Məhkəmə qərarları › İş №1(109)-8/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-8/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-8/2025 07.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:15 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X4 iştirakları ilə 25 avqust 1973-cü il tarixində İran İslam Respublikasının Poldəşt şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, ali təhsilli, qoşqulu yük nəqliyyat vasitəsi idarə edən, İran İslam Respublikasının Şot şəhəri, Şəhid Qəndi küçəsi, 16-cı məhəllə ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 17 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan şəxslərlə, razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən satış məqsədi ilə 7 ədəd bükümdə ümumi təmiz çəkisi 1508, 075 qram külli miqdarda qurudulmuş marixuana narkotik vasitənin və 24 ədəd bükümdə olan ümumi təmiz çəkisi 7882, 581 qram külli miqdarda həşiş narkotik vasitənin daşıyıb, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Bolqarıstan Respublikasına aparıb orada istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qəbul edib aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə falqa kağızına bükülmüş bükümləri idarə etdiyi “SCANİA” markalı, 16AA323/16AA324 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın içərisində xüsusi hazırlanmış bölmədə gizlədib saxlayaraq daşımaqla, 17 oktyabr 2024-cü il tarixdə saat 09 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına gedərkən idarə etdiyi SCANİA markalı, 16AA323/16AA324 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində alt yatağın altında xüsusilə hazırlanmış bölmədən falqa kağızına bükülmüş bükümün içərisində şəffaf bantla sarınmış 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 224,807 qram, 217,421 qram, 200,181 qram, 213,551 qram, 217,977 qram, 210,497 qram, 223,641 qram olmaqla ümumi təmiz çəkisi 1508,075 qram külli miqdarda tünd yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli, narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və gümüşü rəngli falqa kağızına bükülmüş bükümün içərisində şəffaf bantla sarınmış 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 301,190 qram, 342,953 qram, 297,847 qram, 432,948 qram, 432,958 qram, 303,667 qram, 294,472 qram, 297,251 qram, 302,270 qram, 432,952 qram, 294,047 qram, 280,192 qram, 300,212 qram, 303,521 qram, 297,007 qram, 305,161 qram, 302,781 qram, 432,961 qram, 295,321 qram, 295,411 qram, 303,331 qram, 304,692 qram, 296,471 qram, 432,965 qram olmaqla ümumi təmiz çəkiləri 7882,581 qram külli miqdarda tünd yaşıl rəngli, tozşəkilli spesifik iyli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sürücü olmamışdan qabaq 29 il 2 ay 18 gün müəllim işləmiş, 3 ildir də şəxsi maşını ilə sürücü işləmişdir. Sadəcə bu dəfəlik maşınının motoru açılıb təmir edildiyi üçün 20 gün maşını orada qalmalı olmuşdur. Ona görə də öz maşını ilə gələ bilməmiş, “Təbriz” şirkəti ilə işləmişdir. O, 14 oktyabr 2024-cü ildə Azərbaycan torpağında gömrükdə olmuş, 15 oktyabrda isə İran ərazisinə keçmiş, öz maşınının yükü isə Tehranda olmuşdur. 16 oktyabrda evinə gəlmiş, şirkətin daimi sürücüsü Malik Qənbərli ona zəng vuraraq maşınının gömrükdə olduğunu, vizasının qurtardığını, buna görə də onu və maşının içərisindəki “şüşə” yükünü “Şahtaxtı”gömrüyündən çıxarıb Bolqarıstana aparmasını istəmiş, apardığı “şüşə” yükünü Həmzəbəyliyə çatdıracağını, sürücünün ona İstanbula keçəndə zəng vuracağını və oktyabrın 17-si Yasirin maşını ona verəcəyini demişdir. Maşını da 2 sürücü gətirib gömrüyə qoymuş, 1 sürücü də Yasir Qəribzadə olmuşdur. Yasir Qəribzadə daxili işlər sürücüsü olduğu üçün xaricə çıxa bilməmişdir. Daha sonra o, Poldəşt gömrüyünə gəlmiş, 17 oktyabr saat 16:30-da orada Yasir Qəribzadədən maşının açarlarını da təhvil almış və axşam saat 18:00 radələrində “Şahtaxtı” gömrüyünə keçmişdir. Maşın onda olarkən maşının oturacağında qeyri-adilik, qabarıqlıq və s. görməmiş, maşının yatağının üzərində də yatmamış, sadəcə olaraq 500 metr sürmüş və maşını aldıqdan sonra heç kim maşına minməmişdir. Həmin vaxt Malik Tehranda, Yasir isə gömrüyün pasport vuran yerində düz kameranın qabağında 2-ci maşında olmuşdur. Gömrükdə olan vaxt gömrük işçiləri üzərində qadağan olunmuş nə isə olduğunu soruşduqlarında maşında heç nə olmadığını və baxa biləcəklərini demişdir. Sonra onlar yoxlamaya başlayaraq gömrükdə X-Ray qurğusu vasitəsilə yatağa baxmış, maşını anbara çəkmiş, orada döşəyi anbardan çıxarmış, oranın X-Rayinə vermiş və sonra da açmışlar. Daha sonra maşında şübhəli cisim olduğunu söyləmiş, falqaya bükülmüş dəstələrin içini bıçaqla kəsmiş və marixuana çıxmışdır. Gömrük işçiləri maddələri tapdıqdan sonra o qismən təqsirli olduğunu boynuna almış və maddəni İranda gördüyü üçün onun yaşıl ot oduğunu bilmişdir. Müfəttişlər maddələri yanında açıb göstərmiş, sonra da videoya çəkmiş, onun iştirakı ilə axtarış etmiş, narkotik falqaları ilə birlikdə 11 kqdan, narkotikin xalis çəkisi isə 9 kqdan çox olmuş , daha sonra da sənədləşdirmişlər. Tutulan maşın Təbrizdə “Sərəncam” şirkətinə məxsus boz rəngli “SCANİA” markalı **-AA-*** nömrəli yük daşıma maşını olmuşdur. Yoxlanış zamanı ona qarşı hər hansı təsir-təzyiq olmamış və hər şey qanun çərçivəsində aparılmışdır. Gömrükdən kənarda həmin maşında olmamış və maddələrin də yüklənməsini görməmişdir. Maddələr Təbrizdə “Sərəncam” şirkəti tərəfindən yüklənmiş və maşını Təbrizdə gömrüyün içində təhvil almışdır. O, maşını təhvil aldıqdan sonra içindəki yükə görə məsuliyyət daşıdığını və onun içinə baxmalı olduğunu, lakin böyük maşın olduğundan onu yoxlamaqda çətinlik çəkdiyi üçün baxmadığını demiş və buna görə də özünü təqsirli bilmişdir. Yasir, Malik adlı şəxslər və digər bir sürücü ilə ədavəti, düşmənçiliyi olmamış, amma maşınına maddələri onların yerləşdirdiklərini bildiyini, çünki, onların da əvvəlcə cərimələndiyini demişdir Lakin özünün o işi görməyə nə zamanı, nə də ki, ehtiyacı olmuşdur. Yasir əgər ona maşında belə bir şey olduğunu və Bolqaristana aparmasını desə idi, aparmayacağını hətta, təzyiq dərmanlarını belə Azərbaycana gətirmədiyini söyləmişdir. Telefonla danışdığı şəxslərlə də narkotik vasitə ilə bağlı danışıq aparmamışdır. O, Azərbaycanın və başqa dövlətlərin qanunlarında narkotikin cəzasının ağır olduğunu bildiyi üçün, bu işi heç vaxt görməyəcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü il tarixində axşam saatlarında yoxlama qrupu deyilən postda, yəni anbarda nəqliyyat vasitələrinin yükünün və konstruksiyalarının ətrafının yoxlanılması ilə əlaqədar olan yerdə yoxlama həyata keçirilmiş və həmin vaxt orada xidmətdə olmuşdur. İlk öncə o, nəqliyyat vasitələri üçün X-Ray aparatının gömrüyün girişində anbardan qabaqda olduğunu, X-Ray aparatından keçərkən də şübhəli, təqsirli və yükündə boşluqlar olan şəxsləri sonra anbara apardıqlarını bildirmişdir. X-Ray-da işləyən əməkdaş Şahid2 əlində şübhəli təsfirlə gəlmiş və şübhəli cizgilər, yəni dördkünc işarələr, həmçinin çərçivəçərçivə kəsik işarələr olduğunu deyərək maşına baxış keçirmək lazım olduğunu bildirmişdir. Maşın ağ “SCANİA”, nömrəsi isə **-AA-*** yaxud 324 olmuşdur. Maşını idarə edən sürücü Sadegh olmuş, yanında isə başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxsə azərbaycan dilində sual verəndə rahat başa düşdüyü üçün şübhəli təfsir olduğunu və maşınını yoxlamaq istədiklərini demiş, o isə onda qanunsuz nə isə olmadığını bildirərək, yoxlamağa etiraz etməmişdir. Maşını anbara apardıqdan sonra fiziki yoxlama aparmış və X-Raydə onun hansı hissəsində şübhəli yer olduğu bilinmişdir. Sadegh X-Raydə olan maşını ilə bağlı məlumatda xəbərinin olmadığını, maşını İran İslam Respublikasının Poldəşt gömrüyündən aldığını demiş, ona maşını oradan verdiklərini, o da sürüb gəldiyini bildirmişdir. Ebarhımı Sadegh predmet aşkar edilməmişdən əvvəl də sonra da maşını Poldəşt gömrüyündən götürdüyünü, şübhəli təfsir yataqla bağlı heç bir məlumatı olmadığını söyləmişdir. Şübhəli təsfir isə maşının kabinkasında alt yataqda olmuşdur. Yatağın boşluq hissəsinə bir cərgə 31 büküm düzülmüş, üzərinə də şurupla bağlı ağ fanerka qoyulmuşdur. Əlavə isə üstündə burjun, qalın döşək və onun maçalkası olmuşdur. Orada baxış keçirtməyə başlayaraq təfsirə baxmış, axşam saat 22:00-23:00 aralığında yoxlama aparmaq üçün maşını yalnız yük maşınlarının olduğu anbara qəbul etmişlər. Baxış keçirən zaman həmin yataqda əlavə 4 sm qalınlığında qalınlaşdırma, xüsusi yığılma gözlə görünmüş və orada bir qalınlıq olmuşdur. Həmin hissəni, yatağı çıxardaraq və çöldə sökməyə başlamışlar. Həmin hissəni sökəndə qıraqları dörd tərəf çərçivəli DSP olmuş, üstü nazik və ağ fanerka ilə örtülmüşdür. Həmin şurupları açarkən içində 31 bükümdə ümumi çəkisi 11 kq 100 qram olan tünd-yaşıl rəngli narkotikəbənzər maddə çıxmışdır. Falqadan əlavə ağ şəffaf sellofanda olmuş və ağ şəffaf bandla bağlanmışdır. Bir neçə paketi bıçaq vasitəsilə açmış və açdıqları paketlərin hamısı tünd-yaşıl rəngli kəskin iyli maddə olmuşdur. X-Rayda “şüşə” yükünə, dolablarına və konstruksiyalarına da baxış keçirtmiş, lakin orada başqa qanunsuz heç nə aşkar etməmişlər. “Şüşə” bir neçə gün əvvəl yüklənmiş, şofer də maşının bir neçə gün parkda qaldığını demişdir. Sənədləşdirmə, qablaşdırma işi həyata keçirilmiş və təkrar ətraflı yoxlanış aparılmışdır. Yoxlanış zamanı gömrük qanunvericiliyində təlimatlara uyğun şəkildə qaydalara əməl edilmiş, yoxlanışdan qabaq da fars dilində tərcümə olunmuş bildiriş oxudulmuş, Təqsirləndirilən şəxs də imzalamışdır. Yoxlamanın aşkar etmək, sökmək və baxmaq hissəsini o və Canbaxış tətbiq etmişdir. Bütün yoxlamalar bitəndən sonra şəxsi yoxlama üçün rəisdən icazə almış, onu şəxsi yoxlamaya dəvət etmiş, videoçəkilişi isə “Şahtaxtı” gömrük postunun böyük inspektoru Şahid3 aparırmışdır. Təqsirləndirilən şəxsin hərəkətlərində şübhəli heç nə olmamış, aşlıqda da, sonda da, hətta videoçəkilişi aparanda da maşını gömrükdən aldığını, başqa şeylərdən də xəbəri olmadığını demiş hal və hərəkətləri sonadək tam sakit və durğun olmuşdur. O, indiyədək narkotik aşkar etdiyi şəxslərin əksəriyyətindən fərqli olaraq, Sadeghin çox sakit və şübhəsiz olduğunu bildirmişdir. Şəxsi yoxlama zamanı isə üzərində qanunsuz, yaxud bəyan edilməmiş nəsə aşkar edilməmiş, bütün porseslər də qanun çərçivəsində aparılmış və təqsirləndirilən şəxsə hər hansı təsir-təzyiq halı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü il tarixdə iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda xidmətdə olmuş, həmin vaxt **-AA-*** nömrəli nəqliyyat vasitəsi sürücüsü Təqsirləndirilən şəxs X- Ray rentgen qurğusuna yaxınlaşmışdır. X-Ray işlədikdən sonra monitora verilən təsvirdə onun kabininin yan, döşək və alt yataq hissəsində şübhəli təsvirlər müşahidə olunmuşdur. Bundan sonra bu haqda yoxlama qrupuna məlumat verilmiş və nəqliyyat vasitəsi baxış üçün gömrük anbarına aparılmışdır. Orada videoçəkiliş etmək üçün postun digər əməkdaşı Zülfü, Tofiq tərəfindən dəvət olunmuş, Tofiq də sürücüyə onun nəqliyyat vasitəsində qanunla qadağan olunmuş və gömrükdə bəyan edilməli olan hər hansı predmetin olub-olmamağı barədə ondan soruşmuş, Sadegh isə heç bir şeyin olmadığını demişdir. Daha sonra ilk növbədə yan divarlara baxışa başlanmış və oradan heç bir şey aşkar olunmamışdır. Maşının alt yataq hissəsinə baxmış, onun qalınlığı və alt hissəsində əlavə olaraq taxta olmağı onlarda şübhə yaratmışdır. Həmin yatağı yerindən çıxarıb baxışı davam etdirmiş, ondan sonra yatağın arxa tərəfindən şurupları drel əsasında sökmüş və taxta olan hissədə gizli saxlanc yeri aşkar olunmuşdur. Gizli saxlanc yerində bükümlərdə düzbucaqlı formada falqaya bükülmüş bükümlər olmuş, onların bir neçəsini kəsmiş və tünd-yaşıl rəngli kəskin iyli narkotik maddəyəbənzər kütlələr aşkar olunmuşdur. Ümumilikdə 31 bağlamda 11 kq 100 qram olmaqla götürülmüşdür. Tofiq kabinkadan əlavə nəqliyyat vasitəsinin digər hissələrinə baxış keçirtmiş, içərisində qanunla qadağan olunmuş başqa nəsə tapılmamışdır. Şəxsi axtarışda iştirak etməmiş, sadəcə nəqliyyat vasitəsinə baxışda iştirak etmişdir. Sonda isə bu barədə protokol tərtib edilmiş və öz imzaları ilə təsdiqləmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 oktyabr 2024-cü ildə “Şahtaxtı” gömrük postunda xidmətdə olarkən Tofiq zəng edərək, nəqliyyat vasitəsinə baxış üçün videoçəkiliş aparmaq lazım olduğunu və ona köməklik göstərməyini istəmiş, o da həmin vaxtı oraya getmiş və həmin yerdə Canbaxış da olmuşdur. Nəqliyyat vasitəsi ilk öncə X-Raydə yoxlanılaraq, onlara gəldiyi üçün X-Rayin şübhəli təfsirləri əsasında oraya baxış keçirilmiş, o da videoçəkilişlə qeydə almışdır. Yük nəqliyyat vasitəsinin dartıcı hissəsinin içərisində, alt yataqda, yəni X-Rayin təsviri olan yerdə söküb baxmış, xüsusi şəkildə gizlədilmiş, gizli saxlanc yerində 11 kq 100 qram şəffaf sellofana bükülmüş halqa tünd-yaşıl rəngli kəskin qoxulu olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sonda qablaşdırılıb götürülmüş və Tofiq tərəfindən sənədləşdirilmiş, daha sonra isə Tofiq anbarda nəqliyyat vasitəsinin yükünə və özünə baxış keçirtmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 19 oktyabr 2024-cü il tarixli, 1271 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi.....” yazıları olan 01 ədəd sintetik kisənin içərisindəki; - gümüşü rəngli falqa kağızına bükülmüş içərisindəki şəffaf bantla sarınmış 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -224,807 qram; -217,421 qram; -200,181 qram; - 213,551 qram; -217,977 qram; -210,497 qram; -223,641 qram olmaqla ümumi təmiz çəkisi – 1508,075 qram olan tünd yaşıl rəngli kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. ( İ siyahı İ bənd sıra №146) - gümüşü rəngli falqa kağızına bükülmüş içərisindəki şəffaf bantla sarınmış 24 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -301,190 qram, -342,953 qram, -297,847 qram, - 432,948 qram, -432,958 qram -303,667 qram, -294,472 qram, -297,251 qram, -302,270 qram, -432,952 qram, -294,047 qram, -280,192 qram, -300,212 qram, -303,521 qram, - 297,007 qram, -305,161 qram, -302,781 qram, -432,961 qram, -295,321 qram, -295,411 qram, -303,331 qram, -304,692 qram, -296,471 qram, -432,965 qram olmaqla ümumi təmiz çəkisi -7882,581 qram tünd yaşıl rəngli, tozşəkilli, spesifik iyli, bitki hissəcikləri narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Həşiş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. ( İ siyahı İ bənd sıra №56) Naxçıvan Muxtar Respublikası X2: - 07 noyabr 2024-cü il tarixli, 469 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın rəyindən görünür ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra hansı psixi vəziyyətində xəstəlik halı olmamışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-in 21 maddəsinin təsiri altına düşmür. - 07 noyabr 2024-cü il tarixli, 468 saylı X11 Tibbi Yoxlamasının rəyindən görünür ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs opioid narkomaniyası aşkar olunur. Onun məcburi müalicəyə ehtiyacı var. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş- - 17 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 16AA323/16AA324 dövlət qeydiyyat nişanlı “SCANİA” markalı yük nəqliyyat vasitəsinin kabinində yerləşən şübhəli təsvirlərin göründüyü alt yatağı “Şahtaxtı” gömrük postunun inzibati ərazisində yerləşən anbarda yoxlanılmış, yoxlama zamanı alt yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilmiş halda alüminium falqanın içərisində şəffaf rəngli sellofana bükülmüş şəffaf bantla sarınmış 31 bağlamada ümumilikdə çəkisi 11 kq 100 qram olan tünd yaşıl rənfli kəskin iyli narkotik vasitəyə bənzər kütlələr aşkar edildi. Daha sonra yük nəqliyyat vasitəsinə və daşınan “şüşə” yükünə “Hi Scan 145180” markalı rentgen qurğusunda təkrarən baxış keçirilmiş və qanunla qadağan olunmuş heçnə aşkar edilməmişdir. Sonda ümumilikdə çəkisi 11 kaq 100 qram olan tünd yaşıl rəngli kəssin iyli narkotik vasitəyə bənzər kütlələr və həmin kütlələrin aşkar olunduğu yataq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. - 18 oktyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, şəxsi yoxlama zamanı X5 üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilmədi. - 14 noyabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, DVD-də qeydə alınmış video-görüntünün 19 dəqiqə 56 saniyə olduğu müəyyən edilmiş və məlum olmuşdur ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs iştirakı ilə gömrük əməkdaşı X9 özünü təqdim etməsi ilə başlayır. Toğrul Əsgərli bildirir ki, xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasından gəlib, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Bolqarıstan Respublikasına şüşə yükü aparan 16AA323/16AA324 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə “X-Ray” qurğusundan keçərkən nəqliyyat vasitəsinin kabinində şübhəli cizgilər aşkar edilmiş, həmin sübhəli cizgilərin aşkar edən Skanlaşdırma Şöbəsinin inspektoru Şahid2 şübhəli təsvirlərlə onlara yaxınlaşmış, nəqliyyat vasitəsi yoxlama qurupuna dəvət edilərək yoxlama aparılmağa başlanılmış, yoxlamanı “Samsung Galaxsy A 73” markalı mobil telefonla qeydə alan gömrük xidməti baş inspektoru Abbaslı Zülfüdür. Yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı tərəfindən sürücüyə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim olunaraq ondan yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir əşya olub olmadığı soruşulduqda, sürücü Təqsirləndirilən şəxs qadağan olunmuş heç bir əşya olmadığını bildirir. Bundan sonra gömrük əməkdaşı Toğrul Əsgərli şübhəli təsvirlər əsasında yoxlama aparılacağını bildirərək öndən sürücü Təqsirləndirilən şəxs ondan sonra da gömrük əməkdaşı Toğrul Əsgərli sağ tərəfdən nəqliyyat vasitəsinin kabininə daxil olurlar. Təqsirləndirilən şəxs iştirakı ilə yük nəqliyyat vasitəsinin kabinində yataqların olduğu yerdə yoxlama aparılmasına başlanılır, yataqların ətrafına baxıldıqdan sonra üst yatağın döşəyinin sepi açılaraq içərisinə baxılsa da hər hansı bir əşya aşkar edilmir. Gömrük əməkdaşı tərəfindən alt yatağa baxıldıqda, sürücüdən nəyə görə alt yatağın döşəyinin bu qədər qalın olduğu soruşulduqda, sürücü döşəyin yayının qalın olduğunu bildirir. Gömrük əməkdaşları alt yatağı qaldırıb baxdıqda yatağın altına əlavə taxta lövhə bağlandığını müşahidə etdiklərinə görə sürücü ilə birlikdə alt yatağı açaraq nəqliyyat vasitəsindən yerə endirirlər. Yatağı yerə qoyduqdan sonra onu sökməyə başlayırlar. Yatağın üzlüyünü, süngərini və yayını sökdükdə, oraya taxta lövhə bağlanaraq üzərinə sellofan çəkildiyi müşahidə olunur. Həmin taxta lövhə açıldıqda orada xüsusi hazırlanmış bölmədə, gümüşü rəngli folyalara bükülmüş bağlamaların olduğu aşkar edilir, gömrük əməkdaşı həmin bağlamalardan birini götürüb sürücü Təqsirləndirilən şəxs bükümlərdən xəbərinin olub - olmadığını soruşduqda, sürücü xəbərinin olmadığını bildirir. Gömrük əməkdaşı tərəfindən bükümün üzərindəki folya açılıb üzərinə sarılmış şəffaf band bıçaqla kəsildikdə, gömrük əməkdaşı bükümün içərisində yaşıl rəngli, toz şəklində narkotik vasitəyə bənzər kütlənin olduğunu bildirir. 2-ci və 3-cü bükümlər açıldıqda gömrük əməkdaşı həmin bükümlərdə də eynilə yaşıl rəngli, toz şəklində, kəskin iyi olan narkotik vasitəyə bənzər kütlənin olduğunu bildirir. Sonra bütün bükümlər çıxarılıb sayılaraq elektron tərəzidə çəkildikdə ümümilikdə 31 ədəd bükümdə, bükümlərlə birlikdə ümumi çəkilərinin 11 kiloqram, 100 qram olduğu müəyyən edilir. Sonra gömrük əməkdaşı nəqliyyat vasitəsinin yenidən X-Ray” qurğusundan keçiriləcəyini bildirərək çəkilişi dayandırır. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş narkotik vasitələrdən xəbəri yoxdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heç nə bildirmədilər. - 30 noyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X7 göndərilmiş X10 haqqında tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. - 12 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. - 24 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, X13 idarə etdiyi yük nəqliyyat vasitəsindən götürülmüş 1508,075 qram narkotik vasitə olan qurudulmuş marixuana, 7882,581 qram narkotik vasitə olan həşiş və həmin narkotik vasitələrin aşkarlandığı yük nəqliyyat vasitəsinin alt yatağı cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 1508,005 qram narkotik vasitə olan qurudulmuş marixuana, 7882,341 qram narkotik vasitə olan həşiş və həmin narkotik vasitələrin aşkarlandığı yük nəqliyyat vasitəsinin alt yatağının Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağında saxlanılması nəzərə alınmışdır. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. X10 törətdiyi əmələ görə 18 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 19 oktyabr 2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə təqsirləndirilən şəxs X8 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarın 19-cu bəndinə əsasən əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlətdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. İbtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4-1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin müdafiəçisinin verdiyi vəsatət və digər sübutlara məhkəmə hüquqi qiymət verərək yuxarıda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34-cü maddəsi Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən X5 əməlində qabaqcadan razılaşmaqla iki və ya daha çox icraçı ilə birliikdə qaçaqmalçılıq cinayətini törətməsi halını, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsini müəyyən etməmişdir. O, İran İslam Respublikası ərazisində narkotik vasitəni gömrük sərhədindən özü tək başına idarə etdiyi avtomobilində gizlətməklə gömrük nəzarətindən kənar və ondan gizli keçirtməyə cəhd etmişdir. Məhkəmə araşdırması zamanı X8 qaçaqmalçılıq cinayətinin törədilməsində digər şəxslərin kömək etməsi və ya onun gömrükdən asan yolla keçməsini təmin etmək üçün əvvəlcədən kiminləsə sövdələşməsi təsdiqini tapmamışdır. Ona görə də Azərbaycan Respublikası Cinayət- Prosesual Məcəlləsinin 318-ci maddəsinə uyğun olaraq X5 barəsində verilmiş 206.3.2-ci maddəsi həmin məcəllənin 206.2-ci maddəsinə tovsif olunmalıdır. Məhkəmə kollegiyası belə qərara gəlir ki, X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X5 aşkar olunmuş narkotik vasitəni kimin və necə maşına yerləşdirilməsini söyləməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, o, 17 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikası ərazisində və qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasındakı üzvündən satış məqsədi ilə 7 ədəd bükümdə ümumi təmiz çəkisi 1508, 075 qram külli miqdarda qurudulmuş marixuana narkotik vasitənin və 24 ədəd bükümdə olan ümumi təmiz çəkisi 7882, 581 qram külli miqdarda həşiş narkotik vasitənin daşıyıb, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Bolqarıstan Respublikasına aparıb naməlum yerdə cinayətkar qrupun üzvünə çatdırmaq məqsədi ilə qəbul edib aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə falqa kağızına bükülmüş bükümləri idarə etdiyi “SCANİA” markalı, 16AA323/16AA324 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın içərisində xüsusi hazırlanmış bölmədə gizlədib saxlayaraq daşımaqla, 17 oktyabr 2024-cü il tarixdə, saat 09:00 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində alt yatağın altında xüsusilə hazırlanmış bölmədən narkotik maddələr aşkar edilərək götürülmüşdür. Beləliklə, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda”əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuananın 500 qramdan ( İ siyahı Narkotik maddələr) artıq olması külli miqdardır. Həmin qanununa əsasən həşişin 100 qramdan (İ siyahı Narkotik maddələr) artıq olması da külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan narkotik maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, X5 idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1508,075 qram qurudulmuş marixuana narkotik vasitəsi və ümumi təmiz çəkisi 7882,581 qram olan həşiş narkotik vasitəsi külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, X10 ümumi təmiz çəkisi 1508,075 qram qurudulmuş marixuana narkotik vasitəsini və ümumi təmiz çəkisi 7882,581 qram olan həşiş narkotik vasitəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli”miqdarda” psixotrop maddələrini və külli miqdarda”narkotik vasitəsini əldə etmə, saxlama, daşıma” və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. X8 isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsində göstərilir ki, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə X5 əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs X5 barəsində əvvəli əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs X5 cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.” X10 törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 36 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. X6 opioid narkomaniyası aşkar olunduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq X8 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxs X1 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 7882,341 qram həşiş, 1508,005 qram qurudulmuş marixuana narkotik vasitələri və həmin narkotik vasitələrin aşkar olunduğu yük nəqliyyat vasitəsinə məxsus alt yatağı məhv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd sim kart Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus P61200694 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 03 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə görə 90 (doxsan) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - 7882,341 qram həşiş, 1508,005 qram qurudulmuş marixuana narkotik vasitələri və həmin narkotik vasitələrin aşkar olunduğu yük nəqliyyat vasitəsinə məxsus alt yatağı məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd sim kart Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus P61200694 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar