Məhkəmə qərarları › İş №1(109)-7/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-7/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-7/2024 13.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Məmmədov Hüseyn Məmməd (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 04 fevral 1973-cü ildə Türkiyə Respublikası İstanbul şəhərinin, Arnavutköy rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının İstanbul şəhəri, Arnavutköy rayonu, Merkez məhəlləsi, Nurçin küçəsi, bina 13/7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2-ci və 234.1-1-ci mаddələri ilə təqsirləndirilir ondan ötrü ki, о, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 2,850 qramdan artıq, külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib bir qismini istifadə etdikdən sonra qalanını əynindəki şalvarın sağ balaca cibində gizlədərək saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində X9 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Həmin vaxt onun üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X9nun əməkdaşları tərəfindən şəxsi yoxlama aparılarkən 4 ədəd bükümdə təmiz çəkiləri 0,896 qram, 0,787 qram, 0,702 qram və 0,465 qram təşkil edən ümumilikdə təmiz çəkisi 2,850 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 30 ildir yük-nəqliyyat vasitələrində sürücü işləməklə Türkiyə Respublikası daxilində və xarici ölkələrə müxtəlif təyinatlı yüklər aparmışdır. 07 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “Ray” nəqliyyat şirkətinə məxsus 76AAR595/76AAR594 dövlət qeydiyyat nişanlı, "Mercedes- Benz” markalı yük-nəqliyyat vasitəsinə Türkiyə Respublikasının Mersin şəhərində limanda yükü yığdıqdan sonra Sədərək gömrük keçid məntəqəsindən keçib Naxçıvan Muxtar Respublikasına, oradan da Culfa gömrük postundan keçərək İran İslam Respublikasına getmiş və İran İslam Respublikasının Tehran şəhərinin Şəhriyar gömrüyündə yükü boşaltmışdır. 14 oktyabr 2023-cü il tarixdə Təbriz şəhərindən təbii qaz avadanlıqları yükləyib, Türkiyə Respublikasına getmək üçün gömrüyə gəlmişdir. İran İslam Respublikası tərəfdə gömrükdə sıra olduğu üçün bir neçə gün gözlədikdən sonra 17 oktyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrüyünə daxil olmuşdur. Gömrükdə nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra gömrük əməkdaşı ona yaxınlaşıb üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş və avtomobilə, o cümlədən, daşıdığı yükə baxış keçirəcəyini bildirmişdir. Həmin vaxt gömrük əməkdaşına özünün istifadə etməsi üçün 2 qutu siqaretinin olduğunu söyləmişdir. Gömrük əməkdaşı tərəfindən idarə etdiyi yük-nəqliyyat vasitəsinə baxış keçirilərkən kabin hissədə olan zibilləri yığdığı sellofan paketin içərisindən psixotrop maddə istifadə etmək üçün lazım olan şüşə kolba aşkar edilmiş, sonra üzərinə şəxsi yoxlama keçirilmiş, əyninə geyindiyi şalvarın sağ balaca cibindən bükümlərin içərisinə qoymuş olduğu ümumi çəkisi təxminən 3 qram olan 4 büküm kristal aşkar edilmişdir. Əvvəllər Türkiyədə bir neçə dəfə “ot” deyilən marixuana narkotik vasitəsindən istifadə etmişdir. Üzərindən aşkar olunmuş 2,850 qram metamfetamin psixotrop maddəsini İran İslam Respublikasında olarkən əvvəlcədən tanımadığı türk vətəndaşı olan sürücülərdən almış, həmin şəxslərlə İran İslam Respublikasının Poldəşt şəhərində gömrükdə gözləyərkən tanış olmuş, birlikdə oturub yemək yeyib, çay içmişlər. Həmin vaxt yuxusuz və halsız olduğunu görüb ona kristal deyilən maddəni verərək istifadə etməsini, yuxusuzluğa yaxşı gəldiyini demişlər. Onlardan həmin maddəni necə istifadə edəcəyini soruşduqda isə şüşə kolba verərək yandirib kolba vasitəsilə istifadə etməsini bildirmişlər. Həmin şəxslərin dediyi kimi maddəni şüşə kolbanın içərisində yandıraraq tüstüsünü ağzından içəri çəkmişdir. Daha sonra istifadə etməsi üçün ona 4 büküm kristal maddə vermişlər. Həmin bükümləri əynindəki şalvarın sağ balaca cibinə qoyaraq gömrüyə daxil olmuşdur. Metamfetamin psixotrop maddəsini ona verən şəxsləri əvvəllər tanımamış, həmin maddəni yuxusuz qaldığı zamanlarda istifadə etmək üçün almışdır. Aldığı psixotrop maddələri Şahtaxtı gömrüyünə keçməmişdən əvvəl 2 dəfə, birinci dəfə həmin maddəni ona verən türk vətəndaşları ilə şüşə kolba vasitəsilə istifadə etmiş, onlar getdikdən sonra isə “Coca Cola” içkisinin içərisinə qataraq qəbul etmişdir. Metamfetamin psixotrop maddəsini aldığı şəxslərə metamfetaminə görə 400 türk lirəsi pul vermiş, həmin maddəni öz istifadəsi üçün almış, başqa kimsəyə verməmişdir. Əvvəllər Azərbaycan Respublikası ərazisindən narkotik vasitə və ya psixotrop maddə keçirməmiş, idarə etdiyi 76AAR595/76AAR594 nömrəli, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsində ifadəsi alınan zaman üzərindən aşkar olunmuş metamfetamin psixotrop maddəsini İran İslam Respublikasında 2 nəfər tanımadığı türk vətəndaşından aldığını, həmin maddəni ona gömrükdən keçirməsi üçün verdiklərini, gömrükdən keçirdikdən sonra isə həmin maddəni Türkiyə Respublikası Dilucu gömrük keçid məntəqəsində ondan alacaqlarını bildirsə də, əsl həqiqətdə, həmin maddələrə görə 400 türk lirəsi verərək özünün istifadə etməsi üçün almış, sadəcə həmin türk vətəndaşları ilə sağollaşan zaman onlar da Türkiyə Respublikasına getdiklərindən orada görüşərik demiş, üzərindən aşkar olunmuş metamfetamin psixotrop maddəsi ilə saxlanılan zaman həmin maddədən istifadə etdiyindən o cür ifadə vermişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs ilkin ifadəsi alınarkən ona qarşı hər hansı formada fiziki güc, təsir və təzyiq olunmadığını, törətdiyi əmələ görə peşman olduğunu, xəstə övladının və yaşlı valideynlərinin olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, bir ildən artıq müddətdir gömrük orqanlarında xidmət edir. Hazırda “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində çalışır. 17 oktyabr 2023-cü il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda xidmət aparmışdır. İdxal istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda olarkən 76AAR595/76AAR594 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi giriş istiqamətində yük-nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmışdır. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ilkin olaraq nəqliyyat vasitəsini VAİS-də qeydiyyata aldırıb pasport nəzarətindən keçmiş, daha sonra, o, nəqliyyat vasitəsinə yaxınlaşıb Təqsirləndirilən şəxs sorğu-sual etmiş, ondan vətəndaşlığı, şəxsiyyəti və səfərinin məqsədi barədə, həmçinin üzərində və ya idarə etdiyi yük-nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs avtomobildə qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə biraz söhbətdən sonra onun idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağı qərara almış, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin qeyd edildiyi türkcə bildirişi təqdim etmiş və iki nəfər hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində olan qara rəngli sellofan paketin içərisindəki zibillərin arasından psixotrop maddə qəbul etmək üçün istifadə olunan 1 ədəd şüşə kolba aşkar etmişdir. Nəqliyyat vasitəsindən sözügedən kolbanı aşkar etdikdən sonra şübhələndiyi üçün Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirməyi qərara almış, şəxsi yoxlama keçirmək üçün müəyyən olumuş yerdə iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ balaca cibindən qablaşdırma ilə birlikdə təxmini çəkisi 3,414 qram olan duz kristalları formasında psixotrop maddəyə bənzər kütlələr aşkar etmişdir. Yoxlama və götürmə barədə müvafiq protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən protokol imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid3 оğlu ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixində “Şahtaxtı” gömrük postuna yük boşaltmaq üçün fəhlə kimi getmiş, yük boşaltdığı zaman Firudin adlı gömrük əməkdaşı onu çağırmış, İrandan gələn Türkiyə vətəndaşı Yavuz adlı sürücünün idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini deyib onu hal şahidi kimi dəvət etmiş, etiraz etməyərək Firudin ilə nəqliyyat vasitəsinin yoxlanılacağı yerə getmişdir. Onunla birlikdə fəhləlik edən Şahid2 də orada olmuşdur. Firudin nəqliyyat vasitəsini yoxlayan zaman avtomobilin kabinində qara rəngli sellofan paketin içərisindəki zibillərin arasından 1 ədəd şüşə kolba aşkar etmiş və həmin kolbanın psixotrop maddə istifadə etmək üçün istifadə oluna biləcəyini demişdir. Nəqliyyat vasitəsindən şüşə kolba aşkar edildikdən sonra Firudin şübhələnib şəxsin üzərində yoxlama keçirmək qərarına gəlmiş və Firudin müəllimlə şəxsi yoxlama keçirəcəyi otağa getmişlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ balaca cibindən 3 ədəd şəffaf sellofan paketdə və 1 ədəd sarı yapışqan bantla yapışıdırlmış duz kristalları formasında olan kütlələr aşkar edilmişdir. Aşkar olunmuş bükümlər barədə protokol tərtib edilmiş və onlar da imzalamışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd bükümdə olan həmin maddəni İran İslam Respublikasının Poldəşt gömrüyündə ona türk vətəndaşı olan sürücülərin verdiyini və Türkiyə Respublikasının Dilucu gömrüyündə onlara qaytaracağını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 оğlu Şahid3 оğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – - 18 oktyabr 2023-cü tarixli, 1040 nömrəli Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X5-kimyəvi və Bioloji ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd balaca kağız zərfdə təqdim olunmuş 3 (üç) ədəd balaca sellofan paketdə və 1 (bir) ədəd sarı rəngli borucuq formasında plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri – 0,896 qram; 0,787 qram; 0,702 qram; 0,465 qram, ümumi təmiz çəkisi – 2,850 qram olan ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı, İİ bənd, sıra № 27). Ekspertizanın keçirilməsi zamanı: - tədqiqata 0,04 qram miqdarda metamfetamin psixotrop maddəsi sərf olunmuş, 2,810 qram miqdarda metamfetamin psixotrop maddəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X2: - 30 oktyabr 2023-cü il tarixli, 395 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamin narkomaniyası aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı var. - 30 oktyabr 2023-cü il tarixli, 396 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “aqorafobiya” psixi xəstəliyi vardır. O, anlaqlıdır, həmçinin, onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuş və hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 17 oktyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 76AAR595/76AAR594 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı həmin nəqliyyat vasitəsinin kabinində olan qara rəngli sellofan paketin içərisindəki zibillərin arasından psixotrop maddə qəbul etmək üçün istifadə olunan bir ədəd şüşə kolba aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra yük nəqliyyat vasitəsində olan yük yoxlanılmış, heç nə aşkar edilməmişdir. - 17 oktyabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ balaca cibindən qablaşdırma ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 0,835 qram, 1,027 qram və 0,915 qram olan 3 (üç) ədəd sellofan paketdə və qablaşdırma ilə birlikdə çəkisi 0,637 qram olan 1 (bir) ədəd yapışqan bantla sarılmış büküm olmaqla ümumilikdə qablaşdırma ilə birlikdə çəkiləri 3,414 qram olan duz kristalları formasında psixotrop maddəyə bənzər kütlələr aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung Galaxy A03 Core” markalı, İMEİ1: **********84245; İMEİ2: **********84248 nömrəli, bir ədəd “Samsung Galaxy A02S” markalı, İMEİ1: **********45415; İMEİ2: **********45414 nömrəli mobil telefonlar, xarici vətəndaşa məxsus U20230476 nömrəli pasport götürülmüşdür. - 20 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE) baxış keçirilmiş, baxış zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə Culfa sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikasına getmiş, 17 oktyabr 2023-cü il tarixdə, saat 16:22-də Şahtaxtı sərhəd nəzarət məntəqəsi vasitəsilə Azərbaycan Respublikasına girmişdir. - 23 noyabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X6 göndərilmiş tələbnaməyə verilmiş 24 noyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 400 türk lirəsi qarşılığında külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib bir qismini istifadə etdikdən sonra qalanını əynindəki şalvarın sağ balaca cibində gizlədib saxlamaqla daşıması, 17 oktyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində X9 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etməsi, həmin vaxt Naxçıvan Baş Gömrük İdarəsinin X9nun əməkdaşları tərəfindən onun üzərində şəxsi yoxlama aparılarkən 4 ədəd 0,896 qram, 0,787 qram, 0,702 qram və 0,465 qramdan ibarət bükümdə olmaqla, ümumilikdə təmiz çəkisi 2,850 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi təqsirləndirilən şəxs X4 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama .... daşıma həmin Məcəllənin 234.1-1-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-1-ci mаddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 7 (yeddi) ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, qızının “skolioz” xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin – 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2,810 qram miqdarda metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd şüşə kolba məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd “Samsung Galaxy A02S” və 1 (bir) ədəd “Samsung Galaxy A03 Core” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U20230476 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 2,810 qram miqdarda metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd şüşə kolba məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus - 1 (bir) ədəd “Samsung Galaxy A02S” və 1 (bir) ədəd “Samsung Galaxy A03 Core” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U20230476 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar