Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(109)-9/2024 11.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X5 ibarət tərkibdə, Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X3, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə 30 avqust 1994-cü il tarixdə Naxçıvan MR, Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, İİ qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə 04 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Rəsulov X11 şəhərində yerləşən “Mənzərə” ailəvi istirahət mərkəzində ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək dayısı Zərərçəkmiş şəxs sağ döş nahiyəsindən və sağ budun ön səthindən qəsdən bir bıçaq zərbəsi vurmaqla qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Ordubada nənəsi və anası ilə birlikdə dayısının oğlunun qonaqlığına dəvət olunmuş, oraya içkili vəziyyətdə getmişdir. Məclisdə olarkən əlavə spirtli içki qəbul etmişdir. Qonaqlardan bir neçəsini yola salıb geri qayıdarkən dayısının oğlu Kənanla zarafatlaşdığı üçün Kənan onu itələyərək uzaq durmasını bildirmişdir. Qarşılığında ona heçnə etməmiş, sadəcə “bu nə tərbiyədir” demişdir. Bu sözdən sonra Kənan onu arxa tərəfdən çəkib yerə yıxmış və döyməyə başlamışlar.Onu kimlərin döydüyünü görməmiş, vuranlardan birinin dayısı oğlu Kənan olmuşdur.Bu zaman əsgərlik vaxtından etibarən xatirə olaraq saxladığı və açarların üzərində gəzdirdiyi bıçağı çıxarıb sağa-sola hərəkət etdirməyə başlamış, qarşısında kimin olduğunu ğörməmişdir. Qonaqlıqda olanların çoxu, o cümlədən dayısı Elçin içkili olmuş, dalaşdıqları zaman ətrafında dayısı, onun oğlanları və dostları olmuşlar. Onları yalnız Elnur adlı şəxs aralaşdırmış, sonradan polis şöbəsində olarkən dayısı Elçini yaraladığını və xəstəxanaya apardıqlarını öyrənmişdir. Dayısı Elçinlə əvvəlcədən münasibətləri soyuq olmuş, münaqişə zamanı onu necə yaraladığını xatırlamamış, hadisənin baş verməsinin səbəbini içkili olduqlarında görmüş, törətdiyi əməldən peşman olmuşdur. Məhkəmə baxışı zamanı anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə, təxminən saat 19:00-da qardaşı Elçin oğlu hərbi məktəbi bitirib gəldiyi üçün “Mənzərə” restoranında verdiyi qonaqlığa onları da dəvət etmiş, oğlu və anası ilə birlikdə həmin qonaqlığa getmişlər. Restoranda 30-35 nəfərə yaxın qonaq olmuşdur.Bir müddət orada vaxt keçirdikdən sonra xalası və ailəsi evə getmək istədiyi üçün qonaqları yola salmaq məqsədilə oğlu, qardaşı, qardaşının arvadı və qardaşının oğlu ilə birlikdə onları yola salmağa çıxmışlar.Qayıtdıqdan sonra qonaqlıq verilən qardaşının oğlu Şahid11 onu çağıraraq söhbət etmək istəmiş, onlar söhbət edərkən qardaşı Zərərçəkmiş şəxs və oğlu Kənan da onların yanına gəlmişlər. Söhbət əsnasında anidən Kənan oğlu Təqsirləndirilən şəxs yumruq zərbəsi vurmuşdur. Sonradan restoranda olanlardan əvvəlcə Talenin Kənana çiyin atdığını eşitmişdir. Bundan sonra Kənanın yanındakı dostları Təqsirləndirilən şəxs döyməyə başlamış, Tale həm yumruq zərbələrindən, həm də içkili olduğundan yerə yıxılmışdır. Qardaşı Elçin onun oğlunu qorumağa çalışmış, “siz neyniyirsiniz” deyərək qışqırmağa başlamış, bundan sonra Elnur adlı şəxs və başqa şəxslər gələrək onları aralaşdırmışlar. Həmin an nə olduğunu anlamamış, oğlunu ortalıqda görməyib restoranın maşın saxlanılan yerinə tərəf qaçmış, orada Elçin Təqsirləndirilən şəxs onu vurduğunu demiş, qardaşının sinəsinin qanadığını gördükdə Zərərçəkmiş şəxs dostlarından onu təcili xəstəxanaya çatdırmalarını istəmişdir. Daha sonra oğlunu axtarmağa başlamış, dayısı oğlu Talenin bufetin qabağında oturduğunu, ancaq üst-başının qan olduğunu demiş, Tale gələndə bıçağın onun öz əlini də kəsdiyini görmüşdür. Təqsirləndirilən şəxs özünə məxsus, uzunluğu 5 sm olan bıçağı döyülən zaman özünü müdafiə etmək məqsədilə çıxarmış, içkili olduğundan özündə olmamış, qardaşı Zərərçəkmiş şəxs bıçaqla həm sinəsindən həm də budundan yaraladığını və özünün də barmağını kəsdiyini görmüşdür. Xəstəxanaya gedib oğlunun barmağını həkimə göstərdikdən sonra polis ona zəng edərək görüşmək istədiyini dediyində oğlunu polisə təhvil vermişdir. Qardaşı xəstəxanada olan müddət ərzində onun yanında olmuş, maddi və mənəvi dəstək olmuşdur. Qanuni nümayəndə ifadəsinin davamında bildirmişdir ki, anasına görə qardaşı və onun ailəsi ilə münasibətləri soyuq olmuş, Təqsirləndirilən şəxs həmin qonaqlığa getmək istəməsə də, qonaqlığı olan qardaşı oğlu rəhmətə gedən digər qardaşının adını daşıdığından onu çox istədikləri üçün həmin qonaqlığa getmişlər. Təqsirləndirilən şəxsla mübahisə edən şəxslərin arasında hər hansı ədavət olmamış, onu döyən şəxslərdən qardaşı oğlu Kənan və Əli adlı şəxsləri tanımışdır.Müdaxilə etmək istəsə də, xatırlamadığı kimsə onu qolundan tutaraq kənara çəkmişdir. Daha əvvəl həmin bıçağı Talenın ev açarının üzərində görmüşdür. Qonaqlıqda olan kişilərin hamısı, o cümlədən oğlu Tale içkili olmuşlar. Restorana getməmişdən əvvəl oğlunda narahatçılıq olduğunu hiss etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 04 iyul 2023-cü ildə “Mənzərə” restoranında baş vermişdir. Bacısının oğlu Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək “mənim qulağıma aparat qoymusan gəl bunu çıxar” deyərək onun ünvanına söyüş söydüyündən təxminən bir il yarım olar ki, ondan küsdüyü üçün qonaqlığa dəvət etmək istəməmişdir. Lakin oğlu Şahid11 Təqsirləndirilən şəxs gəlməsi üçün təkid edərək oğlu gəlməyəcəyi təqdirdə bibisinin də gəlməyəcəyini söyləmiş və bundan sonra razılıq vermişdir. Anası, bacısı və bacısının oğlu Təqsirləndirilən şəxs restorana gələrkən onları normal qarşılamış, bacısının oğlu ilə barışmışdır. Təqsirləndirilən şəxs restorana içkili vəziyyətdə gəldiyi üçün qonaqlıqda ona “şərəfsiz gəlmişəm bu gün səni şərəfləndirməyə” dediyində narahat olaraq ağlamışdır.Saat 21:00 radələrində getmək istəyən qonaqlarını yola salıb “Mənzərə” restoranının müdirinin yanına getdiyində balaca oğlu Kənan Talenin ona ana söyüşü söydüyünü demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq “sən bizə nə vermisən ala bilmirsən” deyib itələmiş, Tale yerə yıxılmış, ona qarşı çox əsəbi olduğundan üstünə çöküb döymək istəmiş, bu vaxt sinəsində xırçıltı səsi eşitsə də, isti-isti bir şey hiss etməmiş, yanlarında başqa heç kəs olmamış, bacısıgil onlardan bir qədər aralıda olmuş, oğlu Kənan ilə birlikdə Taleni döymüş, qanı çox getdiyindən gözləri qaralmış və Tale onu əvvəlcə sinəsindən daha sonra ayağından yaralamış, qonşularının maşını ilə xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında bildirmişdir ki, əvvəlcə Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Hadisə vaxtı özü də içkili olmuşdur. Özünü və ailəsini narahat etməməsi şərtilə Təqsirləndirilən şəxs bağışlayıb və ondan şikayəti yoxdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə 04 iyul 2023-cü ildə baş vermişdir. Oğlu Şahid11 hərbi məktəbi bitirib gəldiyi üçün “Mənzərə” restoranında qonaqlıq təşkil edərək qonşuları və qohum-əqrabalarını dəvət etmişlər. Qonaqlıqda Təqsirləndirilən şəxs iştirak etməsini oğlu Şahid11 istəmişdir. Qonaqlıq başlayandan təxminən 1 saat sonra getmək istəyən qonaqları yola salıb qayıdarkən səs-küy qalxmış, dönüb baxdığında ərini qanlar içində görmüş və ərindən onu Talenin vurduğunu öyrənmişdir. Təqsirləndirilən şəxsla ailə münasibətləri normal və ona qarşı pis davranışı olmasa da, övladları ilə Tale arasında əvvəldən soyuq münasibət olmuşdur. Təqsirləndirilən şəxs ərini necə vurduğunu görməmiş, həmin vaxtı ərinin içkili olub-olmadığını bilməmişdir. Şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə yay aylarında olmuşdur. Qonaqlığa dəvət olunduğu üçün orada Təqsirləndirilən şəxsla eyni stolda oturub birlikdə spirtli içki içmişlər. Hadisənin baş vermə anını, Təqsirləndirilən şəxs döyülməsini görməmiş, səs-küy eşitməmiş, sonradan bibioğlusu Zərərçəkmiş şəxs sinəsində qan, şalvarında yırtıq olduğunu, onu xəstəxanaya aparmaqlarını görmüşdür. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla qonşudur. “Mənzərə” restoranında olan qonaqlığa getmiş, orada olarkən kənarda səs-küy gəldiyini eşitmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, onun döyülməsini görməmiş, restorandan bir qədər aralıda yolun kənarında yerdə oturduğunu görmüş, daha sonra baş vermiş hadisə barədə eşitmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusu kimi qonaqlıqda iştirak etmiş, orada olarkən birdən səs-küy qalxmış, yaxınlaşaraq Zərərçəkmiş şəxs, oğlu Şahid11 və Təqsirləndirilən şəxs qışqırdığını şahidi olmuş, ancaq səbəbi ilə maraqlanmadan evinə qayıtmış və hadisə barədə növbəti gün eşitmişdir. Yemək yeyərkən Təqsirləndirilən şəxs uzaqda oturduğu üçün onun içki içib-içmədiyini görməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Mənzərə” restoranının sahibidir. Hadisə günü özü də ailəsi ilə birlikdə restorda yemək yemiş, birdən səs-küy qalxmış, səs gələn tərəfə getdikdə nə Zərərçəkmiş şəxs, nə də Təqsirləndirilən şəxs görməmiş, sonradan hadisə barədə eşitmişdir. İşıqlar söndüyü üçün restoranda kameralar işləməmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 7-8 ay bundan əvvəl Zərərçəkmiş şəxs onu qonaqlığa dəvət etmişdir. Restoranda olarkən anidən səs-küy eşitmiş, səs gələn tərəfə getdikdə orada olan bir nəfər qadın ona Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşdığını bildirmiş və səs-küyə görə arvadı ilə evlərinə getmişdir. Evə gedərkən Tale və Elçini görməmiş, Təqsirləndirilən şəxs döyülməsinin və qonaqlıqda spirtli içki içməsinin şahidi olmamışdır. Şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid11 dostu olaraq qonaqlıqda iştirak etmiş, orada içki qəbul etməmiş, səs- küy eşitsə də, həmin vaxt işıqlar söndüyüdən qaranlıq olduğu üçün hadisəni görməmiş, növbəti gün hadisə barədə eşitmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə yay ayında baş vermişdir. Qardaşı Şahid11 leytenant rütbəsi aldığı üçün qonaqlıq təşkil etmişlər. Qonaqlığın başlamasından bir müddət sonra işıqlar sönmüş, getmək istəyən qonaqları yola salıb qayıdan zaman atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu əli ilə itələyərək ana söyüşü söydüyünü görmüş, yaxınlaşıb nə baş verdiyini soruşanda o, atasına Talenin ona söyüş söydüyünü söyləmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “niyə söyüş söyürsən? yenə niyə belə edirsən ?” deyə soruşmuş, mübahisə zamanı Tale Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, ancaq qonaqlıqda olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “şərəfsiz, gəlmişəm səni şərəfləndirməyə” demişdir. Şahid1 atasının içki qəbul etdiyini görmədiyini, Təqsirləndirilən şəxs içkili olduğunu, özünün Taleni vurmadığını, işıqlar söndüyü üçün atası ilə Tale arasında olan itələşməni, Talenin atasını bıçaqla ayaq üstə yoxsa yerdə vurmasını görmədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim dostumdur. Onunla ailəvi münasibətimiz vardır. 04 iyul 2023-cü il tarixdə səhər saatlarında Elçin istifadəmdə olan mobil telefonuma zəng edərək oğlu Şahid11 hərbi leytenant rütbəsi aldığını, bu münasibətlə həmin gün Ordubad şəhərində yerləşən “Mənzərə” ailəvi istirahət mərkəzinə yemək ziyafəti təşkil etdiyini, ailə üzvlərimlə birlikdə həmin ziyafətə dəvətli olduğumuzu, ziyafətin həmin gün saat 19 radələrində başlayacağını bildirdi. Həmin gün saat 19 radələrində ailə üzvlərimlə birlikdə Elçin tərəfindən dəvət edildiyimiz “Mənzərə” ailəvi istirahət mərkəzinə getdik. Digər qonaqlar kimi bizdə masaya əyləşdik yemək yeməyə başladıq. Əvvəllər tanıdığım şəhər sakinləri ilə spirtli içkilər qəbul etdim. Ziyafət təxminən bir saata yaxın idi ki, davam edirdi. Birdən işıqlar söndü. Bir neçə dəqiqə keçdikdən sonra işıqlar yandı. Aradan bir saat keçmişdir ki, işıqlar yenidən söndü. Həmin vaxt üzərimdə olan mobil telefonun işığın yandıraraq ziyafətə davam etdim. Qonaqların bir neçəsinin masadan qalxaraq kənarda söhbət etdiyini, bir neçəsinin isə ziyafəti tərk etdiyini gördüm. Bu zaman orada yerləşən, uşaqların əylənməsi üçün nəzərdə tutulmuş parkdan bağırtı səsləri gəldi. Həmin vaxt orada nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə bağırtı səsləri gələn istiqamətə getdim. Oraya çatdıqda Təqsirləndirilən şəxs şəhər sakini Elnur tərəfindən sakitləşdirilərək avtomobillərin durduğu istiqamətdə aparıldığını gördüm. Həmin vaxt Elçinin oğlu İlahəddinin təşviş içində olduğunu və adını bilmədiyim qonaqlar tərəfindən sakitləşdirilərək kənara çəkildiyinin şahidi oldum. Dostum Elçini və onun həyat yoldaşı Ramiləni orada gördükdə nə baş verdiyi soruşdum. Elçin oğlu Şahid1 və həyat yoldaşı Ramilənin bacısıoğlu Təqsirləndirilən şəxs tərəfindən nalayiq ifadələrlə söyüldüyünü, həmin vaxt Talenin əlində hər hansı bir əşya olduğunu, bu barədə Taleyə irad bildirdikdə Tale tərəfindən sağ sinə nahiyyəsindən və sağ ayağının ön tərəfindən bıçaqla vurulduğunu bildirdi. Həmin vaxt onun sinə nahiyyəsindən qan axırdı. Bu zaman onun qonşusu Xaliq də oraya gəldi. Elçini Xaliqin avtomobilinə əyləşdirərək Ordubad rayon Mərkəzi Xəstəxanasına apardıq. - Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim qonşumdur. Onunla münasibətlərim yaxşıdır. Təqsirləndirilən şəxs Ordubad şəhər sakini kimi tanıyıram. Onunla heç bir münasibətim yoxdur. 02 iyul 2023-cü il tarixdə axşam saatlarında qonşum Elçinlə məhəllədə görüşdüm. O, oğlu Şahid11 hərbi leytenant rütbəsi aldığını, bu məqsədlə 04.07 2023-cü ildə saat 19 radələrində Ordubad şəhərində yerləşən “Mənzərə” ailəvi istirahət mərkəzinə yemək ziyafəti təşkil etdiyini, həmin ziyafətə mənim də dəvətli olduğumu bildirdi. Həmin gün saat 19 radələrində “Mənzərə” ailəvi istirahət mərkəzinə getdim. Məhəllə uşaqları ilə birlikdə masaya əyləşdik və yemək yeməyə başladıq. Ziyafətə avtomobillə getdiyim üçün spirtli içki qəbul etmədim. Ziyafət təxminən bir saata yaxın idi ki, davam edirdi. Birdən işıqlar söndü. Bir neçə dəqiqə keçdikdən sonra işıqlar yandı. Aradan bir saat keçmişdi ki, işıqlar yenidən söndü. Həmin vaxt masada əyləşən şəxslər telefonun işığını yandıraraq ziyafətə davam etdi. Qonaqların bir neçəsinin masadan qalxaraq kənarda söhbət etdiyini, bir neçəsinin isə ziyafəti tərk etdiyini gördüm. Bu zaman orada yerləşən, uşaqların əylənməsi üçün nəzərdə tutulmuş parkdan bağırtı səsləri gəldi. Masada əyləşən Siyavuş, Həmzə və Elnur bağırtı səsləri gələn istiqamətə getdilər. Bir neçə dəqiqə keçdikdən sonra mən də həmin istiqamətə getdim. Orada Elçinin əlini sağ sinə nahiyyəsinə qoyduğunu gördüm. Həmin vaxt onun sinə nahiyyəsindən qan axırıdı. Nə olduğunu soruşdum. O bildirdi ki, oğlum Kənanla Təqsirləndirilən şəxs dalaşırdı. Onları aralaşdırmaq istədikdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu dedi. Bundan sonra Siyavuşun köməkliyi ilə Elçini mənə məxsus olan avtomobilə əyləşdirərək Ordubad rayon Mərkəzi Xəstəxanasına apardıq. - Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Ordubad şəhərində olan evimizə gəlmişdim. Təxminən bir neçə gün keçdikdən sonra ailə üzvlərimlə birlikdə qərara aldıq ki, Azərbaycan Respublikası Ali Hərbi İnstitunu bitirib leytenant rütbəsi almağım münasibəti ilə yaxın qohumlarımıza yemək ziyafəti təşkil edək. Bir neçə yaxın qohumlarımızı xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ordubad şəhərində yerləşən “Mənzərə” ailəvi istirahət mərkəzinə dəvət etmişdik. Dəvət etdiyimiz qohumlarımızın arasında bibim Qanuni nümayəndə və oğlu Təqsirləndirilən şəxs da var idi. Həmin gün saat 19 radələrində dəvət etdiyimiz qonaqlar gələrək masa arxasında əyləşdilər. Həmin saatlarda bibim Zülfiyyə və oğlu Tale də qonaqlığa gəldi. Atam və mən bibim və Taleyə əl verərək salamlaşdıq. Daha sonra onlar da masa arxasında əyləşdi. Tale və mən dəvət edilmiş qonaqlarla birlikdə spirtli içki qəbul etdik. Saat təxminən 20-21 radələri olardı ki, işıqlar söndü. Bir neçə dəqiqə keçsə də işıqlar yanmadı. Bu səbəbdən bir neçə qonaq masadan qalxaraq məclisi tərk etdilər. Atam Elçin həmin qonaqları yola salmaq məqsədi ilə qonaqlarla birlikdə avtomobil olan hissəyə yaxınlaşdı. Həmin vaxt mən masanın yaxınlığında bibim Zülfiyyə ilə söhbət edirdik. Birdən “ay qoyma vurdu” sözləri eşidildi. Həmin an səs-küy gələn tərəfə getdim və gördüm ki, atamla bibim oğlu Tale yerdə yarı-bükülü vəziyyətdə idilər. Mən onları bir-birlərindən ayırmaq istədikdə adını xatırlamadığım qohumlarım mənim qolumdan tutaraq kənara çəkdilər. Həmin vaxt adını xatırlamadığım qohumlarım atamla Taleni ayıraraq avtomobillər olan tərəfə çəkdilər. Daha sonra xatırlamadığım nəqliyyat vasitəsi ilə atamı Ordubad rayon Mərkəzi Xəstəxanasına apardılar. Mən və qardaşım polis əməkdaşları ilə birlikdə Ordubad rayon Mərkəzi Xəstəxanasına getdik. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zmanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7: - 27 iyul 2023-cü il tarixli, 787 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: üzündə, hər iki said və baldır nahiyyəsində bir neçə sıyırıqlar, sağ İ barmağın distal falanqası nahiyəsinin zirvəsində yara. Sıyrıqlar iti kənarlı əşyanın, eləcə də insan dırnağının təsirindən yarana bilərdi. Yara isə hər hansı bir kəsici-deşici alətin, eləcə də dayısına bıçaq zərbəsi vuran zaman əlindəki bıçağın təsirindən törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. - 27 iyul 2023-cü il tarixli, 788 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: pnevmotoraks, döş boşluğuna keçən yara, sağ bud nahiyəsinin ön səthində yara. Göstərilən xəsarətlərin kəsici-deşici alətin, eləcə də bıçaq zərbəsinin təsirindən yaranmışdır. Xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır zərər vurma”ya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 16 avqust 2023-cü il tarixli, 764-765 nömrəli kompleks məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq ümumi konstruksiyasına, formasına, quruluşuna, qabarit ölçülərinə və digər əlamətlərinə görə bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist cib bıçaqlarına uyğun formada hazırlanmışdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin səthindəki zədələr, bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Naxçıvan Muxtar Respublikası X4: - 09 avqust 2023-cü il tarixli, 216 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyi və xroniki alkoqolizmdən əziyyət çəkmir. Lakin, psixi və fiziki asılılığı olmadan narkotik maddə qəbulunun istisna olunmur. - 09 avqust 2023-cü il tarixli, 217 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şizofreniyayabənzər psixoz” xəstəliyi vardır. Ambulator məhkəmə psixiatrik ekspertiza zamanı sualları cavablandırmaq mümkün olmadığından stasionar məhkəmə psixiatrik ekspertiza məsləhətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13: 12 dekabr 2023-cü il tarixli, 191 nömrəli stasionar məhləmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən “paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki gedişli psixi patologiya olan paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Halhazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin, sayıqlama fikirlərinin davam etməsi səbəbindən özünə və ətrafdakılara qarşı təhlükəli və onun başqa əhəmiyyətli zərər vurması mümkündür. Keçirdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından, törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Həmin xroniki psixi xəstəliyə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Odur ki, onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə də həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş: - 05 iyul 2023-cü il tarixli hadisəyə baxış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisənin baş verdiyi Ordubad şəhərində yerləşən “Mənzərə” ailəvi istirahət mərkəzinə baxış keçirilmiş qapıdan 5.50 metr sağ istiqamətdə kiçik ölçülü park əşyalarının önündə sement materialdan hazırlanmış piyada üçün nəzərdə tutulmuş səki üzərində qana bənzər ləkələrin olduğu görünür. Trampillə pillələr aralığında sement örtüklü səki üzərində bir neçə qana bənzər ləkələr yerə səpələnmişdir. Naxçıvan Muxtar Respublikası DİN-in Əməliyyat və X6 göndərilmiş tələbnamədən görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Naxçıvan MR Ordubad rayon İcra Hakimiyyəti İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, o cümlədən CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs barəsində məhkəmə tərəfindən Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Məhkəmə tərəfindən CM-nin xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaradır(maddə 93.2). Psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınmasından ibarətdir (maddə 94).İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər (maddə 97.2). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş mötəbər sübutlarla Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan ictimai təhlükəli əməli törətməsi tam sübut olunmuş və məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Məhkəmə maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, qərar qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 1 (bir) ədəd hadisənin törədilməsində istifadə edilmiş təsərrüfat məişət təyinatlı turist cib bıçağı məhv edilməlidir. - 1 (bir) ədəd Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs məxsus P5309971 seriyalı pasport ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı icranı həyata keçirən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilməlidir. Cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərarın elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-nin 477.3-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə edilsin. Bu qərarın ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 1 (bir) ədəd hadisənin törədilməsində istifadə edilmiş təsərrüfat məişət təyinatlı turist cib bıçağı məhv edilsin. - 1 (bir) ədəd Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs məxsus P5309971 seriyalı pasport ümumi tipli psixiatriya stasionarında məcburi müalicə ilə bağlı icranı həyata keçirən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərarın elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Qərardan 20 gün müddətinə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Səxavət Hüseynov