Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-9/2023 05.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan Şəhər Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şərur rayonu, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, Reges MMC-də mühafizəçi işləyən, məhkum olunmamış, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olmaqla ünvan 5ində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1994-cü il tarixdə Şərur rayonu, Qıvraq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1993-cü ildə Babək rayonu, Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, natamam orta təhsilli, taksi sürücüsü işləmiş, məhkum olunmamış, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə xx.xx.1999-cu ildə İran İslam Respublikası, Parsabad şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, NDU-nun Tibb fakültəsinin İ kurs tələbəsi, məhkum olunmamış, İran İslam Respublikası, Parsabad şəhəri, Şəhrəki- Pars məhəlləsi, küçə 8, ev 4 ünvanında qeydiyyatda olmaqla ünvan 4sində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 234.4.1, 234.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, əvvəlcədən tanıdığı Naxçıvan şəhəri, Tumbul kənd sakini Təqsirləndirilən şəxs3 ilə telefon əlaqəsi saxlayaraq ondan 500 manat qarşılığında metamfetamin psixotrop maddəsi gətirtməsini istəmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə əvvəlcədən tanıdığı Kəngərli rayonu, Qıvraq qəsəbə sakini Təqsirləndirilən şəxs2 ilə görüşüb ona 500 manat müqabilində metamfetamin psixotrop maddəsi sifariş vermişdir.Həmin metamfetamin psixotrop maddəsini almaq üçün 300 manat pulunun olduğunu, qalan 200 manatı da Təqsirləndirilən şəxs2 verəcəyi təqdirdə əldə etdiyi metamfetamin psixotrop maddəsini onunla böləcəyini demiş, Təqsirləndirilən şəxs2 də 200 manat verəcəyini bildirib onunla razılaşmış, səhəri gün Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq ondan 200 manat pulu hazır edibetmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 ona 100 manat verə biləcəyini demişdir.Həmin gecə saat 23 radələrində Təqsirləndirilən şəxs2lə Naxçıvan şəhəri 61-cı məhəllədə yerləşən “Faytonçu” kafedə görüşərək metamfetamin psixotrop maddəsini alması üçün ondan 100 manatı almış, bundan sonra əvvəlcədən metamfetamin psixotrop maddəsini sifariş verdiyi Təqsirləndirilən şəxs3lə əlaqə saxlayaraq ona pulun hazır olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 də idarə etdiyi “NAZ LİFAN LF7162C 620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə metamfetamin psixotrop maddəsini gətirən İİR vətəndaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən “Faytonçu” kafenin qarşısına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 avtomobilə oturaraq 500 manat pulu Təqsirləndirilən şəxs4nun yanında Təqsirləndirilən şəxs3 verib, əvəzində onlardan səkkiz bükümdə metamfetamin psixotrop maddəsini aldıqdan sonra “Faytonçu” kafeyə qayıdıb qəsdən qanunsuz olaraq şəxsi istifadələri üçün Təqsirləndirilən şəxs2lə birlikdə pul qoyub aldıqları metamfetamin psixotrop maddəsinin bir qədərini kafenin ayaqyolusunda istifadə etdikdən sonra qalan bükümlərdən birini Təqsirləndirilən şəxs2 verməklə digərlərini üzərində saxlamış və 16 yanvar 2023-cü il tarixdə, saat 00 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyinə görə saxlanılaraq şəxsi axtarış zamanı üzərində qəsdən, qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etdiyi 4 bükümdə olan şəxsi istehlak miqdarından artıq miqdar təmiz çəkisi 1.158 qram olan metamfetamin psixotrop maddəsi aşkar olunaraq prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şərur rayonu, Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə görüşdüyü zaman Təqsirləndirilən şəxs1 ona 500 manat müqabilində metamfetamin psixotrop maddəsi sifariş verdiyini, həmin metamfetamin psixotrop maddəsini almaq üçün 300 manat pulu olduğunu, Təqsirləndirilən şəxs2 də 200 manat pul verəcəyi təqdirdə əldə etdiyi metamfetamin psixotrop maddəsini onunla bölüşəcəyini demiş, Təqsirləndirilən şəxs2 də 200 manat verəcəyini bildirib onunla razılaşmışdır.Bir gün sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq ondan 200 manat pulu hazır edib-etmədiyini soruşduqda Təqsirləndirilən şəxs2 ona 100 manat pulunun olduğunu bildirmiş, həmin gecə saat 23:00 radələrində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə Naxçıvan şəhəri 61cı məhəllədə yerləşən Faytonçu kafedə görüşərək metamfetamin psixotrop maddəsini alması üçün 100 manatı Turqud Fətəliyevə vermişdir. Təqsirləndirilən şəxs1 əvvəlcədən metamfetamin psixotrop maddəsini sifariş verdiyi Naxçıvan şəhər Tumbul kənd sakini Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayaraq pulun hazır olduğunu bildirmiş, Təqsirləndirilən şəxs3 də idarə etdiyi “NAZ LİFAN LF7162C 620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobillə metamfetamin psixotrop maddəsini gətirən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Bankın qarşısından götürərək birlikdə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafenin qarşısına gedib orada avtomobilin içərisində Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Təqsirləndirilən şəxs1 500 manat məbləğində pulu Təqsirləndirilən şəxs4nun yanında Təqsirləndirilən şəxs3 verərək əvəzində ondan bir bükümdə metamfetamin psixotrop maddəsini aldıqdan sonra əldə etdiyi metamfetamin psixotrop maddəsindən bir dəfəlik istifadə üçün bir büküm ayıraraq “Faytonçu” kafesində Təqsirləndirilən şəxs2 vermiş və 16 yanvar 2023-cü il tarixdə, saat 00 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilindiyinə görə saxlanılaraq şəxsi axtarış zamanı üzərində qəsdən, qanunsuz olaraq şəxsi istifadəsi üçün əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdar təmiz çəkisi 0,289 qram olan metamfetamin psixotrop maddəsi və iki ədəd həbdə, birinin içərisində 0,15 qram, digərinin içərisində 0,3 qram olan preqabalin güclü təsir edən maddə aşkar olunaraq prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, tutulmamışdan təxminən bir həftə əvvəl tanışı Təqsirləndirilən şəxs1 istədiyi təqdirdə metamfetamin psixotrop maddəsi təşkil edə biləcəyini demiş, bundan sonra Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs3 ona 500 manat dəyərində metamfetamin psixotrop maddəsi gətirtməsini istəmişdir. Təqsirləndirilən şəxs3 metamfetamin psixotrop maddəsini təmin etmək üçün əvvəlcədən tanıdığı İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ona satış məqsədi ilə 500 manat dəyərində metamfetamin psixotrop maddəsini gətirməsini tapşırmış, bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxs4 qanunsuz olaraq özünə məlum olan mənbədən metamfetamin psixotrop maddəsini əldə edərək bu barədə Təqsirləndirilən şəxs3 məlumat verib Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Bankın yanında olduğunu demiş, Təqsirləndirilən şəxs3 də idarə etdiyi “NAZ LİFAN LF7162C 620” minik markalı, **- TA-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs4nu olduğu yerdən götürərək, ondan gətirdiyi içərisində 10 ədəd ayrı-ayrı bükümlərdə metamfetamin psixotrop maddəsi olan bükümü aldıqdan sonra həmin bükümlərdən 2 ədədini özünə götürərək, Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb ona sifariş verdiyi metamfetamin psixotrop maddəsinin hazır olduğunu deyib, ondan harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 də Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən “Faytonçu” kafedə olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 ilə birlikdə idarə etdiyi avtomobillə həmin ünvana gedib orada avtomobilin içərisində Təqsirləndirilən şəxs1lə görüşüb İİR-sı vətəndaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə ondan 500 manat pulu alaraq əvəzində qalan 8 ədəd bükümdə olan metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxs1 satmışlar. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 234.4.1, 234.4.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən satış məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi metamfetamin psixotrop maddəsini Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən kənar gizli yolla keçirməklə Naxçıvan MR ərazisində satmışdır. Belə ki, o, 2022-ci ilin dekabr ayının ortalarında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 xahişi ilə İran İslam Respublikasında olarkən Parsabad şəhərində özünə məlum olan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi 3-4 qram metamfetamin psixotrop maddəsini ayaqqabısında gizlədərək Naxçıvan MR Culfa gömrük sərhədindən gömrük nəzarətindən kənar gizli yolla keçirib Naxçıvan şəhərinə gətirib Təqsirləndirilən şəxs3 ilə görüşmüş və gizlincə sərhəddən keçirdiyi 3-4 qram metamfetamin psixotrop maddəsini ona əvəzsiz olaraq verməklə, satmışdır. Bundan başqa o, 2023-cü ilin yanvar ayının əvvəllərində qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs3 sifarişi ilə İran İslam Respublikasında olarkən Parsabad şəhərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə 10 ədəd bükümdə metamfetamin psixotrop maddəsini əldə edib xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Culfa gömrük sərhədindən gömrük nəzarətindən kənar gizli yolla keçirib Naxçıvan şəhərinə gətirmiş, sonra Təqsirləndirilən şəxs3lə əlaqə saxlayaraq ona sifariş verdiyi metamfetamin psixotrop maddəsinin hazır olduğunu deyərək Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Bankın qarşısında onu gözlədiyini bildirmiş, Təqsirləndirilən şəxs3 də idarə etdiyi “NAZ LİFAN LF7162C 620” minik markalı, **-TA-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs4nu olduğu yerdən götürdükdən sonra on bükümdə olan metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxs3 verib onunla birlikdə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən “Faytonçu” kafenin qarşısına gedərək orada Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin içərisində Təqsirləndirilən şəxs1 ilə görüşüb qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin metamfetamin psixotrop maddəsini 500 manat müqabilində Təqsirləndirilən şəxs1 satmışlar. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayında təxminən 3 il əvvəl “Araz” restoranında işləyərkən taksi sürücüsü kimi restorana sərnişin aparıb gətirən zaman tanıdığı Təqsirləndirilən şəxs3 “Çəmən” marketin qarşısında görmüş, onunla söhbət edərkən narkotik maddədən istifadə etməsini hiss etmiş, daha sonra zəng edərək özünün istifadəsi üçün narkotik maddə tapmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 narkotik maddə tapa bilməyəcəyini, lakin maraqlanacağını və ona xəbər edəcəyini söyləmişdir. Əvvəlcə 100 manatlıq narkotik maddə istəsə də, Təqsirləndirilən şəxs3 ona “Təqsirləndirilən şəxs4 deyir ki, 100 manata görə bu qədər yolu o maddəni gətirməyə dəyməz” deyə söyləmiş, ona görə də 500 manatlıq gətirməsini istəmişdir. 3-4 gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 yenidən ona zəng etmiş, o isə tapşırdığını və gətirəcəklərini söyləmişdir. Təqsirləndirilən şəxs1 şəhərdə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2lə qarşılaşmış, ona maddə olmasını amma pulu çatmadığı üçün götürə bilməyəcəyini söyləmiş, Təqsirləndirilən şəxs2 isə 200 manat özünün 300 manat isə Təqsirləndirilən şəxs1 verməsini təklif etmişdir. Bir neçə gün sonra işdən çıxanda maddəni alacağı pulu götürərək “Faytonçu” kafeyə getmiş, Təqsirləndirilən şəxs2 də oraya gəlmiş, Təqsirləndirilən şəxs3lə mesajlaşaraq kafenin qarşısında maşında görüşmüş, özünəməxsus 400 manat və Təqsirləndirilən şəxs2 məxsus 100 manat olmaqla ümumilikdə 500 manat pulu avtomaşında “bardaçok”un üzərinə qoymuş, Təqsirləndirilən şəxs3 pulu götürərək Təqsirləndirilən şəxs4ya vermiş, əvəzində isə 8 balaca bükümdən ibarət çəkisi təxminən 3 qram olan metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, o, metamfetamini götürərək kafeyə geri qayıtmış, orada Nicatla narkotik maddəni bölmüşdür. Polis əməkdaşları əvvəlcə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2, daha sonra isə kafenin pilləkənlarında onu tutaraq polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında bildirdi kinarkotik maddədən ilk dəfə Bakı şəhərində idman yarışında olarkən, daha sonra isə təxminən 2 il ərzində Naxçıvanda 4-5 dəfə istifadə etmiş, daimi istifadəçisi olmamışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yanvar ayının 14-də Grand oteldə Təqsirləndirilən şəxs1lə görüşmüş, bu zaman Turqud ona 500 manatlıq psixotrop maddə gələcəyini, 300 manat pulu olmasını lakin 200 manatının çatmamasını söyləmiş, o isə sabaha 200 manat verə biləcəyini demişdir. Növbəti gün günorta saatlarında Təqsirləndirilən şəxs1lə telefon danışığı zamanı 100 manatının olmasını bildirmişdir. Təxminən 3-4 qram metamfetamin gələcəyini və onu öz aralarında böləcəklərini danışsalar da, kim tərəfindən nə zaman gətiriləcəyi barədə əvvəldən məlumatı olmamışdır. Hadisə günü axşam saat 11:00-da Təqsirləndirilən şəxs1 onu “Faytonçu kafeyə çağırmış, 400 manatı özü ilə gətirmiş, orada 100 manat pulu da Təqsirləndirilən şəxs2 alıb metamfetamini götürdükdən sonra geri qayıdaraq 1 bükümü ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 kafedən çıxarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 3 ildən çoxdur ki, tanıyır. Onunla 1 dəfə təxminən 2 il yarım bundan əvvəl Bakıda olarkən görüşüb narkotik maddədən istifadə etmiş, Təqsirləndirilən şəxs3lə Təqsirləndirilən şəxs4nu isə tutulduqdan sonra polis şöbəsində görmüşdür. O, tutduğu əməldən peşman olmasını, özünün istifadəsi məqsədilə almasını, lakin polis əməkdaşları tərəfindən tutulduğu üçün istifadə edə bilməməsini, narkotik maddədən istifadə etmədikdə səhhətində problem yaranmamasını, asılılığının olmamasını, sonuncu dəfə təxminən 2 il yarım bundan əvvəl Bakı şəhərində olarkən istifadə etməsini söyləmişdir. Həmçinin belində yırtıq, ayaqlarında isə sinir ağrısı olması səbəbindən ağrı kəsici dərmandan istifadə etdiyini, tutduğu əməldən çox peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4nu təxminən 2 ildir ki, Naxçıvan şəhərində təhsil alan iranlı tələbə kimi tanımış, bu səbəbdən narkotik maddəni daha asan əldə edə biləcəyini düşünmüşdür. “Araz” restoranına taksi sürücüsü kimi sərnişin aparıb gətirdiyi vaxtlardan orada işlədiyi üçün tanıdığı Təqsirləndirilən şəxs1lə birlikdə narkotik maddədən istifadə etməmiş, ancaq onun istifadəçi olmasını ətrafdakılardan eşitmişdir. Onunla narkotik maddə barədə ilk dəfə öz maşınında söhbət etmiş, Turqud ona taksi sürücüsü olduğu üçün iranlı sərnişinlərinin də olmasını, oradan narkotik maddənin daha ucuz gəlməsini, əgər imkan olarsa, onunçün də gətirtməsini söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs1lə “Çəmən” marketin qarşısında görüşdükləri zaman ondan öz istifadəsi üçün psixotrop maddə təşkil etməsini istəyəndə Təqsirləndirilən şəxs4ya deyəcəyini və xəbər edəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs4ya zəng edərək əgər problem yaranmadan metamfetamin gətirə biləcəksə, 2 büküm özü üçün, 500 manatlıq başqa adam üçün gətirməsini istəmiş, Təqsirləndirilən şəxs4 isə onunla razılaşaraq təxminən 2-3 gün sonra 10 büküm psixotrop maddə olan metamfetamini gətirmişdir. Təqsirləndirilən şəxs4 metamfetamini gətirdikdən sonra onunla görüşmüş, 2 bükümünü özüçün 70 manat ödəməklə almış, qalan 8 büküm metamfetamini Turqud onların yanına gəldikdən sonra “Faytonçu” kafenin qarşısında maşında Təqsirləndirilən şəxs4 alaraq Turquda vermiş, maddəyə görə ödənmiş Turqudun “bardaçok”un üzərinə qoyduğu 500 manat pulu isə Təqsirləndirilən şəxs4ya vermişdir. Öz istifadəsi üçün aldığı 2 büküm metamfetaminin əksəriyyətini istifadə etmiş,qalanını isə polis əməkdaşları tərəfindən Ordubad yolunda saxlanılarkən maşının pəncərəsindən çölə atmışdır. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında bildirdi ki, bu hadisəyə qədər heç kim üçün narkotik maddə sifariş etməmiş, metamfetaminin gətirilməsində heç bir maddi marağı olmamış sadəcə özü və Turqudun istifadəsi üçün gətirtmiş, törətdiyi əməldən peşman olmuşdur. X20 Ajirlounu tanıdığı 2 il ərzində ondan özü üçün narkotik vasitə gətirməsini istəmədiyini, birlikdə maddə qəbul etmədiklərini bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 2 ildir ki, Naxçıvanda tələbə olduğu müddətdə tanımış, əvvəlcə taksi sürücüsü kimi münasibət qurmuş, sonra dostluq əlaqələri yaranmışdır. Son 1 il ərzində Təqsirləndirilən şəxs3 onda yaranan marağa görə metamfetamin gətirməsini istəmiş, ona “kasıb uşaqsan, “patı” yaxşı bir şey deyil, yaxşı bir şey olsa idi, özüm də istifadə edərdim” demiş, lakin David təkid etdiyi üçün onunla razılaşmışdır. Hər dəfə İrana gedib qayıtdıqda Təqsirləndirilən şəxs3 ondan metamfetamin gətirib-gətirmədiyini soruşmuş, o, yadından çıxdığını demiş, bir dəfə yenə İranda olarkən ona zəng edib özü və dostu üçün metamfetamin gətirməsini istəmiş, o isə İrana gedib gələn zaman gömrükdə ayaqqabısının yoxlanılmamasını bildirib gətirəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs3 üçün İrandan ilk dəfə ümumi çəkisi təxminən 1 qram olan 3 büküm maddə gətirmiş, ona ilk və son dəfə gətirməsini, bir daha istəməməsini söyləmiş, həmin maddəyə görə Daviddən almalı olduğu pulu isə götürməmişdir. Bu hadisədən təxminən 1 ay sonra İrana getdikdə David ona yenidən zəng edib maddə gətirməsini istəmiş, o isə “David, məndən belə bir şey istəmə, mənim həyatım məhv olacaq” demiş, ancaq Davidin ondan incidiyini görüb onunla razılaşmışdır. Bu səbəbdən İranda olan Aqşin adlı dostuna “mənə “patı” deyilən bir şey lazımdır, dostum istəyibdir” deyə söyləmiş o da tapa biləcəyini demiş, nə qədər pul verməli olduğunu soruşduqda metamfetaminin 1 bükümünün 1 milyon tümən olduğunu bildirmişdir. Davidə gətirdiyi 10 büküm metamfetaminə görə dostuna 10 milyon tümən, yəni 500 manat pul ödəmiş, metamfetamini bükümlə gətirdiyindən ümumi çəkisinin nə qədər olduğunu bilməmişdir. Dostundan əldə etdiyi metamfetamini ayaqqabısında gizlədərək gömrükdən keçirmiş, orada ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulduqda “yox” cavabını vermişdir. Naxçıvan bankın qarşısında Davidə zəng edib onu maşınla götürməsini söyləmiş, David onu oradan götürdükdən sonra ona “başqa bir oğlan da var, ona da maddədən verəcəyəm, gedək ona da verək” demiş, “Faytonçu” kafesindən bir az aralıda Turqud da maşına minmiş, o, metamfetamini Turqudu tanımadığı üçün Davidə, David isə Turquda vermiş, Turqud metamfetaminə görə 500 manat pul ödədikdən sonra David həmin pulu ona vermişdir. Törətdiyi əməldə maddi marağının olmamasını, əvvəllər heç vaxt narkotik maddə istifadəçisi olmamasını, İrandan maddəni satış məqsədi ilə gətirməməsini, Davidin ona maddə gətirməyə görə heç bir təzyiq göstərməməsini, aralarındakı dostluq münasibətinə görə gətirməsini, Davidin də satıcı olmamasını, öz istifadəsi üçün ondan maddə istəməsini, Turqudun maddəyə görə ödədiyi 500 manat puldan xeyir götürməməsini,həmin maddəyə görə İranda ödədiyi 500 manatı aldığını, törətdiyi əməldən çox peşman olmasını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, “Faytonçu” kafeni işlədir. Hadisə günü Turqudla Nicat kafedə müştəri kimi oturmuş, Polis əməkdaşları onları tutub Polis bölməsinə apardıqlarına görə kafeyə ödəməli olduqları 130 manat pulu ödəyə bilməmişlər. Həmin pulu almaq üçün Polis bölməsinə getmiş ,orada olarkən Turqudla Nicatın üzərində axtarış aparılmasında hal şahidi kimi iştirak etmiş, üzərlərindən maddə aşkarlandığını görmüş, lakin neçə büküm olmasını, uzun zaman keçdiyi üçün dəqiq xatırlamır və maddə üçün nə qədər pul ödədiklərindən məlumaı olmamışdır. Axtarış zamanı Nicatla Turqud maddəni öz istifadələri üçün iranlıdan əldə etdiklərini söyləmişlər. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və sənədləşdirilmişdir. Həmçinin o bildirmişdir ki, Turqud və Nicatla heç bir münasibəti olmamış, bir neçə dəfə onları kafedə müştəri kimi oturarkən görmüşdür. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Faytonçu” kafedə işləyir. Polis bölməsinə Turqudla Nicatın kafeyə ödəməli olduğu hesab üçün getmişdir. Onların üzərində şəxsi axtarış aparılan zaman könüllü olaraq hal şahidi kimi iştirak etmiş, Turqudun üzərindən 2 büküm ağ rəngli maddə çıxmasını görmüş, lakin Nicatın üzərindən neçə büküm maddə çıxmasını xatırlamır. Əlavə olaraq bildirdi ki, şəxsi axtarış zamanı Polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmamış, Nicatla Turqud maddəni öz istifadələri üçün əldə etdiklərini bildirmiş, aşkar olunanlar qablaşdırılaraq götürülmüş və sənədləşdirilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Naxçıvan Şəhər Polis İdarəsinin İ Polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 15 yanvar 2023-cü il tarixdə 00 radələrində işdə olarkən daxil olan məlumatı rəisə məruzə etmiş, rəisin göstərişi əsasında həmkarı Şahid5lə birlikdə “Faytonçu” kafesinə getmişdir. Həmin kafedə sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı tutaraq Polis bölməsinə gətirmişlər. Onlar törətdikləri əməli səmimi olaraq etiraf etmiş, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərindən 2 büküm, Təqsirləndirilən şəxs2 üzərindən isə 1 büküm öz dediyinə əsasən “şüşə” adlandırılan maddə, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən 2 ədəd preqabalin dərmanı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən çıxan bükümlərin açılması zamanı 1-ci bükümdə 1 ədəd, digər bükümdən isə 3 ədəd əlavə büküm aşkarlanmışdır. Şahid4 ifadəsinin davamında bildirdi ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 dindirilərkən maddəni onlara öz istifadələri üçün 500 manat müqabilində David və əvvəlcədən tanımadıqları iranlı Rezanın verməsini söylədiklərindən Reza və Davidi də tutaraq polis bölməsinə gətirmiş, David dindirilən zaman səmimi olaraq əməlini etiraf etmiş, maddəni İrandan Rezanın gətirməsini söyləmiş, Rezanın İrandan gələrkən maddəni ayaqqabısının içərisində gizlədərək Davidin istəyi əsasında gətirməsi və 500 manat müqabilində Turquda satması məlum olmuşdur. Reza isə dindirilərkən 2 dəfə müxtəlif vaxtlarda Naxçıvana narkotik maddə gətirməsini söyləmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 təxminən 2022-ci il noyabr ayında sinir əzələ ağrılarına görə ona xəstə qismində müraciət etmiş, ayda 1 dəfə olmaqla ümumilikdə 3 dəfə qəbulunda olmuşdur. Nicatın narkotik maddə istifadə etməsini bilmədiyindən ona sinir əzələ ağrılarına görə reseptlə verilən preqabalin dərmanını yazmışdır. Həmin dərman narkotik tərkibli, asılılıq yaradan, güclü təsir edən dərman deyil, lakin narkotik maddə istifadə edən adamlar dozadan artıq 5-10 dəfə istifadə etdikdə preqabalin dərmanı maddənin verdiyi təsiri bağışlaya bilər. Şahid7 (təqsirləndirilən şəxsin atası) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 298-ci maddəsinin “Qeyd”inə müvafiq olaraq ifadə verməkdən imtina etmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Turqudun uşaq vaxtlarından heç bir pis vərdişi olmamış, idmanla məşğul olmuş, onun narkotik maddə qəbul etməsini hiss etməmiş, atası və qardaşı olmadığından təkbaşına işləyərək evə qazanc gətirmişdir. Turqudun narkotik maddə istifadə etməsini hadisədən sonra bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, “Babək rayon Məzrə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Subaydır, heç yerdə işləmir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımayıb. Onları həmin gecə, yəni polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan zaman tanımışdır. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs4 tanımır. Təqsirləndirilən şəxslərlə arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur.Əvəllər marixuana narkotik vasitəsindən və metamfetamin psixotrop maddəsindən istifadə etdiyi üçün Bakı şəhəri Binəqədi rayonunda 2 ay inzibati həbsdə olmuşdur. 15 yanvar 2023-cü il tarixdə saat 22:00 radələrində tanışı Sahib və Elşadla birlikdə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən “Faytonçu” kafeyə yeyib-içməyə getmiş, yeyib-içdikdən sonra Turqud Yardımlıdan olan, əvvəllər tanımadığı cavan oğlanla onların yanına gəlmişdir. Sonra Qıvraq qəsəbə sakini Nicat gəlmiş və Turqud stolda oturanlarla Nicatı tanış etmişdir. Biraz yeyib-içəndən sonra Turqudda narahatçılıq hiss etmiş və bu barədə Sahibdən soruşduqda, Sahib Turqudun pula ehtiyacı olduğunu, borc olaraq 100 manat pul istədiyini, 3-4 saatın içərisində qaytaracağını bildirmiş, o isə 50 manat verə biləcəyini demişdir. Həmin vaxt üstündə nağd pul olmadığından və kartı olmadığı üçün Sahibin kartını alıb ona 50 manat pul vurmuşdur. Qayıdanda Nicatı pilləkəndə sərxoş vəziyyətdə qışqırdığını,bir-iki dəqiqə sonra Turqudun ayaqyolundan çıxıb aşağı düşdüyünü görmüşdür. Aşağıda dava düşdüyünü fikirləşib onların arxasınca gedərkən pilləkəndə 1 №-li Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə şübhəli olduğundan saxlanılmışdır. X16 dəvət edib üzərinə şəxsi axtarış keçirmişlər.Şöbədə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmlş və Turqudun üzərindən təxminən çəkisi 2 qram olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı təxminən çəkisi 0,2 - 0,3 qram metamfetamin psixotrop maddəsi və 2 ədəd preqabalin həbi aşkar olunmuş, onlardan aşkar olunan metamfetamin psixotrop maddəsini və preqabalin həbini polis əməkdaşları prosessual qayda qablaşdıraraq götürmüşlər. Sonra Turqud və Nicat ilkin izahat zamanı metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxs3 və iranlıdan aldıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxsləri də saxlayaraq Bölməyə gətirmişlər. Həmin vaxt müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tanışı iranlı Təqsirləndirilən şəxs4 metamfetamin psixotrop maddəsini alıb, sonra Turquda satıblar. Sonra onu narkoloji Dispanserdə narkotestdən keçirdilkdən sonra sərbəst buraxmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində rəis tapşırıq verdi və tapşırığa uyğun olaraq iş yoldaşım Şahid4 ilə əməliyyat tədbiri qurduq. Tədbirə uyğun olaraq axşam saat 23:00 radələrində əməliyyat tədbirini həyata keçirəcəkdik. Axşam üstü Elçin mənə zəng vurub dedi ki, əməliyyat məlumatı daxil olub, təcili getməliyik. Məndə tələsik çıxıb Elçinin yanına getdim. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Babək rayon Badaşqan kənd sakini Təqsirləndirilən şəxs1 və Kəngərli rayon Qıvraq qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 saxlanılaraq Polis Bölməsinə dəvət edildi. Polis bölməsinə çatandan sonra 2 nəfər hal şahidi dəvət edib, onlarla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasındakı münasibət yoxlanıldı. İlk əvvəl X7 təklif olundu ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış hər hansı bir narkotik vasitə, əşya və ya sənəd varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 də hal şahidlərinin iştirakı ilə üzərindən iki ədəd büküm çıxarıb təqdim edərək şüşə adlandırdığı metamfetamin psixotrop maddəsi olduğunu dedi. Tərəfimdən 2 ədəd büküm açıldı. Bir bükümün içərisindən bir ədəd şəffaf sellofanda içərisində ağ rəngli spesifik iyə malik metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar olundu. Digər büküm açıldıqda həmin bükümün içərisində 3 ədəd bükümdə şəffaf sellofanda içərisində ağ rəngli metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin metamfetamin psixotrop maddəsini iranlı və Daviddən alıb. Həmin bükümlər elektron tərəzidə ayrı-ayrılıqda çəkildi, hal şahidlərinin iştirakı ilə kağız zərfə qoyularaq qablaşdırıldı və kağız zərf möhürləndi. Ondan sonra eyni qayda ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına başlanıldı. Hal şahidləri ilə arasında olan münasibət yoxlanıldı, hal şahidlərinə hüquq və vəzifələri izah edildi. Beləliklə, Təqsirləndirilən şəxs2 təklif olundu ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış hər hansı bir narkotik vasitə, əşya və ya sənəd varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 də hal şahidlərinin iştirakı ilə üzərindən bir ədəd büküm və 2 ədəd həb çıxarıb təqdim edərək, bir ədəd bükümü Təqsirləndirilən şəxs1 ona verdiyini və içərisində şüşə adlanan metamfetamin psixotrop maddəsinin olduğunu, digər ağ-narıncı rəngli iki həbin isə preqabalin olduğunu, ağrıları olduğu üçün həkimin resept yazdığını və həmin reseptlə dərmanı aldığını bildirdi. Həmin bir ədəd büküm açıldı və bükümün içərisində ağ rəngli spesifik iyə malik metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar olundu. Həmin bükümlər elektron tərəzidə çəkildi. Nəticədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunan bir ədəd bükümdə metamfetamin psixotrop maddəsinə bənzər kütlə və ağ-narıncı rəngli preqabalin güclü təsir edən maddəsinə bənzər həblər hal şahidlərinin iştirakı ilə kağız zərfə qoyaraq qablaşdırıldı və kağız zərf möhürləndi. İlkin olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatı alındı. İlkin əməliyyat tədbirləri nəticəsində məlum oldu ki, Təqsirləndirilən şəxs1 500 manat qarşılığında NDU-nun tələbəsi iranlı Təqsirləndirilən şəxs4 və taksi sürücüsü Naxçıvan şəhər Tumbul kənd sakini Təqsirləndirilən şəxs3 almışdır. Narkotik vasitələri və psixotrop maddələri istifadə etməkdə,saxlamaqda və satmaqda şübhə edilən şəxslərin ətrafında əməliyyat tədbiri həyata keçirildi və 16 yanvar 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs4 və taksi sürücüsü Təqsirləndirilən şəxs3 Polis Bölməsinə dəvət edildi. Eyni üsulla onların hər ikisinin üzərində şəxsi axtarış aparıldı, lakin onların üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmadı. İlkin izahat alınarkən Təqsirləndirilən şəxs3 etiraf etdi ki, Turquda satmaq üçün əvvəlcədən tanıdığı Reza ilə danışıb, Reza da İrandan Naxçıvana gələrkən metamfetamin psixotrop maddəsini gizlincə keçirib, şəhərdə Davidlə görüşərək birlikdə Turqutun yanına gedib, onun idarə etdiyi avtomobilin salonuna oturdaraq 8 büküm metamfetamini 500 manata Turquda satmışlar. Şübhəli şəxslər saxlanılarkən həmin vaxt onların yanında saxlanılan Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin sübut əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 mart 2023-cü il tarixli, 6/1176 nömrəli, ekspert rəyinə əsasən “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsinə oxşar, spesifik iyə malik kütlə” və.s əl yazıları, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 0,185 qram; 0,144 qram; 0,354 qram; 0,425 qram ümumi qalıq təmiz çəkiləri 1,108 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 04 ədəd bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (maddələrin ilkin təmiz çəkiləri xx.xx.2023-cü il tarixli, 43 nömrəli ekspert arayışına əsasən 1.158 qram olmuş, 0,05 qram miqdarda metamfetamin ilkin tədqiqata sərf olunmuşdur); “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsinə oxşar kütlə və 2 ədəd preqabalin preparatına bənzər həb” və.s əl yazıları, imzalar olan zərfdəki 01 ədəd polietilen kəsiyi bükümündə qalıq təmiz çəkisi 0,259 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (maddənin ilkin təmiz çəkisi xx.xx.2023-cü il tarixli, 44 nömrəli ekspert arayışına əsasən 0,289 qram olmuş, 0,03 qram miqdarda metamfetamin ilkin tədqiqata sərf olunmuşdur); üzərində “P150” yazısı olan ağ/ narıncı rəngli 01 ədəd kapsulun tərkibində 0,15 qram preqabalin təsiredici maddəsi müəyyən edildi. (xx.xx.2023-cü il tarixli, 44 nömrəli ekspert arayışına əsasən ilkin tədqiqata 02 kapsul təqdim olunmuşdur) Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamin kütlələri ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin kütləsi kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005 - ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na ( 1 nömrəli əlavə) daxildir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 mart 2023cü il tarixli, 65 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırda Narkomaniya xəstəliyinə xas əlamətlər aşkar olunmadı. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu inkar olunmur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 29 mart 2023cü il tarixli, 67 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 metamfetamin narkomaniyası aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Dispanser qeydiyyata alınması məsləhətdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 31 mart 2023cü il tarixli, 68 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Narkomaniya xəstəliyi aşkar olunmur. Lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. Profilaktik qeydiyyata alınması məsləhətdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X3 31 mart 2023cü il tarixli, 68 A nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 16 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, şəxsi axtarış aparılmamışdan əvvəl təklif əsasında Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd içərisində metamfetamin psixotrop maddəsinə bənzər spesifik iyə malik, ağ rəngli kütlə olan bükümü çıxararaq təqdim etmiş, həmin bükümlərə baxış keçirilmiş, birinci şəffaf rəngli sellofon bükümdə içərisində ağ rəngli metamfetamin psixotrop maddəsinə bənzər, spesifik iyə malik kütlə olması və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 0,42 qram olması müəyyən edilmiş, daha sonra ikinci şəffaf sellefon bükümə baxış keçirilmiş, onun ümumi çəkisi 1,40 qram olmuş, bükümün içərisində əlavə şəffaf rəngli sellofanda 3 ədəd büküm aşkar edilmiş, bükümlər şərti olaraq nömrələnmiş, 1 nömrəli şəffaf rəngli sellefon bükümdə olan ağ rəngli kütlə çəkilərək 0,25 qram, 2 nömrəli büküm çəkilərək 0,48 qram, 3 nömrəli büküm çəkilərək isə 0,53 qram olması müəyyən edilmişdir. Həmin bükümlər hal şahidlərinin iştirakı ilə prosessual qaydada götürülmüş, daha sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilərkən qanunla dövriyyəsi qadağan edilmiş başqa bir əşya, narkotik maddə və ya psixotrop maddə aşkar edilməmişdir. - 16 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2022-ci il tarixli resepti və fotocədvəllərdən görünür ki, şəxsi axtarış aparılmamışdan əvvəl təklif əsasında Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd içərisində dediyinə görə metamfetamin psixotrop maddəsi olan büküm və 2 ədəd pregabalin preparatını çıxararaq təqdim etmiş, həmin büküm hal şahidlərinin iştirakı ilə açılmış, bükümün içərisində metafetamin psixotrop maddəsinə oxşar, spesifik iyə malik, ağ rəngli kütlə olması və onun elektron tərəzidə çəkilərək çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Sonra iki ədəd bir tərəfi ağ rəngli, digər tərəfi tünd sarı rəngli “P150” yazılan həblərlə birlikdə bükümdəki metamfetaminə bənzər kütlə hal şahidlərinin iştirakı ilə prosessual qaydada götürülərək qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləndə qanunla dövriyyəsi məhdudlaşdırılmış, cinayət yolu ilə əldə olunmuş heç bir əşya, narkotik maddə və ya psixotrop maddə aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilmiş, pregabalin almaq üçün yazılmış resept prosessual qaydada götürülmüşdür. - 16 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 üzərində qanunla dövriyyəsi qadağan edilmiş və cinayət yolu ilə əldə edilmiş hər hansı əşya vardırsa könüllü təqdim etməsi barədə təklif edilmiş, Təqsirləndirilən şəxs3 15 yanvar 2023-cü ildə, saat 03:00 radələrində polis bölməsinə dəvət edilməsini və Ordubad rayonundan gələrkən üzərində olan 2 büküm narkotik vasitəni qorxduğu üçün açaraq yolda yerə tökməsini söyləmişdir. - 16 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs4 təklifə cavab olaraq üzərində qanunla dövriyyəsi qadağan edilmiş və cinayət yolu ilə əldə edilmiş hər hansı əşya olmadığını bildirmiş, şəxsi axtarış zamanı da üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və cinayət yolu ilə əldə edilmiş hər hansı əşya aşkar olunmamışdır. - 31 yanvar 2023-cü il tarixli, 151 nömrəli telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus SAMSUNG GALAXY A3 (2017) markalı, SM-A320F model mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun zənglər bölməsindən aşkar olunan gedib-gələn zənglər iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin ekran şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - 02 fevral 2023-cü il tarixli, 167 nömrəli telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs4 oğluna məxsus REDMİ NOTE 8 (2021) markalı, M1908C3JGG model mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun mesajlar bölməsindən aşkar olunan yazılı mesajlar iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin ekran şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - 09 mart 2023-cü il tarixli, 185 nömrəli telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Samsung Galaxy (2016) markalı, SM-A310F model mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun zənglər bölməsindən aşkar olunan gedib-gələn zənglər və “BlueWhatsapps” proqramının mesajlar bölməsindən aşkar olunan yazılı və səsli mesajlar iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin ekran şəkilləri çəkilərək, audio yazı isə bir ədəd DVD-yə yüklənərək protokola əlavə edilmişdir. - 09 mart 2023-cü il tarixli, 186 nömrəli telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus Samsung Galaxy S5 mini (2016) markalı, SM-G800H model mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun zənglər bölməsindən aşkar olunan gedib-gələn zənglər iş üçün əhəmiyyətli olduğundan həmin bölmənin ekran şəkilləri çəkilərək protokola əlavə edilmişdir. - 15 aprel 2023-cü il tarixli, 213 nömrəli sənədə (pasporta) baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs4 oğluna məxsus PC AZE C01695512 seriyalı pasporta baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olan pasportun səhfələrin sürəti printerlə çıxarılaraq protokola əlavə edilmişdir. - 17 aprel 2023-cü il tarixli, mobil telefon məlumatlarının qeyd olunduğu məlumat sistemindən çıxarışa baxış keçirilməsi haqqından protokollar və həmin protokollara əlavə edilmiş nömrə məlumat sistemindən çıxarışlardan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-09/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı X6 istifadəsində olan **********99 saylı mobil nömrənin, Təqsirləndirilən şəxs3 istifadəsində olan **********42 saylı mobil nömrənin, Təqsirləndirilən şəxs1 istifadəsində olan **********74 saylı mobil nömrənin və Təqsirləndirilən şəxs2 istifadəsində olan **********07 saylı mobil nömrənin 01 noyabr 2022-ci il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan zənglər siyahısına baxış keçirilmiş, nömrə məlumat sistemindən çıxarış iş üçün əhəmiyyətli olduğundan protokola əlavə edilmişdir. 26 yanvar 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin ƏSİB-ə göndərilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmuşdur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs4 xarakteri haqqında hər hansı məlumat müəyyən olunmamış, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə isə müsbət xarakterizə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməllərdə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 düzgün olaraq Cinayət Məcəlləsinin 234.1, Təqsirləndirilən şəxs3 CM-n 234.4.1, Təqsirləndirilən şəxs4 206.3.1 234.4.1 və 234.4.2-ci maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onların həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: təkrar törədildikdə bu Məcəllənin 206.3.1-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama ... daşıma Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə həmin Məcəllənin 234.4.1-ci maddəsinin, təkrar törədildikdə həmin Məcəllənin 234.4.2-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, nəqliyyat vasitələri ilə ... digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına ... hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4ya cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində azyaşlı uşağının və xəstə anasının olmasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində azyaşlı 2 uşağının olmasını, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs4nun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, o cümlədən müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslərin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetirildiyindən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələr üzrə sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barədə sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə onlara daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onlar üçün daha çox məhrumiyyətlər yaradacaq. Bu isə onlara və ailə üzvlərinə mənfi təsir göstərəcəkdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onları islah etməyə kifayət edəcək. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə verdiyi ifadələrindən (o cümlədən digər təqsirləndirilən şəxslərin ifadələrindən) görünür ki, Təqsirləndirilən şəxs3 özünün istifadə etməsi üçün sifariş etdiyi psixotrop maddənin miqdarı az olduğundan iranlının narkotik gətirməyə etiraz etməsindən sonra, əvvəlcədən tanıdığı digər Təqsirləndirilən şəxs1 üçün də istifadə etməyə metamfetamin gətirməyi iran vətəndaşı Təqsirləndirilən şəxs4 xahiş etmişdir. Həmin psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş 500 manat pulda onun marağı olmamış, heç bir gəlir əldə etməmiş, pulun hamısı Təqsirləndirilən şəxs4 verilmişdir. Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağı vardır və arvadı heç bir yerdə işləmir, məhkəmədə verdiyi ifadəsində səmimi olmaqla peşmanlıq keçirir. Təqsirləndirilən şəxs3 cəza təyin edərkən məhkəmə cinayətin məqsəd və motivini, təqsirləndirilən şəxsin cinayətin törədilməsindəki rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını və başqa qazanc yerinin olmamasını, məhkəmədə verdiyi ifadəsində səmimi olmaqla peşmanlıq keçırməsini nəzərə alaraq ona CM-nin 62–ci maddəsini tətbiq etməklə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-5/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-6/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-7/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-8/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət, Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət, eləcə də Təqsirləndirilən şəxs3 17 yanvar 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 18 (on səkkiz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni, ünvan 5ində Təqsirləndirilən şəxs2 oğlu Kəngərli rayonu, Qıvraq qəsəbəsində, Təqsirləndirilən şəxs3 isə Naxçıvan şəhəri, Tumbul kəndində çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində onlara elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzalarını çəkdikləri dövrdə onların davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. X4 Reza Ali təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yerlərinə müvafiq olaraq Babək Rayon İcra və Probasiya Şöbəsinə, Kəngərli Rayon İcra və Probasiya Şöbəsinə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı isə 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli , onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsini müzakirə edərək bu nəticəyə gəlir ki, onun barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs4 bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumi qalıq təmiz çəkiləri 1.108 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq təmiz çəkisi 0,259 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və “P 150” yazısı olan ağ/narıncı rəngli 01 ədəd kapsulun tərkibində 0,15 qram preqabalin müsadirə olunaraq məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: Təqsirləndirilən şəxs1 məxsus Samsung Galaxy (2016) markalı, SM-A310F model mobil telefon Təqsirləndirilən şəxs1; Təqsirləndirilən şəxs2 məxsus Samsung Galaxy S5 mini (2016) markalı, SM-G800H model mobil telefon Təqsirləndirilən şəxs2; Təqsirləndirilən şəxs3 məxsus SAMSUNG GALAXY A3 (2017) markalı, SM-A320F model mobil telefon Təqsirləndirilən şəxs3; Təqsirləndirilən şəxs4 oğluna məxsus REDMİ NOTE 8 (2021) markalı, M1908C3JGG model mobil telefon Təqsirləndirilən şəxs4 oğluna qaytarılmalıdır Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs3 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs4 məxsus İ3036103 nömrəli pasport, MYİ ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün olan icazə vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə kimyəvi ekspertizasına görə 110 (yüz on ) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs4 hüquqlarını müdafiə etmiş müdafiəçi X2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 300 (üç yüz) manat miqdarında və Müdafiəçi4 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2-348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 5i ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Babək rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 yanvar 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Kəngərli rayonu, Qıvraq qəsəbəsi ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kəngərli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Kəngərli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 17 yanvar 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 5 (beş) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 11 (on bir) ay 6 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Naxçıvan şəhəri, Tumbul kəndi ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.4.1, 234.4.2-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan: - Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ümumi qalıq təmiz çəkiləri 1.108 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş qalıq təmiz çəkisi 0,259 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və “P 150” yazısı olan ağ/narıncı rəngli 01 ədəd kapsulun tərkibində 0,15 qram preqabalin müsadirə olunaraq məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: Təqsirləndirilən şəxs1 məxsus Samsung Galaxy (2016) markalı, SM-A310F model mobil telefon Təqsirləndirilən şəxs1; Təqsirləndirilən şəxs2 məxsus Samsung Galaxy S5 mini (2016) markalı, SM-G800H model mobil telefon Təqsirləndirilən şəxs2; Təqsirləndirilən şəxs3 məxsus SAMSUNG GALAXY A3 (2017) markalı, SM-A320F model mobil telefon Təqsirləndirilən şəxs3; Təqsirləndirilən şəxs4 oğluna məxsus REDMİ NOTE 8 (2021) markalı, M1908C3JGG model mobil telefon Təqsirləndirilən şəxs4 oğluna qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs2 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi, Təqsirləndirilən şəxs3 məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi və Təqsirləndirilən şəxs4 məxsus İ3036103 nömrəli pasport, MYİ ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün olan icazə vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə məhkəmə kimyəvi ekspertizasına görə 110 (yüz on) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs4 hüquqlarını müdafiə etmiş müdafiəçi X2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 300 (üç yüz) manat miqdarında və Müdafiəçi4 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. Səxavət Hüseynov