Məhkəmə qərarları › İş №1(109)-7/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-7/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-7/2025 06.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 16:25 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə 12 dekabr 1990-cı il tarixində Türkiyə Respublikasının Hatay şəhərində doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, sürücü işləyən, Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonu, Adabucak məhəlləsi, Tayfur Sökmen küçəsi, 73/2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə və xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 11 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq 996,874 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini və 7,250 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirməklə Türkiyə Respublikasına aparacağı barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən tamah və satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 996,874 qram psixotrop maddə metamfetamini və 7,250 qram narkotik vasitə qurudulmuş marixuana narkotik vasitəsini 2000 ABŞ dolları müqabilində Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının gömrük sərhəddindən keçirməklə Türkiyə Respublikasında istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə idarə etdiyi 31ARD186/31AG577 qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsinin dartıcısının sürücü oturacağı tərəfindəki qapısının aşağısında olan pilləkənin arxa hissəsindəki boşluqda ümumi təmiz çəkisi 996,874 qram metamfetamin psixotrop maddəsini və 7,250 qram qurudulmuş mariuxana narkotik vasitəsini saxlamış, 11 sentyabr 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımaqla, həmin gün saat 17 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün gömrük əməkdaşları tərəfindən keçirilən yoxlamalar nəticəsində idarə etdiyi yük nəqliyyat vasitəsinin dartıcısının sürücü oturacağı tərəfindəki qapısının aşağısında olan pilləkənin arxa hissəsindəki boşluqdan 2 ədəd 184,740 qram və 812,074 qramdan ibarət bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 996,814 qram xüsusilə külli miqdarda ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 ədəd bükümdə 7,250 qram olan xeyli miqdarda tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və əyninə geyindiyi boz rəngli şalvarın sol arxa cibindən təmiz çəkisi 0,060 qram az miqdarda ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, yük nəqliyyat vasitələrində 10 ildən çox sürücü işləmiş və Türkiyədən xarici ölkələrə yük daşımalarında sürücülük etmişdir. Tutulmamışdan 25 gün əvvəl Türkiyənin Antakya şəhərindən idarə etdiyi yük nəqliyyat vasitəsinə meyvə yükü yükləmiş və 27 avqust 2024cü ildə İranın Bəzirgan gömürüyündən İran ərazisinə daxil olmuşdur. Daşıdığı yükü qoşqu ilə birlikdə Dubay şəhərinə göndərmiş, özü isə İranın Buşəhər adlı şəhərində qalmış, 9 sentyabr 2024-cü ildə qoşqu geri gətirilmişdir. Türkiyənin Antep şəhərinə aparmaq üçün Təbriz şəhərinə gedib yuyucu vasitə yükü yükləmişdir. Daha sonra yeni doğulan uşağına bəzi əşyalar almaq üçün 11 sentyabr 2024-cü ildə Bəzirgan şəhərinə getmiş və Bəzirgan gömrüyündə marketdə əşya alarkən tanımadığı iki nəfər Türkiyə vətəndaşı olan sürücülər ona yaxınlaşaraq türkcə danışmış və tanış olmuşlar,lakin onların adlarının nə olduğunu və kim olduqlarını bilməmişdir. Həmin sürücüləri əvvəlcədən tanımamış, söhbət zamanı isə ona narkotik vasitə olduğunu, həmin narkotik vasitənin miqdarını demədən ondan həmin narkotik vasitəni Türkiyə Respublikasına aparmağını istəmişlər. O, problem olubolmayacağını soruşduqda isə ona narkotik vasitələri verən şəxslər “tutulsanda bir şey olmaz” deyə bildirmişlər. Həmin şəxslərdən narkotik vasitəni daşımaq qarşılığında nə verəcəklərini soruşduqda, onlar həmin narkotik vasitəni İran İslam Respublikasından Türkiyə Respublikasının İğdır şəhərinə aparıb orada adını demədikləri bir şəxsə verəcəyini, onu aparmaq üçün qarşılığında isə həmin şəxsin ona 2000 ABŞ dolları verəcəyini söyləmişlər. O da zəlzələdən sonra pula ehtiyacı olduğu üçün həmin narkotik vasitəni pul qarşılığında aparacağına razılaşmışdır. Həmin tanımadığı şəxslərin narkotik vasitəni harada, necə keçirəcəyindən məlumatları olmadığını, həmin şəxslərin onunla birlikdə gömrüyü keçmədiyini bildirmişdir. Həmin narkotik vasitəni isə ona tanımadığı bir nəfər İranlının taksi ilə gətirib verəcəyini söyləmişlər. Daha sonra Bəzirgan gömrüyünə öz nəqliyyat vasitəsi ilə yox taksi ilə getmiş, həmin sürücülərə nəqliyyat vasitəsinin Poldəşt gömrük postu yaxınlığında olduğunu və ağ rəngli olduğunu demişdir. Həmin şəxslər ona narkotik vasitəni nəqliyyat vasitəsinin yanına gətirəcəklərini, oradan götürməli olduğunu demişlər. O isə onlara özünün əvvələcədən Poldəşt gömrüyündə olacağını demişdir. Oradan taksi ilə yola düşmüş və Poldəşt gömrük postu yaxınlığında avtomobilimin yanına gəlmiş və avtomobildə gözləməyə başlamışdır. 1-2 saat sonra tanımadığı bir Türkiyə vətəndaşı bir nəfər taksi ilə gəlmiş, lakin taksini idarə edən başqa adam olmuşdur. Gömrük postundan 30 km aralıda olarkən türkiyəli şəxs avtomobilinin qapısını döymüş, avtomoblin qapısını açarkən həmin şəxs ona bir çanta verərək narkotik vasitənin olduğunu demişdir. Narkotik vasitənin o qədər çox olacağını gözləməsə də artıq danışdığı üçün götürmüş və həmin narkotik vasitəni gömrük yoxlaması zamanı aşkar olunmuş yerə, yəni maşının alt hissəsinə pilləkənin altına qoyaraq Poldəşt gömrük postuna yola düşmüş, həmin gün də X6 Naxçıvana keçmişdir. Naxçıvan tərəfə keçdikdən sonra həmin şəxslərlə heç bir telefon danışığı olmamışdır. İran tərəfə keçərkən maşını yoxlanılmış, lakin heç nə tapılmamışdır. Daha sonra Naxçıvan tərəfə gömrük postuna gəlmiş, sənəd işlərini həll etdikdən sonra gömrük məmuru onun idarə etdiyi yük nəqliyyat vasitəsini X-RAY yoxlamasına göndərmiş, lakin X-RAY yoxlaması zamanı heç nə tapılmamış, sonra anbara sürdürüb kinoloji iti tətbiq edərək videoçəkiliş qeydə alınmaqla yoxlamışdır. İtin reaksiyası nəticəsində, dartıcının sürücü oturacağı tərəfdən qapısının aşağı hissəsindəki pilləkənin arxasındakı boşluqdan, narkotik vasitəni qoyduğu yerdən həmin maddə aşkar olunmuş, sonra gömrük əməkdaşı ağ rəngli kisəni açmış, kisənin içərisində çəkisini xatırlamadığı yaşıl ot halında kütlə və çəkisi 1 kq olan metamfetamin olduğu məlum olmuşdur. Kisə açıldığı zaman yaxşı bağlanmadığından bir neçə metamfetamin hissəsi yerə tökülmüşdür. Həmin hissələri gömrük əməkdaşları görmədən yerdən götürüb geyindiyi şalvarın arxa sol cibinə qoymuş, yük nəqliyyat vasitəsinin və yükün yoxlanışı bitdikdən sonra gömrük əməkdaşı üzərinə baxış keçirmiş və geyindiyi şalvarın arxa sol cibindən yerdən yığıb cibinə qoyduğu metamfetamini aşkar edərək götürmüşdür. Sonra müvafiq sənədlər hazırlanmış və həmin sənədləri imzalamışdır. İdarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 996,814 qram psixotrop maddə olan metamfetaminin və 7,250 qram qurudulmuş marixuananın özünün olmadığını bildirmişdir. Gömrük əməkdaşları ilk dəfə ondan soruşanda isə maşında heç nə olmadığını demişdir. 10 il olarki marixuanadan istifadə etmiş, son 5-6 ay ərzində isə metafetamindən istifadə etmiş, gecələr də nəqliyyat vasitəsini idarə edərkən yuxusu gəlməsin deyə metamfetamin narkotikindən istifadə etmişdir. Həyatında ilk dəfə belə bir iş gördüyünü, heç vaxt gömrükdən narkotik vasitə keçirmədiyini, Naxçıvan gömrük postundan keçərkən hər zaman axtarış aparıldığını, Naxçıvan gömrük postundan nəsə keçirmək mümkünsüz olduğunu demişdir. Həmçinin Türkiyə Respublikasında hər hansı bir məhkumluğununun olmadığını, narkotiki Türkiyədə olarkən alıb istifadə etdiyini, İranda olarkən oradan heç vaxt narkotik vasitə alıb istifadə etmədiyini söyləmiş və tutduğu əməldən çox peşman olduğunu söyləmişdir. Zəlzələ olarkən 3 gün yıxılmış binanın altında qalmış, zəlzələ səbəbindən ailəsindən bacısının rəhmətə getdiyini, eyni zamanda evli və 3 uşağının olduğunu, böyük uşağının 7 yaşında, ortancıl uşağının 4 yaşında, balaca uşağının isə 4 aylıq olduğunu demişdir. Zəlzələ səbəbindən evləri uçub dağılmış, hazırda isə qurulma evlərdə yaşadıqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə təxminən sentyabr ayı baş vermiş, hadisə baş verən tarixdə X7 işləmişdir. O nəqliyyat vasitəsini X-RAY qurğusundan keçdiyini, həmin nəqliyyat vasitəsində şübhəli hər hansı bir təsvir aşkar edilmədiyini demişdir. X-RAY-ın əməkdaşı olduğuna görə hadisə ilə bağlı başqa bir şey bilməmiş və şübhəli hər hansı bir təsvir gördükləri zaman nəqliyyat vasitəsini yoxlama qrupuna yönləndirdiklərini söyləmişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsi X-RAY qurğusunda yoxlanılan zaman hər hansı şübhəli təsvir və qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. X-RAY qurğusunda yoxlanılan maşınlarda hər hansı bir şübhəli təsvir olarsa həmin maşınları təkrar yoxlama qrupuna göndərdiklərini, yoxlama qrupunda videoçəkilişlə yoxlama aparıldığını, amma X-RAY qurğusunda nələrinsə görsənmədiyi halların da ola biləcəyini demişdir. Yoxlama qrupunda axtarışda iştirak etməmiş, ancaq X-RAY qurğusunun olduğu ərazidə xidmət aparmışdır. Hazırki cinayət işi ilə əlaqədar işdə X-RAY qurğusunda hər hansı şübhəli bir vasitə aşkar olunmadığını, buna səbəb olaraq da detalların üst-üstə düşməsi ola biləcəyini bildirmişdir. Nəqliyyat vasitəsini X-RAY qurğusundan 3 dəfə keçirmiş və X-RAY qurğusundan nəqliyyat vasitəsi keçərkən şübhəli hər hansı bir təsviri görməmə ehtimalının mümkün olduğunu bildirmişdir. O, X-RAY qurğusunda şüanın nəqliyyat vasitəsinə yandan 45 dərəcə istiqamətində vurduğunu, yoxlamadan sonra yaddaş qurğusunda həmin təsvirlərin qala biləcəyini demişdir. Yük nəqliyyat vasitəsinin sənədlərində görsəndiyi ixracat risk qrupuna aid olduğundan yoxlamaya göndərilmişdir. O, təqsirləndirlən şəxsi tanımamış, sadəcə yoxlama zamanı görmüş, nəqliyyat vasitəsinin dövlət nömrə nişanı xatirində olmamış, xatırlamama səbəbi isə gün ərzində oradan 150-160 nəqliyyat vasitəsinin keçməsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə, xidməti vəzifəsini yerinə yetirərkən təxmini 17-18 radələrində “VAİS” proqramı təminatında nəqliyyat vasitələrini qeydə alarkən 31ARD186 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi giriş etmiş və həmin nəqliyyat vasitəsini qeydə almışdır. İlk öncə sürücünün təqdim etdiyi sənədlərlə tanış olmuş, əvvəllər əməliyyat işçisi olduğu üçün sürücü ilə biraz ünsiyyət qurub danışmış, sürücünün üzünün mimikasından, 2-3 sual verdiyində etdiyi jestlərdən, hərəkətlərdən nəsə şübhəli məqam olduğunu başa düşmüş, həmçinin həmin sənədlərlə tanış olan zaman nəqliyyat vasitəsinin sənədində alıcı və satıcı şirkətin ilk dəfə X6 mal daşıdığını görmüşdür. Bu risk təşkil etdiyinə görə şirkətlərlə bağlı araşdırma aparmış, araşdırma zamanı təqdim olunan sənədlərdə şirkət haqqında dolğun məlumat olmadığını, sadəcə şirkətin adı yazıldığını bildirmişdir. Normalda isə şirkətin adının, telefon nömrəsinin, elektron ünvanının, qeydiyyatının göstərilməli olduğunu, lakin onun sənədlərində sadəcə şirkətin adı yazıldığını, başqa bir şey olmadığını demişdir. Eyni zamanda sistem üzərindən nəqliyyat vasitələrinin neçə dəfə hansı gömrük postlarından giriş çıxış etmələrini görə bildikləri üçün həmin nəqliyyat vasitəsinin birinci dəfə X6 mal daşıdığını anlamış və buna görə də risk müəyyən edərək ətraflı baxış keçirilməsi üçün “VAİS” proqramı təminatı üzərindən yoxlama qrupuna yönləndirmişdir. O, nəqliyyat vasitəsinin özünü görməmiş, sadəcə sənəd üzərindən nəqliyyat vasitəsini görə bilmişdir. Yoxlama zamanı orada iştirak etməmiş, sadəcə maşının sənədlərini qeydə alaraq onlarla tanış olmuş, sonradan risk təşkil etdiyi üçün yoxlama qrupuna yönləndirmiş, yoxlamanı da başqa əməkdaşlar həyata keçirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs sənədlərlə bağlı sorğu sual edərək sistemə qeydiyyatın aparmış və ona əlavə sual verməmişdir. Yoxlamanın aparılmasını nəqliyyat vasitəsini X-RAY qurğusuna girməzdən əvvəl təyin etdiklərini demişdir. X-RAY qurğusunda yoxlamanın aparılmasını onların məlumat vermədiklərini, yoxlama zamanı əməkdaşın nəqliyyatı anbara çəkib orada yoxlama apardığını və yoxlama qrupunun özünün X-RAY qurğusunun əməkdaşları ilə əlaqə saxladığını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanılmasında, yoxlama qrupunda olan inspektor Şahid1 və kinoloji xidmətin əməkdaşı Qafarov Adil iştirak etmişdir. 7 ildən çox gömrük orqanlarında xidmət etmiş, əsasən nəqliyyat vasitəsinin yükü yuyucu maddənin xammalı olduğu üçün, həmin yüklər riskə qoyulacaq yüklər olması şübhəsi yarandığını bildirmişdir. O, işlərinin X7 nəqliyyat vasitələrinin qeydiyyata almaq olduğunu bildirmiş və əvvəlcədən Təqsirləndirilən şəxs tanımadığını söyləmişdir. Həmçinin təqsirləndirlən şəxsin üzü yadında olmamış, səbəbi isə gün ərzində gömrük postundan 200 yaxın nəqliyyat vasitəsinin keçməsi olmuşdur. İş vaxtı bitdiyi üçün orada iştirak etməmiş, sonradan nəqliyyat vasitəsində nəsə aşkarlandığını iş yoldaşlarından eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 sentyabr 2024-cü il tarixdə X7 nəqliyyat vasitələrinə baxış postunda xidmətdə olarkən Tofiq ona zəng edərək nəqliyyat vasitəsinə çəkiliş aparmaq üçün kömək istəmiş, ondan sonra anbara gedərək orada videoçəkiliş aparmışdır. Videoçəkiliş aparılmamışdan qabaq Tofiq kinoloji şöbənin əməkdaşı Aqili də ora çağırmışdır. Gömrük baxışını “Samsung” markalı telefonla qeydə almış, baxış zamanı kinoloji şöbənin xidməti “Mark” ləqəbli it isə sürücü tərəfdən pilləkənin altındakı boşluğa reaksiya vermişdir. Sonra həmin aşkar olunan narkotik vasitəyə bənzər maddələrin Tofiq tərəfindən sənədləşdirilmiş və hər kəs öz imzası ilə bunu təsdiq etmişdir. Nəqliyyat vasitəsinin içərisindən isə heç bir şey aşkar olunmamışdır. Nəqliyyat vasitəsinin yoxlamasından sonra sürücü şəxsi yoxlamaya cəlb edilmiş, şəxsi yoxlama zamanı yenə videoçəkilişi özü aparmış, şəxsi yoxlama zamanı sürücünün arxa cibindən pisxotrop maddəyə bənzər qırıntılar aşkar etmişdir. Nəqliyyat vasitəsinə baxış və şəxsi yoxlama zamanı təqsirləndirlən şəxsdən üzərində hər hansı bir predmetin olduğu soruşulsada, o, heç bir şeyin olmadığını bildirmişdir. Tofiq sənədləşməni və protokolu tərtib etmiş, o özü yalnız videoçəkilişi aparmış, kinoloji şöbənin əməkdaşı Aqil isə it vasitəsi ilə nəqliyyat vasitəsinə yoxlamanı təşkil etmişdir. O, narkotik vasitələrin nəqliyyat vasitəsində sürücü tərəfdən pilləkənin aşağısındakı boşluğa gizlədildiyini və sürücülərin narkotik vasitəni nəqliyyat vasitəsində istədikləri yerə qoya bildiklərini söyləmişdir. Nəqliyyat vasitəsinə və ya şəxsi yoxlama zamanı təqsirləndirlən şəxsə heç bir təzyiq və təsir olmadığını, narkotik vasitə aşkar olunan zaman təqsirləndirlən şəxsə bunların nə olduğu ilə bağlı sual verildiyini, onun da xəbərinin olmadığını dediyini bildirmişdir. Sürücünün üzərindən aşkar olunan narkotik vasitənin qırıntılarını soruşduqda isə ”ola bilsin ki, yerdə oturduğum zaman cibimə dolsun” deyə cavab verdiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 sentyabr 2024-cü ildə axşam saat doqquz radələrində Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin sənədlərində problem olduğuna görə əməkdaşı Şahid5 tərəfindən yoxlama qrupunun əməkdaşı olduğu üçün yoxlama məqsədi ilə anbara yönləndirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsi axşam saat 21:00-da anbara daxil olmuş və ilk öncə Mehmetə idarə etdiyi yük nəqliyyat vasitəsinin ətrafına və yükünə baxılacağı bildirilmişdir. Nəqliyyat vasitəsinin yükü seçmə üsulu ilə boşaldılmışdır. Ondan sonra kinolaq Şahid2 oraya dəvət etmiş, Şahid2 da yoxlamaya “Mark” adlı itlə gəlmişdir. İlk öncə nəqliyyat vasitəsinin yükünü nisbətən boşaltmış, itlə nəqliyyat vasitəsinin ətrafına baxış keçirərkən sürücü tərəfdən nərdivanın altındakı qoşqunun qoşulduğu yerə itin reaksiyası olmuşdur. Sonradan özləri oraya fiziki baxış keçirmiş və oradan ağ kisə aşkar olunmuşdur. Ağ kisəni çıxarmış, kisədə 3 büküm şəffaf selefon aşkarlamışdır. İt narkotik vasitəni tapdıqdan sonra, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bununla bağlı soruşmuş, o isə sakit dayanaraq “həmin aşkar olunan maddələr maşının çölündədi, mən onu bilmirəm, hər kimsə onu qoya bilər, mənim bu barədə məlumatım yoxdur” deyə cavab vermişdir. Bükümlər aşkar olunduqdan sonra da nəqliyyat vasitəsi dəqiq yoxlanmaya keçirilərək nəqliyyat vasitəsinin bütün yükü boşaldılmış və yüklərin hamısını özlərində olan balaca X-RAY qurğusundan keçirərək yoxlanılmışdır. 25 ton fiziki güclə nəqliyyat vasitəsindən bir-bir boşaldıb yoxlamaq müəyyən bir zaman almış və yoxlanılan yükdə heç bir şey aşkar olunmamışdır. Daha sonra olanları sənədləşdirmiş, şahidlərin iştirakı ilə imzalamış və şəxsi yoxlama üçün icazə raportu yazmışdır. Nəqliyyat vasitəsinin təkrar X- RAY qurğusundan keçirilib-keçirilməməsi ilə bağlı heçbir məlumatı olmamışdır.Sonra post rəisi Zeynalov Ənvərdən şəxsi yoxlama üçün icazə almış, yükün tam baxışını isə 12 sentyabr 2024-cü ildə günorta radələrində bitirmişdir. Sentyabrın 11-dən 12-nə keçən gecəni səhərə kimi nəqliyyat vasitəsinin yükünü boşaltmaqla yoxlamış, videoçəkilişlərin hamısını isə Şahtaxtı Gömrük postunun əməkdaşı Şahid3 çəkmişdir. İcazə aldıqdan sonra Şahid3, Təqsirləndirilən şəxs və o şəxsi yoxlama otağına getmişlər. Şəxsi yoxlama isə yükün yoxlanılmasından 30-40 dəqiqə sonra olmuşdur. Təqsirləndirlən şəxsin yoxlaması biraz zaman aldığından, təqsirləndirlən şəxs yanılarında durmuş və ona orada olan mühafizənin əməkdaşı nəzarət etmişdir. İlk vaxtlar təqsirləndilən şəxsin qolu qandallanmış, sonradan yoxlama uzun zaman aldığı üçün mühafizənin əməkdaşı təqsirləndilən şəxsə özü nəzarət etmiş və qolu açıq olmuşdur. Şəxsi yoxlama aparılan zaman Mehmetin şalvarının sol arxa cibindən maşında aşkar olunmuş ağ duz kristalına oxşar qırıntılar aşkar etmişdir. Təqsirləndirilən şəxs şalvarının arxa cibindən 0,014 qramdan ibarət qırıntılar aşkar olunmuş və həmin aşkar olunan qırıntılar bir neçə çox balaca qırıntıdan ibarət olmuş, yəni əllə yerdən götürülüb cibə qoyulacaq qırıntılar olmamışdır. Qablaşdırılmalar səliqəli olmadığı üçün yerə tökülən narkotik vasitələr toz halında olmuş, yerə tökülən maddə ilə təqsirləndirilən şəxsin cibindən aşkar olunan maddə eynilik təşkil etmişdir. Həmin qırıntılar şalvarın tikiş hissəsinin dibində qalmış, yükdən çıxan narkotik vasitələrə bənzər maddə ilə bağlı təqsirləndirlən şəxsdən soruşduqda isə heç nə bilmədiyini demiş, “cibimə düşüb xəbərim yoxdu” deyə cavab vermişdir. Narkotik vasitəyə bənzər maddələr aşkarlandıqdan sonra Təqsirləndirilən şəxs hərəkətləri mühafizənin əməkdaşı tərəfindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs mühafizənin əməkdaşı ilə yükün yanında, yəni onların yanında oturub yoxlamaya baxmışdır. Bəyyənnamədə isə təqsirləndirilən şəxsin bir blok siqaretinin olduğu göstərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X7 kinoloq vəzifəsində işləmiş, vəzifəsinin də ona xəbər verilən zaman məlumat əsasında yalnız şübhəli maşınlar üzərində yoxlama aprmaq və qulluq etdiyi xidməti iti ilə nə isə tapıb aşkar etmək olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs gömrük postuna tranzit giriş etmiş, əməkdaşı Tofiq də ona yükə və maşına baxmağını istəmişdir. İlk öncə maşının yükünə və sonra isə ətrafına baxış keçirmişdir. Avtomobilin sürücü tərəfdən pilləkənlərin altına baxış keçirərkən onun baxdığı it orada oturaraq reaksiya vermiş və sürücü tərəfdən pilləkənin altından narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. O, həmin itin X-RAY qurğusundan tapılmayan narkotik vasitələri tapa bildiyini bildirmişdir.Sonra isə Tofiqi çağırmış və çəkilişlə olanlar davam etdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 13 sentyabr 2024-cü il tarixli, 1096 nömrəli məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyindən məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş şərti 1 nömrəli kağız zərfin içərisindəki: - 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 184,740 qram; - 812,074 qram olmaqla ümumi təmiz çəkisi – 996,814 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq dilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. - 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 7,250 qram olan tünd yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şərti 2 nömrəli kağız zərfin içərisindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,060 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hisəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq dilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. - 02 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi – 996,814 qram olan metamfetamin kütlələri ilə 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0,060 qram olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. - 16 oktyabr 2024-cü il tarixli, 1227 nömrəli əlavə məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən maddələr ekspertiza tədqiqatlarına sərf olunmuş hisələri çıxılmaqla qalmış hissəsindən Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə küli miqdarlarına görə”Siyahılarına əsasən metamfetamin psixotrop maddəsi üçün xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi – yəni 400 qram miqdarında nümunə götürülməklə həmin nümunəni və maddənin qalan miqdarı ayrı-ayrılıqda qablaşdırıldış Üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi – 7,220 qram olan marixuana, 01 ədəd bükümdə şəxsin üzərindən aşkar edilmiş təmiz çəkisi – 0,040 qram olan metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi – 399,960 qram metamfetamin ( metamfetaminin ümumi miqdarı – 400 qram) qablaşdırıldı. 01 ədəd kağız zərfdə maddənin qalan miqdarı, 01 ədəd bükümdə təmiz çəkisi – 596,814 qram metamfetamin qablaşdırıldı. Naxçıvan Muxtar Respublikası X1: - 10 oktyabr 2024-cü il tarixli, 393 saylı Ambulator Məcburi X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomandır, məcburi müalicəyə ehtiyacı var. Daha çox “Metamfetamin” narkotik vasitəsinə aludədir. - 10 oktyabr 2024-cü il tarixli, 392 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. O, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş- - 12 sentyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərinə geyindiyi şalvarın arxa sol cibində 0,014 qram duz kristalı halında, ağ rəngli, iysiz psixotrop maddəyə bənzər qırıntılar aşkar edilmiş və götürülərək qablaşdırıldı. Şəxsi yoxlama zamanı xarici vətəndaşın üzərindən aşağıdakılar götürülmüşdür:

1. 1 ədəd “ X9 12” markalı İMEİ1: **********44555/00 İMEİ2: **********54440/00 nömrəli mobil telefon.

2. Xarici vətəndaşa məxsus U35007277 nömrəli xarici paport.

3. Arxa sol cibindən duz kristalı halında, ağ rəngli, iysiz psixotrop maddəyə bənzər qırıntılar aşkar edilmiş 1 ədəd boz rəngli şalvar. - 12 sentyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, yoxlama zamanı “Mayk” ləqəbli kinoloji xidmət itinin verdiyi reaksiya əsasında Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 31ARD186/31AG577 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin dartıcısının sürücü oturacağı tərəfindəki qapısının aşağısında olan pilləkənin arxa hissəsindəki boşluqdan bir ədəd ağ rəngli kisə aşkar edildi. Yoxlamanın davamında həmin ağ rəngli kisənin içərisinə baxış zamanı həmin kisənin içərisində 1 ədəd şəffaf sellofan paketdə, sellofan paketlə birlikdə çəkisi 9.094 qram olan kəskin iyli, yaşıl rəngli, ot halında narkotik vasitəyə bənzər kütlə, 2 ədəd sellofan paketdə isə sellofan paketlər və ağ rəngli kisə ilə birlikdə çəkisi 1000 qram olan duz kristalı halında, ağ rəngli, iysiz psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra yük nəqliyyat vasitəsinin daşıdığı yuyucu tozu yükü yoxlanılmış, lakin heçnə aşkar edilməmişdir. - 20 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. - 10 oktyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, “X9 12” markalı telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, vido görüntü, səs yazısı aşkar edilmədi. - 14 noyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, 1-ci DVD-yə baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 8 dəqiqə 16 saniyə olduğu müəyyən edildi və müəyyən oldu ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub- olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin, Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktorkinoloquna ona təhkim olunmuş “Mayk” ləqəbli xidməti itlə nəqliyyat vasitəsini yoxlamasını bildirir və yoxlama ilk öncə yük nəqliyyat vasitəsinin xaricində yerləşən saxlanc yerlərində aparılmağa başlanılır. Çəkilişin 3-cü dəqiqə 52-ci saniyəsində “Mayk” ləqəbli xidməti itin yük nəqliyyat vasitəsinin dartıcısının sürücü oturacağı tərəfindəki qapısının aşağısında olan pilləkənin arxa hissəsindəki boşluqdan 1 ədəd böyük kisə aşkarlanır və Təqsirləndirilən şəxs həmin kisə və içərisində olanlar barəsində məlumatının olmadığını bildirir. Sonra aşkar olunmuş kisə açılır, kisənin içərisindən 1 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər ot halında maddə aşkarlanır və həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin qablaşma ilə birlikdə 9.094 qram olması müəyyən olunur. Sonra kisənin içərisində olan digər predmetlərə baxılır və 2 ədəd bükümdə ağ kristalvari psixotrop maddəyə bənzər maddə aşkarlanır və həmin maddələr birlikdə elektron tərəzidə çəkilir, qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1000 qram olması qeyd olunur. Qeyd edilən 2-ci DVD-yə baxış zamanı DVD-də qeydə alınmış videogörüntünün 6 dəqiqə 7 saniyə olduğu müəyyən edildi və müəyyən oldu ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində gömrük orqanlarına bəyan ediləcək predmet olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən şəxsi yoxlama başlanılır. Çəkilişin 2-ci dəqiqə 18-ci saniyəsində Təqsirləndirilən şəxs geyindiyi boz rəngli şalvarın arxa sol cibində kristal şəkilli psixotrop maddəyə bənzər maddənin hissələri aşkarlanır və həmin maddələr elektron tərəziyə yerləşdirilərək çəkisinin qablaşdırma ilə bilrikdə 0.813 qram, qablaşmasız isə 0.014 qram olması qeyd olunur. Əlavə yoxlama zamanı nəqliyyat vasitəsindən və üzərindən qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən və üzərindən aşkar olunmuş maddələr qurudulmuş marixuana və metamfetamin psixotrop maddəsidir, maddələr nəqliyyat vasitəsində aşkar olunduğu zaman qorxduğu üçün məlumatının olmadığını bildirmiş, həmin maddələri əsl həqiqətdə olan İran İsam Respublikasında əvvəlcədədn tanımadığı şəxslər verərək İğdır şəhərinə aparmasını istəmiş, həmin maddələri daşımasının qarşılığında isə 2000 ABŞ dilları alacağına dair razılaşmışdır. Maddələrin dəqiq miqdarı və növü barədə əvvəlcədən məlumatı olmasa da narkotik və psixotrop maddələrə aid maddə daşımasını bilmiş, maddələri özü nəqliyyat vasitəsinə yerləşdirmiş, yük nəqliyyat vasitəsinin yoxlanılması zamanı daşıdığı maddələrin yerə tökülmüş hissələrindən heç kim görməməsi üçün götürərək geyindiyi şalvarın cibinə qoymuş və şəxsi yoxlama zamanı həmin maddələr gömrük əməkdaşı tərəfindən aşkarlanmışdır.Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heç nə bildirmədilər. - 01 noyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş Təqsirləndirilən şəxs haqqında tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. - 21 sentyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs yük nəqliyyat vasitəsindən götürülmüş təmiz çəkisi – 996,814 qram psixotrop maddə olan metamfetamin, 7,250 qram marixuana, üzərindən götürülmüş təmiz çəkisi 0,060 qram psixotrop maddə metamfetamin və əyninə geyindiyi 1 ədəd boz rəngli şalvar cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 996,814 qram psixotrop maddə metamfetaminin, 7,220 qram qurudulmuş marixuananın və 1 ədəd boz rəngli şalvarın məhkəmənin yekun qərarına kimi Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağına verilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 12 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 14 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-55/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 11 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna həmçinin müdafiəçinin vermiş olduğu vəsatətə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlətdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi vəsatət və digər sübutlara məhkəmə hüquqi qiymət verərək yuxarıda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsi Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən Təqsirləndirilən şəxs əməlində qabaqcadan razılaşmaqla iki və ya daha çox icraçı ilə birliikdə qaçaqmalçılıq cinayətini törətməsi halını, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsini müəyyən etməmişdir. O, İran İslam Respublikası ərazisində narkotik vasitəni gömrük sərhədindən qanunsuz olaraq keçirərək Türkiyə Respublikasının İğdır şəhərinə aparacağı barədə tanımadığı şəxslərlə sövdələşsədə belə, narkotik vasitəni özü tək başına idarə etdiyi avtomobilin pilləkəninin alt hissəsində yerləşən boşluqda gizlətməklə gömrük nəzarətindən kənar və ondan gizli keçirtməyə cəhd etmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində digər şəxslərin kömək etməsi və ya onun gömrükdən asan yolla keçməsini təmin etmək üçün əvvəlcədən kiminləsə sövdələşməsi təsdiqini tapmamışdır. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində verilmiş 206.3.2-ci maddəsi tövsif olunmaqla həmin məcəllənin 206.2-ci maddəsinə keçirilməlidir və nəticə olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4-1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.4-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 400 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması xüsusilə külli miqdardır. Həmin qanununa əsasən qurudulmuş marixuananın 500 qramdan (İ siyahı Narkotik maddələr) artıq olması isə külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 996,874 qram metamfetamin psixotrop maddəsi xüsusilə külli miqdar, təmiz çəkisi 7,250 qram qurudulmuş marixuana narkotik vasitəsi isə külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 996,874 qram metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 7,250 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddələrini və külli miqdarda narkotik vasitəsini əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 3 azyaşlı övladının olmasını, zəlzələ bölgəsindən olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-55/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 11 yanvar 2025-ci il tarixədək uzadılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs daha çox metamfetamin narkotik vasitəsinə aludə olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 41 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat və materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 400 qram və 596,814 qram metamfetamin psixotrop maddəsi, üzərindən aşkar olunmuş təmiz çəkisi 0,060 qram olan metamfetamin psixotrop maddəsi və 7,250 qram marixuana narkotik vasitəsi məhv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan : - 01 ədəd boz rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “X9 12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 35007277 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 03 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay və 234.4-1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 41 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat və materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalan 400 qram və 596,814 qram metamfetamin psixotrop maddəsi, üzərindən aşkar olunmuş təmiz çəkisi 0,060 qram olan metamfetamin psixotrop maddəsi, 7,250 qram marixuana narkotik vasitəsi məhv edilsin. - 01 ədəd boz rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılsın Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “X9 12” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 35007277 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. Kərimov Arzuyar Sadıq oğlu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar