Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-8/2024 07.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri X3, X9 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxxx 1994-cü ildə Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.1, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1994-cü ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 134, 221.1, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-xuliqanlıq etmiş, qanunsuz olaraq odlu silah əldə etmiş, saxlamış, daşımış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs1 2023-cü ildə tarixini dəqiq xatırlamadığı vaxtda Bakı şəhərindən bir ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı əldə edib daşıyaraq özünə məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqlarının arasındakı saxlanc yerinə qoymaqla saxlamış, 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Şərur rayonu, Yuxarı Daşarx kəndində yerləşən “Sahil” restoranının həyətində həmin “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilə Şərur RPİ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən qeyd olunan soyuq silah aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranının yanında olan çaylaq ərazidə Türkiyə Respublikasında onun dostlarına qarşı söyüş söymüş Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, təkrarən 28 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən çaylaq ərazidə sosial şəbəkədə kriminal aləmlə bağlı yazı paylaşmış Zərərçəkmiş şəxs3 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, о, 23 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Şərur” restoranında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada aşpaz işləyən Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb restorandakıların gözü qarşısında onu söyüb təhqir etdikdən sonra sifət nahiyəsindən yumruqla vuraraq ona sol göz yarığını əhatə edən hematoma, ağlı qişada qansızma və burnunda yara kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və satış məqsədi olmadan bir ədəd keçmiş SSRİ-də Tula silah zavodunda zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli patronluğunun uzunluğu 70 mm olan TOZ-BM modelli seriya nömrəsi silinmiş xarici çaxmaqlı qoşalüləli lülələri kəsilməklə ilkin təyinatı dəyişdirilməklə konstruktiv dəyişikliyə məruz qalmış saz vəziyyətdə olan odlu silahı əldə edib özünə məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Şərur rayonu, Yuxarı Daşarx kəndində yerləşən “Sahil” restoranını həyətində həmin “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilə Şərur RPİ-nin əməkdaşları tərəfindən baxış keçirilərkən avtomobilin sürücü oturacağının altından odlu silah TOZ-BM modelli tüfəng və avtomobilin arxa yük yerinin ehtiyat təkər yuvasından qara rəngli sellofana bükülmüş vəziyyətdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı və daşıdığı narkotik təbiətli çətənə bitkisindən hazırlanmış külli miqdarda narkotik vasitə - 565 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Belə ki, o, 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranının yanında olan çaylaq ərazidə Türkiyə Respublikasında Təqsirləndirilən şəxs1 dostlarına qarşı söyüş söymüş Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 boğazına soyuq silah hesab olunan deşicikəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla, onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə axşam saatlarında Şərur rayonu, Yuxarı Daşarx kəndində yerləşən marketin yanındakı yeni açılan kafedə dostları - Sirac, Xanlar və Təbriz ilə oturub pivə içərkən bir ilə yaxındır ki, dostluq münasibətində olduğu Şahid3 ona zəng edib işdə sıxıldığını və görüşmək istədiyini demiş və onlar “Şərur” restoranında görüşmək qərarına gəlmişlər. Restorana daxil olduqda oranın müdiriyyətindən, ofisiantlarından və musiqiçilərin qarşısında oturan iki nəfər müştəridən başqa kimsəni görməmiş, Şahid3 yanında olduğundan restoranının arxa tərəfindəki balkona gedib orada əyləşmişlər. Restoranda işləyən ofisiant qız yaxınlaşıb sifarişlərini götürsə də, sifarişləri masaya avtoyuma məntəqəsini işlədən oğlan gətirmişdir. Həmin şəxsi tanıdıqları üçün ondan ofisiant işləyib- işləmədiyini soruşduqda, o, ofisiant işləmədiyini, köməklik etdiyini söyləmişdir. Dostu Xanlar sifarişi gətirən oğlana “imkan varsa, stola sifarişi götürən xanım ofisiant baxsın” demiş, Elmar da “sən bizim dostumuzsan, stola qulluq etsən, utanarıq, istəyirsənsə, sən də otur” deyə əlavə etmiş, o isə oturmaq istəmədiyini söyləyib masadan uzaqlaşmışdır. Bundan sonra yenidən ofisiant xanım masaya gələrək təxminən 15 dəqiqə qulluq etdikdən sonra Zərərçəkmiş şəxs1 masaya yaxınlaşıb nəsə lazım olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 “bizə heç nə lazım deyil, biz sizi tanımırıq” demiş, onun içkili vəziyyətdə olduğunu gördüyü üçün stola qulluq edən xanım ofisiantı göndərməsini istəmişdir. Bu zaman mübahisə yaranmağa başlamış və Zərərçəkmiş şəxs1 niyə onun qulluq etməsini istəmədiyini soruşmuşdur. Elmar onu tanımadıqlarını söylədiyi zaman özünü tanıdaraq restoranı işlətdiyini bildirmişdir. Elmar restoranı işlədənin Əfqan adlı şəxs olduğunu, bu cür davam edəcəyi təqdirdə hesabı gətirmələrini və getmək istədiklərini söyləmişdir. Zərərçəkmiş şəxs1 gedərkən ona ofisiant xanım masaya gəldiyi zaman musiqiçilərin yanındakı mahnı sifariş etmək üçün olan telefonu gətirməsini istəsə də, Zərərçəkmiş şəxs1 ofisianta heç nə demədən telefonu götürüb geri qayıtmışdır. Mahnının adını yaza bilmədiyi üçün özlərinin yazmasını istəmiş, Elmar telefonu almaq üçün əlini uzatdıqda telefonu onun yanında əyləşən Şahid3 vermişdir. Elmar onun bu hərəkətinə hirslənərək əlini uzatdığı halda niyə telefonu xanıma verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 telefonu xanımdan alıb Elmara verərək “alın bəlanızı məndən uzaq edin” demişdir. Bu zaman masada əyləşənlərdən xatırlamadığı biri onu tanımadıqlarını və onunla nə bəlaları ola biləcəyini, bura qonaq gəldiklərini söyləmişdir. Nəticədə aralarında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 söyüş söyərək masadan uzaqlaşmışdır. Bunu eşidən Təqsirləndirilən şəxs1 onun arxasınca getmiş, “sən niyə söyüş söyürsən? Bizdən nə istəyirsən? Mən deyirəm ki, sən bizim stola ofisiant göndər. Sən müdir deyilsən, ofisiant deyilsən, niyə bizi narahat edirsən?” dedikdə Hicran barın arxasındakı pivə süzülən yerdən söyüşlü ifadələr işlətmiş, Elmar da ona söyüşlə qarşılıq vermişdir. Zərərçəkmiş şəxs1 əlini bakala atıb onu vurmaq istəyəndə orada olan insanlar onu tutmuşlar. Elmar onun üzərinə getdiyi zaman insanlar araya girərək mübahisənin böyüməsinə imkan verməyərək onları ayırmışlar. “Şərur” restoranı ilə “Sahil” restoranının arasındakı məsafə çox az olduğundan Elmarın “Sahil” restoranında işləyən dostları - Təqsirləndirilən şəxs2 və Şahid4 işdən çıxarkən onun qışqırıq səsini eşitdikləri üçün restorana gəlmişlər. Elmar onları restorana çağırmamışdır. Dostları restorana gəldikdə Hicran ortalıqda olmamış, onu mətbəxə aparmışlar. Şahid4 ondan nə baş verdiyini soruşmuş, Elmar isə heçnə olmadığını söyləmişdir. Mətbəxin qapısı açıq olduğundan içəridə Zərərçəkmiş şəxs1 görmüş, Şahid4 restoranın müdiriyyəti ilə hadisə barədə danışarkən mətbəxə gedib Hicrana söydüyü söyüşlərə görə bir yumruq zərbəsi vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Şahid4 onun üstünə qışqıraraq maşına minib getməsini söyləmiş, Elmar içkili olduğundan onu evə Şahid5 qardaşı Süleyman Məmmədov aparmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 bir yumruq zərbəsi vurmuş, onları aralaşdırmaq üçün araya girən şəxslərə qarşı fiziki güc tətbiq etməmişdir. Bu hadisədən bir gün sonra 23 avqust 2023-cü il tarixdə polis əməkdaşları zəng edərək onu polis şöbəsinə çağırmış, həmin vaxt kənddə olmamış, kəndə gəldikdə polis əməkdaşlarının mağazanın yanında onu gözlədiklərini görmüş, maşınını evə qoyduqdan sonra onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində müvafiq sənədləşmə apararaq onun barəsində tutulma protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 15 sentyabr 2023-cü il tarixdə öz evinin həyətində maşınının içərisini baqaj hissəsi də daxil olmaqla təmizləmiş, maşın üçün mütamadi olaraq istifadə etdiyi ləvazimatları baqaja yığmış, maşının xarici hissəsini yudurtmaq üçün “Sahil” restoranının yaxınlığındakı avtoyuma məntəqəsinə aparmış, həmişəki kimi maşını cızdıqda, vurduqda yaxud hər hansı bir hadisə baş verdikdə kimin etdiyini görə bilməsi üçün orada quraşdırılmış kameranın altında saxlamış, avtoyuma məntəqəsində işləyən Rahib adlı şəxsə “maşının üstünə su vurarsan, üstü yuyulacaq” demiş, o isə “Mirigil butkanın yanında çay içir get onlarla çay iç, növbən çatanda çağıracam” demişdir. Bu zaman maşının pultu özündə olmuş, bir qədər sonra Şahid10 rəhbərliyi ilə cinayət axtarışın polis əməkdaşları əvvəlcədən zəng edib polis şöbəsinə dəvət etmədən onu, Şahid4, Mirhüseyn Seyidovu, Şahid5, Nurlan Zeynalovu polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 əşyalarını götürmək istədikdə ona icazə verilməmiş, telefonu, eynəyi, siqareti, maşının pultu stolun üstündə qalmışdır. Polis şöbəsində Zərərçəkmiş şəxs2la aralarında yaşanmış mübahisə ilə bağlı izahatları alınmış, həmin gün gecə saat təxminən 01:00-da Azər adlı vəkillə təklikdə görüşərkən özünə məxsus avtomaşının polis şöbəsinin həyətində olduğunu düşünərək ondan maşının “bardaçok”unun içərisində olan beşbarmağa bənzər üzərində bıçaq olan aləti götürüb atmasını istəmişdir. Həmin bıçaqdan başqa maşında qanunla qadağan olunmuş heçnə olmamışdır. Gecə saat təxminən 02:00-da Zakir adlı başqa vəkil gəlmiş, onunla müqavilə bağlamış, Qarxun kənd sahə rəisi, Vurğun və Tomral adlı polis əməkdaşları onu üzərinə baxış keçirilməsi üçün apardıqda cinayət axtarışının Vurğun adlı əməkdaşı onun arxa cibinə içərisində təxminən 20-30 qram çəkidə duz qırıqlarına bənzər maddə olan sellofan qoymuş, bunu hiss edən Təqsirləndirilən şəxs1 cibindən çıxarıb yerə atmış, səs-küy salaraq həmin maddəni üstünə götürməməyə çalışmış, onu müstəntiqin otağına apardıqda Zakir adlı vəkilin iştirakı ilə Şahid10, cinayət axtarışının rəisi Əfqan adlı şəxs, Vurğun və Həmid adllı polis əməkdaşları ona fiziki güc tətbiq edərək narkotik vasitəni cibinə qoymağa cəhd etsələr də, buna imkan verməmişdir. Səhər saat təxminən 05:00-da onun iştirakı ilə avtomobilinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs1 şəxsi avtomobilinin yanına aparmışlar. Bu zaman maşının “pultunu” ona verərək maşını açmasını istəmişlər. Maşının “bardaçok”undan 01 ədəd beşbarmağa bənzər üzərində bıçaq olan alət, maşının sol ön oturacağının aşağısından 01 ədəd lüləsi kəsilmiş qoşa lülə silah aşkar edilmiş, Elmar həmin silahın ona məxsus olmadığını bildirmiş, bu barədə tərtib olunan protokolu imzalamamışdır. Ondan maşının baqajını açmasını istədikdə pultla baqaj açılmamış, açarla açdıqsa isə ehtiyat təkər olan hissədən bükülmüş formada sellofan aşkarlanmış, Təqsirləndirilən şəxs1 bunun nə olduğunu soruşduqda bilmədiyini, təkidlə ona məxsus olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona göstərilən fiziki güclə bağlı ekspertin gətirilməsini, ağrılarının olduğunu, müayinə olunmaq istədiyini söyləsə də ona məhəl qoyulmamışdır. Tutulduğu gün gecə saat 00:00 radələrində atası Təqsirləndirilən şəxs1 maşını götürmək üçün getdikdə maşının yanında polis əməkdaşları tərəfindən post qurulduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 maşından aşkarlanan narkotik vasitənin, eləcə də qoşa lülə silahın ona məxsus olmadığını, maşından aşkarlanan silah və narkotik vasitəni ilk dəfə maşına baxış zamanı gördüyünü, əvvəllər heç vaxt narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Dünyamin Məmmədovla 2012-ci ildə sürücülük məktəbində oxuyan vaxtı tanış olmuşlar və son bir il ərzində dostluq münasibətləri yaranmışdır. 2023-cü ilin mart ayında Dünyamin Türkiyədə olarkən ona zəng edərək Qarxun kənd sakini Zərərçəkmiş şəxs2la aralarında mübahisə olduğunu, Zərərçəkmiş şəxs2 ona və ailəsinə qarşı nalayiq ifadələr işlətdiyini və bu hərəkətlərinə görə onunla görüntülü olaraq əlaqə yaratması üçün köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onları barışdırmaq məqsədilə Zərərçəkmiş şəxs2 zəng edərək “Sahil” restoranına dəvət etmişdir. Nihad “Sahil” restoranına gəldikdən sonra restorandan uzaqlaşıb başqa yerdə söhbət etməyi təklif etmiş və Kənan, Mirhüseyn və Nihadla birlikdə onun maşınında çaylaq adlanan əraziyə getmişlər. Nihad Dünyaminlə telefonda danışarkən bir-birlərinə qarşı nalayiq ifadələr işlətmişlər. Əvvəlcə dalaşmaq niyyəti olmasa da, söyülən söyüşlərə görə aqressivləşən Elmar Nihadla maşından düşüb mübahisə etməyə başlamış, 2-3 dəqiqə sonra Mirhüseynlə Kənan da onların yanına gəlmişdir. Nihadla itələşdikləri zaman Elmar Nihada bir neçə yumruq zərbəsi vuraraq diz çöküb Dünyamin adlı şəxsdən üzr istəməsini tələb etmiş və Mirhüseyn onun üzr istəməsini öz telefonu ilə videoya çəkmişdir. Elmar cibindən bıçaq çıxarmaq istəmiş, Mirhüseyn ona bıçağı cibinə qoymasını demiş və bundan sonra o bıçağı cibinə qoymuşdur. Zərərçəkmiş şəxs2 boğazına bıçaq dayamamış, o üzr istədikdən sonra birlikdə Təqsirləndirilən şəxs1 maşınında “Sahil” restoranına qayıtmışlar. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2la görüşdükləri gün onu vurmaq üçün deyil, həmişə özünü müdafiə məqsədilə üzərində bıçaq daşıdığını, ancaq heç kimi vurmaq niyyətinin olmadığını və əvvəllər həmin bıçaqla cinayət törətmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 üzr istəyən zaman çəkilən videoya Nihadın söyüş söyməsinin qarşısını almaq məqsədilə etiraz etməmiş, həmin videonu kimsəyə göstərməmiş, hadisədən sonra silmiş, Nihadı şantaj etmək məqsədi olmamışdır. Yay aylarında dəqiq tarixini xatırlamadığı vaxtı saat 13:00 radələrində evdə olarkən “Tiktok” sosial şəbəkəsində olan videosuna şərh yazıldığını görmüşdür. Elmar həmin şəxsdən mesaj bölməsində ona yazmasını istəmişdir. Yazışma zamanı Elmara onunla tanış olmaq istədiyini, 21 yaşı olduğunu, evlənib boşandığını və Şərur rayonunda poçtun binasında qaldığını söyləmişdir. Təqsirləndirilən şəxs1 “Whatsapp” sosial şəbəkəsi üzərindən əlaqə saxlamasını istədiyi üçün onlar “Whatsapp” üzərindən danışmağa başlamışlar.Onu tanıyıb-tanımadığını dəqiqləşdirmək üçün dəfələrlə görüntülü zəng etsə də cavab verməmişdir. Təqsirləndirilən şəxs1 ona “sən deyəsən tanışsan, mənimlə məzələnirsən, dostumsansa de yoxsa səni pis acılayacam. Bu nə hərəkətdi edirsən yazırsan yığıram açmırsan” demiş, ardınca “sən deyəsən geysən” deyə əlavə etmişdir. Qarşı tərəf isə “sənin ürəyin gey istəyir?” deyə soruşduqda Elmar ondan yerini soruşmuş və Şərur rayonunda yerləşən 1 nömrəli məktəbin yanında görüşmək qərarına gəlmişlər. Onlar məktəbin yanında görüşmüş və həmin şəxs, yəni Zərərçəkmiş şəxs3 Elmarın maşınına əyləşmişdir. Təqsirləndirilən şəxs1 cəmiyyət içərisində mübahisə yaranmaması üçün onu çaylağa aparmış və maşında olarkən yanında bir nəfərin də şahid kimi olması məqsədilə Murad adlı şəxsə zəng edərək iti ağaca bağladığını, onu almaq üçün baxmağa gələcəklərini deyərək getdikləri yerə çağırmışdır. Yolda Allahverdidən “səni mənim yanıma kim göndərib? sənə kim deyib ki, mən bu cür işlərlə məşğul oluram? mənə hansı səbəbə bu cür əxlaqsız təkliflər edirsən?” deyə soruşduğu üçün çaylaq adlı əraziyə çatdıqda Zərərçəkmiş şəxs3 maşından düşüb qaçmağa başlamış və Elmar da onun arxasınca qaçmışdır. Murad onların qaçdıqlarını görüb arxalarınca gəlmiş, Təqsirləndirilən şəxs1 onu tuta bilmədiyini görüb arxasınca daş atmağa başlamış və “maşında mənə etdiyin təkliflərin hamısını kamera çəkib, maşında kamera var, əlimdə sübutum var” dedikdən sonra Zərərçəkmiş şəxs3 dayanmışdır. Elmar ona bir şillə vurub onu kimin göndərdiyini soruşmuş, o isə “deyəcəm amma mənlə işin olmasın” deyərək yenidən qaçmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 özünü alçaldılmış hiss etdiyindən hədsiz əsəbləşərək həqiqəti söyləməyəcəyi halda ona qarşı nalayiq hərəkət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 həqiqəti söyləmədiyi üçün ona qarşı nalayiq hərəkət edərək sidiyini başına boşaltmış və Muraddan bütün bunları telefonunun videosuna çəkməsini tələb etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında bildirmişdir ki, Zərərçəkmiş şəxs3 qarşı etdiyi təhqiredici hərəkətin səbəbi onun kriminal aləmlə bağlı paylaşdığı videoya şərh yazması ilə deyil, məhz ona qarşı etdiyi əxlaqsız təkliflər və bu təklifləri etməsini kimin vadar etdiyini söyləməməsi olmuşdur. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında gününü dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs1 “Sahil” restoranına gəlmiş və Zərərçəkmiş şəxs2la Dünyamin adlı şəxsin aralarında mübahisə olduğunu, Nihadın restorana gələcəyini, onları telefonda danışdırıb barışdırmaq istədiyini söyləmişdir. Bir müddət sonra Nihad, Kənan, Elvin və adını bilmədiyi bir nəfər restorana gəlmişdir.Söhbət əsnasında Nihad danışıqlarının restoranda baş tutmayacağını bildirərək kənar bir yerə getməyi təklif etmiş və özü, Nihad, Elmar və Kənan Təqsirləndirilən şəxs1 maşını ilə oradan bir qədər uzaqlaşaraq çayın kənarına getmiş, Nihadla gələn digər iki nəfər restoranda qalmışdır. Maşında olarkən Elmar öz telefonu ilə Nihad və Dünyamini danışdırmış, onlar əvvəlcə normal danışsalar da, sonradan nalayiq ifadələr işlətməklə sözlü savaşmağa başlamışlar. Elmar maşından düşərək uzaqlaşdığı zaman çağırmadığı halda Nihad da düşüb onun ardınca getmişdir. 2-3 dəqiqə sonra Kənanla birlikdə onların yanına getmişlər. O, maşından düşdükdə Elmarla Nihadın qarşılıqlı dayanıb söhbət etdiklərini görmüş, X1rkən uzun müddət yoldaşlıq etdiklərini, onları danışdıraraq barışdırmaq istədiyini deyərək niyə söyüş söydüyünü soruşmuş və işlətdiyi söyüşlərə görə diz çökərək Dünyamindən üzr istəməsini tələb etmişdir. Nihadın diz çökərək üzr istəməsini telefonu ilə çəkməsini ona söyləmişdir. M.X12 dostluq münasibətinə görə onun sözünü çevirməyərək Nihadın diz çökərək üzr istəməsini telefonu ilə videoya çəkmişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 vurmamış, ona hədə-qorxu gəlməmiş, həmin videonu Elmara atdıqdan sonra öz telefonunun yaddaşından silmiş, başqa heç kəsə göndərməmişdir. Təqsirləndirilən şəxs1 Nihadı öldürməklə hədələməmiş, Nihad diz çökdükdən sonra bıçağı cibindən çıxardıqda Təqsirləndirilən şəxs2 ona bıçağı cibinə qoymasını söyləmişdir. Gəldikləri maşında restorana qayıtdıqdan sonra Nihad Kənanın maşını ilə evlərinə getmiş, hadisədən 15-20 gün sonra onun işlədiyi “Sahil” restoranında gedən təmir işlərində Nihad fəhlə kimi işləmiş, işlədiyi müddətdə münasibətləri çox yaxşı olmuş, aralarında mübahisə olmamışdır. 15 sentyabr 2023-cü il tarixdə işdə olmuş, restoranın kababçısı və Təqsirləndirilən şəxs1lə birlikdə oturub çay içən zaman 5-6 polis maşını gəlmiş, gələn polislərdən Şahin və Əfqan adlı şəxsləri tanımışdır. Polis əməkdaşları onu, Təqsirləndirilən şəxs1, restoranın kababçısını, restoranı işlədən Şahid4 və Şahid5 şöbəyə aparmışlar. Polis şöbəsində onlara Nihad adlı şəxslə savaşdıqları və Nihadın şikayət ərizəsi əsasında saxlanıldıqlarını bildirmişlər. 2012-ci ildə Təqsirləndirilən şəxs1lə sürücülük kursunu birlikdə oxumuşlar və son 2 il müddətində tez-tez görüşməyə başlayaraq aralarında dostluq münasibət yaranmışdır. Təqsirləndirilən şəxs1 üzərində, o cümlədən avtomaşınında beşbarmaq bıçağı, silah görməmiş, narkotik vasitədən istifadə etməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs2la aralarında baş vermiş hadisəylə bağlı Elmarla aralarında əvvəlcədən razılaşma olmamış, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. İfadəsinin davamında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 göstərişi ilə telefonla videoya çəkdiyinə görə çox peşmandır, Zərərçəkmiş şəxs2 üzr istəmişdir və onlar barışmışlar. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Türkiyənin İstanbul şəhərində olarkən Şərur rayonu, Çomaxtur kənd sakinləri Kamran və Dünyamin adlı şəxslərin İstanbul şəhərinin Halkalı adlanan ərazisində “vəziyyətə” baxdıqlarını eşitmiş və onlarla tanış olub ünsiyyət yaratmışdır. Onun sol qolundan əlilliyi olan qardaşı da Türkiyədə tekstil şirkətlərindən birində işləmişdir. Zərərçəkmiş şəxs2 bir gün qardaşının işlədiyi tekstil şirkətində olan bütün işçilərdən pul toplandığını eşitmiş və bu barədə danışmaq üçün Kamran və Dünyamin adlı şəxslərin yanına getmişdir. Söhbət zamanı onlara etdikləri əməlin düzgün olmadığını bildirmiş və pul toplamalarına mane olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 həmin şəxslərin onun Halkalı adlanan əraziyə girişinə qadağa qoyduqlarını eşitmişdir. Kamran və Dünyamin adlı şəxslərə qarşı şəxsi həyatları ilə bağlı nalayiq ifadələr işlədərək vəziyyətə baxmağın onlarlıq olmadığını bildirmiş, həmin şəxslər də bu məsələnin belə qalmayacağını söyləmişlər. Bu hadisədən sonra Zərərçəkmiş şəxs2 Gürcüstana, oradan da Naxçıvana gəlmişdir. Evdə olarkən telefonuna Kamran adlı şəxs tərəfindən onun ailəsinə qarşı nalayiq ifadələr işlədilən səs yazısı gəlmiş və qarşılığında “siz və sizin stolunuzda oturanlar üzdən iraqsınız, sizə şərait yaradıblar ki, başqasının arvad-uşağını söyürsüz” cavabını vermişdir. Qarşı tərəf ona Şərur rayonu, Çomaxtur kəndində qardaşının olduğunu, onu və ailəsini gəlib evdən götürəcəklərini dedikdə, Zərərçəkmiş şəxs2 ona “sənin qardaşını mən arvadının yanından aparacam” deyə söyləyərək evdən çıxıb dostu Kənan adlı şəxsə zəng edib “Çomaxtur kəndinə getməliyik, orada bir nəfər var onu gedib arvadının yanından götürəcəm bilsin ki, başqasının arvadını söymək nə deməkdir” dediyində, Kənan ona belə şeylərə ehtiyac olmadığını, onun gəlməyini gözləməsini söyləmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 ona zəng edərək vaxtı varsa çay işmək istədiyini bildirmiş və onu “Sahil” restoranına dəvət etmişdir. Zərərçəkmiş şəxs2 razılaşaraq oraya getdiyi zaman Kamranın ona qarşı işlətdiyi nalayiq ifadələrə görə çox aqressiv olduğundan “Sahil” restoranında olarkən Mirhüseyn Seyidovu acılamışdır.Elmar onunla söhbət etmək istədiyini bildirdiyində Zərərçəkmiş şəxs2 orada çox adam olduğuna görə başqa yerə getməyi təklif etmiş və Kənan, Mirhüseyn, Elmarla birlikdə maşınla Arpaçayın kənarına getmişlər.Yolda Elmar öz telefonu ilə onu Dünyaminlə danışdırarkən ilk əvvəl sakit danışsalar da, daha sonra biri-birilərinə qarşı söyüş söyməyə başlamışlar. Daha sonra maşından düşərək maşının arxa tərəfinə keçmişlər. Elmar Zərərçəkmiş şəxs2 Dünyaminlə çörək kəsdiklərini, niyə dava etdiklərini soruşdığında, Nihad Dünyaminlə aralarında baş vermış hadisələri bilmədiyini demiş və aralarında mübahisə başlamışdır. Elmar onu itələmiş və o, yerə yıxılmışdır. Ayağa qalxan zaman Mirhüseyn və Kənanın da onların yanına gəldiyini görmüş və bu zaman Elmar ondan diz çökərək Dünyamindən üzr istəməsini tələb etmiş, qorxduğu üçün diz çöküb üzr istəmişdir. Mirhüseyn Seyidov isə telefonla onun diz çöküb üzr istəməsini videoya çəkmişdir.Həmin vaxt qaranlıq olduğu üçün Elmarın əlində bıçaq olduğunu görməmişdir.Daha sonra Arpaçayın kənarından birlikdə maşınla “Sahil” restoranına, oradan da Kənanla birlikdə evlərinə qayıtmış, bununla da aralarındakı mübahisə bitmişdir. Bu hadisədən 6-7 ay sonra cinayət axtarışından Qafar adlı şəxs zəng edərək görüşmək istəmiş, Elmarın onu söyərək videoya çəkdiyini demiş, Zərərçəkmiş şəxs2 inkar etdikdə şöbəyə dəvət etmişdir. Orada olarkən ondan niyə şikayət etmədiyi və olanları niyə gizlətdiyi soruşulmuş, Zərərçəkmiş şəxs2 aralarında sadəcə sözlü mübahisə olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbinin olmadığını, Elmarla aralarında olan məsələ ilə bağlı dostu Kənan və həmkəndlisi Onur adlı şəxslərin polisə müraciət etdiklərini, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 onun boğazına bıçaq dayayıb öldürməklə hədələmədiklərini, hadisə nəticəsində heç bir xəsarət almadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Şərur” restoranında aşpaz köməkçisi kimi işləyir. 23 avqust 2023-cü il tarixdə, saat təxminən 00:00-da Elmarın dostları ilə əyləşdiyi masaya baxan ofisiant qız öz tanışlarının masasına baxmaq istədiyi üçün Zərərçəkmiş şəxs1 Elmargilin masasına baxmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs1 onların əyləşdiyi masaya yaxınlaşmış, nəyəsə ehtiyac olubolmadığını soruşmuşdur. Masada oturan şəxslər onlara xanım ofisiantın qulluq etdiyini söylədikdə Zərərçəkmiş şəxs1 əslində aşpaz köməkçisi işlədiyini, restoranının sahibi ilə əmioğlu olduqlarını, o restoranda olmadığı üçün müştərilərlə maraqlandığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ona bu yaşda masaya baxmasının düzgün olmadığını deyərək gec saatda restoranda olmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs1 isə kefindən işləmədiyini, pula ehtiyacı olduğunu söylədikdə, Elmar ona “get işinlə məşğul ol bayaqkı xanım gəlsin” demişdir. Bu vaxt həmin masada əyləşən xanım mahnı sifariş etmək istədiklərini, ancaq adını telefona yaza bilmədiklərini söyləyərək Zərərçəkmiş şəxs1 yazması üçün telefonu ona vermiş, o isə gözləri yaxşı görmədiyindən “probleminizi məndən uzaq edin” deyərək mahnının adını özlərinin yazması üçün telefonu xanıma geri qaytarmışdır. Təqsirləndirilən şəxs1 ona “biz problemli adama oxşayırıq?” deyə soruşduğunda vəziyyətin qeyri-adi hal alacağını gördüyündən “lənət şeytana” deyib masadan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 ondan nə üçün söyüş söydüyünü soruşmuş, o isə söyüş söymədiyini bildirmişdir. Bir qədər sonra Elmar Zərərçəkmiş şəxs1 yanına getmiş, yenidən nə üçün söyüş söyməsi barədə soruşmuş, o, isə “atan yaşdayam mənə yaraşmaz” cavabını verdikdə Təqsirləndirilən şəxs1 ona qarşı kobudluq etmişdir. İçkili olduğu üçün Zərərçəkmiş şəxs1 də ona qarşılıq verərək söyüş söydüyü zaman Elmar onu yumruqla vurmuşdur. İkinci dəfə yumruq vurmağa cəhd etdikdə Zərərçəkmiş şəxs1 başını çəkmək istəyərkən oradakı dəmir şkafa vurmuş, pilləkanlardan yıxılmış və şüurunu itirmişdir. Hadisə zamanı orada olan şəxslər ona yardım edərək həkimə getmək istəyib-istəmədiyini soruşduqda, o, ehtiyac olmadığını söyləmiş, özünə gəldikdən sonra səhər saatlarında evinə qayıtmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tanımamış, lakin atası ilə aralarında olan dostluq münasibətinə görə ondan şikayətçi olmamışdır. Zərərçəkmiş şəxs1 digər Təqsirləndirilən şəxs2 Həsən adlı şəxsin yanına iş ilə bağlı müraciət etmək üçün gedərkən orada görmüşdür. Bu hadisədən sonra təqsirləndirilən şəxslərlə arasında heç bir münaqişə olmamışdır.İfadəsinin davamında Təqsirləndirilən şəxs1 heç bir şikayətinin və tələbinin olmadığını olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 sosial şəbəkədə etdiyi paylaşıma şərh yazmış, o isə mesaj yazaraq əlaqə nömrəsini istəmiş və zəngləşərək görüşmək qərarına gəlmişlər. Onlar Şərur rayonunda yerləşən 1 nömrəli məktəbin yaxınlığında görüşərək Təqsirləndirilən şəxs1 maşınında Arpaçayın kənarına getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 gözündəki eynəyi çıxarıb maşının orta sürücü oturacağının köməkçi hissəsinə qoymuş və ondan “səni buraya kim göndərib?” deyə soruşmuş, Zərərçəkmiş şəxs3 “heç kim göndərməyib” cavabını vermişdir. Zərərçəkmiş şəxs3 avtomaşında gördüyü beşbarmağa bənzər üzərində bıçaq olan alətlə onu vurmasından qorxduğu üçün maşından düşüb qaçmağa başlamışdır. Bundan sonra Elmarın yanına bir nəfər də gəlmiş, Zərərçəkmiş şəxs3 yorularaq dayanmış və bu zaman Təqsirləndirilən şəxs1 onu vuraraq yerə yıxmış, təpik, yumruq və şillə ilə vurmağa davam etmiş, söyüşlər söymüş, bu zaman zərərçəkmiş şəxs başını və üzünü qorumağa çalışmış, ona qarşı nalayiq hərəkətlər etdikdə Elmarın yanındakı oğlan hadisələri videoya çəkmişdir. Daha əvvəl Təqsirləndirilən şəxs1 tanımamış, təsadüfən şərh yazmış, onunla münaqişə üçün kimsə onu vadar etməmiş, hadisədən sonra oradakı şəxslərin heç birini görməmiş, özləri yaxud ailə üzvləri tərəfindən ona qarşı hər hansı təzyiq və təsir olmamışdır. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, hadisədən sonra özünü öldürmək barədə düşünsə də, Təqsirləndirilən şəxs1 şikayətçi olmamışdır. Hal-hazırda da onun barəsində şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən gecə saat 00:30 radələrində restoranda olarkən Elmarla dostlarının oturduğu masadan səs-küy gəldiyini eşitmiş, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs1 mübahisə etdiyini görmüş, mübahisə zamanı hər ikisi içkili vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 Şahid1 tərəf gəldikdə ondan nə baş verdiyini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs1 də onun arxasınca gələrək Zərərçəkmiş şəxs1 “sən aşpazsan get otur yerində mənim stoluma nə səbəbə gəlirsən” deyə soruşmuş, Zərərçəkmiş şəxs1 içkili olduğu üçün nalayiq ifadə işlətmiş, Təqsirləndirilən şəxs1 ona mətbəxin aşağı tərəfində, navesin altında bir şillə vurmuş, daha sonra onlar aralaşmış, “Sahil” restoranının işçiləri və restoranda arxa tərəfdə oturanlar səs- küyə görə oraya gəlmiş, Şahid1 gələn şəxsləri tanımadığı üçün mübahisənin böyüməsindən qorxaraq oradakı bıçaqları götürmüş, Elmar və Hicran içəri tərəfə keçmişdır. Hadisə zamanı restoranda olan şəxslərin sayını dəqiq bilməmiş, Zərərçəkmiş şəxs1 mətbəxdə kimin vurduğunu görməmiş, həmin vaxt restoranın kamareları olmamışdır. Şahid1 mətbəxə girdikdə Zərərçəkmiş şəxs1 yerdə uzanmış halda və özündə olmadığını görmüşdür. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs1 əvvəllər onun yanında işlədiyini, ondan pislik və səhv hərəkət görmədiyini, Zərərçəkmiş şəxs1 içkili vəziyyətdə ona söyüş söydüyü üçün əsəbləşdiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, taksi kimi fəaliyyət göstərdiyi üçün Zərərçəkmiş şəxs2 ona zəng edərək “Sahil” restoranına aparmasını istəmiş və onlar birlikdə restorana getmişlər. Restoranda Elmar və Mirhüseynlə görüşdükləri zaman o, küçədə gözləmişdir. Nihad və digərləri bir qədər söhbət etdikdən sonra restorandan uzaqlaşmaq qərarına gəldikləri zaman Zərərçəkmiş şəxs2 onun da gəlməsini istəmişdir. Elmarın maşını ilə o, Mirhüseyn, Nihad və Elmar oradan uzaqlaşaraq Arpaçay istiqamətində getmişlər. Əvvəlcə Elmar və Nihad, daha sonra o, Mirhüseynlə birlikdə düşüb maşının arxa hissəsinə keçərək onların yanına getmişlər. Elmarla Nihadın söhbət etdiyini eşitmiş, telefonuna zəng gəldiyi üçün onların yanından aralanmışdır. Təxminən 10 dəqiqə sonra geri qayıtdıqda Nihadın dizləri üstünə çökərək Dünyamin adlı şəxsdən üzr istədiyinin şahidi olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bıçaq görməmişdir. Elmarın maşını ilə restorana geri qayıtdıqdan sonra Zərərçəkmiş şəxs2 evinə aparmış, polisdən çəkindiyi üçün baş vermiş hadisə ilə bağlı polisə müraciət etməmişdir. Şahid6 ifadəsinin davamında Elmarla Nihadın arasında keçən söhbətlərdən məlumatsız olduğunu, telefonuna zəng gəlməsi səbəbindən hadisə yerindən kənara çəkildiyi üçün Nihadın hansı şəraitdə və necə diz çökdüyünü, həmçinin Mirhüseyn Seyidovun həmin anları videoya çəkməsini görmədiyini, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 vurmağının şahidi olmadığını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Sahil” restoranında olarkən polis əməkdaşları onu, Təqsirləndirilən şəxs1, Mirhüseyn Seyidovu, Şahid4 və Nurlan Zeynalovu heç bir məlumat vermədən polis şöbəsinə aparmış, həmin gün gecə saat təxminən 02:00-da onlara Nihad adlı şəxsin şikayəti əsasında şöbəyə gətirildiklərini demişlər. Nihad adlı şəxslə üzləşmə aparıldıqdan sonra məsələyə aydınlıq gətirilmiş və o şöbədən buraxılmışdır. Təqsirləndirilən şəxs1 savaşmasına şahid olmamış, Mirhüseyn Seyidovla “Sahil” restoranında işləmiş, onu yaxşı biri olaraq tanımışdır. Polis əməkdaşları tərəfindən şöbəyə aparıldıqları gün səhər saatlarında restoranın kameralarının saz vəziyyətdə olmasına nəzarət etmiş, həmin günə qədər kameralar işləmiş, 5 gün sonra restorana qayıtdıqda kamera aparatının olmadığını görmüş, işçilər polis əməkdaşlarının götürdüyünü demiş, ancaq kim tərəfindən götürüldüyünü dəqiq bilməmişdir. Polis əməkdaşlarının ona heç bir təzyiq göstərmədiyini, məhkəməyə gəlməsinə maneə olmadıqlarını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmkəndliləri Elmar, Xanlar və Siracla birlikdə pivə içdikdən sonra evə getmək istədikləri zaman Elmara bir xanım zəng edərək görüşmək istədiyini dediyi üçün gecə saat təxminən 00:00-da həmin xanımla “Şərur” restoranında görüşmüşlər. Restoranda kimsənin olmadığı kənar stolda əyləşmişlər və ofisiant qız yaxınlaşıb sifarişlərini götürsə də, sifarişləri başqa şəxs gətirdiyi üçün Elmar ofisiant qızın gəlməsini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq nəsə lazım olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs1 içkili olduğu üçün ofisiant xanımın gəlməsini və mahnı sifariş edəcəklərini demişlər. Mahnının adını yazmaq üçün Elmar telefonu uzatdıqda Zərərçəkmiş şəxs1 yaza bilməyəcəyini demiş və o telefonu Elmarın əlini uzatmasına baxmayaraq masada əyləşən xanıma vermişdir. Təqsirləndirilən şəxs1 “mən telefonu istəyirəm, sən niyə qıza verirsən?” deyə soruşmuş, Zərərçəkmiş şəxs1 telefonu xanımın əlindən alıb Elmara vermiş, “alın telefonu xətanızı məndən uzaq edin” demiş, bu zaman Elmar ondan “sən kimsən? heç bizi tanımırsan bizim sənlə nə xətamız olacaq ?” deyə soruşmuş, o isə müdir olduğunu deyib nalayiq ifadə işlədərək masadan uzaqlaşmışdır. Elmar Zərərçəkmiş şəxs1 arxasınca getmiş, bir qədər sonra mətbəxə girdikdə Zərərçəkmiş şəxs1 yerə yıxılmış halda görmüş, Elmarla mübahisə etdiyini və onu Elmarın vurduğunu düşünmüşdür. Yaranan səs-küyə görə qonşuluqda yerləşən “Sahil” restoranının işçiləri də gəlmişlər. Şahid2 Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanıdığını, ara-sıra görüşdüklərini, Mirhüseyn Seyidovu isə “Sahil” restoranından tanıdığını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək “Çaylaq” adlanan yerə gəlməsini və itinin qaçdığını söyləmişdır. Təxminən 10 dəqiqə sonra çaylağa çatdığında Təqsirləndirilən şəxs1 bir nəfərin arxasınca qaçdığını görmüşdür. Elmar həmin şəxsi tutduqdan sonra onların yanına getmiş, Təqsirləndirilən şəxs1 onu dizi ilə vuraraq “səni bura kim göndərib?”, “sən kimsən mənə bu cür təkliflər edirsən?” dediyini eşitmiş, daha sonra telefonu Şahid9 verərək bütün bunları videoya çəkməsini istəmişdir. Şahid9 Təqsirləndirilən şəxs1 xətrini çox istədiyindən küsməməsi üçün sözünü geri çevirməmiş, onun Zərərçəkmiş şəxs3 qarşı etdiyi nalayiq hərəkətləri videoya çəkmişdir. Hadisə zamanı Elmarın əlində bıçaq görməmiş, hadisənin baş vermə səbəbini bilməmiş, Zərərçəkmiş şəxs3 oradan uzaqlaşdıqdan sonra ondan niyə bu hərəkəti etdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 mesajları göstərərək Zərərçəkmiş şəxs3 ona cinsi əlaqədə olmağı təklif etdiyini söyləmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, onun, təqsirləndirilən şəxsin müdafiəçisinin və Təqsirləndirilən şəxs1 iştirakı ilə videoçəkiliş aparılmaqla 16 sentyabr 2023-cü il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 məxsus maşının qapıları açılaraq baxış keçirilmiş, bu zaman maşının sol ön oturacağının aşağısından 01 ədəd qoşa lülə silahına bənzər alət, orta sürücü oturacağının köməkçi hissəsindən 01 ədəd beşbarmağa bənzər alət və avtomobilin yük hissəsindən qara rəngli sellofan torbaya bükülmüş 01 ədəd büküm aşkar edilmiş və aşkar olunanlar müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şahid10 Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə tutulduğunu, ona qarşı fiziki güc və ya təzyiq göstərilməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə, gecə saat təxminən 02:00-da şəriyi Şahid5 ilə birlikdə evə gedərkən icarəyə götürdükləri "Sahil" restoranı ilə yanaşı yerləşən “Şərur” restoranından səs-küy gəldiyini eşidib oraya getmişlər. Orada Elmarın aqressiv halda qışqırdığını, ətrafına bir neçə nəfərin toplaşdığını görüb, onun savaşdığını anlamış, Elmara hirslənərək maşına minib oradan uzaqlaşmasını söyləmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 qışqıraraq nə dediyini xatırlamamış, sonradan onun Zərərçəkmiş şəxs1lə dalaşdığını eşitmişdir. Hadisənin baş vermə səbəbi barədə məlumatı olmamışdır. Şahid4 polis şöbəsinə getdiyi gün səhər saatlarında restoranın kameralarının işlədiyini, geri qayıtdıqda oranın işçilərinin “kameranı polislər götürüblər, baxacaqları nəsə var” dediklərini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Tik-tok” sosial şəbəkəsində Vüsalə adlı istifadəçi canlı yayım açmış və Təqsirləndirilən şəxs1 də həmin canlı yayımda olmuşdur. Yayımdan çıxdıqdan sonra asiman808 adlı istifadəçi Elmar barədə nalayiq ifadələr işlətdiyi üçün Təqsirləndirilən şəxs1 tanıdığından asiman808 adlı istifadəçini söymüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 zəng edərək hadisəni danışmış, asiman808 adlı istifadəçini tanıdığını söyləmiş, Elmar isə yaşının az olduğunu, fikir verməməli olduğunu demiş, onun da Asiman adlı şəxsə heçnə etməməsini tapşırmışdır. Şahid7 Asimanla görüşüb ona “Elmar hörmətli adamdı niyə belə demisən?” deyə soruşduqda Asiman üzr istəmək istədiyini bildirərək Şahid7 telefonu ilə Təqsirləndirilən şəxs1 zəng edərək üzr istəmişdir. Şahid7 atası əməliyyat olunan zaman Təqsirləndirilən şəxs1 onlara maddi yardım göstərdiyindən onu müdafiə etdiyini söyləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid3 ifadəsində göstərmişdir ki, “Mən 2023-cü ilin yanvar ayından “Sahil” restoranında qarsonluq edərək çörək pulu qazanıram. Hər gün saat 15:00-da işə gedirəm, gecə saat 00:00, bəzən də 01:00 radələrində işdən çıxıram. 23 avqust 2023-cü il tarixdə mən əvvəlcədən tanıdığım Elmar adlı şəxsə zəng vuraraq harada olduğunu soruşdum. O, mənə “Şərur” restoranında olduğunu bildirən zaman mən ona yanına getmək istədiyimi bildirdim. Elmar narazılıq etmədiyi üçün mən taksi ilə “Sahil ”restoranından çıxıb “Şərur” restoranına getdim. Həmin restorana çatan zaman Elmarın əlavə olaraq tanımadığım iki nəfər ilə eyni masada oturduqlarını gördüm. Mən də onların yanında əyləşdim. Elmar pivə içirdi, yanındakılar isə içmirdi. Mənə də pivə gəldi. Həmin vaxt pivəni tanımadığım bir kişi gətirdi. Elmar ona bizim masaya baxan qız var idi, o, olan yerdə pivəni sən niyə gətirirsən sözlərini dedi. Sonra Elmar həmin kişidən nə işlə məşğul olduğunu soruşdu. Həmin şəxs Elmara həm aşbaz, həm də müdir olduğunu bildirdi. Mən həmin kişidən ifa edilməsi üçün mahnı sifariş etmək istədim. Həmin şəxs bizə mahnını telefona yaza bilmədiyini, ona görə də mahnını bizim özümüzün yazmağını istədi. Sonra Elmar müdirə sözünü demək üçün yuxarı qalxdı. Həmin vaxt orada masaya baxan kişi ilə arasında mübahisə baş verdi. Aralarındakı mübahisə zəmnində həmin şəxsin yerə yıxıldığını gördüm. Onların mübahisəsinə “Sahil” restoranını işlədən Mirhəsən adlı şəxs də gəldi. Sonra ortalığın sakiltləşdiyini görən Mirhəsən və yanında gələn Nurlan , Əsrafil və Süleyman adlı şəxslər məni də götürüb oradan çıxıb getdik.” - Şahid8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında “Tik-tok” sosial şəbəkəsindən tanıdığı Vüsalə adlı şəxs canlı yayım açmışdı. Mən həmin canlı yayıma iştirakçı kimi qatılmışdım. Vüsalə xanımın canlısında olan zaman həmin şəxslə normal olaraq mesaj şəklində canlı yayımda ona “salam necəsən, nə edirsən?” sözlərini yazırdım. Vüsalə xanım da mənə normal olaraq cavab verirdi. Bu zaman canlı yayımda olarkən “elmar__011” adlı “Tik-tok” istifadəçisi Vüsalə xanımın ünvanına əxlaqsız sözlərlə nalayiq ifadələr işlədirdi. Mən də cavab olaraq Vüsalə xanımı müdafiə üçün “elmar__011” adlı “Tik-tok” istifadəçisinə qarşı nalayiq ifadələr işlətdim. Bundan sora həmin günü məni Əli adlı tanışım Şərur rayonunda yerləşən ticarət mərkəzinin yanına zəng edərək çağırdı. Mən ondan niyə çağırdığını soruşduqda o, mənimlə işinin olduğunu qeyd etdi. Təxminən 10 dəqiqə sonra mən ticarət mərkəzinin arxa tərəfinə çatdım. Əli adlı tanışım məni orada gözləyirdi. O, məndən “Elmarı niyə söymüsən?” deyə soruşdu. Mən də cavab olaraq “Elmar Vüsaləyə qarşı nalayiq ifadələr işlətdiyi üçün mən də ona cavabını vermişəm” dedim. Əli mənə Elmarın kim olduğu barədə məlumat verdikdən sonra mən Elmardan qorxub ondan üzr istəmək istədim. Əli öz telefonu ilə Elmara zəng edərək birinci özü onunla danışmağa başladı. Elmar ilə Əli danışdıqdan sonra telefonu mənə verdi. Bu zaman Elmar adlı şəxs mənə qarşı telefonda ondan üzr istəməyimi, əks halda məni sındıracağını, döyəcəyini və öldürəcəyini bildirdi. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunub dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Elmarla atasını 2015-ci ildə Şərur rayon Polis bölməsinin Təhqiqat və İstintaq şöbəsinin rəisi təyin olunandan bəri tanımış, Elmarın kriminal aləmə meyil etməsinə, ailəsinə qarşı olan hörmətsiz davranışlarına görə onunla münasibət qurmamış, ancaq atası ilə münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 tutulan vaxtı eləcə də onun avtomobilinə baxış keçirilən zaman orada olmamış, onun döyülməsini, təhqir edilməsini görməmiş, özü də Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki güc, təzyiq və təsir göstərməmişdir. Sadəcə xidməti otağına daxil olarkən müstəntiqlə Elmarın imza çəkməklə bağlı mübahisə etdiyini görmüş, bu zaman ona “yazılanları oxu, iradların varsa da bildir, amma imzanı çək” demişdir. Məhkəmənin təşəbbüsü ilə ekspert qismində dəvət olunub dindirilmiş X17 ifadəsində göstərmişdir ki, sözügedən obyektin ballistik xüsusiyyətlərinin tədqiqi nəticəsində onun konstruktiv dəyişikliyə məruz qaldığını, ilkin təyinatının dəyişdiyini və odlu silah olduğunu müəyyən etmişdir. Ekspert rəyinin tədqiqi hissəsində təyinatı üzrə istifadəyə (atəşə) yararlı olması məsələsini qeyd etdiyi üçün rəyin nəticə hissəsində “təyinatı üzrə istifadəyə yararlılıdır” ifadəsini işlədərkən atəşə yararlı olmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8: - 08 sentyabr 2023-cü il tarixli, 1178 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər - sol göz yarığını əhatə edən hematoma, ağlı qişada qansızma və burnunda yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 16 sentyabr 2023-cü il tarixli, 931 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən , üzərində “Təqsirləndirilən şəxs1 məxsus “Vaz-2107” markalı, **-BD-*** d/q/n avtomobildən aşkar olunmuş narkotik tərkibli bitkiyə oxşar qurudulmuş bitki...” əl yazıları, ad,soyad və imzalar olan 01 ədəd kağız zərfin içərisindəki təmiz çəkisi - 565 qram olan xırdalanmış, ovulmuş bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir ( İ siyahı İ bənd sıra №146) Marixuananın təmiz çəkisi -565 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq – 564,98 qram - 19 sentyabr 2023-cü il tarixli, 932 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçaqdır, soyuq silah hesab edilir - 19 sentyabr 2023-cü il tarixli, 933 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah keçmiş SSRİ-də (hal-hazırda Rusiya) Tula silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu - 70 mm olan, “TOZ-BM” modelli, seriya nömrəsi silinmiş, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz (hamar lüləli) odlu ov silahıdır, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim olunan silahın üzərində olan zavod işarələri mexaniki yolla dərindən silindiyindən onun istehsal tarixini müəyyən etmək mümkün olmamışdır. - 24 oktyabr 2023-cü il tarixli, 1020 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A71” markalı, “SM-A715F/DS” modelli və “**********02448, **********02446” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. “Samsung Galaxy A71” markalı, “SM-A715F/DS” modelli mobil smartfonun yaddaşında və “SİM” danışıq kartlarında (kontaktlar, “Zəng tarixçəsi”, “SMS” mesajlar, “Whatsapp Business”, “TikTok”, “Telegram”, “İnstagram” proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri, multimedia (audio,foto,video) fayllar və s.) mövcud olan və silinmiş məlumatlar müəyyən edilmiş, həmin məlumatlar əsasında tərtib edilən hesabat (Report) “Ekspertiza 1020” adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edilmişdir. - 24 oktyabr 2023-cü il tarixli, 1029 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A53” markalı, “SM-A536E/DS” modelli və “**********01668, **********01667 ” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə və istifadə üçün yararlı olmuş, “Samsung Galaxy A53” markalı, “SM-A536E/DS” modelli smartfonun yaddaşında və “SİM” danışıq kartlarında mövcud olan (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, video, audio fayllar və s.) məlumatlar müəyyən olunmuş və həmin məlumatlar “Ekspertiza 1029” adlı iş çantasının xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Ekspertizaya təqdim edilmiş “Samsung Galaxy A53” markalı, “SM-A536E/DS” modelli smartfonun yaddaşından hər hansı bir məlumatın silinibsilinməməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmamış, “Samsung Galaxy A53” markalı, “SM-A536E/DS” modelli smartfonun yaddaşına quraşdırılmış “Whatsapp”, “Tiktok”, “Facebook messenger”, “İnstagram” proqram təminatları vasitəsi ilə aparılmış məlumat mübadilələri müəyyən olunmuş, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. - 06 dekabr 2023-cü il tarixli, 1193 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olmaqla, onun sinir sisteminin tipi qüvvətli və fəaldır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində inadkarlıq, müstəqillik, liderlik kimi əlamətlər müşahidə olunur. Zərərçəkmiş şəxs2 əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 baş vermiş hadisə zamanı qorxu hissi ilə müşahidə olunan sinir-psixi gərginlik halını keçirmişdir. Zərərçəkmiş şəxs2 keçirmiş olduğu qorxu hissi ilə müşahidə olunan sinir-psixi gərginlik halı Təqsirləndirilən şəxs1 ona qarşı etdiyi qanunzazidd hərəkətlərlə şərtlənmişdir. - 06 dekabr 2023-cü il tarixli, 1194 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə ona qarşı edilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs3 hadisə zamanı qorxu və alçaldılma hissi ilə müşahidə olunan emosional gərginlik halında olmuşdur. Zərərçəkmiş şəxs3 qorxu və alçaldılma hissi ilə müşahidə olunan emosional gərginlik halının yaranması hadisədən bilavasitə əvvəl Təqsirləndirilən şəxs1 ona qarşı etmiş olduğu alçaldıcı və qanunazidd hərəkətləri ilə şərtlənmişdir. - 07 dekabr 2023-cü il tarixli, 1195 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmiş, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmuş, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olmuşdur. - 07 dekabr 2023-cü il tarixli, 1202 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmiş, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmamış, lakin Təqsirləndirilən şəxs2 daxilipsixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunmuş və əqli, psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olmuşdur. Naxçıvan Muxtar Respublikası X4: - 30 oktyabr 2023-cü il tarixli, 330 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. - 30 oktyabr 2023-cü il tarixli, 331 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur. Hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir. - 30 oktyabr 2023-cü il tarixli, 332 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməzdən əvvəl və törədən zaman hansısa psixi xəstəlikdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək iqtidarında olmuşdur. Hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir. - 30 oktyabr 2023-cü il tarixli, 333 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 15 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd tünd mavi rəngli “Samsung Galaxy A71” markalı mobil telefon, 01 ədəd qara rəngli eynək, gümüşü rəngli metaldan olan qolbaq və boyunbağı, sol ön cibindən 01 ədəd Təqsirləndirilən şəxs1 özünün qeyd etdiyi üzrə özünə məxsus “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qara rəngli pultu və 01 ədəd “AzərTürk” bank kartı aşkar edilərək götürülmüş, 07 dekabr 2023-cü il tarixli aktla geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd tünd mavi rəngli, “Samsung Galaxy A71” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, möhürlənərək götürülmüşdür. - 15 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin ön hissəsində oturacaqların arasında olan “qolaltında” bir ədəd üzərində qara rəngli bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alət, ön sürücü oturacağının altında bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alət, baqajın sol hissəsində avadanlıqların yığılması üçün nəzərdə tutulmuş ciblikdə qara rəngli sellefon torbaya bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 bir ədəd üzərində qara rəngli bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alətin özünə məxsus olduğunu bildirsə də, bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alətin və qara rəngli sellefon torbaya bükülmüş narkotik vasitəyə bənzər maddənin ona məxsus olmadığını bildirmişdir. - 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli “Samsung Galaxy A53” markalı mobil telefon, 01 ədəd sarı rəngli təsbeh, 03 ədəd 20 manatlıq əskinaz müəyyən edilmiş, “Samsung Galaxy A53” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, möhürlənərək götürülmüşdür. - 22 sentyabr 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A71” markalı, SM- A715F/DS modelli smartfon telefona baxış zamanı zənglər, “Whatsapp”, “İnstagram” Qalareya, İnternet, “Youtube” bölmələrindən məlumatlar aşkar edilmişdir. - 22 sentyabr 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy A53” markalı, “SM- A53E/DS” modelli smartfon telefona baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. - 28 sentyabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan məlum olur ki, Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranına baxış keçirilmiş, baxış zamanı heç bir əşya, predmet və iz götürülməmişdir. - 19 oktyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şərur Rayon Məhkəməsinin 5(110)-16/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" Telecom MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs1 məxsus “***-***-**-**” mobil nömrəsinin məlumat sistemindən çıxarışının köçürüldüyü xarici yaddaş qurğusuna baxış keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. - 01 noyabr 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotolardan məlum olur ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib “2” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin bıçağı hadisə zamanı Yuxarı Daşarx kəndi ərazisində Arpaçay kənarında olan zaman Təqsirləndirilən şəxs1 məhz həmin soyuq silahla onu öldürməklə hədələdiyini, bıçağın qara rəngli dəmir materialdan dəstəyi olduğunu, üzərində ucu sivri çıxıntılarının olduğunu, üzərində yaşıl rəngli xətləri olduğunu və həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirmişdir. - 29 noyabr 2023-cü il tarixli əşyanın tanınmasının aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotolardan məlum olur ki, tanıyan şəxs Zərərçəkmiş şəxs3 təqdim edilən əşyaları nəzərdən keçirib “2” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək həmin bıçağı hadisə zamanı Yuxarı Daşarx kəndi ərazisində Arpaçay kənarında olan zaman Təqsirləndirilən şəxs1 məhz həmin soyuq silahla onu öldürməklə hədələdiyini, bıçağın qara rəngli dəmir materialdan dəstəyi olduğunu, üzərində 7 ədəd ucu deşici qabiliyyətə malik çıxıntıları olan, ucunun sivri olduğunu, üzərində yaşıl rəngli xətləri olduğunu və həmin bıçağı da bu əlamətlərinə görə tanıdığını bildirmişdir. - 30 noyabr 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şərur Rayon Məhkəməsinin 5(110)-16/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs2 məxsus “***- ***-**-**” mobil nömrəsinin məlumat sistemindən çıxarışına baxış keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. - 30 noyabr 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şərur Rayon Məhkəməsinin 5(110)-16/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs1 məxsus “***- ***-**-**” mobil nömrəsinin məlumat sistemindən çıxarışına baxış keçirilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə telefon danışıqları müəyyən edilmişdir. - 28 dekabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Şərur Rayon Məhkəməsinin 5(110)-16/2023 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs2 məxsus “***- ***-**-**” mobil nömrəsinin məlumat sistemindən çıxarışının köçürüldüyü xarici yaddaş qurğusuna baxış keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyar və X6 göndərilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Yuxarı Daşarx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 mənfi xarakterizə olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.1,228.1, 228.4 və 234.4.3-cü, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 134-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.1, 228.1 və 228.4-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 134-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs1 2023-cü ildə tarixini dəqiq xatırlamadığı vaxtda Bakı şəhərindən bir ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı əldə edib daşıyaraq özünə məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqlarının arasındakı saxlanc yerinə qoymaqla saxlaması, 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranının yanında olan çaylaq ərazidə Türkiyə Respublikasında onun dostlarına qarşı söyüş söymüş Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələməsi, təkrarən 28 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən çaylaq ərazidə sosial şəbəkədə kriminal aləmlə bağlı yazı paylaşmış Zərərçəkmiş şəxs3 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələməsi, 23 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Şərur” restoranında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada aşpaz işləyən Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb restorandakıların gözü qarşısında onu söyüb təhqir etdikdən sonra sifət nahiyəsindən yumruqla vuraraq ona sol göz yarığını əhatə edən hematoma, ağlı qişada qansızma və burnunda yara kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi, satış məqsədi olmadan bir ədəd keçmiş SSRİ-də Tula silah zavodunda zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli patronluğunun uzunluğu 70 mm olan TOZ-BM modelli seriya nömrəsi silinmiş xarici çaxmaqlı qoşalüləli ilkin təyinatı dəyişdirilməklə konstruktiv dəyişikliyə məruz qalmış saz vəziyyətdə olan odlu silahı əldə edib özünə məxsus “Vaz-2107” markalı, **-BD- *** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıması Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221.1, 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini təsdiq edir. Məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ona məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş odlu silah və narkotik vasitənin ona aid olmadığını bildirmişdir. 15 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, həmin tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin ön hissəsində oturacaqların arasında olan “qolaltında” bir ədəd üzərində qara rəngli bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alət, ön sürücü oturacağının altında bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alət, baqajın sol hissəsində avadanlıqların yığılması üçün nəzərdə tutulmuş ciblikdə qara rəngli sellofan torbaya bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 bir ədəd üzərində qara rəngli bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alətin özünə məxsus olduğunu bildirsə də, bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alətin və qara rəngli sellefon torbaya bükülmüş narkotik vasitəyə bənzər maddənin ona məxsus olmadığını bildirmişdir. Protokoldan da göründüyü kimi baxış keçirilərkən videoçəkiliş aparılmış və Təqsirləndirilən şəxs1 müdafiəçisi X18 da baxışda iştirak etmişdir. Protokol oxunaraq düzgünlüyü imzalarla təsdiq olunmuş və iştirakçılar tərəfindən (o cümlədən müdafiəçi Z.Bayramov və Təqsirləndirilən şəxs1 tərəfindən) hər hansı qeyd və ya əlavə olunmamışdır. Təqsirləndirilən şəxs1 15 sentyabr 2023-cü il tarixdə axşam saatlarında saxlanılsa da, avtonəqliyyat vasitəsinə baxışın səhər saatlarında keçirildiyi barədə verdiyi ifadəsinə gəlincə, işdə olan şübhəli şəxsin tutulması və baxış keçirilməsi haqqında protokollardan görünür ki, 15 sentyabr 2023-cü il tarixdə, saat 22:30-da o, şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 23:30 radələrində isə ona məxsus “Vaz-2107” markalı, **- BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Hər iki halda müdafiəçisi X15 iştirakı təmin olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı CM-nin 134-cü maddəsində nəzərdə tutulan, öldürməklə və ya hədələməklə ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi də öz təsdiqini tapmamışdır. Belə ki, təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində zərərçəkmişin həyatı və sağlamlığı istənilən vaxt reallaşa biləcək hədəyə məruz qalır. Şərh edilən cinayətin obyektiv cəhəti iki mümkün əməlin-adam öldürmənin və sağlamlığa ağır zərər vurmanın törədilməsinə yönəlmiş niyyətin ifadə edilməsindən ibarətdir. Belə niyyət hədələmə vasitəsilə ifadə edilir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranının yanında olan çaylaq ərazidə Türkiyə Respublikasında onun dostlarına qarşı söyüş söymüş Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucuəzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmədə zərərçəkmiş bu faktı qismən inkar etsə də, məhkəmə bu cür ifadə verməsinin təqsirləndirilən şəxsin ona təsiri nəticəsində olduğu qənaətinə gəlir. Bundan başqa, o, təkrarən 28 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən çaylaq ərazidə sosial şəbəkədə kriminal aləmlə bağlı yazı paylaşmış Zərərçəkmiş şəxs3 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ziddiyətli ifadələri özünü müdafiə məqsədi üçün verilmiş ifadələr kimi qiymətləndirir və törətdiyi əməllər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə verdikləri ifadələrindən və məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar və onlara dəymiş ziyan tamamilə ödənmişdir. Onlara qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Odur ki, iş üzrə icraata xitam verməyi xahiş edirlər. CM-nin 73.2-ci maddəsinə görə CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə tədqiqadçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMnin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə təsqirləndirilən şəxslərin zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmaları, həmçinin zərərçəkmişlərə dəymiş zərərin tamamilə ödənilməsi və zərərçəkmişlərin onlara qarşı heç bir şikayətinin və tələbinin olmaması nəzərə alınaraq CM-nin 73.2-ci və CPM-nin 40.3-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs1 isə ona verilmiş ittihamın CM-nin 134-cü maddəsinə aid hissəsində cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata həmin hissədə xitam verilməlidir. Bununla bağlı məhkəmə 07 mart 2024-cü il tarixli, 1(109)-8/2024 nömrəli ayrıca qərar qəbul etmişdir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, 15 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsinin ön hissəsində oturacaqların arasında olan “qolaltında” bir ədəd üzərində bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alət, ön sürücü oturacağının altında bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alət, baqajın sol hissəsində avadanlıqların yığılması üçün nəzərdə tutulmuş ciblikdə qara rəngli sellefon torbaya bükülmüş narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 bir ədəd üzərində bıçaq olan qara rəngli beşbarmağa bənzər metaldan olan alətin özünə məxsus olduğunu, bir ədəd qoşa lüləli, lülələri kəsilmiş halda silaha bənzər metal alətin və qara rəngli sellefon torbaya bükülmüş narkotik vasitəyə bənzər maddənin ona məxsus olmadığını bildirsə də, digər mötəbər sübutlarla bu öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməllərin ona irəli sürülmüş ittihama uyğun olub-olmamasının müəyyən edilməsi, başqa sözlə onun əməllərinin tövsif edilməsi, eləcə də onun külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edərək avtomaşınında saxlayıb daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs1 əməllərinin tövsifində mühüm və başlıca rol oynayır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İlk növbədə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamda satışla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə narkotik vasitələri və psixotrop maddələri qanunsuz satma dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkərlər başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham irəli sürərkən əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol verməklə mötəbər sübutlarla təsdiq olunmayan düzgün olmayan ittiham vermişdir. Odur ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-1-ci, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuananın 500 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 4(110)-14/2023 nömrəli, 17 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 4(110)-23/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 06 dekabr 2023cü il tarixdən hesablanmaqla 15 yanvar 2024-cü il tarixədək, ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağından və hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 15 sentyabr 2023-cü il tarixdən hesablanmalı, cəzaçəkmə müəssisəsinin növünə gəldikdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar: - Təqsirləndirilən şəxs1 məxsus “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar olunmuş qara rəngli sellafon torbaya bükülmüş 564,98 qram qurudulmuş marixuana narkotik vasitəsi, 01 ədəd kustar üsul ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş soyuq silah hesab edilən kastet-bıçaq məhv edilməlidir 01 ədəd keçmiş SSRİ-də (hal-hazırda Rusiya) Tula silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu-70 mm olan, “TOZ-BM” modelli, seriya nömrəsi silinmiş, xarici çaxmaqlı, qoşalüləli tüfəng və yivsiz (hamar lüləli) odlu ov silahı olmaqla konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olub, saz vəziyyətdə və təyinatı üzrə istifadəyə (atəşə) yararlı odlu ov silahı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə verilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C00702344 nömrəli pasport cəzanı icra edən orqana göndərilməlidir. - Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Cinayət işinin materiallarının köçürüldüyü 01 (bir) ədəd “Samsung” markalı xarici yaddaş qurğusu, 05 (beş) ədəd CD, 02 (iki) ədəd DVD və ittiham aktının elektron variantı olan 01 (bir) DVD cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə, 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə, 228.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Şərur rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar: - Təqsirləndirilən şəxs1 məxsus “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar olunmuş qara rəngli sellafon torbaya bükülmüş 564,98 qram qurudulmuş marixuana narkotik vasitəsi, 01 ədəd kustar üsul ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş soyuq silah hesab edilən kastet-bıçaq məhv edilsin - 01 ədəd keçmiş SSRİ-də (hal-hazırda Rusiya) Tula silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu-70 mm olan, “TOZ-BM” modelli, seriya nömrəsi silinmiş, xarici çaxmaqlı, qoşalüləli tüfəng və yivsiz (hamar lüləli) odlu ov silahı olmaqla konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lülələri kustar üsulla kəsilmiş, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi olub, saz vəziyyətdə və təyinatı üzrə istifadəyə (atəşə) yararlı odlu ov silahı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə verilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs1 məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi və C00702344 nömrəli pasport cəzanı icra edən orqana göndərilsin. - Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A71” markalı mobil telefon Təqsirləndirilən şəxs1 qaytarılsın. Cinayət işinin materiallarının köçürüldüyü 01 (bir) ədəd “Samsung” markalı xarici yaddaş qurğusu, 05 (beş) ədəd CD, 02 (iki) ədəd DVD və ittiham aktının elektron variantı olan 01 (bir) DVD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. İlham İbrahimov