq üçün nəzərdə tutulan bir dəst əlcəkləri, 5 ədəd şüşə materialından və şirli materialdan olan iç-içə saxlama qabları, 2 ədəd billur konfet qabını, bir ədəd böyük çərəz qabını, 2 ədəd billur mürəbbə qabını, bir ədəd uzunsov ağ rəndli meyvə qabını, 3 gözlü olmaqla 2 ədəd çərəz qabını, bir ədəd hamam naboru, yəni ayaqaltını, bir ədəd piano çalan qız, bir ədəd at qızılsuyuna batırılmış, iki ədəd durna suvinerlərini, Karaca markalı bir ədəd çayniki, bir ədəd fincanı, 3 ədəd fərqli görüntülü fincanları, 6 nəfərlik boşqabları, Emsan markalı bir ədəd 4 bucaqlı, bir ədəd düzbucaqlı kek qablarını, silikonlu 3 ədəd kek qabını, 6 ədəd balaca kek qabını, bir ədəd böyük ölçülü kek qabını, bir ədəd ayı formalı kek qabını, bir ədəd açıcı nabor dəstini, 3 ədəd salat-meyvə taxtasını, bir ədəd taxta qaşıq dəstini, bir dəst Emsan markalı 12 nəfərlik salat-qaşıq setini, 3 ədəd ölçü qabı setini, bir ədəd mətbəx tərəzisini, ev və hamam üçün asılqanları, bir ədəd süd bişirən qabı, bir ədəd ayran hazırlama aparatını, bir ədəd yataq otağında stol üstünə qoymaq üçün nəzərdə tutulmuş çəhrayı rəngli saatı, 3 ədəd tutacaqları, bir ədəd göyərti qayçısını, 2 ədəd sous qabını, bir ədəd şüşə yağ butulkasını, iki ədəd Emsan markalı böyük-balaca salfet qabını, 4 ədəd qazan-çaydan altlıqları, bir ədəd şüşə pendir qabını, 2 ədəd sabun qabını, bir ədəd diş fırçası naborunu, bir ədəd xəmirkəsəni, bir ədəd limon sıxanı, bir ədəd limon spreyini, bir yağ fırçasını, bir ədəd antibakterial toz fırçasını, bir ədəd sarımsaq əzəni, bir ədəd banka ağzı açanı, bir ədəd ət baltasını, bir ədəd ətdöyəni, bir ədəd Emsan markalı göyərti doğrayanı, bir ədəd qaşıq qabını, bir ədəd üçlü paltaryuyan üçün setkanı, 20 ədəd şpilkanı, bir ədəd yumurta çalan, bir ədəd yumurtadoğrayanı, bir ədəd setkalı tərəvəz doğrayan setini, bir ədəd çay dəmləmə setkasını, bir ədəd maşanı, bir ədəd şabalıdkəsənı, bir ədəd tərəvəz içi çıxaranı, bir set ölçü qaşığını, bir ədəd silikon qaşığı, bir ədəd pizza doğrayanı, bir ədəd tum çıxaranı, bir ədəd un ələyini, bir ədəd xəmir aparatını, bir ədəd süngər qabını, bir ədəd qazan silən kremli dəsmalı, bir ədəd balıq təmizləyəni, bir ədəd qıf dəstini, bir ədəd kökə bükən fiqur dəstini, bir ədəd konyak açanı, bir ədəd qoz qıranı, bir ədəd buxar setkasını, bir qutuda 100 ədəd mətbəx üçün əlcəyi, bir ədəd tərəvəz paketini, bir ədəd streçi, bir ədəd falqanı, bir ədəd yağlı kağızı, bir ədəd çiyin çantasını, bir ədəd diş çöpü qabını, bir ədəd duz-istiot qabını, bir ədəd önlüyü, 40 ədəd rus lampuçkası, qablaşdırılması açılmamış iki ədəd 6 kq-lıq Ariel paraşoku, 2 ədəd qara paltar üçün Perwol'u, 2 ədəd Fairy'ini, həmçinin gündəlik məişətdə istifadə etdikləri bir ədəd LG 107 ekran televizoru, bir ədəd Beko markalı kondisionerin 90 kvadrat metr ölçülü evin içərisində olan hissəsini, bir ədəd DVD playeri, bir ədəd kaset üçün video playeri, bir ədəd Beko markalı stolüstü kompyuter dəstini, bir ədəd orta böyüklükdə hədiyyəlik ayı oyuncağını, bir ədəd qızılı rəngli irandan alınmış böyük güldanı, bir ədəd əl tikiş maşını, bir ədəd Nissa X-trail markalı avtomobilə məxsus monitoru, 4 ədəd istifadə edilmiş çexol-mələfə dəsti, birinin eni 3x4 metr, üçünün eni 2x3 metr ölçüdə olan 4 ədəd xalçaları, bir ədəd ağ rəngli çexolu, hər biri 35 metr olan ümumilikdə 70 metr süfrəni, bir ədəd qulplu 50 litrlik alminium qazanı, iki ədəd 40 litrlik qulplu alminium qazanı, bir ədəd qulpsuz 60 litrlik alminium qazanı, bir ədəd qulpsuz 40 litrlik alminium qazanı, bir ədəd qulplu 10 litrlik alminium qazanı, ümumilikdə 6 ədəd yemək qazanı, bir ədəd 30 litrlik qazla işləyən iran istehsalı samovarı, bir ədəd 10 litrlik rusiya istehsalı odun samovarını, 250 ədəd sovuz boşqabını, 150 ədəd dolma boşqabını, 200 ədəd plov boşqabını, 70 ədəd soyutma üçün boşqabı, 24 ədəd kasanı, 100 ədəd nəlbəkini, 100 ədəd rusya istehsalı çay stəkanını, 70 ədəd araq stəkanını, 10 ədəd müxtəlif ölçülü padnosu, 3 ədəd şirli ləyəni, 4 ədəd aşsüzəni, 2 ədəd istifadə olunmamış şirli vedrəni, bir ədəd nikel materiallı böyük, Türkiyə istehsalı olan yastı qazanı, 2 ədəd GEPAS markalı elektron ət maşınını, bir dəst Arzum markalı meyvə suyu çəkəni, bir dəst blenderi, bir ədəd mikseri, bir ədəd tostteri, 2 ədəd 10 kq-lıq, 2 ədəd 5 kq-lıq şüşə balonları, bir ədəd 10 litrlik alminium flyakı, 2 ədəd təkərli yol çantalarını, bir ədəd tefalı, bir ədəd termosu, bir ədəd dreli, bir ədəd laqondanı, hər biri 100 metr olmaqla qara-qırmızı rəngli 4-lük 2 top elektirik kabelini, 2 ədəd Vaz 21074 markalı minik avtomobilinə məxsus təhlükəsizlik bel kəmərini, bir ədəd irandan alınma böyük qulplu qazanı, 2 ədəd ətiri, biri böyük, biri kiçik olmaqla 2 ədəd alminium ləyəni, bir ədəd yarma çəkən aparatı, iki yataq otağının üstündəki hər biri 5 ədəd olmaqla açarları, bundan əlavə 12 ədəd özəlləşdirmə çekini, 10000 manat məbləğində pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 60000 manat məbləğində maddi ziyan vurmuşlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 dekabr 2022-ci ildə Bakı şəhərindən qayıtdıqdan sonra əmisi oğlu Qadir ona “Milli yeməklər restoranından aşağı pilləkənlərlə enirsən, reşotkalı birinci ev boşdur, gedib oranı yaraq, aparaq” deyə təklif etmiş, o da Qadirdən evin kimə məxsus olmasını soruşmadan “gedək, problem yoxdur” deyə söyləmişdir. 23 dekabr 2022-ci il tarixində tanımadığı həmin evə kəşf etmək məqsədilə tək getmiş, evin qapısının şüşəsini yumruqla qırmış və evdə heç kimin yaşamamasını görmüşdür. 24 dekabr gecə vaxtı Qadirlə birlikdə yenidən həmin evə getmiş, evin pəncərəsinin şüşəsini yumruqla sındırıb oradan evin içərisinə daxil olmuşlar. Cehizlik əşyaların yerləşdiyi otaq mətbəxə yaxın olduğundan mətbəxin pəncərəsini açmış, oradan əşyaları çölə çıxarmış, həmin gün götürdükləri televizoru, tikiş maşınını və “Karaca” dəstini kimsənin görməməsi üçün təqribən evdən 100 metr aralıda yerləşən 11 nömrəli məktəb tərəfdə heç kimin görmədiyi, qaranlıq döngəyə qoymuşlar. Sonra həmin gün televizoru 130 manata məşq yoldaşı Kərimə satmış, pulunu isə Qadirlə birlikdə “Qədim Dünya" kafesində və “Həyat” klubda əyləncəyə xərcləmişlər. Həmin gecə oğurladıqları tikiş maşınını “57 bazar”ında 60 manata satıb pulunu Qadirlə yarıya bölmüş, “Karaca” dəstini isə satmaq üçün əvvəlcə gözəllik salonuna aparmış, orada qutusu cırıq olduğundan nə Şəbnəm, nə də Əfsanə almamış, sonra Əli adlı tanışının bacısı alverlə məşğul olduğundan satması üçün ona vermiş, lakin satılmadığı üçün geri qaytarmış və daha sonra həmin dəsti, əlavə 2-3 qab və ayaqaltına salmaq üçün balaca xalçanı əmisigilə aparmışdır. Əşyaları satdığı insanlar həmin əşyaların oğurluq olmasını bilməmiş, Şəbnəm qızına cehiz alacağı üçün həmin dəstin qutusu cırıq olduğundan istəməmiş və satdığı əşyaların haradan olmasını soruşmuş, ona “57 bazar”ında dükanlarının olduğunu və dükanı bağladıqları üçün malları ucuz qiymətə satdıqlarını söyləmişdir. 25 dekabrda Qadirlə birlikdə təkrar həmin evə gedib təzə cehizlik əşyaları götürmüş, götürdükləri əşyaları yenə də 11 nömrəli məktəbin yanındakı həmin döngəyə yığmışlar. Növbəti gün isə evə girəndə az əşya qalmasını görmüş, həmin əşyaları “Yeni Azərbaycan Partiyası”nın binasının yanına aparıb ağacların yanında gizlətmişlər. Evdən oğurladıqları əşyaları tanımadığı taksilərdə lazım olan yerlərə daşımışdır. Həmçinin evə gedərkən əmisigildən götürdüyü baltanı da aparmış, orada balta ilə "xxxx" markalı kondisioneri söküb içərisini çıxarmış, həmin hissəni Firma mağazasının yanında yerləşən bir dükana 5 manata satmışdır. Sonra Şəbnəm ona “əşya çoxdursa, evimin adresini deyim, oraya gətirərsən, baxaram” deyə söyləmiş, ona görə də həmin əşyaları aviakassanın arxasında Şəbnəmin evinə aparmışdır. Şəbnəm aldığı əşyalara görə ümumilikdə 850 manat pul ödəmiş, 300 manat isə borclu qalmışdır. Gecə evdən Qadirlə birlikdə dörd xalça götürüb saat 0030-da Şəbnəmgilə aparmış, Şəbnəm “gecdi, bu vaxt niyə gəlmisən?” deyə soruşarkən ona “bu xalçalar Türkiyədən gəlib, başqa birisinə satmamaq üçün sizə gətirdim” deyə bildirmişdir. Şəbnəm əvvəlcə xalçaları evinə qoysa da, sonra istəməmiş, xalçaları səhər başqa adama satacağını düşünərək aviakassanın yanındakı zibil qablarının arxasında gizlədib getmiş, lakin səhəri gün zibil qablarının yanına gəldiyi zaman xalçaları qoyduğu yerdə görməmişdir. Evdə yerləşən dolabın aşağı hissəsindən ABB bankomat kartı götürmüş, götürərkən kartın yanındakı sənəddə kartda sıfır məbləğində pul olması və kartın kodu yazılmış, üzü kameraya düşməsin deyə kartı bankomata salıb yoxlamamış, polis əməkdaşları onu saxlayan vaxt kartı üzərindən aşkar edərək götürmüşlər. Axırıncı dəfə oğurladıqları qazanları “Şurik” ləqəbli taksi sürücüsünün maşınında Qadirlə birlikdə aliminum, mis satan Viliyə aparmış, orada sərhəd qoşunlarının işçiləri onlara “bu qazanları niyə burada satırsınız, heyifdir, satın bizə” deyə söylədiklərindən qazanları onlara 30 manata satmışlar. Viliyə 1 ədəd balaca çaydanı və 2-3 ədəd balaca qabları əsl dəyəri 10-15 manat olsa da, 5 manata satmış, Qadirə “səhər gedib o 5 manatı alarsan” deyə söyləmiş, Qadir də səhəri gün gedib pulu almışdır. Evdən oğurladıqları xəncərlərdən birini dostuna vermiş, digərini Qadirə vermiş, Qadir isə həmin xəncəri 10 manata kiməsə satmışdır. Evə ancaq Qadirlə birlikdə daxil olmuş, təkbaşına oraya getməmiş, Qadirin isə oraya tək gedib-getməməsini bilməmiş, evdən oğurladığı oyuncaq ayını “Qədim dünya” kafesində çalışan qıza vermiş, 2 ədəd nərdi Qadirlə birlikdə satmış, isti gödəkcəni ona Qadir vermiş, həmin gödəkçəni “Həyat” klubda işləyən qıza 15 manata satmış, oğurladığı əşyalardan tək odun samovarını evinə aparmış, digər elektrikli samovarı Şəbnəmə satmışdır. Oğurluq əşyalardan əldə etdikləri pulu Qadirlə bölüb əyləncəyə xərcləmiş, balkonda yerləşən güzgülü şkafın və cehizlərin olduğu otaqdakı çəkməcələrin içərisini boşaltmamış, həmin evdə olan 2 ədəd seyfin içərisini boş görmüşdür. Cinayət işinin materiallarında yazılan 10000 manat pul, 12 özəlləşdirmə qəbzi, qadın alt paltarları, video player, DVD player, rusun 200 ədəd lambuçkası, neçə metr kabel və araq stəkanlarından başqa qalan əşyaların hamısını oğurlamışlar. Oğurladıqları əşyalar zərərçəkmiş şəxs tərəfindən bildirilən 60000 manat məbləğində olmamış, zərərəçəkmiş şəxs zərərini həmin əşyaları aldığı vaxtdakı qiymətlərlə hesablamışdır. Oğurluğu işsizlikdən, imkansızlıqdan etmiş, əməlindən peşmandır, həmin evin qapısını qırdığı üçün başqa kimsə də gedib oradan oğurluq edibsə bu onun səhvi olmuş, zərərçəkmiş şəxsdən onları bağışlamasını və cavanlıqlarına keçməsini xahiş etmiş, dəymiş ziyanı ancaq azad olduqdan sonra işləyib ödəyə biləcəyini söyləmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, oğurluq etməsi üçün İbrahimə nə o evi göstərmiş, nə də həmin evə daxil olmuşdur. Hadisədən təxminən 2 gün qabaq İbrahim ona “Milli yeməklərin yanında bir ev var, oraya girəcəyəm” deyə söyləmiş, lakin onun evə girməsindən xəbəri olmamışdır. Bir gün günorta saatlarında İbrahim ona zəng edib 11 nömrəli məktəb tərəfə gəlməsini, yükü olmasını söyləyib kömək etməsini istəmiş, İbrahimin dediyi yerə getmiş, orada birində çay dəmləmək üçün tefal, digərində isə meyvə suyu çəkən aparat olan 2 qutu və 2 qazan görmüş, İbrahimdən qutuların kimə aid olmasını soruşanda dostunun verdiyini söyləmiş, İbrahim qutuları YAPın inzibati binasının yanına qoyub yolka ağacının budaqlarını qırıb onların üstünə atıb gizlətmiş, qutuları niyə gizlətməsini soruşduqda İbrahim “bunları adam var ona verəcəyəm, dostum verib ki, satam, qazan deşikdir” cavabını vermiş, həmin vaxt İbrahimin oğurluq etməsini bilməmişdir. Sonra orada atasının dostu olan Əli adlı şəxslə rastlaşıb görüşmüş, ondan kibrit alıb siqaret yandırarkən Əli iki ədəd əzik qazanı və iki ədəd karopkanı görüb “bunlar nədir aparırsan? Hara aparırsan?” deyə soruşmuş, Əliyə “əmioğlum məni çağırıb ki, yüklərini daşımağa kömək edim” deyə bildirmiş, sonra İbrahimlə birlikdə “zapçast bazarı”nın yanına enmişlər. Bir azdan məhəllələrində qalan Firudin adlı sürücü “Tofaş” markalı maşını ilə gələrkən İbrahim ona əl sallayıb maşını saxlatmış, İbrahimə Firudinin metal alan olmasını və qazanları ona satmasını söyləmiş, Firudin İbrahimə “birdən bu qazanlar oğurluq olar ha” deyə söylərkən İbrahim qazanları ona dostunun verməsini bildirmiş, qazanları həmin “Tofaş” markalı maşınla Viliyə satmağa aparmışlar. Vili “pulum yoxdur, qazanları qoy tərəziyə, çəkisi nədirsə, səhər gəl pulunu al” deyə söylədiyi üçün İbrahim bu şəkildə satmağa razılaşmamış, orada olan sərhəd qoşunlarının iki nəfər işçisi “qardaş, bu qazanları neçəyə satırsan?” deyə soruşarkən İbrahim onlara “qazanlardan biri deşikdir, nə verirsən ver” deyə bildirmiş, işçi 30 manata qazanları almış, İbrahim isə həmin pulu alıb cibinə qoyub “Qədim dünya” kafesinə, o da atasının yanına “Tac” kafeyə getmişdir. İbrahimin oğurluq etməsini biləndə İbrahimin özünə və valideyninə xəbərdarlıq etmiş, İbrahimə dəfələrlə “bu yoldan uzaq dur, başqasının evinə getmə, insanlar əziyyətlə işləyib evinə mal yığır, buradan Bakıya, Türkiyəyə gedəndə demir ki, gəl mənim evimi oğurla” deyə söyləmiş, sonra İbrahimin atasına “Rahib əmi, sənin oğlun Milli yeməklərin yanındakı evə girir, xəbərin olsun” deyə bildirdikdə o “Süleymanın evinə girir, İbrahimi tutsalar başına oyun açacaqlar. Mən İbrahimə deyirəm, deyir öz yolumu seçmişəm” deyə cavab vermişdir. X4 evinə girməyini haradan bilməsini həmin vaxt anlamamış, əmisinə dediklərini İbrahimə deməməsini söyləmiş, lakin əmisi həmin söhbəti arvadına, o da İbrahimə demişdir. İbrahimlə Süleymanın evinə oğurluğa girməmiş, oğurluq əməlini İbrahim özü tək törətmişdir. İbrahim İqtisadiyyat Nazirliyinin yanındakı ərzaq dükanının satıcısına 50 manat borcu olduğuna görə həmin satıcıya “50 manat borcumu sil, 100 manat ver, televizoru sənə verim” deyə söyləmiş, satıcıya televizorun oğurluq mal olmasını və onu almamasını demiş, İbrahimin Əli adlı şəxsə evdən oğurlanan monitoru və kassanı satmasına mane olmuş, həmçinin Şəbnəmə İbrahimin satdığı malların oğurluq mallar olmasını demiş, bunlara görə İbrahim ifadəsində evə birlikdə girmələrini söyləmişdir. İbrahimin atası onların evinə gəlib “qardaşımın oğlu mənim balamı tutdurdu” deməsin deyə İbrahimin oğurluq etməsini polis əməkdaşlarına bildirməmiş, lakin onun kiməsə nəsə satmasının qarşısını almış, əgər oğurluğu İbrahimlə birlikdə törətsəydi nəyə görə oğurladığı malların satılmasına mane olmaq istəməsini bildirib İbrahimin yalan danışmasını söyləmişdir. İbrahim Şəbnəmdən aldığı pulu gah dükanlara borcuna görə verməsini, gah da onunla yeyib-içməsini söyləmiş, lakin onunla heç yerdə oturub yeyib-içməmişdir. İbrahim dəfələrlə oğurluq etmiş, İbrahim oğurluğa girdiklərini dediyi tarixlərdə, yəni dekabr ayının 24-26-ı gecə saat 01 radələrinə kimi kafedə işləyərək çay paylamış, İbrahim əvvəl də həmin evə girib oğurluq etmiş, həmin evdən oğurladığı kompyuteri 15-16 dekabr tarixlərində qonşusu Mahmuda satmış, lakin o Mahmuda ”kompyuteri alma, apar qaytar özünə” deyə söyləmiş, sonra İbrahim kompyuteri aparıb Raufa satmışdır. İbrahimə satması üçün isti gödəkcə verməmiş, İbrahimin 80 manatlıq, etiketi üstündə cins kurtkanı aparıb “Həyat” klubda ofisiant işləyən Aytənə 15 manata satmasını görmüş, sonra Aytənə “İbrahim sənə satdığı kurtka oğurluqdur, qaytar özünə, 15 manatdan keç, kurtkanı geyinmə, kimə verirsən ver” deyə söyləmişdir. İbrahimlə birlikdə gedib heç kimə kondisioner verməmiş, İbrahim bu barədə dostu Əlini və digər tanışını öyrətdiyi üçün onlar yalan ifadə vermiş, kondisioneri verməyə getmələrini söylədikləri tarixdə o “Əyləncə Mərkəzi”ndə emusiya, oboy vurmaqla məşğul olmuşdur. İbrahimin televizoru haradan alması barədə məlumatı olmamış, bir dəfə qonşusu Ruslanla “Şəhidlər xiyabanı”nın yanında oturduqları zaman İbrahim əlində 2 ədəd nərd və 2 ədəd xəncərlə onların yanına gəlmiş, ondan xəncərləri haradan almasını soruşduqda o “veriblər, istəyirsən birini sənə verim” cavabını vermiş, ona “verirsənsə o balaca xəncəri mənə ver” deyə söyləmiş, lakin İbrahim “balaca xəncəri başqa adama verəcəyəm, böyük xəncəri götür” demişdir. Böyük xəncəri istəmədiyi üçün götürməmiş, sonra İbrahim çantalarını götürüb getmiş, nərdləri satmaq üçün adam axtarmış, xəncəri də “Tema”da kiməsə vermişdir. Gözəllik salonunda işləyən Şəbnəm xanımı tanımır, arvadı ilə “Badi-səba” gözəllik salonuna getdikləri zaman İbrahimin içəridə üç qadınla danışmasını və yerdə 4 qutu olmasını görmüş, insan olaraq kömək etmək üçün 2 gün sonra Şəbnəm xanıma yaxınlaşıb İbrahimin satdığı əşyaların oğurluq olmasını söyləmişdir. İbrahimin oğurluq etməsini gözəllik salonunda işləyən Şəbnəm və ərzaq dükanında işləyən oğlandan başqa heç kimə deməmiş, İbrahimlə qohum olduğuna görə və onun əli ilə tutulmasını istəmədiyinə görə polisə bu barədə söyləməmişdir. İbrahimin onların həyətindən götürdüyü balta yararsız baltadır. Həmin balta həyətlərində küçə qapısının yanında olur və yoldan keçən kim istəsə götürə bilərdi. Baltanı İbrahim odun doğramaq adı ilə onlardan aparıb. İbrahimlə birlikdə zərərçəkmiş şəxsin evinə oğurluğa getməmiş, İbrahimə gözətçilik etməmiş, İbrahimlə birlikdə oğurluq mal satmamış, qazanlardan başqa heç bir əşyanın satılmasında iştirak etməmiş, qazanların satılmasında da onların oğurluq mal olmasını bilmədiyi üçün iştirak etmiş, satılan heç bir əşyadan ona pul verilməmiş, həmçinin İbrahimlə birlikdə əyləncəyə pul xərcləməmişdir. İbrahim 2 qutu gətirib onların küçə qapısının yanına qoymuş, evlərində axtarış keçirilən zaman həmin iki qutudan başqa oğurlanan mallardan onların evlərində heç nə çıxmamış, həmin qutuların içərisindəkilərin oğurluq əşya olmasını bilməmişdir. İbrahimlə cinayət əlaqəsinə girməmiş, Zərərçəkmiş şəxs evindən oğurluq etməmiş, təkcə İbrahimin oğurluq etməsini polis əməkdaşlarına xəbər verməməsinə və İbrahimə qazanları daşımağına kömək etməsinə görə özünü təqsirli bilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, övladları Bakı şəhərində yaşadıqları üçün yeni ili birlikdə qarşılamaq məqsədilə 3 noyabr 2022-ci il tarixində Bakı şəhərinə getmişdir. 30 dekabr saat 11 radələrində polis əməkdaşı tərəfindən onun telefonuna zəng gəlmiş, zəng edən polis harada olmasını soruşmuş, sonra isə “Siz təcili olaraq Naxçıvana gəlməlisiniz, evinizə girib yarıblar” deyə bildirmişdir. Həmin gün çox çətinliklə bilet tapıb saat 19 radələrində Naxçıvan şəhərinə, evinə gəlmiş, həyətdə polisləri, sonra isə evin plastmas pəncərəsinin qırılıb setkasının çıxarılmasını, qapının şüşəsinin və padvalın qapısının qırılmasını görmüşdür. Hələ Bakıda olarkən telefonda danışdığı polisin təklifinə əsasən qardaşının oğlu Zöhrab Həsənova zəng edib “sən təcili bizə get, deyirlər ki, evimizi yarıblar” deyə söyləmiş, o evə gələnə qədər polislər artıq Z.Həsənovla birlikdə evə girib əl izlərini götürmüşlər. Evə girəndə evin tamamilə dağıdılmasını, köçmüş bir ev halına düşməsini görmüş, qızının cehizləri, şkaflardakı mallar, kondisioner, televizor, kompyuter, şifonerdə olan paltarları, evdə nə varsa hamısı, podvala endikdə isə orada olan cüzi əşyalardan başqa hər şey aparılmışdır. Sonra müstəntiq ona “evinizdə nə əşya varsa siyahıya alıb bizə verin” deyə bildirmiş, evindəki əşyaları siyahıya alıb müstəntiqə vermiş, evindən təqribən 10000 manat pul daxil olmaqla özünün hesablamasına görə 60000 manat dəyərində əşyası oğurlanmışdır. Balkonda aynalı şkafda paltarların arasında dəsmalın içərisində qızının mebel pulu olan 10000 manat pulu olmuş, Bakıya gedəndə həmin pulu xərclənməsin deyə aparmamış, həmçinin pulların yanındakı əşyaların hamısı götürülmüş, Bakıya gedərkən özünə məxsus, ABB bankomat kartı şkafın üzərində qalmış, onun kodu yanındakı kağızda yazılmış vəziyyətdə olmuş, içərisində isə pul olmamış, həmçinin evindən 12 özəlləşdirmə çeki oğurlanmış, onlardan beşi öz ailə üzvlərinə, yeddisi isə qardaşıgilə məxsus olmuş, həmin qəbzlər qiymətləndirilməmiş, qəbzlər olmadan dəymiş ziyan 60000 manat olmuş, əşyalarını düzgün qiymətləndirilmədiyini düşündüyü üçün malların qiymətləndirilməsi ilə bağlı ekspert rəyi ilə razılaşmamış, 8 aprel tarixli maddi sübutların təhvil verilməsi aktında göstərilən əşyaları təhvil almış, lakin qaytarılan malları qiymətləndirməmişdir. Şahid qismində dindirilmiş Şahid1 Zülfü qızı ifadəsində göstərdi ki, 6 noyabr 2022-ci ildə ailəsiylə birlikdə Bakı şəhərinə övladlarının yanına bir neşə aylıq istirahət üçün getmişlər. Dekabrın 30-da ərinin telefonuna zəng gəlmiş, zəng edən ərinə “evinizdə hadisə baş verib, qapıları və pəncərələri qırıblar, Naxçıvana gəlin” deyə bildirmiş, əri qardaşının oğluna zəng edib bu məsələ ilə maraqlanmasını ona tapşırmışdır. Onlar gələnə qədər evlərinə baxış keçirilmiş, qeydiyyatlar götürülmüş, gəldikdən sonra isə zalın qapısının, şüşələrin çöldən qırılmasını, qapıların əyilməsini, “zamok”ların sındırılmasını görmüşdür. Evin zalında olan 107 ekran LG televizoru, televizorun üstündə divarda olan kondisioneri divarı baltalayaraq, sonra zalın yuxarı başında, mətbəxə qapı açılan yerdəki güzgülü “kamot”un içərisindəki özünə və ərinə məxsus təzə, geyinilməmiş paltarların hamısını, yuxarı tərəfdən otağın qapısını açıb evinə aid olan çexol, mələfə, dəsmal, “skater”i, üst tərəfdə olan yuyulmuş dəsmalları yerə atıb alta qoyulmuş yeni dəsmalları, aşağıdakı yataq otağından keçib dib otaqda stolun üstündən kompyuter və ona aid nə varsa hamısını, stolun üstündə qara çantanın içərisində olan nərdi, oyuncaq ayını, qapının arxasındakı böyük gül qabını, üst otaqdakı üç ədədi 3x2, biri isə 3x4 ölçüdə olan dörd ədəd xalçanı, şifonerinin paltar dəstələnən yerindən ərinin beş ədəd təzə “saroçka”sını, bir ədəd isti paltarını, alt paltarını, idman şalvarını, Bakı şəhərindən aldığı corabları, çexolları, şkafın orta gözü ilə üst gözünü açıb oradakı ərinin hərbi bileti, “metirka”sı, maşına, uşaqlarına, evlərinə aid sənədləri, təzyiq aparatını, adapteri, Qurani-Kərim kitabını, aşağıdakı şifonerin başından köhnə nərdi, şkafın üst hissəsində olan maşının maqnitofonunu, mətbəx ilə üst otağın arasında yerləşən balaca otaqda olan qızının cehizlik əşyalarının hamısını, həmin otaqda olan şkafın içərisindən işlənməmiş ağ sellofan torbaların içərisində olan çexolları, mələfələri, parçaları, oradakı ağ çexolun içərisindən isə 12 ədəd özəlləşdirmə qəbzi, zaldakı güzgülü şkafın içərisindəki işlənməmiş dəsmallarla birlikdə həmin dəsmalların arasındakı balaca aptek sellofanının içərisinə qoyduğu 10000 manat pulu, yeni alınmış təzyiq aparatını, sonra evin zirzəmisindəki qapıları qırıb onların üzərlərində olan açarlarını, telefon kitabçalarını, zirzəmidə olan üçü Rusiya istehsalı olan yeddi ədəd qazanını, əlavə olaraq ağzı geniş iki İran istehsalı olan qazanını, ləyənlərini, aşsüzənini, podnosunu, biri 30 litrlik İran istehsalı olan, digəri isə 10 litrlik işlənməmiş su samovarı olan iki ədəd samovarını götürmüşlər. Həm qızının cehizinə, həm də öz evinə aid çox əşya oğurlanmış, qızının cehizinə aid olan əşyaların təxminən 80 faizi təhvil verilmiş, onlara qaytarılan əşyaların siyahısını tərtib etmiş, lakin onların dəyərinin nə qədər olmasını hesablamamış, oğurlanan əşyaların hamısı firma malları olduğundan qiymətli əşyalar olmuş, ekspert həmin əşyaları bazar qiyməti ilə hesabladığı üçün ekspertin qiymətləndirməsinə etiraz edib əşyaların dəyərini özləri müəyyənləşdirmişlər. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gözəllik salonunda işləyir və dekabr ayında bayramla əlaqədar olaraq gözəllik salonunda işləri çox olduğundan evə gec gedirmiş. Təqribən dekabr ayının 19-20-i axşamüstü saat 17 radələrində ərzaq mağazasından gələrkən digər gözəllik salonundan tanıdığı Əfsanə adlı qadını görmüş, Əfsanə ona “Şəbnəm xanım, oğlan cehizlik əşya satır, sizin qızınız var, istəyərsiniz?” deyə soruşmuş, pulunu qızının təhsili üçün topladığından xərcləmək istəməyib cehizlik əşya almaq istəməməsini bildirmiş, sonra maraqdan adının İbrahim olduğunu sonradan öyrəndiyi oğlana “zəhmət olmasa, salona yaxınlaşın, biz orada baxaq” deyə söyləmiş, İbrahimdən nə satmasını soruşduqda o, “bizim mikrorayonda və 57-də dükanımız var, cehizlik əşyalar və məişət avadanlıqları satırıq. Bakıya köçəcəyimiz üçün endirim kampaniyası başlatmışıq, hal-hazırda mallar endirimdədir, onlayn şəkildə də satışlar edirik, ünvanlara çatdırırıq” deyə söyləmiş, ona “əşyalara baxım, hələ almaq niyyətim yoxdur” deyə bildirmiş, o isə “cehizlik əşyadır, bahadır, götürsəniz, 100 manata verərəm” deyə söyləmişdir. Əşyalara baxarkən “Karaca” firmasına məxsus servizin qutusunu bəyənmədiyindən İbrahimdən yenisini gətirməsini istəmiş, həmin əşya onların salonunda qalmış, İbrahim əvvəlcə yenisini gətirəcəyini söyləsə də, sonra dükanda mal qalmamasını bildirmişdir. Onunla əlaqə saxlamaq üçün bir-birlərinə telefon nömrələrini vermiş, İbrahimə vaxtı olsa onların dükanına getmək istəməsini bildirmiş, o, həmin vaxt başqa ünvana çatdırılmalı əşyalarının olmasını, onunla sonra əlaqə saxlayıb dükanın yerini deyəcəyini söyləmişdir. Təxminən bir həftə-on gün ərzində İbrahimlə alqı-satqı etmiş, hətta ondan kredit şərtlərinin olub-olmamasını da soruşmuş, o “bizim Bakıda da dükanımız var, qismət olsa, sizi kredit şərtləri ilə tanış edərik, onlayn şəkildə alış-veriş edərik, malları Bakıdan göndərərik” deyə cavab vermişdir. İbrahimi əvvəlcədən tanımamış, başqa dükanlarda da həmin vaxtlar endirim olduğundan şübhələnməmiş, həm salona gəlib-gedən müştərilər çox olduğundan dükanlara getmək imkanı olmamış, həm də İbrahim daha ucuz qiymətə əşyaları satdığından ondan almış, aldığı əşyaların oğurluq mallar olmasını bilməmiş, onların hamısı təzə qutularda olmuş, İbrahimdən Karaca” firmasına məxsus serviz, “Emsan” firmasına məxsus qazan dəsti, həmçinin “pokrıval”, əl-üz və çay dəsmalları, “skater” almış, aldığı mallara ümumilikdə 850 manat pul vermiş, hətta çox alış-veriş etdiyi üçün əlavə olaraq çanta və tablo hədiyyə vermiş, hətta salonda müştərisi çox olan zamanlar bəzi aldığı əşyaların pulunu ödəyib evinin adresini İbrahimə verərək əşyaları evinə aparmasını ondan xahiş etmişdir. İbrahim satılan əşyalar arasında xalça olmasını ona söyləmiş, lakin xalça almaq istəməiyini bildirmişdir. Bir dəfə İbrahim onun evinə iki və ya üç ədəd böyük ölçülü xalça gətirib “Şəbnəm xanım, siz məndən xalça istəmişdiniz” deyə söylərkən ona “xeyr, mən sizdən xalça istəməmişəm” cavabını vermiş, İbrahim isə həmin xalçaları götürüb aparmışdır. Sonradan ona əşyaları satan şəxsin bibisigilin evini yarmasını öyrənmiş, həmin əşyaların oğurluq mal olduğunu bildikdən sonra onları qaytarmış, lakin İbrahimə ödədiyi 850 manat pul ona geri qaytarılmayıbdır. İbrahimi salona gəlib mal satandan sonra tanımış, Qadiri isə ümumiyyətlə görməmiş və tanımamışdır. Şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, tarixini xatırlamadığı bir gün qardaşının oğlu Orxan yanında əşya satan başqa bir şəxslə birlikdə onun telefonuna zəng etmiş, əşya satan şəxs telefonda onunla danışarkən ona “üç ədəd qazan var, Bakıya köçüb gedirik, buradan yük daşımaq istəmirik, nəyimiz varsa, satırıq, qazanı özümüzə yük etmək istəmirik, sən aşpazsan, sənə lazım olar” deyə söyləmiş, ona “qazanları aparıb evə verin, evdəkilərə deyəcəyəm, pulunu versinlər” deyə söyləmişdir. Onlar işlənmiş, biri qapaqsız olmaqla üç ədəd qazanı, podnosu və tavanı onun evinə aparmış, evdəkilərdən 70 manat pulu alıb getmişdirlər. Əşya satan şəxsin adının İbrahim olmasını sonradan öyrənmiş, ondan aldığı əşyaları geri qaytarmış, lakin İbrahimə ödədiyi pul ona qaytarılmamışdır. Şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, hazırda bazarda işləyir. Əvvəllər idmanla məşğul olarkən İbrahimlə tanış olmuşdur. Bazarda işləyərkən İbrahim onun yanına tək gəlib işlənmiş televizor satmasını söyləmiş, həmin vaxt həm televizor alacağından, həm də İbrahim ucuz qiymətə satdığı üçün markasını xatırlamadığı televizoru ondan 130 manata almışdır. Qadiri tanımamış və İbrahimin yanında görməmişdir. Polis şöbəsindən ona zəng edilərək həmin televizorun oğurluq mal olması bildirilmiş, o isə televizoru aparıb təhvil vermiş, lakin televizora ödədiyi 130 manat pul ona geri qaytarılmamışdır. Şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 anasıdır və 36 ildir ki, müəllimə işləyir. Oğlu İbrahimin maddi olaraq heç nəyə ehtiyacı olmamış, onun əvvəllər oğurluq etməsini görməmiş, evinə hər hansı bir əşya gətirməmişdir. İbrahimin Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə məlumatı olmamış, oğlu oğurluq edilən günlər evə vaxtında gəlmiş, hər hansı bir oğurluq əşya satmasını hiss etməmişdir. İbrahim oğurlanan əşyalardan heç birini evinə gətirməmiş, həmin əşyaların Qadirin həyətinə yığılmasını görməsə də, Qadirin anasının ““korobka”ları gətirib həyətə yığmışdılar, mən də baxırdım ki, görüm, içərisində nə var?” deyə söyləməsini eşitmiş, Zərərçəkmiş şəxs özünə məxsus olmasını dediyi samovar isə anasının cehizi olmaqla illərdir ki, evində olmuşdur. Hadisənin üstü açıldıqdan sonra iki əmioğlunun birlikdə oğurluq etmələrini öyrənmiş, yanlarında başqa şəxslərin olubolmamasını bilməmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, “Heydər Əliyev” sarayının yanında “2106” markalı maşınla taksi fəaliyyəti ilə məşğul olur. Bir dəfə Qaraçuq kəndindən Əli adlı müştərisi tanımadığı İbrahimlə birlikdə maşınına minmiş, Əli onun telefon nömrəsini İbrahimə verib “taksi lazım olanda Fəxri ilə get-gəl, yaxınlarda olur” deyə söyləmişdir. Sonra İbrahim ona zəng edərək onun maşınında “Karaca” firmasına məxsus əşyanı “Heydər Əliyev” sarayı tərəfdə Azərbaycan restoranının yanından Park AVM-in yanına aparmış, sonra Əli zəng vurub anasının həmin əşyanı istəməsini söyləmiş, İbrahimlə onu Qaraçuq kəndinə aparmış, lakin Əli qutunun içərisindəki hissələr kəsir olduğuna görə anasının istəməməsini bildirmiş, sonra həmin əşyanı gətirib sarayın yanında İbrahimə vermiş, İbrahimin isə həmin əşyanı nə etməsini bilməmişdir. Yeni il günü Qaraçuq kəndindən qayıdarkən sarayın yanında - körpünün altında İbrahim ona əl edib maşını saxlatmış, İbrahimlə əvvəlcə çuxura getmiş, sonra başqa bir müştərisinin açarı onda qaldığından həmin açarı mikrorayona aparıb vermiş, açarı apararkən İbrahim də onun yanında olmuş, sonra İbrahimi hədiyyə almağa aparmış, o hədiyyələri aldıqdan sonra onu Qaraçuq kəndinə aparmasını istəmiş, İbrahim Qaraçuqda bir evə girib-çıxdıqdan sonra məhəllələrinə aparmasını söyəmiş, məhəlləyə getdiklərində isə qabları götürüb maşına yığmış və onu Park AVM-in yanına aparmışdır. Daha sonra isə İbrahimi görməmişdir. İbrahimdən daşıdığı əşyalar barəsində heç nə soruşmamış, o əşyaları apararkən Qadir onun yanında olmamış, Qadir bir dəfə axşam saatlarında İbrahimlə birlikdə sarayın yanında onun maşınına minmiş, həmin vaxt onların əlində heç nə olmamışdır. Şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, İbrahimi uzun illərdir ki, tanıyır, balaca yaşlarından onunla birlikdə idmana getmişdir. İbrahimlə tez-tez görüşməmiş, Qadirlə isə heç bir münasibəti olmamışdır. Bir gün İbrahim ona zəng edib birlikdə çay içməyi təklif etmiş, onunla çay içəndə İbrahim “Bakıya köçəcəyik, evin əşyalarını satırıq, iki ədəd qazan var, onları satıram” deyə söyləmiş, ona “əmim Elşad restoranda aşpaz işləyir, onunla danışsan, bəlkə, alar” deyə bildirmiş, sonra isə İbrahimlə əmisi telefonda danışıb razılaşmışlar. Həmin ərəfədə “2107” markalı maşını vasitəsilə taksi fəaliyyəti ilə məşğul olmuş, İbrahim ona “onsuz da qazanları taksi ilə aparacağam, xeyirimi sənə verim” deyə söyləyib qazanları 11 nömrəli məktəbin yanından götürüb onun maşınına qoymuş, taksi pulunu da ödəyərək aparıb əmisigilə vermişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, tarixini xatırlamadığı bir qış günü saat 11-12 radələrində toyuq-cücəyə ot yığmağa getmiş, məhəllədən əvvəlcədən tanıdığı Qadirlə İbrahimin əllərində bir ədəd böyük ölçülü, ağ rəngli alüminium qazan görmüş,Qadirdən haraya getmələrini soruşmuş, o isə “köhnə bir qazan var, onu aparıb verəcəyik” deyə cavab vermiş, Qadir yaxınlaşıb ondan siqaretini yandırması üçün kibriti olub-olmamasını soruşmuş, kibritini Qadirə vermiş, Qadir siqaretini yandırdıqdan sonra getmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, “Qədim dünya” kafesində ofisiant işləyir və İbrahimi oğurluq hadisəsindən 5-6 ay əvvəldən tanıyır. İbrahim kafedə olanda içib nalayiq sözlər işlətdiyinə görə onunla savaşmış, İbrahim isə üzrxahlıq etmək məqsədilə ona ağ rəngli, böyük bir ayıcığı pulsuz vermişdir. Sonradan polis ona zəng vurmuş və İbrahimin ona verdiyi ayıcığın oğurluq mal olmasını öyrənmiş, həmin oyuncağı aparıb polisə təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, “Həyat” klubda işləyir. Yeni ildən bir neçə gün əvvəl, səhər saatlarında əvvəlcədən tanımadığı İbrahim adlı şəxs kluba satmaq üçün cins bir kurtka gətirmiş, həmin kurtka təzə və etiketi üzərində olmuş, kurtkanı geyinib baxıb bəyənmiş, İbrahim kurtkanın qiymətini 20 manat olmasını söyləmiş, kurtka bir az böyük olduğuna görə almaqda tərəddüd etmiş, lakin İbrahim kurtkanın etiketini sökərək “15 manat ver, götür” deyə bildirmiş, həmin məbləğdə pulu İbrahimə verib kurtkanı ondan almışdır. İbrahim kurtkanı satarkən həmçinin qazan və ya bıçaq dəsti satmasını da söyləmiş, sonra İbrahim müştəri olaraq kluba gəlib-getmiş, o bir dəfə əlində oyuncaqla gəlmişdir. Kurtkanı aldıqdan təxminən bir ay sonra onun oğurluq mal olmasını öyrənmiş və onu polisə təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 atasıdır. Oğlunun oğurluq etməsini əvvəlcədən bilməmiş, dekabr ayının 23 və ya 24-ü İbrahim tutulmuş, ifadə verərkən o Qadirlə birlikdə oğurluq etməsini bildirmiş, sonra Qadir ona “whatsapp” proqramından “oğlun niyə polisə mənim adımı verib? Oğlun malları haraya veribsə, gedək, göstərim” deyərək səs yazısı göndərmiş, həmin səs yazılarını müstəntiqə vermiş, İbrahimin malları kimlərə verməsini bildiyinə görə Qadirin də oğurluq işində iştirakı olmuşdur. Həmçinin oğurlanan mallardan onun evinə heç bir şey gətirilməmiş, Qadirgilin həyətlərinə yığılmışdır. Qadirin anasından “həyətinə mal yığılanda niyə bunu mənə deməyibsən?” deyə soruşarkən o, əvvəlcə malların onların həyətinə yığılmasını inkar etsə də, sonradan “korobka”ların içərisinə baxmasını söyləmiş, ondan niyə bu barədə ona məlumat verməməsini soruşarkən isə “düşündüm ki, yəqin İrandan, Türkiyədən alver edib gətiriblər” cavabını vermişdir. Zərərçəkmiş şəxs özünə məxsus olan samovarın itməsini bildirmiş, müstəntiq evdə axtarış aparan zaman qayınanasından qalan balaca bir samovarı ona verərək “əgər zərərçəkmiş şəxsə məxsusdursa, götürsün, onun deyilsə, qaytarıb özümə versin” deyə söyləmiş, zərərçəkmiş şəxs isə özünə məxsus olmasını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, metal qəbulu dükanı işlədir. İbrahimlə eyni məktəbdə oxumuş və onu oradan tanımış, Qadiri isə dükanına gəldiyi gün görmüşdür. Bir gün saat 11-12 radələrində dükanda dostlarıyla oturan zaman İbrahim maşınla oraya gəlmiş, o “kondisioner var, götürürsünüzmü?” deyə soruşmuş, kondisioner qırıq olduğundan qiymətini 5 manat olaraq razılaşmışdır. İbrahimlə Qadir kondisioneri dükana gətirmiş, onlar içəri girməmiş, 5 manat pulu İbrahimə verdikdən sonra onlar getmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, “mən Məmmədov X14 şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayıram. Subayam, hal-hazırda işləmirəm. Zərərçəkmiş şəxs tanımıram, onunla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 əvvəlcədən 1 ildir tanıyıram, lakin elə bir yaxın münasibətim yoxdur. Mən onu tanıyanda İbrahim hərbi qulluqçu idi, MAHHXQ işləyirdi. İbrahim idmançıdır, idman edirdi, nə vaxt görürdün idman edirdi, X6 çıxırdı. Təqsirləndirilən şəxs2 İbrahimə görə tanımışam, onunla elə bir münasibətim yoxdur, İbrahimin qohumu olduğunu bilirdim. 2022-ci ilin dekabr sonlarında İbrahimi Naxçıvan şəhərində Musiqi Kollecinin yanında bərbərdə gördüm. Mən bərbərxana girdim və soruşdum ki, yer var. İbrahim də həmin vaxt bərbərxana idi. Bərbərxananı işlədən Vilayət dedi ki, yer yoxdu. Mən də siqaret çəkmək üçün çölə çıxdım. Həmin vaxt İbrahim də çölə çıxdı. Həmin vaxt salamlaşdıq, halkef etdik. İbrahim söhbət zamanı dedi ki, əlimdə Karacanın dəsti var, Karaca qutusunun skoçu soyulub, qutu da cırıqdı, ona görə Karaca mağazası götürmür, bəs bunu sata bilərik, sənə də xeyir qalsın. Mən də soruşdum ki, qutu haradadır, baxaq, görək. İbrahim də dedi ki, bura dükana qoymuşam, gedək baxaq. Mənə də həmin vaxt pul ehtiyac idi, dedim ki, sataram, problem yoxdu. Ondan sonra qutunu götürüb yerə qoydu, qutuya baxdıq. Ondan sonra mən Fəxrini çağırdım. Qeyd edim ki, mən Fəxri ilə həmişə gedib-gəldiyimdən onu tanıyırdım. Taksi kimi Fəxrini çağırdım o da gəldi. İbrahim mənə dedi ki, sata bilsən 200 manata sat. İbrahimdən soruşdum bu Karaca seti kimindir. İbrahim də dedi ki, mənimdir. Mən də həmin qutunu Fəxrinin idarə etdiyi taksiyə qoydum, sonra yaşadığım evə apardım. Evdə qutunu anam gördü, dedi ki, oğlum problem olar, bunu apar qaytar. Anam da xəstə olduğu üçün onun sözünü yerə salmadım və səhər Fəxriyə zəng vurdum, qutunu təzədən avtomobilə qoyub İbrahimə zəng vurdum və dedim ki, qutunu gətirərəm. İbrahim də dedi ki, gətir evə. Mən də Fəxri ilə qutunu H.Əliyev sarayının arxasına apardıq və İbrahimgilin məhləsinə keçdik. İbrahim də evdən çıxıb həmin qutunu götürdü. Sonra Fəxri ilə də getdik. Fəxri sarayın böyründə yerüstü keçdin yanında idarə etdiyi avtomobillə orada durur. Fəxri avtomobili saxladı və sonra da mən düşüb Musiqi Kollecinə tərəf keçdim. 10-15 dəqiqə keçəndən sonra İbrahim mənə zəng vurdu. Soruşdu ki, hansı tərəfdəsən. Mən də dedim ki, Musiqi Kolleci tərəfdəyəm. İbrahim də dedi ki, yer üstü keçidin yanında bağın girəcəyindəyəm. Mən də yolu keçib İbrahimə tərəf gedəndə, gördüm ki, İbrahim qohumu Qadirlə birlikdə oradadır. İkisi ilə əl verib görüşdüm. Həmin vaxt Qadiri orada görüb tanıdım, əvvəlcədən Qadiri tanımırdım. Qadir görüş zamanı heç nə danışmadı. İbrahim təklif elədi ki, gedək çay içək. Birlikdə piyada böyük bağa gedib çayxanada oturduq. Çay dedik. İş olmamağından söhbət açıldı, bir-birimizlə tanış olduq. Qadir mənən kim olduğumu soruşdu, sonra tanışçılıq verdik. Söhbət zamanı Qadir də dedi ki, tir parkından avtomobil hissəsi oğurlamışdım, polis məni tutmuşdular, belə-belə söhbət edirdi, İbrahim də onu təsdiqləyirdi. İbrahim də deyirdi ki, Bakı şəhərinə gedəcəm, burada qalmayacam. İbrahim də Qadir də oğurluqdan danışırdı, ancaq konkret yer demirdilər. Deyirdilər ki, oğurluq eləsək, pul olar, Bakı şəhərinə İstanbula gedərik. Mən anamın xəstə olduğunu onlara demişdim. Onlarda mənim pula ehtiyacımın olduğunu bilirdilər. Konkret mənə oğurluq etməyi təklif eləməsələr də, mənə eşitdirirdilər ki, mən reaksiya verim və onlara qoşulum, mənim iradəmi yoxlayırdılar. Ancaq mən danışmırdım. Mən də deyirdim ki, mənim Türkiyəyə getmərəm, deportum, Alibabada işləyirəm, nəyimə lazımdır. Qeyd edim ki, həmin vaxt mən Alibabada kuriyer işləyirdim. Qadir də, İbrahim də oğurluq söhbətləri edirdi. Sonra belə söhbət olandan sonra durduq. Sonra İbrahim dedi ki,telefonumun adaptırı Araza kafedə qalıb. Sonra da Qadir bizdən ayrıldı. İbrahimlə mən birlikdə piyada Araz kafeyə getdik. Kafeyə çatdıq. Araz kafe bağlı idi. Sonra Fəxriyə zəng vurdum və Araza gəldi. Araz gələnə qədər mən İbrahimə qayıtdım dedim ki, İbrahim, oğurluq meyil eləmə, idman edirsən, sənə oğurluq lazımdır, eləmə, hərbidə işləyirdin, bu işin sonu yoxdur, tutulacaqsan. İbrahim də dedi ki, bilirəm, gül kimi məşq edirdim. Mən də loru dildə dedim ki, ya qəbirdir, ya sibir. İbrahim də özünü peşiman kimi göstərsə də, təsir eləmirdi. Qeyd edim ki, çayxanaya gedəndə İbrahim söhbətlərindən tutdum ki, bu oğurluq edib, ancaq İbrahim mənə oğurluq elədiyini deməmişdi, Qadir də mənə deməmişdi. Sadəcə Karaca qutusunu gördüm və onların söhbətindən anladım ki, İbrahimlə Qadir düz yolda deyillər. Sonra Fəxri idarə etdiyi VAZ 2106 markalı avtomobili ilə gəldi. Avtomobilə mindik və birbaşa Sizin marketin qabağına getdik. Ancaq avtomobildən düşmədik. Mən istədim düşəm mağazadan nəsə alam. Ancaq almadım. Sonra birbaşa Park AVM qabağına getdik. Avtomobildən düşdük. Sonra Fəxri çıxıb getdi. İkinci mərtəbəyə qalxdıq, oranı Əjdər işlədirdi. İbrahim mənim yanımda Əjdərə dedi ki, televizor istəmirsən. Əjdər də dedi ki, lazım deyil, televizorum var. Sonra Park AVM aşağına düşdük, qabağına çıxdıq. İbrahim kiməsə zəng vurdu və danışdı. Sonra da mənə dedi ki, işim var və getdi. Ondan sonra İbrahim yenə Park AVM-ə qayıtdı. Həmin vaxt İbrahimin əlində göy rəngli sarafan var idi. Mən də onunla görüşüb Həyat Kluba düşdük. Oturduq bir kola dedik, söhbət elədik. Mən də İbrahimə dedim ki, acam qutab yeyək. İbrahim də dedi ki, 5 manat pulum var. Əjdərdən dürmək götürüm gəlib, burada qutab bahadı. İbrahim də qara sumkasını və göy rəngli sarafanı ora qoydu, sonra getdi. Həmin vaxt İbrahim və mən bir yerdə idik. İbrahim qalxdı və tələsik yanıma endi, heç nə almamışdı. İbrahim də dedi ki, mən təcili gəlirəm, sumkanı və qara çantasını, barsetkasını çiyninə asıb çıxdı. Mən də dedim ki, kola pulu qaldı, pulum yoxdur. İbrahim də dedi ki, kolanın pulunu vermişəm. Mən də dedim səni necə gözləyim, otursam, nəsə ödəməliyəm. İbrahim də dedi ki, sən otur qayıdıb gələcəm, pulu verəcəm. İbrahim çıxdı getdi, otursam da əlavə heç nə vermədim. 2 saat yarım mən İbrahimi orad gözlədim. Axır vaxt mən İbrahimə zəng vurdum və dedim ki, gedirəm, gəlmirsən. Mən dəfələrlə zəng vurmuşam, deyib gələcəm, gəlmədi. Mən də dedim çıxıram gedəm. Sonra Həyat klubdan çıxdım. Sonra çayxanada oturub çay içdim. Hava qaralan zaman İbrahim zəng vurdu və soruşdu ki haradasan. Mən də dedim ki, Gənclik mərkəzinin yanındayam. Sonra mən piyada keçidi ilə bağa keçdim. Bağda İbrahimlə görüşdüm, İbrahim tək idi. Soruşdum ki, niyə gəlmirsən, pulum da yoxdur, Həyat klubda məni qoyub getdi. İbrahim də dedi ki, Şərura getmişdik, elə oldu telefonu aça bilmədim. Söhbət zamanı İbrahim də dedi ki, taksi park tərəfdə bir adam tikiş maşını vermişəm, buralarda fırlanıram, pulunu verəcəklər. Soruşdum ki, bu nə tikiş maşındır, o da dedi ki, satmışam, amma kimə satdığını demədi, qiyməti demədi. Firma mağazasının yanına tərəf gəldik. Firma mağazasın girib iki çörək aldı və bir litrlik badamlı aldı. Sonra görüşüb dedi ki, evə gedirəm, çörək gözləyirlər. Sonra Turab və Əli ilə görüşüb Sevgilim kafeyə getdik. Həmin vaxt Turab soruşdu ki, İbrahimlə nə işin var, o yaxşı yolda deyil. Mən də açdım onlara dedim ki, İbrahim oğurluqdan danışır, Turab da dedi ki, lazımdır ona görə yanasan, uzaq gəz. Sonra evə gedib, İbrahimə səs atdım ki, məni zibilə salma, mənə zəng vurma, bir də vursan səninlə belə danışmayacam. İbrahim də dedi ki, mən sənə hörmətsizlik eləməmişəm. İbrahimə də bir kəlmə yazdım ki, məni yığma. Ondan sonra İbrahimi görmədim. Bir müddət keçəndən sonra eşitdim ki, İbrahim oğurluğa görə tutulub”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, “mən Cəfərov X13 şəhəri Qaraçuq kəndində qeydiyyatda olmaqla yaşayıram. Subay, iki uşaq atasıyam, hal-hazırda işləmirəm. Zərərçəkmiş şəxs tanımıram, onunla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 ögey qardaşı olduğunu, onunla arasında ədavət və düşmənçilik münasibəti yoxdur. Qeyd edim ki, İbrahim məndən yaşca balacadır, mən İbrahimlə ögey qardaş olsaq da, ayrı yaşayıram. Mənim onlarla elə yaxın münasibətim yoxdur. İbrahim arada avtomobil lazım olan mənə zəng vururdu və idarə etdiyim avtomobillə onu ora bura aparıb gətirirdim. Bildirmək istəyirəm ki, 2022-ci ilin dekabr ayının sonlarında İbrahim mənə zəng vurdu ki, Firma mağazasının yanındayam, gəl ora. Mən də Firma mağazasına getdim. İbrahim orada tək idi, yanında da 5 qutu və bir böyük güldan var idi. Avtomobilin baqajını açdım, İbrahim qutuklarl və güldanı avtomobilə yığdı, mən də İbrahimdən soruşdum ki, bu qutularda nə var. İbrahim də dedi ki, heç nə demədi. Bir qədər gedəndən sonra İbrahimə zəng gəldi, İbrahim telefonu açdı və kiminləsə danışdı.Sonra mənə dedi saxla. Mən də avtomobili saxladım, İbrahim mənə dedi ki, mən gedirəm, veşlər baqajdan qalsın sonra götürəcəm. Mən də soruşdum ki, nə veşdi. İbrahim də dedi ki, indi işim var gedirəm, sənə deyəcəm. Sonra İbrahim getdi. Bir gün keçsə də, İbrahimdən xəbər çıxmadı. Mən də İbrahimə dedim ki, veşlər maşında qalıb niyə götürmürsən. İbrahim də dedi ki, qalsın mən sənə deyəcəm gətirərsən mənə, indi ayrı yerdəyəm. Beləcə həmin qutular və güldan avtomobilin arxasında qaldı. 30 dekabr 2022-ci il tarixdə mənə polisdən zəng gəldi və soruşduları ki, İbrahim sənə qutu və geldan verib. Mən də polis əməkdaşına olanları dedim. Polis əməkdaşı da qutuların və güldanın oğurluq olduğunu dedi və məni İdarəyə dəvət etdilər. Mən də sonra gəlib İdarədə qutuları və güldanı təhvil verdim. Polis əməkdaşları qutulara baxdılar, qutuların içərisində Karaca markalı bakal və fincanlar, dolça var idi. Polis əməkdaşları həmin qabları və güldanı götürdülər”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, “mən Şahid6 ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayıram. Subayam, hal-hazırda Əyləncə mərkəzinin müdiri işləyirəm. Zərərçəkmiş şəxs tanıyıram, ailəvi dostuq, onunla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyıram, onlarla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs1 idmançıdır, boksla məşğul olurdu, o sonra hərbiyə daxil oldu, onu Bakı şəhərinə apardılar, sonra eşitdiyimə görə orada oğurluq eləmişdi və sonra onu işdən çıxarmışdılar. Təqsirləndirilən şəxs2 usta kimi tanıyıram. Bir dəfə çağırdım və mərkəzə emusiya vurmağa gəlmişdir. Bildirmək istəyirəm ki, 2022-ci ilin dekabr ayının sonlarında, yeni il qabağı idi. Mən əyləncə mərkəzində işdə idim. Saat 20 radələrində İbrahim mərkəzə gəldi, mənimlə görüşdü və dedi ki, dostumun avtombilinə maqintofon almışıq, o da vatomobilə getmədi, ucuz qiymətə satırıq, istəyirsən, al. Mən də dedim ki, yox lazım deyil, istəmirəm. İbrahim də əl çəkmədi ki, pulumuz yoxdur, bizə köməklik elə, ayın sonu Bakıya gedirik. Mən də dedim ki, haradadır. İbrahim də dedi ki, çöldədir, gedirəm gətirəm. İbrahim getdi, 5-10 dəqiqə keçəndən sonra İbrahim əlində bir qutu gətirdi. Qutunu açdım, maqintofon Nissan markalı avtomobilə məxsus idi. İbrahim də mənə dedi 40 manata satıram. Mən də 40 manat verdim və Nissan markalı PP-3091T model, serial No ******* olan maqintofonu aldım. Sonra da İbrahim getdi. İbrahim əyləncə mərkəzinə ara-sırada gəlirdi, mən otaqda oluram deyə görmürdüm. İbrahim Bakı şəhərindən həmin vaxt təzə gəlmişdi. Ondan sonra İbrahimi görməmişəm. Sonra mənə polis əməkdaşı zəng vurdu və məndən soruşdu ki, İbrahimdən nəsə əşya almısınız. Mən də polis əməkdaşına dedim ki, İbrahim gətirib 40 manata Nissan markalı avtomobilə məxsus maqintofon satıb. Sonra mən də Nissan markalı PP-3091T model, serial No ******* olan maqintofonu polis əməkdaşına təhvil verdim. Qeyd edim, Zərərçəkmiş şəxs ilə ailəvi dost olduğumuzdan onlardan oğurluq olduğunu öyrəndik. Ancaq mən İbrahimin həmin evdən oğurluq etdiyini bilmirdim, polis əməkdaşı mənə zəng vurana qədər İbrahimin mənə oğurluq mal satdığını, həmin maqintofununda Süleyman əmigilin evindən oğurlandığını bilmirdim”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, “mən Bayramov X5 şəhəri Azərbaycan məhəlləsi döngə 5, ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayıram. Mənim adım Nizami olsa da, mənə el arasında Şurik deyirlər. Hal-hazırda Naxçıvan Şəhər Energetika Xidmətində sürücü işləyirəm. Zərərçəkmiş şəxs tanımıram, onunla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımırdım, onlarla mənim aramda ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 2022-ci ilin dekabr ayının sonlarında təxminən saat 18:10 radələrində Naxçıvan şəhərində maşın bazarının arxasında yolda idarə etdiyim Tofaş markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili hərəkət edirdim. Qeyd edim ki, qızım bağçada işlədiyindən həmişə saat 18:25 dəqiqədə bağçadan çıxır, ona görə saatı dəqiq xatırlayıram. Mən maşına bazarına tərəf dönəndə mənə arıq olan Qadir əl ilə işarə etdi ki, avtomobili saxla. Mən də avtomobili saxladım. Həmin vaxt onlar iki nəfər idi. Onlardan biri mənə dedi ki, bizi qonaq evinin yanına apar. Mən də vaxta 20 dəqiqə var idi deyə onlara dedim ki, apararam. Onlar yolun küncündə maşın bazarının sağında qazanları yığımışdılar, ancaq içərində nə var idi, görmədim. Soyuq olduğu üçün mən yerə düşmədim. Qadir və İbrahim avtomobilin baqajını açdılar, qazanları avtombilin arxasına yığdılar. Avtomobilin salondan qabaq sağ tərəfdə saqqallı olan İbrahim oturdu, Qadir avtomobilin salonunda arxada oturdu. Mən onları qonaq evinin yanına apardım.Qeyd edim ki, mən onları 5 nömrəli məktəb tərəfdən apardım, dəmir satan Vilinin yerinə bir-iki ev qalmış avtomobili saxladım. İbrahim mənə 3 manat təklik verdi. Qazanları avtomobilin arxasından ikisi də düşürdü. Mən də yubandığımdan oradan tez çıxdım və onların hara getdiyini də görmədim. Ondan sonra onları görməmişəm”. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid11 ifadəsində göstərmişdir ki, “mən Babayeva X3 şəhəri Kalbalıxan küçəsi ev 41 ünvanında yaşayıram. Ancaq ünvan 10eç bir yerdə işləmirəm. Təqsirləndirilən şəxs1 bizim qonşudur. Zərərçəkmiş şəxs tanımıram, onla mənim aramda heç bir ədavət və düşmənçilik yoxdur. Bildirmək istəyirəm ki, bazar günü, yəni 25 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində aşağıdan evə gələrkən gördüm ki, İbrahim sarı rəngli taksiyə əmisi Sahib əmigilin evindən qutularda yükü daşıyıb taksiyə qoyurdu, məndə İbrahimlə salamlaşdım, keçdim, getdim. Arxaya döndüm gördüm ki, İbrahim taksiyə oturub getdi. Ondan sonra İbrahimi görməmişəm”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli, 3/286 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1”a”,“b”,“c”,2,3“b”4,8 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri və 3“a” saylı daktilolentlərin səthindəki ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1”a”,“b”,“c”,2,3“b”4,8 daktilolentlərin səthindəki əl-barmaq və 3“a” saylı daktilolentlərin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İ əl-barmaq və ovuclarından qalmamışdır. Qərarda qoyulmuş: "Götürülmüş əl-barmaq izləri ilə mərkəzləşdirilmiş bazada olan barmaq izləri arasında eyniləşdirmə aparılsın və eyniləşən əl-barmaq izin kim(lər)ə məxsus olduğu müəyyən edilsin” sualına ekspertin zəruri biliyinə aid olmadığından cavab verilməmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 aprel 2023-cü il tarixli, 213 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və edilməyən müxtəlif adda malların (təqdim edilməyən malların dəyəri nəzəri qaydada hesablanmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21525,00 (iyirmi bir min beş yüz iyirmi beş) manat müəyyən edildiyi, digər mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 30 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, oğurluq baş vermiş ünvan 4 ünvanı yerləşən evin sahibi Zərərçəkmiş şəxs Bakı şəhərində olduğundan onun qardaşı oğlu X7 və 2 nəfər hal şahidinin iştirakları ilə evə baxış keçirilmiş, ev fərdi yaşayış evi olmaqla həyət yanı sahəsi vardır, baxış zamanı evin pəncərəsinin setkasının yerində olmaması, pəncərənin sol tərəfinin orta hissəsində sınma izinin olması, evin salonuna açılan qapı ilə üzbəüz durduqda qapının sol tağının şüşəsinin sınması, evin zirzəmisinin giriş qapısının da şüşələrinin sındırılmış vəziyyətdə olması, həmin qırılmış şüşələrin zirzəmidə olan xalçanın altına yığılması, evin salonuna daxil olduqda salonda bir ədəd plazma televizorun, televizorun üstündəki bir ədəd Beko markalı kondisionerin iç hissəsinin olmaması, digər otaqda komputer stolunun üstündəki komputerin olmaması, digər qapıdan içəri daxil olduqda evin axtarılması, Zöhrab Həsənovun mətbəxin yanındakı otaqda ev sahibinə məxsus cehizlik əşyalar olmasını bildirdiyindən həmin otağa baxış keçirilərkən otaqda heç bir əşyanın olmaması müşahidə edilmiş, kriminalist tərəfindən evin müxtəlif yerlərindən evin giriş qapısından, evin zirzəmisinin giriş qapısından, evin içərisindən əl-barmaq izləri aşkar edilərək prosessual qaydada daktilolentə köçürülüb, qablaşdırılaraq götürülmüş, həmçinin baxış zamanı ev sahibi Zərərçəkmiş şəxs Bakı şəhərində olduğundan və gələ bilmədiyindən evdən konkret olaraq hansı əşyaların oğurlanmasını müəyyən etmək mümkün olmamışdır. 30 dekabr 2022-ci il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Təqsirləndirilən şəxs1 ögey qardaşı Şahid5 idarə etdiyi Vaz 21074 markalı, **-BC-*** qeydiyyat nömrəli avtomobilin baqajında olan 1 dəst Karaca setinin içərisində 1 ədəd qutuda şüşə materiallı dolça, 2 qutuda 12 ədəd rumka, 2 qutuda 12 ədəd bardaq, 2 qutuda 12 ədəd olmaqla çay stəkanı və nəlbəkisini, həmçinin 1 ədəd böyük güldanı təqdim edərək həmin əşyaları maşına qardaşı Təqsirləndirilən şəxs1 qoymasını bildirmiş, iş üçün əhəmiyyətli olduğundan həmin əşyalar prosessual qaydada götürülmüş və fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. 30 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Şahid2 Elbrus qızı yaşadığı ünvan 12 ünvanında yerləşən evində Təqsirləndirilən şəxs1 ona 850 manata satdığı oğurluq olmasına şübhə edilən cehizlik servis əşyaları və məişət əşyaları olduğundan evinə baxış keçirilməsinə razılıq vermiş, baxış zamanı iş üçün əhəmiyyətli olan bir ədəd kvadrat manqal setkası, bir cüt “tentyvin” şəffaf transparent müayinə əlcəyi, bir ədəd EMSAN markalı aşsüzən, bir ədəd EMSAN markalı 7 parça bıçaq dəsti, bir ədəd GELİN STEME markalı gəlin nevresim takımı, bir ədəd KİWA markalı 2 mərtəbəli qab setkası-tabaqlıq, bir ədəd qutuda 9 parçalıq Emsan markalı qazan dəsti, bir ədəd Emsan markalı paslanmaz havluluq, bir ədəd qutuda HANİMELİ HOME TEXTİLE markalı pike takımı, bir qutu KARACA markalı “LUXURY SERVİS”i, bir ədəd TAC markalı boşqab dəsti, bir ədəd GONDOL markalı armudvari kaydırmaz kesim panosu-taxtası, bir ədəd GONDOL markalı dördbucaq taxta, bir ədəd PENGUEN markalı doğrama taxtası, bir ədəd dairəvi “COOKER” markalı doğrama taxtası, bir ədəd qutuda CHERRY CORER markalı qab, 2 ədəd qutuda SEVEN STAR GERMANY markalı bıçaq dəsti, 2 ədəd qutuda KAVEH GLASS İNDUSTRY GROOP markalı şüşə qab, bir ədəd qutuda EMSAN CERA-MONİ seramik kıyıcı bıçaq, bir qutuda MARİBOR markalı 3 ədəd pamuk havlu, bir cüt çəhrayı rəngli LC Waikiki markalı ev ayaqqabısı, bir cüt ağ cizgili olan ev ayaqqabısı, bir cüt çəhrayı rəngli damalı tam ev ayaqqabısı, bir ədəd krem rəngli POLARİS markalı qadın əl çantası, bir ədəd CUSLERY SERİES markalı taxta qaşıq, bir ədəd SERA markalı akıllı folyo-falqa, bir ədəd NİHALE markalı silikon qazan altlığı, bir ədəd ACORD markalı 12-lik sarı rəngli bez, bir ədəd EMSAN markalı paslanmaz çelik mutfak əşyaları bakım seti, bir ədəd EASY FİLTER markalı çay dəmləmək üçün setka, HE-XLHOCTЬ ЧEXOL ПA УТЮГ ТЕФЛОПОЫИЙ adlı ütü çexolu, bir ədəd BİG PRİZE markalı çamaşır makinesi filesi, ACORD markalı göy rəngli 12-lik bez, bir ədəd CETKA ДЛЯ ГЛАЖЕНИД adlı ütü altı təmizləyən, bir ədəd KAPAHSAИ ПЯTH016 üstü altına çəkilən qələm, bir ədəd EQQ- SLİCER markalı yumurta soyan, bir ədəd NİHALE alma şəkilli silikon qazan altlığı, bir ədəd qutuda qırmızı rəngli dördbucaq kek qabı, bir ədəd dairəvi çəhrayı rəngli kek qabı, bir ədəd ayı formalı kek qabı, bir ədəd qutuda 3 PCS CAKE PLATE adlı çərəz qabı, 4 ədəd bıçaq 6-lı setdə, TRAMORTİNA markalı bir ədəd qutuda KARACA markalı 22 cm derin tencere qazan, bir ədəd qutuda GEEPAS markalı ağ rəngli mikser, bir ədəd BERLİN GASTRO markalı qapaqlı qazan, bir ədəd BURSAN markalı 5-li böyükdən kiçiyə bıçaq dəsti, 2 qutuda 6 ədəd PAŞABAHÇE markalı 4 künclü stəkan, bir ədəd qutuda EMSAN markalı REYHAN 3-lü salat servisi, bir ədəd qutuda ZOOM BY ARZUM PENDY tyorka, bir ədəd SERA markalı STRES FİLM, bir ədəd üzərində GÜLNARƏ yazılan fincan, bir ədəd sarı rəngli saxlama qutusu, bir ədəd KARACA HOME HELLA KİTTY fincan-boşqab, bir ədəd qutuda 7 STAR markalı 7S-469 NİCKEL PLATET GADGET seti, bir qutuda EMSAN markalı 3 ədəd VERNA böyük saxlama qabı, bir qutuda 3 ədəd olmaqla PAŞA BAHÇE su stəkanı, bir ədəd qutuda TAC markalı EVERDAY RANFORCE nevresim takımı, bir ədəd BELİNDA qutusunun içərisində mətbəxdə istifadə olunan xırdavat əşyaları, bir ədəd qutuda MERCAN markalı 6 ədəd dəsmal, 2 ədəd çəhrayı qazanaltlığı, 3 ədəd asılqan, bir ədəd İNDECOR markalı salfet qabı, 2 ədəd eyni markalı süngərlik, bir ədəd sarı-ağ rəngli mətbəx parçaları, SERA markalı 8 metr yağlı bişirmə kağızı, bir ədəd qutuda MAİSON DOR PARİS COTTON BAMBOO markalı dəsmal, bir ədəd EMSAN markalı 6-lıq ədviyyat seti, bir ədəd qutuda NOVİNFRİM PATOTO CHİPPER kartof doğrayan, bir ədəd qutuda NİCER DİCER PLUS GENİUS salatdoğrayan, bir ədəd qutuda MAGİC COLLECTİON TABLE CLOTE stol örtüsü, bir ədəd qutuda NARİN 160x220 ölçülü stol örtüsü, bir ədəd SOFT GRİP PEYS markalı 2 qutu şipilka, bir ədəd JYRAD COLLECTİON kəpkir, bir ədəd GENS kəpkir, bir ədəd KLODE silikon şotkular, bir ədəd GUAN XİONG markalı mətbəx qayçısı, bir ədəd ROOC markalı bıçaq, bir ədəd LİJACHENG CHOPPER markalı dəhrə, bir ədəd MAİSOR DOR Paris ağ rəngli dəsmal, bir ədəd Emsan markalı ROSTO tepsi padnosu, 2 ədəd rus istehsallı padnos, bir ədəd cüt nəfərlik İstanbul markalı balınclar, bir ədəd ELİTE GOOSE DOWN PİLLOW markalı yastıq, bir ədəd ZOOM BY ARZUM qarışdırma süharisi, bir ədəd GİPFEL markalı limon sıxan, 3 ədəd qutuda PAREX markalı buzdolabı poşeti, bir ədəd KİLLİYO FİSH KNİFE markalı balıq təmizləyən, bir ədəd PELİTTE NUT CHEESE GRATER çərəzçəkən, bir ədəd EMSAN markalı Reyhan 3-lü pasta servisi, bir sellofanda TEMA POLİETİİLEN markalı 100 ədəd pingivin sellofan, bir ədəd qutuda PRİMER markalı mətbəx tərəzisi, bir ədəd EMSAN markalı seramik 3 parça setli bıçaq dəsti, bir ədəd qutuda RAND STAİNER markalı HİGH QUALİTE STALİNESS STEEL kek-tort qəlibi, bir ədəd qutuda KARACA HOME markalı 13 parça uşaq seti, bir ədəd NARMİNE markalı adyal, bir ədəd qutuda ARZUM markalı çoxfunksiyalı bişirmə qazanı, bir ədəd qutuda Emsan markalı 6 ədəd iç-içə qazan dəsti, bir ədəd piano çalan qız suvineri, bir ədəd CEYSON markalı qadın oyması, bir ədəd qırmızı qutuda YA-70 markalı 8 bıçaqlı qab, bir ədəd DEFORETO BABY uşaq bodisi, bir ədəd DEVANTTE ELEGANE TİGHTS, bir ədəd sellofan qutu içərisində dəsmallar, bir ədəd taxta qaşıq dəsti, bir ədəd qırmızı rəngli ürək-ulduzvari kek qabları, bir ədəd plastmas dərin çanaq, bir ədəd LOCK FRESH markalı 3-lü saxlama qabı seti, bir ədəd qutuda su ölçən qab, bir ədəd dördbucaq saxlama qabları, bir ədəd qutuda YENİ İNCİ sütuyun yıkma kofesi, bir ədəd sellofanda 5 ədəd aşsüzən və çanaqlar, SUNCADE markalı PRATİCAL POMEGRANATE EXTRACKT nar təmizləyən, bir ədəd MUG M460 paltaryuyana deterjan tökmək üçün qab, bir ədəd POLY TİME salatdoğrayan, bir ədəd İRAK HOME DENY markalı diş fırça qabı, 2 ədəd fərqli ölçülü saxlama qutuları, 3 ədəd PAŞA BAHÇE stəkan bir yerdə, bir ədəd Emsan markalı seramik içkaplamalı tava, üç ədəd olmaqla bir yerdə iç-içə dəmir çanaqlar, 4 ədəd geniş miqyaslı çini kasa, bir ədəd qulplu çanaq, bir ədəd Emsan markalı BALDCE 20 sm tava, bir ədəd pəmbə rəngli saat, bir ədəd qaz somavarı, bir ədəd qutuda Emsan markalı 28x18 sm ölçülü DEMRE MAKSİ dərin qazan, bir ədəd EMSAN LOW COSSERDE 32x12 dayaz qazan, SEVEN 7 STAR markalı GERMANY meyvə çəkən aparat, bir ədəd qutuda DUCK SET OF 2 ATİSTİC HAND COLLECTİON CORVERD qu quşu dəsti, bir qutuda EVLEN HOME COLLECTİON cüt nəfərlik yorğan dəsti, bir ədəd qutuda HARAPPA 150x270 ölçülü stolüstü, bir ədəd qutuda ECEM HOME COLLECTİON yorğan-döşək dəsti, bir ədəd qutuda çaynik, bir ədəd FL-Bİ markalı ətdöyən, bir ədəd EMSAN markalı fincan çay seti, bir ədəd qutuda çaynik və kasa, bir ədəd qutuda MADOME COCA butulka, bir ədəd SCHAFER 4,75 LANCER, 6 ədəd nəlbəki dəsti, 2 ədəd qutuda SİLVİA markalı çərəz qabı, 2 ədəd qutuda YA-70 markalı şirniyyat qabı, bir ədəd qutuda Emsan markalı 91 ədəd çatal-bıçaq seti, bir ədəd qutuda KARACA HOME markalı uşaq üçün paltar dəsti, bir ədəd NİLTEKS 6-lıq dəsmal, bir ədəd qutuda EMSAN markalı qapaqlı tava, bir ədəd KARACA markalı 6 ədəd dəsmal, bir ədəd TAC markalı qutuda 2 ədəd havlu, bir ədəd qutuda MAİSON DOR markalı dəsmal dəsti, bir ədəd ERN markalı tost aparatı, 2 ədəd qutuda PUPİLLA markalı 50x90 ölçülü dekorativ süfrə bəzəyi, bir ədəd MOSER 71C önlük, bir ədəd ARMEDA markalı 160x220 ölçülü stol örtüyü, bir ədəd MAİSON DOR markalı dəsmal dəsti, iki ədəd qutuda ATAK markalı stol örtüyü, bir ədəd qutuda ARZUM markalı mikser, bir ədəd ÖZDİLEK markalı yataq dəsti, bir ədəd TAC markalı 6-lıq havlu seti, bir ədəd COTTON BOX cüt nəfərlik yorğan dəsti, bir ədəd at suvineri, bir ədəd quş, güllər və ağac suvineri, bir ədəd toxuma 50x70 ölçülü tablo prosessual qaydada götürülmüşdür. 30 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılarkən ona üzərində qanunla qadağan edilmiş və cinayət yolu ilə əldə edilmiş hər hansı bir əşya və ya pul varsa, könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 üzərində olan bir ədəd bankomat kartını və “SAMSUNG J2 Prime” markalı telefonu təqdim edərək həmin mobil telefonun özünə məxsus olmasını, bankomat kartını isə ünvan 4 ünvanında yerləşən evdən oğurlamasını bildirmişdir. Könüllü olaraq təqdim olunmuş bankomat kartı və mobil telefon prossesual qaydada qablaşdırılaraq götürülmüşdür. 04 yanvar 2023-cü il tarixli təqdim edilmiş telefon məlumatlarının qəbul edilməsi haqqında protokol və həmin protokola ona əlavə edilmiş yazışmaların ekran fotoşəklindən məlum olur ki, Təqsirləndirilən şəxs1 atası Şahid13 özünəməxsus, qara rəngli “Redmi Note 8” markalı telefonu təqdim edərək qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə “Whatsapp” sosial şəbəkəsində yazışdıqlarını və səsli olaraq mesajlaşdıqlarını bildirib, həmin yazılı və səsli mesajlarda qardaşı oğlu Qadir, İbrahimlə birlikdə oğurluq etməsini, həmin oğurluq əşyaları öz evinə, həyətinə yığmasını, həmçinin oğurladıqları əşyaları hara satmalarını qeyd etmişdir. Həmin yazışmalar iş üçün əhəmiyyətli olduğundan onların ekran fotoşəkili çəkilərək işə əlavə edilmişdir. 16 yanvar 2023-cü il tarixli axtarış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Naxçıvan şəhəri, Kalbalıxan küçəsi, ev 34V ünvanında axtarış aparılmış, axtarış zamanı hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi baltanı təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə baltanı damdan götürüb təqdim etmiş, həmin balta prosessual qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 evində cinayət yolu ilə əldə edilmiş, qanunla qadağan olmuş heç bir əşya olmadığını bildirsə də, iş üçün əhəmiyyətli olduğundan hal şahidlərinin iştirakları ilə evdə axtarış aparılmış, lakin iş üçün əhəmiyyətli heç bir əşya aşkar edilməmişdir. 17 yanvar 2023-cü il tarixli axtarış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvələrdən məlum olur ki, Naxçıvan şəhəri, Kalbalıxan küçəsi, ev 27 ünvanında axtarış aparılmış, axtarış zamanı Şahid13 yaşadığı evin zirzəmisindəki bir ədəd samovarın gecə yarısı oğlu Təqsirləndirilən şəxs1 tərəfindən evinə gətirilməsini söyləyib hal şahidlərinin iştirakları ilə həmin samovarı təqdim etmiş, samovara baxış keçirilərək prosessual qaydada götürülmüş, evdə axtarış davam etdirilmiş, lakin axtarış zamanı evdən başqa heç bir sübut əhəmiyyətli cinayət yolu ilə əldə edilmiş, qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. 18 yanvar 2023-cü il tarixli DVD-yə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş DVD-dən məlum olur ki, Şahid13 telefonunda olan səsli mesajların yükləndiyi DVD-yə baxış keçirilmiş, həmin DVD-dəki audio yazılara qulaq asanda Şahid13 və Təqsirləndirilən şəxs2 danışıqlarında İbrahimin oğurluq etməsi, oğurlanan əşyaların hara satılması ilə bağlı səslərin olduğu müşahidə edilmiş, həmçinin səs yazılarına qulaq asan Şahid5 və Təqsirləndirilən şəxs2 səs yazılarındakı şəxslərin özləri olmasını təsdiqləmişlər. İş üçün əhəmiyyətli olduğundan səs yazısı köçürülmüş DVD işə əlavə edilmişdir. 21 yanvar 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən məlum olur ki, Təqsirləndirilən şəxs1 tərəfindən baltanın tanınması aparılmış, o, eyni növdən olan nömrələnmiş vəziyyətdə göstərilən əşyalar arasında müvafiq baltanı göstərərək onu Təqsirləndirilən şəxs2 evdən götürməsini və həmin balta ilə oğurluq etdiyi evdən kondisioneri sökəndə istifadə etməsini bildirmişdir. 21 yanvar 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, 30 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokola əsasən Təqsirləndirilən şəxs1 təqdim etdiyi “SAMSUNG J2 Prime” markalı telefona baxış keçirilmiş, baxış zamanı telefonda olan “Whatsapp” proqramının zənglər bölməsindən aşkar olunan gedib-gələn zənglər iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 23 yanvar 2023-cü il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkildən məlum olur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs1 evdən oğurladığı bir ədəd ağ rəngli, orta böyüklükdə olan ayı oyuncağı “Qədim dünya” kafesində ofisiant işləyən İnci adlı qıza verdiyini bildirdiyindən həmin şəxslə əlaqə saxlanılmış, İnci ləqəbli Şahid9 Təqsirləndirilən şəxs1 ona hədiyyə etdiyi bir ədəd orta böyüklükdə oyuncaq ayını təqdim etmiş, iş üçün əhəmiyyətli olduğundan həmin oyuncaq ayı prosessual qaydada götürülmüş və fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. 24 yanvar 2023-cü il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkildən məlum olur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılan zaman oğurlanmış bir ədəd cins materiallı, boyunu və qolları ağ rəngli tüklə örtülmüş, astarı ağ rəngli olan qadın üçün isti gödəkçəni Təqsirləndirilən şəxs1 “Həyat klubda” ofisiant işləyən Aytən adlı qadına verdiyini bildirdiyindən həmin şəxslə əlaqə saxlanılmış, Şahid10 isə sözügedən gödəkçəni Təqsirləndirilən şəxs1 15 manata aldığını söyləyərək təqdim etmiş, iş üçün əhəmiyyətli olduğundan həmin gödəkçə prosessual qaydada götürülmüş və fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. 25 yanvar 2023-cü il tarixli təqdim edilmiş əşyaların qəbul edilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ifadəsində evdən oğurladığı bir ədəd televizoru və qazanları tanışı Kərimə və onun əmisinə satdığını bildirdiyindən Şahid15 və onun əmisi Şahid16 ilə əlaqə saxlanılmış, Şahid15 Təqsirləndirilən şəxs1 130 manata aldığı 1 ədəd qara rəngli, LG markalı, 42LV3500-TA model, Made in KOREA, MAY 2011 istehsallı, 105 ekran televizoru, Şahid16 isə Təqsirləndirilən şəxs1 70 manata aldığı 1 ədəd qapaqlı və iri qulplu, alminium qazanı, 1 ədəd qapaqlı və balaca qulplu, alminium qazanı, 1 ədəd quplsuz və qapaqsız, alminium qazanı, 1 ədəd Rusiya istehsalı aşsüzəni, 2 ədəd çuğun materiallı balıq tavaları, 2 ədəd 555 yazılan Made in İndia yazılan, diametri 40 sm olan nerjaveyka materiallı padnosu, 1 ədəd diametri 44 sm olan nerjaveyka materiallı padnosu, 1 ədəd diametri 40 sm olan nerjaveyka materiallı padnosu, 1 ədəd diametri 39 sm olan nerjaveyka materiallı padnosu,1 ədəd qulplu nerjaveyka materiallı padnosu təqdim etmiş, iş üçün əhəmiyyətli olduğundan həmin əşyalar hal şahidlərinin iştirakları ilə prosessual qaydada götürülmüş və fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. 01 fevral 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Zərərçəkmiş şəxs özünə məxsus olan, evindən oğurlanmış və istintaq zamanı aşkar edilmiş Azərbaycan Beynəlxalq Banka məxsus ******************** hesab nömrəsi olan, 4127 2093 0051 1174 nömrəli kart hesabının günün əvvəlində və sonunda, 01 yanvar 2020-ci il tarixdən 01 fevral 2023-cü il tarixədək bağlandığı, kart hesabında pul olmadığı göstərilmiş, həmin çıxarış iş üçün əhəmiyyətli olduğundan baxış keçirilərək protokola əlavə edilmişdir. 08 fevral 2023-cü il tarixli mobil telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş bir ədəd diskdən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-5/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs1 məxsus ********* saylı nömrənin 01 sentyabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək olan müddət üzrə mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və hal-hazırkı abunçilərə dair məlumatlar əks olunmuş bir ədəd diskə baxış keçirilmiş, həmin disk iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. 11 fevral 2023-cü il tarixli mobil telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş çıxarışdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-5/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs2 məxsus ********* saylı nömrənin 01 sentyabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək olan müddət üzrə mövcud olan zənglər siyahısına dair çıxarışa baxış keçirilmiş, həmin çıxarış iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. 15 fevral 2023-cü il tarixli oğurlanmış televizorun sahibinə qaytarılması haqqında protokol və həmin protokola əlavə edilmiş aktdan məlum olur ki, Zərərçəkmiş şəxs 15 fevral 2023-cü il tarixli ərizəsi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən evindən oğurlanan və Şahid15 təqdim etdiyi 1 ədəd qara rəngli, LG markalı, 42LV3500-TA model, Made in KOREA, MAY 2011 istehsallı,105 ekran televizor məişətdə gündəlik istifadə olunan əşya olduğundan sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 16 fevral 2023-cü il tarixli təqdim edilmiş əşyanın qəbul edilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkildən məlum olur ki, ünvan 13 ünvanında yaşayan Şahid6 bir ədəd maqnitofonu təqdim edərək onu Təqsirləndirilən şəxs1 40 manata aldığını bildirmiş, iş üçün əhəmiyyətli olduğundan Nissan markalı, PP-3091T model, serial No ******* olan maqnitofon prosessual qaydada götürülmüş və fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. 30 mart 2023-cü il tarixli mobil telefon məlumatlarının əks olunduğu diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş çıxarışdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-5/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Şahid2 Elbrus qızına məxsus ********* saylı nömrənin 01 sentyabr 2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək olan müddət üzrə mövcud olan zənglər, sms-lər, abunçilər haqqında məlumatlar əks olunmuş bir ədəd diskə baxış keçirilmiş, həmin disk iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. 06 aprel 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan məlum olur ki, ünvan 14 ünvanında yaşayan X8 06 aprel 2023-cü il tarixli ərizəsi əsasında yaşadığı evdən oğurlanmış və Şahid10 təqdim etdiyi bir ədəd cins materiallı, boynu və qolları tüklü, qadın üçün isti gödəkçə sahibi Sabit Həşimova qaytarılmış, heç bir şikayət və tələbi yoxdur. 08 aprel 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında aktdan məlum olur ki, Zərərçəkmiş şəxs 08 aprel 2023-cü il tarixli ərizəsi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən evindən oğurlanan və 08 aprel 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, oğurlanmış və istintaqa təqdim edilmiş əşyalar, Naxçıvan şəhər sakini Şahid2 Elburs qızının yaşadığı ünvan 12 ünvanındakı evindən baxış zamanı götürülmüş bir ədəd kvadrat manqal setkası, bir cüt “tentyvin” şəffaf transparent müayinə əlcəyi, bir ədəd EMSAN markalı aşsüzən, bir ədəd EMSAN markalı 7 parça bıçaq dəsti, bir ədəd GELİN STEME markalı gəlin nevresim takımı, bir ədəd KİWA markalı 2 mərtəbəli qab setkası-tabaqlıq, bir ədəd qutuda 9 parçalıq Emsan markalı qazan dəsti, bir ədəd Emsan markalı paslanmaz havluluk, bir ədəd qutuda HANİMELİ HOME TEXTİLE markalı pike takımı, bir qutu KARACA markalı “LUXURY SERVİS”i, bir ədəd TAC markalı boşqab dəsti, bir ədəd GONDOL markalı armudvari kaydırmaz kesim panosu-taxtası, bir ədəd GONDOL markalı dördbucaq taxta, bir ədəd PENGUEN markalı doğrama taxtası, bir ədəd dairəvi “COOKER” markalı doğrama taxtası, bir ədəd qutuda CHERRY CORER markalı qab, 2 ədəd qutuda SEVEN STAR GERMANY markalı bıçaq dəsti, 2 ədəd qutuda KAVEH GLASS İNDUSTRY GROOP markalı şüşə qab, bir ədəd qutuda EMSAN CERA-MONİ seramik kıyıcı bıçaq, bir qutuda MARİBOR markalı 3 ədəd pamuk havlu, bir cüt çəhrayı rəngli LC Waikiki markalı ev ayaqqabısı, bir cüt ağ cizgili olan ev ayaqqabısı, bir cüt çəhrayı rəngli damalı tam ev ayaqqabısı, bir ədəd krem rəngli POLARİS markalı qadın əl çantası, bir ədəd CUSLERY SERİES markalı taxta qaşıq, bir ədəd SERA markalı akıllı folyo-falqa, bir ədəd NİHALE markalı silikon qazan altlığı, bir ədəd ACORD markalı 12-lik sarı rəngli bez, bir ədəd EMSAN markalı paslanmaz çelik mutfak əşyaları bakım seti, bir ədəd EASY FİLTER markalı çay dəmləmək üçün setka, HE-XLHOCTЬ ЧEXOL ПA УТЮГ ТЕФЛОПОЫИЙ adlı ütü çexolu, bir ədəd BİG PRİZE maraklı çamaşır makinesi filesi, ACORD markalı göy rəngli 12-lik bez, bir ədəd CETKA ДЛЯ ГЛАЖЕНИД adlı ütü altı təmizləyən, bir ədəd KAPAHSAИ ПЯTH016 üstü altına çəkilən qələm, bir ədəd EQQ- SLİCER markalı yumurta soyan, bir ədəd NİHALE alma şəkilli silikon qazan altlığı, bir ədəd qutuda qırmızı rəngli dördbucaq kek qabı, bir ədəd dairəvi çəhrayı rəngli kek qabı, bir ədəd ayı formalı kek qabı, bir ədəd qutuda 3 PCS CAKE PLATE adlı çərəz qabı, 4 ədəd bıçaq 6-lı setdə, TRAMORTİNA markalı bir ədəd qutuda KARACA markalı 22 cm derin tencere qazan, bir ədəd qutuda GEEPAS markalı ağ rəngli mikser, bir ədəd BERLİN GASTRO markalı qapaqlı qazan, bir ədəd BURSAN markalı 5-li böyükdən kiçiyə bıçaq dəsti, 2 qutuda 6 ədəd PAŞABAHÇE markalı 4 künclü stəkan, bir ədəd qutuda EMSAN markalı REYHAN 3-lü salat servisi, bir ədəd qutuda ZOOM BY ARZUM PENDY tyorka, bir ədəd SERA markalı STRES FİLM, bir ədəd üzərində GÜLNARƏ yazılan fincan, bir ədəd sarı rəngli saxlama qutusu, bir ədəd KARACA HOME HELLA KİTTY fincan-boşqab, bir ədəd qutuda 7 STAR markalı 7S-469 NİCKEL PLATET GADGET seti, bir qutuda EMSAN markalı 3 ədəd VERNA böyük saxlama qabı, bir qutuda 3 ədəd olmaqla PAŞA BAHÇE su stəkanı, bir ədəd qutuda TAC markalı EVERDAY RANFORCE nevresim takımı, bir ədəd BELİNDA qutusunun içərisində mətbəxdə istifadə olunan xırdavat əşyaları, bir ədəd qutuda MERCAN markalı 6 ədəd dəsmal, 2 ədəd çəhrayı qazanaltlığı, 3 ədəd asılqan, bir ədəd İNDECOR markalı salfet qabı, 2 ədəd eyni markalı süngərlik, bir ədəd sarı-ağ rəngli mətbəx parçaları, SERA markalı 8 metr yağlı bişirmə kağızı, bir ədəd qutuda MAİSON DOR PARİS COTTON BAMBOO markalı dəsmal, bir ədəd EMSAN markalı 6-lıq ədviyyat seti, bir ədəd qutuda NOVİNFRİM PATOTO CHİPPER kartof doğrayan, bir ədəd qutuda NİCER DİCER PLUS GENİUS salatdoğrayan, bir ədə qutuda MAGİC COLLECTİON TABLE CLOTE sol örtüsü, bir ədəd qutuda NARİN 160x220 ölçülü stol örtüsü, bir ədəd SOFT GRİP PEYS markalı 2 qutu şipilka, bir ədəd JYRAD COLLECTİON kəpkir, bir ədəd GENS kəpkir, bir ədəd KLODE silikon şotkular, bir ədəd GUAN XİONG markalı mətbəx qayçısı, bir ədəd ROOC markalı bıçaq, bir ədə LİJACHENG CHOPPER markalı dəhrə, bir ədəd MAİSOR DOR Paris ağ rəngli dəsmal, bir ədəd Emsan markalı ROSTO tepsi padnosu, 2 ədəd rus istehsallı padnos, bir ədəd cüt nəfərlik İstanbul markalı balınclar, bir ədəd ELİTE GOOSE DOWN PİLLOW markalı yastıq, bir ədəd ZOOM BY ARZUM qarışdırma süharisi, bir ədəd GİPFEL markalı limon sıxan, 3 ədəd qutuda PAREX markalı buzdolabı poşeti, bir ədəd KİLLİYO FİSH KNİFE markalı balıq təmizləyən, bir ədəd PELİTTE NUT CHEESE GRATER çərəzçəkən, bir ədəd EMSAN markalı Reyhan 3-lü servis pasta servisi, bir sellofanda TEMA POLİETİİLEN markalı 100 ədəd pingivin sellofan, bir ədəd qutuda PRİMER markalı mətbəx tərəzisi, bir ədəd EMSAN markalı seramik 3 parça setli bıçaq dəsti, bir ədəd qutuda RAND STAİNER markalı HİGH QUALİTE STALİNESS STEEL kek-tort qəlibi, bir ədəd qutuda KARACA HOME markalı 13 parça uşaq seti, bir ədəd NARMİNE markalı adyal, bir ədəd qutuda ARZUM markalı çoxfunksiyalı bişirmə qazanı, bir ədəd qutuda Emsan markalı 6 ədəd iç-içə qazan dəsti, bir ədəd piano çalan qız suvineri, bir ədəd CEYSON markalı qadın oyması, bir ədəd qırmızı qutuda YA-70 markalı 8 bıçaqlı qab, bir ədəd DEFORETO BABY uşaq bodisi, bir ədəd DEVANTTE ELEGANE TİGHTS, bir ədəd sellofan qutu içərisində dəsmallar, bir ədəd taxta qaşıq dəsti, bir ədəd qırmızı rəngli ürək-ulduzvari kek qabları, bir ədəd plastmas dərin çanaq, bir ədəd LOCK FRESH markalı 3-lü saxlama qabı seti, bir ədəd qutuda su ölçən qab, bir ədəd dördbucaq saxlama qabları, bir ədəd qutuda YENİ İNCİ sütuyun yıkma kofesi, bir ədəd sellofanda 5 ədəd aşsüzən və çanaqlar, SUNCADE markalı PRATİCAL POMEGRANATE EXTRACKT nar təmizləyən, bir ədəd MUG M460 paltaryuyana deterjan tökmək üçün qab, bir ədəd POLY TİME salatdoğrayan, bir ədəd İRAK HOME DENY markalı diş fırça qabı, 2 ədəd fərqli ölçülü saxlama qutuları, 3 ədəd PAŞA BAHÇE stəkan bir yerdə, bir ədəd Emsan markalı seramik içkaplamalı tava, üç ədəd olmaqla bir yerdə içiçə dəmir çanaqlar, 4 ədəd geniş miqyaslı çini kasa, bir ədəd qulplu çanaq, bir ədəd Emsan markalı BALDCE 20 sm tava, bir ədəd pəmbə rəngli saat, bir ədəd qaz somavarı, bir ədəd qutuda Emsan markalı 28x18 sm ölçülü DEMRE MAKSİ dərin qazan, bir ədəd EMSAN LOW COSSERDE 32x12 dayaz qazan, SEVEN 7 STAR markalı GERMANY meyvə çəkən aparat, bir ədəd qutuda DUCK SET OF 2 ATİSTİC HAND COLLECTİON CORVERD qu quşu dəsti, bir qutuda EVLEN HOME COLLECTİON cüt nəfərlik yorğan dəsti, bir ədəd qutuda HARAPPA 150x270 ölçülü stolüstü, bir ədəd qutuda ECEM HOME COLLECTİON yorğan-döşək dəsti, bir ədəd qutuda çaynik, bir ədəd FL-Bİ markalı ətdöyən, bir ədəd EMSAN markalı fincan çay seti, bir ədəd qutuda çaynik və kasa, bir ədəd qutuda MADOME COCA butulka, bir ədəd SCHAFER 4,75 LANCER, 6 ədəd nəlbəki dəsti, 2 ədəd qutuda SİLVİA markalı çərəz qabı, 2 ədəd qutuda YA-70 markalı şirniyyat qabı, bir ədəd qutuda Emsan markalı 91 ədəd çatal-bıçaq seti, bir ədəd qutuda KARACA HOME markalı uşaq üçün paltar dəsti, bir ədəd NİLTEKS 6-lıq dəsmal, bir ədəd qutuda EMSAN markalı qapaqlı tava, bir ədəd KARACA markalı 6 ədəd dəsmal, bir ədəd TAC markalı qutuda 2 ədəd havlu, bir ədəd qutuda MAİSON DOR markalı dəsmal dəsti, bir ədəd ERN markalı tost aparatı, 2 ədəd qutuda PUPİLLA markalı 50x90 ölçülü dekorativ süfrə bəzəyi, bir ədəd MOSER 71C önlük, bir ədəd ARMEDA markalı 160x220 ölçülü stol örtüyü, bir ədəd MAİSON DOR markalı dəsmal dəsti, iki ədəd qutuda ATAK markalı stol örtüyü, bir ədəd qutuda ARZUM markalı mikser, bir ədəd ÖZDİLEK markalı yataq dəsti, bir ədəd TAC markalı 6-lıq havlu seti, bir ədəd COTTON BOX cüt nəfərlik yorğan dəsti, bir ədəd at suvineri, bir ədəd quş, güllər və ağac suvineri, bir ədəd toxuma 50x70 ölçülü tablo, bir dəst Karaca setinin içərisində olan bir ədəd qutuda şüşə materiallı dolça, 2 qutuda 12 ədəd rumka, 2 qutuda 12 ədəd bardaq, 2 qutuda 12 ədəd olmaqla çay stəkan və nəlbəkisini, həmçinin bir ədəd böyük güldan, bir ədəd ağ rəngli, üstündə göy rəngli paltarı olan, oyuncağın ayağında ürək şəkilli göy işləmələri olan orta böyüklükdə ayı oyuncağı, bir ədəd qapaqlı və iri qulplu diametri 44 sm, dərinliyi 27,5 sm olan alminium qazanı, bir ədəd qapaqlı və balacaq qulplu diametri 52 sm, dərinliyi 18,5 sm olan alminium qazanı, bir ədəd qulpsuz və qapaqsız dar boğazının diamteri 50 sm, dibinin diametri 63 sm, dərinliyi 35 sm olan alminium qazan, bir ədəd Rusiya istehsalı diametri 35 sm olan aşsüzən, 2 ədəd dərinliyi 5 sm, diametri 37,5 sm çuğun materiallı balıq tavaları, 2 ədəd 555 yazılan Made in İndia yazılan diametri 40 sm olan nerjaveyka materiallı padnoslar, bir ədəd diamteri 44 sm olan nerjaveyka materiallı padnos, bir ədəd diamteri 40 sm olan nerjaveyka materiallı padnos, bir ədəd diamteri 39 sm olan nerjaveyka materiallı padnos, bir ədəd qulplu 40x25 sm ölçülü nerjaveyka materiallı padnos, Nissan markalı PP-3091T model, serial No ******* olan maqnitofon təhvil verilmişdir. Şahid13 evinin zirzəmisindən aşkar edilərək prosessual qaydada götürülmüş bir ədəd samovar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əl-barçaq izlərinə uyğun gəlmədiyindən məhv edilmiş, SAMSUNG GALAXY J2 SM-J250 markalı mobil telefon və beynəlxalq banka məxsus üzərində SULEYMAN HASANOV yazılan 4127 2093 0051 1174 hesab nömrəli bankomart kartı və balta saxlanılması üçün Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmiş, həmçinin Zərərçəkmiş şəxs ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən məişətdə gündəlik istifadə olunan həmin əşyalar ona aktla qaytarılmış, həmçinin Şahid10 təqdim etdiyi bir ədəd cins materiallı boyunu və qolları ağ rəngli tüklə örtülmüş, astarı ağ rəngli olan qadın üçün isti gödəkçəsi isə ərizəyə əsasən X12 aktla qaytarılmışdır. Şahid15 təqdim etdiyi 1 ədəd qara rəngli, LG markalı, 42LV3500-TA model, Made in KOREA, MAY 2011 istehsallı,105 ekran televizor məişətdə gündəlik istifadə olunan əşya olduğundan sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 07 yanvar 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. 18 fevral 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 23 yanvar 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdədir. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 4 №li sahə inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 mənfi, Təqsirləndirilən şəxs2 müsbət, Zərərçəkmiş şəxs isə müsbət xarakterizə olunmuşdurlar. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini düzgün olmayaraq CM-nin 177.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 №-li Qərarının 27-ci bəndində göstərilir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. İş üzrə zərərçəkmiş səxs Zərərçəkmiş şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ifadələrində evindən oğurlanməş əmlakların adlarını göstərsə də, onların ayrı-ayrılıqda qiymətlərini göstərməmiş və mücərrəd olraq ona altmış min manatdan çox ziyan dəydiyini göstərmişdir. Bundan başqa S. Həsənov ifdadlərində hər birinin qiyməti 2000 ABŞ dolları dəyərində olan 12 ədəd özəlləşdirmə çeklərinin də oğurlandığını qeyd etsə də, Azərbaycan Respublikası Prezidentinin 04 yanvar 2011-ci il tarixli Fərmanı ilə həmin çeklər dövriyyədən çıxarılmış və hazırda heç bir dəyəri yoxdur. Cinayət işinin materiallarında olan 07 aprel 2023-cü il tarixli, 213 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və edilməyən müxtəlif adda malların (təqdim edilməyən malların dəyəri nəzəri qaydada hesablanmaqla) orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21525,00 (iyirmi bir min beş yüz iyirmi beş) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan qiymətləndirmədən sonra qaytarılan malların siyahısı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuşdur.Həmin siyahıdan görünür ki,qaytarılan malların yekun dəyəri 9291 manat təşkil edir. Zəzərcəkmiş şəxsə 12.234 manat ödəilməmiş məbləg qalmışdır. Göründüyü kimi istintaq orqanı zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi özünün qiymətləndirməsinə görə 60 (altmış) min manat dəyərindən artıq əmlakının oğurlandığı qənaətinə gələrək təqsirləndirilən şəxslərə CM-nin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, .... maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, ....başa düşülür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatlsrı nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə daxil olmaqla zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Onun özünü müdafiə xarakterli uydurma ifadələri aşağıdakı qaydada təkzib olunur. Təqsirləndirilən şəxs Q. Cəfərov həm ibtidai istintaq vaxtı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərdi ki, əmisi oğlu İ. Cəfərzadə oğurluq etməsini əvvəlcədən ona demişdir. Təqsirləndirilən şəxs Q. Cəfərov əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə oğurlanmış əmlakların bir qismini birlikdə satmışlar. Oğurluqda alət kimi istifadə olunan balta Təqsirləndirilən şəxs2gilə aiddir və istintaq orqanı həmin baltanı onların həyətindən aşkar edərək götürmüş və maddi sübut kimi tanıyaraq cinayət işinin materiallarına əlavə etmişdir. 04 yanvar 2023-cü il tarixli təqdim edilmiş telefon məlumatlarının qəbul edilməsi haqqında protokol və həmin protokola ona əlavə edilmiş yazışmaların ekran fotoşəklindən məlum olur ki, Təqsirləndirilən şəxs1 atası Şahid13 özünəməxsus, qara rəngli “Redmi Note 8” markalı telefonu təqdim edərək qardaşı oğlu Təqsirləndirilən şəxs2 ilə “Whatsapp” sosial şəbəkəsində yazışdıqlarını və səsli olaraq mesajlaşdıqlarını bildirib, həmin yazılı və səsli mesajlarda qardaşı oğlu Qadir, İbrahimlə birlikdə oğurluq etməsini, həmin oğurluq əşyaları öz evinə, həyətinə yığmasını, həmçinin oğurladıqları əşyaları hara satmalarını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə Zərərçəkmiş şəxs evindən əmisi oğlu Təqsirləndirilən şəxs2la birgə oğurluq etmələrini göstərmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 №-li Qərarının 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçılar arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edırsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa)... onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə olan hallarda əməlin tövsifi uçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, “İİ Vətən Müharibəsi”ndə iştirak edərək Laçın uğrunda gedən döyüşlərdə yaralanmasını, idman sahəsindəki nəailiyyətlərini, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, müsbət xarakterizə olunmasını, o cümlədən oğurladıqları əmlakların xeyli hissəsinin zərərçəkmiş şəxsə qaytarılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələrində təqsirlərinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, onlara təqsirli bilindikləri maddələr üzrə cəza kimi məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə onlara daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onlar üçün daha çox məhrumiyyətlər yaradacaq. Bu isə onlara və ailə üzvlərinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onları islah etməyə kifayət edəcək. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-1/2023 nömrəli, 01 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-10/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 30 dekabr 2022-ci il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 4 (dörd) gün müddət, eləcə də Təqsirləndirilən şəxs2 23 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onlar dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli , onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni Naxçıvan şəhəri, Kalbalıxan küçəsi, ev 27 -də , Təqsirləndirilən şəxs2 isə , ünvan 15 - də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində onlara elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzalarını çəkdikləri dövrdə onların davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək Naxçıvan şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayət işi üzrə maddi sübut olan SAMSUNG GALAXY J2 SM-J250 markalı mobil telefon, Azərbaycan Beynəlxalq Banka məxsus üzərində SULEYMAN HASANOV yazılan 4127 2093 0051 1174 hesab nömrəli bankomart kartı Zərərçəkmiş şəxs qaytarılmalıdır. - Cinayət işi üzrə maddi sübut olan balta Təqsirləndirilən şəxs2 atası X9 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və PC AZE C01043322 nömrəli pasport, Təqsirləndirilən şəxs2 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və PC AZE C01176700 nömrəli pasport cəzanı icra edən orqana göndərilməlidir. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə daktiloskopik ekspertizasına görə 61,29 (altmış bir) manat (iyirmi doqquz) qəpik məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 991.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının CM-nin 991.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 dekabr 2022-ci il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 4 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 1 (bir) il 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki ) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Naxçıvan şəhəri, Kalbalıxan küçəsi, ev 27 ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 10 (on) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı , ünvan 15 ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayət işi üzrə maddi sübut olan SAMSUNG GALAXY J2 SM-J250 markalı mobil telefon, Azərbaycan Beynəlxalq Banka məxsus üzərində SULEYMAN HASANOV yazılan 4127 2093 0051 1174 hesab nömrəli bankomart kartı Zərərçəkmiş şəxs qaytarılsın. - Cinayət işi üzrə maddi sübut olan balta Təqsirləndirilən şəxs2 atası X9 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və PC AZE C01043322 nömrəli pasport, Təqsirləndirilən şəxs2 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi və PC AZE C01176700 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə məhkəmə daktiloskopik ekspertizasına görə 61,29 (altmış bir) manat (iyirmi doqquz) qəpik məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1 Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar